Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-307/2022 28.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1995-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müəyyən edilməmiş mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib qanunsuz olaraq saxlamış, bu barədə məlumat almış Salyan rayon polis şöbəsinin əməkdaşlarının 08 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evə baxış keçirilərkən yataq otağında stolun üstündə 1 ədəd polietilen kəsiyi bükümündə 1,945 qram, pəncərənin qarşısında sellofan torbanın içərisində kağız qutuda olan 24 ədəd kağız bükümdə ayrı-ayrılıqda 0,070 qram, 0,078 qram, 0,076 qram, 0,069 qram, 0,081 qram, 0,067 qram, 0,107 qram, 0,067 qram, 0,065 qram, 0,078 qram, 0,070 qram, 0,057 qram, 0,064 qram, 0,067 qram, 0,061 qram, 0,073 qram, 0,115 qram, 0,068 qram, 0,075 qram, 0,069 qram, 0,063 qram, 0,071 qram 0,072 qram, 0,076 qram olmaqla ümumi çəkisi 3,704 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və qaz sobasının üstündə olan 1 ədəd polietilen kəsiyi bükümündə 1,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Tutulmamışdan bir həftə əvvəl Salyan rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən mağazanın yaxınlığından keçərkən içərisində kağız qutu olan yerdəki sellofan torba diqqətini cəlb etmişdir. Həmin torbanı yerdən qaldırıb içərisində olan kağız qutuya baxdıqda çoxsaylı kağız bükümlərdə və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə isə "kakos" deyilən narkotik vasitə heroin aşkar etmişdir. Həmin maddələri qəbul etmək üçün yaşadığı evə aparmışdır. Bir neçə gün ərzində həmin narkotik vasitələrdən bir qədər istifadə etmiş və qalanını da yaşadığı evdə yataq otağında saxlamışdır. 08 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Orada üzərinə şəxsi axtarış keçirilərkən, hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, polis əməkdaşları narkotik vasitə olduğu halda təqdim etməsi təklif edildikdə, yaşadığı evdə heroin və metaffetamin saxladığını bildirmişdir. Bundan sonra yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı evin yataq otağında masanın üstündə bir ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlələri təqdim edib həmin kütlələrin "şüşə" deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra baxış zamanı ona evin başqa hansı hissəsində narkotik vasitə olması barədə soruşulduqda, həmin otaqda qaz sobasının üstündə olan sellofan bükümdə qəhvəyi rəngli kütləni təqdim edib "kakos" deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra otaqda pəncərənin qarşısında sellofan torbanı təqdim edib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı sellofan torbanın içərisində olan kağız qutunu açdıqda oradan 24 ədəd kağız bükümdə metamfetamin aşkar olunmuşdur. Narkotik vasitələri hər hansı bir şəxsə satmamış, öz istifadəsi üçün saxlamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 fevral 2022-ci il tarixdə DİN-in 102 Xidmətinə daxil olmuş məlumatında Salyan rayonu Kərimbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələrin satışı və saxlamasın bildirilmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Həmin gün saat 20:15 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu Kərimbəyli kəndi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib digər polis əməkdaşları ilə birlikdə ona yaxınlaşmış, özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməyi təklif edilmiş, sonuncu üzərində heç nə olmadığını, narkotik vasitə qəbul etdiyini, yaşadığı evdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin saxladığını, polis əməkdaşları tərəfindən baxış keçiriləcəyi halda həmin psixotrop maddə və narkotik vasitəni təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını və buna dair ərizə verəcəyini bildirmişdir. Üzərinə axtarış keçirilən zaman hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evdə narkotik vasitənin evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, sonuncu yataq otağında stolun üstündə 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlələri təqdim edib həmin kütlələrin "şüşə" deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra baxış zamanı ona evin başqa hansı hissəsində narkotik vasitə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin otaqda qaz sobasının üstündə olan sellofan bükümdə qəhvəyi rəngli kütləni təqdim edib "kakos" deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda pəncərənin qarşısında sellofan torbanı təqdim edib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı sellofan torbanın içərisində olan kağız qutunu açdıqda oradan 24 ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə və 24 ədəd kağız bükümdə olan kütlələrin psixotrop maddə metamfetamin, 1 ədəd qəhvəyi rəngli kütlənin isə "kakos" deyilən narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə və narkotik vasitənin özünə məxsus olduğunu, təxminən bir həftə əvvəl yaşadığı kənddə yolda gedərkən mağazanın yaxınlığında yerdən tapdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 fevral 2022-ci il tarixli 18/163 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs evindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki sellofan torbacıqda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,718 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs evindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki sellofan torbacıqda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,945 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs evindən..." sözləri yazılmış və imzalar olan kağız paketdə 24 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,078 qram, 0,076 qram, 0,069 qram, 0,081 qram, 0,067 qram, 0,107 qram, 0,067 qram, 0,065 qram, 0,078 qram, 0,070 qram, 0,057 qram, 0,064 qram, 0,067 qram, 0,061 qram, 0,073 qram, 0,115 qram, 0,068 qram, 0,075 qram, 0,069 qram, 0,063 qram, 0,071 qram 0,072 qram, 0,076 qram, ümumi çəkisi - 1,759 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş cəmi 25 ədəd bükümdə ümumi çəkisi - 3,704 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqatdan sonrakı qalıq: heroin 1,668 qram, metamfetamin 2,954 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli 178 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində heç nə olmadığını, narkotik vasitə qəbul etdiyini, əvvəllər soyğunçuluq və dava-dalaşa görə məhkum olunduğunu, lakin yaşadığı evdə psixotrop maddə metamfetamin və "kakos" deyilən narkotik vasitə heroin saxladığını, polis əməkdaşları tərəfindən baxış keçiriləcəyi halda həmin psixotrop maddə və narkotik vasitəni təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını və buna dair ərizə verəcəyini bildirmişdir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxış keçiriləcək yaşadığı Salyan rayonu Kərimbəyli kəndində fərdi yaşayış evində narkotik vasitənin evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evin yataq otağında stolun üstündə 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələri təqdim edib həmin kütlələrin "şüşə" deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs evin başqa hansı hissəsində narkotik vasitə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin otaqda qaz sobasının üstündə olan sellofan bükümdə qəhvəyi rəngli kütləni təqdim edib "kakos" deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda pəncərənin qarşısında sellofan torbanı təqdim edib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı sellofan torbanın içərisində olan kağız qutunu açdıqda oradan 24 ədəd kağız bükümdə ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə və 24 ədəd kağız bükümdə olan kütlələrin psixotrop maddə metamfetamin, 1 ədəd qəhvəyi rəngli kütlənin isə "kakos" deyilən narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə və narkotik vasitənin özünə məxsus olduğunu, təxminən bir həftə əvvəl yaşadığı kənddə yolda gedərkən mağazanın yaxınlığında sellofan torbada olan qutunun içərisində yerdən tapdığını və əldə etdikdən sonra həmin psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə etdiyini, onlardan satmadığını və ya satmaq niyyəti ilə saxlamadığını bildirdi. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonrakı qalıq 2, 954 qram psixotrop maddə metamfetamin və 1,668 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Salyan rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş məhkumluğu ödənilməmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2015, 2021-ci il təvəllüdlü azyaşlı qızlarından, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında haqqında» 14 mart 2022-ci il tarixli qərarla şəxsi axtarış və götürmənin aparılmasını, baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı “yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini saxlamasında satış məqəsədi olmaması” ilə bağlı ifadəsinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, işin faktiki hallarına uyğun olaraq onun yaşadığı evdən aşkar olunmuş həmin maddələri az çəkilərə bölüb ayrı-ayrı qablaşdırmaqla, çoxsaylı halda hazır saxlaması onları satmaq məqsədini daşıyırmış. Təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən resedivi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Salyan rayon polis şöəbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,954 qram psixotrop maddə metamfetamin və 1,668 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması, baxış keçirilməsi aparılmasını əks etdirən 2 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,954 qram psixotrop maddə metamfetamin və 1,668 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin aparılmasını, baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-307/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-307/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver