Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-308/2023 12.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri-Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X47, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ədalət oğlu, Zərərçəkmiş şəxs2 Oqtay oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Şükür oğlu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakları ilə, xx xxxx 1972-ci ildə İmişli rayonu Ağcüyür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, İmişli rayonu Ağcüyür kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 sonuncunun cavabdeh X17 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası əsasında İmişli rayon məhkəməsinin icraatında olan mülki iş üzrə onun xeyrinə qətnamə çıxarılması müqabilində 3000 manat pulu işə baxan hakimə verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 25 aprel 2020-ci il tarixdə saat 11 radələrində İmişli şəhəri Heydər Əliyev prospekti 117 ünvanında yerləşən İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs5 idarə etdiyi “Azsamand LX minik” markalı, **- BX-*** qeydiyyat nişanlı avtomobildə mülki iş üzrə bir mövqedən çıxış edən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hər birindən 1500 manat olmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 3000 manat pulu aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 1500 manat, Zərərçəkmiş şəxs4 1500 manat pulunu, yəni onların əmlaklarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Əbülfət oğluna onu, arvadı Şahid1 və qardaşı Şahid2 işə düzəldəcəyi barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2020-ci ilin iyun ayının əvvəllərində saat 12 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASC-nin İmişli filialının arxasında yerləşən çayxanada 1000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində saat 17 radələrində isə Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən çayxananın qarşısında özünə məxsus “VAZ 2107” markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin içərisində 1100 manat pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2100 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 sonuncunun azyaşlı övladı Zeynəb Məmmədzadənin onun himayəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin avqust ayının əvvəllərində İmişli rayonu, Yalavac kəndində yerləşən İmişli rayon məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsilə göndərdiyi 1300 manat pulu, 2020-ci ilin oktyabr ayının sonlarında İmişli şəhəri H.Aslanov küçəsində yerləşən "xxxx" MMC-nin İmişli Poçt filialının qarşısında Zərərçəkmiş şəxs2 300 manat pulu, 2020-ci ilin dekabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsilə göndərdiyi 200 manat pulu sonuncunun İmişli rayonu, Bəcrəvan kəndində yaşadığı evin yerləşdiyi küçədə aldadıb alaraq, vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 onun üçün ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə yalan vəd verərək 20 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 117 ünvanında yerləşən İmişli rayon Mədəniyyət Mərkəzi ilə “Medisan” klinikasının arasındakı küçədə Zərərçəkmiş şəxs3 600 manat məbləğində pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 600 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs7 vəkil kimi təqdim edərək sonuncunun Cəbrayıl rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli 1(072)-07/2020 nömrəli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X2nun cəzasının azaldılması və ya azadlığa buraxılmasını təmin edəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 01 may 2021-ci il tarixdə saat 15 radələrində Saatlı şəhəri ərazisində yerləşən dairəvi yolayırıcının yaxınlığında Zərərçəkmiş şəxs7 50 manat pulu, Biləsuvar rayonu 6 saylı qəsəbədə yerləşən “Röyal-M” marketdəki “Milliön” ödəniş terminalından ona məxsus "xxxx" ASC-nin 4172 1153 3262 4717 nömrəli bank kartına Zərərçəkmiş şəxs7 07 may 2021-ci il tarixdə saat 10:30-da köçürdüyü 1000 manat pulu, 22 iyun 2021-ci il tarixdə saat 09:21-də köçürdüyü 370 manat pulu, Biləsuvar rayonu 8 saylı qəsəbədə yerləşən "xxxx" ASC-yə aid bankomatdan Zərərçəkmiş şəxs7 ona məxsus "xxxx" ASC-nin 4172 1153 3262 4717 nömrəli bank kartına 21 iyul 2021-ci il tarixdə saat 08:57-də köçürdüyü 340 manat pulu, Şahid5 məxsus "xxxx" ASC-nin 4169 7413 1613 3238 nömrəli bank kartına 14 avqust 2021-ci il tarixdə saat 10:17-də köçürdüyü 400 manat pulu, Biləsuvar rayonu 6 saylı qəsəbədə yerləşən “Röyal-M” marketdəki “Milliön” ödəniş terminalından Şahid6 məxsus "xxxx" ASC-nin 4169 7413 1657 6287 nömrəli bank kartına Zərərçəkmiş şəxs7 24 avqust 2021-ci il tarixdə saat 17:59-da köçürdüyü 200 manat pulu, 2021-ci ilin oktyabr ayının sonlarında saat 12:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbənin giriş hissəsində Zərərçəkmiş şəxs7 200 manat pulu aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 2560 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs6 vəkil kimi təqdim edərək sonuncuya qardaşı X29 Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Saatlı rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə tərkibində narkotik maddələr olan bitkilərin sayını azaltmaq və təqsirləndirilən E.Ş.Maxadinova azadlığın məhdudlaşdırılması cəzası təyin etdirmək müqabilində 6500 manat pulu vəzifəli şəxslər, ekspert, prokuror, dövlət ittihamçısı və hakimə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin sentyabr ayının əvvəllərində İmişli rayonu, Bəcrəvan kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs6 500 manat pulu özü üçün xidmət haqqı adı ilə, 2021-ci ilin sentyabr ayının sonlarında Saatlı şəhəri ərazisində, müxtəlif yerlərdə 2000, 1800, 2000 və 700 manat olmaqla Zərərçəkmiş şəxs6 Şahid7 vasitəsilə göndərdiyi cəmi 6500 manat pulu ekspertə, prokurora, dövlət ittihamçısına və hakimə rüşvət vermək adı ilə, 2021-ci ilin oktyabr ayının sonlarında isə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Saatlı filialının yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs6 Şahid7 vasitəsilə göndərdiyi 200 manat pulu yol xərci adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 7200 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən ona və qardaşı Şahid10 yazılmış 56000 manat məbləğində inzibati cərimənin silinməsi müqabilində 5600 manat pulu, daha sonra əlavə olaraq 2500 manat pulu vəzifəli şəxslərə, işə baxan Şirvan İnzibati Məhkəməsinin hakimlərinə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 19 yanvar 2022-ci il tarixdə saat 17 radələrində İmişli rayonu, Bəcrəvan kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs8 5600 manat pulu hakimlərə rüşvət vermək adı ilə, 500 manat pulu özü üçün xidmət haqqı adı ilə, 22 yanvar 2022-ci il tarixdə saat 12:44-də Masallı şəhəri, H.Əliyev prosepektində yerləşən “Qızıltac” şadlıq sarayından Zərərçəkmiş şəxs8 qohumu X24 məxsus "xxxx" ASC-nin 4169 7377 0889 5145 nömrəli bank kartından “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1356 7646 nömrəli bank kartına köçürdüyü 280 manat pulu dövlət rüsumu adı ilə, 25 yanvar 2022-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs8 2500 manat pulu əlavə olaraq hakimlərə rüşvət vermək adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Şahid10 8880 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edərək onun və qardaşı Şahid10 bank hesablarına qadağa və ölkədən giriş-çıxışa məhdudiyyət qoyulmasına müvəqqəti möhlət hüququ verilməsi müqabilində 1500 manat pulu vəzifəli şəxslərə, işə baxan Şirvan İnzibati Məhkəməsinin hakimlərinə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 04 fevral 2022-ci il tarixdə saat 14:49-da Masallı şəhəri, H.Əliyev prosepektində yerləşən “Qızıltac” şadlıq sarayından Zərərçəkmiş şəxs8 qohumu X24 məxsus "xxxx" ASC-nin 4169 7377 0889 5145 nömrəli bank kartından “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1356 7646 nömrəli bank kartına köçürdüyü 1500 manat pulu hakimlərə rüşvət vermə adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Şahid10 1500 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilmiş, CM-nin 32.4,312-ci maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 Əbülfət oğlunu 2019-cu ilin sentyabr-oktyabr aylarında İmişli rayon Məşğulluq Mərkəzində xırdabuynuzlu heyvan götürərkən tanımışdır. Həmin vaxtdan aralarında münasibət yaranmışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Coşqun ona özünü və ailə üzvlərini "xxxx" MMC-nin Məşğulluq programı çərçivəsində işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 özünün və ailə üzvlərinin məşğulluq proqrammı çərçivəsində işə düzəlmələri üçün müvafiq dövlət orqanlarına ərizələrin yazılması müqabilində ondan zəhmət haqqı olaraq 2100 manat pul almışdır. O, Zərərçəkmiş şəxs1 özünü və ailə üzvlərini işə düzəltmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs2 ilə Şahid3 vasitəsi ilə 2020-ci ildə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 keçmiş həyat yoldaşı ilə aralarında uşağın himayəçiliyi üstündə narazılığının yarandığını bildirərək ondan həmin narazılığın həlli üçün məhkəməyə müraciət yazmasını xahiş etmişdir. O isə məhkəməyə müraciət yazmaq üçün Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə 1800 manat pul almışdır. Zərərçəkmiş şəxs2 məhkəmədə uşaqlarının onun himayəsinə verilməsinə köməklik etmək üçün pul almamışdır. Ondan pulu zəhmət haqqı kimi almış və 1800 manat pulu Zərərçəkmiş şəxs2 sonradan tam şəkildə qaytarmışdır. O, Zərərçəkmiş şəxs3 ilə təxminən 2012-2013-cü illərdə İmişli rayon məhkəməsinin köhnə binasının qarşısında görüşmüş, həmin vaxt Tehmir həyat yoldaşından ayrıldığı üçün aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə ərizə yazmaq üçün ondan kömək istəmişdir. O, həmin məhkəmədə Zərərçəkmiş şəxs3 nümayəndəsi kimi iştirak etmişdir. Bunun müqabilində Tehmir ona 600 manat pul vermişdir. O ərizə yazsa da, məhkəmə Tehmirin iddiasını təmin etməmişdir. Bundan sonra o, digər məhkəmə instansiyalarına müraciət etmiş, lakin nəticəsi olmamışdır. Sonradan Tehmir ondan 600 manat pulunu istəsə də, imkansızlıqdan pulu qaytara bilməmişdir. Tehmirə sosial yardım düzəltmək üçün 2020-ci ildə ondan 600 manat pul almamışdır. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 xalası oğlunlarıdırlar. 2020-ci ildə məhkəmədə işin həlli üçün onlardan 3000 manat pul almamışdır. Həmin şəxslər onun başqa evli qadınla münasibətinin olmasını deyərək iki dəfə hər birində 150 manat olmaqla pul almışlar. Sonuncu dəfə 2021-ci ilin iyun ayında Balaməli böyük qardaşı Nəzərə guya onun Fəxrəddin Hüseynovun arvadına 300 dollar pul verdiyini demiş, qardaşı bu barədə soruşanda o, belə bir şeyin olmadığını, Balaməlinin və Abbasəlinin ona böhtan atdıqlarını demişdir. Həmin gün, axşam saatlarında Balaməli istifadəsində olan mobil telefona zəng vuraraq ondan 1000 manat pul istəmiş, pulu verməyəcəyi təqdirdə onu kənd içərisində biyabır edəcəyini demişdir. Lakin Balaməli ilə razılaşmayıb ona heç nə verməmiş, ona görə də Balaməli və Abbasəli ona şər atmış və onun əvvəllər dələduzluqla bağlı məhkumluğu olduğu üçün bundan istifadə etmişlər. Onlardan hər hansı məbləğdə pul almamışdır. X3 ilə İmişli rayon məhkəməsində olan mülki işə onun heç bir aidiyyəti olmamış, hakimə vermək üçün onlardan pul almamışdır. O, Zərərçəkmiş şəxs7 tanıyır. Hüquqşünas olduğuna görə yaxın adamlara hüquqi məsləhətlərin verilməsində köməklik etmişdir. Zərərçəkmiş şəxs7 bank kartına köçürülən və əvvəllər verdiyi 2560 manat pulu almışdır. Zərərçəkmiş şəxs7 oğlu xəstədir. Bununla əlaqədar olaraq dövlət orqanlarına ərizələr yazmışdır. Talıbovanın oğluna amnistiya tədbiq edilmiş, cəzası 6 ay azaldılmışdır. Zərərçəkmiş şəxs7 oğlunun cəzasının azaldılması və ya buraxılması üçün pul almamışdır. Dövlət orqanlarına ərizələrin yazılması müqabilində ondan zəhmət haqqı olaraq pul almışdır. Zərərçəkmiş şəxs6 bir dəfə görmüşdür. Onun bacısının əri X20 tanımışdır. Şahid7 ona hissə-hissə 7200 manat pul vermişdir. Şahid7 ona qaynı X7suz tutulmasını demişdir. O da bununla əlaqədar olaraq prokurorluğa və başqa dövlət orqanlarına Elşən Maxadinovun narkotikə görə qanunsuz olaraq tutulması barədə ərizələr yazmışdır. O, Elşən Maxadinovun cəzasını yüngülləşdirməyi vəd etməmişdir. Şahid7 pulu zəhmət haqqı kimi almışdır. Ondan aldığı pulu kiməsə rüşvət vermək adı ilə almamışdır. Rüşvət verilməli olan konkret şəxs yoxdursa, rüşvətə verməyə təhrik etməkdən söhbət gedə bilməz. Zərərçəkmiş şəxs8 İmişli rayonu Ağcüyür kənd sakini olan Şahid13 vasitəsilə tanımışdır. Şəmil 2022-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları kənddə Masallı rayonundan olan dostu Zərərçəkmiş şəxs8 Masallı şəhərində “Masallı Mall” adlı paltar mağazası işlətdiyini, vergi əməkdaşları tərəfindən ona cərimələr yazıldığını deyib, cərimələri sildirmək üçün kömək edə bilib-bilməyəcəyini soruşmuş, o da cərimələri sildirmək üçün Elnurun adından Şirvan İnzibati Məhkəməsinə ərizə yazıb kömək edə biləcəyini demişdir. Elnurla qardaşı Elmarın adına 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cəmi 56000 manat cərimə yazılmışdır. Həmin şəxslər ondan cərimələrin silinməsinə köməklik etməsini xahiş etmiş və bu məqsədlə həmin şəxslər ona bir dəfə 6100 manat pul vermişlər. Sonra isə onun kartına hissə-hissə pul köçürmüşlər. Beləliklə ona cəmi 10300 manat pul vermişlər. O, həmin məbəlğdə pulu zəhmət haqqı kimi almış, Şirvan İnzibati Məhkəməsinin hər hansı hakiminə rüşvət verəcəyini deməmişdir. 15 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 adından ona və qardaşı Elmarın adına yazılmış cərimələrin ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə yazıb göndərmişdir. Lakin həmin şəxslərə yazılmış cərimə silinməmişdir. Sonradan 10300 manat pulu tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona özünü və ailə üzvlərini "xxxx" MMC-nin Məşğulluq programı çərçivəsində işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Coşqunun pulunu almaq məqsədilə Coşquna kömək edə biləcəyini demişdir. O, Coşquna şəxsiyyət vəsiqələrinin surətini gətirməsini demişdir. Coşqun ondan xərcinin nə qədər olacağını çsoruşduqda hər adam üçün 700 manat pul verəcəyini demişdir. Coşqun da onunla razılaşmışdır. Sonra Coşqun qardaşı Səyyar ilə onun yanına gəlmiş və onlar birlikdə "xxxx" ASC-nin arxasında yerləşən çayxanada oturub çay içmişlər. Coşqun ona özünü, arvadı Şahid1 və qardaşı Şahid2 qızını Dövlət Məşğulluq proqramı çərçivəsində işə düzəltdirmək üçün sənədləri gətirdiyini bildirmişdir. O, Coşqunun gətirdiyi şəxsiyyət vəsiqəsi və digər sənədlərinə baxmış və Coşquna onları işə düzəltməyə kömək edəcəyini bildirmişdir. Coşqun qardaşı Səyyarın yanında ona 1000 manat pul vermiş, yerdə qalan pulu isə imkanlaşdırıb verəcəyini bildirmişdir. O da Coşqunla razılaşmışdır. Bir neçə gün sonra o, Coşquna zəng edib pulu hazırlayıb-hazırlamadığını soruşmuşdur. Coşqun ona pulun hazır olduğunu bildirmişdir. O, Coşquna İmişli rayonu Telişli kəndinə gələcəyini və pulu orada götürəcəyini bildirmişdir. O, həmin gün saat 17 radələrində özünə məxsus qara rəngli, “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını tam xatırlamadığı, son rəqəmi 067 olan avtomobili ilə İmişli rayonu Telişli kəndinə getmiş, orada Coşqun və qardaşı Səyyarla görüşmüşdür. Onlar birlikdə Kürdəmir rayonu Mollakənd kəndində yerləşən çayxanaya getmiş, çay içdikdən sonra avtomobilə əyləşmiş və Coşqun 1100 manat pulu ona vermişdir. O isə Coşquna yaxın vaxtlarda işinin həll olunacağını demişdir. Daha sonra Coşqun və Səyyarı evlərinə düşürmüş, özü isə çıxıb getmişdir. O, Coşqunun və ailə üzvlərinin adından onların işə düzəlməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər orqanlara müraciətlər etmişdir. Daha sonra 44 X49 başladığı üçün başı qarışıq olmuş, müharibədən sonra isə müharibə iştirakçılarına və şəhid ailələrinə yardımlar edilməyə başlamışdır. O, Coşqunun işinin həll olunacağını, yəni onun və ailə üzvlərinin işə götürüləcəklərini gözlədiyi üçün Coşqunun pulunu qaytarmamış, daha sonra isə Coşqunun pulunu xərclədiyi üçün Coşqunun pulunu qaytara bilməmişdir. Coşqundan pul aldığı dövrdə heç yerdə işləməmişdir. Coşqunun və ailə üzvlərinin adından ərizə yazsa, onların həmin proqrama cəlb olunacaqlarını, Coşqun isə onun onları işə düzəltdirdiyini fikirləşəcəyini hesab etmişdir. 2100 pulu Coşqundan özü üçün almışdır. O, pulu alarkən Coşquna həmin pulu hər hansı vəzifəli və ya digər şəxsə rüşvət verəcəyini deməmiş, çünki onun elə bir niyyəti olmamışdır. Onun niyyəti Coşqunun pulunu özü üçün almaqdan ibarət olmuş və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 ilə Şahid3 vasitəsi ilə 2020-ci ildə tanış olmuşdur. Şahid3 ona Zərərçəkmiş şəxs2 bir müddət əvvəl həyat yoldaşından ayrıldığını, onların birgə nigahdan xx.xx.2016-cı il təvəllüdlü bir qız övladlarının olduğunu, 2018-ci ildə onların rəsmi qaydada boşandıqlarını, lakin məhkəmənin qətnaməsi ilə uşağın himayəçiliyinin anası X18 verildiyini, qətnaməyə görə atası Zərərçəkmiş şəxs2 hər həftənin şənbə və bazar günü heç bir məhdudiyyət olmadan görüşə bildiyini, lakin uşağın anası Pərvanə Əliyevanın qətnamənin bu şərtini pozaraq uşağı atası ilə sonuncunun evində görüşə icazə vermədiyini, Zərərçəkmiş şəxs2 uşağın himayəçiliyinin anasından alınıb ona verilməsini istədiyini demişdir. Həmçinin Siyab ona Bəşirin, Pərvanə Əliyevanın həyat tərzinin uşağın gələcək həyat fəaliyyətinə və tərbiyyəsinə mənfi təsir göstərəcəyini fikirləşdiyini demişdir. Siyab bu xüsusatları ona bildirdikdən sonra o, uşağın himayəçiliyinin anası Pərvanə Əliyevadan alınıb atası Zərərçəkmiş şəxs2 verilməsində köməklik göstərəcəyini vəd etmişdir. Bundan sonra növbəti dəfə o, Siyabla görüşən zaman Zərərçəkmiş şəxs2 ona verdiyi, bu işlə bağlı olan sənədləri qəbul etmişdir. Siyab bu işlə bağlı Zərərçəkmiş şəxs2 ancaq 1300 manat pula imkanı çatdığını bildirmiş, o da etiraz etməmişdir. Bundan bir neçə gün sonra Siyab onunla İmişli şəhəri ərazisində yerləşən "xxxx" MMC-nin İmişli rayon filialının qarşısında görüşüb ona 1000 manat pul vermiş, qalan 300 manat pulu isə İmişli şəhəri ərazisində növbəti görüşlərində hissə-hissə vermişdir. O, pulu aldıqdan sonra Siyaba Bəşirə narahat olmamasını, onun işini həll edəcəyini deməsini bildirmişdir. O, işlə bağlı əlindən gələn işlərin hamısını görmüşdür. Belə ki, uşağın himayəçiliyinin anadan alınıb atasına verilməsi üçün anası alkoqoloji, narkoloji qeydiyyatda olmalı, yaxud əxlaqsız həyat tərzi ilə məşğul olmalıdır. Lakin o, Pərvanə Əliyeva barəsində bu faktlardan hər hansı birini aşkar edə bilmədiyi üçün işi həll edə bilməmişdir. O, Siyaba verdiyi vədə əməl edə bilməsə də, bir qədər maddi imkanının aşağı olması səbəbindən gecikmə ilə hissə-hissə olmaqla, birinci dəfə 400 manat, ikinci dəfə 300 dollar, sonra isə 500 manat olmaqla ümumilikdə 1400 manat zərəri ödəmişdir. O, yüz manat da artıq ödəmişdir. O, Zərərçəkmiş şəxs2la razılaşmış və aralarında heç bir narazılıq yoxdur. 2021-ci ilin aprel-may ayında Kövsər adlı tanışı ona zəng edərək, bir nəfər qadına oğlunun məhkəmə işində köməklik etmək lazım olduğunu demişdir. O, Kövsər adlı tanışı ilə razılaşaraq həmin qadına kömək edəcəyini bildirmişdir. Həmin gün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona ***-***-**- ** nömrəli mobil telefondan zəng olunmuşdur. O, telefona cavab vermiş və səsindən qadın olduğunu duymuşdur. Sonradan adının Zərərçəkmiş şəxs7 olduğunu bildiyi qadın ona oğluna köməklik göstəriləsi qadının olduğunu demişdir. O, həmin qadına Kövsərin ona xahişini etdiyini, nə köməklik lazım olsa deyə bilərəcəyini bildirmişdir. Məleykə ona oğlu İmamverdi Balakişiyevin həbs edilməsinin səbəblərini demiş və tək yaşadığı üçün oğlunun həbsdən azad edilməsində köməklik göstərməsini xahiş etmişdir. O isə həmin gün Saatlı rayonunda olduğuna görə elə həmin rayon ərazisində görüşərək köməklik edəcəyini, həmçinin ailə üzvlərinə dair sənədləri və məcburi köçkünlükə bağlı olan sənədlərini gətirməsini bildirmişdir. Zərərçəkmiş şəxs7 onunla razılaşaraq həmin gün Saatlı rayonuna gələcəyini demişdir. Həmin gün saat təxminən 11-12 radələrində o, Saatlı rayon ərazisində yerləşən dairəvi yol ayrıcının yaxınlığında dəqiq adını bilmədiyi marketin qarşısında Zərərçəkmiş şəxs7 ilə görüşmüşdür. Məleykə ilə birlikdə tanımadığı bir qadın da olmuşdur. Onlar üçü yol kənarında görüşən zaman Zərərçəkmiş şəxs7 ondan oğlu İmamverdi Balakişiyevin həbsdən azad edilməsi və ya cəzasının azaldılmasında köməklik etməsini xahiş etmiş və özü ilə gətirdiyi sənədləri təqdim etmişdir. O, Məleykənin təqdim etdiyi sənədləri almış, həmin sənədləri, yəni mərhum həyat yoldaşının hərbi biletini, veteranlıq vəsiqəsini, ölüm haqqında şəhadətnaməsi, yoldaşının müharibədə iştirakına dair vəsiqəni, nikah haqqında şəhadətnaməni, özünün şəxsiyyət vəsiqəsin, məcburi köçkünlük haqqında vəsiqəsini, oğlu X11 rayon Məhkəməsinin hökmünü vərəqləmiş və bu sənədlərə əsasən oğlu İmamverdi Balakişiyevə köməklik edəcəyini bildirmişdir. Sənədləri götürüb bazarın yaxınlığında surətlərini çıxarmış, Məleykə sənədlərin surətlərini çıxarmaq və ərizələrin yazılması üçün ona 50 manat məbləğində pul vermişdir. O da sənədlərin surətlərini çıxarıb özü üçün götürmüş, əslini isə Zərərçəkmiş şəxs7 qaytarmışdır. Bundan bir-iki gün sonra o, X4 əfv olunması barədə Azərbaycan Respublikasının Prezidentinə, Penitensiar Xidmətə, Ombudsmana, Milli Məclisə və Ədliyyə Nazirliyinə ərizələr yazaraq müraciətlər etməyə başlamış, müraciət müəllifi kimi Zərərçəkmiş şəxs7 və yaşayış ünvanını qeyd etmişdir. Müraciətlərə baxılması ilə əlaqədar Zərərçəkmiş şəxs7 yaşayış ünvanına cavab məktubları göndərilmişdir. Cavab məktubunda işin nəzarətdə saxlanması ilə əlaqədar bildirişlər qeyd olunmuş və həmin məktubları da Zərərçəkmiş şəxs7 ünvanına çatandan sonra ona zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs7 3 ay keçəndən sonra heç bir nəticənin olmadığını görüb təxminən 05 may 2021-ci il tarixdə ona zəng edərək oğlunun cəzasının azaldılması üçün məhkəmə ilə danışmasını xahiş etmişdir. O da Məleykənin xahişini nəzərə alıb yenidən ərizələr yazaraq Salyan rayon məhkəməsinə gedəcəyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs7 ona köməklik edəcəyini və yol xərclərini qarşılayacağı üçün 1000 manat məbləğində pul göndərəcəyini demişdir. Həmçinin əlavə də lazım olan köməklik edəcəyi təqdirdə xərcləri verəcəyini bildirmişdir. O Məleykənin xahişlərini nəzərə alaraq köməklik edəcəyini demişdir. Zərərçəkmiş şəxs7 ona göndərəcəyi pulu hansı qaydada göndərməsini soruşduqda o, Məleykəyə kart hesabını deyəcəyini, pulu həmin karta yükləyəcəyini demişdir. Bundan iki gün sonra, yəni 07 may 2021-ci il tarixdə o, Salyan rayon məhkəməsində olarkən istifadəsindəki mobil telefonla Zərərçəkmiş şəxs7 istifadəsində olan mobil telefona zəng edərək, Salyan rayon məhkəməsində olduğunu və göndərəcəyi 1000 manat məbləğində pulu göndərməsini demişdir. Zərərçəkmiş şəxs7 həmin gün 1000 manat məbləğində pulu onun hesab nömrəsinə yükləmişdir. Bundan sonra o, Salyan rayon məhkəməsinə daxil olaraq, Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən cəzadan azad olunması üçün fikrini əsaslandıraraq İmamverdi Balakişiyevin azad olunması üçün ərizə yazmışdır. Onun yazdığı ərizə əsasında Salyan rayon məhkəməsində məhkəmə iclası keçirilməsinə baxmayaraq İmamverdi Balakişiyevin cəzasının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməmişdir. Bundan sonra, təxminən 20 iyun 2021-ci il tarixdə o, istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs7 zəng edərək oğlu İmamverdi Balakişiyevin həbsdən azad edilməsi və ya cəzasının azaldılması məqsədilə 370 manat məbləğində pulun lazım olduğunu demiş, Zərərçəkmiş şəxs7 etiraz edərək pulu verməkdən imtina etdikdə, o, Məleykəyə əziyyət çəkdiklərini, işlərini yarı yolda buraxmamalarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 onunla razılaşaraq 370 manat məbləğində pulu toplayıb göndərəcəyini bildirmişdir. Təxminən iki gün sonra, yəni 22 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 370 manat məbləğində pulu onun kart hesabına göndərmişdir. Təxminən 19 iyul 2021-ci il tarixdə o, istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs7 zəng edərək, eyni məqsədlə, yəni oğlu İmamverdi Balakişiyevin həbsdən azad edilməsi və ya cəzasının azaldılması üçün 340 manat məbləğində pul lazım olduğunu demişdir. Yenidən Zərərçəkmiş şəxs7 etiraz edərək, pulu verməkdən imtina etsə də, o, Məleykəni sakitləşdirərək demək olar ki, işləri yekunlaşdırdığını, İmamverdini əfv etdirməyə çalışdığını, yaxın vaxtlarda yanında olacağını vəd vermişdir. Bu sözlərdən sonra Zərərçəkmiş şəxs7 onunla razılaşaraq həmin 340 manat məbləğində pulu toplayıb göndərəcəyini bildirmiş və təxminən iki gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 340 manat məbləğində pulu onun kart hesabına yükləmişdir. O, pulları Zərərçəkmiş şəxs7 oğlu İmamverdini əfv etdirəcəyi adı ilə alsa da, heç bir orqana müraciət etməyərək kartdan çıxararaq öz istifadəsi üçün xərcləmişdir. Bundan sonra, o, təxminən 11 avqust 2021-ci il tarixdə istifadəsində olan mobil telefonla yenidən Zərərçəkmiş şəxs7 zəng edərək, eyni məqsədlə ona 400 manat məbləğində pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs7 əsəbiləşərək bu qədər pulu alıb heç bir iş görmədiyini və bir daha pul verməyəcəyini bildirmişdir. O isə Məleykəyə İmamverdinin həbsdən azad edilməsi üçün işləri yekunlaşdırdığını və əziyyətlərini yerə vurmamasını xahiş etmişdir. Bu sözlərindən sonra Zərərçəkmiş şəxs7 onunla razılaşaraq 400 manat məbləğində pulu göndərəcəyini bildirmişdir. Təxminən iki-üç gün sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs7 ona zəng edərək kart hesabının nömrəsini soruşmuş, onun istifadəsində olan kart hesabının istifadə müddəti bitdiyi üçün o, həmkəndlisi, taksi xidməti ilə məşğul olan Şahid5 Əlikram oğlunun kart nömrəsini Məleykəyə vermişdir. Bundan sonra o, Salyan rayon məhkəməsinə gedərək İmamverdi Balakişiyevin cəzasının azaldılması üçün yenidən ərizələr yazmışdır. Lakin onun yazdığı ərizələrin heç bir nəticəsi olmamışdır. Növbəti gün isə Şahid5la yaşadıqları kənddə görüşmüş, Elvin kartına yüklənən və ona çatacaq 400 manat məbləğində pulu ona vermişdir. O da həmin pulu Elvindən alaraq öz şəxsi istifadəsi üçün istifadə etmişdir. Bundan sonra, 24 avqust 2021-ci il tarixdə o, yenidən Zərərçəkmiş şəxs7 zəng edərək İmamverdi Balakişiyevin həbsdən azad edilməsinə dair ekspertiza xərclərinin ödənilməsi üçün əlavə olaraq 200 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs7 pulu ödəməkdən imtina etməsinə baxmayaraq, o, Məleykəyə ekspertiza xərclərinin ödənilməsinin vacib olduğunu, xərclər ödənilməyəcəyi təqdirdə, İmamverdi Balakişiyevin cəzasının azaldılmayacağını söyləmişdir. Buna görə də Zərərçəkmiş şəxs7 razılaşaraq 200 (iki yüz) manat məbləğində pulu göndərəcəyini demişdir. O pulun göndərilməsinin təcili olduğunu bildirdiyindən, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs7 yenidən ona zəng edərək pulu hansı kart hesabına yükləyəcəyini soruşmuşdur. O, həmin vaxt Saatlı rayonundan olan tanışı Şahid6 ilə birlikdə İmişli rayonundan Saatlı rayonu istiqamətində taksidə getdiyi üçün Şahid6 yaxın qohumlarının pul göndərəcəyini deyərək kartını verməsini və həmin karta 200 manat məbləğində pul yüklənəcəyini bildirmişdir. Şahid6 istifadəsində olan “Kapital Banka” aid olan kartı ona vermiş, o da Şahid6 məxsus kart üzərində olan rəqəmləri Zərərçəkmiş şəxs7 demişdir. Məleykə bir neçə dəqiqədən sonra pulu yükləməsi barədə yenidən zəng etmiş, o isə yanında olan Şahid6 həmin pulun köçübköçməməsini soruşmuşdur, sonuncu isə telefonda proqram vasitəsilə baxaraq 200 manat məbləğində pulun yükləndiyini demişdir. O bu barədə Zərərçəkmiş şəxs7 məlumat vermiş və gün ərzində Şirvan Apelliyasiya Məhkəməsinə gedəcəyini bildirərək göndərdiyi pulu ekspertiza xərclərinə ödəyəcəyini demişdir. O, Saatlı rayonu ərazisində dairəvi yol ayrıcının yaxınlığında Şahid6lə birlikdə taksidən düşmüş, Elşəndən kartını alaraq dairəvi yol ayrıcı yaxınlığında olan bankomata yaxınlaşmış və Zərərçəkmiş şəxs7 köçürdüyü 200 manat məbləğində pulu çıxaraq öz ehtiyaclarına istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində o, istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs7 zəng edərək, ərizə yazılması ilə əlaqədar zəruri sənədləri gəlib götürəcəyini bildirmişdir. Məleykə isə ondan nə vaxt gələcəyini və hansı sənədləri hazırlamasını soruşmuşdur. O X15 haqqında anket məlumatlarını götürəcəyini demişdir. Bundan bir-iki gün sonra o, yol taksisinə əyləşərək Biəsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evə getmişdir. Məleykənin evində iki nəfər tanımadığı şəxs olmuşdur. O, Zərərçəkmiş şəxs7 mərhum həyat yoldaşının hərbi biletini, veteran vəsiqəsini, ölüm haqqında şəhadətnaməsini, həyat yoldaşının müharibədə iştirakına dair vəsiqəni, nikah haqqında şəhadətnaməsini, özünün şəxsiyyət vəsiqəsini, məcburi köçkünlük haqqında vəsiqəni, həmçinin yoldaşının müharibədə olması ilə bağlı medallarının vəsiqələrini və digər yaddaşında qalmayan sənədləri verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs7 isə qeyd olunan sənədləri gətirib ona vermiş, həmin zaman evdə olan tanımadığı iki nəfər şəxs də Məleykənin ona verdiyi sənədləri görmüşlər. Həmçinin həmin şəxslər də ona İmamverdi Balakişiyevin işində köməklik göstərməsini xahiş etmişlər. Daha sonra o, sənədləri alıb həyətə çıxmış və avtomobilə tərəf getmişdir. Bu zaman Zərərçəkmiş şəxs7 onun arxasınca gələrək, taksi ilə gəldiyinə görə ona 30 manat məbləğində pul vermiş və o pulu almışdır. O yenidən İmamverdi Balakişiyevin həbsdən azad edilməsi və ya cəzasının azaldılması ilə səciyyələndirən halları vurğulayaraq əfv olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Prezidentinin əfv fərmanında İmamverdi Balakişiyevin adı siyahıya daxil edilməmişdir. Daha sonra 2021-ci ilin oktyabr ayının sonlarında o, yenidən Zərərçəkmiş şəxs7 zəng edərək oğlu İmamverdi Balakişiyevin qarşıdan gələn “Zəfər günü” ilə bağlı olan amnistiya aktında adının siyahıda olmasını və azadlığa çıxması üçün 200 manat məbləğində pul verməsini bildirmişdir. Zərərçəkmiş şəxs7 onunla razılaşaraq növbəti gün Cəbrayıl rayon 1 saylı qəsəbənin girişində Zərərçəkmiş şəxs7 ilə görüşmüş və 200 manat pulu almışdır. Bundan sonra o, nə qədər çalışsa da, İmamverdi Balakişiyevi həbsdən azad etdirə və cəzasını yüngülləşdirə bilməmişdir. O, Zərərçəkmiş şəxs7 ümumilikdə 2560 manat məbləğdə pulu almış, məqsədi sonuncunun oğlu İmamverdi Balakişiyevi həbsdən azad etdirmək və ya cəzasını azaltmaq olmuşdur. Şahid7 tanımış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, Daşpoladı Saatlı rayon Nəsimikənd kənd sakini olan Şahid9 vasitəsilə tanımışdır. Daşpoladın qardaşı X38 2021-ci ilin avqust ayının sonlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tutularaq həbs olunmuşdur. 2021-ci ilin sentyabr ayının əvvəllərində Daşpolad yeznəsi Süleyman və tanımadığı bir şəxslə İmişli rayon Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranına gəlmiş, orada dördü birlikdə oturarkən Daşpolad qardaşının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tutulduğunu və cinayət məsuliyyətindən azad olunması üçün köməklik etməsini demiş, o da sənədləri istəmişdir. Təxminən 7-10 gün sonra onlar əlyazma formasında işi aparan müstəntiqdən vərəq gətirmişlər. O, Elşənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə yanaşı 234.1-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb olunduğunu görmüş və Daşpoladgilə “sizin və ailə üzvlərinizdən adından hər bir orqana təkrar müraciətlər edəcəm və çalışacam ki, Elşənə azadlığın məhdudlaşdırılması cəzası verilsin” demişdir. Bunun üçün Daşpolad ilkin olaraq ona 500 manat pul vermiş və o, köməklik göstərilməsi üçün Daşpoladın ailə üzvlərinin adından müxtəlif instansiyalara ərizələr yazaraq göndərmişdir. Təxminən 10 gün sonra, 2021-ci ilin sentyabr ayının ortalarında o, Süleymanla “Çinarlı” restoranında görüşmüş, orada Süleymandan Elşənin cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilərkən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün 6500 manat pul istəmiş, həmin pulu yazı-pozuya, gedib-gəlməyə xərcləyəcəyini demişdir. Süleyman da təxminən 15-20 gün müddətində 2021-ci ilin sentyabr ayında hissə-hissə olmaqla, cəmi 6500 manat pulu İmişli rayonu, Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranında ona vermişdir. Ancaq Süleymanın konkret olaraq nə vaxt və hansı məbləğlərdə pul verdiyini dəqiq xatırlamır. 2021-ci ilin oktyabr ayında o, Süleymanla Saatlı şəhərində yerləşən parkdakı çayxanada görüşərkən Süleyman xərcləmək üçün ona 200 manat pul vermişdir. X59 Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elşən milli azlıq olan ahıska türkü olduğundan, o, Elşənin ailə üzvlərinin adından müxtəlif orqanlara köməklik edilməsi üçün ərizələr yazıb göndərmiş, Elşənə azadlığın məhdudlaşdırılması cəzası veriləcəyini güman etmiş, ona görə də bu işlə bağlı 7000 manat pul almışdır. Ona 500 manat pulu Daşpolad, 6500 manat pulu Süleyman vermiş, 200 manat pulu isə Süleyman xərcləmək üçün ona elə-belə vermişdir. Zərərçəkmiş şəxs6 ifadəsinə əlavə etdiyi diskdə olan səs yazısı ona məxsusdur, müddət keçdiyi üçün hadisələri dəqiq xatırlamayıb ifadə vermiş, hadisənin təfsilatı səs yazısındakı kimi olmuşdur. Zərərçəkmiş şəxs8 İmişli rayonu, Ağcüyür kənd sakini olan Şahid13 vasitəsilə tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Şəmil 2022-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları kənddə Masallı rayonundan olan dostu Zərərçəkmiş şəxs8 Masallı şəhərində “Masallı Mall” adlı paltar mağazası işlətdiyini, vergi əməkdaşları tərəfindən tərəfindən ona cərimələr yazıldığını deyib, cərimələri sildirmək üçün kömək edə bilib-bilməyəcəyini soruşmuş, o da cərimələri sildirmək üçün Elnurun adından Şirvan İnzibati Məhkəməsinə ərizə yazıb kömək edə biləcəyini demişdir. 2022-ci ilin yanvar ayının 7 və ya 8-də Elnur Şəmillə birlikdə İmişli rayonu, Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranına gəlmiş, üçü birlikdə kabinetdə oturduqdan sonra Elnur sənədləri təqdim etmiş və o, Elnurla qardaşı Elmarın adına 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cəmi 56000 manat cərimə yazıldığını görmüşdür. Elnur və Elmar hər biri adına VÖEN açdırıb fiziki şəxs olaraq 2 mərtəbəli mağazanın hərəsi bir mərtəbəni işlətmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Elnur və Elmara pandemiya qaydaların pozulması, vaxtı keçmiş malların satılması, əmək müqaviləsiz şəxslərin işlərə cəlb olunması, kassa aparatının olmaması və s. səbəblərdən cərimə yazılmışdır. Sənədlərə baxıb Elnura onların adından ərizə yazıb cərimələri ləğv etdirəcəyini deyərək Elnurdan nə qədər pul verə biləcəyini soruşmuş, Elnur da otaqda ona 6100 manat pul sayıb vermişdir. O, həmin pulu zəhmət haqqı olaraq götürmüş, Elnura isə pulu məhkəməyə müraciət edəndə hakimlərə verəcəyini demişdir. 15 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 adından ona və qardaşı Elmarın adına yazılmış cərimələrin ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə yazıb göndərmiş, bundan bir neçə gün sonra 2022-ci ilin yanvar ayının ortalarında Elnur xatırlamadığı nömrəsi ilə zəng vuraraq bank hesablarının dondurulduğunu demiş, o da bununla bağlı əlavə olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etməli olduğunu deyərək, onu İmişli rayonuna dəvət etmişdir. Növbəti gün Elnurla İmişli rayonu, Bəcrəvan kəndindəki “Çinarlı” restoranında görüşmüşlər. Həmin vaxt Elnur qardaşının və özünün bank hesablarının dondurulduğunu bildirmiş, o da “2500 manat ver, məhkəməyə müraciət edib bank hesablarını açdırım” demişdir. O, 2500 manat pulu ərizə yazmaq üçün istəmişdir. Elnur da razılaşaraq oturduqları restoranın kabinetində Şəmilin yanında 2500 manat pulu sayaraq ona vermişdir. Araşdırma zamanı bank hesabları açılmalı olduğuna görə o, müvəqqəti müdafiə tədbiri ilə bağlı Şirvan İnzibati Məhkəməsinə Elnurun adından ərizə yazıb göndərmişdir. Bir neçə gün sonra Elnur zəng vurub işlərini görərkən lazım olar deyə ona pul yollayacağını demiş, həmin gün Elnur onun 5522 0993 1356 7646 saylı "xxxx" kartına 280 manat pul yollamışdır. Təxminən 20 gün sonra 2022-ci ilin fevral ayının əvvəllərində Elnur ona zəng vurub, özü və qardaşının ölkədən çıxmasına məhdudiyyət qoyulacağını deyərək, kömək etməsini istəmiş, o da bununla bağlı iş görmək üçün özünə haqq olaraq 1500 manat pul istəmişdir. Elnur da razılaşaraq onun eyni bank kartına 1500 manat pul yollamışdır. Bundan sonra o, Elnurun və qardaşı Elmarın adından ölkədən çıxmalarına dair məhdudiyyətin qoyulmaması üçün müdafiələri ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə ərizə yazıb göndərmiş, təxminən bir ay sonra Elnur zəng vurub onun iş görən olmadığını, pulunu qaytarmasını ona demiş, o da 2022-ci ilin aprel ayının sonlarında bir neçə gün içərisində 5522 0993 1356 7646 saylı "xxxx" kartından Elnurun bacısı oğlunun bank kartına 1000 və iki dəfə 500 olmaqla, cəmi 2000 manat pul göndərmiş, qalan pulları da imkanı olduqca göndərəcəyini bildirmişdir. Bundan sonra məhkəmə işlərinə qarışmamış və nəticələrin nə olduğunu bilməmişdir. Elnur ona başqa adam tapdığını deyib, kənara çəkilməsini istəmişdir. O, Elnurun qardaşı Elmarı hazırkı vaxtadək heç vaxt görməmişdir. Elnur ona verdiyi 10380 manat pulu istədiyinə görə ona qaytarmağa razılaşmış və 2000 manatını qaytarmışdır. Elnurun və qardaşı Elmarın adından ərizə yazıb, cərimələri məhkəmədə ləğv etdirməsi məqsədi ilə özü üçün 6100 manat pul almış, lakin Elnur inansın deyə ona işə baxacaq hakimlərə pul verəcəyini demişdir. O, ərizə əsasında yazılmış cərimələrin məhkəmədə ləğv ediləcəyini düşünmüşdür. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir: Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Əbülfət oğlu göstərdi ki, 2019-cu ilin sentyabr-oktyabr aylarında İmişli rayon Məşğulluq mərkəzindən ailəsini saxlamaq üçün xırdabuynuzlu heyvan götürən zaman Mürşüdü tanımışdır. Mürşüd də oradan heyvan götürmüşdür. Həmin vaxt onların arasında münasibət yarandığı üçün bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bundan sonra Mürşüdlə hərdən telefonla danışmışlar. 2020-ci ilin iyun ayının əvvəllərində saat 12 radələrində İmişli şəhəri ərazisində "xxxx" ASC-nin filialının yanında Mürşüdlə qarşılaşmış və çayxanada çay içib söhbət edən zaman Mürşüd ona geniş əlaqələrinin olduğunu, Məşğulluq mərkəzi vasitəsilə sosial işçi kimi işə düzəltdiyini, onu və ailə üzvlərini də işə düzəltdirə biləcəyini demişdir. O, Mürşüddən hansı formada işə düzəltdirəcəyini soruşduqda Mürşüd ona bir nəfər üçün 700 manat pul lazım olduğunu, aylıq 245 manat əmək haqqı olan sosial işçi adlanan işə düzəltdirəcəyini demişdir. O Mürşüdün danışığına və verdiyi vədlərə inanıb onu, arvadı Şahid1 və qardaşı Şahid2 işə düzəltmək üçün hər birinə görə 700 manat olmaqla, ümumilikdə 2100 manat pul verməyə razılaşmışdır. Mürşüd onların şəxsiyyət vəsiqələrinin surətini istəmişdir. O, evə gəlib bu barədə arvadı İnciyə və qardaşı Səyyara danışmış və növbəti gün qardaşı Səyyarla İmişli şəhərinə gələrək "xxxx" ASC-nin İmişli filialının arxasındakı çayxanada saat 12 radələrində Mürşüdlə görüşmüşlər. O, şəxsiyyət vəsiqələrinin surətini, digər sənədləri və 1000 manat pulu qardaşı Səyyarın yanında həmin çayxanada Mürşüdə vermişdir. Mürşüd 1000 manat pulu götürərək qalan 1100 manat pulu da verməli olduqlarını, yoxsa işin alınmayacağını bildirmişdir. O, Mürşüddən bir həftə vaxt istədikdə Mürşüd ona bir həftənin gec olduğunu demişdir. O, Mürşüdə qapıda heyvanlarının olduğunu, həmin heyvanları satıb pulu verəcəyini demiş və Mürşüd razılaşmışdır. Növbəti gün o, bir baş erkək dananı və 3 baş qoyunu İmişli rayon mal bazarında ümumilikdə 1230 manata satmış və həmin gün saat 17 radələrində yaşadığı Telişli kəndinin mərkəzində qardaşı Səyyarla birlikdə Mürşüdlə görüşərək Mürşüdün gəldiyi “VAZ 2107” markalı avtomobilə əyləşib kəndin yaxınlığında yerləşən Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində yerləşən çayxanaya getmişlər. Çay içdikdən sonra “VAZ 2107” markalı avtomobildə qardaşı Səyyarın yanında 1100 manat pulu Mürşüdə vermişdir. Mürşüd pulu aldıqdan sonra onlara narahat olmamalarını, onu, arvadı İncini və qardaşı Səyyarı İmişli rayonu, Məşğulluq mərkəzi vasitəsilə işə düzəltdirəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Mürşüdə zəng edərək işin nə yerdə olduğunu soruşmuş, Mürşüd isə ona yaxın günlərdə işin həll olacağını bildirmişdir. Bundan sonra o, dəfələrlə Mürşüdə zəng etmiş, Mürşüd isə ona müxtəlif bəhanələr gətirərərk işin həll olacağını demişdir. Təxminən 7-8 ay keçdikdən sonra Mürşüd ona "xxxx" ASC-nin İmişli filalına yaxınlaşmasını, şəxsiyyət vəsiqələrini verib əmək haqqı kartlarını gəlibgəlmədiyini yoxlamasını demişdir. O, banka gedərək şəxsiyyət vəsiqəsini verib adına əmək haqqı kartının gəlib-gəlmədiyini soruşmuş, bankın əməkdaşları isə ona kartın gəlmədiyini bildirmişlər. Bundan sonra o, yenə Mürşüdə zəng etdikdə Mürşüd işin həll olunacağını demişdir. Bir müddət sonra o, Mürşüd tərəfindən aldadıldığını başa düşmüş və pulu tələb etməyə başlamışdır. Mürşüd də onu aldatdığını etiraf edərək, pula ehtiyacı olduğu üçün onu aldadaraq pulunu aldığını və yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. Lakin yenə də Mürşüd onun pulunu qaytarmamış və yenə də bəhanələr gətirməyə başlamışdır. O, Mürşüdə şikayət edəcəyini dedikdə Mürşüd ona şikayət etməməsini xahiş etmiş, pulunu verəcəyini bildirmişdir. Sonradan o, Mürşüdün mobil telefonlarına zəng etmiş, lakin Mürşüdə zəng çatmamışdır. Bundan sonra o, Mürşüdün tutulduğunu bilmişdir.Mürşüd ondan aldığı 2100 manat pulu məhkəmə baxışı zamanı tam şəkildə ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. O, sosial yardım təyin edilməsi ilə bağlı 01 sentyabr 2020-ci il tarixdən İmişli şəhərinə gəlib-getmiş, 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində İmişli şəhərində mədəniyyət evinin qarşısında Təqsirləndirilən şəxslə qarşılaşmışdır. Söhbət zamanı Mürşüdə sosial yardım almaq istədiyi üçün şəhərə gəldiyini demişdir. Mürşüd tanışı olduğunu, ona sosial yardım düzəldə biləcəyini, bunun üçün ona 600 manat pul verməli olduğunu demişdir. O, Mürşüdə inanmış və onunla razılaşmışdır. 20 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Mürşüd ona zəng edərək görüşmək istədiyini bildirmiş və onlar həmin gün saat 16 radələrində İmişli şəhərində yerləşən Mədəniyyət evi ilə “Medisan” klinikasının arasında görüşmüşlər. O, sosial yardımı düzəltməsi üçün Mürşüdə 600 manat pul vermişdir. Bundan sonra Mürşüd onu yubadaraq, “1 ay keçsin düzələcək, 2 ay keçsin düzələcək” deyə-deyə aldatmağa başlamışdır. O, Mürşüdün evinə gedəndə yenə də düzələcyini deyib onu yubatmışdır. O, aldandığını hiss edib 2020-ci ilin sonunda pulunu geri istəmişdir. Mürşüd isə pulunun olmadığını bildirib, sonra verəcəyini demişdir. O, dəfələrlə Mürşüddən pulunu geri istəsə də, Mürşüd həmişə bəhanə edib onu aldatmışdır. 2021-ci ilin avqust ayının sonlarında Mürşüddən sonuncu dəfə pulunu geri istəyəndə Mürşüd pulunun olmadığını dedikdə, o, Mürşüdə şikayət edəcəyimi bildirmişdir. Mürşüd isə ona “get, əlin hara çatır şikayət et, onsuz da mənim pulum yoxdur”- deyə cavab vermişdir. O da 20 sentyabr 2021-ci il tarixdə bu barədə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Mürşüdün aldatması nəticəsində ona 600 manat ziyan dəymişdir. Mürşüd həmin pul məhkəmə baxışı zamanı ona tam şəkildə ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs5 ilə birlikdə razılaşaraq həmkəndliləri X13 İmişli rayon Bəcrəvan kəndi ərazisində yerləşən 4,7 ha torpaq sahəsini 11 il müddətinə icarəyə götürmüş, həmin torpağın icarə haqqı kimi Cəmiləyə müxtəlif vaxtlarda cəmi 11000 manat pul vermişlər. O, Abbasəli ilə birlikdə torpağı icarəyə götürsə də, razılaşmaya görə sənədlərdə yalnız Abbasəlinin adı qeyd olunmuş, ancaq onlar şərik olmuşlar. Kəndin bələdiyyə sədrinin və icra nümayəndəsinin iştirakı ilə həmin torpağın Cəmilə tərəfindən ona icarəyə verilməsi barədə müqavilə imzalamışlar. 3 il keçdikdən sonra Cəmilə onunla olan müqaviləni pozaraq torpağı onlardan geri almış, bu səbəbdən də Abbasəli ilə Cəmiləyə vermiş olduqları 11000 manat pulu geri istəmişlər. Cəmilə pulu qaytarmaqdan imtina etdiyinə görə pulu almaq üçün İmişli rayon məhkəməsinə, daha sonra Şirvan Apellyasiya Məhkəməsinə müraciətlər etmiş, sonda isə iddiası baxılması üçün İmişli rayon məhkəməsinə qaytarılaraq hakim Ülvi Qənbərova həvalə olunmuşdur. 2020-ci ilin aprel ayının əvvəllərində o, Abbasəliyə məxsus avtomobillə İmişli şəhərinə gələrkən, kəndin çıxacağında Təqsirləndirilən şəxs onları saxlatdıraraq İmişli şəhərinə getmək istədiyini demiş və avtomobilin arxa oturacağına oturmuşdur. X60 ilə torpaq məsələsinin nə yerdə qaldığını soruşmuş, onlar da işə İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərov tərəfindən baxıldığını demişlər. X53 yaxın dostluğunun olduğunu, məhkəmə vasitəsi ilə 11000 manat pullarını Cəmilədən alıb onlara verdirəcəyini, bundan sonra da həmin 4,7 ha torpaq sahəsini bələdiyyə vasitəsi ilə Cəmilədən geri aldıraraq onlara satılmasını təşkil edə biləcəyini demişdir. Onlar İmişli şəhərinə çatdıqda Mürşüd rayon məhkəməsinin qabağında maşından düşmüş və məhkəmənin binasına daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Mürşüd onların yanlarına qayıdaraq Ülvi müəllimlə danışdığını, Ülvi müəllimin onların xeyrinə qərar qəbul olunması üçün 3000 manat pul istədiyini demişdir. Onlar Mürşüdə inandıqları üçün onunla razılaşmışlar. 25 aprel 2020-ci il tarixdə saat 11 radələrində Abbasəli ilə birlikdə İmişli rayon Mədəniyyət evinin qarşısına gələrək orada Mürşüdlə görüşmüş və avtomobildə Abbasəli torpaq və pul məsələsinin həlli üçün 3000 manat pulu Mürşüdə vermişdir. Həmin pulun 1500 manatı ona, 1500 manatı isə Abbasəliyə məxsus olmuşdur. Mürşüd 3000 manat pulu sayaraq təhvil almışdır. Sonra isə Ülvü müəllimin onu İmişli rayon mərkəzi xəstəxananın qarşısında gözləyəcəyini demişdir. Onlar onlar xəstəxananın qarşısına getmişlər. Mürşüd darvazanın qarşısında avtomobildən düşmüşdür. Həmin vaxt Ülvi müəllim İmişli rayon Mərkəzi xəstəxanasının həyətində olmuş, gəlib darvazadan çöldə öz avtomobilinə tərəf gedən zaman Mürşüd ona yaxınlaşmışdır. Mürşüd Ülvi müəllimə yaxınlaşıb onunla təxminən 20-30 saniyə söhbət edərək aralanmış, həmin vaxt o və Balaməli onlardan təxminən 30-40 metr aralıda olduqları üçün nə danışdıqlarını bilməmişlər. Mürşüd Ülvi müəllimlə danışdıqdan sonra onların yanına gəlmiş və pulu Ülvi müəllimə verdiyini demişdir. Lakin pulu Ülvü müəllimə verib-vermədiyini dəqiq bilməmişlər. X8 pul iddiası ilə bağlı olan işlə əlaqədar İmişli rayon məhkəməsinin hakimi X34 13 may 2020-ci il tarixli qətnaməsi çıxandan sonra 11000 manat pullarının cəmi 4800 manatının Cəmilənin qaytarması barədə qətnamədə çıxarıldığını, İmişli rayon məhkəməsinin hakimi X34 onların xeyrinə qərar qəbul etmədiyini görüb, Mürşüdün onları aldadaraq 3000 manat pulu özünün götürdüyünü başa düşmüşlər. Bundan sonra o, Abbasəli ilə birlikdə Mürşüdlə görüşüb İmişli rayon Məhkəməsinin hakimi X34 onların xeyrinə qərar vermədiyini demiş və aldadaraq ələ keçirdiyi 3000 manat pulu ondan geri istəmişlər. Əvvəllər Mürşüd dəfələrlə onları aldadaraq həmin pulu qaytaracağını vəd versə də, sonradan Mürşüdün onları aldatdığını və pullarını geri qaytarmaq istəmədiyini başa düşüb İmişli rayon polis şöbəsinə şikayət vermişlər. Mürşüdün onları aldatması nəticəsində ona və Abbasəliyə hər birinə 1500 manat maddi ziyan dəymişdir. Mürşüd məhkəmə baxışı zamanı ona dəymiş 1500 manat ziyanı tam ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 da zərərçəkmiş Zərərçəkmiş şəxs4 ilə eyni məzmunulu ifadə verərək Təqsirləndirilən şəxs onlarla birlikdə İmişli rayon məhkəməsinin binası yaxınlığına getməsini, avtomaşından düşərək məhkəmənin inzibati binasına daxil olmasını, sonra isə çıxaraq onlara yaxınlaşmasını, Ülvi Qənbərovla danışmasını, sonuncunun onların xeyrinə qərar qəbul olunması üçün 3000 manat pul istəməsini onlara bildirməsini, bundan sonra 25 aprel 2020ci il tarixdə saat 11 radələrində Balaməli ilə birlikdə İmişli rayon Mədəniyyət evinin qarşısına gələrək orada Mürşüdlə görüşərək hər biri 1500 manat qoymaqla avtomobildə ona 3000 manat pulu verməsini, Mürşüdün Ülvü müəllimin onları rayon mərkəzi xəstəxanasının həyətində gözləməsini deməsini, rayon mərkəzi xəstəxanasının həyətinə getmələrini, Təqsirləndirilən şəxs avtomaşından düşərək xəstəxananın həyətində olan ülvü müəllimlə qısamüddətli görüşməklə geri qaydaraq pulu ona verdiyini deməsini, lakin sonradan məhkəmə tərəfindən onların ziyanına qərar qəbul olunduğundan Mürşüdün onları aldatmaqla 3000 manat pullarını ələ keçirdiyini və tələb etmələrinə baxmayaraq həmin pulu ala bilmədiklərini, sonradan məhkəmə baxışı zamanı Mürşüdün ondan və Balamməddən aldığı 3000 manat pulu tam şəkildə ödədiyini təsdiq etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, Təqsirləndirilən şəxs Saatlı rayon Nəsimikənd kəndində yaşayan Barat adlı şəxsin vasitəsilə tanımışdır. Onun qardaşı X38 29 avqust 2021-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur. O, 2021-ci ilin sentyabr ayında İmişli rayon Bəcrəvan kəndində yerləşən “Çinarlı” adlı restoranda Mürşüd ilə görüşmüş, həmin vaxt yanlarında yeznəsi Şahid7 və yeznəsinin dostu Kamal adlı şəxs də olmuşlar. O, Mürşüdə Elşənin Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə həbs olunduğunu deyib, onun azadlığa çıxmasına kömək edə bilməyəcəyini soruşmuşdür. Mürşüd vəkil olduğunu, Elşənin azadlığa çıxmasına kömək edəcəyini, bunun üçün 4000 manat pul Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimə verəcəyini, 2500 manat pul isə Elşənin tutulmasına əsas olan, tərkibində narkotik maddələr olan kolların sayının azaldılması üçün ekspertə verəcəyini, bundan sonra Elşənə qandal, yəni 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdıırlması cəzasının təyin ediləcəyini, məhkəmə zalından buraxılacağını deyib, özünə də əlavə olaraq 500 manat, cəmi 7000 manat pul istəmişdir. Mürşüd özünə istədiyi pulun 240 manatını dövlətə vergi kimi ödəyəcəyini demişdir. Bundan əlavə Mürşüd cəzasını çəkənə qədər Elşən Saatlını tərk edə bilməyəcəyini demiş, o da Mürşüdə inanıb razılaşmış və ona “500 manat azdır, qardaşımı azad elə, əlavə olaraq 1000 manat sənə hörmət edəcəm” demişdir. Həmin gün, 2021-ci ilin sentyabr ayının əvvəllərində Kamal və Süleymanın yanında “Çinarlı” restoranın həyətində 500 manatı pulu ilkin olaraq Mürşüdə vermiş və ona qalan pulu 2021-ci ilin sentyabr ayında hissə-hissə verəcəyini demişdir. Mürşüd də onunla razılaşmışdır. Bundan sonra o, 2021-ci ilin sentyabr ayının 20-dən ayın sonuna kimi yeznəsi Süleyman vasitəsilə 2000, 1800, 2000 və 700 manat olmaqla, cəmi 6500 manat pulu Mürşüdə göndərmiş, Mürşüd ümumilikdə 6500 manat pulu Saatlı rayonu ərazisində Süleymandan götürmüşdür. 2021-ci ilin oktyabr ayının sonlarında X45 şəhərində yerləşən "xxxx"ın yanındakı çayxanada olarkən Mürşüd işi həll etmək üçün gələcəkdə iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedəndə ora gedib-gəlməkdən ötrü benzin pulu kimi 200 manat pul istəmiş, Süleyman 200 manat pulu həmin gün Mürşüdə vermişdir. O isə 200 manatı Süleymana qaytarmışdır. Bundan sonra Elşən həbsdə qalmış və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2022-ci ilin yanvarfevral aylarında Elşənə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, Mürşüd nə istintaq dövründə, nə də məhkəmədə işə baxılanda heç bir kömək etməmişdir. Daha sonra Elşən hökmdən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsindən qayıdan zaman tanımadığı taksi sürücüsü ilə söhbət edərkən Mürşüdün vəkil olmadığını, onları aldadaraq dələduzluq etdiyini bilmişdir. O, Mürşüddən 7200 manat pulunu istəmiş, lakin sonuncu hər dəfə qaytaracağını desə də, pulunu verməmişdir. O, Mürşüdlə aralarında olan danışıqların səs yazısını CD diskə köçürmüşdür. Mürşüdün aldatması nəticəsində ona 7200 manat ziyan dəymişdir. Mürşüd həmin pulun 1000 manatını ödəmiş, qalan 6200 manatını isə məhkəməyədək ödəməmişdir. Məhkəmə baxışı zamanı əlavə 2000 manat ödəmişdir. Beləliklə, ondan aldığı puldan 3000 manat ödəmiş, 4200 manat pulu isə ödəməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X2 2020-ci ildə Cəbrayıl rayon Məhkəməsinin hökmü ilə üç il altı ay müddətində həbs olunmuşdur. İmamverdi İmişli Rayon Polis Şöbəsində saxlanılan zaman onunla birlikdə həmin saxlama yerində olan, İmişli rayonu Mürsəlli kəndində yaşayan Nemət adlı şəxslə tanış olmuşlar. Nemət inzibati həbs olunduğuna görə bir neçə gündən sonra həbsdən azad edilmişdir. Nemət 2021-ci ilin aprel ayının sonlarında öz istifadəsində olan ***-***-**-** mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng edərək, oğlu İmamverdinin işi ilə maraqlanmış, o isə oğlunun həbsdə olduğunu bildirmişdir. O, Nemətə oğluna kömək edə biləcək şəxs tanıyıb tanımadığını soruşduqda Nemət İmişli rayonunda yaşayan Təqsirləndirilən şəxs adlı vəkili tanıdığını və onun köməklik göstərə biləcəyini demişdir. O, Nemətdən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefon nömrəsini almışdır.O, öz istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək oğlu İmamverdi Balakişiyevin həbsdə olduğunu bildirmiş və oğlunun həbsdən azad olunmasında, yaxud cəzasının azaldılmasında köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə İmamverdi Balakişiyevin işinin yüngülləşdirilməsi məqsədi ilə ondan oğluna aid olan sənədlərin surətlərini istəmiş və Saatlı rayon ərazisində olan bazarın yanında görüşəcəyini demişdir. O da razılaşaraq növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə gəlinləri X35 ilə birlikdə tanımadıqları taksiyə əyləşərək Saatlı rayon ərazisində yerləşən bazarın yanına getmişlər. Həmin vaxt o, İmamverdinin həbs olunması ilə bağlı məhkəmə hökmünün surətini, hərbi biletin surətini, mərhum həyat yoldaşı X5 hərbi biletini, veteranlıq vəsiqəsini və özünə məxsus olan nikah haqqında şəhadətnaməni aparmışdır. Saat təxminən 15 radələrində Saatlı rayon ərazisində olan bazarın yaxınlığında, dairəvi yol ayrıcının yanında Təqsirləndirilən şəxslə görüşərək gətirdiyi sənədləri ona təqdim etmiş və Təqsirləndirilən şəxs həmin sənədlərə baxdıqdan sonra ərazidə olan kompyuter yerlərində surətini çıxarıb özü üçün götürmüş, həmin işlərin öhdəsindən gələcəyini bildirmişdir. X12 həbsdən azad edilməsində və ya cəzasınının yüngülləşdirilməsində köməklik göstərəcəyi üçün heç bir pul tələb olunmayacağını demiş, ancaq ilkin olaraq dövlətə ödəniş kimi 48 manat məbləğində pulun ödənilməsini bildirmişdir. O da cibində olan 50 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və bundan sonra onlar sağollaşıb yaşadıqları ünvana gəlmişlər. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, İmamverdi Balakişiyevin həbsdən azad olunması üçün köməklik edəcəyi halda 1000 manat məbləğində pul lazım olduğunu demiş, o isə Təqsirləndirilən şəxs “biz belə razılaşmamışdıq axı, əvvəl məndən heç bir pul tələb etməyəcəyini demişdin indi nə oldu?” deyə cavab vermiş, Təqsirləndirilən şəxs isə “yox elə razılaşmamışıq, məhkəməyə gətirilməsi və həbsdən azad edilməsi üçün 1000 manat məbləğində pul lazımdır”-demişdir. O, dəfələrlə həmin məbləğdə pulunun olmadığını desə də, Mürşüd ona “işinin həll olunmasını istəyirsənsə həmin pulu ödəməlisən” sözlərini demişdir. Mürşüdün təkidlə dediyinə görə onunla razılaşaraq pulları necə göndərəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona kart hesabı deyəcəyini və həmin pulları deyəcəyi kart hesabına göndərməsini tapşırmışdır. O da razılaşaraq xx.xx.2021-ci il tarixdə tanışlarından 1000 manat məbləğində pulu toplayaraq, yoldan keçən taksi ilə Cəbrayıl rayon 6 saylı qəsəbədə yol kənarında yerləşən “Röyal” marketə gəlmiş, orada olan “Milli ÖN” aparatına yaxınlaşaraq Mürşüdə zəng vuraraq pulu ödəyəcəyi kart hesabının nömrəsini deməsini xahiş etmiş, o da telefonda kart hesabını deməyə başlamışdır. Ancaq hesaba pul vurmağı bacarmadığından ona “gözlə bir nəfərə verim həmin adama deyərsən kart hesabını mənim anlayışım yoxdur” deyərək, telefonu mağazada olan bir nəfər tanımadığı cavan oğlana vermiş və kart hesabına pul yüklənməsində köməklik göstərilməsini xahiş etmişdir. Tanımadığı həmin oğlan Mürşüdlə telefonla danışdıqdan sonra hesaba pul vurmaqda ona kömək edərək 1000 manat pulu Təqsirləndirilən şəxs dediyi hesaba vurmuş, bununla bağlı aparatdan çıxmış qəbzi isə ona vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək pulun çatıb-çatmamasını soruşmuş, o da cavabında “pul çatıb narahat olma işləri özüm tənzimləyəcəm” demişdir. 20 iyun 2021-ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək İmamverdi Balakişiyevin həbsdən azad edilməsinə və ya həbs müddətinin azaldılmasına görə məhkəmə iclasına çıxarmaq üçün əlavə olaraq 370 manat məbləğində pul verməsini demiş, o isə “əvvəl bəs demişdin ki, heç bir pul lazım olmayacaq özün hər bir sənədi toplayıb mənə köməklik edəcəksən” deyə soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında “bu qədər əziyyət çəkmişik nə üçün belə xırda pullar üçün oğlun həbsdə qalmalıdır, bunu da versən oğlun İmamaverdi Balakişiyevi məhkəmə iclasına çıxarıb həbsdən azad etdirəcəm” bildirmişdir. O da oğlunun həbsdən çıxmasına köməklik etməsi üçün Mürşüdlə razılaşmış Mən də oğlunun həbsdən çıxaraq ona köməklik etməsi üçün və bir-iki gün ərzində həmin pulu tapıb göndərəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə, axşam saatlarına qədər tanışlarından və qohumlarından borc alaraq həmin 370 (üç yüz yetmiş) manat məbləğində pulu toplamış və xx.xx.2021-ci il tarixdə saat 09 radələrində evdən çıxmış və yolda tanımadığı şəxs avtomobili saxlayaraq onu 6 saylı qəsəbəyə aparmışdır. Saat təxminən 09:15 radələrində Cəbrayıl rayon 6 saylı qəsəbənin yol kənarında yerləşən “Röyal” marketin qarşısında avtomobildən düşərək dükana daxil olmuş, həmin vaxt orada tanımadığı 4-5 nəfər şəxs olmuşdur. O, həmin şəxslərdən aparatdan kart hesabına pul göndərilməsində köməklik göstərmələrini xahiş etmiş, tanımadığı hündür boylu cavan oğlan köməklik edəcəyini deyərək ona yaxınlaşmış, o da telefonla Mürşüdə zəng vurararaq hesab nömrəsini deməsini bildirmiş, daha sonra telefonu yaxınlaşan həmin tanımadığı şəxsə vermişdir. Həmin şəxs Mürşüdlə danışdıqdan sonra 370 manat pulu deyilən kart hesabına vuraraq aparatdan çıxan qəbzi ona vermiş və əlavə olaraq həmin qəbzi saxlamasını bildirmişdir. O, qəbzi götürdükdən sonra yenidən Təqsirləndirilən şəxs zəng edib pulun köçüb-köçmədiyini soruşmuş, Mürşüd də 370 manat məbləğində pulun hesabına yükləndiyini demişdir. O, Təqsirləndirilən şəxs bir daha oğlunun həbsdən azad edilməsinə köməklik göstərməsini xahiş etmiş, Mürşüd isə ona narahat olmamasını və İmamverdinin həbsdən azad edilməsində bütün köməklikləri edəcəyini bildirmişdir. 19 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, İmamverdi Balakişiyevi həbsdən azad etmək məqsədilə əlavə olaraq 340 manat məbləğində pul verməsini demiş, o isə “nə üçün bu qədər pul istəyirsən, ilk vaxtlar görüşəndə heç pulun lazım olmadığını deyirdin” deyə soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında “demək olar ki, işləri yekunlaşdırmışam, İmamverdini əfv etdirməyə çalışıram və tezliklə yanında olacaq” deyə cavab vermişdir. O, Mürşüdün bu sözlərinə sevinərək oğlunun həbsdən azad edilməsi məqsədi ilə deyilən pulu toplamağa başlamışdır. Həmin vaxtlar qəsəbə sakinləri ilə fərqli-fərqli şəxslərə məxsus əkin sahələrində alaq təmizləməyə getmiş, 20 iyul 2021-ci il tarixdə də əkin sahəsinin alaqlarını təmizləməyə getdiyi şəxslərdən və öz qohumlarından ümumilikdə 340 manat məbləğində pulu toplayaraq xx.xx.2021-ci il tarixdə saat 08 radələrində yaşadığım 11 saylı qəsəbədə yol kənarında tanımadığı taksiyə əyləşərək karta pul göndərmək üçün 6 saylı qəsəbəyə aparmasını xahiş etmiş, taksi sürücüsü isə 6 saylı qəsəbəyə getmək əvəzinə 8 saylı qəsəbə ərazisində olan “Kapital Bankın” Cəbrayıl rayon filialından pul göndərməsini demişdir. O da razılaşaraq 8 saylı qəsəbəyə gəlmiş və “Kapital Bankın” Cəbrayıl rayon filialının qarşısındakı bankomatlara yaxınlaşmışdır. Həmin vaxt orada tanımadığı 5-6 nəfər şəxsin bankomatdan pul çıxardıqlarını görüb onlardan kart hesabına pul yüklənməsində köməklik etmələrini xahiş etmişdir. Bu zaman tanımadığı bir nəfər köməklik edəcəyini demiş, bundan sonra o, Mürşüdə zəng edərək kart hesab nömərsini deməsini bildirmiş və telefonu həmin tanımadığı şəxsi vermişdir. Həmin şəxs Mürşüdlə danışaraq onun verdiyi 340 manat pulu Mürşüdün kart hesabına göndərmiş və aparatdan çıxan qəbzi ona vermiş, o da həmin qəbzi alaraq özündə saxlamışdır. Sonra Təqsirləndirilən şəxs zəng edərək pulun hesabına yüklənib-yüklənmədiyini soruşmuş, Mürşüd isə ona çatacaq 340 manat məbləğində pulun hesabına yükləndiyini demiş, həmçinin, ona heç nəyə görə narahat olmamasını deyərək, yaxın vaxtlarda İmamverdini əfv olunanların siyahısına əlavə etdirəcəyini bildirmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, eyni niyyətlə onu aldadaraq İmamverdi Balakişiyevin həbsdən azad edilməsinə görə əlavə olaraq 400 manat məbləğində pul lazım olduğunu demiş, o, Mürşüdün bu sözlərinə əsəbiləşərk, son zamanlara kimi bu qədər pulu alsa da, heç bir iş görmədiyini bildirmişdir. Mürşüd isə artıq İmamverdinin həbsdən azad olunmasında sənəd işlərini yekunlaşdırdığını, sonuncu dəfə də 400 manat məbləğində pulu yükləyəcəyi halda bütün işlərin bitəcəyini və İmamverdinin həbsdən çıxaraq azad olunacağını demiş, o da oğlunun azad olunması üçün əlindən gələni əsirgəməyərək onunla razılaşmış və son günlərdə həmin pulu toplayıb göndərəcəyini bildirmişdir. Sonra tanışlarının hər birindən 20-30 manat aralığında pul alaraq, xx.xx.2021-ci il tarixdə axşam saatlarına qədər ümumilikdə 400 manat məbləğində pul toplamış, xx.xx.2021-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı 11 saylı qəsəbədən çıxaraq 8 saylı qəsəbədə yerləşən “Kapital Bankın” Cəbrayıl rayon filialının qarşısındakı bankomatların yanına gəlmiş, həmin vaxt bankomatın qarşısında olan tanımadığı şəxslərə kart hesabına pul yüklənməsində köməklik etmələrini xahiş etmişdir. Tanımadığı şəxslərdən bir nəfər ona köməklik edəcəyini bildirmiş, bundan onra eyni qayda ilə Mürşüdlə telefon əlaqəsi saxalayaraq telefonu həmin şəxsə vermiş və həmin şəxsin köməkliyi ilə İmamverdi Balakişiyevin həbsdən azad edilməsi üçün Mürşüdün ondan istədiyi 400 manat məbləğində pulu Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, göndərdiyi 400 manat məbləğində pulun onun dediyi hesaba yükləndiyini və həmin pulu çıxarıb digər sənəd işlərini də görəndən sonra İmamverdi Balakişiyevin həbsdən azad olunacağını bildirmiş, o da Mürşüdün bu yalan vədlərinə inanaraq oğlunun azad olunacağına ümid bağlamışdır. Bundan sonra, 24 avqust 2021-ci il tarixdə, təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, İmamverdi Balakişiyevin həbsdən azad edilməsi üçün ekspertiza xərclərinin ödənilməsi üçün təcili olaraq gün ərzində 200 manat məbləğində pul göndərməsini demiş, o nə ilə bağlı ekspertiza olmasını soruşduqda Mürşüd müxtəlif bəhanələr gətirərək İmamverdi Balakişiyevin azad olunması üçün həbs olunan zaman zərərçəkmiş şəxsin məhkəmə-tibbi ekspertizasına keçirildiyi xərclərin ödənilməsinin vacib olduğunu bildirmişdir. Mürşüdün yalan vədinə aldanıb razılaşaraq, gün ərzində həmin məbləğdə pulu toplayıb göndərəcəyini bildirmişdir. 24 avqust 2021-ci il tarixdə, təxminən saat 16 radələrinə qədər ümumilikdə 200 manat məbləğində pulu toplamış və Təqsirləndirilən şəxs yalan vədinə aldanaraq dərhal saat 17:30 radələrində yolla keçən taksiyə əyləşib 6 saylı qəsəbəyə getmiş, yol kənarında yerləşən “Röyal” marketə daxil olaraq mağazada olan Milliön aparatına yaxınlaşmış, orada olan tanımadığı şəxs pul göndərməkdə ona kömək etməsini xahiş etmiş və həmin şəxsi Mürşüdlə danışdıraraq eyni qayda ilə Mürşüdün dediyi hesabı yığıaraq kartın Şahid6 məxsus olduğunu demiş və həmin hesab kartına 200 manat pul vuraraq qəbzini özündə saxlamaq üçün götürmüşdür. Sonra mütəmadi olaraq Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq oğlu İmamverdi Balakişiyevin həbsdən azad olunması üçün ondan pul aldığını, ancaq heç bir iş görmədiyini bildirdikdə, o müxtəlif bəhanələr gətirərək yaxşı olacağını demişdir. O isə Mürşüdün yalan vədlərinə inanıb sakitləşmiş və oğlu İmamverdinin həbsdən azad etdirəcəyinə inanmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 19 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonunaa zəng edərək, növbəti gün evdə olmasını, yaşadığı evə gələrək zəruri sənədlərin sürətlərini ondan alacağını, həmçinin, son 1-2 gün ərzində oğlu İmamverdi Balakişiyevin həbsdən azad olunacağını bildirmiş, o da Mürşüdün bu sözlərinə inanaraq sevinmiş, ancaq evdə tək yaşadığına görə Təqsirləndirilən şəxs yaşadığı evə gələn zaman başqa şəxslərin də orada olmasını fikirləşmişdir. Bu səbəbdən də növbəti gün qonşuluqda yaşayan Bayram və onun həyat yoldaşı Adiləni də yaşadığı ünvana dəvət etmiş, həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs ağ rəngli dəqiq markasını və nömrəsini bilmədiyi avtomobillə onun yaşadığı ünvana gəlmiş, həmin vaxt qonşusu Bayram və həyat yoldaşı Adilə də onlarda olmuşlar. Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəldikdən sonra ondan mərhum həyat yoldaşı Tərbiz Balakişiyevin veteranlıqla bağlı olan sənədlərini, veteranlıqla bağlı medalların sənədlərini, X12 hərbi xidmətdə olması barədə hərbi bileti, onun şəxsiyyət vəsiqəsini və nikah haqqında şəhadətnaməni verməsini tələb etmiş, o da deyilən sənədləri gətirib təqdim etmiş, Təqsirləndirilən şəxs həmin sənədləri götürərək son 1-2 günə oğlum İmamverdi Balakişiyevin həbsdən azad olunub yanında olacağı barədə qonşularının yanında ona söz vermişdir. O da Mürşüdün yalan vədinə inanmış və onu qapıdan ötürən zaman tələsik gəldiyi üçün cibində pulu olmadığını və taksiyə vermək üçün 30 manat məbləğində pul verməsini xahiş etmişdir. O da geri qayıdıb evində saxladığı 30 manat məbləğində pulu götürərək Təqsirləndirilən şəxs vermiş, ancaq pulu verməsindən qonşuları Bayram və Adilənin xəbəri olmamışdır. 2021-ci ilin oktyabr ayının sonlarında axşam saatlarında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, noyabr ayında “Zəfər günü” ilə əlaqədar təşkil ediləcək amnistiyada veteran ailələrinə güzəştlər olacağını bildirmiş və aldığı sənədlərlə İmamverdi Balakişiyevin amnistiyaya yazdıracağına dair söz vermişdir. Ancaq həmin sənədlərin aparılmasında və amnistiyaya yazdırılması üçün əlavə 300 manat pulun lazım olduğunu demişdir. O isə həmin məbləğdə pulunun olmadığını, 200 manat məbləğində pul verə biləcəyini demiş, Mürşüd onunla razılaşaraq növbəti gün gəlib həmin pulu götürəcəyini bildirmişdir. Növbəti gün saat 11 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, Bakı şəhərinə gedəcəyini və təcili sənədləri də oraya çatdıracağını bildirmiş, həmçinin, gəldiyi avtomobilin sənədlərində natamamlıq olduğuna görə qəsəbə ərazisinə daxil ola bilmədiyini və qəsəbəyə girişdə görüşərək həmin 200 manat məbləğində pulu verməsini demiş, o da Mürşüdə “qəsəbə ərazisinə daxil olma mən özüm taksiyə əyləşərək 1 saylı qəsəbənin girişinə gələcəyəm” demişdir. Həmin gün saat təxminən 12:30 radələrində yoldan keçən taksiyə əyləşərək 1 saylı qəsəbə istiqamətində getmiş, 1 saylı qəsəbənin girişində olan şlaqbauma az qalmış ağ rəngli dəqiq nömrəsini bilmədiyi VAZ 2106 markalı avtomobillə qarşılaşaraq hər ikisi avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxslə yol kənarına çəkilərək söhbət etmişlər. Mürşüd Bakı şəhərinə getdiyini və İmamverdini amnistiyaya yazdırdığını demiş, buna görə də ondan 200 manat məbləğində pulu istəyərək, aldığı sənədləri də qaytaracağını demişdir. Sonra o özü ilə gətirdiyi 200 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, Mürşüd isə oktyabr ayının əvvəllərində aldığı sənədləri qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldiyi taksiyə əyləşərək geri qayıtmışdır. O, televizora baxan zaman xəbərlərdə X33 ilə “Zəfər günü” ilə əlaqədar 3 il müddətinə həbs edilmiş təqsriləndirilən şəxslərin cəzasından 6 ay müddətinin götürüldüyünü eşitmiş, həmçinin, noyabr ayının ortalarında oğlu İmamverdi Balakişiyev zəng edərək, cəzasından 6 ay müddətinin götürüldüyünü və bu cəzanın yüngülləşdirilməsi “Zəfər günü” ilə əlaqədar olduğunu, həmin cəzanın yüngülləşdirilməsi ilə əlaqədar kənardan heç bir köməklik və dəstək olmadığını bildirmişdir. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək, İmamverdi Balakişiyevin aliment borclarının silinməsi və prokurorluğa ödənişlə bağlı əlavə olaraq 500 manat məbləğində pul istəmiş, o isə bu dəfə Mürşüdə əsəbiləşərək verdiyi pulların qarşılığında heç bir iş görmədiyi üçün daha pul verməyəcəyini demiş, həmçinin, pul barədə bir daha onun qapısına gəlməməsini, verdiyi pulların qarşılığında İmamverdi Balakişiyevi həbsdən azad etdirib yanına gətirməsini bildirmiş, sonra Təqsirləndirilən şəxs ona yalan vəd verib aldatdığını anlayıb dəfələrlə onun mobil telefonuna zəng edərək, verdiyi pulların qarşılığında heç bir iş görmədiyinə görə ona verdiyi ümumilikdə 2560 manat məbləğində pulu qaytarmasını demişdir. Həmçinin yol xərci və əziyyətinin qarşılığında verdiyi pulun müəyyən hissəsini ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmış, bu səbəbdən də o, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs yaşadığı İmişli rayon Bəcrəvan kəndinə getmiş, ancaq həmin zaman onun yaşadığı ünvanda olmadığını bilmiş, sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək, pulunu verməsini tələb etmiş, o isə həyat yoldaşının xəstə olduğuna görə hazırda Bakı şəhərində olduğunu bildirərək, yaşadığı ünvana gələn zaman aldığı pulun müəyyən qədərini verəcəyini, qalanlarını isə hissə-hissə ödəyəcəyini demişdir. Bundan sonra Mürşüdün onu aldatdığını bilib Cəbrayıl rayon Porkurorluğuna ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun etibarımdan sui-istifadə edib aldadaraq ümumilkdə 2560 manat məbləğində pulunu dələduzluq yolu ilə əldə etdiyinə və geri qaytarmadığına görə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ancaq məhkəmə baxışı zamanı ona dəymiş 2560 manat ziyan tam bdənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, arvadı X26 ilə 2018-ci ildə boşanmışdır. Məhkəmənin boşanma barədə qətnaməsinə əsasən birgə nigahlarından doğulmuş Məmmədzadə X1 himayəsinə verilmişdir. O qızının məhkəmənin qərarı ilə onun himayəsinə verilməsini istəmişdir. Tanışı Siyabın bu məsələdə vəkil kimi tanıdığı Mürşüd Məmmədovun ona kömək edə biləcəyini demişdir. O, 2020-ci ilin avqust ayının əvvəllərində İmişli şəhərində "xxxx" MMC-nin İmişli rayon filialının qarşısında Siyabla birlikdə Təqsirləndirilən şəxslə görüşmüşdür. O, özünün problemini Mürşüdə danışmışdır. Mürşüd ona narahat olmamasını, bu məsələni dövlət səviyyəsində həll edəcəyini, bu iş üçün 1500 manat pul lazım olduğunu, həmin pulun min manatının məhkəmə xərcləri, qalan beş yüz manatının isə zəhmət haqqısı olduğunu qeyd etmişdir. O, Mürşüdlə razılaşıb həmin gün rayon ərazisində olan lombardların birinə qızıl girov qoyaraq 1300 manat pul götürmüş və "xxxx" MMC-nin İmişli rayon filialının qarşısında Siyabla görüşüb, pulu Mürşüdə çatdırmaq üçün ona vermişdir. Axşam o, Təqsirləndirilən şəxs zəng edərək pulun çatıb-çatmadığını soruşmuş, Mürşüd ona 1300 manat pulu İmişli rayon məhkəməsinin həyətində Siyabdan aldığını deyərək işin düzələcəyini vəd vermişdir. Təxminən iki-üç ay sonra Mürşüd ona zəng edərək əlavə 300 manat pul lazım olduğunu, bu işin həlli üçün Şirvan şəhərinə getməli olduğunu, orada da xırda xərclərin olacağını demişdir. O, həmin gün Mürşüdlə "xxxx" MMC-nin İmişli rayon filialının qarşısında görüşərək ona 300 manat pul vermişdir. Mürşüd yenə də işinin həll olunacağını vəd etmişdir. Lakin bundan iki ay sonra yenə də Təqsirləndirilən şəxs zəng edərək əlavə 200 manat pul lazım olduğunu, işlə bağlı xərclər olduğunu desə də, konkret olaraq nə xərci olacağını deməmişdir. Həmin vaxt pulu olmadığı üçün Mürşüdə 200 manat pul verməsini Siyaba demiş, Siyab da öz növbəsində 200 manat pulu Mürşüdə vermiş, sonradan o, 200 manat pulu Siyaba qaytarmışdır. Beləliklə o, Təqsirləndirilən şəxs ümumilikdə 1800 manat pul vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üçün işin həllində kömək edəcəyi vədi ilə yenidən söz verərək restoranda qonaqlıq və digər xırda sənədləşdirmə işləri üçün ümumilikdə 100 manat pul da xərcləmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Lakin nəticədə onun işi düzəlməmişdir. Ona görə də Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamışdır. Lakin sonuncu müxtəlif bəhanələr gətirərək, onu aldadatmış və pulunu qaytarmaqdan imtina etmişdir. Nəhayat sonda Mürşüd onun 1800 manat aldığı pulu və restorana və digər işlərə xərclədiyi 200 manatı-ümumilikdə 2000 manat pulunu tam ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 göstərdi ki, o və qardaşı Şahid10 Masallı şəhəri, H.Əliyev prospektində “Masallı Mall” adlı paltar mağazasını icarəyə götürüb işlədirlər. 2022-ci ilin yanvar ayında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları qeyd olunan obyektə vergi qanunvericiliyinin tələblərinin pozulması hallarını aşkar edərək onlara 56000 manat cərimə yazmışlar. Yeznəsi Şahid12 İmişli rayon Bəcrəvan kəndindən olan Mürşüd adlı vəkil olduğunu və ona kömək edə biləcəyini demişdir. Ccərimələri məhkəməyə verib ləğv etdirmək üçün vəkil axtardığından Mürşüdlə görüşmək istəmişdir. Seyidəli Mürşüdlə danışdıqdan sonra Mürşüdün mobil nömrəsini ona vermişdir. 19 yanvar 2022-ci ildə ***-***-**-** saylı mobil nömrəsi ilə Mürşüdün ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, Mürşüdə vergilər tərəfindən yazılmış cərimələri izah etmiş və cəmi 56000 manat cərimə yazıldığını, onu məsləhət gördüklərini deyib, cərimələri sildirməyə kömək etməsini xahiş etmişdir. Mürşüd ona kömək edəcəyini bildirməklə onu İmişli rayonu Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranına çağırmış, gələndə pul gətirməsini tapşırmışdır. Həmin gün o, İmişli rayon Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranına getmiş, üzərində 10000 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs yeznəsinin tanışı olan Şəmillə birlikdə gəlmiş, onlar həmin restoranda üçü birlikdə kabinetdə oturmuşlar. Mürşüd orada Vəkillər Kollegiyasının üzvü, yəni vəkil olduğunu demiş, o, vəkil vəsiqəsini istəsə də, Mürşüd vəsiqəsinin evdə qaldığını bildirmişdir. Şəmil də Mürşüdü tanıdığını dediyinə görə ona inanmışdır. O, yazılmış cərimələr barədə Mürşüdə izah vermiş və 56000 manat yazılmış cəriməni sildirməyə köməklik etməsini istəmişdir. Mürşüd isə bu onun işi olduğunu demişdir. O da Mürşüdün işi həll edəcəyinə inanmışdır. Bundan sonra Mürşüd ona və Elmara yazılmış cəmi 56000 manat cərimə ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Ancaq hər hansı şəxsə rüşvət kimi pul verəcəyini deməmişdir. O, Mürşüdə 6100 manat pulu vermişdir. Bundan əlavə vergilər tərəfindən yazılmış cərimələrlə bağlı sənədlərin surətini də təqdim etmişdir. Mürşüd ağ vərəqdə ona etibar etməsi ilə bağlı nəsə yazdırmış və o, vərəqi imzalayıb Mürşüdə vermişdir. 22 yanvar 2022-ci il tarixdə Mürşüd ona zəng vurub dövlət rüsumu üçün 280 manat pul göndərməsini demiş, o da həmin gün saat 12:44-də X21 4169 7377 0889 5145 nömrəli "xxxx" kartından “Birbank” mobil tətbiqi vasitəsilə Mürşüdün öz adına olan 5522 0993 1356 7646 nömrəli "xxxx" kartına 280 manat pul yollamışdır. Daha sonra 25 yanvar 2022-ci il tarixdə yenidən ***-***- **-** saylı mobil nömrəsi ilə Mürşüdün ***-***-**-** saylı mobil nömrəsinə zəng etdikdən sonra İmişli rayonu, Bəcrəvan kənd ərazisində yerləşən “Çinarlı” adlı restorana gəlmiş və orada kabinetdə 2500 manat pulu sayıb Mürşüdə vermişdir. Bir neçə gün sonra "xxxx" və “Yelo Bank”dan zəng vurub, həm onun, həm də qardaşının hesablarının yazılmış cərimələrə görə dondurulduğunu bildirmişlər. O da Mürşüdə zəng vurmuş, Mürşüd qısa müddətdə məsələnin həll olunacağını, işi ilə bağlı onun adından Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiyini demişdir. O, Mürşüdə inandığı üçün heç nə deməmişdir. Həmin gün, bir neçə saat sonra Mürşüd zəng vurub banklarda dondurulmuş hesabın açılması üçün əlavə olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət edəcəyini, 2000 manat pul lazım olduğunu demişdir. Artıq Mürşüdlə razılaşmamış və ondan şübhələnməyə başlayaraq verdiyi 6100 manat pulu geri qaytarmasını istəmişdir. Mürşüd də 500 manat pulu öz cibindən qoyacağını deyib 1500 manat pul istəmişdir. Mürşüd danışıb başqa yolu olmadığını dedikdən sonra yenə də Mürşüdə inanaraq 04 fevral 2022-ci il tarixdə, saat 14:49-da bacısı oğlu X21 4169 7377 0889 5145 nömrəli "xxxx" kartından “Birbank” mobil tətbiqi vasitəsilə Mürşüdün “Whatsapp” mobil proqramında ona göndərdiyi və öz adına olan 5522 0993 1356 7646 nömrəli "xxxx" kartına 1500 manat pul yollamışdır. Mürşüd 1500 manat pulu onun və qardaşının bank hesablarına qadağa və ölkədən giriş-çıxışa məhdudiyyət qoyulmasına müvəqqəti möhlət hüququ verdirəcəyini demişdir. 23 fevral 2022-ci il tarixdə yaşadığı ünvana ünvan 4 Baş İdarəsinə qarşı maliyyə sanksiyalarının və cərimələrin ləğv edilməsi ilə bağlı müraciət etdiyi göstərilmişdir. 2022-ci ilin mart ayında Şirvan İnzibati Məhkəməsindən gələn məktubda onun müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Dondurulmuş bank hesablarının araşdırma müddətində açılması barədə onun adından Mürşüdün verdiyi ərizə təmin edilməmişdir. Bundan sonra o, Mürşüdün dələduz olması və onu aldadıb etibarından istifadə edərək ona verdiyi 10380 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra dəfələrlə Mürşüdlə danışıb 10380 manat pulunu geri istəmiş, Mürşüd pulu qaytaracağını desə də, qaytarmamışdır. Hazırda Mürşüd ondan aldığı pulu tam şəkildə ödəmişdir, Mürşüddən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 göstərdi ki, qaynı X38 29 avqust 2021-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilərək həbs olunmuşdur. O, 2021-ci ilin sentyabr ayında İmişli rayon Bəcrəvan kəndində yerləşən “Çinarlı” restoranda Elşən Maxadinovun qardaşı Zərərçəkmiş şəxs6 və dostu Şahid8 ilə birlik Təqsirləndirilən şəxslə görüşərkən Mürşüdün vəkil olduğunu zənn etmişlər. X55 Elşənin Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri həbs olunduğunu deyib, Elşənin azadlığa çıxmasına kömək edə bilməyəcəyini soruşmuşdur. Mürşüd də kömək edə biləcəyini demişdir. Onlar Mürşüdə inanmışlar. Mürşüd cinayət işində hər şeyin ortada olduğunu, qısa müddətdə işin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini, 4000 manat pul Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimə və ittihamçı prokurora verəcəyini, 2500 manat pul isə Elşənin tutulmasına əsas verən, narkotik tərkibli ağacların sayını azaltmaq üçün ekspertə verəcəyini, bundan sonra Elşənin həbsdən azad olunacağını, Elşənə qandal, yəni 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin ediləcəyini deyib, özünə də əlavə olaraq 500 manat olmaqla cəmi 7000 manat pul istəmişdir. Elşənin də məhkəmə zalından buraxılacağını demişdir. Özünə istədiyi pulun 240 manatını dövlətə vergi kimi ödəcəyəyini demişdir. Onlar da Mürşüdə inanıb onunla razılaşmış və hətta Daşpolad Mürşüdə demişdir ki, 500 manat azdır, Elşəni azad elə, əlavə olaraq 1000 manat sənə hörmət edəcəm. Həmin gün, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərində Daşpolad onların yanında “Çinarlı” restoranının həyətində 500 manat pulu sayıb ilkin olaraq Mürşüdə vermiş, Mürşüdə qalan pulu 2021-ci ilin sentyabr ayında hissə-hissə verəcəyipi demiş və Mürşüd də Daşpoladla razılaşmışdır. Bundan sonra o, 2021-ci ilin sentyabr ayının 20-sindən ayın sonuna kimi Daşpoladın verdiyi 2000, 1800, 2000, 700 manat olmaqla, cəmi 6500 manat pulu Saatlı şəhər ərazisində xatırlamadığı yerlərdə görüşüb Mürşüdə vermişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Mürşüdlə Saatlı şəhərində yerləşən "xxxx"ın yanındakı çayxanada görüşərkən Mürşüd ondan işi həll etmək üçün gələcəkdə iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedəndə oraya gedib-gəlməkdən ötrü benzin pulu kimi 200 manat pul istəmişdir, o da Mürşüdə inanıb 200 manat pulu həmin gün Mürşüdə vermiş, daha sonra həmin gün Daşpolada məlumat verdikdən sonra Daşpolad 200 manat pulu ona qaytarmışdır. Bundan sonra Elşən həbsdə qalmış və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, 2022-ci ilin yanvar-fevral ayında Elşənə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Mürşüd nə istintaq dövründə, nə də məhkəmədə işə baxılanda heç bir kömək etməmişdir. Bundan sonra Daşpolad Mürşüddən 7200 manat pulu istəsə də, Mürşüd 1000 manat pulu qaytarmış, lakin qalan 6200 manat pulu qaytarmamışdır. Həmin pulun ödənilməsini tələb edirlər. "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, 25485 nömrəli məktubla daxil olmuş diskə əlavə baxış aparılması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr qeydiyyatdadır. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 06 iyun 2020-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək zənglər olmuş və aralarında mütəmadi danışıq aparılmışdır. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2020-ci ilin iyun ayında, yəni xx.xx.2020-ci il tarixdə, saat 11:05:22-də 253 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 09:58:33-də 271 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:45:24-də 129 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 18:36:23-də 145 saniyə, xx.xx.2020ci il tarixdə, saat 21:30:41-də 146 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 21:51:40-də 43 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:00:02-də 9 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:23:34-də 71 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:26:12-də 23 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:35:08-də 8 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:35:28-də 198 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:33:03-də 53 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:34:25də 26 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:51:01-də 7 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:43:06-də 29 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:58:23-də 32 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 11:56:46-da 15 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:26:12də 23 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 11:56:46-da 15 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 13:38:49-də 240 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 13:53:04-də 70 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:21:23-də 46 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:45:02də 40 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 16:44:36-də 108 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:54:32-də 80 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:45:29-də 45 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 16:33:05-də 54 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 16:55:07də 190 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:01:38-də 34 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:19:17-də 45 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 20:00:41-də 66 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 13:40:43-də 51 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 21:48:35də 40 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 09:11:01-də 20 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:36:38-də 18 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:32:01-də 160 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 23:09:14-də 45 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:03:47də 58 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:11:57-də 99 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:17:30-da 36 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 09:26:14-da 20 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:35:13-də 25 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:41:12də 17 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:28:36-də 71 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 18:36:42-də 86 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 22:44:22-də 71 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:45:57-də 31 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 12:15:34də 70 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 13:42:41-də 52 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:45:12-də 17 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:36:43-də 40 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 10:39:06-də 25 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 11:27:45də 16 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 11:33:41-də 81 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:59:37-də 54 saniyə və xx.xx.2020-ci il tarixdə, saat 15:01:35-də 45 saniyə danışıqlar aparılmışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 15 iyul 2020-ci il tarixdən 02 dekabr 2020-ci il tarixədək zənglər olmuş və aralarında mütəmadi danışıq aparılmışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 16 sentyabr 2019-cu il tarixdə, saat 20:56:33-də 93 saniyə danışıq aparılmışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 02 oktyabr 2019-cu il tarixdə, saat 15:47:23-də 87 saniyə, 17 oktyabr 2019-cu il tarixdə, saat 15:28:55-də 80 saniyə, 18 oktyabr 2019-cu il tarixdə, saat 16:19:14-də 112 saniyə danışıq aparılmışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25 iyun 2021-ci il tarixdə, saat 14:17:44-də 26 saniyə və 14:18:40-da 7 saniyə danışıq aparılmışdır. Beləliklə, diskə əlavə baxış keçirilməsi haqqında 09 fevral 2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs1 Əbülfət oğlunun təqsirləndirilən Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sentyabr ayından etibarən telefon danışıqları aparmağa başladığı müəyyən olunur və bununla da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabroktyabr aylarından tanımasına dair ifadəsi təsdiq olunur. "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, 25485 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr qeydiyyatdadır. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə zəng edilərək danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə zəng edilərək danışıqlar aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 12:44-də, xx.xx.2020-ci il tarixdə 13:05-də, xx.xx.2020-ci il tarixdə saat 10:03 və 10:05-də, xx.xx.2020-ci il tarixdə 11:51-də, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zərərçəkmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 16:03-də və xx.xx.2020-ci il tarixdə 22:21-də danışıqlar aparılmışdır. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid 4172 1153 3262 4717 nömrəli plastik kart hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi köçürülmüş vəsaitlər barədə məlumatlar əks olunan 1 (bir) vərəqdən ibarət “Ödəniş kartı üzrə çıxarış”a əsasən, 07 may 2021-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə 370 (üç yüz yetmiş) manat və xx.xx.2021-ci il tarixdə 340 (üç yüz qırx) manat məbləğində pul köçürülmüşdür. Pulların köçürüldüyü tarix və onların məbləği zərərçəkmiş Zərərçəkmiş şəxs7 ifadəsində və şahid ifadələrində göstərilən tarixlərlə üst-üstə düşür. “Milliön” və "xxxx" ASC-nin ödəmə terminalları vasitəsi ilə pul vəsaitlərinin elektron qaydada ödənilməsi barədə qəbzlərə baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 tərəfindən üçü “Milliön” və ikisi "xxxx" ASC-yə məxsus olmaqla ödəmə terminalları vasitəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4172 1153 3262 4717 nömrəli plastik kart hesabına 07 may 2021-ci il tarixdə saat 10 radələrində 1000 (bir min) manat, 22 iyun 2021-ci il tarixdə saat 09 radələrində 370 (üç yüz yetmiş) manat, 21 iyul 2021-ci il tarixdə saat 08 radələrində 340 (üç yüz qırx) manat, Şahid5 məxsus "xxxx" ASC-yə aid 4169 7413 1613 3238 nömrəli plastik kart hesabına 14 avqust 2021-ci il tarixdə saat 10 radələrində 400 (dörd yüz) manat, Şahid6 məxsus "xxxx" ASC-yə aid 4172 1153 3262 4717 nömrəli plastik kart hesabına 24 avqust 2021-ci il tarixdə saat 17 radələrində 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 adına olan "xxxx" ASC-yə aid 4169 7413 1657 6287 nömrəli plastik kart hesabına 24 avqust 2021-ci il tarixdə 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. Pulların köçürüldüyü tarix və onların məbləği zərərçəkmiş Zərərçəkmiş şəxs7 və Şahid6 ifadəsində göstərilən tarixlə üst-üstə düşür. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 adına olan "xxxx" ASC-yə aid 4169 7413 1613 3238 nömrəli plastik kart hesabına 14 avqust 2021-ci il tarixdə 400 (dörd yüz) manat məbləğində pul köçürülmüşdür. Pulların köçürüldüyü tarix və onların məbləği zərərçəkmiş Zərərçəkmiş şəxs7 və Şahid5 ifadəsində göstərilən tarixlə üst-üstə düşür. "xxxx" MMC-nin 5 dekabr 2022-ci il tarixli, 25485 nömrəli məktubu ilə təqdim olunmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr onun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 7 may 2021-ci il tarixdə, saat 00:19, 08:48, 10:02, 10:28 və 17:49-da 5 dəfə zəng edilərək danışıq aparılmışdır. Həmin nömrələr arasında 22 iyun 2021-ci il tarixdə, saat 09:19 və saat 10:36-da 2 dəfə, 21 iyul 2021-ci il tarixdə saat 08:42-də 1 dəfə, 14 avqust 2021-ci il tarixdə saat 08:48, 09:55, 10:19 və 17:37 4 dəfə, 24 avqust 2021-ci il tarixdə, saat 17:38, 17:43, 17:55, 17:58, 18:02 və 18:16-da 6 dəfə danışıq aparılmışdır. 1 may 2021-ci il, saat 15:04-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə zəng edilərkən, Təqsirləndirilən şəxs “Saatli r-nu Metleb Kerimov kucesi 43” anten dairəsində olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs6 bir ədəd DVD diski təqdim edərək bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs, Şahid7 və sonuncunun dostu Şahid8 ilə İmişli rayonu, Bəcrəvan kənd ərazisində yerləşən “Çinarlı” adlı restoranda görüşüb söhbət edərkən mobil telefonunda olan səs yazan proqram vasitəsilə qeydə aldığı danışıqlara dair səs yazılarını həmin diskə köçürmüşdür. Diskə baxış keçirilməsi haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, səs yazısı açıldıqda 4 nəfər kişi cinsindən olan şəxsin danışıq apardığı müəyyən olunduğuna görə həmin şəxslərin səs yazısı şərti olaraq “A”, “B”, “C” və “D” adı ilə işarələnmişdir. Baxış zamanı aşağıdakı danışıqlar müəyyən olunmuşdur: A: sabah dalınca gəlməyin, biri gün dalınca gəlməyin, sonra da gəl mənə de ki, qardaşı 500 manat vermişdik sənə, sən bizim işimizi filan elədin, mən məşədi, kərbalayiyəm, başa düşürsən. Özümün də balalarım var, mən də aparıram arvad-uşağıma yedizdirirəm, bizim aramızda nəyə görə dost olmayaq, qardaş olmayaq, söz-söhbət olsun ki?! Məni dolaşıq işə urcah eləməyin, sabah əgər dalınca gəlməyəssizsə, o 500 manatı da verməyə ehtiyac yoxdur, fikrim çatdı sənə? B: ancaq biz verəcəyik, müəllim. C: mən də sizə deyim, mən onsuz 500 manatı verəcəm, onsuz pulun hamısını mən verəcəm, mənim də Türkiyədə, orda-burda qohum-əqrəbam var da, qardaşı da ordadı, mənim də qardaşım ordadı, onlardan biraz kömək istəyəcəm, göndərəcəklər. Özüm də mal-heyvan satacam, biraz torpaqdan arendaya verəcəm, o pulu sizə deyim ki, sabah gətirib 6000-i verəcəm, amma mən onu eləyə bilməyəcəm. A: Nə vaxt gətirəcəksən? C: Həftəsonuna kimi. D: Belə eləyək, həftəsonu eləməsin, bu ayın axırına kimi e A: Elə deyil axı, qardaşı iş həll olunub qurtarandan sonra mən necə edəcəm. Bu gün-gündən ağırlaşdırırsız axı siz. Məni düzgün başın. Təssəvvür edin o, kişini sabah etap gətirsinlər, gətirdilər, bu yüngül açıq işdi də, açıq işin də istintaqı az çəkir, uzağı istintaqı 1,5-2 ay çəkəcək, mən sənə arxayın eləyim, sən də de ki, nə vaxt gedərəm gedərəm də. Burda mənlik iş yoxdu e, mən səniz əvəzindən çıxış eləyən adam kimi, bu kişinin qardaşı deyil, bu kişinin əvəzindən hərəkət eləyən adamam mən... Tutaq ki, müəyyən hissəsini verərsən, qalan hissəsini filan vaxta gözləyərəm. O mənə verdiyin 500 manatın 6500 manata dəlaləti yoxdur... 6500 manat nədir mən sizə deyim. Orda 2500 manat ekspertizanın xərcidir, yerdə qalan pul prokurorluq və məhkəmənin puludur. Qalan nə varsa hamısı, işə ittihamçı prokuror çıxacam, onlar olmasa istəsən mən ağırlığında pul verəsən o mümkün olan bir şey deyil. İş ki məhkəməyə köçdü, o, iş Lənkərandan bura qayıtmadı meşokun ağzın dollarla bağlayıb gözləyəsən, aparıb Lənkəran məhkəməsinin qabağına qoyasan, nə Lənkəran məhkəməsi onu bura göndərməyəcək, nə də ona aşağı həddə cəza verməyəcək. 7 ildən bir gün aşağı cəza verməyəcək ona... Qonaq gəlmisiz, qonağımsız, canımsız-ciyərimsiz, qonaq olun, evimə gedin, niyə bir-birimizə saxta söz danışaq ki?! Saxta söz lazımı iş deyil, nə sənə xeyir verməyəcək, nə də mənə. Mən sizə də demişəm ki, 6500 manat oranın puludu. 500 manat mən özümə pul istəyirəm. 240 manat hökümətə köçəcək, 260 manat mənim zəhmət haqqımdı. Mən ora gedəcəm, bura gedəcəm, o da mənim qazancımdı. Başa düşdün? B: Hə başa düşdüm. C: Siz indi bu orden deyirlər, nə deyirlər, onu məhkəməyə Siz təqdim eliyirsiz ya nətər olur o ? A: Order. Səninlə müqavilə bağlayacayıq, müqavilədən sonra qalan işin sənə aidiyyəti yoxdu, mənə nə sənəd lazımdısa sənə zəng edəcəm ki, Polad mənə filan sənəd lazımdı. Sənədlər də nə sənədlərdi, xərc aparan sənədlər deyil e, məsələn arayış, sənin başqa işin yoxdur, get otur evində. Tapırsansa qəndindən, çayından, siqaretindən, toyuğundan, ətindən 10-15 gündə apar ver qardaşına. Ağzını da bütöv tik, get işinlə məşğul ol, nəticəni də məndən istə. Day sən gedəssən ağzını hərfə qoyassansa, ordaburda danışacaqsansa heç bu işlərin dalına düşmə. Müstəntiq səndən pul istəyir, müstəntiqin sözünü sən gedib niyə başqa şəxsin yanında deməlisən ki?! Ya ver, ya da vermə, danışma amma. C: Mən onu sizə deyirəm. A: Mənə demisənsə evdə də gedib demisən, qonşuda da demisən, mən bilirəm. B: Başı çıxmayanlardan mənim xəbərim olmur e. Siz hüquqşünassız, mən Sizə danışıram bunu. A: Çayınızı için, mən getmək istəyirəm. D: Hərtərəfli nə sualınız var yenə deyin, bu adam desin, hərtərəfli söylədi. A: Mənə bir dənə lazım gələndə deyəcəm ki, filan sənədləri gətir mənə. C: Biz sənədlərin əsillərini gətirmişik. A: Əsillərini gətirmisinizsə, bir gün qaytarıb verərəm özünüzə. İcazə verirsən mən baxım. B: Ver baxsın. C: Bu “voenni” biletidir, bu uşaqların “metrka”larıdır. A: Neçə uşağı var onun? B və C: 3 uşağı C: Bu nikah haqqında şəhadətnamədi. Bu biri gəlinindi, biri Elşənindi. Burda da kimliklər. Uşaqlardan birinin kimliyi yoxdur, birinin var. B: Bu atamın kimliyidi, bu da ölüm kağızıdır. A: Sənədlərin əslini vermirsən mənə, sənədlərin hamısını qaytarıb verəcəm sənin özünə. D: Müəllim nə vaxt deyəssən, mənə zəng edəssən, mən 20-21-də (daha sonra şıxıltılı səs gəlir, səs aydın deyil) A: Səhər yox, birigünə, danışığımız belə olub, bunu mənə verməklə iş bitmir, əsas məsələ ondan ibarətdir ki, bu məsələnin maliyə tərəfini həll eləməkdən gedir. (daha sonra şıxıltılı səs gəlir, səs aydın deyil)... bunun maliyə tərəfini həll eləyəssizsə, elə bil həll olundu, bunu amma mənə verirsizsə, səhərləri bunun dalınca gəlməyəssizsə, deyin qardaş 5-10 manat pul vermişdim, mənim işimi niyə həll eləmədin. Bax verdiyiniz burdadı, sənədlər burdadı, amma o pula görə demirəm, nə lazımdırsa bir insan kimi, bir müsəlman kimi pullu-pulsuz mən sizə kömək etməyə hazıram. Amma mənim səlahiyyətim çərçivəsində deyil. (daha sonra şıxıltılı səs gəlir, səs aydın deyil) Bu mənim halal pulumdu, oğurluq deyil, əyrilik deyil. Halalımdı. Sabah başqa şey olsa mənlik deyil axı qardaş. B: Təxminən nə vaxta düzəltməliyəm ki pulu mən? A: Düzəltməliyəm də deyəndə, mən sizə dedim də, bu işi gecikdirmədən, əgər bu gün həftənin 1-ci günü axşamdır, Siz maksimum dərəcədə mən bu sənədləri sizə qaytaranda heç olmasa, heç olmasa 4000 manatını hazırla, qalanını mən 1 həftə gecikdirəcəm. B: Başa düşdüm müəllim. A: 1 həftə gecikdirəcəm mən, qalanını da 1 həftəyə düzəldib gətirərsiz. Mən belə şeylərə çox rast gəlmişəm, mənim işim bundan ibarətdir, bir də görürsən kimsə gedir, aradan 3 gün keçəndən sonra deyir indi də başqa adam tapmışam. Mən sabahları gedib nə ekspertizadan, nə də prokurorluqdan pul alıb gətirib sənə verən deyiləm. Ona görə də min ölçün, bir biçin. İstəyirsiz pulunuz da, sənədlərinizi də götürüb gedin fikirləşin. C: Bu pul, dediyin əmanət da 4000 min biri gün çatacaq. Biz sini tanıyırıq. A: Burda 2500 manat pul göndərəcəklər ekspertizaya. And olsun Allaha o pulu göndərməsələr ekspertizaya alınan şey deyil. D: 3000 yuvarlaq rəqəmdir, bu rəqəmi düzəldə bilərlər. A: Qulaq as, mən bu işləri bilirəm, burada 2500 manat ekspertizaya verilməlidir, yerdə qalanı da özlərinin marağı olmasa, prokurorun marağı olmasa onu eləməyəcəklər. Özdə prokuror də təzə gəlib, 1 həftədir gəlib, Gəncədən gəlmədi. Onun marağı olmasa, eləməyəcəklər. C: Müəllim, 3-cü gün axşama 4000 Sizə lazımdı da. A: 3-cü gün axşama eləmə, axşama niyə eləyirsən ki, sən onu elə ən geci, ən geci 3-4-ə. Mən axşam pulu neyniyirəm, onu neynəyəcəm, aparıb atama verəcəm, anama verəcəm. C: Biri gün 3-4-ə günortadan sonra. İkinci bir adam bura girməyəcək. İndi buna kimi açığı danışmışıq. A: Deməmisiz, bax düz eləmisiz. Bu söhbətləri, 4 nəfərə eliyirik. O biri tərəfə sirr verməyin. Ona görə ki, o biri tərəfin sizə xeyri də yoxdur. Əgər o biri tərəf sizlə kompromisə gəlsə ki, biz də istəyirik onda da sirrinizi verməyin, deyin ki, biz də qurtarmağa çalışırıq, gəlin bir yerdə qurtaraq. O da xərc çəkməlidi, o adamın bu işə aidiyyəti yoxdur, birdən fikirləşərsiz ki, bunlar 2 adam idi axı?!... D: Bu vaxta kimi budaq atmışıq ki, bir yerdən imdad olsun, imdad da sizdən çıxdı. C: Gedək, sağol. Allah köməyin olsun. A: Sabah yox, birigün saat 3-lə 4-ün arasında sənədləri sizə verəcəm. Sonra müqaviləni kimin adından bağlayacayıq, yoldaşının adından bağlayaq? C: Fərqi yoxdur. A: Mənə deyin də kimin adından bağlayaq, yoldaşının adından bağlayaq ya sənin adından? B: Əgər onun dalınca gediləcəksə..? A: Yox e, heç yerə gedilməyəcək, mən peçatlı sənəd verəcəm o adama. Göydən düşmə kolxoz deyil a bu. Sənədlə olan işdi bu. Mən də ona görə deyirəm, tutaq ki, müəyyən şeylər var ki, əslində istənilən adamın adına bağlamaq olar, söhbət ondan gedir ki, bu sabahları müəyyən arayışlardı, sənədlərin yığılmasıdı, bunun ailəsi üçün güzəştli şərtlər (fikir yarımçıq qalır) Cinayət Məcəlləsinin 70-ci maddəsi var, 70-ci maddəsi o vaxt tədbiq olunur ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tərkib hissələri olsun. 59-cu maddənin 13 dənə tərkib hissəsi var, yüngülləşdirici hallar deyirlər onlara, himayəsində azyaşlı uşağın olması, ilk dəfə cinayət törətməsi və s. hallar. Bu hallardan biri qəsdən törətməməsi, filan və s., bu hallardan bir neçəsi varsa, o vaxt Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq (fikir yarımçıq qalır) Bəlkə məhkəmədə deyəcəklər ki, qardaş 500 manat da artıq verin, heç qolbaq verməyək, şərti cəza verək, yəni mən onu söz vermirəm sizə, ancaq “zazor” yeridi. Söz verirəm ki Sizə qolbağı alacam. 1 il 6 ay qolbaq sənə alacam, məhkəmə zalından burax (fikir yarımçıq qalır). Ola bilər ki, 1 ay çəksin, ay yarım çəksin, 2 ay çəksin, bu açıq cinayətdir. Nəyə görə, fakt bu kişi deyir əkmişəm, şəkil çəkilib, video çəkilib, burda ölüm işi yoxdu a, deyələr burda meyit tapılıb. Deyələr “zakazşik”i de, bu da deməyə, axtaralar “zakazşik”i, əl izini götürələr. Bu açıq işdi, nə deyirlərsə, bu da 60-ın artıq deyir ki, eləmişəm. Ona görə də kifayət qədər tez müddətə qurtaracaq. C: Gedək? A: Gedək. C: Mən sizi tanıyıram, qaynımı qurtarassız. A: Sənin qaynındı, hə? C: Hə. Şərti şumda kəsək, xırmanda yabalaşmayaq. Sabah ortaya əmma çıxar, deyərlər 3000 də gətir. A: Yox, yox, sözü bir dəfə danışırsan, bir dəfədən sonra keçir. B: Biz dörd nəfər danışmışıq, burda da qalacaq. A: Şəxsən sənə aiddi, birinci hər yerdə nə olsa çalış danışma, ikincisi danışdığımız hamısı yadınızdadı, bu 500 manatın 6500 manata dəlaləti yoxdur, 1 il 6 ay sənin qardaşına, sənin qaynına cəza alıb məhkəmə zalından buraxdıracam, qolbaq alıb buraxdıracam. Başqa sözünüz var? Əgər şərti cəza mümkün olsa, onu da edəcəyik. Bir dənə sizin işiniz odur ki, yığacam sizi, mənə filan sənəd lazımdı, mən deyən vaxtı çatdırmalısız. Səndən istədiyim odur, deməyəcəm mənə toyuq gətir, deməyəcəm mənə siqaret gətir, deməyəcəm mənə pul gətir, deməyəcəm mənə paltar gətir, deməyəcəm mənə filan şeyi elə. Səndən istədiyim adi xırda 5-10 manatlıq sənəd-sünət işləri olacaq. C: Belə də ki, indi pis, yaxşı maşında var, ora getməyə, gəlməyə lazım olsa, tək ora demirəm a, hara lazım olsa qardaş kimi. A: Sizin bir dənə vəzifəniz odur ki, sənədləri çatdırırsız, pulunuzu çatdırırsınız, sözünüzə də yiyə durursunuz. Əgər sabahları gedib, araqdan vurub mənə başqa şey deyəcəksənsə şərti şumda kəsək. C: Araq içən deyilik, başa düşürəm. A: Mən demirəm a, mən deyirəm ki, belə şeylər başıma gəlib, görmüşəm. B: Bizdən gəlməyəcək müəllim, narahat olma. A: Gətirib haqqı hesabı gətirib, gedib çatandan sonra deyir ki, Əhmədağa çıxıb ortaya, Əhmədağa deyir ki, bunu səndən 1000 manat aşağı eləyir. 1000 manat aşağı eləyirsənsə elə, eləmirsə pulu al ver mənə. C: Müəllim, o işi bizə desələr ki, 500 manata buraxdıracam, mən ona girmirəm, qurtardı getdi, məndə söz ağızdan “vsyo”. A: Yaxşı, sabah yox, birigün saat 3-də gözləyəcəm. D: Qardaşı gəlib verib gedəcək. Müəllim o iş düzələndən sonra yeni ictimai nəzarət qrupumuzda, zatən qrupdasan. Sənin orada görəssən qardaşın oğlun nətər, sənin orada gördüyün işi (fikir yarımçıq qalır) A: Biri gün gələndə birlikdə gələrsiz. D: Sən bilirsən ki, biz yeni ictimai nəzarət işçilərimiz, qruppamız çalışmışıq ki, dərəyə düşəni çıxardaq, balaları var müəllim, o, nədi nə deyil, balaları var. Kənddə kanaldı, birinin işığını kəsirlər, yəni bizə nə lazımdı, Prezidentimiz deyib ki, iş görülsün xalqımıza, biz də çalışmışıq iş görək. Kərbəlayı sağol. A: Buradan gedə bilərsiz, ehtiyatlı olun, yaxşı yol, sabah yox, biri gün gözləyəcəm sizi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 “A” adı ilə şərti işarələnmiş şəxsin səsinin Təqsirləndirilən şəxs, “B” adı ilə şərti işarələnmiş şəxsin səsinin onun özünə, “C” adı ilə şərti işarələnmiş şəxsin səsinin Şahid7 və “D” adı ilə işarələnmiş şəxsin səsinin Şahid8 məxsus olduğunu göstərmişdir. "xxxx" MMC-nin 5 dekabr 2022-ci il tarixli, 25485 nömrəli məktubu ilə təqdim olunmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr onun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi telefon danışıqları aparılmış və ismarıclar göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 29 mart 2022-ci il, saat 10:48-də: “Sonra zəng edərəm”; Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 23 iyun 2022-ci il, saat 16:07-də: “Neie cevap vermisiz tel acin yoxsa pişman olarsiz”; -23 iyun 2022-ci il, saat 16:30-da: “Məllim zapisin bir gismidi”; -10 avqust 2022-ci il, saat 19:25-də: “Sabah saat 10 kimi vaxtiz var yoxsa prakratureda ses zapislerini verip eksenin yoldasinide götürüp sizi şikayet edecem”; -15 avqust 2022-ci il, saat 20:59-da: “Sabaha heder vaxtin var özün bilersen sabah men bilmirem neyniyecem”; -17 avqust 2022-ci il, saat 08:25-də: “Biz geduruk prakroluga yalvarsan xeyri yoxdu”; -22 avqust 2022-ci il, saat 18:54-də: “Sabah saat 9 prakrlugun qabqinda seni. Gozleyecem gelmesen şikayet edecem puluda götür gel”; -24 avqust 2022-ci il, saat 18:37-də: “Siz meni mecbur eliyirsiz sizi şikayet eleyim adam ne qeder yalan danisar”; -24 avqust 2022-ci il, saat 22:54-də: “Eybi yox sahbah siz mene yalvararsuz”; -28 avqust 2022-ci il, saat 10:55-də: “Var yoxna nehlet yalan diyenin seni tutduracam sende gor” məzmunlu ismarıclar yazılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 1 sentyabr 2021-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək zənglər edilmiş və aralarında mütəmadi danışıq aparılmış, 2021-ci ilin sentyabr ayı ərzində 5 dəfə zəng edilmişdir. Belə ki, onların arasında 1 sentyabr 2021-ci il saat 15:43-də 739 saniyə, 13 sentyabr 2021-ci il saat 19:12-də 123 saniyə, 14 sentyabr 2021-ci il, saat 17:56-da 9 saniyə, 27 sentyabr 2021-ci il saat 14:46-da 32 saniyə və 30 sentyabr 2021-ci il saat 13:19-da 57 saniyə danışıq olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 1 sentyabr 2021-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək zənglər edilmiş və aralarında mütəmadi danışıq aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə isə 2021-ci ilin sentyabr ayı ərzində 7 dəfə zəng edilmişdir. Onların arasında 1 sentyabr 2021-ci il, saat 21:26-da 66 saniyə, 10 sentyabr 2021-ci il, saat 23:16-da 172 saniyə, 14 sentyabr 2021-ci il, saat 19:27-də 50 saniyə, 23 sentyabr 2021-ci il, saat 10:37də 26 saniyə, 23 sentyabr 2021-ci il, saat 16:26-da 282 saniyə, 27 sentyabr 2021-ci il, saat 15:07-də 19 saniyə və 27 sentyabr 2021-ci il, saat 15:10-da 19 saniyə danışıq olmuşdur. "xxxx" MMC-nin 5 dekabr 2022-ci il tarixli, 25485 nömrəli məktubu ilə təqdim olunmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr onun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi telefon danışıqları aparılmışdır. Belə ki, Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ilk dəfə 19 yanvar 2022-ci il tarixdə saat 11:21-də zəng edilmiş və 473 saniyə danışıq aparılmışdır. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Dadva”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuş, 19 yanvar 2022-ci il saat 13:36-da zəng edilərək 138 saniyə, 19 yanvar 2022-ci il saat 14:55-də zəng edilərək 29 saniyə danışıq aparılmışdır. Hər iki zəng zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Seybetin”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Bundan başqa, onların arasında 19 yanvar 2022-ci il saat 17:11-də 176 saniyə danışıq aparılmış, həmin zəng zamanı Zərərçəkmiş şəxs8 “İmişli rayonu”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Bundan başqa, onların arasında 19 yanvar 2022-ci il, saat 17:24-də 12 saniyə danışıq aparılmış, həmin danışıq zamanı həm Zərərçəkmiş şəxs8, həm də Təqsirləndirilən şəxs “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşlar. Bundan əlavə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 22 yanvar 2022-ci il, saat 12:29-da 413 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Seybetin”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25 yanvar 2022-ci il, saat 10:00-da 28 saniyə, 25 yanvar 2022-ci il, saat 17:38-də 30 saniyə danışıq aparılmış, hər iki danışıq zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Seybetin”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur, 25 yanvar 2022-ci il, saat 19:30-da 8 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 “İmişli şəhəri”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur, 25 yanvar 2022-ci il, saat 19:43-də 6 saniyə danışıq aparılmış, həmin zəng zamanı həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs8 “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25 yanvar 2022-ci il, saat 16:36-da 49 saniyə danışıq aparılmış, həmin danışıq zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Dadva”, Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Onların arasında 25 yanvar 2022-ci il, saat 16:41-də 176 saniyə danışıq aparılmış, həmin danışıq zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Seybetin” anten dairəsində olmuşdur. 25 yanvar 2022-ci il, saat 17:10-da 451 saniyə danışıq aparılmış, həmin danışıq zamanı Zərərçəkmiş şəxs8 “Masallı rayonu, Bna Xocavar” anten dairəsində olmuşdur, həmin gün, saat 18:10-da 104 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 “Cəlilabad rayonu, ATS” anten dairəsində olmuşdur, həmin gün, saat 18:24-də 115 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 “Biləsuvar rayonu, Təzəkənd kəndi” anten dairəsində olmuşdur, həmin gün, saat 19:00-da 13 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 “Biləsuvar rayonu, Cəbrayıl şəhərciyi” anten dairəsində olmuşdur, hər 6 zəng zamanı Təqsirləndirilən şəxs isə “İmişli rayonu, Ağcüyür” anten dairəsində olmuşdur. Müəyyən olunur ki, Zərərçəkmiş şəxs8 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışdıqdan sonra İmişli rayon ərazisinə gəlmiş və həmin gün, saat 19:43 radələrində eyni, yəni “İmişli rayonu, Ağcüyür kəndi” anten dairəsində olmuşlar. Bundan əlavə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 4 fevral 2022-ci il, saat 09:07-də 48 saniyə, saat 12:49-da 129 saniyə və saat 14:27-də 252 saniyə danışıq aparılmış, Zərərçəkmiş şəxs8 Masallı rayonu, Təqsirləndirilən şəxs isə Bərdə rayonu ərazisindəki anten dairəsində olmuşdur. 4 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə isə Zərərçəkmiş şəxs8 12 dəfə zəng edilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus “İphone” markalı mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə zərərçəkmiş Zərərçəkmiş şəxs8 məxsus mobil telefonun kontaktında “Vakil İmşli” adı ilə qeydə alınmışdır. “Whatsapp” mobil proqramında “Vakil İmşli” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə hesabı ilə mesajlaşma aparılmışdır. 22 yanvar 2022ci il, saat 12:40-da “Vakil İmşli” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə hesabı Zərərçəkmiş şəxs8 "xxxx" ASC-yə məxsus 5522 0993 1356 7646 nömrəli bank kartının ön hissəsinin fotoşəklini atmışdır, kartın ön hissəsində “Murshud Mirzayev” yazısı qeyd olunmuşdur. Həmin gün saat 12:59-da zərərçəkmiş Zərərçəkmiş şəxs8 “Vakil İmşli” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə hesabına qəbzin fotoşəklini atmışdır. Qəbzdən görünür ki, 416973******5145 nömrəli bank kartından 5522 09******7646 nömrəli bank kartına 22 yanvar 2022-ci il, saat 12:44-də 280 manat pul göndərilməsi əks olunmuşdur. 6 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 tərəfindən göndərilmiş fotoşəkildən görünür ki, **********895145 nömrəli bank kartı Şahid11 adlı şəxsə məxsusdur. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs8 tərəfindən “Vakil İmşli” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə hesabına ona və qardaşı Şahid10 yazılmış cərimələrlə bağlı sənədlərin, vergi uçotu haqqında şəhadətnamələrin (VÖEN), şəxsiyyət vəsiqələrinin fotoşəkillərini göndərilmişdir. 4 fevral 2022-ci il, saat 14:49-da zərərçəkmiş Zərərçəkmiş şəxs8 “Vakil İmşli” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə hesabına daha bir qəbzin fotoşəklini atmışdır. Qəbzdən görünür ki, Şahid11 adlı şəxsə məxsus 416973******5145 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 5522 09******7646 nömrəli bank kartına həmin gün, saat 14:49-da 1500 manat pul göndərilməsi əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, qeyd olunan yazışmalar onunla Təqsirləndirilən şəxs arasında aparılan yazışmalardır, qəbzdə göstərilən 280 və 1500 manat pulu o, bacısı oğlu X21 4169 7377 0889 5145 nömrəli "xxxx" kartından Mürşüdün “whatsapp” mobil proqramında ona göndərdiyi və öz adına olan 5522 0993 1356 7646 nömrəli "xxxx" kartına yollamışdır. Bundan sonra zərərçəkmiş E.H.X50 Məhkəməsinin hakimi X27 1 mart 2022-ci il tarixli, MXMT(120)-6/2022 nömrəli qərardadının surətini təqdim etmişdir. Qərardadın surətindən görünür ki, Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə araşdırması başa çatanadək bank hesablarına qadağa qoymaq və ölkədən giriş-çıxışının məhdudlaşdırılması tələbinə dair maraqlı şəxsin ona müvəqqəti möhlət hüququ verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, həmin qərardadla təmin edilməmişdir. Baxış zamanı “Whatsapp” mobil proqramında aparılan yazışmaların fotoşəkili çıxarılaraq, eyni zamanda Şirvan İnzibati Məhkəməsinin hakimi X27 1 mart 2022-ci il tarixli, MXMT(120)-6/2022 nömrəli qərardadının surəti protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Oqtay oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, X22, X42, Zərərçəkmiş şəxs1 Əbülfət oğlu təqdim etdikləri ərizələrində onlara dəymiş ziyanın tam ödənildiyini, Mürşüd Məmmədovdan şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs6 Şükür oğluna xx.xx.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzi ilə 1000 manat, xx.xx.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzi ilə 500 manat, xx.xx.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzi ilə 500 manat, xx.xx.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzi ilə 300 manat, xx.xx.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzi ilə 300 manat-cəmi 2600 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs6 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona ümumilikdə 3000 manat ödənilmiş, 4200 manat ziyan isə ödənilməmişdir. 09 fevral 2023-cü il tarixli qərarımla xüsusiyyətlərinə, əlamətlərinə və mənşəyinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən "xxxx" MMC-dən götürülmüş və xx.xx.2022-ci il tarixli, 25485 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD disk və Zərərçəkmiş şəxs6 təqdim etdiyi bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Mirzəyev X10 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək ona dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İmişli rayonu İcra Hakimiyyəti Başçısının Ağcüyür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs İmişli rayonu Ağcüyür kəndində qeydiyyatdadır. İmişli rayonu İcra Hakimiyyəti Başçısının Ağcüyür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Cinayət işinin məhkəmə baxışının gedişində dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən məhkəmənin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.1-ci maddələrinə əsasən CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 30 iyun 2022-ci il tarixdə ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 sentyabr 2022-ci il tarixdə iş üzrə tutulmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməsi və təkrar dələduzluq etməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməməsi, onlara yazdığı ərizəyə, göstərdiyi hüquqi yardıma görə pul alması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-səmimi və qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qsmən ödədəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi beş il müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti beş ilin yarasından, yəni iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə 1 ədəd CD disk və X31 tərəfindən təqdim olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs X23 cinayət nəticəsinə dəymiş və ödənilməmiş 4200 manat məbləğində ziyanı Təqsirləndirilən şəxs mülkü mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə 01 ədəd CD disk və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs6 cinayət əməli nəticəsində dəymiş 4200 (dörd min iki yüz) manat məbləğində ziyanı Təqsirləndirilən şəxs Mhəmmədəli oğlundan mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-308/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-308/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver