Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-308/2025 14.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Saatlı rayonu Qırağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddələri ilə; xx xxxxx 1982-ci ildə Saatlı rayonu Qırağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4-1 və 237.1-ci maddələri ilə xx xxxx 1982-ci ildə Saatlı rayonu Bəylik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Bəylik kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Görədil kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 228.2.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 2024-cü ilin mart ayının əvvəllərində yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin bağ sahəsində qanunsuz olaraq 10 ədəd, xeyli miqdarda tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş, bitkilərə aqrotexniki qaydada qulluq etməklə onları kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında 01 iyun 2024-cü il tarixdə saat 16:00 radələrində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bağ sahəsinə baxış keçirilərkən 10 ədəd yaşıl, köküstə olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs1 8 iyun 2024-cü il tarixdən etibarən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mütəmadi olaraq əlaqə saxladığı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik vasitələrin, həmçinin qanunsuz olaraq odlu silah olan “Makarov” konstursiyalı tapançanın, onun komplekt hissəsinin və döyüş sursatı olan patronlarının əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə Saatlı rayonu ərazisində müəyyən yerə qoyulmalı olan narkotik vasitələri, tapançanı və patronlarını həmin yerdən götürəcəyi barədə razılaşdıqdan sonra cinayətkar qrupun üzvü 23 iyun 2024-cü il tarixdə saat 23 radələrində onunla “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla narkotik vasitələrin, tapançanın və patronlarının Saatlı rayonu Seyidlər kəndindən keçən magistral avtomobil yolunun kənarında üzərinə “Seyidlər” yazılmış lövhənin və həmin yerdəki elektrik transformatorunun yaxınlığında qoyulduğunu bildirməklə həmin yerin fotoşəklini və məkan göstəricələrini Təqsirləndirilən şəxs1 göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmkəndlisi X6 və Saatlı rayonunun Bəylik kəndindən olan hər ikisinin tanışları X4 ilə Mustafabəyli kəndində yerləşən “Təndirim” kafesində görüşməklə həmin şəxslərlə də danışıb razılaşmaqla narkotik vasitələrin, tapançanın və patronlarının qoyulduğu yerdən götürülməklə narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edilməsi, tapança və potronları ilə bərabər saxlanılmaqla daşınması barədə qabaqcadan razılaşıb bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə hər üçü eyni məqsədlə Ağarəhim Yolçuyevin idarə etdiyi “Mersedes 190” markalı, **-UF-*** qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Seyidlər kəndinə yollanmış, 24 iyun 2024-cü il tarixdə gecə saat 01:10 radələrində həmin kənddən keçən magistral yolun kənarında narkotik vasitələrin və silahın qoyulduğu yerə çatdıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları götürmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs3 isə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qısamüddətli axtarış aparmaqla bir ədəd qara rəngli sellofan torabanın olduğu yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 torbanı əlinə götürmüş və beləliklə də, ümumi cinayətkar niyyətə uyğun olaraq həmin torbanın içərisindəki iki ədəd polietilen torbalarda 2000 qram və 2500 qram-ümumilikdə 4500 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd polietilen torbada xüsusilə külli miqdarda, 2425 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə, babelə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm çaplı, “Makarov” konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah olan tapançanı, 1 ədəd gövdəsinin üzərində BQ-3223 nömrəsi olan, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm çaplı patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı, 05 ədəd zavod üsulu ilə Rusiya dövlətində, 03 ədəd isə digər xarici dövlətdə istehsal olunmuş 9x18 mm çaplı olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan ştat patronları qanunsuz olaraq Elnar Qəhrəmanov və Təqsirləndirilən şəxs2lə birgə əldə etmiş, avtomobilə tərəf apararkən onların cinayətkar əməlləri barədə məlumat almaqla əməliyyat-axtarış tərbirləri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət başanda yaxalamış, bunu görən Elnur Qərhrəmanov isə avtomobili sürərək hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürdükləri sellofan torba ilə birlikdə polis əməkdaşları tərəfindən Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş, onların əldə edərək daşıdıqları polietilen bağlamaya baxış keçirərkən həmin xüsusilə külli miqdarda heroin, külli miqdarda qurudulmuş marixuana, bir ədəd yivli odlu silah olan tapança, silahın komplekt hissəsi olan 1 ədəd darağı və döyüş sursatı olan 8 ədəd patronları aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 qonşu Bəylik kəndindən tanıyır. İran vətandaşı ilə ona öz istifadəsi üçün 20 qram qurudulmuş marixuana göndərəcəyi barədə razılaşmışlar. Lakin İran vətəndaşı ilə ona silah və patronların göndərilməsi barədə razılaşmaları olmamışdır. İranlı ilə razılaşmasına görə 20 qram marixuanaya görə pulu sonradan ödəyəcəyi barədə razılaşmışlar. 24 iyun 2024-cü il tarixdə gecə saat 24 radələrində 20 qram narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün Saatlı rayonu Mustafabəyli kəndindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla Saatlı rayonu Seyidlər kəndinə yola düşmüşlər. Yolda gedərkən öz mobil telefonunda internet olmadığına görə Təqsirləndirilən şəxs2 mobil telefonunu götürmüş, iranlı ilə onun mobil telefonu vasitəsi ilə Whatsapp proqramından istifadə etməklə əlaqə saxlamışdır. 25 iyun 2024-cü il tarixdə gecə saat 01:10 radələrində Seyidlər kəndinə çatmışlar. Onun narkotik vasitə götürəcəyi barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumatları olmamışdır. O, Təqsirləndirilən şəxs2 onu taksi sürücüsü kimi həmin yerə aparmasını xahiş etmişdir. «Seyidlər» yazılmış lövhənin yanında avtomaşını saxlamışlar. Təqsirləndirilən şəxs3 avtomaşında qalmış, o və Rəhim Yolçiyev isə avtomaşından yerə düşmüşlər. Onlar həmin yerdə olarkən, hələ narkotik vasitəni götürməmişdən polislər göyə atəş açmış və onları saxlayıb polis şöbəsinə aparmışlar. Polis işçiləri onlara təzyiq göstərmiş, işgəncə vermiş döymüşlər. Polis rəisi Fuad onu narkotik istifadəçisi kimi sənədləşdirmək üçün ondan 35000 manat pul istəmişdir. Lakin o razılaşmamış, narkotik vasitələr və silahla onun heç bir əlaqəsinin olmadığını bildirmişdir. Polislər içərisində narkotik vasitələr olan torbanı onların qarşısına qoyaraq üzərlərinə götürmələrini tələb etmişlər. Lakin onlar imtina etdikdə polislər onları döymüş, işgəncə vermiş, torbada olan narkotikləri və silahı üzərlərinə götürməyi tələb etmişlər. Narkotiki götürməyə gedəndə üzərində heç bir pul olmamışdır. Təqsirləndirilən şəxs2 taksi pulunu sonra verməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü narkotik vasitələrə münasibətdə təqsirli bilmiş, “Makarov” markalı tapançanı, onun darağıını və patronlarını əldə etməkdə isə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrlə bağlı olaraq həbsdə olmuşdur. Təxminən 10 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 08 mart 2024-cü il tarixdə işləmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmişdir. Sankt-Peterburq şəhərində olarkən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yadında qalmayan İran mobil telefon nömrəsindən onun mobil telefon nömrəsinə mesaj gəlmişdir. Həmin şəxsdən kim olduğunu soruşarkən cəzaçəkmə müəssisəsində olarkən onu tanıdığını, İran İslam Respublikasında yaşadığını, adının isə Nima olduğunu demişdir. Nima onunla bir müddət “Whatsapp” sosial şəbəkəsində danışdıqdan sonra harada olduğunu və nə işlə məşğul olduğunu soruşmuşdur. O Nimaya Rusiya Federasiyasında olduğunu və orada fəhlə kimi işlədiyini demişdir. Nima ondan Azərbaycana nə vaxt gedəcəyini soruşmuş və Azarbaycanda olarkən onunla iş görmək istədiyini demişdir. O, 20 may 2024-cü il tarixdə Sankt-Peterburq şəhərindən Azərbaycana qayıtmışdır. Yaşadığı Saatlı rayonu Mustafabəyli kəndinə gələrək şəxsi işlərini qaydasına qoyduqdan sonra 24 may 2024-cü il tarixdə əvvəlcə Dağıstanın Mahaçqala şəhərinə, oradan isə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Moskva şəhərində işləyərkən yenə də mütəmadi olaraq Nima ilə əlaqə saxlamışdır. 08 iyun 2024-cü il tarixdə yenidən Azərbaycana qayıtmışdır. Yaşadığı Saatlı rayonu Mustafabəyli kəndinə gəldikdən 3-4 gün sonra ***-***-**-** mobil telefon nömrəsini alaraq istifadə etmişdir. Yeni aldığı ***- ***-**-** mobil telefon nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. Yenidən Nima ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlamağa başlamışdır. Nima ona narkotik vasitə vermək istədiyini və dediyi yerdən gedib narkotiki götürməli olduğunu demişdir. O, Nimaya üstündə pulunun olmadığını dedikdə Nima ona narkotik vasitəni pay verdiyini, nə vaxt pulu olanda verməsini demişdir. O da, Nima ilə razılaşmış və Nima narkotiki qoyduqdan sonra gedib götürəcəyini demişdir. 23 iyun 2024-cü il tarixdə onunla bir kənddə yaşayan xalası Gözəlin yaşadığı evə iş görməyə getmişdir. O orada iş görərkən Nima “Whatsapp” sosial şəbəkəsində onunla əlaqə saxlayaraq 25 qram marixuananı Şəmkir rayonuna qoya biləcəyini və oradan gedib narkotiki götürməsini demişdir. O, Nimaya Şəmkir rayonunun yaşadığı rayondan uzaqda olduğunu və Saatlı rayonunda yaşadığını demişdir. Nima da ona hazırda həmin şəxsin toyda olduğunu, toydan çıxdıqdan sonra Saatlı rayonu ərazisinə narkotiki qoyacağını və bundan sonra narkotiki gedib oradan götürməsini demişdir. O da, Nima ilə razılaşmış və xalası Gözəlin evində işlərini bitirib, axşam saatlarında yaşadığı kəndin ərazisindəki “Təndirim” kafesinə getmişdir. Kafenin həyətində həmkəndlisi Təqsirləndirilən şəxs3 əyləşdiyini görüb həmin masaya yaxınlaşmışdır. Elnurla görüşdükdən sonra birlikdə pivə içməyə başlamışlar. Bir qədər sonra Elnurla söhbət edərkən bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin Saatlı rayonu ərazisinə narkotik qoyacağını və narkotiki götürüb birlikdə istifadə etmələrini təklif etmişdir. Elnur onun təklifi ilə razılaşmışdır. Bir qədər sonra Nima ona “Whatsapp” sosial şəbəkəsində Saatlı rayonu Seyidlər kəndi ərazisində narkotik vasitəni qoyduğunu və həmin narkotik vasitəni gedib oradan götürməsini demişdir. Nima həmçinin ona həmin yerin fotoşəkillərini və məkanı göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də ora gəlmişdir. Ağarəhimlə o və Elnur danışarkən Saatlı rayonu Seyidlər kəndində işləri olduğunu və ora getmək istədiklərini demişlər. Ağarəhim idarə etdiyi avtomaşınla onları Saatlı rayonu Seyidlər kəndinə aparmağa razılıq vermişdir. Bundan sonra Elnur Ağarəhimin «Mercedes» markalı avtomobilin qabaq oturacağında, o isə arxa oturacağında əyləşmiş, Ağarəhim avtomobili idarə edib Saatlı rayonu Seyidlər kəndi istiqamətində hərkət etməyə başlamışdır. 24 iyun 2024-cü il tarixdə saat 01 radələrində Seyidlər kəndinə çatmağa az qalmış interneti olmadığından Ağarəhimdən mobil telefonunu istəmiş və “Whatsapp” sosial şəbəkəsindən istifadə edəcəyini demişdir. Nimanın mobil telefon nömrəsini Ağarəhimin mobil telefonuna qeyd etmiş və Nimaya səs atıb yazaraq narkotik vasitənin harada olması barədə soruşmuşdur. Nima ona həmin yerin fotoşəkillərini və məkanını göndərmişdir. Nima ona səs ataraq İmişli rayonundan gələrkən yolun sağ kənarındakı transformatorun yanında olacağını demişdir. Saat 01 radələrində Seyidlər kəndinə Nimanın dediyi yerə çatmışlar. Ağarəhim avtomobili saxladıqdan sonra Elnur avtomobildə qalmış, Ağarəhimlə o avtomobildən enmişlər. Ağarəhimlə birlikdə Nimanın qoyduğu narkotik vasitəni axtarmağa başlamışlar. Transformatorun yanına gəldikdən sonra orada 1 ədəd böyük sellofan torbanın olduğunu görmüşlər. Ağarəhimin yanında o sellofan torbanı götürərkən saat 01 radələrində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb qanunsuz olaraq külli miqdarda narkotik vasitələri götürəcəkləri barədə məlumatları olduğunu bildirib onları saxlamış və rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Elnur Ağarəhimlə onun saxlanıldığını görüb avtomobilin sükanı arxasına keçərək sürüb qaçıb getmişdir. Ağarəhim və o polis əməkdaşları ilə birlikdə Saatlı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Sonra polis əməkdaşları onun əlində saxladığı qara rəngli sellofan torbanı onun və Ağarəhimin yanında açarkən içərisində 4 ədəd bağlanmış vəziyyətdə sellofan torbanın olduğu məlum olmuşdur. Onlar ayrı-ayrılıqda açılarkən isə onlardan birində heroin, digər ikisində narkotik vasitə olan marixuana və bağlanmış vəziyyətdə olan kiçik sellofan açılarkən isə içərisində “Makarov” markalı tapança, darağı və 8 ədəd güllənin olduğu məlum olmuşdur. Aşkar edilmiş sellofan torbalardakı marixuana və heroin olduğu torbalarla birlikdə elektron tərəzidə çəkilərkən marixuananın çəkilərinin 2152 qram və 2604 qram, heroinin çəkisinin isə 2468 qram olduğu müəyyən olunmuşdur. Daha sonra marixuana və heroin olduğu sellofan torbalarda, 1 ədəd “Makarov” markalı tapança isə kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün və Təqsirləndirilən şəxs2 protokolda imza etmişlə. Saatlı rayonu Seyidlər kəndinə gedib oradan narkotik vasitə götürməkdə əsas marağı narkotik vasitəni oradan götürüb Elnurla istifadə etmək olmuşdur. Nima ilə danışarkən ona təxminən 20-25 qram çəkidə narkotik vasitə olan marixuana verəcəyini demişdir. Ona 20-25 qram marixuana çatmalı olmuşdur. Qalan narkotikləri və silahı isə Nimanın sonaradan onaə deyəcəyi yerə qoymalı və ya şəxslərə verməli olmuşdur. Bu barədə ona Nima telefonla əlaqə saxlayarkən demişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Bakı şəhərində yaşayır və özünə məxsus «Mersedes 190” markalı, **-UF-*** qeydiyyat nişanlı avtomobili ilə taksiçilk fəaliyyəti ilə məşğul olur. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 23 iyun 2024-cü il tarixdə pasportunu dəyişmək üçün idarə etdiyi avtomaşınla Saatlı rayonu Bəylik kəndinə gəlmişdir. 24 iyun 2024-cü il tarixdə saat 24 radələrində idarə etdiyi avtomaşınla Saatlı rayonu Mustafabəyli kəndində “Təndirim” kafesinin yanında asfaltda dayandığı zaman tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona yaxınlaşmışlar. Müqəddəs ona Saatlı rayonu Seyidlər kəndində işinin olduğunu və onları avtomobili ilə Seyidlər kəndinə aparmasını demişdir. O, Müqəddəsi Saatlı rayonu Seyidlər kəndinə aparmağa görə ondan 10 manat benzin pulu alacağını demişdir. Müqəddəs onunla razılaşdıqdan sonra Elnur avtomobilinin arxa oturacağında, Müqəddəs isə qabaq oturacağında əyləşmişlər. 24 iyun 2024-cü il tarixdə saat 24 radələrində onun idarə etdiyi avtomaşınla Saatlı rayonu Mustafabəyli kəndindən Seyidlər kəndinə yola düşmüşlər. Yolda olduqları zaman Müqəddəs öz telefonunda internet olmadığına görə onun telefonunun internetindən istifadə etməklə “Whatsapp” proqrammı ilə kiminləsə danışmışdır. Lakin onun nə barədə danışmasını bilməmişdəir. 25 iyun 2024-cü il tarixdə gecə saat 01:10 radələrində Seyidlər kəndinə çatmışlar. Orada yolun kənarında «Seyidlər» yazılmış lövhənin yanında Müqəddəs avtomaşını saxlatmışdır. Müqəddəs avtomobildən düşmüş və mobil telefon ilə danışa-danışa maşından aralanmışdır. O isə ayaqyoluna getmək üçün avtomobildən yerə düşmüşdür. Həm də avtomobil qızdırmışdı ona su tökmək üçün yerə düşməli olmuşdur. O, avtomaşının yanında olmuş, Elnur avtomaşının içində olmuş, Müqəddəs isə avtomaşından təxminən 10 metr aralanmışdır. Bu zaman polis əməkdaşları Müqəddəsi tutmuş və onlara yaxınlaşmışlar. Elnur bunu görərək avtomaşını sürüb oradan getmişdir. Polis işçiləri onları tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis işçiləri onların qarşılarına torba qoyaraq torbada olan narkotik vasitələri üzərlərinə götürməyi tələb etmişlər. Polis işçiləri onları döymüş, işgəncə vermişlər. Onlardan narkotik vasitələrin onlara məxsus olmasını etiraf etmələrini tələb etmişlər. Polis əməkdaşları onları saxlayanda onlar orada heç bir torba görməmişlər. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü narkotik vasitəyə münasibətdə təqsirli bilmiş, “Makarov” markalı tapançanı əldə etməyə görə özünü təqsirli bilməyərək göstərdi ki, Saatlı rayonu Bəylik kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Görədil kəndində yaşayır. Özünə məxsus «Mersedes 190” markalı, **-UF-*** qeydiyyat nişanlı avtomobili ilə taksiçilk fəaliyyəti ilə məşğul olur. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 23 iyun 2024-cü il tarixdə avtomaşını ilə Saatlı rayonu Bəylik kəndinə gəlmişdir. Həmin gün axşam saatlarında Mustafabəyli kəndinin ərazisindəki “Təndirim” kafesinə getmişdir. Kafedə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əyləşdiyini görmüşdür. Müqəddəs onu masalarına dəvət etmiş, sonra isə ona Saatlı rayonu Seyidlər kəndində işinin olduğunu və ora getmək istədiyini demişdir. O da bunun qarşılığında 10 manat benzin pulu alacağımı demişdir. Müqəddəs ona heç bir problem olmadığını dedikdən sonra Elnur avtomobilinin qabaq oturacağında, Müqəddəs isə arxa oturacağında əyləşmişdir. 24 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Seyidlər kəndinə çatmağa az qalmış Müqəddəsin interneti olmadığından ondan mobil telefonunu istəmiş və “Whatsapp” sosial şəbəkəsindən istifadə edəcəyimi demişdir. O mobil telefonunu Müqəddəsə vermş və Müqəddəs mobil telefonum vasitəsilə ***-***-**-** saylı mobil nömrəsində olan “Whatsapp” sosial şəbəkəsinə daxil olaraq hansısa şəxslə narkotik vasitələr barədə səs göndərməyə başlamışdır. Müqəddəs həmin şəxslə danışarkən narkotik vasitəni hara qoyduğunu və haradan götürməli olduğunu demişdir. O həmin vaxt Müqəddəsin Seyidlər kəndinə şəxsi işi ilə bağlı deyil, narkotik vasitə götürməyə gəldiyini bilmişdir. Saat 01 radələrində Seyidlər kəndinə həmin şəxsin dediyi yerə çatmışlar. O, avtomobili saxladıqdan sonra Müqəddəs mobil telefonunu özünə qaytarmışdır. Həmin vaxt Elnur avtomobildə qalmış, o isə narkotiki götürmək üçün Müqəddəslə avtomobildən yerə düşmüşlər. Müqəddəslə birlikdə həmin şəxsin qoyduğu narkotik vasitəni axtarmağa başlamışlar. Transformatorun yanına gəldikdən sonra orada 1 ədəd böyük sellofan torbanın olduğunu görmüşlər. Saat 01 radələrində Müqəddəslə birlikdə sellofan torbanı götürərkən polis əməkdaşları onlara yaxınlaşmış, narkotiki götürməyə gəlmələri bparədə məlumatları olduğunu bildirməklə onları saxlamışlar. Həmin vaxt Elnur onların polis tərəfindən tutulduğunu görüb avtomobilin sükanı arxasına keçərək sürüb getmişdir. Sonra onları Saatlı Rayon Polis Şöbəsinə aparmışlar. Orada şübhəli şəxs kimi tutulmuşlar və onlara müdafiəçi təqdim edilmişdir. Polis əməkdaşları Müqəddəslə birlikdə götürdyükləri qara rəngli sellofan torbaya baxış keçirmişlər. Torbanın içərisində 4 ədəd sellofan torbaların olduğu məlum olmuşdur. Həmin bağlamalar açılarkən onlardan birində heroin, digər ikisində narkotik vasitə olan marixuana və bağlanmış vəziyyətdə olan kiçik sellofan açılarkən isə içərisində “Makarov” markalı tapança, darağında isə 8 ədəd güllənin olduğu məlum olmuşdur. Aşkar edilmiş sellofan torbalardakı marixuana və heroin olduğu torbalarla birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin maddələr və tapança götürülmüş, bu barədə onların iştirakları ilə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4-1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək, lakin CM-nin 228.2.1 və 234.4-1-ci maddələr ilə təqsirli bilməyərək göstərdi ki, 2024-cü ilin mart ayında Saatlı rayonu Mustafabəyli kəndində yaşadığı evin sol tərəfində 2 ədəd, sağ tərəfində isə 8 ədəd çətənə bitkisi toxumlarını torpağa əkmişdir. Toxumların hamısı cücərmiş və 10 ədəd çətənə bitkiləri bitmişdir. Həmin bitkilərə su verərərək qulluq etmişdir. 01 iyun 2024-cü il tarixdə saat 16:00 radələrində polis işçiləri evinə gələrək onun razılığı və iştirakı ilə evinin həyətinə baxış keçirilərkən 10 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Lakin o, 25 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə avtomaşınla Saatlı rayonu Seyidlər kəndinə getməmiş, həmin şəxslərlə birlikdə olmamışdır. O, Müqəddəs və Ağarəhimin polis tərəfindən tutulduğunu evdə televizora baxarkən görmüşdür. Polislər ona narkotik vasitəni yükləmək istəmişlər. O, polis işçilərinin ona narkotik vasitələri yükləmələrinin qarşısını almaq üçün hətta özünü doğramışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixdə ona Saatlı rayon sakinləçri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə Saatlı rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək saxlamaları, həmçinin qanunsuz olaraq odlu silah əldə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbir zamanı həmin gün saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Ağarəhim Yolçuyevin sonuncunun sürdüyü “Mercedes 190” markalı, **-UF-*** qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Seyidlər kəndinin içərisindən keçən magistral yolun kənarında, «Seyidlər» sözü yazılmış lövhəsinin yanına gəlmələrini, Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyevin avtomaşından düşərək birlikdə telefon işığında ətrafı axtarmalarını, bir nəfərin, adını sonradan bildikləri Elun Qəhrəmanovun isə avtomaşında qalmasını müşahidə etmişlər. Ağarəhim Yolçuyev və Təqsirləndirilən şəxs1 yolun kənarvında olan böyük ölçülü, torbanı tapmışlar, Müqəddəs İsgəndərov torbanı əlinə götürmüşdür. Bu zaman onlara yaxınlaşmışlar. Həmin vaxt “Mercedes 190” markalı avtomobildə olan şəxs avtomaşını sürüb oradan qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları görəndə kolluq sahə ilə qaçmağa başlamışlar. Onları qovaraq tutmuşlar. Müqəddəsi və Ağarəhimi tutanda torba Müqəddəsin əynində olmuşdur. Müqəddəsin və Ağarəhimin ayaqları yalın olmuşdur. Ola bilsin ki, onların ayaqlarında çəkələt «başmaq» olmuş, kolluq sahədə qaçanda ayaqlarından düşmüşdür. Təqsirləndirilən şəxs1 və Yolçuyevi götürdükləri torba ilə birlikdə Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əlində saxladığı 01 ədəd qara rəngli sellofan torba açıldıqda içərisində 3 ədəd böyük sellofan torbalar və 1 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd sellofanlar açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanayaoxşar kütlə, digər sellofan torba açılarkən isə içərisində narkotik vasitə olan olan heroinəoxşar kütlə, 1 ədəd sellofan büküm açılarkən isə içərisində 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd tapança darağı və 8 ədəd tapança patronları olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzidə sellofan torbalar ilə birlikdə çəkilərək qablaşdırılıb götürülmüşdür. Həmçinin aşkar edilmiş “Makarov” markalı tapança, 1 ədəd tapança darağı və 8 ədəd tapança patronları da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş kütlələrin marixuana və heroin olduğunu, aşkar edilmiş silahdan xəbərinin olmadığını, özünü İran İslam Respublikasının vətəndaşı Nima kimi təqdim edən şəxsin onun mobil telefonuna göndərdiyi məkan və şəkillər vasitəsilə Saatlı rayonu Seyidlər kəndinə gedərək marixuana və heoini Nimanın dediyi yerdən Ağarəhimlə birlikdə götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona məxsus avtomobili idarə edən şəxsi tanımadığını, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşdükdən sonra Müqəddəs narkotik vasitəni götürərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 və yoldaşlarına qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən, Saatlı Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Firudun oğlu və Şahid3 da Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyun 2024cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs3 küçəyə çağıraraq ona həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs3 baxışın keçirilməsinə etiraz etməmiş və bununla bağlı özü və onunla bir həyətdə yaşayan qardaşı Elçin Qəhrəmanov ərizə vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 özünün də iştirakı ilə evin həyətyanı bağ sahəsinə baxış keçirilən zaman evin sağ hisəsində bağ sahəsində 8 ədəd, sol hissəsində bağ sahəsində isə 2 ədəd, ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinəoxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin bitkilərin çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Həmin 10 ədəd bitkilər yerdən çıxarılaraq bir ədəd kisədə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 da Şahid5la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, Saatlı rayonu Seyidlər kəndi ərazisndən keçən Mil-Muğan kanalını keçən kimi həmin kanalın kənarı ilə sola ayrılan kəndarası torpaq yola daxil olub, təxminən 100 metr getdikdə torpaq yolun kənarında elektrik transfamatorunun və dəmir işiq dirəyinin yanını göstərərək həmin yerdən böyük qara rəngli bağlamanı Ağarəhimlə birlikdə götürərkən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən o da eyni xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 24 iyun 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 iyun 2024-cü il tarixdə saat 01:10 radələrində Saatlı rayonu Seyidlər kəndində avtomobil yolunun kənarından əldə etdikləri sellofan torba ilə birlikdə Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş və həmin torbaya baxşı keçirilərkən torbanın içərisindən dörd ədəd qara rəngli müxtəlif ölçülü sellofan bağlmalar şakar olunmuş, həmin bağlmalar açılarkən ikisinin içərisindən narkotik vasitə olan maruxuanayaoxşar kütlə, birinin içərisindən narkotik vasitə olan heroinəoxşar kütlə, digərinin içərisindən isə 1 ədəd tapança, bir ədəd tapança darağı və 8 ədəd tapança patronu aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş 01 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Elun Qəhrəmanovun yaşadığı evin həyətindən 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Aqronom-mütəxəssisin rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qullluq edilmişdir. 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi “Samsung Galaxy A14” və Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung Galaxy A10” markalı mobil telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiiq vasitəsilə “Nima” adlı şəxsin xarici ölkəyə məxsus mobil nömrədə istifadə etdiyi “WhatsApp” mobil tətbiqi ilə dəfələrlə əlaqə saxlanılmış, narkotik vasitələrin olduğu yerə dair “konum” məkan göndərilmiş, “2 kola 400 qram kakos, 4 kila ot var, orda bir dene de balaca tapança, onu götür apar evə 400 qram kakos senin 500 qram da ot götür özünə. Mene vidyo görüntülü yığ evdən öz payını götürenden sonra qalan narkotiki de yaxşı bir sumakaya bağlama ele ağzını bərk bərk bağla sabah apar Bakıya qardaşı postunu keç oralıa her hansı bir yerə meyveli bazarı terefe ünvan konul ele at” və sair yazışmalar vardır. Cinayət işinə əlavə edilən məhkəmə-kimyəvi-bioloji ekspertin 24 iyun 2024-cü il tarixli 3-16-16/2-18/602-603 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 2425 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2500 qram, 2000 qram-ümumi çəkisi 4500 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizanın 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/549 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 10 ədəd, yaş vəziyyətdə ümumi çəkisi- 2000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Məhkəmə-ballistik ekspertizasının 24 iyun 2024-cü il tarixli, 24/1108 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli «Makarov» konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlardan, 05 ədədi zavod üsulu ilə Rusiya dövlətində, 03 ədədi isə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd gövdəsinin üzərində BQ-3223 №-si olan daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 2672, 2673 və 2674 nömrəli rəylərindən görünür ki, təqsirləndirnilən şəxslər Təqsirləndirilən şəxs1, Ağarəhim Yolçuyev və Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onlara ittiham verilmiş əməl barəsində anlaqlı hesab edilməlidirlər, əməlləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertin 06 avqust 2024-cü il tarixli, 5379 nömrəli, 23 avqust 2024-cü il tarixli, 5816 nörəli və 18 oktyabr 2024-cü il tarixli, 6891 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Ağarəhim Yolçuyev və Müqəddəs İsgəndərovda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-komputer texniki ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 5/940 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A14” markalı “SM-A145F/DS” modelli “**********69185, **********69187” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A14” markalı SM-A145F/DS” modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış halhazırda yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayllar, SMS mesajlar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatında, “Facebook”, “Telegram” platformasında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-940” adlı qovluqda 05 (beş) ədəd optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş mobil smartfonu yaddaşında “Whatsapp” proqram təminatında “+7 903 498-91-15” abonent nömrəsi və “svitoy” istifadəçi adı ilə qeydiyyatdan keçmiş istifadəçi profili və həmin profil üzərində aparılmış məlumat mübadiləsi müəyyən olunmuşdur. Təqdim edilmiş mobil smartfonu yaddaşında “Whatsapp Business” proqram təminatında ““+994 51 348 1474” abonent nömrəsi və “Svetoy” istifadəçi adı ilə qeydiyyatdan keçmiş istifadəçi profili və həmin profil üzərində aparılmış məlumat mübadiləsi müəyyən olunmuşdur. Mobil telefonun yadaşında “Telegram” sosil platformasında “ +994 997338272” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş istifadəçi profili və həmin profil üzərində aparılmış məlumat mübadiləsi müəyyən olunmuşdur. Tədqiq olunan mobil smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə girişi təmin edən proqram təminatı və həmin proqram təminatında “Muqeddes İsgenderov” adlı istifadəçi profili müəyyən olundu. Aşkar olunmuş istifadəçi profilinin “Messenger” bölməsində müxtəlif istifadəçilərlə aparılmış məlumat mübadiləsi müəyyən edilmişdir. Tədqiq olunan mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsinə girişi təmin edən proqram təminatı və hər hansı bir istifadəçi profili müəyyən edilməmişdir. Təqdim edilmiş mobil smartfonun yaddaşında “Whatsapp” proqram təminatında, “Facebook” sosial şəbəkəsinə aid istifadəçi profilində və “Telegram” platformasında aparılmış bütün məlumat mübadiləsi xarici yaddaş qurğusuna köçürülərək, elektron formada ekspert rəyinə əlavə olunmuşdur (bax “DVD-R” tipli optik diskə). Təqdim edilmiş mobil smartfonun yaddaşında “İnstaqram” sosial şəbəkəsinə girişi təmin edən proqram təminatı və “muqeddes.isgenderov” adla qeydiyyatdan keçmiş istifadəçi profili müəyyən olundu. Lakin həmin profilin “Direkt” bölməsində aparılmış hər hansı bir məlumat mübadiləsi aşkar olunmamışdır. Cinayət işinə əlavə edilən məhkəmə-komputer texniki ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 5/941 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli “**********74343, **********74341” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı SM-A105F/DS” modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış halhazırda yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayllar, SMS mesajlar, “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-941” adlı qovluqda 05 (beş) ədəd optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş mobil smartfonu yaddaşında “+994 70 354 38 10” abonent nömrəsi və “RƏHİM 049S” istifadəçi adı ilə “Whatsapp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçi profili üzərində aparılmış məlumat mübadiləsi müəyyən olunmuşdur. Aşkar olunmuş məlumat mübadiləsi köçürülərək elektron formada ekspert rəyinə əlavə olunmuşdur. (bax DVD-R” tipli optik diskə) Tədqiq olunan mobil smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə girişi təmin edən proqram təminatıaşkar olunsada “off-line (internete qoşulmadan)” rejimdə baxış zamanı qeydiyyatdan keçmiş istifadəçi profili müəyyən olunmamışdır. Tədqiq olunan mobil smartfonun yaddaşında “İnstaqram sosil şəbəkəsinə və “Teleqram” platformasına girişi təmin edən proqram təminatı və istifadəçi profili aşkar olunmamışdır. Saatlı Rayon məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə keçirilmiş əməliyyat-actarış tədbirlərinin keçirilməsi barədə 01 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edimlmişdir. Təqsirləndirilən şəxs1 Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, üzərinə qanunsuz olaraq narkotik vasitə və odlu silah qoyulması barədə müraciətinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış və müraciətdə göstərilən həmin hallar təsdiq olunmadığına görə 08 oktyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsindən sonrakı gün, yəni xx.xx.2024-cü il tarixdə tibbi müayinəsi zamanı sol kürək nahiyəsində qançır aşkar olunması faktı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və cinayət hadisəsinin müəyyən edilməməsi əsasına görə 10 oktyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs3 etirafedici ifadə verməyə məcbur edilməsi üçün Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yoxlama aparılmış, lakin müraciətdə göstərilən hallar təsdiq olunmadığına görə 05 noyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşlar və barələrində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılırlar. Təqsirləndirilən şəxs3 isə barəsində CM-nin 237.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə 01 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş, hazırkı iş üzrə 01 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Saatlı Rayon Məhkəməsinin 03 iyul tarixli qərarı ilə dörd ay müddətə ev dustaqlığı qətimkan təçdbiri seçilmiş, 01 noyabr 2024-cü il tarixdə isə barəsində müstəntiqin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Saatlı rayon Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 subaydır, barəsində nümayəndəliyə heç bir şikayət və təklif daxil olmamışdır. Saatlı rayonu Bəylik kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Yolçiyev Aağarəhim və ailəsi Bəylik kəndində yaşamırlar, ona görə də ailə tərkibi barədə məlumat verilməsi mümkün deyildir. Saatlı Rayonu Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 05 aprel 2025-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şivan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Hazırkı cinayəti törətdiyi zaman məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs3 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 01 ay, 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırkı cinayət əməlini törədərkən hər iki iş üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda narkotik vasitə heroini, eləcə də qanunsuz olaraq odlu silah olan tapançanı, onun komplekt hissəsini və döyüş sursatı olan patronları əldə etmələri, saxlamaları və daşımaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs1 yalnız öz istifadəsi üçün az miqdarda narkotik vasitə qurudulmuş marixuana götürmək məqsədədi ilə narkotik vasitəlrin qoyulduğu yerə getməsi, həmin yerə sellofan torbada külli miqdarda narkotik vasitə marixuana, xüsusilə külli miqldarda narkotik vasitə heroin, tapança və patronlarının qoyulmasından məlumatsız olması barədə ifadəsini öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, digər sübutlarla yanaşı, Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərində olan “Samsung Galaxy A14” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiq vasitəsilə “Nima” adlı şəxsin xarici ölkəyə məxsus mobil nömrəsindən Təqsirləndirilən şəxs1 telefonuna narkotik vasitələrin olduğu yerə dair “konum” məkan göndərilmiş, “2 kola 400 qram kakos, 4 kila ot var, orda bir dene de balaca tapança, onu götür apar evə 400 qram kakos senin 500 qram da ot götür özünə. Mene vidyo görüntülü yığ evdən öz payını götürenden sonra qalan narkotiki de yaxşı bir sumakaya bağlama ele ağzını bərk bərk bağla sabah apar Bakıya qardağ postunu keç oralda her hansı bir yerə meyveli bazarı terefe ünvan konul ele at” məzmunlu mesaj göndərilmişdir. Bu isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 ona göndəriləcək narkotik vasitələrin növləri, miqdarı, habelə tapança və onun patronları barədə əvvəlcədən məlumatlı olmuşdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qoyulduğu yerə taksi sürücüsü kimi 10 manat pul müqabilində getməsi narkotik vasitələr və odlu silah barədə məlumatsız olması, Təqsirləndirilən şəxs3 isə ümumiyyətlə narkotik vasitələr və odlu silah barədə məlumatsız olması, 23 iyun 2024-cü il tarixdə Mustafabəyli kəndində kafedə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə görüşsə də, onlardan ayrılaraq yaşadığı evə getməsi, onlarla birlikdə narkotik vasitələrin və odlu silahın olduğu yerə getməməsi barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-oöyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri və işin faktiki halları ilə təsdiq olunur ki, 23 iyun 2024-cü il tarixdə axşam saatlarında Mustafabəyli kəndində yerləşən kafedə görüşdükləri zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçü narkotik vasitələrin, tapnçanın və patronlarının qoyulduğu yerdən götürülməsi barədə danışıb razılaşmış, sonra isə Təqsirləndirilən şəxs2 sürdüyü avtomaşınla narkotik vasitələrin və silahın qoyulduğu yerə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə avtomaşından düşərək narkotik vasitələr və silah olan torbanı qısa zaman ərzində axtarıb tapmışlar. Avtomaşında gözləyən Təqsirləndirilən şəxs3 isə yoldaşlarının polis tərəfindən saxlanıldıqlarını gördükdə avtomaşını sürüb hadisə yerindən qaçmışdır. Bu hallar təqsirləndirilən şəxslərin aralarında narkotik vasitələrin və odlu silahın birlikdə əldə edilməsi, saxlanması və daşınması barədə qabaqcadan, razılaşmasının və əlbirliyin olmasını təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ağarəhim Yolçuyevin əməlləri CM-in 228.2.1 və 234.4-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə CM-nin 228.2.1, 234.4-1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlinin törədilməsində hər birinin faktiki iştiraklarının xarakterini və dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən halları müəyyən etməmişdir. Lakin Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin, Təqsirləndirilən şəxs1 əməlində isə cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.1.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 24 iyun 2024cü il tarixdən hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən hər ikisi cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər ikisinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs3 CM-nin 237.1, 228.2.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun iş üzrə 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 (iki) gün və 01 iyul 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay, ümumilikdə 4 (dörd) ay 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı, əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan CM-nin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 noyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, xüsusilə təhlükəli residivə görə isə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 2424,9 qram narkotik vasitə heroin, 4499,8 qram narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, 1 ədəd Makarov konstruksiyalı, nömrəsi silinmiş, PM modelli tapança, həmin tapançanın komplet hissəsi olan 1 ədəd üzərində BQ-3223 №-si olan daraq, 5 ədəd 9 mm çaplı patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat və Təchizat İdarəsinə verilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A14” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefonlar onların ailələrinə verilməlidir. Ekspertiza xərci 349 (üç yüz qırx doqquz) manat 11 (on bir) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 116 (yüz on altı) manat 37 (otuz yeddi) qəpik alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4-1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 iş üzrə 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində və 01 iyul 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay, ümumilikdə 4 (dörd) ay 2 (iki) gün azadlıqdan məhpum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 12 (on iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 2424,9 qram narkotik vasitə heroin, 4499,8 qram narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. 1 ədəd «Makarov» konstruksiyalı, nömrəsi silinmiş, PM modelli tapança, həmin tapançanın 1 ədəd üzərində BQ-3223 №-si olan darağı, 5 ədəd 9 mm çaplı patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat və Təchizat İdarəsinə verilsin. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A14” markalı və X2 məxsus “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefonlar onların ailələrinə verilsin. Ekspertiza xərci 349 (üç yüz qırx doqquz) manat 11 (on bir) qəpik təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 116 (yüz on altı) manat 37 (otuz yeddi) qəpik, alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-308/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-308/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver