Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-31/2023 07.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, hakimlər- Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1975-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda 8,588 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan ünvanda yerləşdirib bu barədə cinayətkar qrupun digər üzvləri ona məlumat verdikdən sonra sonuncu həmin kütlələri məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin qoyulduğu ünvandan qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 18:53-də Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 99-cu kilometrliyində idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin yerdə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının alt hissəsində olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda 1005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, avtomobilin salonunun sağ hissəsində ön saxlanc yerindəki 01 ədəd pul qabının içərisində olan bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,395 qram və 8,193 qram olmaqla ümumi təmiz çəkisi 8,588 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci il tarixdə Bakı şəhərindən Sabirabad rayonuna anasının evinə gələrkən Hacıqabul rayonu ərazisində “Nəvai” postunda Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərində öz istifadəsi üçün saxladığı ümumi bir büküm 5-6 çəkimlik qurudulmuş marixuana, 0,4 qram bir «çet» heroin və elertron tərəzi aşkar olunmuşdur. Avtomobilinin arxa hissəsində satmaq üçün gətirdiyi göbələk və yük tərəzisi olmuşdur. Videoçəkiliş zamanı aşkarlanan külli miqdarda marixuananın polis əməkdaşları tərəfindən avtomobilə qoyulmasını ehtimal edir. Çəkilişdən əvvəl polis əməkdaşları ona demişlər ki, əgər narkotikin özünə aid olduğunu deməsə evindən daha çox narkotik çıxaracaqlar. Polis əməkdaşlarının hədəsindən qorxduğundan onların dedikləri ilə razılaşmışdır. Öz istifadəsi üçün saxladığı narkotik vasitə heroini və marixuananı Bakı şəhəri, “meyvəli” deyilən ərazidən iranlı kimi tanıdığı Yaşar adlı şəxsdən almışdır. Heç kimə narkotik satmamışdır. Maşında 1 kq qurudulmuş marixuana olmamışdır. Saxlanılan vaxt heroinin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində «İnstaqram» vasitəsilə tanış olduğu Yaşar adlı iranlının ona göndərdiyi 1 ədəd göy rəngli sellofan paketdə olan narkotik vasitəni 4 iyun 2022-ci il tarixdə Bakı şəhərində «Tele Qüllə» deyilən ərazidən götürüb idarə etdiyi «Peugeot-407» markalı maşinın qabaq sağ oturacağın alt hissəsində gizlətdiyini, 9 iyun 2022-ci il tarixdə saat 18.53-də Bakı-Qazax yolunun 99 km-də idarə etdiyi maşın YPX-nın əməkdaşları tərəfindən saxlanıldığını, postda polis əməkdaşları tərəfindən avtomobilə və üzərinə videoçəkilişlə baxış keçirildiyini, baxış zamanı sağ qabaq oturcağın alt hissəsində 1 ədəd göy rəngli sellofan torbada qurudulmuş marixuana, maşının salonun sağ hissəsində ön saxlanc yerində 1 ədəd pul qabıda olan siqaret qutusunun içərisində 2 ədəd sellofan bükümlərdə heroin, mənzilin açarları, 1 ədəd elektron tərəzi, şəxsiyyət vəsiqəsi, etibarnamə, maşının sənədi və 1 ədəd plastik bank kartı aşkar edildiyini, həmin narkotik vasitələri İranlı Yaşara sifariş verdiyini, narkotikləri Yaşarın dediyi yerə qoyacağı təqdirdə ona pul veriləcəyini, əvvəllər də Yaşarın sifarişi ilə narkotik vasitəni onun dediyi yerə çatdırdığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, keçirilmiş tədbirlər nəticəsində o, həmin gün saat 18 radələrində idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobilində Hacıqabul rayonu ərazisində “Nəvai” postunda YPX-nını əməkdaşları tərəfindən saxlanılmışdır. Maşına və onun üzərinə baxış keçirilməsi qərara alınmış, Hamlet ərizə verərək buna etiraz etmədiyini bildirmişdir. Hamletin iştirakı ilə videoçəkilişlə maşina baxış keçirilən zaman o, idarə etdiyi avtomobildə narkotik vasitə heroin və marixuana olduğunu bildirib, avtomobilin ön sağ oturacağın alt hissəsində olan 01 ədəd göy rəngli sellofan torbanı, idarə etdiyi avtomobilin salonun sağ hissəsində ön saxlanc yerindən 01 ədəd pul qabını təqdim etmişdir. Pul qabının içərisindən iqaret qutusunda 02 ədəd sellofan bükümdə heroin, 01 ədəd sellofan torbanın içərisində qurudulmuş marixuana, 01 ədəd mənzilinin açarı, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd etibarnamə və 01 ədəd plastik bank kartı aşkar edilmişdir. Bundan başqa, avtomobilin ön hissəsindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefon və 25 manat pul aşkar edilmişdir. Aşkar edilmiş mənzilin açarı və 25 manat pul Hamletə qaytarılmış, digər əşyalar isə götürülmüşdür. Şifahi sorğu zamanı Hamlet bildirmişdir ki, aşkar olunmuş narkotikləri sosial şəbəkədə tanış olduğu “Yaşar” adlı iranlının sifarişi ilə Bakı şəhərində “Tele Qüllə” yerləşən ərazidə 5 gün əvvəl götürdüyünü, “Yaşar” adlı şəxsin göstərişi ilə sonradan müəyyən ünvanlara qoyacağını və bunun müqabilində pul alacağını, əvvəllər də bir neçə dəfə “Yaşar” adlı şəxsdən bu formada narkotik vasitələr əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, protokol tərtib olunmuşdur. Onun avtomobilinə heç kim narkotik qoymamışdır. Heç kim Təqsirləndirilən şəxs hədə qorxu gəlməmişdir. Aparılan videoçəkilişdən hər bir şey açıq aşkar görünür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BMCMİ-nin digər əməkdaşları Şahid2, Şahid3 və Şahid5 iş üzrə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Hamletin idarə etdiyi avtomobilə heç kim tərəfindən narkotiklərin qoyulmadığını, videoçəkilişdə Hamlet narkotkiklərin ona məxsus olmasını səmimi etiraf etdiyini, ona hədə qorxu gəlmədiklərini göstərmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tarixli, 7/603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs avtomobilindən..” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi – 1005 qram (1kq 5qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd:Marixuanaların təmiz çəkisi – 1005 qram, tədqiqata istifadə olundu – 0,2 qram, qalıq – 1004,8 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2022-ci il tarixli, 6/3267 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri və imzalar qeyd edilmiş paketdəki bir ədəd ağ rəngli siqaret qutusunun içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qram, 8,193 qram ümumi təmiz çəkisi 8,588 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2(iki) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş ...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 8,588 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq üm – 8,488 qram. Məhkəmədə tədqiq edilmiş ammbulator məcburi-narkoloji tibbi yoxlamasının 10 iyun 2022-ci il tarixli 3159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 2 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Həmçinin 5 aydır ki, psixotrop maddə metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Məhkəmədə tədqiq edilmiş 9 iyun 2022-ci il tarixli «baxış və götürmə» aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Peugeot-407” markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının alt hissəsində olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər, avtomobilin salonunun sağ hissəsində ön saxlanc yerindəki 01 ədəd pul qabının içərisində olan bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materaillarında olan Hacıqabul Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 09 iyun 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materialarında olan 13 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8,488 qram narkotik vasitə heroin, 1004,8 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 8-ci bəndinə əsasən «baxış və götürmə» aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli qərarla hazırki cinayət işindən narkotki vasitələrin əldə olunma mənbəyini müəyyən etmək üçün CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı qaçaqmalçılıq cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında əl çantasında 2 büküm deyil 1 büküm 0,4 qram heroinin və 5 çəkimlik az miqdarda marixuana aşkar edilməsi, 1 kq qurudulmuş marixuananın ona məxsus olmaması, avtomobilinə 1 kq qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən qoyulmasını ehtimal etməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə tədqiq edilmiş videoçəkilişdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə ərizə yazaraq avtomobilə baxış keçirilməsinə etiraz etmir və özü avtomobilində qanunsuz saxladığı narkotki vasitələri, elektron tərəzini könüllü olaraq təqdim edir, həmin narkoitk vasitələri kimin vasitəsilə hansı məqsədlə və kimdən əldə etdiyini ətraflı, heç kim tərəfindən hədə-qorxu gəlmədən məntiqli izahını verir. Təqsirləndirilən şəxs avtomobilində az miqdarda özünün istifadəsi üçün narkotiki vasitə olması ilə bağlı göstərdiyi xüsusat avtomobilə “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında dindirilmiş şahidlərin ifadələrilə, ekspertizasalın rəyləri ilə, habelə tədqiq olunmuş “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında ” protokol və videçəkilişlə, cinayət işində olan digər sənədlərə təqsirləndirilən şəxs Ha mlet Vəliyevin əl çantasında iki bükümdə cəmi 8,588 qram heroinin, elektron tərəzinin və avtomobilin sağ ön oturucçının alt hissəsində 1 kq yaxın göy rəngli sellofan torbada qurudulmuş marixuananın aşkar olunduğunu bir daha təsdiq olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs avtomobilinə külli miqdarda qurudulmuş marixuananın kənar şəxs (lər) tərəfindən qoyulması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və marixuana narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs avtomobilində olan əl çantasında iki bükümdə külli miqdarda heroinin, eletron tərəzinin, külli miqdarda qurudulmuş marixuananı aşkar olunması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. 9 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2022-ci il tarixdə CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 9 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə uzun müddətdir ki, Sabirabad rayonunda yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsç CMnin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 9 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 8,488 qram narkotik vasitə heroin, 1004,8 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 133 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş 8,488 qram narkotik vasitə olan heroin, 1004,8 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-31/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-31/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver