Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-31/2024 27.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-“Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Lənkəran rayonunun Viravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istifadəsi, habelə həmkəndlisi Şahid4 xahişi ilə narkotik maddə alması üçün ona verdiyi 30 manatın üzərinə təxminən 20 manat pul əlavə edib 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 04 ədəd bükümdə-0,254 qram, 0,239 qram, 0,411 qram və 0,326 qram olmaqla cəmi 1,230 qram heroini 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri ərazisində Şahid4 vermiş, qalan 05 ədəd bükümdə olan heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 05 ədəd bükümdə-0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. Əvvəllər bir müddət Rusiyada yaşamışdır. 2008-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, narkomaniya xəstəsi olduğundan iki dəfə müalicədə olmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Həmkəndlisi və qonşusu Şahid4 da narkotik istifadəçisi olduğundan son vaxtlar onunla birlikdə narkotik maddə qəbul etmişdir. İstifadəsində 050/689-86-99 saylı mobil telefon nömrəsi olmuşdur. 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində İqbal zəng edib onu kəndin ərazisindəki Xəqani adlı şəxsin işlədiyi “Bərbərxana”ya çağırmış, o da bərbərxanaya getmiş, İqbal saçını qırxdırdıqdan sonra onlar bərbərxana yanındakı boş otaqda bərbərdən gizli narkotik qəbul etmək istəsələr də, orada narkotikdən istifadə edə bilmədiklərinə görə İqballa birlikdə kənd ərazisindən keçən çay qırağına gedib orada narkotik qəbul etmişlər. Həmin vaxt İqbal uşağının xeyir işi ilə bağlı bankdan kereditə pul götürdüyünü və pulu olduğunu bildirib Lənkəran şəhərinə birlikdə gedib narkotik almağı təklif etmiş, o da razılaşmışdır. Həmin gün saat 13-14 radələrində o və İqbal yaşadıqları kənddən Lənkəran şəhərinə sərnişin daşıyan “Qazel” markalı mikroavtobusa minib Lənkəran şəhərinə gəlib şəhərdə “Şəhidlər Xiyabanında” mikroavtobusdan düşərkən polis əməkdaşı Nəvai və başqa iki nəfər polis əməkdaşları onu və İqbalı tutub ayrı-ayrı maşınlarda onları rayon polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində yalnız üç manat pul və rus qəpikləri olmuşdur. Həmçinin polis şöbəsinə gətirilərkən yolda maşında Nəvai adlı polis əməkdaşı onun üzərində olan “Samsung” marakalı mobil telefonunu götürmüşdür. Polis şöbəsində bir otağa aparılmış, sonra İqbalı da onun yanına gətirmişlər, həmin vaxt İqbal heç nə deməmiş, bundan sonra onların üzərində axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. İqbal otaqdan aparıldıqdan sonra Nəvai və başqa polis işçiləri 5 ədəd bükümdə narkotiki qarşısına qoyub üzərinə götürməsini, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağı ilə hədələmiş, orada onu döyməsələr də, ona qarşı təzyiqlər olmuş, həm də polislərin ona “narkotikin yanına tərəzi qoymuruq, tutulandan 6 ay sonra buraxılacaqsan” dediklərindən, sonra işi aparan müstəntiq Elgünün də ona “İqballa bir yerdə tutulsanız, işiniz bir yerdə sənədləşsə, qrup halında daha ağır cəza ala bilərsiniz, bu da sizə pis olar” dediyindən, həm də müstəntiq onu aldadıb müalicəyə göndəriləcəyini bildirdiyindən o, polislərin dediyi ilə razılaşıb qarşısına qoyulmuş 5 ədəd bükümdə narkotikin özünə məxsus olmasını, həmçinin guya aldığı 9 ədəd bükümdə olan narkotikdən İqbala da 30 manata 4 ədəd bükümdə narkotik maddə satmasını bildirməyə razılaşmış, daha sonra isə sənədləşmə bu qaydada aparılmışdır. Əslində isə o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış və İqbala da narkotik maddə satmamış, əksinə onlar həmin vaxt Lənkəran şəhərinə narkotik maddə almaq üçün gəlmiş, gedib narkotik maddə almamış, mikroavtobusdan düşən kimi onları polislər tutub polis şöbəsinə aparmışlar. Hələ tutulmamışdın bir müddət əvvəl İqbal ona polis əməkdaşı Nəvainin “Emili də tutacam” dediyini bildirmiş, o da “Nəvainin duxusu çatmaz ki, məni tutsun” cavabını vermişdir. Bundan sonra İqbal Nəvai ilə telefonla danışıb ondan xahiş etmişdir ki, anası xəstə olduğu üçün onu (Emili) tutmasın. Lənkəran şəhərində mikroavtobusdan düşən kimi polis əməkdaşı Nəvai yaxınlaşıb onu tutmuş və ona əvvəldən onu tutacağını dediyini bildirmişdir. Tutulduqdan sonra bacısı yanına gəlib “sən İqbal ilə tutulsan səni yaxın qohum kimi silərik” dediyindən və ailəsi ondan narazı olması səbəbindən polis şöbəsində qarşısına qoyulan 5 bükümdə narkotiki üzərinə götürməyə razılaşmışdır. Tutulan gün İqbal ona narkotik maddə almaq üçün 30 manat pul verməmiş və o, nə özü üçün, nə də İqbal üçün narkotik maddə almamış, “Rəşad” adlı şəxsi tanımamış və belə bir şəxsdən narkotik maddə almamışdır. İqballa arasında demək olar ki, hər gün telefon danışıqları olmuş, telefon danışıqları narkotiklə, həm də başqa işlərlə bağlı olmuş, sonuncu dəfə 04 fevral 2023-cü il tarixdə İqbal ona zəng etmiş və saat 12-nin yarsında o, Xəqaninin işlədiyi bərbərxanada İqballa görüşmüş, sonra birlikdə kənddəki çayın qırağana gedib narkotik maddə qəbul etmişlər. Bundan sonra saat 14 radələrində o, İqballa birlikdə, İqbalın təklifi ilə narkotik maddə almaq məqsədilə kənddən mikroavtobusla Lənkəran şəhərinə gəlmiş, Lənkəran şəhərinə çatıb “Mikrorayon” ərazisində (Şəhidlər Xiyabani küçəsində) “Qazel” markalı mikroavtobusdan düşən kimi onu və İqbalı bir yerdə polis əməkdaşları tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılan vaxt üzərində narkotik maddə olmamış, lakin üzərində mobil telefonu olmuş və polis şöbəsində üzərində axtarış aparılmamışdan əvvəl polis əməkdaşı Nəvai mobil telefonu ondan götürmüş, sonradan həmin mobil telefon geri qaytarılmamışdır. Həmçinin İqbal tutulan vaxt onun da üzərində mobil telefon olmuş və polislər ondan da mobil telefonu götürülmüşlər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, beş ildir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Heroini Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı şəxslərdən alıb istifadə etmişdir. 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində üzdən tanıdığı “Rəşad” adlı şəxsdən istifadəsi üçün 50 manata 9 ədəd bükümdə heroin alıb üzərində saxlamışdır. Həmin şəxsdən ayrıldıqdan bir qədər sonra həmin küçədə həmkəndlisi İqballa rastlaşmışdır. İqbal da narkotik istifadəçisidir və İqbal ona həmin yerə narkotik maddə almaq üçün gəldiyini, lakin narkotik ala bilmədiyini, bədənində ağrılar çoxaldığını bildirib ondan istifadəsi üçün narkotik maddə istəmiş, o da bir az əvvəl istifadəsi üçün 9 bükümdə heroin aldığını demiş, İqbal da ondan 4 bükümünü verməyini xahiş edib 30 manat verəcəyini demiş, o da razılaşmışdır. Sonra İqbaldan 30 manat alıb üzərində olan 9 ədəd bükümdən 4 ədəd bükümü ona verib ondan ayrılmışdır. Həmin gün saat 14 radələrində o, narktoik maddə qəbul etmək üçün yer axtararkən üç nəfər mülki geyimli polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən 5 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib həmin bükümlərin içərisində heroin olduğunu, “Rəşad” adı ilə tanıdığı şəxsdən 50 manat aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, 04 fevral 2023-cü il tarixdə, saat 12-13 radələrində həmkəndlisi İqballa birlikdə mikroavtobusla yaşadığı kənddən Lənkəran şəhərinə gəlib “Mikrorayon” ərazisində (Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində) mikroavtobusdan düşərkən polis əməkdaşları onu və İqbalı tutmuşlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları onu və İqbalı polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuş və Nəvai adlı polis əməkdaşı cibinə 5 ədəd bükümdə narkotik maddəni qoymuşdur. Sonra polis əməkdaşları onu guya həmin gün kimdənsə 50 manata heroin aldığını, aldığı heroinin bir hissəsini, yəni 4 ədəd bükümdə olan heroini həmkəndlisi İqbala 30 manata verməsini, cibinə qoyulmuş 5 ədəd bükümdə olan heroinin də özünə məxsus olmasını deməyi məcbur etmişlər. Bundan sonra o, polis əməkdaşlarının təzyiqi altında onların dediyi kimi ifadə verərək üzərində aşkar olunmuş heroin bükümlərinin özünə məxsus olmasını, həm də əldə etdiyi heroinin 4 bükümünü İqbala 30 manata verməsini bildirmişdir. Həmçinin rayon məhkəməsində barəsində sanksiya verilərkən o, müstəntiq Elgünün dediyi kimi ifadə vermişdir. Əslində isə üzərindən aşkar olunmuş 5 ədəd bükümdə olan heroin ona məxsus deyil, həmin heroin bükümlərini cibinə Nəvai adlı polis əməkdaşı qoymuş, həmçinin o, həmkəndlisi İqbala 30 manata 4 ədəd bükümdə heroini verməmiş, satmamışdır. Həmkəndlisi İqbalın ondan narkotik maddə almasına dair verdiyi ifadəsi yalandır, o, İqbala narkotik maddə satmamışdır. Ona görə də o, üzərində aşkar olunmuş heroinlə və həmkəndlisi İqbala heroin satması ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ilkin ifadəsində, daha sonra müdafiə tərəfinin vəsatəti ilə təkrarən verdiyi ifadələrində bildirmişdir ki, o, Lənkəran rayonun Viravul kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibətləri yaxşı olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Həmçinin həmkəndlisi Emil də narkotik istifadəçisidir və onlar dəfələrlə birlikdə narkotik maddədən istifadə etmişlər. 04 fevral 2023-cü il tarixdə o, kənddə bərbərxanada saçını qırxdırmış, saat 12 radələrində o, dişini müalicə etdirmək, həm də “Topaz”da mərc oyununa variant yazdırmaq məqsədilə Lənkəran şəhərinə getmək üçün mikroavtobusa minmiş, həmin vaxt Emil də mikroavtobusda olmuşdur. Kənddə o və Emil ayrı-ayrı yerlərdə (dayanacaqlarda) mikroavtobusa minmişlər və Lənkəran şəhərində, “Mikrorayon” adlanan ərazidə (Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində) onlar mikroavtobusdan düşmüşlər. Həmin vaxt Emil narkotik maddə almaq üçün getdiyindən o, Emilə narkotik satan “Arzuman” adlı şəxsi görüb-görmədiyini soruşmuş, o da hələ görmədiyini demişdir. Sonra o, Emilə sabah qızının xeyir işi olacağını, indi “Topaz”a variant yazmağa gedəcəyini, əgər narkotik satan “Arzuman” adlı şəxs gəlsə, onun üçün də narkotik almasını xahiş edib ona 30 manat pul vermişdir. Sonra “Arzuman” adlı şəxs də gəlib 30 manatlıq narkotiki (heroini) Emilə vermiş, Emil özü üçün də 20 manata narkotik (heroin) almış, bundan sonra Emil yanına gəlib onun üçün aldığı 4 ədəd bükümdə heroini ona vermiş, sonra onlar ayrılmışlar. O, Emildən ayrılıb “Topaz”a variant yazmaq üçün gedərkən polis əməkdaşları küçədə onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsinə aparılan vaxt üzərində 4 ədəd bükümdə heroin olmuşdur. Polis şöbəsində olarkən Emil də tutulub polisə gətirilmiş və onlar əvvəl bir otaqda saxlanılmış, sonra polis əməkdaları onu başqa bir otağa aparmış və orada onun üzərində videoçəkilişlə axtarış keçirilmişdir. Üzərində axtarış zamanı cibində saxladığı 4 ədəd bükümdə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin heroini bir gün əvvəl həmkəndlisi Emildən 30 manata aldığı, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə o, tutulduğu gun (04 fevral 2023-cü il tarixdə) günorta saatlarında Emilə heroin almaq üçün 30 manat pul vermiş, Emil də gedib onun üçün 4 bükümdə heroini alıb gətirib ona vermiş və üzərində aşkar olunan heroin də Emilə pul verib aldırdığı həmin heroindir. Həmin vaxt Emil yalnız onun üçün yox, özü üçün də heroin almışdır, yəni o, Emilə heroin almaq üçün 30 manat pul vermiş, Emil də onun verdiyi pulun üzərinə 20 manat da qoyub heroin almışdır. Ona heroin almasına görə Emilin heç bir şəxsi marağı olmamış, yoldaşlıq edib onun üçün də heroin almışdr. Polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində mobil telefon olmamışdır. Nəvai adlı polis əməkdaşı ilə hər hansı münasibəti olmamış və həmin şəxs Emili tutacağı barədə ona heç nə deməmişdir. Polis əməkdaşları onu və Emili bir yerdə tutmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqlər olmamışdır. Emil ona narkotik vasitə satmamış, Emil narkotiki başqasından götürüb gətirib ona vermişdir. Özü və Emil narkotik satan olmamışlar. Eyni zamanda məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, habelə bu ifadəsində göstərmişdir ki, üzərində aşkar olunmuş 4 ədəd bükümdə heroini 04 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində, Ş.Xiyabanı küçəsində həmkəndlisi Təqsirləndirilən şəxs 30 manata satın almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində Emilin ona 30 manata narkotik maddə satması ilə bağlı yazılanları təsdiq etmir və bir daha bildirir ki, o, həmin gün (04 fevral 2023-cü il tarixdə) Lənkəran şəhərinə getmiş, həmin vaxt Emil də mikroavtobusda olmuş və onlar Lənkəran şəhərində, Ş.Xiyabanı küçəsində mikroavtobusdan düşmüşlər. O, Lənkəran şəhərində narkotik maddəni tanımadığı şəxslərdən almış, lakin işi olanda şəhərə gedə bilməyəndə şəhərə gedən tanıdığı adama pul verib narkotik maddə aldırmışdır. Həmin günü işi olduğu üçün o, 30 manat pulu Emilə vermişdir ki, onun üçün də narkotik maddə alsın, həmin vaxt Emil özü üçün də narkotik alacağından onun üçün də narkotik maddə almağa razılaşmışdır. Səhərisi gün evində xeyir işlə bağlı başı qarışıq olacağından o, bir gün əvvəl narkotik almaq istəmiş və bu səbəbdən də Emilə pul vermişdir ki, özü üçün narkotik alanda, onun üçün də narkotik maddə alsın. Həmin vaxt o, Emilə 30 manat verib demişdir ki, onun üçün narkotik alsın və orada onu gözləsin, sonra özü işinin dalınca getmiş və qayıdandan sonra Emil 30 manata aldığı narkotiki “Mikrorayon” ərazisində ona vermiş, sonra o, Emildən ayrılmışdır ki, “Topaz”a gedib variant yazdırsın, lakin gedib ora çata bilməmiş, küçədə polislər onu tutub polis şöbəsinə aparmış, yarım saatdan sonra polislər Emili də tutub polis şöbəsinə gətirmişlər. O və Emil narkotik xəstəsidirlər və onlar heç vaxt narkotik satan olmamışlar. Tutulduğu gün o, Emillə birlikdə həmkəndlisi Xəqaninin bərbərxanasında olmamış və həmin gün Eminlə birlikdə narkotik maddə qəbul etməmişdir. O, kənddən Lənkəran şəhərinə Emillə birlikdə yox, kənddən şəhərə gələn mikroavtobusla eyni vaxtda gəlmişlər və Lənkəran şəhərində polislər onları bir yerdə tutmamışdır. İstifadəsində 051/557-91-58 saylı mobil telefon nömrəsi olmuş və həmin nömrə ilə Emillə telefon danışıqları aparmışdır. Narkotik maddə almağa gedərkən çox vaxt mobil telefon götürmədiklərinə görə həmin gün polis tərəfindən tutularkən üzərində mobil telefon olmamış, həmçinin Emilin də üzərində mobil telefon olmamışdır. Polis əməkdaşı Nəvai ona Emili tutacağı barədə heç bir söz deməmiş və onun polis əməkdaşı Nəvai ilə Emil barədə heç bir telefon danışığı da olmamışdır. Emilin anası Rəhimə ilə telefon danışığı olmuş, həmin vaxt Rəhimə ona tutulan gün onun Emillə birlikdə Xəqaninin bərbərxanasında olmaları və birlikdə Lənkəran şəhərinə getmələrini bildirməsini xahiş edib belə desə Emilə bəlkə köməyi dəyəcəyini dediyindən telefon danışığı zamanı o da Rəhimənin dediklərini təsdiq etmiş, lakin o, Xəqaninin bərbərxanasında Emillə birlikdə olmamış, onunla birlikdə həmin gün narkotik maddə qəbul etməmiş, narkotik maddə almaları üçün Lənkəran şəhərinə Emillə birlikdə getmələrinə razılaşmamışdır. O, iş üzrə hazırda məhkəmədə verdiyi ifadəsinin doğuru olduğunu bildirib həmin ifadəsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 04 fevral 2023-cü il tarixdə Lənkəran rayonun Viravul kənd sakini Şahid4 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 12-13 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Şahid4 Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Şahid10 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış zamanı 4 bükümdə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 üzərində aşkar olunmuş heroini həmkəndlisi Emildən 30 manata aldığını və hazırda Emilin “Mikrarayon” ərazisində (Ş.Xiyabanı küçəsində) olduğunu bildirmişdir. Bundan sonra əməliyyat qrupu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsinə getmiş və orada Viravul kənd sakini Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Şahid10 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Emil Baxşıyev cibindən 5 ədəd büküm çıxarıb təqdim edib bükümlərin içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını, həmin heroini Lənkəran şəhərində, “Kiçik bazar”da “Rəşad” adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində mobil telefon aşkar edilməmidir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şahid4 və Təqsirləndirilən şəxs bir yerdə tutulmamış, ayrı-ayrılıqda, yəni əməliyyat qrupu tərəfindən əvvəl Şahid4 tutulmuş, bir saatdan sonra, 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs tutulub polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. O, əvvəllər Şahid4 və Təqsirləndirilən şəxs tanımamış və onlarla hər hansı əlaqəsi, münasibəti və ya telefon danışığı olmamışdır. İqbalın və Emilin narkotik maddələr əldə edib istifadə etmələri və üzərilərində gəzdirmələri, həmçinin tutulduqları gün onların narkotik maddə almaq üçün yaşadıları kənddən bir yerdə günorta “Azan vaxtı” çıxmaları barədə məlumatlar daxil olmuşdur. Əvvəldən Təqsirləndirilən şəxs konkret olaraq kimlərə narkotik satması barədə məlumatlar daxil olmamıdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid X5 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, təhqiqatçı Şahid10 tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən mobil telefonla videoçəkilişlər onun tərəfindən aparmışdır. Həmin videoçəkilişlər özünə məxsus mobil telefonla aparılmamış və həmin vaxt təhqiqatçı Şahid10 təqdim etdiyi və kimə məxsus olmasını bilmədiyi mobil telefonla videoçəkilişləri aparmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 125-də yaşayır, evi Lənkəran şəhəri, “Kiçik bazar”a gedən yolun üzərindədir. Təqsirləndirilən şəxs qayınıdır, Şahid4 da tanıyır, həmkəndlisidir. 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evə gedərkən Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində təxminn 100 metr məsafədən Emilin və İqbalın “Qazel” markalı mikroavtobusdan düşmələrini görmüş, onlara çatmamış, tanımadığı 3-4 nəfər mülki geyimli şəxslərin onları tutub ağ rəngli “VAZ” markalı maşına mindirmələri, sonra İqbalı həmin maşından düşürüb başqa bir maşına mindirib harasa aparılmalarını görmüşdür. Sonra o, Emilə zəng etmək istəmiş, lakin özünün üzərində telefonu olmadığına görə danışa bilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri, Ş.Xiyabanı kçəsi, ev 125/59-da yaşayır. Təqsirləndirilən şəxs bacısı oğludur, Şahid4 da tanıyır, həmkəndlisidir. 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində o, bacısı qızıgilə gedərkən “Mikrorayon” ərazisində Emilin və İqbalın “Qazel” markalı mikroavtobusdan düşmələrini və tanımadığı adamların onları tutub aparmalarını görmüşdür. Sonra eşitmişdir ki, onları polis tutub aparmışdır. Onların polis tərəfindən nəyə görə tutulmaları barədə məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid7 Əziz qızı ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Veravul kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, qonşusudur, həmçinin Şahid4 da tanıyır o da həmkəndlisidir. Həmin gün, yəni Emil tutulan gün, günorta saat 14 radələrində o, Emil və İqballa birlikdə kənddən şəhərə gedən “Qazel” markalı maşına minib getmələrini görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Veravul kəndində yaşayır və Veravul kəndində yerləşən “Bərbərxana”da saç ustası işləyir. Təqsirləndirilən şəxs və Şahid4 həmkəndliləridir, onlarla münasibəti yaxşı olmuşdur. 04 fevral 2023-cü il tarixdə, saat 12:30-da İqbal və Emil bərbərxanaya gəlmiş və İqbal saçını qırxdırdıqdan sonra onlar çıxıb getmişlər. Onların söhbətindən belə başa düşmüşdür ki, İqbalın evində xeyir iş olmalıdır, sonra İqbal “arvadım çağırır” deyib çıxıb getmişdir. Onların hara getmələri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, oğlu Emil onunla birlikdə Lənkəran rayonun Veravul kəndində yaşayır. 04 fevral 2023-cü il tarixdə, oğlu Emil evdə olmuş, evdən çıxarkən Emil siqaret almaq üçün ondan 2 manat pul götürmüş və dükandan siqaret alıb qayıdacağını desə də, evə qayıdıb gəlməmişdir. Sonra o, həmkəndlisi Xəqaniyə məxsus “Bərbərxana”ya gedib Xəqanidən Emili soruşmuş, Xəqani də Emil və İqbalın bərbərxanada olduqlarını və bir az əvvəl birlikdə çıxıb harasa getmələrini ona demişdir. Sonra kənd icra nümayəndəliyindən ona məlumat verilmişdir ki, oğlu Emil polis tərəfindən tutulmuşdur. Daha sonra ona məlum olmuşdur ki, Lənkəran şəhərində polislər Emili və İqbalı bir yerdə tutmuş, sonra İqbal buraxılmış, Emili isə həbsdə qalmışdır. O, oğlu Emilin dediklərinə və başqa yerlərdən eşitdiklərinə əsaslanıb hesab edir ki, tutulan vaxt Emilin üzərində narkotik maddə olmamış, onun üzərinə narkotik maddəni polis əməkdaşları qoymuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ilkin təhqiqat onun tərəfindən aparılmışdır. Həmin iş üzrə şəxsi axtarışla bağlı 04 fevral 2023-cü il tarixli protokol və digər ilkin təhqiqat sənədləri onun tərəfindən bu sənədlərdə göstərilən müddətlər daxilində tərtib olunmaqla icra olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 şübhəli şəxs kimi 04 fevral 2023-cü il tarixdə tutulmuşlar və onların üzərində şəxsi axtarış bir dəfə aparılmışdır. Üzərilərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və Şahid4 üzərindən narkotik maddədən başqa əşyalar götürülməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişlərin kimin tərəfindən aparıldığı və kimə məxsus mobil telefonla aparılmasını dəqiq xatırlamır. Şəxsi axtarış zamanı mobil telefonla aparılmış viodeoçəkilişlər sonradan diskə köçürülüb (yazılıb) cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin İB-də müstəntiqi vəzifəsində işləyir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs hansı formada ifadə verməsini, o cümlədən üzərinə narkotik maddənin götürməsini deməmiş, Təqsirləndirilən şəxs və Şahid4 ifadələri əsas götürülərək tərəfindən onların hər birinə müvafiq itthamlar verilmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 04 fevral 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonunun Viravul kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14 radələrində Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın qeydiyyat üzrə 177 və 178-ci sıralarına aid hissələrin surətləri ilə müəyyən edilir ki, 177-ci sırada Şahid4 04 fevral 2023-cü il tarixdə, saat 13:05də və 178-ci sırada Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 13:55-də Lənkəran ŞRPŞ-nə gətirilmələri barədə qeydiyyat aparılmışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu kitabı”nın qeydiyyat üzrə 144 və 145-ci sıralarına aid hissələrin surətləri ilə müəyyən edilir ki, 144-cü sırada Şahid4 və 145-ci sırada Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə MSY-nə qəbul olunmaları barədə qeydiyyat aparılmışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə lənkəran ŞRPŞ-də təhqiqatçı Şahid10 tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 05 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin heroin olduğunu, 04 fevral 2023-cü il tarixdə “Rəşad” adlı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-də təhqiqatçı Şahid10 tərəfindən müdafiəçi Bəhrəm Muxtarovun iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 əynindəki şalvarının cibindən 04 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 üzərində aşkar olunan kütlələrin heroin olduğunu və “Elmil” adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kutlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/157 №-li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 aşkar edilmiş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,239 qram, 0,411 qram, 0,326 qram, ümumi təmiz çəkisi 1,230 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/158 №-li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram, 0,340 qram, ümumi təmiz çəkisi 1,545 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” və “Şahid4 üzərindən aşkar edilmiş 4 büküm heroin Rəy №19/157...” sözlər və imzalar olan iki ədəd zərfdəki, cəmi 9 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 1,345 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 1,545 qram narkotik vasit olan heroinin ekspertiza tədqiqatından sonra qalığı 1,345 qram heroin və Şahid4 götürülmüş 1,230 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalığı 1,030 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 1,030 qram heroin Şahid4 barəsində olan cinayət işi üzrə də maddi sübutdur. İşdə olan, “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 05 fevral 2023-cü il tarixli qərarın surəti və digər sənədlərlə müəyyən edilir ki, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-ninin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 04 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində saxlanılıb şöbəyə gətirilib üzərində şəxsi axtarış zamanı 5 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Araşdırma zamanı Şahid4 üzərində aşkar olunan 4 ədəd bükümdə olan heroini həmkəndlisi Emildən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Toplanmış material üzrə Şahid4 barəsində CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmünün surəti ilə müəyyən edilir ki, həmin hökmlə Şahid4 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum olunmuş və həmin hökmlə maddi sübut olan 1,030 qram heroinin məhv edilməsi qərara alınmışdır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 12 aprel 2023-cü il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik maddəni əldə etmə mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş sübutları, eləcə də müdafiə tərəfinin əsaslandığı sübutları tədqiq edib həmin sübutlara hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bu baxımdan məhkəmə ilkin olaraq məhkəmədə ifadə vermiş şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə şahidlər Xəqani Məmmədov, Şahid11, Şahid6, Şahid7 və Şahid5 ifadələrini yalnız Təqsirləndirilən şəxs və Şahid4 yaşadıqları kənddən eyni mikroavtobusla Lənkəran şəhərinə gəlmələrini təsdiq edən xüsusat üzrə sübut kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması və polis əməkdaşları tərəfindən 5 ədəd bükümdə narkotik maddənin (heroinin) üzərinə qoyularaq həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilməsi, üzərində aşkar olunmuş 5 ədəd bükümdə narkotik maddənin (heroinin) ona məxsus olmaması və həmin narkotik maddəni (heroini) üzərinə polis əməkdaşının qoyması, 9 ədəd bükümdə heroin əldə etməməsi, həmkəndlisi Şahid4 ona narkotik maddə alması üçün 30 manat pul verməməsi və onun narkotik maddə (heroin) alıb gətirib İqbala verməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması və polis əməkdaşları tərəfindən 5 ədəd bükümdə narkotik maddənin (heroinin) üzərinə qoyularaq həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilməsi, üzərində aşkar olunmuş 5 ədəd bükümdə narkotik maddənin (heroinin) ona məxsus olmaması və həmin narkotik maddəni (heroini) üzərinə polis əməkdaşının qoyması, 9 ədəd bükümdə heroin əldə etməməsi, həmkəndlisi Şahid4 ona narkotik maddə alması üçün 30 manat pul verməməsi və onun narkotik maddə (heroin) alıb gətirib İqbala verməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışların keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrdə 4 ədəd bükümdə heroini İqbala 30 manata satmasına dair hissələr istisna olunmaqla) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid11, Şahid6 və Şahid5 ifadələrində göstərdikləri xüsusatlar, yəni Lənkəran şəhərində polis əməkdaşları tərəfindən Emil və İqbalın bir yerdə tutulmaları, tutulan vaxt Emilin üzərində narkotik maddə olmaması və onun üzərinə narkotik maddənin polis əməkdaşları tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə şahidlər Şahid11, Şahid6 və Şahid5 ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib 04 fevral 2023-cü il tarixdə 09 ədəd bükümdə heroin tanışından 50 manata alması və həmin narkotik vasitənin 04 ədəd bükümünü əldə etməsini, həmin bükümlərdən 04 ədəd bükümdə olan heroini 30 manata tanışı Şahid4 vermişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Habelə müdafiə tərəfinin fikrincə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvvəl CM-nin 234.2-ci, sonra CM-nin 234.4.3-cü maddələri ilə verilmiş ittihamda göstərilən halların cinayət işinin materialları ilə uyğunsuzluq təşkil etdiyinə görə həmin ittihamlar hüquqi qüvvəsi olmayan hesab edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin tarixinin qeyri-müəyyən olması, müəyyən edilən tarixin isə sonradan həmin videoçəkilişin DVD diskinə yazılması tarixi arasında ziddiyətin olması və bu ziddiyyətin məhkəmə istintaqı zamanı aradan qaldırılmasının mümkün olmaması nəzərə alınaraq videoçəkiliş sübutlar siyahısından çıxarılmalı, habelə iş üzrə olan məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli 19/158 №-li rəyinin iş üzrə götürülmüş ayrı-ayrı kütlələrindən ibarət narkotik maddə olan heroinin eyni tərkibli olması ilə bağlı aparılmış tədqiqat eyniləşdirilməsi hissəsində ekspert tərəfindən kifayət qədər əsaslı tədqiqat aparılmadığına görə rəyin bu hissəsi etibarsız hesab edilməklə sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışların keçirilməsi zamanı aparılmış videoçəkilişlərlə tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış və daşımışdır. Ona görə də istintaq orqanın Təqsirləndirilən şəxs əməlinə huquqi qiymət verilməsinə dair qəbul etdiyi qərarlar etibarsız hesab edilmədən həmin qararlarda göstərilən hallara yenidən hüquqi qiymət verilməli olması nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin sonradan DVD diskinə köçürülmüş variantında videoçəkiliş tarixinin 23 aprel 2023-cü il tarixi göstərilməsi və bu tarixin şəxsi axtarışın aparılması tarixi (04 fevral 2023-cü il tarixi) arasındakı ziddiyyətin məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şəxsi axtarışa dair 04 fevral 2023-cü il tarixli protokol, şahidlər Şahid4, Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri, eləcə də Təqsirləndirilən şəxs ifadəsi ilə (bu ifadəsində o, 04 fevral 2023-cü il tarixdə tutulduğunu və həmin tarixdə də üzərində şəxsi axtarış aparıldığını göstərmişdir) aradan qaldırılmaqla Təqsirləndirilən şəxs üzərində 04 fevral 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla şəxsi axtarışın keçirilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin sübutlar siyahısından çıxarılmasına üçün əsaslar yoxdur. Habelə iş üzrə olan məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/158 №-li rəyinin tədqiqat hissəsində təqdim olunmuş ayrı-ayrı kütlələrindən ibarət narkotik maddə olan heroinin eyni tərkibli olub-olması ilə bağlı aparılmış ekspertiza tədqiqatı üsulu göstərilmiş və aparılmış tədqiqatın nəticəsinə əsaslanmaqla müvafiq rəy verilmişdir. Həmin rəyin kifayət qədər əsaslı olmaması və ya şübhə doğurmasını özündə ehtiva edən hallar mövcud olmadığından məhkəmə hesab edir ki, məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/158 №-li rəyi iş üzrə sübut növü kimi saxlanılmalı və həmin rəyin hər hansı hissəsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 04 fevral 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayıb daşımış, 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində həmkəndlisi Şahid4 əldə etdiyi heroindən 4 ədəd bükümdə olmaqla cəmi 1,230 qram hissəsini 30 manata satmış, ayrıayrılıqda 0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram olan hissəsini üzərində saxlamaqla daşımış və həmin gün saat 13:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 4 ədəd bükümdə cəmi 1,230 qram heroin aşkar edilib götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində hərəkətdə olarkən saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 5 ədəd bükümdə cəmi 1,545 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə əsas sübut kimi Şahid4 və Təqsirləndirilən şəxs ifadələri qəbul edilmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı və sonradan verdiyi izahat və ifadələrində Şahid4 bildirmişdir ki, üzərində aşkar olunmuş 4 bükümdə heroini ona 30 manata həmkəndlisi Təqsirləndirilən şəxs satmışdır. Həmçinin polis əməkdaşları tərəfindən tutulduqdan sonra Təqsirləndirilən şəxs verdiyi ilkin izahatında göstərmişdir ki, üzərində aşkar olunmuş 5 bükümdə heroini tanışından 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmiş, daha sonra şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən bildirmişdir ki, o, 9 ədəd bükümdə heroini tanışı “Rəşad” adlı şəxsdən 50 manata almış, həmin heroinin 4 ədəd bükümünü həmkəndlisi Şahid4 30 manata vermiş (satmış), qalan 5 ədəd bükümdə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihama aid hissədə ibtidai istintaq zamanı verdiyi ifadələrini tam təkzib edərək həmkəndlisi Şahid4 narkotik maddə satmadığını və ya vermədiyini bildirmiş, habelə Şahid4 da məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təkzib edərək üzərində aşkar olunmuş narkotik maddəni həmkəndlisi Emildən pulla almamasını, Emilin ona narkotik maddə satmamasını, lakin üzərində aşkar olunmuş 4 ədəd bükümdə heroini ona həmkəndlisi Emilin alıb gətirib verdiyini, yəni o, narkotik maddə alması üçün Emilə 30 manat pul verdiyini və Emilin də 20 manat pul qoyub gedib həm onun üçün həm də özü üçün narkotik maddə alıb gətirdiyini və ona 4 bükümdə heroini verdiyini bildirmişdir. Azərbaycan Respublikasına CPM-nin 126.6-cı məddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən hallar, yəni 4 ədəd bükümdə heroini həmkəndlisi Şahid4 30 manata satmasına dair xüsusatlar (Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf edib özünün əleyhinə ifadəsi verməsi və bu ifadəsinin ona qarşı verilmiş ittihamın əsası kimi qəbul edilməsi nəzərə alınaraq) məhkəmə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən-4 ədəd bükümdə heroini həmkəndlisi Şahid4 30 manata satmasına dair xüsusatları təkzib edən ifadə verməsi və Şahid4 məhkəmədə verdiyi ifadəsi (həmkəndlisi Emil ona narkotik maddə satmamış, o özü narkotik maddə alması üçün Emilə 30 manat pul vermiş və Emil də narkotik maddə alıb gətirib ona vermişdir) ilə tam təkzib olunduğundan, başqa hər hansı sübutlarla, o cümlədən mötəbər hesab edilə biləcək sübutlarla təsdiq olunmadığına görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün əleyhinə verdiyi ifadələri ona qarşı verilmiş ittiham üzrə sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Şahid4 da ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edərək həmkəndlisi Təqsirləndirilən şəxs ona narkotik maddə satmadığını, lakin verdiyi pulla narkotik maddə alıb gətirib ona verdiyini bildirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi sübut kimi qəbul edilə bilməz, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadəsi yalan ifadə kimi qəbul edilib bu əməlinin CM-nin 297-ci maddəsinin Qeydinin 1-ci bəndinn müddəaları baxımından (məhkəmə baxışında şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinin yalan olmasını könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunur) hüquqi qiymət verilməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi üçün əsas olmuş Şahid4 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələri sübut kimi qəbul edilmədiyindən Təqsirləndirilən şəxs əməli həmin ifadələrə əsaslanıb CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Həmçinin Şahid4 məhkəmədə təkrar olmaqla üç dəfə verdiyi ifadəsi (üzərində aşkar olunmuş 4 ədəd bükümdə heroini ona həmkəndlisi Emilin alıb gətirib verməsi, yəni onun narkotik maddə alması üçün Emilə 30 manat pul verməsi və Emilin də 20 manat pul qoyub gedib həm onun üçün həm də özü üçün narkotik maddə alıb gətirməsi və 4 bükümdə heroini ona verməsinə dair hallar) məhkəmə tədqiq olunmuş digər sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Pərviz Yusubzadənin ifadələri (bu şahidlərin ifadələrində göstərilən-Təqsirləndirilən şəxs həmkəndlisi Şahid4 30 manata narkotik maddə satmasına dair məlumatlar özgənin-Şahid4 sözlərindən (izahatından) götürülmüş məlumatlar olmaqla sübut kimi götürülməməsi nəzərə alınaraq bu hallar istisna olunmaqa), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmkəndlisi Şahid4 30 manata narkotik maddə satmasına aid hallar istisna olunmaqla), şəxsi axtarışa dair protokollar və videoçəkilişlər, habelə digər sənədlərlə təsdiq olunduğuna görə məhkəmə Şahid4 məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli tədqiq olunmuş digər sübutlarla yanaşı, həm də Şahid4 məhkəmədə verdiyi ifadəsinə əsaslanıb hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər, o cümlədən şahid qismində ifadə vermiş polis əməkdaşları da göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 11-ci maddəsində izah edilir ki, … digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Qeyd olunanlar nəzərə alındıqda təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Ona görə də Təqsirləndirilən şəxs narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni Təqsirləndirilən şəxs 2,775 qram heroini əldə edilməsi əməlinin satış məqsədi kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Eyni zamanda məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həm özü üçün, həm də həmkəndlisi Şahid4 xahişi ilə onun üçün, sonuncunun verdiyi 30 manat və özünün əlavə etdiyi 20 manat da olmaqla cəmi 50 manata “Rəşad” adlı şəxsdən 9 ədəd bükümdə cəmi 2,775 qram heroin əldə edib saxlayıb daşımış, daha sonra həmin heroinin 4 ədəd bükümdə cəmi 1,230 qram hissəsini Şahid4 vermiş, qalan 5 ədəd bükümdə cəmi 1,545 qram heroini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdr. Məhkəmə tədqiq olunmuş subutlara və yuxarıda göstərilən qanunun tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında narkotik maddə əldə etmək barədə əvvəlcədən razılaşmaları olmamış, yalnız Şahid4 xahişi ilə Təqsirləndirilən şəxs həm özü üçün, həm də Şahid4 xahişi ilə onun üçün narkotik maddə əldə edib, saxlayıb daşımışdır. Ona görə də Təqsirləndirilən şəxs bu əməli narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 800 qramadək külli miqdar və 800 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan heroinin miqdarı 2,775 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə şəxsi istifadəsi, habelə həmkəndlisi Şahid4 xahişi ilə narkotik maddə alması üçün verdiyi 30 manatın üzərinə təxminən 20 manat pul əlavə edib satış məqsədi olmadan qanunsuz olaraq 9 ədəd bükümdə cəmi, külli miqdarda-2,775 qram heroin əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 04 ədəd bükümdə cəmi 1,230 qram heroini 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri ərazisində Şahid4 vermiş, qalan 05 ədəd bükümdə heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 05 ədəd bükümdə-0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayon Viravul kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı dövrdə özünü həmişə əxlaqlı, mədəni və tərbiyəli aparmış, qeyri əxlaqi hallara yol verməmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,345 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki işə də aid olan 1,030 qram heroinin Şahid4 barəsində olan cinayət işi üzrə maddi sübut olması və 22 may 2023-cü il tarixli hökmlə məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarında və məhkəmə icraatı zamanı yazılmış bəzi sənədlərdə Təqsirləndirilən şəxs soyadı “Baxşıyev” yazılsa da, Təqsirləndirilən şəxs adına olan AZE ******* №-li şəxsiyyət vəsiqəsinə dair elektron hökumət prortalından götürülmüş məlumatlara əsasan onun soyadı “Baxşiyev” olduğundan cinayət işinin materiallarında və məhkəmə icraatı zamanı tərtib olunmuş sənədlərdə Təqsirləndirilən şəxs soyadı “Baxşiyev” kimi yazılıb oxunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,345 qram narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hazırki iş üzrə də maddi sübut 1,030 qram narkotik vasitə olan heroinin Şahid4 barəsində olan 22 may 2023-cü il tarixli hökmlə məhv edilməsinin qərara alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-31/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-31/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver