Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-31/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə 12 avqust 1992-ci ildə Goranboy rayonun Şadılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonun Şadılı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə, xx xxxxxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonun Əbrəqunus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Culfa rayonun Əbrəqunus kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında, İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Əlirza” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin İran İslam Respublikasında əldə edib saxlayıb daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 16 oktyabr 2023cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin İmişli rayonun N saylı Cəbrayıl qəsəbəsində yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan dövlət sərhədini qanunsuz olaraq keçib orada dayanmış qrupun üzvləri Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Əlirza” adlı şəxs və digər şəxslərlə əlaqə saxladıqdan sonra, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ədəd bağlamada (torbada) və bir ədəd idman çantasında qablaşdırılmış ayrı-ayrı bağlamalarda olmaqla cəmi külli miqdarda-17935 qram narkotik vasitə olan qurudulmuş marixuananı, ümumi təsir maddəsinin miqdarı 24 qram təşkil edən külli miqdarda-600 ədəd narkotik vasitə olan metadon həblərin və ümumi təsir maddəsinin miqdarı 0,05 qram təşkil edən 100 ədəd psixotrop maddə olan "Alprazolam" dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyaraq həmin gün saat 02 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin İmişli rayonun N saylı Cəbrayıl qəsəbəsində yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək həmin külli miqdarda narkotik və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib üzərilərində daşıyarkən, sərhəd naryadı tərəfindən sərhəddə müşahidə edilmiş sərhədpozucuları barədə daxil olmuş məlumat əsasında 16 oktyabr 2023-cü il tarixdə, saat 02-03 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəl Təqsirləndirilən şəxs1, daha sonra saat 06 radələrində Təqsirləndirilən şəxs2 saxlanılmış və onlardan bir ədəd bağlamada (torbada) və bir ədəd idman çantasında qablaşdırılmış ayrı-ayrı bağlamalarda olmaqla cəmi külli miqdarda-17935 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təsir maddəsinin miqdarı 24 qram təşkil edən külli miqdarda-600 ədəd narkotik vasitə olan metadon həbləri və ümumi təsir maddəsinin miqdarı 0,05 qram təşkil edən 100 ədəd psixotrop maddə olan "Alprazolam" dərman preparatı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Goranboy rayonun Şadılı kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaqla adətən Gəncə və Bakı şəhərlərinə sərnişinlər daşımışdır. 2023-cü ilin oktyabr ayında telefonuna tanımadığı şəxs zəng edib ona İmişli rayonunda bağlama-yük olduğunu, gedib həmin yükü götürüb Bakıya aparmasını və buna görə ona 200 manat verəcəyini demiş, o da taksi sürücüsü kimi verilən sifarişləri yerinə yetirib pul aldığından zəng edən şəxslə razılaşmışdır ki, İmişliyə gedib deyilən yerdən bağlamanıyükü götürüb Bakı şəhərinə aparsın. Telefonda danışandan sonra həmin gün (15 oktyabr 2023-cü il tarixdə) öz maşını ilə İmişli rayonunun tanımadığı kəndinə getmiş və oradan Bakıya bağlama-yük göndərmək istəyən adama zəng edib İmişli rayonunda olduğunu bildirmiş, həmin şəxs də ona su kanalının yanına getməsini və orada ona torba verəcəklərini demişdir. Sonra o, su kanalın yanına gedib orada gözləməyə başlamış, bir az keçəndən sonra onun olduğu yerə əvvəl VAZ-2101 markalı, sonra “Uaz” markalı maşınlar gəlib dayanmış və maşınlardan çoxsaylı sərhədçilər düşüb onu tutub hərbi hissəyə (sərhəd zastavasına) aparmışlar. Orada ona təzyiqlər edərək izahatını almışlar və o, izahatında kiminsə dediyi yerdən torba götürmək üçün gəldiyini, götürmək istədiyi torbanın içərisində dərmanlar olduğunu bildirmişdir. Tutulan vaxt onun əlində heç bir bağlama olmamışdır. Sonra sərhədçilər onun yanına bir nəfər şəxsi, yəni sonradan tanıdığı Təqsirləndirilən şəxs2 gətirib ondan bu şəxsi tanıyıb-tanımamasını soruşmuş, o da həmin şəxsi, yəni Ramini tanımadığını, ilk dəfə gördüyünü demişdir. Həmin vaxt orada (sərhəd zastavasında) olan masanın üzərində iki ədəd torba olmuş, sərhədçilər başına silahı dirəyib həmin torbalarda olan narkotik vasitələrin özünə məxsus olmasını deməyi ona məcbur etmişlər. Sonra sərhədçilər onu əraziyə aparmış və torbaları da həmin əraziyə atdıqdan sonra çəkiliş edərək torbaların yerini göstərməyi ona məcbur etmişlər. O, həmin gün Gəncədən Bakıya getməyi planlaşdırmış, lakin ona zəng olunduğu üçün İmişli rayonuna getmişdir. Ona zəng edən şəxs ona veriləcək dərmanları şəxsən qəbul etməli olduğunu dediyindən o, özü İmişliyə, tanımadığı kəndin ərazisinə ona göndərilmiş konuma əsasən getmişdir ki, ona veriləcək dərmanları şəxsən özü qəbul edib Bakı şəhərinə aparsın. Həmin dərmanları Bakıya aparıb deyiləcək şəxsə verdikdən sona ona 200 manat pul veriləcəkmiş. O, dövlət sərhədi keçməmiş və sərhədçilər onu sərhəddə yox, sərhəddən kənarda-İmişli rayounun tanımadığı kəndinin ərazisində, gecə saat 12 radələrində (15 oktyabr 2023-cü il tarixdə) tutmuş, Ramini isə sərhədçilər səhərçağı tutub hərbi hissəyə (sərhəd zastavasına) gətirmişlər. Sərhədçilərin onu döyməsi nəticəsində xəsarətlər almışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, bu hadisədən təxminən 15 gün əvvəl tanımadığı şəxsdən instaqram səhifəsinə pul qazanmaqla bağlı smslər gəlmiş, işsiz qaldığı üçün bir müddət sonra həmin şəxslə əlaqə saxlamağa başlamışdır. Həmin şəxs özünü İran vətəndaşı və “Əlirza” kimi təqdim etmişdir. O, “Əlirza”dan işin nə olacağını soruşduqda o da İrandan Azərbaycan Respublikası ərazisinə dərman preparatları keçirdiklərini, qanuni yolla keçirildikdə həmin dərmanların rüsumunun çox olduğunu, onun üçün də qeyri-rəsmi yolla həmin dərmanları keçirdiklərini, keçirilən dərmanların həcminə uyğun ona müəyyən məbləğdə, yəni 4000-5000 manat pul verəcəyini bildirmiş, ailə problemləri və kreditinin çox olması səbəbindən o da “Əlirza” ilə razılaşmışdır. 15 oktyabr 2023-cü il tarixdə “Əlirza” ona zəng edib vatsapla “məkan” atacağını, həmin “məkan”la gedib bağlamanı oradan götürüb Azərbaycan Respublikası ərazisində dedikləri şəxsə verdikdən sonra ona ödəniş ediləcəyini bildirmişdir. O, tanımadığı taksi ilə Gəncə şəhərindən göstərilən “məkan” üzrə İmişli rayonuna gəlmiş və orada yerləşən qəsəbələr istiqamətinə getmişdir. Qəsəbələrə çatdıqdan sonra taksidən düşmüş, taksi sürücü çıxıb getmiş, o isə “Əlirza”nın yenidən ona göndərdiyi “məkan” istiqamətdə piyada hərəkət edib İranla olan sərhədə çatıb tikanlı məftillərin altından keçib İran istiqamətinə tərəf getmiş, bir qədər getdikdən sonra qamışlıq olan yerdə bir neçə nəfərin səsinin gəldiyini eşidib “Əlirza” ilə əlaqə saxlamış və “Əlirza” həmin yerdə onların olduğunu bildirmişdir. Sonra o, səs gələn istiqamətə getmiş və orada əvvələr tanımadığı bir nəfər şəxsin (Təqsirləndirilən şəxs2) olmasını, İran istiqamətində çayın (Araz çayının) o biri tərəfində isə bir neçə nəfərin səsini eşitmiş, lakin qaranlıq olduğundan həmin şəxslərin üzlərini görməmişdir. Sonra o, mobil təlefonla “Əlirza” ilə danışmış, “Əlirza” ona böyük çanta onun, digər çanta isə orada olan şəxsin-Raminindir demişdir. Bundan sonra o, çantanı (torbanı) götürüb hərəkət etmiş, arxadan isə Raminin gəldiyini hiss etsə də, dönüb arxaya baxmamışdır. Raminlə rastlaşdığı vaxtdan onunla narkotik vasitələrlə bağlı söhbətləri olmamışdır. Bir qədər hərəkət etdikdən sonra əraziyə avtomobil gəldiyindən o, yerə uzanmış, daha sonra qalxıb tikanlı məftillər istiqamətində hərəkət etmiş, elə həmin vaxt “Əlirza” ona zəng edib çantanı (torbanı) bir yerə qoyub ona konum atmasını demişdir. Bir qədər hərəkət etdikdən sonra sərhədçilər ona “Dayan” komandası verib saxlamış və o, çanta (torba) ilə birlikdə sərhəd zastavasına gətirilmişdir. Bir neçə saatdan sonra Ramin də saxlanılıb sərhəd zastavasına gətirilmiş, sonra axtarış zamanı digər çanta da ərazidən götürülmüşdür. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 “Əlirza” adlı iranlı ilə telefonla danışdığını və “Əlirza”nın böyük çantanın onun, kiçik çantanın isə Raminin olduğunu deməsini, əvvəlcə özünün böyük çantanı götürüb getməsini və arxasınca Raminin gəlməsini, özünün İran tərəfə keçməməsini, çantanı (çantaları) da Araz çayından Raminin keçirməsini güman etməsini, çünki Raminin paltarlarının yaş və palçıqlı olmasını, deyilən əraziyə çatanda iki ədəd çantanın Azərbaycan ərazisində olması və onun həmin çantalardan birini Raminin yanından götürməsini Raminin üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə işdə olan digər sənədlər, o cümlədən hadisə yerinə baxış və maddi sübutların götürülməsinə dair protokollar tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, əvvəllər onun istifadəsində 099/727-90-80 saylı mobil nömrə olmuş, sonra həmin nömrəni itirmişdir. Mobil telefonunda vatsap həmin nömrə ilə qeydiyyatdan keçdiyindən sənədlərdə onun bu nömrədən istifadə etməsi göstərilmişdir. İstifadəsində olan mobil telefonun üzərində heç bir mobil nömrə olmamış, telefonda olan vatsapdan istifadə etməklə telefonla danışmışdır. İstifadə etdiyi mobil telefon istintaq zamanı qardaşına qaytarılmışdır. Ona zəng edib İmişlidən Bakıya dərman göndərmək istəyən şəxsin adı “Rza” olmuş, “Əlirza” adlı şəxsi tanımamış, sənədlərə “Əlirza” adını ona müstəntiq yazdırmışdır. Ona zəng edilən telefon nömrəsi Azərbaycan operatorlarına aid nömrə olmamış, ola bilsin həmin nömrə Rusiya operatorlara aid nömrə olmuş, dəqiq isə hansı ölkəyə aid telefon nömrəsi ilə ona zəng olunmasını xatırlamır. O, telefonda vatsapla kiminləsə narkotik barədə danışmamış, tutulduqdan sonra sərhədçilər onu döydükləri üçün ibtidai istintaq zamanı torbalarda (torba və çantada) olan narkotik vasitələrin (narkotik vasitələr və psixotrop maddənin) özünə məxsus olmasını bildirmişdir, əslində isə həmin torbalarda (torba və çantada) aşkar olunmuş narkotik maddələrin (narkotik vasitələr və psixotrop maddənin) ona heç bir aidiyyəti yoxdur. Həmçinin o, Təqsirləndirilən şəxs2 tanımamış, onunla və digər adı çəkilən iranlı ilə heç bir cinayət əlaqəsinə girib içərisində narkotik maddələr olan torbaları götürmək üçün sərhəd ərazisinə getməmişdir. Bununla bağlı istintaq ifadəsində yazılanları təsdiq etmir. O, maşını ilə Gəncədən İmişliyə getmişdir ki, orada ona veriləcək dərmanları götürüb Bakı şəhərinə aparsın və buna görə ona 200 manat pul veriləcəkmiş. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Culfa rayonun Əbrəqunus kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşamışdır. 01 oktyabr 2023-cü il tarixdə İranda müalicə olmaq məqsədi ilə Bakı- Naxçıvan avtobusu ilə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İrana keçmişdir. İranın Biləsuvar şəhərində bir gün qaldıqdan sonra, səhərisi gün Təbriz şəhərinə getmiş, orada xəstəxanada 12-13 gün müalicədə olmuş və müalicəni bitirib 15 oktyabr 2023-cü il tarixdə tanımadığı iranlının taksi maşını ilə Təbriz şəhərindən çıxıb Biləsuvar şəhəri istiqamətində gələrkən yolda söhbət zamanı taksi sürücüsü ona Biləsuvar sərhəd məntəqəsindən keçəcəyi təqdirdə onu 15-20 gün orada saxlayıb buraxacaqlarını bildirmiş, çünkü o, avtobusla Naxçıvana getməli olduğu halda avtobusdan düşüb Təbrizə getmiş, buna görə də geri qayıdıb sərhədi keçərkən ona problemlər olacağını deyib təklif etmişdir ki, ona bir az pul versə o, onu Parsabad rayonu ərazisindən qamışlıq yerdən Azərbaycan tərəfə keçirə bilər. İranlı taksi sürücüsü bu işlə bağlı ondan 20.000 tümən alacağını demiş, o da taksi sürücü ilə razılaşmışdır. Həmin gün gecə saatlarında taksi sürücüsü onu İranın Parsabad royonun ərazisində sərhədə yaxın yerə gətirmiş və avtomobili orada dayanmış başqa bir avtomobilin yanında saxlamışdır. Həmin yerdə dayanmış avtomobilin yanında bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Həmin şəxslərin arasında sonradan adının Fərid olduğu bildiyi şəxs olmamışdır. Sonra orada olan şəxslərdən biri ona yolu göstərib həmin yerdən sərhədi keçib getməsini bildirmiş, o da Araz çayı istiqamətində bir az gedib çayı keçib Azərbaycan ərazisinə daxil olub sərhədin kənarı ilə tanımadığı istiqamətdə hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra sərhədçilər onu saxlayıb sərhəd zastavasına aparmışlar və orada o, Fəridi görmüş, həmin şəxsin narkotiklə bağlı saxlanmasını orada bilmişdir. Sərhəd zastavasında sərhədçilər ona qarşı təzyiqlər edib onu döymyş, sonra qarşısına qoyulmuş torbalarda olan narkotik vasitələri Fəridlə birlikdə İrandan keçirib gətirmələrini etiraf etməsi bildirmişlər. Lakin o, etiraz edərək Fəridi tanımadığını, İran tərəfdə olarkən ona heç bir torba, çanta verilmədiyini, sərhədi keçərkən və keçdikdən sonra əlində torba, çanta olmadığını demişdir. Tutulduqdan sonra sərhədçilər onu yenidən tutulduğu əraziyə aparmamış və sərhədçilərin onun tutulduğu ərazidən torbanın götürmələrində iştirak etməmiş, yalnız zastavada iki ədəd torbalara (torbaya və çantaya) baxış keçirilərkən orada olmuş və torbaların (torbanın və çantanın) içərisindən tanımadığı maddələr aşkar olunmuşdur. Orada sərhədçilərin deməsindən bilmişdir ki, həmin maddələr narkotikdir. Ona görə də həmin torbalarda (torba və çantada) aşkar olunmuş narkotik maddələrlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 01 oktyabr 2023-cü il tarixdə İranda müalicə olmaq məqsədi ilə Bakı-Naxçıvan avtobusu ilə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İrana getmiş, həmin gün İranın Biləsuvar rayonunda oteldə qalmış, səhərisi gün isə Təbriz şəhərinə gedib orada xəstəxanada müalicədə olunmaqla orada qalmışdır. Təxminən 12-13 gün orada qaldıqdan sonra müalicəni bitirib 15 oktyabr 2023-cü il tarixdə tanımadığı şəxsin taksi avtomobilində Təbriz şəhərindən çıxıb Biləsuvar rayonu istiqamətinə hərəkət etmişdir. Yolda olarkən söhbət zamanı taksi sürücüsü ona X6 Məntəqəsini keçəcəyi təqdirdə sərhədçilər onu 15-20 gün orada saxlayacaqlarını və bir müddət sonra buraxacaqlarını bildirmiş, sonra təklif edib ona Parsabad rayonun ərazisindən qamışlıq yerdən onu qanunsuz olaraq Azərbaycan tərəfə keçirə biləcəyini, razı olsa bunun müqabilində 2.000 tümən alacağını demiş, o da belə bir problemlə qarşılaşmaması üçün həmin sürücü ilə razılaşmışdır. Bir qədər hərəkət etdikdən və yolda kafelərin birində dayanıb yemək yedikdən sonra taksi ilə Parsabad royonun ərazisinə, sərhəd istiqamətinə getmişlər. Oraya çatdıqda bir ədəd avtomobilin sərhəddə olduğunu və bir neçə nəfər şəxsin də orada toplandığını görmüşdür. Həmin vaxt avtomobilin yanında əvvəllər tanımadığı şəxslər olmuş, onlardan biri sonradan adını öyrəndiyi onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 da olmuşdur. Orada olan şəxslər ona Təqsirləndirilən şəxs1 arxasınca çayı keçib Azərbaycan Respublikası ərazisinə getməsini bildirmişlər. Orada dayanmış avtomobilin yanında iki ədəd çanta olmuş və iranlılar Fəridə bir qədər yekə olan çantanı götürüb Arazı keçməklə Azərbaycan tərəfə getməsini bildirmiş, Fərid də çantanı götürüb Araz çayı istiqamətində gedib çayı keçmişdir. Bundan sonra iranlılar ona Fəridin arxası ilə çayı keçib Fəridlə birlikdə Azərbaycan tərəfə rahat keçə biləcəyini demişlər. Sonra o da Fəridin getdiyi istiqamətdə hərəkət edib çayı keçmişdir. Çayı keçdikdən sonra dayanıb su olan paltarlarını çıxarmış və quru olanları geyinmişdir. Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra İran vətəndaşı “Əli” adlı şəxsin dediyi kimi düz- Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etməyə başlamış, hərəkət edən zaman Təqsirləndirilən şəxs1 görməmiş, təkbaşına hərəkət etmişdir. Bir qədər getdikdən sonra sərhədçilər onu saxlayıb sərhəd zastavasına aparmışlar. Orada ona tutulduğu ərazidə aşkar olunmuş torbanın içərisində narkotik maddə olduğu bildirilmiş, o da həmin narkotik maddənin ona heç bir aidiyyəti olmadığını demişdir. İran tərəfdə olarkən avtomobilin yanında olan çantalardan birini Fərid adlı şəxs götürüb Azərbaycan tərəfə keçmiş, digər çantanın kimin götürdüyünü bilməmiş, həmin çantanı o, keçirməmiş, sərhədi keçərkən üzərində heç bir çanta olmamışdır. Ona məxsus Bakı-Naxçıvan avtobus biletinin çantanın içərisindən necə aşkar olunması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə işdə olan digər sənədlər, o cümlədən hadisə yerinə baxış və maddi sübutların götürülməsinə dair protokollar tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Fəridi tanımamış, tutulandan sonra onu sərhəd zastavasında görmüşdür. İranlı “Əlirza” adlı şəxsi tanımamış, iranlı taksi sürücüsünün adı “Vəli” olmuşdur. Taksi sürücüsünə verdiyi pulun miqdarı da ifadəsində düzgün yazılmamışdır, o, iranlı taksi sürücüsünə 2.000 İran tüməni yox 20.000 İran tüməni vermişdir. İbtidai istintaq zamanı o, ifadə verib imza etməmişdir. Ona məxsus Bakı-Naxçıvan reysi üzrə sərnişin bileti xarici pasortunun içərisində olmuşdur. Müstəntiq tərəfindən ona aid olması deyilən torbaya (idman çantasına) baxış keçirilməsində iştirak etməmiş, həmin torbanın (çantanın) içərisindən ona məxsus avtobus biletinin aşkar olunması ilə razılaşmır, həmin bilet torbanın (çantanın) içərisində yox, pasprotunun içərisində olmuşdur. Tutulan vaxt mobil telefonu, plastik kart, şəxsiyyət vəsiqəsi və xarici pasportu üzərində olmuş və onları sərhədçilər götürmüşlər. O, İranda böyrək və prostatı ilə bağlı bir müddət Təbriz şəhərində müalicədə olmuşdur. O, 13 gün İranda xəstəxanada müalicə almış, 14-cü gün xəstəxanadan çıxmışdır. İranlı taksi sürücüsünün sözünə inanıb 15 may 2023-cü il tarixdə, gecə saatlarında qeyri-rəsmi qaydada İrandan Azərbaycana keçmək istəmiş və o, İran-Azərbaycan sərhədini keçəndən bir az sonra sərhədçilər onu tutub sərhəd zastavasına aparmışlar. Sərhədi keçməzdən əvvəl o, Fəridi görməmiş, onunla birlikdə sərhədi keçməmiş, həmçinin sərhədi keçərkən ona içərisində narkotik maddələr olan torba ə ya çanta verilməmişdir. O, narkotiklə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin qanunsuz olaraq sərhədi keçməsi cinayətinə görə verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. 16 oktyabr 2023-cü il tarixdə, saat 00:00-dan 04:00-dək 2-ci sərhəd zastavasında operator növbətçisi xidmətinə (sərhəd naryadına) təyin olunmuşdur. Həmin gün saat 02 radələrində o, bir nəfər şəxsin Azərbaycan Respublikası ərazisindən İran istiqamətinə doğru hərəkət etməsini, daha sonra dövlət sərhəd xəttindən iki nəfər şəxsin Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etmələrini müşahidə etmiş və dərhal bununla bağlı komandanlığa məruzə etmişdir. Bundan sonra sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qalxaraq həmin istiqamətə doğru hərəkət etmiş və onlar 3-cü sahəyə çatan zaman bir nəfər şəxsin, yəni sonradan adının Fərid olduğu bildiyi şəxsin orada mühəndis texniki çəpərindən təxminən 10-15 metr aralıqda dayandığını görüb ona “Dayan” çağrışı verib onu saxlamışlar. Onlar həmin şəxsi saxlayan vaxt onun yanında bir ədəd qara rəngli bağlama da olmuşdur. Onlar saxlanılan şəxs, yəni Fərid adlı şəxs sərhəd zastavasına gətirilmliş, bir neçə əsgərlər isə ərazidə qalaraq bağlama olan sahəni mühafizə etmişlər. Daha sonra onlar digər şəxsin ərazidə axtarışını davam etdirmiş və səhər saatlarında bu şəxsi 2-ci sahədə tutub zastavaya aparmışlar. Sonra ərazidə axtarış keçirilən vaxt ikinci şəxsin, yəni sonradan adının Ramin olduğu bildiyi şəxsin tutulduğu yerdən təxminən 300 metr aralıqda bir ədəd idman çantası aşkar olunmuşdur. Bundan sonra hərbi hissənin təhqiqatçı gəlmiş və sərhədçilərin, həm də tutulmuş şəxslərin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) iştirakları ilə 2-ci və 3-cü sahələrə baxış keçirilib həmin sahələrdə olan bağlama və çanta götürülmüşdür. Zastavada bağlama və çantaya baxış zamanı onların içərisindən narkotik maddələr aşkar olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid1 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, İmişli rayonun ərazisində olan N saylı Qəsəbədə yaşayır, həmin qəsəbə sərhəd zəstavasının yaxınlığında yerləşir. O, 16 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında sərhədçilərin xahişi ilə sərhədçilərlə birlikdə sərhəd zastavasının sərhədə yaxın ərazisindən (2-ci və 3-cü sahələrdən) bir ədəd bağlama və bir ədəd çantanın götürülməsində hal şahidi kimi iştirak etmişdir. Onunla birlikdə yaşadığı qəsəbənin sakini İlham adlı şəxs də həmin tədbirdə iştirak etmişdir. Həmin ərazilərə baxış onların, sərhədçilərin və iki nəfər sərhəd pozucusu olan şəxslərin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) iştirakları ilə aparılmışdır. Baxış zamanı 2-ci və 3-cü sahələrdə sərhədboyu zolaqda iki nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. Əvvəl 3-cü sahədə bir ədəd bağlama, sonra isə 2-ci sahədə bir ədəd idman çantası aşkar olunub götürülüb sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında bağlama və çantaya baxış keçirilmiş və bağlamanın, həm də çantanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Baxış zamanı tutulmuş şəxslərin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) heç bir narazılığı olmamış, həmin şəxslərin aşkar olunmuş maddələrlə bağlı nəsə dediklərini xatırlamır. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində təhqiqatçı vəzifəsində xidmət edir. 16 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında xidmət etdiyi hərbi hissənin 2-ci sərhəd zastavasının 3-cü sahəsində sərhəd pozucuların aşkar olunub saxlanması barədə daxil olmuş məlumat üzrə ilkin araşdırma onun tərəfindən aparılmışdır. İlkin məlumata əsasən saxlanılan bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs1 3-cü sahədə, digər saxlanılan şəxs, yəni Təqsirləndirilən şəxs2 2-ci sahədə saxlanılmış və onların saxlandıqları ərazidə bağlama və çanta aşkar olunmuşdur. Bundan sonra o, saxlanılmış şəxslərin və hal şahidlərinin iştirakı ilə 2-ci sərhəd zastavasının 2-ci və 3-cü sahələrinə baxış keçirmiş və əvvəl 3-cü sahədə bir ədəd bağlama, sonra 2-ci sahədə bir ədəd idman çantası aşkar edilib götürülüb sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında saxlanılmış şəxslərin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həm də hal şahidlərinin iştirakı ilə bağlamaya və idman çantasına baxış keçirilmişdir. Baxış zamanı bağlamanın içərisində narkotik maddələr və dərman həbləri, idman çantasının içərisindən narkotik maddə aşkar edilmişdir. İçərisində narkotik maddələr və dərman həbləri olan bağlama və çanta ayrı-ayrılıqda qablaşdırılmış, daha sonra isə həmin maddi sübutlar iş materialı ilə birlikdə istintaqa təhvil verilmişdir. Baxış zamanı idman çantasının içərisində Təqsirləndirilən şəxs2 adına verilmiş Bakı- Naxçıvan marşurut üzrə hərəkət edən avtobusa aid biletinin olub-olmamasını bilməmişdir. Həmçinin saxlanmış şəxslər onun tərəfindən inzibati qaydada tutularkən üzərilərində olan əşya və sənədlər götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində avtobus biletinin olmasını xatırlamır. İşdə olan, DSX-nin N saylı hərbi hissəsinin 2-ci sərhəd zastavasının rəisinin hərbi hissə komandirinə ünvanladığı 16 oktyabr 2023-cü il tarixli “Raport”u və həmin hərbi hissə komandirinin saxlanılmış şəxslər (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) barəsində tərtib olunmuş 16 oktyabr 2023-cü il tarixli məlumatda qeyd edilir ki, 16 oktyabr 2023-cü il tarixdə, saat 00:00-dan 04:00-dək sərhəd zastavasında “Operator növbətçisi” xidmətinə təyin edilmiş sərhəd naryadı saat 02:37-də PTZ tipli kamera vasitəsilə 2-ci sərhəd zastavasının 3-cü sahəsində bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1) Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi, dövlət sərhəd xətti istiqamətində digər bir şəxslə (Təqsirləndirilən şəxs2la) birlikdə geriyə qayıtması müşahidə edilmişdir. Dərhal sərhəd zastavası “Silaha” komandası ilə həmin istiqamətdə hərəkət etmiş və bu şəxslərdən biri (Təqsirləndirilən şəxs1) torba ilə birlikdə saxlanılıb zastavaya gətirilmiş, digər şəxs (Təqsirləndirilən şəxs2) isə ərazidən qaçaraq uzaqlaşmışdır. Ərazidə davam edən axtarış tədbirləri nəticəsində saat 06:36-da radələrində zastavanın 2-ci sahəsində qaçan digər şəxs (Təqsirləndirilən şəxs2) saxlanılmış və əraziyə baxış zamanı ondan (Təqsirləndirilən şəxs2 saxlandığı yerdən) 300 metr məsafadə bir ədəd qara rəngli idman çantası aşkar olunaraq götürülmüşdür. İşdə olan, "xxxx" MMC, VÖEN: ********** və Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin və baqaj daşıması bileti” ilə müəyyən edilir ki, həmin bilet xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Bakı- Naxçıvan marşurutu üzrə hərəkət edən nəqliyyat vasitəsi ilə getməsi üçün Təqsirləndirilən şəxs2nın adına verilmişdir. İşdə olan, “X10”ı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 01 oktyabr 2024-cü il tarixdə X5 Məntəqəsindən keçməklə (Bakı- Naxçıvan marşurutu üzrə hərəkət edən sərnişin avtobusu ilə) İran İslam Respublikasına getmişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 16 oktyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 06:40-dan saat 07:10-dək DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid5 tərəfindən hal şahidlərinin və ərazidə saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə hərbi hissənin İmişli rayonunun ərazisində yerləşən 2-ci sərhəd zastavasının 2-3-cü sahələrinə baxış keçirilmişdir. Baxış aparılan ərazi düzənlik relyefə malik, qamışlıq və kolluqlardan ibarətdir. 2-ci sərhəd zastavasından Azərbaycan Respublikası istiqamətində İmişli rayonunun ərazisində yerləşən 6 №-li Cəbrayıl qəsəbəsinə qədər məsafə 200 metrdir. İran İslam Respublikası istiqamətində İranın Parsabad rayonun Qoşaqışlaq kəndi yerləşir və oraya qədər məsafə (təxminən) 2300 metrdir. 2-ci sərhəd zastavasından 2-3-cü sahəyə qədər olan məsafə 3500 metrdir. 2-3-cü sahədə Azərbaycan Respublikası istiqamətində (İmişli rayonunun ərazisində yerləşən) 5 №-li Cəbrayıl qəsəbəsi, İran İslam Respublikası istiqamətində Parsabad rayonun Qoşaqışlaq kəndi yerləşir. 2-3-cü sahədən 5 №-li Cəbrayıl qəsəbəsinə qədər məsafə 700 metr, Parsabad rayonun Qoşaqışlaq kəndinə qədər məsafə 1500 metr və 2-3-cü sahədən dövlət sərhəd (Azərbaycan və İran) xəttinə qədər olan məsafə 1000 metrdir. 2 və 3-cü sahələrində dövlət sərhəd (Azərbaycan və İran) xəttində bir neçə nəfərə məxsus ayaq izlərinin, sərhədboyu zolaqda iki nəfərə məxsus (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olması güman edilən) ayaq izləri aşkar edilmişdir. Nəzarət iz zolağına və mühəndis texniki çəpərinə baxış zamanı hansısa ayaq izlərinin olması müəyyən edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdə 3-cü sahədə mühəndis texniki çəpərindən 10 metr aralıqda bir ədəd qara rəngli, alt hissəsindən üst hissəsinə sarı rəngli ip olan torba (bağlama) aşkar edilib götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin torbanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. 2-ci sahədə saxlanılmış Təqsirləndirilən şəxs2 saxlanıldığı ərazidən 300 metr aralıqda bir ədəd qara rəngli üzərində qırmızı cizgilər olan idman çantası da aşkar olunub götülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin bağlamanı (çantanı) onun gətirmədiyini, qeyd olunan bağlamanın (çantanın) Təqsirləndirilən şəxs1 gətirdiyini bildirmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, 16 oktyabr 2023-cü il tarixdə saat 07:40-dan saat 08:15-dək DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid5 tərəfindən hal şahidlərinin və ərazidə saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 2-ci sərhəd zastavasının inzibati binasında bir bağlamaya (torbaya) və bir ədəd idman çantasına (Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdə 3-cü sahədə mühəndis texniki çəpərindən 10 metr aralıqda aşkar edilib götürülmüş bir ədəd qara rəngli bağlamaya (torbaya) və 2-ci sahədə saxlanılmış Təqsirləndirilən şəxs2 saxlanıldığı ərazidən 300 metr aralıqda bir ədəd qara rəngli üzərində qırmızı cizgilər olan idman çantasına) baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunmuş bağlma (torba) qara rəngli parça materialından hazırlanmış, bağlamanın (torbanın) alt hissəsindən üst hissəsinə iki ədəd qulp bərkidilmiş və bağlamanın (torbanın) üst hissəsində sarı rəngli ip bağlanmışdır. Həmin bağlamanın (torbanın) içərisində ümumi, ayrı-arı bükümlərlə bükümlərlə birlikdə çəkisi 11400 qram narkotik vasitə olan marixuanaya bənzər maddələr, 59 konvalyut üzərinə "Methadone-40" sözləri yazılmış, 10 konvalyut üzərinə "Relif" sözləri yazılmış və 10 konvalyut üzərinə "Alprazolam" sözləri yazılmış, 05 konvalyut üzərinə "Propranolol-Hakim" sözləri yazılmış dərman həbləri vardır. Digər-qara rəngli, üzərində qırmızı zolaq olan idman çantasının içərisində ayrı-ayrı bağlamalarda olmaqla cəmi 6500 qram narkotik vasitə olan marixuanaya bənzər maddələr vardır. İşdə olan, “İnzibati qaydada tutma haqqında” 16 oktyabr 2023-cü il tarixli protokollarla müəyyən olunur ki, həmin tarixdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərhəd pozucusu kimi inzibati qaydada tutulmuşlar. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd sep aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd ümumvətəndaş pasprotu və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüşdür. İşdə olan, materialların-məhkəmə ekspertizasının 17 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, 01 ədəd qara rəngli bağlama açıldıqda içərisindən üzərində "Methadone 40" markalanma göstəricisi olan 60 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 24 qram olan narkotik vasitə metadon tərkibli dərman preparatı və üzərində "Alprolam 0,5" markalanma göstəricisi olan 10 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram olan psixotrop maddə alprazolam tərkibli dərman preparatı olması müəyyən edilmişdir. Eyni zamanda bağlamanın içərisindən aşkar olunmuş "Felief exstra" və "Propranolol" adlı dərman preparatları isə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorlar"ın siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbayan Respublikasının qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na, eləcə də "Zəhərli maddələrin siyahısı"na daxil deyildirlər. Ekspertiza tədqiqatından sonra qalıq metadon 590 ədəd və qalıq alprazolam 95 ədəd həblərdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 17 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, 01 ədəd qara rəngli idman çantası açıldıqda içərisindən ümumi çəkisi 3560 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan başqa qara rəngli bağlama açıldıqda içərisində bağlamalarla birlikdə ümumi təmiz halda çəkisi 6557,60 qram və 7817,40 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olaması müəyyən edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 17933,95 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 17933,95 qram qurudulmuş marixuana, qalıq 590 ədəd metadon və qalıq 95 ədəd alprazolam həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün DSX-nin İTİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdə istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Mobil telefonlara və mobil kartlara baxış keçirilməsi” haqqında 18 oktyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş iki ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı “Samsung” markalı mobil telefonun (Təqsirləndirilən şəxs1 aid) üzərində mobil nömrə yoxdur, vatsap proqramı 099/727-90-80 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Mobil telefonun yaddaş məlumatlarında 15 və 16 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 099/727-90-80 saylı nömrə ilə şəxsiyyəti “Əlirza” adı ilə məlum olan şəxsin istifadəsində olan +**********28 saylı nömrə (İran telefon operatoruna aid) arasında vatsapla danışıqların olması müəyyən edilmişdir. Həmçinin “Əlirza” adlı şəxsin istifadəsində olan nömrədən (+**********28 saylı nömrədən) bir neçə halda çantaların olduğu yerə getməsi üçün konum göndərilmiş və onlar arasında bağlamanın konkret harada olması barədə yazışmalar aparılmışdır. Digər “Samsung” markalı mobil telefonun (Təqsirləndirilən şəxs2 aid) işlək vəziyyətdə olmaması və üzərində iki ədəd mobil nömrənin olması müəyyən edilmişdir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 27 dekabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055/878-74-88 saylı mobil nömrə ilə 01 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023cü il tarixədək heç bir danışıq aparılmamış, hadisə olan gün (16 oktyabr 2023-cü il tarixdə) mütəmadi olaraq internet vasitəsilə (vatsapla) danışıqlar aparılmışdır. İşdə olan, DSX-nin Əməliyyat-axtarış Baş İdarəsinin rəisinin 14 dekabr 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üzrə aşkar edilib götürülmüş narkotik vasitələrin 2-ci sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikasına qaçaq yolla göndərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmiş “Əlirza” adlı İran vətəndaşının Aslandüz şəhər Hacılı kənd sakini X1 olması və narkotik vasitələrin ondan əldə edilməsii müəyyən edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərdən götürülmüş 10 konvalyut "Felief exstra" və 05 konvalyut "Propranolol" adlı dərman preparatları narkotik və psixotrop maddələrə aid olmadığından, həmçinin həmin dərman preparatlar qaçaqmalçılıq cinayətinin tərkibini yaratmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə bu hissədə xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-15 oktyabr 2023-cü il tarixdə öz maşını ilə İmişli rayonunun tanımadığı kəndinə gedib orada su kanalının yanında olarkən sərhədçilər tərəfindən tutulması, həmin gün sərhəd ərazisinə getməməsi, Təqsirləndirilən şəxs2 tanımaması və onu ilk dəfə sərhəd zastavasında görməsi, sərhədçilərin ona qarşı təzyiqləri olduğundan torbalarda olan narkotik maddələri götürmək üçün sərhəd ərazisinə gəldiyini deməyə məcbur olması, əslində isə onun, narkotik maddələri yox, içərisində dərman olan bağlamanı götürmək üçün İmişli rayonun ərazisinə getməsi, sərhədçilər onu sərhəddə yox, sərhəddən kənarda-İmişli rayonun tanımadığı kəndinin ərazisində tutmaları, bağlamada (torbada) və çantada aşkar olunmuş narkotik maddələrin ona məxsus olmamasına, heç bir cinayət əməli törətməməsinə aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-Təqsirləndirilən şəxs1 tanımaması, tutulandan sonra sərhəd zastavasında onu görməsi, iranlı “Əlirza” adlı şəxsi tanımaması, torbaya və çantaya baxış keçirilməsində iştirak etməməsi, sərhədi keçməzdən əvvəl Fəridi görməməsi, onunla birlikdə sərhədi keçməməsi, həmçinin sərhədi keçərkən ona içərisində narkotik maddələr olan torbanın (santanın) verilməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 15 oktyabr 2023-cü il tarixdə öz maşını ilə İmişli rayonunun tanımadığı kəndinə gedib orada su kanalının yanında olarkən sərhədçilər tərəfindən tutulması, həmin gün sərhəd ərazisinə getməməsi, Təqsirləndirilən şəxs2 tanımaması və onu ilk dəfə sərhəd zastavasında görməsi, sərhədçilərin ona qarşı təzyiqləri olduğundan torbalarda olan narkotik maddələri götürmək üçün sərhəd ərazisinə gəldiyini deməyə məcbur olması, əslində isə onun, narkotik maddələri yox, içərisində dərman olan bağlamanı götürmək üçün İmişli rayonun ərazisinə getməsi, sərhədçilər onu sərhəddə yox, sərhəddən kənarda-İmişli rayonun tanımadığı kəndinin ərazisində tutmaları, bağlamada (torbada) və çantada aşkar olunmuş narkotik maddələrin ona məxsus olmamasına, heç bir cinayət əməli törətməməsinə dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni Təqsirləndirilən şəxs1 tanımaması, tutulandan sonra sərhəd zastavasında onu görməsi, iranlı “Əlirza” adlı şəxsi tanımaması, torbaya və çantaya baxış keçirilməsində iştirak etməməsi, sərhədi keçməzdən əvvəl Fəridi görməməsi, onunla birlikdə sərhədi keçməməsi, həmçinin sərhədi keçərkən ona içərisində narkotik maddələr olan torbanın (santanın) verilməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxışla protokollar, habelə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 aid hissədə verdiyi ifadəsi, eləcə də Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilmiş ittihamda göstərilən cinayətləri birgə törətmişlər. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilməsi üçün qəbul edilmiş digər sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, işdə olan, “Baxış və götürmə haqqında” 17 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən hal şahidlərinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həm də müdafəçilərin iştirakları ilə, təhqiqatçı tərəfindən götürülüb baxış keçirildikdən sonra qablaşdırılıb cinayət işinə əlavə edilmiş iki bağlamadan (Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən götürülmüş bir ədəd qara rəngli bağlama (torba) və Təqsirləndirilən şəxs2 saxlanıldığı ərazidən 300 metr aralıqda aşkar edilib götürülmüş bir ədəd qara idman çantası) üzərində qırmızı zolaq olan idman çantasına CPM-nin 236-cı maddəsinə əsaslanmaqla baxış keçirilmişdir. Qeyd olunan idman çantasına təkrar baxışın keçirilməsinin səbəbi göstərilmədən keçirilən baxış zamanı həmin çantanın içərisində “Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş 6130 №-li avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası və beynəlxalq sərnişin və baqaj daşıması bileti” və “üzəri şəffaf yapışqanlı lentlə yapışdırılmış bağlamalarda narkotik vasitə marixuanaya bənzər maddələr” olması müəyyən edilmişdir. Baxışın yekununda “narkotik vasitələr və həblər” qablaşdırılıb yerinə qoyulmuş, “Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş 6130 №-li avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası və beynəlxaql sərnişin və baqaj daşıması bileti” isə götürülmüşdür. Məhkəmə hesab edir ki, aşağıda göstərilən hüquqi əsaslara görə istintaq orqanın “Baxış və götürmə haqqında” 17 oktyabr 2023-cü il tarixli protokolu sübut kimi qəbul edilə bilməz. Belə ki, təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmaqla qablaşdırılb götürülmüş içərisində narkotik vasitələr və psixotrop maddə olan bir ədəd bağlama (torba) və bir ədəd çanta istintaq orqanına verildikdən sonra istintaqı aparan şəxs tərəfindən yalnız bir ədəd çantaya təkrar baxış keçirilmiş, lakin bu baxışın keçirilməsinə əsas olmuş səbəblər protokolda göstərilməmiş, eləcə də protokolda baxış zamanı “… bağlamalarda (çantada) narkotik vasitə marixuanaya bənzər maddələr”in aşkar olunması göstərilsə də, baxışın yekununda isə “... narkotik vasitələr və həblər qablaşdırılıb yerinə qoyulması” göstərilməklə protokolda göstərilən hallar arasında kəskin ziddiyyət yaranmış, o cümlədən həmin idman çantasında olan bağlamalarda hər hansı həblər olmadığı halda (bağlamalarda yalnız marixuana kütlələri olmuşdur), yekunda bağlamaya (çantaya) “həblər”in də qoyulub qablaşdırılması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinə əsasən baxış qurtardıqdan sonra tərtib edilmiş protokolda 236.6.1-236.7-ci maddələrində göstərilənlər, o cümələdən müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar göstərilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən iş üzrə götürülmüş maddi sübutlardan yalnız birinə təkrar baxışın keçirilməsi, həm də təkrar baxışla bağlı protokolun tərtibi cinayət prosessual qanunvericilin tələbləri kobud pozulmaqla icra edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsində göstərilən hallar, o cümələdən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla (maddə 125.2.7) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunanlar nəzərə alınaraq, istintaq orqanın “Baxış və götürmə haqqında” 17 oktyabr 2023-cü il tarixli protokolunda müəyyən şübhə və ziddiyyətli hallar olduğundan məhkəmə bu protokolu iş üzrə sübut kimi qəbul etmədən sübutlar sırasından çıxarır. Bundan başqa məhkəmə “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və "Baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokolları, ekspertiza rəyləri, iş üzrə dindirilmiş şəxslərin, o cümlədən şahidlərin ifadələri, maddi sübutları və digər sənədləri mötəbər və mümkün sübutlar hesab edərək onları təqsirləndirilən şəxslərin barəsində ittihamedici sübutlar kimi qəbul edir. Habelə məhkəmə təqsirləndirilən şəxslərin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıması, eləcə də qaçaqmalçılıq cinayəti ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən (16 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş) dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən quruduşmuş marixuana və “Metadon” olan maddələr narkotik vasitələr, "Alprazolam" olan maddə psixotrop maddədir. Metadonun 0,02 qramdan, qurudulmuş marixuananın 5 qramdan və alprazolamun 0,03 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, metadonun 1,6 qramı, qurudulmuş marixuananın 500 qramı və alprazolamun 0,1 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 17935 qram narkotik vasitə olan qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən narkotik vasitə olan 200 ədəd metadon şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar, təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən psixotrop maddə olan 100 ədəd "Alprazolam" şəxsi istehlak miqdarından artıqdır. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmçinin “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında, habelə şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni birgə əldə etmiş, saxlamış, daşımış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib külli miqdarda narkotik vasitələri və psixotrop maddəni üzərilərində daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətləri törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Goranboy Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilərək üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 25 iyun 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Goranboy RİHB-nın Şadılı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli arayış, məlumat və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Goranboy rayonunun Şadılı kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmiş və yaşayış yeri üzrə mənfi (ailəsi və kənd sakinləri ilə mübahisə etməyə meyilli olmaqla ondan nümayəndəliyə bir neçə dəfə şifahi şikayətlər daxil olmuşdur) xarakterizə olunur. İşdə olan, Goranboy RİHB-nın Şadılı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evlidir və onun himayəsində 03 aprel 2018-ci il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Naxçıvan MR Culfa RİHB-nın Əbrəqunus kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Naxçıvan MR Culfa rayonunun Əbrəqunus kəndində qeydiyyatda olmaqla yaşamaqla (hazırda Təqsirləndirilən şəxs2 və ailə üzvləri Bakı şəhərində yaşayırlar) və yaşayış yeri üzrə müsbət (həmkəndliləri ilə yaxşı münasibətdə olmuş və yaşadığı müddətdə kəndin ictimai işlərində fəal iştirak etmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə törətdikləri cinayətlərə görə hər birinin törədilən cinayətlərdə faktiki iştirakını nəzərə alaraq hesab edir ki, bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 daha fəal iştirak etdiyindən ona ittiham olunduğu maddələr üzrə daha ciddi həddə cəza təyin edilməldir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DSX-nin İTİ-nin maddi sübutlar otağında saxlanılan 17933,95 qram qurudulmuş marixuana, 590 ədəd metadon və 95 ədəd alprazolam həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-184 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 92 manat və Təqsirləndirilən şəxs2 92 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktiv qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 17933,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 590 ədəd narkotik vasitə olan metadon həbləri və 95 ədəd psixotrop maddə olan alprazolam həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-184 (bir yüz səksən dörd) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 92 (doxsan iki)manat və məhkum Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-31/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-31/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver