Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-310/2025 13.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis-müəllim X7 iştirakları ilə, - xx xxxxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs rəsmi qaydada boşanmalarından sonra başqa kişi cinsli şəxslərlə münasibətdə olub, əxlaqsız həyat tərzi keçirməsini güman edərək qısqanıb, onun bu davranışını özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan hərəkətlər kimi qəbul edib, hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə evindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə silahlanaraq 31 dekabr 2024-cü il tarixdə, saat 15:50 radələrində yaşadığı ünvan 3 saylı evin qarşısında Zərərçəkmiş şəxs alış-veriş edib qayıdaraq evə daxil olan zaman qısa paltar geyinməsini, evə taksi fəaliyyəti ilə məşğul olan ayrı-ayrı avtomobillərlə gəlməsini irad bildirməsi səbəbindən bu məzmunda aralarında baş vermiş mübahisə zamanı qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində gəzdirdiyi bıçaqla onun boyun və döş qəfəsinin ön səthi istiqamətində zərbələr atmış, bu zaman əlindəki bıçaq qırılaraq yerə düşsə də, öz qanunazidd hərəkətlərini davam etdirərək, onu sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurub yerə yıxdıqdan sonra yerdən tapdığı beton parçasını götürərək baş nahiyəsi istiqamətində bir dəfə zərbə vurub, başını burub boyun fəqərələrini qırmağa cəhd etməklə boyunun ön səthinin, döş qəfəsinin ön sol nahiyəsinin, sağ və sol əlin yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, alın, sol göz, sağ və sol gicgah, təpə ənsə nahiyələrinin yaraları, hər iki göz orbitasının qançırı, gicgah sümüyünün sağ almacıq gicgah qövsünün sınıqları, baş beynin əzilməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs qışqırıq səsinə ətrafdan keçən şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini zənn edərək, hadisə yerindən qaçdığından, lakin Zərərçəkmiş şəxs vaxtında Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuşdur, birgə nikahdan iki övladı var, zəhmətkeş fəhlə biri olmaqla ailəsini dolandırmışdır. 2023-cü ildə Zərərçəkmiş şəxs ilə aralarındakı nikah pozulmuşdur. Bundan öncə, hələ evli olduqları zaman 19 oktyabr 2022-ci il tarixdə, səhər saat 04-05 radələrində Şəbnəm qızını götürüb evin pəncərəsindən qaçmış, onları axtardıqda tapa bilməmiş, nəticədə onun valideyinləri ilə əlaqə saxlayaraq Şəbnəmin harada olduğunu soruşmuş, cavabında harda olduğunu bilmədiklərini, atası “öldümü, öldüsə, qanın hala edirəm, mən də görsəm, öldürəcəm!” deyə bildirmiş, cavabında onların namusu olduğunu, ölməlidirsə, özünün öldürməsini demişdir. Şəbnəm ondan ayrılandan sonra iki uşağını götürüb, Xırdalan qəsəbəsi, Qurtuluş 29 ünvanına köçmüş və bir müddət orada qalmışdır. Bundan xeyli müddət sonra məhkəmənin qərarı ilə şənbə və bazar günləri uşaqları ilə ünsiyyət hüququ əldə etmiş, üç-dörd ay sonra uşaqları öz yanına gətirmişdir. Həmin ərəfələrdə azyaşlı oğlunu danışdırmış, uşağı bir gün anasının onları evdə tək qoyduğunu, ac olduqlarını, anasının evə qoyduğu qəpik pulları götürüb çörək aldığını, bacısı ilə qarınlarını doyurduqlarını bildirmiş, bu da bir azərbaycanlı kişisi, bir ata kimi ona çox pis təsir etmişdir. Uşaq sonrakı söhbətlərində daha ətraflı məlumat vermiş, evdə qeyri-etik hadisələrin baş verdiyini, qəlyan, külqabı olduğunu, maşınının, həmçinin əlaqə nömrəsi məlum olan Nicat adlı şəxsin olduğunu, anasının etdiyi hərəkətləri gizlincə gördüyü barədə bildirmişdir. Şəbnəm onun nüfuzunu, şərəf və ləyaqətini alçaldan hərəkətlər etmiş, güya onun həmcinsləri ilə cinsi əlaqədə olduğunu cəmiyyətdə yaymış, əslində bu böhtan olmuşdur. Gecə dənizdən gəldikdən sonra azyaşlı bir dostunun digərinin kürəyini qardaşyana ovxaladığı zaman videoçəkliş aparmış və həmin videoçəkilişdə Mehdi bizi çəkir deyə bildirilmişdir. Bütün bunlar araşdırılacaqdır və Şəbnəmin ona böhtan atması ilə əlaqədar sonuncuya məhkəmə qaydasında təzminat qaldırmaq niyyətindədir. Bir valideyin kimi Şəbnəmin əxlaqsız hərəkətlərinə görə onu cəzalandırmaq məqsədi olmuşdur. Əslində Şəbnəmin cəzası ölümdür. Şəbnəmi öldürməsinə şərait olsa da, qatil olmadığı üçün bunu etməmişdir, əgər niyyəti olsaydı, onun başını kəsib torbaya yığıb aparardı. Sadəcə olaraq Şəbnəmi döymüş, əlində bıçaq olmuş, Şəbnəm onun əllərini dişləmiş, sinəsinə vurmaq istəyəndə, bıçaq onun üz səthinə dəymiş, dərin yara olmamışdır. Şəbnəm yerdə olan beton parçaları ilə qəsdən üz-gözünə xəsarət yetirmişdir. Əvvəllər də, üç dəfə Şəbnəm hüquq-mühafizə orqanlarına müraciət edərək, onu şərləməyə cəhd etmiş, makiyaj ilə saxta xəsarət görüntüsü yaratmış, lakin bu səyi alınmamış, nə cərimələnmiş, nə də inzibati qaydada tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 31 dekabr 2024-cü il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs onlara gəlmiş və həmin vaxt onlarda olan uşaqları ilə görüşmüşdür. Bir qədər sonra Şəbnəm qızı ilə mağazaya getmiş, həyətdə quş təsərrüfatı olduğundan kardon qutu kəsmək üçün əlində bıçaqla həyətə çıxmışdır. Şəbnəm onu təngə gətirdiyi üçün bu hadisə baş vermişdir. Yeddi il Şəbnəmlə birlikdə yaşamış, sonuncu əvvəllər hicab taxmışdır. Şəbnəmin onun barəsində rüsvayedici məlumatlar yayması səbrini tükətmişdir. Həyətə düşəndən az sonra darvazada maşının dayanması səsini eşitmiş, darvazadan çölə çıxanda Şəbnəmlə qızı Leylanın taksi ilə gəldiklərini görmüş, qızını əlində “sumka” ilə evə yola salmış, hardasa yüz metr məsafədən onun getdiyini görmüş, darvazanı cəftə ilə örtmüş, bu vaxt Şəbnəm taksinin ödənişini etmiş, bundan sonra səs-küy salmağa başlamışdır. Həmin vaxt qızının onlara baxmasını görməmişdir. Şəbnəm ona mübahisə əsnasında “sənə deməmişəm rədd ol gözümdən, gözümə görsənmə, yaxşı kişi olsaydın, namusunu təmizləyər, məni öldürərdin” demiş, o da “get, atan namusunu təmizləsin” deyə bildirmiş, evə bu şəkildə gəlməməyi bildirmiş, bundan sonra Şəbnəm onun ünvanına söyüş işlətmişdir. Aralarındakı mübahisə zamanı Şəbnəmin döş qəfəsinə əlindəki bıçaqla cızma kimi xəsarətlər yetirmiş, Şənbəm özü isə bundan əvvəl beton parçası ilə özünə xəsarət yetirmişdir. Əlindəki bıçağı yerə atdıqdan sonra bıçaq qırılmışdır. Bıçaq qırılmasaydı belə, Şəbnəmi vurmayacaqdı. Şəbnəmi bıçaqla vurmaq istəməmiş, çəkişmə əsnasında xəsarət (sinə, çənə altına) almış, əngi əzilmişdir. Bıçağı özü əsəbinnən qorxub yerə atmış, təcili tibbi yardımı o deyəndən sonra ətrafdakı şəxslərdən İgid adlı biri çağırmışdır. Şəbnəm yerə yıxılmış, xəsarəti yüngül olmuş, deyilənləri eşitmişdir. Təcili tibbi yardım gələndə hadisə yerində olmamışdır. Şəbnəmin kürəyində döymə formasında “kobra” şəkilini camaata göstərməmiş, əksinə öz kurtkasını üzərinə atmaq istəmişdir. Şəbnəm yerdən götürdüyü beton parçası ilə özünü vuranda kənarda durmuş, onunla dava etməmiş, əksinə beton parçasını əlindən almaq istəmişdir. Şəbnəmin əxlaqsız hərəkətlərinə göz yummuş, buna görə də, sonuncu onu kişi gözündə görməmiş, təhqir etmişdir. Əvvəllər Şəbnəmlə barışmaq istəmiş, lakin sonuncu bundan imtina etmiş, başqa biri ilə qeyri-rəsmi münasibətdə olduğunu bildirmişdir. Şəbnəmdən pul istəməmiş, özü pul qazanmış, hətta borca pul vermişdir. Şəbnəmin haramçılıqla əldə etdiyi pul ona lazım deyildir. Hadisədən sonra təcili tibbi yardım çağırıldığı deyiləndən sonra təslim olmaq üçün polis şöbəsinə getməkdən ötrü taksi mərkəzinə getmiş, yolda qarşılaşdığı Tural adlı polis əməkdaşının maşınına minərək polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs son sözündə məntiq və ədalətlə baxanda təqsirsiz olduğunu, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, belə bir niyyəti olsa idi, onu taksidən düşəndə dava etmədən qapıdan içəri salıb doğraya biləcəyini, əsəbi olduğunu, dava-dalaş nəticəsində hər şeyin bu həddə çatdığını, ona qarşı haqsız ittiham irəli sürüldüyünü bildirmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (zərərçəkmiş şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, beş il ailəli olmuşlar. Bu müddətdə əri tərəfindən şiddətə məruz qalmış, döyülübsöyülmüşdür. Atası həbsdə olmuş, anası Şahid2 yaşadığı evə gəlib-getmişdir. Seyyidmehdi dəfələrlə anası Səmirəni evdən qovmuş, məqsədi anasının onun üzünü, gözünü, boynundakı yaraları görməməsi olmuşdur. Uşaqlarının gözü önündə dəfələrlə döyülmüş, lakin övladlarına görə səbr etmişdir. 08 oktyabr 2022-ci il tarixdə Seyyidmehdinin mobil telefonunda onun öz həmcinsi ilə cinsi əlaqədə olduğu videonu görüb, videonu öz telefonuna göndərmişdir. Həmin ilin 14 oktyabr tarixində oğlu X30 doğum günü olmuş, oğlunun beş yaşının tamam olmasını qeyd etmiş, 19 oktyabrda qızı Şahid4 götürüb evdən çıxmış, birlikdə Bakıya getmişlər. Seyyidmehdigilin təhdidləri bitməmiş, onu öldürməklə, rüsvay etməklə, uşaqlarına həsrət qoymaqla təhdid etdiklərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, həmçinin digər orqanlara şikayət ərizəsi ünvanlamış, polis əməkdaşları Seyyidmehdini atası və qardaşı ilə birlikdə tutmuşlar. Seyyidmehdinin atası da cinayətkardır və ayağında elektron qolbaq vardır. Ailəli olduğu müddətdə qaynatasıgillə eyni ünvanda yaşamış, 2022-ci ildə boşanmış və uşaqlarını da götürüb Bakı şəhəri, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinə köçmüşdür. Dırnaq və saç qaynaq ustasıdır, işləyib uşaqlarını saxlamışdır. Ayrılandan sonra bir il ərzində Seyyidmehdinin uşaqlarından xəbəri olmamış, bir ildən sonra məhkəmənin qərarı ilə ona şənbə-bazar günləri görüş üçün icazə verilmişdir. Seyyidmehdigil ayda bir-iki dəfə şənbə günü uşaqları aparıb bazar günü qaytarmışlar. Bir neçə dəfə uşaqları vaxtında qaytarmadıqları üçün “102” xidmət mərkəzinə şikayət etmişdir. 2024-cü ilin 17-18 iyun tarixlərində uşaqları məktəbə başlayacaqları üçün qayınatasına təhvil vermiş, özü həftə sonları yanlarına gəlib-getmiş, uşaqların bütün xərclərini özü qarşılamışdır. 31 dekabr 2024-cü il tarixdə, saat 12-13 radələrində Seyyidmehdigilin qonşuluğunda olan Cavanşir adlı sürücünün avtomobili ilə ünvan 3 ünvanında yerləşən ailəli olarkən qaldığı evə gəlmiş, uşaqlarına tort və hədiyyələr alıb gətirmişdir. Evdə yemək hazırladığı vaxt Seyyidmehdi yuxudan ayılmış və söyüş söyməyə başlamışdır. Həyətə düşüb uşaqları olduğunu, onu söyməyinin heç nəyi dəyişməyəcəyini, uşaqların yanında söyüş söyməməyi bildirmiş, Seyyidmehdi isə əksinə səsini yüksəltmiş, daha sonra isə atası ilə dava etməyə başlamışdır. Həmin vaxt yemək bişirmək üçün mətbəxə keçmiş, Seyyidmehdinin anası ilə evdə hansı ərzaqların çatışmaması barədə danışmışlar. Ayrılmalarına baxmayaraq, Seyyidmehdinin anasına “ana”, atasına “ata” demişdir. Bu vaxt Seyyidemehdinin içəridə atası ilə sözləşdiyini eşitmiş, daha sonra atasının əlini sinəsinə vurub “kişiliyin çatırsa, öldür, durmuşam arxanda” ifadəsini işlətdiyinin şahidi olmuş, içəri girib zarafatla “kimi öldürürsüz yenə, məndən danışırsız?” deyə bildirmiş, sonra qızı Leylanı götürüb bazarlıq üçün Salyan şəhərindəki “Neptun” supermarketinə getmişdir. Ev üçün ərzaq alıb “Vaz-2106” markalı taksi ilə evə gəlmiş, taksidə sağ tərəfdə, qızı isə sürücünün arxasında oturmuşlar. Evin qabağına çatanda Seyyidmehdinin həyət qapısının qarşısında olduğunu görmüşdür. Seyyidmehdi qapını açıb Leylanı maşından düşürmüş və sellofan paketləri əlinə götürmüşdür. Avtomobildən düşüb sürücünün pulunu vermiş, qabaq qapını açıb digər ərzaq paketlərini götürmüş və dönüb maşının arxasından fırlanıb evə tərəf getmişdir. Seyyidmehdi Leylanı içəri ötürüb, paketləri içəriyə qoyandan sonra qapını çöl tərəfdən bağlayıb, ona tərəf dönmüşdür. Seyyidmehdi ilə heç bir ünsiyyət qurmamış və həyətə girməyə çalışmışdır. Seyyidmehdi ona “bu nə geyimdi geyinmisən” deyib, irad tutmuşdur. Həmin vaxt əynində uzun boz paltar, üstündə də ağ rəngli jaket olmuşdur. Əynindəki paltarları göstərib qapalı geyindiyini demiş, Seyyidmehdi ona qarşı nalayiq sözlər işlətmiş, qarşılığında onunla danışmayacağını deyib, evə getmək istəyərkən, sonuncu onun başının arxasından vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt Seyyidmehdi əlində olan bıçaqla onun boyun və ürək nahiyələrinə xəsarət yetirməyə başlamış və xəsarətlərin izləri onda qalmışdır. Hadisə vaxtı özünü tam itirməmiş, səsləri eşitmiş, hiss etmiş, amma zərbələrin yaratdığı ağrıdan heç nəyi görə bilməmişdir. Yerə yıxılandan sonra başına dəyən ağırlığı hiss etmişdir. Hazırda başında olan öz saçı deyil, parikdir, saçı əməliyyat vaxtı kəsilmişdir. Baş, göz, alın nahiyələrində olmaqla, bədənində toplam altmışa yaxın tikiş vardır. Yerdə olduğu vaxt arxadan Seyyidmehdi ona yaxınlaşmış, sağ əli ilə çənəsinin altına, sol əlini alnına qoyub boynunu qırmağa çalışmış, əli qandan sürüşmüş, birinci dəfə bunu bacarmamış, ikinci cəhdində dişləri ilə onun əlinin üstünü dişləmiş, lakin Seyyidmehdi yenə də ondan əl çəkməmişdir. Özünü yerə buraxmışdır ki, Seyyidmehdi onun öldüyünü zənn edib, onu buraxsın. Ətrafdakı insanlar qışqırırmışlar. Seyyidmehdi həmin insanlara yaxınlaşmamaları üçün nalayiq sözlər demiş, heç kim yaxınlaşa bilməmişdir. Seyyidmehdi sonra onu yerə buraxmış, öldüyünü düşünmüş, ətrafdakı insanlara onu göstərib, nalayiq söz işlədərək, “öldü indi, götürə bilərsiniz” demişdir. Həmin vaxt altı yaşlı qızı Leyla qaçaraq babasını çağırmışdır. Seyyidmehdinin atası da hadisə yerinə gəlmiş və “öldür, öldür, kişiliyin çatırsa, öldür” deyə qışqırmışdır. Seyyidmehdi onun öldüyünü zənn edib buraxandan sonra atası ona, “öldü day, rahatlaş” demişdir. Seyyidmehdi qaçmağa başlamış və “Büllur” şadlıq sarayının qarşısında polis əməkdaşları onu tutmuşlar. Seyyidmehdi ifadəsində onun özünü beton parçası ilə vurduğunu bildirmiş, “hansı insan tam toparlanmışkən özünü bu hala salar?” deyərək, onun bildirdiyini təkzib etmişdir. Çənəsində, almacıq sümüyündə sınıqlar vardır, çənəsi sağalmadığı üçün dişlərini də düzəltdirə bilməmişdir. Əmək qabiliyyətini itirmişdir, hazırda valideynləri ona baxırlar. Seyyidmehdi on altı yaşından onun həyatını məhv etmişdir. İndi yeddi yaşlı oğluna həsrətdir, 2024-cü ilin dekabr ayından uşağını görmür. Uşaqlarını zəhməti, namusu ilə böyütmüşdür. Uşaqlarının namussuz yaşamaması üçün onların öz həmcinsi ilə əlaqədə olan atasından ayrılmışdır. Seyyidmehdi ifadəsində tutulması üçün onun tərəfindən şərləndiyini bildirmişdir. Dörd il ərzində Seyyidmehdi aliment ödəməmiş, bu barədə cəmi bir dəfə şikayət etmiş, nəticədə sonuncu inzibati qaydada həbs olunmuşdur. Seyyidmehdini tutdurmaq istəsəydi, yenə şikayət edə bilərdi. Seyyidmehdinin narkotik qəbul etməsindən də şikayət edə bilərdi və belə olan halda sonuncu narkotik vasitələrdən istifadəyə görə də tutulardı. Əksinə, Seyyidmehdi məhkəmədə ondan narkoloji test tələb etmiş, Lənkəranda test verib nəticəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmioğlusunun dostu olmuş, evlərinə gəlib-getmiş, tanış olduqları zaman on altı yaşında olmuş, uşaq ağlı ilə səhv etmiş, on səkkiz yaşında onunla ailə qurmuşdur. Seyyidmehdi heç bir işdə işləməmiş, sosial yardım almışlar. Seyyidmehdinin atası və onun anası ailənin dolanmasına kömək etmişlər. Seyyidmehdinin öz həmcinsi ilə cinsi əlaqədə olmasını ona məxsus mobil telefonda görmüş, bu hadisə təsadüfən baş vermişdir. Əvvəllər belə bir hadisənin olmasına dair hər hansı bir şübhəsi olmamışdır. Seyyidmehdi onun gözünün qarşısında çətənə kolu, habelə “nəşə” və “patı” adlanan narkotik vasitələrdən istifadə etmişdir və onda bunu təsdiq edən şəkillər vardır. Bu barədə Seyyidmehdinin valideynlərinə də bildirmişdir. Seyyidmehdi ilə arasında ailə anlayışı qalmamışdır, çünki, döyülən, şiddətə məruz qalan qadın sadəcə övladlarının xatirinə hər şeyə dözür. Boşanmalarına gətirib çıxaran sonuncu hadisə izlədiyi məlum video olmuşdur. Seyyidmehdi əvvəllər onu döyəndə bir dəfə külqabı ilə burnuna xəsarət yetirmiş, həmin vaxt heç kimə şikayət etməmişdir. 28 dekabr 2024-cü il tarixdə Salyana getmiş, uşaqlarını əyləncə mərkəzinə aparmış, axşam geri qayıtmış, daha sonra 31 dekabr tarixində yenidən Salyana gəlmişdir. Salyana adətən səhər gəlib axşam qayıtmış, bəzən gecə qaynatasıgilin həyətindəki ikinci evdə qalmışdır. Salyan rayonunda qaldığı ev Seyyidmehdiyə deyil, qayınatasına, həmin evdəki əşyalar isə onun özünə məxsus olmuşdur. Rayona uşaqlarını görməyə gələndə hər dəfə Seyyidmehdini görməmişdir, çünki sonuncu Bakıda yaşamışdır. Hadisə zamanı Seyyidmehdi ona bıçaqla zərbə vurmuş, həmin bıçaq onun mətbəxdə istifadə etdiyi, tiyəsi ağ rəngli bıçaq olmuşdur. Hadisə zamanı Seyyidmehdinin əlində əvvəlcə bıçaq görməmiş, sonuncu bıçağı sonradan çıxarmışdır. Seyyidmehdi onun döş qəfəsinə bıçaqla zərbə vurmaq istəmiş, bu zaman bıçaq qolundakı çantanın kəmərinin metal hissəsinə dəyərək qırılmış, özü isə xəsarət almamışdır. Seyyidmehdi onun geyiminə irad tutmuş, ona qarşı nalayiq ifadələr işlətmiş, həmçinin onu yaşamağa qoymayacağını bildirmişdir. Seyyidmehdiyə qarşı nalayiq ifadələr işlətməmişdir. Əvvəllər də Seyyidmehdi mesajlarında ona qarşı həmin məzmunda ifadələr işlətmişdir. Səhv etmirsə, 31 dekabr 2024-cü il tarixdə Seyyidmehdi oğlu Seyidhəsəni onun anası Şahid2 evinə aparanda, orada anasına “qızın get-gedə gözəlləşir, o gözəlliyi torpağa qismət eləyəcəm” demişdir. Seyyidmehdi onun boynunu qırmağa çalışarkən özündən asılı olmadan özünü yerə atmış, başı yerə dəymiş, sonuncu isə onun öldüyünü düşünüb, ondan ayrılmışdır. Seyyidmehdi onu vuranda atası Şahid1 də bunu görmüş və qışqırıb “öldü, rahatlaş, burax” demişdir. Hətta qayınatası onun əl çantasını götürmüş, içindən sonuncu üçün aldığı siqaret qutusunu və 200 (iki yüz) manat məbləğində pulunu almışdır. Ətrafda başqa insanları görə bilməmiş, sadəcə eşitdiyi uğultu səslərinə əsasən çox adamın olduğunu bilmiş, sonradan videoçəkilişə baxanda ətrafda insanların toplaşdığını görmüşdür. Hadisə zamanı baş verənləri sonradan Şahid6 ona danışmış, bir qismini isə videogörüntülərdə görmüşdür. Qızı Leyla dediyinə görə qapıdan hər şeyi görüb, babası Şahid1 çağırmış və sonuncu çölə çıxıb hadisəni görmüşdür. Sonradan qızı Leyla gördüklərini onun anasına, yəni nənəsinə danışmışdır. Seyyidmehdi tərəfindən vurulduğu müddətdə qızını orada görməmiş, Seyyidmehdinin Leylanı görüb-görmədiyini bilməmişdir. Leyla ona qapını açıb çölə çıxmaq istədiyini, bu vaxt atasının onu vurduğunu, onun da qan içində olduğunu, qışqırdığını görüb, qaçaraq babasını çağırdığını, babasına atasının onu vurduğunu və onun yerə yıxıldığını dediyini bildirmişdir. Övladlarını məktəbə getmələri üçün onların babasına təhvil vermişdir. Buna səbəb həm də işləməsi və işdən gec saatlarda qayıtması olmuşdur. Babası uşaqları çox istəmişdir. Övladlarını zorla babasıgilə verməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 tanıyır və sonuncu yalan ifadə vermişdir. Belə ki, Salyan şəhərində yaşadığı dövrdə onlar bir-birlərini görmüş, hətta bir avtomobildə yol getmişlər və təcili tibbi yardım avtomobili hadisə yerinə gələndə, Elton da orada olmuşdur. Zərərçəkmiş şəxs dövlət ittihamçısının mövqeyi ilə razı olduğunu, təqsirləndirilən şəxsə qarşı iddia və ya tələbi olmasa da, onunla barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun qanun çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu, iş üzrə Təqsirləndirilən şəxs 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan Leyla və Seyidhəsən adlı iki övladı dünyaya gəlmiş, bir müddət sonra yola getmədikləri üçün 2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Məhkəmə qərarına əsasən uşaqlar Zərərçəkmiş şəxs verilmiş, onunla birgə Bakı şəhərinə köçərək orada yaşamışlar. Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında Leyla və Seyidhəsəni onlara verərək böyütmələrini, həmçinin təhsil almaqlarından ötrü Salyan rayonu 4 saylı tam orta məktəbə verməsini xahiş etmişdir. Həmin vaxtdan nəvələri onlarla qalmış və Şəbnəm ara-sıra onlara gələrək uşaqlarına baş çəkmişdir. 31 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı evin məhəlləsində dayandığı vaxt Şəbnəmin dövlət qeydiyyat nişanını hal-hazırda xatırlamadığı Cavanşir adlı taksi sürücüsü ilə evə gəldiyini görmüş, Şəbnəm avtomobildən düşərək, onunla salamlaşıb evə daxil olmuş, on beş-iyirmi dəqiqədən sonra özü də evə daxil olmuşdur. Bu zaman evdə nəvələri Leyla, Seyidhəsən, arvadı Şəlalə və keçmiş gəlini Şəbnəm olmuşlar. Seyyidmehdi onlarla eyni həyətdə olan özünə məxsus ayrı yaşayış evində yaşadığından, həmin vaxt onun evdə olubolmamasından xəbəri olmamışdır. Evə daxil olduqdan sonra Şəbnəmin övladları ilə birlikdə oynayıb, söhbət etdiyinin şahidi olmuş, özləri də bayramlaşaraq söhbət etmişlər. Həmin ərəfədə Şəbnəm ondan marketə gedib-getməyəcəyini soruşmuş, getməyəcəyini, lazımı təqdirdə gedə biləcəyini bildirmiş, sonra Şəbnəm özü marketə getmək qərarına gəlmişdir. İyirmi-otuz dəqiqədən sonra arvadı ona Seyyidmehdi ilə Şəbnəmin həyətdən səslərinin gəldiyini bildirmiş, həyətə düşəndə onların mübahisə etdiklərini görüb, səbəbini soruşmuş, Seyyidmehdi isə "ata görmürsən, yatdığım yerdə mənim otağıma girib, oturub başımın üstündə, məni narahat edir, boşanmışıq, çıxıb gedib". Bu zaman Şəbnəm evə daxil olub çantasını götürərək qızı Leyla ilə çölə çıxmış və ona tərəf dönüb, "ata bunu tutduracam, alimentə görə üç il verdirəcəm buna" demişdir. Şəbnəmə təsəlli verərək, övladlarına görə səbrli və təmkinli olmalarını məsləhət görmüşdür. Bundan sonra Şəbnəm qızı Leyla ilə çıxıb getmiş, o isə evə daxil olmuşdur. Seyyidmehdi həmin vaxt siqaret çəksə də, sonradan nə etdiyini bilməmişdir. Evə girəndən qırx-qırx beş dəqiqə sonra nəvəsi Leyla evə gəlmiş, Leyladan anası Şəbnəmin harada olduğunu soruşmuş, Leyla isə ona "baba, ana küçədədi ata ilə səsləri gəlirdi" demişdir. Leylanın sözlərindən bir qədər narahatçılıq hissi keçirib dərhal çölə, küçəyə çıxmış, çöl darvazaya yaxınlaşan zaman içəridən qapının qarşısında bir neçə sellofan paketdə ərzaqın və qapının örtülü vəziyyətdə olmasını görmüşdür. Qapını açıb çölə çıxanda qapıdan üç-dörd metr aralıqda Şəbnəmin yerdə baş nahiyəsinin qana bulaşmış vəziyyətdə yıxıldığını, Seyyidmehdinin isə qapının yanında dayandığını görmüş, sonuncuya "a bala, sən nə etdin" deyə soruşmuş, bundan sonra Seyyidmehdi evdən uzaqlaşaraq naməlum istiqamətdə getmişdir. Qapıya çıxanda ətrafda Seyyidmehdi ilə Şəbnəmdən başqa heç kəs olmamış, adamlar oraya sonradan gəlmişlər. Evə daxil olub 102 xidmətinə məlumat vermiş və təcili tibbi yardımın çağırılmasını xahiş etmişdir. Şəbnəmə həmin vəziyyətdə baxa bilmədiyi üçün evə daxil olmuşdur. Şəbnəm təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldıqdan sonra polis əməkdaşları ilə birgə evin həyətində olarkən yerdə qana bulaşmış vəziyyətdə qırılmış daş parçasının olduğunu görmüşdür. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsinin şahidi olmamış, qapıya çıxanda Şəbnəm artıq yerdə qana bulaşmış halda uzanmış vəziyyətdə olmuş, Seyyidmehdi isə ondan bir neçə metr aralıda qapının qarşısında dayanmışdır. Həmin vaxt Seyyidmehdi ilə Şəbnəmin arasında mübahisə artıq bitmişdir. Seyyidmehdi hadisə barədə ona heç nə bildirməmişdir. Seyyidmehdinin əlində bıçaq görməmişdir. Ümumiyyətlə, həmin vaxt qapıya çıxanda hər hansı bıçaq və ya daş gördüyünü xatırlamamışdır. Sonradan Seyyidmehdinin məhəllədə hadisə yerindən hardasa on metr aralıda polislər tərəfindən saxlanıldığını öyrənmişdir. Şəbnəmin öldürülməsi ilə bağlı oğlu Seyyidmehdi ilə hər-hansı dialoqu olmamışdır və Şəbnəmin bu barədə dedikləri yalandır, böhtandır. Hadisədən sonra Şəbnəmin yanına xəstəxanaya getmiş və ona yardım etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3 ifadəsində iş üzrə şahid qismində dindirilmiş əri Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə qanuni nümayəndənin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Qardaşı atasıgildə, özü isə anası ilə qalır. Anasının xatirini çox, atasını isə bir az istəyir, çünki, atası anasını döyürmüş. Hadisə baş verən gün anası ilə dükana “abur-cubur” almağa getmiş, taksi ilə evə qayıtdıqdan sonra evlərinin yanında atasını görmüş, atası ona həyətə getməsini deyib, onu həyətə salmış, qapını bağlamış, atasının küçədə anasını döyməsini eşidib, babası Azadı çağırmağa getmişdir. Atası anasına bıçaqla xəsarət yetirmişdir. Atası onu həyətə saldıqdan sonra qapını bağlamışdır. Atası anasını döyərkən anasının üzünü görməmiş, səsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş kürəkəni, Zərərçəkmiş şəxs isə doğma qızıdır, onlarlar heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 31 dekabr 2024-cü il tarixdə, saat 04-05 radələrində evdə mətbəxdə aş süzərkən, pəncərədən təcili tibbi yardım maşınının keçdiyini və sürücünün ona təəccüblə baxdığını görmüş, əhəmiyyət vermədən işinə davam etmişdir. Həmin vaxt dükanda işləyən yaxın qohumu Gümüş ona zəng edərək Şəbnəmin xəstəxanaya aparıldığını bildirmiş, elə bu vaxt qayını gələrək ərinə pəncərədən hadisəni bildirmişdir. Əri ona heç nə olmadığını və işini tez bitirməsini bildirmişdir. Həmin vaxt narahat olmuşdur. Sonra Gümüş gəlib baş verən hadisəni danışmış, ərinin də vəziyyəti pis olmuş, əlindəki işini atıb, Gümüşlə xəstəxanaya getmiş, lakin, həkim və polislər qızını görmək üçün onu içəri buraxmamışlar. Bir müddətdən sonra qızını görmüş, onun baş, bədən, ayaqlarında xəsarətlər olmuş, Seyyidmehdinin onu vurmasını bildirmiş, başqa şeyləri danışacaq vəziyyətdə olmamışdır. Müvafiq tibbi yardımdan sonra müalicəsini davam etdirmək üçün qızını Neftçalaya aparmışlar. Cinayət hadisəsinin birbaşa şahidi olmamışdır. Şahid2 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs ilə mütəmmadi yaxşı əlaqəsi olmuş, ona məsləhətlərini vermişdir. Şəbnəmin qayınatasıgillə münasibəti yaxşı olmuşdur. 29 dekabr 2024-cü il tarixdə, günorta saat 16 radələrində kürəkəni Seyyidmehdi nəvəsi Seyidhəsəni onlara gətirib, işləri olduğunu, bir neçə saat onlarda qalmasını sonra isə özü gəlib uşağı aparacağını xahiş etmişdir. Həmin gün Seyyidmehdi Şəbnəmlə barışmaq istədiyini bildirmiş, hətta "Şəbnəm yaman gözəlləşib, gözəlliyini alacam əlindən" ifadəsini işlətmiş, o da Seyyidmehdiyə, "sən kimsən ki, Allahsan onun gözəlliyini əlindən alasan" deyib, uşağın yanında belə şeylər danışmamağı tapşırmışdır. Seyyidmehdidən belə hərəkət gözləməmişdir, düşünür ki, onu öyrədənlər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşu olmuşlar, onlarla heç bir qohumluğu, ədavət və ya düşmənçiliyi olmamışdır. 31 dekabr 2024-cü il tarixdə, saat 15:50 radələrində evə gələrkən küçədə səs-küy eşitmiş, həmin istiqamətdə gedəndə Seyyidmehdinin evinin qarşısında camaatın toplaşdığını görmüş, yaxınlaşanda bir nəfər qadının yerdə üzü üstə və qan içində qaldığını görmüşdür. Qadının üzünün qanlı olduğunu görüb, ilk olaraq həmin qadını tanımasa da, sonradan Şəbnəm olduğunu bilmiş, dərhal təcili tibbi yardım xidmətinə zəng edərək hadisə yerinə gəlmələrini xahiş etmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşları gəldikdən sonra onlara Şəbnəmi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmalarına kömək etmişdir. Şəbnəmə kimin xəsarət yetirdiyini görməmişdir. Hadisə yerinə toplaşmış adamlardan Şəbnəmi kimin vurduğunu soruşduqda, tanımadığı şəxslərdən biri Şəbnəmi keçmiş əri Seyyidmehdinin vurduğunu demişdir. Hadisə yerində olan adamları tanımadığı üçün hadisəni görənlər barədə məlumatı yoxdur. Baş vermiş cinayətin səbəbi barədə məlumatı yoxdur. Şahid6 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə birinci o, gəlməmiş, təqsirləndirilən şəxsi orada görməmiş, 102 çağrı mərkəzinə zəng etməmişdir. Əvvəllər Seyyidmehdi ilə Şəbnəmin dava etmələrinin şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, halhazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon şöbəsində çağırışçı həkim kimi işləyir. 31 dekabr 2024-cü il tarixdə növbədə olarkən, saat 15:46-da hadisə, yəni bıçaqlanma ilə əlaqədar ünvan 4 ünvanın qarşısına çağırış daxil olmuş, feldşer Rəşad Ələkbərovla birlikdə qeyd olunan ünvana yollanmış, üç-beş dəqiqədən sonra hadisə yerinə çatmışlar. Hadisə yerinə çatdıqda qeyd olunan ünvandakı evin qarşısında çoxsayda insanın və polis əməkdaşlarının əhatəsində üz nahiyəsi ağır dərəcədə əzilərək qana bulaşmış və yerdə uzanmış vəziyyətdə qadın görmüşdür. Ətrafda olanların köməkliyi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə qoymuşlar. Zərərçəkmiş şəxs avtomobilə qoyduqdan sonra sifət nahiyəsinin tanınmaz halda olması, hədsiz dərəcədə qan itirməsi, baş, bədən nahiyələrinin və paltarının qana bulaşması, bədənindəki xəsarətlərin ağır dərəcəli, huşsuz vəziyyətdə olması, həmçinin dindirilməsi mümkün olmadığından onun artıq öldüyünü güman etmiş, lakin təzyiqini ölçdükdə nəbzinin vurduğunu hiss etmişlər. Şəbnəmə ilkin tibbi yardım göstərərək qanaxmanın qarşısı almağa cəhd etmiş, onu təcili olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə çatdıraraq təhvil vermişlər. Şəbnəm vaxtında xəstəxanaya çatdırıldığı və orada ona ixtisaslı tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olmuşdur. Şahid5 ifadəsinə əlavə olaraq hadisə vaxtı ətrafda toplaşan insanları xatırlamadığını, onlardan heç kəsi tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin kimliyini bilməmiş, çağırışa gəldikdə həmin şəxsin orada olmasını xatırlamamışdır. Xəstəxanaya gedərkən yolda Zərərçəkmiş şəxs pıçıldamış, lakin onun nə dediyini başa düşə bilməmişdir. Onun işi sadəcə xəstəni xəstəxanaya çatdırmaqdır və xəstənin sonrakı durumuna cavabdeh deyildir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxın qonşusudur, onunla hər hansı qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur, Zərərçəkmiş şəxs isə Seyyidmehdinin arvadı olduğunu bilmişdir, lakin onun necə biri olduğunu bilməmiş, aralarında hər hansı dava-dalaşın şahidi olmamışdır. Şəbnəmin atası ilə münasibəti olsa da, onun özünü tanımamışdır. Hər kəs belə bir hadisənin baş verməsinə təəccüblənmişdir. Hadisə baş verən gün evdə olmuş, küçədə səs-küy eşitmiş, evdəkilər ona çölə çıxmasını bildirmiş və çölə çıxanda Azadgilin qapısının qarşısında səs-küy eşitmiş, həmin vaxt orada mübahisə edənlərdən əlavə kimsə olmamışdır. Hardasa iyirmi-iyirmi beş metr yaxınlaşdıqdan sonra Seyyidmehdini tanımış, qadının isə hay-küy saldığını üz-gözünü cırmaqlamaq istədiyini, Seyyidmehdini onu tutmaq istədiyini, qadının özünü yerə atdığını görmüşdür. Qadının üz-gözü qan olduğu üçün yaxınlaşmamışdır. Qadın yerı yıxılan kimi Seyyidmehdi təcili tibbi yardım çağırılmasını demiş, həmin vaxt üzərində telefon olmadığı üçün həyətə qayıtmışdır ki, telefonunu götürsün. Sonradan camaat oraya toplaşmış, daha sonra baş verənləri isə görməmişdir. Seyyidmehdinin Şəbnəmə xəsarət yetirməsini deyil, Şəbnəmin özünə xəsarət yetirməsini görmüşdür. Şəbnəmin üzü qan olmuş, özünə daş parçası ilə xəsarət yetirmək istəmişdir. Gördüklərindən çox təsirlənmiş, hadisə barədə sonradan Azaddan öyrənmişdir. Belə ki, hadisədən sonra arxa küçəyə gedib üç-beş dəqiqə ərzində siqaret alıb Azadın yanına getmiş, həyətdə oturub dərdləşmişlər. Azad baş vermiş hadisəyə görə dərin kədər hissi keçirmişdir. Təcili tibbi yardım maşını getdikdən sonra polis əməkdaşları orada qalmışlar. Onun evi ilə hadisə yeri hardasa əlli metr məsafədə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və baş vermiş cinayət nəticəsində fiziki zərər yetirilmiş Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 01). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 15:53-də Salyan rayonu, Ə.Hüseynov küçəsi, ev 19-da yaşayan Şahid1 (051) ***-**-** saylı mobil nömrədən “102” xidmətinə zəng edərək, oğlunun öz arvadını vurması (bıçaqlaması və ya baltalaması dəqiq bilmir) barədə məlumat vermiş, sonuncunun qan içində olduğunu bildirmişdir (cild 01, i.v. 03). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 17:45-də Zərərçəkmiş şəxs başın hər iki tərəfinin, gicgah, alın, döş qəfəsinin sol tərəfində əzilib didilmiş, kəsilmiş, deşilmiş və sağ əlində kəsilmiş yaralar diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir (cild 01, i.v. 04). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 11:55-də Samirə Əliyeva (055) ***-**-** saylı mobil nömrədən “102” xidmətinə zəng edərək, keçmiş kürəkəni Seyidmehdi Babazadənin qızı Zərərçəkmiş şəxs döyməsi, üzərinə bıçaq çəkərək yaralaması barədə məlumat vermişdir (cild 01, i.v. 05). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, azadlığı faktiki olaraq həmin tarixdə, saat 15:55 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə ailə üzvünə məlumat verilmişdir (cild 01, i.v. 08; 17). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 3 saylı evin qarşısıdır, oradan qanabənzər ləkələr, üzərində qanabənzər ləkələr olan beton parçaları, bir ədəd bıçaq tiyəsi, bir ədəd bıçaq dəstəyi aşkar olunmuşdur. Qeyd olunan beton parçaları, bir ədəd bıçaq təyəsi, bir ədəd bıçaq dəstəyi iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və bu barədə fotocədvəl protokola əlavə olunmuşdur (cild 01, i.v. 24-28). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “paltarlara baxış keçirilməsi üçün götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus, hadisə zamanı əynində olmuş bir ədəd şalvar və bir ədəd köynəyə baxış keçirilmiş, həmin paltarlar götürülmüş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (cild 01, i.v. 32-33). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, istintaq hərəkətinin iştirakçısı olan X11 tərəfindən təqdim edilən və xəstəxanaya daxil olarkən Zərərçəkmiş şəxs əynində olmuş, üzərində zədə izləri və qan ləkələri olan bir ədəd ağ rəngli jaketə baxış keçirilərək götürülmüş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (cild 01, i.v. 36-37). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 44-45). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 19 ünvanda yerləşən fərdi yaşayış evinin darvazasının qarşısında, qanabənzər ləkələrin olduğu yerdə xəsarət yetirmiş, Zərərçəkmiş şəxs ilə həmin yerdə ilk öncə sözlü mübahisə etdiyini, sonra əsəbləşərək əlindəki bıçaqla iki dəfə boynunun ön səthinə və döş qəfəsinin sol nahiyəsinə zərbə endirdiyini, ikinci bıçaq zərbəsindən sonra bıçağın qırılaraq yerə düşdüyünü, ona güclü xəsarət yetirə bilmədiyi üçün sifət nahiyəsinə bir yumruq vurduğunu, Şəbnəmin zərbənin təsirindən yerə yıxıldığını və bu vəziyyətdəykən yaxınlıqda olan beton parçası ilə onun baş nahiyəsinə bir zərbə endirdiyini, zərbədən sonra beton parçasının xırda hissələrə bölündüyünü bildirmiş və bütün bu xüsusatları əyani olaraq hadisə yerində göstərmiş, bu barədə fotocədvəl protokola əlavə edilmişdir (cild 01, i.v. 61-64). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:55-də yaşadığı Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 19 ünvanın yaxınlığında saxlanılaraq, saat 16:10-da rayon polis şöbəsinə aparılmışdır (cild 01, i.v. 05). Salyan Rayon Məhkəməsinin 4(057)-1/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 dekabr 2024-cü il tarixdə, saat 15:55-dən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 80-82). Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 19 ünvanında yerləşən darvazının qarşısında ona bıçaq və beton parçaları ilə xəsarət yetirmişdir və buna görə onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir (cild 01, i.v. 99). Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 103). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur (cild 01, i.v. 104). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “videoya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd diskin içərisində olan videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, o, hadisə baş verən gün Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 19 ünvanında asfalt yolun kənarında yerdə uzanmış vəziyyətdə qalmış, başına camaat toplaşmış, təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişdir. Sözügedən disk məhkəmə iclasında nümayiş etdirilmişdir (cild 01, i.v. 111-112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “sağlamlığa zərər vurmanın təyininə dair’’ xx.xx.2025-ci il tarixli, 3 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin İİ, İİİ, İV, V barmağının arxa və yan səthinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə və şəraitdə xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində, o cümlədən dişləmə nəticəsində əmələ gələ bilərdi və aağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 119). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “sağlamlığa zərər vurmanın təyininə dair’’ xx.xx.2025-ci il tarixli, 8 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı- alnın sağ nahiyəsinin, sol göz bucağının, sağ və sol gicgah, təpə, ənsə, boynun ön yuxarı 1/3-nin, döş qəfəsinin ön sol nahiyəsinin, sağ və sol əlin yaraları, hər iki göz orbitasının qançırı, gicgah sümüyünün və sağ almacıq gicgah qövsünün sınıqları, QKBT və baş beyinin əzilməsi xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlərdən alın, sol göz, sağ və sol gicgah, təpə ənsə nahiyələrinin yaraları, hər iki göz orbitasının qançırı, gicgah sümüyünün sağ almacıq gicgah qövsünün sınıqları baş beynin əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə və şəraitdə xx.xx.2024-cü il tarixdə daş ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Boyunun ön səthinin, döş qəfəsinin ön sol nahiyəsinin, sağ və sol əlin yaraları deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddətdə və şəraitdə xx.xx.2024-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər (cild 01, i.v. 120-122). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 123-125). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işinin istintaq aidiyyəti üzrə Salyan Rayon Prokurorluğuna göndərilməsi qərara alınmış və Salyan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 127-128; 135-136). Salyan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 154-156). Salyan Rayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları və protokollarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə) ilə inzibati qaydada hər dəfə 300 (üç yüz) manat məbləğində cərimələnmişdir (cild 01, i.v. 192-195). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 6/189 nömrəli lifli materialların məhkəmə ekpertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər: Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş ağ rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər (cild 02, i.v. 197-202). “Məhkəmə Ekspertizası Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 3/51 və 3/70 nömrəli məhkəmə-ballistik-trasaloji ekpertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən predmetlər zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı mətbəx bıçağının hissələridir, eyni bıçağa aid tiyə və dəstəkdir, soyuq silah hesab edilmirlər, zərbə nəticəsində tiyə dəstəkdən ayrılmışdır. Üzərində “Zərərçəkmiş şəxs məxsus ağ rəngli jaket......” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jaketin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Bıçaq ( tiyə və dəstək) hazırki vəziyyətində öz ilkin formasını itirdiyindən, tiyə və dəstək hissə deformasiyaya uğrayaraq bir-birindən ayrılmış formada olduğundan jaketin üzərində olan zədələrin təqdim olunmuş bıçaqla yetirilib-yetirilmədiyini müəyyən etmək məqsədilə eksperiment keçirilməsi mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir (cild 01, i.v. 203-206). Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi və “Elektron məhkəmə” İnformasiya sistemində olan portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 19-da qeydiyyatda olmaqla ailə üzvləri kimi qeyd olunmuş valideynləri ilə orada yaşamış və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur, xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var (cild 01, i.v. 208-209; cild 02, i.v. 92-93). Salyan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər (cild 02, i.v. 15-24). “Respublika Psixiatriya Xəstəxanası” və “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin 13 və 14 mart 2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 02, i.v. 95-96; 115). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda deyildir (cild 02, i.v. 108). Salyan Rayon Məhkəməsinin 2(057)-440/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan nikah aktı pozulmuş, sonuncunun üzərinə himayəsində olan iki azyaşlı uşağa görə ümumlikdə 320 (üç yz iyirmi) manat sabit pul məbləğində olmaqla aliment ödəmək öhdəliyi qoyulmuşdur (cild 02, i.v. 117-119). Salyan Rayon Məhkəməsinin 3(057)-340/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilmişdir (cild 02, i.v. 120-122). Salyan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər (cild 02, i.v. 134- 140). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025 tarixli, 773 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, hər hansı psixi xəstəlik aşkar olunmur, cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar olmuş, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, i.v. 149-152). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 1648 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v.154-155 ). Salyan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə ona yenidən ittihamın elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, həmin maddələrlə yenidən ittiham elan edilmiş; Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd uzunqol köynək, cinayətin aləti olmuş bıçaq və beton parçası, baş vermiş hadisəyə aid bir ədəd disk maddi sübut kimi tanınaraq, əşyalar saxlanılması üçün prokurorluğun maddi sübutları saxlama yerinə, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 158-180). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 21 (iyirmi bir) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi ifadələrin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək istəməməsi, Şəbnəmin ona öz həmcinsləri ilə cinsi əlaqədə olmasını deməklə, onun nüfuzunu, şərəf və ləyaqətini alçaltması, narkotik vasitələrdən istifadə etməsini deməklə ona şər, böhtan atması, açıqsaçıq geyindiyi, ayrı-ayrı kişilərlə oturub-durması səbəbindən aralarında mübahisə olması, Şəbnəmin əxlaqsız hərəkətlərinə görə onu cəzalandırmaq məqsədinin olması, hadisə baş verən gün isə Şəbnəmin ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranması, Şəbnəmə əlindəki bıçaqla yalnız cızıq tipli xəsarətlər yetirməsi, onu döyməməsi, beton parçası ilə vurmaması, əksinə Şəbnəmin özünü yerə çırpması, beton parçası ilə özünə xəsarətlər yetirməsi, Şəbnəmin onu tutdurmaq üçün bütün bu şeyləri etməsi, Şəbnəmi öldürməsinə şərait olsa da, qatil olmadığı üçün bunu etməməsi, məntiq və ədalətlə baxanda təqsirsiz olduğu, ona qarşı haqsız ittiham irəli sürülməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin, şahidlər Şahid4, Şahid2, Şahid6, Şahid5 ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan əlavə, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs qonşusu Şahid7 hadisə baş verən gün evdə olduğu zaman küçədə səs-küy eşidib çölə çıxanda qonşusu Şahid1 evinin darvazasında mübahisə edən iki nəfəri görməsi, hardasa iyirmi-iyirmi beş metr yaxınlaşdıqdan sonra Seyyidmehdini tanıması, qadının isə hay-küy saldığını üz-gözünü cırmaqlamaq istədiyini, Seyyidmehdinin onu tutmaq istədiyini, qadının özünü yerə atdığını görməsi, bu zaman Seyyidmehdinin təcili tibbi yardım çağırılmasını deməsi, mobil telefonunu götürmək üçün həyətə qayıtması, daha sonra baş verənləri görməməsi, Zərərçəkmiş şəxs özünə daş parçası ilə xəsarət yetirmək istəməsini görməsi barədə dediklərini iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, həmçinin yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, əlavə şahidin təqsirləndirilənin yaxın qonşusu, atası Şahid1 ilə aralarında yaxşı münasibət olması səbəbindən onun oğlunu məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində qəsdən adam öldürməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin yuxarıda şərh olunan normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında verilən tövsiyələrə əsaslanaraq qeyd edir ki, qəsdən adam öldürmə cinayətlərinin hüquqi qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin qəsdinin məzmununun, cinayətin törədilməsi üsulunun, yetirilən bədən xəsarətlərin xarakterinin, bədənin hansı nahiyələrinə yetirilməsinin (həyat üçün mühüm olan orqanlara xəsarətlərinin yetirilib-yetirilməməsinin), xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətlərinin kəsilməsinin səbəblərinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxsin qəsdi qeyri-müəyyən olduqda onun əməli baş vermiş faktiki nəticələrə görə tövsif olunmalıdır, yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa, onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci obyektiv əlamət əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İkinci obyektiv əlamət əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni, cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Hazırki cinayət işinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs rəsmi qaydada boşanmadan sonra başqa kişilərlə münasibətdə olub, əxlaqsız həyat tərzi keçirməsini güman edərək qısqanıb, onun bu davranışını özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan hərəkətlər kimi qəbul edib, hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə evindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə silahlanaraq 31 dekabr 2024-cü il tarixdə, saat 15:50 radələrində yaşadığı ünvan 3 saylı evin qarşısında Zərərçəkmiş şəxs alış-veriş edib qayıdaraq evə daxil olan zaman qısa paltar geyinməsini, evə taksi fəaliyyəti ilə məşğul olan ayrı-ayrı avtomobillərlə gəlməsini irad bildirməsi səbəbindən bu məzmunda aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun boyun və döş qəfəsinin ön səthi istiqamətində zərbələr atması, bu zaman əlindəki bıçaq qırılaraq yerə düşsə də, öz qanunazidd hərəkətlərini davam etdirərək, onu sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurub yerə yıxdıqdan sonra, yerdən tapdığı beton parçasını götürərək baş nahiyəsi istiqamətində bir dəfə zərbə vurub, başını burub boyun fəqərələrini qırmağa cəhd etməklə, boyunun ön səthinin, döş qəfəsinin ön sol nahiyəsinin, sağ və sol əlin yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, alın, sol göz, sağ və sol gicgah, təpə ənsə nahiyələrinin yaraları, hər iki göz orbitasının qançırı, gicgah sümüyünün sağ almacıq gicgah qövsünün sınıqları, baş beynin əzilməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs qışqırıq səsinə ətrafdan keçən şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini zənn edərək, hadisə yerindən qaçdığından, lakin Zərərçəkmiş şəxs vaxtında Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi əməlində qəsdən adam öldürməyə, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd maddəsinin tərkibini tam formalaşdırmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlər Şahid4, Şahid2, Şahid6, Şahid5 ifadələri, “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə”, “paltarlara baxış keçirilməsi üçün götürmə aparılması haqqında”, “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar və onlara əlavə edilmiş fotocədvəllər, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, “videoya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş disk, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsi). ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət- Prosessual Məcəllənin 28.5-ci maddəsi)”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətməyə cəhd etmişdir və əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasının onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını qanuni və təqdirəlayiq hesab etmir. Cinayət Məcəlləsinin Kommentariyasında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və bu Məcəllənin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs cəzadan yayınmaq məqsədi ilə yüngülləşdirici hallardan istifadə edərsə, qanunda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən nəzərə alınmaya da bilər (məsələn təqsirkar uşaqlarının tərbiyəsi ilə məşğul olmadığı halda himayəsində azyaşlı uşaqların olmasını göstərir; mərhəmət hissindən cinayət törətdiyini iddia edən təqsirkar cinayəti digər məqsədlərlə törədir və s.). Kommentariyada o da öz əksini tapmışdır ki, təqsirkarın himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərkən məhkəmə yalnız azyaşlı uşağın olması faktı ilə kifayətlənməməli, işin faktiki hallarını hərtərəfli araşdırmaqla onun uşağın tərbiyə edilməsi və maddi təminatında iştirak edib-etməməsini müəyyən etməlidir. Təqsirkarın uşaqlara qarşı cinayətkar hərəkətlərə yol verməsi müəyyən edildikdə onun azyaşlı uşağının olması faktı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Hazırki cinayət işinin materiallarından, həmçinin iş üzrə zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs boşandıqdan sonra iki azyaşlı uşağı məhkəmənin qərarı ilə arvadının himayəsində qalmış və üzərinə onlara aylıq aliment ödəmək öhdəliyi qoyulmuş, lakin o, bu öhdəliyi yerinə yetirməmiş, bununla əlaqədar dəfələrə inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Uşaqları onunla görüş günlərində, habelə digər vaxtlarda onun deyil, valideynlərinin, yəni nənə-babalarının yanında qalmışlar. Beləliklə, Təqsirləndirilən şəxs bir ata kimi övladlarına lazımi diqqət və qayğı göstərməmişdir və belə olan halda iki azyaşlı uşağının olması törətdiyi əməldə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin, yəni 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən (10 (on) il 6 (altı) ay) artıq olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutlmuş qaydada onlara verilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd uzunqol köynək, cinayətin aləti olmuş bıçaq və beton parçası məhv edilməli; baş vermiş hadisəyə aid bir ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 31 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 dekabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd uzunqol köynək, cinayətin aləti olmuş bıçaq və beton parçası məhv edilsin; baş vermiş hadisəyə aid bir ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-310/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-310/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver