Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-311/2024 26.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Cəlilabad şəhəri, X4 küçəsi, ev 08-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 22 oktyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən külli miqdarda, 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 2,302 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 oktyabr 2023-cü ildə saat 18 radələrində Cəlilabad RPŞnin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad şəhəri, H.Əliyev prospekti 154 ünvanında yerləşən Cəlilabad RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroinin 1,407 qram çəkidə olan hissəsi aşkar olunaraq götürülmüş, keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq 20 oktyabr 2023-cü il tarixdə saat 14:45-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroinin 0,895 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının 07 və 20də Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, hər iki halda saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində məcbur qalaraq ifadələrində həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, izahat və ifadələrinə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, 04 oktyabr 2023-cü ildə saat 17 radələrində Cəlilabad şəhərində “Sil-silə” adlanan ərazidə piyada hərəkətdə olarkən yerdən içərisində tiryək kimi tanıdığı narkotik vasitə olan 1 ədəd şəffaf sellofan bükülü tapmış, içki içəndə ağrıları olduğundan öz istifadəsi üçün onu götürüb əynində olan boz rəngli şalvarın sağ qabaq cibinə qoymuş, 07 oktyabr 2023-cü ildə, saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinə piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə vidleoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ qabaq cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan narkotik maddə heroini təqdim etmiş, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 20 oktyabr 2023-cü ildə saat 12 radələrində Cəlilabad şəhərində “ERTS” adlanan ərazidə piyada hərəkətdə olarkən yerdən içərisində kakos kimi tanıdığı narkotik vasitə olan 1 ədəd şəffaf bükülü tapmış, həmin gün saat 14:45 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol qabaq yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan narkotik maddə kakosu təqdim etmiş, bununla bağlı müvafiq protokol tərtib edilərək iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 07 oktyabr 2023-cü ildə Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 08-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan boz rəngli şalvarın sağ qabaq cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq, içərisində narkotik maddə tiryək olduğunu 3-4 gün bundan əvvəl Cəlilabad şəhərində “silsilə” adlanan ərazidən yolun kənarından tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükülüyə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü ildə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 14:45-də Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarın cibindən içərisində narkotik maddə kakos olan bir ədəd şəffaf bükülü çıxarıb onlara təqdim edərək onu tutulmazdan 2 saat əvvəl yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmiş, sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istərsə də polis şöbəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan” şəxsi axtarış və götürmə aparılması haqqında” 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli şalvarının sağ qabaq cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik maddə tiryək olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, həmin narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq DİN-nin 141 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan ” şəxsi axtarış və götürmə aparılması haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli parça şalvarının sol qabaq yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim edərək həmin bükülünün içərisində narkotik maddə kakos olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 08 oktyabr 2023-cü il tarixli, 19/914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün içərisində təmiz çəkisi 1,407 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 19/946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün içərisində təmiz çəkisi 0,895 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.\ İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 19/977 nömrəli rəyindən görünür ki, üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm heroin, rəy №19/914” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm heroin, rəy №19/946” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumi sayı 2 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 30 oktyabr 2023-cü il və 21 noyabr 2023-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü ildə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və 20 oktyabr 2023-cü ildə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini kimdən və necə əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyata alınmamışdır. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 1,407 qram, 1,307 qram və 0,795 qram narkotik vasitə heroin Cəlilabad rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan narkotik vasitə heroinin polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitənin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etməmiş, hətta sonradan belə onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dövlət orqanına şikayəti olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-ci ildə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2023-cü ildə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin oktyabr ayının 07-dən 09-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 20 oktyabr 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 22 oktyabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Biləsuvar rayon məhkəməsinin 08 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 dekabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X2 şəhəri, M.F.Axundov küçəsi, 08 saylı evdə qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və üç uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadının və üç uşağının olmasını, istintaq zamanı təqsirini qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,407 qram, 1,307 qram və 0,795 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 180 (yüz səksən ) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin oktyabr ayının 07-dən 09dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 20 oktyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,407 qram, 1,307 qram və 0,795 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər işdə saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov