Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-311/2025 17.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Salyan rayonu, Bəşirbəyli kəndində qeydiyyatda olan və orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq xüsusilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop madddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin şəxsin vasitəsilə istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan tiryəki, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla Hacıqabul rayonunun inzibati ərazisinə daşımış, 07 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq üzərində yoxlama aparılarkən polis əməkdaşlarını gördükdən dərhal sonra yerə atdığı bir ədəd müvafiq sellofan bağlamanın içərisində olan 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1520,0 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen torba bükülüdə təmiz çəkisi 65,736 qram külli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1 ədəd polietilen torba bükülüdə təmiz çəkisi 62,733 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1045,0 qram və 955,0 qram olmaqla, ümumi təmiz çəkisi 2000,0 qram (2 kq) külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmş bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü 30 qram qurudulmuş marixuana növündə narkotik vasitə götürmək üçün getmişdir. Getdiyi yerdə böyük sellofan torbada külli miqdarda narkotik vasitə görmüş və götürmüşdür. 30 qram qurudulmuş marixuana əldə etmək üçün getdiyi halda çəkisi böyük torbanı götürməyə onu tamah məcbur etmişdir, çəkisini xatırlamır. O, polis əməkdaşlarını gördükdə torbanı atıb qaçmağa cəhd etmiş, lakin, yaxalanmışdır. O, həmçinin, ibtidai istintaq zamanı ifadəsində ətraflı göstərmişdir ki, “.Təxminən 2024-cü ilin dekabr ayının ilk günlərində İran İslam Respublikasına məxsus olan +98 936 505 40 49 telefon nömrəsindən adının Rizvan olduğunu bildirən şəxs ona istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi vatsap tətbiqi vasitəsilə ona narkotik vasitə satmağı təklif etmiş, onun etdiyi təkliflə razı olmuşdur. Rizvan ona nə qədər narkotik vasitə göndərsə satıb-sata bilməyəcəyini və çatası olan pulu nə vaxt verə biləcəyini soruşmuş, Rizvan adlı şəxsə yaşadığı kənd və qonşu kəndlər ərazilərində o, «Eskabor» kimi tanındığını, hörməti olduğunu, narahat olmamasını, nə qədər çox narkotik vasitə göndərsə sata biləcəyini demişdir. Həmin vaxtdan 06 yanvar 2025-ci il tarixə kimi mesajlaşmış və «Vatsap» mobil tətbiqi vasitəsi ilə 3-4 dəfə telefon əlaqəsi də yaratmışdır. 07 yanvar 2025-cü il tarixdə Rizvan adlı şəxs onunla «Vatsap» proqram vasitəsi ilə əlaqə saxlayaraq 30 qram narkotitk vasitə heroi, 30 qram narkotik vasitə qurudulmuş marixuana, 30 qram narkotik vasitə tiryək və 30 qram patı kimi tanınan psixotrop maddə olan metamfetamin göndərəcəyini və onların qarşılığında 300 manat pul alacağını bildirmiş, Rizvan adlı şəxsə qeyd edilən məbləği bir dəfəyə ödəməyə pulunun olmadığını, göndərdiklərini satandan sonra pul hissə-hissə ödəyəcəyini dedikdə sonra Rizvan adlı şəxs razılaşaraq 30 qram narkotitk vasitə heroin, 30 qram narkotik vasitə qurudulmuş marixuana, 30 qram narkotik vasitə tiryək və 30 qram patı kimi tanınan psixotrop maddə olan metamfetamini Hacıqabul rayon ərazisinə atdıracağını, onların atdırdığı yerin foto şəklini və məkanı göndərəcəyini, lakin həmin narkotik vasitələrlə psixotrop maddəni haradan göndərəcəyi barədə bir söz demədiyini, bildirmiş, bu barədə Rizvan adlı şəxsdən heç bir söz soruşmamışdır. 07 yanvar 2025-ci il tarixdə saai 17 radələrində Rizvan «Vatsap» proqram vasitəsi ilə onunla əlaqə saxlayıb, narkotik vasitələri və psixotrop maddəni Hacıqabul rayonu, Navahı kənd ərazisinə atdırdığını deyib məkanı ona göndərmişdir. Rizvan əlavə edərək göndərdiklərini satandan sonra pulu göndərməsini və ona atmamağını demişdir”. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Hacıqabul rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 yanvar 2025-ci il tarixdə Salyan rayonu Qaraçala kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə Şahid2 məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, o da qrupa daxil olmuş, həmin günü əməliyyat məlumatın göstərildiyi ünvana yəni, Hacıqabul rayonu Navahı kəndinən keçən, Bakı-Qazax- Gürcüstan avtomobil yolunun kənarına yollanmış və saat 19 radələrində «Mersedes Benz» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını, bir nəfər şəxsin avtomobildən düşərək yaxınlıqda yerləşən fəaliyyəti dayandırılmış kafeyə tərəf getdiyini müşahidə etmişlər. X1 yaxınlaşıb orada olan işləməyən soyuducudan 1 ədəd sellofan paketi götürərək gəldiyi avtomobil tərəfə hərəkət etdiyini görmüş, videçəklişdən istifadə edilməklə dərhal onu saxlamaq üçün ona tərəf hərəkət etməyə başlanılmış, Təqsirləndirilən şəxs onları gördükdə əlindəki sellofan paketi yerə ataraq iti qaçışla qaçmağa başlamış, Təqsirləndirilən şəxs bir müddət qaçdıqdan sonra onu yıxılan vəziyyətdə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən dərhal təhlükəsizlik məqsədi ilə qoluna qandal vurulmuşdur. Təqsirləndirilən şəxs buraya nə məqsədlə gəldiyini soruşduqda o, buraya narkotik vasitəni götürməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitəni götürdüyü yerə getmiş, Təqsirləndirilən şəxs sellofan paketdə olan narkotik vasitəni soyuducudan götürdüyü yeri və sellofan paketi ataraq qaçdığı yeri göstərmiş və sellofan paketi atıldığı yerə gəlmişlər. Sonra Təqsirləndirilən şəxs nə üçün saxlanılmasını izah edilmişdir.Rəşadə Əzizovun yerə atmış olduğu sellofan paket açıldıqda içərsində 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə narkotik vasitə tiryək və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilən zaman hava soyuq və küləkli olduğu üçün elektron tərəzinin nasazlığı səbəbindən kütlələrin dəqiq çəkisini müəyyən etmək mümkün olmamışdır. Həmin kütlələr Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman zaman 1 ədəd «Samsung» markalı mobil teleofn aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ilə sürücü Şahid1 RPŞ-nə dəvət olunmuşlar, müdafiəçi dəvət olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, İran İslam Respublikası vətəndaşının Navahı kənidnə yolun kənarına qoyuduğu içərsində narkotik tərkibli kütlələrin olduğu sellofan götürməyə gəlmişdir. Təqsirləndirilən şəxs ilə Şahid1 və onların müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs məxsus və zərfə qoyularaq qablaşdırılmış zərf açılaraq kütlələr elektron tərəzidə çəkilmiş iki ədəd bağlamada hər birinin ayrılıqda çəkisi 1037 qram və 1151 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə 1594 qram narkotik vasitə heroin, bir ədəd sellofan kəsiyində 77 qram narkotik vasitə tiryək və bir ədəd sellofan kəsiyində 74 qram psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir, tərəzidə nasazlıq olduğundan kütlələrin çəkisi hadisə yerində az görsənmiş, lakin, oradaca qablaşdırılmış, şöbədə yenidən çəkilmiş, yenidən qablaşdırılıb, möhürlənib ekspertizaya təqdim edilmişdir. Şəxsə qarşı zor tətbiq etməmiş, edildiyinin də şahidi olmamışdır. İş üzrə dindirilmiş şahidlər Hacıqabul RPŞ-nin polis əməkdaşları Şahid4, Şahid5 Seydizadə oğlu və Şahid7 məhkəmə istintaqında Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı: - «Şübhəli şəxsin tutulması haqqında» 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22-23) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 09 yanvar 2025-ci il tarixli, 18 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( i.v. 90-91) - «Şübhəli şəxslərin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu Navahı kəndində magistral yolun kənarında sahibsiz obyektdə olan soyuducudan götürdüyü və onları gördükdə yerə atmış olduğu bir ədəd sellofan paket açıldıqda içərsində 02 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Yoxlama və götürmə aparılması ilə əlaqədar narkotik vasitələrin və psixotrop maddə metamfetaminin aşkar olunmasını özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. ( i.v. 10-12) - Hacıqabul Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 4(071)-1/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 108-111) - Salyan Rayon Mərkəzi X7 Şəxsindən daxil olan 22 yanvar 2025-ci il tarixli, 18-1- 68/2-97/2025 saylı məktubdan görünür ki, 15 avqust1995-ci il təvəllüdlü Salyan rayonu Bəşirbəyli kəndində yaşaayn Əzizov X2 RMX publik hüquqi şəxsin konsultativ-polikinika şöbəsinin narkoloji kabinetində 2018-ci ildən narkolojidə «prot uçotunla» qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. ( i.v. 149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika MTE və PA birliyi Publik şəxsi Hacıqabul rayon şöbəsinin eksperti Lətif Qasımov tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli 06 №-li ekspertiza rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik və onun obyektiv izləri aşkar olunmamışdır. ( i.v. 132-134) - Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 07 fevral 2025-ci il tarixli, 673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomanniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 196-197) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası» Publik Hüquqi şəxs tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 475 nömrəli Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvvəqəti pozulmasını, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. ( i.v. 198-201) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2025-ci il tarixli 3-16-16/2-18/09-10 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərindəki kağızda “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen torba bağlamda təmiz çəkisi 1520,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen torba büklüdə təmiz çəkisi 65,736 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək,1 ədəd polietilen torba büklüdə təmiz çəkisi 62,733 qram psixotrop maddə metamfetamin, 2 ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 1045, qram,955,0 qram, ümumi çəkisi-2000,0 qram (2 kq) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmş narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş heroin 1520,0 qram olub, xüsusilə külli miqdardır. Həmin heroin xüsusilə külli miqdarın aşağı həddi miqdarında-800 qram və əlavə qalan hissəsi-720,0 qramı ayrıca qablaşdırıldı. Heroin 28 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Tiryək 28 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2025ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). ( İ.v. 62-66) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 1519,9 qram olan narkotik vasitə heroin, 65,636 qram olan narkotik vasitə tiryək, 62,633 qram olan psixotrop maddə metamfetamin, 1999,8 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama və əşyalara baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işini materiallarına əlavə edilmişdir. (168-169) Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə CPM-in 126.6-cı maddəsinin tələbləri baxımınından təqsirləndirilən şəxsin ifadəsini təhlil etdikdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin narkotik vasitə dolu torbanı götürməsinə dair etirafedici efadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyi, istintaq və məhkəmə hərəkətinin protokolları və ona əlavə edilmiş disklərlə təsdiq edildiyindən onun ifadəsi və ittihamın yuxarıda sadlanan sübutları mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur.Həmin siyahıya əsasən “tiryək” narkotik vasitədir və onun 0,5 qram və artıq hissəsi xeyli miqdar, 50 qram və artıq hissəsi külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “metamfetamin” psixotrop maddədir və onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası»nın, «Məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, -«Şübhəli şəxslərin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında» protokola əlavə edilmiş 01 ədəd DVD disk, “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “şübhəli şəxsin dindirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( i.v. 143) - Salyan Rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbəsi şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əzizov X4 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəşirbəyli kəndində atası-X10, anası-X8 ilə birlikdə yaşamışdır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir. ( i.v. 140-141) - İşdə olan müvafiq vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmuş, “Zəngilanın alınmasına görə”, “Qubadlının alınmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs vətən uğrunda döyüşüb rəşadət göstərməsini məhkəmə ARCMin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2025-ci il tarixdən hesablanmalı, Hacıqabul Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 4(071)-1/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99,48 (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99,48 (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan- 1519,9 qram olan narkotik vasitə heroin, 65,636 qram olan narkotik vasitə tiryək, 62,633 qram olan psixotrop maddə metamfetamin, 1999,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış “şübhəli şəxsin dindirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk və “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan-1519,9 qram olan narkotik vasitə heroin, 65,636 qram olan narkotik vasitə tiryək, 62,633 qram olan psixotrop maddə metamfetamin, 1999,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şübhəli şəxsin dindirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk və “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 99,48 (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-311/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-311/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver