Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-312/2022 16.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1 müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkən, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş 1 (bir) ədəd paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri, 2090,0 qram və 2160,0 qram olmaqla ümumilikdə külli miqdarda 4250,0 qram çəkidə narkotik vasitə heroini götürüb Bakı şəhərində cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi «Toyoto Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq qeyd edilən narkotik vasitə avtomobilin salonundan bir ədəd idman çantasında aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının təxminən 13-də onun mobil nömrəsinə vatsapla zəng gəlmiş, danışan hansısa bir iranlı olmuş, iranlı onun nömrəsini instaqramdan əldə etdiyini demişdir. İranlı ilə münasibətləri yaranmış, söhbət əsnasında ona narkotikdən istifadə etdiyini demişdir. Münasibətləri yarandıqdan sonra adını bilmədiyi iranlı ona Biləsuvar rayonu ərazisində bağlamada olan heroini götürüb Bakı şəhərinə aparıb deyəcəyi yerə çatdırmağı təklif etmiş, bunun müqabilində ona “hörmət” edəcəyini, yəni pul verəcəyini bildirmişdir. Maddi vəziyyəti yaxşı olmadığından iranlı ilə razılaşmış və bu barədə tanışı İmrana məlumat verərək Biləsuvar rayonuna birlikdə getməyi və iranlının verəcəyi pulu İmranla aralarında bölməyi təklif etmişdir. İmran da onunla razılaşmış və iranlıdan xəbər gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə axşam saat 16 radələrində iranlı narkotikin Biləsuvar rayonu gömrüyə gedən yolun kənarında «Şuşa-Bəhrəmtəpə» sözü yazılmış plakatın yanında olduğunu demişdir. Bundan sonra saat 18 radələrində tanışı Ramilin idarə etdiyi «Toyota Prius» markalı maşınla İmranla birlikdə Bakı şəhəri 3-cü mikrorayon dairəsindən Biləsuvara yola düşmüşlər. Maşında olan şəxslərdən Ramili tanımışdır. İranlı ona telefonda danışıq zamanı narkotikin altında olduğu plakatın adını demişdir. Biləsuvar rayonuna saat 21 radələrində çatmışlar. İranlı bağlamanın olduğu yerin şəklini ona atmışdır. İranlının ona dediyi yerdə ayaqyoluna getmək adı ilə maşını saxlatdırmış və birlikdə maşından düşmüşlər. Saleh, Rəcəb və Ramil isə maşından düşməmişlər. İmran Şuşa-Bəhramtəpə plakatının altından bağlamanı götürmüş və maşına qayıtmışlar. Bağlamanı götürüb maşına gələndən sonra İmran bağlamanı açıb baxmış və onun içində heroin deyil, torpaq olduğunu demişdir. Oradan bir qədər uzaqlaşdıqdan sonra yol patrul xidmətinin əməkdaşları maşını saxlamış və Biləsuvar rayon polis şöbəsinə aparılmışlar. Şöbədə onun və İmranın iştirakı ilə maşına baxış keçirilmiş, maşının arxa oturacağının üstündə həmin bağlama aşkar olunmuşdur. Bundan başqa o, ifadəsində göstərmişdr ki, maşında olan Salehin, sürücü Rəcəbin və Ramilin onların Biləsuvara narkotik dalınca getmələrindən, habelə maşında olan şəxslərdən Rəcəbin üzərində narkotikin olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək avtomobildə aşkar olunan çantanın içərisində, 2 bağlamada ümumi çəkisi 4250,0 qram çəkidə torpaq yox, heroinin olduğunu, həmin narkotikin onlara məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl tanışı Röyal bir iranlının ona İrandan narkotik göndərəcəyini, həmin narkotik iranlının dediyi yerdən götürüb Bakı şəhərində dediyi şəxsə çatdırmalı olduğunu, bunun üçün iranlının onlara pul verəcəyini, həmin pulu aralarında böləcəklərini demişdir. Maddi vəziyyəti pis olduğundan Röyalın bu təklifi ilə razılşamış və iranlıdan xəbər gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək iranlı tanışının onların gözlədikləri narkotiki göndərdiyini, narkotikin Biləsuvar rayonunda olduğunu, həmin narkotikin 4 (dörd) kq heroin olduğunu, 1 (bir) kq özlərinə məxsus olduğunu qalan 3 (üç) kq isə oradan götürüb Bakı şəhərində iranlının dediyi yerə qoymalı olduğunu bildirmişdir. Axşam saat 18 radələrində Bakı şəhəri 3-cü mikrorayon dairəsindən Rəcəb adlı şəxsin idarə etdiyi “Toyota Prius” markalı maşını ilə Biləsuvara yola düşmüşlər. Maşında arxada ortada əyləşmişdir. Avtomobilin sürücüsünü, qabaq və arxa oturacaqda əyləşən şəxsləri tanımamışdır. Yolda olarkən Röyal iranlı şəxslə narkotikin harada olması barədə danışmışdır. Özü iranlı ilə əlaqə saxlamamışdır. Saat 21 radələrində Biləsuvar rayonuna çatanda Röyal ona telefonunun vatsapında “Şuşa-Bəhrəmtəpə” sözü yazılmış lövhənin şəklini göstərmiş və başa düşmüşdür ki, narkotik həmin lövhənin yanındadır. İranlının dediyi həmin plakatın yanında ayaqyoluna getmək üçün maşını saxlatdırmış və Röyalla birlikdə maşından düşmüşlər. Maşında olan Saleh, Rəcəb və Ramil isə düşməmişlər. Özü Şuşa-Bəhramtəpə plakatının altından bağlamanı götürmüş və özünə məxsus olan idman çantasının içinə qoymuşdur. Bağlamanı götürüb maşına gələndən sonra sürücü Rəcəb maşını sürüb oradan uzaqlaşmışlar. Bağlamanı maşında açıb baxmış və onun içində narkotik deyil, torpaq olduğunu görmüşdür. Oradan bir qədər uzaqlaşdıqdan sonra yol polis əməkdaşları maşını saxlamış və rayon polis şöbəsinə aparılmışlar. Maşına onların iştirakı ilə baxış keçirilmiş, arxa oturacaqda narkotik olan çanta aşkar edilərək götürülmüşdür. Bundan başqa o, ifadəsində göstərmişdr ki, maşında olan Salehin, Ramilin və sürücü Rəcəbin onların Biləsuvara narkotik dalınca getmələrindən, habelə maşında olan şəxslərdən Rəcəbin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək avtomobilin arxa oturacağında aşkar olunan çantanın içərisində, 2 bağlama ümumi çəkisi 4250,0 qram çəkidə torpaq deyil, heroinin olduğunu bilmiş, həmin narkotikin onlara, yəni özünə və Röyala göndərildiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Röyal adlı şəxsin Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Röyalın cinayət əməlini ifşa edilməsi üçün 16 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmişdir. 16 yanvar 2022-ci il tarixdə saat 20-21 radələrində əməliyyat tədbiri keçirilmiş, Röyal içərisində olduğu ehtimal olunan «Toyoto Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri gömrük dairəsi yaxınlığında olduğu zaman müşahidəyə götürülmüşdür. Təxminən on dəqiqədən sonra həmin avtomobil Bəhrəmtəpə yolu istiqamətində hərəkətdə olarkən rayon DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Röyal,onun tanışı İmran maşında olan digər şəxslərlə birlikdə rayon polis şöbəsinə aparılmışlar. Şöbəyə vəkillər dəvət olunmuş, Röyalın və İmranın üzərlərinə şəxsi axtarış keçirilmiş, onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı maşında olan Rəcəb adlı şəxsin əynindəki gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda 2,57 qram marixuana aşkar edilmişdir. Daha sonra Röyalın, İmranın onların vəkillərinin iştirakları ilə Şahid6 idarə etdiyi «Toyota Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla şöbənin həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağından bir ədəd çanta aşkar edilərək götürülmüş, baxış zamanı çantanın içərisindən iki ədəd plastik qabın olması müəyyən olunmuşdur. Plastik qablara baxış zamanı birinci qabın içərisində 2175 qram heroin, ikinci qabın içərisində isə 2255 qram heroin aşkar olunmuşdur. Bundan başqa avtomobildə heç bir qanunsuz əşya aşkar olunmamışdır. İmran və Röyal bildirmişlər ki, həmin narkotiki onlara iranlı göndərmiş, bağlamanı Bakı şəhərinə aparıb iranlının dediyi yerə qoyacaq idilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonunda Gorus-Qafan yolu çəkildiyi üçün orada “Şaqman” markalı yük maşınının sürücüsü işləyir. İmranı və Röyalı tanımır, Ramili tanıyır, yerlisidir, Şamaxı rayonundandır. Rəcəb də əvvəllər yük maşını sürmuş, lakin sonradan Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Cəbrayıl rayonuna getmək üçün 16 yanvar 2022ci il tarixdə saat 18 radələrində tanışı Rəcəbin idarə etdiyi «Toyota Prius» markalı maşını ilə Xırdalandan Bakı şəhərinə 3 mikrarayon dairəsinə gəlmişlər ondan ötrü ki, Ramilin dediyi adlarını sonradan bildiyi İmran və Röyalı da Biləsuvara aparmaq üçün götürsünlər. İmranın çiynində qara rəngli çanta var idi. Saat 21 radələrində Biləsuvar rayonuna çatmışlar. Gömrük istiqamətinə gedən yolun kənarında olan «Şuşa-Bəhrəmtəpə» sözü yazılmış lövhənin yanında Röyal ayaqyoluna getmək üçün Rəcəbə maşını saxlatdırmış, Röyal və İmran maşından düşmüşlər. Hava qaranlıq olduğu üçün onların hara getdiklərini görməmişdir. Bir neçə dəqiqədən sonra onlar qayıdıb maşına əyləşmişlər. Rəcəb maşınla oradan uzaqlaşdıqdan sonra polis əməkdaşları maşını saxlamışlar və Biləsuvar rayon polis şöbəsinə aparılmışlar. Orada üzərinə baxış keçirilmiş, heçnə aşkar olunmamışdır. Sonra vəkillərin iştirakı ilə gəldikləri maşına baxış keçirilmiş, maşının arxa oturacağında qara çanta aşkar edilmiş, çantaya baxış keçirilmiş, içərisində iki ədəd plastik qabda ümumilikdə 4425 qram heroin aşkar olunmuşdur. İmran və Röyal bildirmişlər ki, həmin narkotiki onlara İrandan iranlı göndərmişdir. Röyalın və İmranın Biləsuvara narkotik dalınca gəlmələrindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Şahid4 göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi eskpertizasının 17 yanvar 2022-ci il tarixli 19/65 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Toyota Prius markalı **-DU-*** nömrəli maşından aşkar edilmiş bükülülər..» sözlər və imzalar olan bir ədəd paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri:-2090,0 qram, 2160,0 qram, ümumi təmiz çəkisi 4250,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli 181 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. O, aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli 182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli 66 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli 67 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. 16 yanvar 2022-ci il tarixli «avtomobilə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid6 idarə etdiyi «Toyota Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa oturacaq hissəsindən bir ədəd çanta aşkar edilərək götürülmüşdür. Çantaya baxış zamanı çantanın içərisindən iki ədəd plastik qabın olması müəyyən olunmuşdur. Plastik qablara baxış zamanı birinci qabın içərisində heroinə bənzər narkotik vasitə olduğu məlum olmuşdur, həmin heroinə bənzər narkotik vasitə tərəzidə çəkildikdə 2175 (iki min yüz yetmiş beş) qram olduğu müəyyənləşdirilmişdir. İkinci qabın içərisində də heroinə bənzər narkotik vasitə olması aşkar olunmuşdur, həmin heroinə bənzər narkotik vasitə tərəzidə çəkildikdə 2255 (iki min iki yüz əlli beş) qram olmuşdur. 31 yanvar 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran mobil operatoruna aid +98914529 0721 nömrəsi «İran Qaqa» adı ilə qeyd olunmuş və həmin nömrədən Röyal Billalının istifadəsindəki telefonun vatsapına içərisində narkotik vasitə heroin olan bağlamanın gizlədildiyi «Şuşa-Bəhrəmtəpə, İran Sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin şəkili çəkilərək göndərilmişdir. Bundan başqa həmin İran mobil opratoruna aid nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinin vatsap proqramında qarşılıqlı olaraq zənglər qeydə alınaraq danışıqlar aparılmışdır. Daha sonra həmin telefonun zənglər siyahısında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** nömrələri və digər nömrələrlə qarşılıqlı olaraq çoxsaylı zənglər qeydə alınaraq danışıqlar aparılmışdır. 11 mart 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Röyal Billalının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələri və digər nömrələr arasında çoxsaylı danışıqlar aparılmışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21:44 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə «Royal goyerti olsa getir bir nefere söz vermisem», 16 dekbar 2021-ci il tarixdə saat 23:28 dəqiqədə «brat gor usaqlardanda isdiyen olsa yaxsi olar narmalni goturerdiy sabahada bitke bir sey saxliyardim lomkada gedmezdim ora», 26 dekabr 2021-ci il tarixdə saat 00:25 dəqiqədə «Royal sebr ele yiqram telde sonur tez-tez yiqma, brat sen ol allaha and olsunki hele goturmemisem goturem 2 deqeye, gelem uzaqi 5 deqeye yanundayam» mesajları yazılmışdır. İş materiallarında olan 12 mart 2022-ci il tarixli qərarla Şahid5, Şahid6 və digərlərinin əməllərinə hüquqi qiymət verilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalmış 4249,9 qram heroin və 0,957 qram qurudulmuş marixuana, həmçinin Röyal Billallıya məxsus “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar RPŞ-yə təhvil verilmişdir. İş uzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında iranlının onlara göndərdiyi bağlamada narkotik vasitə heroin deyil torpaq olmasına dair ifadələrində göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, ibtidai istintaq başlandığı ilk gündən cinayət işinin materialları ilə tanış olduqları vaxtadək təqsirləndirilən şəxslər peşəkar müdafiəçilərinin işitirakı ilə verdikləri ifadələrində iranlı tərəfindən onlara məhz narkotik vasitə heroinin göndəriləcəyini bildiklərini, həmin bağlamanı Biləsuvar rayonu ərazisində əldə etdikdən sonra içərisində narkotik olmasından əmin olduqdan sonra hadisə yerindən uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını göstərmişlər. Bu hal Təqsirləndirilən şəxs1 iranlı ilə arasında olan telefon danışıqları ilə də təsdiq olunur. Eyni zamanda iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxslərin qanunsuz yolla əldə etdikləri bağlamada aşkar olunan kütlə narkotik vasitə heroindir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin (bağlamada heroin deyil torpaq olması barədə xüsusat münasibətdə) məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən təqsirləndirilən şəxslərin Biləsuvar rayonu ərazisində qanunsuz əldə etdikləri paketdəki plastik qablarda olan külli miqdarda heroinin aşkar edilməsi, onlara göndərilən külli miqdarda narkotik vasitə heroinin şəxsiyyəti müəyyən edilməyən iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb qanunsuz daşımaqla saxlamaları və işin digər halları təqsirləndirilən şəxslərin həqiqətən də külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etmələri, saxlamaları, daşımaları və satmaları ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımaları məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onların bu əməli düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni təqsirləndirilən şəxslər satış məqsədi ilə Biləsuvar rayonu ərazisində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında qanunsuz olaraq əldə edib saxlamaqla daşımışlar. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edildiyini, lakin onların qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmasını və qeyd olunan maddələr üzrə cəzalandırılmalarını məhkəmədən xahiş edir. Buna görə də, məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştiraklarının növünü dəqiq müəyyən etməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif olunmalıdır. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamda məlum olmayan İİR vətəndaşı ilə yanaşı təqsirləndirilən şəxslərin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir.Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı şəxsiyyəti məlum olmayan İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarında olan sərhədkeçmə haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 dekabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək sərhəd nəzarəti məntəqəsindən keçməmişlər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə həmin hərəkətləri İİR vətəndaşı ilə birgə icra etməmiş, onlar, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra Biləsuvar rayonu, «Şuşa Bəhrəmtəpə, İran sərhədi, Bİləsuvar» lövhəsinin yanında qanunsuz əldə edib, saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşı tərəfindən dəqiq məlum olmayan vaxtda icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı təkbaşına icra etmiş, təqsirləndirilən şəxslər isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişlər. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz İİR vətəndaşına kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxslərin həmin cinayətdə köməkçi olmaları “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (İİR vətəndaşından başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – İİR vətəndaşına yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinə münasibətdə əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 16 yanvar 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib Biləsuvar Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Bilallı X2 Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qərarı ilə 05 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, 28 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Mətanət və xx.xx.2018-ci il təvəllüdlü Məryəm adında qız övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və həmin cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli tutulduqları vaxtdan - 16 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CPM-nin 132.0.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-də saxlanılan 4249,9 qram heroin, 0,957 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 115 (yüz on beş) manat təşkil edir, həmin məbləğ təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 57 (əlli yeddi) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-də saxlanılan 4249,9 qram heroin, 0,957 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 115 (yüz on beş) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 57 (əlli yeddi) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-312/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-312/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver