Məhkəmə qərarları › İş №1(099)-312/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-312/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-312/2023 13.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, M.Əsədov küçəsi ev 49-da qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 2,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra- heroin) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 04 noyabr 2022-ci il tarixdə saat 01:00-da Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Əsədov küçəsində saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 2,591 qram olmaqla külli miqdar təşkil edən olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun üzərində hər hansı narkotik vasitə olmamışdır. 04 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrində qardaşı ilə həyətində ot yığarkən “Roma” adlı tanışı onu qapıdan küçəyə çağırmış, buna görə həyətdən çıxıb qapıdan 10 metr aralanarkən ağ rəngli “Prado” markalı avtomobil ona yaxınlaşıb onu maşına salmağa çalışmış, zorla onu avtomobilə mindirib Şirvan ŞPŞ-yə aparmış, orada ona 4 saata yaxın işgəncə vermişlər. Bundan sonra işgəncələrə dözməyərək polis əməkdaşlarının verdiyi narkotik vasitə heroini cibinə qoyub videoçəkiliş zamanı təqdim etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə gedərkən polis əməkdaşlarıanın verdiyi heroinin çəkisinin 2,5 qramdan artıq olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan 10 gün qabağadək “şüşə” deyilən metamfetamindən istifadə etmiş, lakin saxlanılan ərəfədə müalicə olunduğundan narkotik istifadə etməmişdir. İstifadə etdiyi metamfetamini tanıdığı şəxsdən almış, həmin şəxs tutulduqdan sonra heç kimdən narkotik almamışdır. Tutulan ərəfədə onu çağıran “Roma” adlı şəxs də həyətinə gəlib ona görə çağırmışdır ki, ona heroin təklif etsin, lakin o, müalicə aldığından narkotik istifadə etməmişdir. Narkotikdən çəkmə yolu ilə istifadə etmiş, pulu olandan olana, təxminən həftədə bir dəfə istifadə etmişdir. Polis şöbəsinə aparıldıqdan yeddi saat sonra üzərinə şəxsi axtarış keçirilmiş, canını qurtarmaq üçün polis əməkdaşlarının dediklərini demişdir. Polis şöbəsində iki gün saxlanılmış, sonra məhkəməyə getmiş və məhkəmə onu buraxmışdır. Buraxıldıqdan sonra ağrıları olduğundan xəstəxanaya getmişdir. Onu döyən polis əməkdaşlarının adı İsmayıl və Fərman olmuşdur. Polis əməkdaşlarının onu döyməkdə məqsədi narkotik vasitələrin satışını etiraf edici ifadə verməsi olmuşdur. Onu “Roma” adlı şəxs tutdurmuşdur. Belə ki, həmin şəxs polisə müxtəlif adamları tutdurur, özü isə narkotik istifadə etsə də tutulmur. Polis şöbəsinə gətirilərkən ilk öncə ikinci mərtəbəyə aparmışlar. Xəstəxanaya gedərkən həkimlər ona ağrıkəsici vurmuş və evinə getmişdir. Həkim tərəfindən müalicə olunmaq istəmədiyindən evinə getmişdir. Onun ən çox başında xəsarət olmuş, lakin həmin xəsarətlər görünməmişdir. Polis əməkdaşları ilə aralarında hər hansı ədavət olmamış, lakin tutulmamışdan 6-7 ay qabaq polis əməkdaşları onu saxlayıb üstünü yoxlamış, lakin üzərində narkotik olmadığı üçün buraxmışlar. Həmçinin polis şöbəsində o, fiziki təzyiqlərə də məruz qalmış və sonda qorxduğundan polis əməkdaşları ilə razılaşmış və onların verdiyi bükümü cibinə qoyaraq videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zamanı təqdim etmişdir. Narkotik vasitələrin istifadəçisi olsa da, saxlanılarkən onun üzərində hər hansı miqdarda narkotik vasitə olmamış, o, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə narkotik satışı ilə məşğul olmamışdır. Fiziki təzyiqlərə məruz qalması ilə bağlı Şirvan şəhər prokurorluğuna müraciət etmiş, müraciəti üzrə cinayət işinin başlanılması rədd edilsə də həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Həmçinin prokurorluqda araşdırma gedərkən o, məhkəmə tibbi ekspertizadan keçirilmiş, ekspert rəyinə əsasən üzərində xəsarət olmamsının səbəbi isə ekspertizadan gec keçməsi olmuşdur. Tutulduqdan iki gün sonra buraxılmış, lakin fiziki təzyiqlərə məruz qalmasından təxminən 03 ay sonra prokurorluğa müraciət etmişdir. Bu barədə buraxıldıqdan kifayət qədər vaxt keçdikdən sonra şikayət etməsinin səbəbi müalicəsi və vəkil axtarması üçün vaxt getməsi olmuşdur. Xəstəxanaya getməsi barədə Şirvan şəhər X10 Stansiyasından arayış da almış, həmin arayışda ağrı sindromdan əziyyət çəkməsi bildirilsə də hansı ağrı sindromundan ağrı çəkməsi göstərilməmişdir. Üzərində hər hansı narkotik vasitə olmadığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 noyabr 2022-ci il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri, Məmməd Əsədov küçəsi ilə piyada gedən zaman yerdə 1 ədəd sellofan bükümün olduğunu görüb həmin bükümü götürmüş, bükümün içərisinə baxan zaman heroinin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümü gələcəkdə istifadə etmək üçün cibinə qoymuş, 04 noyabr 2022-ci il tarixdə saat 00 radələrində şəhərin M.Əsədov küçəsində olarkən mülki geyimdə olan polis əməkdaşları onu Şirvan ŞPŞ-yə gətirmiş, burada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdəki heroini çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin kütləni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, Şirvan şəhər PŞ-yə gətirildikdən sonra ona müdafiəçi təyin olunduğunu, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmadığını bildirmişdir. Həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-354/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitəni küçədən tapmış, istifadə etmək üçün üzərində saxlamışdır. Elan olunmuş ittiham ilə razı deyil, narkotik satmaq və ya kiməsə vermək niyyəti olmamışdır. Hazırda narkotik vasitə qəbul etmir, əvvəl istifadə etdikdə çəkmək yolu ilə qəbul edib. Həmçinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs tanış edilməsi haqqında protokoldan görünür ki, sonuncu həmin rəylə tanış olmuş, lakin heroinin çəkisinə dair hər hansı etirazı olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini, barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında bildirdiklərini təsdiq etmir, polis əməkdaşlarının fiziki təsiri və şifahi hədələri səbəbindən təzyiq altında olduğu üçün belə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmış, 04 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində qrup üzvləri ilə birlikdə Şirvan şəhəri, M.Əsədov küçəsində Təqsirləndirilən şəxs saxlayıb Şirvan ŞPŞyə dəvət etmişlər. Burada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddəni yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, sonuncunun həmin şəhər ərazisində narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış video görüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 3-5; 9-10; 29-31). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25-26) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (i.v. 29-31) -materialların məhkəmə ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 18/1221 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,591 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,541 qram. ( i.v. 37-40) -cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən hazırkı cinayət işi həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. ( i.v. 48-49) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 51-52) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-354/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində 04 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 67-69) - Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini tərəfindən imzalanmış 19 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, kimə və ya kimlərə narkotik vasitə satıb-satmaması, narkotik vasitələri kimdən və haradan əldə etməsi barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 113) - Məhkəmə-psixiatrik ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 3197 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (i.v. 114-116) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 dekabr 2022-ci il tarixli, 7320 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, ontoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təhqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118) - Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini tərəfindən imzalanmış 23 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Roma” ləqəbli şəxsin yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin həmin “Roma” adlı şəxsin kimliyini və yerini müəyyən etmək mümkün olmamışdır. (i.v. 140) - Şirvan şəhər Mrkəzi Xəstəxanası PHŞ Təcili və X3 Stansiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə çağırış daxil olmuş, ona “ağrı sindromu” diaqnozu qoyulmuşdur. - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi faktı üzrə araşdırma aparılmış, məhkəmə tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 108 saylı rəyində Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamasına, iş üzrə dindirilmiş şəxslərin izahatlarına əsasən həmin fakt üzrə Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və qeyrilərinin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlər edildiyi üçün onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi və etirafedici ifadələr verməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa – hədələrə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 108 saylı rəyinə, iş üzrə dindirilmiş şəxslərin izahatlarına əsasən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 mart 2023-cü il tarixli qərarını nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq və hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində narkotik vasitə olmasa da narkotiklərin satışı ilə deyil istifadəsi ilə məşğul olduğunu, eləcə də ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi, 2,591 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 05 noyabr 2022-ci il, “şübhəli şəxs qismində tutma haqqında” 04 noyabr 2022-ci il tarixli qərarlardan (i.v. 1; 12) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 2 (iki) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,591 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli 7320 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,591 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,591 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 04 noyabr 2022-ci il tarixli 18/1195 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 dekabr 2022-ci il tarixli 7320 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 86-87). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (i.v. 84-85). - Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəmə baxış iclasında təqdim edilmiş ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə yararlı hesab edilmişdir. Həmçinin “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.1992-ci ildə vəfat etmişdir. Müdafiəçi Kənan Əbdürəhmanov isə həmin şəxsin Təqsirləndirilən şəxs dayısı olmasını bildirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,591 qram olması, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.2.2, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai istintaq zamanı tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin altında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,541 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 il 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin təsiri altında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X4 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,541 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar