Məhkəmə qərarları › İş №1(099)-313/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-313/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-313/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ailəli, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 4(050)- 93/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 01 ədəd bükümdə külli miqdarda-10,032 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, 20 Yanvar küçəsi ərazisində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə külli miqdarda-10,032 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə məscidə getmiş, əməliyyatçılar saat 14 radələrində onu saxlayıb Masallı RPŞ-yə aparmışlar. Ciblərini hamının yanında yoxlamışlar, cibindən yaşadığı evin açarlarından başqa heç nə aşkar olunmamışdır. Siqaret belə çəkməmişdir. RPŞ-yə gətirildikdən 3 saat sonra polis əməkdaşları onu öz otaqlarına aparmışlar və polis əməkdaşları özləri üzərinə psixotrop maddə metamfetamin qoymuşlar, RPŞ-yə gətirilən zaman cibində heç bir psixotrop maddə metamfetamin olmamışdır. Hal şahidlərini bazardan gətirmişlər, dərhal üzərində şəxsi axtarış aparmışlar və cibindən özlərinin qoyduqları psixotrop maddə metamfetamini çıxarmışlar. Polis əməkdaşlarına etiraz edərək ciblərini özü çevirsə də heç bir nəticəsi olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman məsciddən qayıtmış, saxlanıldığı yer köhnə bazar deyilən ərazi olmuşdur. Saxlanılan zaman piyada hərəkət etmiş, yanında heç kim olmamışdır. Onu saxlayan polis əməkdaşlarının heç birini tanımamışdır. Polis əməkdaşları onu qara rəngli «Mersedes» markalı avtomobillə aparmışlar. Üzərində psixotrop maddə metamfetamin olmamışdır, üzərində şəxsi axtarış aparan polis əməkdaşı üzərindən özlərinin qoyduqları psixotrop maddə metamfetamini çıxarmışdır. Üzərində «Redmi» markalı mobil telefon olmuş, nömrəsi isə ***-***-**-** olmuşdur. Polis əməkdaşları onu döyməmişlər, ancaq təzyiq göstərmişlər. Adını bilmədiyi polis əməkdaşı onu sinəsindən itələmiş, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əli ilə göstərməsini bildirmişlər, buna görə də üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini göstərmişdir. Onu əvvəllər heç vaxt polis şöbəsinə aparmamışlar. Hazırkı vaxta kimi hansı səbəbdən həbs olunmasını bilməmişdir. Həbs olunmamışdan əvvəl bazarda olan kameranın altında alver etmişdir. Heç vaxt psixotrop maddə metamfetamindən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs məhkəmə istintaqında heç vaxt psixotrop maddə metamfetamindən istifadə etmədiyini, RPŞ-yə aparılan zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə metamfetamin qoyulduğunu dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı rayon Polis Şöbəsinin NMQ-in əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə 12 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Masallı RPŞ-nin əməkdaşlarından ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri özü olmaqla üzvləri Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6, CAB-ın əməliyyat müvəkkilləri polis mayoru Şahid5, polis baş leytenantı Şahid3, polis kiçik leytenantı Şahid1 və PPXB-in polis nəfəri polis baş serjantı Şahid4 ibarət tərkibdə təşkil edilmişdir. 12 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, 20 yanvar küçəsi ərazisində saxlanılmışdır. Onlar Vüsala əvvəlcə özlərini polis əməkdaşı kimi təqdim edib sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etmə, daşıma və satışında şübhəli olması ilə bağlı Masallı RPŞ-yə getməli olduqlarını bildirmişlər və Vüsalla birlikdə Masallı RPŞ-yə gəlmişlər. X4 Vüsala narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını demiş, bununla bağlı şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Müdafiəçi qismində dəvət edilmiş vəkil Xudaverdi Niftiyev, hal şahidləri Şahid7, Şahid6 Şahbaz oğlunun və polis əməkdaşlarının iştirakı ilə X10 üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Belə ki, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs istifadəsi və üzərində gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmadığnı soruşmuşdur. Vüsal isə üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Vüsalın üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı şəxsi axtarış keçirən zaman Vüsalın əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf sellofan büküm çıxardaraq bütün iştirakçılara təqdim etmişdir. Bundan sonra təhqiqatçı Vüsalın əynində olan şalvarın digər ciblərindən kağız pul əskinazları, bir ədəd «Redmi Note 7» markalı mobil telefon aşkar etmişdir. Təhqiqatçı tərəfindən Vüsalın əynində olan şalvarın sağ arxa cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirildikdə həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edildiyi qaydada sellofana bükülü vəziyyətdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,52 qram olması onlara məlum olmuşdur. Təhqiqatçı Vüsaldan həmin sellofan bükümdə olan maddəni kimdən, nə vaxt və hansı qiymətə almasını soruşmuşdur. Vüsal isə heç bir cavab verməyərək susmuşdur. Aşkar edilmiş bir ədəd şəffaf sellofan büküm içərisindəki psixotrop maddələrlə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Həmin vaxt Vüsal şəxsi axtarış protokoluna imza etməkdən imtina etdiyini bildirmişdir. Bundan başqa Vüsalın üzərindən aşkar edilərək götürülmüş pul əskinazları və «Redmi Note 7» markalı mobil telefon kağız zərfə qoyularaq qablaşdırılmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Vüsalı təxminən 16 radələrində saxlamışlar, polis əməkdaşları Vüsalın üzərinə psixotrop maddə metamfetamin qoymamışdır, Vüsalın saxlanılması ilə bağlı keçirilən əməliyyata özü rəhbərlik etmişdir. Vüsalı Masallı şəhəri, 20 Yanvar küçəsi ərazisində, bazara yaxın yerdə saxlamışlar. Vüsalın yerini müəyyən etmək üçün soraqlaşma əməliyyat-axtarış tədbirindən istifadə etmişlər. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat-qeydiyyat işi açılmamışdır. Əvvəllər də məlumat olmuş, lakin dəqiqləşdirə bilməmişlər. Məlumatda Vüsalın psixotrop maddə metamfetamin satması barədə də məlumat olsa da realizə edə bilməmişlər. Həmin psixotrop maddə metamfetaminin Vüsala kimin satmasını və Vüsalın kiməsə psixotrop maddə metamfetamin satmasını müəyyən edə bilməmişlər. Vüsalı saxlamaq üçün neçə avtomobillə getmələri yadında qalmamışdır. Saxlayan zaman Vüsalın üzərini yoxlamamışlar. RPŞ-yə gətirildikdən sonra Vüsal təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət olunmuş, çünki həmin vaxtı Vüsal vəkil ilə müqavilə bağlamaq üçün pulunun olmadığını demişdir. Vəkil, onlar RPŞ-yə gəldikdən sonra gəlmişdir. Saxlanılan və RPŞ-yə gətərilən zaman Vüsalın qollarına qandal vurmamışlar. Vüsalın üzərində şəxsi-axtarış keçirilməsi ilə bağlı qərar olmuşdur. Şəxsi axtarış aparılan zaman Vüsalın ciblərinin vəziyyəti yadında qalmamışdır. Vüsalın üzərində psixotrop maddə metamfetamin olması barədə məlumat daxil olmuş, lakin bunun dəqiq olmasını bilməmişlər. Əməliyyat zamanı mane olan hallar olduğundan videoçəkilişdən istifadə etməmişlər, təhqiqatçının şəxsi axtarış aparan zaman videoçəkilişdən istifadə etməməsinin səbəbini bilməmişdir. Dindirilmiş şahid Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid5, Şahid3, Şahid1 və PPXB-nün polis nəfəri Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid6 Şahbaz oğlu ifadəsində bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində Masallı RPŞ-nin qarşısından keçdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfər şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını ilə bağlı gətirildiyini, həmin şəxsin üzərində axtarış keçiriləcəyini bildirmişlər. Bununla bağlı ona istintaq hərəkətində hal şahidi kimi iştirak edə biləcəyini soruşmuşlar, polis əməkdaşlarına hal şahidi kimi istintaq hərəkətində iştirak edə biləcəyini bildirmişdir. RPŞ-nin inzibati binasına gəlmişdir. X4 kimi təqdim edən şəxs ona Təqsirləndirilən şəxs adında bir nəfər Masallı şəhər sakininin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs qismində saxlanılmağını, üzərinə şəxsi axtarış keçiriləcəyini, onun da həmin istintaq hərəkətində hal şahidi kimi iştirak etməyini bildirmişdir. Təhqiqatçıya etiraz etməmişdir. Bundan sonra təhqiqatçı ona və orada olan digər hal şahidinə hüquq və vəzifələrini izah etmişdir. Həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yanında müdafiəçisi də iştirak etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan edilmiş əşya və ya predmetin olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd sellofan büküm, sol arxa cibindən pul əskinasları aşkar etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən isə 1 ədəd «Redmi Note 7» markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olması onlara məlum olmuşdur. Həmin metamfetaminə bənzər kütlələr bir ədəd sellofan bükülü ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəksinin təxminən 10 qramdan çox olması müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddəni kimdən, nə vaxt və hansı qiymətə alması soruşulmuş, Təqsirləndirilən şəxs heç bir cavab vermədən susmuşdur. Aşkar edilmiş bir ədəd sellofan büküm içərsindəki psixotrop maddələrlə birlikdə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsi axtarış protokoluna və təhqiqat sənədlərinə imza etməkdən imtina etmişdir. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Vüsalın əynində qara şalvar olmuşdur. Telefon Vüsalın qabaq cibindən aşkar olunmuş, psixotrop maddə metamfetamin isə sağ arxa cibindən aşkar olunmuşdur. Dindirilmiş Şahid7 oxşar məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə avtomobili xarab olduğu üçün Masallı RPŞ-nin yanında olan sexdə avtomobilini təmir etdirmiş, həmin vaxtı sexin qarşısında olan yolun kənarında durmuşdur. Vüsalın üzərində şəxsi axtarış aparılan zaman, orada 7-8 nəfər olmuşlar. Vüsal üzərinə şəxsi axtarış aparılan zaman narazılıq etmiş, Vüsal üzərində psixotrop maddə metamfetamin olmadığını demişdir. Əvvəllər heç vaxt hal şahidi kimi iştirak etməmişdir. Psixotrop maddə metamfetamin Vüsalın əynində olan qara rəngli şalvarın arxa cibindən aşkar olunmuş, ancaq şalvarın sağ və ya sol cibi olması dəqiq yadında qalmamışdır. Latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan Masallı şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində saxladığı 01 ədəd sellofan bükümdə külli miqdarda-10,032 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı əsasında Masallı RPŞ-nin İstintaq bölməsində toplanmış ilkin araşdırma materialları əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(cild 1, i.v. 1-55) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 12 sentyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.13) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 12 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 10,52 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.(cild 1, i.v.25-40) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 13 sentyabr 2023-cü il tarixli, 19/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs zərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə,,» sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,032 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. (Siyahı İ) (cild 1, i.v.49-51) -«maddi sübut kimi tanımaq haqqında» 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10,032 qram olan, ekspertiza tədqiqatından sonra qalan 9,982 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə verilmişdir. (cild 1, i.v.56) -«üzləşdirmə haqqında» 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.66-68) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Masallı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 4(050)-93/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.80-81, 101-104) -«üzləşdirmə haqqında» 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.90-92) -«üzləşdirmə haqqında» 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.108-110) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, 10454 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. (cild 1, i.v.113) -«baxış keçirilməsi barədə» 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Redmi Note 7» mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilməmişdir.(cild 1, i.v.115) -Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 5(050)-187/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir.(cild 1, i.v.120-121) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X13 daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, 18-1-60/2-1111/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhiəsəb kabinetində dispanser qeydiyyatda durmur.(cild 1, i.v.120-121) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 14 sentyabr 2023-cü il tarixli, 890 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v.163) -«baxış keçirilməsi barədə» 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilməmişdir.(cild 1, i.v.168) -«üzləşdirmə haqqında» 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.174-176) -«üzləşdirmə haqqında» 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.177-179) -«üzləşdirmə haqqında» 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.212-215) -«üzləşdirmə haqqında» 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.217-220) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, icraata qəbul qəbul edilmiş, ayrılan cinayət işinə ********* nömrə verilmişdir.(cild 1, i.v.244) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiq etdikləri, adını bilmədiyi polis əməkdaşının onu sinəsindən itələdiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan «məhkəmə-tibbi ekspertizası»nın 14 sentyabr 2023-cü il tarixli, 890 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 1, i.v.114-115) Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə tərkibi cinayətprosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni onun satış məqsədilə əldə etməsini təstiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 10,032 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 10,032 qram psixotrop maddə metamfetamin isə onun satış məqsədi ilə saxlanmasını təstiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq metamfetaminin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Əməliyyat qrupuna rəhbərlik etmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin satması barədə məlumat olsa da realizə edə bilmədiklərini demişdir. Həmin psixotrop maddə metamfetaminin Vüsala kimin satmasını və Vüsalın kiməsə psixotrop maddə metamfetamin satmasını müəyyən edə bilməmişlər. Dindirilmiş əməliyyat qrupunda iştirak etmiş digər şahidlər Şahid5, Şahid3, Şahid1 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 10,032 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 8,032 qram çox olması, -onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə aid olmadığını, metamfetamindən istifadə etmədiyini, üzərindən aşkar olunmuş metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), psixotrop maddə metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmaması, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin psixotrop maddə metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X2 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 14 sentyabr 2023-cü il tarixli, 890 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər, məhkəmə-kimyəvi ekspertizasının, ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 19 sentyabr 2023-cü il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il tarixli, 1(089)-53/2013 nömrəli hökmündən görünür kii, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 233, 315.2 və 324-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, üzərində 4 (dörd) il, 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Vüsal Quiyevə təyin edilmiş 4 (dörd) il, 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.(cild 1, i.v.117-118, 189-205) Masallı Rayon İcra və Probasiya Şöbəsinin 22 noyabr 2023-cü il tarixli, 2-1263/23-62- 16 nömrəli məktubundan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il tarixli, 1(089)-53/2013 nömrəli hökmünə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti təyin edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti 09 yanvar 2017-ci il tarixdə başa çatdığı üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır.(cild 1, i.v.173) Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsində əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. -Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 2643 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(cild 1, i.v.159-160) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən «Limfosarkoma. Hər iki qasıq, körpücük üstü və altı, boyun limfa vəzlərinin zədələnməsi İİİ d. Kimyəvi terapiyadan sonrakı hal» diaqnozu qoyulmaqla 30 sentyabr 2003-cü il tarixdən 1-ci dərəcəli əlilliyinin olmasını, ailə, maddi və sosial vəziyyətini məhkəmə tərkibi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X8rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 4(050)-93/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlamanın» 14 sentyabr 2023-cü il tarixli, 890 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 9,982 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 4(050)-93/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,982 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar