Məhkəmə qərarları › İş №1(099)-313/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-313/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-313/2025 11.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X31, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1993-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (fəhlə), Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həmin Məcəllənin 70ci maddəsi tətbiq olunaraq, cəzası şərti hesab olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu olmayan, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə tanışının Füzuli rayonu, Alxanlı kəndində keçirilmiş toy mərasimində yemək yeyib, spirtli içki qəbul etdikdən sonra həmin gün saat 23 radələrində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” adlı mağazanın qarşısına gələrək, orada özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qəsdən kobud surətdə pozub qərəzli xuliqanlıq hərəkətləri edərək, “Yeni Mil” adlı mağazanın qarşı tərəfindən keçən Yuxarı Qarabağ-Daşburun avtomobil yolunda hərəkətdə olan avtomobillərin hərəkətinə mane olmaq məqsədilə yolun hərəkət hissəsinə yaxınlaşıb, yoldan ötən avtomobillərə əl-qol işarələri edib, həmin vaxt yolda hərəkətdə olan “Niva” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanı istintaqa və məhkəməyə məlum olmayan nəqliyyat vasitəsini saxladaraq, avtomobilin şəxsiyyəti istintaqa, həmçinin məhkəməyə məlum olmayan sürücüsü ilə mübahisə edib, digər avtomobillərin hərəkətinə mane olmaqla sıxlıq yaratdığından, həmin vaxt orada olan həmkəndlisi X16 ona yaxınlaşaraq onu yoldan kənarlaşdırıb, onun ictimai qaydanı pozmasının qarşısını alarkən X16a müqavimət göstərərək qəsdən xəsarət yetirmək qərarına gəlib, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar X16un sinə nahiyəsinə xuliqanlıq niyyəti ilə qəsdən bir yumruq zərbəsi vurduqdan sonra qollarından tutub sıxmaqla itələyərək yerə yıxmış, X16 yıxıldığı yerdən ayağa qalxdıqdan sonra o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunun sifət nahiyəsinə qəsdən yumruq zərbələri vuraraq yenidən yerə yıxdıqdan sonra X16un qolundan tutub qaldıraraq “Yeni Mil” mağazası ilə eyni tikilidə yerləşən tikinti materialları satılan dükanın ön divarının qabaq hissəsində qoyulmuş oturacaqda oturtmuş, əsəbi halda ona bir sillə vurub, xuliqanlıq hərəkətlərini davam etdirərək Yuxarı Qarabağ- Daşburun avtomobil yolunda hərəkətdə olan avtomobilləri yenidən saxlatmağa cəhd etdiyi üçün X16 özünün ictimai borcunu yerinə yetirməkdə davam edərək, onun ictimai qaydanı pozmasının qarşısını almaq məqsədilə onu yüksək səslə yanına çağırdığı üçün o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək X16un yanına gəlib, sonuncuya qəsdən xəsarət yetirmək məqsədilə başına, alnına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurub yerə yıxaraq, zərərçəkmiş X16a baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları, başın hər iki gicgah, hər iki təpə və alın nahiyələrinin dərialtı hematoması, sağ qaşüstü, sağ gözaltı, burun, sol dirsək oynağı, bel, sağ sağrı nahiyələrinin, sol əlin və sol ayağın sıyrıqları, döş qəfəsinin ön səthinin, sol bazunun, sol əlin, sağ saidin, sağ diz oynağı nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin və sağ ayağın qançırları xarakterli, ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, nəticədə həmin əməllər, yəni onun ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar X6 sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən yetirdiyi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi və yumşalması xarakterli ağır zərər vuran xəsarətlər 22 oktyabr 2024-cü il tarixdə, saat 06:30-da ehtiyatsızlıqdan zərərçəkmiş X16un Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uşaqlıqdan bəri tanıdığı mərhum zərərçəkmiş şəxs X16 onun dostudur, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamış, münasibətləri çox yaxşı olmuşdur. 11 oktyabr 2024-cü il tarixdə onu, atası Şahid5 və qardaşı X4 dostu Murad öz toy mərasiminə Füzuli rayonu, Alxanlı kəndinə çağırmışdır. 11 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən evlərinə gəlib valideynləri ilə görüşmüş, həmin vaxt digər qardaşı X17 evdə olmamışdır. Paltarlarını dəyişdikdən sonra Füzuli rayonunun Alxanlı kəndinə toya getmiş, saat 13 radələrində toya çatmış və toyda dostları Şahid3, Kamil Xantəmirov və digər xatırlamadığı tanışları ilə bir masada əyləşib, yemək yeyib, “araq” içmişlər. Qardaşı X30 və atası Şahid5 həmin masada əyləşsələr də, onlar spirtli içki qəbul etməmişlər. Üç-dörd saatdan sonra qardaşı Nurlanla birlikdə toydan çıxmışlar. Atası onlardan əvvəl toydan çıxıb, onun “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Beyləqan rayonu, Yeni Mil qəsəbəsinə gətirmişdir. Nurlanla ona məxsus olan “Mercedes Vito” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən evlərinə gəlmişlər. Həmin vaxt valideynləri evdə olmuşlar. Təxminən bir saat evdə qalandan sonra saat 23 radələrində hava almaq üçün evdən çıxıb Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” adlı mağazanın qarşısına gəlmiş, qardaşı Nurlan evdə qalmışdır. Mağazaya daxil olub oradan dəyəri 1 (bir) manat olan “Bizon” adlı içkini soyuducudan götürərək kassaya yaxınlaşmış və mağazanın satıcısı Şahid4 1 (bir) manat pul verərək oradan çıxmışdır. Həmin vaxt “Yeni Mil” mağazasının qarşısında X13 həmkəndliləri X14, Şahid2 və Ramilin qohumu Şahid1 ilə pivə içərkən görmüşdür. X16la öpüşüb-görüşmüş, hal-əhval tutmuşlar. Həmin vaxt Beyləqan şəhərinə gedib gəzmək üçün Yuxarı Qarabağ-Daşburun avtomobil yolunun kənarından keçən avtomobillərə əli ilə işarə edərək saxlatmaq istəmiş, dövlət qeydiyyat nişanını bilmədiyi, xatırladığı qədər ağ rəngdə olan “Niva” markalı avtomobil onun əl işarəsi ilə saxlamışdır. Həmin avtomobilin sürücüsünü tanımamış, aralarında bilmədiyi səbəbdən mübahisə yaranmışdır. Ramil gəlib onu sakitləşdirmək istəmiş və avtomobil yolundan kənarlaşdırmışdır. Həmin vaxt “Niva” markalı avtomobilin sürücüsü onun içkili vəziyyətdə olduğunu görüb yoluna davam etmişdir. “Yeni Mil” mağazası istiqamətində gedən zaman Ramil onun boynunun arxa tərəfinə bir dəfə zərblə vurmuş, lakin xəsarət almamışdır. Bu vaxt Ramilin dayısı oğlu Şahid1 və Şahid2 onları ayırmışlar. Ramil onun həmin avtomobillə Beyləqan şəhərinə getməsinə mane olduğuna görə əsəbiləşib sərt şəkildə bir əli ilə Ramili sinə nahiyəsindən itələmiş, Ramil yerə yıxılmış, sonra ayağa durmuşdur. Əsəbi olduğu üçün Ramilin baş nahiyəsinə vurmuş və Ramil yenidən yerə yıxılmışdır. Ramil yıxılan zaman başının nəyəsə dəydiyini hiss etməmişdir. Ramili qaldırıb tikinti malları mağazasının ön divarının qabaq hissəsinə qoyulmuş oturacağa əyləşdirmiş, əsəbi şəkildə Ramilə bir dəfə sillə vurmuş və ondan əl çəkməsini demişdir. Ramil ona, “yaxşı, yaxşı, mənim səninlə işim yoxdur” demişdir. Sonra Ramildən aralaşmış və yenidən yolun kənarında dayanaraq yoldan keçən avtomobillərə əli ilə işarə edərək Beyləqan şəhərinə getmək üçün saxlatmağa çalışmışdır. Ramil onu yanlış anlayaraq sərxoş olduğu üçün avtomobilləri saxlatdırmaq istədiyini düşünmüş, lakin onun belə niyyəti olmamışdır. Ramilin özü də pivə içmişdir. Sonra Ramil Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” adlı mağazanın yaxınlığında dayanıb onu yenidən çağırmağa başlamışdır ki, yoldan çəkilib onun yanına getsin. Bu zaman Ramilə yaxınlaşaraq mağazanın qarşısında onun sinə nahiyəsinnən bir dəfə itələmiş, sonuncu müvazinətini itirərərək arxası üstə yerə yıxılmış və başının arxa hissəsi yerə dəymişdir. Ramil yerə yıxılanda başının nəyəsə dəyməsini hiss etməmişdir. Mağazanın qarşısına çınqıl, çınqıl tökülən yerlə mağazanın arasında olan yerə isə beton tökülmüş, yerdə başqa bir şey olmamışdır. Ramili sinəsindən itələyən zaman yanlarında heç kim olmamış, boş əli ilə vurmuş, yəni əlində heç nə olmamışdır. Ramil yerdə uzananda nəfəs almış, lakin ayağa qalxmamış və danışmamışdır. Həmin vaxt Ramildən heç nə soruşmamış, yaxınlıqdakı su kranını açaraq su götürüb Ramilin sifətinə vurmuşdur. Ramil yerə yıxılandan sonra onu yenidən vurmamış, Ramilin bədəni üzərində xəsarət görməmişdir. Ramildə xəsarət olubsa, onu itələyib yerə yıxdığı anda həmin xəsarətləri aldığını düşünür. Həmin vaxt mağazada satıcı işləyən Şahid4 gəlib ona kömək etmişdir. Elçin elə bilmişdir ki, Ramil sərxoş olduğu üçün yerdə uzanmışdır. Elçinlə birlikdə Ramilin sifətinə su vurmuş, ayılması üçün onu silkələmişdir. Bundan sonra Ramilin anası X7 “Ramil” deyərək oğlunu çağırdığını eşitmişdir. Şövkət Rzayeva onlara yaxınlaşıb Ramilin yerdə uzandığını görəndən sonra səbəbini soruşmuş, sonuncunun müvəqqəti halının pisləşdiyini düşünmüş, bədəni üzərində xəsarət, qan görmədiyinə, ayılacağını düşündüyünə görə anasına heç nə deməmişdir. Həmin vaxt həmkəndlisi Şahid3 onların yanına yaxınlaşıb, nə baş verdiyini soruşmuş, X26 içdiyini, daha sonra havanın soyuq olduğunu, Ramilin burada uzanmasının düzgün olmadığını deyib, Ramili evə aparmaq istədiyini demişdir. Elgün “Opel” markalı avtomobilini onların olduğu yerə yaxınlaşdırmış, Elçin, Elgün və Şövkətlə birlikdə Ramili Elgünün “Opel” markalı avtomobilinə mindirmişlər. Şövkət piyada getmiş, Ramili Elgünlə birlikdə maşınla Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən evinə aparmışlar. Bundan sonra qəsəbədəki evlərinə qayıtmışdır. Anası həmin vaxt yatmışdır. Evdə paltarını dəyişmiş və onunla birlikdə toya gələn Kamil adlı dostu ilə birlikdə atasına məxsus, etibarnamə ilə idarə etdiyi “**-OL-***” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili ilə Bakı şəhərinə qayıtmışdır. Ramillə aralarında olan mübahisə barədə öz valideynlərinə deməsini xatırlamır, lakin Kamilə heç nə deməmişdir. Növbəti gün, yəni 12 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində atası Şahid5 zəng edərək Ramilin vəziyyətini soruşmuşdur. Həmin vaxt atası ondan Ramilin vəziyyəti ilə maraqlanmasının səbəbini soruşmuş, atasına baş verən hadisə barədə bildirmişdir. Bir qədər sonra atası ona zəng edib, Ramilin vəziyyətinin yaxşı olmadığını, xəstəxanada olduğunu demiş və ondan gəlib polisə təslim olmasını tələb etmişdir. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlamış və izahatının alınması məqsədilə onu şöbəyə dəvət etmişlər. 13 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon Polis Şöbəsinə gəlib, təslim olmuşdur. Bakı şəhərində yaşadığına görə oraya getmiş, ona Bakı şəhərinə getməyi məsləhət görən olmamışdır. Ramil 11 oktyabr 2024-cü il tarixdə Yuxarı Qarabağ-Daşburun avtomobil yolundan keçən avtomobillərdən biri ilə Beyləqan şəhərinə getməsinə mane olduğuna görə, ona əsəbləşərək sinəsinnən iki dəfə itələmiş, sonuncu da hər iki dəfədə yerə çırpılmışdır. Ramili ondan başqa vuran olmamışdır. Ramilin üzərində qeyd olunan xəsarətləri gözü ilə görməmişdir. Ramili ondan əl çəkməsi və Yuxarı Qarabağ-Daşburun avtomobil yolundan keçən avtomobilləri saxladaraq, həmin avtomobillərdən biri ilə Beyləqan şəhərinə getməsinə mane olmaması üçün vurmuş, onu öldürmək niyyəti olmamışdır. Həmin vaxt ona mane olan heç kim olmamışdır. Əksinə Ramilin üzünə su vurmuşdur ki, ayılsın. Etdiyi hərəkətlərin nə ilə nəticələnəcəyini bilsəydi, Ramili vurmazdı. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, içkili vəziyyətdə əsəbi olaraq X16u vurduğunu xatırlayır. Ramillə mübahisəsi səbəbsiz yerə düşmüşdür. Belə ki, Ramil onun yoldan keçən avtomobillərə əl edib saxlamasına mane olurmuş, o özü yolu kəsməmişdir. Hadisə vaxtı cib telefonu yanında deyil, uşaqlarda olmuşdur. Videogörüntüyə də düşüb ki, Ramil onun arxası ilə qəzəbli-qəzəbli danışa-danışa gəldiyi üçün sonuncuya ondan əl çəkməsini deyərək, onu bir dəfə vurmuşdur. Hadisə günü Ramili təsadüfən görmüşdür. Ramil onu bıçaqla vuracağı ilə hədələmiş, lakin onun əlində bıçaq görməmişdir. Videokameraya da düşüb ki, bir nəfər kənd uşağı onları ayırmaya gəlmiş, lakin artıq gec olmuşdur. Ramilə çoxlu sayda yumruq zərbələri vurmamışdır. Hadisə yerində çox adam olmuş, onlardan Ceyhun Əhralov, Şahid1 və Şahid2 adlarını xatırlasa da, digərlərini xatırlamamışdır. Qardaşları Nurlan və Azad hadisə yerində olmamışlar. Nurlan həmin günü Bakıya qayıdacaqmış. Elgün toydan onlardan ayrı gəlmiş və mağazanın qarşısında təsadüfən onları görmüşdür. Hadisədən sonra Nurlana bu barədə xəbər verməmiş, Bakıya gedəndə ona hadisəni danışmışdır. Hadisədən sonra utanmış, ona qarşı həmişə yaxşı münasibət bəsləmiş Şövkət xanıma oğlu Ramili vurduğunu deyə bilməmişdir. Ramilin vəziyyətinin ciddi olmadığını zənn edib, onu xəstəxanaya deyil, evə aparmışdır. Ramil yolboyu heç nəyə reaksiya verməsə də, nəfəs aldığı üçün bir azdan oyanacağını zənn etmişdir. Bakıya gedəndə gecə yarısı olduğu üçün Ramilin vəziyyəti ilə maraqlanmamışdır. Ramili vəziyyəti pisləşəcəyi halda həkimə kimin aparacağını düşünə bilməmiş, çünki həmin vaxt yolda yuxulamışdır. Hadisədən bir-iki gün sonra polisdən ona zəng gəlmişdir. Elgün həmin günü Bakı şəhərinə getməmiş, onun Bakıya getməsindən xəbəri olmamışdır. Hadisədən iki gün sonra polisə gedib təslim olmuşdur. Bu müddət ərzində utandığından Ramilin ailəsindən səhhəti barədə maraqlanmamışdır. Əvvəlki məhkumluğu şəxsə bıçaqla xəsarət yetirdiyi üçün olmuşdur. İçkili olduğu üçün hadisəni törədərkən əvvəlki məhkumluğunu düşünməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəni hər hansı təzyiq, təsir altında olmadan verdiyini, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə baş verən hadisəyə görə mərhum zərərçəkmişin hüquqi varisindən üzr istədiyini, X16u öldürmək fikrinin olmamasını, onu qəsdən öldürməməsini, istəmədən yol verdiyi əmələ görə cəzasını çəkməyə hazır olduğunu bildirərək, məhkəmədən barəsində yekun qərar qəbul olunarkən əməlindən peşimançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (təqsirləndirilən şəxs, zərərçəkmişin hüquqi varisi və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs həmkəndlisi Təqsirləndirilən şəxs qəsəbədə əhalini narahat edən, xuliqan biri kimi tanıyır, aralarında dostluq, qohumluq, düşmənçilik və ədavət olmamışdır. Seyidağa kənddə bir sıra adama yaxınlaşaraq siqaret almaq üçün pul istəmiş, davranışları hamı tərəfindən pis qarşılanmışdır. Mərhum zərərçəkmiş şəxs X16 onun doğma oğludur. Seyidağa ilə Ramilin arasında əvvəllər ədavət və düşmənçilik, mübahisə və ya dava-dalaş olmasını görməmişdir. Lakin bir dəfə nəvəsi Ramalın deməsindən 2024-cü ilin yay aylarında xatırlamadığı tarixdə Seyidağanın Ramili beton kanalında boğmaq istədiyini eşitmiş, Ramildən bu barədə soruşanda Seyidağanın zarafat etdiyini, əhəmiyyətli bir hadisə olmadığını bildirmişdir. Ramil Seyidağa ilə dost olduğuna görə və Seyidağanın onunla zarafat etdiyini düşünüb buna əhəmiyyət verməmiş, ona görə də hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Hazırki iş üzrə hadisəni görməmiş, yəni Ramil və Seyidağanın dalaşmasının şahidi olmamışdır. Hadisə baş verən gün azyaşlı nəvəsi Ramin ağlayaraq əmzik istəmiş, qəsəbədəki mağazaya əmzik almaq üçün getmiş, mağazanın yaxınlığında üç nəfər şəxs görmüşdür. Onlardan ikisi digərinin üzünə su vururmuşlar. Həmin şəxslərə diqqətlə baxanda onlardan birinin oğlu Ramil olduğunu görmüşdür. Dərhal onların yanına gəlib, Ramilə nə olduğunu soruşmuşdur. Ramilin üzü tamamilə ağarmış vəziyyətdə imiş. Ramilin yanındakılar həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid3 olmuşlar və onlar Ramilin üzünə su vururmuşlar. Ramil huşsuz vəziyyətdə, gözünün biri və burnunun üstü göyərmiş vəziyyətdə olmuşdur. Gördüyü mənzərədən özünü itirmişdir. Seyidağadan Ramilin bu vəziyyətdə olmasının səbəbini soruşmuş, o da cavabında “dinmə, içib” cavabını vermiş, Elgün də Seyidağanın dediklərini təsdiqləmişdir. Əvvəlcədən Ramilin indicə evdən çıxdığını, içki içmədiyini, içki içərək qısa müddətdə belə vəziyyətə gəlməsinin mümkün olmadığını desə də, sonradan Seyidağa və Elgünün dediklərinə inanaraq Ramilin içkili olduğunu zənn etmişdir. Daha sonra Elgün və Seyidağa Elgünün markasını bilmədiyi avtomobilinin qapısını açaraq Ramili arxa oturacağa uzandırmışlar. Elgün avtomobili idarə etmiş, Seyidağa onun yanında əyləşmiş, o isə piyada evə qayıtmışdır. Ramilin içkili vəziyyətdə yıxıldığı üçün burnunun və gözünün göyərdiyini düşünmüşdür. Evə çatanda Seyidağa və Elgünün avtomobillə Ramili evinin arxa girişinə gətirdiklərini görmüş, onlar avtomobildən düşərək Ramili girişdəki qaz borusunun altından keçirdib, sürüyərək həyətə gətirmişlər. Onlara Ramilin yanında qalıb ayılacağını gözləyəcəyini demişdir. Bu vaxt Seyidağa onu qucaqlayıb, “Allah sənə səbr versin” demiş və Elgünlə çıxıb getmişdir. Ramilin başının və ayaqlarının altına yastıq qoyub, oyanmasını gözləmiş, lakin Ramil ayılmamışdır. Ramilin Seyidağa tərəfindən döyülüb belə vəziyyətə gətirilməsinə inanmamışdır. Səhərə yaxın Ramilin ağzından köpük gəldiyini görmüşdür. Təcili tibbi yardım xidmətinə məlumat vermək üçün mobil telefonuna kontur almaq məqsədilə mağazaya getmiş və orada Seyidağanın atası Şahid5 mağazadan çıxanda görmüş, salamlaşmışlar. Elmanın rəngi qaralmış, həmişəki vəziyyətdə olmamışdır. Mağazadan kontur alandan sonra təcili tibbi yardım xidmətinə zəng etmiş, həkimlər gələndə Ramilin bu vəziyyətdə olmasının səbəbini soruşmuşlar. Seyidağa ilə Elgünün dediklərinə inanıb, Ramilin içkili vəziyyətdə olduğunu bildirmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşları və Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkimlər ona Ramilin aldığı xəsarətlərdən döyülməsini ehtimal etdiklərini deyəndə, onların dediklərini rədd edərək Ramilin içdiyini bildirmiş, lakin daha sonra oğlunun vəziyyətinin ağır olduğuna görə reanimasiya şöbəsinə aparıldığını görəndə onun döyüldüyünə inanmışdır. 13 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində Ramil Bakı şəhərinə, Neyrocərrahiyyə Xəstəxanasına göndərilmişdir. Xəstəxanada həkim Ramilin çox ağır dərəcədə xəsarət aldığını, komada olduğunu bildirmişdir. Təxminən beş-altı gün sonra Ramil əməliyyat olunmuş, bundan sonra da onun vəziyyəti yaxşılaşmamış, nəfəs alması üçün oksigen balonuna qoşulmuşdur. 22 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Ramilin nəşi təcili tibbi yardım maşını ilə evinə gətirilmişdir. Yas mərasimində kənd camaatından Seyidağanın qardaşı Azad Rüstəmovla birlikdə Ramili döydükdən sonra atası Şahid5 yanına getdiyini, atasına Ramili öldürdüyünü dediyini, Elmanın isə Seyidağaya maşını verərək Bakı şəhərinə getməsini tapşırdığını eşitmişdir. Ramil hündürboy, cüssəli olduğuna görə onun təkcə Seyidağa tərəfindən döyüldüyünə inanmır, Seyidağanın qardaşı Azadın da Ramili tutaraq döydüyünü güman edir. Daha sonra camaat arasında danışılan söhbətlərdən eşitmişdir ki, Seyidağa içkili vəziyyətdə yoldakı avtomobilləri saxlamağa çalışmış və təhlükəli vəziyyət yaratmış, Ramil avtomobil sürücülərinə Seyidağanın içkili vəziyyətdə olduğunu, ona fikir verməmələrini demişdir. Həmin vaxt Seyidağa Ramilin hərəkətinə əsəbləşmiş və mübahisələri yaranmışdır. Seyidağanın Ramili döyməsini görməmiş, lakin hadisə zamanı qardaşı oğlu Şahid1, Şahid3 və Şahid2 orada olduqlarını eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Şövkət Rzayeva məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Seyidağa və ailəsi oğlunun yas mərasiminə gəlməmiş, eləcə də, onlara dəymiş maddi ziyanı, xəstəxana xərclərini qarşılamamışlar. Seyidağaya qarşı maddi tələbi və ya mülki iddiası yoxdur. Oğlu Ramil 11 oktyabr 2024-cü il tarixdə Seyidağanın onu vurması nəticəsində aldığı xəsarətlərdən 22 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Kənd camaatından eşitdiyinə görə məlum hadisədən sonra Seyidağaya Ramilin ayılmaması barədə deyəndə, Seyidağa “onu, yəni Ramili elə vurmamışam ki, bir də ayıla” ifadəsini işlətmişdir. Buna görə də, Seyidağanın Ramili qəsdən öldürməməsi barədə dediklərinə inanmır. Seyidağa, həmçinin Ramilin ölümünə səbəb olan digər şəxslərin tapılaraq məsuliyyətə cəlb edilmələrini, Seyidağanın ən ağır cəzaya məhkum olunmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid7 oğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla ədavət və ya düşmənçiliyi yoxdur, mərhum X16 isə onun bacısının oğludur. 12 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında xalası oğlu Şahid8 ona zəng edərək bildirmişdir ki, Şövkət Rzayeva onun yanındadır, Ramil 11 oktyabr 2024-cü il tarixdə spirtli içki içmiş, Seyidağa ilə Şahid3 Ramili evlərinə gətirmiş, qaz borusunun altından keçirib, həyətdə qoyub getmişlər və axşamdan bəri Ramil ayılmamış, hava soyuq olduğuna görə Ramili evə aparmaq istəmişdir, lakin tək apara bilmədiyi üçün ona kömək etmək məqsədilə Şövkətgilin evinə gəlsin. Evdən çıxıb bacısı Şövkətin evinə getmiş və həyətə daxil olanda Ramilin torpağın üzərində uzandığını, üzərində yorğan olduğunu görmüşdür. Özü Ramilin sağ, Yaşar isə sol qoluna girərək onu içəriyə, yataq otağına aparmışlar. Ramil həmin vaxt nisbətən ayağını yerə qoyaraq yerimişdir. Onu otağında yatağın üzərinə uzadıb, evdən çıxmışlar. Daha sonra kənd camaatından Ramilin ağzından köpük gəldiyini, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparıldığını eşitmişdir. Təxminən üç saatdan sonra Yaşar ona zəng edərək bildirmişdir ki, Şahid1 11 oktyabr 2024-cü il tarixdə Seyidağa ilə Ramilin mübahisə etdiklərini və Seyidağanın Ramili döydüyünü demişdir. Daha sonra Allahverdi və Yaşarla birlikdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xatırladığı qədər Ramilin sol gözü göyərmiş, üzündə başqa xəsarət görməmiş, əynində paltar olduğuna görə bədəninin digər nahiyələrində xəsarət olub-olmadığına fikir verməmişdir. Ramili 12 oktyabr 2024-cü il tarixdə yaşadığı evdə görəndə çətinliklə nəfəs almış, onu səsləyərək nəyə görə bu qədər içdiyini soruşmuş, lakin Ramil ona cavab verməmişdir. Ramili görəndə onun gözləri yarıaçıq vəziyyətdə olmuşdur. Şövkət ona Ramilin 11 oktyabr 2024-cü il tarixdə spirtli içki içdiyini dediyinə və sonuncunun bədəni üzərində xəsarət görmədiyinə görə onun hər hansı şəxs tərəfindən döyüldüyünü düşünməmişdir. Ramilin gözünün göyərməsini görəndə Şövkətdən bunun səbəbini soruşmuş, Şövkət də demişdir ki, Ramil sərxoş olduğuna görə yəqin yıxılıb gözü harasa dəymişdir. Şövkət ona Ramilin 11 oktyabr 2024-cü il tarixdə sərxoş olduğunu, Seyidağa ilə Elgünün onu evlərinə gətirdiyini, gecədən bəri ayılmadığını dediyinə görə Ramilin ağır dərəcədə sərxoş olduğunu düşünmüş, həmçinin, sonuncunun bədəni üzərində xəsarət görmədiyinə görə onun döyüldüyü ağlına gəlməmişdir. Ramil döyüldüyü halda Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılanda, bu barədə xəstəxanadan hüquq-mühafizə orqanına məlumat veriləcəkdir və ona görə də “102” xidmətinə məlumat verməmişdir. Sonradan eşitmişdir ki, Elgün və Seyidağa hadisə günü Bakı şəhərinə getmişlər və polislər məlum hadisə ilə əlaqədar onları geri gətizdirmişlər. Seyidağanın Ramili 2024-cü ilin yay aylarında kanalda boğmaq istəməsi barədə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ölmüş zərərçəkmiş şəxs X16u həmkəndliləri kimi tanımış, onlarla hər-hansı qohumluğu, ədavət və ya düşmənçiliyi olmamışdır. 11 oktyabr 2024-cü il tarixdə toy mərasimində sərxoş vəziyyətdə olduğuna görə yıxılmış və topuğu çıxmışdır. Ayağı ağrıdığına görə dərhal ailəsi ilə birlikdə toydan çıxmışdır. Asiman Qarayev onun övladının kirvəsi olduğuna görə toya dayısı Şakir Məmmədovu da dəvət etmişdir. İçkili olduğu üçün avtomobilini dayısı idarə etmişdir. Ailə üzvlərini evə apardıqdan sonra dostu Kamilə zəng etmiş və sərxoş olduğuna görə maşını idarə edə bilmədiyini, onu Beyləqan şəhərinə aparmasını xahiş etmişdir. Təxminən on beş dəqiqə ərzində Kamil gəlib onun avtomobilini idarə etmiş, Beyləqan şəhərində yaşayan Təvəkgül adlı sınıqçının evinə getmişlər. Təvəkgül onun topuq sümüyünü yerinə saldıqdan sonra evdən çıxmışlar. Kamil Beyləqan rayonu, Yeni Mil qəsəbəsində işıq transformatorunun yanında düşmüş, o isə avtomobilini idarə edərək evə getmişdir. “Yeni Mil” mağazasının qarşısından keçəndə Təqsirləndirilən şəxs, mağazada işləyən Şahid4, X16u və sonuncunun anası Şövkət Rzayevanı orada görmüşdür. Həmin vaxt Ramil yerdə huşsuz vəziyyətdə uzanmış, Elçin qucağında Ramilin başından tutmuş, Şövkət və Seyidağa isə ayaqüstə dayanmışlar. Avtomobilini mağazanın yaxınlığında saxlamış və nə baş verdiyini öyrənmək üçün onların yanına gəlmişdir. Həmin vaxt Seyidağa, ya da Şövkət Ramilin spirtli içki içdiyini demiş, Ramilin harada içdiyini soruşmuş, Şövkət də evdə içdiyini bildirmişdir. Şövkət Ramilin belə vəziyyətdə mağazanın qarşısında qalmasının düzgün olmadığını deyərək, onu evə aparmalarını xahiş etmiş, “Opel Astra H” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısını açmış və Ramili dördü birlikdə arxa oturacağa uzatmışlar. Seyidağa ön oturacaqda oturmuş, maşında yer olmadığına görə Şövkət piyada evə getmişdir. Yeni Mil qəsəbəsində uzun müddət qalmadığına görə Ramilin evinin əsas girişinin harada olduğunu bilməmiş, buna görə də, onların evinə bildiyi yolla getmişdir. Evə çatanda Şövkət qapını açmış, Seyidağa Ramilin qollarından, o isə ayağından tutaraq onu həyətə aparmışlar. Başqa yol olmadığına görə qapının girişində olan qaz borusunun üzərindən Ramili həyətə keçirmişlər. Ayağı və başı ağrıdığına görə Ramili evə apara bilmədiyini, gücünün çatmadığını, kömək üçün başqa adam çağırmalarını xahiş etmişdir. Bundan sonra Şövkət içəridən döşək gətirib torpağın üzərinə qoymuş və Ramilin ayılmasını gözləyəcəyini demişdir. Onlar Ramili qaldırıb döşəyin üzərinə qoymuşlar. Həmin vaxt Seyidağa Şövkəti qucaqlamışdır. Daha sonra avtomobilinə minib evə qayıtmışlar. Baş Mil kanalının yaxınlığında avtomobilini saxlamış və Seyidağa orada maşından düşmüşdür. Baş verən hadisə barədə səhəri gün bilmişdir. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs toyda olmuş, onunla əvvəl bir, on beş-iyirmi dəqiqə sonra isə ayrı-ayrı masalarda əyləşmişlər. Mərhum X16 həmin toyda olmamışdır. Seyidağa ilə Ramili uşaqlıq vaxtlarından tanımışdır. Seyidağa Ramilə nəsə edəcəyi barədə ona heç vaxt nəsə deməmiş, Seyidağanın Ramilə qarşı hər-hansı əsəbinin olduğunu görməmişdir. Həcmini bilməsə də, Seyidağanın spirtli içki qəbul etdiyini görmüşdür. Toydan axşam saat 08-09 radələrində çıxmış, 09-10 radələrində Seyidağa, Ramil, Elçin və Şövkət xanımı mağazanın qarşısında görmüş, ilkin olaraq onları tanımadan avtomobili saxlamışdır. Həmin vaxt avtomobildə tək olmuş, Seyidağada şübhəli hal müşahidə etməmiş, Ramildə müşahidə nəticəsində hər-hansı xəsarət izi görməmişdir. Ramilin əynində ağ köynək və şalvar olmuşdur. Ramilin nəbzi vururmuş və onu xəstəxanaya aparmaqla bağlı heç kim təklif etməmişdir. Seyidağa çox sərxoş olduğu üçün özünü idarə edə bilmirmiş. Şövkət xanım Ramilin içdiyini deyəndə, ona “içəndə belə olur” deyə bildirmişdir. Hadisə yerinə sonradan gəlmiş və əlindən gələn bütün köməkliyi Şövkət xanıma təklif etmişdir. Hadisənin baş verdiyi yer Bakı-Beyləqan yolunun hərəkət olmayan sol hissəsində, hardasa yoldan yeddi-səkkiz metr kənarda idi. Hadisə yerində ifadəsində bildirdiyi şəxslərdən əlavə kimsə olmamışdır. Seyidağa Şövkət xanımı qucaqlamış və ona “Allah köməyiniz olsun“ demiş, hətta ağlamışdır. Seyidağadan niyə belə etdiyini,ağladığını soruşmuş, sonuncu isə ona cavab verməmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluğu, ədavət və düşmənçiliyi yoxdur, mərhum zərərçəkmiş şəxs X16 isə onun doğma bibisi oğludur. 11 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində hava almaq məqsədilə Yeni Mil qəsəbəsində “Yeni Mil” mağazasının yaxınlığına gəlmiş, mağazanın yaxınlığında yerləşən tikinti malları mağazasının qarşısında Ramil, Seyidağa, Ceyhun Əhralov və Şahid2 görmüşdür. Sağ əli ilə Seyidağa ilə görüşəndə o, sol əli ilə işarə verərək Yuxarı Qarabağ-Daşburun avtomobil yolundan keçən avtomobilləri saxlatmaq istəmişdir. Seyidağa avtomobil yolunun yaxınlığında dayanmışdır. Onun işarəsi ilə Daşburun istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi, ağ rəngdə “Niva” markalı avtomobil yolunun ortasında saxlamış, həmin vaxt Ramil, Ceyhun, Sənanla birlikdə tikinti malları mağazasının qarşısında skamyanın yanında çınqıl ilə örtülmüş yerdə olmuşlar. Daha sonra Ramil Seyidağanın arxasınca Yuxarı Qarabağ-Daşburun avtomobil yoluna tərəf, o da Ramilin arxasınca getmişdir. Həmin vaxt avtomobilin sürücüsü Seyidağaya “qoy maşını yolun qırağında saxlayım, gəlim görüm sən mənə nə deyə bilərsən” deyə bildirmişdir. Seyidağanın avtomobil sürücüsünə əvvəlcə nə dediyini eşitməmiş, amma onlar mübahisə etmişlər. Ramil həmin vaxt avtomobil sürücüsünə “qaqa, sür get, buna baş qoşma, içkilidi” deyərək yoluna davam etməsini bildirmiş, sürücü də maşından düşmədən yoluna davam etmişdir. Ramil Seyidağanın qolundan tutaraq onu yolun hərəkət hissəsindən uzaqlaşdırmaq istəmiş, onlarla birlikdə yolun digər hissəsinə keçmişdir. Seyidağa yolun kənarında, torpaqla örtülən yerdə qolunu Ramilin barmaqlarının arasından çıxartmış və Ramilə “nə istəyirsən məndən, burax məni” demiş, Ramil isə “yaxşı, yaxşı” deyərək onu buraxmışdır. Həmin an Seyidağa qəfildən yumruqla Ramilin sinəsindən vurmuş və qollarından sıxıb itələmişdir. Ramil yerə oturmuş, sonra isə ayağa qalxmışdır. Seyidağa sərxoş olduğuna görə ətrafda gəzişmişdir. Təxminən bir dəqiqə çəkməmiş, Seyidağa qəfildən Ramilin yanına gəlmiş və yumruqla onun başına zərbə endirmişdir. Həmin vaxt Seyidağanın Ramilə neçə zərbə vurması dəqiq yadında deyildir. Zərbənin təsirindən Ramil bir az aralı məsafədə torpaqla örtülmüş yerə çırpılmışdır. Həmin an Ramilin başı yerə dəymiş, ayağa qalxa bilməmiş, onun ürəyinin getdiyini düşünmüşdür. Seyidağa ona demişdir ki, mağaza açıqdır, gedib su alsın. “Yeni Mil” mağazasına su almaq üçün gedəndə Seyidağa Ramilin qollarından tutub onu skamyaya tərəf gətirmişdir. Mağazada həmin vaxt satıcı Şahid4 olmuş, su alıb skamyaya tərəf gəlmişdir. Həmin vaxt Seyidağa Ramili skamyada oturdurmuş, daha sonra onlardan uzaqlaşaraq “Yeni Mil” mağazasına girmişdir. Aldığı suyu açıb Ramilin içməsi, üzünə vurması üçün təklif etmiş, Ramil “istəmirəm” deyib, suyu içməmiş, üzünə vurmamışdır. Ramilə “qaqa, sənə lazım idi, Seyidağanın söhbətinə qarışmaq” demiş, Ramil isə ona cavab verməmişdir. Daha sonra Ramilə bildirmişdir ki, onlara ya da Ramilgilə getsinlər. Ramil ona demişdir ki, getmir, o özü getsin. Dəfələrlə Ramilin onunla evinə, ya da onların evinə gəlməsini istəsə də, Ramil razılaşmamışdır. Seyidağa həmin vaxt telefonunu axtarmış, onlardan kənarlaşmışdır. Ramil ondan çıxıb getməsini tələb etdiyinə və həmin vaxt anası evdə tək olduğuna görə evə qayıtmışdır. Səhəri gün hadisədən xəbər tutmuş və gördüklərini bildirmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, qaranlıq olduğu üçün tam xatırlamasa da, Seyidağa onun yanında Ramili sinəsindən iki dəfə vurmuş, birinci zərbə yüngül olmuş və Ramil yıxılmış, ikinci dəfə isə sərt vurmuş, elə bilmişdir ki, Ramilin ürəyi gedib. Ramillə Seyidağanın arasında əlbəyaxa dava olmamış, Seyidağa Ramili qəfildən vurmuşdur. Ramili hadisə yerində tək qoyub getmişdir. Sənan və X22 vuranda orada olmamış, artıq çıxıb getmişdirlər. Ramil ona Seyidağanı bıçaqla vurmadan getməyəcəyi kimi bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum zərərçəkmiş şəxs X16u həmkəndliləri kimi tanımışdır, onlarla qohumluq, ədavət və düşmənçiliyi yoxdur. Bəzən qardaşı Elman Qarayevə kömək məqsədi ilə ona məxsus “Yeni Mil” adlı mağazada satıcı kimi işləyir. 11 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində qardaşı Elman ona zəng edərək özünü narahat hiss etdiyini, onu əvəz etməsini xahiş etmiş, o da evdən çıxıb mağazaya gəlmişdir. Mağazaya gələndən on-on beş dəqiqə sonra Ramil mağazaya daxil olmuş və “Kuller” markalı pivədən iki ədəd alaraq mağazadan çıxmışdır. Həmin vaxt Ramilin sərxoş olduğunu hiss etmişdir. Bundan təxminən yarım saat sonra Ramil yenidən mağazaya gəlmiş və yenə də “Kuller” markalı pivədən iki ədəd almışdır. Həmin gün Seyidağa da mağazaya gəlib bir ədəd “Bizon” markalı enerji içkisi, Şahid1 isə “Bonaqua” markalı bir litrlik qazsız su almışdır. Saat 23 radələrində mağazanı bağlamaq qərarına gəlmiş və çölə çıxmışdır. Mağazaya bitişik yerdə içərisinə qida məhsulları qoyduqları anbar vardır. Anbarı və mağazanın pəncərəsinin pərdəsini (jalüzünü) bağlamaq üçün həmin istiqamətə gedərkən, anbarın qarşı tərəfində bir nəfərin yerdə huşsuz vəziyyətdə uzandığını görmüşdür. Həmin an həmkəndlilərindən birinin sərxoş vəziyyətdə olduğunu və yerdə yatdığını güman etmişdir. Oraya yaxınlaşan zaman həmin şəxsin X16 olduğunu bilmişdir. Ramil nəfəs almış, lakin hərəkət etməmişdir. Ramilin sərxoş olduğunu düşünmüşdür. Ona yaxınlaşanda rahat nəfəs almış, lakin əl və ayaqlarını tərpətməmişdir. Az sonra Seyidağa gəlmiş və birlikdə Ramili silkələmişlər. Daha sonra Ramili Seyidağanın yanında qoyub, mağazadan Ramilin içməsi üçün su gətirmişdir. Qayıdandan sonra Seyidağa ilə birlikdə Ramilin oyanması üçün onun üzünə su vurmuşlar, lakin Ramil oyanmamışdır. Seyidağa ona Ramili döyməsi, aralarında mübahisə olması barədə heç nə deməmişdir. Seyidağa ilə Ramilin yanında çöldə duran zaman Şövkət Rzayeva əvvəl nəvəsi üçün əmzik almaq üçün mağazaya daxil olmaq istəmiş, daha sonra onları mağazanın yaxınlığında görüb, onlara tərəf gəlmişdir. Beş-altı dəqiqə ərzində Ramili ayıltmağa çalışsalar da, o ayılmamışdır. Həmin vaxt Şahid3 onların yanına gəlmişdir. Daha sonra Şövkət Ramilin belə vəziyyətdə mağazanın önündə qalmasının düzgün olmadığını, havanın soyuq olduğunu deyərək, evlərinə aparmalarını xahiş etmiş, Elgün “Opel” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi maşınını mağazanın yaxınlığında saxladığını, onun maşını ilə Ramili evlərinə apara biləcəyini bildirmişdir. Şövkət Elgünlə razılaşmış və Elgün maşını onların olduğu yerə gətirmişdir. Seyidağa Ramilin qollarından tutub qaldırmaq istəsə də, sərxoş vəziyyətdə olduğuna görə bacarmamış, buna görə də o, Ramilin qollarından, Seyidağa isə ayaqlarından tutub maşına mindirmişlər. Ramil cüssəli olduğuna görə onu arxa oturacaqda uzanıq vəziyyətdə yerləşdirmişlər, Elgün avtomobili idarə etmiş, Seyidağa isə Elgünün yanında ön oturacaqda əyləşmişdir. Bundan sonra Şövkət əmzik almaq istədiyini demiş, mağazaya daxil olmuş və əmzik alıb mağazadan çıxıb, piyada evə getmişdir. Növbəti gün axşam radələrində kənd camaatından Ramilin Seyidağa ilə mübahisə etdiyini, ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında olduğunu eşitmişdir. Seyidağa ilə Ramilin arasında əvvəllər ədavət və düşmənçilik, mübahisə və ya dava-dalaş olduğunu eşitməmişdir. Şahid4 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Ramili nə vaxtsa hadisə günü gördüyü vəziyyətdə görməmişdir. Ramildə həmin vaxt xəsarət izləri müşahidə etməmişdir. Mağazaya gedib su gətirib Ramilin üzünə tökəndə Seyidağa hadisə yerinə gəlmiş, özünü şübhəli aparmamış, lakin onun sərxoş olduğunu hiss etmişdir. Belə ki, Ramili avtomobilə mindirəndə Seyidağa çətinlik çəkmişdir. Həmin gün Ramil dükana ikinci dəfə gələndə içkili olduğu hiss olunmuşdur. Hadisə yerinə birinci Seyidağanın, sonra Şövkət xanımın, daha sonra isə Elgünün gəldiyi yadında qalmışdır. Məhkəmədə cinayət işi üzrə Təqsirləndirilən şəxs atası olan Şahid5 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələri əsasında, həmin Məcəllənin 329.1-ci maddəsinə (məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) görə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində arvadı Anaxanım Rüstəmova ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Seyidağa tutulana qədər Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ailəsi ilə birlikdə yaşamış və usta işləmişdir. Seyidağanın üç övladı vardır. 11 oktyabr 2024-cü il tarixdə onu Seyidağa və digər oğlu X30 ilə birlikdə iş yoldaşlarının toyuna, Füzuli rayonunun Alxanlı kəndinə dəvət etmişlər və həmin tarixdə birlikdə toya getmişlər. Seyidağa Bakı şəhərindən Kamil adlı dostu ilə birlikdə etibarnamə ilə verdiyi “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı, Nurlan isə “Mercedes Vito” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə tək Beyləqan rayonunun Yeni Mil qəsəbəsinə gəlmişlər. Seyidağanı Kamil ilə 11 oktyabr 2024cü il tarixdə Yeni Mil qəsəbəsində “Şəhidlər bulağı”nın yanında görmüşdür. Həmin vaxt Nurlan onun yanında olmuş, Nurlan Seyidağadan tez gəlmişdir. Görüşəndən sonra Nurlanın maşınına minmiş, Seyidağa isə Kamillə “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Füzuli rayonunun Alxanlı kəndində toya getmişlər. Şahid3 həmin toyda iştirak etmişdir, lakin Elgünün kiminlə birlikdə toya gəldiyini bilməmiş, toyda yıxıldığını görməmiş, sonradan onun toyda yıxılaraq topuq sümüyünün çıxdığını kənd camaatından eşitmişdir. Toydan tez çıxmış və “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonunun Yeni Mil qəsəbəsinə qayıtmışdır. Seyidağanın kiminlə toydan qayıtdığını dəqiq bilmir. Toydan gələndən bir neçə saat sonra qapı döyülmüş, Nurlan Kamillə evə daxil olmuşdur. Onlar Nurlana məxsus “Mercedes Vito” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə gəlmişlər. Həmin vaxt Seyidağa onların yanında olmamışdır. Onlardan Seyidağanın harada olduğunu soruşmuş, ikisindən biri Seyidağanın “Yeni Mil” mağazasının yanında düşdüyünü demişdir. Yaşadıqları evdə Nurlan, Anaxanım və Kamillə olduqları vaxt Nurlan Bakı şəhərinə qayıdacağına görə ilk öncə evdən çıxmış, Anaxanım isə xəstə olduğuna görə yatmışdır. Digər oğlu Azad Rüstəmov həmin vaxt “Beton” kanal adlanan yerdə balıq tutmağa getmişdir. Oğlu Azad balıq tutmaqla məşğul olduğuna görə günün çox hissəsini kanalda olmuşdur. Axşam saat 20 radələrində istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsindən Seyidağanın istifadəsində olan 070 ***-**-** saylı telefon nömrəsinə zəng etmiş, harada olmasını soruşaraq, evə gəlməsini təklif etmişdir. Seyidağa cavabında tanışları ilə dondurma yediyini, bir azdan gələcəyini demişdir. Təxminən üç saat sonra Kamillə çay içərkən Seyidağa evə gəlib, Bakı şəhərinə qayıdacağını demiş, çay içəndən təxminən otuz dəqiqə sonra evdən çıxmışdır. 11 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində Seyidağa yaşadıqları evə gələndə ona Ramil ilə mübahisə etdiyini, onu döydüyünü deməmişdir. 12 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında Seyidağa ona zəng edərək Ramilin vəziyyətini soruşmuşdur. X16 onun həmkəndlisidir. Seyidağadan nəyə görə Ramilin vəziyyətini öyrənmək istədiyini soruşmuş, o da 11 oktyabr 2024-cü il tarixdə Ramil ilə mübahisə etdiyini, onu döydüyünü demişdir. Seyidağanın bu hərəkətinə acıqlanmışdır. Günorta saatlarında sinif yoldaşı (kirvəsi) Arif Babayev yaşadığı evə gələrək qohumu Mətləb Cəfərovun 11 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Seyidağa ilə Ramilin dava etməsini, Ramilin koma vəziyyətində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında olmasını dediyini ona bildirmişdir. Dərhal Seyidağaya zəng edərək, gəlib polisə təslim olmasını tələb etmişdir. 12 oktyabr 2024-cü il tarixdə Seyidağanın Ramili döyməsi barədə məlumatı olandan sonra oğlu Nurlana zəng edib hadisə barədə məlumat vermiş və təcili Beyləqan rayonuna gəlməsini tapşırmışdır. Nurlanla birlikdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Orada Ramili Bərdə şəhərində “Qarabağ Klinikası”na MRT olunması üçün apardıqlarını demişlər. MRT-nin cavabına əsasən Ramili dərhal Beyləqan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində Neyrocərrahiyyə Xəstəxanasına aparmışlar. Bakı şəhərinə getmək istəsə də, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbənin inzibati binasına gətirilmiş və izahatı alınmışdır. Seyidağa xatırlamadığı saatda Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olmuşdur. Seyidağa polis əməkdaşları tərəfindən tutulandan sonra o, evə gəlmiş, daha sonra Ramilin vəziyyətini öyrənmək üçün Bakı şəhərinə, Neyrocərrahiyyə Xəstəxanasına getmişdir. Ramilin ailəsi orada olmalarına narazılıq etdiklərinə görə uzaqdan məlumat almağa çalışmış, vəziyyətinin ağırlaşmasını öyrənmişlər. 22 oktyabr 2024-cü il tarixdə oğlu Nurlanın evində olan zaman adlarını xatırlamadığı həmkəndliləri ona zəng edərək Ramilin vəfat etdiyini, nəşini Yeni Mil qəsəbəsinə gətirdiklərini demişlər. X16u həmkəndlisi kimi uşaq yaşlarından tanıyır. Ramilin ailəsi və qohumları ilə münasibəti hər zaman yaxşı olmuş, aralarında dostluq, qohumluq, düşmənçilik və ədavət olmamışdır. Seyidağa ilə Ramilin arasında əvvəllər ədavət və düşmənçilik, mübahisə və ya dava-dalaş olmamış, hər zaman mehriban olmuşlar. Hətta Ramil Seyidağanın adını mobil telefonuna “Ağa qardaş” kimi qeyd etmişdir. Hadisəni görməmiş, yəni Ramil və Seyidağanın dalaşmasının şahidi olmamışdır. Oğlu Nurlanla Beyləqan Rayon Mərkəzi Xəstəxanasına gedən zaman həkimlər Ramilin koma vəziyyətində olmasını demişlər. Seyidağa evə gələn zaman ona bu barədə heç nə deməmiş, paltarlarını yığaraq Bakı şəhərinə qayıtmaq istədiyini bildirmişdir. Seyidağanın davranışında şübhəli hal hiss etməmiş, həmçinin, paltarlarında hər hansı iz, qan ləkəsi görməmişdir. Kənd camaatından Ramilin dayısı oğlu Allahverdi Rzayevin də dava vaxtı orada olduğunu eşitmişdir. Allahverdi hadisədən sonra qohumu İsmayıl Babakişiyevə mübahisə zamanı ilk öncə Ramilin Seyidağanı vurduğunu, daha sonra onları ayıraraq Ramili evlərinə aparmaq istədiyini, lakin Ramilin Seyidağanı bıçaqla vurmadan getməyəcəyini bildirdiyini demişdir. Təqsirləndirilən şəxs toy mərasimindən qayıtdığına görə içkili olmuşdur. Həmçinin, Ramilin dayısı oğlu Maarif Rzayevin deməsinə görə həmin gün onunla birlikdə Ramil də 750 ml içki qəbul etmiş, daha sonra Ramil mağazadan pivə almışdır. Həmin görüntülər “Yeni Mil” mağazasının nəzarət kamerasına düşmüşdür. Seyidağa 11 oktyabr 2024-cü il tarixdə evə qayıdan zaman Ramillə mübahisə etdiyini, Ramili döydüyünü ona deməmişdir. Bu barədə ona məlumat versə idi, dərhal polis şöbəsinə və xəstəxanaya məlumat verərdi. Həmçinin, “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini dörd-beş ildir ki, oğlu Seyidağaya etibarnamə ilə vermişdir. Oğlu Azad 11 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında balıq tutmaq üçün Qarabağ kanalına getmişdir. Seyidağa Bakı şəhərinə getmək istəyəndə Azad evə gəlmiş, hadisə vaxtı Seyidağanın yanında olmamışdır. Seyidağa evə gəlməmişdən öncə Anaxanım onun paltarlarını yığaraq hazır vəziyyətdə kənara qoymuşdur. Seyidağa evə gələndə Anaxanım xəstə olduğu üçün yatmış və onu görməmişdir. Seyidağa Bakı şəhərində yaşadığı üçün oraya getmişdir. Seyidağanın Ramili döyməsi barədə məlumatı olmamış, Seyidağadan Bakı şəhərinə getməsini istəməmişdir. Hadisə barədə məlumatı olsa idi, özü “102” xidmətinə məlumat verərdi (cild 01, i.v. 163-167; cild 02, i.v. 216-221). Şahid5 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisən sonra mərhumun ailəsinə, Şövkət xanıma köməklik etməyə cəhd etmiş, lakin evinə getməmiş, buna səbəb də sonuncunun qəzəbli olması olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 11:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından X6 “burnun üst nahiyəsinin sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 04). Şövkət Rzayevanın Beyləqan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, oğlu X16 həmkəndlisi X21 tərəfindən döyülmüş, sonuncunun barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir (cild 01, i.v. 05). Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 08:12 radələrində X8 “qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, alın gicgah təpə kontuziyası, travmatik, sağ 4-cü mədəciyə daxili qan sızma diaqnozunun olması” barədə şöbəyə xəstəxanadan məlumat daxil olmuşdur (cild 01, i.v. 08). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” marketin və tikinti materialları mağazasının qarşısıdır və baxışın aparılmasında iştirak etmiş Şahid4 X16u huşsuz vəziyyətdə aşkar etdiyi yeri əyani olaraq göstərmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 14-19). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, protokolu və məktubundan görünür ki, azadlığı faktiki olaraq həmin tarixdə, saat 20:30-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, həmçinin, bu barədə yaxın qohumuna məlumat verilməsi təmin edilmişdir (cild 01, i.v. 23; 34; 36). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 45-46). Beyləqan Rayon Məhkəməsinin 4(020)-63/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 oktyabr 2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(020)-2/2025, 4(020)-15/2025 nömrəli, 09 yanvar və 12 fevral 2025-ci il tarixli qərarları ilə qətimkan tədbirinin müddəti uzadılmışdır (cild 01, i.v. 63-67; 120-124; cild 02, 64-69; 159-164). Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 08:30 radələrində X16un qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində vəfat etməsi barədə şöbəyə xəstəxanadan məlumat daxil olmuşdur (cild 01, i.v. 68). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrindən, həmin Məcəllənin 126.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (cild 01, i.v. 73). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan hazırki cinayət işinin istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beyləqan Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 01, i.v. 75). Beyləqan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan hazırki cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 77). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024 nömrəli məktubundan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə “alkoqol intoksiyası” diaqnozu ilə həmin xəstəxanın təcili tibbi yardım bölməsinə müraciət etmiş, ona müvafiq tibbi yardım göstərilmiş, mədəsi yuyulmuş, ilkin tibbi yardım göstərildikdən sonra, həmin tarixdə, saat 12:00-da “dəqiqləşdirilməmiş koma, kəllə-beyin travması” diaqnozu ilə həmin xəstəxananın Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş, yenidən müvafiq tibbi yardım göstərilmiş, həmin tarixdə, saat 03:45-də Bakı şəhərində yerləşən Neyrocərrahiyyə xəstəxanasına təxliyə edilmişdir (cild 01, i.v. 93-94). “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixoloji, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur (cild 01, i.v.105-106). Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunaraq, cəzası şərti hesab olunmaqla, barəsində 2 (iki) il sınaq müddəti müəyyən olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (cild 01, i.v. 126-127; cild 02, i.v. 92-103). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.1-ci maddələrinin tələbinə görə şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə verilmiş ittiham onun əməlində cinayətin residivinin yaranmasına səbəb ola bilsə də, həmin Məcəllənin yuxarıda qeyd olunan 18.4.3-cü maddəsinin tələbinə görə, yəni, onun əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənildiyindən, hazırda əməlində cinayətin residivini yaratmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Beyləqan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, mərhum X16 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs, anası X15 isə onun hüquqi varisi qismində tanınmışdır (cild 01, i.v. 145-146; 148-149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 726/24 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 216-217). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair’’ 91/MEŞ nömrəli, xx.xx.2024-cü il tarixli rəyi və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X6 meyitində aşkar edilmiş xəsarətlər- baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları, başın hər iki gicgah, hər iki təpə və alın nahiyələrinin dərialtı hematoması; sağ qaşüstü, sağ gözaltı, burun, sol dirsək oynağı, bel, sağ sağrı nahiyələrinin, sol əlin və sol ayağın sıyrıqları; döş qəfəsinin ön səthinin, sol bazunun, sol əlin, sağ saidin, sağ diz oynağı nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin və sağ ayağın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilərdilər; dərəcəsinə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X16un ölümünün bilavasitə səbəbi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi və yumşalması olmuşdur. X16un ölümü xx.xx.2024-cü il tarixdə, saat 06:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X16un meyitindən götürülmüş qanda və qaraciyərdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, i.v. 229-237). Beyləqan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə yenidən ittiham elan olunmaqla, o, təqsirləndirilən şəxs qismində cəlb olunmuş, və qərarın surəti ona təqdim olunmuşdur (cild 01, i.v. 240-242). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 02, i.v. 35). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 02, i.v. 36). Beyləqan Rayon İcra Hakimiyyəti Yeni Mil Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi, şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamənin surətləri və “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhərində naməlum ünvanda yaşamış, himayəsində xx.xx.2013-cü il, xx.xx.2016-cı il, xx.xx.2021-ci il təvəllüdlərində olmaqla üç azyaşlı uşağı var və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 02, i.v. 49-52). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 125 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir, onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur və fizoloji affekt vəziyyətində olmamışdır (cild 02, i.v. 105-108). Beyləqan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir (cild 02, i.v. 141-155). “Respublika Neyrocərrahiyyə Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş tibbi sənədlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X16 “qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzilməsi, alın, gicgah, təpə paylarında hemoragik kontuziya, travmatik, SAQ 4-cü mədəcikdaxili qansızma” diaqnozu ilə cərrahi əməliyyat olunmuş, xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində vəfat etmişdir (cild 02, i.v. 188-209). Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 11.10.204-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra Bakı şəhərinə getmiş, ona mobil telefonla edilən çağırışdan sonra şöbəyə gəlmiş, yəni könüllü gələrək təqsirini boynuna almamış, eləcə də məcburi qaydada polis şöbəsinə gətirilməmişdir (cild 02, i.v. 210). Beyləqan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələrindən həmin Məcəllənin 126.3 və 221.2.2-ci maddələrinə tövsif edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 03, i.v. 66-118; 119-121). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 22 (iyirmi iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi ifadələrin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin sübuta yetirilməsi Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində həmin Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; bu Məcəllənin 221.2.2-ci maddəsində isə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlləri üzrə yekun qərar- ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli qərarının 3-cü bəndində qeyd olunur ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli Qərarının 1-ci bəndindən məlum olur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Sözügedən Qərarın 2-ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndinə görə xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan digər şəxslər dedikdə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırki cinayət işinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” adlı mağazanın qarşısına gələrək mağazanın qarşı tərəfindən keçən Yuxarı Qarabağ-Daşburun avtomobil yolunda hərəkətdə olan avtomobillərin hərəkətinə mane olmaq məqsədilə yolun hərəkət hissəsinə yaxınlaşıb, yoldan ötən avtomobillərə əl-qol işarələri edib, həmin vaxt yolda hərəkətdə olan “Niva” markalı, nəqliyyat vasitəsini saxladaraq, avtomobilin sürücüsü ilə mübahisə edib, digər avtomobillərin hərəkətinə mane olmaqla sıxlıq yaratdığından, həmin vaxt orada olan həmkəndlisi X16un onu yoldan kənarlaşdırıb, ictimai qaydanı pozmasının qarşısını alarkən Ramilə müqavimət göstərərək qəsdən xəsarət yetirmək qərarına gəlib, sinə nahiyəsinə yumruq zərbəsi vurduqdan sonra qollarından tutub sıxaraq itələyib yerə yıxması, Ramil yıxıldığı yerdən ayağa qalxdıqdan sonra qərəzli hərəkətlərini davam etdirərək, sifət nahiyəsinə qəsdən yumruq zərbələri vuraraq, yenidən yerə yıxdıqdan sonra qolundan tutub qaldıraraq, “Yeni Mil” mağazası ilə eyni tikilidə yerləşən tikinti materialları satılan dükanın ön divarının qabaq hissəsində qoyulmuş oturacaqda oturdaraq, əsəbi halda sillə vurub, Yuxarı Qarabağ-Daşburun avtomobil yolunda hərəkətdə olan avtomobilləri yenidən saxlatmağa cəhd etdiyi üçün Ramil onun ictimai qaydanı pozmasının qarşısını almaq məqsədilə yüksək səslə yanına çağırdığına görə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Ramilin yanına gəlib qəsdən xəsarət yetirmək məqsədilə onun başına, alnına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurub yerə yıxaraq, ona baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları, başın hər iki gicgah, hər iki təpə və alın nahiyələrinin dərialtı hematoması, sağ qaşüstü, sağ gözaltı, burun, sol dirsək oynağı, bel, sağ sağrı nahiyələrinin, sol əlin və sol ayağın sıyrıqları, döş qəfəsinin ön səthinin, sol bazunun, sol əlin, sağ saidin, sağ diz oynağı nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin və sağ ayağın qançırları xarakterli, ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməsi, nəticədə həmin əməllərin, yəni ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Ramilin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən yetirdiyi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və alın sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi və yumşalması xarakterli ağır zərər vuran xəsarətlərin 22 oktyabr 2024-cü il tarixdə, saat 06:30-da ehtiyatsızlıqdan Ramilin ölümünə səbəb olması onun əməllərində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərmə maddələrinin tərkibini tam formalaşdırmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün verdiyi etirafedici ifadələr, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, təqsirləndirilənin barəsində qətimkan tədbirinin seçilməsi, həmçinin, seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə nəzarəti qaydasında keçirilmiş iclaslarda özünü təqsirli bilməsi barədə qeyd olunmuş məhkəmə qərarları, “hadisə yerinin baxışının aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, ekspert rəyləri və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət- Prosessual Məcəllənin 349.3-cü maddəsi). ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsi)”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Cinayət-Prosessual Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır və az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, qeydiyyat yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməllərindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı əməllərindən peşman olduğunu bildirməsi yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində də ifadə olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ehtiyatsızlıqdan baş verdiyini, X16u öldürmək niyyətində olmadığını, spirtli içkinin təsiri altında olduğundan hərəkətlərini idarə edə bilməməsi nəticəsində məlum hadisənin baş verməsini bildirmiş, məhkəmə iclası zalında iştirak edən mərhum zərərçəkmişin hüquqi varisindən üzr istəmişdir. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə; həmin Məcəllənin 221.2.2-ci maddəsində iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin müvafiq olaraq 15.3 və 15.4-cü maddələrinə əsasən ağır və az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən olunmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 221.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar