Məhkəmə qərarları › İş №1(099)-314/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-314/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-314/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə,

1. xx xxx 1971-ci ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Hamarqışlaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 17, mənzil 16 da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə;

2. xx xxxxx 1991-ci ildə Cəlilabad rayonu Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu Hamarqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə;

3. xx xxx 1993-cü ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, N.ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-33,929 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda-4,934 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 23 noyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 370 (üç yüz yetmiş) manat məbləğində pul müqabilində satmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotop maddə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 370 manat pul müqabilində külli miqdarda-33,929 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda-4,934 qram psixotrop maddə metamfetamini alaraq birgə əldə etmişlər. Həmin tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin 0,488 qramını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə heroinin 0,743 qramını və psixotrop maddə metamfetaminin 0,072 qramını ayıraraq öz üzərlərində saxlamaqla daşımış, narkotik vasitə heroinin qalan 32,698 qramını və psixotrop maddə metamfetaminin 4,862 qramını isə birgə razılıqları əsasında Təqsirləndirilən şəxs1, qardaşına məxsus, onun nəzarətində olan, Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən yaşayış olmayan evə daşıyaraq gizlədərək orada saxlamışlar. 24 noyabr 2021-ci il tarixdə saat 02:30 radələrində Cəlilabad Rayon Polis Şobəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri Azərbaycan küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 0,488 qram həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə, saat 14 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu Hamarqışlaq kəndi ərazisində tutulub üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,652 qr, 0,91 qram olmaqla ümumi təmiz çəkisi - 0,743 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,072 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 almalarını və onların bir hissəsini Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən, Təqsirləndirilən şəxs1 nəzarətində olan evdə gizlətməklə saxamaları barədə məlumat verməsindən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün, yəni 24 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 nəzarətində olan, Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən yaşayış sahəsində axtarış aparılan zaman 01 ədəd bükümdə 32,698 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 4,862 qram metamfetamin evin qonaq otağında olan mebelin içərisindəki güldanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onda və Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs3 öz istifadələri üçün almışlar. O, Təqsirləndirilən şəxs3 demişdir ki, Bakıya gələndə narkotik vasitənin pulunu özünə verəcəkdir. Narkotik vasitəyə görə Təqsirləndirilən şəxs3 terminal vasitəsi ilə pul göndərməmişdir. 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla birlikdə gedərək Cəlilabad şəhərində «Silsilə» adlanan yerin yaxınlığında üç ədəd bükümlərdə olan narkotik vasitələri qəbul etmişlər. Həmin bükümlərdən bir ədədini Yasərlə birlikdə çəkmişlər. İki ədəd bükümdə olan narkotik vasitələr isə evdə qalmışdır. 24 noyabr 2021-ci il tarixdə Cəlilabad şəhərində polis işçiləri onu saxlamaqla rayon polis şöbəsinə aparmışlar. Polis işçiləri onu döymüşlər. Sonra Hamarqışlaq kəndində Təqsirləndirilən şəxs1 nəzarəti altında olan evə polis işçiləri tərəfindən baxış keçirilərkən o və Təqsirləndirilən şəxs1 iştirak etmişlər. Evə baxış keçirilən zaman polis işçilərinə narkotik vasitənin yerini o göstərmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, iki-üç illdir narkotik vasitədən istifadə edir. 23 noyabr 2021-ci il tarixdə həmkəndlisi Əbilov X1 ərazisində ona yaxınlaşaraq ona narkotik vasitə əldə etməyində kömək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1la razılaşaraq ona narkotik vasitə əldə etməkdə köməklik etməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmkəndlisi Təhmin adlı şəxs narkotik vasitlərin satışı ilə məşğuldur və o Təhminlə bir neçə dəfə əlaqə saxlasa da, Təhmin ona narkotik vasitə satmaqdan imtina edib. Yasər ona təklif etmişdir ki, sən Təhminlə əlaqə saxla bəlkə sənə narkotik vasitə satdı. Bundan sonra o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə Təhminlə əlaqə saxlamış və ondan narkotik vasitə satıb-satmadığını soruşmuşdur. Təhmin isə ona bildirmişdir ki, sənə görə maraqlanıb sonra səninlə əlaqə saxlayaram. Həmin gün Təhmin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlamış və narkotik vasitə əldə etdiyini bildirmişdir və narkotik vasitənin qarşılığında ondan 370 manat pul istəmişdir. Bundan sonra o, Yasərlə əlaqə saxlamış və Təhminin narkotik vasitə tapdığını və bunun müqabilində 370 manat pul istədiyini bildirmişdir. Yasər isə onunla razılaşmış və o, Yasərlə birlikdə Cəlilabad şəhərində yerləşən “Silsilə” adlanan ərazidə adını xatırlamadığı marketdə yerləşən “MilliÖn” aparatı vasitəsilə Təhminin ona dediyi bank hesabına 370 manat pul göndərmişdir. Bundan sonra Təhminlə əlaqə saxlamışdır. Təhmin ona bildirmişdir ki, narkotik vasitəni taksi vasitəsilə Bakı şəhərindən Cəlilabad rayonuna göndərəcək. 23 noyabr 2021-ci il tarixdə axşam saatlarında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşını idarə edən taksi sürücüsü ilə “Silsilə” adlanan ərazidə Yasərlə birlikdə görüşüb içərisində çay, qənd, konfet olan paketi almışdır. Bundan sonra o, Yasərlə birlikdə həmin narkotik vasitəni paketin içərisindən taparaq gizlətmək üçün Yasərin Rusiya Federasiyasında yaşayan qardaşına məxsus Cəlilabad rayonu, Hamarqışlaq kəndi ərazisində yerləşən və Yasərin nəzarət etdiyi yaşayış olmayan evə getmişlər. Yasər həmin narktoik vasitədən 3 bükümünü ona vermişdir. Digər narkotik vasitələri isə Yasər həmin evin otaqlarından birində yerləşən dolabın içərisində olan gül qabının içərisində gizlətmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Cəlilabad rayonu Hamarqışlaq kəndi ərazisində piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona narkotik vasiətlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmamasını soruşmuşlar. O da üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində ona vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa, təqdim etsin. O da üzərində bir büküm psixotrop maddə olan metamfetamin və iki büküm narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan boz rəngli şalvarının sol yan cibindən həmin bükülüləri çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin bükülülərdən başqa üzərindən qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükülülərə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. O polis əməkdaşları tərəfindən tutulduqdan sonra üzərindən aşkar olunmuş narkotik vasitələri Təhmin adlı şəxsdən Təqsirləndirilən şəxs1la bilrikdə əldə etdiyini bildirmiş və Təqsirləndirilən şəxs1 qardaşına məxsus Hamarqışlaq kəndi ərazisində yerləşən Yasərin özünün nəzarət etdiyi evdə də narkotik vasitə gizlətdiyini bildirmişdir. Bundan sonra onun, Təqsirləndirilən şəxs1, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 yazılı razılıq ərizəsi əsasında həmin evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni gizlətdiyi yeri göstərməkdən imtina etdiyi üçün o özü həmin narktoik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin kütlələrə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur . Onlar da həmin protokola imza etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləri kimi tanıyır. Onlarla münasibəti yaxşıdır. Lakin Təqsirləndirilən şəxs3 narkotik vasitə almamışdır. 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad şəhərində «Silsilə» adlanın yerin yaxınlığında tanımadığı şəxsdən iki ədəd bükəmdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə isə heroin almışlar. Həmin bükümlərin hər birinə görə 10 manat olmaqla ümumilikdə 30 manat pul vermişlər. Pulun bir hissəsini o, bir hissəsini isə Təqsirləndirilən şəxs2 qoymuşdur. Həmin narkotik vasitələrdən Anarla bir yerdə istifadə etmişlər. Narkotik vasitələrdən 1 «çet» istifadə etmək üçün üzərində götürmüş, 2 «çet» isə evə qoymuşdur. Həmin çetlərin hər biri 0,9 qram olardı. 24 noyabr 2021-ci il tarixdə yaşadığı Hamarqışlaq kəndində evə gədərkən polis işçiləri tərəfindən saxlanılmışdır. Polis işçiləri tərəfindən saxlanan zaman üzərində 1 «çet» narkotik vasitə olmuşdur. Sonra polis işçiləri ilə birlikdə Hamarqışlaq kəndində yerləşən, Rusiyada olan qardaşına məxsus və onun nəzarəti altında olan evə getmişlər. Polis işçiləri özləri ilə apardıqları narkotik vasitələri evə qoymuş və həmin narkotik vasitələrin ona məxsus olduğunu demişlər. Polis işçiləri onu döyərək evinə özləri tərəfindən qoyulmuş narkotik vasitələrin ona məxsus olmasını boynuna almasını tələb etmişlər. Ona görə də məcbur olub evdəki narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitədən istifadə edir. 23 noyabr 2021-ci il tarixdə Cəlilabad rayonu Hamarqışlaq kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs2 30 manat müqabilində narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs2 onda bundan əlavə də narkotik vasitə heroin və “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri onun qardaşına məxsus evdə gizlətmələrini demişdir. O da Anarın təklifi ilə razılaşmış və Anarla birlikdə həmin evə gedib narkotik vasitə və “Şüşə” adlanan psixotrop maddə metamfetamini evin otaqlarından birində yerləşən dolabıb içərisində olan gül qabında gizlətmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad şəhəri Azərbaycan küçəsində idarə etdiyi “VAZ-2106” markalı, **-BD-*** qeytdiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və bundan sonra iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlşaraq özlərini təqdim etmişlər və ona Cəlilabad rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuu bildirmişlər və üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində şəxsi istifadəsı üçün gəzdirdiyi bir büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlır. Rayon polis şöbəsində ona vəkil təqdim olunmuş və üzərində şəxsi axtaış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən üzərində olan bir bükümdə narkotik vasitə heroini əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra həmin bir büküm narkotik vasitəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılıb götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra onun idarə etdiyi avtomaşına baxış keçirilmiş, lakin avtomaşından qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək göstərdi ki, özü Bakı şəhərində yaşayır və işləyir. Təqsirləndirilən şəxs1la narkotik barədə heç bir söhbəti olmamışdır. Təqsirləndirilən şəxs2la da dostluğu, yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 çiyələk əkdiyini, ona 3000 manat borc olaraq pul verməsini və çiyələk mövsümü başa çatdıqda qaytaracağını demişdir. O, Təqsirləndirilən şəxs2la razılaşaraq 2000 manat özündə olan pulu və dostu Rasimdən 1000 manat alaraq cəmi 3000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Sonra Bakı şəhərində restoran icarəyə götürmüşdür. Ona pul lazım olduğundan Təqsirləndirilən şəxs2 borcunu istəmişdir. Lakin Təqsirləndirilən şəxs2 pulunun olmadığını bildirmiş və aralarında mübahisə yaranmışdır. Lakin sonra Təqsirləndirilən şəxs2 ondan yenidən pul istəmişdir. Təqsirləndirilən şəxs2 demişdir ki, gələrsən Bakı şəhərinə görüşərik. 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında görüşərkən polis işçiləri onu saxlamışlar. Polis işçiləri ona Anarla narkotik alverinin olduğunu bildirmişlər. O isə Anarla heç bir narkotik alverinin olmadığını bildirmişdir. Polis işçiləri ona demişlər ki, Şükrandan narkotik aldığını desə, onu buraxarlar. Polislər ondan 40.000 manat pul istəmişlər. Lakin pulu verməmişlər. Ona görə də polis işçiləri onu döymüşlər. Özləri kağız yazıb ona imza etdirmişlər. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən 1 ilə yaxın müddətdir ki, Bakı şəhərində icarə əsasında restoran işlədir. Özü narkotik vasitədən istifadə etmir. Təxminən 3 ay bundan əvvəl Bakı şəhərində təsadüfən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşmuşdur. Onunla söhbət etdiyi zaman həmin şəxsin narkotik vasitə qəbul etdiyini öyrənmişdir. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhərində olduğu zaman əvvəllər tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs2 “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq ondan narkotik vasitə satıbsatmadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs2 tanıdığından bu barədə maraqlanıb onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra, o, “WhatsAap” proqramı vasitəsilə Bakı şəhərində yaşayan iranlı tanışına zəng etmiş və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. İranlı tanışı Bakı şəhərində kirayədə qaldığı evdə özünə məxsus narkotik vasitə olduğunu və 370 manat pul müqabilində ona satacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 “WhatsAap” proqramı vasitəsilə zəng vuraraq narkotik vasitə tapdığını və 370 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona pulunun olduğunu bildirmiş və ondan pulu necə göndərmək lazım olduğunu soruşmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs2 kart hesabı göndərmişdir. Təqsirləndirilən şəxs2 təxminən bir saata ona pul vuracağını demişdir. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək ona göndərdiyi kart hesabına 370 manat pul göndərdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 demişdir ki, narkotik vasitəni ona taksi vasitəsi ilə göndərəcəkdir. Daha sonra o, İİR-nin vətəndaşına zəng vuraraq onunla “Nərimanov parkı” adlanan yerdə 23 noyabr 2021-ci il tarixdə saat 12 radələrində görüşmüşdür. O, 370 manat pulu həmin şəxsə vermiş, həmin şəxs də cibindən qara sellofana bükülmüş çıxardıb ona vermişdir. O, həmin bükülünün içərisinə baxdıqda bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə olduğunu görmüşdür. Bundan sonra o, həmin şəxslə sağollaşaraq oradan getmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 “WhatsAap” proqramı vasitəsilə zəng vuraraq narkotik vasitəni əldə etdiyini və hazırda onu göndərmək üçün “20 Yanvar” dairəsi adlanan yerə getdiyini bildirmişdir. Bundan sonra o, narkotik vasitəni heç kimin görməməsi üçün marketə gedərək qənd, çay və konfet alaraq onları bir paketə yığmış və həmin narkotik vasitəni də onun içərisində gizlətmişdir. Daha sonra “20 yanvar” dairəsi adlanan yerə gəlib Cəlilabad rayonuna sərnişin daşıyan taksilərdən birinə yaxınlaşaraq rayona ərzaq məhsulları olan bir ədəd paket göndərəcəyini bildirmişdir. Taksi sürücüsü həmin paketi rayonda kimə verəcəyini soruşduqda o, taksi sürücüsünə demişdir ki, Cəlilabad şəhəri ərazisində yerləşən “Silsilə” adlanan yerdə ondan paketi götürəcəklər. Daha sonra o, taksi sürücüsünün telefon nömrəsini soruşmuş və rayona çatanda taksi sürücüsündən onunla əlaqə saxlamağını istəmişdir. Daha sonra o, həmin paketi taksi sürücüsünə vermiş və onunla əlaqə saxlayacağımı bildirib oradan getmişdir. O, oradan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 zəng vuraraq həmin narkotik vasitəni içərisində qənd, çay və konfet olan paketin içərisində gizlətdiyini və həmin paketi taksi ilə göndərdiyini bildirmişdir. Təxminən bir saat sonra o, həmin taksi sürücüsünə zəng vuraraq ondan rayona çatıb-çatmamasını soruşmuş, taksi sürücüsü isə rayona çatmadığını, təxminən yarım saat sonra rayona çatacağını bildirmişdir. Təxminən yarım saat sonra həmin taksi sürücüsü ona zəng edərək rayona çatdığını bildirmiş və paketi kimə verəcəyini soruşmuşdur. O, taksi sürücüsünə bildirmişdir ki, Cəlilabad şəhəri ərazisində yerləşən “BazarStore marketinin qarşısında dayansın, həmin yerə gəlib onunla görüşüb həmin paketi götürəcəklər. Bundan sonra o, Anara zəng edərək “BazarStore” marketinin qarşısına getməsini və taksi avtomobilinin həmin yerə yaxınlaşacağını bildirmişdir. Anar da “BazarStore” marketinin yaxınlığında olduğunu bildirib bir iki dəqiqə ərzində həmin yerdə olacağını demişdir. Bir neçə dəqiqə sonra taksi sürücüsü ona məxsus avtomobilin Mersedses “dörd göz” adlanan maşın olduğunu və artıq “BazarStore” marketinin qarşısında olduğunu bildirmişdir. Həmin vaxt Anara zəng edən zaman Anar da artıq “BazarStore” marketinin qarşısında olduğunu bildirib taksi sürücüsünün yanında olduğunu və paketi götürdüyünü demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la sağollaşaraq telefonu söndürmüşdür. 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, Bakı şəhərinə gəlir, əgər vaxtı varsa, görüşək ona olan borcunu qaytarmaq istəyir. Onlar 20 Yanvar dairəsi yaxınlığındakı 3-cü mikrorayon ərazisində görüşmək barədə razılaşmışlar. O, 3-cü mikrorayona gəldikdən sonra mülki geyimli polis işçiləri ona yaxınlaşarıq onu tutmuşlar. Polis işçiləri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və həmkəndlisi Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olduğunu demişlər. O isə polis əməkdaşlarına narkotik vasitə satmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona müdafiəçi təqdim olunmuş və üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri özlərinin ifadələri ilə yanaşı məhkəmədə dindirilən şahidlərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 Sücəddin oğlu məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat-actarış tədbirləri həyata keçirilməklə 24 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri Azərbaycan küçəsində idarə etdiyi “VAZ-2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən əməliyat qrupunun üzvü, yol patrul xidməti bölməsinin inspektoru Mirmehdi Ağayev tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi üçün vəkili təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa, təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman bükülünün içərisindəki maddənin narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütləni yerdən tapdığı bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni Cəlilabad rayonu Hamarqışlaq kənd sakini Anar adlı şəxsdən əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Anar adlı şəxsin Cəlilabad rayonu Hamarqışlaq kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin gün Hamarqışlaq kəndi ərazisində saxlanılmaqla ondan üzərində qanunla qadağan edilən hər hansı əşya və ya predmetin olub-olmaması soruşduqda Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi təqdim edilmiş və ona təqdim edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarın sol yan cibindən üç ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs1 əldə etdiyini və bundan başqa Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən Təqsirləndirilən şəxs1 nəzarət etdiyi evdə də Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini həmkəndlisi Təhmin adlı şəxsdən əldə etmiş və Təqsirləndirilən şəxs1la birlikdə onun nəzarət etdiyi evdə gizlətmişlər. Bundan sonra Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən Təqsirləndirilən şəxs1 nəzarət etdiyi evə baxış keçirilməsi üçün həmin ünvana gedilmişdir. Hər iki şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onlara təqdim edilmiş vəkillərin və polis əməkdaşlarının iştiraki ilə evə baxış keçirilməyə başlanılmışdır Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evin giriş qapısını açmış və içəri daxil olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, evdə narkotik vasitə və psixotrop maddə vardırsa, təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 qonaq otağına daxil olaraq otaqda olan dolabın içərisində yerləşən güldanın içərisindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bükülülərə baxış keçirilərək götürülmüşdür. Sonra isə həmin bükülülər qablaşdırılmış və götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmış Təhmin adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Cəlilabad rayonu Hamarqışlaq kəndində doğulmuş Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş və istintaq bölməsinə təhvil verilmişdir. X2 zaman onunla şifahi sorğu aparılarkən o, tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə satdığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid X6 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində dövlət yol polisi bölməsində inspektor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən yaradılmış əməliyyat qrupuna o da daxil edilmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu Azərbaycan küçəsində hərəkətdə olarkən onu saxlatmışdır. Digər polis əməkdaşlarıt ilə birlikdə Təqsirləndirilən şəxs1 yaxınlaşmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etmələri üçün vəkili təqdim edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisindəki maddənin narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroini yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus “VAZ- 2106” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən göy rəngli siqaret kağızına bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, “baxış keçirilməsi və götürmə” haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən Təqsirləndirilən şəxs1 nəzarətində olan evdə yerləşən otaqlardan birində otağın içərisində olan dolabda yerləşən gül qabının içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 19/1172 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi - 0,488 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 19/1173 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,652qr, 0,91 qram - ümumi təmiz çəkisi - 0,743 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlarlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 01 ədəd bükümdə təmiz çəkisi - 0,072 qram ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 19/1174 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 nəzarətində olan evdən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi-32,698 qram olan maddə tiryəkdən kustar üsula hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi-4,862 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 nəzarətində olan evdən və üzərindən aşkar edilmiş heroinlər, həmçinin Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd bükümlərdə olan heroinlər, 1 büküm metamfetamin və 3 ədəd zərfdəki heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 nəzarətində olan evdən aşkar edilmiş kütlələr və Təqsirləndirilən şəxs2 məxsus 2 büküm heroin və 1 büküm metamfetamin, 2 ədəd zərfdəki metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1293 və 1294 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, hər iksinin narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2930, 29231 və 2932 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdikləri əməl barəsində anlaqlı hesab edilməlidirlər, əməlləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacları yoxdur. İşdə olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs2 məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmaması göstərilmişdir. Cəlilabad rayon Hamarqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. Eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Həmin nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2011-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmələri, daşımaları və saxlamaları, Təqsirləndirilən şəxs3 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, daşıması, saxlaması və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 satması, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi - narkotik vasitələrin satışı ilə məşğul olmaması, onda və Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitəni və psixotrop maddəni öz istifadələri üçün almaları, narkotik vasitə və psixotrop maddəyə görə Təqsirləndirilən şəxs3 əvvəlcədən terminal vasitəsi ilə pul göndərməməsi, pulu sonradan verəcəyi barədə razılaşmaları, polis işçiləri tərəfindən ona təzyiq göstərilməsi barədə ifadəsini özünün müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtiadi istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə eyni ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi- Təqsirləndirilən şəxs3 narkotik vasitə almaması, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxsdən almaları, həmin maddələrə görə cəmi 30 manat pul vermələri, onun nəzarəti altında olan evə baxış keçirilməsi zamanı polis işçiləri özləri ilə apardıqları narkotik vasitələri evə qoymaları, polis işçiləri onu döydüklərinə görə polis işçiləri tərəfindən qoyulmuş narkotik vasitələrin ona məxsus olmasını boynuna alması barədə ifadəsini işin faktiki halları və tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la narkotik barədə heç bir söhbətinin olmaması, Təqsirləndirilən şəxs2 ondan borc olaraq 3000 manat pul alması, sonra isə borcunu istəyəndə qaytarmaması və ondan yenidən pul istəməsi, Təqsirləndirilən şəxs2la 25 noyabr 2021-ci il tarixdə Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında həmin məsələ ilə bağlı görüşməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddə satmaması, polis işçilərinin ondan tələb etdikləri 40.000 manat pul verməməsi səbəbindən ona təzyiq göstərməklə həmin şəxslərə narkotik vasitə və psixotrop maddəni satmasının ona təzyiq altında etiraf etdirilməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edirki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi ilkin olaraq verdiyi izahatında və ifadəsində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 almaları, həmin maddələrin əsas hissəsini Təqsirləndirilən şəxs1 nəzarəti altında olan, Cəlilabad rayonu Hamarqışlaq kəndində yerləşən evdə gizlətməklə saxlamaları barədə məlumat verməklə cinayətin açılmasına, cinayətin digər iştirakçısının (Təqsirləndirilən şəxs3) ifşa olunmasına köməklik etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyışlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə Azərbaycan Respublikası CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı isə 25 noyabr 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm şanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-cimaddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs3 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,438 qram, 0,643 qram və 32,638 qram heroin, 0,042 qram və 4,862 qram psixotrop maddə metamfetamin məhv edilməli, istintaq hərəkətləri barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 150 (yüz əlli) manat təqsirləndirilən şəxslərin hər birindən 50 (əlli) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,438 qram, 0,643 qram və 32,638 qram heroin, 0,042 qram və 4,862 qram psixotrop maddə metamfetamin məhv edilsin. İstintaq hərəkətləri barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 50 (əlli) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar