Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-315/2023 07.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi ev 01-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 700 manat pul müqabilində narkotik vasitəni Cəlilabad rayonu ərazisində qoyulacağı yerdən götürməklə daşıyaraq lazım olan yerə və ya şəxslərə çatdırmağı əvvəlcədən vəd etmiş, 30 noyabr 2022-ci il tarixdə saat 21 radələrində cinayətkar qrupun üzvü tərəfindən ona narkotik vasitənin Cəlilabad şəhəri ərazisində yerləşən müalicə diaqonostika mərkəzinin qarşısındakı dəmir hasarın arxasında qoyulacağı barədə məlumat verdikdən sonra narkotik vasitəni götürmək məqsədi ilə yaşadığı Bakı şəhəri Qaradağ rayonu ərazisindən taksi ilə yola düşməklə Cəlilabad şəhərinə gəlmiş, 01 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində köhnə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən X1rşısında olan dəmir lövhənin arxasına qoyülmuş 01 ədəd bükümdə külli miqdarda, 1260 qram narkotik vasitə qurudulmuş marixuananı götürməklə ümumi cinayətkar niyyətlə əldə etmiş və üzərində saxlamaqla daşıyaraq Bakı şəhərinə aparmaq istəyərkən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilməmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddəlri ilə isə təqsirli bilərək göstərdi ki, hadisədən təxminən 1-2 ay öncə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” mobil tətbiqi ilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxslə əlaqə saxlamaqla danışmağa başlamışdır. 2022-ci il noyabr ayının 26-27-də Hüseyn adlı şəxslə danışarkən ona maddi vəziyyətinin yaxşı olmadığını, pula ehtiyacının olduğunu bildirmişdir. Hüseyn ona Cəlilabad rayonu ərazisində narkotik vasitə yerləşdirəcəyini, həmin narkotik vasitənı Bakı şəhərinə çatdırmasını və bunun müqabilində ona 700 manat pul verəcəyini demişdir. O, Hüseynin təklifi ilə razılaşmışdır. 30 noyabr 2022-ci il tarixdə Hüseyn adlı şəxs ona zəng edərək narkotik vasitə olan qurudulmuş marixuananın Cəlilabad rayonu ərazisində olduğunu, narkotik vasitəni Cəlilabad şəhəri ərazisində müalicə diaqnostika mərkəzin qarşısında yerləşən dəmir hasarların arxasına qoyduracağını demişdir. Hüseyn adlı şəxs ona 1 kiloqram qurudulmuş marixuana göndərməli olmuşdur. O, həmin gün saat 21 radələrində narkotik vasitəni götürmək üçün yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsindən taksi ilə Ələt qəsəbəsi ərazisinə gəlmiş, oradan isə başqa bir taksi ilə X1rşısına gəlmişdir. Hüseyn adlı şəxs “Whatsapp” proqrammı ilə ona narkotik vasitənin qoyulduğu yerin fotoşəkilini göndərmişdir. O, X3rşısında yerləşən dəmir lövhələrin arxasına doğru getmiş, müalicə diaqonostika mərkəzinin qarşısında yerləşən dəmir lövhənin arxasında qoyulmuş sellofan torbanı götürmüş və bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına əlində olan torbada narkotik vasitə olan “nəşə” olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində onun üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o əlində olan torbanı təqdim etmiş və həmin torbaya baxış keçirilən zaman içərisində qara rəngli sellofana bükülərək üzəri yapışqan lentlə bağlanmış halda olan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq, elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etiraf ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 noyabr 2022-ci il tarixdə gecə saatlarında ona Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tətdirləri həyata keçirilməklə 01 dekabr 2022-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs narkotik vasitəni götürməli olduğu Cəlilabad şəhəri Qurtuluş prospektində əməliyyat müşahidəsi aparmışlar. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən X4 Mərkəzi ilə üzbəüz yerləşən yolun yaxınlığında olan dəmir hasarın arxasına keçmiş və əlində qırmızı rəngli sellofan torba ilə oradan çıxmış və Cəlilabad şəhəri, Qurtuluş prosketində yerləşən dairəvi yola doğru piyada hərəkət etməyə başlamışdır. O və əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, ona üzərində narkotik vasitə daşımaqda şübhəli olmasını bildirmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra onun üzərində videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanı tədqim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tədqim etdiyi 01 ədəd bükülüyə baxış keçirilən zaman həmin bükülünün içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxslə telefonla danışarkən həmin şəxsin ona Cəlilabad rayonuna narkotik vasitə qoyacağını, həmin narkotik vasitəni götürüb Bakı şəhərində dediyi yerə qoymasını və bunun müqabilində plastik kart vasitəsi ilə ona 700 manat pul verəcəyini bildirmişdir. O, Hüseyn adlı şəxsin təklifi ilə razılaşmışdır. Hüseyn adlı şəxs onun telefon vasitəsi ilə əlaqə saxlamaqla narkotik vasitənin yeri barədə məlumat vermiş və həmin yerə gələrək narkotik vasitəni Bakı şəhərinə aparmaq üçün götürmüşdür. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan torbanı götürə bilməməsi barədə ifadəsi həqiqəti əks etdirmir. Ona qarşı hər hansı təsir və ya təzyiq göstərməmişlər. Məhkəmədə şahid kimi dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə 01 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan torbada 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 19/1227 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 1260 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3209 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Mobil telefona baxış keçirilməsi barədə 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş «Samsung» markalı mobil telefona baxış keçirilərkən onun İran İslam Respublikası operatoruna məxsus telefon nömrəsi ilə danışması müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, «Giriş-çıxış və qeydiyyat» İAMAS sərəhədkeçmə alt sisteminə baxış keçirilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı dövlət sərhədini keçməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2007 və xx.xx.2009-cu ildə doğulmuş uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvü olaraq narkotik vasitəni 700 manat pul müqabilində Bakı şəhərində başqa şəxsə çatdırmaq məqsədi ilə götürməklə əldə etməsini satış məqsədi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs əldə etdiyi, cinayətin predmeti olan qurudulmuş marixuananın İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilməsi və Elun Məmmədovun həmin cinayətin törədilməsində iştirakı müəyyən edilmir. Bundan əlavə Təqsirləndirilən şəxs CM-nin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısı məhkəmə baxışı gedişində cinayət təqibindən imtina etdiyindən 07 dekabr 2023-cü il tarixli qərarla CM-nin 32.5.206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 1259,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 1259,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-315/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-315/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver