Məhkəmə qərarları › İş №1(099)-316/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-316/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-316/2022 27.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran şəhəri, M.F.Axundov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikası sakini, şəxsiyyəti istintaqa Ağa adı ilə məlum olan şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2021-ci ilin dekabr ayının ortalarında razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq Ağa adlı şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 5 ədəd bükümdə ayrı-ayrılıqdan çəkiləri 1020qr, 1005,0qr, 995,0qr, 980,696 qr, 3,696 qram ümumi təmiz çəkisi 4003,696 qram külli miqdar hesab edilən tiryəkdən küstar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini bir ədəd bağlamada istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə Lənkəran rayonun Velədi kəndində yerləşən avtomobil körpüsünün altına qoyaraq, həmin narkotik vasitə heroini gizlətdiyi yer barədə ona məlumat verməyi təmin etdikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan həmin narkotik vasitə heroinin gizlədildiyi ona məlum olan yerdən götürüb, daşıyaraq ünvan 1 ünvanında yerləşən yaşadığı evə gətirib, evin yataq otağında gizlətməklə saxlamış, əldə etdiyi narktoik vasitə heroindən çəkisi 3,696 qram olan bükümü 7 ədəd ayrı-ayrılqda çəkiləri 0,661 qram, 0,812 qram, 0,704 qram, 0,665 qram, 0,412 qram, 0,201qram, 0,241 qrama özündə olan elektron tərəzi ilə bölərək satışını realizə etmək üçün hazırladıqdan sonra, 21 dekabr 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı Lənkəran şəhəri M.F.Axundov küçəsində onunla qonşuluqda yaşayan X2 üçün hazırladığı heroin bükümlərindən 3 ədədini- 0,412 qram, 0,201 qram, 0,241 qram, ümumi çəkisi 0,854 qram olan hissənin 15 manata satmış, digər 4 ədəd narkotik vasitə heroin bükümlərini üzərində saxlayaraq daşımış, 21 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı satış üçün hazırladığı 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,661 qram, 0,812 qram, 0,704 qram, 0,665 qram; ümumi təmiz çəkisi 2,842 qram olan narkotik vasitə heroinin hissəsi əynindəki gödəkcənin sol iç cibindən sellofan torbanın içərisindən aşkar edilərək götürümuş, həmin gün əməliyyataxtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilmiş baxış zamanı yaşadığı evin yataq otağında gizlətdiyi yerdən ayrı-ayrılıqda çəkiləri 1020 qr, 1005,0qr, 995,0qr, 980,0 qram, ümumi təmiz çəkisi 4000 qram olan narkotik vasitə heroini 4 ədəd poletilen torbanın içərisində və bir ədəd üzərində narkotik vasitə herion izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, həmin gün saat 19:35-də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X9 şəhəri M.F.Axundov küçəsində polis əməkdaşları tərəfində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncuya satdığı 3 ədəd bükümdə 0,412 qram, 0,201 qram, 0,241 qram, ümumi təmiz çəkisi 0,854 qram olan narkotik vasitə heroin əynindəki gödəkcənin sağ yan cibindən sellofan bükümlərin içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı həyətə daxil olmuşlar. O həmin vaxt ayaq yolunda olmuşdur. Sonra onlar əllərində gətirdikləri göy rəngli selefon torbanı onun evinə qoyub, sonra da evə baxış keçirmişlər. Baxış vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Baxış zamanı onun evindən içərisində heroin olan 4 ədəd büküm götürülmüşdür. Həmin narkotik vasitələr ona aid deyil. Üzərində də aşkar edilərək götürülmüş 4 ədəd xırda bükümlərdə olan heroin də ona aid olmamışdır. Emin Ağacanovdan da aşkar edilmiş 3 bükümdə heroini Eminə o satmamışdır. İbtidai istintaq zamanı onu təhdid etdiklərindən o həmin narkotik vasitələrin ona aid olması və 3 bükümdə heroini Eminə satması barədə ifadə vermişdir. Üzərinə axtarış və evinə baxış keçirilməsi vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Həmin vaxt ona hər hansı təsir və təzyiq olunmamışdır. Daha sonra o son söz söyləyərkən əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsində özünü CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2012-ci ildə CM-nin 234.4.3-cü maddəsi ilə 7 il həbs cəzasına məhkum edlmişdir.11 aprel 2019-cu il tarixdə həbsdən azad olmuşdur. Sonradan 07 may 2019-cu il tarixdə CM-nin 234.1-ci maddəsi ilə 01 il 8 ay müddətində azadqlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07 yanvar 2021-ci il tarixdə həbsdən çıxmışdır. O uzun müddətdir ki, narkotik vasitə heroinin inneksiya yolu ilə qəbul edir. Təxminən dekabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə İran islam Respublikasına məxsus bir mobil nömrədən zəng gəlmişdir. O telefona cavab verdikdə ona özünü Ağa adı ilə təqdim edən bir şəxs, onu tanıdığını, haqqında eşitdiyini, deyib onunla ilk öncə hal əhval tutmuşdur. Həmin şəxs onunla bir qədər danışdıqdan sonra ondan narkotik vasitə heroin göndərərsə onun üçün sata biləcəyini soruşduqda, o da həmin şəxsə maddi imkanı az olduğu üçün sata biləcəyini demişdir. Ağa adlı şəxs ona heroini göndərəcəyini, onun üçün satdıqdan sonra pulu ona göndərəcəyi hesaba köçürdəcəyini tapşırmışdır. Təxminən bu ilin dekabr aynın sonlarında həmin Ağa adlı şəxs ona zəng edərək malı göndərdiyini həmin malın Velədi körpüsünü yaxınlığında qoyulduğunu demişdir. O da həmin gün tək piyada Velədi kəndində yerləşən körpünün altında malı götürüb evinə gətirmişdir. Evdə sellofan torbanı açdıqda torbanın içərisində 5 ədəd bükümdə ümumi çəkisi 4 kq olan heroin və bir ədəd də elektron tərəzi olduğunu görmüşdür. O həmin heroin bükümlərinin içərisindən kiçik bükümü götürüb özündə olan elektron tərəzi ilə qəbul etməyi üçün 7 ədəd bükümlərə bölüb üzərində saxlamışdır. Fikirləşmişdir ki, həmin heroindən özü istifadə edər və yaxuda ki, yaxın tanışlarından kim olarsa onlara verər. 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında qonşuluqda yaşayan Emin onunla küçədə rastlaşmış, ondan qəbul etəmək üçün heroin istəmişdir. O da həmin vaxt üstündə olan 7 bükümdən 3 bükümünü qəbul etmək üçün ona vermişdir. Bunun müqabilində ondan heç bir pul almamışdır. Emin çıxıb getdikdən təxminən 1 saat sonra yaşadığı məhəllədə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilmişdir. Orada şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək vəkil ilə təmin edilmişdir. Üzərinə video çəkilişlə baxış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir əşya və yaxud qanunsuz maddə vardırsa təqdim etməyini bildirdikdə ondan həmin vaxt gödəkcəsinin iç cibində saxladığı 4 ədəd bükümdə olan heroini çıxardıb təqdim etmişdir. Həmin heroin bükümləri elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 3,04 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə həmin narkotik vasitəni özünə məxsus evdə saxaldığı heroində götürüb əldə etdiyini demişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və işitrakçılara oxunmuşdur. Doğru bilib imzalarala təsdiq etmişdir. Sonra həmin gün polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirmək üçün getmişlər, baxış keçirilməzdən ondan öncə evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təhqiqatçıya təqdim etmişdir. Evinə baxış keçirilən zaman təhqiqatçı ona bildirmişdir ki, evində saxladığı narktoik vasitəni təqdim etsin. O da həmin vaxt evində özünə məxsus otaqda saxladığı 4 bükümdə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Evindən götürülmüş 3 bükümdə heroin elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 4, kq olmuşdur. Həmin bükümlər bir ədəd bağlamaya qoyularaq qablaşdırılmışdır. O və iştirakçılar ilə birlikdə həmin bağlamanın üzərinə imza etmişlər. Onunla aparılan şifahi sorğu sual zamanı həmin narktoika vasitəni onun üçün Ağa adlı İran vətəndaşı göndərdiyini onları satıb pulu onun üçün göndərəcəyini demişdir. Ona Ağa adlı şəxs kart nömrəsi smslə göndərəcəkdir. Ağa adlı şəxsin mobil nömrəsini əzbər bilmir. Həmin nömrə telefonunda silinmişdir. Külli miqdarda narkotik vasitə əldə etməyindən heçə kəsin xəbəri olmamışdır. Bu işləri tək görmüşdür. Ona bu işdə heç kəs kömək etməmişdir. O həmin narkotik vasitəni Ağa adlı şəxsin onun üçün göndərəcəyi adama verəcəkdir. O həmin adamı tanımır. Ağa ona bu barədə heç bir söz deməmişdir. Ağa ona sadəcə gəlib ondan malı götürüb pulu verəcəklərini demişdir. O da bunu gözləmişdir. Lakin sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməllərini törətməsi məhkəmədə tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi səmimi etirafedici ifadəsi, məhkəmədə tədqiq edilmiş şahid Emin Ağacanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmiş və bu barədə şöbənin rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü şöbənin rəisindən müvafiq icazə almış və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. İcazə alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri, Şahid2 və Şahid3 da cəlb edilmişlər. Həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.M.Axundov küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq Lənkəran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş və vəkillə təmin edilmiş, sonra da onun üzərinə video çəkilişlə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki gödəkcənin sağ iç cibindən sellofan torbanın içərisində 4 ədəd sellofan bükülü çıxardıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümə baxış keçirildikdə bükümlərin içərisində heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr elektron tərəzidə çəkildikdə, 4 ədəd heroin bükümlərin ümumi çəkisi 3,04 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə soruşulduqda, o həmin narkotik vasitəni özünə məxsus evdə saxaldığı heroindən ayırıb götürdüyünü demişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştirakçılara oxunmuş və protokol imzalanmışdır. Bundan sonra həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları ilə birlikdə onun yaşadığı şəhərin M.M.Axundov küçəsi ev 17 ünavanında yerləşən evinə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmaması barədə razı olub-olmaması soruşulmuş, o heç bir etiraz etməmiş və ərizə vermişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman təhqiqatçı Təqsirləndirilən şəxs evində saxladığı narktoik vasitəni təqdim etməsi təklif olunmuş, o da evin özünə məxsus otaqda saxladığı sellofan torbanın içərisində 4 ədəd bağlamada olan heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bağlamaların içərisinə baxış keçirildikdə onların içərisində heroinə bənzər maddələr aşkar edilmişdir. 4 ədəd bağlamada heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 4080 qram olmuşdur. Həmin bükümlər bir ədəd bağlamaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və iştirakçılar həmin bağlamanın üzərinə imza etmişlər. Şifahi sorğu zamanı o evindən aşkar edilərək götürülmüş heroinin və elektron tərəzinin ona məxsus olduğunu, narkotik vasitəni onun üçün tanımadığı iran vətəndaşı göndərdiyini, həmin narkortik vasitəni Velədi körpüsünün yanından götürdüyünü bildirmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuş və o heç bir etiraz etmədən protokolu imzası ilə təsdiq etmişdir. Baxış zamanı aparılan video çəkiliş DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Bundan başqa həmin gün saat 19 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Nəvai Kərimov tərəfindən keçirilmiş şəxs axtarış zamanı Lənkəran şəhər sakini X3 3 ədəd bükümdə 0,854 qram çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Emin Ağacanov ondan aşkar olunmuş 3 ədəd bükümdə heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə saat 19 radələrində polis şöbəsinin əməkdaşlarıonu saxlayaraq polis şöbəsinə aparıb, videoçəkilişlə onun üzərində axtarış keçirmişlər. Həmin vaxt onun üzərinə 3 ədəd bükümdə kakos (heroin) qoymuşlar. Lakin o saxlanılan gün Faiqdən narkotik almamışdır. İstintaq zamanı ifadə verməmişdir. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə saat 09 radələrində Faiqlə onun yaşadığı evin qarşısında görüşüb ondan 15 manata üç büküm narkotik vasitə heroin alaraq qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat təxminən 19 radələrində yaşadığı küçədə olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Ona özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə şübhəli olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində şəxsi axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarını müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins gödəkçəsinin sağ yan cibində, 1 ədəd kiçik şəffaf sellofana qoyduğu 3 ədəd heroin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümlərdə narkotik vasitə olan heroin olduğunu, qonşusu Faiq adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 3 bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 0,99 qram olmuş, sonra 3 bükümdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Üzərində aparılan şəxsi-axtarış zamanı tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. O, üzərində aşkar edilmiş narkotik vasitə heroini istifadə etmək məqsədilə almış, məqsədi satmaq olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitə heroindən istifadə etməmiş, yaxud da kiməsə satmamışdır. Faiqin narkotik vasitəni haradan və kimdən alaraq əldə etməsi barədə heç bir məlumatı yoxdur. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi narkotik vasitəni götürdüyü Lənkəran rayonu Velədi kəndində yerləşən avtomobil körpüsünün altında olan kolluğ ərazini təqdim edərək İran vətəndaşı Ağa adlı şəxslə qabaqcadan aralarında olan razılıq əsasında onun üçün göndərilmiş narkotik vasitə heroinin həmin yerdən götürməsi xüsusatını təsdiq etmişdir. Cinayət işinin materiallartında olan təqsirləndirilən şəxs X6 üzərinə şəxsi-axtarışın keçirilməsi protokolundan və həmin protokola əlavə edilmiş DVD diskin görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu,onu evində saxaldığı heroindən götürdüyünü təsdiq etmişdir. Bundan başqa cinayət işində olan Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə keçirilmiş baxış protokolundan və həmin protokola əlavə edilmiş DVD diskin görüntülərinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında gizlətdiyi bir ədəd torbadan içərəsində heroin olan 4 ədəd bağlamanı və bir ədəd elektron tərəzini təqdim edərək, həmin bağlamalarda olan narktoik vasitə heroinin özünə məxsus olmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərinə axtarış və yaşadığı evə keçirilmiş baxış protokoluna əlavə edilmiş DVD disk nümayiş etdirilmiş və qeyd edilən xüsusatlar diskdə olan görüntülərlə də öz təsdiqini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş X4 üzərinə şəxsi-axtarışın keçirilməsi haqqında istintaq hərəkəti porotokolundan görünür ki, Emin Ağacanovun üzərindən 3 ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Emin Ağacanov həmin narkotik vasitənin özünə məxsus olduğunu onu qonşuluqda yaşayan Faiq adlı şəxsdən alaraq əldə etdiyini təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2022-ci il tarixli 19/1241 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,661 qr: -0,812qr: -0,704qr: -0,665 qram: ümumi təmiz çəkisi -2,842 qram olan maddələr qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narktoik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 04 ədəd sellofanlarda ayrı-ayrılıqda təmiz çəkiləri: -1020,0qr: -1005,qr: -995,0qr: -980,0 qram: ümumi təmiz çəkisi -4000,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narktoik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narktoik vasitə heroinin izləri vardır. Heroin iz şəklindən olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar olunmuş 8 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 19/1242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X4 təqdim etdiyi kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,412 qram, 0,201 qram, 0,241 qram, ümumi təmiz çəkisi 0,854 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində “X4 təqdim etdiyi kütlələr.....” və “Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd zərfdəki və 1 ədəd elektron tərəzi Rəy №19/1241......” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd paketdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan ibtidai istintaq orqanının qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi qalıq çəkisi 4002,602 qram heroin, bir ədəd elektron tərəzi və Emin Ağacanovdan aşkar edilərək götürülmüş qalıq çəkisi 0,854 qram olan heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini İran İslam Respublikasından sifarişlə gətirilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olması və həmçinin X5 narktoik vasitə satması barədə Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Lənkəran ŞRPŞ-in CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 21 dekabr 2021ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ona aid olmadığını, Emin Ağacanova 3 bükümdə heroin satmadığını göstərmişdir. Məhkəmədə onun göstərdiyi bu dəlillər özünü müdafiə məqsədi daşımaqla, heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlmədiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında protokollardan və məhkəmədə nümayiş etdirilmiş həmin istintaq hərəkətlərinin qeydə alındığı DVD disklərə baxış zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o üzərində saxladığı 4 ədəd bükümləri təqdim edərək, həmin bükümləri evində saxladığı heroinin üzərindən götürdüyünü bildirmişdir. Sonra da onun razılığı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən o evində saxladığı içərisində heroin olan 4 ədəd bağlamarı təqdim etmiş və onları İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxsin göndərək, Lənkəran rayonu ərazisində olan Velədi körpüsünün altına qoydurduğunu və həmin bağlamaları oradan götürüb evinə gətirdiyini etiraf etmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş narkotik vasitə heroinin İran vətəndaşı Ağa adlı şəxsin göndərək Lənkəran rayonu ərazisində Velədi körpüsünün altına qoyulmasını və gedib götürərək evinə gətirməsini, eləcədə həmin gün əldə etdiyi heroindən 3 ədəd bükümdə Emin Ağacanova satmasını, üzərində olan 4 büküm heroinləri də evində olan heroindən ayırıb götürməsini etiraf etmişdir. Yuxarıda qeyd edilənlər Emin Ağacanovun üzərində axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolu və məhkəmədə tədqiq edilmiş onun üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə olan heroini Təqsirləndirilən şəxs alması barədə verdiyi ifadəsi ilə eləcədə məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən, evindən və Emin Ağacanovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərin eyni tərkibdə olması, habelə aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroinin izlərinin olması barədə məhkəmə kimyəvi ekspertizasının rəyləri ilə də yuxarıda qeyd edilən xüsusatlar öz təsdiqini tapır. Məhkəmə dindirilmiş şahid Emin Ağacanovun ifadəsi də onun özünü və Təqsirləndirilən şəxs müdafiə məqsədi daşıyan ifadə olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs və Emin Ağacanovun ibtidai istintaq zamanı verdikləri ifadələri, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının rəyləri ilə tamamilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs və şahid Emin Ağacanovun ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini işin hallarına uyğun gələn səmimi ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvünün arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib, həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Ağa adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında satması və pulunu ona göndərməsi barədə razılaşmışlar. Ağa adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs Lənkəran rayonu Velədi kəndində yerləşən avtomobil körpüsünün altına gətirib, həmin narkotik vasitə heroini gizlətdiyi yer barədə ona məlumat verməyi təmin etdikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan həmin narkotik vasitə heroinin gizlədildiyi ona məlum olan yerdən götürüb əldə edib daşıyaraq, ünvan 1 ünvanında yerləşən yaşadığı evə gətirərək, evin yataq otağında gizlətməklə saxlamış, sonra da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdalarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsinə o saxlanılaraq onda və evində olan külli miqdarda narkotik vasitə ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Ağa adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Siruz adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Ağa adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin sübyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə, CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Ağa adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CPM-nin (bundan sonra mətndə CPM-in) 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə ixtisaslaşdırılmalıdır. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işinin istintaq materiallarından Ağa adlı İran İslam Respublikasının vətındaşı və qeyriləri barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPMnin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. ünvan 1-də qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Əlizadə X7 Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Əlizadə X7 Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Göründüyü kimi onun məhkumluğu ödənilmədən o yenidən qəsdən ağır cinayət törətmişdir. Onun əməllərində cinayətlərin residivi halı mövcuddur. Ona görə bu hal CM-in 61-ci maddəsinə əsasən onun cəzasının ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 21 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs alınmaqla dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan ümumi qalıq çəkisi 4002,602 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 132, 346, 351- 353,356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 dekabr 2021-ci il tarixdən hesablansın. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan ümumi qalıq çəkisi 4002,602 qram heroin və bir ədəd elektron tərəzi məhv edisin. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar