Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-316/2024 25.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X38, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, tərcüməçi X9 iştirakları ilə, - xx xxxxxxx 1980-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 1(101)-470/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 1(001)-443/2016 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci; - xx xxxx 1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamış, bundan başqa təkrarən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamış, bundan başqa qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, orada külli miqdarda müxtəlif növ narkotik vasitələri və psixotrop maddəni şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixdə gecə saatlarında tanışı X24 ilə birlikdə şərikli, yəni hər biri 75 (yetmiş beş) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini sifarişləri əsasında istintaqa məlum olmayan şəxs tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı kəndindən keçən hissəsində, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri və rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığında olan qoyulmuş daşın dibindən götürüb əldə edərək Şükür Məmmədovun istifadəsində olan “Khazar” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə daşıyaraq Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında olan stolun üzərində saxlamış, Qazax Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə, saat 01:30-dan 03:35-dək olan müddət ərzində baxış zamanı evin qonaq otağında olan stolun üzərindən iki ədəd içiçə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,289 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,547 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 24 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,415 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan şalvarının sol yan cibində qanunsuz olaraq saxlamış, 24 yanvar 2023-cü il tarixdə, saat 19:40-da Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Rafiq Alcanov küçəsində yerləşən Milli Qəhraman Rafiq Alcanovun büstünün qarşısında saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, həmin narkotik vasitə olan heroin şöbənin inzibati binasında, həmin gün saat 20:47-dən 20:56-dək olan müddətdə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş, İran İslam Respublikasında şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 05 fevral 2023-cü il tarixdə sonuncudan külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6,254 qram heroin, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6914,776 qram qurudulmuş marixuana, təmiz halda çəkisi 4,498 qram tiryək, təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 həb metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 3,963 qram metamfetamini qəsdən tamah niyyəti ilə, qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni 06 fevral 2023-cü il tarixdə, gecə saat 01 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddə ondan aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımaqla satmış, bundan başqa qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və güclü təsir edən maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, daha sonra orada külli miqdarda müxtəlif növ narkotik vasitələri və güclü təsir edən maddəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,174 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlayıb daşımaqla 18 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Ağstafa şəhərində yerləşən “Gülül” şadlıq sarayının qarşısında tanışı X21 vasitəsi ilə X4 5 (beş) manat pul müqabilində satmış, elə həmin gün saat 18:35-də Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X19 şəhərində yerləşən dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin həmin gün saat 19:35dən saat 19:52-dək olan müddət ərzində Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı üzərində “Novokain” yazısı olan bir ədəd sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram və bir ml-lik birdəfəlik şprisin içərisində olan məhlulun tərkibində təmiz çəkisi 0.018 qram olan heroin sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş, İran İslam Respublikasında şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 08 fevral 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 9351 qram qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən 8 (səkkiz) həb metadon və külli miqdarda güclü təsir edən maddə olan 30 (otuz) həb şəklində təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən tramadol dərman vasitəsini sonuncudan qəsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədi ilə təkrar əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddəni N fevral 2023-cü il tarixdə, saat 12 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə ondan aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü ilkin iki epizod üzrə tam, üçüncü epizod üzrə isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşamış, fəhləliklə məşğul olmuşdur. Narkotik vasitə istifadəçisi olmuş, “patı” və “kakos” istifadə etmişdir. Ona verilmiş üç ayrı-ayrı epizoddan ibarət ittihamla əlaqədar birinci epizod üzrə bildirmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Qazax şəhər sakini olan tanışı “Akoş” ləqəbli X15 mobil telefon vasitəsi ilə zəng edərək narkotik vasitəyə ehtiyacı olduğunu demiş, Şükür də tapa biləcəyini və əgər istəsə birlikdə pul qoyub ala biləcəklərini demiş, aralarında olan bu danışıqdan bir neçə dəqiqə sonra Şükür ona zəng edərək kəndin mərkəzindən keçən asfalt yolun kənarına çıxmağını istəmiş, onunla razılaşaraq evdən çıxıb yolun kənarında Şükürü gözləməyə başlamış, sonuncu idarə etdiyi avtomobillə gələndən sonra avtomobilin qabaq sağ oturacağında əyləşmiş və avtomobillə hərəkəti davam etdirərək Qazax rayonu, Yuxarı Salahlı kəndinin çıxacağında, Bakı-Qırmızı Körpü magistral yolunun üzü Qırmızı Körpü istiqamətində yolun sol hissəsinə və üz tərəfi Qırmızı Körpü istiqamətində quraşdırılmış, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri yazılmış yol nişanının yanına çatıb, birlikdə avtomobildən enib nişana yaxınlaşmışlar. Şükür nişanın yan tərəfinə yaxınlaşaraq mobil telefonunun işığını yandırmış və orada olan iri daş parçasının yan alt hissəsindəki sellofan bükülünü götürmüş və dərhal avtomobilə minib oradan kənarlaşmışlar. Şükürə yaşadığı evə getməyi təklif eləmiş və evdə pulu verəcəyini bildirmiş, birlikdə onun evinə gəlmişlər. Evdə Şükür əynində olan şalvarın sağ cibindən iki ədəd sellofan kəsiyi bükümünü çıxararaq stolun üzərinə qoyub, ona birinin içərisində psixotrop maddə olan metamfetamin, digərində isə narkotik vasitə olan heroin olduğunu, əvvəlcədən razılaşdıqları kimi, yəni metamfetaminin qiymətinin 40 (qırx), heroinin isə 30 (otuz) manat olduğunu bildirmişdir. Evin digər otağına keçib arvadı Şahid13 75 (yetmiş beş) manat pul alıb gətirərək Şükürə vermişdir. Bu vaxt bir neçə nəfər mülki və polis geyimində olan şəxs yaşadığı evə gələrək özlərini təqdim edib Qazax Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, yaşadığı evdə qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu, bu səbəbdən də evinə baxış keçirməli olduqlarını bildirmişlər. Evinə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmış və özünün iştirakı ilə evə baxış keçirilmişdir. Şükürün yanında polis əməkdaşlarına hər şeyi etiraf etmiş, əlavə olaraq stolun üzərindəki iki ədəd bükümü göstərərək həmin bükümlərin içərisindəki metamfetamin və heroin olduğunu, həmin kütlələri Şükürdən 75 (yetmiş beş) manat qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra bükümlər elektron tərəzidə çəkilərək, kağız zərfə qoyularaq qablaşdırılmış, möhürləmiş və zərfin üzəri Şükürdən başqa bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şükür həmin narkotik vasitə və pisxotrop maddəni ona satmadığını dediyi üçün zərfi imzalamaqdan imtina etmişdir. Daha sonra Şükürə məxsus olan avtomobilə baxış keçirilmiş və içərisindən iki ədəd sellofan kəsiyində büküm aşkarlanmışdır. Şükür həmin bükümlərdən kiçik olanının özünə məxsus olduğunu və həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, digər büküm barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmin bükümlər də elektron tərəzi vasitəsi ilə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şükür bükümlərdən birinin ona məxsus olmadığını iddia edərək, həmin zərfi də imzalamamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qazax Rayon Polis Şöbəsinə gəlmiş, orada vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı bir narkotik vasitə, pisxotrop maddə, qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təxminən üç-dörd dəfə Şükürlə birlikdə eyni qaydada narkotik vasitə və ya psixotrop maddə almış, lakin heç vaxt satışı ilə məşğul olmamış, kiməsə hər hansı bir yolla ötürməmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu ikinci epizod üzrə göstərmişdir ki, 24 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxmış, kəndin küçəsi ilə piyada hərəkət edərkən yerdə gördüyü qızılı rəngli siqaret kağızına bükülmüş bükümü götürüb açdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüş və istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Daha sonra Qazax şəhərinə getmiş, bir qədər Qazax şəhərində olduqdan sonra Ağstafa şəhərinə getmişdir. Ağstafa şəhərində olarkən heykəlin qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək ona, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və özləri ilə birlikdə Ağstafa Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək, hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş və əgər varsa, təqdim etməsi təklif olunmuşdur. Könüllü olaraq şalvarının cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroini çıxarıb təhvil vermiş və həmin narkotik vasitəni kiməsə satmaq niyyəti olmadığını, şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu sonuncu epizod üzrə ifadəsində bildirmişdir ki, Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Əli ona bir ədəd içərisində narkotik vasitə olan bağlamanı İran İslam Respublikası ilə dövlət sərhəddindən götürüb Azərbaycan Respublikasına aparmağı təklif etmiş, razılaşaraq həmin bağlamanı götürməsi üçün hara getməli olduğunu soruşmuş, Əli də ona “WhatsApp” proqramı vasitəsilə koordinat göndərək Füzuli rayonu ərazisində sərhədə getməyi tapşırmışdır. 06 fevral 2023-cü il tarixdə yaşadığı Qazax rayonunun Yuxarı Salahlı kəndindən çıxıb Füzuli rayonuna, Əlinin ona göndərdiyi kordinata getmiş və Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə sərhəd xəttinə yaxınlaşmışdır. Orada Əlinin bildirdiyi yerdən içərisində narkotik vasitə olan bir ədəd bağlamanı götürüb geri qayıdarkən sərhədçilər tərəfindən ona “dayan” komandası verilmişdir. Verilmiş komandaya tabe olmuş, sərhədçilər yaxınlaşaraq onu saxlamış, onu və özü ilə gətirdiyi içərisində narkotik vasitə olan bir ədəd bağlamanı sərhəd zastavasına aparmışlar. Həmin bağlamada 7 (yeddi) kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Onda həmin qurudulmuş marixuanadan başqa digər narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə telefon vasitəsilə tanış olmuş, əvvəllər “WhatsApp” proqramı vasitəsilə, sonralar isə adi qaydada mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Əli ona içərisində narkotik vasitə olan bağlamanı götürüb aparması müqabilində pul təklif etmiş, bundan ikiüç gün sonra isə sərhəddə getməsi üçün yol pulu vermişdir. Dövlət sərhəddini pozaraq İran İslam Respublikasının ərazisinə qanunsuz keçməmiş, 2023-cü ilin fevral ayının 02dən 06-na qədər Ağstafa rayonunun ərazisində olmuşdur. İbtidai istintaq zamanı ona fiziki təzyiq göstərilmiş, Bakı İstintaq Təcridxanasına yerləşdiriləndə müayinə olunmuş və xəsarət aldığı müəyyən edilmişdir. Onun yanına gəlmiş prokurorluq əməkdaşına fiziki təzyiq göstərilməsi ilə bağlı şikayət ərizəsi vermiş, cavab olaraq ona fiziki təzyiq göstərilməsi faktının təsdiqini tapmadığı bildirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında şəxsi istehlak miqdarından artıq külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə bağlı epizod üzrə yaranmış ziddiyətlə əlaqədar ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən həmin hissədə elan edilmişdir. O, həmin ifadəsində sözügedən epizod üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildə rəsmi yolla İran İslam Respublikasına getmiş, orada taksi fəaliyyəti ilə məşğul olan özünü Əli kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, Əli ilə söhbət zamanı münasibəti yaranmış, ona narkotik vasitə istifadəçisi olduğunu demiş, Əli ona narkotik vasitə tiryək təşkil etmiş, o da həmin narkotik vasitəni istifadə etmiş, bundan sonra müxtəlif vaxtlarda narkotik vasitə əldə etmək üçün İran İslam Respublikasına gedib, orada Əli ilə görüşmüş, ondan narkotik vasitə əldə edərək istifadə etmiş, “Covid 19” pandemyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra İran İslam Respublikasına gedə bilməmiş, 01 fevral 2023-cü il tarixdə Əli ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamış, Əli ona bir ədəd içərisində narkotik vasitə olan bağlamanı İran İslam Respublikasından Azərbaycan Respublikasına aparmaq lazım olduğunu təklif etmiş, onunla razılaşmış, qanunsuz olaraq Azərbyacan Respublikasından İran İslam Respublikasına necə gedə biləcəyini soruşmuş, Əli ona “WhatsApp” vasitəsilə kordinat göndərək Füzuli rayonu ərazisinə gəlməyi, həmin kordinatdan İran İslam Respublikası tərəfdə qüllə göründüyünü və qüllə istiqamətdə hərəkət etməyi, İran İslam Respublikasına keçdikdən sonra onu qarşılayacağını demişdir. 02 fevral 2023-cü il tarixdə yaşadığı Qazax rayonunun Yuxarı Salahlı kəndindən tanımadığı taksi ilə əvvəlcə Gəncə şəhərinə, sonra Beyləqan rayonunun Daşburun qəsəbəsinə, daha sonra isə Əlinin göndərdiyi kordinata getmiş, taksidən düşdükdən sonra Əli ilə yenidən əlaqə saxlamış, Əli qüllənin olduğu istiqaməti ona izah etmiş, qülləni görmüş, 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə dövlət sərhədini qanunusuz keçmiş, saat 22 radələrində Əli onu İran İslam Respublikasında qarşılamış, birlikdə Əlinin avtomobili ilə Aslandüz şəhərinin Məhbub kəndində yaşadığı ünvana getmiş, İran İslam Respublikasında Əlinin evində qalmış, 05 fevral 2023-cü il tarixdə Əlinin verdiyi bir ədəd bağlamanı götürərək onun avtomobili ilə saat 23 radələrində Araz çayının sahilinə gəlmiş, bir qədər ətrafı müşahidə etmiş, içərisində narkotik vasitə olan bir ədəd bağlamanı götürmüş, sıx qamışlıq ərazidə kolluqların içərisində təxminən iki saat hərəkət edərək 06 fevral 2023-cü il tarixdə sərhəd çəpərinə yaxınlaşmış, bu zaman sərhədçilər tərəfindən ona dayan komandası verilmiş, qaçmaq istəsə də qorxduğu üçün tabe olmuş, sərhədçilər yaxınlaşaraq onu saxlayıb, İran İslam Respublikasından özü ilə gətirdiyi içərisində narkotik vasitələr və psixotrop maddə olan bir ədəd bağlama ilə birlikdə sərhəd zastavasına aparmışlar (cild 01, i.v. 69-72). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini ziddiyyət təşkil edən hissədə təsdiq etməyərək, həmin ifadəni fiziki təzyiq altında verdiyini bildirmiş, məhkəmədən narkotik istifadəçisi olduğu üçün səmimi peşimançılıq çəkməsini nəzərə alıb, barəsində ədalətli hökm çıxarılmasını, ittiham olunduğu maddələr üzrə ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü ilkin epizod üzrə təqsirli bilməyərək, digər epizod üzrə isə qismən təqsirli bilərək ifadəsində ittiham olunduğu 18 oktyabr 2022-ci il tarixli ilkin epizod üzrə göstərmişdir ki, onun adını polisə verən şəxslər Əhməd Məmmədkərimov və Rauf Niyazov cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuşlar. Əhməd və Rauf yalan ifadə vermişlər, belə ki, onlara narkotik vasitə olan heroin satmamışdır. 18 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Raufla görüşmüş, Rauf ona 10 (on) manat pul verib, narkotik vasitə alan zaman özü üçün də narkotik vasitə olan heroin almasını istəmiş, Raufdan həmin pulu almış, lakin heroin ala bilmədiyi üçün Raufla görüşüb onun pulunu qaytarmışdır. Həmin vaxt Raufa heroin ala bilmədiyini demiş, buna görə də aralarında mübahisə yaranmışdır. Əhməd adlı şəxsi orada görməmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitə istifadəçisi olmuşdur. Elə həmin ay Əhmədlə Raufun polis əməkdaşları tərəfindən saxlanıldıqlarını eşitmiş, onlar saxlanıldıqdan təxminən bir-iki ay sonra Ağstafa Rayon Polis Şöbəsində qeyd olunan hadisə ilə bağlı ifadə vermiş, hətta bununla əlaqədar polis əməkdaşları tərəfindən yaşadığı evdə axtarış aparılmış, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkarlanmamış, təqsiri olmadığı üçün sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş digər epizod üzrə ifadəsində bildirmişdir ki, 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı dövlət sərhədini qanunsuz keçdiyi üçün özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilir. Lakin dövlət sərhədini tanışı Təqsirləndirilən şəxs1la birlikdə keçməmişdir. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində sərhədi qanunsuz keçib hərəkətdə olarkən sərhədçilər onu tutmuşlar. Tutulan zaman üzərində sadəcə 8 (səkkiz) ədəd metadon həbi olmuşdur. Əgər onda başqa narkotik vasitə və ya güclü təsir edən maddə olsaydı, həmin kütlələr də üzərindən aşkar edilməli idi. Lakin üzərindən başqa narkotik vasitə və ya güclü təsir edən maddə çıxmamışdır. İş materiallarında güya onun narkotik vasitənin yerini sərhədçilərə göstərməsi qeyd olunmuşdur. Əgər həmin narkotik vasitə ona məxsus olsa idi, 10 (on) kiloqrama yaxın narkotik vasitənin yerini sərhədçilərə göstərməzdi. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, narkotik aludəçisi olmuş, özü də bu halından bezmişdir. Şəhriyar adlı İran İslam Respublikasının vətəndaşı onun tanışı olmuş və ona narkomaniyadan qurtulması üçün dərmanlar verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona İrana birlikdə getmək barədə heç nə deməmişdir. İran İslam Respublikasına Füzuli rayonu ərazisindən dövlət sərhədini pozmaqla keçmiş, təxminən bir həftə oradakı kəndlərin birində qalmış, əldə etdiyi “dərmanları” götürüb Azərbaycan Respublikasına qayıtmışdır. İrandan qayıdanda üzərində 10 (on) ədəd metadon həbi olmuş, yolda həblərdən ikisini istifadə etmişdir. N fevral 2023-cü il tarixdə sərhədçilər tərəfindən saxlanılmamış, özü ərazidə olan traktor sürücüsünə yaxınlaşmışdır. Sərhədçilər onu tutduqdan sonra zastavaya aparıb bir otağa salmışlar və oradakı şəxslər tərəfindən döyülmüşdür. Bu barədə heç kimə şikayət etməmişdir. Axşam saatlarında, tutulandan təxminən doqquz saat sonra onu sərhəd bölgəsində yerləşən qamışlıq əraziyə aparıb, bir ədəd bağlama verib ona məxsus olduğunu, güya ki, qamışlıq ərazidə gizlətdiyini deməsini istəmişlər. Narkotikin təsiri altında olduğundan və döyülməsinin yaratdığı ağrıların təsirindən onlarla razılaşıb həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında külli miqdarda müxtəlif növ narkotik vasitələr və güclü təsir edən maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə bağlı epizod üzrə yaranmış ziddiyətlərlə əlaqədar ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən həmin hissədə elan edilmişdir. O, həmin ifadəsində sözügedən epizod üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə, saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng etmiş, görüşmək istədiyini demiş, saat 11 radələrində Ağstafa rayonunda dəmiryolu vağzalının yanında olan çayxanada görüşmüş, Babək Füzuli rayonuna gedib orada dostu ilə görüşəcəyini, lakin oranı yaxşı tanımadığını onunla birlikdə Füzuli rayonuna getməyi ona təklif etmiş, Babəkin təklifi ilə razılaşmış, birlikdə Ağstafa rayonunun avtovağzalından Gəncə-Qazax maşrutu ilə Gəncə şəhərinə, oradan 30 (otuz) manat qarşılığında tanımadıqları taksi ilə saat 17 radələrində Füzuli rayonunun Yağlıbənd kəndinə getmişlər, taksidən düşəndən sonra Babək ona kağızda nömrə verərək özünə məxsus telefonunda olan kontkalara əlavə etməsini istəmiş, o da həmin İran İslam Respublikasının mobil opertoruna məxsus nömrəni əlavə etdikdən sonra telefonu Babəkə vermiş, bundan sonra Babək həmin İran İslam Respublikasının operatoruna məxsus nömrə ilə danışmış və whatsaap vasitəsilə səs göndərmişdir. Babəkdən nə üçün dostu ilə görüşmədiyini soruşmuş, bu zaman X43 Respublikasında yaşayan dostunun Füzuli rayonu ərazisinə gətirib qoyacağı narkotik vasitəni götürmək məqsədilə Füzuli rayonuna gəldiklərini demiş, Babəkə narkotik vasitəni götürmək üçün onunla getməyəcəyini demiş, həmin iranlı şəxs “WhatsApp” vasitəsilə 050 ***-**-** nömrəsinə səs göndərərək “indi setkanı keçməyin, axşam düşəndə qaranlıq vaxtı setkanı keçərsiz” səsini göndərmişdir. Daha sonra Babəkdən geri qayıtmaq üçün yol pulu istəmiş, Babək isə ona narahat olmamağı, tutulmayacaqlarını ona demiş, Füzuli rayonunda olarkən iranlı telefonuna Azərbaycan Respublikasından İran İslam Respublikasına dövlət sərhədini necə qanunsuz keçə biləcəkləri ilə bağlı kordinat göndərmiş, Babək ona İran İslam Respublikasına qanunsuz keçərək narkotik vasitə əldə edib yenidən Azərbaycan Respublikasına geri qayıtmağı təklif etmiş, Babəklə razılşaraq saat 20 radələrində Azərbaycan Respublikasından qanunsuz dövlət sərhədini keçərək İran İslam Respublikasına getmişlər, İran İslam Respublikasına keçdikdən sonra Şəhriyar adlı şəxsdən əlavə iki nəfərlə onları qarşılamış, Şəhriyar onları yaşadığı evə aparmış, Babəklə Şəhriyar narkotik vasitələri hansı formada qanunsuz Azərbaycan Respublikasına keçirəcəkləri ilə bağlı söhbət etmiş, təxminən üç gün Şəhriyarın evində qalmış, 05 fevral 2023-cü il tarixdə, saat 22-23 radələrində Şəhriyar Babəkə bir ədəd bağlamada narkotik vasitə vermiş, bu zaman onlara Babəklə birlikdə getmək istədyini bildirmiş, lakin Babək narkotik vasitələri Azərbaycan Respublikasına apardıqdan sonra geri qayıdıb yenidən onu Azərbaycan Respublikasına aparacağını demiş, Şəhriyar Babəki dövlət sərhədindən qanunsuz keçirmək üçün İran İslam Respublikası ilə Azərbaycan Respublikası sərhədinə aparmış, o isə İran İslam Respublikasında Şəhriyarın evində qalmışdır, bir-iki gün keçsədə Babəkdən xəbər çıxmamış, Şəhriyar ona “Babəkin onları aldatdığını, onlara 5.000 (beş min) manat ziyan vurduğunu, evlərinə zəng edib 5.000 (beş min) manat göndərmələrini, yoxsa başını kəsəcəklərini” demiş, bir gün keçəndən sonra sosial şəbəklərdə Babəkin tutulduğu xəbərinin çıxdığını Şəhriyar ona demiş, Şəhriyar Babəkin onları ziyana saldığı üçün Azərbaycan Respublikasına narkotik vasitə aparmalı olduğunu bildirmiş, daha sonra onu kameraya çəkmişlər, çəkiliş zamanı Azərbaycan Respublikasından narkotik vasitə gətirmək üçün İran İslam Respublikasına gəldiyini, adını soyadını və özü haqqında məlumatları qeyd etmiş, Şəhriyar narkotik vasitəni Azərbyacan Respublikasına aparmadığı təqdirdə həmin videonu sosial şəbəkələrdə yayacağını, o da qorxduğu üçün Şəhriyarın təklifi ilə razılaşmış, 08 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Araz çayının sahilində Şəhriyar bir ədəd bağlamada təxminən 8-9 (səkkiz-doqquz) kq qurudulmuş marixuana, üç ədəd kanvalyutda 30 (otuz) ədəd tramadol həbi və selofana bükülmüş 8 (səkkiz) ədəd metadon həbini ona vermiş, heç yerə dönmədən düz getməyini demiş, Şəhriyar yolda olanda onunla telefonla əlaqə saxlayacağını, Azərbaycan Respublikasına çatanda onu qarşılayacaqlarını bildirmiş, həmin gecəni qamışlıqda keçirtmiş, 09 fevral 2023-cü il tarixdə, saat 13 radələrində yuxudan ayılmış, həmin gün də saat 21-22 radələrinə kimi hərəkət etmiş, yenə sıx qamışlıqda gecələmiş, N fevral 2023-cü il tarixdə, saat 10 radələrində yuxudan ayılmış, bir müddət hərəkət etdikdən sonra insan səsləri eşitmiş, bundan sonra narkotik vasitəni qamışlıqda gizlətmiş, daha sonra sərhədçilər onu görmüş, “dayan” komandası verərək saxlamışlar. Sərhədçilər onu saxladıqdan sonra sərhəd zastavasına aparılmış, sərhəd zastavasında üzərinə baxış keçirilmiş, üzərindən Şəhriyarın ona verdiyi üç ədəd konvalyutda 30 (otuz) ədəd tramadol həbi və selofana bükülmüş 8 (səkkiz) ədəd metadon həbi aşkar olunmuş, daha sonra sərhədçilər ondan İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə üzərində aşkar olunan həblərdən başqa narkotik vasitə gətirib-gətirmədiyini soruşmuş, ilk əvvəl narkotik vasitə gətirmədiyini, lakin aparılan söhbətdən sonra İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətiridiyini etiraf etmiş, daha sonra sərhədçilərin iştirakı ilə qamışlıqda gizlətdiyi bir ədəd bağlamada narkotik vasitənin yerini göstərmiş, həmin bir ədəd bağlama narkotik vasitə onun iştirakı ilə gizlətdiyi yerdən götürülmüş, sərhəd zastavasına aparılmış, sərhəd zastavasında onun iştirakı ilə həmin bir ədəd bağlamaya baxış keçirilmiş, bağlamadan nəm halda 10 (on) kq-dan çox qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 01, i.v. 200-204). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunan ifadəsini ziddiyyət təşkil edən hissədə təsdiq etməyərək, həmin ifadəni həm narkotikin təsirində olması, həm də fiziki təzyiq altında verməsi ilə əlaqələndirilmiş, məhkəmədən atasının ağır xəstə olmasını nəzərə alaraq barəsində elə cəza təyin edilməsini xahiş etmişdir ki, heç olmasa atasının son nəfəsinə çata bilsin. Məhkəmə cinayət prosesinin tərəflərini (təqsirləndirilən şəxslərin hər birinin ayrıayrılıqda tam və qismən etirafedici, şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, aralarında qohumluq, ədavət və düşmənçilik münasibətləri yoxdur. Təqsirləndirilən şəxs1 barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur və bu ilk dəfə idi, yəni onda Babək barəsində əvvəllər belə bir məlumat olmamışdır. 08 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı barədə rəhbərliyə raportla müraciət etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat istintaq qrupu yaradılmışdır. Əməliyyat istintaq qrupuna daxil edilmiş əməkdaşlarla birlikdə 09 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, evin qarşısına çatıb giriş darvazasını döyməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 darvazanı açmış və onlar evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 nə ilə bağlı gəldiklərini izah etdikdən sonra ondan evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə almışlar. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilərkən birinci mərtəbədəki otaqlarda qanunsuz heç nə aşkar olunmamış, ikinci mərtəbədəki otaqların birinə daxil olduqda orada bir nəfər əvvəlcədən tanımadıqları şəxsin olduğunu görmüşlər. Otaqdakı stolun üzərinə baxış zamanı orada iki ədəd büküm olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bükümlərdəkinin yarısının heroin, digər yarısının isə metamfetamin olduğunu bildirmiş, həmin kütlələrin ona məxsus olduğunu etiraf etmiş və otaqda olan “Akoş” ləqəbli, əsil adı Şükür olan şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra stolun üzərindən aşkar edilmiş bükümlərdən biri açılmış, içərisində şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,58 qram təşkil etmişdir. Daha sonra digər büküm açılmış, içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, həmin büküm də elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,55 qram təşkil etmişdir. Hər iki büküm təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənmişdir. Evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs1 qarşı təzyiq göstərilməsi üçün heç bir səbəb olmamış və ona hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Qazax Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid11 və İctimai-Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid12 ifadələrində Şahid10 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısının oğludur, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 evinin qonşuluğunda yerləşən qardaşına məxsus torpaq sahəsinə baxmaq üçün getmiş, daha sonra çay içmək məqsədi ilə Babəkin evinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Şahid13 evdə olmuş, bir qədər sonra Babək də gəlmiş, onun ardınca isə tanımadığı şəxs evə daxil olmuşdur. Həmin şəxsin “Akoş” ləqəbli Qazax rayon sakini olduğunu sonradan bilmiş və onun Babəkin evinə gəlməsinin səbəbini bilməmişdir. Onlardan bir qədər sonra isə polis əməkdaşları evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, polis əməkdaşları tərəfindən Babəkə təzyiq göstərilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə Şahid13 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələri əsasında həmin Məcəllənin 329.1-ci maddəsinə (məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əridir, birlikdə yaşayırlar, əvvəllər Babək müxtəlif cinayətlər törədərək məhkumluq həyatı yaşasa da, onun narkotik vasitələrdən istifadə etdiyini bilmirmiş, lakin buna baxmayaraq onun narkotik vasitə istifadə etməsindən şübhələnirmiş. X16 Babəkin dostutanışı kimi tanımış, Şükürlə arasında heç bir münasibəti və qohumluq əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində o yaşadığı evdə imiş, həmin vaxt Babək ona “indi qayıdıram” deyərək evdən çıxıb harasa getmişdir. Babək getdikdən bir qədər sonra, Babəkin bibisi oğlu Elyar yaşadıqları evə qonaq gəlmiş və Babəki soruşmuş, o da Elyara “indilərdə çıxdı, harda olsa gələr, Babək gələnə qədər bir stəkan çay iç” demiş, Elyar da razılaşmışdır. Babək evdən çıxdıqdan təxminən saat yarım sonra, yəni hardasa saat 01:30 radələrində evin giriş qapısının qarşısında avtomobil dayanmasının səsini eşitmiş və bundan bir neçə dəqiqə sonra Babək evə daxil olmuş, Elyarla salamlaşıb görüşmüşdür. Bundan da bir neçə saniyə sonra Şükür evə daxil olmuş, ümumi şəkildə “axşamınız xeyir” demiş və Babəklə birlikdə qonaq otağına keçmişlər. Otağa daxil olduqdan sonra Babək onun olduğu otağa gəlib, 75 (yetmiş beş) manat pul lazım olduğunu demiş, pulun nəyə lazım olduğunu soruşduqda, ona “sonra deyərəm, indi lazımdır” demişdir. Beş ədəd 5 (beş) manatlıq, bir ədəd 10 (on) manatlıq və iki ədəd 20 (iyirmi) manatlıq pul əskinasları olmaqla ümumilikdə 75 (yetmiş beş) manat pulu saxladığı yerdən götürüb Babəkə vermişdir. Babək otaqdan çıxan zaman Babəkin pulu nə edəcəyini bilmək üçün arxasınca qonaq otağına daxil olmuş, həmin vaxt Babək onun verdiyi pulu Şükürə vermiş və sonuncuya “mən öz payıma düşəni verdim, mən raşot” demişdir. Bu zaman o otaqdakı stolun üzərində iki ədəd əvvəllər görmədiyi və hardasa şübhəli gələn büküm görmüşdür. Bu zaman Babəkin Şükürlə birlikdə narkotik vasitə aldığını düşünərək etiraz etmək istəmiş, həmçinin həmin vaxt evə qonaq gəlmiş Elyar da Babəkə etiraz etmək istəmiş, elə həmin vaxt bir neçə nəfər mülki və polis geyimində şəxs yaşadığı evə gələrək özlərini təqdim edib, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, Babəkin evdə qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bu səbəbdən də evə baxış keçirməli olduqlarını bildirmişlər. Babək isə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları evə baxış keçirməyə başlamışlar, o isə baxışda iştirak etməmişdir. Sonra polis əməkdaşları Şükürlə Babəki götürüb evdən çıxmışlar, o isə evdən bayıra çıxmamışdır. Sonradan bilmişdir ki, yaşadığı evdə olan bükülülər narkotik maddə imiş, həmçinin Şükürün də avtomobilindən narkotik maddələr aşkar edilmişdir və Babək Şükürlə birlikdə hərəsinə 75 (yetmiş beş) manat pul qoyaraq birlikdə narkotik maddələr əldə etmişlər (cild 03, i.v. 163- 165). Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsi 4 saylı Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, digər təqsirləndiriləni isə tanımır. 2023-cü ilin yanvar ayında Ağstafa Rayon Polis Şöbəsində gündəlik xidmətdə olduğu vaxt şöbənin X6 baş əməliyyat müvəkkili, polis mayoru X42 rayon sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu bildirmiş və birlikdə əməliyyat tədbiri keçirmişlər. Əməliyyat-axtarış tədbirində üç-dörd nəfər polis əməkdaşı iştirak etmişdir. Ağstafa şəhərində olan dəmiryol vağzalının qarşısında yerləşən Milli Qəhraman Rafiq Alcanovun büstünün yaxınlığında Təqsirləndirilən şəxs1 piyada hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 tutduqdan sonra onu Ağstafa Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, daha sonra vəkillə təmin olunmuş və sonuncunun iştirakı ilə üzərinə baxış keçirilən zaman onun üzərindən səhv etmirsə, qızılı rəngli bükümdə narkotik vasitə aşkarlanmışdır. Şahid7 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləmişdir. Təqsirləndirilən şəxs1 hansı gün tutulduğunu xatırlamasa da, onun üzərinə baxış keçirilməsi zamanı şəxsən iştirak etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş predmet narkotik vasitə olan heroinə bənzəmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Qazax rayonunun hansısa kəndindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. Kəndin adını xatırlamır. Aşkar olunmuş narkotik vasitə qızılı rəngli siqaret kağızına bükülü vəziyyətdə olmuş, tərəzidə çəkilmişdir, lakin çəkisini xatırlamır. Təqsirləndirilən şəxs1 tutulduğu və üzərində şəxsi axtarış keçirildiyi zaman ona heç bir təzyiq göstərilməmiş, onun özünün də heç bir narazılığı və etirazı olmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsi X1 baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid8 ifadəsində Təqsirləndirilən şəxs1 barəsində olan epizod üzrə Şahid7 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, həmin vaxt Babəkin üzərində keçirilmiş şəxsi axtarış zamanı videoçəkiliş onun tərəfindən aparılmışdır. O, bundan başqa, iş üzrə digər Təqsirləndirilən şəxs2 ittiham olunduğu ilkin epizod üzrə də Ağstafa rayonu Kolxəlfəli kənd sakini X2 narkotik vasitələri əldə etmə, gəzdirmə və saxlamada şübhəli bilinərək saxlanıb polis şöbəsinə gətirilməsində və üzərində keçirilmiş şəxsi axtarış zamanı videoşəkiliş aparmaqla iştirak etmişdir. Həmin vaxt Əhməd Məmmədkərimovun narkotiki X17, sonuncunun isə Təqsirləndirilən şəxs2 alması və gətirib Əhmədlə birlikdə istifadə etməsi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ağstafa Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisini də tanıyır, onlarla düşmənçiliyi və ya ədavəti, qohumluğu yoxdur. Təqsirləndirilən şəxs1 barəsində keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, 24 yanvar 2023-cü il tarixdə Ağstafa Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili X40 Mansurovun üzərində qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla əlaqədar əməliyyat tədbiri keçirilmişdir. Şahid7 və Əli Məsimovla birlikdə Təqsirləndirilən şəxs1 tutub şöbəsinin təhqiqat bölməsinə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, müdafiəçi ilə təmin olunmuş və üzərinə baxış keçirilən zaman gümüşü rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülüb elektron tərəzidə çəkilmiş və sənədləşdirilərək ekspertizaya göndərilmişdir. Şahid9 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onlara daxil olmuş agentura məlumatı əsasında Təqsirləndirilən şəxs1 tutmağa getmişlər. Təqsirləndirilən şəxs1 tutulduğu zaman tək olmuşdur. Təqsirləndirilən şəxs1 özü Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir və narkotik vasitəni də həmin kənddən tapmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. 06 fevral 2023-cü il tarixdə, saat 22-23 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfərin hərəkəti müşahidə olunmuş, sərhəd zastavası tərəfindən “silaha” komandası verilərək ərazi qapadılmış, sərhəd pozucusu əlverişli mövqeyə çıxanadək gözlənilmiş, əlverişli mövqeyə çıxdıqdan sonra həmin qismdə yaxalanmış və sərhəd zastavasına gətirilmişdir. Saxlanılmış şəxsin üzərinə baxış keçirilən zaman qara bağlamaya bükülmüş 7 (yeddi) kiloqramdan artıq qurudulmuş marixuana, habelə başqa narkotik vasitələr və dəqiq xatırlamadığı çəkidə psixotrop həblər aşkar olunmuşdur. Ərazidə axtarış tədbirləri keçirilmiş, hadisə yeri mühafizə edildikdən sonra sərhəd pozucusu və ondan aşkar olunaraq götürülmüş içərisində narkotik vasitələr və psixotrop maddə olan bir ədəd bağlama sərhəd zastavasına aparılmışdır. Şahid5 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onlara əvvəlcədən hər hansı əməliyyat məlumatı daxil olmamış, sərhəd pozucusunu özləri müşahidə edərək aşkarlamışlar. Müşahidəni kamera vasitəsilə aparmışlar. Ümumiyyətlə, sərhəd pozucusu görəndə onu yaxın məsafəyə buraxırlar ki, arxaya qaça bilməsin və dairəyə alıb tuturlar. Təqsirləndirilən şəxs1 tutan zaman gecə saatları olmuş, “projektor” işığından istifadə edilməmişdir. Təqsirləndirilən şəxs1 sərhədi keçən zaman tək olmuş və o, Araz çayını keçəndən sonra 1000- 1500 metr irəlidə, Araz çayı ilə mühəndis çəpəri arasında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 sərhədi keçmiş və Azərbaycan Respublikası ərazisində olarkən tutulmuşdur. Araz çayını keçərkən Təqsirləndirilən şəxs1 görməmişlər. Araz çayının sahilinə baxış keçiriləndə ayaq izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 özü çayı haradan keçdiyini onlara göstərmişdir. Təqsirləndirilən şəxs1 nəzarət zolağına çatmamış tutmuşlar və onun kürəyində bağlamaya bükülmüş qutular olmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxışda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur, digər təqsirləndirilən şəxsi isə tanımır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən 4-cü sərhəd komendantlığının 18-ci sərhəd zastavasında hərbi xidmətdə olmuşdur. 06 fevral 2023-cü il tarixdə, saat 20-21 radələrində 18-ci sərhəd zastavasının 17-ci sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən zaman Təqsirləndirilən şəxs1 sərhədçilər tərəfindən tutulmuşdur. Sərhəd zastavasının 17-ci sahəsindəki sıx kolluq və qamışlıqdan ibarət əraziyə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs1 özü ilə İran İslam Respublikasından gətirdiyi içərisində narkotik vasitələr olan bir ədəd bağlama götürülmüşdür. Həmin bağlamaya baxış keçirilərkən içərisindən sellafonla sarılmış halda üç ədəd böyük büküm ümumi çəkisi 7 (yeddi) kq-dan çox qurudulmuş marixuana, habelə digər narkotik vasitə və psixotrop maddələr və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Şahid15 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “silaha” komandasına qalxmış və 17-ci sahəyə getmişlər. Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisində yardımçı çəpəri tullandıqdan sonra tutulmuşdur. Əraziyə baxış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı hal şahidi kimi Ruslan Myasoutovla birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tutulması və üzərindən narkotik vasitələr çıxması ilə əlaqədar etiraz etməsini xatırlamır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində Şahid15 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının rəisi, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, aralarında ədavət və ya düşmənçilik, qohumluq münasibətləri yoxdur, Təqsirləndirilən şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs2 onun xidməti ərazisində dövlət sərhədini pozduğu üçün saxlanılmışdır. Belə ki, N fevral 2023-cü il tarixdə, saat 08:30-dan 13:30-dək əsgər Şahid2 ilə birlikdə sərhəd zastavasının 4-cü sahəsində müşahidə məntəqəsi xidmətini təşkil edərkən saat 12:05 radələrində İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikası istiqamətində, sərhəd zastavasının 3-cü sahəsində bir nəfər naməlum şəxsin hərəkətini müşahidə etmişlər. Dərhal sərhəd zastavasını “silaha” komandasına qaldırmış, ərazinin qapadılması üçün aidiyyatı üzrə xüsusi tapşırıqlarını verdikdən sonra sərhəd zastavasının 3-cü sahəsi istiqamətində əlverişli mövqe tutaraq sərhəd pozucusunun yaxınlaşmasını gözləmişlər. Sərhəd pozucusu yaxınlaşdığı üçün onlar tərəfindən pozucuya “dayan” çağırışı verilmiş, sonuncu əmrə əməl edərək dərhal dayanmışdır. Sərhəd pozucusu tərəflərindən dayandırıldıqdan sonra sərhəd zastavasına aparılmış və orada məlum olmuşdur ki, həmin şəxs 02 fevral 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə gətirmək üçün Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə keçmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirildiyi zaman üzərində 8 (səkkiz) ədəd metadon həbi və 3 (üç) ədəd qutuda 30 (otuz) ədəd tramadol həbi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2la aparılmış filtirasiya zamanı özü ilə İran İslam Respublikasından gələrkən bir ədəd narkotik vasitə qurudulmuş marixuana gətirdiyini və həmin bağlamanı maneə çəpərinə yaxınlaşdıqda qamışlıq ərazidə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 özü ilə əraziyə baxış keçirilmiş və qeyd olunan bağlama ərazidə tapılmışdır. Bağlamanın içərisində marixuana olduğu aşkar edilmiş və sərhəd zastavasına aparılmışdır. Təqsirləndirilən şəxs2 iştirakı ilə narkotik vasitə çəkilərək 10 (on) kiloqramdan artıq olduğu məlum olmuşdur. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikası ərazisinə qanunsuz necə keçməsi barədə onda məlumat olmamışdır. Şöhrətin özünün dediyinə görə İrana Füzuli rayonu istiqamətindən keçmiş, onun xidmət etdiyi ərazidən keçməmişdir. Müşahidə qülləsindən ərazinin demək olar ki, 70-90 faizi tam müşahidə olunur. Müşahidə qülləsində olanda bir nəfər şübhəli şəxsin olduğunu aşkar etmişdir. Qanunsuz ərazidə qamışlıq sahə olmuşdur. Müşahidə apararkən Təqsirləndirilən şəxs2 artıq qamışlıq sahədən çıxmışdır. Həmin yerdən mühəndis texniki qurğuları çəpərinə təxminən 30-40 metr məsafə var. Şöhrət onun özündən 400-500 metr məsafədə aşkar olunmuşdur. Sərhəd pozucusu barədə komendanta məruzə etmiş və kapitan Baxış Baxışov da həmin yerə getmişdir. Təqsirləndirilən şəxs2 onlardan yayınmağa çalışmamışdır. Həmin vaxt Şöhrətin əynində qırmızı rəngdə mont, qara rəngli şalvar və ağ rəngdə idman ayaqqabısı, üzərində isə səhv etmirsə, “Samsung” markalı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitəni gizlətdiyi ərazidən götürəndə videoçəkiliş olmuş, şəxsi axtarış keçiriləndə isə videoçəkiliş aparılmamışdır. Bu zaman hal şahidi kimi əsgər Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs2 sərhəd zastavasında şəxsi axtarışdan 15-20 dəqiqə sonra İrandan gələndə özü ilə bağlamada marixuana gətirib gizlətdiyini etiraf etmiş, lakin müşahidə zamanı Təqsirləndirilən şəxs2 bağlamanı gizlətdiyini görməmişdir. Təqsirləndirilən şəxs2 dindirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 sərhəd zastavalarının birində tutulmuşdur. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyıb-tanımadığını xatırlamır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən 23-cü sərhəd zastavasında xidmət etmişdir. Xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs2 qanunsuz olaraq dövlət sərhədini keçməsini görməmiş, sadəcə 2023-cü ilin fevral ayında 23-cü sərhəd zastavasının 3-cü sahəsində sərhəd pozucusunun zastava rəisi tərəfindən saxlanıldığını bilmişdir. Sərhəd pozucusunun saxlanılması ilə bağlı heç bir şahidlik etməmişdir. Şahid4 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bir il yarım hərbi xidmətdə olmuş, həmin müddətin iki ayını Şəmkir rayonunda, qalan müddəti isə N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasında xidmət etmişdir. 18-ci sərhəd zastavasının ərazisində olmamışdır. Onu qamışlıq sahəyə baxış üçün aparmamışlar, belə hadisə olsaydı xatırlayarmış. Hərbi xidmətdə olarkən zastava rəisinə bir neçə dəfə müxtəlif izahatlar yazmış, lakin Təqsirləndirilən şəxs2 barəsində izahat yazmamışdır. Hadisə ilə bağlı müstəntiq qarşısında ifadə verməmişdir. Şahid3 onun əsgər yoldaşı olmuşdur. Sərhəd pozucusu saxlanılarkən Elgünün iştirak edib-etmədiyini xatırlamır. Bir ildir ki, hərbi xidməti başa vurmuşdur. Sellofan torbada narkotik vasitə və ya narkotik vasitənin elektron tərəzidə çəkilməsini görməmişdir. Məhkəməyə gələnədək ona heç kim təsir və ya təzyiq göstərməmişdir. Məhkəmədə Şahid4 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1.3-cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, N fevral 2023-cü il tarixdə Şahid3 N nömrəli hərbi hissənin inzibati binasına dəvət olunmuş, onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, daha sonra sərhəd pozucusu Təqsirləndirilən şəxs2 saxlanıldığı İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 3-cü sahəsindəki qamışlıq və sıx kolluqlardan ibarət əraziyə baxış keçirilmiş, bundan başqa Şöhrətin üzərinə baxış keçirilmiş, tünd qırmızı rəngli gödəkçəsinin sağ cibindən üç ədəd konvalyutda 30 (otuz) ədəd tramadol həbi və bir ədəd selofana bükülmüş 8 (səkkiz) ədəd metadon həbi aşkar olunaraq götürülülmüş, aşkar olunmuş həblər qablaşdırılmış, bundan başqa Şöhrətlə aparılan filtirasiya zamanı İran İslam Respublikasından gələrkən maneə çəpərinin yaxınlığında bir ədəd bağlamda narkotik vasitə marixuana gizlətdiyini bildirmiş, Şöhrətin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 3-cü sahəsində olan qamışlıq ərazidən bir ədəd bağlamada qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra həmin bağlama 23-cü sərhəd zastavasına aparılaraq baxış keçirilmiş, bağlamanın içərisindən şəffaf yapışqan selafonla sarılmış halda on ədəd böyük büküm ümumi çəkisi 10 kiloqramdan çox narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuş və həmin narkotik vasitə bir ədəd bağlamada qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 02 fevral 2023-cü il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə keçdiyi N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıbənd kəndinin ərazisində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsinə baxış keçirilmişdir (cild 02, i.v. 51-53). Şahid4 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etdiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti hadisənin üzərindən çox vaxt keçdiyindən xatırlamaması ilə əlaqələndirmiş, Təqsirləndirilən şəxs2 saxlanılmasından bir gün sonra hadisə ilə bağlı zastava rəisinə izahat verdiyini, izahatı imzaladığını, lakin oxumadığını bildirmiş, bundan başqa, cinayət işinin birinci cildinin 128-ci səhifəsindəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin N fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında”, 133-134-cü səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi haqqında”, 137-ci səhifəsindəki “götürmə haqqında”, 138-139-cu səhifələrindəki “narkotik vasitəyə baxış keçirilməsi haqqında”, 140-141-ci səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi haqqında”, ikinci cildinin 51-53-cü səhifələrindəki Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 24 fevral 2023-cü il tarixli “şahidi dindirmə” protokollarında olan imzaların bir qisminin öz imzası olduğunu və özü tərəfindən imzalandığını, bəzi imzaların isə onun imzasına oxşamadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 üzdən tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur, digər təqsirləndirilən şəxsi isə tanımır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən 23-cü sərhəd zastavasında xidmət etmişdir. Xidmət etdiyi dövrdə qanun pozuntusuna rast gəlməmişdir. Sadəcə olaraq, 2023-cü ilin fevral ayında 23-cü sərhəd zastavasının 3-cü sahəsində zastava rəisi tərəfindən sərhəd pozucusunun saxlanıldığını bilmiş və Təqsirləndirilən şəxs2 zastavaya gətiriləndə onu görmüş, lakin onun saxlanılmasında iştirak etməmişdir. Şahid3 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, sərhəd pozucusu Təqsirləndirilən şəxs2 23-cü sərhəd zastavasının rəisi, kapitan Şahid1 tutmuşdur. Təqsirləndirilən şəxs2 zastavaya gətirilərkən zastavada olmuş, lakin həmin vaxt Şahid4 harada olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs2 əlində heç nə görməmiş, lakin onu müşayiət edən sərhədçilərdən birinin əlində kisə görmüşdür. Kisənin içində nə olduğunu xatırlamamış, ona kisənin içərisində nə olduğu göstərilməmişdir. Ümumiyyətlə, hərbi xidmətdə olduğu müddətdə ona narkotik vasitə və ya qanunsuz olan başqa bir əşya göstərməmişlər. Sərhəd pozulması halı ilə bağlı izahat verməmiş və sənədlərə imza atmamışdır. Onu əsgər yoldaşı Şahid4la birlikdə bu hadisə ilə əlaqədar harasa baxmağa çağırmamışlar və dindirilməmişdir. Məhkəməyə gələnədək ona heç kim təsir və ya təzyiq göstərməmişdir. Məhkəmədə Şahid3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1.3-cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elə eyni məzmunda ifadə vermişdir (cild 02, i.v. 48-50). Şahid3 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, belə bir məzmunda ifadə vermədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin birinci cildinin 128ci səhifəsindəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin N fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında”, 133-134-cü səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi haqqında”, 137-ci səhifəsindəki “götürmə haqqında”, 138-139-cu səhifələrindəki “narkotik vasitəyə baxış keçirilməsi haqqında”, 140-141-ci səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi haqqında”, ikinci cildinin 48-50-ci səhifələrindəki Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 24 fevral 2023-cü il tarixli “şahidi dindirmə” protokollarında olan imzalar ona məxsus deyildir, hadisə ilə bağlı hansısa sənədə imza atsaydı, imzasını tanıyardı. Onun imzası şəxsiyyət vəsiqəsində və iltizamda qeyd olunduğu kimidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır (cild 01, i.v. 01-02). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə həmin hərbi hissənin 4-cü sərhəd komendantlığının 18-ci sərhəd zastavasının 17-ci sahəsində Təqsirləndirilən şəxs1 üzərində bir ədəd şübhəli bağlama, içərisində ümumi təmiz çəkisi 7165 qram narkotik vasitə olan marixuanaya bənzər maddə, bir xırda büküm psixotrop maddə olan metamfetaminə oxşar maddə, bir xırda büküm narkotik vasitə olan heroinə oxşar maddə, iki büküm narkotik vasitə olan marixuanaya bənzər maddə, bir büküm tiryək, on ədəd metadon “M-40” həbi aşkar edilərək saxlanılmışdır (cild 01, i.v. 03). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 03:30-da inzibati qaydada tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd “Nokia” markalı mobil telefon və bir ədəd bıçaq aşkar olunmuşdur (cild 01, i.v. 06-07). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş həmin hərbi hissənin 18-ci sərhəd zastavasının xidməti sahəsinin sxemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından qanunsuz olaraq dövlət sərhədini Azərbaycan Respublikası istiqamətdə keçdikdən sonra saxlanıldığı yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 18-ci sərhəd zastavasının 17-ci sahəsinin hüdudu olmaqla 53 nömrəli sərhəd nişanından 100 metr sola, dövlət sərhəd xəttindən 1200 metr aralı, mühəndis çəpərindən 50 metr içəridə ərazi mürəkkəb relyefə malik olmaqla, sıx qamışlıq və kol bitkiləri ilə əhatələnibdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri göstərmiş, həmçinin hadisə yerindən götürülmüş, içərisində narkotik vasitə olan bir ədəd ağ rəngli bağlamanı özü ilə İran İslam Respublikasından gətirdiyini bildirmişdir (cild 01, i.v. 10-13). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirdiyi bir ədəd ağ rəngli bağlamanın içərisindən dördbucaq formada şəffaf yapışqan selafonla sarınmış halda üç ədəd böyük büküm ümumi çəkisi 7165 qram içərisində narkotik vasitə marixuanaya bənzər maddə, iki büküm marixunaya bənzər maddə (çəkisini müəyyən etmək olmadı), bir büküm tiryək (çəkisini müəyyən etmək olmadı), bir ədəd bükümdə heroinə oxşar maddə (çəkisini müəyyən etmək olmadı), bir ədəd büküm metamfetaminə oxşar maddə, on ədəd metadon “M-40” həbi aşkar edilərək götürülmüşdür (cild 01, i.v. 14-15). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçdiyi yer N nömrəli hərbi hissənin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən 59 və 60cı dirəklərin arasından keçərək getdiyini göstərmişdir (cild 01, i.v. 16-17). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərinə baxış keçirilmiş və bədən səthində heç bir xəsarət izi aşkar olunmamışdır (cild 01, i.v. 29). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 1(101)-470/2014 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 1(001)-433/2016 nömrəli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həmin Məcəllənin 317-2.1-ci maddəsi (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 7(007)-2148/2018 nömrəli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 05 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə törətdiyi əməl cinayətin residivini yaratmadığından həmin hökmdən cinayətin residivinə dair müddəaların xaric edilməsi, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə törətmiş olduğu əməli cinayətin residivini yaratmadığından onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Binəqədi Rayon Məhkəməsinin hökmündən cinayətin residivinə dair müddəların xaric edilməsi qərara alınmışdır (cild 01, i.v. 31-35; cild 02, i.v. 28-34;87-92; cild 03, i.v. 134- 142). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən məhkumluq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti tərətdikdən sonra, həmin Məcəllənin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tərətdiyi üçün barəsində olan əvvəlki hökmlə təyin olunmuş cəzası yeni təyin olunmuş cəza ilə toplanılmış, həmin cəzadan çəkdiyi hissə çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır və belə olan halda onun məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2 və 18.2.2-ci maddələrinə əsasən cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. 18.4 və 18.4.1-ci maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır, lakin həmin Məcəllənin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə məhkum olunması onun hazırki cinayət işi üzrə əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə cinayətin residivini, həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrinə münasibətdə isə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/736 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün N22” dairəvi möhür əksi, “AR vətəndaşı Qazax rayon sakini Təqsirləndirilən şəxs1 Rəfail oğluna məxsus içərisində narkotik vasitə olan bir ədəd bağlama” yazısı olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 6,254 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd bükümdə təmiz çəkisi 4,498 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; bir ədəd bükümdə təmiz çəkisi 3,963 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 10 (on) ədəd ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata sərf olunanlar çıxıldıqdan sonra yerdə qalanlar ibtdai istintaq orqanına qaytarılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (cild 01, i.v. 42-47). Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/180 nömrəli məhkəməbioloji ekspertizasının rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 məxsus içərisində narkotik vasitə olan bir ədəd bağlama” yazıları olan ağ rəngli sintetik torbada üç ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1600,0 qram, 2400,0 qram, 2900,0 qram, ümumi çəkisi 6900,0 qram, həmin torbada bir ədəd sellofan torbada iki ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 11,721 qram, 3,055 qram ümumi çəkisi 14,776 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş üç ədəd qara rəngli və iki ədəd sellofan bağlamada olan marixuananın ümumi çəkisi 6914,776 qramdır. Tədqiqata sərf olunanlar çıxıldıqdan sonra yerdə qalanlar ibtdai istintaq orqanına qaytarılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (cild 01, i.v. 48- 52). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 60-61). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-98/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 80-83). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 6,154 qram heroin qalığı, 3,863 qram metamfetamin qalığı, 4,398 qram tiryək qalığı, 8 (səkkiz) həb metadon, 6914,526 qram qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün həmin idarənin saxlanc yerinə təhvil verilmişdir (cild 01, i.v. 95-96). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubu və eyni tarixli raportundan görünür ki, həmin tarixdə hərbi hissənin 4-cü sərhəd komendantlığının 23-cü sərhəd zastavasının 3-cü sahəsində Təqsirləndirilən şəxs2 üzərində bir ədəd şübhəli bağlama, içərisində ümumi çəkisi 10 kq 280 qram narkotik vasitə olan marixuanaya bənzər maddə, bir xırda bükümdə içərisində 8 (səkkiz) ədəd metadon “M-40” həbi, 30 (otuz) ədəd Namadol tabletkası, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar aşkar olunmaqla saxlanılmışdır (cild 01, i.v. 124-125). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 14:10-da inzibati qaydada tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi, AE343932 sürücülük vəsiqəsi, bir ədəd “Samsung” və bir ədəd “Xiomi” markalı smartfon tipli mobil telefonlar, tünd qırmızı rəngli gödəkcəsinin sağ cibindən üç ədəd konvalyutda 30 (otuz) ədəd tramadol həbi, bir ədəd selofana bükülmüş 8 (səkkiz) ədəd metadon həbi aşkar olunaraq götürülmüş, Şöhrət qeyd olunan həmin tramadol və metadon həblərini İran islam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxsdən əldə etdiyini, İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirtdikdən sonra Şəhriyarın ona zəng edib, onu qarşılayacaq şəxsə verəcəyini bildirmişdir (cild 01, i.v. 127- 129). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş həmin hərbi hissənin 23-cü sərhəd zastavasının xidməti sahəsinin sxemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçdikdən sonra saxlanıldığı yer N nömrəli hərbi hissənin İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsidir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə gəldiyi ərazini göstərməkdən əlavə 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə gətirmək üçün qanunsuz olaraq İran İslam Respublikasına getdiyini bildirmişdir (cild 01, i.v. 133-135). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq dövlət sərhədindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən İran İslam Respublikasında Şəhriyar adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyi qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirərək N nömrəli hərbi hissənin İmişli rayonu, Qaragünvəndikli kəndi ərazində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsinin ərazsisində qamışlıq ərazidə gizlətdiyi yerə baxış keçirilmiş, Şöhrət bir ədəd bağlamanı gizlətdiyi yeri hal şahidlərinin iştirakı ilə göstərmiş, onun göstərdiyi yerə baxış keçirildikdən sonra qeyd olunan yerdən içərisində qurudulmuş marixuanaya oxşar maddələr olan bir ədəd ağ rəngli bağlama aşkar olunaraq götürülmüş və sərhəd zastavasına aparılmışdır (cild 01, i.v. 136-137). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, həmin hərbi hissənin 23-cü sərhəd zastavasının inzibati binasında Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirdikdən sonra 23-cü sərhəd zastavasının 3-cü sahəsində qamışlıq ərazidə gizlətdiyi bir ədəd bağlamaya baxış keçirilmiş, bağlamanın içərisindən şəffaf yapışqan selafonla sarılmış halda on ədəd böyük büküm ümumi çəkisi 10 kilo 280 qram içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüş və bir ədəd bağlamada qablaşdırılaraq möhürlənmişdir (cild 01, i.v.138-139). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, baxış keçirilən yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıbənd kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsidir. Təqsirləndirilən şəxs2 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində 59 və 60cı dirəklərin arasından Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasından İran İslam Respublikasına narkotik vasitə gətirmək üçün dövlət sərhədini qanunsuz olaraq keçdiyi yeri göstərmişdir (cild 01, i.v.140-141). N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərinə baxış keçirilmiş və bədən səthində heç bir xəsarət izi aşkar olunmamışdır (cild 01, i.v. 152). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/861 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş həblər” yazısı olan zərfdəki, üzərində “Namadol-225 mg (tramadol hydrochloride)” markalanma göstəricisi olan üç ədəd konvalyutda, hər konvalyutda 10 (on) ədəd həb olmaqla, ümumilikdə 30 (otuz) ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 6,76 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225 qr tramadol hodroxlorid olmaqla), 8 (səkkiz) ədəd ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,32 qramdır (bir həbdə 0,04 qr metadon olmaqla). Tədqiqata sərf olunanlar çıxıldıqdan sonra yerdə qalanlar ibtdai istintaq orqanına qaytarılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (cild 01, i.v.156-161). Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/212 nömrəli məhkəməbioloji ekspertizasının rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “xx.xx.2023, 23-cü SZ” yazısı olan boz rəngli sintetik bağlamadakı ümumi sayı on ədəd polietilen bağlamada ümumi çəkisi 9351 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olunan çıxıldıqdan sonra yerdə qalanı ibtdai istintaq orqanına qaytarılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir (cild 01, i.v. 162-165). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 166). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 14:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 175; 177). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 192-193; 195). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-111/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli N fevral 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 211-214). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 6 (altı) ədəd metadon həbi, 25 (iyirmi beş) ədəd tramadol həbi, 9350 qram qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün həmin idarənin saxlanc yerinə təhvil verilmişdir (cild 01, i.v. 215-216). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş və xx.xx.2023-cü il, saat 16:40-dan xx.xx.2023-cü il, saat 22:37-dək Şöhrətin istifadəsində olan “MEİZU” markalı mobil telefonun “WhatsApp” tətbiqində “Cahid Fizuli” adı ilə qeyd olunmuş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 991 *** ** ** nömrəsi ilə iş üçün əhəmiyyətli olan yazışmalar, səslər və fotoşəkillər aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2: “Dayıya demisən özü ilə pul gətirsin, heç pulum yoxdu mənim” sözlərini göndərmiş (08 fevral 2023-cü il 17:06); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Google map" proqramından kordinat və “sən narahat olma, heç kimə də nömrə vermə” sözlərini göndərmiş (08 fevral 2023-cü il 17:07-17:22); Təqsirləndirilən şəxs2 “Bu haradı" sözlərini göndərmiş (08 fevral 2023-cü il 17:34); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Salam qaqa” sözlərini göndərmiş (08 fevral 2023cü il 19:41-19:50); Təqsirləndirilən şəxs2 “Qaqa, məni burda qoydu qaçdı bu peysər” sözlərini və “Google map” proqramından kordinat göndərmiş (08 fevral 2023-cü il 19:55); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Malı götürdün” sözlərini göndərmiş (08 fevral 2023-cü il 19:55); Təqsirləndirilən şəxs2 "Hə, məndədi, qaqa qabaqda qamışlıqdı, Arazıda keçmişəm, Məni qoydu qaçdı, o adam bura gələ bilrəmi?, siz dediyiniz." sözlərini göndərmiş (08 fevral 2023-cü il 19:55-20:01); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Google map" proqramından kordinat və “başıva dolanaram, orda heç nə yoxdu, qardaş kamera ilə baxır, sən bu konuma bax ki, orda itməyəsən, bax qabağında qamışlıq var, ondan sonra heç nə yoxdu, get setkaya 100 metr, 50 metr, setkanı görüncə, gir qaranlıq yerə otur orda, bizə xəbər elə, mən də o qardaşa deyim kamera ilə baxsın, o nə vaxt desə onda keçərəsn, səni götürəcək setkadan, aparacaq səni evinə, ondan sonra dayıya zəng edəcəm, dayı ordan gəlib səni götürüb aparacaq" səs yazısını göndərmiş (08 fevral 2023-cü il 20:05- 20:07); Təqsirləndirilən şəxs2 "Qaqa, bir dənə konum at" sözlərini göndərmiş (08 fevral 2023- cü il 20:13); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "Google map" proqramından kordinat və “qardaşım mənə bir dənə canlı konum at” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 20:14-20:18); Təqsirləndirilən şəxs2 “Google map” proqramından kordinat və “bura elə qamışlıqdı ki” sözlərini göndərmiş (08 fevral 2023-cü il 20:19); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qadan alım telefonun işığını azalt, sənə konum atmışam, birdən bilmərsən İran tərəfə gələrsən, orda heç nə yoxdu, qamışlıqdı, ehtiyytalı, mənimlədə svyaza çıxaraq get, orda bir dənə qardaş var, deyir setkaya yaxınlaşanda mənə xəbə elə, məndə o qardaşla danışım, kamera ilə baxsın ətrafa, o hə desə deyəcəm setkanı keç, biraz get 20 metr, 30 metr mənə yenidən konum at” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 20:18-20:32); Təqsirləndirilən şəxs2 “Google map” proqramından kordinat və “qaqa gedirəm, deyirəm birdən setkaya yaxınlşaram, mənim konumumu ona ata bilrəsənmi, qabağıma gəlsin azıb edərəm” sözlərini göndərmiş (08 fevral 2023-cü il 20:34-20:38); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım sən azmamısan, qeşeng gedirsən, setkanı gördün ki, görürsən gir qalınlığa mənə mesaj yaz, yaxınlaşdın otur qalınlıq yerdə mənə konum at ya mesaj yaz, mən də ordakı uşaqlarla danışacam, sənə xəbər edəcəm ” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 20:39- 20:40); Təqsirləndirilən şəxs2 “Nə qədər qalıb qaqa sekaya?” sözlərini göndərmiş (08 fevral 2023-cü il 20:40); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Yolun qalır get, telefonun işığını al, meşəyə get, 50 metr mənə səs at, mənə konum at, qorxma orda heç nə yoxdu, arxeyin ol” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 20:42-20:47); Təqsirləndirilən şəxs2 “Qaqa setqaya az qalıb, o adam gəlib kömək etmirsə nəyimizə lazımdı?, “Google map” proqramından kordinat və “yaman pisləşdi yol” sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:01 -21.03); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "köməyə gəlmirsə nə edirəm onu, 5000 pul istiyir, senin puluvun üstünə pul qoyaram, işi biz görəndən sonra onu nə edirik?” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21.03); Təqsirləndirilən şəxs2 "Əziyyət çəkirəm” sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:03); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "Sənin qabağındakı setka deyil, ora yoldu, ayağıvın izi düşsə toz elə, baxıram" səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:04); Təqsirləndirilən şəxs2 “o adamla danış de ki, get kömək et" sözlərini göndərmiş (08 fevral 2023-cü il 21.05); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qaqa o yoxa çıxdı, onu boşla, telefonu söndürüb, özün get, ora diqqətlə bax, setka qabaqdadır" səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:06); Təqsirləndirilən şəxs2 "Dərmançıya zəng çatmır? Mən oturum ondan cavab gözlüyüm hə? Qaqa özüm keçim hara gedim?” sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:07-21:08); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "fermaçının nömrəsini hardan aldın? Özündə o yolu düz get, hər 50 metrdən bir mənə konum at, baxacam setkaya neçə metr qalırsan" səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:10); Təqsirləndirilən şəxs2 “yox e qaqa, onu demirəm, mənim qabağıma setkada çıxacaq kimsə” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:11); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “onun nömrəsini hardan aldın?, qaqa fermaçılar cavab vermədi, sən mənimlə əlaqə saxla, onlara zəng eləmə” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:12-21:22); Təqsirləndirilən şəxs2 “fermaçılar yandırar e məni, xəbər verər ki, keçid var” sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:25); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım sən get setkaya tərəf sənin çox yolun var, setkanı keçdin mənə konum at dayıya deyim çıxsın, o barədə narahat olma, o cür adamla əlaqə saxlamaram." səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:25-21:26); Təqsirləndirilən şəxs2 “mən 5 saat orda neyniyəcəm qaqa?” sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:27); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “dayı sənin yolunu gözlüyür, setkanı çıxasan, setkanı keçdin gir qalın yerə səni görməsinlər, telefonun işığını azalt, mənə de setkanı keçdim, konum at, mən də dayıya deyim gəlsin, get asvalta çat, veşi özündən 100 metr kənara qoy, konumu atarsan mənə, veşi başqa qamışlığa qoyarsan, özündə başqa qamışlıqda gözlüyərsən” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:28); Təqsirləndirilən şəxs2 “Dayı Bakıdan saata gələcək, mən indi qaqa Füzulinin ərazisinə hə, hansı kəndə çıxacam?" sözlərini göndərmiş (08 fevral 2023-cü il 21:29-21:30); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Dayıdan başqa, bir uşaq var ordadı, dayıda olmasa seni götürəcəm, sənin hələ ora yolun qlaı, setkanı keçəndə mənə xəbə elə, mən deyəcəm hara gedəssən, o qardaşa deyəcəm oralıdı, deyəcəm səni gəlib götürəcək, o yolu keçəndə elə et ayaq izin düşməsin, dayanma get, durduğun yerdən sağa get, ordan bir yol gedir, yola 15 metr qalır, sağa get yolu keç, elə et izin düşməsin, o xətti keç mənə konum at” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:31-21:37); Təqsirləndirilən şəxs2 "Basıva dönüm, demişdiz sənə kömək olacaq, gəlib qalmışam qamışlıqda, mən qaldım tək başıma, yolda uzun, mən necə edim, yolda tanımadığım yol, ancaq qamışlıq yara-yara gedirəm”, "Google map” proqramından kordinat, “nə qədər qalıb setkaya” sözlərini və səs yazısını göndərmiş (08 fevral 2023-cü il 21:57-22:18); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "Qardaşım sənin qabağında bir o qamışlıqdı, o qamışlığı keç qabağıva açıqlıq çıxacaq, 5-6 metr sağa meyillənərək get, sonra bir dənə də qamışlıq çıxacaq onuda keç, asvalta qədər qamışlıq yoxdur, bir azda gedəssən setkanı keçəssən, o qardaşda səni gözlüyür, o iki dənə qamışı çıx, bir yol var o yola tərəf getsən, o adama deyəcəm səni götürəcək ” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 22:18- 22:21); Təqsirləndirilən şəxs2 “öz tərəfimizdən öz ağlımla etmədik qaqa, qamış qurtardı, dirəndim, sən maşın danış mənə, asvalt yox, de kəndin içinə kimi gəlsin, yoxsa kənddə ilişdirəcəklər məni" sözlərini və səs yazısını göndərmiş (08 fevral 2023-cü il 22:34); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım maşınla kəndin içinə girsə işığı görərlər, kəndə çatdın oğlana deyəcəm gəlib səni götürəcək, kənddən aşağıya gəlsə, deyərlər bu vaxt əkin yoxdu, şübhələnərlər, kəndin axırında yol var, gəlib səni götürəcək” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 22:37); Təqsirləndirilən şəxs2 “mənə ayaqqabı düzüb qoşamdın, ölürəm soyuqdan, donmuşam, çıxmamışam hələ” sözlərini göndərmiş (08 fevral 2023-cü il 23:28); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Özün gördünda tələsik oldu, bunlar istiyirdi ki, o uşağı göndərələr, o narkoman gəldi səni atdı getdi (Təqsirləndirilən şəxs1 nəzərdə tutur), onu göndərələr, ordan da o biri gələr, yaxşı ki, mən dedim səndə get, sən də mənə demədin, desəydin bazardan alıb verərdim, mənə konum at görüm hardasan, cavansan, özüvə güc ver, çarə yoxdu gərək gedəsən, atanda xəstədi, bizdə vəziyyətdən çıxaq, bizim vəziyyəti sən gördün, biraz tez elə, çox yubanma” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 22:28-23-29); Təqsirləndirilən şəxs2 “Google map” proqramından kordinat göndərmiş (08 fevral 2023-cü il 23:29); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım sən heç getməmisən, sən həmin yerdəsən, setkaya çox qalıb, bu yolda setka çox uzaqdadı, o biri yola baxma, get setkaya tərəf qardaş gəlib səni ordan götürəcək, bədənində istiləşsin, saat onun yarısıdı” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:30); Təqsirləndirilən şəxs2 “hə baxıram qaqa, setka uzaqdadı, qaq qamışlıq qalındı, yarmaq olmur” sözlərini göndərmiş (08 fevral 2023cü il 23:31); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “setka uzaqdadı sən get, nə kamer var nə başqa bir şey, setkanı görəndə biraz daya 20-30 dəqiqə, çoxda dayanma” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:31-23:32); Təqsirləndirilən şəxs2 “geri qayıdım qaqa bura çox uzaqdı, həm də yol pisdi, getmək olmur” sözlərini göndərmiş (08 fevral 2023-cü il 23:32); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “geri qayıtma, bayaq biz o tərəfə getmişik, İran tərəfdə banditizim tökülüb ora, gördülər bizi bildilər ki, malı vermişik, indi oranı izliyirlər, onlarda deyir ki, gedə bilməsə qayıdacaq, qamışlıq bir tala olurda, nə olar ki, çox zəif gedirsən, Babək olsaydı indi getmişdi oranı, sağ çıxmışdı, sən get o tərəfə, sərhədi bizimkilər alıb ağzına, ora gələ bilməyəcyik, gəlsək bizdə ilişəcəyik, səndə ilişəssən, bu tərəfi boşla, o tərəfə get, birazdan aydınlıq olacaq, saat 1-də setkanı keç, keçməsən aydınlıq olacaq” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:33-23:34); Təqsirləndirilən şəxs2 “qaqa vallah yarmaq olmur, pis yerdən salmısız” sözlərini göndərmiş (08 fevral 2023-cü il 23:36-23:37); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “yox e qardaşım yolun rahatçılığını fikirləşmə ki, yolun etibarlılığını fikirləş, ora etibarlı yoldur, nə olsun ki, Babəkinkidə rahat idi, getdi o cür oldu, yolun etibarlılığını fikirləş, o cür yerdə heç nə olmur, get mənə konum at, 200 metr get məni sevindir, əvəzini çıxacam, fermaçı ilə danışmışdıq, o puldan verəcəm sənə, sənə qeşeng hörmət edəcəm” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:37- 23:38); Təqsirləndirilən şəxs2 “Qurban olum Arazdan yaxın yer olsun, de heç olmasa qayıdım, sən dediyin yerdən gedim, sabah ya səhərə yaxın" sözlərini göndərmiş (08 fevral 2023- cü il 23:38); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “mən dediyim o yaxın yerlərin hamısına kamera qoşublar, o qardaşalr deyir bir orda kamera yoxdu, sən geri qayıda bilmiyəssən, bizi satıblar, iran tərəfi banditizim tökülüb ora, tez ol, səhərə az qalıb 4-5 saat sonra işıqlanacaq, elə et ki, setkanı tez get” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:39); Təqsirləndirilən şəxs2 “hansı kəndə çıxır bu” sözlərini göndərmiş (08 fevral 2023-cü il 23:39); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “get qaqa deyəcəm, oturub elə yazırsan, telefonuvu qoy cibivə 100 metr get bədənin istiləşəcək, ondan sonra mənə konum at” səs yazısını göndərmiş (08 fevral 2023-cü il 23:40); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “mənə konum at görüm hardasan, nə qədər yolun qalır, mənə konum at, qardaş oradadı səni gözləyir, nə qədər zarytakan var” səs yazısını və sözləri göndərmiş (09 fevral 2023-cü il 13:20-13:21); Təqsirləndirilən şəxs2 “Google map" proqramından kordinat göndərmiş (09 fevral 2023-cü il 13:41); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım 30-40 metr getsən qabağa əkin yerinə düşəssən, əkin yeri açıqlıqdı, sən əkin yeri ilə getmə, açıqlığın qalınlıq yerinə yaxın yerlə get, gördün mal otaran var, yer əkənlər gördün ordadı, qalın yerə yaxın get ki, tez girə biləsən, ondan biraz qabağa gedirsən, bir balaca qamışlıq var, seyrəkdir, bağlı deyil, setkaya yaxınlaşırsan, yarım saat yol getsən o qardaş ordadı səni gözlüyür” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 13:20-13:43); Təqsirləndirilən şəxs2 "Setkaya az qalıb, yoxsa çoxdu? Telefonumu söndürürəm, 15 faiz qalıb” səs yazısını və sözləri göndərmiş (09 fevral 2023-cü il 13:44-13:45); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "az qalmısan setkaya, əkin yeri ilə sahəlikdi, əkin yerinin qırağı ilə gedəssən, biraz qabağa gedəssən tək-tək qamışlıqdı, onuda biraz gedib orda oturub gözləyərsən, qardaş oradadı, onunla da danışacam, o hə deyən kimi gedib minəssən onun maşınına, ora ilə get mən dediyim yer ilə, setkaya çatanda mənə konum atarsan, məndə o qardaşa deyəcəm, bir-birinizi görəssiz, o qardaş axşamdan səni gözlüyür, nə qədər yoldu ki, belə ağır gedirsən?" səs yazısını göndərmiş (09 fevral 2023cü il 13:45-15:42); Təqsirləndirilən şəxs2 “Google map” proqramından kordinat, “xəritəni uzaqlaşdır gör nə qədər ara məsafəsi var, 200 km, 300 km qurtarmır yol, suyun içindəyəm, acından ölürəm, yuxusuzluq mən dirənmişəm, bu nə yoldu məni saldız, siqaretim yox, heç olmasa çörək qoyardız, mənim hələ sağ tərəfim üzü sərhədə gedəndə İrandı, çox uzaqdı qardaşım, 2 gündü gəlirəm, hələ yolun yarısına gəlmişəm, bax gör setkaya nə qədər qalıb?” səs yazısını və sözləri göndərmiş (09 fevral 2023-cü il 16:19-16:22); ‘‘Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Google map” proqramından kordinat, “o nöqtə sən olduğun yerdi, ağ xətdə setkadı, sənin ora az yolun qalıb, o setkanında 30 metr kənarında qardaş gəlib dövr vurdu, dedi çox qalmayım burda, çıxdı getdi, sən get 50 metr qalanda mənə zəng elə, o uşağa deyim gəlsin ora, oralara qeşəng baxsın, desin keç, setkadan 5 metr o tərəfə getmiyəssən, düz setkanın qırağında səni minidirəcək, get” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 16:22-16:23); Təqsirləndirilən şəxs2 “ bundan sonra gör neçə km var?” sözləri göndərmiş (09 fevral 2023-cü il 16:23); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım ordan ora 300 metr deyil, qardaşa demişəm yemək alıb sənə, maşınında hazırdı səni gözlüyür, telefonu söndür, qaç, qardaş deyir heç nə yoxdur, setkanı gördün, mənə zəng et ya konum at, məndə qardaşa deyim gəlsin səni maşınla götürsün, qardaş deyir qaranlığa qalmayaq, işıqla içəri girmək olmur, gündüz maşınla gəlmək olur, gecə olsa məcburdu gərək gələ asvalta ” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 16:24-16:25); Təqsirləndirilən şəxs2 “ yaxşı tərpəndim mən” sözləri göndərmiş (09 fevral 2023-cü il 16:25); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “qardaşım sən hələ oturusan, zaryatkan yox, qardaş ordan setkaya bax, setkadan o tərəfə çox getmiyəssən, 300 metr yolu getmirsən, otumusan yerə” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 16:26); Təqsirləndirilən şəxs2 “Google map” proqramından kordinat göndərmiş (09 fevral 2023-cü il 17:28); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “sən sağa tərəf meyllənmə, sola tərəf meyllən, çox az qalmısan, get" səs yazısını göndərmiş (09 fevral 2023-cü il 17:30); Təqsirləndirilən şəxs2 “dayanmışam burda şükür açıqlığa çıxdım, heyvanlar gedir fermaya, ortalıq sakitləşsin qoy” sözləri göndərmiş (09 fevral 2023-cü il 17:30-17:31); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "mənim səsimə qulaq as telefonu söndür, yolu gedəndə sola tərəf meyllənə-meyllənə get, o qradaşa deyim gəlsin sənin qabağıva” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 17:31); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "mənim səsimə qulaq as telefonu söndür, yolu gedəndə sola tərəf meyllənə-meyllənə get, o qradaşa deyim gəlsin sənin qabağıva” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 17:31); Təqsirləndirilən şəxs2 "Google map” proqramından kordinat göndərmiş (09 fevral 2023-cü il 17:32); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “telefonuvu söndür, zaryadkan bitməsin, sənə yenə deyirəm yolun soluna tərəf gedərsən” səs yazısını göndərmiş (09 fevral 2023-cü il 17:34); "Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə: “Qaqa mənə zəng elə” sözlərini göndərmiş (09 fevral 2023-cü il 19:02); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə "Qaqa mənə zəng elə” sözlərini göndərmiş (09 fevral 2023-cü il 19:02); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Qaqa niyə mənə cavab vermirsən, ürəyim partladı” sözlərini göndərmiş (N fevral 2023-cü il 15:14); “Cahid Fizuli” adı ilə qeyd olunmuş +98 991 *** ** ** nömrə “Salam qaqa, necəsən, nə var nə yox? Qaqa sən niyə cavab vermirsən? Dünəndən mənə cavab vermirsən, o uşaqda dünəndən gəlib qalıb setkanın dibində səni gözlüyür, sən fikirləşmirsən ki, səni gözləyən var orda?, sənə dedim axı bir şey yoxdu, kamera olsaydı səni çoxdan görmüşdülər, heç nə yoxdu, mənimlə svyaza çıx” səs yazısını göndərmişdir (N fevral 2023-cü il 15:31). Telefon zənglərinə və sms yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar olunmamışdır (cild 02, i.v. 16-22). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 xx.xx.2023-cü il tarixli, 2081 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicədə olmamışdır (cild 02, i.v. 35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 606 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ambulator və stasionar məhkəmə-psixiatrik ekspertizasından keçməmişdir (cild 02, i.v. 37). Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayonunun Yuxarı Salahlı kəndində pasport təsərrüfat qeydiyyatındadır, ailə tərkibinə arvadı, 2003 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla iki uşağı daxildirlər. Qeyri-ciddi həyat tərzi keçirən Təqsirləndirilən şəxs1 spirtli içkilərə və psixotrop maddələrə meyilliliyi olmuş, kənddə yaşadığı müddət ərzində barəsində cinayət xarakterli məlumatlar daxil olmuş, müxtəlif cinayət maddələri üzrə məhkumluğu olmuşdur (cild 02, i.v. 82-83, cild 03, i.v. 117-119). Azərbaycan Respublikası Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 6 ünvanında qeydiyyatdadır və ailə tərkibinə valideynləri, arvadı, xx.xx.2016 və xx.xx.2018-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı daxildirlər və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 02, i.v. 94-95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 xx.xx.2023-cü il tarixli, 2728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışdır (cild 02, i.v. 97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X35 28 fevral və 09 mart 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicədə və qeydiyyatda olmamışlar (cild 02, i.v. 103-104). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinin materiallarına birləşdirilmiş və cinayət təqibi ********* nömrəli cinayət işində davam etdirilmişdir (cild 02, i.v. 107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis X22 xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 23025007 nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün həmin polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir (cild 02, i.v. 110). Ağstafa Rayon Polis Şöbəsinin 24 və 25 yanvar 2023-cü il tarixli raportlarından görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğuna görə 24 yanvar 2023-cü il tarixdə, saat 19:40-da Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa şəhəri, R.Alcanov küçəsində Milli Qəhrəman Rafiq Alcanovun büstünün qarşısı ilə piyada hərəkətdə olarkən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin tarixdə, saat 19:50-də polis şöbəsinə gətirilmiş, üzərində saat 20:47-dən 20:56-dək şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür (cild 02, i.v. 112-113). Ağstafa Rayon Polis X22 xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, i.v. 114-115). Ağstafa Rayon Polis X22 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş diskdən görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə təqdim edərək, həmin bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, 24 yanvar 2023-cü il tarixdə günorta saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndində yolun kənarından yerdən tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin gümüş rəngli büküm açıldıqda içərisində kəskin qoxulu, tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və ya predmet aşkar edilməmiş, bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlənin kağız ilə birlikdə çəkisinin 0,50 qram olduğu müəyyən edilmişdir (cild 02, i.v. 127-129). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X32 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/133 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “təqdim etdiyi bir ədəd çəkidə narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar kağız paketdəki, bir ədəd gümüşü rəngli kağız bükümündə, təmiz çəkisi 0,415 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza üzrə tədqiqatın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik müəyyən edilmişdir (cild 02, i.v. 138-139). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 148-149). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qərar həmin gün saat 11:30-da ona elan olunmuş və o, polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 02, i.v. 159-161). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsilə istintaq aidiyyəti üzrə Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (cild 02, i.v. 179-180). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 03, i.v. 02-03). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və onun istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə və psixotrop maddə əldə etməsi faktına əsasən ********* nömrəli cinayət işindən barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış, həmin cinayət işi ********* nömrəsi altında istintaq olunmuş; Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunub götürülmüş dəqiq çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qaytarılmış hissəsi, dəqiq çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qaytarılmış hissəsi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Qazax Rayon Polis Şöbəsinə məsul saxlanca verilmişdir (sorğu əsasında əldə edilmiş Qazax Rayon Məhkəməsinin X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair 1(023)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən məlum olur ki, sözügedən narkotik vasitə və psixotrop maddənin məhv edilməsinə qərar verilmişdir). (cild 03, i.v. 06-18). Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis X23 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X27 və Təqsirləndirilən şəxs1 barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 03, i.v. 21). Qazax Rayon Polis X23 xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 03, i.v. 22). Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı və əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbiri keçirilməsi, saxlanılarkən üzərinə və yaşadığı evə baxış keçirilməsi məqsədilə həmin şöbənin polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılmışdır (cild 03, i.v. 23, 25). Təqsirləndirilən şəxs1 Qazax Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 03, i.v. 24). Qazax Rayon Polis X22 xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağında olan stolun üzərindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə, bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüş, videogörüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 03, i.v. 29-31). Qazax Rayon Polis X22 xx.xx.2022-ci il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 04:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 03, i.v. 32-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X32 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1180 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs1 fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə bənzəyən kütlələr..” sözləri və imzalar olan kağız paketdəki iki ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,289 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,547 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik müəyyən edilmişdir (sorğu əsasında əldə edilmiş Qazax Rayon Məhkəməsinin X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair 1(023)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən məlum olur ki, sözügedən məhkəmə xərcinin Şükür Məmmədovdan tutulmasına qərar verilmişdir). (cild 03, i.v. 73-75). Qazax Rayon Polis X23 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 03, i.v. 85-87). Qazax Rayon Polis X23 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qərar həmin gün saat 16:00-da ona elan olunmuş və o, polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 03, i.v. 110-112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 1887 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur (cild 03, i.v. 125). Qazax Rayon Polis X23 xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində qeyd etdiklərini Şükür Məmmədovla birlikdə narkotik vasitələr olan torbanı götürdükləri yerdə bir daha göstərməklə təsdiq etmişdir (cild 03, i.v. 160-162). Qazax Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 03, i.v. 185-187). Qazax Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********** nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsilə Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (cild 03, i.v. 200-202). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/340 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (cild 03, i.v. 205-206). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 06 aprel 2023-cü il tarixli, 3-27-111/2-50/2023 nömrəli məktubla göndərilmiş izahlı qaiməyə baxış keçirilmiş və 08-09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə dörd halda şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “**********36” nömrəsindən zəng edilməsi aşkar edilmişdir (cild 03, i.v. 210-211). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 03, i.v. 215-217). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işinə birləşdirilmişdir (cild 04, i.v. 02-03). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış və icraata götürülmüşdür (cild 04, i.v. 06-08). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X32 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1204 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Məmmədkərimov Əhməd” yazı və imzalar olan kağız paketdəki bir ədəd üzərində “Новакаин” yazısı olan sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Şübhəli şəxs Məmmədkərimov Əhməd” yazı və imzalar olan kağız paketdəki bir ədəd istifadə olunmuş 1 ml-lik (yüz) vahid birdəfəlik şprisin içərisindəki 50 vahid həcmində tünd-qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,018 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik müəyyən edilmişdir (sorğu əsasında əldə edilmiş Ağstafa Rayon Məhkəməsinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair 1(015)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən məlum olur ki, sözügedən narkotik vasitənin məhv edilməsi və məhkəmə xərcinin Əhməd Məmmədkərimovdan tutulmasına qərar verilmişdir). (cild 04, i.v. 66-68). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 fevral 2023-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış zamanı müştəri zənglərinin detallaşmasını, mesajları və zənglərin məxsusluq tarixçəsini əks etdirən səkkiz ədəd fayl olduğu müəyyən edilmişdir. X21 istifadəsində olmuş +99***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında 18 oktyabr 2022-ci il tarixdə yeddi dəfə danışıq aparılmışdır. (cild 04, i.v. 144-145; 147). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs2 və qeyrisinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır (cild 04, i.v. 157-166). Ağstafa Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əhməd Məmmədkərimovun üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Rauf Niyazovun vasitəsi ilə Təqsirləndirilən şəxs2 almışdır (cild 04, i.v. 170). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 fevral 2023-cü il tarixli məktubu ilə daxil olmuş CD diskəamanı müştəri zənglərinin detallaşmasını, mesajları və zənglərin məxsusluq tarixçəsini əks etdirən dörd ədəd fayl olduğu müəyyən edilmişdir. Zənglərin detallaşması əks olunan fayllara baxış zamanı cinayət təqibi üçün əhəmiyyət dayışa biləcək Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 099 ***-**-** saylı mobil nömrə ilə Rauf Niyazovun istifadəsində olmuş 099 ***-**-** saylı nömrəsi arasında 18 oktyabr 2022ci il tarixdə, saat 13:13-də 42 saniyə, saat 15:14-də 50 saniyə, saat 15:37-də 25 saniyə, saat 15:43-də 15 saniyə, saat 16:08-də 29 saniyə, saat 16:23-də 25 saniyə, saat 16:43-də 42 saniyə, saat 16:50-də 54 saniyə danışıqlar olması və həmin vaxt anten dairəsi Ağstafa şəhəri, 20 Yanvar döngəsi olması müəyyən edilmişdir (cild 04, i.v. 173). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 04, i.v. 182-183). Ağstafa Rayon Polis X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun barəsində həmin Məcəllənin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün istintaq aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinə göndərilmişdir (cild 04, i.v. 199-200). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş və qərarın surəti təqdim olunmuşdur (cild 04, i.v. 213-214). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 2014 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 04, i.v. 226-227). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 1407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktitki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 04, i.v. 228-230). “Respublika Narkoloji Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 1485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 04, i.v. 231-232). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuş, aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 04, i.v. 233- 236). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək saxlayıb, daşıdığı narkotik vasitə heroinin təmiz halda çəkisi 6,254 qram, narkotik vasitə qurudulmuş marixuananın təmiz halda çəkisi 6914,776 qram, psixotrop maddə metamfetaminin təmiz halda çəkisi 3,963 qram külli miqdarda qəbul olunmuş; ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,365 qram heroin qalığı maddi sübut kimi tanınaraq Ağstafa Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş; Təqsirləndirilən şəxs2 qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək saxlayıb, daşıdığı narkotik vasitə qurudulmuş marixuananın təmiz halda çəkisi 9351 qram və güclü təsir edən maddə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 6,75 qram külli miqdarda qəbul olunmuşdur (cild 05, i.v. 88-126). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2, 206.3.2, 234.1, 234.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.1, 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir (cild 05, i.v. 127-128). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 05, i.v. 129-131). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə inzibati qaydada saxlanılıb üzərinə baxış keçirilərkən aşkar edilmiş bir ədəd bıçaq ekspertizanın rəyinə əsasən soyuq silah hesab olunmadığından və şəxsə qarşı irəli sürülmüş ittiham üzrə heç bir əhəmiyyət kəsb etmədiyindən məhv edilmişdir (cild 06, i.v. 127). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarına olan 1025/2023, 1777/2023 nömrəli tibbi kitabçaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı burunun üzərində 1 sm ölçüdə, boyunun sağ yan nahiyəsində 2 sm ölçüdə, belin sol nahiyəsində 6- 7 sm ölçüdə üzəri qərtməkli yaralar müşahidə edilmiş və o, həmin yaraları həbs edilməmişdən əvvəl aldığını bildirmiş; Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış və müayinə zamanı üzərində xəsarət aşkar edilməmişdir. Qazax Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1(015)-32/2023 nömrəli hökmün surətindən görünür ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması barədə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ona narkotik maddəyə ehtiyacı olduğunu bildirməsinə əsasən onunla birlikdə Qazax rayonu, Yuxarı Salahlı kəndinin çıxacağında, Bakı-Qırmızı Körpü mağistral yolunun üzü Qırmızı Körpü istiqamətində yolun sol hissəsinə və üz tərəfi Qırmızı Körpü istiqamətində quraşdırılmış, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137”, “Bakı 487” sözləri yazılmış yol nişanının yan tərəfindəki daş parçasının yan alt hissəsində sellofan bükülüdə narkotik vasitə və psixotop maddə götürmüşlər və Babəkə cəmi 75 (yetmiş beş) manat müqabilində həmin kütlələrdən vermişdir. Ağstafa Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1(015)-48/2023 nömrəli hökmün surətindən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması barədə olan cinayət işi üzrə polis əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar olunan heroini Rauf adlı şəxsdən (Təqsirləndirilən şəxs2 tanışı X29) aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/884 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin birinci cildinin 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 1-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid4” yazıları önündəki imza, 138-139-cu vərəqələrində olan N fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 1-ci səhifəsinin aşağı hissəsində 5-ci imza- Şahid4 tərəfindən icra olunmuşdur; cinayət işinin 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 1-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid3” yazıları önündəki imza, 138-139-cu vərəqələrində olan N fevral 2023cü il tarixli "Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 1-ci səhifəsinin aşağı hissəsində 4-cü imza- Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin birinci cildinin 128-ci vərəqəsində olan N fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolda “Hal şahidləri:” qrafasında “Şahid4” yazıları önündəki imza, 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan N fevral 2023-cü il tarixli “Götürmə haqqında” protokolun 2ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazılan önündəki imzalar, 138-139-cu vərəqələrində olan N fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid4” yazıları önündəki imza, 140- 141-ci vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar və ikinci cildinin 51-53-cü vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarında imzalar- Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin birinci cildinin 128-ci vərəqəsində olan N fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolda “Hal şahidləri” qrafasında “Şahid3” yazıları önündəki imza, 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan N fevral 2023-cü il tarixli “Götürmə haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 138-139-cu vərəqələrində olan N fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid3” yazıları önündəki imza, 140-141-ci vərəqələrində olan N fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda "Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar və ikinci cildinin 48-50-ci vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarındakı imzalar- Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X12 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 23 (iyirmi üç) saat 35 (otuz beş) dəqiqə, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 5 (beş) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər (Təqsirləndirilən şəxs1 ittiham olunduğu üç epizoddan biri, Təqsirləndirilən şəxs2 isə hər iki epizod üzrə). Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan Əli adlı tanışının ona bir ədəd içərisində narkotik vasitə olan bağlamanı İran İslam Respublikası ilə dövlət sərhəddindən götürüb Azərbaycan Respublikasına aparmağı təklif etməsi ilə razılaşaraq 06 fevral 2023-cü il tarixdə yaşadığı Qazax rayonunun Yuxarı Salahlı kəndindən çıxıb Füzuli rayonuna, Əlinin ona göndərdiyi kordinata gedib, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə sərhəd xəttinə yaxınlaşaraq, orada Əlinin bildirdiyi yerdən içərisində narkotik vasitə olan bir ədəd bağlamanı götürüb geri qayıdarkən sərhədçilər tərəfindən saxlanılması, həmin bağlamada yeddi kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olması, bundan başqa onda digər narkotik vasitə və ya psixotrop maddələrin olmaması, dövlət sərhəddini pozaraq İran İslam Respublikasının ərazisinə qanunsuz keçməməsi, 2023-cü ilin fevral ayının 02-dən 06-na qədər Ağstafa rayonunun ərazisində olması, ibtidai istintaq zamanı ona fiziki təzyiq göstərilməsi, Bakı İstintaq Təcridxanasına yerləşdiriləndə müayinə olunarkən xəsarət aldığının müəyyən edilməsi, onun yanına gəlmiş prokurorluq əməkdaşına fiziki təzyiq göstərilməsi ilə bağlı şikayət ərizəsi verməsi; Təqsirləndirilən şəxs2 Şəhriyar adlı İran İslam Respublikasının vətəndaşı olan tanışının ona narkomaniyadan qurtulması üçün dərmanlar verəcəyini bildirməsi, tanışı Təqsirləndirilən şəxs1 ona İrana birlikdə getmək barədə heç nə deməməsi, 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı dövlət sərhədini Təqsirləndirilən şəxs1la birlikdə keçməməsi, N fevral 2023-cü il tarixdə sərhədçilər tərəfindən saxlanılmaması, özünün ərazidə olan traktor sürücüsünə yaxınlaşması, sərhədçilər onu tutduqdan sonra zastavaya aparıb bir otağa salaraq orada döymələri, axşam saatlarında, tutulandan təxminən doqquz saat sonra sərhəd bölgəsində yerləşən qamışlıq əraziyə aparılması, orada əlinə bir ədəd bağlama verib ona məxsus olduğunu, güya ki, qamışlıq ərazidə gizlətdiyini deməsini istəmələri, narkotikin təsiri altında olduğundan və döyülməsinin yaratdığı ağrıların təsirindən onlarla razılaşıb həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi, tutulan zaman üzərində yalnız 8 (səkkiz) ədəd metadon həbi olması, başqa narkotik vasitə və ya güclü təsir edən maddə olmaması, narkotik vasitənin yerini sərhədçilərə göstərmədiyi barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbəsi tərəfindən aparılmış “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında”, “narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokollarda, ilkin izahatında və təqsirləndirilən şəxs qismində verdiyi 07 fevral 2023-cü il tarixli ifadəsində özünü ona verilmiş şəxsi istehlak miqdarından artıq külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə bağlı olan epizod üzrə təqsirli bilərək, sərhədçilər tərəfindən saxlanılarkən heç bir zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 həmin ittiham üzrə ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr və psixotrop maddə barədə 6/736, 7/180 nömrəli, 07 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyi ilə tanış olarkən heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbəsi tərəfindən aparılmış “götürmə haqqında”, “narkotik vasitəyə baxış keçirilməsi haqqında”, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokollarda, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 11 və 13 fevral 2023-cü il tarixli ifadələrində özünü ona verilmiş külli miqdarda müxtəlif növ narkotik vasitələr və güclü təsir edən maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə bağlı olan epizod üzrə təqsirli bilərək, sərhədçilər tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həmin ittiham üzrə ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr və psixotrop maddə barədə 6/861, 7/212 nömrəli, 11 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyi ilə tanış olarkən heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar mövcud ziddiyyəti ibtidai istintaq zamanı onlara göstərilmiş fiziki təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qalması ilə əlaqədar aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət edib, rədd cavabı aldığını bildirsə də, cinayət işinin materiallarında bu barədə hər hansı bir sənədə rast gəlinməmişdir. Təqsirləndirilən şəxslərin fiziki təzyiqə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi onlar peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər özləri, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Bundan başqa, N nömrəli hərbi hissənin N və N fevral 2023-cü il tarixli aktlarında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərinə baxış keçirilmiş və bədən səthlərində heç bir xəsarət izi aşkar olunmamışdır. Bundan əlavə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda məhkəmə istintaqı zamanı ifadələrində saxlanılarkən sərhədçilər tərəfindən fiziki təsir və təzyiqlərə məruz qalmaları barədə demələrinə əsasən onların saxlanılandan sonra istintaq təcridxanasına aparıldıqları vaxt üzərlərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya alınmış cavabda ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 üzərində müəyyən xəsarətlərin olduğu və onun həmin xəsarətləri həbs olunmamışdan əvvəl almasını bildirdiyi, Təqsirləndirilən şəxs2 isə üzərində xəsarət aşkar olunmaması qeyd olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin saxlanılarkən sərhədçilər tərəfindən fiziki təsirə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə sərhədçilər tərəfindən hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 verilmiş külli miqdarda müxtəlif növ narkotik vasitələr və güclü təsir edən maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə bağlı olan epizod üzrə hal şahidləri Şahid4 və Şahid3 ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Şahid4 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də, həmin ifadəsində, habelə iştirakının qeyd olunduğu bir sıra istintaq hərəkətlərinin protokollarında adının qarşısında olan imzaların tərəfindən icra olunmadığı, Şahid3 isə əksinə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməməsi, ümumiyyətlə bu işlə əlaqədar həmin vaxt ifadə vermədiyi, sərhəd pozucusu Təqsirləndirilən şəxs2 23-cü sərhəd zastavasının 3-cü sahəsində zastava rəisi tərəfindən saxlanıldığını bilməsi, zastavaya gətiriləndə onu görsə də, əlində nəsə olduğunu görmədiyi, onu müşayiət edən sərhədçilərdən birinin əlində kisənin olduğunu görməsi, lakin içərisindəkinin nə olduğunu bilməməsi və xatırlamaması, Şöhrətin saxlanılmasında, üzərindən və ya göstərdiyi yerdən narkotik vasitə, güclü təsir edən maddənin aşkarlanmasında iştirak etməməsi, cinayət işinin materiallarındakı ifadəsində, habelə iştirakının qeyd olunduğu bütün istintaq hərəkətlərinin protokollarında adının qarşısında olan imzaların onun tərəfindən icra olunmadığı barədə dedikləri ayrı-ayrı ayrılıqda təhlil olunmalı və hüquqi qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/884 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən cinayət işinin birinci cildinin 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun birinci səhifəsində “hal şahidi” qrafasında “Şahid4” yazıları önündəki imza, 138- 139-cu vərəqələrində olan N fevral 2023-cü il tarixli “narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun birinci səhifəsinin aşağı hissəsində beşinci imzanın Şahid4, həmin sənədlərdə “hal şahidi” qrafasında “Şahid3” yazıları önündəki imza, birinci səhifənin aşağı hissəsində dördüncü imzanın Şahid3 tərəfindən icra olunması mübahisələndirilməyən haldır. Belə olan halda Şahid3 ifadəsində ibtidai istintaq zamanı adının keçdiyi sənədlərdəki imzaların heç birinin ona məxsus olmaması, tərəfindən icra olunmaması barədə dedikləri həqiqəti əks etdirmir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilmiş cinayət işinin birinci cildinin 133-134-cü vərəqələrində olan N fevral 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun ikinci səhifəsində, 136-137-ci vərəqələrində olan eyni tarixli “götürmə haqqında” protokolun ikinci səhifəsində, 138-139-cu vərəqələrində olan eyni tarixli “narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun ikinci səhifəsində, 140- 141-ci vərəqələrində olan eyni tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda “hal şahidi” qrafalarında “Şahid4” və “Şahid3” yazıları önündəki imzaların onların özləri tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunması ilə əlaqədar həmin prosessual sənədlərin yalnız Şahid4la Şahid3 tərəfindən deyil, eyni zamanda həmin istintaq hərəkətlərinin digər şəxslərin də (şahidlər Şahid1, Şahid5 və s.) iştirakları ilə aparılması və həmin şəxslərin, habelə Şahid4 məhkəmədə həmin istintaq hərəkətlərinin aparılması barədə təsdiqedici ifadələr verməsini, habelə bu faktın cinayət işinin materiallarında olan digər sübutlarla (Təqsirləndirilən şəxs2 və şahid Elgün İsmayilovun qismən etirafedici ifadələri) təsdiq olunması səbəbindən sübut kimi qəbul edilməməsinə mühüm bir əsas görmür. Bundan başqa, həmin sənədlərdəki imzaların bir qisminin məsul şəxslərin özləri tərəfindən icra edilməməsi Təqsirləndirilən şəxs2 ittiham olunduğu sözügedən epizod üzrə əməli törədib-törətməməsini, əməlinin düzgün tövsif edilib-edilməməsini şübhə altına almayan prosessual pozuntudur, hansı ki, cinayət işində olan və biri digəri ilə uzlaşan təkzibedilməz sübutlarla aradan qaldırılması mümkündür. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş narkotik vasitələr və güclü təsir edən maddənin müxtəlif növdə olmaları (marixuana, metadon, tramadol), hər birinin ayrı-ayrılıqda qablaşdırılmaları, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Bundan əlavə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin 22 fevral 2023-cü il tarixli protokolunda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş və 2023-cü ilin fevral ayının 08-dən 10-na kimi onun istifadəsində olan “MEİZU” markalı mobil telefonun “WhatsApp” tətbiqində “Cahid Fizuli” adı ilə qeyd olunmuş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 991 *** ** ** nömrəsi ilə iş üçün əhəmiyyətli olan yazışmalar, səslər və fotoşəkillər aşkar olunmuşdur. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 06 aprel 2023-cü il tarixli, 3-27-111/2-50/2023 nömrəli məktubla göndərilmiş izahlı qaimədə 08-09 fevral 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə dörd halda şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “**********36” nömrəsindən zəng edilməsi aşkar edilmişdir. Lakin, sözügedən məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə və şahidlər Şahid4la Şahid3 məhkəmədə verdikləri ifadələrə əsasən cinayət işinin birinci cildinin 128-ci vərəqəsində olan N fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokol (“hal şahidləri:” qrafasında “Şahid4” və “Şahid3” yazıları önündəki imzalar onlara məxsus olmadığından), habelə ikinci cildinin 51-53-cü vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “şahidi dindirmə” protokolu (“şahid” qrafalarındakı imzalar Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan) və 48-50-ci vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “şahidi dindirmə” protokolu (“şahid” qrafalarındakı imzalar Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan) sübut kimi qəbul olunmamalı və sübutlar siyahısından xaric edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X7rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən göstərilən sənədlərə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alaraq, həmin sənədlərin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Göstərilən hallarla bağlı məhkəmə tərkibi eyni zamanda bildirir ki, qeyd olunan imzaların saxtalaşdırılması cinayət-prossesual qanunvericiliyin istintaq hərəkətlərinin protokollarının tərtib edilməsi, habelə hal şahidlərinin iştirakı ilə bağlı prossessual müddəalarının pozulmasına yol verildiyini göstərir. Buna görə də, qeyd olunan sənədləri tərtib edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin təhqiqatçısı, baş gizir X30 barəsində ayrıca xüsusi qərar çıxarılmalı, onun əməlində vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi və müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş prokuroruna və Dövlət Sərhəd Xidmətinə göndərilməlidir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə heyəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi həmin Məcəllənin 206.2-ci maddəsində (narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; həmin Məcəllənin 234.1-ci (təqsirləndirilən şəxslər tərəfindən cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan redaksiyasında) maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər törədildikdə; həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri bu Məcəllənin 234.2-ci maddəsində (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) nəzərdə tutulmuş əməllər müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar və külli miqdarda törədildikdə; həmin Məcəllənin 240.3.2-ci maddəsi bu Məcəllənin 240.1-ci maddəsində (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə; həmin Məcəllənin 318.2-ci maddəsi bu Məcəllənin 318.1-ci maddəsində (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməyə görə cinayət məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” İ Siyahısının 1-ci hissəsinin 49, 102, 146cı bəndlərinə əsasən heroin, tiryək və marixuana dövriyyəsi qadağan olunmuş, İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrdir; İ Siyahının 2-ci hissəsinin 27-ci bəndinə əsasən mefamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı tarixli, 10 nömrəli Qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Həmin Qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Qərarın 9-cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə tövsif edilir. Həmin Qərarın 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə- Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, Cinayət Məcəlləsinin 228, 234, 240-cı və s.) tövsif olunmalıdır. Sözügedən Qərarın 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 1-ci abzasına görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. 16-cı bəndin 4-cü abzasına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Bundan başqa, hər iki təqsirləndirilən şəxsin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin mənasına görə cinayət əməlinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir və belə olan halda əməl həmin Məcəllənin 234.4.2-ci maddəsi ilə tövsif olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 9-cu bəndində deyilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X33 16-cı bəndinə əsasən, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin; 12a bəndinə görə təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana; 19-cu bəndinə əsasən təmiz halda 50 qramdan artıq çəkidə tiryək külli miqdar; 13-cü bəndinə görə təmiz halda 1,6 qramadək çəkidə metadon şəxsi istehlak miqdarından artıq miqdar; İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir (təqsirləndirilən şəxslər tərəfindən cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının” Siyahısının 79-cu bəndinə əsasən 6 (altı) qramdan artıq çəkidə güclü təsir edən maddə tramadol hidroxlorid külli miqdar təşkil edir (təqsirləndirilən şəxslər tərəfindən cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Bundan başqa, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının 09 dekabr 1991-ci il tarixli, 13 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. 12-ci maddənin 1 və 5-ci hissələrinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Sözügedən Qanunun 20-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar sayılırlar. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, yəni, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 əməllərində həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxslərə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və narkotik istifadəçisi olduğu üçün səmimi peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti təkrar törətməsi, əməllərinin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə cinayətin residivini, digər maddələrə münasibətdə isə təhlükəli residivini yaratması həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 cinayəti təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının bu yanaşması qanunamüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 ittiham verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində təkrarlıq cinayətin xüsusilə ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Bu mənada, sözügedən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs2 əməlində onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə; 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə; 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə; 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə; 318.2-ci maddənin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularkən 2022-ci ilin oktyabr ayının 09-dan 10-na kimi 2 (iki) gün və 2023-cü ilin yanvar ayının 24dən 26-dək 2 (iki) gün olmaqla, cəmi 4 (dörd) gün ərzində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu yuxarıda göstərilən cinayət əməli ilə bağlı tutulub həbsdə saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.1, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin Məcəllənin 318.2, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə müvafiq olaraq həmin Məcəllənin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 əməllərində isə cinayətin təhlükəli residivi müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə olan halda Təqsirləndirilən şəxs1 ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,365 qram heroin qalığı; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmiş 6,154 qram heroin qalığı, 3,863 qram metamfetamin qalığı, 4,398 qram tiryək qalığı, 8 (səkkiz) ədəd metadon, 6914,526 qram qurudulmuş marixuana qalığı; Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6 (altı) ədəd metadon, 25 (iyirmi beş) ədəd tramadol, 9350 qram qurudulmuş marixuana qalığı məhv edilməlidir. Eyni zamanda, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunub götürülmüş dəqiq çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qaytarılmış hissəsi, dəqiq çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qaytarılmış hissəsinin; habelə Əhməd Məmmədkərimovdan (Təqsirləndirilən şəxs2 birinci epizodu üzrə) götürülmüş təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 50 vahid həcmində tünd-qəhvəyi rəngli heroin məhlulunun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,018 qram olmaqla, ümumilikdə 0,174 qram heroinin ekspertiza tədqiqatından sonrakı 0,136 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 40 vahid heroin məhlulunun aqibətinin müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 1(023)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Ağstafa Rayon Məhkəməsinin 1(015)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmlərində həll edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin hər biri barəsində ayrı-ayrılıqda seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərlə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Belə olan halda cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat 40 (qırx) qəpik məbləğdə pul aparılmış ekspertizalara müvafiq olaraq Təqsirləndirilən şəxs1 282 (iki yüz səksən iki) manat 40 (qırx) qəpik; Təqsirləndirilən şəxs2 318 (üç yüz on səkkiz) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə 09 oktyabr 2022-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 32 (otuz iki) manat 40 (qırx) qəpik və 19 oktyabr 2022-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğin aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələnin müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 1(023)- 32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Ağstafa Rayon Məhkəməsinin 1(015)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmləri ilə həll edilməsi nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları ibtidai həbs müddəti onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 4 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində müəyyən olunacaq qəti cəzanı çəkməsinin başlanğıcı həbs edildiyi, yəni 06 fevral 2023-cü il; Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə tutulduğu gündən, yəni N fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün, 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023cü il tarixinədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət olmaqla, ümumilikdə 4 (dörd) gün bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı N fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat 40 (qırx) qəpik məbləğdə pul aparılmış ekspertizalara müvafiq olaraq Təqsirləndirilən şəxs1 282 (iki yüz səksən iki) manat 40 (qırx) qəpik; Təqsirləndirilən şəxs2 318 (üç yüz on səkkiz) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə 09 oktyabr 2022-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 32 (otuz iki) manat 40 (qırx) qəpik və 19 oktyabr 2022-ci il tarixli materialların məhkəmə ekspertizasına görə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğin aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələnin müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 1(023)- 32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Ağstafa Rayon Məhkəməsinin 1(015)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmləri ilə həll edilməsi nəzərə alınsın. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı dövlət hesabına təyin olunmuş müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,365 qram heroin qalığı; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmiş 6,154 qram heroin qalığı, 3,863 qram metamfetamin qalığı, 4,398 qram tiryək qalığı, 8 (səkkiz) ədəd metadon, 6914,526 qram qurudulmuş marixuana qalığı; Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6 (altı) ədəd metadon, 25 (iyirmi beş) ədəd tramadol, 9350 qram qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunub götürülmüş dəqiq çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qaytarılmış hissəsi, dəqiq çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qaytarılmış hissəsinin; habelə Əhməd Məmmədkərimovdan (Təqsirləndirilən şəxs2 birinci epizodu üzrə) götürülmüş təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 50 vahid həcmində tünd-qəhvəyi rəngli heroin məhlulunun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,018 qram olmaqla, ümumilikdə 0,174 qram heroinin ekspertiza tədqiqatından sonrakı 0,136 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 40 vahid heroin məhlulunun aqibətinin müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 1(023)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Ağstafa Rayon Məhkəməsinin 1(015)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmlərində həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-316/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-316/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver