Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-317/2022 10.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1997-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Kənarmeşə kəndində qeydiyyatda olmaqla Lənkəran rayonunun Sütəmurdov kəndində müvəqqəti (kirayə evdə) yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-77,604 qram narkotik vasitə olan heroini və külli miqdarda-24,586 qram psixotrop maddə olan metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olmaqla 4 ədəd narkotik vasitə olan metadon həbləri əldə etmiş, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün heroini ayrı-ayrılıqda 67,738 qram, 5,439 qram, 2,085 qram, 2,056 qram və 1,286 qram olmaqla 5 ədəd bükümlərə və metamfetamini ayrı-ayrılıqda 9,33 qram, 8,288 qram, 6,986 qram olmaqla 3 ədəd bükümlərə qablaşdırıb saxlamış, 20 dekabr 2021-ci il tarixdə Lənkəran rayonun Sütəmurdov kəndində müvəqqəti qaldığı evdə 1 ədəd bükümdə 1,286 qram heroini birlikdə yaşadığı tanışı Şahid4 vermiş, qalan bükümlərdə olan narkotik vasitələri və psixotrop maddəni üzərində saxlayıb daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, tanışı Şahid4 ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndində küçədə piyada hərəkət etdiyi vaxt saxlanılıb üzərində şəxsi axtarış aparılarkən 4 ədəd bükümlərədə-2,056 qram, 67,738 qram, 5,439 qram və 2,085 qram olmaqla cəmi 77,604 qram narkotik vasitə olan heroin, 3 ədəd bükümlərdə- 9,33 qram, 8,288 qram, 6,986 qram olmaqla 24,586 qram psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olmaqla 4 ədəd narkotik vasitə olan metodon həbləri və bir ədəd üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüş, habelə Şahid4 üzərində şəxs axtarış zamanı 1,286 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, hazırda subaydır, əvvəllər qeyri-rəsmi qaydada X12 ilə evli olmuş, birgə nikahdan iki azyaşlı uşağı vardır. Evli olduğu müddətdə Lənkəran rayonunun Kənarmeşə kəndində qeydiyyatda olmaqla Lənkəran şəhərində 28 may küçəsində, əri Samirə məxsus olan evdə yaşamışdır. 2018-ci ildə ailə problemləri ilə bağlı əri Samirdən ayrılmış, iki azyaşlı uşağı ilə birlikdə bir müddət müxtəlif ünvanlarda kirayədə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən bir ildir ki, metamfetamindən istifadə etməyə başlamış, həmçinin heroindən də istifadə etmişdir. Tutulmamıdan bir neçə ay əvvəl Şahid4 ilə tanış olmuş və onunla rəsmi nikahları olmasa da, qeyri-rəsmi ər-arvad kimi birlikdə müxtəlif ünvanlarında kirayədə yaşamışlar. Şahid4 də narkotik maddələr istifadəçisidir. Əvvəllər Bakı şəhərində olarkən əslən Astara rayonundan olan, Bakı şəhərində yaşayan Peyman adlı şəxslə tanış olmuş, həmin şəxs də narkotik maddələr istifadəçisi olmuşdur. Tutulmamışdan 4-5 gün əvvəl Bayrambəylə aralarında mübahisə olduğu üçün acıq edib ondan xəbərsiz Bakı şəhərinə getmiş, orada zəngləşib tanışı Peymanla görüşmüş ondan istifadəsi üçün bir neçə bükümdə metamfetamin, heroin və bir neçə ədəd metadon həbləri almışdır. Aldığı narkotiklərin neçə ədəd bükümlərdə olmasını xatırlamır. Pulu olmadığına görə aldığı maddələrin pulunu verə bilməmiş, Peyman adlı şəxs verdiyi maddələrin qiymətinin 500 manat etdiyini desə də, həmin maddələri ona pulsuz, hədiyyə olaraq verdiyini bildirmiş, o da imkanı olan vaxt borcunu qaytaracağını demişdir. Bakıdan Lənkərana qayıtdıqdan sonra əldə etdiyi narktoik vasitələr barədə Bayrambəyə heç söz deməmiş, aldığı maddələr özündə olmuş, həmçinin heroindən bir az götürüb özündə olan elektron tərəzi ilə çəkib bir dəfəlik qəbul etmək üçün ayırıb üzərində saxlamışdır ki, istifadə etsin. 20 dekabr 2021-ci il tarixdə Bayrambəylə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndində kirayadə ev tutmuşlar ki, birlikdə yaşasınlar. Həmin vaxtlarda keçmiş əri X21-Peterbuq şəhərində olduğundan iki azyaşlı uşağı Samirin Lənkəran şəhərində yaşayan anası Züleyxanın yanında olmuşdur. Əri Samirlə ayrılsalar da, onunla və onun ata-anası ilə münasibətləri normal olmuş, uşaqları atasının, nənə və babasının yanına aparmış, həmçinin uşaqları bir müddət nənələrin yanında qalmış və bununla bağlı aralarında hər hansı bir narazılıq olmamışdır. Tutulmamışdan əvvəl onun fikri olmuşdur ki, Sütəmurdov kəndində kirayə ev tutduqdan sonra iki azyaşlı uşağını nənələrinin yanından götürüb həmin evə aparıb özü onları saxlasın, lakin tutulduğu üçün bunu edə bilməmiş, uşaqları keçmiş qayınanası Züleyxanın yanında qalmışlar. O, Sütəmurdov kəndində kirayə tutduqları evdə olarkən (20 dekabr 2021-ci il tarixdə) özündə olan heroindən bir az götürüb elektron tərəzidə çəkib bir dəfə istifadə etməsi üçün Bayrambəyə vermişdir. Bayrambəy heroini haradan əldə etdiyini soruşanda o, həmin maddəni ona hədiyyə verildiyini demişdir. Tutulduğu gün saat 11-12 radələrində o, Bayrambəylə birlikdə evdən çıxıb bazarlıq etmək məqsədi ilə Sütəmurdov kəndində olan dükana piyada gedərkən yolda polis əməkdaşları onları saxlamış, polislərdən biri ona narkotiklərin qanunsuz dövriyysəində şübhəli olduğunu bildirmiş və onları regional polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə, həm də videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü üzərində saxladığı narkotik maddələri (ayrı-ayrı bükümlərdə olan heroin, metamfetamin və metadonu) və bir ədəd elektron tərəzini ciblərindən çıxarıb təqdim edib özünə məxsus olduğunu, narkotik maddələri özünün şəxsi istifadəsi üçün saxladığını, narkotik maddədən istifadə edərkən tərəzidən istifadə etdiyini üçün tərəzini də cibində saxladığını bildirmişdir. Həmin vaxt orada Bayrambəyin də üzərində axtarış olmuş və onun üzərində bir büküm heroin aşkar olunmuşdur. Sorğu zamanı Bayrambəy aşkar olunmuş heroini ondan (Təqsirləndirilən şəxs) aldığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını demiş, həmçinin özü də Bayrambəyin düz dediyini, az miqdarda heroini ona istifadə üçün verdiyini bildirmişdir. Özündən və Bayrambəydən aşkar olunmuş narkotik kütlələri tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb polis əməkdaşı tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, Bayrambəydən başqa heç kəsə narkotik maddə verməmiş və ya satmamışdır. O, narkotiklərin satışı ilə məşğul olmamış, bununla bağlı ona verilmiş ittihamı qəbul etmir, lakin özünün istifadəsi üçün üzərində narkotik maddələr əldə edib saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbəsinin əməkdaşıdır. 21 dekabr 2021-ci il tarixdə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Həmin məlumatın yoxlanılması üçün özü də daxil olmaqla əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbirinə başlanılmaqla Təqsirləndirilən şəxs yaşadığı yerə müəyyən edilib həmin ərazi müşahidəyə götürülmüşdür. Həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs Lənkarən rayonunun Sütəmurdov kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında küçədə şəxsiyyəti sonradan məlum olan Şahid4 ilə birlikdə piyada gedərkən əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyysəində şübhəli olduğu bildirilmiş və onlar regional polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində təhqiqatçı Nizami Omarov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində gödəkcəsinin ciblərindən bir neçə bükümləri təqdim edib həmin bükümlərin içərisində narkotik maddələr olduğunu demiş, həmçinin cibindən bir ədəd elektron tərəzini də çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində heroinə, metemfetaminə oxşar kütlələr və metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri Bakı şəhərində tanışı olan bir nəfərdən özünün istifadəsi üçüyn aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Şahid4 əynindəki şalvarının cibindən bir büküm çıxarıb təqdim edib bükümdə heroin olduğunu, Təqsirləndirilən şəxs alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən həmin kütlələr, metadon həbləri və elektron tərəzi qablaşdırılb götürülmüş, daha sonra şəxsi axtarışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2da Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 ifadələrində göstərmişdir ki, o, xeyli müddətrdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır, o da narkotik maddələr istifadəçisidir. Bir müddət Mirsona ilə birlikdə kirayə tutduqları evdə yaşamışlar. Tutulmamışdan iki gün əvvəl Mirsona və o, Lənkəran rayonunun Sütəmurdov kəndində kirayədə ev tutmuşlar və 2021ci ilin dekabr ayında həmin evə getmişlər ki, orada bir yerdə yaşasınlar. Həmin gün günortaya yaxın Mirsona ilə kənddə olan dükana gedərkən küçədə onu və Mirsonanı bir neçə polis əməkdaşı tutub regional polis şöbəsinə aparmışlar. Polis şöbəsində əvvəl Mirsonanın üzərində axtarış olmuş və onun üzərində narkotik maddələr və elektron tərəzi aşkar olunmuşdur. Mirsonanın həmin narkotik maddələri haradan əldə etməsi barədə məlumatı yoxdur. Həmin vaxt onun da üzərində axtarış olmuş, lakin onun üzərində narkotik maddə aşkar edilməmişdir. Həmçinin Mirsona ona istifadəsi üçün heroin verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində müəyyən ziddiyyətli hallar nəzərə alınmaqla məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadə vermiş, eyni zamanda həmin ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Mirsona ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndində kirayə tutduqları evə getmişlər. Həmin gün saat 11 radələrində Mirsona ilə birlikdə evdən çıxıb Sütəmurdov kəndində dükana piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılıb regional polis şöbəsinə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə əvvəlcə Mirsonanın, sonra özünün üzərində axtarış aparılımşdır. Axtarış zamanı Mirsonanın üzərində narkotik vasitələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra özünün üzərində axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibində saxladığı bir ədəd bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olumuş kütlənin heroin olduğunu, həmin heroini ona Mirsonanın verdiyini və qəbul etmək üçün üzərində saxladığını demişdir. Mirsona ona bir ədəd bükümdə heroin versə də, Mirsonanın üzərində aşkar olunmuş narkotik vasitələrin onda olmasından xəbəri olmamış və Mirsonanın həmin narkotik vasitələri haradan və necə əldə etməsi barədə məlumatı yoxdur. Mirsona ondan başqa heç kəsə narkotik vasitə verməmiş və satmamışdır. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 21 dekabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbə sakini Təqsirləndirilən şəxs X9 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 21 dekabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbə sakini Təqsirləndirilən şəxs X9 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 21 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 21 dekabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş məlumat əsasında 21 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və onunla birlikdə olan Lənkəran şəhər sakini Məmmədli X8 rayonun Sütəmurdov kəndində, yanacaq doldurma məntəqəsinin yaxınlağında küçədə saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 dekabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-də təhqiqatçı Nizami Omarov tərəfindən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs və Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 4 ədəd bükümdə heroinə, 3 ədəd bükümdə metamfetaminə oxşar kütlələr, 4 ədəd metadoq həbi və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroin, metamfetamin və metadonun özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Həmçinin Şahid4 üzərində bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid4 üzərində aşkar edilmiş heroinin özünə məxsus olmasını və həmin heroini Təqsirləndirilən şəxs alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışının aparılmasına dair videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi, 3 büküm metamfetaminə bənzər və 4 büküm heroinə bənzər, 4 ədəd Metadon 40 həbinə bənzər kütlələr ...” sözlər və imzalar olan bir ədəd paketdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-67,738 qram, 5,439 qram, 2,085 qram, 2,056 qram və ümumi təmiz çəkisi-77,318 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narktoik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,33 qram, 8,288 qram, 6,986 qram və ümumi təmiz çəkisi-24,586 qram olan ağ rəngli kristal formada olan maddələr psixotorop maddə-metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 4 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər narktoik vasitə- metadondur, həblərin təsiredici maddəsinin ümumi miqdarı-0,16 qramdır (bir həbdə 0,04 qram) və 1 ədəd elektron tərəzinin üzərində narktoik vasitə heroinin izləri vardır. Heroin iz şəklindən olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 təqdim etdiyi heroinə bənzər kütə ...” sözlər və imzalar olan paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi-1,286 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narktoik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan 4 ədəd büküm heroinlərlə, Şahid4 məxsus bir büküm heroin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 77,118 və 1,236 qram olmaqla cəmi 78,354 qram, qalıq metamfetamin 24,436 qram və qalıq 3 ədəd metadon həbi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 20 mart 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 78,354 qram heroin, 24,436 qram metamfetamin, 3 (üç) ədəd metadon həbi və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən taksikoman xəstəliyi aşkar olunur. Taksikomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 06 mart 2022-ci il tarixli qərarla müəyyən olunur ki, bu cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 20 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs psixotrop və narkotik maddələri əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş psixotrop və narkotik maddələri yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş psixotrop və narkotik maddələri yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (həmin vaxt Təqsirləndirilən şəxs tanışı Şahid4 istifadəsi üçün heroin verdiyini bildirmiş, Bayrambəy də Mirsonanın ona heroin verdiyi təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatları, yəni polis şöbəsində üzərində axtarış aparılan zamanı üzərindən narkotik maddə aşkar edilməməsi, tanışı Mirsonanın ona istifadəsi üçün heroin verməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi zamanı aparılmış videoçəkilişlə (həmin vaxt Təqsirləndirilən şəxs tanışı Şahid4 istifadəsi üçün heroin verdiyini bildirmiş, Bayrambəy də Mirsonanın ona heroin verdiyi təsdiq etmişdir), Təqsirləndirilən şəxs ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə Şahid4 məhkəmədə verdiyi ifadəsinin yuxarıda qeyd olunan hissəsini sübut kimi qəbul etmir və onun bu ifadəsi törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etməklə özünü müdafiə etməsi kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Habelə bu Qanunun İİ Siyahıya əsasən beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metadonun 0,02 qramından, heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, metadonun 1,6 qramı, heroin və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 77,604 qram narkotik vasitə olan heroini və 24,586 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 4 ədəd metadon həbləri şəxsi istehlak miqdarından artıqdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi maddələrin müxtəlif növlərdə olması, heroinin bir hissəsini tanışı Bayrambəy Məməmdliyə verməsi, çoxsaylı bükümlərə qablaşdırılmış psixotrop və narkotiik maddələri, habelə elektron tərəzini üzərində saxlamaqla gəzdirməsi onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-21 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər İHB-nın Aşağı Nüvədi qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydddiyatda olmaqla valideynlərinə məxsus evdə yaşamış (şəxsiyyəti təsdiq edən sənədə əsasən o, Lənkəran rayonunun Kənarmeşə kəndində qeydiyyatdadır) və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan, AZE 12388004 və AA ******* №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X13 08 avqust 2014-cü ildə və X7 20 noyabr 2018-ci ildə doğulmuşlar. İşdə olan, Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 01 mart 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 08 avqust 2014-cü il təvəllüdlü X13 və 20 noyabr 2018-ci il təvəllüdlü X1 Mirsona Gündüz qızının övladlarıdır. İşdə olan, X5 10 may 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, azyaşlı nəvələri-X13 və X7 hazırda onun himayəsindədir. İşdə olan, Lənkəran Şəhər İcra Hakimiyyətinin 10 may 2022-ci il tarixli məlumatı ilə müəyyən edilir ki, məhkəmə tərəfindən verilmiş sorğuya Lənkəran ŞİH-nin Qəyyumluq və himayəçilik komissiyasında baxılmış və azyaşlılar-X13 və X3 hazırda nənələri X5 himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirin halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən taksomaniyadan (narkomaniyadan) məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 78,354 qram narkotik vasitə olan heroin, 24,436 qram psixotrop maddə olan metamfetamin, 3 (üç) ədəd narkotik vasitə olan metadon həbləri və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X9 X10 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 78,354 qram narkotik vasitə olan heroin, 24,436 qram psixotrop maddə olan metamfetamin, 3 (üç) ədəd narkotik vasitə olan metadon həbləri və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-317/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-317/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver