Məhkəmə qərarları › İş №1(099)-317/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-317/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-317/2024 08.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X16 (sədrlik edən və məruzəçi), X23 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxx 1967-ci ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı olmaqla iki uşağı olan, orta-ixtisas təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük sovxozu ünvanda nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 20 iyul 2002-ci il tarixdə, saat 23:30 radələrində Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Yakovlevskiy döngəsi, ev 2, mənzil 8 ünvanında olarkən həmkəndlisi X6 onu işə götürməsinə köməklik etməməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə endirdikdən sonra Mahir Əbülfətovla birgə oradan çıxaraq Sankt-Peterburq şəhəri, Sevastyanov küçəsi 14 və 16 saylı evlərin arasında küçədə mübahisələrini sözlə davam etdirən zaman Mahirin onu söyərək təhqir etməsindən qəzəblənərək, aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə üzərində olan istintaqa məlum olmayan bıçaqla sonuncunu vurmaq istəsə də, Mahir qaçmağa başlamış, lakin Sevastyanov küçəsi, 16 saylı evin qarşısında ayağı maneəyə ilişib yıxıldıqdan sonra o, üzərində olan bıçaqla Mahirə qəsdən xəsarətlər yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çənə nahiyəsində kəsilmiş yara və sol bazu önü nahiyəsində kəsilmiş yara xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmış, Mahir xəstəxanaya çatdırılsa da, 25 iyul 2002-ci il tarixdə, saat 18:45-də hipostatik pnevmoniya ilə ağırlaşmış, ağciyər-ürək çatışmazlığının inkişafı ilə ürəyi zədələməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən deşilmiş-kəsilmiş yara nəticəsində Sankt-Peterburq şəhəri, Budapeştskaya küçəsi, ev 3 ünvandakı İ.İ.Canelidze adına X11 İnstutunda ölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (köhnə redaksiyada) ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuş, orada yaşamış, ailə qurduqdan sonra arvadı və uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin ərazisində yerləşən fərdi evdə yaşamış, fəhlə işləməklə çörək pulu qazanmış, bir müddət sonra Rusiya Federasiyasının tərkibində olan Komi Respublikasına, böyük qardaşı Sərraf Həbibovun yanına yollanmış və orada qardaşı ilə birgə fəhlə işləmiş, daha sonra Bakı şəhərinə qayıtmışdır. Bakıda bir müddət qalmış, ailəsindən ayrıldıqdan sonra yenidən Rusiyaya, qardaşının yanına işləməyə getmiş, orada olarkən evlərin tikintisində fəhlə kimi işləmişdir. Rusiyanın Moskva, Rostov, Sankt-Peterburq və digər şəhərlərində ruslar və azərbaycanlılarla, o cümlədən həmkəndliləri ilə birgə işləmişdir. Sankt-Peterburq şəhərində xatırlamadığı küçədə tikintidə işlədiyi zaman onunla birgə iş yoldaşları Osakücə kənd sakinləri işləmişlər. 2002-ci ilin yay aylarında Rusiya Federasiyasında olmuşdur. Orada olduğu müddətdə həmkəndlisi X2-Peterburq şəhərində onunla birgə şirkətdə işləməyi təklif etmiş, bir müddət keçdikdən sonra oraya işləməyə getmiş və orada fəhlə işləmişdir. Mahir Əbülfətov işçilərin iş saatlarını yazmaqla məşğul olmuşdur. Bir müddət keçdikdən sonra həmin işi rusdilli olduğu üçün ona həvalə etmişlər. Bu səbəbdən Mahirdə ona qarşı qısqanclıq yaranmışdır. Bir müddət işlədikdən sonra ona işdən çıxarıldığını və onun yerinə Mahirin götürüldüyünü, sonuncunun da öz əvəzinə başqasını qoyduğunu bildirmişlər. Bundan sonra Rusiyada olduğu müddətdə həmkəndlisi Mahirlə arasında mübahisə olmuşdur. Hesab etmişdir ki, Mahir ona işə bərpa olunmağı ilə bağlı kömək edəcəkdir, çünki Mahirin sözünü şirkət rəhbərləri “eşidirmişlər”, lakin Mahir onun işə qayıtmasına kömək etməmiş, o da Mahirin arxasınca “şərəfsiz” sözü işlətmişdir. Çünki, Mahirə çox köməyi dəyməsinə baxmayaraq, Mahir yaxşılığının qarşılığında ona kömək etməmişdir. Dediyi söz başqa adamlar tərəfindən Mahirə çatdırılmışdır. 20 iyul 2002-ci il tarixdə axşam saatlarında həmkəndlisi Əvəz Nağıyevin yaşadığı Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Sevastyanov küçəsi, Yakovlev keçidi, 2 nömrəli yataqxananın, 8 saylı otağında olduğu vaxt Mahir oraya gəlmiş və ona qarşı işlətdiyi “şərəfsiz” sözünə görə aralarında mübahisə başlamışdır. Həmin vaxt Mahir içkili olmuş, onun ünvanına pis ifadələr işlətmişdir. Mübahisə zamanı bir-birlərinə stəkan-nəlbəki atmışlar. Soyadını xatırlamadığı həmkəndlisi Sehran ona süzdüyü çayı Mahirin üstünə atmış, sonra birlikdə çölə çıxmışlar. Həyətdə onlardan başqa beş-altı nəfər olmuşdur. Həmin şəxslərdən 70-80 metr aralıya getmişlər. Mahirə əvvəllər yaxşılıqlar etdiyini və nə üçün onu işə götürməyə kömək etmədiyini soruşmuş, Mahir onu işə götürməyəcəyini demiş və ondan nə üçün özünə qarşı təhqiredici ifadələr işlətdiyini soruşmuşdur. Əsəbləşib Mahirə yaxşı etdiyini demişdir. Bundan sonra Mahir onu əli ilə vurmuş, o da qaçmağa başlamış, bir qədər sonra yerə yıxılmış və Mahir çataraq onun üzərinə atılmışdır. Mahir idmançı, özü isə həmin vaxt xəstə olmuşdur. Ərazidə çoxlu hündür quru otlar olduğundan həyətdə olan şəxslər onları görə bilməmişlər. Mahir yerdə onu vurmağa başlamışdır. Həmin gün üzərində bıçaq olduğunu əvvəlcədən bilməmişdir. Mahir onu yumruğu ilə möhkəm vururmuş, o da bronxit xəstəliyi olduğu üçün təngnəfəs olmuşdur. Mahirin altından çıxmaq üçün çevrilmiş, açılıbqatlanan bıçağı cibindən çıxardaraq altdan-yuxarı bir dəfə Mahiri vurmuşdur. Mahiri qəsdən deyil, özünü müdafiə etmək üçün vurmuşdur. Mahiri vurandan sonra sonuncu bir az səs çıxarmış, sonra isə geri çəkilmiş, özü isə həmin ərazidən qaçıb getmişdir. Hadisə zamanı içkili olmamışdır. Mahiri bıçaqla vuran vaxt onlarda bir qədər aralıda Şahid1, Əvəz Nağıyev və Vidadi Niftullayev olmuşlar. Həmin şəxslərin hadisəni görüb-görmədiklərini xatırlamamışdır. Hadisədən sonra Sankt-Peterburq şəhərində bacısı uşaqlarının yanına gedib, baş vermiş hadisə barədə onlara məlumat vermiş, bir neçə gün onların yanında qalandan sonra Minvod şəhərinə yollanmışdır. Minvodda 2002-ci ilin təxminən noyabr ayına kimi fəhlə işləyib geri, Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün otaqda Mahir Əbülfətovla mübahisə etdiyi zaman Sehran yanlarında olmuş, Şahid1 isə orada olmamışdır. Mahir Əbülfətova işi ilə bağlı aralarında olmuş mübahisə zamanı bıçaqla bir dəfə xəsarət yetirmiş, lakin harasından vurduğunu bilməmişdir. Həmin bıçaq şalvarının sağ cibində olmuşdur. Mahir fiziki baxımdan ondan güclü olmuşdur. Mahiri öldürmək fikrində olmamışdır. Onu öldürmək niyyəti olsaydı, bunu əvvəllərdə edə bilərdi. Mübahisə zamanı onları ayıran olmamışdır. Mahir həmin gün ölməmişdir. Sonradan həmyerliləri və qohumlarından Mahirin vurulduğu gün xəstəxanaya çatdırıldığını və beş-altı gündən sonra vəfat etdiyini eşitmişdir. Bacısı uşaqlarından Mahir barədə soruşduqda ona, bıçağın Mahirin ürəyinə girdiyini demişlər. Bacısı uşaqlarının yanından çıxdıqdan sonra Rusiyanın əvvəlcə Stavropol, sonra isə Minvod şəhərinə yollanmış, orada bazarda fəhlə işləmişdir. Rusiyada möhkəm soyuqlar düşdüyünə görə işlər dayanmış və alqı-satqı ilə məşğul ola bilmədiyi üçün Azərbaycana qayıtmış, Lənkəran rayonunun Osakücə kəndində olan ata evinə getmişdir. Mərhum Mahirin qardaşları kənddə bir dəfə onu vurmuş, tüfənglə üstünə gəlmişlər. 2021-ci ildə Bakı şəhərində fəhlə işlədiyi vaxt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah saxlamağına görə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham edilmiş və Sabunçu Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 2023-cü ilin noyabrında cəza müddətinin başa çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Silaha görə tutulduğu zaman Rusiyadakı cinayəti barədə heç nə deməmişdir. Lənkəran Rayon Prokurorluğunda psixoloji təsir altında ifadə vermiş, həmin ifadəsini oxumuş və təsdiq etmədiyini bildirmişdir. Həmin ifadələrdə yazılanlarla razılaşmır. Təqsirləndirilən şəxs son sözündə Mahir Əbülfətovun onun çörək kəsdiyi dostu olmasını, ona vaxtı ilə çox yaxşılıqlar etdiyini, onu ölümdən qurtardığını və buna şahid olanların olduğunu, belə olan halda onu öldürmək fikrində olmasına heç bir əsas olmamasını, özünü müdafiə etmək üçün onu bıçaqla vurmasına görə həddindən artıq peşiman olduğunu bildirərək məhkəmədən, barəsində yekun qərar qəbul olunarkən qeyd etdiklərinin, habelə himayəsində iki övladının olmasının nəzərə alınmaqla işinə ədalətli baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, mərhum qardaşı X1 Federasiyasının Sankt-Peterburq şəhərində tikinti sektorunda briqadir işləmişdir. Mahir Əbülfətov xasiyyətcə sakit, mülayim, hamı ilə yola gedən biri olmuşdur. Əvvəllər birlikdə Lənkəran rayonunun Osakücə kəndində yaşamışlar və 1996-cı ildə Mahir qazanc üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanmışdır. Mahirin Rusiyaya konkret olaraq kimlərlə getdiyini xatırlamır, lakin onun orada həmkəndliləri Elxan Əhədov və yeznələri Əvəz Nağıyevlə birgə fəhlə işlədikləri barədə məlumatı olmuşdur. Orada onların əsas işi yeni evlər tikmək olmuşdur. Mahir ailə həyatı qurmamış, övladı olmamışdır. Rusiyadan gəlmiş zəng vasitəsilə hadisə barədə xəbər almışdır. 25 iyul 2002-ci il tarixdə Sankt-Peterburq şəhərindən yaşadığı evə qohumu Şamil Cavadov tərəfindən gəlmiş teleqramda Mahirin ağır vəziyyətdə xəstəxanada olduğu, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığı yazılmışdır. Maddi vəziyyətləri ağır olduğundan həmin vaxt Mahirin yanına gedə bilməmişlər. Atası həmkəndlisi Qəmbər Məlikovu oraya göndərmiş, üç-dörd gün sonra Qəmbərlə əlaqə saxladıqda sonuncu Rusiyaya çatanda artıq Mahirin ölmüş olduğunu bildirmişdir. Qəmbər özü də rəhmətə getmişdir. 27 iyul 2002-ci il tarixdə Şamil Cavadov qardaşının nəşini Lənkəran rayonunun Osakücə kəndinə gətirmiş və Mahiri dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Maqsud Əbülfətov məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla qohum olmasalar da, əvvəllər münasibətləri yaxşı olmuşdur. Mahir Əbülfətov idmanla məşğul olmamış, heç kimlə işi olmayan, problemlərdən uzaq duran adam olmuş, həmişə öz zəhməti ilə çörək qazanmış, adətən işdən evə gecə saatlarında qayıtmışdır. Əfqanın Mahirə üç bıçaq zərbəsi vurduğunu eşitmişdir. Ona hadisənin işdə olduğunu bildirmişlər. Hadisədən sonra Mahir Sankt-Peterburq şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilmişdir, aparat ilə nəfəs alırmış. Əfqanın qardaşı Mahirin hüzr mərasimində iştirak etmişdir. Əfqan Rusiyadan qayıtdıqdan sonra bir neçə nəfər onu Osakücə kəndində görmüşlər. Belə ki, Əfqan bir neçə dəfə gecə saatlarında kəndə gəlibgetmiş, o isə Əfqanı görməmiş, heç kimə Əfqanın Bakı şəhərinə qayıtması, bir neçə dəfə Osakücə kəndinə gəlməsi barədə məlumat verməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Maqsud Əbülfətov qardaşı Mahir Əbülfətovun qatili olan Təqsirləndirilən şəxs bağışlamadığını, Əfqanın onun qardaşını qəsdən bıçaqla öldürdüyünü hesab etdiyini bildirərək, məhkəmədən, Əfqana qanunla nəzərdə tutulmuş cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Osaküçə kəndində yaşamış, sonra ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orada bir neçə il fəhləlik etdikdən sonra uşaqlıq dostu, həmkəndlisi X6 təklifi ilə Rusiya Federasiyasına işləməyə getmişdir. Mahir Əbülfətov ona Rusiyada tikintidə işlədiyini bildirmiş, Bakı şəhərində kirayədə qaldığı və maddi imkanı zəif olduğu üçün Mahirlə razılaşaraq qaynı ilə birlikdə Rusiyaya yollanmış, Sankt-Peterburq şəhərində tikintidə işləməyə başlamışlar. 2002-ci ilin yay aylarında X22, X4, Təqsirləndirilən şəxs və Mahirlə birlikdə Sankt-Peterburq şəhərində tikintidə işləmiş, yaşayış binaları inşa etmişlər. Mahir briqadir olmuş, digərləri isə fəhləlik etmişlər. İş vaxtı səhər saat 09:00-dan 17:00-dək olmuşdur. Bəzi vaxtlar saat 17:00-dan sonra əlavə iş saatları yazılmış və həmin iş yükü az olduğu üçün iki nəfər qalıb işləmiş, digərləri isə evə getmişdir. Mahir əlavə saatlarda tikintidə hər kəsin işləməsini rəsmiləşdirərək hər birinə əlavə əmək haqqı yazdırmışdır. Təqsirləndirilən şəxs əlavə iş saatlarında işləmək istəməmiş, lakin ona yazılmış əlavə əmək haqqını almışdır. Buna görə də, onların Əfqanla ara-sıra sözlə mübahisələri olmuş, Əfqan təkəbbürlülük nümayiş etdirərək işləməyəcəyini bildirmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən hadisələri tam dəqiqliklə xatırlaya bilmir. Lakin 2002-ci ilin iyul ayının ortalarında Əfqanın Lənkərandan onların işlədiyi yerə qayıtdığını xatırlamışdır. Əfqan Rusiyaya qayıtdıqdan sonra Mahirdən onu işə götürməsini istəsə də, Mahir onu işə götürməmişdir. Elə hesab etmişdir ki, Əfqan özünü hamıdan üstün görməsinə və ona tapşırılmış işləri vicdanla yerinə yetirmədiyinə görə Mahir onu işə götürmək istəməmişdir. Əfqanla Mahirin bir neçə dəfə sözlə mübahisə etdiklərinin şahidi olmuş, Əfqan bir neçə dəfə onun yanında Mahiri öldürəcəyini demişdir. 20 iyul 2002-ci il tarixdə işdən çıxıb evə gedəndən sonra axşam saatlarında Əvəz Nağıyevin kirayədə qaldığı evə getmiş, Əvəz evdə olmamış, Vidadi Niftullayev ilə Əfqan orada olmuşlar. Onlarla bir qədər söhbət etdikdən sonra Əvəzlə Mahir həmin ünvana gəlmişlər. Həmin vaxt spirtli içki qəbul etməmişlər, həmçinin Əfqan da içkili olmamış, lakin Mahir haradasa spirtli içki qəbul edib onların yanına gəlmişdir. Mahir gəldikdən sonra Əfqanla onun arasında əvvəlcə sözlə, daha sonra isə davaya çevrilmiş mübahisə başlamışdır. Onların mübahisələri Əfqanı işə götürməmək üstündə olmuşdur. Həmin vaxt onlar bir-birinin üzərinə stəkan və nəlbəki atmışlar. Əfqan onlara Mahirlə təklikdə söhbət etmək istədiyini, onların arxalarınca getməmələrini bildirmiş və Mahirlə birgə evdən çıxmışdır. Bir neçə dəqiqədən sonra onlardan xəbər çıxmadığına görə nə baş verdiyini öyrənmək üçün aşağıya düşmüş və Mahirlə Əfqanın həmin evdən təxminən bir az aralıda yerləşən evlərin həyətindəki uşaq meydançasında söhbət etdiklərini görmüşlər. Bir neçə saniyə sonra Mahir qaçmağa başlamış, Əfqan isə onun arxasınca düşmüşdür. Onların nə danışdıqlarını eşitməmişdir. Mahir onlara doğru qaçırmış, sonra ayağı bardürə ilişib yerə yıxılmış, dərhal da yerdə arxası üstə çevrilmişdir. Bu zaman Əfqan onun üzərinə atılaraq, əlində olan bıçaqla ona bir dəfə zərbə endirmiş və oradan uzaqlaşmışdır. Hadisə zamanı mübahisə edən tərəflərlə arasında məsafə əlli-altmış metr olmuşdur. Əfqanın Mahirə neçə bıçaq vurduğunu görməmişdir. Mahir səkiyə yıxıldığı zaman Əfqanın əlində olan bıçağı görmüşdür. Hadisədən sonra Mahir xatırlamadığı avtomobillə xəstəxanaya aparılmışdır. Bir neçə gündən sonra Mahirin xəstəxanada öldüyünü eşitmişdir. Əfqan Mahiri öldürdükdən sonra onu görməmiş, onunla əlaqə saxlamamışdır. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün Təqsirləndirilən şəxsla Mahir Əbülfətov arasında mübahisəni birinci kimin başladığını xatırlamamışdır. Orada olan şəxslər mübahisə edən tərəfləri ayırmamışlar. Hadisə axşam saatlarında baş vermiş, ətraf işıqlı olduğundan hadisəni birbaşa görmüşdür. Əfqan Mahirə bıçaqla bir neçə zərbə vurmuş, lakin bıçağın Mahirə girdiyini görməmişdir. Başqa vaxt Əfqanın üzərində bıçaq gəzdirib-gəzdirməməsini xatırlamadığını bildirmişdir. Mahiri xəstəxanaya xatırlamadığı şəxsin avtomobili ilə aparmışlar. Mahiri həmin maşının arxa oturacağına özü mindirib uzatmışdır. Rusiyada qeydiyyatları olmadığı üçün Mahiri xəstəxanaya özləri apara bilməmişlər. Hadisədən bir neçə gün sonra Sankt-Peterburq şəhərində yerləşən prokurorluğa dəvət olunmuş, orada müstəntiq izahat və ifadəsini yazılı şəkildə almış, ona ifadəsini oxumuş, sonra isə sənədləri imzalamışdır. Yalan danışmağa ehtiyac olmadığını, hadisə günü nə görübsə onu da danışdığını, Sankt-Peterburqda müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Höccət qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ailədə son beşik övlad olmuş, bir neçə dəfə ailə qurmuş, uzun müddət Rusiya Federasiyasının müxtəlif şəhərlərində tikinti şirkətlərində fəhlə işləmişdir. Əfqan Rusiyada əvvəllər qardaşının yanında işləmiş, sonralar Sankt-Peterburq şəhərində həmkəndliləri ilə birgə evlərin tikintisində fəhlə kimi işləməyə başlamışdır. Məlum hadisənin üzərindən təxminən iyirmi üç il vaxt keçmişdir. Belə ki, 2002-ci ilin yay aylarında, dəqiq ayını və gününü xatırlamadığı tarixdə qohumlarından Əfqanın Sankt-Peterburq şəhərində həmkəndlisi olan X12 bıçaqlayaraq qətlə yetirdiyini eşitmişdir. Bir müddətdən sonra Əfqan Azərbaycana qayıtmış və tutulana qədər Bakı şəhərində yaşamış, arabir Lənkərana gəlibgetmişdir. Mahir Əbülfətovu şəxsən tanımışdır. Belə ki, yaşadığı Osakücə kəndində qonşu olmuş, bir-birlərinin evinə gedib-gəlmişlər. Əfqanla Mahir yaxın dost olmuşlar. Əfqan Mahirə hər bir işində, həmçinin Sankt-Peterburq şəhərindəki işlərində dəfələrlə köməklik etmişdir. Mahirdən başqa Lənkəran rayonunun Boladi kəndindən bir nəfər tanımadığı şəxs də Əfqanın dostu olmuşdur. Əfqanın dediyinə görə həmin adam hadisə baş verdiyi vaxt onların yanında olmuş, onlar bir otaqda olanda Mahir də oraya gəlmiş, sonra söhbət etmək üçün həyətə düşmüş və təklikdə söhbət etmişlər. X37 söyərək təhqir etmişdir. Mübahisə etdikləri vaxt onları görən olmamışdır. Mahir fiziki cəhətdən Əfqandan güclü olmuş və Əfqanı vuraraq yerə yıxmış və yerdə də onu döyməyə davam etmişdir. Əfqanın Mahirə gücü çatmadığı üçün cibində olan balaca bir bıçağı çıxardaraq onun bədən nahiyəsinə bir dəfə xəsarət yetirmişdir. Əfqan dediyinə görə özünü xilas etmək üçün Mahiri bıçaqla vurmuşdur. Əfqan Mahiri bıçaqla vurduqdan sonra hadisə yerindən qaçmış, Rusiyadan qayıdandan iki il sonra törətdiyi cinayət barədə ona danışmış, Mahiri Rusiyada istəmədən öldürdüyünü, əməlinə görə peşiman olduğunu dəfələrlə bildirmiş, lakin hansı şəraitdə və nə ilə vurduğunu dəqiq deməmişdir. Hadisə baş verdiyi zaman digər şəxslər onları görməmiş, görən yalnız Lənkəran rayonunun Boladi kəndindən olan bir nəfər olmuşdur. Şahid Ətri Əsədova məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Mahir Əbülfətovla aralarında olan söyüş üstündə mübahisə etdiklərini, Mahiri öldürmək fikri olmadığını demişdir. Əfqan özünün dediyinə görə üzərində həmişə balaca bıçaq gəzdirmiş, Mahiri də elə həmin bıçaqla vurmuşdur. Mahir Sankt-Peterburq şəhərində yerləşən xəstəxanada beş gün qalandan sonra orada ölmüşdür. Əfqan Azərbaycana qayıtdıqdan sonra iyirmi üç ilə yaxın müddətdə axtarışda olmuş, bu vaxt ərzində dəfələrlə yaşadığı kəndə gəlib-getmişdir, lakin onun hansı səbəbdən hüquq-mühafizə orqanlarına təslim olmadığını, eləcə də, məsul şəxslər tərəfindən saxlanılmamasının səbəbini bilməmişdir. Belə ki, beşinci sinifdə oxuyandan ayrı-ayrı dövlət orqanlarında müxtəlif işlərdə işləmişdir, hüquq işlərindən də yaxşı anlayır. Əfqan axtarışda olmuş olsaydı bu illər ərzində saxlanılardı. Bir bacı kimi Əfqana etdiyi hərəkətə və təslim olmamasına görə dəfələrlə öz iradını bildirmişdir. Şahid1 onun həmkəndlisidir. Elxan hadisə baş verdiyi zaman Rusiyada olmuş, lakin hadisənin şahidi olmamışdır. Əfqanın barəsində olan cinayət işinin istintaqını aparmış Lənkəran Rayon Prokurorluğunun müstəntiqinə ifadəsində yazılan heç bir sözü deməmişdir. Azərbaycan dilinin latın qrafikası ilə yazıb-oxuması yoxdur. Müstəntiq onun ifadəsini saxtalaşdırmışdır. Belə ki, Əfqan ona “Mahiri əcəb edib öldürmüşəm” cümləsini deməmiş, müstəntiq həmin sözü özü onun ifadəsinə əlavə etmişdir. Əslində Əfqan ona Mahiri nahaq yerə öldürdüyünü və əməlindən çox peşiman olduğunu bildirmişdir. Bütün bunları müstəntiq ifadəsini yazıb imzalatdıqdan sonra ona oxuyanda bilmiş, öz iradını bildirərək, demədiyi sözlərin ifadəsinə yazılmasının səbəbini soruşmuş, lakin bu sualı cavabsız qalmışdır. Müstəntiq dediyi həqiqətləri onun ifadəsinə yazmamışdır. Bakı şəhərindən gəlmiş müstəntiq onu üç dəfə yanına çağırmış və hər dəfə də onu aldatmışdır. Odur ki, müstəntiqə verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin həqiqəti əks etdirdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, mövcud olmuş maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs sözügedən dispanserdə qeydiyyatda durmur (cild 01, i.v. 169; cild 02, i.v. 153, 156). Lənkəran Şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (cild 01, i.v. 169; cild 02, i.v. 12; cild 03, i.v. 157). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs orada yaşadığı müddətdə ərazi üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 173; cild 02, i.v. 14; cild 03, iş vərəqi 155; cild 04, i.v. 34; cild 05, i.v. 127). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’’ X38 05 oktyabr 2022-ci il tarixli, 9355 nömrəli məktubundan görünür ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 02, i.v. 11; cild 04, i.v. 32). Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osaküçə kənd ərazi vahidi üzrə nümayəndəsinin 07 oktyabr 2022-ci il tarixli, 56 nömrəli arayışından görünür ki, Həbibov X20 rayonunun Osaküçə kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı və 23 fevral 2009-cu il təvəllüdlü oğlundan ibarətdir (cild 02, i.v. 13, cild 04, i.v. 33). Azərbaycan Respublikası Baş Prokurorluğunun 05 noyabr 2022-ci il tarixli sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2017-ci ildə, saat 11:58-də İran İslam Respublikasına getmiş və həmin tarixdə, saat 15:41-də Azərbaycan Respublikasına qayıtmışdır (cild 02, i.v. 21; cild 04, i.v. 40-41; cild 05, i.v. 10-11; 128). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 oktyabr 2022-ci il tarixli tələbnaməsi, hökmün surəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 21 noyabr 2023-cü il tarixli, 642 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(008)-287/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmaqla həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 23 noyabr 2021-ci ildən 21 noyabr 2023-cü ilədək cəza müddətini çəkmiş və 21 noyabr 2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur (cild 02, i.v. 22-30; cild 04, i.v. 42-43; cild 05, iş vərəqi 66). Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklikdə göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlərlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilən bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilindiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün çıxarılmasından əvvəl, konkret olaraq 20 iyul 2002-ci il tarixdə törətməsi aşkar edildiyinə, bu səbəbdən ona iş üzrə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə qəti cəza təyin edilməli olduğuna görə, onun hazırki iş üzrə cinayət əməlini törətməsi əməlində cinayətlərin residivini yaratmamışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Moskovski Rayon Prokurorluğunun 24 və 25 iyul 2002-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi - 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 03, i.v. 08-10). Sankt-Peterburq şəhəri X39 Şöbəsi 62-ci Milis Şöbəsinin 21 iyul 2002-ci il tarixli raport və 2902 nömrəli telefonoqramdan görünür ki, X19 həmin tarixdə, saat 01:00-da qarının küt travması nəticəsində yaranmış çənənin, döş qəfəsinin, bazuönünün kəsilmiş yarası, BBS, BQT diaqnozu ilə xəstəxanaya müraciət etmişdir və travmanın hansı şəraitdə baş verdiyi məlum olmamışdır (cild 03, i.v. 15-16). Sankt-Peterburq şəhəri X39 Şöbəsi 62-ci Milis Şöbəsinin 21 iyul 2002-ci il tarixli arayışından görünür ki, X19 müalicə müəssisəsinə özü müraciət etmiş, bədən xəsarətləri aldığı şəraiti xatırlamamış, həmin tarixdə saat 10:00-da əməliyyat olunmuş və dindiriləcək vəziyyətdə olmamışdır (cild 03, i.v. 17). Canəlizadə adına X11 X28 23 iyul 2002-ci il tarixli arayışından görünür ki, X19 21 iyul 2002-ci il tarixdə, saat 1:35-də sol döş qəfəsində ½ kəsici-deşici yara diaqnozu ilə həmin instituta daxil olmuş və vəziyyəti ağır olduğundan dindirilə bilməməsi göstərilmişdir (cild 03, i.v. 19). Leninqrad şəhər soveti icraiyyə komitəsi Baş səhiyyə idarəsi məhkəmə-tibbi ekspertiza bürosunun 26 iyul 2002-ci il tarixli rəyindən görünür ki, X6 ölümü ağciyər-ürək çatışmazlığının inkişafına gətirən 2-ci dərəcəli ağırlaşma durğun pnevmaniya, ürəyin zədələnməsi ilə döş nahiyəsinin kəsici-deşici yarası nəticəsində baş vermişdir (cild 03, i.v. 20). X29 Rayonu İdarəsinin 24 iyul 2002-ci il tarixli arayışından görünür ki, Leninqrad vilayəti və X14 Nazirliyi Analitik Büro Mərkəzinin məlumatları üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Lənkəran şəhəri, Osaküçə kəndində doğulmuşdur və Sankt- Peterburq şəhərində qeydiyyatda deyildir (cild 03, i.v. 22). Sankt-Peterburq şəhəri Moskovski Rayon Prokurorluğunun 11 sentyabr 2002-ci il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hazırki iş üzrə şahid X22 ifadəsində baş vermiş cinayət hadisəsinin mahiyyəti üzrə bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir (cild 03, iş vərəqi 42-44; cild 01, i.v. 54-55). Sankt-Peterburq şəhəri Moskovski Rayon Prokurorluğunun 24 iyul və 27 sentyabr 2002-ci il tarixli qətnamə və protokollardan görünür ki, hadisə vaxtı X6 əynində olmuş bir ədəd boz-qara rəngli, qısaqol, ön sağ yuxarı küncdə üzərində rəngli maddə izi olan köynək və Təqsirləndirilən şəxs məxsus bir ədəd pasport X7 götürülmüşdür (cild 03, i.v. 47-52). Sankt-Peterburq şəhəri Məhkəmə Tibbi Ekspertiza Bürosunun 352/335 nömrəli rəyindən görünür ki, X8 aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir:- ürəyin zədələnməsi ilə döş qəfəsinin nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, çənə nahiyəsinin kəsilmiş yarası, sol bazu önünün kəsilmiş yarası. Döş qəfəsinin kəsilmiş-deşilmiş (xətti formada, düz kənarlar, yaranın dərinliyinin onun uzunluğundan və enindən artıq olması) yarası kəsici deşici xüsusiyyətə malik olan əşyanın bir dəfə təsiri nəticəsində əmələ gəlib. Dərinin yarasının cərrahi işləməsi və həyata keçirilmiş cərrahi müdaxilə ilə əlaqədar olaraq travmatik əşyanın xüsusiyyətləri haqqında fikir bildirmək mümkün deyil. (Yara kanalının istiqaməti öndən arxaya, aşağıdan yuxarıya doğrudur, yara kanalının uzunluğu barədə fikir bildimək olmaz). Çənə nahiyəsinin kəsilmiş (xətti formada, düz kənarlar, yaranın dərinliyinin onun uzunluğundan və enindən artıq olması) və sol bazu önünün kəsilmiş (həkimin qeydlərinə əsasən) yarası iz yaradan hissəsində kəsici kənarı olan əşyanın təsiri nəticəsində əmələ gəlib. Sol bazu önünün kəsilmiş yarasının bədən hissələrinin əlləri ilə bağlamaq cəhdləri zamanı əmələ gələ bilməsi istisna edilmir. Döş qəfəsinin kəsilmişdeşilmiş yaralanması və çənə nahiyəsinin kəsilmiş və sol bazu önünün kəsilmiş yaraları bir travmatik əşyanın müxtəlif iz yaradan səthlərinin bədənin travma almış səthlərinə təsir etməsi şərti ilə həmin əşyanın təsiri nəticəsində yarana bilərdi. Bütün müəyyən edilmiş xəsarətlər qısa vaxt ərzində bir-birinin ardı ilə əmələ gəlib. Bədən xəsarətlərinin yetirilməsinin ardıcıllığını göstərən əlamətlər müəyyən edilmədi. xx.xx.2002-ci il tarixdə, saat 01.35-də zərərçəkmiş şəxsin stasionara daxil olması zamanı qeyd olunmuş kliniki təsvir və əməliyyat müdaxiləsinin məlumatları müəyyən edilmiş xəsarətlərin qərarın məlumatlarında qeyd edildiyi kimi xx.xx.2002-ci il tarixdə yaranması ehtimalını göstərir. Müəyyən edilmiş xəsarətlərin yetirilməsi zamanı zərərçəkmiş və hücum edən şəxs xəsarətlərin yerləşmə sahələrinin travmatik əşyanın təsirinə açıq olan istənilən qarşılıqlı yerləşmə mövqeyində ola bilərdilər. Lakin xəsarətlərin bədənin ön səthində yerləşməsini nəzərə alaraq, təxmin edirəm ki, onların yetirilməsi anında zərərçəkmiş və hücum edən şəxsin qarşılıqlı yerləşməsi üz-üzə olub. Ürəyin zədələnməsi ilə döş qəfəsinin nüfuz edən kəsilmiş-deşilmiş yaralanması həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa ağır zərər kimi təsnif edilir, bu konkret halda isə zərərçəkmişin ölümü ilə nəticələnmişdir. Həmin xəsarətlərin yetirilməsindən sonra zərərçəkmiş müstəqil şəkildə fəal hərəkətlər etmək qabiliyyətində olub. Çənə nahiyəsinin kəsilmiş yarası və sol bazu önünün kəsilmiş yarası 21 (iyirmi bir) gündən çox olmayan müddət ərzində sağlamlığın qısa müddətə pozulması ilə nəticələnir (zərərçəkmiş sağ qalsaydı) və buna görə də onların yetirilməsi zamanı zərərçəkmişin sağlamlığına yüngül zərər yetirilmişdir. Yuxarıda qeyd olunan yaralar zərərçəkmişin müstəqil şəkildə fəal hərəkət etmək qabiliyyətinə təsir etməyib. Mahir Əbülfətovun ölümü ağciyər-ürək çatışmazlığının inkişaf etməsi ilə hipostatik pnevmoniya ilə ağırlaşmış ürəyin zədələnməsi ilə döş qəfəsinin nüfuz edən kəsilmiş-deşilmiş yaralanması nəticəsində baş verib. Beləliklə, zərəçəkmişə yetirilmiş bədən xəsarətləri və onun ölümü arasında birbaşa səbəb-nəticə əlaqəsi vardır. Mahir Əbülfətovun ölümü Təcili yardım ETİ-də xx.xx.2002-ci il tarixdə, saat 18.45də təsdiq edilib. Mahir Əbülfətovun xx.xx.2002-ci il tarixdə, saat 01.35-də stasionara daxil olarkən alınmış qanının kimyəvi müayinəsi zamanı 1,4% konsentrasiyada etanol aşkar edilmişdir, bu da yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun ola bilərdi (cild 03, i.v. 61-66). Rusiya Federasiya Daxili İşlər Nazirliyi Sankt-Peterburq və Vilayətin Baş Daxili İşlər İdarəsi Moskva RDİİ-nin Ekspert-Kriminalistika Şöbəsinin 01 sentyabr 2002-ci il tarixli, 838 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş X6 hadisə zamanı əynində olmuş bir ədəd köynəyin ön səthində, aşağı kənarından 380 mm məsafədə və sol yan tikişdən 70 mm məsafədə, uzunluğu təxminən 8 mm olan materialın bir deşib keçmiş zədələnməsi var. Qeyd olunan zədələnmə deşilmiş-kəsilmiş zədələnmədir və düz kəsici işlək hissəsi olan alətin təsiri nəticəsində yaranıb. Bu alət tiyəsinin eni 10 mm olan bıçaq ola bilərdi. İzin identifikasiya üçün yararlılığı məsələsi yalnız onu yaradan konkret alət ilə müqayisə etdikdə həll edilə bilər. Təqdim edilmiş obyektdə digər zədələnmələr aşkar edilməmişdir (cild 03, i.v. 69-70). Sankt-Peterburq şəhəri Moskovski Rayon Prokurorluğunun 26 iyul 2002-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülməsi və bu barədə ona bildirilməsi qərara alınmışdır (cild 03, i.v 71-72). Sankt-Peterburq şəhəri Moskovski Rayon Prokurorluğunun 26 iyul 2002-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilmişdir (cild 03, i.v. 73). Sankt-Peterburq şəhəri Daxili İşlər İdarəsi Moskovskiy Rayonu Şöbəsi Cinayət- Axtarış Bölməsinin 27 avqust 2002-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hazırkı cinayət işi üzrə cinayət şahidlərinin və cinayətinin alətinin müəyyənləşdirilməsi mümkün olmamışdır (cild 03, i.v. 79). Sankt-Peterburq şəhəri Moskovskiy Rayon Prokurorluğunun 24 oktyabr 2002-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, 03 mart 2003-cü il tarixli qətnaməsi ilə ibtidai istintaq təzələnmişdir (cild 03, i.v. 95; 97-98). Rusiya Federasiya İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Rusiya Federasiyası İstintaq Komitəsi Baş İstintaq İdarəsi Moskva rayonu üzrə İstintaq Şöbəsinin 12 mart 2003-cü il tarixli arayışından görünür ki, hadisə vaxtı X6 əynində olmuş bir ədəd köynək “maddi sübutların məhv edilməsi haqqında” akt və “Sankt-Peterburqun Moskva rayonunun prokurorluğunun saxlanma kamerasında qəza ilə əlaqədar cinayət işləri üzrə maddi sübutların bundan sonra saxlanılması üçün yararlılığının müəyyən edilməsi üzrə yerli ekspert komissiyasının yaradılması haqqında” 4 nömrəli əmri əsasında məhv edilmişdir (cild 03, i.v. 101). Sankt-Peterburq Moskva Rayon Prokurorluğunun 14 mart 2003-cü il tarixli qətnaməsi və 18 mart 2003-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilmiş və barəsində axtarış işi açılmışdır (cild 03, i.v. 102-104). Sankt-Peterburq Moskva Rayon Məhkəməsinin 24 mart 2003-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i.v. 107-108). Sankt-Peterburq şəhəri Moskva Rayon Prokurorluğunun 12 aprel 2003-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, 20 may 2003-cü il tarixli qətnamə ilə isə ibtidai istintaq təzələnmişdir (cild 03, i.v. 119-122). Sankt-Peterburq Moskva Rayon Prokurorluğunun 30 may 2003-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (cild 03, i.v. 159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 27 avqust 2008-ci il, 3/6-37/6 nömrəli məktubundan görünür ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs Lənkəran rayonunun Osaküçə kəndində yaşaması barədə Sankt- Peterburq və X25 İşlər Baş İdarəsi Xüsusi Milis Xidmətinin İdarə rəisinə məlumat verilmişdir (cild 03, i.v. 165). Rusiya Federasiyası Prokurorluq yanında İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 03 oktyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, 24 oktyabr 2014-cü il tarixli qətnamə ilə Təqsirləndirilən şəxs yenidən beynəlxalq axtarışa verilmişdir (cild 03, i.v. 174-179). Rusiya Federasiyası Prokurorluq yanında İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 25 oktyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (cild 03, i.v. 185-187). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 23 noyabr 2021-ci il tarixli, 073/xx/xx-1221 nömrəli məktubunda göstərilmişdir ki, Həbibov X24 rayonu, Məştağa qəsəbəsi, Ramanı Sovxozu, yeni yaşayış massivi ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (qanunsuz olaraq silah daşıma) cinayət məsuliyyətinə cəlb edilmişdir və barəsində həbs sanksiyası mövcud deyildir (cild 03, i.v. 189). Rusiya Federasiyası Prokurorluq yanında İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 05 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq təzələnmişdir (cild 03, i.v. 190-191). Rusiya Federasiyası İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq yenidən başlanılmışdır (cild 03, i.v. 192- 194). Rusiya İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin Moskovskiy Rayon İstintaq Şöbəsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, hadisə vaxtı X6 əynində olmuş bir ədəd boz-qara rəngli qısaqollu kişi köynəyi hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 03, i.v. 197). Rusiya Federasiyası İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 05 iyul 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus X7 götürülmüş ümumvətəndaş pasportunun üçüncü səhifəsində aşağıdakı məlumat var: şəkil, passport P0942463, type PP Code of state AZE, Surname Habibov, given name, patronymic AFGAN, nationality: Azerbaijan, Date of birth xx.xx.1967, date of issue xx.xx.2002, date of expiry xx.xx.2007, sex K/M, place of birth AZERBAİJAN, authority MİNİSTRY OF İNTERNAL AFFAİRS, PPAZEHABİBOV <<AFGAN<P0942463<3AZE6706061M**********ERUS<<40, dördüncü səhifəsində iki imza və möhür, qalan səhifələrdə məlumat yoxdur, otuz iki ilə otuz üçüncü səhifələr arasında üçüncü səhifədəki şəklində olan şəxsə oxşayan şəxsin şəkili (cild 03, i.v. 201-202; 42-45). Rusiya Federasiyası İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus P0942463 nömrəli ümumvətəndaş pasportu maddi sübut kimi tanınmış və hazırkı cinayət işi materiallarına əlavə olunmuşdur (cild 03, i.v. 203). Rusiya Federasiyası İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 06 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, 27 dekabr 2022-ci il tarixli qətnamə ilə isə ibtidai istintaq təzələnmişdir (cild 03, i.v. 204-206;209-211). Rusiya İstintaq Komitəsi Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi Moskovskiy Rayon İstintaq Şöbəsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülmüş və bu barədə ona elan olunmuşdur (cild 03, i.v. 218-220). Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri üzrə X5 üzrə Şöbəsinin 27 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti ərazisində yaşadığı və ya olduğu yer üzrə qeydiyyatda olmamışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşlığına qəbul edilmək, qaçqın statusu, müvəqqəti və ya siyasi sığınacaq əldə etmək məsələləri üzrə həmin idarəyə müraciət etməmişdir (cild 03, i.v. 222). Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Konsulluq Departamenti Şöbəsinin 27 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası diplomatik nümayəndəliklər və konsulluq idarələrində Rusiya Federasiyası vətəndaşlığı əldə etmək və Rusiya Federasiyası vətəndaşlığından çıxmaq məsələlərini rəsmiləşdirən şəxslər arasında habelə, ona Rusiya Federasiyası vətəndaşı pasportunun verilməsi barədə elektron bazada məlumat olmamışdır (cild 03, i.v. 224). Rusiya Federasiyası İstintaq Komitəsi Baş İstintaq İdarəsi Sankt-Peterburq Moskovskiy Rayonu üzrə İstintaq Şöbəsinin 28 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs axtarışı ilə əlaqədar hazırkı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, 30 mart 2023-cü il tarixli qətnamə ilə isə ibtidai istintaq təzələnmişdir (cild 04, i.v. 06-08; 52-54). Azərbaycan Respublikası Baş Prokurorluğunun 08 may 2023-cü il tarixli, 04/1718 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qəsdən adam öldürmə) təqsirləndirilməsinə dair hazırki cinayət işi ibtidai istintaqın aparılması üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmiş və icraata qəbul olunaraq istintaqı davam etdirilmişdir (cild 05, i.v. 02-03). Lənkəran Rayon Prokurorluğunun 16 may, 16 noyabr 2023-cü il tarixli qərarları və 05 iyun 2023-cü il tarixli aktından görünür ki, cinayət işi üzrə icraat iş materiallarının (ümumilikdə, İ cild 290 səhifə, İİ cild 67 səhifə) rus dilindən azərbaycan dilinə tərcümə olunması üçün müvafiq tərcümə mərkəzinə göndərilməkdən ötrü dayandırılmış, iş materialları tərcüməçi fiziki şəxs X3 təqdim edilmiş və sonuncu tərəfindən qəbul edilmiş, 16 noyabr 2023-cü il tarixdə icraat təzələnmişdir (cild 05, i.v. 04-06; 13). Lənkəran Rayon Prokurorluğunun 16 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə (köhnə redaksiyada) tövsif edilmişdir (cild 05, i.v. 14-15). 13 yanvar 2017-ci il tarixli, AZ-İ 848783 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 25 iyul 2002-ci il tarixdə “ürək, böyrək çatmamazlığı” səbəbindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ölmüşdür (cild 05, i.v. 32). Lənkəran Rayon Prokurorluğunun 21 noyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumuna məlumat verilmiş və ona sənədlərin surəti təqdim olunmuşdur (cild 05, i.v. 46; 57-58). Lənkəran Rayon Prokurorluğunun 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 05, i.v. 69- 70). Lənkəran Rayon Məhkəməsinin 4(049)-315/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 05, i.v. 91-93). Lənkəran Rayon Prokurorluğunun 24 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X15 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək əvvəlki ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiqləmişlər (cild 05, i.v. 102-103). Lənkəran Rayon Prokurorluğunun 24 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək əvvəlki ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiqləmişlər (cild 05, i.v. 104-106). Şahid2 Höccət qızının 10 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs ilə arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməsini istəmədiyini və ifadəsində bildirdiklərinin doğru olduğunu bildirmişdir (cild 05, i.v. 121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 dekabr 2023cü il tarixli, 3436 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. O, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra və hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, laqeydlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, hirslilik kimi hallar əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 05, i.v. 132-136). Lənkəran Rayon Prokurorluğunun 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (köhnə redaksiyada) elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; cinayətin törədilmə vasitəsi olan bıçağın hazırda harada olması və axtarışı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 14 dekabr 2023-cü il tarixli məktubu (bıçağın harada gizlədilməsi və ya saxlanılması müəyyənləşdirilməmişdir) nəzərə alınmış; Təqsirləndirilən şəxs məxsus P0942463 nömrəli ümumvətəndaş pasportunun maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 05, i.v. 144-165). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 7 (yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində (EMİS) Təqsirləndirilən şəxs şəxsi məlumatlarına dair portal çıxarışında qohumluq məlumatları əks olunan hissədə onun xx.xx.2009-cu il təvəllüdlü Həbib və xx.xx.2010-cu il təvəllüdlü Lətif adlı iki uşağının olduğu qeyd edilmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, 125ci maddəsinin 7-ci bəndinə görə isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X18 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, o, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi (hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmişdir) yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, onlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci maddəsi adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməni nəzərdə tutur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs əməli doğru olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsinə (köhnə redaksiyada) tövsif edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Mahir Əbülfətovu öldürmək niyyətində olmaması, istəsəydi bunu əvvəllər də edə biləcəyi, aralarında yaranmış qarşılıqlı mübahisə zamanı Mahir fiziki baxımdan ondan güclü olduğu və onu yerə yıxıb vurduğu üçün özünü müdafiə etmək məqsədilə üzərində olan bıçaqla ona xəsarət yetirməsi, bu zaman orada olan şəxslərin onları mübahisə etməmələri üçün ayırmadıqları, bıçağın Mahirin ürək nahiyyəsinə girməsini sonradan eşitdiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə əsaslı sübutlarla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etməyərək sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə heyəti şahid qismində dindirilmiş Şahid2 Höccət qızının məhkəmə iclasında verdiyi ifadəsində qardaşı Təqsirləndirilən şəxs ona həmkəndliləri Mahir Əbülfətovu öldürmək fikri olmadığı, Mahir fiziki baxımdan ondan güclü olduğu və onu döydüyü üçün özünü müdafiə etmək məqsədilə bıçaqla vurmasına dair bildirdiyini, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqə ifadəsində yazılan heç bir sözü deməməsi, latın qrafikası ilə yazıb-oxuması olmadığından müstəntiqin onun ifadəsini saxtalaşdırması barədə dediklərini məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilən şəxsin yaxın qohumu, yəni bacısı olması, təqsirləndirilənin məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir. Bundan başqa, Şahid2 ibtidai istintaq zamanı qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsinə baxmayaraq, qardaşı olduğu üçün aralarında üzləşdirmə istintaq hərəkətinin keçirilməsini istəmədiyi və ifadəsində bildirdiklərinin doğru olduğu barədə ərizə də təqdim etmişdir ki, bu da özü-özlüyündə şahidin ifadə verərkən nə dərəcədə həqiqətə uyğun və səmimi olmasını açıq-aydın ifadə edir. Bundan əlavə müdafiə tərəfi məhkəməyə vəsatət verərək cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü hazırki cinayət işi üzrə təqsirli bildiyi ifadələrini ibtidai istintaq zamanı psixoloji təsir altında alındığından, habelə Şahid2 müstəntiqə verdiyi ifadəsinin onun sözləri ilə doğru yazılmamasını bildirdiyinə görə onların həmin ifadələrinin sübut kimi yolverilməz materiallar hesab olunmaqla sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə heyəti hesab edir ki, müdafiə tərəfinin irəli sürdüyü tələb əsassızdır və təmin olunmamalıdır. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə sübut kimi yolverilməz materiallar dedikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilmiş yollarla əldə edilmiş sübutlar başa düşülməlidir. Sübutlar həm də o zaman yolverilməz hesab ediləcəkdir ki, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olsun. Təqsirləndirilən şəxs və Şahid2 cinayət işinin materiallarında olan ifadələrinə nəzər salanda görünür ki, onların həmin ifadələri cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, konstitutsion hüquq və vəzifələri pozulmadan əldə olunmuşdur. Müdafiə tərəfi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixoloji təsir altında, Şahid2 isə azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb-oxumağı bacarmadığı halda mütəxəssisin iştirakı olmadan dindirilməsini iddia etsə də, bunları sübut edə bilməmişdir. Əksinə, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 beşinci sinifdə oxuyandan ayrı-ayrı dövlət orqanlarında müxtəlif işlərdə işlədiyini, hüquq işlərindən də yaxşı anladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Müdafiə tərəfi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona göstərilmiş psixoloji təsir nəticəsində etirafedici ifadələr verməsi məcburiyyətində qalmasını bildirsə də, təqsirləndirilən bununla əlaqədar müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına və peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq nə özü, nə də vəkili bu hüquqlarından istifadə etmişdirlər, habelə təqsirləndirilən bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müstəntiq tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi bir sıra sübutların yolverilməz olduğundan sübutlar siyahısından çıxarılmalı olmasını iddia edən müdafiə tərəfi iddiasını əsaslandıra bilməmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələ zərərçəkmiş şəxs Mahir Əbülfətovun müalicə müəssisəsinə özünün müraciət etməsi və bədən xəsarətləri aldığı şəraiti xatırlamaması barədə Sankt-Peterburq şəhəri X39 Şöbəsi 62-ci Milis Şöbəsinin 21 iyul 2002-ci il tarixli arayışı olmuşdur. Məhkəmə heyəti nəzərə alır ki, elə həmin arayışda Mahir Əbülfətovun aldığı xəsarətlə əlaqədar əməliyyat olunması və dindiriləcək vəziyyətdə olmaması göstərilmişdir. Belə olan halda arayışda təsvir edilən vəziyyətdə olan şəxsin dediklərinə sübuti əhəmiyyət verilməsi qanunamüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.2 və 126.4cü maddələrinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabliyyətinə malik olmadığı qəbul edildikdə onun ifadəsinə sübuti əhəmiyyət verilə bilməz. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Mahir Əbülfətova bıçaqla qəsdən xəsarətlər yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çənə nahiyəsində kəsilmiş yara və sol bazu önü nahiyəsində kəsilmiş yara ilə nəticələnən xəsarətlər yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq digər şəxsi qəsdən həyatdan məhrum etmə ilə qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (köhnə redaksiyada) ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı olmaqla iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən özünü təqsirli bildiyi hissədə peşiman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci maddəsinə əsasən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə altı ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin (köhnə redaksiyada) sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin (köhnə redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, yəni 20 iyul 2002-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə şəxslərə şamil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır:- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Bundan başqa, iş materiallarından o da görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(008)-287/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza müddətinin başa çatması ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, həmin Məcəllənin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbinə görə Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(008)-287/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə qəti olaraq cəzası təyin edilməli, birinci hökmə əsasən çəkdiyi 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün və həmin hökm üzrə təyin olunmuş cəzadan çıxılmış 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı iki gün müddət qəti cəza müddətinə hesablanmalı və təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur və 56.1.2-ci maddəyə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində (məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır) nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus P0942463 nömrəli ümumvətəndaş pasportunun cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və sözügedən sənəd iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(008)-287/2022 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun birinci hökmə əsasən çəkdiyi 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün və həmin hökm üzrə təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün müddət məhkum olunduğu 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 noyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə maddi sübut kmi tanınmış Təqsirləndirilən şəxs məxsus P0942463 nömrəli ümumvətəndaş pasportunun cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin sənəd iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar