Məhkəmə qərarları › İş №1(099)-317/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-317/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-317/2025 23.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 1959-cu ildə Cəlilabad rayonunun Pokrovka (indiki Günəşli) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə onun sağ göz nahiyəsindən qəsdən vuraraq, ona “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ağır onkoloji xəstə olduğu üçün sanitar qovşağa gedə bilməmiş, dəfələrlə ona “karaşok” almasını arvadı Zərərçəkmiş şəxs bildirmiş, lakin sonuncu almamış, nə də, bu barədə Bakıda olan oğlanlarına demişdir. Məlahətdən sonra münasibətdə olduğu, lakin rəsmi nikahda olmadığı ikinci qadından olan qızı ona əsa almamışdan qabaq yeriyə bilməmiş, uşaq kimi iməkləmişdir. Məlahət onunla birlikdə yaşamadığı müddətdə başqa qadınla qeyri-rəsmi münasibətdə olmuş, sonra yenidən Məlahətlə bir evdə yaşamışdır. Həm oğlanları, həm də qızı qulluğunda dayanmışlar. 11 fevral 2025-ci il tarixdə, səhər saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində qızdırıcı sobanın yanında uzandığı vaxt arvadı Məlahətdən ona qulluq etməsini xahiş etmiş, Məlahət isə ona cavab vermədən durub getmiş, onkoloji xəstə olduğuna görə əsəbləri yerində olmadığı üçün qəzəblənib, uzandığı yerdə yanında qoyduğu qulplu plastmas su qabını Məlahətin oturduğu istiqamətdə atmış, qab çarpayının ayaq tərəfdən taxta hissəsinə dəyib yerə düşmüş, yəni Məlahətə dəyməmişdir. Həmin su qabında daim su olurmuş, şəkər xəstəsi olduğu üçün yanında saxlayıb, içərisindəki sudan istifadə etmişdir. Bu hadisədən sonra Məlahət sakitçə evdən çıxıb getmiş, onun hara getdiyini bilməmişdir. Arvadı ilə arasındakı bu mübahisə beş dəqiqə davam etmiş, otaqda ikisi olmuş, kənar şəxslərdən heç kim onları görməmişdir. Həmin vaxt ölü vəziyyətində olmuş, yerindən ayağa qalxa bilməmiş, tək-tənha qalmış, bacısına zəng vurub baş verənləri danışmışdır. Məlahəti yumruqla vurmamışdır, boksyor deyil ki, ona gözünü zədələyəcək qədər xəsarət yetirsin. Bundan başqa, Məlahətin oturduğu yerlə onun uzandığı yer arasında xeyli məsafə olmuşdur, hansı ki, həmin məsafədən ayağa durmadan onu yumruqla vura bilməzdi, ayağa qalxması isə mümkün deyildir. Məlahətin dərisi yumşaq olduğu üçün ona toxunmuş olsaydı, izi qalarmış, halbuki, gözünün altına xal belə düşməmişdir. Oğlu Şahid2 ondan anasını niyə yumruqla vurduğunu soruşduqda, təəccüblənmiş və onun anasını yumruqla vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, uzun müddət dənizdə işləmiş, spirtli içki qəbul etsə də, aludəçisi olmamışdır. Spirtli içki qəbul etməsinə səbəb səhhətində olan problemlərlə, ağrıması ilə əlaqədar olmuşdur. Arvadı Zərərçəkmiş şəxs ona həmişə “qocalanda səni görəcəyəm” demiş, yəni, qərəzli hərəkət edərək, onu şikayət etmişdir. Məlahətin ona qarşı qərəzli olmasına səbəb onun üzərinə arvad alması olmuşdur. Məlahətə tərəf atdığı qulplu su qabı boş olmuşdur. Hadisə günü içkili olmamış, həmin gündən bir-iki gün əvvəl spirtli içki qəbul etmişdir. Spirtli içkini ona görə içmişdir ki, dərmanları ona təsir etmirmiş və içki içib yuxuya gedirmiş. Məlahətin gözündəki xəsarətin necə yarandığını bilmir. Arvadında olan xəsarətlə bağlı niyə şikayət etməməsinin səbəbini deyə bilməz, onu Məlahət özü bilər. Ağır onkoloji xəstə olduğu üçün arvadında olan xəsarətlə maraqlana bilməmişdir. Əvvəllər arvadı ilə arasında sözlə mübahisələri olmuş, lakin onu vurmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən, ziddiyyət yaranmış hissələrdə elan edilmiş və məlum olmuşdur ki, o, xx.xx.2025-ci il tarixli ifadəsində ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində qızdırıcı sobanın yanında uzandığı vaxt, arvadı Zərərçəkmiş şəxs ona qulluq etməsini xahiş etmiş, Məlahət ona kobud cavab vermiş, o da onkoloji xəstə olduğuna görə əsəbləri yerində olmadığı üçün qəzəblənib uzandığı yerdə yanında qoyduğu plastmas su qabını Məlahətə tərəf tullamış, lakin həmin qabın arvadına dəyib-dəyməməsini bilməmişdir (iş vərəqi 97- 98). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşının axşam vaxtı onlara gələrək ona sənədə qol çəkdirməsi, ifadəni oxumadan imzalaması ilə əlaqələndirmiş və məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyərək, yumruqla göz kor olsaydı, bütün boksyorların kor olduqlarını, vaxtı ilə dənizdə işlədiyini, fəal, cəld adam olduğunu, hazırda isə ağır xəstə olduğu üçün saxlanıldığı penitensiar müəssisədə qulluğunu tutmalı olan şəxsə ehtiyacı olmasını, ömrünün son günlərini yaşadığını, bir vaxtlar canında olan ağrılara dözə bilmədiyi üçün sirkə içib özünü öldürməyə cəhd etdiyini, arvadı Zərərçəkmiş şəxs onun ağır xəstə olmasına baxmayaraq, ona baxmadığını bildirərək, məhkəmədən barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş, habelə məhkəmədəki ifadələrini (xx.xx.2025-ci il tarixdə arvadı ilə arasında ailə münaqişəsi zəminində mübahisə olması hissədə), zərərçəkmiş şəxs və şahidin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 1984-cü ildə ailə həyatı qurmuşlar, birgə nikahdan iki oğlu var. Əri ilə arasında ədavət və ya düşmənçiliyi yoxdur. Vüqar spirtli içki aludəçisidir, demək olar ki, hər an alkoqolun təsiri altında olmuş və bu səbəbdən aralarında yaşadıqları evdə mütəmadi olaraq lüzumsuz mübahisələr yaranmışdır. Vüqarın spirtli içki aludəçisi olması onun həyat tərzinə təsirsiz yanaşmamışdır. 11 fevral 2025-ci il tarixdə, səhər saat 06 radələrində ərinin həmişəki kimi spirtli içkinin təsiri altında olmasını, buna görə də, yenə mübahisə yaradacağını düşünüb, onun yatmasını gözləmək məqsədilə evin həyətinə düşmüş, təxminən on dəqiqə keçdikdən sonra artıq yatmasını fikirləşib, habelə havanın soyuq olması ona təsir etdiyindən evə daxil olub, sobanın yanında isinməyə başlamışdır. Həmin vaxt ərinin hələ yatmadığını müşahidə etmiş, bundan bir neçə dəqiqə sonra yanında yerdə döşəkçənin üzərində uzanmış əri Vüqar sol əli ilə gözləmədiyi anda, qəfildən, yumruqla onun sağ göz nahiyəsinə zərbə endirmişdir. Gözündə narahatlıq, ağrı hiss edib, gözündən qan axmasını görüb, etdiyi bu hərəkətin nə dərəcədə düzgün olmasını ərinə sual edib, gözünü zədələməsini bildirmiş, əri də cavab olaraq onun qaş nahiyəsinə vurmasını, gözünə vurmaq istəmədiyini bildirmişdir. Gözü o vəziyyətdə olsa da, ərinə yemək gətirmiş, lakin getdikçə vəziyyəti ağırlaşdığı üçün evdən çölə çıxıb qonşuya gedərək oğlu Şahid1la mobil telefon əlaqəsi saxlayıb, baş verənləri ona danışmışdır. Bir neçə dəqiqədən sonra digər oğlu Şahid2 qayınatası X30 məxsus “Mercedes” markalı avtomobillə onun yaşadığı evə gəlib, onu götürüb Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada müayinə olunduqdan sonra səhhətinin qənaətbəxş olmadığı müəyyənləşdirildiyi üçün təkrar müayinə olunması üçün ona, Bakı şəhərində yerləşən “Akademik Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzi”nə göndəriş verilmişdir. Həmin gün oğlanları ilə birlikdə Oftolmologiya Mərkəzinə getmiş, orada müayinə olunduqdan sonra əlavə müayinə olunması üçün ona, Bakı Kliniki Tibb Mərkəzinə göndəriş verilmişdir. Hazırda sağ gözü görmür, görmə qabliyyətini tamamilə itirmişdir. Bundan başqa, əri Təqsirləndirilən şəxs 2001-ci ildə onun sol göz nahiyəsinə dizi ilə zərbə endirərək, ona xəsarət yetirmiş və bu səbəbdən həmin gözündə həssaslıq və görmə problemi yaranmış, həmçinin 2008-ci ildə də onu döyüb burnunu sındırmışdır. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxs hadisə baş verən gün qulplu plasmas su qabını ona tərəf atmamışdır. Ərinin bu barədə dedikləri tamamilə yalandır. Vüqar səbəbsiz yerə, qəflətən yumruqla onun sağ göz nahiyəsinə xəsarət yetirmişdir. Bundan qabaq iki dəqiqə sobanın yanında isinmişdir. Vüqar onu vurduqdan sonra yemək istəmiş, o da gözünü dəsmalı ilə tuta-tuta hazır yeməyi isidib ona vermişdir. Vüqar əvvəllər də içkili vəziyyətdə qəfildən onu vurmuşdur. Hadisə baş verən gün Vüqar onu oturaq vəziyyətdə olanda vurmuş, hər ikisi oturaq vəziyyətdə olmuşlar. Vuqarın onu vurması barədə ilk olaraq oğlu Şahid1 bilmiş, bunu ona özü bildirmişdir. Cavidə atasının onu hansı formada vurduğunu bildirməmişdir. 12 fevral 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub, 19 fevral 2025-ci il tarixdə isə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib, əri Vüqar tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hadisə vaxtı evdə ikisindən başqa heç kim olmamış, mübahisə zamanı ərinə hər hansı müqavimət göstərməmişdir. Hadisə anidən baş verdiyi üçün mübahisənin müddəti demək olar ki, olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədəki çıxışında Təqsirləndirilən şəxsla barışmadığını, ona qarşı mülki iddia və tələbi olmasa da, onu bağışlamadığını və ondan şikayətçi olmasını, iki il müddətə azadlıqdan məhrum edilməklə, barəsində qanunamüvafiq qaydada yekun cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır və valideynləri ilə arasında ədavət və ya düşmənçiliyi yoxdur. 10 fevral 2025-ci il tarixdə, saat 11-12 radələrində atasıgilə gəlmiş, həmin günü axşam saat 17 radələrinədək onlarda olmuşdur. Həmin vaxt atası ilə anasının arasında normal münasibət olmuşdur. Hətta həmin gün axşam saat 22 radələrində atasıgil “WhatsApp” proqram təminatı vasitəsilə onun uşaqları ilə danışmışlar. Anasına atası söz dediyi təqdirdə əhəmiyyət verməməsini bildirmişdir. Səhəri gün tezdən qardaşı Şahid1 ona zəng edib, atasının anasını vurmasını və sonuncunun onu gözləməsini demiş, dərhal anasının yanına getmiş, sonuncunun əli ilə gözünü tutduğunu və gözündən qan gəldiyini görmüşdür. Anası ona Vüqarın onu yumruqla vurmasını bildirmişdir. Qayınatası X30 avtomobili ilə anasını Cəlilabad Rayon Xəstəxanasına, vəziyyəti ağır olduğu üçün oradan da Bakıda yerləşən xəstəxanaya aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Cəlilabad rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs 055 336-52-62 saylı mobil nömrədən zəng edərək xx.xx.2025-ci il tarixdə əri Vüqar tərəfindən döyülməsi barədə məlumat vermişdir (iş vərəqi 04). Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 13:00-da Respublika Kliniki Xəstəxanadan Zərərçəkmiş şəxs göz alması və göz yuxarı toxumalarının əzilməsi, gözdaxili möhtəviyyatının ön kamerasının çıxması diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 06). Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 19:40-da Bakı şəhəri KTM-dən Zərərçəkmiş şəxs başın küt travması diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur, deməsinə görə evdə yıxılmışdır (iş vərəqi 08). Cəlilabad Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evidir, Təqsirləndirilən şəxs tərəfindən həmin yer təqdim edilmiş və bu barədə fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 14-16). Zərərçəkmiş şəxs Cəlilabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülmüş və bu barədə xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət etmişdir (iş vərəqi 17). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 112 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən olunan “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara” xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabliyyətinin 3/1-dən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqi 21-23). Cəlilabad Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə materiallar aidiyyəti üzrə həmin şöbənin istintaq bölməsinə göndərilmişdir (iş vərəqi 25-27). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs fiziki zərər yetirildiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 37). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 68-69). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli, 1981 nömrəli qərarı və iltizamından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və bu barədə ondan iltizam alınmışdır (iş vərəqi 81; 83). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (iş vərəqi 86). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 89-90). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və o, həmin qərarla tanış olmuş, lakin yataq şəraitində müalicə aldığı, hərəkət məhdudluğu olduğu üçün ekspertizadan keçirilməkdən imtina etmişdir (iş vərəqi 103). xx.xx.2017-ci il tarixli müayinə çıxarışı və ona əlavə edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ağır onkoloji xəstəlikdən əziyyət çəkir (iş vərəqi 107-115). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (iş vərəqi 117). Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olmaqla, orada yaşamış, sakit xarakteri ilə digərlərindən fərqlənmiş, əvvəllər “Socar” dövlət neft şirkətində işləmiş, son dövrlər içki aludəçisi olduğundan ailəsi ilə arasında münaqişə yaşamışdır (iş vərəqi 119-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 550.000 manat məbləğində cərimə cəzasına; həmin məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir (iş vərəqi 123-124). Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddələrinə əsasən, məhkumluq azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.1, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına dair həmin polis şöbəsinin eyni tarixli məktubunda göstərilmişdir ki, 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs araslarında baş vermiş ailə münaqişəsi zəminində yumruqla vuraraq göz nahiyəsindən xəsarət yetirməsini kənar şəxslərdən heç kim görməmiş, həmin dava-dalaşa ətrafdan kənar şəxslər yığışmamış və hadisə qısa müddət davam etmişdir. Həmçinin onlar arasında olan münaqişənin baş verdiyi yerdə müşahidə və mühafizə kameraları aşkar olunmamışdır (iş vərəqi 126). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 127-132). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-317/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, onun axtarışı elan edilməklə, cinayət işi üzrə icraat tutulmasınadək dayandırılmışdır. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində saxlanılaraq şöbənin Müvəqqəti Saxlama Yerinə təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması üçün 20 may 2025-ci il tarixdə kompleksə təhvil vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-317/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarından görünür ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə tutulması ilə iş üzrə icraatın dayandırılması üçün əsas aradan qalxmış və iş üzrə icraat təzələnmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə bildirir ki, tərəflərin bərabərliyi prinsipi məhkəmə proseslərində tam şəkildə təmin olunmuş, hər iki tərəfin hüquqlarına hörmətlə yanaşılmış, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxsə, şahidə birbaşa, habelə müdafiəçisi vasitəsi ilə suallar verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqinin nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İstinad olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər ki, bu da öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, səhər saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində qızdırıcı sobanın yanında uzandığı vaxt arvadı Zərərçəkmiş şəxs ona qulluq etməsini xahiş etməsinə baxmayaraq, Məlahətin ona cavab vermədən durub getməsi, onkoloji xəstə olduğuna görə əsəbləri yerində olmadığı üçün qəzəblənib uzandığı yerdə yanında qoyduğu qulplu plastmas su qabını Məlahətin oturduğu istiqamətdə atması, həmin qabın çarpayının ayaq tərəfdən taxta hissəsinə dəyib yerə düşməsi, Məlahətə dəyməməsi, ümumiyyətlə Məlahətin gözünə xəsarət yetirməməsi, oğlu Şahid2 ondan anasını niyə yumruqla vurduğunu soruşduqda, təəccüblənərək onun anasını yumruqla vurmaması, Məlahətin gözündəki xəsarətin necə yarandığını bilməməsi barədə dedikləri əsassız olaraq törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatında, hadisə yerinə baxış keçirilərkən, şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində qeyd etmişdir ki, 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində qızdırıcı sobanın yanında uzandığı vaxt arvadı Zərərçəkmiş şəxs ona qulluq etməsini xahiş etmiş və sonuncu ona kobud cavab verdiyi, o da onkoloji xəstə olduğuna görə və əsəbləri yerində olmadığı üçün qəzəblənib uzandığı yerdə yanında qoyduğu plastmas su qabını Məlahətə tərəf tullamış, lakin həmin qabın arvadına dəyib-dəyməməsini bilməmişdir. Buradan belə görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan izahat və ifadələrində 11 fevral 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəminində mübahisə baş verməsini, hətta plastmas su qabını arvadına tərəf atdığını səmimi etiraf etmiş, həmin su qabının arvadına dəyib-dəymədiyini görməməsini deməklə, dəymədiyini birmənalı şəkildə bildirməməklə, dəyə biləcəyini inkar etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai istintaqda, həmçinin məhkəmədə verdiyi ifadələrində bildirmişdir ki, 11 fevral 2025-ci il tarixdə, səhər saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində qızdırıcı sobanın yanında oturduğu vaxt yanında yerdə döşəkçənin üzərində uzanmış əri Təqsirləndirilən şəxs sol əli ilə gözləmədiyi anda, qəfildən, yumruqla onun sağ göz nahiyəsinə zərbə endirmiş, bundan sonra gözü ağrıdığı və gözündən qan gəldiyi üçün qonşuya gedib oğlu Şahid1la mobil telefon əlaqəsi saxlayıb, baş verənləri ona danışmış, bir neçə dəqiqədən sonra digər oğlu Şahid2 qayınatasının avtomobili ilə gəlib onu əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakı şəhərində yerləşən “Akademik Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzi”nə və Bakı Kliniki Tibb Mərkəzinə aparmışdır. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq etmiş, atası Təqsirləndirilən şəxs anası Məlahəti yumruqla vurmasının şahidi olmasa da, 11 fevral 2025-ci il tarixdə tezdən qardaşı Şahid1 ona zəng edib, atasının anasını vurmasını və sonuncunun onu gözləməsini deməsini, dərhal anasının yanına getməsini, sonuncunun əli ilə gözünü tutduğunu və gözündən qan gəldiyini gördüyünü, anasının ona Vüqarın onu yumruqla vurmasını dediyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallaında olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportunda göstərilmişdir ki, Cəlilabad rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs şöbəyə zəng edərək xx.xx.2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli digər raportunda göstərilmişdir ki, həmin tarixdə, saat 13:00-da Respublika Kliniki Xəstəxanadan Zərərçəkmiş şəxs göz alması və göz yuxarı toxumalarının əzilməsi, gözdaxili möhtəviyyatının ön kamerasının çıxması diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Zərərçəkmiş şəxs Cəlilabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülmüş və bu barədə xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 112 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində Zərərçəkmiş şəxs müəyyən olunan sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara xəsarətinin bərk küt əşyanın təsirindən törənməsi, törənmə müddətinin qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəldiyi, dərəcəsinə görə ümumi əmək qabliyyətinin 3/1-dən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid olması əks olunmuşdur. Beləliklə, yuxarıda sadalanan təqsirləndirilən şəxsin ibtidai istintaqdakı izahat və ifadələrinə, raportların və ərizənin məzmununa, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, səhər saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində aralarında olan ailə münaqişəsi zamanı (təqsirləndirilən şəxsin izahat və ifadələrinə münasibətdə) arvadı, iş üzrə Zərərçəkmiş şəxs gözünə yumruqla xəsarət yetirməsi (zərərçəkmiş şəxs və şahidin ifadələri, raportlar, ekspert rəyinə münasibətdə) öz təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ibtidai istintaq zamanı özünü qismən təqsirli bildiyi halda, məhkəmədə özünü təqsirli bilməməsi hissədə yaranmış ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşının axşam vaxtı onun evinə gələrək ona sənədə qol çəkdirməsi, ifadəni oxumadan imzalaması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi o, ibtidai istintaq zamanı peşəkar vəkillə təmin olunmuş və ifadələrini həmin vəkilin iştirakı ilə vermiş, bütün ifadələri özü və vəkili tərəfindən imzalanmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, dindirmənin tarixi həmin gün, başlama vaxtı saat 14:25, bitmə vaxtı isə 15:10 kimi qeyd olunmuşdur. Bundan əlavə, sözügedən protokolun sonunda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq, “ifadəmi oxudum, sözlərimlə düz yazılıb, əlavəm yoxdur, düzdür, doğruluğunu imzamla təsdiq edirəm” cavabını vermiş və protokolu imzalamışdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin ona axşam vaxtı, oxunmadan imzalatdırılması nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Beləliklə, onun ibtidai istintaq ifadənin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsini müdafiəçisinin iştirakı ilə verməsinə və həmin ifadəsinin 11 fevral 2025-ci il tarixdə yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəminində mübahisə olması və mübahisə zamanı bu və ya digər formada arvadına xəsarət yetirə bilməsi faktı üzrə özünü qismən təqsirli bilməsini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda göstərmişdir ki, o, 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ailə münaqişəsi zəmnində xuliqanlıq niyyəti ilə aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə sağ göz nahiyəsindən qəsdən vuraraq, “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 3/1-dən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmuşdur. Məhkəmə tərkibi aparılmış məhkəmə istintaqının nəticəsində belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmədə mübahisəsiz şəkildə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə onun sağ göz nahiyəsindən qəsdən vuraraq, ona “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsini müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə desək, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Hazırkı iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin norması xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmanı nəzərdə tutan 126.2.4-cü maddəsidir. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən, bu mövqeyini faktiki olaraq yalnız “sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xuliqanlıq niyyətinə tövsif etməyə əsas olaraq, təqsirləndirilən şəxsin baş vermiş hadisəni heç bir əsaslı səbəb olmadan törətməsi ilə qiymətləndirmişdir. Hansı ki, cinayət işinin materiallarından, təqdim edilmiş ittiham aktının nəticə hissəsinin məzmunundan və məhkəmə tərəfindən müəyyən edilmiş obyektiv həqiqətdən göründüyü kimi Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs arasında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı yumruqla bir dəfə sonuncunun sağ göz nahiyəsindən qəsdən vuraraq, ona “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanının ittiham aktının nəticə hissəsində qeyd etdiyi “Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ailə münaqişəsi zəminində xuliqanlıq niyyəti ilə aralarında yaranmış mübahisə zamanı” ifadəsi özü-özlüyündə bir arada işlənməli olmayan, biri-digərini təkzib edən sözlərdən ibarətdir. Belə ki, əsaslı səbəb olmadan ailə münaqişəsi mümkün deyil, münaqişə iki nəfərin arasında qarşılıqlı baş verən hadisədir. Başqa sözlə desək, münaqişə varsa, deməli münaqişənin tərəfləri və səbəbi olmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş hadisənin səbəbi olmuş, məhz həmin səbəb nəticəsində yaranmış mübahisənin gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörməksizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış ailədaxili sözlü mübahisə zamanı hadisələrin inkişaf fonunda cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq əməlinin motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir (Cinayət Məcəlləsinin Kommentariyası). Məhkəmə tərkibi hesab edir ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin motivsiz törədilməsi qeyri-mümkündür. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Sözügedən qərarda o da göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiq edən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq, yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı” iş üzrə xx.xx.2002-ci il; “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində “xuliqanlıq niyyətinin” əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (maddə 21.3). Məzmununa görə, yəni, Cinayət- Prosessual Məcəllənin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1- 351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. Avropa İttifaqının “Fundamental Hüquqlar haqqında Xartiyası”nın 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo” prinsipi tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kapo Belçikaya qarşı” qərarında qeyd edilmişdir ki, sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 09 mart 2024-cü il tarixdə “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərar qəbul edərkən hadisənin baş vermə səbəbi və harada olması artıq müəyyənləşdirilmiş, qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla da xuliqanlıq niyyətinə dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin həmin tarixli qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni, “törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” qərar qəbul edilərək əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilənə, həmçinin sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılan anadək əməlin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin qeyd olunan bu müddət ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən heç bir müraciət edilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda onun 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirməsini “heç bir əsaslı səbəb olmadan” onu vurması ilə əlaqələndirməsi nöqteyi-nəzərindən yanaşsaq belə, görərik ki, tərəflər, yəni təqsirləndirilən şəxs və zərərçəkmiş cinayət işinin materiallarında olan, habelə məhkəmədə verdikləri ifadələrində ayrı-ayrılıqda bildirmişlər ki, onların arasında əvvəllər də mütəmadi mübahisələr olmuş, hətta həmin vaxtlar da mübahisələri polis şöbəsində və məhkəmədə araşdırılmışdır (iş vərəqi 78). Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına dair həmin polis şöbəsinin eyni tarixli məktubunda göstərilmişdir ki, 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs araslarında baş vermiş ailə münaqişəsi zəminində Vüqarın yumruqla vuraraq Məlahətin göz nahiyəsinə xəsarət yetirməsini kənar şəxslərdən heç kim görməmiş, həmin dava-dalaşa ətrafdan kənar şəxslər yığışmamış və hadisə qısa müddət davam etmişdir. Həmçinin onlar arasında olan münaqişənin baş verdiyi yerdə müşahidə və mühafizə kameraları aşkar olunmamışdır. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin “xuliqanlıq niyyəti” ilə törədilməsi məqamı ilə bağlı ittiham təsvir edilməmişdir, halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbinə əsasən, ittiham aktının nəticə hissəsində həmçinin cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində “belə ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ailə münaqişəsi zəmnində xuliqanlıq niyyəti ilə aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə sağ göz nahiyəsindən qəsdən vuraraq ...” ifadəsinin yazılması ilə kifayətlənilmiş, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində olan və verilmiş ittihamın təsvirinə yazılmış konkret olaraq Təqsirləndirilən şəxs cinayət əməlində “xuliqanlıq niyyəti” hərəkətlərinin nədən ibarət olması təsvir edilməmiş, çünki iş materiallarında bununla bağlı hər hansı sübut olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman buna heç bir əsaslı səbəbin olmamasının göstərilməsi, onun niyyətinin məhz xuliqanlıq kimi qiymətəndirilməsinə əsas verməməli, hadisənin ailə münaqişəsi zəminində, yəni arvadı Məlahət ona qulluq göstərmədiyi və özünün xəstəliyi ilə əlaqədar əsəbləri yerində olmadığı üçün qəzəblənib onu vurmaqla sağlamlığına ağır zərər vurma kimi qiymətləndirilməlidir. Cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddələri ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayət olaraq məhz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur:- həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Bu mənada məhkəmə istintaqı zamanı aparılmış obyektiv araşdırmanın (iş müteriallarında olan sənədlərə, ekspert rəyinə əsasən) nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə onun sağ göz nahiyəsindən qəsdən vuraraq, ona “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəllənin 138.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Sözügedən Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı, cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Cinayət- Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimaitəhlükəliliyi ondan ibarətdir ki, o, bu əməl nəticəsində iş üzrə zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs yumruqla bir dəfə sağ göz nahiyəsindən qəsdən vuraraq, ona “sağ gözdə görmənin tam itirilməsi ilə nəticələnən, sağ gözün sklerasını dəlib keçən cırılmış yara“ xarakterli, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 1.4.1-ci bəndinə əsasən, görmənin itirilməsi dedikdə, yəni, hər iki gözdə tam, daimi (dayanıqlı) korluq və yaxud iki metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az) başa düşülür. Bir gözdə görmənin tam itməsi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı itirməsinə səbəb olur və bu əlamətə görə də ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti barədə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına olan xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin müxtəlif tarixli hökmləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ayrı-ayrı vaxtlarda törətdiyi cinayət əməllərinə görə müxtəlif növ cəzalara məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki dövrdə məhkumluğunun olmaması, həmçinin əməlində cinayətlərin residivinin olmamasına baxmayaraq, qeyd olunan hallar onun bu kateqoriyadan olan cinayətlərə meyilli olmasını, cəzaya məhkum olunsa belə islah olunmamasını deməyə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.1959-cu il təvəllüdlü olmaqla ahıl yaşda olduğunu, ağır onkoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər, üzərinə həbs qoyulmuş əmlak, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (birinci instansiya məhkəməsində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxildir. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarı və Cinayət-Prosessual Məcəllənin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli Cəlilabad Rayon Polis Şöbəsinin “axtarışda olan şəxsin tutulması barədə” protokolunda qeyd edilmiş Cəlilabad rayonu ərazisində saxlanılaraq şöbənin Müvəqqəti Saxlama Yerinə və elə həmin gün penitensiar kompleksə təhvil verildiyi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı 20 may 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar