Məhkəmə qərarları › İş №1(099)-318/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-318/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-318/2023 18.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikahda olan, işləməyən, məhkumluğu olmayan, ünvan 2-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq 01(bir) ədəd, 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, nömrəsi silinmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngini, 03 (üç) ədəd 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, gilizləri zavod, atəş komponentləri isə kustar üsulla doldurulmuş, atəşə yararlı patronları, 01 (bir) ədəd 7,62x54 mm kalibrli olub, həmin kalibrə malik “SVD”, snayper tüfəngində, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronu, 02 (iki) ədəd 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarında, “SKS” karabinlərində istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış, atəşə yararlı, döyüş sursatı hesab edilən patronları əldə edib üzərində gəzdirərək, yaşadığı ünvan 1 ünvanında yerləşən evə daşımaqla, həmin odlu silahı və döyüş sursatlarını sellofan torbaya bükərək evin ona məxsus yataq otağındakı çarpayının altında gizlətməklə 25 noyabr 2022-ci il tarixədək qanunsuz olaraq saxlamışdır. Bundan başqa, o, qanunsuz olaraq 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını əldə edərək, yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirib, soyuq silah hesab edilən həmin ov bıçağını evin ona məxsus yataq otağındakı çarpayının altında gizlətdiyi odlu silah və döyüş sursatları ilə eyni sellofan torbaya büküb 25 noyabr 2022-ci il tarixədək qanunsuz olaraq saxlamışdır. Bundan başqa, o, 24 noyabr 2022-ci il tarixdə, Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə 300 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bağlamada təmiz çəkisi 551,222 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla, onu daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirdikdən sonra satışını realizə etmək üçün həmin narkotik vasitə heroindən 0,316 qr; 0,307 qr; 0,322 qr və 0,277 qr çəkilərdə bükümlərə ayırıb sellofan kəsiklərində bükərək onları satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan 550,0 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evin özünə məxsus yataq otağında olan çarpayının altında gizlədərək saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq odlu silah, döyüş sursatları və soyuq silah saxlaması barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 25 noyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq, rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, 4 ədəd bükümdə cəmi 1,222 qram çəkidə narkotik vasitə heroin şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 13:30 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən evin ona məxsus yataq otağında olan çarpayının altındakı iki ədəd sellofan bağlamaların birinin içərisindən 550,0 qram çəkidə narkotik vasitə heroin və digərinin içərisindən həmin 01(bir) ədəd, 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, nömrəsi silinmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngi, 03 (üç) ədəd 16 kalibrli, 01 (bir) ədəd 7,62x54 mm kalibrli və 02 (iki) ədəd 7,62x39 mm kalibrli olmaqla, cəmi 6 ədəd atəşə yaralı döyüş sursatı hesab edilən patronlar və 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü iki-üç ildir ki, heroindən istifadə edir. Heroindən istifadə etməsinə səbəb səhhətində yaranmış problemlərlə bağlıdır. 25 noyabr 2022-ci ildə yaşadığı Z.Əliyeva küçəsi 2/26 ünvanında evdə olarkən polis əməkdaşları onu gəlib evdən aparmışlar. Həmin vaxt evində əmisinin vəfatı ilə bağlı hüzr olmuşdur. Polis əməkdaşları evə daxil olub, onu, bibisi oğlun, atasın və qardaşın birlikdə şöbəyə gətirmişlər. Evdən onları ayaqqabısız, maykada çıxarıb aparmışlar. Şöbədə olarkən ona ailə üzvləri ilə bağlı təhdidlər etmişlər ki, digərlərini buraxırıq, sən silahı və narkotiki üzərinə götür. Onlarla məcbur qalıb razılaşdıqdan sonra atasın və bibisi oğlun azad etmişlər. Lakin qardaşını buraxmamışlar, o hazırda cəza çəkir. Saxlanılıb polis şöbəsinə aparılarkən üzərində heçnə olmamışdır. Narkotiki polis əməkdaşları üzərinə qoyub videoçəkiliş etmişlər. Sonra demişlər ki, atan, qardaşın və bibin oğlun buraxırıq, evə də qoyaq onu da boynuva götür, sən tək get. Özü də həmin vaxt ailə üzvlərinə görə polislərlə razılaşmış, evə getmişlər, evdən yenə narkotik və silah çıxarmışlar. Sonradan isə qardaşını da CM-nin 234.2-ci maddəsi ilə rəsmiləşdirmişlər. Özünün yaşlı atası var, iki qardaşı vəfat edib, əmisinin ölümü də atasına əlavə zərbə vurub, iki balasın da salıblar içəri. Elə atasına görədə məcbur qalıb istintaq zamanı polis əməkdaşları ilə razılaşmışdır. Özünün heç bir narkotik satışı olmayıb, aşkar edilmiş narkotikin və silah-sursatın ona aidiyyəti yoxdur. Saxlanılarkən bu barədə təhqiqatçıya da bildirmiş, Əlvan bu zaman onu çölə çıxarıb demişdir ki, götür boynuva ailə üzvlərini buraxıram. Təhqiqatçı isə demiş ki, səni 234.1-1-lə rəsmiləşdiririk. Müstəntiqə də eynilə bildirmiş, iki dəfə yanında olmuş, demişdir ki, ona aidiyyəti yoxdur, o isə demişdir ki, səni 234.1-1-lə məhkəməyə verirəm. Məhkəmədə həqiqətləri söyləyir, satışla məşğul olmamış, yalnız narkotik istifadəçisi olmuşdur, yaşlı atası var, qardaşı da həbsdədir, bunların nəzərə alınıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 228.1, 228.4 və 234.43-cü maddələri ilə özünü qismən təqsirli bilib, bildirmişdir ki, 5 ildir ki, narkotik vasitə heroindən zərdə çəkmək üsulu ilə qəbul edir. Bu səbəbdən narkotik vasitələrə aslılığı yaranmışdır. Həmin maddələrdən qəbul etmədikdə bədənində şiddətli ağrılar olur. Təxminən 10 il əvvəl mərhum babası Sultan Hüseynov lüləsi kəsilmiş ov tüfəngi və 3 ədəd patronlarını ona vermişdir. O da həmin silahı və patronları yaşdığı evə gətirmiş, yataq otağında olan çarpayının altında gizlətmişdir. Həmçinin, uşaq vaxtı dəniz qırağından 3 ədəd avtomat patronları və bir ədəd bıçaq tapmışdır. Onları da o, yataq otağında yerləşən çarpayının altında gizlətmişdir. 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində narkotik vasitə heroin almaqdan ötrü yaşadığı evdən çıxıb piyada hərəkət edərək, Lənkəran şəhəri, Böyük Bazar ərazisinə getmiş, orada əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüşdür. Bu zaman ona yaxınlaşıb ondan hissə-hissə istifadəsi üçün narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona təxminən yarım kiloqram çəkidə satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, ona həmin çəkdə narkotik vasitə heroini 700 manat sata biləcəyini bildirib həmin məbləğdə pulunun olub, olmamasını soruşmuşdur. O da ona hazırda 300 manat məbləğində üzərində pul olduğunu bildirib, qalan pulu da ona 3-4 günə verəcəyini bildirmişdir. Həmin şəxsdə bu təkliflə razılaşdıqdan sonra üzərində olan 300 manat pulu çıxarıb həmin şəxsə verib bir ədəd bağlamada narkotik vasitə heroini ondan almışdır. Sonra yaşadığı evə gəlib, elektron tərəzidə həmin bağlamanı çəkmişdir. Özü rahat istifadə etsin deyə həmin bağlamadakı heroindən 4 büküm düzəldib, cibinə qoymuş, qalanını isə yaşadığı otaqda yerləşən çarpayının altında gizlətmişdir. 25 noyabr 2022-ci il tarixdə saat 12 radələrində büküm halına saldığı heroindən qəbul etmək üçün küçəyə çıxmaq qərarına gəlmişdir. Bu zaman 4 ədəd bükümü cibinə qoyub, Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə çıxmışdır. Həmin tarixdə saat 11:30-da aldığı narkotik vasitəni qəbul etmək üçün sakit bir yer axtaran zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq, özlərinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını təqdim etmişlər. Onlar ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə üstündə şəxsi axtarış aparılmış, bu zaman Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində aldığı, istifadəsi üçün büküm halına saldığı 4 büküm heroinin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin bükümləri əynindəki qara rəngli şalvarının sol yan cibindən çıxarıb, təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitələri haradan və hansı məqsədlə almağı ilə bağlı sualına həmin bükümləri şəxsi istifadəsi üçün Lənkəran şəhəri Böyük Bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra aşkar olunmuş 4 bükümdə heroin bükümləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyulub bağlanaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən yaşadığı evdə saxladığı və ya gizlətdiyi narkotik vasitələr olub-olmaması sualına, o, ünvan 3ünvanında yerləşən yaşadığı evdə narkotik vasitələr gizlətdiyini bildirmişdir. Bundan sonra 25 noyabr 2022-ci il tarixdə saat 13:30-da o, müdafiəçi İntiqam Hüseynov və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı ona yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, ərizə ilə müraciət edərək, yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra ona, yaşadığı evdə saxladığı qanunla qadağan edilmiş hər hansı bir predmet və ya maddə göstərməyi barədə təklif olunmuşdur. Bu təklifdən sonra o, yaşadığı evin ona məxsus otağında narkotik vasitəni gizlətməyini bildirmişdir. Bundan sonra evin birinci mərtəbəsinə daxil olub, ona məxsus otaqda yerləşən çarpayının altından göy rəngli sellofan torba və qara rəngli sellofan torbada bağlama aşkar edilmişdir. Təhqiqatçı tərəfindən sellofan torbalarda nə olması sualına göy rəngli sellofan torbada ov tüfəngi olduğunu, qara rəngli bağlamada isə heroin olduğunu bildirmişdir. Daha sonra yapışqan lentlə bağlanmış bağlamanı içərisinə baxıldı və içərisindən narkotik vasitə heroin olması müəyyən olundu. Həmin heroin bağlamasını hardan əldə etməyilə bağlı verilən suala həmin maddəni səhər saatlarında yaşadığı evin qarşısında zibil qutusundan tapdığını bildirmişdir. Həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 0,585 kq olması məlum olmuşdur. Bundan sonra həmin bağlama zərfə qoyularaq qablaşdırılmış və möhürələnərək o və müdafiəçisi tərəfindən imzalanmışdır. Daha sonra göy rəngli sellofan torbanın içərisinə baxıldıqda içərisində lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd ona məxsus patron və 3 ədəd avtomat silaha məxsus patron, həmçinin 1 ədəd soyuq silaha bənzər bıçaq aşkar edilmişdir. Onları da hardan əldə etməyilə bağlı suala cavab olaraq həmin predmetlərin mərhum babasından qaldığını və sellofan torbanın içərisində olmaqla, çoxdandır ki, çarpayının altında saxlandığını və heç vaxt istifadə etmədiyini bildirmişdir. Bundan sonra həmin predmetlər də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Yaşadığı evə baxış zamanı videoçəkiliş aparılmış və axtarış aparılması barədə protokol yazıb ona oxunmuş və imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Üzərinə keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş 4 ədəd bükümü hardan almağı ilə bağlı ilk əvvəl Lənkəran şəhəri ərazisindən almağını bildirməyi, həmçinin sonradan yaşadığı evdən bir bağlamada narkotik vasitə herion aşkar edilən zaman həmin maddəni zibil qutusundan tapmağını bildirməyi məsuliyyətini yüngülləşdirmək və daha yüngül cəza almaq məqsədi daşıdığını, üzərində aşkar edilmiş 4 bükümü yaşadığı evdə çarpayının altında saxladığı heroin bağlamasından ayırıb düzəltməsini göstərmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifafələrini oxuyub imza etdiyini, ifadəsinin müstəntiq tərəfindən yazıldığını, özünün isə yalnız imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nın Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Ona Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları tərəfindən polis şöbəsinin rəisinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən razılıq verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Hadisə günü Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olduğunu görüb, onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 4 bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Təqdim edilmiş bükümlər elektron tərəzidə çəkilmiş məhkəmə-kimyəvi ekspertizaya göndərilməsindən ötrü zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümlərdə narkotik vasitə heroin olduğunu bildirib, həmin kütlələri şəxsi istifadəsi üçün Lənkəran şəhərində üzdən tanıdığı lakin adını bilmədiyi 20 manata şəxsdən şəxsi istifadə məqsədilə almışdır. Həmçinin, ona təhqiqatçı tərəfindən yaşadığı evdə narkotik vasitələr saxlayıb-saxlamadığı sualına Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında narkotik vasitələr saxladığını bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 13:30-də Təqsirləndirilən şəxs, müdafiəçi və polis işçilərinin iştirakları ilə ünvan 4 ünvanına getmişlər. Bu zaman ona yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını bildirmişdi. Bu zaman ona yaşadığı evdə narkotik vasitə saxladığı yeri gizlətməsi təklif olunduqda, Təqsirləndirilən şəxs yaşadğı evin ona aid yataq otağında gizlətdiyini bildirmişdi. Yataq otağına daxil olduqda çarpayının altında bağlamalar saxlanıldığını bildirmişdi. Bu zaman çarpayının altına baxıldıqda bir ədəd qara rəngli və bir ədəd göy rəngli bağlamalar aşkar edilmişdi. Qara rəngli bağlamanın içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin olması məlum olmuşdu. Göy rəngli bağlamanın içərisinə baxıldıqda 1 ədəd nömrəsi silinmiş odlu silaha bənzər predmet, 3 ədəd ov tüfənginə məxsus patron, 3 ədəd avtomat patron aşkar edilmişdi. Həmin predmetrlər də götürülərək qablaşdırılmışdı. Təqsirləndirilən şəxs nə özü, nə də ki digər polis əməkdaşları tərəfindən heç bir təzyiq və təhdid edilməyib, belə bir hal baş verməyib, saxlanılarkən törətdiyi əməlini etiraf edib, onu evlərindən aparmamışlar, saxlanılarkən isə Təqsirləndirilən şəxs tək olmuşdur, heç bir ailə üzvün onunla birlikdə şöbəyə aparmamışlar, bu barədə bildirdikləri isə tamamilə yalan və böhtandır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 Baləddin oğlu oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, yaşadığı evdə saxlaması, üzərində gəzdirməsi və satması, həmçinin odlu silah, döyüş sursatı və soyuq silahı əldə edib yaşadığı evdə saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 2) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 12) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokolundan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 ədəd bükümdə narkotik vasitə heroiun bükümləri aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkəti zamanı Bəhruz Hüeynzadə ona verilən şifai suallara cavab olaraq aşkar olunmuş bükümləri Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş və yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. (c İ, i.v 30-32) İşdə olan, baxış keçirilməsi və əşyanın götürülməsi haqqında protokolundan və əlavə edilmiş videoçəkilişdən görünür ki, 25 noyabr 2022-ci il tarixdə saat 13:30-də Lənkəran ŞRPŞ-nın əməkdaşları, müdafiəçisinin iştirakları ilə ünvan 5 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və yataq otağında yerləşən çarpayının altından 1 ədəd qara rəngli bağlama və bir ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Aşkar edilmiş qara rəngli bağlamanın içərisində narkotik vasitə heroin, göy rəngli bağlamanın içərisində isə 1 ədəd nömrəsi silinmiş, lüləsi kəsilmiş odlu silaha bənzər ov tüfəngi, həmin silaha aid 3 ədəd patron, 2 ədəd 5,45 kalibrli, 1 ədəd 7,62 kalibrli olmaqla cəmi 3 ədəd patronlar və 1 ədəd soyuq silaha bənzər bıçaq aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin bağlaması elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuş, həmçinin, 1 ədəd ov tüfəngi və ona aid 3 ədəd patron, 3 ədəd döyüş sursatına bənzər patronlar və bir ədəd soyuq silah olan bıçaq qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 34-37) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/1208 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə təmiz çəkiləri 0,316 qr; 0,307 qr; 0,322 qr; 0,277 qram, ümumi təmiz çəkisi 1,222 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilmiş heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paktedəki, 1 ədəd bükülüdə təmiz çəkisi 550,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Beləliklə, üzərilərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd heroinə bənzər kütlə.....” və “Vət.Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilmiş heroinə bənzər kütlə....”sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd paketdəki, ümumilikdə sayı beş büküm olmaqla ümumi təmiz çəkisi 551,222 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cəmi tədqiqata sərf olundu-0,25 qr (hər ob-0,05 qr), qalıq-550,972 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,0 manat təşkil edir. (c İ, i.v 52-55) İşdə olan, xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin 4(049)-379/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. (c İ, i.v 82-87) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yarananan ASİLİLİQ sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. (c İ, i.v 89) İşdə olan, “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1181 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 91-92) İşdə olan, xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin 5(049)-469/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 93-94) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (c İ, i.v 98-99, 115-122) İşdə olan, məhkəmə ballistik və atəş izləri ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1674, 3/1674, 3/1686 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 01 (bir) ədəd silah 16 kalibirli olmaqla, “B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş nömrəsi silinmiş yivsiz qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişiklikərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifdə etmək üçün nəzərdə tutulmuş gilizləri zavod, atəş komponentləri isə kustar üsulla doldurulmuş patronlardır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 7,62x 54 mm kalibrli olub həmin kalibrə malik “SVD”, snayper tüfəngində, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş patrondur, döyüş sursatı hesab edilir, atəşə yaralıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarında, “SKS” karabinlərində istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patrondur, döyüş sursatı hesab edilir, atəşə yaralıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Təqdiqata təqdim edilmiş nömrəsi silinmiş qoşalüləli odlu ov tüfənginin kəsiyindən atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat təşkil edir. (c İ, i.v 127-131) İşdə olan, 15 fevral 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 bükümdə, ümumi təmiz çəkisi 1,222 qram narkotik vasitə heroin, yaşadığı evdən aşkar edilmiş 1 ədəd bağlamada təmiz çəkisi 550 qram olan narkotik vasitə heroin olmaqla ümumilikdə 551,222 qram narkotik vasitə heroin, 01 ədəd odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngi, 01 ədəd 16 kalibrli patron, eksperimental atəşlərdə istifadə edilmiş 2 ədəd gilizi, 01 ədəd 7,62x54 mm kalibrli döyüş sursatı hesab edilən patron, 02 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlar, 01 ədəd soyuq silah hesab edilmiş ov bıçağı, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair 03 ədəd DVD diskdə olan görüntülər maddi sübut hesab edilmiş, heroin bağlamaları, odlu silah, eksperimental atəşlərdə istifadə edilmiş 16 kalibrli 2 ədəd patron gilizləri, 1 ədəd 16 kalibrli patron, 3 ədəd avtomat patronları və bir ədəd bıçaq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinə aid 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 152-155) İşdə olan, Lənkəran ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşamışdır, ailə üzvləri atası və qardaşından ibarətdir. Yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İ, i.v 158-159) İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin əldə edildiyi mənbəyə görə hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır. (c İ, i.v 171-173) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində, yaşadığı evdə heç bir narkotik vasitə, odlu silah, döyüş sursatı, soyuq silah və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə, odlu silah, döyüş sursatı, soyuq silah polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin, odlu silah, döyüş sursatı, soyuq silah özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərində narkotik vasitə heroin olduğunu, iki-üç aydırki ağrıları olduğundan, əməliyyat edildiyindən özünün istifadə etdiyini, dünən axşam 10-11 radələrindən Böyük Bazar ərazisindən tanımadığı şəxsdən aldığını, bundan başqa yaşadığı fərdi yaşayış evində öz otağında narkotik vasitə olduğunu, evə baxış keçirilməsinə etiraz etmədiyini, həmin narkotiki təqdim edə biləcəyini, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı fiziki zor göstərilmədiyini, baxış və götürmə istintaq hərəkəti zamanı yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş predmetlərin, yəni narkotik vasitə heroinin, odlu silahın, döyüş sursatının və soyuq silahın özünə məxsus olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə və yaşadığı evə narkotik vasitə, odlu silah, döyüş sursatı və soyuq silahın qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin, soyuq silah, döyüş sursatı və odlu silahın ona aidiyyətinin olmaması, həmin predmetlərin üzərinə və yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 59-62) və xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 73-76, 148-151) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitədən istifadə etdiyini, bundan başqa yaşadığı Z.Əliyeva küçəsi, döngə 2, ev 26-da yerləşən fərdi yaşayış evində ona məxsus otaqda narkotik vasitə gizlətdiyini, bundan başqa baxış keçirmə və götürmə istintaq hərəkəti zamanı da müdafiəçinin iştirakı ilə yaşadığı Z.Əliyeva küçəsi, döngə 2, ev 26 ünvanında yerləşən ona məxsus otağa baxış keçirilərkən narkotik vasitəni, odlu silahı, döyüş sursatını və soyuq silahı çarpayının altına qoyduğunu, oradan aşkar edilmiş predmetlərin isə özünə məxsus olduğunu səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə narkotik vasitə, odlu silah, döyüş sursatı və soyuq silah qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və hədəqorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin və odlu silah, döyüş sursatı, soyuq silahın ona aid olduğunu, həmin narkotik vasitədən istifadə etdiyini, öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun yaxın qohumlarının əsassız yerə polis əməkdaşları tərəfindən tutulacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə, odlu silah, döyüş sursatı və soyuq silahla bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində özünə məxsus yataq otağında olan çarpayının altında 550,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 01(bir) ədəd, 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, nömrəsi silinmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngi, 03 (üç) ədəd 16 kalibrli, 01 (bir) 7,62x54 mm kalibrli və 02 (iki) ədəd 7,62x39 mm kalibrli olmaqla, cəmi 6 ədəd atəşə yaralı döyüş sursatı hesab edilən patronlar və 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş şalvarın sol yan cibindən 4 ədəd bükümdə cəmi 1,222 qram çəkidə narkotik vasitə heroin şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş halda əldə etməsini yaşadığı evdə saxlamasını və üzərində gəzdirməsini, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı evdən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 5 bükümdə ümumi çəkisi 551,122 qram çəkidə narkotik vasitə heroini tədarük etməsi, həmin narkotik vasitədən dörd bükümdə ümumilikdə 1,122 qram olmaqla heroini ayıraraq üzərində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 3674 dəfə) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitənin çəkilərək bir ədəd böyük bükümdə və dörd ədəd xırda bükümlərə bölünməsi həmin xırda bükümlərdən dörd ədəd heroini üzərində saxlamaqla daşıması, üzərində və yaşadığı fərdi yaşayış evində ümumilikdə külli miqdarda narkotik vasitə saxlaması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərində və yaşadığı fərdi yaşayış evində aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, qanunsuz olaraq odlu silah, soyuq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə, habelə qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və sair hərəkətlər başa düşülür. Silahın saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və sair predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-nin 228.1-ci, 228.4-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 228.1-ci, 228.4cü və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 228.1-ci, 228.4-cü maddələrinin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı icimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən xüsusiyyətləri, törətdiyi cinayətlərin xarakterini, onların törədilməsi şəraitini nəzərə almaqla cəzanın məqsədlərinin təmin edilməsi baxımından, qeyd oluan maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növünün - azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 228.1-ci, 228.4-cü və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 25 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 550,972 qram narkotik vasitə heroin və eksperimental atəşlərdə istifadə olunmuş 02 (iki) ədəd gilizlər məhv edilməli, 01 (bir) ədəd odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngi, 01 (bir) ədəd 16 kalibrli patron, 01 (bir) ədəd 7,62x54 mm kalibrli döyüş sursatı hesab edilən patron, 02 (ki) ədəd 7,62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlar, 01 (bir) ədəd soyuq silah hesab edilmiş ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iş materiallarında olan şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 252 (iki yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 550,972 qram olan 5 (beş) ədəd bükümdə narkotik vasitə heroinlər və 16 kalibrli eksperimental atəşlərdə istifadə olunmuş 02 (iki) ədəd gilizlər məhv edilsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd odlu silah hesab edilən yivsiz qoşalüləli ov tüfəngi, 01 (bir) ədəd 16 kalibrli patron, 01 (bir) ədəd 7,62x54 mm kalibrli döyüş sursatı hesab edilən patron, 02 (iki) ədəd 7,62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlar və 01 (bir) ədəd soyuq silah hesab edilmiş ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-252 (iki yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar