Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-319/2022 05.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi, ev 17-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 22 iyun 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq o, İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilərək Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş bir ədəd sintetik materialdan olan narıncı rəngli torbada külli miqdarda narkotik vasitə, qəhvəyi rəngli tozşəkilli maddə olan ümumi çəkisi 24665 qram kustar üsulla hazırlanmış heroini, külli miqdarda psixotrop maddə, ağ rəngli, kristal formalı maddə olan ümumi çəkisi 1950 qram kustar üsulla hazırlanmış metamfetamini, digər sintetik materialdan olan narıncı rəngli torbada külli miqdarda narkotik vasitə, ümumi çəkisi 6080 qram qurudulmuş marixuananı Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının 27-ci sahəsində, yəni Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədildiyi yerdən götürmək məqsədilə 20 iyun 2021-ci ildə saat 02:16-da “Volkswagen Passat” markalı, **- DX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə getmiş, avtomobildən düşərək bağlamalardan birini götürüb qanunsuz olaraq satış məqsədilə əldə edib saxlayıb daşımaqla avtomaşına tərəf gedərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onu hadisə yerinə aparan avtomobil isə yüksək sürətlə Beyləqan rayonu istiqamətinə hərəkət edərək hadisə yerindən uzaqlaşmış, əraziyə baxış keçirilən zaman onun saxlanıldığı yerdən bir ədəd sintetik materialdan olan narıncı rəngli torbada külli miqdarda narkotik vasitə, qəhvəyi rəngli tozşəkilli maddə olan ümumi çəkisi 24665 qram kustar üsulla hazırlanmış heroin, külli miqdarda psixotrop maddə, ağ rəngli, kristal formalı maddə olan ümumi çəkisi 1950 qram kustar üsulla hazırlanmış metamfetamin, digər sintetik materialdan olan narıncı rəngli torbada külli miqdarda narkotik vasitə, ümumi çəkisi 6080 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, təmiz halda çəkisi 1,081 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə, təmiz halda çəkisi 0,682 qram metanfetamini özünə məlum olmayan şəxsdən, əldə etmiş, özündə saxlayaraq, 20 iyun 2021-ci ildə Füzuli rayonu ərazisinə gedərkən üzərində gizlədərək daşımış, Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən, yəni ayaqqabısının sağ tayının içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, təmiz halda çəkisi 1,081 qram qram heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə, təmiz halda çəkisi 0,682 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əşrəf adlı İran İslam Respublikası vətəndaşı bir neçə dəfə ona pulsuz narkotik vasitə verdiyinə görə sonuncunun xahişi ilə göndərdiyi bağlamanı götürmək üçün Fuad adlı şəxslə Füzuli rayonuna getmiş, bağlamanın içərisində narkotik vasitə olmasından xəbəri olmamış, bağlamanı götürməmiş, şəxsi axtarış zaman üzərində heç bir narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, tanışı Tərlan vasiəsilə İran İslam Respublikasının vətəndaşı Əşrəf adlı şəxslə tanış olmuş, 14 iyun 2021-ci ildə sonuncu ona zəng edərək 2 ədəd torbanı Füzuli rayonu ərazisindən götürməsini demiş, 19 iyun 2021-ci ildə, saat 22:00 radələrində Fuada məxsus «Volksvagen Passat» markalı avtomobillə Bakı şəhərindən Füzuli rayonuna getmiş, 20 iyun 2021-ci ildə, gecə saat 01:00 radələrində Füzuli rayonu ərazisinə çatmış, tanımadığı bir nəfər şəxs onun mobil telefonuna 2 ədəd narıncı rəngli torbaların şəkillərini göndərmiş, həmin şəxs yenidən ona zəng edərək yolun kənarında lövhə olduğunu, həmin lövhənin qarşısından sola dönmələrini demiş, Fuada idarə etdiyi avtomobili həmin şəxsin dediyi istiqamətə doğru hərəkət etdirməsini xahiş etmiş, təxminən 10-15 dəqiqə torpaq yolla hərəkət etdikdən sonra şəkildə görünən yerə çatmış, avtomobildən düşərək orada olan daşa yaxınlaşaraq daşın arxasında gizlədilmiş şəkildə narıncı rəngli 1 ədəd torbanı götürmək istəyərkən kimsə uca səslə “Polis” deyib qışqırmış, səsi eşidib həmin yerdən uzaqlaşaraq avtomaşına tərəf qaçmış, avtomobilə tərəf qaçarkən kimsə onu yerə yıxaraq saxlamış, saxlanılan zaman üzərinə şəxsi axtarış keçirilərkən ayaqqabısının sağ tayının içərisindən aşkar edilərək götürülmüş 1.081 qram heroini və 0,682 qram metamfetamini haradan əldə etdiyini xatırlamamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin təminat bölüyünün komandir müavini vəzifəsində xidmət edən X3 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyun 2021-ci ildə, saat 20:00dan 20 iyun 2021-ci il saat 03:00-dək gizir Şahid4 ilə birlikdə “Pusqu” xidmətinə təyin edilmiş, həmin gün gecə saat 02 radələrində Füzuli rayonunun Araz-Zərgərli kəndi istiqamətində naməlum avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını, orada avtomobildən bir nəfərin düşərək əkin sahəsinə doğru hərəkət etdiyini görmüş, həmin şəxs kolluq ərazidən bir ədəd bağlama götürüb avtomobilə tərəf getmək istəyərkən ona “Dayan” çağırış komandası verilmiş, həmin şəxs oradan qaçmaq istəyərkən saxlanılmış, saxlanılan şəxsin yanında bir ədəd torba olduğu aşkar edilmiş, hərbi hissəyə verilən məlumatdan sonra həmin əraziyə hərbi qulluqçular gələrək saxlanılan şəxs bağlama ilə birgə zastavaya aparılmşıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da şahid X1 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 20 iyun 2021-ci ildə 22-ci sərhəd zastavasının inzibati binasında adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və saxlanıldığı yerə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri göstərərkən yerdə bir ədəd bağlama, bir az aralıda isə daha bir ədəd bağlama aşkar edilmiş, bağlamalara baxış zamanı bağlamaların içərisində narkotik vasitələr marixuanaya və heroinə, eləcə də psixotrop maddə olan metamfitaminə oxşar maddələr aşkar olunmuş, onlar elektron tərəzidə çəkilərkən marixuanaya oxşar kütlənin çəkisi 6400 qram, heroinə oxşar kütlənin çəkisi 26400 qram, psixotrop maddə olan metamfitaminə oxşar maddənin çəkisi 2000 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə və bir ədəd bükümdə metamfetaminə oxşar maddə aşkar edilmiş, sorğu-sual zamanı Məhərrəm Priyev bağlamaların İran İslam Respublikası vətəndaşı Əşrəf adlı şəxsin göndərdiyini bildirmiş, aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənib götürülmüş, sonra protokol tərtib edilərələk orada iştirak edən şəxslər, o cümlədən Məhərrəm Priyev tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsiniı təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun 21 iyun 2021-ci il tarixli 16/1395 nömrəli məktubundan görünür ki, 20 iyun 2021-ci ildə saat 02:16-da 19-cu sərhəd zastavasının 27-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları, Füzuli rayonunun Araz-Zərgər kəndi istiqamətində naməlum avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, avtomobildən bir nəfər şəxsin düşərək əkin sahəsinə doğru hərəkət etdiyini, oradan bir ədəd torbanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd torba və ondan təxminən 4 metr aralıda daha bir ədəd torba aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının 27-ci sahəsidir. Həmin istiqamətdə Füzuli rayonunun Balabəhmənli kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 1 metr aralıda bir ədəd bağlama, ondan təxminən 4 metr aralıda daha bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunu içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamanı götürdükdən sonra tərəflərindən çağrış komandası verilən zaman ərazidən qaçıb uzaqlaşmaq istədikdə saxlamışlar. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli digər üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunu içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamanı götürdükdən sonra tərəflərindən çağrış komandası verilən zaman ərazidən qaçıb uzaqlaşmaq istədikdə saxlamışlar. İş materiallarında olan 20 iyun 2021-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş bağlamalara baxış keçirilən zaman bağlamaların içərisində sıx yapışqan lentlə sarılmış bükümlər aşkar olunmuş, bükümlərdə kəskin qoxuya malik olan narkotik vasitə olan marixuanaya oxşar, narkotik vasitə olan heroinə oxşar və psixotrop maddə olan metamfitaminə oxşar maddələr aşkar edilmiş, aşkar olunmuş narkotik və psixotrop maddələrə oxşar maddələr bükümlərlə birlikdə elektron tərəzi ilə çəkilərkən marixuanaya oxşar vasitənin çəkisi 6400 (altı min dörd yüz) qram, narkotik vasitə olan heroinə oxşar narkotik vasitənin çəkisi 26400 (iyirmi altı min dörd yüz) qram, psixotrop maddə olan metamfitaminə oxşar maddənin çəkisi 2000 (iki min) qram təşkil etmişdir. Saxlanılmış Azərbaycan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs 20 iyun 2021-ci ildə saat 02:20 radələrində 19cu sərhəd zastavasının 27-ci sahəsinin arxa istiqamətindən götürdüyü bağlama və onun saxlanıldığı yerdən 4 (dörd) metr aralıda aşkar olunmuş bağlamaların həmin bağlamalar olduğunu və bağlamaların İran İslam Respublikası vətəndaşı Əşrəf adlı şəxsin göndərdiyini bildirmiş, aşkar olunmuş narkotik vasiətələrə və psixotrop maddələrə oxşar maddələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. İş materiallarında olan 20 iyun 2021-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilən zaman üzərindən 1 ədəd smartfon tipli Samsung markalı mobil telefon, 1 ədəd bükümdə gümüşü kağızda olan narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd bükümdə gümüşü kağızda olan metamfetaminə oxşar maddə aşkar edilmiş, metamfetaminə bənzər maddənin çəkisi 0.682 qram və heroinə bənzər maddənin çəkisi isə 1.081 qr müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 22 iyun 2021ci il tarixli 6/2515 nömrəli və 7/574 rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamalarda olan 1 ədəd narıncı rəngdə sintetik torbada ümumi çəkisi 24665,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi çəkisi 1950,0 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər narıncı torbada ümumi çəkisi 6080,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilən zaman onun üzərindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz halda çəkisi 0, 682 qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və digər gümüşü rəngli kağıza bükülmüş təmiz halda çəkisi 1,081 qram qəhvəyi rəngli tozşəkilli maddə olan küstar üsula hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 22 iyun 2022-ci il tarixli, həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü törətdiyi cinayət əməlində təqsirli bilir, əməlindən peşmandır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs əldə edib saxlayıb daşıdığı narkotik vasitəni və psixotrop maddəni sonuncuya göndərən Əşrəf adlı şəxsin İran İslam Respublikasının Aslandüz şəhəri sakini X8 olması, həmin şəxsin dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxs kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 3028 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 0 noyabr 2021-ci il tarixli 4239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan və heroindən istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından ümumi təmiz çəkisi 24665,0 qram narkotik vasitə heroin, 1950,0 qram psixotrop maddə metamfetamin, 6080,0 qram narkotik maddə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 0,682 qram psixotrop maddə metamfetamin, 1,081 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd qara rəngli, “Smarfon” tipli, “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılır. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən çıxan öz şəxsi mənzilinə məxsus 1 (bir) ədəd açar həmin tarixdə arvadı X4 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana, eyni zamanda psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhərrəm Priyevin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Məhərrəm Priyevin əməlinin CM-in 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Əşrəf” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. X6 verdiyi ifadəsində də, Əşrəf adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni Əşrəfin əvvəlcədən dediyi yerdən götürüb onun dediyi yerə qoyacağını qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Əşrəf” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Əşrəf” adlı şəxs təkbaşına icra etmişdir. Məhərrəm Priyev isə həmin hərəkətləri Əşrəf adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Əşrəf” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Məhərrəm Priyev qeyd olunun qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Əşrəfə” kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə – Əşrəfə yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun inzibati qaydada saxlanıldığı gündən, yəni 20 iyun 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 iyun 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi, ev 17-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 4 (dörd) azyaşlı uşaqları ilə birgə göstərilən ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 4 (dörd) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, ümumi təmiz çəkisi 24665,0 qram olan narkotik vasitə heroin, 1950,0 qram psixotrop maddə metamfetamin, 6080,0 qram narkotik maddə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 0,682 qram psixotrop maddə metamfetamin, 1,081 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd qara rəngli, “Smarfon” tipli, “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, üzərindən çıxan və şəxsi mənizilinə məxsus 1 (bir) ədəd açarın arvadı X4 qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 88 manat (səksən səkkiz) manat 70 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza -14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, ümumi təmiz çəkisi 24665,0 qram narkotik vasitə heroin, 1950,0 qram psixotrop maddə metamfetamin, 6080,0 qram narkotik maddə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 0,682 qram psixotrop maddə metamfetamin və 1,081 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd qara rəngli, “Smarfon” tipli, “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, üzərindən çıxan və şəxsi mənizilinə məxsus 1 (bir) ədəd açarın arvadı X4 qaytarılması nəzərə alınsın. İş üzrə 88 manat (səksən səkkiz) manat 70 qəpik məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov