Məhkəmə qərarları › İş №1(099)-32/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-32/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-32/2022 12.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 15 avqust 1984-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Yardımlı rayonunun Gendərə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 32.5,228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Rəsul” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda-32155 qram narkotik vasitə olan tiryəki və külli miqdarda-4330 qram narkotik vasitə olan heroini, habelə odlu silahla onun komplekt hissələri və döyüş sursatlarını İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edib saxlayıb daşınmasına əvvəlcədən vəd verməklə razılığa gəlib köməklik etmiş və bu məqsədlə “Rəsul” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə qanunsuz olaraq əldə etmiş olduqları məlum olmayan növdə odlu yivli silah, onun komplekt hissələri və sursatları keçirdikdən sonra Təqsirləndirilən şəxs həmin şəxsləri 14 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Yardımlı rayonunun Zevin kəndinin girişində qarşılayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən külli miqdarda narkotik vasitələr və odlu silahla onun komplekt hissələri və döyüş sursatını qanunsuz əldə edib üzərilərində daşıyan şəxsləri yaşadığı Yardımlı rayonunun Gendərə kəndində yerləşən evin həyətinə aparmış, vətəndaş Şahid6 Mirfət oğlunun İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və narkotik vasitələrin “Rəsul” adlı şəxsin vasitəsilə tanış olduğu Yardımlı rayonunun Gendərə kəndi sakini Təqsirləndirilən şəxs vasitəsilə realizə olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə ünvanladığı 13 yanvar 2021-ci il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyat-axtarış tədbirlərinə könüllü razılığı əsasında cəlb edilmiş Şahid6 cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs “Rəsul” adlı şəxsin gətirəcəyi narkotik vasitələrə müştəri tapdığını bildirmiş və sonuncu ona müştəri ilə birlikdə yaşadığı evin qarşısında “Rəsul”-la onu gözləməyi bildirdiyi üçün əməliyyat tədbirində “şərti alıcı” qismində iştirak etmiş CBRŞ-nın əməkdaşı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonunun Gendərə kəndində yerləşən evin həyətinə yaxınlaşaraq Təqsirləndirilən şəxs tərəfindən qarşılanıb həyətə dəvət edilib “Rəsul” adlı şəxslə dövriyyəsi qadağan edilmiş maddələr barədə sövdələşmə haqqında söhbət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin X8 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 yanvar 2021-ci il tarixdə, saat 04:30-da birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şəxsiyyəti məlum olmayan “Rəsul”, “Əhmədağa” adlı və digər üç nəfər şəxslər üzərilərində olan odlu silahlarla atəş açmaqla hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib qanunsuz daşıyıb gətirdikləri və üzərilərində saxladıqları içərisində həmin narkotik vasitələr olan 02 ədəd sellofan torbaları və 01 ədəd çantanı qeyd edilən yaşayış evinin həyətyanı sahəsində üzərilərindən yerə ataraq naməlum istiqamətdə qaçıb hadisə yerindən uzaqlaşmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonunun Gendərə kəndində yerləşən həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin gün saat 07:15-dən etibarən keçirilmiş baxış zamanı həyətdə evin qarşısında giriş qapısının yaxınlığında yerdə bir ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda-4330,0 qram narkotik vasitə olan heroin, bir ədəd qara rəngli sellofan torbanın içərisindən ayrıayrılıqda təmiz çəkiləri 1590,0 qram, 1545,0 qram, 1675,0 qram, 1530,0 qram, 1590,0 qram və 1535,0 qram olmaqla cəmi, külli miqdarda-9465,0 qram narkotik vasitə olan tiryək, bir ədəd çantanı içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 1435,0 qram, 1485,0 qram, 1570,0 qram, 1435,0 qram, 975,0 qram, 2045,0 qram, 1620,0 qram, 2470,0 qram, 1370,0 qram, 1535,0 qram, 1300,0 qram, 875,0 qram, 1035,0 qram və 3540,0 qram olmaqla cəmi, külli miqdarda-22690,0 qram narkotik vasitə olan tiryək, habelə iyirmi ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar, on bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və istifadəyə (atəşə) yararsız, patronların atəşlə ayrılmış hissələrigilizlər, altı ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. kostruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və istifadəyə (atəşə) yararsız patronların atəşlə ayrılmış hissələridir-gilizlər, iki ədəd 9x19 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmesser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və istifadəyə (atəşə) yararsız olan patronların atəşlə ayrılmış hissələri-güllələri və bir ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan təyinatı üzrə istifadəyə yararlı sandıqça aşkar edilərək təhqiqat orqanı tərəfindən götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvlərindən Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 14:30-da Yardımlı rayonunun Gendərə kəndində yerləşən öz fərdi yaşayış evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 32.5,228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Yardımlı rayonunun Gendərə kəndində fərdi yaşayış evində yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Əvvəldər bir dəfə, 2011-ci ildə məhkum olunmuş, 2019-cu ilin mart ayında cəzasını çəkib qurtarıb azadlığa buraxılmışdır. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroində istifadə etmişdir. İranın Kələnsura kəndində yaşayan “Rəsul” adlı şəxsi təxminən 2011-ci ildən tanıyır, köhnə tanışıdır, aralarında həmişə normal münasibətlər olmuşdur. O, azadlığa çıxandan sonra iranlı “Rəsul” adlı şəxslə mobil telefonla əlaqə saxlamış, həmin vaxtlarda Rəsul ona demişdir ki, İrandan satmaq üçün heroin və tiryək göndərəcək və o, həmin narkotikləri götürüb saxlasın, müştəri olsa yanına adam göndərəcək, həm də özü də müştəri tapsa satıb pulunu ona (Rəsula) göndərər və buna görə hər ikisi pul qazanar. O, Rəsulun bu təklifi ilə razılaşmış və Rəsul bu işlə bağlı, yəni narkotik maddələrin satılmasında vasitəçiliyinə görə ona 1500 manat pul və istifadəsi üçün təxminən 100 qram heroin verəcəyini vəd etmişdir. 2021-ci ilin yanvar ayının 13-dən 14-nə keçən gecə saat 02 radələrində Rəsul İrandan ona zəng edib İrandan qardaşı və tanışları ilə Yardımlı rayonuna gələcəklərini bildirmiş və razılaşmışlar ki, o, həmin şəxsləri Yardımlı rayonunun Zevin kəndində “üstü” deyilən yerdə, dövlət sərhədinə yaxın ərazidə qarşılasın. İrandan gələn şəxslərdən Rəsulun qardaşı Əhmədağanın adını eşitmiş, digər şəxslərin kimlər olmasını bilməmişdir. Həmin gecə Rəsul, qardaşı Əhmədağa və tanışları özləri ilə heroin və tiryək gətirirmişlər, həmçinin onlarda avtomat silah da olmuşdur. Əvvlcədən onların narkotik maddələr gətirəcəklərini bilsə də, onlarda silah olacağını bilməmşdir. O, bu şəxsləri həmin yerdə qarşılayıb yaşadığı Gendərə kəndindəki evinin həyətinə gətirməli və həyətdə Rəsulgil özləri kiməsə narkotikləri satmalıymış. Narkotik maddələrin satılmasında o, iştirak etməmişdir. Əvvəldən Rəsulun vasitəsilə adı Seyid kimi tanıdığı şəxs (Şahid6) iranlı Rəsulun gətirəcəyi narkotik maddələri görə müştəri tapmasını Rəsulun adından ona bildirmiş və bu vasitəçiliyinə görə ona 1500 manat pul veriləcəyini demiş, o da razılaşmışdır. Sonradan Seyid bir nəfər müştəri tapdığını və narkotiki almağa hazır olduğunu bildirmiş, o da bu barədə Rəsula demiş, bundan sonra Rəsulgil İrandan narkotik maddələri götürüb sərhəddən keçib onun yaşadığı ünvana gəlmişlər, yəni o, həmin gecə Yardımlı rayonunun Zevin kəndində “üstü” deyilən yerdə, dövlət sərhədinə yaxın ərazidə Rəsulgili qarşılamış, onlarda içərisində narkotik maddələr olan sellofan torbalar və çanta olmuş, həmçinin Rəsulın və Əhmədağanın əlində avtomat silah da olmuş, digər üç nəfər şəxsdə silah olub-olmamasını dəqiq bilməmişdir. Həmçinin Rəsulda gecəgörmə cihazı da olmuşdur. Sonra o, Rəsulgili yaşadığı evin həyətinə gətirmiş, həmin vaxt gecə saat 03-04 radələri olmuşdur. Əvvəldən Rəsulla danışığı belə olmuşdu ki, onlar onun evinin içinə daxil olmayacaq, gətirdikləri narkotik maddələri satıb çıxıb gedəcəklər. Rəsulgil narkotik maddələri Seyidin tapdığı müştəri ilə alış-verişi onun həyətində aparıb sonra çıxıb getməliymişlər. O, həmin narkotik maddələri satmaq üçün Rəsulun vasitəsi ilə tanış olduğu Seyid adlı şəxslə telefonda danışıb təklif etmişdir ki, narkotikə müştəri tapsın, Seyid də narkotik alacaq şəxsi tapıb gətirmişdir. Narkotiki alacaq müştərini o, tanımamışdır. Seyid müştəri tapıb gətirdikdən sonra o, gedib Rəsulgili qarşılayıb həyətinə gətirmişdir. Narkotik maddələrin satılmasında vasitəçilik etdiyinə görə narkotikin qazancından ona 1500 manat pul verilməliymiş. Rəsulgil onun evinin həyətinə gəlməzdən bir az əvvəl Seyid ona telefonla bir nəfər Mehdi adlı müştərini tapıb gətirdiyini və çöldə gözlədiyini bildirmişdir. Rəsulgil onun evinin həyətinə gəldikdən sonra o, Seyidi və narkotik maddələri alacaq şəxsi, Seyidin dediyinə görə adı Mehdi olan şəxsi qarşılamaq üçün evin həyətindən çölə qapının ağzına çıxmış, elə həmin vaxt kənardan bir neçə nəfər ona tərəf yaxınlaşıb qışqıraraq “yat yerə, polisdir” demiş və o, bu şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Həmin vaxt həyətində olan Rəsul və digər şəxslər də qapıda dayanmış şəxslərin polis əməkdaşları olduğunu bilib avtomat silahlardan polislərə, polislər də onlara tərəf atəşlər açmağa başlamışlar. Onların arasında silahla bir az atışma olduqdan sonra Rəsulgil içərisində narkotik torbalarını və çantanı həyətdə qoyub həyəti tərk etmişlər, özü də bu vəziyyətdən qorxmuş və fürsət tapıb həyətindən çıxıb kəndin yaxınlığındakı meşəlik əraziyə qaçmışdır. O, meşəlik əraziyə qaçarkən arxadan atışma səslərinin davam etdiyini eşitmişdir. O, bir gün meşədə tək qalıb gizlənmiş, həmin vaxt Rəsulgillə heç bir əlaqəsi olmamış, Rəsulgilin hara qaçmalarını bilməmiş, güman edir ki, onlar qaçıb İran tərəfə keçmişlər. Baş vermiş atışma zamanı o, heç bir xəsarət almamış, digər şəxslərin xəsarət alıb-almamasını bilməmişdir. Bir müddət meşədə qaldıqdan sonar polis əməkdaşlarının ailəsini incidə biləcəyini düşünüb təslim olmaq qərarına gəlib 15 yanvar 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı evin yanına gəlib orada dayanmış polis əməkdaşlarına təslim olmuş və polislər onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində sorğu-sual zamanı o, tanışı iranlı Rəsulun və başqa bir neçə nəfərin Səidin tapdığı müştəriyə narkotik maddə satmaq üçün həyətinə gəlmələrini, həmin narkotik maddələrin satılmasına özünün də vasitəçi kimi iştirak etdiyi bildirmişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, həyətində baş vermiş atışmadan sonra polislər həyətinə baxış keçirmişlər və Rəsulgilin atıb qaçdığı içərisində narkotik maddələr olan torbaları və çantanı, həmçinin Rəsulgilə aid avtomat silahın sandıqçasını, patronlar, giliz və güllələr də aşkar edib götürmüşlər. Həmçinin ona məlum olmuşdur ki, Seyid adlı şəxsin müştəri kimi tapıb gətirdiyi Mehdi adlı şəxs də polis əməkdaşı olmuşdur. Hadisə baş verən vaxt onda heç bir silah olmamış, silahlar Rəsulgildə olmuş, Rəsulgil gələrkən həmin silahları özləri ilə İrandan gətirmişlər. Rəsulgil narkotik madələri qaçaqmalçılıq yolu ilə İrandan gətirmişlər və o, həmin narkotiklərin qaçaq yolla gətirilməsində iştirak etməmişdir. Rəsulgil Yardımlı rayonunun Mirim kəndi istiqamətindən dövlət sərhədini gizli keçib gəlmişlər. Rəsulgili yaşadığı evin həyətinə aparmaqda məqsədi Rəsulgilin gətirdikləri narkotik maddələrin Seyid adlı şəxsin tapıb gətirdiyi Mehdi adlı şəxsə satılmasında vasitəçilik etmək olmuş və bu vasitəçiliyə görə ona 1500 manat pul verilməliymiş. Həyətində aşkar olunmuş patrorlar, gilizlər və avtomat silaha aid sandıqça ona məxsus deyil, bunların ona heç bir aidiyyəti yoxdur. Ona görə o, verilmiş ittiham üzrə qaçaqmalçılıq cinayəti və silah-sursat əldə etmə cinayəti törətməmiş bu cinayətlərə görə özünü təqsirli bilmir, lakin narkotik maddələrin salılmasında vasitəçi kimi iştirak etdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmadır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 13 yanvar 2021-ci il tarixdə vətəndaş Şahid6 regional şöbəyə müraciət edib İran vətəndaşı Rəsul adlı şəxsin İrandan Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr gətirib həmin maddələri Yardımlı rayonunun Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs vasitəsi ilə satışını həyata keçirməsi barədə məlumat vermişdir. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, keçiriləcək əməliyyat tədbirində özü şərti alıcı kimi iştirak etməsi qərara alınmış, həmçinin köməklik göstərməsi üçün Şahid6 əməliyyat tədbirinə cəlb edilmiş, eləcə də Yardımlı RPŞ-nin bir əməkdaşı da əməliyyat qrupuna daxil edilmişdir. Daxil olmuş məlumata əsasən iranlı Rəsul adlı şəxs narkotik maddələri Təqsirləndirilən şəxs evinə gətirib orada satışını təşkil etmək niyyətindədir. Bundan sonra Şahid6 Təqsirləndirilən şəxslə mobil telefonla danışandan sonra Elməddin iranlı Rəsul adlı şəxsin gətirəcəyi narkotik maddələrə müştəri tapmasını Səidə tapşırmış, Səid də narkotik maddəyə müştəri tapdığını, Mehti adlı şəxsin həmin maddələri alacağını bildirmişdir. X10 yalandan bildirmişdir ki, narkotikin satışına görə özü də Elməddinə 1500 manat pul verəcəkdir. Elməddin Səidə bildirmişdir ki, o, (Elməddin) iranlı Rəsulu qarşılayıb evinə aparacaq və orada narkotiklərin alqı-satqısı həyata keçiriləcəkdir. 14 yanvar 2021-ci il tarixdə, gecə saatlarında Elməddin Səidlə telefonla əlaqə saxlayıb iranlı Rəsulu sərhəddə qarşılayıb yaşadığı evə gətirəcəyini deyib təklif etmişdir ki, müştəri ilə birlikdə təxminən 1-2 saata evinin yanına gəlsin, Səid də etiraz etməmişdir. Bundan sonra əməliyyat qrupu Səidlə birlikdə Yardımlı rayonunun Gendərə kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt gecə saat 04 radələri olmuşdur. Orada o və Səid Elməddinin evinin həyət qapısı yanında dayanmış, digər polis əməkdaşları kənardan ətrafı nəzarətdə saxlamışlar. X13 telefonla əlaqə saxlayıb müştəri ilə birlikdə evinin çöl qapısı yanında gözlədiklərini bildirmiş, az sonra Elməddin həyət qapısının ağzına çıxıb onları həyətinə dəvət etmişdir. Onlar həyətə keçərkən həyətdə 4-5 nəfər şəxsin əllərində avtomat silhlarla dayandıqlarını, həmçinin həyətdə iki ədəd sellofan torba və çantanın qoyulduğunu görüb başa düşmüşdür ki, həmin şəxslər İrandan narkotiki gətirən şəxslərdir. Həyətə girəndən sonra Elməddin həmin şəxslərə tərəf gedib sakitcə “Rəsul, müştəri gəlib” deyəndə həmin şəxslərdən birinin Rəsul olduğunu anlamışdır. Rəsul adlı şəxs ona və Səidə tərəf baxıb “əvvəlcə pulu versinlər” demiş, elə bu anda ətrafda mövqe tutmuş polis əməkdaşları və özü Elməddinə və digərlərinə ucadan “yerə yatın, yatın yerə, polis əməkdaşlarıyıq” demiş, lakin Elməddin və həyətdə olan digər şəxslər onların qanuni tələbinə tabe olmamış və əli silahlı şəxslər onlara qarşı avtomat silahlardan atəşlər açmağa başlamış, onlar da həmin şəxslərə atəş açmış və qarşılıqlı atışma başlamışdır. Az müddətdən sonra Elmədinin həyətində olan silahlı şəxslər və Elməddin hadisə yerindən qaçmağa nail olmuşlar. Hadisə zamanı Elməddinin əlində hər hansı bir silah olmamış, lakin həyətdə olan digər şəxslərin əlidə avtomat silah olmuşdur. Bundan sonra hadisə yerinə gəlmiş dövlət qrumlarının nümayəndələrinin iştirakı ilə təhqiqatçı Famil Həsənov tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində iki ədəd sellofan və bir ədəd parça torbalarda heroin və tiryəkə oxşar kütlələr, həmçinin hadisə yerində düşüb qalmış avtomat silahına aid bir ədəd sandıqça, patronlar, gilizlər və güllələr aşkar edilib götürülmüşdür. Baş vermiş hadisə zamanı əməliyyat tədbirində iştirak etmiş şəxslər heç bir xəsarət almamışlar. Həmin gün hadisə yerindən qaçmasına baxmayaraq, Təqsirləndirilən şəxs səhərisi günü-15 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulub istintaqa təqdim olunmuşdur. Məhkəmə iclasında şahidlər X9 və Şahid7, Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirmişdir ki, o, Yardımlı rayonunun Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs 2020-ci ilin payız aylarından iranlı Rəsulun vasitəsilə tanısa da, aralarında şəxsi münasibəti olmamışdır. İranlı Rəsul adlı şəxsi isə Lənkəran şəhərində təsadüfən tanış olduğu iranlı Bəhruz adlı şəxsin verdiyi telefon nömrəsi ilə zəngləşib tanış olmuş, lakin onunla heç vaxt görüşməmişdir. İranda yaşayan Rəsul adlı şəxs bal ticarəti ilə məşğul olduğu üçün, özü də bu işlə məşğul olmaq istədiyinə görə, yəni ucuz qiymətə alıb satmaq istədiyinə görə Rəsulla tanış olmuşdur. Sonrada o, bir iki dəfə iranlı Rəsulla vatsappla danışıb Rəsuldan bal almaq istədiyini bildirmiş, Rəsul etiraz etməmiş onun üçün bal məhsulu göndəcəyini demişdir. Həmin günlərdə Rəsul Elməddin adlı yaxın tanışının Yardımlı rayonunda yaşadığını və Elməddinlə yaxın münasibəti olduğunu ona bildirmişdir. Rəsul Elməddinin mobil telefon nömrəsini ona verib özünün yaxın adamı kimi arada Elməddinlə danışıb əlaqə saxlamasını demiş o, da etiraz etməmişdir. Həmin vaxtdan sonra yolu Yardımlı rayonuna düşəndə o, bir iki dəfə Elməddinlə danışıb görüşmüşdür. Bir müddət sonra Rəsul ona bal göndərməyi gecikdirsə də, o, ara-sıra Rəsulla mobil telefonda danışıb bal məhsulu barədə soruşub maraqlanmışdır. 2020-ci ilin sonlarında telefon danışığı zamanı iranlı Rəsul ona bildirmişdir ki, yaxın vaxtlarda onun üçün Cəlilabad rayonuna bir qədər bal məhsulunu göndərəcək, ya da ki özü ilə gətirəcəkdir. 13 yanvar 2021-ci il tarixdə iranlı Rəsul ona zəng edib özü tanışları ilə birlikdə Yardımlı rayonuna Elməddinin yanına gələcəyini və Elməddinə çatdırası malı olduğunu bildirmiş, o, Rəsuldan həmin vaxt istədiyi bal məhsulunu da gətirib-gətirməyəcəyini soruşanda Rəsul ona “bu dəfə başqa bal gətirirəm, istəyirsənsə sən də ona müştəri tap” demişdir. O, Rəsulun “başqa bal” sözünü başa düşməmiş, ondan bu barədə təkrar soruşanda Rəsul “başqa bal” deyəndə narkotiki nəzərdə tutduğunu demişdir. Həmçinin Rəsul özünün tanışları ilə birlikdə İrandan Elməddinin evinə qonaq gələcəyini, Elməddinə satması üçün bir qədər “kakos” və tiryək verəcəyini demişdir. Bundan sonra o, başa düşmüşdür ki, Rəsul adlı şəxs Elməddinlə narkotik maddələrin ticarəti ilə məşğul olur. Sonra Rəsul ona əsas qazancının narkotikdən olduğunu, təbii bal alverini ilə də məşğul olduğunu bildirib təklif etmişdir ki, Elməddinə gətirib verəcəyi həmin narkotik maddələrə müştəri tapsa ona da yaxşı pul verəcəkdir. Bir daha o, dəqiq bilmişdir ki, Rəsul İrandan Azərbaycana narkotik maddələr göndərir, Elməddin də həmin narkotiki satmaqla məşğul olur. Həmin danışıqlar zamanı o, Rəsula yalandan bildirmişdir ki, maraqlanıb narkotikə müştəri tapar, Rəsul da ona Elməddinə onunla əlaqə saxlamasını tapşıracağını demişdir. 13 yanvar 2021-ci il tarixdə o, Lənkəran şəhərində olan regional polis şöbəsinə gedib iranlı Rəsulun narkotik ticarətində əlbir olduğu Təqsirləndirilən şəxs barəsində məlumat vermiş, sonra isə keçirilmiş tədbir də özü də iştirak etmişdir. Əməliyyat tədbirində polis əməkdaşı Mehti adlı şəxs (Şahid3) guya narkotik maddələri almalı olan şərti alıcı kimi iştirak etmiş, o da həmin gün Elməddinlə mobil telefonda danışıb Rəsulun gətirəcəyi narkotik maddələrə müştəri tapdığını bildirmişdir. Həmçinin o, Elməddinə Mehti adlı müştərinin gəlib narkotikləri alacağını, özü də Elməddinə 1500 manat pul verəcəyini demiş, Elməddin də iranlı Rəsulun tanışlarını ilə birlikdə 14 yanvar 2021-ci il tarixdə, gecə vaxtı gələcəklərini, onları qarşılayıb yaşadığı evə aparacağını, onun da müştəri olan şəxsi yaşadığı evin yanına gətirməsini bildirmişdir. 14 yanvar 2021-ci il tarixdə, gecə saatlarında o, əvvəlcə Elməddinlə telefonda dınışmış, Elməddin ona iranlı Rəsulu və tanışlarını artıq qarşılayıb Gendərə kəndində yerləşən evinə apardığını bildirib müştəri ilə birlikdə təxminən 1-2 saata evinin yanına gəlməsini demiş, o da etiraz etməmişdir. Bundan sonra o, şərti alıcı olan Mehti adlı polis əməkdaşı və digər polis əməkdaşları ilə birlikdə Yardımlı rayonunun Gendərə kəndinə Elməddinin yaşadığı evin yanına getmişlər. Sonra o, Elməddinlə mobil telefonda danışıb müştəri ilə birlikdə həyət evinin çöl qapısı yanında olduqlarını və onu gözlədiklərini bildirmişdir. Az sonra Elməddin evin həyət qapısının ağzına çıxmış, onu və müştəri zənn etdiyi polis əməkdaşı Mehtini evinin həyətinə dəvət etmişdir. Onlar həyətə keçəndən sonra Elməddin həyətədə dayanmış 4-5 nəfər şəxslərə tərəf gedib “Rəsul, müştəri gəlib” deyəndə o, həmin şəxslərdən birinin Rəsul olduğunu anlamışdır. Rəsul adlı şəxs ona və Mehtiyə tərəf baxıb “əvvəlcə pulu versinlər” demiş, elə bu anda çöldə olan polis əməkdaşları dərhal həyətə daxıl olub Elməddinə və digərlərinə ucadan “yerə yatın, yatın yerə, polis əməkdaşlarıyıq” demiş, lakin Elməddin və həyətdə olan digər şəxslər polislərin göstərişinə tabe olmamış, sonra onlar avtomat silahlardan polislərə atəşlər açmağa başlamışlar. Atışma zamanı o, kənara çəkilib təhlükəsiz yerdə dayanmışdır. Bir az sonra Elməddin və əllərində avtomat silahlar olan digər şəxslər hadisə yerindən qaçmışlar. Hadisə zamanı Elməddində silah olmamış və onun polis əməkdaşlarına atəş açmasını göroməmişdir. Elməddin və iranlı şəxslər hadisə yerindən qaçıb uzaqlaşandan sonra o, artıq hadisə yerində çox qalmamış, təhlükəsizliyi baxımından polis əməkdaşları onu hadisə yerindən uzaqlaşdırmışlar. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Elməddinin evinin həyətində torbalarda narkotik maddələr, yerə düşmüş patronları, gilizləri və avtomat silaha aid sandıqçanı aşkar edib götürmüşlər. İşdə olan, 13 yanvar 2021-ci il tarixli, “X12” ilə müəyyən olunur ki, həmin tarixdə vət. Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi X8 Şöbəyə (bundan sonra regional şöbə) müraciət edib İİR-nın vətəndaşı “Rəsul” adlı şəxsin Yardımlı rayonunun Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs vasitəçiliyi ilə narkotik vasitələri realizə etməsi barədə məlumat vermişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 14 yanvar 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə Yardımlı RPŞ-nə Yardımlı rayonunun Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Yardımlı Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 14 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, “Baxış və götürmə aparılması hıqqında” 14 yanvar 2021-ci il tarixli protokolla müəyyən edilir ki həmin tarixdə təhqiqatçısı Famil Həsənov tərəfindən Yardımlı rayonunun Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı evin qarşısında giriş qapısının yanında yerdə iki ədəd sellofan torba, bir ədəd parçadan olan torba, yerə səpələnmiş patronlar və 1 ədəd sandıqça aşkar edilmişdir. Aşkar edilmiş sandıqçanın içərisindən 20 ədəd patron, habelə 17 ədəd giliz, 2 ədəd mərmi aşkar olunmuşdur. Qara rəngli sellofan torbanın içərisində 6 ədəd bağlamada və parçadan olan torbanın içərisində 14 ədəd bağlamada narkotik vasitə olan tiryəkə oxşar kütlələr, digər sellofan torbanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr, 1 ədəd sandıqça, 20 ədəd patron, 17 ədəd giliz və 2 ədəd mərmi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı aparılmış videoçəkliş CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbada olan narkotik vasitə heroinə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, bir ədəd torbanın içərisindəki təmiz çəkisi-4330,0 qram (4 kq 330 qram) olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş 6 ədəd bükümlərdə narkotik vasitə tiryəkə bənzər kütlə ...” sözlər və imzalar olan bağlamadakı, 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1590,0 qram, 1545,0 qram, 1675,0 qram, 1530,0 qram, 1590,0 qram, 1535,0 qram olmaqla ümumi təmiz çəkisi-9465 qram (9 kq 465 qram) olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, onlar xarici görünüşünə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 14 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd çantadakı, 14 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1435,0 qram, 1485,0 qram, 1570,0 qram, 1435,0 qram, 975,0 qram, 2045,0 qram, 1620,0 qram, 2470,0 qram, 1370,0 qram, 1535,0 qram, 1300,0 qram, 875,0 qram, 1035,0 qram, 3540,0 qram olmaqla ümumi təmiz çəkisi-22690,0 qram (22 kq 690 qram) olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, onlar xarici görünüşünə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd bağlamadakı və 1 ədəd çantadakı, ümumi sayı 20 ədəd bükülülərdə olan ümumi təmiz çəkilrəi 32155,0 qram (32 kq 155 qram) olan tiryəklər tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 4329,95 qram və qalıq tiryək 32155,0 qramdır. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 19 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd giliz, zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir-gilizlərdir, istifadəyə (atəşə) yararsızdırlar. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd giliz, zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS- 74U” və s. kostruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir-gilizlərdir, istifadəyə (atəşə) yararsızdırlar. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə 9x19 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmesser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir-güllələridir, istifadəyə (atəşə) yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 03 mart 2021-ci il tarixli protokolla müəyyən edilir ki, 01 aprel 2019-cu il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/704-49-33 saylı mobil telefon nömrəsi ilə Şahid6 ifadəsində olan 055/719-22-22 saylı mobil telefon mobil nömrə arasında 26 oktyabr 2020-ci il tarixdə, saat 15:31-də və 14 yanvar 2021-ci il tarixdə, saat 02:39-da SMS əlaqəsi, həmçinin 14 yanvar 2021-ci il tarixdə, saat 03:16-da telefon danışığı qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/704-49-33 saylı mobil telefon nömrəsindən istifadəçisi məlum olmayan 055/479-66-08 saylı mobil telefon nömrəsinə 05 yanvar 2020-ci il tarixdə, saat 15:39-da “Yarım.kilo.mal.var.6000.min.pul.düzəld.sənə.verim” məzmunlu, istifadəçisi məlum olmayan 050/330-12-62 saylı mobil telefon nömrəsinə 22 iyun 2020-ci il tarixdə, saat 19:29-da “Qağa.axwam.mənə.metodon.demiwdin.gəlim.onu.ver” məzmunlu SMS mətnlərinin göndərilməsi, istifadəçisi məlum olmayan 050/491-51-51 saylı mobil telefon nömrəsindən 050/704-49-33 saylı mobil telefon nömrəsinə 05 avqust 2020-ci il tarixdə, saat 15:32-də “Aye alinmir de gedim basqasina” məzmunlu, həmin mobil nömrədən 050/704-49-33 saylı mobil telefon nömrəsinə 06 avqust 2020-ci il tarixdə, saat 15:38 və saat 15:39-da “Ay yetim maşin var astanliya gelir bir soz de mene”, “Men pulunu verecem narahat olma” məzmunlu, istifadəçisi məlum olmayan 051/554-78-77 saylı mobil telefon nömrəsindən 050/704-49-33 saylı mobil telefon nömrəsinə 07 avqust 2020-ci il tarixdə, saat 21:04-də “Emiş tezden gelecem it kimi yorulmusam toba maşin zadda yoxdu, tereziye qoydum nol üç geldi s...m onun var yoxun buna 20 manat verersen” məzmunlu, istifadəçisi məlum olmayan 050/491-51-51 saylı mobil telefon nömrəsindən 050/704-49-33 saylı mobil telefon nömrəsinə 19 avqust 2020-ci il tarixdə, saat 20:07 və saat 20:08-də “Elmeddin gelsem nese goturmek olar olurem”, “Puluynan isteyirem” məzmunlu, 20 avqust 2020-ci il tarixdə, saat 12:44-12:47-də “Ağriyiram meni basa düşürsen”, “Elməddin bacardigin qeder tez ele, lazim olsa gelib götürrem” məzmunlu, 21 avqust 2020-ci il tarixdə, saat 22:18- 22:23-də “Qaqa ozunde varsa mene on manatdiq ver gelim goturum qayidim”, “Veziyyetim pisdi” məzmunlu SMS mətnlərinin göndərilməsi müəyyən edilmişdir. Bundan başqa da, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/704-49-33 saylı mobil telefon nömrəsinin 14 yanvar 2021-ci il tarixdə, saat 03:08-07:41 vaxt aralığında Yardımlı rayonunun Zevin kəndi üzrə antenn dairəsi əhatəsində olduğu müəyyən edilmişdir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 27 aprel 2021-ci il tarixli və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 32154,4 qram tiryək, 4329,95 qram heroin, 20 ədəd 7,62 mm kalibrli patronlar, 11 ədəd 7,62 mm kalibrli gilizlər, 06 ədəd 5,45 mm kalibrli gilizlər, 01 ədəd sandıqça və 02 ədəd güllələr üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə telefon danışıqlarına dair məlumat olan, eləcə də baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 16 sentyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, hazırki cinayət işinin materiallarından şəxsiyyəti məlum olmayan “Rəsul”, “Əhmədağa” adlı şəxslərin və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (həyətində aşkar olunmuş döyüş sursatı, gilizlər və avtomat silaha aid bir ədəd sandıqçanın ona aidiyyətinin olmaması, verilmiş ittiham üzrə qaçaqmalçılıq cinayətini və silah-sursat əldə etmə cinayətini törətməməsi, yalnız narkotik maddələrin satılmasında vasitəçi olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni həyətində aşkar olunmuş döyüş sursatı, gilizlər və avtomat silaha aid bir ədəd sandıqçanın ona aidiyyətinin olmaması, verilmiş ittiham üzrə qaçaqmalçılıq cinayətini və silah-sursat əldə etmə cinayətini törətməməsi, yalnız narkotik maddələrin satılmasında vasitəçi olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Xəyyal Abışov, Şahid7 və Şahid6 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və heroinin 2 qramı, tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və qrupun digər üzvlərinə aid olmaqla götürülmüş 32155 qram (32 kq 155 qram) narkotik vasitə olan tiryək və 4330 qram (4 kq 330 qram) narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik maddələrinin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 32.5,206.3.2, 32.5,228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, regional şöbənin əməkdaşının 15 yanvar 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayət törətməkdə şübhəli olan Əliyev X2 rayonunun Gendərə kəndində yaşadığı evin yaxınlığında tutulub təhqiqat orqanına gətirilmişdir. İşdə olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan 15 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 07 noyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 09 avqust 2012-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Yardımlı rayon İHB-nın Aşağı Astanlı İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yardımlı rayonunun Gendərə kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində 2009-cu il təvəllüdlü X6 və 2011-ci il təvəllüdlü X7 vardır, habelə yaşayış yeri üzrə müsbət (ictaimi işlərdə fəail iştirak etmişdir) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 32.5,228.2.1, 234.4.1 və 234.4.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddədələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 4329,95 qram (4 kq 329,95 qram) narkotik vasitə olan heroin və 32154,4 qram (32 kq 154,4 qram) narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 11 ədəd 7,62 mm kalibrli gilizlər, 06 ədəd 5,45 mm kalibrli gilizlər və 02 ədəd güllələr məhv edilməli, 20 ədəd 7,62 mm kalibrli patronlar və avtomat silaha aid 01 ədəd sandıqça Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, habelə telefon danışıqlarına dair məlumat olan, eləcə də baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-152 (bir yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5,206.3.2, 32.5,228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.5,228.2.1-ci miaddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 4329,95 qram (4 kq 329,95 qram) narkotik vasitə olan heroin, 32154,4 qram (32 kq 154,4 qram) narkotik vasitə olan tiryək, 11 ədəd 7,62 mm kalibrli gilizlər, 06 ədəd 5,45 mm kalibrli gilizlər və 2 (iki) ədəd güllələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 20 ədəd 7,62 mm kalibrli patronlar və avtomat silaha aid 1 (bir) ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, telefon danışıqlarına dair məlumat olan, eləcə də baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-152 (bir yüz əlli iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar