Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-32/2023 05.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, 17 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi ev 44-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə, 18 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Ağdam rayonu, Ağdam şəhəri, Xanlar küçəsi ev 9-da qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Sabunçu rayonu E.Mehdiyev küçəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin, eləcə də odlu silah, onun komplekt hissəsini və döyüş sursatını qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması, başqasına verilməsi, satılması və gəzdirilməsi ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, İİR ərazisində olan digər şəxs tərəfindən 01 ədəd sarı rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 10 (on) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 10630 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, külli miqdarda, yəni təmiz çəkisi 2300 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və külli miqdarda, yəni təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, eyni zamanda 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal edilmiş, Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəşə üçün yararlı, yivli odlu silah hesab edilən tapança, həmin tapançaya aid 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün komplekt hissəsi olan bir ədəd daraq və qeyd olunan darağa keçirilmiş atəş üçün yararlı 06 ədədi 1951-ci ildə, 01 ədədi 1946-cı ildə, digər 01 ədədi isə 1949-cu ildə zavod üsulu ilə istehsal edilmiş, ümumilikdə 08 ədəd 7,62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança pulemyotların döyüş sursatı hesab edilən ştat patronları Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu, Karxulu kəndinin yaxınlığından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş və 26 mart 2022-ci il tarixdə bu barədə onlara məlumat verildikdən sonra onlar qəsdən satış məqsədi ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 27 mart 2022-ci il tarixdə saat 13 radələrində piyada Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu, Karxulu kəndinin yaxınlığından keçən hissəsinə gələrək, həmin yolun sağ tərəfində quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş həmin narkotik vasitəni və psixotrop maddəni, eyni zamanda texniki cəhətdən saz və atəş üçün yararlı odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 13:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqlarından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayətləri törətməyə cəhd etmişlər. Daha sonra, 27 mart 2022-ci il tarixdə saat 13:40 radələrində saxlanıldıqları yerdə, yəni Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu Karxulu kəndinin yaxınlığından keçən hissəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman həmin yolun sağ tərəfindəki quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş sonuncunun təqdim etdiyi 01 ədəd sarı rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 10 (on) ədəd bükülü halında olan ayrı-ayrılıqda təmiz çəkisi 1080 qram, 690 qram, 680 qram, 1380 qram, 1520 qram, 680 qram, 1300 qram, 2000 qram, 580 qram, 720 qram olmaqla ümumi təmiz çəkisi 10630 qram olan külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 ədəd polietilen torbada təmiz çəkisi 2300 qram olan narkotik vasitə hesab edilən heroin və 01 ədəd polietilen torbada təmiz çəkisi 1200 qram olan psixotrop maddə hesab olunan metamfetamin, eləcə də, 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal edilmiş, Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəşə üçün yararlı, yivli odlu silah hesab edilən tapança, həmin tapançaya aid 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün komplekt hissəsi olan bir ədəd daraq və qeyd olunan darağa keçirilmiş atəş üçün yararlı 06 ədədi 1951-ci ildə, 01 ədədi 1946-cı ildə, digər 01 ədədi isə 1949-cu ildə zavod üsulu ilə istehsal edilmiş, ümumilikdə 08 ədəd 7,62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança pulemyotların döyüş sursatı hesab edilən ştat patronları aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Füzuli rayonu, Horadiz qəsəbəsinə Turalla birlikdə iş axtarmaq üçün getmişdir. Yolda olarkən Turaldan ona məxsus mobil telefonu götürmüş və danışmışdır. Tural təxminən Bəhrəmtəpə adlanan dairədə, İmişli rayonu ərazisində telefonunu ona vermişdir. Həmin vaxt isə iranlı şəxsin telefon nömrəsin öz telefonundan Turala məxsus telefona köçürdərək, danışmağa başlamışdır. Turalı məhəllədən tanıyır, onunla otuz ildir ki qonşudur. Özü narkotik vasitələrin istifadəçisi olmuşdur. Həmin vaxt isə narkotiki qurtarmışdır. Bu səbəbdən də əvvəllər tanıdığı İİR-də olan Şahbuz adlı şəxsə zəng vurub, ondan narkotik vasitə istəmişdir. Göndərilmiş konumu və şəkili Turala məxsus telefondan özünə göndərmişdir. Həmin Şahbuz adlı şəxs isə 10-15 qram mal qoydurub, xəbər edəcəyini bildirmişdir. Daha sonra olduğu ərazidə isə hansısa bir şirkətin ərazidə işləyən işçiləri daşıyan Ford markalı maşınına Turalla birlikdə minmiş, Füzuli rayonu ərazisində olan başqa bir şirkətə işlə bağlı müraciət etmək üçün getmişlər. Lakin həmin maşın müəyyən bir məsafədən sonra onları düşürmüş, bildirmiş ki, daha yolu davam edə bilməz, başqa bir maşınla yola davam etməlidirlər. Bu zaman hər ikisi maşından düşmüş yolun kənarı ilə hərəkət edərək, yoldan keçən bir başqa maşına saxlaması üçün əl etmişlər. Hyunday markalı avtomobil saxlayaraq, hara getdiklərini soruşmuş, cavabında isə bildirmişlər ki, iş üçün Kaliop türk şirkətinə gedirlər. Həmin avtomobildəkilər isə onlardan bu əraziyə keçməyin qadağan olduğunu, bura necə keçmələrini soruşmuş, müvafiq portalları olmadığından isə ərazidəki polis postundan maşın çağırmışlar. Hyunday markalı avtomobildəki şəxslərində polis əməkdaşları olduqlarını bilmişlər. Daha sonra postdan polis maşını gələrək onları ərazidəki polis postuna aparmışlar. Həmin polis postunda isə yoxlanış zamanı onun Kontakt Homa olan borcuna görə axtarışda olması məlum olmuşdur. Bu səbəbdən də postda olan polis əməkdaşları onları orada saxlamış, bildirmişlər ki, izahat verdikdən sonra buraxılacaqlar. Daha sonra isə hər ikisini Cəbrayıl Rayon Polis şöbəsinə aparmışlar. Həmin vaxt isə şöbədə sıra düzülüşü olmuşdur. Sonra isə rəis gəlmiş, telefonu yoxlanılmış, telefonda isə İranlı şəxslə danışıqları tapılmışdır. Bundan sonra həmin rəis kisəni çıxararaq, demişdir ki, bunu boynuva almalısan. Etiraz etdikdə isə polis əməkdaşları tərəfindən döyülmüş, fiziki təzyiqlərə məruz qalmış, eyni zamanda şəxsiyyətini alçaltmaqla bağlı təhdid edilmişdir. Özü narkotik istifadəçisi olduğundan və həmin vaxt da ağrıda olduğundan məcbur olub həmin rəisin dedikləri ilə razı olmuşdur. Rəis isə Toğrul müəllim olmuşdur. Eyni zamanda polis rəisi onu lomkadan çıxarmağa da kömək edəcəyinə söz vermiş, bundan sonra isə ona kakos verilmiş və çəkmişdir. Daha sonra isə videoçəkilişə aparmışlar. Çəkiliş Karxulu kəndi ərazisində olmuşdur. Orada isə polislər özləri narkotik vasitələr olan kisə basdırmışlar, həmin basdırdıqları yeri isə çəkiliş zamanı əli ilə göstərib çıxartmağını tələb etmişlər. Tural isə bütün bu zaman ərzində onunla birlikdə olmuşdur. Çəkilişdə isə kisəni çıxarıb təqdim etmişdir. Saxlanıldıqları yerlə narkotiklərin aşkar edildiyi yerin arasında təxminən 15 km məsafə olmuşdur. Özünün səhvi iranlı ilə danışıb, istifadəsi üçün narkotik vasitə istəməyidir. İranlının burda qırxdan çox adamı var narkotik qoydurub, götürürlər. İranlıya əvvəllər pul da göndərib, iki-üç qram narkotik qoydurub götürüb. Füzuli rayonunda da onun kuriyerləri var, narkotik qoydurur, gedib götürürsən. Həmin vaxt üzərində 150-180 manat pul olmuş, həmin puldan 100 manat iranlının kartına göndərmiş, lakin sonradan iranlı pulu geri qaytarmışdır ki, hazırda adamı yoxdu orda malı göndərə bilmir. Aşkar edilmiş narkotik vasitələrin onlara heç bir aidiyyəti olmamışdır, həmin əraziyə işləmək məqsədilə getmiş, Turalın isə onun şəxsi istifadəsi üçün iranlıdan narkotik istəməsindən xəbəri olmamışdır. Həmin vaxt telefonda danışarkən üstüörtülü danışmış, Turalın onun nə barədə danışığından xəbəri olmamışdır. Özünü yalnız narkotik istifadəçisi kimi təqsirli bilir, üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, aşkar edilmiş narkotiklərin ona aidiyyətinin olmamasını nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilir, narkotik vasitələrdən, yəni heroin (Kakos) istifadə edir. 2021-ci ilin oktyabr ayının ortalarından dəqiq adını bilmədiyi ona məxsus instaqram profilini istifadə etmiş, elə həmin vaxtlarda da dəqiq xatırlamadığı səhifədə şəkilin alt hissəsindən rəy bölməsində İİR-nə aid olan mobil telefon nömrəsinin yazıldığını görmüşdür. O, istifadəsində olan instaqram profili ilə həmin şəxsin instaqram profilinə dostluq göndərmiş və həmin gün şəxs onun dostluğunu qəbul etmişdir. Ona məxsus intaqram profili ilə “Direct”də həmin profillə aralarında yazışmalar olmuşdur. Daha sonra o, sonuncuya istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi göndərmişdir. Bundan təxminən bir neçə dəqiqə sonra iranlı istifadəsində olan +**********75 mobil telefon nömrəsi ilə ona “WhatsApp” proqramı ilə zəng etmişdir. O, zəngə cavab vermiş, özünü İİR-nin vətəndaşı və adının “Şahbuz” kimi təqdim edərək, narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona demişdir. O, təxminən son bir il ərzində narkotik vasitə hesab edilən heroin (kakos) istifadə etdiyinə görə sonuncudan onun üçün də narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Bundan sonra “Şahbuz” ona müxtəlif vaxtlarda və müxtəlif banklara aid olan plastik kart şəkilləri göndərmiş o isə öz istifadəsi üçün narkotik vasitə heroin almaq üçün “Şahbuza” pullar göndərmişdir, iranlı heroin gizlətdiyi yerləri ona demişdir. O isə tək gedərək həmin yerdən heroini götürmüşdür. Sonra dəqiq xatırlamadığı tarixdə istifadəsində olan mobil telefonunu itirmiş, lakin sadə telefonunda isə Şahbuzun telefon nömrəsini qeyd edib saxlamışdır. X15 məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsini istifadəsində olan “Samsung J2” markalı mobil telefona qoşaraq istifadə etmişdir. Bundan sonra 26 mart 2022-ci il tarixdə saat 19 radələrində İran İslam Respublikası vətəndaşı Şahbuz isifadəsində olan “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək, deyəcəyi yerə gedə biləcəyini ondan soruşmuşdur. O, isə Şahbuza heç bir problemin olmadığını demiş və nə üçün hansı işlə bağlı gedəcəyini soruşmuşdur. Bu zaman sonuncu ona narkotik vasitənin olmasını götürərək sonradan deyəcəyi yerə aparmasını demişdir. O, Şahbuzla razılaşmış və sonuncu həmçinin, ona İmişli rayon ərazisində olan Bəhrəmtəpə adlanan dairəvi yol ayrıcına gedib bir daha zəng etməsini demişdir. O, 27 mart 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı ünvanda məhəllədə Təqsirləndirilən şəxs2 görmüş və onunla birlikdə İmişli rayon ərazisinə gedərək HOWO markalı yük avtomobili gətirməsinə köməklik etməsini sonuncudan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və birlikdə tanımadıqları taksi ilə Bakı şəhərində yerləşən Avtovağzala getmişlər. Oradan da tanımadıqları taksi sürücüsü ilə hər ikisi İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yerləşən dairəvi yol ayrıcına çatmağa az qalmış o, yenidən istifadəsində olan mobil telefonda “WhatsApp” proqramı vasitəsilə Şahbuza zəng edərək, oradan da hansı istiqamətdə getməsini soruşmuşdur. Bu zaman Şahbuz ona birazda irəli, yəni Füzuli rayon Horadiz qəsəbəsinə getmələrini demişdir. O, isə Bakı şəhərindən gəldiyi tanımadığı taksi sürücüsünə Füzuli rayon Horadiz qəsəbəsi istiqamətində hərəkət etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə o, həmin taksi ilə Füzuli rayon Horadiz qəsəbəsinə getmişlər və Azpetrol adlı yanacaq doldurma məntəqəsinin yanında avtomobildən düşərək, taksi sürücüsünə 30 manat məbləğində pul vermişdir. Bundan sonra bir daha o, Şahbuza zəng edərək, hara getməsini soruşmuş, sonuncu isə ona Cəbrayıl rayon istiqamətinə getməsini və məkan (konum) göndərəcəyi həmin yerə getmələrini bildirmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə piyada gəzə-gəzə Cəbrayıl rayon istiqamətində getməyə başlamışlar və qarşıda polis postunun olduğunu görmüşlər. Həmin zaman da yoldan sərnişin daşıyan mikroavtobusun keçdiyini görmüş və əl edərək onları aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə həmin mikroavtobusa əyləşərək polis postunu keçib biraz irəliləyəndən sonra Cəbrayıl rayon ərazisinə çatmamış körpüdən sağda yerləşən şirkətə daxil olmuşlar və avtomobil həmin şirkətdə dayanaraq onları da avtomobildən düşürmüşdür. Bundan sonra o, Şahbuzun göndərdiyi konum istiqamətində getmək istəmiş, lakin həmin yerdə internet zəif olduğu üçün dəqiq məkanı tapa bilməmişdir. Bundan sonra hər ikisi piyada Cəbrayıl rayon istiqamətində yolla hərəkət etməyə başlamışlar. O, məkanı tapmaq üçün istifadəsində olan nömrəni rominq edərək məkanı (konumu) tapmağa çalışmışdır. Şahbuzun ona göndərdiyi konumun son nöqtəsinə gedərək dayanmış, lakin həmin ərazinin Cəbrayıl rayonun hansı kəndi olması barədə məlumatı olmamışdır. Şahbuzun ona göndərdiyi konum yol kənarında olan işıq dirəyinin yanını göstərmiş, Təqsirləndirilən şəxs2lə birlikdə hər ikisi orada dayanmışlar və o, yol kənarlarına baxan zaman həmin işıq dirəyinin yanında bir ədəd sarı rəngli polietilen torbanın olmasını görmüşdür. O, həmin torbaya yaxınlaşaraq torbanı götürmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşmışlar və minalanmış ərazidə nə işlə məşğul olmalarını, eyni zamanda həmin bağlamanın nə olmasını soruşmuşlar. O, isə cavabında bağlama olmasını bildirmişdir. Daha sonra həmin yerə polis əməkdaşları yaxınlaşmış və sarımtıl rəngdə olan torbaya baxdıqda içərisində çoxlusayda bükümlər olmasını görmüşlər. Bundan sonra o, polis əməkdaşlarına həmin bükümlərin narkotik vasitə olmasını bildirmişdir. Buna görə də polis əməkdaşları Təqsirləndirilən şəxs2lə birlikdə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirmişdir. Bunun ardı ilə polis əməkdaşları onlarla birlikdə həmin yerdə dayanmışlar və onlara narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olduqları üçün qanunla müəyyən edilmiş məsuliyyət daşımalarını bildirmişlər. Bir müddət keçdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2lə birlikdə ona hüquq və vəzifələrini, o cümlədən vəkil dəvət etmək hüququnu izah etmişlər. Onlar vəkilinin olmadığını bildirdikdən sonra polis əməkdaşları onlara vəkillər siyahısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil kimi X1 və sonuncunun onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra vəkil X9 həmin yerə gəlmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 seçdiyi adını bilmədiyi vəkil də oraya gəlmişdir. İlk olaraq polis əməkdaşları onun üzərində müdafiəçi Mehman Mütəllimovun iştirakı ilə videoçəklişlə axtarış keçiriləcəyini bildirmişlər. Üzərində şəxsi axtarış keçirilməyə başlanılmazadan əvvəl polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vasa təqdim etsin. O isə əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung J2” markalı mobil telefonu təqdim etmiş və üzərində heç bir əşya olmadığını bildirmişdir. Tanımadığı bir nəfər polis əməkdaşı üzərinə baxış keçirmiş, lakin üzərində təqdim etdiyi mobil telefondan başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun təqdim etdiyi mobil telefona baxmışlar və mobil telefonda İran vətəndaşı ilə danışıqları aşkar olunmuşdur. O, hər şeyi etiraf etmiş, yəni İran vətəndaşı ilə əvvəlcədən razılaşdığını və İranlının orada gizlətdiyi narkotik vasitəni götürmək üçün gəldiyini demişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi üçün müdafiəçisinin iştirakı ilə həmin yerdə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs2 təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 də əynində olan qara rəngli şalvarın cibində markasını dəqiq bilmədiyi bir ədəd mobil telefonu təqdim etmiş və bundan başqa üzərində heç bir əşya olmadığını bildirmişdir. Tanımadığı bir nəfər polis əməkdaşı sonuncunun üzərinə baxış keçirmiş və üzərində təqdim etdiyi mobil telefondan başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra o, polis əməkdaşlarını yolun kənarında olan qumluq sahəyə aparmış və oradan quma basdırılmış bir ədəd sarı rəngli kisəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin kisə polis əməkdaşları tərəfindən açılmış, həmin torbadan ümumilikdə 12 ədəd üzəri yapışqan letlə sarılmış selofan torba olduğu aşkar olunmuşdur. Həmin bükülülər polis əməkdaşları tərəfindən bıçaqla kəsilmişdir. Həmin 12 ədəd bükülünün 10 ədədində narkotik vasitə olan marixuanaya bənzər kütələnin, 1 ədədində narkotik vasitə olan heroinə bənzər kütlənin və 1 ədədində isə psixotrop maddə olan metanfetinə bənzər kütlənin olduğu, həmçinin narkotik vasitə olan marixuanaya bənzər kütlənin arasından üzərindəki nömrəsi silinmiş bir ədəd tapança, həmin tapançaya məxsus bir ədəd sandıq və sandıqda isə 08 ədəd patron olduğu aşkar olunmuşdur. Həmin bükülülər ayrı-ayrılıqda və birlikdə çəkilmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr ayrı-ayrılıqda, həmçinin bir ədəd tapança, həmin tapançaya aid olan bir ədəd sandıq və 08 ədəd patron ilə müvafiq qaydada birlikdə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 ifadəsində onu da qeyd etmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni, eyni zamanda odlu silah və onun komplekt hissələrini 26 mart 2022-ci il tarixdə Şahbuz adlı iranlı ilə aralarında olan razılaşma əsasında sonuncunun gizlətdiyi yerdən, yəni Cəbrayıl rayon Karxulu kəndinin yaxınlığında keçən avtomobil yolunun kənarından 27 mart 2022-ci il tarixdə saat 13 radələrində götürmək üçün getmiş və götürəcəyi həmin narkotik vasitəni və psixotrop maddəni, eyni zamanda odlu silahı və onun komplekt hissələrini Şahbuz adlı iranlının sonradan deyəcəyi şəxslərə çatması üçün başqa ünvana aparacağını razılaşmışdır. Həmçinin, həmin razılaşmanın müqabilində Şahbuz adlı iranlı ona təxminən 20-30 qram çəkidə narkotik vasitə hesab edilən heroin pay verəcəyini razılaşmışlar. Bundan başqa, həmin «Şahbuz» adlı şəxsi tanımamış və görməmişdir. Sonuncu ilə təxminən 5-6 ay əvvəldən, yəni 2021-ci ilin oktyabr ayından instaqram sosial şəbəkəsində tanış olmuş və Şahbuzun harada yaşadığını, dəqiq adını, soyadını və ata adının nə olduğunu bilməmişdir. Şahbuz adlı iranlı ilə +**********75 saylı nömrə ilə yalnız “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış, yəni yazışmış, səsli və görüntülü danışmışdır. Mobil telefonda Şahbuzun adını qeyd etməmişdir. Həmçinin, yalnız ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş və bundan başqa nömrəsi olmamışdır. Həmin nömrə atası Bahadur Nəzərovun adına qeydiyyatda olmuşdur. Bundan başqa, Şahbuz ona əvvəllər də bir neçə dəfə fərqli-fərqli məkanlara narkotik vasitə hesab edilən heroin (kakaos) göndərmişdir. “Şahbuz” adlı şəxsi Təqsirləndirilən şəxs2 tanımamış və onların getdiyi yerdən narkotik vasitə və psixotrop maddə, həmçinin silah götürəcəklərindən sonuncunun xəbəri olmamışdır. Verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, müstəntiq tərəfindən o döyülüb, təhdid edilməmiş, lakin həmin ifadələri oxumadan imza etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci ildə yaşadığı məhəllədə “Oba” marketin qarşısında tanışı Təqsirləndirilən şəxs1la rastlaşmış və söhbət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 Cəbrayıl rayonuna usta kimi işləmək üçün getmək istədiyini bildirmişdir. Valeh isə onunla birlikdə getmək istədiyini bildirmişdir. Belə ki, həmin vaxt Valehin ailə daxili problemləri olmuşdur. Qərara gəlmiş ki, Valehlə birgə gedib yük avtomobili sürüb, yolu-izi öyrənsin. İşləmək məqsədilə Valehlə birlikdə yola çıxmışlar. Lakin, əvvəlcədən orada olan hər hansı bir şirkətə iş üçün müraciət etməmişlər. Yola gecə çıxmaqda məqsədi o olmuşdur ki, səhər saatlarında oradakı şirkətlərin birinə iş vaxtı başlayan kimi iş üçün müraciət etsin. Hə ya yox cavabın bilib, iş alınmadıqda Bakıya geri qayıtsın, iş olsa isə işəgötürən şirkət qalmağa yer və yaxşı maaş verəcəkdi. Bundan sonra əvvəlcə Bakı şəhərində 20 Yanvar adlanan əraziyə daha sonra isə rayona yola çıxmışlar. Yol pullarını isə Valeh vermişdir. Yol dumanlı olduğuna görə bir dəfə yolun şəklini çəkmişdir. Füzuli rayon istiqamətində olduqları zaman Təqsirləndirilən şəxs1 telefonun batareyası bitmişdir. Bu zaman ona məxsus olan poverbankdan Təqsirləndirilən şəxs1 istifadə etsə də, batareyasını doldura bilmədiyinə görə sonuncu ondan istifadəsində olan mobil telefonunu istəmiş, o, mobil telefonunu Təqsirləndirilən şəxs1 vermişdir. Lakin Valehin telefonda kiminlə və nə danışdığın bilməmişdir. İmişli rayon Bəhrəmtəpə qəsəbəsində dairəvi yolun yanında mağazadan Təqsirləndirilən şəxs1 avtomobilə qoşmaq üçün istifadə edilən adapter almış və telefonunu avtomobildə adapterə qoşmuşdur. Özü arxa oturacaqda oturduğuna görə Təqsirləndirilən şəxs1 danışdığı şəxsin kim olması barədə məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs1 telefonunun “WhatsApp” proqramı vasitəsi ilə kiminləsə danışmış və ona qaytarmışdır. Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında olan avtovağzalda taksidən düşmüşlər. Piyada hərəkət edib, daha sonra yoldan keçən “Ford” mikroavtobusa əyləşərək, Cəbrayıl rayonunun ərazisində yerləşən adını bilmədiyi şirkətə tərəf getmişlər. Həmin “Ford” markalı mikroavtobus onları asfalt bitənədək gətirmiş, demişdir ki, burada düşün şirkət qabaqda yerləşir daha piyada gedin. Ora 27 mart 2022-ci ildə səhər saatlarında çatmışlar. Onlarda Valehlə düşüb həmin yol ilə piyada getməyə başlamışlar. Cəbrayıl rayon sözləri yazılan yol lövhəsinin yanına qədər piyada gedərək, yoldan keçən avtomobillərə saxlaması üçün əl etmişlər. Ora qədər isə hər hansı bir postla rastlaşmamışlar. Həmin vaxt bir avtomobil onların yanında dayanmış, bu zaman avtomobildə olan şəxslərin polis əməkdaşları olduğunu görmüşlər. Polis əməkdaşları onlardan hansı istiqamətdə gedəcəklərini soruşmuşlar. Onlar isə polis əməkdaşlarına adını bilmədikləri şirkətə gedəcəyini demişlər. Polis əməkdaşları isə onlara ərazinin minalanmış olduğunu, həmin əraziyə portalda icazələri olmadan girişlərinin qadağan edildiyini demişlər. Həmin zaman qeyd olunan əraziyə girişləri üçün icazələrinin olmadığına görə üzərində sayrışan işıqlar olan ağ rəngli avtomobil gəlmiş, onlar polis postuna getmişlər, postda iki əsgər, iki polis əməkdaşı olmuşdur. Polis postunda onların icazələri olmadığı aşkarlandıqdan sonra Təqsirləndirilən şəxs1 adına cərimə olduğuna görə axtarışda olduğu müəyyən edilmişdir. Bundan sonra həmin posta digər polis avtomobili gəlmiş və onları sonradan gələn avtomobilə əyləşdirib Cəbrayıl rayonunda olan polis şöbəsinə aparmışlar. Təxminən 01 saat sonra şöbəyə çatmışdır. Ora qədər isə iki post keçmişlər. Şöbədə isə demişdilər ki, Valeh ərizə yazmalıdı, ondan sonra isə, “sizi buraxacayıq”. 2 saat şöbədə qalmışlar, bu zaman isə telefonları əllərindən almışdır. Sonra yanlarında olan polis əməkdaşına zəng gəlmiş, onlar isə şöbədə qalmış, daha sonra demişlər ki, rəis gəlir, bu zaman qollarına qandal vurmuşlar. Eyni zamada onlar polis şöbəsinə gəldikdə artıq sıra düzülüşü olmuşdu. Rəis isə demişdir ki, niyə gəlmisiz, o isə cavabında işləmək üçün gəldiyini bildirmişdir, rəis araşdıracaqlarını bildirmişdir. Bundan sonra onları ayırmışlar, onu tək rəisin otağına gətirmişlər. Onu polis əməkdaşları döyə-döyə rəis demişdir ki, “sən bilmirsən bura nəyə gəlmisən”. O, isə cavabında iş üçün gəldiyini desə də elə döyüb onu vurmuşlar. Daha sonra onları ayrı-ayrı maşınlara mindirib hardan götürmüşdülər ora geri qaytarmışlar. Yolda isə bir nəfərin telefonda danışdığının şahidi olmuş, həmin şəxsi də və ondan başqa orada olan bir avtobus sürücüsünü görüb həmin şəxsləri də tutmuşlar. Bundan sonra dörd nəfər olmaqla onları yenidən şöbəyə gətirmişlər. Bundan sonra isə onları Karxulu deyilən yerə gətirmişlər. Birinci o iki nəfərin qabağına iki qara bağlama çıxarıb qoymuşlar. Onları çəkiliş etmişlər. Daha sonra isə onu Valehin yanına düşürmüşlər və asfalt yolun qırağına aparmışlar. Bundan sonra öz maşınlarından sarımtıl kisə düşürüb, qoymuşlar yerə ki, bunlar sənindir. Bu zaman həmin kisənin nə olduğun Valehdən soruşmuş, Valeh isə demişdir ki, narkotikdir. Polis əməkdaşları həmin kisəni gözləri qarşısında üstün torpaqla örtmüş, Valehə isə həmin torbanı qoyduqları yerdən çıxartdırmışlar. Valeh həmin vaxt qorxmuş, gedib kisəni oradan çıxarmış, videoçəkiliş olmuşdur. Kisə orada açılıb tökülmüş, daha sonra şöbəyə gəlmişlər. Şöbədə Valehi qəbula salmışlar, ona isə heçnə deməmişlər. Bundan sonra onu, Valehi və digər saxlanılmış iki nəfəri həmin yerə qaytarmışlar. Kisəni yenidən orda yerə qoyub üstün torpaqlamışlar. Birdə çəkiliş eləyib, həmin kisəni Valehə çıxartdırmışlar. Kisənin içindən əlavə olaraq silahda çıxmışdır. Çəkilişdə isə ona sual verilməmiş, Valehi dindirmişlər. Şöbəyə yenidə qaytarmışlar onu, sorğu etmişlər ki, Valehə telefon vermisən, demişdir ki, bəli. İlkin təhqiqat zamanı isə ona 234.1-ci maddə ilə şübhəli olduğunu bildirib, sənədlərə qol çəkməyini bildirmişlər. Qol çəkmədikdə isə onu qandallayıb döymüşlər. Əlavə olaraq bildirmişdir ki, Valeh ona narkotik və ya iranlı ilə bağlı heçnə deməmişdir, əgər desə idi, Valehə heç salam da verməzmiş. Aşkar olunmuş narkotiklərlə bağlı heç bir əlaqəsi olmamış, həmin narkotikləri polislər gözləri qarşısında çıxarıb əraziyə qoymuşlar. Özünə məxsus telefondan Valehə göndərilmiş konumlarla bağlı isə bildirir ki, Valeh ondan necə konum atmağı öyrənmək üçün soruşmuş, o da Valehə əyani olaraq öz telefonundan konum ataraq, göstərmişdir. Telefonunda olan “Aaaval +98 905 378 0375” iran nömrəsin özü telefonuna yazmamış, yəqin ki, həmin nömrəni Valeh yazmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüş, sənədləri imzalamağa məcbur edilmiş, bununla bağlı şikayətlər etmiş, lakin iki ay sonra araşdırılmışdır. 13 aydır ki həbsdədir, üç azyaşlı uşağı vardır, ailəsinə baxan yoxdur, polislərin şəri böhtanı nəticəsində burdadır, tutulanda istifadəçi kimi tutulmuş, lakin yoxlama zamanı istifadəçi də olmadığı məlum olmuşdur, heç bir telefon danışığı yoxdur, narkotiklərə aidiyyəti yoxdur, özü günahsızdır, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayının axırlarından tanıyır. Sonuncu ilə əvvəllər aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri qonşu kimi normal olmuşdur. 27 mart 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evin yaxınlığında olan “Oba” marketin qarşısında tanışı Təqsirləndirilən şəxs1la görüşmüş və söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Cəbrayıl rayonuna işləmək üçün gedəcəyini demişdir. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi yük avtomobilinin Füzuli rayonunda olduğunu və birlikdə gedib gətirməsini ona demişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmış və birlikdə “20 yanvar” metrosunun yanına getmişlər. Orada olan dövlət nömrə nişanını xatırlamadığı “Mercedes” markalı taksi ilə Füzuli rayonu Horadiz qəsəbəsinə, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs1 telefonla danışmış, bir müddət keçdikdən sonra mobil telefonunun batareyası bitdiyini və onun telefonu ilə danışması üçün ondan istifadəsində olan mobil telefonu istəmişdir. O, istifadəsində olan mobil telefonunu Təqsirləndirilən şəxs1 vermiş və sonuncu isə onun telefonunun “WhatsApp” proqramı vasitəsi ilə kiminləsə danışmış və mesajlar yazmışdır. Lakin Təqsirləndirilən şəxs1 kiminlə danışmasını bilməmişdir. Onlar Füzuli rayon Horadiz qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında olan avtovağzalda taksidən düşmüşlər. Həmin vaxt da Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefon vasitəsilə danışmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs1 kodlu sözlərlə danışmış və o, isə sonuncunun danışığını başa düşməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də kiminlə və nə barədə danışdığını soruşmamışdır. Onlar piyada hərəkət etməyə başlamışlar, Cəbrayıl rayonuna getmək üçün avtomobil saxlatdırmaq üçün yol ilə gedən avtomobillərə əl etmişlər. Daha sonra “Ford” markalı mikroavtobus saxlamış və hər ikisi həmin mikroavtobusa əyləşərək, Cəbrayıl rayonunun ərazisində yerləşən adını bilmədiyi şirkətin bazasına tərəf getmişlər. Həmin tarixdə saat 12 radələrində mikroavtobus onları adının Karxulu olduğunu sonradan öyrəndiyi kəndin yaxınlığında düşürmüşdür. Onlar piyada adını bilmədikləri şikətin bazasına tərəf getmişlər. Yolda Təqsirləndirilən şəxs1 ona “gəl aşağı düşək burada işim var” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə yoldan çıxaraq aşağı düşmüş, o Təqsirləndirilən şəxs1 çalışmaq istədiyi şirkətin harada yerləşməsini soruşmuş və həmin yerə getməsini demişdir. Təqsirləndirilən şəxs1 yoldan çıxaraq üzü aşağı düşüb orada nə isə axtarmağa başlamış və qısa müddət keçdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib minalanmış ərazidə nə axtarmalarını soruşmuşlar. Həmçinin, Təqsirləndirilən şəxs1 yaxınlaşıb götürmək istədiyi əşyanın nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs1 da cavabında bağlamanın olduğunu bildirmişdir. Həmin yerə polis əməkdaşları yaxınlaşmış və sarımtıl rəngdə olan torbaya baxdıqda içərisində çoxlu sayda bükümlərin olduğunu görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına həmin bükümlərdə narkotik vasitənin olduğunu demişdir. Buna görə də polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını onlara bildirmişlər. Bunun ardı ilə polis əməkdaşları onlarla birlikdə həmin yerdə dayanmışlar və narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olduqları üçün qanunla müəyyən edilmiş məsuliyyət daşıdıqlarını onlara izah etmişlər. Bir müddət keçdikdən sonra polis əməkdaşları onlara hüquq və vəzifələrini, o cümlədən vəkil dəvət etmək hüquqlarını izah etmişlər. Onlar da vəkilinin olmadığını bildirdikdən sonra polis əməkdaşları onlara vəkillər siyahısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil kimi X2 və Habil Məmmədovun onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra vəkil X12 həmin yerə gəlmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 seçdiyi adını bilmədiyi vəkil də oraya gəlmişdir. İlk olaraq polis əməkdaşları Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə videoçəklişlə axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs1 da üzərində olan bir ədəd markasını bilmədiyi mobil telefonu təqdim etmiş və üzərində heç bir əşya olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 mobil telefonuna baxmışlar və sonuncunun mobil telefonunda İranlı ilə danışığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 hər şeyi etiraf etmiş, yəni İran vətəndaşı ilə əvvəlcədən razılaşdığını və İranlının orada gizlətdiyi narkotik vasitəni götürmək üçün gəldiyini demişdir. Bundan sonra polis əməkdaşları onun müdafiəçisi Habil Məmmədovun iştirakı ilə həmin yerdə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində olan üzərində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung S5” markalı mobil telefonu təqdim etmiş və bundan başqa üzərində heç bir əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarını yolun kənarında olan qumluq sahəyə aparmış və oradan quma basdırılmış bir ədəd sarı rəngli kisəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin kisə polis əməkdaşları tərəfindən açılmış, həmin torbadan ümumilikdə 12 ədəd üzəri yapışqan letlə sarılmış selofan torba olduğu aşkar olunmuşdur. Həmin bükülülər polis əməkdaşları tərəfindən bıçaqla kəsilmişdir. Həmin 12 ədəd bükülünün 10 ədədində narkotik vasitə olan marixuanaya bənzər kütələnin, 1 ədədində narkotik vasitə olan heroinə bənzər kütlənin və 1 ədədində isə psixotrop maddə olan metanfetaminə bənzər kütlənin olduğu, həmçinin narkotik vasitə olan marixuanaya bənzər kütlənin arasından üzərindəki nömrəsi silinmiş bir ədəd tapança, eyni zamanda həmin tapançaya məxsus bir ədəd sandıq və sandığa taxılmış 08 ədəd patron olduğu aşkar olunmuşdur. Həmin bükülülər ayrı-ayrılıqda və birlikdə çəkilmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop madddələr ayrı-ayrılıqda, həmçinin bir ədəd tapança, bir ədəd sandıq və həmin tapançaya məxsus 08 ədəd patron birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, baxış iştirakçıları, həmçinin o və müdafiəçisi Habil Məmmədov, eyni zamanda Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində onu da qeyd etmişdir ki, həmin aşkar olunaraq götürülən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin bir ədəd tapançanın Təqsirləndirilən şəxs1 tərəfindən haradan və hansı məqsəd ilə əldə olunmasından xəbəri olmamışdır. Polis əməkdaşları həmin narkotik vasitələri və psixotrop maddələri, həmçinin bir ədəd tapançanı aşkar edib götürdükdən sonra o, Valeh Nəzrovun oraya hansı məqsəd ilə gəldiyini bilmişdir. Həmin vaxta qədər onun narkotik vasitələrdən və psixotrop maddələrdən, həmçinin bir ədəd tapançadan xəbəri olmamışdır. O, «Şahbuz» adlı iranlını tanımamış, kim olduğunu bilməmiş və heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 Cəbrayıl rayonu Karxulu kəndinin yaxınlığından keçən yolun kənarından götürərək təqdim etdiyi sarı rəngli kisənin həmin yerdə olmasından və həmin kisədə narkotik vasitə və psixotrop maddə, həmçinin bir ədəd tapança olduğundan xəbəri olmamışdır. Bundan başqa, o yalnız ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş və bundan başqa nömrəsi olmamışdır. Həmin nömrənin də kimin adına qeydiyyatda olduğunu xatırlamamışdır. İfadələri elan olunduqdan sonra verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, müstəntiq tərəfindən hədələnib təhdid edilməmiş, lakin saxlanılarkən döyülmüş və həmin ifadələri oxumadan imza etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. İcraatına xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Bundan başqa Cəbrayıl rayonunun Karxulu-Şükürbəyli kəndi yolunda gücləndirilmiş iş rejimində olmuşlar, çünki həmin vaxt ANAMA o ərazidə mina partladırmış. Bu səbəbdən də yollar həmin hissədə hər iki tərəfdən bağlı olmuşdur. Qeyd edilən ərazidə müşahidələr apararkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə təxminən saat 13:20 radələrində hərəkətdə olduqlarını görmüşlər, onları şübhəli olduqlarından müşahidəyə götürmüşlər. Sonra onlar 13:40 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Füzuli-Cəbrayıl magistral yolu ilə Cəbrayıl rayon Şükürbəyli kəndi istiqamətində piyada hərəkət edərək, həmin rayonun Karxulu kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfində olan işıq dirəyinin yanında hər ikisinin dayanaraq nəsə axtardıqlarının şahidi olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yol kənarında olan əyri işıq dirəyinə tərəf yaxınlaşmışlar və həmin işıq dirəyinin yanında nələrisə dartışdırdıqlarını görmüşlər. Onlar artıq əsas yoldan iki-üç metr aşağıya düşmüşdülər, həmin yerlər isə minalanmış ərazilər olmuşdur. Bu zaman onlara yaxınlaşıb, həmin ərazinin minalanmış sahə olduğu üçün yol kənarından kənara çıxmalarının qadağan olduğunu bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayandıqları yerə yaxınlaşarkən müəyyən qədəri torpağa basdırılmış və üzəri görünən sarı rəngli polietilen torbanın olduğunu görüb, həmin torbanın nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 həmin torbada olanların narkotik vasitə olduğunu demişdir. Bundan sonra əraziyə təhqiqatçı və müdafiəçilər çağırılmış, müdafiəçinin iştirakı ilə onların hər ikisinin üzərinə şəxsi axtarış və ərazidə yerə basdırılmış torbaya baxış keçirilmişdir. Şəxsi axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Valeh Nəzərə üzərlərində şəxsi axtarış keçirilən yerdə yol kənarında olan işıq dirəyinin yanında sarı rəngli polietilen torbadan isə ümumilikdə 12 (on iki) ədəd bükülünü, həmçinin bir ədəd qara rəngli tapançanı, 01 ədəd tapança sandığını və həmin sandığa keçirilmiş 08 ədəd patronu çıxararaq könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd polietilen bağlamanın içində olan narkotik vasitələrin və psixotrop maddələrin, eyni zamanda odlu silahın və onun komplekt hissələrini Şahbuz adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış keçirilərkən, həmin bükümlərdən qurudulmuş marixuanaya bənzər kütlənin, narkotik vasitə hesab edilən heroinə bənzər kütlənin və psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər ayrı-ayrılıqda elektron tərəzi ilə çəkilmiş və qablaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qara rəngli tapança, 01 ədəd tapança sandığı və həmin sandığa keçirilmiş 08 ədəd patronla birlikdə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı isə onlar bildirmişlər ki, Cocuqmərcanlı postundan kənar həmin əraziyə keçib gəlmişlər, həmin yerin konumu isə Turalın mobil telefon nömrəsinə atılmışdır. Valeh bildirmişdir ki, həmin əraziyə narkotik götürmək məqsədilə gəlmiş, Tural isə bildirmişdir ki, onun Valehin hansı məqsədlə gəlməsindən məlumatı olsa da, narkotik vasitələrin az miqdarda özləri üçün qoyulduğunu bilmişdir. Onlar həmin əraziyə atılmış konum vasitəsilə birbaşa işarə ilə gəlmişlər. Saxlanılarkən isə təqsirləndirilən şəxslərlə qarşı hər hansı bir fiziki və psixi təsir və təzyiqlər edilməmiş, onların bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra yaradılmış əməliyyat qrupuna onu da daxil etmişlər. Bundan sonra Cəbrayıl rayonunun Karxulu-Şükürbəyli kəndi yolunda gücləndirilmiş iş rejimində olmuşlar, çünki həmin vaxt ANAMA o ərazidə mina partladırmış. Bu səbəbdən də yollar həmin hissədə hər iki tərəfdən bağlı olmuşdur. Qeyd edilən ərazidə müşahidələr apararkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əraziyə daxil olduqlarını və nəsə axtardıqlarını görmüşlər. Onlar həmin vaxt əsas yoldan iki-üç metr aşağıya düşmüşdülər, həmin yerlər isə minalanmış ərazilər olmuşdur. Bu zaman onlara yaxınlaşıb, həmin ərazinin minalanmış sahə olduğu üçün yol kənarından kənara çıxmalarının qadağan olduğunu bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayandıqları yerə yaxınlaşarkən müəyyən qədəri torpağa basdırılmış və üzəri görünən sarı rəngli polietilen torbanın olduğunu görüb, həmin torbanın nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 həmin torbada olanların narkotik vasitə olduğunu demişdir. Bundan sonra əraziyə təhqiqatçı və müdafiəçilər çağırılmış, müdafiəçinin iştirakı ilə onların hər ikisinin üzərinə şəxsi axtarış və ərazidə yerə basdırılmış torbaya baxış keçirilmişdir. Sarı rəngli polietilen torbaya baxış zamanı içərisindən narkotik vasitələrə bənzər bükümlər və bir ədəd qara rəngli tapança, 01 ədəd tapança sandığını və həmin sandığa keçirilmiş 08 ədəd patron aşkar edilmişdir. Onları saxlayan kimi şöbəyə aparmamışlar, yerindəcə təhqiqatçı və müdafiəçilər dəvət edilərək baxış keçirilmişdir, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki təsir və təzyiqlər edilməmiş, onların bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cəbrayıl RPŞ-nin CAB-nin rəisi Şahid1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Valeh və Tural adlı şəxsin işğaldan azad olunmuş Cəbrayıl rayonu Karxulu kəndi ərazisində narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onların ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Cəbrayıl RPŞ-nin CAB-nin rəisi Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5) «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 11-12) «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 29-30) xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzrərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncunun üzərindən yalnız 1(bir) ədəd smatfon tipli “Samsung” markalı mobil telefon aşkar olunaraq gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə götürülmüş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunaraq götürülməmiş, Təqsirləndirilən şəxs2 üzrərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncunun üzərindən yalnız 1(bir) ədəd smatfon tipli “Samsung S5” markalı mobil telefon aşkar olunaraq gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə götürülmüş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunaraq götürülməmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus Cəbrayıl rayon Karxulu kəndi ərazisində yol kənarında olan işıq dirəyinin yanında torpaq altında basdırılmış sarı rəngli polietilen torbada olan ümumilikdə 12 (on iki) ədəd üzərləri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülü olmaqla 10 (on) ədəd narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin hər biri ayrılıqda qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 1105 (bir min yüz beş), 1099 (bir min doxsan doqquz), 1084 (bir min səksən dörd), 1043 (bir min qırx üç), 962 (doqquz yüz altımış iki), 944 (doqquz yüz qırx dörd), 881 (səkkiz yüz səksən bir), 531 (beş yüz otuz bir), 519 (beş yüz on doqquz) və 513 (beş yüz on üç) qram olmaqla ümumilikdə 8681 (səkkiz min altı yüz səksən bir) qram, 01 ədəd narkotik vasitə hesab edilən heroinə bənzər kütlə qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 2258 (iki min iki yüz əlli səkkiz) qram və 01 ədəd psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 1065 (bir min altımış beş) qram olduğu, eyni zamanda bir ədəd qara rəngli tapança, 01 ədəd tapança sandığı və həmin sandığa keçirilmiş 08 ədəd patron olduğu müəyyən olunmuş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alınmış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. (c İ, i.v 47-49) Məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/354-355 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “...Təqsirləndirilən şəxs1 təqdim etdiyi....” sözləri yazılmış sintetik torbada olan 01 ədəd narıncı rəngli sintetik torbanın içərisində 01 ədəd polietilen torbada təmiz çəkisi-2300 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd polietilen torbada təmiz çəkisi-1200 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-1080 qr, 690 qr, 680 qr, 1380 qr, 1520 qr, 680 qr, 1300 qr, 2000 qr, 580 qr, 720 qr olmaqla ümumi çəkisi-10630 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi 2300 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2299,95 qram, metamfetaminin təmiz çəkisi 1200 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1199,95 qram, marixuananın təmiz çəkisi 10630 qram, tədqiqata sərf edildi 0,50 qram (hər ob- 0,05qr), qalıq 10629,50 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 66-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 mart 2022-ci il tarixli 22/262R nömrəli rəyinin nəticə hissəsindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bil əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş silahın hissə-mexanizmlərinin üzərində zavod nömrənişanlarını göstərən rəqəm-hərflər kustar üsulla kənar predmetlə silinmişdir.
2. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlardan, 06 ədədi 1951-ci ildə, 01 ədədi 1946-cı ildə, digər 01 ədədi isə 1949-cu ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yaralıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq keçmiş SSRİ dövlətində istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın üzərində zavod nömrə-nişanlarını göstərən rəqəm-hərflər kustar üsulla kənar predmetlə silinmişdir.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiq edilmiş 8 ədəd 7,62x25 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. (c İ, i.v 72-77) Cəbrayıl Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 “Təxirəsalınmaz əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 147-148) Cəbrayıl Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 153-158) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 008/7244 nömrəli icra vərəqəsinə əsasən ABC Telecoma 328 manat məbləğində borclu olduğu üçün Sabunçu RPİ tərəfindən xx.xx.2021-ci il tarixdə 53802 nömrəli “Borclu fiziki şəxs və cavabdeh” qisminə axtarış işi açılmışdır. (c İ, i.v 255-256) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2; - Ağır Cinayətlər Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmünə əsasən 92942 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2009-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri 20%, 01 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə və 02 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (c İ, i.v 257-259) Nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətləri və Bakı şəhəri Sabunçu RİHB-nın Sabunçu qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 X13 ilə evlidir, himayəsində xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində özbaşına tikilidə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşıb ailə üzvləri ilə birlikdə yaşayır. (c İ, i.v 272-277) Təqsirləndirilən şəxs2 məxsus olan və xx.xx.2022-ci il tarixdə “şəxsi axtarış və götürmə barədə” protokolla götürülmüş 1(bir) ədəd mobil telefona baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin telefonun «Samsung S5» markalı (smartfon tipli) olmaqla üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna aid telefon nömrəsi olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış zamanı həmin mobil telefonun yaddaş kitabçasında İran İslam Respublikası mobil operatoruna aid “Aaaval +98 905 378 0375” nömrəsi, bundan başqa həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 aid +**********66 saylı "xxxx" mobil nömrəsinin yaddaş kitabçasında «Valeh sim» adı ilə qeyd etdiyi müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar bölməsinə 29 mart 2022-ci il tarixdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**- ** saylı nömrə ilə İran mobil operatoruna aid “+**********75” nömrəsi arasında 27 mart 2022-ci il tarixdə saat 05:46-dan saat 07:41-ə kimi müəyyən vaxt intervalları ilə İran İslam Respublikasına aid mobil operatorun “Aaaval” adı ilə qeydiyyata alınan şəxs arasında sonuncunun həmin saatlarda silinmiş mesajı və səsli zəngləri qeydiyyata alınmış, lakin Təqsirləndirilən şəxs2 tərəfindən həmin zənglər cavablandırılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonda olan zənglər siyahısına 13 iyun 2022-ci il tarixdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan cinayət əməlinin baş verməsindən əvvəl yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 nömrə arasında zənglər qeydə alınmışdır: Təqsirləndirilən şəxs2→Təqsirləndirilən şəxs1 - xx.xx.2022-ci il tarixdə saat 14:47də 18 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 23:46-da 02 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 02:13-də 06 saniyədən, saat 04:30-da 01 saniyədən, saat 05:31-də 01 dəqiqə 34 saniyədən, saat 05: 33-də 01 saniyədən, saat 05:33-də 02 saniyədən ibarət danışıqlar olması müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2←Təqsirləndirilən şəxs1 - xx.xx.2022-ci il tarixdə 22:09-da 26 saniyədən, saat 22:18-də 33 saniyədən, 22:22-də cavabsız zəng, saat 22:23-də 04 dəqiqə 23 saniyədən, 22:34-də 40 saniyədən, 23:42-də cavabsız zəng, saat 23:48-də 01 dəqiqə 08 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 00:56-da 01 dəqiqə 47 saniyədən, saat 02:33-də 39 saniyədən, saat 05:35-də 01 dəqiqə 03 saniyədən ibarət zənglər, saat 21:24-də, saat 21:30-da, saat 21:34-də, saat 21:36-da, saat 21:38-də, saat 21:39-da cavablandırılmamış zənglər, saat 21:41-də silinmiş mesaj (SMS), saat 22:59-da 44 saniyədən ibarət danışıqlar olması müəyyən olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonda hər biri ayrı xüsusata malik olan 4 (dörd) fərqli «Whatsapp» proqramı istifadə etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonda olan «Whatsapp Business» proqramında zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 "xxxx" operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə ilə «Whatsapp Business» proqramından qeydiyyatdan keçmiş və həmin nömrə ilə «Whatsapp Business» proqramında profil açaraq istifadə edir. Qeyd olunan proqramın mesajlar bölməsinə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 05:46-da Təqsirləndirilən şəxs2 öz profili ilə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun İmişli rayon Qızılkənd ərazisindən keçən hissəsində məkan (konum) bildirişi Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 nömrəyə göndərdiyi müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 istifadəsində olan «Whatsapp Business» proqramının zənglər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında intervallarla xx.xx.2022-ci il tarixdə saat 21:27-də, saat 21:29-da, saat 21:30-da, saat 22:10-da, xx.xx.2022-ci il tarixdə saat 16:56-da 4 dəfə, saat 22:17-də, xx.xx.2022-ci il tarixdə saat 17:05-də, saat 21:36-da, saat 22:06-da, saat 22:13də, xx.xx.2022-ci il tarixdə saat 00:31-də, saat 14:02-də, saat 15:13-də, saat 15:26-da, xx.xx.2022-ci il tarixdə saat 01:07-də, saat 02:10-da, saat 02:12-də, saat 02:14-də, saat 02:15-də, saat 02:33-də, saat 02:41-də, saat 02:59-da, saat 03:01-də, saat 03:17-də, saat 03:42-də, saat 04:05-də, saat 04:17-də, saat 04:22-də, saat 07:37-də, saat 12:21-də, saat 12:24-də, saat 21:24-də, saat 22:48-də, saat 22:52-də, saat 22:54-də, saat 22:56-da və saat 23:07-də səsli danışıqların olduğu müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan zənglər siyahısında xx.xx.2022-ci il tarixdə saat 21:09da, xx.xx.2022-ci il tarixdə saat 15:19-da və xx.xx.2022-ci il tarixdə saat 12:24-də Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında video zənglər olduğu müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi +**********02 saylı mobil nömrəsi ilə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 mobil telefon nömrəsi arasında olan telefon və «Whatsapp Business» proqramı vasitəsilə olan danışıqlar iş üçün əhəmiyyət kəsb etdiyindən vaxt ardıcıllığı ilə (screen edilib) 1 (bir) ədəd CD diskə köçürülərək, eyni zamanda 5 (beş) ədəd vərəqədən ibarət A4 formatlı kağıza əks olunub götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi +**********02 saylı mobil nömrəsi ilə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil telefon nömrəsi ilə, eyni zamanda “WhatsApp” proqramı ilə İran İslam Respublikası mobil operatoruna aid “Aaaval +98 905 378 0375” nömrəsi ilə aparılan danışıqlardan, yəni bir-birlərinə qarşılıqlı olaraq göndərdikləri mesaj (SMS) mətnlərindən və səsli mesajlardan, həmçinin fotoşəkillərdən cinayətin baş verdiyi ərəfədə onlar arasında cinayət barədə «Whatsapp Business» proqramı vasitəsilə və digər zənglə dəfələrlə telefon əlaqələrinin olması təsdiq olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, həmin telefonda olan yazışmalar köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülümüş yazılı mesajlar əks olunduğu A4 formatlı 05 (beş) ədəd vərəq cinayət işi üzrə maddi sübut hesab edilmiş və yazışmalar köçürüldüyü bir ədəd CD diskin, həmçinin yazılı mesajlar əks olunduğu A4 formatlı 05 (beş) ədəd vərəqin cinayət işinin materiallarına əlavə edilmiş, həmin mobil telefon isə 13 iyun 2022-ci il tarixli 2816 nömrəli məktubla Cəbrayıl rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. (c İİ, i.v 10-18) Bakı şəhər Sabunçu RİHB-nın Maştağa qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə və arayışdan, şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2021-ci il təvəllüdlü uşaqları var, barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. (c İİ, i.v 20-31) Cəbrayıl rayon polis şöbəsinin cinayət axtarışı bölməsindən daxil olmuş 28 iyun 2022-ci il tarixli 3049 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən heroinin aludəçisi olduğuna görə daha ucuz qiymətə narkotik vasitə alıb istifadə etmək üçün 2021-ci ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində sonradan adının “Şahbuz” olduğunu bildiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş. Təqsirləndirilən şəxs1la “Şahbuz” arasında olan razılaşma əsasında sonuncu müəyyən pul müqabilində Təqsirləndirilən şəxs1 üçün dəfələrlə Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr göndərmiş və Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni gizlətdiyi yeri təsvir edərək götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 da “Şahbuz”un dediyi yerlərə gedərək onun üçün göndərilən narkotik vasitə hesab edilən “heroini” götürərək istifadə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi «Whatsapp» proqramı vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Şahbuz”un istifadəsində olan +**********75 nömrə ilə qeydiyyatdan keçdiyi «Whatsapp» proqramı vasitəsilə mütəmadi əlaqə saxlayaraq aralarında olan razılaşma əsasında pul müqabilində sonuncu Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün narkotik vasitə göndərmişdir. Bundan başqa 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən heroin almaq üçün “Şahbuz”a zəng edən zaman, sonuncu Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təsvir etdiyi yerdə gizlətdiyi bir ədəd sarı rəngli polietilen bağlamada ümumilikdə 12 ədəd olmaqla 10 ədədi narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 ədədi narkotik vasitə hesab edilən heroin və 01 ədəd psixotrop maddə hesab edilən metamfetamin, həmçinin bir ədəd tapança və onun komponenet hissələrini götürərək sonradan deyəcəyi adamları paylayacağı halda ona narkotik vasitəni pay verəcəkmiş. Təqsirləndirilən şəxs1 isə “Şahbuz”un təklifi ilə, yəni sonuncunun gizlədəcəyi yerdən narkotik vasitə və odlu silahı götürərək başqa şəxslərə çatdıracağına razılaşmışdır. Bu zaman “Şahbuz” Təqsirləndirilən şəxs1 Cəbrayıl rayon ərazisində yol kənarında gizlədəcəyi bağlamanı götürüb içində olan narkotik vasitələri və psixotrop maddəni, eyni zamanda odlu silah və onun komplekt hissələrini sonradan deyəcəyi şəxslərlə görüşüb verməsini və bunun qarşılığında ona narkotik vasitə hesab edilən heroin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və tanışı Təqsirləndirilən şəxs2 bu barədə olanları bildirmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə Təqsirləndirilən şəxs1la razılaşaraq hər ikisi yoldaşlı gedərək “Şahbuz”un verdiyi təklifə uyğun olaraq Cəbrayıl rayon ərazisində gizlətdiyi narkotik vasitəni və psixatrop maddəni, eyni zamanda odlu silah və onun komplekt hissələrini götürərək sonuncunun dediyi adamlara çatdırmalarını və bu vədin qarşılığında da onlara pay veriləcək narkotik vasitəni istifadə edəcəklərinə razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə 27 mart 2022-ci il tarixdə saat 02 radələrində birlikdə tanımadıqları taksiyə əyləşərək Bakı-Şuşa avtomagistral yolu ilə Cəbrayıl rayon ərazisinə getməyə başlamışlar. Taksi ilə gedərkən yol boyu Təqsirləndirilən şəxs1 «Whatsapp» proqramı vasitəsilə “Şahbuz”un «Whatsapp» proqramına zənglər edərək, Ağdam rayonundan olan tanışı ilə birlikdə Cəbrayıl rayon istiqamətində gəldiyini demişdir. “Şahbuz” isə cavabında göndərəcəyi məkan (konuma) uyğun olaraq Füzuli rayonundan Naxçıvan MR istiqamətində gedəndə Cəbrayıl rayon Şükürbəyli kəndi ərazisində olan dairəvi yol ayrıcına çatmamış 4-cü əyri işıq dirəyinin yanında yol kənarında sarı rəngli bağlamada gizlətdiyi narkotik vasitə və psixotrop maddəni, eyni zamanda odlu silah və onun komplekt hissələrini götürərək deyəcəyi ünvanlara çatdıracaqları halda hər ikisi üçün narkotik vasitə verəcəyini demişdir. Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 polis postundan kənar yollarla Cəbrayıl rayon ərazisinə daxil olaraq “Şahbuz”un atdığı məkana (konuma) uyğun piyada hərəkət etməyə başlamışlar. 27 mart 2022-ci il tarixdə saat 13 radələrində Cəbrayıl-Zəngilan yolu ilə piyada gedərək “Şahbuz”un göndərdiyi məkana (konuma) uyğun olaraq Cəbrayıl rayon Karxulu kəndi ərazisində olan yol kənarında əyri işıq dirəyinin yanında gizlətdiyi içərisində narkotik vasitə və psixotrop maddə, eyni zamanda odlu silah və onun komplekt hissələri olan sarı rəngli polietilen torbanın yerini tapmışlar. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə yol kənarında əyri işıq dirəyinin yanında “Şahbuz” tərəfindən göndərilərək gizlədilmiş sarı rəngli polietilen bağlamanı torpaqdan götürmək istəyərkən cinayət əməlini törətdikləri yerdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanmışlar və onlar öz iradələrindən asılı olmayan səbəbdən həmin cinayət əməlini başa çatdıra bilməmişlər. Yol kənarında torpağa basdırılmış Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məxsus olan bir ədəd sarı rəngli polietilen bağlama götürülərək baxış keçirilən zaman ümumilikdə 12 (on iki) ədəd olmaqla hər biri ayrılıqda 962 qram, 1099 qram, 1043 qram, 1105 qram, 531 qram, 881 qram, 944 qram, 519 qram, 513 qram və 1084 qram olmaqla ümumilikdə cəmi 8681 (səkkiz min altı yüz səksən bir) qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 2258 (iki min iki yüz əlli səkkiz) qram narkotik vasitə hesab edilən heroin və 1065 (bir min altmış beş) qram psixotrop maddə hesab edilən metamfetamin, həmçinin bir ədəd tapança və onun komplekt hissələrinin olduğu müəyyən edilərək götürülmüşdür. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 cinayət əməlini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilmədiyinə görə İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsin sonradan deyəcəyi ünvana və şəxslərə apara bilmədikləri səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri və psixotrop maddəni, eyni zamanda odlu silah və onun komplekt hissələrini çatdıracağı ünvanı və şəxsləri müəyyən etmək mümkün olmamışdır. (c İİ, i.v 48-49) Təqsirləndirilən şəxs1 məxsus olan və xx.xx.2022-ci il tarixdə “şəxsi axtarış və götürmə barədə” protokolla götürülümüş 1(bir) ədəd mobil telefona 02 iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı həmin telefonun «Samsung» markalı (smartfon tipli) olmaqla üzərində +**********66 saylı "xxxx" mobil operatoruna aid telefon nömrəsi olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış zamanı həmin mobil telefonun yaddaş kitabçasında İran İslam Respublikası mobil operatoruna aid “+98 905 378 0375” nömrəsi müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı telefonda olan «Whatsapp» proqramında zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 “Azərcell” operatoruna məxsus +**********66 saylı mobil nömrə ilə «Whatsapp» proqramından qeydiyyatdan keçmiş və həmin nömrə ilə «Whatsapp» proqramında profil açaraq istifadə edir. İran mobil operatoruna aid “+98 905 378 0375” mobil nömrəsi Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrəyə «Whatsapp» proqramı vasitəsilə 26 mart 2022-ci il saat 21:34-də 3 (üç) dəfə cavabsız zəng, xx.xx.2022-ci il tarixdə saat 21:59-da “Atıram aa qardaş oğlu, ordan burdan yerbəyer edib atıram işini gör sən”, xx.xx.2022-ci il tarixdə saat 22:00-da “o Ağdamlı diridi?” xx.xx.2022-ci il tarixdə saat 22:07-də “o qaqaşın nömrəsin yolla məə da, bilmək olmur ee uje düşdü cibdən sındı, ya indi öldü, baştəpə oldu onun tez nömrəsini yolla mənə”, xx.xx.2022-ci il tarixdə saat 22:34-də “o yanında gedən yoldaş var ha qardaş o qardaşın nömrəsin” xx.xx.2022-ci il tarixdə saat 22:52-də ardıcıl olaraq 3 (üç) dəfə, saat 22:33-də və saat 23:41-də cavablandırılmamış zəng, xx.xx.2022-ci il tarixdə saat 01:03-də “elə dumannı yaxşıdı, dəymə qoy duman olsun, duman olmayi məsələ dəyil”, xx.xx.2022-ci il tarixdə saat 01:05-də “hə qaqaş sən deyirsən imişlidən ora 20 dəqiqə yoldu ee 15-20 dəqiqə, İmişli düz bizim üzbəüzümüzdü, bizdən 5 (beş) kilometr aşağı deyirsən ya sən yava deyirsən, ya yava vurursan, ya da yerini düz demirsən, ikisindən biridi, İmişlidən ora təxminən bi 15-20 dəqiqə olar-olmaz yolumuz var, heç artıq olmaz”, xx.xx.2022-ci il tarixdə saat 08:24-də “Aloo” sözləri səslənən səsli və yazılı mesajlar göndərildiyi müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrədən İran mobil operatoruna aid “+98 905 378 0375” nömrəyə «Whatsapp» proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 20:39-da “Emi 5 deyqeye yixiram0” sözləri yazılan yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 22:00-da 03 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 22:04-də 04 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 22:10-da 03 saniyədən ibarət səsli mesajlar, xx.xx.2022-ci il tarixdə saat 22:37-də “Ok” sözləri yazılan yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 01:03-də telefonun daxili yaddaşından silinmiş fotoşəkil, xx.xx.2022-ci il tarixdə saat 01:03-də 08 saniyədən, xx.xx.2022-ci il tarixdə saat 01:04-də 12 saniyədən ibarət səsli mesajlar, xx.xx.2022-ci il tarixdə saat 01:14-də telefonun daxili yaddaşından silinmiş fotoşəkil, xx.xx.2022-ci il tarixdə saat 12:21-də “Tutmurdu”, xx.xx.2022-ci il tarixdə saat 12:21-də “Ses at”, xx.xx.2022-ci il tarixdə saat 12:24-də “Ses at” sözləri yazılan yazılı mesajlar göndərildiyi müəyyən edilmiş, lakin həmin səsli mesajların səslərini dinləmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrədən qeydiyyatdan keçdiyi «Whatsapp» proqramının zənglər siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İran mobil operatoruna aid “+98 905 378 0375” nömrə ilə aralarında 26 mart 2022-ci il tarixdə saat 23:41-də, 26 mart 2022-ci il tarixdə saat 23:44-də, 27 mart 2022-ci il tarixdə saat 00:17-də, 27 mart 2022-ci il tarixdə saat 00:58-də, 27 mart 2022-ci il tarixdə saat 00:59-da, 27 mart 2022-ci il tarixdə saat 01:48-də, 27 mart 2022-ci il tarixdə saat 06:33-də, 27 mart 2022-ci il tarixdə saat 12:22-də və 27 mart 2022-ci il tarixdə saat 12:24-də danışıqların olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrədən qeydiyyatdan keçdiyi «Whatsapp» proqramının mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 məxsus ***-***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 «Whatsapp» proqramına 27 mart 2022-ci il tarixdə saat 01:24-də avtomobilin salonundan qaranlıq yolun 2 (iki) ədəd şəkili çəkilərək göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefonun daxili yaddaşına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin telefonun əsas ekranında olan “Files” qovluğuna daxil olaraq “Daxili yaddaş”→ «WhatsApp»→ “Media”→ «WhatsApp Audio» qovluğuna baxış keçirilən zaman, həmin qovluqda 27 mart 2022-ci il tarixində İran İslam Respublikası vətəndaşının ləhcəsinə aid olan səs aşkar edilmiş, həmin səsdə “qaqaş səsdə deyir ba işıq stolbası, əyri işıq stolbası var ondan dörd dənə sayassan üzü Nəxçivana tərəf sayassan ha üzü Füzuliyə tərəf yox” sözləri səslənən səsli mesaj göndərildiyi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrəsinə «Whatsapp» proqramı ilə İran mobil operatoruna aid “+98 905 378 0375” saylı nömrənin 26 mart 2022-ci il tarixdə saat 21:59-da 03 saniyədən, 26 mart 2022-ci il tarixdə saat 22:00-da 03 saniyədən, 26 mart 2022-ci il tarixdə saat 22:07-də 09 saniyədən, 26 mart 2022-ci il tarixdə saat 22:35-də 05 saniyədən, 27 mart 2022-ci il tarixdə saat 01:03-də 05 saniyədən, 27 mart 2022-ci il tarixdə saat 01:06-da 20 saniyədən, 27 mart 2022-ci il tarixdə saat 12:25-də 02 saniyədən və 27 mart 2022-ci il tarixdə saat 12:26-da 04 saniyədən ibarət olan səsli mesajlar, həmçinin onlar arasında olan «Whatsapp» proqramı ilə olan bütün yazılı və səsli mesajlar, bundan əlavə Təqsirləndirilən şəxs1 «Whatsapp» proqramına həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 göndərdiyi şəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən vaxt ardıcıllığı ilə (screen edilib) 1 (bir) ədəd CD diskə köçürülərək, eyni zamanda 1 (bir) ədəd vərəqədən ibarət A4 formatlı kağıza əks olunub götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********66 saylı mobil nömrə ilə İran mobil operatoruna aid “+98 905 378 0375” saylı nömrə arasında, bundan başqa həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə arasında «Whatsapp» proqramı vasitəsilə aparılan danışıqlardan, yəni birbirlərinə qarşılıqlı olaraq göndərdikləri mesaj (SMS) mətnlərindən və səsli mesajlardan, həmçinin fotoşəkillərdən cinayətin baş verdiyi ərəfədə onlar arasında cinayət barədə «Whatsapp» proqramı vasitəsilə və adi zənglərlə dəfələrlə telefon əlaqələrinin olması təsdiq olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, həmin telefonda olan səs yazıları köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülümüş yazılı mesajlar əks olunduğu A4 formatlı 01 (bir) ədəd vərəq cinayət işi üzrə maddi sübut hesab edilmiş və səs yazıları köçürüldüyü bir ədəd CD diskin, həmçinin yazılı mesajlar əks olunduğu A4 formatlı 01 (bir) ədəd vərəqin cinayət işinin materiallarına əlavə edilmiş, həmin mobil telefon isə 02 iyul 2022-ci il tarixli 3164 nömrəli məktubla Cəbrayıl rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. (c İİ, i.v 51-55) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Baş prokurorluğundan rayon prokurorluğuna daxil olmuş ərizəsində göstərmiş olduğu xüsusatlarla bağlı aparılmış araşdırma zamanı Cəbrayıl rayon polis şöbəsinin rəisi vəzifəsində, polis polkovniki rütbəsində çalışan Toğrul Mahmudovun, eləcə də Cəbrayıl rayon polis şöbəsinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c İİ, i.v 68-72) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli 3851 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İİ, i.v 73-74) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli 3859 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 75-76) "xxxx" MMC-dən daxil olmuş 14 iyul 2022-ci il tarixli 12325 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin məktubla göndərilmiş bir ədəd CD disk “HP” markalı kompyuterə yerləşdirilməklə həmin diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərilmişdir. Belə ki, "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 saylı mobil telefon nömrə ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlara baxış keçirildi və baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 saylı nömrə ilə həmin iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 14:47:17-də 19 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:09:29-da 30 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:18:51-də 34 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:23:40-da 265 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:34:41-də 41 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:48:34-də 69 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 00:56:10-da 107 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 02:33:53-də 40 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:36:03-də 64 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:59:51-də 43 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:05:47-də 07 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:07:31-də 07 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 04:47:32-də 228 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 04:52:37-də 210 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:01:42-də 88 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:16:53-də 125 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:20:06-də 21 saniyəlik danışıqlar qeydiyyata alınmışdır. Beləliklə, "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlara bir ədəd diskə baxış keçirilən zaman hazırkı cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** nömrə arasında cinayət baş verdiyi ərəfədə danışıqların telefon əlaqələrinin olması təsdiq olunmuşdur. "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 saylı mobil telefon nömrə ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (c İİ, i.v 116- 119) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin məktubla göndərilmiş bir ədəd CD disk “HP” markalı kompyuterə yerləşdirilməklə həmin diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərilmişdir. Belə ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59a kimi aparılan danışıqlara dair məlumatlara baxış keçirildi və baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə həmin iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 14:47:17-də 19 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:09:29-da 30 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:18:51-də 34 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:23:40-da 265 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:34:41-də 41 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:46:14-də 05 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:48:34-də 69 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 00:56:10-da 107 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 02:13:52-də 09 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 02:33:53-də 40 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 04:30:20-də 03 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:32:49-də 05 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:33:35-də 04 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:33:54-də 04 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:36:03-də 64 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 22:59:51-də 43 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:05:47-də 07 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 23:07:31-də 07 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 04:47:32-də 228 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 04:52:37-də 210 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:01:42-də 88 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:16:53-də 126 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:20:06-də 21 saniyəlik danışıqlar qeydiyyata alınmışdır. Beləliklə, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59a kimi aparılan danışıqlara dair məlumatlara bir ədəd diskə baxış keçirilən zaman hazırkı cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********66 nömrə arasında cinayət baş verdiyi ərəfədə danışıqların telefon əlaqələrinin olması təsdiq olunmuşdur. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən saat 00:00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59:59a kimi aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilməli və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. (c İİ, i.v 120-123) 16 avqust 2022-ci il tarixli maddi sübut kimi tanınma və həlli barədə qərardan görünür ki, ekspertiza tətqiqatından sonra təmiz çəkisi 10629,50 qram qurudulmuş marixuana, təmiz çəkisi 2299,95 qram heroin, təmiz çəkisi 1199,95 qram metamfetamin, bundan başqa 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş Tokarev (TT) konstruksiyalı tapança, 01 ədəd daraq, eksperimental atəşə sərf edildikdən sonra qalıq sayı 05 ədəd olan patron iş üzrə maddi sübut kimi tanınmış və Cəbrayıl RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. (c İİ, i.v 143-144) 20 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, həmin telefonda olan səs yazılarının köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 1 (bir) ədəd vərəq, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung S5” markalı mobil telefon, həmin telefonda olan yazışmaların köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 05 (beş) ədəd vərəq, "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk maddi sübut hesab edilmiş, cinayətin digər iştirakçılarını müəyyən etməklə əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hazırki cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılması məqsədəmüvafiq hesab olunmuşdur. (c İİ, i.v 146-180) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs1 hadisə günü Füzuli rayonu, Horadiz qəsəbəsinə Turalla birlikdə iş axtarmaq üçün getmiş, yolda olarkən Turaldan ona məxsus mobil telefonu götürmüş və danışmış, həmin vaxt isə iranlı şəxsin telefon nömrəsin öz telefonundan Turala məxsus telefona köçürdərək, danışmağa başlamış, özü narkotik vasitələrin istifadəçisi olmuş, həmin vaxt isə narkotiki qurtarmış, bu səbəbdən də əvvəllər tanıdığı İİR-də olan Şahbuz adlı şəxsə zəng vurub, ondan narkotik vasitə istəmiş, göndərilmiş konumu və şəkili Turala məxsus telefondan özünə göndərmiş, həmin Şahbuz adlı şəxs isə 10-15 qram mal qoydurub, xəbər edəcəyini bildirmiş, daha sonra Cəbrayıl rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb, şöbəyə aparılmış, orada RPŞ-nin polis əməkdaşları tərəfindən döyülmüş, fiziki təzyiqlərə məruz qalmış, eyni zamanda şəxsiyyətini alçaltmaqla bağlı təhdid edilmiş, daha sonra onları narkotik vasitənin olduğu əraziyə aparıb, aşkar edilmiş bağlama polis əməkdaşları tərəfindən həmin yerə qoyulduqdan sonra orada videoçəkilişlə narkotik vasitələr və silah olan bağlamanı aşkar etmişlər, etirafedici ifadələr verməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs2 isə işləmək məqsədilə Valehlə birlikdə yola çıxmışlar. Füzuli rayon istiqamətində olduqları zaman Təqsirləndirilən şəxs1 telefonun batareyası bitmiş, sonuncu ondan istifadəsində olan mobil telefonunu istəmiş, o, mobil telefonunu Təqsirləndirilən şəxs1 vermişdir. Lakin Valehin telefonda kiminlə və nə danışdığın bilməmişdir. Təqsirləndirilən şəxs1 telefonunun “WhatsApp” proqramı vasitəsi ilə kiminləsə danışmış və ona qaytarmışdır. Cəbrayıl rayon sözləri yazılan yol lövhəsinin yanına qədər piyada gedərək, orada polis əməkdaşları tərəfindən saxlanılıb, onları Cəbrayıl RPŞ-nə aparmışlar, bundan sonra isə onları Karxulu deyilən yerə gətirmişlər. Daha sonra isə onu Valehin yanına düşürmüşlər və asfalt yolun qırağına aparmışlar. Polis əməkdaşları aşkar edilmiş kisəni gözləri qarşısında üstün torpaqla örtmüş, Valehə isə həmin torbanı qoyduqları yerdən çıxartdırmışlar. Valeh həmin vaxt qorxmuş, gedib kisəni oradan çıxarmış, videoçəkiliş olmuşdur. Kisə orada açılıb tökülmüş, daha sonra şöbəyə gəlmişlər. İlkin təhqiqat zamanı isə ona 234.1-ci maddə ilə şübhəli olduğunu bildirib, sənədlərə qol çəkməyini bildirmişlər. Qol çəkmədikdə isə onu qandallayıb döymüşlər. Valeh ona narkotik və ya iranlı ilə bağlı heçnə deməmişdir, aşkar olunmuş narkotiklərlə bağlı heç bir əlaqəsi olmamış, həmin narkotikləri polislər gözləri qarşısında çıxarıb əraziyə qoymuşlar. Təqsirlərdirilən şəxslərin irəli sürdükləri polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə, pis rəftara məruz qalmaları ilə bağlı xüsusatlara məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs2 zorakılıq, fiziki təzyiqə və təhdidə məruz qalaraq ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Cəbrayıl Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 13 iyul 2022-ci il tarixli qərarla (cild İİ, i.v 68-72) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə və onun müdafiəçisinə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində də ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq, döymə, qeyri-qanuni hərəkətlərə yol verilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. X17 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs2 tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə (hətta istintaqın gedişində müqavilə əsasında vəkillə təmsil edilməsinə) baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq, təsir göstərilmədiyini, polis əməkdaşlarından narazılıq və şikayətinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 89-92) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 115-118) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs bir səhvdi elədiyini, birinci dəfədi gəlməsini, tanımadığı yer olmasını, iranlı şəxsin ona həmin yerdə nə postun, nə də ki baş heç bir şeyin olmadığını, müharibədən təzə çıxmış ərazi olduğunu, elədə yoxlamanın olmamasını, işıq dirəyinin olmasını, həmin işıq dirəyindən dörd ədəd işıq dirəyi bu yana torpağın altında bağlama qoyduğunu, həmin yerin konumunu göndərdiyini, özünündə həmin bağlamanı tapıb götürmək istəyərkən polis əməkdaşlarının yaxınlaşıb, minalanmış ərazidə nə etdiklərini soruşduqlarını, daha sonra telefonundan səslərin, konumun aşkar edildiyini, hər şeyin aydın olduğunu, aşkar edilmiş kisəni götürmək məqsədilə gəldiyini, həmin kisəni Bakı şəhərinə aparıb iranlı şəxsin deyəcəyi yerə qoyacağını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ilkin ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan ifadələrində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin, eləcədə 01 ədəd nömrəsi silinmiş, Tokarev (TT) konstruksiyalı odlu silah hesab edilən tapançanı, həmin tapançaya aid komplekt hissəsi olan bir ədəd darağını və qeyd olunan darağa keçirilmiş atəş üçün yararlı ümumilikdə 08 ədəd 7,62x25 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən ştat patronlarını Şahbuz adlı iranlı ilə aralarında olan razılaşma əsasında sonuncunun gizlətdiyi yerdən, yəni Cəbrayıl rayon Karxulu kəndinin yaxınlığında keçən avtomobil yolunun kənarından 27 mart 2022-ci il tarixdə saat 13 radələrində götürmək üçün getməsini və götürəcəyi həmin narkotik vasitəni və psixotrop maddəni, eyni zamanda odlu silahı və onun komplekt hissələrini, döyüş sursatını Şahbuz adlı iranlının sonradan deyəcəyi şəxslərə çatması üçün başqa ünvana aparacağını, həmin razılaşmanın müqabilində Şahbuz adlı iranlının ona təxminən 20-30 qram çəkidə narkotik vasitə hesab edilən heroin pay verəcəyi barədə razılaşdıqlarını, saxlanıldığı gün isə həmin bağlamanı götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan başqa digər Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində Cəbrayıl rayonunun ərazisində adının Karxulu olduğunu sonradan öyrəndiyi kəndin yaxınlığında piyada gedərkən, yolda Təqsirləndirilən şəxs1 ona “gəl aşağı düşək burada işim var” sözlərini deməsini, Təqsirləndirilən şəxs1la birlikdə yoldan çıxaraq aşağı düşdüklərini, Təqsirləndirilən şəxs1 yoldan çıxaraq üzü aşağı düşüb orada nə isə axtarmağa başladığını və qısa müddət keçdikdən sonra polis əməkdaşlarının onlara yaxınlaşaraq özlərini təqdim edib minalanmış ərazidə nə axtarmalarını soruşmalarını, Təqsirləndirilən şəxs1 yaxınlaşıb götürmək istədiyi əşyanın nə olduğunu soruşduqlarını, Təqsirləndirilən şəxs1 da cavabında bağlamanın olduğunu, sarımtıl rəngdə olan torbaya baxdıqda içərisində çoxlu sayda bükümlərin olduğunu, bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına həmin bükümlərdə narkotik vasitənin olduğunu deməsini bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (digər Təqsirləndirilən şəxs2 onun hansı məqsədlə getməsindən məlumatının olmaması ilə bağlı bildirdikləri istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə aşkar edilmiş narkotik vasitəni, psixotrop maddəni, eyni zamanda odlu silahı və onun komplekt hissələrini, döyüş sursatını Şahbuz adlı iranlının sonradan deyəcəyi şəxslərə çatdırması üçün başqa ünvana aparacağı barədə əvvəlcədən sonuncu ilə razılaşdığını, bu məqsədlə saxlanıldığı əraziyə gedib digər şəxsin əvvəlcədən orada torpağa basıdırdığı bağlamanı götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmasını etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs1 külli miqdarda – 10630 qram olan qurudulmuş marixuananı, 2300 qram olan heroini və 1200 qram olan metamfetamini metamfetamini, eləcədə odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi yerə çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin, odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxs artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin, eləcə də külli miqdarda psixotrop maddənin, eləcədə odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə və maddələrlə, eləcədə odlu silah, onun komplekt hissələri və döyüş sursatı ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslə birlikdə Cəbrayıl rayonu ərazisinə iş axtarmaq məqsədilə getməsi, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun enerjisinin bitməsi səbəbindən özünə məxsus mobil telefonu Təqsirləndirilən şəxs1 verməsi, sonuncunun isə onun telefonu vasitəsilə kiminlə və nə danışdığından məlumatının olmaması, daha sonra yolda olarkən Təqsirləndirilən şəxs1 özünə adapter alıb, öz telefonuna enerji yığdırıb ona məxsus mobil telefonu geri qaytarması, Təqsirləndirilən şəxs1 narkotik götürmək məqsədilə getməsindən məlumatının olmaması, aşkar edilmiş maddələrə və odlu silaha heç bir aidiyyətinin olmaması, həmin bağlamanın oraya polis əməkdaşları tərəfindən gətirilib qoyulması ilə bağlı bildirdikləri iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadələrində olmuş mobil telefonlar vasitəsilə aparılmış danışlarla tam təkzib edilir. Birincisi, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 321 27 66 mobil telefon nömrəsi ilə apardığı danışıqlardan görünür ki, hadisə günü yəni xx.xx.2022-ci ildə saat 00:02-dən 01:27-dək, 03:20-dən 05:23-dək, 04:47-dən 05:20-dək, 06:34-dən 07:24-dək, 08:34-dən 08:52-dək, 11:55-dən 12:07-dək, 12:08-dən 12:17-dək olan intervallarda telefon danışıqları aparılmış və smslər yazılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məxsus mobil telefon hadisə günü gecə saat 00:02-dən, artıq 12:17-dək aktiv olmuşdur. Eyni zamanda xx.xx.2022-ci ildə hər iki təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən, onların üzərindən yalnız mobil telefonlar aşkar edilmiş, şəxsi axtarış zamanı isə onların heç birindən telefon enerjisi üçün istifadə edilən hər hansı bir adapter və ya başqa bir cihaz aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus «Samsung S5» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış zamanı həmin mobil telefonun yaddaş kitabçasında İİR mobil operatoruna aid “Aaaval +98 905 378 0375” nömrəsi adı ilə qeyd etdiyi müəyyən edilmişdir. Həmçinin baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə İran mobil operatoruna aid “+**********75” nömrəsi arasında 27 mart 2022-ci il tarixdə saat 05:46-dan saat 07:41-ə kimi müəyyən vaxt intervalları ilə İİR-ə aid mobil operatorun “Aaaval” adı ilə qeydiyyata alınan şəxs arasında sonuncunun həmin saatlarda silinmiş mesajı və səsli zəngləri qeydiyyata alınmış, lakin Təqsirləndirilən şəxs2 tərəfindən həmin zənglər cavablandırılmamışdır. Həmin vaxt intervalında isə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon aktiv olmuş, sms-lər və danışıqlar qeydə alınmışdır. Göstərilən təhlil bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefon vasitəsilə İİR-də olan digər şəxs arasında aparılmış danışıqlar zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun da enerjisi bitməmiş, həmin telefon aktiv işlək vəziyyətdə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətdikləri ərəfədə mütəmadi olaraq telefonla əlaqə saxlamaları (xx.xx.2022-ci ildə saat 00:56-da 05:33-dək, 22:59-dan 23:07-dək, xx.xx.2022-ci ildə 04:47-dən 05:16-dək), eyni zamanda Təqsirləndirilən şəxs1 mobil telefonun «Whatsapp» proqramında Şahbuz adlı iranlının göndərdiyi səsli mesajlarda (xx.xx.2022-ci il tarixdə saat 22:00-da “o Ağdamlı diridi?” xx.xx.2022-ci il tarixdə saat 22:07-də “o qaqaşın nömrəsin yolla məə da, bilmək olmur ee uje düşdü cibdən sındı, ya indi öldü, baştəpə oldu onun tez nömrəsini yolla mənə”, xx.xx.2022-ci il tarixdə saat 22:34-də “o yanında gedən yoldaş var ha qardaş o qardaşın nömrəsin”) Təqsirləndirilən şəxs2 Ağdamlı olmasını bildirməsi, Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini istəməsi onu sübut edir ki, artıq İİR-də olan digər şəxsin Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 tərəfindən Cəbrayıl rayonu ərazisində yerləşdirdiyi içərisində maddələr və odlu silah olan bağlamanı birlikdə gəlib götürəcəkləri barədə əvvəlcədən məlumatı olmuşdur. Eləcə də, Təqsirləndirilən şəxs2 məhkəmə baxışında ifadəsində yolun dumanlı olması səbəbindən tərəfindən şəklinin çəkildiyini bildirmiş, ancaq İİR-də olan digər şəxs tərəfindən isə Təqsirləndirilən şəxs1 yazılmış smsdən məlum olur ki, həmin şəkil İİR-də olan digər şəxsə göndərilmiş, sonuncu isə münasibət bildirərək (xx.xx.2022-ci il tarixdə saat 01:03-də) “elə dumannı yaxşıdı, dəymə qoy duman olsun, duman olmayi məsələ dəyil” məzmununda mesaj yazmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə yol kənarında minalanmış ərazidə işıq dirəyinin yanında digər şəxs tərəfindən göndərilərək gizlədilmiş sarı rəngli polietilen bağlamanı torpaqdan götürmək istəyərkən bilavasitə cinayət əməlini törətdikləri yerdə polis əməkdaşları tərəfindən saxlanılmaları və yuxarıda göstərilən mobil telefon danışıqlarının təhlili Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1la birlikdə öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aşkar edilmiş predmetləri götürmək məqsədilə həmin əraziyə getməsini təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən (cild İ, i.v 156-158), məhkəmədə verdiyi izahatında da özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 onunla birlikdə yola çıxmasına səbəb kimi sonuncudan İmişli rayon ərazisinə gedərək HOWO markalı yük avtomobili gətirməsinə köməklik etməsini xahiş etməsini göstərmiş, lakin məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxs Cəbrayıl rayonu ərazisinə orada olan şirkətlərdən birində işləmək məqsədilə getdiklərini bildirmiş, bu ziddiyəti isə hər hansı bir halla əsaslandıra bilməmişlər. Bu yerdə məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər həqiqətən də işğaldan yeni azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən şirkətlərə işləmək məqsədilə getmişdirlərsə, müvafiq qaydada iş üçün müraciət etmələri, həmin ərazidə olan stasionar postlardan keçmək üçün müvafiq icazələrin alınması ilə bağlı nə ibtidai araşdırma zamanı, nə dəki məhkəmə istintaqı zamanı hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Bundan başqa təqsirləndirilən şəxslərin saxlanıldıqları Cəbrayıl rayonu, Karxulu kəndi ərazisinə keçmələri üçün mütləq qaydada müvafiq stasionar postlardan keçmələri tələb olunduğu halda, onların həmin əraziyə stasionar postlardan kənar keçib daxil olmaları da hər iki təqsirləndirilən şəxsin əraziyə işləmək məqsədilə daxil olması halını özü-özlüyündə inkar edir. Belə ki, təqsirləndirilən şəxslər saxlanıldıqları əraziyədək əgər hansısa stasionar postdan keçmişdirlərsə, mütləq qaydada onlar həmin postların birində saxlanılıb, müvafiq qaydada icazələri yoxlanılacaq, icazələrinin olmadığı aşkar edildikdə isə əraziyə buraxılmayacaqlardı. Göründüyü kimi, təqsirləndirilən şəxslərin saxlanıldıqları əraziyə stasionar postlardan kənar, digər yollarla daxil olması da, onların hər ikisinin həmin yerə işləmək məqsədilə getmələri barədə ifadələrində göstərdikləri xüsusatları bir daha təkzib edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində narkotik vasitələrin, psixotrop maddənin, odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının onlara aidiyyətinin olmamasını, Cəbrayıl rayon ərazisində işləmək üçün həmin rayon ərazisinə getmələrini, polis əməkdaşları tərəfindən saxlanılaraq sonradan Cəbrayıl rayonunun Karxulu kəndi ərazisinə gətirilərək yol kənarında polis əməkdaşlarının basdırdıqları torbanı Təqsirləndirilən şəxs1 çıxartıraraq həmin torbada olan külli miqdarda narkotik vasitələr və psixotrop maddə, eyni zamanda odlu silah, komplekt hissəslərinin və döyüş sursatının onların üzərinə qoyulmasını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən ifadələrini özünümüdafiə xarakteri daşımaqla, törədilmiş cinayət əməlinə münasibətdə məsuliyyət yayınmaq məqsədilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ifadəsində Təqsirləndirilən şəxs2 birlikdə getdikləri yerdən narkotik vasitə, psixotrop maddə, həmçinin odlu silah götürəcəklərindən məlumatının olmaması barədə bildirdiklərini sonuncunu müdafiə və cinayət məsuliyyətindən yayındırmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir və həmin ifadələrini yuxarıda göstərilmiş sübutlarla tam təkzib edilməsi qənaətinə gəlir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr, psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcədə Təqsirləndirilən şəxs2 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin (cinayətə cəhdə görə CM-in 234.4.1, 234.4.3 və 228.2.1-ci maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmaqla) tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2299,95 qram olan narkotik vasitə heroin, 1199,95 qram olan psixotrop maddə metamfetamin, 10629,50 qram narkotik vasitə marixuana məhv edilməli, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş Tokarev (TT) konstruksiyalı tapança, 01 ədəd daraq, eksperimental atəşə sərf edildikdən sonra qalıq sayı 05 ədəd olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonda olan səs yazılarının köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 1 (bir) ədəd vərəq, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung S5” markalı mobil telefonda olan yazışmaların köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 05 (beş) ədəd vərəq, "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL- 5680/22 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon arvadı X6 və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd «Samsung S5» markalı mobil telefon arvadı X10 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 31,95 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2299,95 qram olan narkotik vasitə heroin, 1199,95 qram olan psixotrop maddə metamfetamin, 10629,50 qram narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş Tokarev (TT) konstruksiyalı tapança, 01 ədəd daraq, eksperimental atəşə sərf edildikdən sonra qalıq sayı 05 ədəd olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonda olan səs yazılarının köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 1 (bir) ədəd vərəq, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung S5” markalı mobil telefonda olan yazışmaların köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülmüş yazılı mesajlar əks olunduğu A4 formatlı 05 (beş) ədəd vərəq, "xxxx" Telekom MMC-dən xx.xx.2022-ci il tarixli 12325 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5680/22 nömrəli məktubla göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrə ilə aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon arvadı X6 və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd «Samsung S5» markalı mobil telefon arvadı X10 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 31,95 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev