Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-32/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi5 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1982-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxx 1995-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx xxxxxxx 1984-cü ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs dəniz vasitəsi ilə İran İslam Respublikasından (bundan sonra İİR) Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirib, satışı ilə məşğul olması barədə öz aralarında müzakirə apardıqdan sonra Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan, həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı, “**-ZL- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs Astara şəhəri, Ə.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs evindən çağırıb, avtomobillə Təqsirləndirilən şəxs2 məxsus Astara şəhəri, S.Vurğun küçəsi, ev 111, mənzil 2 ünvanına bir yerdə apardıqdan sonra 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq döş qəfəsi nahiyəsində sıyrıqlar, sağ körpücük nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq edərək, Zərərçəkmiş şəxs onlara 24 saat müddətində xeyli miqdar hesab olunan 10000 (on min) manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmişlər, pulu vaxtında verməyəcəyi təqdirdə butulka üzərində otuzdurub bu barədə rüsvayedici məlumatları el arasında yayacaqları ilə hədələyərək Zərərçəkmiş şəxs xeyli miqdarda pulu zor tətbiq etməklə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il saat on və ya onun yarısı özü, Rəşad və Anar Astara şəhərində dəniz qırağında oturub çay içmişlər. Orda aralarında danışıq olmuşdur ki, Aftandil adlı şəxs şəhərdə balaca-balaca uşaqlara mal paylayır. Bu səbəbdən qərar gəlmişlər ki, gedib Aftandillə oturub yeyib-içib danışıqlar aparsınlar ki, bu hərəkətləri eləməsin. Hər üçü gedib Yusifi də götürdükdən sonra birlikdə Aftandilin yaşadığı evinə getmişlər. Evinə çatdıqdan sonra isə Aftandili çağırıb hörmətlə danışıb demişlər ki, bizlə gedirsən araq içməyə, sənlə söhbətimiz var. Onu maşına əyləşdirib Rəşadın evinə getmişlər. Rəşad isə nə həmin vaxt nə də ki, öz evində Aftandilə artıq söz deməyib, əksinə Rəşad ona qulluq edib, yemək-içmək, çörək gətirib, onların üçü isə Aftandilə suallar vermişlər. Aftandilə onlarda cavan uşaqlara narkotik satması barədə məlumatları olduğunu demişdir. Aftandili narkotik satmaqdan çəkindirmək barədə danışmışlar. Həmin vaxt içkili olmuşlar, Aftandil isə onlara yalanlar danışmışdır. Özü də Aftandilə yalan danışmamağını, onu əsəbləşdirməməyi demişdir. Aftandilə evdə olarkən heçnə etməmişlər, hədə-qorxu gəlməmişlər, yemək qoymuşlar qabağına, o evi ilə telefonda danışmışdır. Əgər elə niyyətləri olmuşsa, onda nəyə görə onu evə aparıb, onunla yeyib içirdilər, Astarada nə çox dağ, meşə var ora aparardılar elə. Lakin Aftandillə söhbət zamanı o, yalan danışdığından onu əsəbləşib şillə təpiklə vurmuşdur. Orda Aftandilin telefonuna zəng gələndə də deyib ki, çıx çöldə danış, burda evinlə danışma ayıbdı. Onlar Avtandilə hədə-qorxu gəlməmiş, heçnə tələb etməmişlər, bu onların edəcəyi iş deyil. Aftandilə demişdir ki, bu işdə Rəşadla birlikdəsən, eyni zamanda Rəşadın ona borcu olduğundan Aftandilə Rəşada özünə dəyməsini bildirməyi demişdir. 25 ilmiş ki, Rəşadın ona borcu olub. Avtandili sonra evinə aparıb qoymuşlar, Rəşada dediklərini çatdırmağı bildirmişdir. Aftandil isə bu hadisədən sonra gedib Rəşadı doldurub. Rəşadla zəngləşmiş, Rəşadın onu yığdığını, ya özünün Rəşadı yığdığını isə xatırlamır. Telefon danışığı zamanı isə Rəşadla mübahisə etmişdir. Bundan sonra görüş təyin etmişlər. Görüşü “Qaradok” adlanın yerə vermişlər. Həmin yerdə də Rəşadla qarşılaşmışlar. Özü maşında yatmışdır. Həmin vaxt başa düşməmiş ki, güllə atılır, ya fişəng atılır. Aftandilə onlar heç bir ciddi hədə-qorxu gəlməmişlər, əgər elə olsa idi, niyə imkan verərdilər ki, o beş dəfə evi ilə telefonda danışsın. Onu evinə aparıb saldıqdan sonra əgər elə hərəkət etmişlərsə, nəyə görə polisə zəng edib şikayət etməyib. Şikayət edərdi, əgər onlar hədəqorxu ilə pul tələb etmişdilərsə, pulu gətirib verəndə onları saxlayardılar. O, Aftandilə narkotik satdığına görə onlara da pul verməli olduğunu deməmişdir, çünki onlara narkotik pulu lazım deyil. Aftandili öyrədiblər, ona heç bir hədə gəlməmişlər. Aftandilin Rəşadın evində olarkən şalvarına heç kim əl atmayıb, özü belə tərbiyyəsizlik etməz. Aftandili polislər öyrədib, bu cür ifadələr verir, səbəb isə onların tutulmağıdır. Hadisə günü Aftandillə araq içmişlər birlikdə, sonra da aparıb evlərinə qoymuşlar. Görüşləri təxminən bir saat bir saat yarım çəkmişdir. Aftandili narkotik satdığına görə cəzalandırmağı düşünmüşdür. Lakin Aftandilə heç bir hədə gəlməmişlər, ondan on min manat pulu bir aya, yaxud bir günə gətirməyi tələb etməmişlər. Aftandillə dükana da birlikdə gedib, araq almışlar. Yusif Avtandili maşında olarkən vurmamışdır. Lakin Yusifə cavan uşaqlar şikayət etmişdir ki, Aftandil narkotik satır. Bu hadisədən bir gün qabaq da Yusif bu barədə özünə demişdir. Onlarda həmin vaxt heç bir narkotester olmayıb, Aftandil bunları yalan deyir. Özünün heç bir günahı yoxdur, Aftandilə şillə vurmuş, buna görə də xuliqanlıqla məhkum olunmağına razıdır. Aftandildən pul tələb etməmişlər, əks halda bilir ki, bu maddələrlə onu tutarlar, ona görə də bu maddələrlə razı deyil, xuliqanlıqla məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilib ifadələrində bildirmişdir ki, 03 yanvar 2023-cü il tarixdə tanışı, Astara şəhər sakini Təqsirləndirilən şəxs2 ona Astara şəhər sakini Zərərçəkmiş şəxs İran İslam Respublikasından Azərbaycan Respublikasına Xəzər dənizi vasitəsilə narkotik vasitə gətirdiyini və gətirdiyi narkotik vasitənin satışını həyata keçirdiyini bildirmişdir. Bu məlumatın ona verildiyi andan o, bu barədə fikirləşməyə başlamış və qərara gəlmişdir ki, bununla bağlı Zərərçəkmiş şəxs pul ala bilər. 04 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs2la telefonda danışan zaman Rəşad ona Astara rayonu, Şiyəkəran kənd sakini Təqsirləndirilən şəxs3lə birlikdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 özü şəxsən tanıyırmış və Anar əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuşdur. Həmin gün, təxminən saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 zəng edərək “777” adlanan kafedə olduğunu bildirib və Rəşaddan Anarı da götürüb, birlikdə yanına gəlmələrini istəmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3lə birlikdə Astara şəhərində, dəniz kənarında yerləşən “777” adlanan kafeyə gəlmişlər və onlar görüşmüşlər. Onlar kafedə olan zaman o, yenə Astara şəhər sakini Zərərçəkmiş şəxs narkotik vasitə satması ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə söhbət etmişdir. Bundan sonra onlar kafeni tərk etmək qərarına gəlmişlər. Onlar kafeni tərk edən zaman o, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4 harada olması ilə maraqlanmasını və Yusifi də yanlarına çağırmasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4la danışmış və Yusifin evdə olduğunu öyrəndikdən sonra birbaşa avtmobili Təqsirləndirilən şəxs4 evinə tərəf idarə etmişdir. Onlar Yusifi evinin qarşısında avtomobilə götürmüşlər və Yusif avtomobilə oturmuşdur. Belə ki, Aftandilin narkotik satdığını ona 03 yanvar 2023-cü il tarixdə Rəşad ona demiş və Rəşada bu məlumatı Yusif vermişdir. Yəni ki, avtomobildə olanların hamısı artıq bilirmiş ki, nəyə görə yığışmışlar. Belə ki, o, avtomobildə olan zaman Rəşad, Yusif və Anara Aftandilin pulunu ala biləcəyimi demiş və Aftandili çağırıb, Aftandildən pul tələb etmək təklifini irəli sürmüşdür. Avtomobildə olan hər kəs onunla razılaşmış, heç kim ona etiraz etməmişdir. Onlar qərara gəlmişlər ki, Aftandili evindən götürüb, Aftandillə söhbət edərək Aftandilə narkotik vasitə satdığını etiraf etdirək və Aftandildən pul tələb etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobili birbaşa Aftandilin evinə tərəf sürmüşdür. Rəşad Aftandilin evinin qarşısına çatdıqda avtomobili dayandırmış və əvvəlcədən gəldikləri razılaşmaya əsasən Yusif avtomobildən yerə düşərək Aftandili çağırmağa getmişdir. Yusif avtomobili tərk etdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili bir qədər irəliyə sürərək arxaya manevr etmiş və yenidən avtomobili Aftandilin evinin qarşısında dayandırmışdır. Təxminən bir-iki dəqiqə keçdikdən sonra, saat 22 radələrində Aftandil Yusiflə birlikdə avtomobilə yaxınlaşmışlar. Avtomobilin qapısı açıldıqda Aftandil avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 Aftandili avtomobilə çağırmış və Təqsirləndirilən şəxs2 çağırmasından sonra Aftandil avtomobilin arxa oturacağında oturmuşdur. Aftandil avtomobilə oturduqdan sonra o, X19 Respublikasından Xəzər dənizi vasitəsi ilə narkotik vasitə gətirdiyini, gətirdiyi narkotik vasitəni satdığını bildirmişdir. Bu sözü dedikdən sonra Aftandil kəskin olaraq ona etiraz edib, narkotik vasitə satmadığını bildirmişdir. O, yenə də Aftandilə, narkotik vasitə satdığını, bunu sübut edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 bir müddət avtomobillə Astara şəhəri ərazisində dövrə vurmağa başlamış, onlar istəyirmişlər ki, Aftandil narkotik işi ilə məşğul olduğunu etiraf etsin. Avtomobildə olan zaman “dədə” ləqəbli Təqsirləndirilən şəxs4 yalandan mobil telefonunu götürüb, özünü kiməsə zəng edirmiş kimi aparmış və guya ki, telefonda danışdığı şəxs Aftandilin narkotik vasitə satdığını demişdir. Onlar bu yolla istəyirmişlər ki, Aftandil narkotik vasitə satdığını etiraf etsin. Lakin Aftandil yenə də narkotik vasitə satdığını deməmiş, yəni ki, satmadığını demişdir. Bundan sonra o, Aftandildən spirtli içki qəbul edib-etmədiyini soruşmuş, Aftandil də ona arabir spirtli içki qəbul etdiyini demişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə Rəşadın evinə getmişlər. Evdə olan zaman o, Anar və Aftandil birlikdə spirtli içki qəbul etməyə başlamışdır. Aftandil spirtli içki qəbul etdikdən sonra özünü yaxşı aparmamış, yəni spirtli içkinin təsiri altında olmuşdur. Bundan sonra o, Aftandilə 1 ay ərzində ona 10000 (on min) manat məbləğində pul verməsini istəmişdir. Aftandil ona evində həmin miqdarda pulunun olmadığını bildirmişdir. O əsəbləşib, Aftandildən həmin məbləği 1 aya deyil, 24 saat ərzində ona verməsini tələb etmiş və Aftandilə bir dəfə sillə ilə zərbə vurmuşdur. Bir qədər də Aftandillə söhbət etdikdən sonra Aftandil səhər dənizə gedəcəyini bildirmişdir. 05 yanvar 2023-cü il tarixdə keçmiş, saat təxminən 01 radələrində o, Anar, Yusif və Aftandil Təqsirləndirilən şəxs2 evini tərk etmişlər, Təqsirləndirilən şəxs2 isə evində qalmışdır. Bundan sonra onlar Aftandili yaşadığı evinə aparmışlar. O, Aftandilin narkotik vasitə satması barədə məlumat əldə etmiş, buna görə də fikirləşmişdir ki, Aftandilin pulu olar və Aftandilin pulunu asanlıqla əldə edə bilərlər. Buna görə də o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Aftandilin pulunu ələ keçirməklə bağlı təklif irəli sürmüşdür. Onlar Aftandili 04 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində yaşadığı evin qarşısından öz razılığı ilə aparıb, 05 yanvar 2023-cü il tarixdə təxminən saat 01 radələrində Aftandildən hədə-qorxu yolu ilə pul tələb edib, sonra Aftandili evinə qaytarmışlar. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə 04 yanvar 2023-cü il tarixdə bir yerə toplaşmışlar ki, birlikdə Aftandili evindən çağırıb, Aftandilin pulunu alsınlar. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə Zərərçəkmiş şəxs pul tələb edərkən həmin vaxt hadisə yerində başqa heç kim olmamışdır. Ona Aftandilin narkotik satması barədə məlumatı Rəşad vermiş, həmin gün Anarı da onun göstərişi ilə Rəşad çağırmış, həmçinin Yusifə də Rəşad zəng edərək çağırmışdır. Aftandili evindən çıxararkən avtomobili Təqsirləndirilən şəxs2 idarə etmiş, Aftandil Rəşadı görüb, avtomobilə oturmuş, yəni ki, Təqsirləndirilən şəxs2 onların içərisində Aftandili tanıyan və Aftandilin etibar etdiyi yeganə adam olmuşdur. Həmçinin Rəşadın təklifi ilə Aftandili Rəşadın evinə aparmışlar. Bundan başqa Aftandili evindən Yusif çağırmış, Yusif çalışırmış ki, Aftandil narkotik vasitə satdığını desin, məsələn yalandan özünü kiminləsə danışırmış kimi aparıb, Aftandilə narkotik satdığını sübut etməyə çalışırmış. Aftandilin dalınca getdikləri avtomobil Anara məxsus olmuş, Anar da çalışırmış ki, tester və ya başqa üsullarla Aftandilə narkotiklə məşğul olduğunu sübut etsin. Həmçinin Anar da Aftandilə zor tətbiq etmişdir. Özü də əsəbləşib Aftandili döymüşdür. Aftandil Rəşadın evində olan zaman rahat hərəkət etmişdir. Aftandili döymüş və bundan peşman da olmamışdır. Anar sübut etməyə çalışırmış ki, Aftandil həqiqətən də narkotik vasitə istifadə edir və satır, buna görə də Aftandili test etmək istəyirmiş. Lakin o, Aftandilin spirtli içki içib, hər şeyi etiraf edəcəyini demiş və testerə ehtiyac olmadığını bildirmişdir. O, Aftandilə butulka üzərində otuzduracağını demişdir. Aftandilin oğlunun adını çəkmişdir ki, Aftandil qorxub, polisə nəsə deməsin. Aftandil Təqsirləndirilən şəxs2 görüb, könüllü olaraq avtomobilə oturmuş, heç kim Aftandili məcbur edib, avtomobilə otuzdurmamış, birlikdə olduqları müddətdə Aftandilə hədə-qorxu gəlib, pulunu tələb etsələr də onun azadlıq hüququnu məhdudlaşdırmamışlar. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələrini təsdiq etmədiyini, onu saxlanılarkən polis əməkdaşlarının döydüyünü, müdafiəçisinin olmadığını, müdafiəçinin axırda gəlib sənədləri göstərərək, bunun narkotiklə bağlı ekspertiza sənədləri və başqa sənədlər olduğunu deyib imza etməyini deməsini, özünün isə nə oxuya nədə ki, ifadə verə bilmədiyini, elan olunmuş ifadələrin onun tərəfindən verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü sürücü işləyir, 27 dekabr 2022-ci ildə İrana getmişdir. 03 yanvar 2023-cü ildə ölkəyə qayıtmışdır. Ayın dördü isə Asif ona zəng vurub, görüşüb axşamçağı oturub yeyib-içsinlər, həm də Asif üçün İrandan düyü və siqaret alıb gətirmişdir. Ayın dördü Asiflə dəniz qırağında görüşüb, çay içmişlər. Daha sonra hava qaralanda gəlib Yusifi də götürmüşlər. Bundan sonra Asif Yusifə demişdir ki, gedib Aftandili də götürək birlikdə yeyib-içək. Aftandili götürmək təklifini Asif etmişdir. Bu səbəbdən birlikdə Aftandilin qapısına getmişlər. Yusif isə gedib Aftandili çağırmışdır. Aftandil qapıdan çıxmış Asifi gördükdə onunla görüşmüş, ona böyük qardaşım deyib qucaqlamışdır. Anarla isə artıq dəniz qırağında çay içəndən birlikdə olmuşlar. Aftandili götürməyə də birlikdə getmişlər. Asif Aftandillə görüşəndə ondan soruşmuş ki, araq içməyə gedirsən, o da razılaşmışdı. Daha sonra birlikdə “Ataxan market”ə gedib, hamısı maşından düşüb, özü Anar və Yusif marketdən su, araq, siqaret, çörək almışlar. Həmin vaxt demişlər ki, gedib sizdə yeyib-içək, o isə razılaşmış, demişdir ki, “gedib balıq zad var bişirib yeyib-içək”. Beləcə onun evinə getmişlər, evdə bişirib-düşürmüş, birlikdə yeyib-içmişlər. Yeyib-içəndə ona zəng gəlmiş ki, səhər maşın gəlir, İrana gedəsən. Bu səbəbdən də içki içməmişdir həmin vaxt. Evində yeyib-içərkən isə Yusif demişdir ki, Aftandil narkotik satır, Asif də Aftandilə sual vermiş ki, sən mal verirsən, uşaqları zəhərləyirsən. Aftandil isə ona etiraz edib, belə şey olmadığını bildirmişdi. Asif isə Aftandilə həmin vaxt şillə vurmuşdu. Bu zaman özü Asifə etiraz edib, evində belə şeylər eləməməyini bildirib, öz evində olmaz demişdir. Aftandil isə söyüş zad söydüyündən Asif onu vurmuşdur. Yeyib-içəndən sonra onlar birlikdə evindən çıxmış, özü onları yola salmış və evində qalmış, sonra da uzanıb yatmışdır. Səhər isə evinə polislər gəlib onu şöbəyə aparıb dubinka ilə döymüşlər. Həmin vaxt xəsarətlər almışdır. Orxan adlı polis əməkdaşı isə onu təhdid edərək, soyundurub, ona qarşı əxlaqsız hərəkətlər edəcəyini bildirmişdir. Özü isə şöbədə lüt bədənə stola bağlayıb, etirafedici ifadələr almağa çalışmışlar. Onun evində heç kim Aftandilə hədəqorxu gəlməyib, ondan pul istəməyib. Butulka məsələsi ümumiyyətlə olmayıb, Aftandilin şalvarına heç kim əl atmayıb. Heç bir narkotester aparatı görməmişdir. Digər təqsirləndirilən şəxslərlə aralarında Aftandildən pul almaq barədə heç bir razılaşması olmayıb. Aftandildən də heç kim pul istəməyib. Aftandil evində olarkən sərbəst olub, telefonu özündə olub, evi ilə danışıb yeyib-içdiyini gələcəyini demişdir. Aftandilə evində olarkən Asif bir dəfə şillə vurub, onlar yeyib-içib, sonra isə çıxıb getmişlər. Onlar evindən getdikdən sonra isə Məlikov ona zəng vurub, bir kəlmə deyib ki, Asif hanı, niyə şillə vurub, o isə demişdir ki, get Asifdən soruş, onlar yeyib-içiblər. Aftandil özü narkotiklə məşğul olur, narkotik satandır. Onu şöbədə Orxan və Elçin adlı polis əməkdaşları döyüb. Aftandilə əl vurmamış, ona söz deməmiş, yeyib-içib evindən çıxıb getmişlər, buna görə içəridə səkkiz il yatmaq haqq deyil. Atası vəfat etmişdir, evə buraxılmağını, məhkəmədən humanist addım atılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilib ifadələrində bildirmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında İran İslam Respublikasına getmiş, İİR-ə getməzdən əvvəl Astara rayonu, Ərçivan qəsəbəsindən olan tanışı Təqsirləndirilən şəxs1 ona İİR-dən düyü və siqaret gətirməyini xahiş etmişdir. 03 yanvar 2023-cü il tarixdə o, Azərbaycan Respublikasına gəlmiş, Astara şəhərindən olan tanışı “Dədə” ləqəbli Təqsirləndirilən şəxs4 zəng edərək, Yusifi də yaşadığı evdən götürüb, idarə etdiyi avtomobillə Asifin evinə getmişdir. Həmin gün, təxminən saat 16 radələrində Yusiflə birlikdə Asiflə Asifin yaşadığı evin həyətində görüşmüşlər. Söhbət edən zaman Yusif bildirmişdir ki, Astara şəhər sakini Zərərçəkmiş şəxs Xəzər dənizi vasitəsilə ölkə hüdudlarına narkotik vasitə gətirərək satışını həyata keçirir, hətta gətirdiyi narkotik vasitələrdən hansısa tanışına da bir neçə qram çəkidə vermişdir. Bundan sonra onlar bir qədər söhbət etmişlər, sonra isə Asifə gətirdiyi düyü və siqareti verib, Astara şəhərinə qayıtmışdır. Astara şəhərində Yusif avtomobilindən düşüb yaşadığı evə getmişdir. 04 yanvar 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Şiyəkəran kəndindən olan tanışı Təqsirləndirilən şəxs3 ona zəng edərək avtomobilini ustaya aparmaq istədiyini bildirmişdir. Anarla həmin gün Astara şəhərində görüşmüş və Anarın avtomobilini onunla birlikdə “Pişik” ləqəbli ustanın təmir sexinə aparmışdır. Ustada olan ərəfələrdə Asiflə telefonda danışmış və Asifə Anarla birlikdə Astara şəhərində olduğumu demişdir. Həmin gün, yəni ki, 04 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs1 onun ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək harada və kiminlə olduğunu soruşmuş, yaşadığı evdə tək olduğunu bildirmişdir. Asif Anarın harada olduğunu soruşmuş, Anarın onunla olmadığını, evinə getdiyini demişdir. Asif Astara şəhərində yerləşən kafedə olduğunu bildirib, Anarla birlikdə oraya gəlməsini istəmişdir. Bundan sonra mobil telefonu ilə Anara zəng edərək Asifin onları kafeyə çağırdığını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Anar idarə etdiyi “BMW 528” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanına yerləşən yaşadığı evin qarşısına gəlmiş, onu avtomobilinə götürmüş, sonra isə onlar Asifin olduğu kafeyə getmişlər. Təqsirləndirilən şəxs3lə birlikdə kafeyə daxil olduqda Təqsirləndirilən şəxs1 artıq orada olduğunu görmüşdür. Təxminən 1 saat çayxanada söhbət etdikdən sonra onlar qərara gəlmişlər ki, Anarın avtomobili ilə şəhərdə dövrə vursunlar. Belə ki, onlar avtomobildə olan zaman Asif ondan Yusifin harada olduğunu soruşaraq Yusifə zəng etməyini və Yusifi də çağırmağını istəmişdir. Mobil telefonu ilə Yusifə zəng edərək harada olduğunu soruşmuş və Yusif yaşadığı evdə olduğunu bildirmişdir. Həmin vaxt avtomobili özü idarə edirmiş və avtomobili birbaşa Yusifin evinə tərəf sürmüşdür. Yusifin evinin qarşısına çatdıqda Yusif artıq evin qabağında onları gözləmişdir. Yusif avtomobilin arxa oturacağında Anarın yanında oturmuşdu. Avtomobildə olan zaman Asif onlara Aftandillə söhbət etməli olduqlarını, Aftandilin narkotik satdığını, pulunun olduğunu, Aftandildən xeyli pul ala biləcəyini bildirmişdir. Bundan sonra Asif ondan avtomobili Aftandilin evinə tərəf sürməyini istəmiş, həmçinin Yusifdən Aftandili evindən çağırmasını istəmişdir. Avtomobili Astara şəhəri Əhəd Muxtarov küçəsinə sürmüş və Yusif avtomobildən düşərək Zərərçəkmiş şəxs evinə onu çağırmağa getmişdir. Avtomobili döndərmək üçün bir qədər irəliyə doğru hərəkət edib, geriyə manevr edərək yenidən Aftandilin qapısının qarşısında avtomobili dayandırmışdır. Aftandilin evin qarşısına çatdıqda artıq Aftandillə Yusif evin qarşısında olmuşlar. Aftandil Yusiflə birlikdə avtomobilin arxa oturacağında oturmuşlar. Avtomobillə Astara şəhərində təxminən 1 saat gəzmiş, həmin vaxt X12 İran İslam Respublikasından narkotik vasitə gətirməsilə bağlı söhbət edirmiş. Lakin söhbət əsnasında Aftandil narkotik vasitə satmadığını deyirmiş. Belə ki, Asif Aftandilə narkotik vasitə istifadə etdiyini, narkotik vasitə istifadə edən şəxsin spirtli içki qəbul edə bilmədiyini bildirmiş, Aftandil yenə də narkotik vasitə istifadə etmədiyini, spirtli içki qəbul edə biləcəyini demişdir. Daha sonra onlar təkrar Astara şəhəri ərazisində avtomobil ilə hərəkət etməyə başlamışlar, o, avtomobili idarə edərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs İİR-dən narkotik vasitəni dəniz yolu ilə Azərbaycan Respublikasına keçirdiyini və həmin narkotik vasitənin satışı ilə məşğul olduğunu, insanları narkotik vasitə sataraq zəhərlədiyini bildirdikdə Zərərçəkmiş şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmiş, bu vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs narkotik vasitəsinin satışı ilə məşğul olduğunu sübut edəcəyini və Şahid3 üçün narkotik vasitələr gətirdiyini bildirmişdir. Avtomobili Astara şəhəri Səməd Vurğun küçəsinə öz yaşadığı evə tərəf sürmüş və evinin qarşısındakı küçədə avtomobili saxladıqdan sonra onlar bir yerdə evə daxil olmuşlar. Evdə olduqları zaman Asif bir də Aftandildən spirtli içki qəbul edibetmədiyini soruşmuş, Aftandil spirtli içki qəbul etdiyini bildirdikdə Təqsirləndirilən şəxs1 Aftandili tester ilə yoxlayacağını bildirib Təqsirləndirilən şəxs3 testeri gətirməyini tələb etmiş, Anar avtomobilə tərəf gedərək əlində tester adlandırdığı kiçik aləti yanında dərman qutusu ilə birgə gətirib, Aftandilə tester olduğunu və bununla yoxlayıb narkotik vasitə qəbul edib-etmədiyini öyrənəciyini vurğulamış, daha sonra Asif testerə ehtiyac olmadığını, Aftandilə araq içirtməklə Aftandilin narkotik vasitə qəbul edib-etmədiyini öyrənməyin asan olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 araq süzməyə başlamış və Aftandil, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir qədər spirtli içki və qida qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 Aftandilə İİR-dən Azərbaycan Respublikasına dəniz yolu ilə Şahid3la birlikdə Elburus adlı şəxs üçün narkotik vasitə daşıdığını bildirmişdir. Aftandil bunu təkzib etdikdə Təqsirləndirilən şəxs1 Aftandilin qarın nahiyəsinə ayaq zərbəsi ilə Təqsirləndirilən şəxs3 isə yumruqla qarın boşluğuna zərbələr endirməyə başlamışlar. Aftandil vurmamaları üçün təkid etdikdə Asif Aftandilin üz nahiyəsinə şillə ilə vurmuşdur. Təqsirləndirilən şəxs1, Aftandilə Şahid3 ilə birlikdə 10.000 manat pul hazırlamalı olduğunu və həmin şəxslərlə danışıb razılaşaraq 10.000 manat pulu bir ay müddətinə çatdırmalı olduğunu bildirmişdir. Aftandil evində 10.000 manat pulun olmadığını dedikdən sonra Təqsirləndirilən şəxs1 nalayiq ifadələrlə Aftandili təhqir edərək 24 saat müddətinə həmin pulu çatdırmalı olduğunu, əks halda Aftandilə butulka üzərində otuzdurmaqla alçaldacaqlarını bildirib, Aftandilin oğlunun yerini də bildiyini və ziyan verə biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Aftandilə bu barədə polisə məlumat verəcəyi təqdirdə oğlunun yerini yaxşı bildiyini demiş və dediklərini Şahid3 çatdırmalı olduğunu, əks halda yenə də tapacağını bildirmişdir. Bundan sonra isə Asif, Yusif və Anar Aftandillə birlikdə çıxıb getmişlər, özü isə evində qalmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələrini təsdiq etmədiyini, ifadələrin onun tərəfindən verilmədiyini, istintaq zamanı ağ kağıza qol çəkdiyini, orada yalnız bir kəlmə Asiflə çay içmək məqsədilə getmişdik sözlərinin yazıldığını, ifadələrdən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilib ifadələrində bildirmişdir ki, 04 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayonu Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evində olduğu zaman tanışı Astara şəhər sakini Təqsirləndirilən şəxs2 onun ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək onu Astara şəhəri ərazisində Təqsirləndirilən şəxs1lə birlikdə çay içməyə dəvət etmiş, Təqsirləndirilən şəxs2la razılaşdıqdan sonra idarə etdiyi “BMW 528” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu Şiyəkəran kəndindən Astara şəhərində yerləşən Təqsirləndirilən şəxs2 evinə, Rəşadı götürmək üçün getmişdir. Astara şəhəri, Səməd Vurğun küçəsində Təqsirləndirilən şəxs2 evindən Rəşadı götürdükdən sonra Rəşadla birlikdə çayxanaya çay içməyə getmişlər. Təqsirləndirilən şəxs2la birlikdə çayxanaya girdikdə Təqsirləndirilən şəxs1 artıq orada olduğunu görmüş, təxminən 1 saat çayxanada söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə istifadəsində olan, Rəşadın idarə etdiyi “BMW 528” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində dövrə vurmuşlar. Bu zaman Asif Rəşaddan “Dədə” ləqəbli Təqsirləndirilən şəxs4 harada olduğunu öyrənməsini, Yusifi yanlarına dəvət etməsini istəmişdir. Bundan sonra Rəşad Yusifə zəng edib, Asifin onu çağırdığını bildirmiş və avtomobili Yusifin evinə tərəf sürmüşdür. Təqsirləndirilən şəxs4 evinin qarşısına çatdıqda Yusif artıq küçədə olmuş, Rəşad avtomobili saxladıqdan sonra Yusif avtomobilin arxasında yanında əyləşmişdir. Onlar yığışdıqdan sonra Asif, Astara şəhər sakini Zərərçəkmiş şəxs İİR-dən narkotik vasitəni Azərbaycan Respublikasına keçirərək həmin narkotik vasitənin satışı ilə məşğul olduğunu, Aftandilgilin bir neçə şəxs olduqlarını, Aftandilin çoxlu pulunun olduğunu, Aftandillə söhbət edib, xeyli miqdarda pulunu əldə edə biləcəklərini demiş və Rəşaddan avtomobili Aftandilin evinə sürməsini, Yusifdən isə Aftandili evdən çıxarmasını istəmişdir. Onlar Asifin təklifi ilə razılaşaraq, qərara gəlmişlər ki, Aftandili evindən çağırsınlar. Bundan sonra Rəşad avtomobili Aftandilin evinin yerləşdiyi Ə.Muxtarov küçəsinə sürmüş, Aftandilin evinin qarşısına çatdıqda Rəşad avtomobili dayandırmış və Yusif avtomobildən yerə düşərək Aftandilin evinin həyətinə daxil olmuşdur. Rəşad avtomobili irəliyə sürüb, arxaya manevr edərək yenidən Aftandilin evinin qarşısında dayanmışdır. Təxminən 3 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs Yusiflə birgə avtomobilə tərəf gəlmiş və avtomobilə əyləşmişlər. Onlar avtomobillə Astara şəhərində gəzərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs İİR-dən narkotik vasitəni dəniz yolu ilə Azərbaycan Respublikasına keçirdiyini və həmin narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmiş, Zərərçəkmiş şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını demişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs narkotik vasitəsinin satışı ilə məşğul olduğunu sübut edəcəyini və Şahid3 üçün narkotik vasitələr gətirdiyini bildirmişdir. Daha sonra Asif Aftandilə narkotik istifadə etmədiyi təqdirdə spirtli içki qəbul edə bilməyəcəyini demiş, Aftandil isə buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs2 avtomobili Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən yaşadığı evə tərəf sürmüş və evinin qarşısındakı küçədə avtomobili saxladıqdan sonra onlar Rəşadın evinə getmişlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1lə birlikdə Rəşadın evində bir qədər çay içdikdən sonra Təqsirləndirilən şəxs1 Aftandildən bir daha narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, Aftandil cavabında narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Daha sonra Asif Aftandildən spirtli içki, yəni araq içib-içmədiyini soruşmuş, Aftandil ara-sıra araq içdiyini bildirmişdir. Sonra Asif və Aftandillə birlikdə bir qədər spirtli içki qəbul etmişlər və yemək yemişlər. Bir qədər yemək yedikdən sonra Aftandil tez-tez Şahid3 adını çəkirmiş. Buna görə də Asif Aftandilə demişdir ki, narkotik vasitələrin satışında Şahid3 ilə əlbirdir. Daha sonra X20 Məlikovla danışıb razılaşaraq 20 gün müddətinə 10000 manat pul gətirməsini tələb etmişdir. Aftandil borclarının olduğunu, evində 10000 manat pulunun olmadığını bildirdikdən sonra Asif həmin pulu gətirməsini təkid etmiş və Aftandilin üz nahiyəsinə əli ilə bir dəfə şillə ilə zərbə vurmuşdur. Daha sonra Aftandil Şahid3la danışıb məlumat verəcəyini demiş, Asif Aftandilin 10000 manat pulu gətirəcəyini güman edib həmin pulu 20 gün ərzində deyil, 24 saat müddətinə verməli olduğunu, əks təqdirdə Aftandilə onu butulka üzərində otuzdurub, rüsvay edəcəyini bildirmişdir. O, özü əsəbiləşib bir dəfə əli ilə Aftandili sinəsindən itələmiş, həmçinin evdə də Aftandili sinəsindən itələmişdir. Evdə olan zaman Asif Aftandili döymüşdür. Asif, Aftandilə baş verənlər barədə polisə hər hansı bir məlumat verəcəyi təqdirdə, eləcə də həmin pulu 24 saat müddətinə verməyəcəyi təqdirdə Aftandilin oğlunun yerini bildiyini bildirmiş və Aftandili özünü butulka üzərində otuzdurub, rüsvay etməklə hədələmişdir. X21 Məlikovla danışıb razılaşmalı olduğunu bildirdikdən sonra Asif, Aftandil və Yusiflə birlikdə Aftandili evinə aparmaq üçün Rəşadın evini tərk etmiş, Təqsirləndirilən şəxs2 isə öz evində qalmışdır. Yusif avtomobili idarə edərək Aftandili evinə aparıb düşürmüşdür. Aftandil evdə olan zaman rahat hərəkət edirmiş. O, Aftandilə əl qaldırmış, lakin Aftandilə xəsarət yetirməmişdir. Onlar 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 məxsus evdə Zərərçəkmiş şəxs hədə-qorxu ilə 10000 manat məbləğində pul tələb etmişlər. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3, həmin ifadələrini təsdiq etmədiyini, belə bir ifadələrin tərəfindən verilmədiyini, Aftandildən pul tələb olunmadığını, ona zor tətbiq edilmədiyini, Aftandilin əvvəlcə narkotik vasitə satmamasını deyib, sonradan isə etiraf etdiyinə görə Asifin ona bir şillə vurduğunu, aralarında Aftandildən hədə-qorxu ilə pul tələb etmələri barədə razılaşmanın olmadığını, ifadələrini məcbur edilib imzaladığını, özünü isə oxuya bilmədiyini, polis əməkdaşlarının ona zor tətbiq etməsi barədə heç bir şikayət etmədiyini, barəsində həbs qətimkan tədbiri seçilərkən də bu barədə hakimə heçnə demədiyini, özündə həmin vaxt narkotester olduğunu, həmin cihazı yol polisləri onu içki ilə bağlı saxlayarsa, istifadə etmək məqsədilə maşınında saxladığını, Aftandillə birlikdə olarkən cihazı çıxarmadığını, avtomobili polis şöbəsində olarkən isə cihazı polis əməkdaşlarının gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonunda Rəşad İİR-yə getmişdir. Rəşad və digərləri ilə dostdular, Rəşad yeni il bayramında ölkədə olmadığından bayramı birlikdə qeyd edə bilməmişlər. Bu səbəbdən demişlər ki, oturub yeyib-içsinlər. 04 yanvar 2023-cü ildə birlikdə görüşmüşlər. Həmin vaxt Aftandili də götürüb birlikdə yeyib-içmək qərarına gəlmişlər. Özü isə Aftandilin narkotik vasitələrin satışı ilə məşğul olması barədə eşitmişdir. Düşünmüş ki, Aftandil narkotik satır, cavan uşaqlar isə pis günə qalır. Həmin gün birlikdə Aftandilin qapısına getmişlər, Aftandili qapıdan özü çağırmışdır. Onun oğlu çıxmış, soruşmuş ki, atan evdədir o isə deyib hə, Aftandili hörmətlə çağırmış və Aftandil gəlmişdir. Oturub maşına “Ataxan market”ə getmişlər. Oradan araq, su, siqaret alıb Rəşadgilə getmişlər. Evdə Rəşad onlar üçün stol açmış, oturub dərdləşmişlər. Həmin vaxt demişlər ki, Aftandil sən cavan uşaqlara narkotik satırsan, Aftandil birinci dəfə yox deyib, inkar etmiş, sonra isə narkotik satdığını etiraf etmişdir. Onlar isə demişlər ki, “niyə əvvəlcədən etiraf etməyib yalan dedin bəs, qabaqcadan sənə artıq şey dəmədik, eləmədik”. Sonra isə Aftandilin ağzından söyüş çıxmışdı, əvvəlcə demişlər ki elə danışma, lakin Aftandil yenə söyüş söymüşdür. Asif isə bundan əsəbləşib Aftandilə bir şillə vurmuşdur. Aftandil isə eyni şeyləri yenə təkrar etmiş, onlar isə demiş ki “düz danışmaq lazımdır, bizi uşaq yerinə qoyma belə”. Özü də Aftandilin sinəsinə yavaş təkan vermişdir. Aftandillə birlikdə olarkən onun telefonuna zəng gəlib, demişlər ki cavab ver danış. Onlar Aftandilə heç bir hədə-qorxu gəlməyib, əgər Aftandilə hədə-qorxu gəlsələrdi nəyə görə onu aparıb evlərinə düşürürdülər, niyə Aftandil evlərinə düşərkən polisə xəbər vermirdi, Aftandilin telefonu özündə olub, sərbəst olub axı. Aftandilə Rəşadın evində bircə demişlər ki, belə şeylər eləmə, narkotik satma, özünün də cavan uşağın var. Şahid3la isə dəqiq xatırlamır telefonda kim danışıb. Özü maşından aşağıda siqaret çəkəndən sonra gəlmiş maşına Asif ona demişdir ki, “gedək Astaraya tərəf dostumuz Şahid3 bizi görmək istiyir”. Maşını sürüb birlikdə hərbi şəhərciyin yanına gəlib, saxlamışdır. Atəş səsi gəlmişdir, ikinci dəfə də atəş səsin eşidəndə maşını sürüb getmişdir. Hadisənin sabahısı isə polislər evinə gəlmiş, ona zor tətbiq edib şöbəyə aparmışlar. Nənəsi isə bunu görüb ürəyi patlayıb rəhmətə getmişdir. Şöbədə rəis özü qəbul etmiş onu, demişdir ki, “Aftandilə niyə demisiz ki narkotik satma, bizim xəbərimiz var bundan”. O isə demişdir ki, camaata narkotik satmamasını Aftandilə deyiblər, başqa da heçnə deməmişlər. Orda onu döymüşlər, sonra aşağı düşürmüşlər, dedikləri ilə razılaşmasını tələb etmişlər, əks təqdirdə gedib evindən narkotik çıxaracaqları ilə hədələmişlər. O da razılaşmadıqda günlərlə polislər onu döymüşdür. Aftandildən pul istəməmişlər, onu hədələməmişlər. Rəşadın evində olarkən Aftandili onu alçaltmaqla hədələyib pul tələb etməmişlər. Asifə özü deyib ki, Aftandil narkotik satır. Bunu da Astara cavanlarından eşitmişdir, Aftandilin özü də təsdiq etmişdir. İfadə verərkən əməliyyatçlar da yanında olub, hansısa sözü deməyəndə də vurublar onu. İfadələrini əməliyyat otağında alıblar. Barəsində həbs qətimkan seçilərkən də hakimə heçnə deməmiş, çünki ailəsi ilə hədələnmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilib ifadələrində bildirmişdir ki, 03 yanvar 2022-ci il tarixdə, təxminən saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından siqaret və başqa əşyalar göndərildiyini, həmin əşyaları Asifə verməli olduğunu bildirib, onunla birlikdə Asifin evinə getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşmış, bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gələrək onu evdən götürmüş və birlikdə Ərçivan qəsəbəsinə, Təqsirləndirilən şəxs1 evinə yola düşmüşlər. Yolda olan zaman Təqsirləndirilən şəxs2la söhbət etmiş, söhbət əsnasında Rəşada Astara şəhər sakini Zərərçəkmiş şəxs narkotik vasitə satdığını demişdir. Təqsirləndirilən şəxs1 evinə çatdıqda Asifə göndərilmiş əşyaları Asifə verdikdən sonra qayıdarkən, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Ati” ləqəbli Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Daha sonra bu haqda söhbət etməmişlər, nənəsi xəstə olduğundan evə tələsirmiş. Bundan sonra Rəşad onu avtomobili ilə evinə aparmışdır. 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs2 ona zəng edib küçəyə çıxmağını istəmiş, küçəyə çıxıb Rəşadı gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Rəşad “BMW” markalı avtomobillə gəlib, evinin yaxınlığından götürmüşdür. Avtomobilə mindikdə tanışları Asif Əliyev və Təqsirləndirilən şəxs3 də avtomobildə olduqlarını görmüşdür. Daha sonra Rəşaddan onu nə üçün çağırdığını soruşmuş, Rəşad bildirmişdir ki, Astara şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evdən çağırmaq lazımdır. Bundan sonra Asif Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, yaxşı pul qazandığını, həmin səbəbdən də Aftandildən pulunu almalı olduqlarını demişdir. Heç bir yerdə işləmədiyindən və pula ehtiyacı olduğundan Aftandilin pulunun alınmasının ona sərf etdiyini və pul qazanacağını düşünmüş, tamahının qurbanı olub, Asifə etiraz etməmişdir. Yola çıxdıqda artıq Aftandildən hədə-qorxu yolu ilə pul tələb edəcəklərini bilmiş, buna razılıq vermişdir. Bir müddət sonra Rəşad avtomobili bir darvazanın qarşısında saxlamış və həmin darvazanı göstərərək, evin Aftandilə məxsus olduğunu bildirib, Aftandili çağırmasını istəmişdir. Avtomobildən düşüb həyətin darvazasını döymüş, daha sonra bir oğlan qapıya çıxmış və həmin şəxsin Aftandilin oğlu olduğunu bilmişdir. Aftandilin oğlundan atasını çağırmasını istəmiş, təxminən 1-2 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs qapıya gəlmiş, Aftandilə “səni istəyirlər” - deyə bildirmişdir. Aftandil yaşadığı evin həyətini tərk etmiş və qapının qarşısında “BMW” markalı avtomobilin dayandığını görmüşdür. Aftandil avtomobilin yanında olan zaman Təqsirləndirilən şəxs2 sükan arxasında görmüş və bundan sonra könüllü olaraq avtomobilə oturmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 avtomobillə Astara şəhəri ərazisində dövrə vurmuş, onlar avtomobildə olan zaman Asif Aftandildən narkotik vasitə satıb-satmadığını soruşmuş, Aftandil də Asifə narkotik vasitə satmadığını demişdir. Aftandil narkotik vasitə satmadığını dedikdə Asif Aftandilə narkotik satdığını sübut edəcəyini bildirmişdir. Asif Aftandildən spirtli içki qəbul edib-etmədiyini soruşmuş, Aftandil xeyir işlərdə spirtli içki qəbul etdiyini demişdir. Sonra Rəşad avtomobili öz evinə tərəf sürmüş, Rəşadın evinin qarşısına çatdıqda onlar avtomobildən düşüb, evə daxil olmuşlar. Evdə yemək hazırlamışlar, sonra Asif, Rəşad, Anar, Aftandil və o, birlikdə yemək yemişlər. Yemək yeyərkən Asif Aftandildən yenə də narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, Aftandil də Asifə narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Yemək yeyilib qurtardıqdan sonra Asif Aftandilə narkotik vasitə satıb-satmadığını soruşmuş, Aftandil də narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Asif Aftandilə təsir göstərmək üçün Aftandilə bir dəfə sillə ilə zərbə vurmuş, Aftandil yenə də narkotik satmadığını demişdir. Həmin vaxt Asif, Aftandildən Şahid3lə birləşib, birlikdə 20 gün ərzində onlara 10000 (on min) manat pul verməsini tələb etmişdir. Aftandil Asifə evində həmin məbləğdə pul olmadığını dedikdə, Asif yenə də Aftandilə fiziki müdaxilə edib, 10000 manat məbləğində pulu 20 gün ərzində deyil, 24 saat müddətində verməli olduğunu demişdir. Əks təqdirdə isə Aftandilə butulka üzərində otuzdurub, rüsvay etməklə hədələmişdir. Asif və Anar Rəşadın evində Aftandili döymüşlər. Aftandilə əl qaldırmış, lakin Aftandilə xəsarət yetirməmişdir. Aftandil avtomobildə olan zaman Asifin danışmasına imkan verməmiş, buna görə də Aftandilin qarın nahiyəsinə əli ilə bir dəfə vurmuşdur ki, Asif danışanda sakit qalsın. Aftandil Asifə etiraz etmədiyindən onlar razılaşmışlar ki, Aftandili evinə aparsınlar. Buna görə Asif, Anar və Aftandillə birlikdə Təqsirləndirilən şəxs2 evini tərk etmiş, Təqsirləndirilən şəxs2 isə yaşadığı evdə qalmışdır. Avtomobili Aftandilin evinə tərəf sürüb, Aftandili evində düşürmüşdür. Aftandili evindən 04 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində götürmüşlər, 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Aftandildən hədə-qorxu yolu ilə pul tələb etmişlər. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs4, həmin ifadələrini təsdiq etmədiyini, belə bir ifadələrin tərəfindən verilmədiyini, müstəntiq tərəfindən ifadələri hazır yazılıb gətirildiyini, özünün isə həmin sənədləri imzalamadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə işdən gəlib yaşadığı evdə yatmışdır, təxminən saat 22 radələrində həyətin giriş qapısını kiminsə döydüyünü eşidib, oğlu Şahid1 qapını kimin döyməsini öyrənməsi üçün göndərmişdir. Oğlu Asif həyətə düşüb, qaytımış “Dədə” ləqəbli şəxsin onu istədiyini demişdir. Özü də əyninə yüngül paltar geyinmiş və qapıya yaxınlaşmışdır. Sonradan adını bildiyi Yusifi görmüş və BMW markalı maşının qapıya gəldiyini görmüşdür. Yusifə yaxınlaşdıqda Yusif əlini uzatmış, lakin onu tanımadığından görüşmək istəməmişdir. Bundan sonra avtomobilin qapısı açıldıqda Anar maşından düşüb üstünə tərəf gəlməyə başlamış, avtomobilin içərisində isə işıq yanmış, işıq yandıqda avtomobili idarə edən şəxsin tanışı, Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Rəşad adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 sözünün olduğunu, maşına oturmasını demişdir. Rəşadda nə məsələ olduğunu soruşmuş, o isə demişdir ki, gəl otur Asif deyəcək. Rəşadın avtomobildə olduğunu gördükdən sonra Rəşadı tanıdığından könüllü olaraq avtomobilə oturmuşdur. Avtomobilə daxil olduqda Anar Yusiflə birlikə avtomobilin arxa oturacağında oturmuşdur. Arxada sağında Yusif, solunda isə Anar oturmuşdur, qabaq sağ sərnişin oturacağında Təqsirləndirilən şəxs1 oturmuş, avtomobili isə Təqsirləndirilən şəxs2 idarə etmişdir. Avtomobilə oturduqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili hərəkət etdirməyə, Astara şəhərinə tərəf sürməyə başlamışdır. Avtomobildə olan zaman Təqsirləndirilən şəxs1 onunla söhbət etmiş, dəniz vasitəsilə Astara şəhərinə narkotik vasitə gətirdiyini və gətirdiyi narkotik vasitəni başqa şəxslərə verdiyini və satdığını demişdir. Asifə səsləndirdiyi fikirlərin yalan olduğunu, narkotik vasitələrdən uzaq olduğunu, istifadə etmədiyini və satmadığını demişdir. Asif isə kiməsə narkotik vasitə satdığını sübut edəcəyini və sübut edəcəyi halda nə olacağını ondan soruşmuş, Asifə kiməsə narkotik satdığını sübut edəcəyi halda hər şeyə razı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili Kələdəhnə kəndi tərəfə sürmüşdür. Rəşadgil hadisəni qabaqcadan planlaşdırmışlar. Onlar Kələdəhnə kəndi istiqamətində gedərkən də Asif ona tez-tez narkotik vasitə satdığını demiş, buna etiraz etdikdə, yanlarında oturan Anar və Yusif onun böyrünə yumruqla zərbələr vurmuşlar, demişlər ki, Asifin sözünü kəsmə. Anar və Yusif onun Asifə ağır cavab verməsini istəməmişlər. Onlar Kələdəhnə körpüsünə çatmamış Təqsirləndirilən şəxs2 avtomobili dayandırmış, Asif, Yusifdən onun narkotik verdiyi şəxsi çağırmasını istəmişdir. Yusif telefonunu götürüb, kiməsə zəng etmiş, lakin ora heç kim gəlməmişdir. Sonra Asif bir də narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, Asifə narkotik istifadə etmədiyini dedikdə Asif araq içib-içmədiyini soruşmuşdur. Asifə toyda düşəndən-düşənə bəzən içdiyini demişdir. Sonra getmişlər Astaraya Ataxanın dükanının yanında dayanmışlar, Yusif maşından düşüb araq almışdır. Araq alandan sonra maşını isti suya sürmək istəmişlər, lakin Təqsirləndirilən şəxs2 özünün evinə getməyi təklif etmiş, sonra onu avtomobillə Rəşadın evinə aparmışlar. Asif evdə də narkotik vasitə istifadə edib-etmədiyini, həmçinin satıb-satmadığını soruşmuş, Asifə satmadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 avtomobilində “tester” adlanan alət olduğunu və həmin alət vasitəsilə narkoman olub-olmadığını müəyyən edəcəyini demiş, Anar bu sözü dedikdən sonra avtomobilinə gedərək avtomobildən “tester” adlandırdığı aləti gətirmiş və ona həmin alətin onun narkoman olduğunu sübut edəcəyini demişdir. Anar testeri gətirdikdən sonra Asif, testerə ehtiyac olmadığını, araq içdikdən sonra hər şeyi etiraf edəcəyini demişdir. Asif, “şüşə” çəkən adamın araq içdiyi halda bül-bül kimi hər şeyi etiraf edəcəyini demişdir. Daha sonra ona araq içirməyə başlamışlar. Bir qədər araq qəbul etmişlər, Təqsirləndirilən şəxs1 yenə də İİR-dən Azərbaycan Respublikasına dəniz yolu ilə Şahid3 və Elburusa narkotik vasitə daşıdığını bildirmiş, bunu təkzib etdikdə Təqsirləndirilən şəxs1 ona sillə ilə zərbə vurmuş, sonra isə qarın nahiyəsinə ayaqla zərbə vurmuşdur. Asifin onu döydüyünü görən Təqsirləndirilən şəxs3 də qarnına bir neçə dəfə zərbə vurmuşdur. Asiflə Anar onu döydükdən sonra gözündən yaş axmağa başlamış, özünü pis hiss etmişdir. Asif onu döydükdən sonra demişdir ki, -“sənə, Şahid3 1 ay vaxt verirəm, 1 aya 10.000(on min) manat pul verməlisən.” Həmçinin Asif ona dediyi sözləri Şahid3 çatdırmasını istəmiş, Asifə həmin məbləğdə pulunun olmadığını, narkotiklə məşğul olmadığını deyib, onunla işinin olmamasını xahiş etmişdir. Bundan sonra Asif boğazından tutub, sıxaraq həmin pulu hazırlamalı olduğunu demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 onun ünvanına nalayiq ifadələr işlədərək, həmin pulu 1 aya deyil, 24 saat müddətində çatdırmasını istəmiş, həmçinin Asif həmin pulu 24 saat ərzində vermədiyi və bu barədə polisə məlumat verdiyi təqdirdə stolun üzrərində olan araq butulkasını göstərib, onu butulka üzərində otuzdurub, bu barədə hamıya məlumat verərərək alçaldıb, rüsvay edəcəyi ilə hədələmişdir. Asif arağın şüşə butulkasını ona göstərib, onu həmin butulka üzərində oturzduracağını, daha sonra isə hamıya bu barədə məlumat verəcəyini demiş, Asifin yanında olan Anar, Yusif və Rəşad da həmin hərəkətləri edəcəklərini bildirmişlər. Həmin hədəni real qəbul etmiş, gözündən yaş gəlmiş, razı olmasa dedikləri ilə hiss etmiş ki, bu hərəkəti edəcəklər, çünki gəlib Anar və Yusif şalvarına əl atmışlar, görmüş ki, onların fikirləri ciddidir, ona görə də nə desələr razılaşmışdır. Hadisə 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evində baş vermiş, Asif ondan hədə-qorxu yolu ilə pul tələb edən zaman Anar da tez-tez ona “nə verə bilərsən” deyə sual vermişdir. Asif demişdir ki, narkotik vasitə sataraq pul qazanır və həmin səbəbdən də pul verməlidir. Asif ondan pul istəyən zaman Yusif, Rəşad və Anar da Asifin dediklərini təsdiq etmiş, onlar Asifə dəstək olaraq pulun verilməli olduğunu demişlər. O da onlarla razılaşmış, bundan sonra Rəşad öz evində qalmış, Asif, Anar və Yusif onu evinin yaxınlığında yolda düşürmüş, ona söyüş qoymuşlar, sonra o evinə getmişdir. Evə girəndə çox qorxmuş, gedib otağına qapanmışdır. Bir qədər fikirləşdikdən sonra Rəşad dostuna zəng vurub, demişdir ki, hal-qəziyyə belədir. Rəşad dostu isə demişdir ki, evin qapısını bağla, telefonu söndür, heç kimə qapı açma, yıxıl yat. Özü isə səhərə kimi yata bilməmiş, səhərin açılmağın gözləmişdir. Səhər isə eşitmişdir ki, Rəşad dostu bunlara zəng vurub bunlara öz aralarında söbhət olub, gediblər görüşə Rəşad dostu tüfəng atıb həmin vaxt, polisdədirlər. Bu zaman polisə getmiş və hadisə barədə hər şeyi danışmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla barışmır, barələrində qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, əri dənizə balığa gedib ailəni güclə saxlayır. 04 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023cü il tarixə keçən gecə evdə olmuş, uşaqlar evdə uzanmış, əridə evdə olmuşdur. Təxminən saat 12-ə işləmiş həyətin giriş darvazasının döyüldüyünü eşitmiş, bu zaman əri Zərərçəkmiş şəxs oğlu Şahid1 qapını kimin döyməsi ilə maraqlanmağı istəmişdir. Bundan sonra oğlu Asif həyətə düşmüş, Asiflə orada balaca boy Yusif adlı şəxs əl tutmuş, atasını çağırmasını demişdir. Asif isə evə qayıdıb həmin adamı tanıdığını stansiya uşağı olduğunu demişdir. Əri Zərərçəkmiş şəxs yataqdan durub, həyətə düşmüş, həmin vaxt ərinə kimin çağırdığını soruşmuş, o isə demişdir ki, keç içəri. Həmin vaxt qapıda avtomobil olmuş, Aftandil çölə çıxan kimi avtomobilin qapısının səsi gəlmiş, qapı örtülmüşdür. Oğlu ilə birlikdə bir qədər gözləmiş, lakin əri Aftandil evə gəlməmişdir. Narahat olmağa başlamış, ona görə də təxminən bir saat sonra ərinə zəng vurub, harada olduğunu soruşmuş və Aftandil isə gələcəyini demişdir. Sonra Aftandilin evə gəlmədiyini görüb, yenə narahat olmağa başlamış, təxminən ona 20-30 dəfə zəng vurub, sonda Aftandil telefona cavab verib gələcəyini demişdir. 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 03 radələrində əri Aftandil evə gəlmiş, Aftandildən harada olduğunu soruşsa da Aftandil heç nə deməyib, sirsifəti nə gündə olmuş, bədəni isə tir-tir əsmişdir. Aftandil evdə otağına keçib, otağının qapısını bağlamışdır. O, Aftandilin üzünün qırmızı rəngdə olduğunu görüb, Aftandilin döyüldüyünü bilmişdir. Sonra Aftandilin dostu Rəşadı yığmasını, Rəşada gəlib onu apardıqlarını, 10 min pul istədiklərini, ona belə-belə etdiklərini dediyini eşitmişdir. Sonra gecə saat 3-4 radələrində ərinin Rəşad adlı dostu ilə yenidən danışdığını, Rəşadın ərinə gedib tüfəng atdığını, özünü müdafiə etdiyini dediyini eşitmişdir. Əri həmin gecəni isə evdə olmuşdur. Əri narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Əri ilə telefonda danışarkən də səsi boğunaq gəlmişdir. Ərinin kim tərəfindən aparıldığını soruşduqda isə o, bircə Rəşadı tanıdığını, digərlərini isə tanımadığını demişdir. Evə əri qayıdandan sonra isə qızı onun halını görüb, atasına polisi yığacağını demiş, lakin əri demişdir ki, “yığma, Bakıda oxuyan oğlumun yerini bilirlər, nəsə edərlər.” Ərindən Təqsirləndirilən şəxs2 pul tələb edib, onlar dörd nəfər olmuşlar. Asif də bircə Rəşadı tanımış, Rəşad da Asifi digərlərinə istiqamət verən də Rəşad olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, 04 yanvar 2023-cü il tarixdə də Aftandillə balıqçılıqla məşğul olduqlarından birlikdə dənizə getmiş və günortadan sonra evlərinə qayıtmışlar. Həmin gecə təxminən saat üçə işləmiş Zərərçəkmiş şəxs zəng edərək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birləşib, birlikdə onun evinə gələrək onu Təqsirləndirilən şəxs2 məxsus evə apardıqlarını, orada onu döydüklərini, ünvanına nalayiq ifadələr işlətdiklərini, Təqsirləndirilən şəxs1 Aftandilə Elbrus və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyərək, hədə-qorxu yolu ilə ondan 10.000 manat pulu 24 saat müddətinə tələb etdiyini, əks təqdirdə onu butulka üzərində otuzdurub, rüsvay edəcəkləri ilə hədələdiyini, həmçinin bu barədə bu barədə polisə müraciət edəcəyi təqdirdə oğluna xəsarət yetirəcəyi ilə hədələmələri barədə məlumat vermişdir. Aftandil daha sonra onlarla razılaşdığını iki dünya bir ola pulu tapıb verməli olduğunu demişdir. Aftandil telefonda danışarkən Aftandilin çox qorxduğunu hiss etmiş, evdə ailəsinin ağlaşma səslərini eşitmiş, onları sakitləşdirməyə çalışmış, zəng vurub söhbət edəcəyini bildirmişdir. Aftandilin dediyi şəxslərin hamısını tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng etmiş, Təqsirləndirilən şəxs2 telefonu açdıqda ondan nəyə görə Aftandili evinə apardıqlarını, hansı səbəbdən Aftandildən hədə-qorxu yolu ilə pul tələb etdiklərini və hansı səbəbdən adını narkotik vasitələrin satışında hallandırdıqlarını soruşmuş, ayıb olduğunu, bu nə hərəkətdi etdiklərini bildirmişdir. Rəşad yaxşı etdiklərini, Aftandillə birlikdə narkotik satdığını, “bariqa” olduqlarını və həmin səbəbdən də pul verməli olduğunu demişdir və telefonunu söndürmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 ona zəng etdiyini görmüş, Asifin zəngini açdıqda Asif onunla kobud danışmışdır. Asif onunla danışarkən öz hərəkətlərinə haqq qazandırırmış və təbii ki, Asifə Aftandildən nahaq yerə pul tələb etdiyini demişdir. Bu zaman o, Asiflə telefonda mübahisə etməyə başlamış, həmin vaxt Asif onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin telefonda Asiflə birlikdə olan Yusif və Anarın da onun ünvanına küçə söyüşləri işlətdiyini eşitmişdir. Əsəbiləşib, Asif, Yusif və Anara qarşılıq vermiş, bu zaman Asif ondan görüşməyi istəmişdir. Asif ona şəhərdə Elməddinin mağazasının yanına gəlməyini demiş, o isə Asifə 200-300 metr qarşıda hərbi şəhərcik tərəfə gələcəyini bildirmişdir. Daha sonra, 05 yanvar 2023-cü il tarixdə, gecə onlarla Astara şəhərində yerləşən “qaradok” adlanan köhnə hərbi şəhərciyin yaxınlığında görüşmüş, onları qorxutmaq məqsədi ilə özü ilə gətirdiyi ov tüfəngi ilə 5 dəfə yerə atəş açmışdır. İşdə olan, Astara RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Fərşid Məmmədli tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən 02:25 radələrində Astara şəhəri, S.Vurğun küçəsində yerləşən yaşadığı ünvanda olduğu zaman, ov silahından atılan atəş səsləri eşidib, həmin zaman evin eyvanına çıxmış və yola baxarkən, nömrələrini görə bilmədiyi BMW və VAZ2107 markalı avtomobillərin sürətlə həmin ərazidən uzaqlaşdığını görmüşdür. Bu barədə dərhal mobil telefon vasitəsi ilə Astara RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. (c İ, i.v 4) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Astara şəhəri, M.Cəbiyev küçəsində S.Vurğun küçəsi istiqamətində yerləşir. Hadisə S.Vurğun küçəsində yerləşən köhnə, istifadə olunmayan hərbi şəhərciyin giriş qapısından təxminən 30 metr məsafədə yerləşir. Hadisə yerində tüfəngdən atəş açılması nəticəsində ətrafa səpələnən 05 ədəd giliz və 05 ədəd patrona qırmaların doldurulması üçün nəzərdə tutulmuş konteynerin olması aşkar edilmişdir. (c İ, i.v 7-11) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» Publik hüquqi şəxsin 05 yanvar 2023-cü il tarixli 03 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi nahiyəsində sıyrıqlar, sağ körpücük nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c İ, i.v 24-25) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət əməlinin törədilməsi nəticəsində Zərərçəkmiş şəxs fiziki, maddi və mənəvi zərər vurulduğu üçün o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 27-28) İşdə olan, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elmir Məstiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs zor tətbiq etməklə ondan hədə-qorxu yolu ilə 10 000 manat məbləğində pul tələb etmişlər, həmin hadisədən sonra Zərərçəkmiş şəxs baş verənlər barədə Şahid3 məlumat verdikdən sonra Şahid3 Təqsirləndirilən şəxs1 və yanındakıları qorxutmaq məqsədi ilə hadisə yerinə özü ilə gətirdiyi tüfəngdən yerə 5 dəfə atəş açmışdır. (c İ, i.v 40) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 47-48) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 71-72) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 92-94) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 123-124) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 146-147) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)-02/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 175-177) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)-03/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 218-220) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)-05/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 241-243) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)-04/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmışdır. (c İİ, i.v 23-25) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 Ədalət oğlunun üzünə qarşı demişdir. (c İİ, i.v 26-30) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs4 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. (c İİ, i.v 31-34) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (c İİ, i.v 53-55) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. (c İİ, i.v 57-59) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. (c İİ, i.v 137-141) İşdə olan, 09 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 iştirakı ilə ona məxsus BMW markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin arxa hissəsində atəş nəticəsində səpmə qırma izləri aşkar olunmuşdur. Həmin qırmalar avtomobilin arxa sağ farası, üst banı və avtomobilin arxa hissəsinin hər yerində tüfəngdən açılmış atəş nəticəsində qırma izləri aşkar edilmişdir. (c İİ, i.v 142-143) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 19 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulunda yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 144) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 23 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (c İİ, i.v 150) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 24 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub, lakin Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 156) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 20 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs4 Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (c İİ, i.v 162) İşdə olan, xx.xx.2023-cü il tarixli, 07 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 174-175) İşdə olan, xx.xx.2023-cü il tarixli, 08 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 181-182) İşdə olan, xx.xx.2023-cü il tarixli, 09 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində - sağ gözaltı, qarın, sağ baldır, hər iki pəncə nahiyələrində qançırlar, hər iki baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c İİ, i.v 195-196) İşdə olan, xx.xx.2023-cü il tarixli, 10 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 202-203) İşdə olan, 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 15C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İİ, i.v 223-225) İşdə olan, Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Astara şəhəri, Kaverin küçəsi, 78 saylı evdə yaşayır, ailə üzvləri anası və bacısından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. (c İİİ, i.v 01-03) İşdə olan, Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Astara şəhəri, S.Vurğun küçəsi, 111/2 saylı evdə yaşayır, ailə üzvləri anasından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. (c İİİ, i.v 04-06) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkumluğu ödənilməmişdir. (c İİİ, i.v 20-22, 32- 35) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib üzərində 01 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkumluğu ödənilməmişdir. (c İİİ, i.v 36- 54) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (c İİİ, i.v 55-57) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 13.10.201-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsili bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. (c İİİ, i.v 62-73) İşdə olan, xx.xx.2023-cü il tarixli Şahid3 ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə prtokolundan görünür ki, üzləşmə zamanı Şahid3 Zərərçəkmiş şəxs ona zəng vurub hadisə barədə danışdıqdan sonra Təqsirləndirilən şəxs2 telefonla zəng edərək, əlaqə saxladığını, Təqsirləndirilən şəxs2 nəyə görə onun adını narkotik satmaqda hallandırdığını, tanışı Aftandildən hədə-qorxu ilə pul tələb etdiklərini, onun da Aftandillə birlikdə 10000 manat pul verməli olduğunu soruşmasını, Təqsirləndirilən şəxs2 ona “yaxşı elədim, sən narkotik satırsan və ona görə də bizə pul verməlisən”-deyə cavab verməsini və telefonu söndürməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (c İİİ, i.v 81-82) İşdə olan, Lənkəran şəhər Psixiatriya xəstəxanasının 03 mart 2023-cü il tarixli 400, 401, 403 və 404 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Vəliyev X11 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda olmamışlar. (c İİİ, i.v 89-90) İşdə olan, “Diskə baxış keçirilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Astara RPŞ-yə "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4670 saylı məktubla göndərilmiş 01 ədəd CD diski Astara RPŞ-də xidməti otaqda HP markalı kompüterə daxil edib baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 04 yanvar 2023-cü il saat 20:00-dan 05 yanvar 2023-cü il saat 13:00-dək olan müddət ərzində iş üçün əhəmiyyət kəsb edə biləcək telefon danışıqları aşkar olundu. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 20:09-da zəng olunaraq 36 saniyə, saat 21:43-də zəng olunaraq 28 saniyə, saat 22:01-də zəng olunaraq 12 saniyə; X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 20:58-də zəng olunaraq 100 saniyə, saat 21:14də zəng olunaraq 71 saniyə, saat 21:26-da zəng olunaraq 9 saniyə, saat 21:35-də zəng olunaraq 25 saniyə, saat 21:38-də zəng olunaraq 16 saniyə, saat 21:39-da zəng olunaraq 29 saniyə; Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 03:03-də zəng olunaraq 299 saniyə, saat 03:16-da zəng olunaraq 555 saniyə, saat 03:32-də zəng olunaraq 74 saniyə, saat 03:33-də zəng olunaraq 35 saniyə və Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 03:43-də zəng olunaraq 77 saniyə danışıq aparılması aşkar edilmişdir. (c İİİ, i.v 96) İşdə olan, “Diskə baxış keçirilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Astara RPŞ-yə "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4667 saylı məktubla göndərilmiş 01 ədəd CD diski Astara RPŞ-də xidməti otaqda HP markalı kompüterə daxil edib baxış keçirilmiş, baxiş keçirilən zaman Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 04 yanvar 2023-cü il saat 20:00-dan 05 yanvar 2023-cü il saat 13:00-dək olan müddət ərzində iş üçün əhəmiyyət kəsb edə biləcək telefon danışıqları aşkar olundu. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 19:33-də zəng olunaraq 9 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 01:55-də zəng olunaraq 19 saniyə, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 02:08-də zəng olunaraq 92 saniyə; Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrədən X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 23:06-da zəng olunaraq 12 saniyə, X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 02:28-də zəng olunaraq 4 saniyə; Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 02:41-də zəng olunaraq 73 saniyə, saat 08:42-də zəng olunaraq 62 saniyə, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 02:42-də zəng olunaraq 13 saniyə və Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 03:43-də zəng olunaraq 77 saniyə danışıq aparılması aşkar edilmişdir. (c İİİ, i.v 93) İşdə olan, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş 03 mart 2023cü il tarixli 1557, 1558, 1560 və 1561 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Astara rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda durmurlar. (c İİİ, i.v 109-112) İşdə olan, Astara RİHB-nın Şiyəkəran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X16 rayonu, Şiyəkəran kəndində yaşayır, ailə üzvləri anası və atasından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İİİ, i.v 115-117) İşdə olan, “Diskə baxış keçirilməsi haqqında” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Astara RPŞ-yə "xxxx" MMC-dən daxil olmuş 02 mart 2023-cü il tarixli, 4910 saylı məktubla göndərilmiş 01 ədəd CD diski Astara RPŞ-də xidməti otaqda HP markalı kompüterə daxil edib baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 04 yanvar 2023-cü il saat 20:00-dan 05 yanvar 2023-cü il saat 13:00-dək olan müddət ərzində iş üçün əhəmiyyət kəsb edə biləcək telefon danışıqları aşkar olundu. Belə ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 20:09-da zəng olunaraq 36 saniyə, saat 21:43-də zəng olunaraq 28 saniyə, saat 22:01-də zəng olunaraq 12 saniyə; Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 20:14-də zəng olunaraq 9 saniyə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 02:00-da zəng olunaraq 79 saniyə; Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 01:59-da zəng olunaraq 33 saniyə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 01:55-də zəng olunaraq 19 saniyə və Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 02:08-də zəng olunaraq 92 saniyə danışıq aparılması aşkar edilmişdir. (c İİİ, i.v 120) İşdə olan, Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Astara rayonu, Ərçivan qəsəbəsində yaşayır, ailə üzvləri qardaşlarından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İİİ, i.v 121-122) İşdə olan, 05 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrıca ********* saylı cinayət işinin ayrılaraq icraata qəbul edilməsi nəzərə alınmış, istintaq zamanı üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınan videogörüntüləri özündə əks etdirən 07 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4670 saylı, 28 fevral 2023-cü il tarixli, 4667 saylı və 02 mart 2023-cü il tarixli, 4910 saylı məktublarla göndərilmiş 03 ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c İİİ, i.v 143-173) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-04/2022 nömrəli sorğuya cavab məktubundan və xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində 01 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. (c İV, i.v 185-201) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-79/2023 nömrəli sorğuya cavab məktubundan və xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 il 10 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. (c İV, i.v 202-218) İşdə olan, Astara Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(018)-181/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş əsas cəza hissəsi cəza müddətinin sonu ilə bağlı xx.xx.2022-ci il tarixdə şöbənin icraatından çıxarılmış, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəza hissəsində isə məhkum tərəfindən çəkilməmiş müddət xx.xx.2023-cü il tarixə 09 ay 28 gün təşkil edir. (c İV, i.v 219) İşdə olan, 15 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 174C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İV, i.v 263-264) İşdə olan, 15 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 173C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İV, i.v 265-266) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdikləri dəlillər: hadisə günü Zərərçəkmiş şəxs yaşadığı evdən çağıraraq birlikdə Təqsirləndirilən şəxs2 evinə getmişlər, Zərərçəkmiş şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatları olduğundan, onunla yeyib-içərək, bu əməlindən çəkinməsi barədə iradlarını bildirmişlər, içki içdiklərindən və Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsindən isə Təqsirləndirilən şəxs1 əsəbləşib, Zərərçəkmiş şəxs bir şillə vurmuş, lakin ona qarşı hədəqorxu gəlməmişlər, heç bir məbləğdə pul tələb etməmişlər. Saxlanılarkən isə polis əməkdaşları tərəfindən onlara fiziki zor tətbiq edildiyi, təhdidlər edildiyi üçün sənədləri imzalamışlar. Təqsirlərdirilən şəxslərin irəli sürdükləri ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslər işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə onlardan şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və psi rəftar edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra məhkəmə-tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hərhansı bir xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdükləri arqumentə məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin iddia etdiyi halla razılaşmır və hesab edir ki, onlar belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişlər. Belə ki, təqsirləndirilən şəxslərin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barələrində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Astara Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 01 fevral 2023-cü il tarixli və 15 oktyabr 2023-cü il tarixli qərarlarla (cild İİ, i.v 223-225, cild İV, i.v 263-266) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarların surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncular, nə də ki, onların müdafiəçiləri tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X18 Məhkəməsi «X4rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra məhkəmə-tibbi müayinədən keçirilmiş və Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin sonuncunun polis əməkdaşları tərəfindən saxlanılmasından, başqa sözlər onun polis əməkdaşları ilə təmasından daha əvvəlki tarixə uyğun gəlməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə bədənləri üzərində ümumiyyətlə hər hansı bir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla onlardan şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 107-111) və xx.xx.2023-ci ildə təqsirləndirilən (cild İİ – i.v. 11-17) şəxs qismində verdiyi ifadələrində, Təqsirləndirilən şəxs4 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 137-141) və xx.xx.2023-ci ildə təqsirləndirilən (cild İ – i.v. 164-169) şəxs qismində verdiyi ifadələrində, Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 62-67) və xx.xx.2023-ci ildə təqsirləndirilən (cild İ – i.v. 206-212) şəxs qismində verdiyi ifadələrində, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 85- 88) və xx.xx.2023-ci ildə təqsirləndirilən (cild İ – i.v. 231-235) şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Həmin ifadələrində təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs zor tətbiq etməklə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan xeyli miqdarda-10 000 manat pul tələb etdiklərini bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, pis rəftara və hədə-qorxuya məruz qalmalarını bildirməklə özlərinə qarşı verdikləri ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özllərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bundan başqa təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatlar, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid3 ifadələri, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməlləri ilə bilvasitə səbəbli əlaqəsi olan Şahid3 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qarşı törətdiyi cinayət əməli ilə tam olaraq təkzib edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçilərinin iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs zor tətbiq etməklə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan xeyli miqdarda-10 000 manat pul tələb etmlərini etiraf etmiş və onların bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiklərindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluqları vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onlara istinad edilən cinayət əməllərini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduqları azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişlər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 münasibətdə cəzanı ağırlaşdıran halın olmasını, eləcədə onlara və digər təqsirləndirilən şəxslərə qarşı cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə CM-nin 182.2.1, 182.2.3 və 182.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)- 181/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə CMnin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onların faktiki həbsə alındığı andan, 05 yanvar 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan istintaq zamanı üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınan videogörüntüləri özündə əks etdirən 07 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4670 saylı, 28 fevral 2023-cü il tarixli, 4667 saylı və 02 mart 2023-cü il tarixli, 4910 saylı məktublarla göndərilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (alt) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)- 181/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan istintaq zamanı üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınan videogörüntüləri özündə əks etdirən 07 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 28 fevral 2023-cü il tarixli, 4670 saylı, 28 fevral 2023-cü il tarixli, 4667 saylı və 02 mart 2023-cü il tarixli, 4910 saylı məktublarla göndərilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqlarıı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-32/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-32/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver