Məhkəmə qərarları › İş №1(099)-32/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-32/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-32/2025 09.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(041)-6/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda, 3.722 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, tanışı Şahid4 ilə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 0,512 qram hissəsini 15 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Günəş” şadlıq sarayının yaxınlığında qanunsuz olaraq ona satmış, xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində keçirilmiş əməliyyat axtrış tədbirləri zamanı Şahid4 yeri müəyyən edilərək RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sol ön cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 02 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkiləri 0.208 qram və 0.170 qram ümumi çəkisi 0.378 qram eyni tərkibli narkotik vasitə heroin, eləcə də ondan 01 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən “Bro” markalı siqaret qutusunda qablaşdırılmış 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 3.210 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan gün Pərvinə zəng edib “20 manat sən qoy, 10 manat da mən qoyum” gedək kakos alaq və istifadə edək demişdir. Pərvin ona “yaxşı, gözlə, xəbər edəcəm” demişdir. Bir az keçdikdən sonra Pərvin zəng edib gəlməsini demiş, o da Pərvinin sözü ilə Pərvingilin məhəlləsinə gedib gözləmiş, bu zaman “VAZ-2107” markalı avtomobil yanında dayanmış və polis əməkdaşları maşından düşərək onu saxlamışlar. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Saxlanılan zaman Pərvini görməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman üzərində şpris və ampula olmuşdur. Əvvəllər olanda metamfetamin istifadə etmişdir. Pərvinlə pul qoymalı, sonra gedərək narkotik vasitə götürməli olmuşlar. Pərvin ona narkotik vasitə tapmaq üçün kanalları olmadığını, onun narkotik vasitə tapmasını demişdir. Videoçəkilişdə də üzərindən çıxan maddənin “limon duzu” olduğunu demiş, ona verilmiş ittihamda yazılmış metamfetamın ona məxsus olmamış, polis əməkdaşları tərəfindən “limon duzu” metamfetamin ilə dəyişdirilmişdir. Üzərindən siqaret qutusunu çıxartmışlar, üzərindən aşkar olunan hər şey siqaret qutusunun içərisində olmuşdur. Həmin gün və yaxud da iki gün qabaq, Pərvin ondan narkotik vasitə almamışdır. Pərvinə narkotik vasitə satmamışdır. Bir gün və ya iki gün qabaq Pərvin ona narkotik vasitə almaq üçün pul verməmiş və hər hansı şəxsdən narkotik vasitə alaraq Pərvinə verməmişdir. Pərvinlə əvvəllər də bir yerdə narkotik vasitə istifadə etmişdir. Saxlanılan gün birinci kimin tutulmasını bilməmişdir. Pərvinə tutulan gün zəng etmişdir. Polis əməkdaşları tərəfindən döyülməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Polis əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə saat 12-13 radələri arasında Kürdəmir rayonu, Atakişili kəndində “Günəş” şadlıq sarayının qarşısında saxlanılmışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı imza edərkən polis əməkdaşlarına “limon duzu”na imza etdiyini bildirmişdir. “Limon duzu” ola-ola necə deyə bilər ki, üzərindən çıxan “limon duzu” deyildir. Üzərindən çıxanları videoçəkilişdən qabaq üzərinə polis əməkdaşları qoymuşlar. Üzərindən çıxan kəsik ampula, şpris və “limon duzu” özünündür. Onun üzərində “Prima” markalı siqaret qutusu olmuş, “Bro” markalı siqaret qutusu onun olmamışdır. Polis əməkdaşları onu döyməmişlər. Videoçəkiliş zamanı halsız vəziyyətdə olmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə gətirən zaman üzərində “limon duzu” olmuşdur. Polis əməkdaşları onu Atakişilər kəndində saxlayan zaman üzərinə baxış keçirməmişlər, onu polis şöbəsinə gətirdikdən sonra üzərində şəxsi axtarış keçirtmişlər. Polis əməkdaşları polis şöbəsində üzərinə baxış keçirtmişlər. Videoçəkiliş keçirilənə qədər polis əməkdaşları üzərində şəxsi axtarış aparmışlar. Cibində saxladığı əşyaları polis əməkdaşları götürmüşlər, şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları həmin əşyaları gətirib cibinə qoymuşlar. “Limon duzu”nu həmişə cibində gəzdirmişdir. “Limon duzu”nun 30-40 qəpik qiyməti olmuşdur. Narkotik vasitədən aslı insan olmuş, “limon duzu” hər zaman cibində ola bilər, nə vaxt narkotik olurdusa istifadə etmişdir. Heç bir narkotik vasitə istifadə edən, köhnə şprislə ampulanın yanında narkotik vasitə saxlamaz. Müdafiəçi videoçəkilişdən əvvəl onunla görüşməmişdir. Metamfetamin olanda istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, saxlanılan günü polis əməkdaşları ona “Rahimi ver, səni buraxaq” demişlər. Polis əməkdaşları ona çox pis təziq göstərmişlər, əlini bağlayıb, 10 nəfər üzərinə düşüb onu döymüşlər. Həmin vəziyyətdə Rahimin adını verməyə bilməzdi. Birinci dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə şahid qismində ifadə verməyə gələn zaman polis əməkdaşları gəlib onu evdən götürmüşlər və ona bildirmişlər ki, “istintaq zamanı yazdığını deməsən səni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləyib yenidən həbs edəcəyik”. Təzyiq altında qalaraq polis əməkdaşlarının dedikləri kimi məhkəmədə ifadə vermişdir. Hazırda öz sözlərini tam açıqlığı ilə deyə bilmiş, həbsdə olduğu üçün qorxacaq heç bir şeyi olmamışdır. Rahimin heç bir günahı yoxdur. Rahimdən heç bir narkotik vasitə almamışdır. Polis əməkdaşları onu öz avtomobilləri ilə məhkəməyə gətirən zaman yolda ona dəfələrlə demişlər ki, “Lənkərandan şöbəyə qayıdıb səni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləyəcəyik”. Polis əməkdaşları adama elə bir şeylər deyərək təzyiq etmişlər ki, polis əməkdaşlarının dediklərindən çıxmaq mümkün olmamışdır. Rahim və özü xəstədirlər, bəzən onlar 5-10 manat pul tapıb, birlikdə narkotik vasitə alaraq istifadə etmişlər. Ümumiyyətlə Rahimdən heç vaxt narkotik vasitə almamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gəldiyi gün polislər onu, birinci polis şöbəsinə aparmışlar və orada onu təlimatlandırmışlar. Kənddə yaşamış, evlərindən polis şöbəsinə qədər məsafə avtomobillə təxminən 10 dəqiqəlik yol olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə şahid qismində ifadə verməyə gələn zaman Şahid3 və Anar Xəlilov ona təzyiqlər etmişlər. Səsinin yazılmağından xəbəri olmamışdır. Səs yazılarında olan səslər ona məxsusdur və orada dedikləri tam həqiqətdir. Hazırda da real nə varsa onu demişdir. Hazırda həbsdədir, çöldə olan zaman polis əməkdaşlarından qorxduğu üçün Rahimə qarşı düzgün olmayan ifadələr vermişdir. Polis əməkdaşları tamam başqa oyun oynayırlar. 10 manat özü, 10 manat da Rahim qoyub, narkotik vasitə alıb istifadə etmişlər. Rahimə narkotik vasitə verməmiş, pul qoyub narkotik vasitə alıb istifadə etmişlər. Polis əməkdaşları birinci onu saxlamışlar. Polis əməkdaşları onu 16 yanvar 2024-cü il tarixdə yaşadığı evin həyətindən götürmüşlər. Polis əməkdaşlarından Şahid3 və Anar Xəlilov onu tutub polis şöbəsinə aparmışlar. Onu saxlayan zaman anası da yanında olmuşdur. Anten məlumatlarından da bunu görmək mümkündür. Usub Əliyev məhkəmədə narkotik vasitəni ondan almadığını bildirmişdir. Polis əməkdaşları ondan Rahimi istəmişlər, Rahimin adını polis əməkdaşlarına dedikdən sonra polis əməkdaşları onu buraxmışlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsində şahid qismində ifadə verdikdən sonra onun öz məhkəməsi olmuş və həbs olunmuşdur. Əməliyyatçılar ona “get məhkəmədə biz istəyən kimi ifadə ver sənə köməklik edəcəyik” demişlər. Məhkəmə hökmü ilə 4 il 3 ay cəza almışdır. Həbs edildikdən sonra heç bir əməliyyatçını görməmişdir. Kürdəmir Rayon Məhkəməsi ona cəza verdikdən sonra Kürdəmir RPŞ-də bir gün qalmış, ondan sonra onu Gəncə şəhərinə aparmışlar. Saxlanılan gün ayağında yara olmamış, polis əməkdaşları onu vuraraq ayağında yara yaratmışlar. Polis əməkdaşları ayağında olan yaranın üstünə vurmuşlar. Polis əməkdaşlarından Şahid3 və Anar Xəlilov onu döymüşlər. Polis əməkdaşları onu saxlayan zaman üzərindən çəkisi 1 qram belə olmayan heroin çıxmışdır. Üzərindən aşkarlanan heroin özünə məxsus olmuşdur. Üzərində olan narkotik vasitə ona heç bir günlük bəs etməmişdir. Gün ərzində 3-4 dəfə narkotik vasitə istifadə etmişdir. Beton zavodda işləmişdir. Gün ərzində “20 toçka” vurmuşdur. Polis əməkdaşlarının onu saat neçədə saxladıqlarını xatırlamamışdır. Polis şöbəsində dindirilən zaman yanında müdafiəçi olmamışdır. Məhkəmədə verdiyi sonuncu ifadəsini təsdiq etmişdir. İstintaq zamanı və əvvəlki məhkəmə prosesində verdiyi ifadələrini təsdiq etməmişdir, çünki həmin ifadələri polis əməkdaşlarının təzyiqi nəticəsində vermişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Rahim Atakişili kəndində tərəflərindən saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmişdir. Rahimin üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən polietilen torbada ağ rəngdə maddə, şpris və ampula aşkarlanmışdır. Rahimin özünün dediyinə görə üzərindən aşkarlanan maddə “limon duzu” olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Rahim üzərindən aşkarlanan maddənin “limon duzu” olduğunu bildirmişdir. Pərvinin tutulmasında özü iştirak etməmişdir. Birinci Şahid4 saxlanılmışdır. Pərvin ifadəsində narkotik vasitəni Rahimdən aldığını demişdir. Rahim barədə məlumatı Pərvin verməmişdir. Rahim barədə əməliyyat məlumatı çoxdan daxil olmuşdur. Pərvinlə Rahimin eyni gündə tutulmaları təsadüfən eyni günə düşmüşdür. Rahimi axşam saatlarında Kürdəmir rayonu, Atakişili kəndində tutmuşlar. Atakişili kəndindən polis şöbəsinə olan məsafə təxminən 2-3 km olmuşdur. Pərvinin tutulmasından xəbəri olmamışdır. Rahimə qarşı heç bir təzyiq-təsir olmamışdır. Pərvinə təzyiq olunmasının şahidi olmamışdır. Pərvin narkoman olduğundan Kürdəmir rayonuna bir bəla olmuşdur. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 16 yanvar 2024-cü il tarixdə Kürdəmir rayonu, Atakişili kəndi ərazisində Təqsirləndirilən şəxs saxlayıb, polis şöbəsinə gətirmişlər. RPŞ-də şəxsi axtarış zamanı Rahimin üzərindən öz dediyinə görə “limon duzu” və bir ədəd şpris aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Rahimi saat 18 radələrində saxlamışlar. Rahimin üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etmişdir. Pərvinin saxlanılmasında iştirak etməmişdir. Birinci Pərvin saxlanılmış, daha sonra Rahim saxlanılmışdır. Pərvinə “Rahimin adını versən, azadlıqda qalacaqsan” deməmişdir. Rahimin narkotik vasitə satması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Rahimin şəxsi axtarışı zamanı videoçəkilişi çəkmişdir. Rahimin üzərindən, siqaret qutusunun içindən sellofan büküm aşkarlanmışdır. Rahim bükümün “limon duzu” olduğunu bildirmişdir. Rahim narkotiki “iranlı”dan aldığını demişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Pərvinin üzərindən metamfetamin və heroin aşkarlanmışdır. Pərvin, üzərindən aşkarlanan metamfetamini Rahimdən 15 manata aldığını, heroini isə iranlıdan aldığını demişdir. Rahimlə Pərvinin saat neçədə saxlanılmasını xatırlamamışdır. Videoçəkilişdə gedən prosesləri eşitmişdir. İbtidai istintaq zamanı ifadəsində Rahimlə Pərvinin hansı saatlarda saxlandıqlarını deməmişdir. Pərvinə “Rahimin adını ver azadlıqda qal” deməmişdir. Pərvini Rahimin məhkəməsinə gətirmiş, Pərvinin atası imkanı olmadığı üçün Pərvini məhkəməyə aparmaqlarını demişdir. Pərvini öz avtomobili ilə məhkəməyə aparmış, Pərvin məhkəmədə ifadə verdikdən sonra Pərvini öz avtomobili ilə rayona gətirmişdir. Avtomobilində Pərvindən başqa Anar Xəlilov olmuşdur. Məhkəmədə elan və tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, Kürdəmir RPŞnin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyir. 16 yanvar 2024-cü il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində daşıması, qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatı barədə RPŞ-in rəhbərliyinə “raport”la məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, 15 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılmış və Kürdəmir RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Bro” markalı siqaret qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə heroin istifadə etmək üçün olan 01 ədəd şpris, 01 ədəd qırıq şüşə ampula və narkotik vasitə heroinə qatmaq üçün istifadə olunan limon duzu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qutuya baxış keçirilən zaman içərisində istifadə edilmiş (qan izləri olan) 01 ədəd şpris, 01 ədəd qırıq şüşə ampula və 01 ədəd polietilen paketdə ağ rəngli kütlə aşkar edilmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd siqaret qutusu içərisindəki 01 ədəd şpris, 01 ədəd qırıq şüşə ampula və ağ rəngli kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şpris və 01 ədəd qırıq şüşə ampula vasitəsilə narkotik vasitə heroin istifadə etdiyini, yanındakı ağ rəngli kütlənin isə limon duzu olduğunu, limon duzunu da heroinə qatdığnı bildirmişdir. Polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, ancaq onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə günorta saatlarında rayonun Atakişili kəndi ərazisində tanışı Şahid4 qabaqcadan razılaşmalarına əsasən 15 manata 01 ədəd bükümdə psixotrop maddə metamfetamin satmışdır. Təqsirləndirilən şəxs özünü müdaifə etmək məqsədilə üzərindən aşkar edilmiş kütlənin limon duzu olduğunu bildirmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid1 ifadəsini təsdiqləmişdir. Atakişili kəndində olmamış, Rahimin polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Yalnız şəxsi axtarış zamanı videoçəkilişdə iştirak etmiş, videoçəkilişi özü çəkmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Şahid4 saxlanılmasında iştirak etmişdir. Pərvini 16 yanvar 2024-cü il tarixdə saat 11-12 radələrində saxlayıb Kürdəmir RPŞ-nə gətirmişlər, şöbədə üzərinə müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Pərvinin üzərindən bir kibrit qutusu aşkarlanmışdır. Kibrit qutusunun içinə baxış keçirilən zaman kibrit qutusunun içərisindən ayrı-ayrılıqda iki büküm narkotik vasitə aşkarlanmışdır. Pərvin narkotik vasitəni 15 manata Rahim adlı şəxsdən aldığını bildirmişdir. Pərvini saxlayan zaman ifadəsində bildirmişdir ki, narkotik vasitəni 15 manata Rahim adlı şəxsdən almışdır. Pərvini saxladıqdan sonra Kürdəmir RPŞ-nə gətirmişlər, RPŞ-də Pərvin müdafiəçi ilə təmin olunmuş, daha sonra müstəntiq üzərinə baxış keçirən zaman, üzərindən narkotik vasitə aşkarlanmış, həmin vaxt Pərvin narkotik vasitəni Rahimdən aldığını demişdir. Pərvinə “Rahimin adını ver azadlıqda qal” deməmişdir. Sahə polis nəfəri işləyir, şəhər ərazisinə baxmışdır. Atakişili kəndinin yarısı şəhər ərazisinə düşür. Rahimin saxlanılmasında iştirak etməmişdir. Pərvinə heç vaxt zəng etməmişdir. İstifadəsində olan ***-***-**-** saylı nomrədir. Ümumiyyətlə Pərvinlə danışmamışdır. Rahimin məhkəmə iclasına Pərvini əməliyyatçıların avtomobili ilə özləri gətirmişlər. Pərvinə görə bir başa bura gəlməmişdir. Pərvinin işinə görə gəlmişlər. Məhkəmədən onu çağırmışlar o, da gəlmişdir. Lakin məhkəmədən ona zəng vurub məhkəməyə çağırmamışlar, RPŞ-dən məhkəməyə gəlməsini deməmişlər. RPŞ-dən “Pərvin sizinlə getsin məhkəmədə ifadə versin” demişlər. Məhkəmədən sonra rayona qayıdan zaman Pərvin onlarla qayıtmamışdır. Pərvin məhkəmədə şahid qismində ifadə verən zaman o, məhkəmə zalında olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarışı özü keçirmişdir. Videoçəkilişi Şahid3 çəkmişdir. Şəxsi axtarış saat 19:20-də başlamış, saat 19:30-da birmişdir. Qol saatı taxmış, saat taxmayan vaxtları da olmuşdur. Rahimin üzərindən aşkarlanan sellofanı açıb baxmamışdır. Pərvinin şəxsi axtarışını özü aparmamışdır. Qolunda olan saat səhv də, düz də işləyə bilər. Rahim israr etmişdir ki, siqaret qutusunun içindən çıxan sellofan bükümü açıb maddəni dilinə vursun. Şahid3 videoçəkilişdə iştirak etmiş və həmin videoçəkiliş əsasında ifadəsi alınmışdır. Şəxsi axtarışı özü aparmış, ittihamı özü vermiş, ittiham aktını da özü yazmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 verilən suallara cavab olaraq bildirmişdir ki, Pərvinlə danışarkən onun səsini yazmışdır. Pərvindən soruşmuşdur ki, “Rahimdən nəsə almısan”, Pərvin isə ona Rahimdən heç nə almadığını demişdir. Pərvin ona təzyiq altında ifadə verdiyini demişdir. Pərvini məhkəməyə polis əməkdaşları gətirmişlər. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan X18 15 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, Vaqif küçəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.260 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 15 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, Vaqif küçəsi ərazisində saxlanılaraq rayon polis, şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Usub Əliyev və Ziyad Şıxaliyev üzərilərindən aşkar olunmuş narkotik vasitə heroini Şahid4 əldə etdiklərini bildirmişlər. Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 16 yanvar 2024-cü il tarixdə saat 12:25 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sol ön cibindən 01 ədəd kibrit qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkiləri 0.208 qram və 0.170 qram ümumi çəkisi 0.378 qram Usub Əliyev və Ziyad Şıxaliyevin üzərilərindən aşkar edilmiş narkotik vasitə heroin ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcədə 01 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Toplanmış materiallara əsasən fakta görə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-2) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 həmin tarixdə saat 13:30-da Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı saat 12:25 dəqiqədən məhdudlaşdırılmışdır.(cild 1, i.v.81-82) -“şəxsi axtarış aparılması barədə” 16 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, Şahid4 üzərindən 01 ədəd kibrit qutusunun içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə isə kristal hissəcikli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid4 üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunun içərisində olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri 1 həftə bundan qabaq İran vətəndaşının “Whatsapp” praqramı vasitəsilə konum atması əsasında Bakı şəhəri, Masazır qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir.(cild 1, i.v.99-100) -Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 16 yanvar 2024-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.(cild 1, i.v.118) -“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması faktını aşkar etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.(cild 1, i.v.119) -Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 16 yanvar 2024-cü il tarixli “raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilmişdir.(cild 1, i.v.123) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 16 yanvar 2024-cü il tarixdə, saat 18:00-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.127-128) -“şəxsi axtarış və götürmə barədə” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Bro” markalı siqaret qutusunu çıxarıb təqdim edib içərisində heroin istifadə etmək üçün bir ədəd şprisi, 01 ədəd qırıq şüşə ampulanı və 01 ədəd polietilen torbacıqda limon duzunu təqdim etmiş, həmin şpris, ampula və limon duzu ekspertizaya təqdim edilməsi bildirilərək qablaşdırılmış, zərfə qoyularaq üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür.(cild 1, i.v.146-147) -“məhkəmə-kimyəvi ekspertizası”nın 17 yanvar 2024-cü il tarixli, 18/69 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd siqaret qutusunda 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 3.210 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şprisin və 01 ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir.(cild 1, i.v.154-156) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Usub Əliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 4(041)-5/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.159-160, 190-193) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Ziyad Şıxaliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 4(041)-4/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.174-175, 194-198) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 1, i.v.199-200) -“təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.213-214) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən, həmin Məcəllənin 234.1, 234.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 1, i.v.217-218) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham saat 12:30-da elan edilmişdir. Qərarda Təqsirləndirilən şəxs həmin qərarı imzalamaqdan imtina etməsi yazılmışdır.(cild 1, i.v.220- 221) -Kürdəmir Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(041)-6/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında izahat verən Təqsirləndirilən şəxs vəsatətdə qeyd edilən halları və dəlilləri təsdiq etməyərək, üzərindən narkotik maddə çıxmadığını, üzərindən çıxan maddənin “limon duzu” olduğunu bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir.(cild 1, i.v.243-247) -“maddi sübut kimi tanımaq haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin 3,110 qram qalığı maddi sübut kimi tanınaraq saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi subutların saxlanılması otağına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur.(cild 2, i.v.81-82) -Kürdəmir Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(041)-26/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 16 aprel 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs konvoy nəzarəti altında məhkəməyə gətirilsə də, avtomobildən düşməyərək, məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir.(cild 2, i.v.286-289) -“ambulator məcburi narkoloji-tibbi yoxlamanın 09 aprel 2024-cü il tarixli, 618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.290) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Qərarda Təqsirləndirilən şəxs həmin qərarı imzalamaqdan imtina etməsi yazılmışdır. (cild 2, i.v.292-293) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2017-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə 3 (üç) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti bitmişdir.(cild 2, i.v.31-32) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X22 24 yanvar 2024-cü il tarixli 18-1-49/2- 66/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(cild 2, i.v.36) -Kürdəmir Mənzil İstismar Sahəsinin 26 aprel 2024-cü il tarixli, 332 nömrəli xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından ibarət olmaqla, MİS-nə barəsində heç bir ərizə və şikayət daxil olmamışdır.(cild 2, i.v.325-326) “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə saat 12-13 radələri arasında Kürdəmir rayonu, Atakişili kəndində “Günəş” şadlıq sarayının qarşısında saxlanılmışdır. Saxlanılan zaman Pərvini görməmiş, ancaq Pərvini gözləmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində şpris və ampula olmuşdur. Metamfetamin olanda istifadə etmişdir. Pərvinlə pul qoymalı, sonra gedərək narkotik vasitə götürməli idilər. Pərvin ona narkotik vasitə tapmaq üçün kanalları olmadığını, onun narkotik vasitə tapmasını demişdir. Videoçəkilişdə də üzərindən çıxan maddənin “limon duzu” olduğunu demiş, ona verilmiş ittihamda yazılmış metamfetamın ona məxsus olmamış, polis əməkdaşları tərəfindən “limon duzu” metamfetamin ilə dəyişdirilmişdir. Üzərindən siqaret qutusun çıxartmışlar, üzərindən aşkar olunan hər şey siqaret qutusunun içərisində olmuşdur. Həmin gün və yaxud da iki gün qabaq Pərvin ondan narkotik vasitə almamışdır. Pərvinə narkotik vasitə satmamışdır. Bir gün və ya iki gün qabaq Pərvin ona narkotik vasitə almaq üçün pul verməmiş və hər hansı şəxsdən narkotik vasitə alaraq Pərvinə verməmişdir. Pərvinlə əvəllər bir yerdə narkotik vasitə istifadə etmişdir. Saxlanılan gün birinci kimin tutulmasını bilməmişdir. Pərvinə tutulan gün zəng etmişdir. Polis əməkdaşları tərəfindən döyülməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 3.722 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımaması, 0,512 qram metamfetamini 15 manat pul müqabilində 13 yanvar 2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Günəş” şadlıq sarayının yaxınlığında qanunsuz olaraq Şahid4 satmaması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində deyil, saat 12:30-13 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılması, Təqsirləndirilən şəxs faktiki olaraq 7 saatdan çox müddət ərzində Kürdəmir RPŞ-də qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında qalması, Təqsirləndirilən şəxs üzərində olan “limon duzu”nun polis əməkdaşları tərəfindən həmin müddət ərzində götürülərək metamfetamin ilə dəyişdirilib yenidən Təqsirləndirilən şəxs verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin saat 19:20 radələrində deyil, saat 20:20 radələrindən sonra aparılması, Təqsirləndirilən şəxs verilmiş ittihamın qanunsuz və əsassız olması barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi qəbuledilməzdir. İrəli sürülən iddialar cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət- Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Cinayət işinin materiallarının İ cildinin 124-cü səhifəsində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən çıxarışdan və məhkumluq haqqında məlumatların çıxarışından görünür ki, həmin məlumatlar Kürdəmir RPŞ-də 16 yanvar 2024-cü il tarixdə saat 04:24-də və saat 04:25-də çap olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 16 yanvar 2024-cü il tarixdə, saat 18:00-da məhdudlaşdırılmış və həmin tarixdə saat 18:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə saat 12-13 radələri arasında Kürdəmir rayonu, Atakişili kəndində “Günəş” şadlıq sarayının qarşısında saxlanıldığını bildirmişdir. "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 16 yanvar 2024-cü il tarixdə saat 12:29-da GSVN0304A/GSVN0304 Atakishili/"Kürdəmir rayonu, Atakişili kəndi" /Kurdamir/ (40.309xx/xx.14019) ünvanını göstərmiş, bundan sonra isə həmin nömrənin anten məlumatları mövcud olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 13 yanvar 2024-cü il tarixdə ümumiyyətlə Kürdəmir rayonu, Atakişili kəndinin ərazisini göstərməmişdir. "xxxx" dan alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 16 yanvar 2024-cü il tarixdə saat 12:39-da Kurdəmir rayonu, Xirdapay kəndini göstərmiş, bundan sonra isə həmin nömrənin anten məlumatları mövcud olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 13 yanvar 2024-cü il tarixdə ümumiyyətlə Kürdəmir rayonu, Atakişili kəndinin ərazisini göstərməmişdir. Həmçinin "xxxx"dan alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan çıxan zənglərlə bağlı məlumatlardan görünür ki, 13 yanvar 2024cü il tarixdə həmin nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə alarında ümumiyyətlə telefon danışığı olmamışdır. Bundan əlavə "xxxx" dan alınmış Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatı 13 yanvar 2024-cü il tarixdə ümumiyyətlə Kürdəmir rayonu, Atakişili kəndinin ərazisini göstərməmişdir. Göründüyü kimi Kürdəmir RPŞ-də toplanmış sənədlətə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamamışdan 14 saat əvvəl onun haqqında məlumatları əldə etmiş, Təqsirləndirilən şəxs faktiki olaraq 16 yanvar 2024-cü il tarixdə saat 12:30-13:00 radələri aralığında saxlamalarına baxmayaraq qanunsuz olaraq sonuncunu saat 18:00 radələrində saxladıqlarını yazmışlar. “Şəxsi axtarış və götürmə barədə” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində saat 19:20-dən saat 19:31-dək şəxsi axtarış aparılmışdır. Məhkəmə istintaqı zamanı alınmış məhkəmə-video texniki ekspertizasının 26 noyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1600 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli videofonoqramda kadrdaxili və kadrlararası, audioaxının videoaxına sintezi kimi montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli videofonoqramın 03:19-cu dəqiqəsindən 03:40-cı dəqiqəsinədək otaqda olan müstəntiq X3 biləyində olan saat göstəricisi 20:21+2-yə uyğundur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli videofonoqramın 04:07-ci dəqiqəsindən 04:15-ci dəqiqəsinədək otaqda olan müstəntiq X3 biləyində olan saat göstəricisi 20:22+2-yə uyğundur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli videofonoqramın 09:26-cı dəqiqəsindən 10:31-ci dəqiqəsinədək otaqda olan müstəntiq X3 biləyində olan saat göstəricisi 20:27+2-yə uyğundur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Fuad Babayev bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində səxsi axtarış saat 19:20-də başlamış, saat 19:30-da bitmişdir. Qol saatı taxmışdır. Rahimin üzərindən aşkarlanan selofanı açıb baxmamışdır. Qolunda olan saat səhfdə, düzdə işləyə bilər. Rahim israr etmişdir ki, siqaret qutusunun içindən çıxan sellofan bükümü açıb maddəni dilinə vursun. Şəxsi axtarışı özü aparmış, ittihamı özü vermiş, ittiham aktını da özü yazmışdır. Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman müstəntiq Fuad Babayevin sol biləyində olan saat işlək vəziyyətdə olmuşdur. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 12:30-13 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində saxlanılaraq RPŞ-nə gətirilməsinə baxamayaraq müstəntiq Fuad Babayev tərəfindən həmin gün saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuş, üzərində saat 20:20 radələrindən sonra şəxsi axtarış aparılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs faktiki olaraq 7 saatdan çox müddət ərzində Kürdəmir RPŞ-də qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında qalmışdır. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Təqsirləndirilən şəxs məhkəmədək icraat dövründə verdiyi üzərindən aşkar olunmuş kütlənin “limon duzu” olması və Şahid4 psixotrop maddə metamfetamin satmamasına dair ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr eynilik təşkil etmişdir. Hətta Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılan zaman məhkəmə iclasında izahat verərək vəsatətdə qeyd edilən halları və dəlilləri təsdiq etməmiş, üzərindən narkotik maddə çıxmadığını, üzərindən çıxan maddənin “limon duzu” olduğunu bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs konvoy nəzarəti altında məhkəməyə gətirilsə də, avtomobildən düşməyərək, məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 12:30-13 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində saxlanılaraq RPŞ-nə gətirilmiş, müstəntiq Fuad Babayev tərəfindən həmin gün saat 18:30 radələrində, yəni 5 saat sonra şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti isə saat 20:20 radələrindən sonra, yəni faktiki olaraq saxlanıldığı vaxtdan 7 saatdan sonra aparılmışdır. Tərtib edilmiş “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində saat 19:20-dən saat 19:31-dək şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Bro” markalı siqaret qutusunu çıxarıb təqdim edib içərisində heroin istifadə etmək üçün bir ədəd şprisi, 01 ədəd qırıq şüşə ampulanı və 01 ədəd polietilen torbacıqda “limon duzu”nu təqdim etmişdir. Cinayət işinin materiallarında olan CD diskdən göründüyü kimi, şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən video görüntü 16 dəqiqə 14 saniyə davam edir, anten məlumatı və müstəntiq Fuad Babayevin sol biləyində olan saat göstəricisinə əsasən şəxsi axtarış və götürmə istintaq hərəkətinin saat 20:20 radələrindən sonra keçirilməsinə baxmayaraq protokolda istintaq hərəkətinin saat 19:20-də başlandığı saat 19:31-də bitdiyi qeyd olunmuşdur. Videogörüntüdən görünür ki, baş müstəntiq Fuad Babayev proses iştirakçılarını təqdim etdikdə sonra Təqsirləndirilən şəxs “hazırda üzərində narkotik vasitə, qanunsuz əşya, qanunsuz predmet varmı” deyə soruşur, Təqsirləndirilən şəxs “yox” deyə cavab verir, X32 “heç nə yoxdu” deyə soruşur, Təqsirləndirilən şəxs yenə cavabında “yox” deyə cavab verir, X31 Kərimova “üzərinizdə nə varsa təqdim edə bilərsiniz” deyə bildirir, Təqsirləndirilən şəxs isə başı ilə “bəli” cavabını verərək əlini əynində olan gödəkçənin sağ yan cibinə salır, gödəkçənin cibindən bir ədəd “Bro” markalı siqaret qutusunu çıxarır, siqaret qutusunun içərisindən bir ədəd içərisi boş olan şprisi, bir ədəd polietlen paketdə ağ rəngli kütləni stolun üzərinə qoyur. Fuad Babayev “başqa üzərinizdə heç nə yoxdu ki” deyə Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs cavabında “yox” deyə cavab verir. Fuad Babayev stolun üzərində olan siqaret qutusunu əlinə götürərək Təqsirləndirilən şəxs “bir ədəd “Bro” markalı siqaret qutusunu təqim edir, içərisində şüşə ampula deyə bildirir. X32 stolun üzərində olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsindən çıxarışı əks tərəfə çevirərək baxıb yenidən stolun üzərinə qoyur, sonra isə videoçəkilişi aparan şəxsdən ağ vərəq istəyərək alır. Fuad Babayev siqaret qutusunun içərisində olan qırıq boş şüşə ampulanı stolun üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin şüşə ampulanın çoxdandan onda olduğunu, ampulanın içərisində heç nə olmadığını bildirir. Şprisin boş olduğu və üzərində qanabənzər izlər olduğu müəyyən olunur. X31 Kərimovdan “bunlar nədi belə, bunlardan nə istifadə etmisən” deyə soruşur. Təqsirləndirilən şəxs həmin predmetləri gotürdüyünü və atacağını, onlardan çoxdan istifadə olduğunu bildirir. Vəkil Qədir Qədirov nə vaxt istifadə etdiyini soruşur, Təqsirləndirilən şəxs isə bir ay olar deyə cavab verir. Qədir Qədirov əlini stolun üzərində olan ağ rəngli kütləyə vuraraq bu nədir deyə sual verir, Təqsirləndirilən şəxs da cavabında “limon duzu” deyə cavab verir. X32 kütləni əlinə götürərək bu nədi “limon duzu” deyə Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs “bəli” deyə cavab verir. Sonra isə Fuad Babayev həmin kütləni əlinə götürərək bundan nə kimi istifadə edirsən deyə soruşur, Təqsirləndirilən şəxs isə cavabında “heç nə, elə belə götürüb atmışam ora da” deyə cavab verir. Fuad Babayev heroinlə bunun nə əlaqəsi var deyə soruşur, Təqsirləndirilən şəxs cavabında heç nə deyə cavab verir. X28 Kərimovdan bəs niyə üzərində saxlamışdın deyə soruşur, Təqsirləndirilən şəxs atmaq üçün üzərində saxladığını bildirir. Fuad Babayev bu ampuladı, bu şprisdi, bu da siqaretin kötüyüdür, bu da lümon duzudur, nə üçün istifadə edirsən deyir. Təqsirləndirilən şəxs atmaq üçün götürdüyünü deyir. Fuad Babayev yəqin ki, bundan mətbəxdə istifadə etmirsən deyir, Təqsirləndirilən şəxs da “olunur, olunur” deyə cavab verir. Bundan burda nə üçün istifadə edirdin, nakotiki yanında nə üçün gəzdirirdin deyə soruşur. Sonra isə X31 Kərimova “qatırlarda bunu narkotikə” deyə bildirir, Təqsirləndirilən şəxs “hə də, hə” deyə cavab verir. X31 Kərimovdan “sən bundan istifadə edəndə bundan istifadə edirdin də hə”, “eləmi” deyə soruşur. Təqsirləndirilən şəxs “hə də, hə” deyə cavab verir. Fuad Babayev “mən də sənə onu deyirəm də hə” deyir. Fuad Babayev mən də sənə bildirirəm ki, deyirsiniz ki, bu “limon duzu”dur. Əlində kütləni göstərərək ağ rəngli kütlədir, bunun tərkibinin nə olduğunu biz bilmirik, Rahim özü deyir ki, “limon duzu”dur, biz bilmirik bunun tərkibi nədir. Fuad Babayev sprisi əlinə götürərək bundan nə kimi istifadə etmisən deyə Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs da bundan istifadə etmədiyini bildirir. Bir ay bundan qabaq olub, atmağa, atmağa deyə bildirir. X31 Kərimova bundan nə istifadə etmisən, narkotik istifadə edirsən ümumiyyətlə deyə soruşur, Təqsirləndirilən şəxs da cavabında “hə” deyə cavab verir. Fuad Babayev hansı novündən deyə soruşur, Təqsirləndirilən şəxs da “heroin” də, deyə cavab verir. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etdiyini, vurmadığını bildirir. X14 Təqsirləndirilən şəxs bu şpris nədir deyə soruşur, Təqsirləndirilən şəxs da bu şprisin çoxdan qaldığını bildirir. Qədir Qədirov çoxdan bu şprisdən istifadə etmisən deyə soruşur, Təqsirləndirilən şəxs da “hə” deyə cavab verir. Fuad Babayev şprisi əlinə götürərək özün istifadə etmisən də deyə bildirir, Təqsirləndirilən şəxs “hə” deyə cavab verir. Qədir Qədirov istifadə edəndə narkotik vasitəni burnuna çəkirsən, iynə kimi də burnuna vurursan deyir, Təqsirləndirilən şəxs “hə” deyə cavab verir. Fuad Babayev ampulanı əlinə götürərək bunun içərisində hazırlamısanda deyə soruşur, Təqsirləndirilən şəxs da hə deyərək cavab verir. Fuad Babyev yenidən kütləni əlinə götürərək Təqsirləndirilən şəxs “limon duzu”dur deyirsən, bax başqa maddə, metamfetamin, zad olar deyə bildirir. Fuad Babeyev kristal olduğunu və tərkibini biləbilməyəcəklərini deyir. Qədir Qədirov şprisi, ampulanı götürərək bunları nə vaxtdan üzərində saxlayırsan deyə bildirir. Təqsirləndirilən şəxs atacağını bildirir. Təqsirləndirilən şəxs Qədir Qədirovun suallarına cavab verərək bildirir ki, onları evdə götürərək atmaq istədiyini bildirir. Evdə zibil qabına ailə üzvləri görməsin deyə atmadığını bildirir. Fuad Babayev mamanın ad familiyası necədir deyə Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs da yazmışam da deyə cavab verir. X32 Kərimova Maral deyə bildirir. Kütlə tərəzidə çəkildikdə 4,63 qram olduğu müəyyən olunur. Fuad Babayev bunun təxmini çəkisi olduğunu bildirir. Bu zaman Təqsirləndirilən şəxs tərəzinin üzərində olan kütləni əlinə götürərək bunu bilmək olur da belənçinə deyə bildirir, həmçinin Təqsirləndirilən şəxs əl vuranda, dilivə vur duz du deyə Fuad Babayevə deyir. Fuad Babayev isə dilimə necə vura bilərəm mən ekspert deyiləm deyə cavab verir. Təqsirləndirilən şəxs yenə də israrla duz kimi bilinir ki, bu duzdur deyir. X31 Kərimova sənin yanında qablaşdırıb ekspertə göndərəcəyik, ekspert bunun dəqiq çəkisinidə, həmçinin bunun dəqiq tərkibində müəyyən edəcəyini bildirir. Təqsirləndirilən şəxs etirazının olmadığını, “limon duzu” olduğunu bildirir. Sonra şpris, ampula və kütlə siqaret qutusunun içərisinə qoyularaq qablaşdırılır və iştirakçılar imzalayırlar. Fuad Babayevin sol qolundakı saat göstəricisi 20:25-dən sonranı göstərir. Təqsirləndirilən şəxs narkotik vasitəni tapıb istifadə etdiyini, narkotik vasitələrdən asılılığı olmadığını deyir. Təqsirləndirilən şəxs təxminən 3 il ərzində narkotik vasitə istifadə etdiyini deyir. X28 Kərimovdan kimsə səni döyməyib deyə soruşur, Təqsirləndirilən şəxs isə “yox” deyə cavab verir. Qədir Qədirov üzündə cızıq var deyə Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs da öz maşınında aldığını, onu kimsə döymədiyini deyir. Fuad Babayevin sol qolundakı saat göstəricisi 20:30 radələrini göstərir. Təqsirləndirilən şəxs Qədir Qədirovun suallarına cavab olaraq sellofanda olanın “limon duzu” olduğunu, şpris və ampulanın da özünün olduğunu deyir. Fuad Babayev sualların yoxdur və Təqsirləndirilən şəxs üzərini axtaracağını deyir. Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmur. Göründüyü kimi “şəxsi axtarış və götürmə barədə” protokol ilə aparılmış videoçəkiliş eynilik təşkil etməmişdir. Videoçəkilişdə Təqsirləndirilən şəxs bildirdiklərindən görünür ki, videoçəkilişdən əvvəl sonuncunun izahatı da almışdır. Həmçinin müəyyən edilir ki, baş müstəntiq Fuad Babayev aşkar olunan predmetləri qablaşdırdıqdan sonra qəflətən Təqsirləndirilən şəxs üzərini yoxlamadığını bildirməklə sonuncunun üzərini axtarır. Hansı ki, baş müstəntiq Fuad Babayev aşkar olunanları artıq qablaşdırmışdır. Bu da onu deməyə əsas verir ki, baş müstəntiq X31 Kərimovun üzərində əlavə hər hansı qanunsuz pretmetin aşkar olunmayacağını əvvəlcədən bilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddəsinin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən videoyazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Cinayət-Prosessual Məcəlləsinin 247.1.9-cu maddəsinin tələblərinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olubolmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri əks olunmalıdır. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs təkidlə tələb etməsinə baxmayaraq baş müstəntiq Fuad Babayev aşkar olunmuş kütləni açaraq baxış keçirməmişdir. Beləliklə, “şəxsi axtarış və götürmə barədə” protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs faktiki olaraq 8 saat ərzində müdafiəçisiz qalmış və dövlət hesabına təyin olunmuş müdafiəçi X13 ilkin təhqiqat və istintaq zamanı Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış, onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüquqları vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X9rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi özözlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, müdaifəçi Qədir Qədirovun iştirakı ilə həmin gün saat 18:30da Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. "xxxx" dan alınmış müdaifəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 16 yanvar 2024-cü il tarixdə 18:51-də Hacıqabul rayonu, Qarasu kəndini göstərmişdir. Anten məlumatından görünür ki, müdaifəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı yalnız saat 19:38-də Kürdəmir rayonunu göstərmişdir. “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, müdafiəçi Qədir Qədirov iştirakı ilə Təqsirləndirilən şəxs üzərində 16 yanvar 2024-cü il tarixdə saat 19:20-dən saat 19:31-dək Kürdəmir RPŞ-də şəxsi axtarış aparılmışdır. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Atakişili kəndində saxlanılaraq RPŞ-nə gətirilməsi, ona müdafiə ilə bağlı hüquqlarının izah edilməsi, Şirvan Regional Vəkil Bürosundan vəkilin dəvət edilməsi, vəkil Qədir Qədirovun saat 18:30-dək Kürdəmir RPŞ-nə gəlməsi praktik cəhətdən mümkün deyil, bu da istintaq sənədlərinin formal olaraq tərtib edilməsini deməyə tam əsas verir. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 135-ci səhifəsində olan Təqsirləndirilən şəxs tərəfindən baş müstəntiq Fuad Babayevə ünvanlanmış 16 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, maddi imkanı olmadığı üçün müdafiəçinin imkanından pulsuz istifadə etmək istədiyini bildirmişdir. Həmin ərizə müdafiəçi Qədir Qədirov tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarının İ cildinin 136-cı səhifəsində olan “şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” 16 yanvar 2024-cü il tarixli protokolda yazılmışdır ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçi Qədir Qədirov tərəfindən dövlət hesabına müdafiə olunmasını istəmişdir. Cinayət işinin materiallarının İ cildinin 137-ci səhifəsində olan “müdafiəçi təyin etmə barədə” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil Qədir Qədirov müdafiəçi qismində təyin olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmasına dair ərizə ilə müraciət edən zaman müdafiəçi Qədir Qədirov orada olmadığı halda sözügedən ərizəni və “şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı alınmış “məhkəmə-xətşünaslıq ekspertizası”nın 11 fevral 2025-ci il tarixli, 4/108 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 125-ci vərəqində olan 16 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında qərar”da “şübhəli şəxs qrafasındakı imzanın, 127-128-ci vərəqlərində olan 16 yanvar 2024-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tulması haqqında” protokolun 1-ci vərəqinin aşağısında soldan-sağa 2-ci imzanın, 2-ci vərəqində “Şübhəli şəxs” qrafalarındakı imzaların, 131-132-ci vərəqlərində olan 16 yanvar 2024-cü il tarixli “şübhəli şəxsə huquq və vəzifələrinin izah edilməsi haqqında” protokolun 1-ci vərəqinin aşağısında soldan-sağa 1-ci imzanın, 2-ci vərəqində “Şübhəli şəxs” qrafasındakı imzanın, 133-cü vərəqində olan 16 yanvar 2024-cü il tarixli şübhəli şəxsin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişdə "Şübhəli şəxs” qrafasındakı imzanın, 134-cü cü vərəqində olan 16 yanvar 2024-cü il tarixli "şübhəli şəxsin tutulması barədə qərarın, hüquq və vəzifələrinin izah edilməsinə dair yazılı bildirişin ona verilməsi haqqında” protokolda “Şübhəli şəxs” qrafalarındakı imzaların, 135-ci vərəqində olan 16 yanvar 2024-cü İİ tarixli ərizədə “İmza” qrafasındakı imzanın, 136-cı vərəqində olan 16 yanvar 2024-cü il tarixli "şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” protokolda "Şübhəli şəxs” qrafasındakı imzanın, 142-ci vərəqində olan 16 yanvar 2024-cü il tarixli “müdafiəçinin təqdim olunması haqqında” protokolda “Şübhəli şəxs” qrafasındakı imzanın, 143-cü vərəqində olan 16 yanvar 2024-cü il tarixli “cinayət prosesini həyata keçirən orqana qarşı proses iştirakçısının etirazının olubolmaması haqqında” protokolda “Şübhəli şəxs” qrafasındakı imzanın, 144-cü vərəqində olan 16 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması aparılması haqqında” qərarda “Şübhəli şəxs” qrafasındakı imzanın, 146-147-ci vərəqlərində olan 16 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolun 1-ci vərəqində “1” rəqəmlərinin qarşısındakı imzaların, 2-ci vərəqində “Şübhəli şəxs” qrafasındakı imzanın, 152-153-cü vərəqlərində olan 16 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzaların, 158-ci vərəqində olan 16 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən, tədqiq olunan imzaların öz aralarında eyni şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işi materiallarının İ cildinin 150-ci səhifəsində olan “şübhəli şəxsin ekpertiza təyin edilməsi haqqında qərarla tanış olması və hüquqlarının izah olunması barədə” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin protokol müdaifəçi Qədir Qədirov tərəfindən imzalansa da Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, baş müstəntiq Fuad Babayev tərəfindn protokolun imzalanmama səbəbi qeyd edilməmişdir. Sözügedən protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Qədir Qədirov ilə birlikdə ekspertiza təyin edilməsi haqqında qərar ilə tanış olub ona məxsus hüquqlarının izahını aldıqdan sonra bildirmişdir ki, “müdafiəçimlə birlikdə məhkəmə-kimyəvi ekspertizası təyin etmək haqqında qərarla tanış oldum, qərarla bağlı heç bir vəsatətimiz və ekspertə əlavə suallarımız yoxdur”. Lakin həmin istintaq hərəkətindən sonra həmin gün aparılmış istintaq hərəkətlərinin aparılmasına dair tərtib olunmuş rəsmi sənədlərdə Təqsirləndirilən şəxs adının qarşısında imzalar çəkilmişdir. “Məhkəmə-xətşünaslıq ekspertizası”nın rəyi ilə də həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu ziddiyyətli halların özü istintaq orqanının Təqsirləndirilən şəxs qarşı qərəzli mövqe tutmasını, sonuncunun iştirakı olmadan prosessual sənədləri tərtib edərək cinayət işi materiallarına əlavə olunmasını deməyə tam əsas verir. Cinayət işi materiallarının İ cildinin 152-153-cü səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-də saat 20:30-dan saat 21:15-dək şübhəli şəxs qismində müdafiəçi Qədir Qədirovun iştirakı ilə dindirilmiş, həmin ifadə Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi, 16 yanvar 2024-cü il tarixdə saat 21:16-da USVN1344Q/USVN1344 Karrar-RS/Kürdəmir rayonu, Karrar kəndi/Kurdamir/ (40.30xx/xx.26105) ünvanını göstərmişdir. Cinayət işi materiallarından görünür ki, Kürdəmir RPŞ-nin inzibati binası AZ300, Kürdəmir şəhəri, H.Əliyev prospekti, № 3-də yerləşmişdir. Bundan əlavə “məhkəmə-xətşünaslıq ekspertizası”nın rəyindən görünür ki, “şübhəli şəxsin dindirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokolda olan 3 ədəd imza Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Cinayət işi materiallarının İ cildinin 154-156-cı səhifələrində olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, həmin rəy Kürdəmir RPŞ-nə xx.xx.2024-cü il tarixdə daxil olmuş və bu barədə müvafiq “daxil olma” möhrü ilə möhürlənərək ***-**-** nömrəsilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Lakin cinayət işinin materiallarının İ cildinin 158-ci səhifəsində olan “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünür ki, 18/69 nömrəli “məhkəməkimyəvi ekspertizası”nın rəyi ilə Təqsirləndirilən şəxs və müdafiəçi Qədir Qədirov 16 yanvar 2024-cü il tarixdə Kürdəmir RPŞ-də tanış edilmişlər, hər ikisi tərtib edilmiş sözügedən protokolu imzalamışlar. Göründüyü kimi hələ ekspert rəyi tərtib edilməmişdən və istintaq orqanına təqdim edilməmişdən əvvəl Təqsirləndirilən şəxs və onun müdafiəçisinin ekspert rəyi ilə tanış edilmələrinə dair protokol yazılaraq imzalanmışdır. “Məhkəmə-xətşünaslıq ekspertizası”nın rəyindən görünür ki, “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda olan imza Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Cinayət işi materiallarının İ cildinin 220-221-ci səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham saat 12:30-da elan edilmişdir. Qərarda Təqsirləndirilən şəxs həmin qərarı imzalamaqdan imtina etməsi yazılmışdır. Həmin qərar müdafiəçi Qədir Qədirov tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi, 18 yanvar 2024-cü il tarixdə saat 12:30-da Kürdəmir RPŞ-ni deyil, LSVN2670O1/LSVN2670 Kend_Shirvan/Şirvan şəhəri, Nəsimi küçəsi və M.Qasımov küçələrinin kəsişməsi/Hajigabul/ (39.951xx/xx.95786)-da ünvanlarını göstərmişdir. "xxxx"dan alınmış müdaifəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 18 yanvar 2024-cü il tarixdə saat 12:46-da Kürdəmir RPŞ-ni deyil, Şirvan şəhərini göstərmişdir. Şərh edilənlərdən aydın olur ki, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərar formal olaraq yazılaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs faktiki olaraq təqsirləndirilən şəxs qismində cəlb olunmamış və həmin qərar faktiki olaraq Təqsirləndirilən şəxs elan olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 224.4-cü maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs və ya müdafiəçi qərarı, yaxud protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Baş müstəntiq Fuad Babayev qanunvericiliyin tələbini pozaraq Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla tanış olmasına dair sənədi və tərtib edilmiş protokolu imzalamaqdan imtina etsə də baş müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 224.4-cü maddəsinin məzmunundan da göründüyü kimi müdaifəçi Qədir Qədirovun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla tanış olmasına dair sənədi və tərtib edilmiş protokolu imzalamaqdan imtina etmək hüququ olduğu halda bunu etməmiş, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs hüquqlarını qorumamış, baş müstəntiq X24 Kərimova ittiham irəli sürməsi üçün qanunsuz və əsassız sübutların toplanmasında bir başa köməklik etmişdir. Bundan əlavə baş müstəntiq Fuad Babayev tərəfindən cinayət işinin materiallarının 1-ci cildinin 223-225-ci səhifələrinə əlavə olunmuş “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” iki ədəd bildiriş, 226-cı səhifəsinə əlavə olunmuş “təqsirləndirilən şəxsə ittiham elan edilməsi, ona təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın, habelə hüquq və vəzifələrinə dair yazılı bildirişlərin verilməsi barədə” 18 yanvar 2024-cü il tarixli protokol, 227-ci səhifəsinə əlavə olunmuş “təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokol, 228-ci səhifəsinə əlavə olunmuş “təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərarla tanış olması və hüquqlarının izah olunması barədə” protokolu formal olaraq yazıb cinayət işinin materiallarına əlavə etmiş, həmin sənədlər faktiki olaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs elan olunmamışdır. X30 faktiki olaraq həmin vaxtı Şirvan şəhərində olmuşdur. Qədir Qədirov həmin sənədləri sonradan imzalamışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 229-230-cu səhifələrinə əlavə olunmuş “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, müdaifəçi Qədir Qədirovun iştirakı ilə həmin gün saat 12:55-dən saat 13:45dək Kürdəmir RPŞ-də baş müstəntiq X31 Kərimovun ifadəsini almışdır. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, müdafiəçi Qədir Qədirov tərəfindən isə imzalanmışdır. "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 18 yanvar 2024-cü il tarixdə saat 12:55-dən saat 13:45-dək Kürdəmir RPŞ-ni deyil, USVN3601C/USVN3601 Shirvan -ATC/Şirvan rayonu, İstiqlaliyyət prospekti 1/Shirvan/ (39.953xx/xx.94608), USVN3535A/USVN3535 İn-style Shirvan/Şirvan şəhəri, H.Z.Tağıyev ev 58 mənzil 1, Şirvan şəhər Polis şöbəsinin yanı/Shirvan/ (39.95xx/xx.93419), LSVN2656O3/LSVN2656 Heyet EVİ Shirvan/Şirvan şəhəri, T.Ələkbərov küçəsi, 1/39, Əkbər İnşaatın yanı/Shirvan/ (39.94xx/xx.9374),USVN2764D/USVN2764 Shirvan_Avto Servis/Şirvan şəhəri, Heydər Əliyev prospekti 10, Əmin Bazarın arxası/Shirvan/ (39.939xx/xx.93043, LSVN2764O4/LSVN2764 Shirvan_Avto Servis//Shirvan/ (39.939xx/xx.93043) və USVN2764C/USVN2764 Shirvan_Avto Servis/Şirvan şəhəri, Heydər Əliyev prospekti 10, Əmin Bazarın arxası/Shirvan/ (39.939xx/xx.93043)-da ünvanlarını göstərmişdir. "xxxx"dan alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 18 yanvar 2024-cü il tarixdə saat 12:55-dən saat 13:45-dək Kürdəmir RPŞ-ni deyil, Şirvan şəhərini göstərmişdir. Göründüyü kimi “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokol formal olaraq yazılaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs faktiki olaraq təqsirləndirilən şəxs qismində ifadə verməmiş, sözügedən protokol baş müstəntiq Fuad Babayev tərəfindən formal olaraq yazılıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 230-cu səhifəsi ilə 233-cü səhifəsi arasına əlavə olunmuş 18 yanvar 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, Təqsirləndirilən şəxsla Şahid4 arasında saat 14:30-dan saat 14:40-dək üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkətində müdafiəçilər Qədir Qədirov və Xeyransa Babayevanın istirak etmələri qeyd edilmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsla Şahid4 arasında faktiki olaraq istintaq hərəkətinin keçirilmədiyi, baş müstəntiq Fuad Babayev tərəfindən formal olaraq guya həmin istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 18 yanvar 2024-cü il tarixdə saat 14:30-dan saat 14:40-dək Kürdəmir RPŞ-ni deyil, 18 yanvar 2024-cü il tarixdə saat 14:12-dən saat 14:48-dək LSVN3407O1/LSVN3407 Hajigabul-2//Hajigabul/ (39.995xx/xx.94508)-da ünvanı sabit olaraq göstərmişdir. "xxxx"dan alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı 18 yanvar 2024-cü il tarixdə saat 14:30-dan saat 14:40-dək Kürdəmir RPŞ-ni deyil, Şirvan şəhərini göstərmişdir. Cinayət işinin materiallarının 2-ci cildinin 300-301-ci səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, saat 11:15-dən saat 11:55-dək müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-də ifadəsi alınmışdır. Təqsirləndirilən şəxs həmin protokolu imzalamamış, lakin protokol müdafiəçi Qədir Qədirov tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 09 aprel 2024-cü il tarixdə saat 11:15-dən saat 11:55-dək Kürdəmir RPŞ-ni deyil, həmin vaxtlarda ULNK0423Q/ULNK0423 İbrahimkand ferma/Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsi/Bilasuvar/ (39.45xx/xx.7641), USVN3527C/USVN3527 Salyan avtobaza/Salyan rayonu, aşağı Noxudlu kəndi/Salyan/ (39.605xx/xx.95989),USVN3654Q/USVN3654 Pambigkend/Salyan rayonu, Pambıqkənd kəndi/Salyan/ (39.832xx/xx.91396), LSVN3654O2/LSVN3654 Pambigkend//Salyan/ (39.832xx/xx.91396), USVN3425R/USVN3425 Garagaj/Sabirabad rayonu, Qarağac kəndi/Sabirabad/ (39.91xx/xx.8764) və USVN2888B/USVN2888 Garaguney/Sabirabad rayonu, Qaragüney kəndi/Sabirabad/ (39.952xx/xx.86762) ünvanlarını göstərmişdir. "xxxx"dan alınmış müdaifəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatları 09 aprel 2024-cü il tarixdə saat 11:15-dən saat 11:55-dək Kürdəmir RPŞ-ni deyil, Celilabad ray., Mashliq kendi erazisi, Salyan r-nu,Salyan shossesi, Hacioglu restoranı, Salyan r-nu, Noxudlu Sabirabad r-nu., Poladtuqay Sabirabad r-nu, Qaraguney və Sabirabad r-nu X7 ünvanlarını göstərmişdir. Şərh edilənlərdən aydın olur “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokol formal olaraq yazılaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs faktiki olaraq təqsirləndirilən şəxs qismində ifadə verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ifadə verməsinə dair tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuş ifadələr təhlil olunan zaman müəyyən olunur ki, cinayət işinin materiallarının 1-ci cildinin 152-153-cü səhifələrinə əlavə olunmuş “şübhəli şəxsin dindirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli, 229-230-cu səhifələrinə əlavə olunmuş “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli, 2-ci cildin 300- 301-ci səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokollar eyni protokollardır, sadəcə olaraq baş müstəntiq Fuad Babayev tərəfindən protokolların tarixi və saatı dəyişdirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiəçi Qədir Qədirov da baş müstəntiqin qanunsuz hərəkətlərini pərdələmək məqsədi ilə istintaq sənədlərini imzalamışdır. Cinayət işinin 2-ci cildinin 302-ci səhifəsində olan protokoldan görünür ki, baş müstəntiq X20 RPŞ-də müdafiəçi Qədir Qədirovun iştirakı ilə tərtib etdiyi həmin protokolda 09 aprel 2024-cü il tarixdə saat 11:55 radələrində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olmadığını bildirərək protokolu imzalamaqdan imtina etmişdir. Cinayət işinin materiallarının 2-ci cildinin 292-293-cü səhifələrinə əlavə olunmuş “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin qərar müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da elan edilmişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi və "xxxx"dan alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı Kürdəmir rayonu ərazisini göstərməmişdir. Cinayət işinin 2-ci cildinin 323-cü səhifəsində olan “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, saat 15:15-dən saat 15:45-dək müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs Kürdəmir RPŞdə ifadəsi alınmışdır. Təqsirləndirilən şəxs həmin protokolu imzalamamış, lakin protokol müdafiəçi Qədir Qədirov tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi və "xxxx"dan alınmış müdafiəçi Qədir Qədirovun istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatı Kürdəmir rayonu ərazisində deyil Şirvan şəhəri ərazisində görünmüşdür. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Odur ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməməsini faktiki olaraq icra edilməyən istintaq hərəkətlərinə dair protokolların tərtib olunması və qərarların qəbul edilməsi təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə barədə” protokolun mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz, həmin protokol ilə müəyyən edilməsi qeyd edilmiş hallar etibarsız hesab olunmalıdır. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Usub Əliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 4(041)-5/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Ziyad Şıxaliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2024cü il tarixli, 4(041)-4/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, polis əməkdaşları ondan Rahimi istəmişlər, Rahimin adını polis əməkdaşlarına dedikdən sonra polis əməkdaşları onu buraxmışlar. Cinayət işinin materiallarında olan və təhlil edilən istintaq sənədlərindən görünür ki, Şahid4 narkotik vasitə satdığı qeyd edilən Usub Əliyev və Ziyad Şıxaliyev barəsində həbs qətimkan tədbirləri seçildiyi halda Şahid4 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş, Şahid4 Təqsirləndirilən şəxs əleyhinə ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələr verməsi təmin olunmuş, bundan sonra Şahid4 barəsində məhkəmə hökmü çıxarılmış, sonuncu azadlıqdan məhrum edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, saxlanılan günü polis əməkdaşları ona “Rahimi ver, səni buraxaq demişlər. Polis əməkdaşları ona çox pis təzyiq göstərmişlər, əlini bağlayıb 10 nəfər üzərinə düşüb onu döymüşlər. Həmin vəziyyətdə Rahimin adını necə verməyə bilməzdi. Birinci dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə şahid qismində ifadə verməyə gələn zaman polis əməkdaşları gəlib onu evdən götürmüşlər və ona istintaq zamanı yazdığını deməsən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləyib həbs edəcəklərini demişlər. Təzyiq altında qalaraq polis əməkdaşlarının dedikləri kimi məhkəmədə ifadə vermişdir. Hazırda öz sözlərini tam açıqlığı ilə deyə bilmiş, həbsdə olduğu üçün qorxacaq heç bir şeyi olmamışdır. Rahimin heç bir günahı yoxdur. Rahimdən heç bir narkotik vasitə almamışdır. Polis əməkdaşları onu öz avtomobilləri ilə məhkəməyə gətirən zaman yolda ona dəfələrlə demişlər ki, Lənkərandan qayıdıb şöbəyə onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləyəcəklər. Polis əməkdaşları adama elə bir şeylər deyərək təzyiq etmişlər ki, polis əməkdaşlarının dediklərindən çıxmaq mümkün olmamışdır. Rahimdən heç vaxt narkotik vasitə almamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gəldiyi gün polis onu birinci polis şöbəsinə aparmışlar və orada onu təlimatlandırmışlar. Kənddə yaşamış, evlərindən polis şöbəsinə avtomobillə 10 dəqiqəlik yol olmuşdur. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş diskdə olan səs yazısı məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunan zaman müəyyən edilmişdir ki, həmin səs yazıları Şahid4la Təqsirləndirilən şəxs qardaşı Valeh Kərimov arasında aparılmış danışıqlardır və Valeh Kərimov tərəfindən yazılmışdır. Şahid4 bildirmişdir ki, “narkotiki Rahim ona deyil, o, Rahimə satmışdır. X25 Bağırova sual vermişdir ki, “niyə dedin ki, bəs 15 manat Rahimə verib almışam?” Şahid4 isə cavabında bildirmişdir ki, “demədim ey Quran haqqı yazdırıblar. Ayıb deyil neçə dəfə durdular, başımın üstündə yazdırdılar, mən yazmadım ey, özləri yazdılar.” Valeh Kərimov “bəs qol çəkməzdin” dedikdə, Şahid4 “çəkdim ey, bilmirsən ey, olmamısan orda, Allah götürməsin, Quran haqqı elə vururdular, ayağımda yara idi, deyirdim yaranın üstünə vurma, qəsdən yaranın üstündən vururdular, xayama bir dənə təpik vurdular ki”. Valeh Kərimov “niyə vururdu, nə deyirdi” soruşduqda Şahid4 bildirmişdir ki, “deyirdi ki, qol çək ki, Rahim veribdir”. Bundan sonra verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə şahid qismində ifadə verməyə gələn zaman Şahid3 və Anar Xəlilov ona təzyiqlər etmişlər. Səsinin yazılmağından xəbəri olmamışdır. Səs yazılarında olan səslər ona məxsusdur və orada dedikləri tam həqiqətdir. Hazırda da real nə varsa onu demişdir. Hazırda həbsdədir, çöldə olan zaman polis əməkdaşlarından qorxduğu üçün Rahimə qarşı düzgün olmayan ifadələr vermişdir. Polis əməkdaşları tamam başqa oyun oynayırlar. 10 manat özü 10 manat Rahim qoyub narkotik vasitə alıb istifadə etmişlər. Rahimə narkotik vasitə verməmiş, pul qoyub narkotik vasitə alıb istifadə etmişlər. Polis əməkdaşları birinci onu saxlamışlar. Polis əməkdaşları onu 16 yanvar 2024-cü il tarixdə yaşadığı evin həyətindən götürmüşlər. Polis əməkdaşlarından Şahid3 və Anar Xəlilov onu tutub polis şöbəsinə aparmışlar. Onu saxlayan zaman anası da yanında olmuşdur. Anten məlumatlarından da bunu görmək mümkündür. Polis əməkdaşları ondan Rahimi istəmişlər, Rahimin adını polis əməkdaşlarına dedikdən sonra polis əməkdaşları onu buraxmışlar. Əməliyyatçılar ona “get məhkəmədə biz istəyən kimi ifadə ver sənə köməklik edəcəyik” demişlər. Saxlanılan gün ayağında yara olmamış, polis əməkdaşları onu vuraraq ayağında yara yaratmışlar. Polis əməkdaşları ayağında olan yaranın üstünə vurmuşlar. İstintaq zamanı və əvvəlki məhkəmə prosesində verdiyi ifadələrini təsdiq etməmişdir, çünki həmin ifadələri polis əməkdaşlarının təzyiqi nəticəsində vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Valeh Kərimov bildirmişdir ki, Pərvinin səsini yazmışdır. Pərvindən soruşmuşdur ki, Rahimdən nəsə almışdır. Pərvin isə Rahimdən heç nə almadığını demişdir. Pərvin təzyiq altında ifadə verdiyini demişdir. Pərvini məhkəməyə polis əməkdaşları gətirmişlər. Bundan əlavə cinayət işinin materiallarının 1-ci cildinin 99-100-cu səhifələrində olan “şəxsi axtarış aparılması barədə” 16 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, Şahid4 üzərindən 01 ədəd kibrit qutusunun içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə isə kristal hissəcikli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid4 üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunun içərisində olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri 1 həftə bundan qabaq İran vətəndaşının “whatsapp” proqramı vasitəsilə konum atması əsasında Bakı şəhəri, Masazır qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Göründüyü kimi, Şahid4 üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərindən aşkar olunmuş metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Anar Xəlilov ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Şahid4 saxlanılmasında iştirak etmişdir. Pərvini 16 yanvar 2024-cü il tarixdə saat 11-12 radələrində saxlayıb Kürdəmir RPŞ-nə gətirmişlər, şöbədə üzərinə müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Pərvinin üzərindən bir kibrit qutusu aşkarlanmışdır. Kibrit qutusunun içinə baxış keçirilən zaman kibrit qutusunun içərisindən ayrı-ayrılıqda iki büküm narkotik vasitə aşkarlanmışdır. Pərvin narkotik vasitəni 15 manata Rahim adlı şəxsdən aldığını bildirmişdir. Pərvinə “Rahimin adını ver azadlıqda qal” deməmişdir. Sahə polis nəfəri işləyir, şəhər ərazisinə baxmışdır. Atakişili kəndinin yarısı şəhər ərazisinə düşür. Rahimin saxlanılmasında iştirak etməmişdir. Rahimin məhkəmə iclasına Pərvini əməliyyatçıların avtomobili ilə özləri gətirmişlər. Pərvinə görə bir-başa bura gəlməmişdir. Pərvinin işinə görə gəlmişlər. Məhkəmədən onu çağırmışlar o, da gəlmişdir. Lakin məhkəmədən ona zəng vurub məhkəməyə çağırmamışlar, RPŞ-dən məhkəməyə gəlməsini deməmişlər. RPŞ-dən “Pərvin sizinlə getsin məhkəmədə ifadə versin” demişlər. Məhkəmədən sonra rayona qayıdan zaman Pərvin onlarla qayıtmamışdır. Pərvin məhkəmədə şahid qismində ifadə verən zaman zalda olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Şahid4 saxlanılan zaman, sonuncunun saxlanılmasında polis əməkdaşları Anar Xəlilov və Şahid3 iştirak etmişlər və məhkəmə istintaqı zamanı ifadə verməsi üçün Şahid4 da məhkəmə iclasına Şahid3 və Anar Xəlilov gətirmişlər. Şahid4 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını bildirmədiyi halda, Anar Xəlilov məhkəmədə şahid qismində verdiyi ifadəsində “Pərvin narkotik vasitəni 15 manata Rahim adlı şəxsdən aldığını bildirdiyini” demişdir. Cinayət işinin materiallarının İ cildinin 107-109-cu səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür Şahid4 “Rahimdən 15 manat pulun müqabilində 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin” aldığını ilk dəfə olaraq bildirmişdir. Həmin dindirmə zamanı şahid Anar Xəlilov istirak etməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid4 həmin ifadəsi alınan zaman Təqsirləndirilən şəxs artıq Kürdəmir RPŞ-də olmuşdur. Şahid Anar Xəlilov məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, “Pərvinə görə bir-başa bura gəlməmişdir. Pərvinin işinə görə gəlmişlər, məhkəmədən onu çağırmışlar o da gəlmişdir. Lakin məhkəmədən ona zəng vurub məhkəməyə çağırmamışlar, RPŞ-dən məhkəməyə gəlməsini deməmişlər. RPŞ-dən “Pərvin sizinlə getsin məhkəmədə ifadə versin” demişlər. Müəyyən edilmişdir ki, Şahid4 məhkəmə istintaqı zamanı ifadə vermək üçün gətirilən zaman Şahid3 və X21 Ağır Cinayətlər Məhkəməsinə çağırılmamışlar, onlar məhz Şahid4 ifadə verməsi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gətirmişlər. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda, 3.722 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, tanışı Şahid4 ilə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 0,512 qram hissəsini 15 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Günəş” şadlıq sarayının yaxınlığında qanunsuz olaraq ona satmışdır. "xxxx"dan alınmış Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatı 13 yanvar 2024-cü il tarixdə ümumiyyətlə Kürdəmir rayonu, Atakişili kəndinin ərazisini göstərməmişdir. Məhkəmə tərkibi bildirir ki, Şahid4 ibtidai istintaq və məhkəmənin ilkin istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi ifadəsi dövründə polis əməkdaşları tərəfindən onun Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə Şahid4 qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla və Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edilməklə alındığından həmin ifadələr hüquqi qüvvəsi olmayan hesab edilir və həmin ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Şahid4 məhkəmədə verdiyi əlavə ifadəsinin həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Şahidi dindirmək hüquqi ilə 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun elementləri olan çəkişmə xarakterli məhkəmə araşdırması hüququ və xüsusən tərəflərin bərabərliyi hüququ, eləcə də 6-cı maddənin 3cü bəndinin “b” yarımbəndində nəzərdə tutulmuş öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququ və “c” yarımbəndində nəzərdə tutulmuş şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ müəyyən dərəcədə üst-üstə düşür. Şahidləri dindirmək hüququ birinci instansiya məhkəməsinin şahidlərdən məhkəməyədək mərhələdə alınmış yazılı ifadələri araşdırmasına və onlara istinad etməsinə mane olmur, bu şərtlə ki, müdafiə tərəfi həmin ifadələri təkzib etmək üçün prosesin müəyyən məqamında öz şahidlərinin dindirilməsi imkanına malik olsun. Bundan başqa, məhkəmə araşdırmasına şahidin şifahi ifadə verməsi hökmən o demək deyil ki, həmin şahidin məhkəməyədək araşdırmada polis tərəfindən qeydə alınmış yazılı ifadəsi qüvvəsini itirmiş olur. Məhkəmə tərkibi bildirir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 cinayət işi üzrə mühüm şahidlər hesab olunurlar, çünki onların adları ittiham aktlarında qeyd edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab etmişdir ki, təqsirləndirilən şəxsə qarşı ifadə vermiş şahidlərin göstərdikləri dəlillərin keyfiyyətini və etibarlılığını araşdırmaq məhkəmənin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 verdikləri həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Məhkəmə tərkibi qeyd edir ki, şahidlər düzgün ifadə verməkdən ibarət vətəndaşlıq vəzifəsi daşıyırlar, bu şahidlərin mövqeyindən asılı deyildir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək, onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış etmiş və onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “Bro” markalı siqaret qutusunu çıxarıb təqdim edib içərisində heroin istifadə etmək üçün bir ədəd şprisi, 01 ədəd qırıq şüşə ampulanı və 01 ədəd polietilen torbacıqda limon duzunu təqdim etmiş, həmin şpris, ampula və limon duzu ekspertizaya təqdim edilməsi bildirilərək qablaşdırılmış, zərfə qoyularaq üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğuldur, eləcə də xx.xx.2024-cü il tarixdə günorta saatlarında rayonun Atakişili kəndi ərazisində Təqsirləndirilən şəxs tanışı Şahid4 15 manat pul müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin satmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olsa da onun başqa kimlərə narkotik vasitə və psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs qarşı saxlanılıb polis şöbəsinə gətirilən zaman və polis şöbəsində heç bir zor və güc tətbiq edilməmişdir.(cild 2,i.v.45-48) Polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinin təhlilindən görünür ki, Şahid2 30 yanvar 2024-cü il tarixdə saat 10:30-dan saat 11:15-dək, Şahid1 01 fevral 2024-cü il tarixdə saat 11:30-dan saat 12:15-dək və Şahid3 02 fevral 2024-cü il tarixdə saat 11:30-dan saat 12:15-dək baş müstəntiq Fuad Babayev tərəfindən ifadələri alınmışdır. Hər üç ifadə eyni ifadədir, sadəcə olaraq polis əməkdaşlarının anket məlumatları yazılaraq imzalatmaqla cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə tərkibi bildirir ki, ayrı-ayrı tarixlərdə və vaxtlara ifadə vermiş polis əməkdaşlarının eyni sözlərlə ifadə verməsi mümkün deyil və həmin ifadələrin sübut kimi qəbul edilərək şəxsə ittiham verilməsi cinayət-prosessual qanunvericliyinin tələblərinin birbaşa pozuntusudur. Cinayət işinin materiallarının 1-ci cildinin 120-ci səhifəsində olan Kürdəmir RPŞ-nin “əməliyyat qrupunun yaradılması barədə” 16 yanvar 2024-cü il tarixli, 3-13-86/Ə29/2024 nömrəli əmrdən görünür ki, əməliyyat qrupunun tərkibinə baş müstəntiq, polis mayoru Fuad Babayev, əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis leytenantı Məmmədəli Quliyev daxil edilmişlər. Göründüyü kimi Şahid3 əməliyyat qrupunun tərkibində olmamışdır. Polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının xx.xx.2024-cü il tarixdə daxil olmasını, sonuncunun isə xx.xx.2024-cü il tarixdə tutulmasını göstərmələrinə baxmayaraq baş müstəntiq Fuad Babayev ziddiyyətli tarixləri araşdırmaq əvəzinə Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi ittiham aktında yazdığı ifadə də əməliyyat məlumatının xx.xx.2024-cü il tarixdə daxil olmasını Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə tutulmasını yazmışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Rahim Atakişili kəndində tərəflərindən saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmişdir. Rahimin üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən polietilen torbada ağ rəngdə maddə, şpris və ampula aşkarlanmışdır. Rahimin özünün dediyinə görə üzərindən aşkarlanan maddə “limon duzu” olmuşdur. Pərvinin tutulmasında özü iştirak etməmişdir. Birinci Şahid4 saxlanılmışdır. Pərvin ifadəsində narkotik vasitəni Rahimdən aldığını demişdir. Rahim barədə məlumatı Pərvin verməmişdir. Rahim barədə əməliyyat məlumatı çoxdan daxil olmuşdur. Pərvinlə Rahimin eyni gündə tutulması təsadüfən eyni günə düşmüşdür. Cinayət işinin materiallarından görünür ki, Şahid4 ifadəsinin alınmasında Hakim İbrahimov iştirak etməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 16 yanvar 2024cü il tarixdə Kürdəmir rayonu, Atakişili kəndi ərazisinidə Təqsirləndirilən şəxs saxlayıb, polis şöbəsinə gətirmişlər. RPŞ-də şəxsi axtarış zamanı Rahimin üzərindən öz dediyinə görə “limon duzu” və bir ədəd şpris aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Rahimi saat 18 radələrində saxlamışlar. Rahimin üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etmişdir. Pərvinin saxlanılmasında iştirak etməmişdir. Birinci Pərvin saxlanılmış, daha sonra Rahim saxlanılmışdır. Pərvinə “Rahimin adını versə, azadlıqda qalacağını” deməmişdir. Rahimin narkotik vasitə satması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. İstifadəsində ***-***- **-** saylı mobil nömrə olmuşdur. Məhkəmə istintaqı nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 12:30-13 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib 16 yanvar 2024-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması faktını aşkar etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Göründüyü kimi daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Şahid2 ifadəsində, ***-***-**-** saylı mobil nömrənin istifadəsində olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən alınmış 09 yanvar 2025-ci tarixli, 216 nömrəli məktubdan görünür ki, ********* mobil telefon nömrəsinin göstərilən müddətdə “Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Məlumat üçün bildirmək istərdik ki, ********* mobil telefon nömrəsi xx.xx.2017-ci il tarixdən etibarən “Azercell” şəbəkəsində deaktivdir. Şahid2 əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşı kimi həqiqətin müəyyən olunmasında maraqlı olduğu halda məhkəməyə düzgün ifadə verməyərək, faktiki olaraq deaktiv edilmiş telefon nömrəsini bildirməklə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Rahimin üzərində “şəxsi axtarış” istintaq hərəkəti zamanı videoçəkilişi çəkmişdir. Rahimin üzərindən siqaret qutusunun içindən sellofan büküm aşkarlanmışdır. Rahim bükümün “limon duzu” olduğunu bildirmişdir. Rahim narkotiki “iranlı”dan aldığını demişdir. Pərvinin üzərindən metamfetamin və heroin aşkarlanmışdır. Pərvinin üzərindən aşkarlanan metamfetamini Rahimdən 15 manata aldığını, heroini isə iranlıdan aldığını demişdir. Rahimlə Pərvinin saat neçədə saxlanılmasını xatırlamamışdır. Videoçəkilişdə gedən prosesləri eşitmişdir. İbtidai istintaq zamanı ifadəsində Rahimlə Pərvinin hansı saatlarda saxlandıqlarını deməmişdir. Pərvinə “Rahimin adını ver azadlıqda qal” deməmişdir. Pərvini Rahimin məhkəməsinə gətirmiş, Pərvinin atası imkanı olmadığı üçün, Pərvini məhkəməyə aparmaqlarını demişdir. Pərvini öz avtomobili ilə məhkəməyə aparmışlar, Pərvin məhkəmədə ifadə verdikdən sonra Pərvini öz avtomobili ilə rayona gətirmişlər. Avtomobilində Pərvindən başqa Anar Xəlilov olmuşdur. Müəyyən edilmişdir ki, Şahid4 şübhəli şəxs qismində ifadəsi alınan zaman Şahid3 iştirak etməmişdir. Şahid4 da üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitə aldığını deməmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X2rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Konvensiyanın 6-cı maddəsinin müstəqil tələbləri baxımından, ittiham hökmü əsasən və ya həlledici dərəcədə hüquqa zidd üsullarla əldə edilmiş sübutlara əsaslanıbsa məhkəmə prosesi ədalətsiz hesab olunur. Məhkəmə tərkibi həmçinin cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən yerli prokurorunda fəaliyyətinə tənqidi yanaşaraq bildirir ki, ibtidai istintaqın ilkin mərhələsindən yerli prokurorun iş üzrə məlumatı olsa da Təqsirləndirilən şəxs əleyhinə qanunsuz və əsassız sübutların toplanmasına, ittiham irəli sürülməsinə reaksiya verməmiş, cinayət işini öyrənmədən cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmiş və ittiham aktını təsdiq etmişdir. Bundan əlavə baş müstəntiq Fuad Babayev ibtidai istintaq dövründə qanunsuz prosessual sənədlər tərtib etməklə yanaşı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmasına baxmayaraq cinayət işi üzrə istintaqı da özü apararaq Təqsirləndirilən şəxs barəsində ittiham aktı tərtib etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 85.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2.1-ci maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəktləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsində göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Həmin Məcəllənin 90.2-ci maddəsində isə göstərilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı halları yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir: təqsirləndirilən şəxsə istinad edilən əməlin sübuta yetirildiyini və həmin əməlin cinayət tərkibi yaratmasını (290.2.1); təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirildiyini (290.2.2); İttihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini (290.2.3); cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsini (290.2.4); cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcudluğunu (290.2.5); təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini (290.2.6); müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin düzgün seçilməsini və bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət olunmasını (290.2.7); mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlərin görülməsini (290.2.8); cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsini və onların aradan qaldırılması üçün tədbirlərin görülməsini (290.2.9); cinayətin törədilmə hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini (290.2.10); müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu (290.2.11); bu Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini (290.2.12). Bundan əlavə məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs iş üzrə maddi sübutlarla tanış olmamışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 344-cü səhifəsinə əlavə olunmuş “təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baş müstəntiq X31 Kərimovun guya maddi sübutlarla da tanış olmasını qeyd etmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 15 may 2024-cü il tarixli, 3- 16-17/40/2-3460/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işinə, maddi sübutların 2 saylı istintaq təcridxanasına keçirilməsi barədə məktub əlavə edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Təqsirləndirilən şəxs iş üzrə maddi sübutlarla tanış olmaq hüququ məhkəmə tərəfindən məhkəmə baxışı zamanı təmin edilmişdir. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın 17 yanvar 2024-cü il tarixli, 18/69 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd siqaret qutusunda, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 3.210 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şprisin və 01 ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Məhkəmə istintaqı zamanı alınmış “əlavə komisyon məhkəmə-kimyəvi ekspertizası”nın 17 yanvar 2024-cü il tarixli, 18/69 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfin içərisində bir ədəd siqaret qutusunda bir ədəd kiçik ölçülü polietilen torbacıqda təmiz çəkisi 3,110 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmütmafetaminlə, üzərində “...Şahid4 üzərindən aşkar olunmuş...” sözləri olan zərfin içərisində bir ədəd kibrit qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Hər iki “məhkəmə-kimyəvi ekspertizası”nın rəyləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəylər Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəylərin özləri bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, metamfetaminin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəylərinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin metamfetamini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 3.722 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməmiş, üzərində saxlamamış, daşımamış, 15 manat pul müqabilində 0,512 qram metamfetamini 13 yanvar 2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Günəş” şadlıq sarayının yaxınlığında qanunsuz olaraq Şahid4 satmamış, polis əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə saat 12:30-13 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmiş, faktiki olaraq 7 saatdan çox müddət ərzində Kürdəmir RPŞ-də qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında saxlanılmış, üzərində olan “limon duzu” polis əməkdaşları tərəfindən həmin müddət ərzində götürülərək metamfetamin ilə dəyişdirilib yenidən ona verilmiş, saat 20:20 radələrindən sonra üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman polis əməkdaşları özlərinin qoyduqları metamfetamini götürərək qablaşdırmışlar. Məhkəmə tərəfindən “ambulator məcburi narkoloji-tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımasını və metamfetamini satmasını təsdiq etmir. Məhkəmə istintaqı zamanı alınmış “sənədlərin məhkəmə-texniki ekspertizası”nın 18 fevral 2025-ci il tarixli, 5/54 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd zərflərin üzərindəki möhür əkslərinin olan hissələrdə açılıb təkrar yapışdırmanın izləri müəyyən edilmədi. Həmin ekspert rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ilə müəyyən edilmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə metamfetamini qoyaraq götürüb qablaşdırma aparıldıqdan sonra həmin metamfetaminə müdaxilə edilməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Göründüyü kimi istintaq zamanı toplanmış sözügedən sənədlər sonradan yazılaraq və imzalandığından həmin prosessual sənədlər Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə tərkibi müəyyən etmişdir ki, baş müstəntiq Fuad Babayev tərəfindən qəbul edilmiş qərarlar qeydiyyatdan keçirilməyərək cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin cinayət işinin materialları xronoloji ardıcıllıqla düzülüb nömrələndikdən sonra, iş materiallarına prosessual sənədlər əlavə edilmişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən, onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət- Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildikdə onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə istintaqı zamanı alınmış “əlavə komisyon məhkəmə-kimyəvi ekspertizası”nın 17 yanvar 2024-ci il tarixli, 18/69 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı maddi sübut kimi tanınmış 3,110 qram psixotrop maddə metamfetamindən tədqiqat aparılması üçün 0,050 qram götürülmüş, həmin metamfetamindən 3,060 qram çəki qalmışdır. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,060 qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şpris və 1 (bir) ədəd qırıq şüşə ampula maddi sübut kimi tanınmadığından həmin predmetlərin taleyinin həll olunması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 362 (üz yüz altmış iki) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 362 (üz yüz altmış iki) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,060 olan psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şpris və 1 (bir) ədəd qırıq şüşə ampula maddi sübut kimi tanınmadığından həmin predmetlərin taleyinin həll olunması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar