Məhkəmə qərarları › İş №1(099)-320/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-320/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-320/2022 23.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X16, onun nümayəndəsi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.6 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Masallı rayonu, Hüseynhacılı kəndində qonşuluğunda yaşayan və həmin kəndin tam orta məktəbinin direktoru vəzifəsində işləyən X7 maddi vəziyyətinin yaxşı olması, arvadı X14 və oğlu Şahid1la birlikdə yaşaması, səhər saatlarında arvadı ilə birlikdə işlədikləri məktəbə, Şahid1 isə işlədiyi Masallı Rayon Mərkəzi Xəstəxanasına gedəcəkləri səbəbindən evdə kiminsə olmayacağını bilib, Yadigar Şəmmədova məxsus yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 03 sentyabr 2020-ci il tarixdə dəmirçi işlədiyi, Masallı şəhəri, Digah küçəsində yerləşən, Şahid2 məxsus avtomobil təmiri sexindən gələcəkdə hadisə yerində görünərsə, müvafiq olaraq tanınmaması və iz qoymaması üçün özünə məxsus, parça materialdan olan papaqlı, qara rəngli gödəkcə və qara-qırmızı rəngli bir cüt əlcək, saxlanc yerlərinin açılmasında istifadə etməsi üçün 107 sm. uzunluğunda, bir ucu hamar, digər ucu yastı formalı olan bir ədəd dəmir lingi (lom) götürüb axşam saatlarında piyada Masallı rayonu, Hüseynhacılı kəndinə gələrkən özü ilə gətirmiş, həmin lingi Yadigar Şəmmədovun hasar qonşuluğunda yerləşən, X4 məxsus, faktiki olaraq yaşayış olmamış evin həyətyanı sahəsindəki şifer örtüyünün altında gizlədib atasının yaşadığı evə getmiş, ona qarşı şübhələr olarsa, istifadəsində olmuş ***-***-**-** mobil nömrənin hadisə yerində anten dairəsinə düşməməsinə nail olmaqla özünün müdafiəsinə dəlil yaratmaq məqsədilə həmin gün gecə saatlarında mobil telefonunu söndürmüş, 04 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Tehran Allahyarova məxsus evin həyətinə keçib gizlənmiş, orada gizlətdiyi gödəkcə və əlcəklərini geyinib, dəmir lingi isə hasarın üzərinə qoyaraq küçəyə çıxmış, Yadigar Şəmmədovun yaşadığı evin həyətinə giriş qapısının açıq olmasından istifadə edib, ev sakinlərinin evdə olmadığını yəqinləşdirdikdən sonra Yadigar Şəmmədova məxsus evin həyətinə kilidlənməmiş qapıdan qanunsuz, yəni ev sahibi və ya sakinlərinin iradəsinə zidd daxil olmuş, bu zaman Şahid1 avtomobillə evin həyətinə daxil olduğunu görüb həyətdəki təndirxananın yerləşdiyi yarımçıq tikilidə təxminən 30 dəqiqə gizlənmiş, sonuncu evi tərk etdikdən sonra evdə hər hansı şəxsin olmadığını zənn etdiyinə görə saat 10:30 radələrində hasarın üzərinə qoyduğu dəmir lingi götürərək evə kilidlənməmiş, taxta materialdan olan giriş qapısından qanunsuz daxil olmuş, dəmir lingi qapının sol tərəfində divara dayamış, giriş qapısından sağ tərəfdəki şkafda, giriş qapısından sol tərəfdəki yataq otağında axtarış aparsa da, nəsə tapmadığı üçün digər otaqlarda da axtarış etmək üçün olduğu otaqdan çıxarkən qapının qarşısında, zalda Aidə Şəmmədova ilə üzbəüz qarşılaşmış, sonuncunun onu tanıyıb qışqırmasına görə oğurluq cinayətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamağa və ya oğurlamağa cəhd etmiş, həmin cinayətin ev sahibi tərəfindən aşkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib, həmin əməli barədə məlumatın yayılmaması, yəni törətdiyi cinayəti gizlətmək məqsədi ilə həmin anda Aidə Şəmmədovanı qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun sifət nahiyəsinə sağ əli ilə yumruq vurub səs-küy salmasının qarşısını almış, arxa tərəfinə keçib qolları və boynundan tutmuş, Aidə Şəmmədovanı özünə tərəf sıxıb itələməklə üzüstə yerə yıxmış, sonuncunun ayağa qalxmaq istədiyini görüb baş nahiyəsinə təpiklə vurmuş, evə giriş qapısının yanından götürdüyü dəmir linglə yerdə uzanıqlı vəziyyətdə olmuş Aidə Şəmmədovanın baş nahiyəsinin arxa hissəsinə azı dörd dəfə qəsdən zərbələr vurmuş, bu hərəkətləri ilə sonuncuya ümumilikdə burun, üst dodaq, boyun, sağ və sol bazu, sağ və sol bud, sol əlin arxa hissəsində qançırdan ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol göz nahiyəsinin şişkinləşməsi və qançırından ibarət, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi, baş beyin toxuması və qişalarına qan sızma, başın sağ gicgah və təpə nahiyəsinin əzilmiş yaralarından (cəmi dörd ədəd) ibarət, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma ilə nəticələnib ölümünə səbəb olan, yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirməklə Aidə Şəmmədovanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra həmin otağın Tehran Allahyarovun evi istiqamətdə olan pəncərəsini açıb pəncərəyə bərkidilmiş toru əli ilə itələməklə yerə saldıqdan sonra pəncərədən həyətə düşmüş, hasardan sonuncunun evinin həyətinə keçib dəmir lingi həyətdəki tualetə atmış, əynində olmuş gödəkcə və əlcəkləri isə çıxarıb tualetin tavanını təşkil etmiş lambirin materialın altında gizlətdikdən sonra küçə ilə piyada hərəkət edib hadisə yerini və kəndi tərk etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı 13 dekabr 2020-ci il tarixdə şahid qismində verdiyi ifadəsinin (İ cild, səh. 196-200) məzmununa uyğun olaraq, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki,: - o, X6 (bundan sonra – Aidə) qəsdən öldürülməsindən ibarət cinayət əməlini törətməmişdir. Onun həmin cinayət hadisəsinə aidiyyəti yoxdur. Aidəni sonuncu dəfə həmin hadisədən təxminən 10 il əvvəl görmüş, iş üzrə cinayət hadisəsinin baş verdiyi gün və ondan əvvəl sonuncunun yaşadığı evə və həyətinə daxil olmamışdır. - Əvvəllər Masallı rayonu, Hüseynhacılı kəndində yaşasa da, 2020-ci ilin avqust ayından ailə üzvləri ilə müvəqqəti olaraq Masallı şəhərində yaşamış və orada yerləşən, Şahid2 (bundan sonra - Vazeh) məxsus avtomobil təmiri sexində dəmirçi işləmişdir. Həmin sexdə bir neçə ədəd dəmir ling olsa da, oradan hər hansı əşya, o cümlədən dəmir ling və özünə məxsus olmuş işçi əlçəklərini götürüb kənara çıxartmamış, özünün papaqlı gödəkcəsi olmamışdır. - 2020-ci ilin avqust ayının sonlarında əmisi oğlu Şahid8 idarə etdiyi üç təkərli motosikletin arxa tərəfində oturub meşə yolu ilə Masallı rayonu, Hüseynhacılı kəndinə (bundan sonra – yaşadığı kənd) gedərkən motosiklet təkərinin kötüyün üzərindən keçməsi zamanı tullanmış və o, yerə yıxılmışdır. Nəticədə alın sümüyü sınmış, sağ göz qapağı və burun nahiyəsi sıyrılmışdır. Atasının həmin xəsarətləri görməməsi üçün sonuncunun yaşadığı evə getməmiş və işlədiyi sexdə qalmışdır. Həmin ərəfədə Vazeh sexə gələrkən onun alnı, sağ göz qapağı və burun nahiyəsində xəsarətlər olduğunu görmüş, Vazehin müvafiq sualına cavab olaraq həmin xəsarətləri motosikletdən yıxılması nəticəsində aldığını demişdir. Aidənin öldürülməsindən ibarət cinayət hadisəsinin baş verməsindən sonra Vazeh onu görməmişdir. Onunla Vazeh və Xaləddin arasında ədavət və düşmənçilik olmamışdır. - Bir neçə şəxsə olmuş pul borclarını həmin şəxslərin ondan dəfələrlə tələb etmələrinə baxmayaraq, maddi imkanının zəif olması səbəbindən qaytara bilməmişdir. Başqa qadınla münasibətdə olmasına görə arvadı ilə aralarında mübahisə olmuş, bu səbəbindən 03 sentyabr 2020-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən, atasına məxsus evə getmiş, borclu olduğu şəxslərin ona zəng etməmələri üçün mobil telefonunu söndürmüşdür. Onun atası və X11 məxsus evlər eyni küçədə yerləşir, aralarında təxminən 100-150 metr məsafə vardır. - 04 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində əvvəlcədən Şahid3 (bundan sonra - Mehman) ilə razılıqlarına əsasən sonuncuya məxsus avtomobili təmir etmək məqsədilə işlədiyi sexə getmək üçün atasının yaşadığı evdən çıxıb piyada küçə ilə Aidənin yaşadığı evin qarşısından keçmiş, həmin vaxt sonuncunun yaşadığı evin həyətinə giriş darvazasının açıq olub-olmamasına fikir verməmişdir. Kəndin avtomobil yolunun çıxışı istiqamətində bir qədər getdikdən sonra əvvəllər tanıdığı və Masallı Rayon Mərkəzi Xəstəxanasında işləməsini bildiyi Şahid1 ilə rastlaşıb salamlaşmışlar. Həmin yerdən sonuncunun yaşadığı ev arasında təxminən 10-15 metr məsafə vardır. Meşə yolu ilə təxminən bir saat ərzində Masallı şəhəri istiqamətində piyada getmişdir. Bu ərəfədə mobil telefonunu işə salıb Mehmana zəng etmiş və olduğu yeri demiş, sonuncudan onu avtomobilinin təmir işlərini davam etdirməsi üçün avtomobili ilə işlədiyi sexə aparmasını xahiş etmişdir. Saat 11-12 radələrində atası onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib ondan harada olduğunu və işə gedib-getmədiyini soruşmuş, cavabında işlədiyi sexə getdiyini, bir neçə gün orada qalıb işlərini görəcəyini demiş, atası ona Aidənin bilmədiyi şəraidə öldüyünü demiş, atasına bu hadisədən məlumatının olmadığını demişdir. Bir neçə dəqiqə sonra Mehman onu köhnə Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Moskva” kafesinin yaxınlığında öz avtomobilinə götürüb Vazehə məxsus, onun işlədiyi sexə aparmışdır. Orada 3-4 gün qalıb Mehmanın avtomobilini təmir etmiş və gecələmiş, atasının yaşadığı evə getməmişdir. Bundan sonra yaşadığı kəndə getsə də, Aidənin yas mərasimində iştirak etməmişdir. Bunun səbəbini atasının həmin mərasimdə iştirak etməsi ilə izah edir. 2020-ci ilin oktyabr ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə getmiş, iş üzrə tutulana kimi orada yaşamış və işləmişdir. - Aidənin qəsdən öldürülməsindən ibarət cinayət hadisəsinin baş verməsindən sonra Masallı RPŞ-nin əməkdaşı Şahid7 onu dəfələrlə Masallı RPŞ-yə dəvət etmiş, sonuncuya verdiyi bütün izahatlarında həmin cinayət hadisəsini törətmədiyini demişdir. Şahid7 29 yanvar 2022-ci il tarixədək ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. - 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexində dəmirçi işlədiyi vaxt Masallı RPŞ-nin əməkdaşları onu saxlayıb Masallı RPŞ-yə gətirmişlər. 29 yanvar 2022-ci il tarixdə orada polis əməkdaşı Şahid7 ona Aidəni qəsdən öldürməsi barədə ifadə verməyə məcbur etmək məqsədilə işgəncə vermiş, buna görə də məcburiyyət qarşısında qalıb 29 yanvar 2022-ci il tarixdə guya iş üzrə düzgün ifadə vermək istədiyi barədə ərizə yazmış, videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən iş üzrə ibtidai istintaq aparan müstəntiq Aqil Axundov və polis əməkdaşı Şahid7 ona cinayət hadisəsini törətməzdən əvvəlki hərəkətləri, hadisə yerinin təsviri, oradakı əşyaların yerləşmə vəziyyəti, cinayət hadisəsini törətmə mexanizmi və bundan sonrakı hərəkətləri barədə kamera arxasından dediklərini təkrarlamaqla etirafedici ifadələr vermiş, bu barədə tərtib edilmiş istintaq hərəkəti protokollarını, eləcə də şübhəli şəxs qismində dindirilməsi barədə protokola əlavə edilmiş iki ədəd vərəqdə hadisə yeri ilə bağlı çəkdiyi sxemləri imzalamışdır. Lakin ona işgəncə verildiyi barədə müdafiəçisinə və hər hansı dövlət orqanına, eləcə də həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi və tibb xidmətinin əməkdaşlarına şikayət etməmişdir. Bakı istintaq təcridxanasında ilk dəfə tibbi müayinə edilərkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Videoçəkiliş aparılmaqla şübhəli və təqsirlndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata Masallı Rayon Məhkəməsində baxılarkən ona etirafedici məzmunda ifadə verməsi ilə bağlı polis əməkdaşları tərəfindən işgəncə verildiyini deməmişdir. Bunun səbəbini bu barədə cinayət işinə məhkəmədə baxılarkən deyəcəyini qabaqcadan planlaşdırması ilə izah edir. Masallı Rayon Məhkəməsinin həmin iclasında ona iş üzrə etirafedici məzmunda ifadə verməsi ilə bağlı hər hansı təsir və ya diktə edilmədən, müdafiəçisinin iştirakı ilə etirafedici məzmunda ifadə vermiş, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və törətdiyi cinayət əməllərindən səmimi peşiman olduğunu bildirmişdir. İfadəsi yerində yoxlanılarkən, onun iştirakı ilə X4 məxsus evin həyətindəki tualet anbarından dəmir ling çıxarılsa da, həmin lingi tualet anbarına o, atmamış, bundan qabaqcadan məlumatı olmamışdır. Cinayət işi materialları ilə tam tanış olduqdan sonra ibtidai istintaq orqanının ona qarşı hər hansı sübut əldə edə bilmədiyinə əmin olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ona qarşı verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki,: - 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şahid qismində Şahid2 və Şahid3 ilə üzləşdirmə zamanı verdiyi ifadələrində sonuncuların 2020-ci ilin sentyabr ayının əvvəllərində onun sağ göz qapağı və burun nahiyəsində gördükləri xəsarətləri bir neçə gün əvvəl əmisi oğlu Şahid8 idarə etdiyi motosikletin arxa tərəfində oturub meşə yolu ilə yaşadığı kənd istiqamətində gedərkən motosiklet təkərinin kötüyün üzərindən keçərkən tullanması zamanı yerə yıxılması nəticəsində aldığını göstərsə də, bundan sonra Şahid8 ilə üzləşdirmə zamanı verdiyi ifadəsində əvvəlki ifadələrində 2020-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 və Şahid3 onun sağ göz qapağı və burun nahiyəsində gördükləri xəsarətlərin yaranma səbəbi barədə yalan dediyini, həmin xəsarətləri Şahid8 idarə etdiyi motosikletdən yıxılması deyil, 2020-ci ilin avqust ayının sonlarında saat 23 radələrində işlədiyi sexdən yaşadığı kəndə doğru Masallı rayonu, Hüseynhacılı kəndinin girişində yerləşən körpüdən piyada keçərkən yıxılması nəticəsində aldığını və əvvəllər yalan ifadə verməsinə görə üzr istədiyini göstərmişdir (Vİİ cild, səh. 18-25). - Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şəxsən yazdığı ərizəsində 04 sentyabr 2020-ci il tarixdə həmkəndlisi X8 öldürdüyünə görə vicdan əzabı çəkdiyini, həmin cinayət əməlini qabaqcadan planlaşdırmadan təsadüfən törətməsini səmimi etiraf etdiyini, bu barədə ətraflı ifadə vermək istədiyini göstərmişdir (Vİİ cild, səh. 27). - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı video və foto çəkilişlər aparılmaqla, müdafiəçisinin iştirakı ilə 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən, 30 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata 30 yanvar 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsində baxılarkən ona hər hansı qanunsuz təsir edilmədiyi şəraitdə könüllü şəkildə verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq özünü Azərbaycan Respublikası CM-in 120.2.6 və 29,177.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, bir neçə şəxsə olan borclarını qaytarmalı olduğuna görə 03 sentyabr 2020-ci il tarixdə atasına məxsus evdə olarkən qonşuluqda yaşayan X7 (bundan sonra - Yadigar) yaşadığı evdən pul və qızıl-zinyət əşyalarını oğurlamağı qərara almışdır. Çünki sonuncu Masallı rayonu, Hüseynhacılı kənd tam orta məktəbinin direktoru vəzifəsində, arvadı X14 (bundan sonra – Aidə) həmin məktəbdə müəllim, oğlu Samir isə Masallı Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. 03 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Masallı şəhərində yerləşən, Şahid2 (bundan sonra - Vazeh) məxsus, işlədiyi avtomobil təmiri sexindən hadisə yerində görünməməsi və əl izi qoymaması üçün müvafiq olaraq özünə məxsus olmuş bir ədəd papaqlı, qara rəngli gödəkcə və bir cüt işçi əlcəyi, həmçinin oğurluq zamanı qapını sındırmağa lazım olacağı üçün Vazehə məxsus bir ədəd dəmir lingi (lomu) götürüb meşə yolu ilə piyada yaşadığı kəndə getmiş, dəmir ling, bir ədəd gödəkcə və bir cüt əlcəyi Yadigarın evinin qonşuluğunda yerləşən, X4 (bundan sonra - Tehran) məxsus, faktiki yaşayış olmamış evin həyətinin sağ tərəfindəki azbes turbanın altında gizlətdikdən sonras atasına məxsus evə getmiş, mobil telefonunu söndürüb yatmışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Yadigar və ailə üzvlərinin işə getdiklərinə görə evdə olmadıqlarını yəqin edib Yadigarın yaşadığı evə oğurluğa getməyə qərar vermiş, gizlətdiyi yerdən dəmir lingi götürüb sonuncunun yaşadığı evin həyətində olan təndirxananın yanındakı, Yadigar və Tehrana məxsus evlərin həyətyanı sahələrini ayıran daş hasarın üzərinə qoymuş, gödəkcə və əlcəklərini geyinib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra Yadigarın yaşadığı evin həyətinə giriş darvazasına yaxınlaşmış, kilidlənməmiş darvazadan həyətə daxil olmuşdur. Həmin vaxt küçədən avtomobil səsi gəldiyini eşidib və avtomobilin darvazanın yanında dayandığını görüb Tehranın evi tərəfdə olan divarın küncündə əyilib gizlənmişdir. Samir darvazanı açıb avtomobili həyətə sürmüş və evin yan tərəfində saxlamışdır. Bundan sonra o, evin pəncərəsindən görünməməsi üçün təndirxananın yanında gizlənmişdir. Bir neçə dəqiqədən sonra Samirin onun gizləndiyi yerin yanında ya hamama, ya da tualetə girdiyini eşitmişdir. Təxminən 15 dəqiqədən sonra Samir oradan çıxıb evə getmiş və avtomobilini idarə edib getmişdir. Bundan sonra evdə hər hansı şəxsin olmadığını zənn edib hasarın üzərinə qoyduğu dəmir lingi götürmüş, Yadigarın yaşadığı evə daxil olmaq üçün qaraj olan yerə yaxınlaşmışdır. Orada evə taxta və dəmir materialdan olan, ayrı-ayrılıqda iki ədəd qapıdan giriş olmuşdur. Evə dəmir materialdan olan giriş qapısının kilidlənmiş, taxta materialdan olan giriş qapısının isə kilidlənməmiş vəziyyətdə olduğunu görüb taxta materialdan olan qapıdan evə daxil olmuş, qapını örtüb kilitləmək istəsə də, kiliti pis işlədiyinə görə qapı tam kilitlənməmişdir. Dəmir lingi sol tərəfdə divara dayadıqdan sonra sağ tərəfdəki şkafda axtarış edərkən orada əl-üz dəsmalı, paltar və digər məişət əşyalarının olduğunu görmüş, lakin pul və ya qiymətli əşya tapmamışdır. Evin giriş qapısından sol tərəfdəki otağa daxil olanda otağın girişində sağda yorğan, döşək və nalçadan ibarət yük yığıldığı, otağın ortasında yerdə bir ədəd yorğan və döşək olduğunu görmüşdür. Yükü boşaltsa da, nəsə tapa bilməmişdir. Başqa otaqlara baxmaq üçün olduğu otaqdan çölə çıxmaq istəyəndə qəflətən Aidə ilə üz-üzə gəlmişdir. Buna görə də sonuncu qışqırmış və ondan evə girməsinin səbəbini soruşmuşdur. Bu halın ona biabırçılıq gətirəcəyini anlayıb Aidənin sifətinin sol tərəfinə yumruqla zərbə vurmuşdur. Sonuncunun yenə də qışqırmaq istədiyini görüb boynunu sağ qolunun altına salıb sıxmış, bundan sonra Aidənin səsi çıxmamışdır. Aidəni itələyib yerə yıxmış, bu zaman sonuncunun başı axtarış apardığı yataq otağına tərəf, ayaqları isə yataq otağı ilə üzbəüz olan pəncərə istiqamətində qalmışdır. O, oradan qaçmaq istəyəndə Aidənin ayağa durmaq istədiyini görüb sonuncunun başının arxa tərəfinə ayağa qalxmasına mane olmaq üçün sağ ayağı ilə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt Aidəni sağ qalarsa, biabırçılıq və rüsvay olacağını, həm də cinayət məsuliyyətinə cəlb ediləcəyini düşünüb öldürməyi və qaçıb getməyi qərara almışdır. Sonuncunun qışqırıb ayağa qalxmaq istədiyini görüb əlindəki dəmir lingin iti olmayan tərəfi ilə başının arxa tərəfinə 2-3 dəfə zərbə vurmuş, Aidənin səsi kəsilmişdir. Bundan sonra dəhlizin axırında yerləşən mətbəxə getmiş, oradakı servantdan nəsə tapa bilməyib plastik pəncərəni açmış, dəmir lingi həyətə tullamış və həyətə düşmüşdür. Həmin lingi daş hasarın üzərinə qoymuş, tələsik hasara dırmaşıb Tehranın həyətinə keçmək istəyəndə ayağının sürüşüb yerə yıxılması nəticəsində alnının sol gicgah hissəsi, burun və sifət nahiyələrindən xəsarətlər almışdır. Təkrarən hasara dırmaşmış, ayağını silindr formalı azbes çənin üzərinə qoyub Tehranın həyətinə keçmiş, hasarın üzərindəki dəmir lingi götürüb Tehranın həyətində yerləşən tualet anbarının deşiyinə atmışdır. Əynindəki gödəkcə və bir cüt əlcəyi büküb tualet anbarının deşiyindən atmaq istəsə də, bunu edə bilmədiyinə görə tualetin tavanını təşkil etmiş lambirin materialın altında gizlətmişdir. Ətrafda kiminsə olmadığını görüb küçəyə çıxmış, Masallı şəhərinə getməsi görüntüsünü yaratmaq məqsədilə atasının yaşadığı evin əks istiqamətində, yəni kəndin avtomobil yolunun çıxışı istiqamətində küçə ilə piyada getmişdir. Kəndin avtomobil yolu olan əsas küçəsinə çatmamış Samirlə rastlaşanda sonuncu ilə heç nə olmamış kimi salamlaşıb yoluna davam etmiş və meşə yolu ilə, yəni kəsə yolla Masallı şəhəri istiqamətdə getmişdir. Mobil telefonunu işə salanda Şahid3 mobil nömrəsindən onun telefonuna sönülü olduğu üçün edilmiş cavabsız zəngə dair mesaj daxil olmuşdur. Hadisə yerində olmadığına dair gələcəkdə bəhanə gətirmək məqsədilə sonuncuya zəng edib onu avtomobilinin yarımçıq qalmış işlərini görməsi üçün avtomobili ilə götürüb işlədiyi sexə aparmasını təklif etmişdir. İş üzrə şahid qismində verdiyi ilkin ifadələrində cinayət məsuliyyətinə cəlb edilməməsinə nail olmaq üçün göstərdiyi xəsarətləri Aidənin ölümündən bir neçə gün əvvəl motosikletdən yıxılması nəticəsində aldığını yalan göstərmişdir. İş üzrə cinayət hadisəsi ilə bağlı onun barəsində şübhənin yaranmaması, ailə üzvləri və qonşularının sifətində göstərdiyi xəsarətlərin olmasını görməmələri üçün bir neçə gün Vazehin sexində qalıb avtomobillərin təmiri işi ilə məşğul olması görüntüsünü yaratmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir (Vİİ cild, səh. 40-47, 58-78, 98-104, 135-145). - Təqsirləndirilən şəxs həmin ifadələrində iş üzrə cinayət əməlini törətməmişdən əvvəl, törədərkən və bundan sonrakı hərəkətləri barədə bütün halları şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən, X9 və X11 məxsus fərdi yaşayış evlərinin həyətlərində, eləcə də sonuncuya məxsus evdə olarkən müvafiq ardıcıllıqla göstərmiş, 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması zamanı bildirdiklərinə əsasən Tehran Allahyarova məxsus evin həyətyanı sahəsindəki tualet anbarından aşkar edilmiş bir ədəd dəmir ling, həmin tualetin yanında yerdən aşkar edilmiş bir ədəd gödəkcə və bir cüt əlcəyin iş üzrə cinayət hadisəsini törədərkən istifadə etdiyi predmetlər olduğunu göstərmişdir. - 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi barədə protokola əlavə edilmiş videogörüntülərdən, həmçinin görünür ki, sonuncu müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadəsində göstərdiyi hallarla bağlı hadisə yerinin sxemini könüllü şəkildə iki ədəd vərəqdə şəxsən icra etmiş və həmin sxemləri imzası ilə təsdiq etmişdir. Buna görə də həmin sxemlər onun dindirilməsi barədə protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X16 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki,: - arvadı X14 (bundan sonra – Aidə) və oğlu Samir (bundan sonra - Samir) ilə birlikdə Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən, özünə məxsus evdə yaşamışlar. Aidənin onunla və Samirlə münasibətləri həmişə yaxşı olmuşdur. Samir 03 sentyabr 2020-ci il tarixdə saat 21:00-dan 04 sentyabr 2020-ci il tarixə saat 09:00-dək feldşer işlədiyi Masallı Rayon Mərkəzi Xəstəxanasında növbədə olmuş, iş yerinə ona məxsus avtomobillə getmişdir. O, 04 sentyabr 2020-ci il tarixdə saat 08 radələrində Aidəyə Samirə evə gəldikdən sonra avtomobilini onun iş yerinə gətirməsini deməyi tapşırıb direktoru olduğu, Masallı rayonu, Hüseynhacılı kənd tam orta məktəbinə piyada getmiş, Aidə evdə tək qalmışdır. Saat 10 radələrində Samir idarə etdiyi, ona məxsus avtomobillə direktoru məktəbə gəlmiş, Samirə gözləməsini, işini qurtardıqdan sonra onunla birlikdə evə getməsini desə də, Samir ona yuyunduğu və yatmaq istədiyinə görə evə tez getmək istədiyini deyib avtomobilin açarını vermiş, yaşadıqları evə qayıtmaq üçün piyada getmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra Samir ona zəng edib “Anam ölür” demişdir. Buna görə də dərhal avtomobilini sürətlə idarə edib yaşadığı evə getmiş, Aidənin evin birinci mərtəbəsindəki giriş otağında, giriş qapısının yanındakı döşəməyə üzəri qana bulaşmış vəziyyətdə uzadıldığını, döşəmənin də qana bulaşdığını, Samirin qışqırıb ağladığını görmüşdür. Sonuncu ona təcili yardıma və həkim yoldaşlarına zəng edib kömək istədiyini demişdir. O, Samir və sonradan gəlmiş qızı Günay Aidədən nə baş verdiyini soruşsalar da, sonuncu xırıldamış, ağzını açıbyummuş, ancaq danışa bilməmişdir. Təxminən yarım saat sonra yaşadığı evin həyətinə təcili yardım avtomobili ilə gəlmiş həkim müayinə etdikdən sonra Aidənin öldüyünü demişdir. - Təqsirləndirilən şəxs (bundan sonra – Şəhriyar) tanıyır. İş üzrə cinayət hadisəsinin baş verməsindən təxminən iki həftə əvvəl sonuncuya Masallı şəhərində yerləşən avtomobil təmiri sexində avtomobilini təmir etdirdiyinə görə gözü qarşısında cibindən çıxardığı cəmi 600-700 manat məbləğində puldan 15 manat vermişdir. Bundan əlavə, həmin gün avtomobilinin xarab olmuş detalının təzəsini mağazadan alarkən yanında olmuş Şəhriyar onun cibindən çıxardığı həmin pulları təkrar görmüşdür. - İş üzrə cinayət hadisəsinin baş verməsindən əvvəl Şəhriyar onun yaşadığı evə və həyətinə gəlməmişdir. Həmin hadisənin baş verdiyi vaxt yaşadığı evin həyətinə girişdən sol tərəfdə olmuş, buna görə də yalnız həyətə daxil olduqdan sonra görünmüş gül kollarını təxminən bir il sonra quruduğuna görə kökündən çıxarıb atmışdır. İş üzrə hadisədən əvvəl yaşadığı evə taxta materialdan olan giriş qapısının kilidi bağlanarkən kilidin dili qapının çərçivəsinə bərkidilmiş oyuğa tam girmədiyinə görə qapının kilidi ilişmiş, qapı çətinliklə açılmışdır. Şəhriyarla barışmır, sonuncuya qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında X16 mülki iddianın təmin edilməsi və Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verməsinədək Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən, atası X11 (bundan sonra - atası) məxsus evdə atası və anası X14 (bundan sonra – anası) ilə birlikdə yaşamışlar. Atası və onun anası ilə münasibətləri həmişə yaxşı olmuşdur. 03 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində atasına məxsus avtomobillə feldşer işlədiyi Masallı Rayon Mərkəzi Xəstəxanasına işə getmiş, 04 sentyabr 2020-ci il tarixə saat 09:30-a kimi orada növbədə olmuş, saat 10 radələrində idarə etdiyi avtomobili yaşadıqları evin darvazanın qarşısında saxlayıb siqnal versə də, anası darvazanı açmamışdır. Buna görə də avtomobildən düşüb darvazanı açmış, avtomobili həyətə sürmüşdür. Evə daxil olanda anasının mətbəxdə səhər yeməyi yediyini görmüşdür. O, həyətdəki hamamda çimdikdən sonra yaşadığı evə qayıtmış və səhər yeməyini yemişdir. Anası ona avtomobili məktəbdə olan atasına verməli olduğunu dediyinə görə dərhal sonra idarə etdiyi avtomobillə atasının iş yeri olan Masallı rayonu, Hüseynhacılı kənd tam orta məktəbinə gedib atası ilə görüşmüşdür. Sonuncu ona gözləməsini, işini qurtardıqdan sonra onunla birlikdə evə getməsini desə də, atasına yuyunduğu və yatmaq istədiyinə görə evə tez getmək istədiyini deyib avtomobilin açarını vermiş, yaşadıqları evə qayıtmaq üçün getmişdir. Təxminən 15-20 dəqiqə sonra yaşadığı evin yerləşdiyi küçəyə çatmışdır. Saat 11 radələrində həmin küçənin tinində əvvəllər həmkəndlisi kimi tanıdığı Təqsirləndirilən şəxs ilə qarşılaşıb salamlaşmışlar. Həmin yerlə yaşadığı ev arasındakı məsafə 10-15 metrdir. Yaşadığı evə taxta materialdan olan giriş qapısını açmaq üçün bir neçə dəfə itələsə də, qapını aça bilmədiyinə görə anasının mobil nömrəsinə zəng etmiş, mobil telefonunu qulağına tutub evin arxa tərəfinə keçəndə anasının mobil telefonu zəng çalsa da, cavab vermədiyini görmüşdür. Bundan sonra evə taxta materialdan olan giriş qapısına ayağı ilə zərbə vurmuş, qapı açılanda qapıdan iki metr məsafə aralıda anasının üzüstə döşəməyə uzandığı, xırıldadığı, başı və ağzından qan axdığını görmüşdür. Anasının başından tutub nə baş verdiyini soruşanda anası ona cavab verməmiş, anasının kəllə sümüyünün sındığını görmüşdür. Ətrafa baxanda həmin otaqdakı şkafın qapılarının açıq olduğu və içərisindəki paltarların döşəməyə töküldüyünü görmüşdür. Anasını arxası üstə çevirdikdən dərhal sonra atasının mobil nömrəsinə zəng edib sonuncuya “Anam ölür” demişdir. Bundan sonra “103” və “113” xidmətlərinə, bəzi yaxın şəxslərə zəng etməklə, yaxınlıqda yaşayan bacısı X12 yaşadığı evin yaxınlığına getməklə hadisə barədə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra atası və bacısı Günay yaşadıqları evə gəlmiş, o, atası və sonradan gəlmiş Günay anasından nə baş verdiyini soruşsalar da, sonuncu xırıldamış, ağzını açıb-yummuş, ancaq danışa bilməmişdir. Təxminən yarım saat sonra yaşadıqları evin həyətinə təcili yardım avtomobili ilə gəlmiş həkim müayinə etdikdən sonra anasının öldüyünü demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, eləcə də Şahid1 ilə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində onunla bağlı göstərdiyi müvafiq hallar barədə eyni məzmunda bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra – Şəhriyar) 09 avqust 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək ona məxsus, Masallı şəhəri, Digah küçəsində yerləşən avtomobil təmiri sexində dəmirçi işləmişdir. Şəhriyarın ona və bir neçə nəfər şəxsə pul borcu olmuşdur. 2020-ci ilin sentyabr ayının əvvəllərində, X6 öldürülməsindən ibarət cinayət hadisəsinin baş verməsindən sonrakı dəqiq xatırlamadığı gün saat 08-09 radələrində həmin sexində Şəhriyarın işlədiyi qaraja daxil olanda köhnə avtomobilə məxsus arxa oturacağın yerdə olduğunu görüb gecə onun üzərində kiminsə yatdığını hiss etmişdir. Sexdə olan işçilər ona Şəhriyarın iki gündür ki, gecələr orada yatdığını dediklərinə görə o, avtomobilini təmir etdirmək üçün gəlmiş Şahid3 yanında Şəhriyara “burada it də yatmaz, sən niyə burada yatırsan? Evin yoxdur?” demiş, Şəhriyar cavabında işi çox olduğuna görə gecə orada qaldığını demişdir. Sonuncudan sağ göz qapağı və burun nahiyəsində olan xəsarətlərin üzərini yara bandı ilə bağladığını gördüyünə görə kim tərəfindən döyüldüyünü soruşmuş, Şəhriyar cavabında həmin xəsarətləri Xaləddin adlı əmisi oğlunun idarə etdiyi üç təkərli motosikletdə meşə yolu ilə yaşadığı kəndə gedərkən motosikletin aşması və yerə yıxılması nəticəsində aldığını demişdir. Şəhriyara “sexdə yatma, bura iş yeridi, yatmaq üçün deyil” demiş, Şəhriyar cavabında sifətinin pis vəziyyətdə olmasına görə ailə üzvlərindən utandığı üçün yaşadığı evə gedə bilmədiyini demişdir. Aidə Şəmmədovanın öldürülməsindən ibarət cinayət hadisəsinin baş verməsindən sonra sexində əvvəllər olmuş uzun dəmir lingin yerində olduğu, baş tərəfi kəsik və əyri olmuş qısa dəmir lingin isə yerində olmadığını görmüşdür. Həmin qısa dəmir lingi 29 yanvar 2022-ci il tarixdə müstəntiq tərəfindən ona bir neçə ədəd dəmir linglər arasında tanınmaya təqdim edilərkən əlamətlərinə görə tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, eləcə də Şahid2 ilə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində onunla bağlı göstərdiyi müvafiq hallar barədə eyni məzmunda bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, avtomobilini 2020-ci ilin avqust ayının təxminən sonlarından Təqsirləndirilən şəxs (bundan sonra – Şəhriyar) hissə-hissə təmir etdirdiyinə görə 04 sentyabr 2020-ci il tarixdə avtomobilinin təmirini tamamlaması üçün sonuncuya zəng etsə də, mobil telefonu sönmüşdür. Saat 11 radələrində Şəhriyar ona zəng etmiş, ondan avtomobilinin təmirini davam etməsi üçün avtomobili ilə gəlib yaşadığı kənddən götürməsini və işlədiyi sexə aparmasını xahiş etmişdir. Razılaşmalarına əsasən təxminən bir saat sonra Şəhriyarı Masallı şəhərində yerləşən “Moskva” kafesinin yaxınlığında avtomobilinə götürüb Masallı şəhərində işlədiyi, Vazeh Kərimova məxsus avtomobil təmiri sexinə aparmışdır. Həmin vaxt sonuncunun əynində olmuş paltarlarda qan ləkəsi görməsə də, sağ göz qapağı və burun nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Şəhriyardan həmin xəsarətlərin yaranma səbəbini soruşmamışdır. Bunu sonuncunun həmin xəsarətləri avtomobil təmiri zamanı aldığını zənn etməsi ilə izah edir. Həmin gün Şəhriyar onun avtomobilində təmir işləri aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əri Təqsirləndirilən şəxs (bundan sonra – Şəhriyar) başqa qadınla münasibətdə olması səbəbindən onunla münasibətləri pozulduğuna görə 2020-ci ilin avqust ayından başlayaraq təxminən 15 gün evə gəlməmiş, 2020-ci il sentyabr ayının əvvəllərində evə gələndə ona həmin qadınla daha münasibət saxlamayacağına söz vermişdir. 11 oktyabr 2020-ci il tarixdə Şəhriyar işləmək üçün Bakı şəhərinə getdikdən bir neçə gün sonra onun telefon zənglərinə cavab verməmişdir. Pul borcunun olduğu şəxslər yaşadığı evə gəlib Şəhriyarı soruşanda sonuncunun Bakı şəhərində olduğu və onun da telefon zənglərinə cavab vermədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, təxminən 2013-cü ildə ailə üzvləri ilə Bakı şəhərinə köçənə kimi Masallı rayonu, Hüseynhacılı kəndində X11 məxsus evin qonşuluğunda yerləşən evdə yaşamışlar. X1 qəsdən öldürülməsindən bir neçə gün sonra Masallı RPŞ-nin Şahid7 adlı əməkdaşının dəvəti ilə yaşadığı evin həyətinə gəlib həyətə və oradakı tualetə baxarkən tualetin tavanını təşkil etmiş lambirin materialın bir az aşağı əyildiyini görmüşlər. Buna görə də sonuncu lambirini aralamış, bu zaman bir ədəd qara rəngli gödəkcə və ciblərində bir cüt əlcəyin olmasını aşkar etmişdir. Polis əməkdaşına həmin gödəkcə və əlcəklərin ona məxsus olmadığını, oraya o və ailə üzvləri tərəfindən qoyulmadığını, kim tərəfindən qoyulmasını bilmədiyini demişdir. Polis əməkdaşı həmin gödəkcə və əlcəkləri iş üzrə sübut əhəmiyyəti daşımadığını zənn edib həyətə atmışdır. 2022-ci ilin yanvar ayının sonlarında həmkəndlisi Təqsirləndirilən şəxs ifadəsi onun yaşadığı evin həyətində yoxlanılarkən Təqsirləndirilən şəxs ifadəsinə əsasən və onun razılığı ilə həyətindəki tualet söküldükdən sonra tualet anbarından ona məxsus olmamış bir ədəd nisbətən paslanmış dəmir ling çıxarılmışdır. Həmin vaxt onun bir ədəd dəmir lingi həyətində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nın əməliyyat müvəkkili Şahid7 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, eləcə də Şahid6 ilə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 04 sentyabr 2020-ci il tarixdə X6 qəsdən öldürməsindən sonra həmin cinayət əməlini törətmiş şəxs müəyyən olunmadığına, cinayətin aləti tapılmadığına və müvafiq ərazi üzrə əməliyyat müvəkkili olduğuna görə iş üzrə əməliyyat-axtarış tədbirlərini davam etdirmiş, cinayət hadisəsindən bir neçə gün sonra Aidə Şəmmədovanın yaşadığı evin qonşuluğunda yerləşən, faktiki yaşayış olmamış evin həyətinə onun dəvəti ilə gəlmiş, əvvəllər orada yaşamış Şahid6 ilə baxmışdır. Bu zaman həyətdəki tualetin tavanını təşkil etmiş lambirin materialın altından aşkar etdiyi bir ədəd gödəkcə və bir cüt əlcəyi əvvəllər evin təmir işlərini görmüş fəhlələrə məxsus olmasını ehtimal etdiyinə görə iş üzrə sübut əhəmiyyəti daşımadığını zənn edib həyətə atmışdır. İş üzrə cinayət hadisəsinin baş verməsindən sonra davam etdirdiyi əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs həmin hadisədə şübhəli olduğuna görə dəfələrlə Masallı RPŞ-yə dəvət edib izahatını almışdır. Hər dəfə sonuncuya həmin cinayət hadisəsini törətmədiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamağa başlamış, onun çağırışlarından yayınmışdır. Buna görə də Təqsirləndirilən şəxs Masallı rayonuna gəlməsini gözləmişdir. Sonuncunu iş üzrə istintaq zərurəti ilə əlaqədar 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhərində deyil, Masallı rayonunda anasının dəfn olunduğu qəbiristanlıqdan çıxarkən saxlayıb iş üzrə ibtidai istintaq aparmış müstəntiqə təhvil vermişdir. O, eləcə də hər hansı polis və prokurorluq əməkdaşı Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq etməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini törətdiyi barədə yazılı ərizə və etirafedici ifadələr vermişdir. Sonuncu videoçəkiliş aparılmaqla, müdafiəçisi və onun da iştirakı ilə ifadələrinin yerində yoxlanılması zamanı hər hansı şəxsin, o cümlədən onun və müstəntqin suflyorluğu və digər qanunsuz təsiri olmadan, könüllü şəkildə etirafedici ifadələr vermiş, cinayət əməlini törətməsi ilə bağlı bütün halları hadisə yerində və Şahid6 yaşadığı evin həyətində göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində, həmçinin ibtidai istintaq zamanı dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, doğma əmisi oğlu Təqsirləndirilən şəxs (bundan sonra – Şəhriyar) tüfeyli həyat tərzi keçirdiyinə görə sonuncu ilə münasibət saxlamamışdır. Lakin Şəhriyarla aralarında ədavət və düşmənçilik olmamışdır. İstifadəsində olmuş üç təkərli motosikleti iş üzrə cinayət hadisəsinin baş verməsindən bir neçə il əvvəl satmış, ümumiyyətlə Şəhriyarı həmin motosikletə götürməmişdir. Buna görə də sonuncu onun idarə etdiyi motosikletdən yıxılmamışdır. Şəhriyarın onun idarə etdiyi motosikletdə olarkən yıxılması və xəsarət alması barədə verdiyi ifadə yalandır. 2020-ci ilin iyul-oktyabr aylarında o, Bakı şəhərində, Şəhriyar isə Masallı rayonunda yaşamış, o, Şəhriyarla rastlaşmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə hadisə yeri Masallı rayonu, Hüseynhacılı kəndində X11 məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki giriş otağı olmuşdur. Evə giriş qaraj tərəfdə sol və sağda yerləşən iki ədəd qapılardandır. Qapılarından biri dəmir, digəri isə taxta materialdandır. Baxış zamanı zalın döşəməsində X6 meyitinin olduğu, onun baş nahiyəsindən qan axdığı, zalın girişində yerləşən şkafdakı paltarların dağınıq vəziyyətdə olduğu, zalda sağ tərəfdə yerləşən birinci pəncərənin pərdəsi, zalda yataq otağına açılan qapının yan tərəfindəki divar və tavanın elektrik lampasın ətrafında qanabənzər ləkələr, sol tərəfdə yerləşən birinci yataq otağında üzərində qanabənzər ləkələr olan bir ədəd yaylıq və zaldakı pəncərənin yanında, döşəmə üzərində “broşka” qırığının olduğu, evə giriş qapısı ilə üzbəüz olan pəncərənin açıq və həmin pəncərəyə vurulmuş torun yerə qoyulmuş vəziyyətdə olduğu, həyətdəki təndirxananın yerində üzərində qanabənzər ləkələr olan dəsmal, tövlədəki plastik vedrənin içərisində qanabənzər maye və içərisində dəsmal olduğu aşkar edilmiş, üzərilərində qanabənzər ləkələr olduğu göstərilmiş daşınar predmetlər və səthlərdən pambıq tamponlara hopdurulmuş nümunələr, o cümlədən üzərində qanabənzər ləkələr aşkar edilmiş iki ədəd protez dişlər, Aidə Şəmmədovanın sağ və sol dırnaq kəsintiləri, sağ əlində olmuş tük nümunələri, müxtəlif yerlərdən əl-barmaq izləri qablaşdırılıb götürülmüşdür. Baxışda iştirak etmiş X16 evin ikinci mərtəbəsində sol tərəfdəki otaqdan götürdüyü çamadanda, arvadı Aidə Şəmmədovaya məxsus olmuş qızıl-zinyət əşyaları və cəmi 3500 manat məbləğində pulu təqdim etmişdir (İ cild, səh. 4-27). - “Meyitə baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X6 meyitinin xarici müayinəsi keçirilərkən meyitin üzərində məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 27 nömrəli rəyində göstərilmiş xarici müayinəyə aid xəsarətlər aşkar edilmiş, hadisə zamanı sonuncunun əynində olmuş paltarlar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 30-39). - “Mobil telefona baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokolda göstərilmişdir ki, X6 istifadəsində olmuş “Samsung” markalı mobil telefona baxış keçirilərkən həmin telefonda aktiv olmuş ***-***-**-** mobil nömrəyə 04 sentyabr 2020-ci il tarixdə saat 10:50-də sonuncunun oğlu Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən zəng daxil olduğu, lakin zəngə cavab verilmədiyi, Aidə Şəmmədovanın sonuncu dəfə “WhatsApp” proqramı vasitəsilə 04 sentyabr 2020-ci il tarixdə saat 09:20 və 09:35-də “Zülü” adı ilə qeyd etdiyi bacısına səsli mesaj göndərdiyi, Həmin səslərdən X21 Federasiyasında yaşayan Zülfiyyə adlı bacısı ilə qohumları haqqında söhbət etdiyi, birinci danışığın sonunda Aidə Şəmmədovanın evinə kiminsə gəlib onu çağırdığı, Aidə Şəmmədovanın onu çağıran şəxsə “gəldim, gəldim” deyib danışığını yekunlaşdırdığı, sonra Zülfiyyəyə ikinci dəfə səs göndərdiyi, həmin səsdə onu çağıran şəxsin şəxsiyyəti barədə məlumat vermədiyi müəyyən edilmişdir. (İ cild, səh. 60). - “Mobil telefona baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli digər protokolda göstərilmişdir ki, Şahid1 istifadəsində olmuş “Red Mi S-2” markalı mobil telefona baxış keçirilərkən həmin telefonda aktiv olmuş ***-***-**-** mobil nömrədən 04 sentyabr 2020-ci il tarixdə saat 10:50-də anası X6 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edildiyi, lakin sonuncu tərəfindən zəngə cavab verilmədiyi, saat 10:50-də atası X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə, saat 10:54-də “103” xidmətinə, saat 10:56da “113” xidmətinə və bundan sonra bir neçə mobil nömrələrə zənglər edilib danışıqlar aparıldığı müəyyən edilmişdir (İ cild, səh. 58, 59). - “Baxış keçirilməsi haqqında” 14 dekabr 2020-ci il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və iş dəftərinin müvafiq vərəqlərinin surətlərindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək köhnə Ələt-Astara avtomobil yolunun Masallı şəhəri, Digah küçəsində keçən hissəsində yerləşən, Şahid2 məxsus avtomobil təmiri sexində dəmirçi işlədiyi müəyyən edilmişdir (İ cild, səh. 216-222). - “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 08 yanvar 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs həmin ifadəsində 04 sentyabr 2020-ci il tarixdə Şahid1 ilə yaşadığı evin küçəsində salamlaşdığı və Şahid3 onu köhnə Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Moskva” kafesinin yaxınlığında öz avtomobilinə götürdüyünü bildirdiyi yerləri yerində göstərmişdir (V cild, səh. 19-23). - “İstintaq eksperimentinin keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, istintaq eksperimenti zamanı X7 yaşadığı evə giriş qapısının açılıb-örtülərkən qapının kilidinin qapının çərçivəsinə ilişib-ilişməməsi, qapının normal açılıb-örtülməsi yoxlanılmış, qapının açılıb-örtülən zaman bir dəfə rahat açılmadığı, kilidin dilinin kilidin oyuğuna ilişdiyi, kilidin evin içərisindən bir neçə dəfə bağlanması zamanı “zadvişkası”nın yarıya qədər rahat burulduğu, yarıdan sonra isə kilidin tam bağlanması üçün “zadşivka”nın bərk sıxılmalı olduğu müəyyən edilmişdir (Vİ vild, səh. 210, 211). - "xxxx" MMC-nin 15 noyabr 2021-ci il tarixli, 23442 nömrəli və 25 noyabr 2021-ci il tarixli, 24612 nömrəli məktubları ilə iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 15 fevral 2022-ci il tarixli protokolda göstərilmişdir ki, ***-***-**-** mobil nömrəyə 03 sentyabr 2020-ci il tarixdə sonuncu zəng saat 22:43-də olmuş, Təqsirləndirilən şəxs 04 sentyabr 2020-ci il tarixdə saat 10:54-də mobil telefonunu aktiv etdikdən sonra həmin mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib danışıq aparmış, saat 11:51-də sonuncu Təqsirləndirilən şəxs zəng edib danışıq aparmışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 10:58 və 12:36-da X19 istifadəsində olan ***-***-**-** mobil nömrədən oğlu Təqsirləndirilən şəxs zəng edib danışıqlar aparmışdır. Həmin telefon danışıqları zamanı 04 sentyabr 2020-ci il tarixdə saat 10:54-də Təqsirləndirilən şəxs “Masalli r-nu, Yeddioymaq” (Masallı rayonu, Hüseynhacılı kəndi), Şahid3 Masallı şəhəri, saat 11:51-də Təqsirləndirilən şəxs Masallı rayonu, Öncəqala kəndi, Şahid3 Masallı şəhəri, saat 10:58-də Təqsirləndirilən şəxs və atası X24 rayonu, Hüseynhacılı kəndi, saat 12:36-da sonuncu Masallı rayonu, Hüseynhacılı kəndi, Təqsirləndirilən şəxs isə Masallı şəhəri ərazisindəki anten dairələrində olmuşlar (Vİ cild, səh. 265, 266, 277, 278, Vİİ cild, səh. 156, 157). - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 29 yanvar 2022-ci il tarixli protokol, ona əlavə edilmiş videogörüntü və fotocədvəllərdən görünür ki, həmin istintaq hərəkətinin aparılması zamanı Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini törətdiyi gün X6 yaşadığı evin həyətinə daxil olduqdan sonra, ifadəsinin yerində yoxlanılması zamanı mövcud olmasa da, girişdən sol tərəfdə göstərdiyi yerdə gül kollarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Aidə Şəmmədovaya zərbələr vurarkən istifadə etdiyi və cinayət hadisəsindən sonra Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən, X4 məxsus evin həyətyanı sahəsindəki tualetin anbarına atmasını bildirdiyi bir ədəd dəmir ling həmin tualet anbarından, iş üzrə cinayət hadisəsini törədərkən əynində olduğu və cinayət hadisəsindən sonra göstərilən tualetin tavanını təşkil etmiş lambrin materialın altında gizlətdiyini bildirdiyi bir ədəd gödəkcə və bir cüt əlcək həmin tualetin yanında yerdə aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 58-78). - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi X4 məxsus evin həyətyanı sahəsində yoxlanılarkən orada yerləşən tualet anbarından aşkar edilmiş və “2” rəqəmi ilə nömrələnmiş bir ədəd dəmir ling digər dörd ədəd dəmir linglərlə birlikdə, qabaqcadan şahid qismində dindirilərkən onun əlamətlərini bildirmiş Şahid2 tanınmaya təqdim edilərkən sonuncu “2” rəqəmi ilə nömrələnmiş dəmir lingin ona məxsus olduğunu, Masallı şəhərində yerləşən, əvvəllər Təqsirləndirilən şəxs dəmirçi işlədiyi, özünə məxsus avtomobil təmiri sexində olduğunu göstərmişdir (Vİİ cild, səh. 83-86). - “Tədqiqat üçün nümunələrin götürülməsi barədə” 31 yanvar 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qan və ağız suyu nümunələri qablaşdırılıb götürülmüşdür (Vİİ cild, səh. 115). - Məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 27 nömrəli rəyində göstərilmişdir ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş açıq kəlləbeyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi, baş beyin toxuması və qişalarına qansızma, başın sağ gicgah və təpə nahiyəsinin əzilmiş yaralarından (cəmi dörd ədəd) ibarət xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol göz nahiyəsinin şişkinləşməsi və qançırından ibarət xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, boynun sıyrığı, burun, üst dodaq, boyun, sağ və sol bazu, sağ və sol bud, sol əlin arxa hissəsində qançırlardan ibarət xəsarətlərin isə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilmir. Sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər qabırğası olan dəmir əşyanın (əşyaların), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən, ümumilikdə isə onun ölümündən bir qədər əvvəl törənmişdir. X6 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxuması və qişalarına qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başladığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir (İ cild, səh. 125-130). - Məhkəmə-tibbi kriminalistik ekspertizasının 18 mart 2022-ci il tarixli, 139/2022-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, X6 meyiti üzərindən aşkar olunan xəsarətlərdən - açıq kəllə-beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beyin əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, başın sağ gicgah və təpə nahiyəsinin əzilmiş yaraları (cəmi dörd ədəd) dəmirdən düzəldilmiş bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, həmçinin ekspertizaya təqdim olunan dəmir lingin təsirindən törənməsi istisna olunmur. X6 meyitinin üzərindən aşkar olunan digər xəsarətlər - boyun sıyrığı, sol göz nahiyəsinin, burnun, üst dodağın, boynun, sağ və sol bazu, sağ və sol bud və sol əlin arxa hissəsindəki qançırların hər hansı məhdud səthə malik küt əşyanın (əşyaların) təsirindən, həmçinin yumruq və təpiklə vurulma nəticəsində yaranması istisna olunmur (Vİİİ cild, səh. 31-33). - Məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 68 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı alın nahiyəsində aşkar edilmiş çapıq əzilmiş səthi yaranın sağaldıqdan sonrakı izi olub bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti müayindən 1-1,5 il əvvələ uyğun gəlir, 04 sentyabr 2020-ci il tarixdə törənməsi inkar olunmur, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur (Vİİİ cild, səh. 26, 27). - Məhkəmə-trasoloji ekspertizasının 16 oktyabr 2020-ci il tarixli, 3/1134 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X10 məxsus ...” olduğu göstərilmiş bağlamadakı hər biri bir ədəd olan don, karset, büstqalter və alt tumanın səthində zədə yoxdur (İV cild, səh. 146, 147). - Məhkəmə-bioloji ekspertizasının 10 dekabr 2020-ci il tarixli, 708/2020-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X6 ABO sistemi üzrə qrup göstəricisi Abeta(H)İİ-dir. Ekspertizaya təqdim edilmiş, sonuncuya məxsus büstqalter, don, karset və alt tuman, hadisə yerindən götürülmüş iki ədəd dəsmal və bir ədəd pərdə, hadisə yerində pambıq topasına hopdurulmuş ləkələr üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistem üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta(H)İİ qruplu şəxs, o cümlədən Aidə Şəmmədovaya məxsus ola bilər (İV cild, səh. 231-239). - Kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 3/180-3/190 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir – lingdir (lom), soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkcənin müxtəlif hissələrində intensiv qaydada material çatışmazlıqları, çoxsaylı cırılma, didilmə, çürümə və sair izləri (zədələri) vardır. Tədqiqata təqdim edilmiş gödəkcənin materialı uzun müddət nəmişlik və çirkli şəraitdə saxlanma (qalma) nəticəsində çürüməyə məruz qalmışdır. Üzərindəki zədələr tədqiqat aparmaq üçün toxunularkən zədə ətrafındakı material asanlıqla qopur, ovularaq tökülür. Həmin gödəkcənin səthində olan zədələri mikroskop altına qoyaraq tədqiq etmək, zədələrin xarakteri, yaranma mexanizmi və sair zəruri məlumatları müəyyən etmək, həmçinin zədələrin hansı təsirdən yarandığını dəqiq müəyyənləşdirmək mümkün deyildir. Rəyin tədqiq hissəsində daha ətraflı göstərilən səbəblərdən təqdim edilmiş bir ədəd gödəkcənin üzərində olan zədələr trasoloji tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir cüt əlcəyin üzərində zədə yoxdur (Vİİ cild, səh. 193, 194). - Kompleks məhkəmə-lifli materialların və metalın tədqiqi ekspertizasının 04 mart 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X14 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd gödəkcə və bir cüt əlcəyin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Aidə Şəmmədovaya məxsus olan geyim əşyalarının tərkib liflərindən yoxdur. Aidə Şəmmədovaya məxsus olan geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd gödəkcə və bir cüt əlcəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş 107 sm. uzunluqlu bir ədəd metal ling dəmir əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkçə və bir cüt əlcəyin üzərində dəmir birləşmələrinə məxsus izlər aşkar edildi. Lakin aşkar edilmiş dəmir mikrohissciklərin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin təqdim olunmuş lingdən və ya digər dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün deyildir (Vİİ cild, səh. 198, 199). - Məhkəmə-genetik ekspertizasının 06 oktyabr 2020-ci il tarixli, 20/507R nömrəli rəyində göstərilmişdir ki, hadisə yerindən götürülmüş bir ədəd parça kəsiyi, iki ədəd protez dişlər, bir ədəd qadın yaylığı və otağın tavanından üç ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. Göstərilən parça kəsiyi, qadın yaylığı və protez dişlər üzərində olan qan nümunələri X10 məxsusdur. Üç ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qan nümunələrinin tərkibində müqayisəli molekulyargenetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir. X2 və sol dırnaq kəsintiləri altında bioloji mənşəli material (epitel hüceyrələri) aşkar edildi və müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində həmin bioloji mənşəli materialın X10 məxsus olduğu müəyyən edildi. Sonuncunun sağ əlindən götürülmüş üç ədəd tük nümunələri özünə məxsusdur (V cild, səh. 128-141). - Məhkəmə-genetik ekspertizasının 17 mart 2022-ci il tarixli, 22/247R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd dəsmal, hadisə zamanı X6 əynində olmuş, hər biri bir ədəd olan karset, don və büstqalterdən götürülmüş tədqiqat nümunələrində insan qanı olduğu müəyyən olundu. Hadisə zamanı Aidə Şəmmədovanın əynində olmuş həmin geyim əşyaları və tədqiqata təqdim edilmiş bir ədəd dəsmal üzərində olan qan nümunləri sonuncuya məxsusdur. Tədqiqata təqdim edilmiş bir ədəd dəmir ling, hadisə zamanı Aidə Şəmmədovanın əynində olmuş bir ədəd alt tuman, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə və bir cüt əlcəkdən götürülmüş tədqiqat nümunələrində insan qanı üçün spesifik hemoqlobin zülalı aşkar edilmədi. Bir ədəd dəmir ling, hadisə zamanı Aidə Şəmmədovanın əynində olmuş bir ədəd alt tuman, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd bir ədəd gödəkcə və bir cüt əlcəkdən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün kifayət qədər deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (Vİİİ cild, səh. 43-48). - Məhkəmə-daktiloskopik ekspertizasının 16 mart 2022-ci il tarixli, 22/238 R nömrəli rəyində göstərilmişdir ki, iş üzrə hadisə yerindəki otağın giriş qapısı ilə üzbəüz divarda olan pəncərə və onun torundan götürülmüş doqquz ədəd əl-barmaq və iki ədəd ovuc izləri ilə DİN-in KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir (Vİİİ cild, səh. 51, 52). - Kompleks məhkəmə-psixoloji, ambulator psixiatrik və məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 571 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) ittiham edildiyi əməlin törədildiyi dövrdə və hazırda hər hansı xroniki psixi xəstəlik keçirməmiş, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, ittiham edildiyi əməli törədərkən (X8 öldürərkən) psixi-emosional vəziyyətində impulsivlik, aqressiya yaranmış, həmin halın yaranması psixoloji motivi (rüsvay olmamaq, biabırçılıqdan qurtulmaq, cinayət məsuliyyətinə cəlb edilməkdən yayınmaq, cinayət əməlini gizlətmək) ilə şərtləşmişdir. Onun psixi-emosional vəziyyətində yaranmış impulsivlik, aqressiya halı Aidə Şəmmədova ilə aralarında yaranmış mübahisə nəticəsində deyil, psixoloji motivi əsasında əmələ gəlmişdir. O, cinayət əməlini törədərkən affekt (fizioloji və ya kumulyativ) vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq, hadisə zamanı öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. Onda narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur (Vİİİ cild, səh. 36-40). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində ibtidai istintaq zamanı 29 və 30 yanvar 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən etirafedici məzmunda ifadələri 29 yanvar 2022-ci il tarixdə Masallı RPŞ-nin əməliyyat müvəkkili Şahid7 tərəfindən ona zor tətbiq edilməsi səbəbindən məcburiyyət qarşısında qalıb, eləcə də Şahid7 və iş üzrə ibtidai istintaq aparmış müstəntiq Aqil Axundovun suflyorluğu ilə verdiyi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər Təqsirləndirilən şəxs: - 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması, eləcə də 30 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması barədə protokollar və onlara əlavə edilmiş videoçəkilişlər əsasında həmin ifadələrində müdafiəçisinin iştirakı ilə, hər hansı şəxsin, o cümlədən Masallı RPŞ-nin əməliyyat müvəkkili Şahid7 və iş üzrə ibtidai istintaq aparmış müstəntiq Aqil Axundovun hər hansı qanunsuz təsiri və ya suflyorluğu olmadan, xüsusilə də özünün bütün ifadələrində göstərdiyi və cinayət işi materiallarında olan digər şəxslərin ifadələri ilə müəyyən edildiyi kimi, iş üzrə cinayət hadisəsinin baş verməsindən əvvəl X7 yaşadığı ev və onun həyətində olmadığı halda, cinayət hadisəsinin baş verdiyi vaxt mövcud olmuş həmin ev və həyətinin quruluşu, oradakı əşyaların yerləşməsi, yalnız həyətə daxil olduqdan sonra görünməsi mümkün olmuş, girişdən sol tərəfdə yerləşmiş gül kolları, evin həyətinə oğurluq məqsədilə daxil olmasından sonra cinayətkar niyyətini ev sakini Şahid1 idarə etdiyi avtomobillə həyətə daxil olmasından həmin avtomobilini idarə edib oradan getməsinədək təxirə salması, həmçinin iş üzrə cinayət hadisəsini törətmək üçün istifadə edəcəyi bir ədəd gödəkcə, bir cüt əlcək və bir ədəd dəmir lingi qabaqcadan X4 məxsus, yaşayış olmamış evin həyətində gizlətməsi, oğurluq cinayətini törətməyə cəhd etməsi, orada qarşısına çıxmış ev sakini X8 öldürməsi zamanı etdiyi hərəkətlər, hadisə yerindən çıxıb Tehran Allahyarova məxsus evin həyətinə keçmək üçün daş hasara dırmaşarkən ayağının sürüşüb yerə yıxılması nəticəsində alın, sağ göz qapağı və burun nahiyəsində sıyrıq xəsarətləri alması, bir ədəd gödəkcə, bir cüt əlcək və bir ədəd dəmir lingi Tehran Allahyarova məxsus evin həyətindəki tualetdə gizlətməsi, həmin həyətdən çıxdıqdan sonra etdiyi hərəkətlər barədə cinayət işi materiallarında olan digər sübut növləri ilə tamamilə təsdiq edilən işin faktiki hallarını, - məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata 30 yanvar 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsində baxılarkən ona iş üzrə etirafedici məzmunda ifadə verməsi ilə bağlı təsir və ya diktə edilmədiyi şəraitdə, müdafiəçisinin iştirakı ilə etirafedici məzmunda ifadə verməsi, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilməsi və törətdiyi əməllərdən səmimi peşiman olduğunu və - məhkəmə istintaqı zamanı ifadəsində Şahid7 tərəfindən ondan 29 yanvar 2022-ci il tarixdən əvvəl dəfələrlə Masallı RPŞ-də izahat alınarkən hər hansı qanunsuz hərəkət edilmədiyi, sonuncu tərəfindən ona işgəncə verildiyi barədə müdafiəçisinə və hər hansı dövlət orqanına, eləcə də həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi və tibb xidmətinin əməkdaşlarına şikayət etmədiyi, Bakı istintaq təcridxanasında ilk dəfə tibbi müayinə edilərkən bədəni üzərində hər hansı xəsarətin aşkar edilmədiyini göstərməsi, - 29 yanvar 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən etirafedici məzmunda verdiyi ifadəsində göstərdiyi hallarla bağlı hadisə yerinin sxemini könüllü şəkildə iki ədəd vərəqdə şəxsən icra etməsi və imzalaması, - Şahid7 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsi, - məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 68 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı yalnız alın nahiyəsində törənmə müddətinin müayindən 1-1,5 il əvvələ uyğun gələn çapıq aşkar edilməsi, yeni xəsarət və ya obyektiv izinin aşkar edilməməsinin göstərilməsi, - Masallı rayon prokurorluğunda araşdırılması aparılmış 133C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərarla Masallı RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi ilə tam təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 68 nömrəli rəyinə əsasən alın nahiyəsində aşkar edilmiş çapığı, eləcə də 04 sentyabr 2020-ci il tarixdə sağ göz qapağı və burun nahiyəsində olmuş xəsarətləri iş üzrə cinayət hadisəsini törətdikdən sonra X4 məxsus evin həyətinə keçmək üçün hasara dırmaşarkən ayağının sürüşüb yerə yıxılması nəticəsində deyil, 2020-ci ilin avqust ayının sonlarında əmisi oğlu Şahid8 idarə etdiyi üç təkərli motosikletin arxa tərəfində oturub meşə yolu ilə gedərkən motosikletin təkərinin kötüyün üzərindən keçməsi zamanı yerə yıxılması nəticəsində alması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil özünün ibtidai istintaq zamanı 29 və 30 yanvar 2022ci il tarixlərdə verdiyi etirafedici ifadələri ilə yanaşı, 28 yanvar 2022-ci il tarixdə şahid qismində Şahid8 ilə üzləşdirmə zamanı verdiyi ifadəsində əvvəlki ifadələrində 2020-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 və Şahid3 onun sağ göz qapağı və burun nahiyəsində gördükləri xəsarətlərin yaranma səbəbi barədə yalan dediyini, həmin xəsarətləri Şahid8 idarə etdiyi motosikletdən yıxılarkən deyil, 2020-ci ilin avqust ayının sonlarında saat 23 radələrində Masallı rayonu, Hüseynhacılı kəndinin girişində yerləşən körpüdən piyada keçərkən yıxılması nəticəsində aldığını göstərməsi, Şahid8, Şahid2 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrlə tam təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.s Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması, eləcə də 30 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması zamanı verdiyi ifadələri müdafiəçisinin iştirakı ilə, hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə ziddiyyət təşkil edən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.6 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini anlaqlı vəziyyətdə törətməsi özünün ibtidai istintaq zamanı 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması, eləcə də 30 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi və ifadəsinin yerində yoxlanılması barədə protokollar, onlara əlavə edilmiş videoçəkilişlər, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin göstərilən etirafedici ifadələri ilə ziddiyyət təşkil etməyən və məhkəmə tərəfindən iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, X16, Şahid1, X17, Şahid2, Şahid3, Şahid6, Şahid7 və Şahid8 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, həmin ifadələrlə, eləcə də, cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokol, “Meyitə baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokol, “Mobil telefona baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokollar, "xxxx" MMCnin 15 noyabr 2021-ci il tarixli, 23442 nömrəli və 25 noyabr 2021-ci il tarixli, 24612 nömrəli məktubları ilə iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 15 fevral 2022-ci il tarixli protokol, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokol, “İstintaq eksperimentinin keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 27 nömrəli rəyi, məhkəmə-tibbi kriminalistik ekspertizasının 18 mart 2022-ci il tarixli, 139/2022-MTKŞ nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 68 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 10 dekabr 2020-ci il tarixli, 708/2020-MTBŞ nömrəli rəyi, məhkəmə-genetik ekspertizasının 06 oktyabr 2020-ci il tarixli, 20/507R nömrəli və 17 mart 2022-ci il tarixli, 22/247R nömrəli rəyləri, kompleks məhkəmə-psixoloji, ambulator psixiatrik və məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 571 nömrəli rəyi, iş üzrə maddi sübut qismində tanınmış predmetlər – cinayətin aləti olan bir ədəd ling, hadisə yerindən götürülmüş qanabənzər nümunələr, hər biri bir ədəd olan çəhrayı rəngli dəsmal, üzərində qan ləkələri olan dəsmal, pərdə, qadın yaylığı, protez diş, X10 məxsus olmuş, hər biri bir ədəd olan don, korset, busqalter, alt tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcə və bir cüt əlcək, yəni toplanmış sübutların məcmusu və onlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.2.6 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Masallı RİHB-nın Öncəqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamə, sosial müavinət və təqaüd barədə olan elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, evlidir, arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (Vİİİ cild, səh. 19, 20). - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (V cild, səh. 143). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, özünün İİ qrup əlil olması və əvvəllər məhkum olunmamasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xaraketrizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olması, özünün İİ qrup əlil olması və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, əməlində cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcələnin 120.2.6-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə, 29,177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, 66.3-cü maddəsinə əsasən qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruri və kifayətdir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2022-ci il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 30 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in: - 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. - 181.3.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin dəfninə çəkilmiş xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında sonuncunun ona və ailə üzvlərinə arvadı X8 qəsdən öldürməsi nəticəsində sonuncunun dəfninə çəkilmiş xərclər şəklində cəmi 8500,00 manat, Masallı rayonu, Hüseynhacılı kənd tam orta məktəbində müəllim işləməklə hər ay aldığı 1125,17 manat əmək haqqı və 6 uşaqlı ana kimi hər ay aldığı 297 manat pensiya məbləğlərini 19 ay ərzində ala bilməməsi səbəbindən əldən çıxmış fayda şəklində cəmi 27018,00 manat məbləğində maddi ziyan və mənəvi ziyan vurulduğunu göstərərək Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə ümumilikdə 35518,00 manat, mənəvi ziyana görə 30000,00 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 8500,00 manat, vurduğu mənəvi ziyana görə 10000,00 manat olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul tutulub X11 ödənilməli, Azərbaycan Respublikası CPM-in “Cinayət mühakimə icraatında mülki iddia” adlanan XİX fəslində mülki iddiaçıya törədilmiş cinayət əməli ilə bağlı əldən çıxmış fayda formasında ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmadığına görə X7 verdiyi mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi baxılmamış saxlanılmalı, mülki iddiaçı X11 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 587 (beş yüz səksən yeddi) manat 46 (qırx altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, cinayətin aləti olan bir ədəd ling, hadisə yerindən götürülmüş qanabənzər nümunələr, hər biri bir ədəd olan çəhrayı rəngli dəsmal, üzərində qan ləkələri olan dəsmal, pərdə, qadın yaylığı, protez diş, X10 məxsus olmuş, hər biri bir ədəd olan don, korset, busqalter, alt tuman, sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd gödəkcə və bir cüt əlcək məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.6 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 120.2.6-cı maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 8500,00 manat, vurduğu mənəvi ziyana görə 10000,00 manat olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul tutulub X11 ödənilsin. Mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi baxılmamış saxlanılsın. Mülki iddiaçı X16 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 587 (beş yüz səksən yeddi) manat 46 (qırx altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, cinayətin aləti olan bir ədəd ling, hadisə yerindən götürülmüş qanabənzər nümunələr, hər biri bir ədəd olan çəhrayı rəngli dəsmal, üzərində qan ləkələri olan dəsmal, pərdə, qadın yaylığı, protez diş, X10 məxsus olmuş, hər biri bir ədəd olan don, korset, busqalter, alt tuman, sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd gödəkcə və bir cüt əlcək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar