Məhkəmə qərarları › İş №1(099)-320/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-320/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-320/2024 22.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Sadıq qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Masallı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(050)- 113/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, qanunveriliclikdə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşamış, 14 noyabr 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(050)-121/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə olunan əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 13 noyabr 2023-cü il tarixdə spirtli içkilərin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində özünə məxsus fərdi yaşayış evindən götürdüyü soyuq silah heab edilməyən 1 (bir) ədəd göy rəngli plastik dəstəkli bıçaqla silahlanıb tanınmamaq üçün üzünü əvvəlcədən qəhvəyi rəngli kapron materialdan olan və qadın corabından hazırlanmış həmçinin ağ rəngli tibbi maskalarla gizlədib başında qara rəngli yun papaq, sağ əlində sarı-yaşıl rəngli əlcək olmaqla, həmin gün saat 20 radələrində Masallı rayonu, Qızılağac kənd sakini əvvəllər tanıdığı qonşusu Zərərçəkmiş şəxs Sadıq qızının həmin kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağının taxta pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olub silah qisimində istifadə etdiyi bıçaqla silahlı basqın edib Zərərçəkmiş şəxs pul tələb etməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq edərək həmin bıçağın dəstək hissəsi ilə Zərərçəkmiş şəxs bədənənin müxtəlif nahiyələrinə bir-neçə dəfə qəsdən zərbə vurmaqla ona döş qəfəsinin ön hissəsinin və sol dirsək çuxuru nahiyəsinin zolaq formalı qançırları ilə müşayət olunan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə quldurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 noyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə spirtli içki olan araq qəbul etdikdən sonra evdə bir müddət oturmuş, yenə spirtli içki almaq üçün pula ehtiyacı olduğundan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Sadıq qızının evinə gedib oğurluq etmək istəmişdir. Oğurluğa gedən zaman əlində bıçaq, üzündə isə maska olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Aygünün evinə pul götürmək üçün girmişdir. Aygünü vurmamışdır, bıçaqla hədələməmişdir. Aygün onu görüb üzərinə gəldiyi üçün Aygünü itələmiş həmin vaxtı Aygün pəncərəyə dəymişdir. Ola bilsin ki, Aygün həmin vaxtı xəsarət almışdır. Aygünə qəsdən heç bir xəsarət yetirməmişdir. Aygünün evinə girən zaman əlində əlcək olmamışdır. Əlcəyi evlərindən götürmüşlər. Evlərində anası ilə birlikdə yaşamışdır. Aygünü hədələyərək ondan pul tələb etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, əvvəllər narkotiklərdən qanunsuz istifadə və oğurluq etdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün həbs cəzası almış və həbsdən çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməsə də, spirtli içkiləri mütamadi qəbul etmişdir. Masallı rayonu, Qızılağac kəndində özünə məxsus evdə anası Zərifə ilə birlikdə yaşayır, lakin son üç aydır anası Bakı şəhərinə gedib orada bacısı ilə qaldığından Qızılağac kəndində tək yaşamışdır. 13 noyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə tək bir şüşə spirtli içki olan araq qəbul etdikdən sonra yaxınlıqda olan dükana gedib 3 ədəd siqaret alıb evə qayıtmışdır. Evdə bir qədər oturduqdan sonra yenə spirtli içki almaq üçün pula ehtiyacı olduğundan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Sadıq qızının evinə gedib ondan pul əldə etmək qərarına gəlmişdir. Aygünün evdə tək yaşadığını və evdə olacağını bildiyi üçün onu tanımamasından ötrü evdən özü ilə 01 ədəd qara rəngli papaq, 01 ədəd kapron qadın corab, 01 ədəd ağ rəngli dairəvi formalı tibbi maska və 01 ədəd sarı-yaşıl rəngli əlcək götürmüşdür. Sonra yaşadığı evdən çıxıb ondan üç ev kənarda yaşayan Aygünün evinə piyada getmişdir. Evin həyətinə darvazası olmayan açıq yolla daxil olduqdan sonra evin ön pəncərəsinə yaxınlaşmış və pəncərədən Aygünün evin yataq otağındakı çarpayıda oturub televizora baxdığını görmüşdür. Evin qarşı tərəfi ilə mətbəxə tərəf getmiş və evə daxil olmamışdan öncə Aygünün onu tanımaması üçün əvvəlcədən özü ilə götürdüyü ön tərəfindən dəlik açdığı kapron corabı başından üzünə keçirmiş, qara rəngli papağı başına qoymuş, qapron corabın üstündən ağzına tibbi maskanı taxmış, bir ədəd iş əlcəyi sağ əlinə keçirmiş və daimi olaraq üzərində gəzdirdiyi dəstəyi göy rəngli bıçağı cibindən çıxardıb əlcək geydiyi əlində tutmuşdur. Sonra evin birinci mərtəbəsindəki mətbəxin taxta pəncərəsini əli ilə özünə tərəf çəkib açaraq pəncərədən mətbəxə daxil olmuşdur. Mətbəxdə olarkən ayağı orada olan qablara dəyərək səs çıxarmış və həmin səsi Aygün eşidərək yataq otağında mətbəxə doğru gəlmişdir. Mətbəxin qapısının yanında Aygünlə qarşılaşmış, Aygün onu maskalı və əlində bıçaqla görüb qorxaraq qışqırmağa başlamış və kim olduğunu soruşmuşdur. Aygünün onu tanıyacağından ehtiyat etdiyi üçün əlində olan bıçaqla üzərinə gedərək ona qışqırıb özünü biabr etməməyini, evinə pul əldə etmək üçün girdiyini və nə qədər pulu varsa gətirib verməyini bildirmişdir. Aygün ona verəcək heç bir pulunun olmadığını demiş və o da əsəbləşərək Aygünə pul verməsə bıçaqla xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra Aygün ondan qaçmaq üçün arxasını ona tərəf döndərib mətbəxdən dəhlizə çıxarkən o, dəhlizdə arxadan bir əli ilə Aygünün boyun nahiyəsindən tutub o biri əlində olan bıçağı boğazına dirəyib yenə pul verməyini təlb etmişdir. Lakin Aygün dəhlizdə özündə güc taparaq ona tərəf dönüb əlləri ilə onun üzündə olan tibbi maskanı, kapron corabı və başındakı qara papağı dartıb çıxardaraq yerə atmış və kim olduğunu bilmişdir. Bundan sonra Aygün ona nə üçün belə etdiyini, nəyə görə evinə girib pul tələb etdiyini demişdir. Buna baxmayaraq həmin vaxtı içkili olduğu üçün Aygündən yenə araq almaq üçün 10 manat pul tələb etməyə başlamış və sakit durmağını demişdir. Lakin Aygün yenə onun əlindən çıxıb dəhlizdən evin həyətinə qaçmaq istəmiş və o, Aygünü arxadan zorla tutub evin içində saxlamağa çalışmışdır. Bu zaman Aygün ona güclü müqavimət göstərməyə başlamış və əlində olan bıçağın dəqiq xatırlamadığı tərəfi Aygünün sol qoluna, sinə-boğaz nahiyəsinə, həmçinin əynində olan xalatının ön tərəfinə dəyərək zədələmişdir. Həmin vaxtı Aygün də əli ilə onun üz nahiyəsinin sol tərəfini tutmuş və dırnaqları sol gözünün alt hissəsini cızmışdır. Buna baxmayaq Aygün dəhlizdən evin həyətinə qaçmış, o da Aygünün arxası ilə həyətə çıxıb evin həyətində yenə arxadan Aygünü tutaraq qaçmağa qoymamış, həyətdə həmin vaxtı Aygünün ayağı daşa ilişərək pəncərəyə doğru yıxılmış və arxa tərəfi evin yataq otağının pəncərəsini sındırmışdır. Həyətdə Aygün ucadan qışqırmağa başlayaraq qonşuları çağırmışdır. Qonşuların gəlib onu tutacaqlarından qorxduğu üçün bıçağı da özü ilə götürüb tez həyətdən qaçıb yaşadığı evə getmişdir. Tələsik qaçıb getdiyi üçün Aygünün evinin dəhlizində düşüb qalan bir ədəd qara rəngli papağını, bir ədəd kapron corabı, bir ədəd tibbi maskanı və bir ədəd əlcəyini götürə bilməmişdir. Bundan bir müddət sonra polis əməkdaşları yaşadığı evə gələrək onu və hadisə vaxtı istifadə etdiyi bıçağı polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs əvvəllər qonşu kimi tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Polis şöbəsinə gətirilərkən və dindirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir edilməmiş, Zərərçəkmiş şəxs tək yaşadığını və evdə olacağını əvvəlcədən bilmiş, onun evinə 10 manat pul əldə etmək məqsədilə tək getmiş, lakin evdən hər hansı bir miqdarda pul və ya dəyərli əşya götürə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, Aygünün evinə oğurluq etmək üçün girmiş, Aygünü vurmamış və bıçaqla hədələməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Aygünün evinə oğurluq etmək üçün girməsi, Aygünü vurmaması, bıçaqla hədələməməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs Sadıq qızı ifadəsində bildirmişdir ki, onun Masallı rayonu, Qızılağac kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır, həmin evdə əri öldükdən və qızları gəlin köçürdükdən sonra tək yaşayır. Evi iki mərtəbəli olsa da, birinci mərtəbəsində əsasən qalır. 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində evin yataq otağında olan çarpayıda oturub televizora baxan vaxtı evin birinci mərtəbəsində olan dəhlizin yanındakı mətbəx otağında taqqıltı səsin gəldiyini eşitmişdir. Yataq otağından əvvəlcə dəhlizə çıxıb evin giriş qapısına baxıb bağlı olduğunu görsə də, lakin dəhlizlə yanaşı olan mətəbəxin qapısından içəri daxil olub baxarkən bir nəfər orta boylu arıq şəxsin başında qara rəngli papaq, üzündə kapron corab, həmin kapron corabın üstündə ağzına keçirmiş tibbi basqa, bir əlində əlçək və bıçaqla qapının arxasında dayandığını aşkar etmişdir. Həmin vaxtı qorxduğundan qışqıraraq ona kim olduğunu, nə üçün evinə girdiyini demiş və həmin şəxs əlində olan bıçaqla üzərinə hücüm edərək ona qışqırıb özünü biabr etməməyini, evinə pul əldə etmək məqsədilə girdiyini demiş və evində nə qədər pulu varsa gətirib ona verməyini tələb etmişdir. Üzü maskalı şəxsə evində ona veriləcək heç bir miqdarda pulunun olmadığını desə də, həmin tanımadığı şəxs üzərinə gələrək təkidlə pul verməyini istəmiş və əlində olan bıçaqla hədələməyə başlamışdır. Həmin maskalı şəxsin xəsarət yetirəcəyindən qorxduğu üçün arxasını ona tərəf döndərib mətbəxdən dəhlizə doğru qaçmaq istəyərkən dəhlizdə arxadan bir əli ilə boyun nahiyəsindən tutub o biri əlində olan bıçağı boğazına dirəyərək yenə pul verməyini israrla tələb etmişdir. Bu zaman özündə güc taparaq əlləri ilə onun üzündə olan tibbi maskanı və kapron corabı çıxardıb yerə atmış və həmin maskalı şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Uca səslə İntiqama nə üçün belə etdiyini, nəyə görə evinə girib pul tələb etdiyini desə də, buna baxmayaraq İntiqam ondan yenə pul tələb etməyə başlamış və sakit durmağını tapşırmışdır. Həmin vaxtı o, yenə İntiqamın əlindən evin həyətinə qaçmağa çalışarkən dəhlizdə onu zorla tutub evin içində saxlamağa çalışmış və İntiqama müqavimət göstərəndə əlində olan bıçağın görmədiyi tərəfi onun sol qoluna, sinə-boğaz nahiyəsinə dəyərək xəsarət almış, həmçinin əynində olan mavi rəngli xalatının ön tərəfi kəsilibcırılmışdır. Çətinliklə də olsa İntiqamın əlindən qurtulub dəhlizdən evin həyətinə qaçmış, İntiqam da arxasıca həyətə çıxaraq onu yenə arxadan tutaraq qaçmağa qoymamış, həyətdə ona müqavimət göstərərkən ayağı daşa ilişib yerə yıxılmış və yıxılan zaman arxa tərəfi evin yataq otağının pəncərəsinə dəyərək pəncərəni sındırmışdır. Pəncərə sınandan sonra həyətdə möhkəm uca səslə qışqıraraq qonşuları köməyə çağırmağa başlamış, bundan sonra İntiqam onu sərbəst buraxaraq əlindəki bıçaqla qaçıb harasa getmişdir. Sonra tez o, yaxınlıqda olan qonşusu Şahid1 evinə getmiş, Səadəti çağırıb bu barədə ona bildirmiş və kömək olmasını xahiş etmişdir. Səadət digər qonşuları olan Nurədin və Məmmədağaya məlumat vermiş və qorxduğundan bir müddət Səadətin evində gözləmişdir. Sonra hadisədən xəbər alan qardaşı Elburus Səadətin evinə gələrək onu evinə aparmışdır. Daha sonra qonşuları Məmmədağa, Kəmaləddin, Səadət və qohumu Afiq yaşadığı evə gəlib hansı vəziyyətdə oluğunu görmüşlər. Həmin vaxt istəyinə əsasən Afiq öz mobil telefonu ilə DİN-nin «102» zəng mərkəzinə zəng etmiş və telefonda baş vermiş hadisə ilə əlaqədar «102» xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək evə baxış keçirmiş, həmin vaxtı evdə olan və İntiqama məxsus bir ədəd qara rəngli yun papağı, bir ədəd kapron materialından olan qadın corabı, bir ədəd tibbi maskanı və bir ədəd əlcəyi onlara təqdim etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, İntiqam əvvəllər bir neçə dəfədə evinə girmişdir, ancaq əvvəllər görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ondan pul verməyi tələb etsə də, evindən hər hansı bir məbləğdə pul və yaxud dəyərli əşya götürə bilməmişdir. Cinayət işinin materiallarında olan maska kimi istifadə olunan əşyalar, papaq və bıçaq intiqama məxsus olmuşdur. İntiqamın üzərindən maskanı dartaraq çıxarmışdır. Həmin bıçaqla İntiqam onu hədələmişdir, İntiqam bıçaqla onun boğazına və qoluna xəsarət yetirmişdir. Hazırda uzun müddət keçdiyindən bədəni üzərində xəsarət izləri qalmamışdır. İntiqamdan şikayətçidir. İntiqam əvvəllər onun həyətindən ördəklərini də oğurlamışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sadıq qızı bacısıdır, uzun müddətdir Masallı rayonu, Qızılağac kəndində özünə məxsus fərdi yaşayış evində tək yaşayır. 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Qızılağac kəndində yerləşən evində olduğu zaman qohumu Şahid3 zəng edərək bacısı Aygünün evinə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs daxil olub bıçaqla xəsarət yetirdiyini və tez oraya getməyini bildirmişdir. Dərhal yaşadığı evdən çıxıb yaxınlıqda olan Aygünün evinə getmişdir. Evin içinə daxil olmadan həyətdə bacısını çağırmış və birinci mərtəbədəki yataq otağının pəncərəsinin sındığını görmüşdür. Aygünün cavab vermədiyini görüb onun tez-tez qonşusu Səadətin evinə getdiyini bildiyi üçün yenə orada ola biləcəyini anlamış və Səadətin evinə getmişdir. Aygünü qonşusu Səadətin evindən yaşadığı evə gətirmiş və nə baş verdiyini soruşmuşdur. Aygün ona təxminən saat 20 radələrində yaşadığı evin yataq otağında oturub televizora baxarkən mətbəx otağından səsin gəldiyini, mətbəxə gedərkən sonradan qonşusu Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzündə maska, kapron corab, başında yun papaq, əlində əlcək və bıçaqla evinə mətbəxdən daxil olduğunu, bıçaqla onu hədələyib pul verməsini tələb etdiyini və İntiqama pul verməyib müqavimət göstərərkən bıçaqla ona xəsarət yetirdikdən sonra qaçıb getdiyini demişdir. Evin dəhlizinə baxarkən orada İntiqama məxsus qara rəngli yun papaq, tibbi maska, kapron qadın corabı və bir ədəd əlcəyin düşüb qaldığını görmüşdür. Həmin zaman oraya qonşuluqda yaşayan Səadət, Məmmədağa, Kəmaləddin və qohumu Afiq gəlmişdir. Bundan sonra Aygün telefonunda kontur olmadığından Afiqin mobil telefonu ilə DİN-nin «102» zəng mərkəzinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Sadıq qızı bibisi qızı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir, həmin şəxslərlə münasibətləri hər zaman yaxşı olmuşdur, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Masallı rayonu, Qızılağac kəndində yerləşən evində olduğu zaman Aygünün qonşusu Nurəddin mobil telefonuna zəng edərək İntiqamın Aygünün evinə basqın etdiyini və tez ora gəlməyini demişdir, nə baş verdiyini dəqiq bilmək üçün tez Aygünün yaşadığı evə getmişdir. Evin həyətində Aygünün oturub ağladığını və qonşuların olduqlarını görmüşdür. Aygündən nə baş verdiyini, hadisənin necə olduğunu soruşmuşdur. Aygün ona təxminən saat 20 radələrində yaşadığı evin yataq otağında oturub televizora baxarkən mətbəx otağından səsin gəldiyini, mətbəxə gedərkən sonradan qonşusu Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzündə maska, kapron corab, başında papaq, əlində əlcək və bıçaqla evinə mətbəxdən daxil olduğunu, bıçaqla onu hədələyib pul verməsini tələb etdiyini və İntiqama müqavimət göstərərkən bıçaqla xəsarət aldığını demişdir. Evə daxil olub baxmış və evin dəhlizində papaq, maska, kapron corab və əlcək görmüşdür. Aygünün telefonu olmadığından onun telefonu ilə Aygün DİNnin «102» zəng mərkəzinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Sadıq qızı qonşusu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir, həmin şəxslərlə münasibətləri hər zaman yaxşı olmuşdur, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Masallı rayonu, Qızılağac kəndində yerləşən evində olduğu zaman qonşusu Şahid1 gəlib onu çağırdığını eşitmişdir. Evin həyətinə çıxdıqda Səadət ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs digər qonşuları olan Zərərçəkmiş şəxs evinə bıçaqla girib onu qorxuzduğunu demişdir. Dərhal Aygünün yaşadığı evə getmişdir. Evin həyətində Aygünün oturub ağladığını, qohumu Afiqin və digər 2-3 nəfər qonşuların orada olduqlarını görmüşdür. Aygündən və orada olan şəxslərdən nə baş verdiyini, hadisənin necə olduğunu soruşmuşdur. Həmin vaxtı Aygün ona təxminən saat 20 radələrində yaşadığı evin yataq otağında oturub televizora baxarkən mətbəx otağından səsin gəldiyini, mətbəxə gedərkən sonradan qonşusu Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzündə maska, kapron corab, başında yun papaq, əlində əlcək və bıçaqla evinə mətbəxin pəncərəsindən daxil olduğunu, bıçaqla onu hədələyib pul verməsini tələb etdiyini və İntiqama müqavimət göstərərkən bıçaq və əli ilə ona xəsarət yetirdiyini və sonra qaçıb getdiyini demişdir. Evin birinci mərtəbəsindəki yataq otağının pəncərəsinin sındığını, mətbəx otağının pəncərəsinin isə açıq olduğunu görmüşdür. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Masallı rayonu Qızılağac kənd sakinləri Zərərçəkmiş şəxs Sadıq qızı və Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onlara qarşı heç bir ədavəti olmamışdır. 13 noyabr 2023-cü il tarixdə saat 21 radələrində digər xidməti ərazisi olan Masallı rayonu, Viləş kəndində olduğu zaman Masallı RPŞ-nin X2 kənd sakini İntiqam adlı şəxsin üzündə maska, əlində bıçaqla qonşusu Zərərçəkmiş şəxs evə daxil olması barədə məlumat aldıqdan dərhal sonra Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Evin həyətində Aygünün oturub ağladığını və yanıdan 4-5 nəfər tanımadığı şəxslərin durduğunu görmüşdür. Aygündən nə baş verdiyini soruşduqda ona saat 20 radələrində yaşadığı evin yataq otağında oturub televizora baxarkən mətbəx otağından səsin gəldiyini, mətbəxə gedərkən sonradan qonşusu Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzündə tibbi maska, kapron corab, başında qara rəngli papaq, bir əlində əlcək və bıçaqla evinə mətbəxin pəncərəsindən daxil olduğunu gördüyünü, İntiqamın həmin vaxtı bıçaqla onu hədələyib pul verməsini tələb etdiyini və İntiqama pul verməyib müqavimət göstərərkən bıçaqla bədəninin müxtəlif yerlərinə xəsarət yetirdikdən sonra qaçıb getdiyini, həmçinin hadisə zamanı evinin yataq otağının pəncərəsinin sındığını bildirmişdir. Aygündən Təqsirləndirilən şəxs evinə daxil olarkən üzərində olan həmin tibbi maskanın, kapron corabın, papağın, əlcəyin və bıçağın hazırda harada olduğunu soruşmuşdur. Aygün ona hadisə zamanı İntiqama müqavimət göstərən vaxtı onun üzündəki tibbi maskanın və kapron corabın, başındakı qara rəngli papağın, həmçinin əlindəki bir ədəd əlcəyin evin dəhlizində düşüb qaldığını, bıçağı isə İntiqam gedərkən özü ilə apardığını bildirmişdir. Evin içərisinə daxil olmayıb həyətdə əməliyyat-istintaq qrupunun hadisə yerinə gəlməsini gözləmişdir. Əməliyyat-istintaq qrupu hadisə yerinə gəldikdən sonra evə baxış keçirilib zəruri sənədləşmə işləri aparılmış və həmin vaxtı evin dəhlizində olan bir ədəd tibbi maska, bir ədəd kapron corabın, bir ədəd qara rəngli papaq və bir ədəd əlcək maddi subut kimi aşkar edilərək götürülmüşdür. Həmin günü gecə saat 24 radələrində İntiqamı Qızılağac kəndində yerləşən yaşadığı evdə olması barədə məlumat əldə izahatının alınması məqsədilə RPŞ-yə dəvət edilməsindən ötrü həmin ünvana getmişdir. İntiqamı çağırıb ona barəsində Aygün tərəfindən şikayət olunduğunu və izahat verməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. İntiqam törətdiyi cinayət əməlini səmimi etiraf edərək polis şöbəsinə getməyə etiraz etməmiş və hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. İntiqam hadisə zamanı istifadə etdiyi bir ədəd təxminən 14-15 sm uzunluqda olan göy rəngli plastik dəstəkli bıçaqla birlikdə Masallı RPŞ-yə gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Qızılağac kənd sakini Zərərçəkmiş şəxs Sadıq qızının 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Masallı rayonu, Qızılağac kəndində yerləşən yaşadığı evdə tək olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs üzündə maska, əlində bıçaqla yaşadığı evə pəncərədən daxil olub onu hədələyərək pul tələb etdiyini, həmin şəxsə müqavimət göstərdikdə ona bıçaqla xəsarət yetirdiyini bildirməsi barədə 13 noyabr 2023-cü il tarixdə Masallı RPŞ-yə etdiyi müraciəti əsasında toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbu edilərək istintaq aparılmışdır. (i.v. 1- 53) -«hadisə yerinin baxışının aparılması haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs Sadıq qızının yaşadığı fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyətli olan 1 (bir) ədəd qəhvəyi rəngli kapron materialdan olan qadın corabı, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) ədəd qara rəngli yun papaq və 1 (bir) ədəd sarıyaşıl rəngli əlcək aşkar edilərək götürülmüşdür.(i.v. 6-16) -«götürmə aparılması haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 1 (bir) ədəd, ön sağ tərəfində çırılmış-kəsilmiş zədəsi olan mavi rəngli, qolsuz zəncirbəndli qadın xalatı götürülmüşdür.(i.v. 24-28) -«sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli, 00060 nömrəli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyasının miqdarı 0,713 promilli olmuşdur. (i.v. 31) -«götürmə və baxış keçirmə aparılması haqqında» 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd, üzərində «Staınless Steel» sözləri yazılmış göy rəngli, plastik dəstəkli bıçaq qərar əsasında protokolla götürülmüşdür. (i.v. 36-40) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 59-60) -«şübhəli şəxsin tutulması haqqında» 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.75-76) -«üzləşdirmə haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v.98-101) -«məhkəmə-tibbi ekspertizası»nın 14 noyabr 2023-cü il tarixli, 1105 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön hissəsinin və sol dirsək çuxuru nahiyəsinin zolaq formalı qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə və ekspertizaya təqdim olunan bıçağın dəsdək hissəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 13 noyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. (i.v.105-107) -«məhkəmə-tibbi ekspertizası»nın 14 noyabr 2023-cü il tarixli, 1109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol aşağı göz qapağının sıyrığı (bir ədəd) müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əllə (dırnaq) yetirilə bilərdi, törənmə müddəti qərarda qeyd olunan 13 noyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.(i.v.108- 109) -«şübhəli şəxsin ifadəsinin yerinin yoxlanması haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani təqdim etməklə bir daha təsdiq etmişdir. (i.v.112-120) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Masallı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(050)-121/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.121-122, 137-138) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 17 noyabr 2023-cü il tarixli, 10766 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. (i.v.147) -«maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş quldurluq cinayət hadisəsi zamanı istifadı etdiyi 1 (bir) ədəd qəhvəyi rəngli kapron materialdan olan qadın corabı, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) ədəd qara rəngli yun papaq və 1 (bir) ədəd sarı-yaşıl rəngli əlcək, həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd mavi rəngli qolsuz zəncirbəndli qadın xalatı və 1 (bir) ədəd göy rəngli, plastik dəstəkli bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v.164) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X4 daxil olmuş 6 dekabr 2023-cü il tarixli, 18- 1-60/2-1453/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur, lakin 2016-cı il tarixdən narkoloji kabinetdə dispanser qeydiyyatdadır. (i.v.168) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 17 noyabr 2023-cü il tarixli, 1056 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqiqdi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Nakoloji xəstəxanasında qeydiyyatda durur. (i.v.180) -«kompleks məhkəmə ballistik və trasoloji ekspertizası»nın 18 dekabr 2023-cü il tarixli, 3/2020, 3/2056 nömrəli rəyindən görünür ki, tədqiqata təqim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş bir ədəd xalatın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələrdən «1» rəqəmi ilə işarə edilmiş zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Təqdim edilmiş xalatın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş «2» və «3» rəqəmi ilə işarələnmiş zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdirlər. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd xalatın səthində olan «2» və «3» rəqəmi ilə işarələnmiş zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür.Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. (i.v.197-200) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 19 dekabr 2023-cü il tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (i.v.219-220) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə olunan əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 13 noyabr 2023-cü il tarixdə spirtli içkilərin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində özünə məxsus fərdi yaşayış evindən götürdüyü soyuq silah heab edilməyən 1 (bir) ədəd göy rəngli plastik dəstəkli bıçaqla silahlanıb tanınmamaq üçün üzünü əvvəlcədən qəhvəyi rəngli kapron materialdan olan və qadın corabından hazırlanmış həmçinin ağ rəngli tibbi maskalarla gizlədib başında qara rəngli yun papaq, sağ əlində sarı-yaşıl rəngli əlcək olmaqla, həmin gün saat 20 radələrində Masallı rayonu, Qızılağac kənd sakini əvvəllər tanıdığı qonşusu Zərərçəkmiş şəxs Sadıq qızının həmin kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağının taxta pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olub silah qisimində istifadə etdiyi bıçaqla silahlı basqın edib Zərərçəkmiş şəxs pul tələb etməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq edərək həmin bıçağın dəstək hissəsi ilə Zərərçəkmiş şəxs bədənənin müxtəlif nahiyələrinə bir-neçə dəfə qəsdən zərbə vurmaqla ona döş qəfəsinin ön hissəsinin və sol dirsək çuxuru nahiyəsinin zolaq formalı qançırları ilə müşayət olunan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə quldurluq etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Aygünün evinə oğurluq etmək üçün girməsi, Aygünü vurmaması, bıçaqla hədələməməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxsin tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir, onun verdiyi ifadəsi özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsi «Yallo Almaniyaya qarşı» işi üzrə qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxsə, şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilən 23 noyabr 2023-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(050)-113/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 16 may 2022ci il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 16 (on altı) gün müddəti şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 155-157) -Masallı rayonu İcra Hakimiyyəti Başçısının Qızılağac kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (i.v. 174-175) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(050)- 113/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 16 (on altı) gün müddəti şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulan qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 14 noyabr 2023-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(050)-121/2023 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd qəhvəyi rəngli kapron materialdan olan qadın corabı, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) ədəd qara rəngli yun papaq, 1 (bir) ədəd sarı-yaşıl rəngli əlcək, 1 (bir) ədəd mavi rəngli qolsuz zəncirbəndli qadın xalatı və 1 (bir) ədəd göy rəngli, plastik dəstəkli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(050)-121/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd qəhvəyi rəngli kapron materialdan olan qadın corabı, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) ədəd qara rəngli yun papaq, 1 (bir) ədəd sarı-yaşıl rəngli əlcək, 1 (bir) ədəd mavi rəngli qolsuz zəncirbəndli qadın xalatı və 1 (bir) ədəd göy rəngli, plastik dəstəkli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar