Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-320/2025 30.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -3,162 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 18:50 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yolun kənarında idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman saxlanılmış, üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibində daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə 2,829 qram, iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,218 qram olmaqla ümumilikdə külli miqdarda-3,162 qram olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. 02 fevral 2025-ci il tarixdə saat 15-16 radələrində Lənkəran şəhərində yerləşən “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manat müqabilində 3 bükümdə 2-3 qram çəkidə metamfetamin almışdır. Həmin bükümlərdən 1 ədədini idarə etdiyi VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Astara rayonuna qayıdarkən istifadə etmişdir. Həmin gün, saat 19 radələrində həmin avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsində asfalt yolun kənarında saxlayıb siqaret çəkmək istəyən zaman avtomobilin yanında başqa bir avtomobil dayanmış və həmin avtomobildən düşən mülki geyimdə olan şəxslər videoçəkiliş aparmaqla yaxınlaşaraq ona yaxınlaşıb özlərini təqdim etmişlər, Astara rayon polis şöbəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə olub olmamasını soruşmuş, o da metamfetamin olan bükümləri cibindən çıxardaraq polislərə təqdim etmişdir. Onun təqdim etdiyi bükümlər polis əməkdaşları tərəfindən videoçəkilişlə açılıb baxılmış, tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra onu polis şöbəsinə gətirmişlər, polis şöbəsində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar olunmuş bükümlərə baxış keçirilmiş, həmin bükümlər yenidən zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Həmin gün saat 19 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını görmüşlər. Buna görə də dərhal Təqsirləndirilən şəxs yanında avtomobili saxlamışlar və avtomobildən düşərək özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrinin saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində “şişə” deyilən psixotrop maddə metamfetamin olmasını bildirmiş, əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş bir ədəd büküm, həmçinin siqaretin kağızına bükülmüş iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümlərə açılıb baxıldıqda içərilərində psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyənləşdirilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümdə psixotrop maddə metamfetamini Lənkəran rayonundan 150 manata almasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Müqabil oğlu, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. X10 Azərbaycan Respublikası Ərazi Bütövlüyü Uğrunda gedən 44 günlük İİ Qarabağ döyüşlərində iştirak etmiş və şəhid olmuşdur. Oğlu şəhid olandan sonra onun bütün işlərində qardaşı oğlu Təqsirləndirilən şəxs köməklik etmiş, çox vaxt onunla olmuşdur. Hazırda Ramil həbsdə olduğundan o çətinliklər çəkmişdir. Odur ki, Ramilin həbsdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2025-ci il tarixli 19/42 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr......” sözlər və imzalar olan zərfdəki, 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,115 qram; -0,218 qram; -2,829 qram: ümumi təmiz çəkisi: -3,162 qram olan rəngli kristallardan ibarət maddələr metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 3,012 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli 57 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, “Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksimaniya xəstəliyi) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli 33 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:50-dən saat 19:01-dək Təqsirləndirilən şəxs saxlanılıb üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş şəffaf rəngli bir ədəd sellofan bükümə, həmçinin siqaretin gümüşü rəngli kağızına bükülmüş iki ədəd bükümə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, həmin 3 ədəd büküm bir ədəd zərfin içərisindən çıxarılıb açılaraq baxılmış və bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə sellofan bükümün 3,02 qram, siqaretin kağızına bükülmüş iki ədəd bükümün isə ayrıayrılıqda 0,23 qram və 0,33 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümdə psixotrop maddə metamfetamini Lənkəran rayonundan 150 (bir yüz əlli) manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminlər zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 18:50 dəqiqədə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman saxlanılıb videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibində daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə 3,02 qram, siqaretin kağızına bükülmüş iki ədəd bükümün isə ayrı-ayrılıqda 0,23 qram və 0,33 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 02 fevral 2025-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat axtarış tədbirin keçirilməsi barədə Astara RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işlərinə məhkum edilmiş və Astara rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarıilə CM-nin 73-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli «maddi sübut qismində tanıma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 3,012 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış saxlanılması üçün Astara rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsinə dair qedə alınmış videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və materiallarına əlavə olunmuşdur. İş materiallrında olan 08 aprel 2025-ci il tarixli Lənkəran şəhər Psixatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli arayışlardan, xasiyyətnamədən, nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi qeydiyyatda olmaqla yaşayır, evlidir, ailə tərkibi arvadından, 2013-cü il təvəllədülü X4 və 2015-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Astara rayon İHB-nın Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Ərazi Bütövlüyü Uğrunda gedən 44 günlük İİ Qarabağ döyüşlərində iştirak etmiş və şəhid olmuş X2 əmisi oğludur. İş materiallarında olan N saylı hərbi hissənin 7MAB komandiri vəzifisini icra edən leytenant Cəsarət Abdullayev tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti müddəti ərzində nizam-intizamlı, məsuliyyətli və nümünəvi hərbi qulluqçu olmuş, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli “cinayət işinin icraata ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla ki, Təqsirləndirilən şəxsun əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsindən ötrü cinayət işinin materillarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəxanada “bitişmə mənşəli kəskin bağırsaq keçilməzliyi” diaqnozu ilə müalicə almışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olmasını, əmisi oğlunun şəhid olmasını, məhkumluğunun olmamasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olmalı, ərazi narkoloji kabinetdə proflatiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Astara rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,012 qram psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsinə dair qedə alınmış videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 02 fevral 2025-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Astara Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,012 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə salanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-320/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-320/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver