Məhkəmə qərarları › İş №1(099)-321/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-321/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-321/2023 26.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X9 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, tərcüməçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 29 avqust 1981-ci ildə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, İran İslam Respublikasının Miyanə şəhəri, Kosalar kəndində qeydiyyatda olan, İran İslam Respublikası, Ərdəbil şəhəri, Sina küçəsi, bina 144/1, mənzil 11-də yaşamış, 25 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (X11 Samad) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (X11 Samad) oğlu şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda müxtəlif növ narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və vaxtda istintaqa Tahir adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından həmin ölkənin Ərdəbil şəhərində qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 6551.5 qram olan heroini, ümumi təmiz çəkisi 1914.3 qram olan tiryəki, ümumi təmiz çəkisi 850.7 qram marixuananı, külli miqdarda psixotrop maddələr, ümumi təmiz çəkisi 1933.3 qram olan metamfetamini, 1470 qram metilendioksiamfetamin - MDA-nı (tenamfetamini) və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan, təsiredici hissəsinin miqdarı 0,2 qram təşkil edən 100 ədəd həb şəkilli buprenorfini “Dong Feng” markalı, İran İslam Respublikasına məxsus “38D439/-10" dövlət nömrə nişanlı yük avtomobilinin kabinəsinin sağ və sol qapılarının, həmçinin alın şüşəsinin və üzlüyünün altında olan boşluqlarında on beş ədəd bükümdə polietilen materialdan hazırlanmış qablaşmada, sürücü oturacağının üzlüyünün altında kustar üsulla hazırlanmış gizli saxlanc yerində isə aliminium falqaya bükülmüş üç ədəd polietilen materialdan hazırlanmış qablaşmada gizlədərək 23 avqust 2022-ci il tarixdə həmin yük avtomobili ilə “BK220712SA” nömrəli invoysa (yükdaşıma münasibətlərini tənzimləyən əqdə) əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “Shaoxing ishuo textile co., LTD”nin ünvanına parça yükü apararkən həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 6551.5 qram olan heroini, ümumi təmiz çəkisi 1914.3 qram olan tiryəki, ümumi təmiz çəkisi 850.7 qram marixuananı, külli miqdarda psixotrop maddələr, ümumi təmiz çəkisi 1933.3 qram olan metamfetamini, 1470 qram metilendioksiamfetamin - MDA-nı (tenamfetamini) və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan, təsiredici hissəsinin miqdarı 0,2 qram təşkil edən 100 ədəd həb şəkilli buprenorfini qanunsuz olaraq daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə “Astara” gömrük postundan qaçaqmalçılıq yolu ilə qəsdən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zama- Azərbaycan Respublikasının Astara rayonunun ərazisində, “Astara” gömrük postunda saxlanılaraq baxış keçirilən zaman həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr qeyd olunan yük avtomobilinin kustar üsulla hazırlanmış gizli saxlanc yerlərində aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o “Ruham Tarabar” şirkətinə məxsus “Dong Feng” markalı, 38D439-10 dövlət nömrə nişanlı yük avtomobili ilə İran İslam Respublikasındakı “Bəndər Abbas” limanından Bakı şəhərinə parça yükü gətirmək üçün İrandan yola düşərkən Səmiyan kənd sakini sələmə pul borc verən Tahir adlı şəxs Ərdəbil şəhərində ona içərisində narkotik vasitələr, psixotrop maddələr və dərman olan 18 ədəd bağlama və 92 blok “Kent” markalı siqareti “Astara” gömrük postunda bəyan etməməklə keçirib, Bakı şəhərində onun dediyi şəxsə çatdırdırmasını və bunun müqabilində 1000 manat pul alacağını demişdir. Onun xərçəng xəstəsi olan qızının müalicəsi üçün pul lazım olduğundan o Tahirlə razılaşmışdır. 21 avqust 2022-ci il tarixdə İran İslam Respublikasının “Bəndər Abbas” limanından Ərdəbil şəhərinə gedərkən, Tahir zəng edərək Ərdəbil şəhərinə təxminən 5 km qalmış yol kənarında avtomobilini saxlatmış, sonra da avtomobilinin yanına gələrək içərisində dərman olan 18 ədəd bağlama və içərisində 50 blok siqaret olan 2 ədəd selofan verərək, həmin yükü Azərbaycan Respublikasına aparmasını tapşırmışdır. O, Tahirə həmin bağlamaları avtomobilin kabinasında maqnitafonun arxa hissəsinə, həmçinin oturacağın söykənəcək yerinə yığmasını bildirmiş, Tahir də həmin bağlamaları onun dediyi yerlərdə gizlətmişdir. Sonra da o Tahirə 2 gündən sonra Azərbaycan Respublikasına keçəcəyinii demiş, Tahir də ona Bakı şəhərinə çatdıqdan sonra onun telefonuna 2 ünvan göndərəcəyini həmin malları göndərəcəyi ünvana qoyub kənardan müşahidə etməsini, mal sahibinin malı götürdükdən sonra oradan getməsini tapşırmış və bunun əvəzində o İrana qayıtdıqdan sonra ona 17 milyon İran İslam Respublikası rialı verəcəyini vəd etmişdir. O, da Tahirlə razılaşmışdır. 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində “Dong Feng” markalı, 38D439-10 dövlət nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikası “Astara” gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olduqdan sonra idarə etdiyi yük avtomobilinə baxışı zamanı ondan avtomobilində qadağan olunmuş, bəyan etmədiyi hər hansı bir şeyin olubolmaması sərhədçilər tərəfindən soruşulduqda o avtomobilində gizlədilmiş və bəyan olunmamış heç bir şeyin olmamadığını demişdir. Sonra onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin kabinasında ön şüşəsinin yuxarı hissəsində maqnitafon olan yerin arxasından və oturacağının arxa söykənəcək hissəsindən gizlədilmiş 18 bağlama və 92 blok Kent siqareti aşkar olunmuşdur. Daha sonra həmin bağlamalara onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxışı zamanı bağlamalardan yeddisində metamfetaminə bənzər, səkkizində heroinə bənzər, ikisində tiryəkə bənzər və birində marixuanaya bənzər maddə aşkar olunmuşdur. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin bağlamaların içərisində narkotik vasitə olduğunu bilsə də, miqdarı və növü barədə məlumatsız olmuşdur. O hazırda istintaq təcridxanasında saxlanılarkən nə qədər cavan adamların narkotik istifadəçisi kimi həbs olunduqlarına görə əməlindən çox peçmandır. Qızının xərçəng xəstəliyinin müalicəsi üçün pul lazım olduğundan bu işə razı olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi, özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin hərbi qulluqçusu Şahid2 Vəliyəddin oğlu ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə xidmətdə olduğu vaxt, həmin gün saat 20 radələrində Astara sərhəd nəzarəti şöbəsinin rəisin əməliyyat-axtarış işləri üzrə müavini İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs hazırda “Dong Feng” markalı, 38D439-10 dövlət nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına giriş etməsi və həmin avtomobilinin kabinasında gizlədilmiş şəkildə qaçaqmal aparması barədə əməliyyat məlumatı olduğundan o avtomobilin kabinasına ciddi baxış keçiriİməsi barədə göstəriş vermişdir. O da növbə rəisi Şahid1 bu barədə demişdir. Daha sonra avtomobilə sərhəd-gömrük baxışı zamanı avtomobilin kabinasından gizlədilmiş üzərində aksiz markası olmayan 920 qutu “kent" markalı siqaret və 18 bükümdə içərisində narkotik maddə olması ehtimal olunan bağlamalar aşkar olunaraq götürülmüşdür. Avtomobilə əsaslı baxış keçirildikdən sonra sürücünün və hal şahidlərinin iştirakları ilə bağlamalara baxış keçirilmiş, baxış zamanı bağlamalardan yeddisində qablaşdırılması ilə birlikdə ümumilikdə 4085 qram metamfetaminə bənzər, səkkizində qablaşdırılması ilə birlikdə 7782 qram heroinə bənzər, ikisində qablaşdırılması ilə birlikdə 2129 qram tiryəkə bənzər və birində qablaşdırılması ilə birlikdə 1050 qram marixuanaya bənzər maddə aşkar olunaraq götütülmüşdür. Sonra da bu barədə protokol tərtib edilmişdir. Dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid2 Vəliyəddin oğlunun göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdilər. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, həmin ifadəsində o 23 avqust 2022-ci il, saat 20:00-dan 24 avqust 2022-ci il, saat 08:00-dək “Astara” sərhəd nəzarət şöbəsində növbə rəisi xidmətinə təyin olunduğunu, xidmətdə olduğu müddətdə 23 avqust 2022-ci il tarixdə, saat 20:45 radələrində nəqliyyat vasitələrinin İran İslam Respublikasından Azərbaycan Respublikasına giriş istiqamətində sənədlərin yoxlanışı xidmətində olan sərhəd naryadı gizir Şahid2 ona zəng edərək əvvəlcədən “Astara” sərhəd nəzarəti şöbəsinin rəisinin əməliyyat-axtarış işləri üzrə müavini tərəfindən ölkəyə girişi zamanı qaçaqmalçılıq fəaliyyətinə görə yoxlanılması məqsədi ilə nəzarətə götürülmüş İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs hazırda “Dong Feng” markalı, 38D439-10 dövlət nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına giriş etməsi barədə məruzə etdiyini, o, da aidiyyatı üzrə həmin avtomobili xidməti ərazidə, talvarın altında yoxlanışa girməzdən əvvəl rejim ərazisində saxlatdıraraq “Astara” sərhəd nəzarəti şöbəsinin rəisinin əməliyyat-axtarış işləri üzrə müavini mayor Ruslan İsmayılova məruzə etdiyini, Ruslan İsmayılov qeyd olunan şəxsin avtomobilinin kabinasında gizlədilmiş şəkildə qaçaqmal aparması ehtimalı barədə məlumat verərək, avtomobilin kabinasına ciddi baxış keçiriİməsi barədə göstəriş verdiyini, verilmiş göstəriş əsasında avtomobilə sərhəd-gömrük baxışı zamanı avtomobilin kabinasından gizlədilmiş şəkildə üzərində aksiz markası olmayan 920 qutu “kent" markalı siqaret və 18 bükümdə içərisində narkotik maddə olması ehtimal olunan bağlamalar aşkar olunduğunu, sürücünün və hal şahidlərinin iştirakları ilə bağlamalara baxış keçirilən zaman bağlamalardan yeddisində qablaşdırılması ilə birlikdə ümumilikdə 4085 qram metamfetaminə bənzər səkkizində qablaşdırılması ilə birlikdə ümumilikdə 7782 qram heroinə bənzər ikisində qablaşdırılması ilə birlikdə ümumilikdə 2129 qram tiryəkə bənzər və birində qablaşdırılması ilə birlikdə 1050 qram marixuanaya bənzər maddə olduğunu, Babayi X1 barəsində müvafiq araşdırma işlərinin davam etdirilməsi uçün müvafiq sənədləşmə işləri aparıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 24 avqust 2022-ci il tarixli, xx/xx/1508 nömrəli məktubundan görünür ki, 23 avqust 2022-ci il tarixdə, saat 20:45 radələrində “Dong Feng” markalı “38D439/-10” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn, İran İslam Respublikası Ərdəbil şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (X11 Samad) oğlunun Azərbaycan Respublikasına narkotik vasitə və siqaret gətirəcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən nəqliyyat vasitəsi saxlanılaraq gömrük əməkdaşları ilə birlikdə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobilin salonunda, oturacağın arxasında və ön şüşənin üst hissəsində yerləşdirilmiş maqintafonun arxa hissəsində gizlədilmiş şəkildə ümumilikdə 18 bağlama külli miqdarda narkotik vasitə və psixotrop maddə və 920 qutu “Kent” markalı siqaret aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 23 avqust 2022-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, 23 avqust 2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi İran İslam Respublikası Təqsirləndirilən şəxs (X11 Samad) oğlunun “Dong Feng” markalı “38D439/-10” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs (X11 Samad) oğluna idarə etdiyi yük avtomobilində bəyan etmədiyi hər hansı yükün olub-olmaması soruşulduğu zaman o, avtomobilində “BK220712SA” nömrəli İnvoysa əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “SHAOXİNG QİSHUO TEXTİLE” LTD-nin ünvanına “parça” yükü gətirdiyini və bunu da bəyan etdiyini, əlavə olaraq bəyan etmədiyi hər hansı yükün olmadığını demişdir.Bundan sonra yük avtomobilinə baxış zamanı idarə etdiyi yük maşınının kabinəsinin sağ və sol qapısının, həmçinin ön şüşəsinin və üzlüyünün altında olan boşluqlarda 15 ədəd bükümdə plastmas qablaşmada, sürücü oturacağının üzlüyünün altındakı saxlanc yerində isə aliminium falqaya bükülmüş 3 ədəd plastmas qablaşmada külli miqdarda narkotik vasitə ümumi təmiz çəkisi 6551.5 qram olan heroinə bənzər, ümumi təmiz çəkisi 1914.3 qram olan tiryəkə bənzər, ümumi təmiz çəkisi 850.7 qram marixuanaya bənzər, külli miqdarda psixotrop maddələr ümumi təmiz çəkisi 1933.3 qram olan metamfetaminə bənzər, 1470 qram MDA-ya bənzər və 100 ədəd həb şəkilli psixotrop maddəni olan buprenorfinə bənzər maddələr və 92 blok “Kent” markalı siqaretlər aşkar edilmişdir.İlkin sorğu zamanı o, avtomobilində Azərbaycan Respublikasına bəyan etməyərək keçirdiyi narkotik vasitələri, psixotrop maddələri və siqaretləri İran İslam Respublikası vətəndaşı Tahir adı şəxsdən əldə etdiyini, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə “Astara” gömrük postundan qaçaqmalçılıq yolu ilə qəsdən keçirdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 25 may 2022-ci il tarixli, 6/4499 nömrəli və 7/933 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 8 ədəd şəffaf butulkalarda olan, ümumi təmiz çəkisi 6551.5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 4 ədəd şəffaf plastik butulkalarda təmiz çəkisi 1933.3 qram olan, ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 ədəd şəffaf plastik butulkalarda təmiz çəkisi 1470 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə MDA-tenamfetamindir. 2 ədəd şəffaf plastik butulkalarda ümumi təmiz çəkisi 1914.3 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 1 bükümdə isə psixotrop maddə olan buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0.2 qramdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, qalıq çəkisi 1933.3 qram psixotrop maddə-metamfetamin, qalıq çəkisi 1470 qram psixotrop maddə MDA-tenamfetamin, qalıq çəkisi 1914.3 qram narkotik vasitə-tiryək, təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram olan psixotrop maddə buprenorfinin maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılması barədə qərar qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 1981-ci ildə İran İslam Respublikasında doğulmuşdur. İran İslam Respublikasının Miyanə şəhəri, Kosalar kəndində qeydiyyatda olmaqla, İran İslam Respublikası, Ərdəbil şəhəri, Sina küçəsi, bina 144/1, mənzil 11-də yaşamışdır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin vəziyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan yuxarı həddə yaxın cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəza çəkməsinin başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Eyni zamanda CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 6551.5 qram heroin, təmiz çəkisi 1933.3 qram metamfetamin, təmiz çəkisi 1470 qram psixotrop maddə MDA-tenamfetamin, təmiz çəkisi 1914.3 qram narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram olan psixotrop maddə olan buprenorfin məhv edilıməlidir. İş üzrə məhkəmə məsrəfi olan 462 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 52, 132, 346, 351- 353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müdddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. CM-nin 52.1-1 maddəsinə əsasən onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azrbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 6551.5 qram heroin, təmiz çəkisi 1933.3 qram metamfetamin, təmiz çəkisi 1470 qram psixotrop maddə MDA-tenamfetamin, təmiz çəkisi 1914.3 qram narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram olan psixotrop maddə olan buprenorfin məhv edilısin. İş üzrə məhkəmə məsrəfi olan 462 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar