Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-321/2025 15.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(036)-9/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı İmişli rayonunun Sarıxanlı kəndindəki evdə atası Şahid1 tanışı Şahid3 ilə mobil telefon vasitəsilə görüntülü danışığı zamanı həmkəndlisi X10 tərəfindən sonuncunun ona Ruslan kimi tanınan qaynı X11 görə hörmət etməsini bildirib digər təhqiramiz sözlərlə cəmiyyət içində aşağılaması barədə sözlərini eşidib qisas almaq niyyətilə Vüsal Allahverdiyevi qəsdən öldürmək qərarına gələrək, evin mətbəxindən bir ədəd soyuq silah hesab edilməyən bıçağı götürüb İmişli rayonu,Sarıxanlı kəndində yerləşən “Barber” adlı yeməkxananın qarşısına gəlmiş, Vüsal Allahverdiyevi yeməkxanadan çölə dəvət edərək, yeməkxananın qarşısında atası barədə işlətdiyi əxlaqsız sözlərə görə öz iradını bildirmiş, Vüsal Allahverdiyev onun iradını qəbul etməyərək həm də vəfat etmiş anasının ünvanına təhqiramiz sözlər dediyinə görə aralarında yaranan mübahisə zamanı qisas almaq niyyətilə bıçaq ilə qəsdən Vüsal Allahverdiyevin həyat üçün mühüm orqan sayılan boyun nahiyəsinin sol tərəfindən bir dəfə vuraraq, ona boynun sol yan səthinin yuxarı hissəsində xarici yuxu arteriyasının, boynun damar və sinir dəstəsinin, udlağın zədələnməsi və qanaxma ilə müşayiət olunan yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş və sonuncu “İmişli Rayon Mərkəzi Xəstəxanası” X15 çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılmasına baxmayaraq 18 yanvar 2025-ci il tarixdə saat 07:05-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüş, yəni Vüsal Allahverdiyevi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş ittihamla özümü qismən təqsirli bilərək, Vüsal Allahverdiyevi öldürmək fikri olmadığını demişdir. Hadisə 17 yanvar 2025-ci il tarixdə baş vermişdir. Söyüş və təhqir etdiyi üçün Vüsala bıçaq atmışdır. Sonra şok vəziyyətinə düşmüşdür. Polis əməkdaşları gəlib onu aparan zaman onlara təslim olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Vüsalı həmkəndlisi kimi tanımışdır. Onun və atasının Vüsalla normal münasibətləri olmuşdur. Vüsalı öldürmək məqsədi olmamışdır. Vüsal söyüş söydüyü üçün onu bıçaqla vurmuşdur. Vüsal atası və onu söymüşdür. Vüsal atasını yeməkxanada söymüş onu isə yanında olan zaman söymüşdür. Vüsal atasını söydüyü zaman onların yanında olmamışdır. Atası Vüsalın qohumu Rəşad adlı şəxslə telefonda danışan zaman eşitmişdir ki, Vüsal atasını söymüşdür. Rəşadı tanımamış, Rəşad atasının sinif yoldaşıdır. Atası telefonda videogörüntülü Rəşadla danışmışdır. Rəşad telefonda atasına “boş ver keçsin cavandılar, biz onu başa salarıq” demişdir. Vüsalla atası həmin gün bir yerdə olmuşlar, Rəşad isə Sumqayıt şəhərində yaşamışdır. Həmin işlə bağlı Rəşad atasına zəng etmişdir. Rəşadın atasına zəng etməsinin səbəbini bilməmişdir, ola bilsin ki, həmin məsələni aydınlaşdırmaq üçün zəng etmişdir. Atası fağır və kasıb adamdır, heç vaxt kənddə dava-dalaş etməmişdir. X9 ali təhsil almışdır, Vüsalın atasını söyməyi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Vüsalı vurduğu bıçağı evdən götürmüşdür. Vüsalın özünə zəng edib onun harda olduğunu özündən soruşmuşdur. Vüsalın nömrəsi onda olmamışdır, Vüsalın nömrəsini tapıb öz mobil nömrəsi ilə Vüsalı yığıb harda olduğunu soruşmuşdur. Vüsala bir-iki məsələ var gəl onu aydınlaşdıraq demiş, Vüsal isə telefonda da onu söymüşdür. Vüsal içkili olmuş, yəqin ona görə onu söymüşdür. Vüsalla telefonda danışan zaman atasının məsələsi ilə bağlı onunla görüşüb danışmaq istədiyini demişdir. Vüsalın yanına piyada getmişdir. Vüsal ilə görüşməyə gedən zaman tək getmiş, atası yanında olmamışdır. Atası arxasınca gəlmişdir. Yeməkxanaya girib Vüsala buranın səs-küylü olduğuni bildirmiş və çölə çıxıb bir-iki dəqiqə söhbət edək demişdir. Vüsalla birgə yeməkxanadan çıxdıqdan sonra ona atasını niyə söydüyünü bildirmiş, Vüsal isə heç bir səbəb yoxdu demişdir. Vüsala necəyəni səbəb yoxdur, atasının heç kimlə işi olmadığını demişdir. Vüsal ona heç bir səbəb deməmiş, o da buna görə bir az əsəbləşmiş, daha sonra ara qarışmışdır. Vüsalla aralarında mübahisələri yaranmış, Vüsal ona söyüş söymüş, o da söyüşü götürə bilməmişdir. Vüsalın qol nahiyəsindən bıçaqla vurmaq istəmiş, bıçaq təsadüfən Vüsalın boğaz nahiyəsinə dəymişdir. Vüsala bir bıçaq zərbəsi vurmuşdur. Vüsalı bıçaqla vurduqdan sonra maşın çağırmışlar, Vüsalı xəstəxanaya aparmışlar. Vüsalı bıçaqla vuran zaman atası bir az aralıda olmuşdur. Vüsal ilə mübahisə edən zaman Vüsal ona əl qol hərəkətləri etmiş, onu çəkib vurmaq istəmişdir. Vüsal ilə mübahisələri olan zaman atası ona evə getməyini demişdir. Vüsalı vuran zaman yanlarında heç kim olmamışdır. Vüsalı vurduqdan sonra arxaya çəkilmiş, qohumlarının maşını ilə evə getmiş, atası da onunla birlikdə evə getmişdir. Polis şöbəsinə gedən zaman yolda polis əməkdaşları ilə rastlaşmışlar və polisə təslim olmuşdur. Əvvəl atası polis əməkdaşlarına təslim olmuşdur ki, özü boynuna götürsün və onun təhsili yarıda qalmasın. Sonradan polis əməkdaşlarına hər şeyi özünün etdiyini bildirmişdir. Vüsalı öldürmək məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 bildirmişdir ki, Mobil qrup şəklində bilə-bilə qəsdən gedib evdən bıçağı götürüb verib uşağının əlinə gəlib oğlu Vüsalı qətlə yetirmişdir. Cinayət Məcəlləsinin 3 maddəsi ilə Fəridə və Mobilə iş düşür. Mobil çöldə gəzməməlidir və Mobil də tutulmalıdır. Fəridə düzgün ittiham verilməmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Sudabə Allahverdiyeva bildirmişdir ki, Vüsalın həmin günü kimlərlə görüşəcəyini bilməmişdir. Vüsal Bakı şəhərində işləmişdir. Əri 08 yanvar 2025-ci il tarixdə əməliyyat olunan zaman Vüsal evlərinə gəlmişdir. 2000-ci ildə özü əməliyyat olunmuş, həmin vaxtdan Vüsal işləyib onları saxlamışdır. Hadisə günü Vüsal siqaret almağa getdiyini demiş, Vüsala “sən getmə qoy mən alım gəlim, sən itin yerini təmizlə” demiş, Vüsal isə uşaqlarında çağırdığını bildirmişdir. Həmin gün kiminsə doğum günü olmuş, kimsə Vüsala zəng etmiş, Vüsala kimin zəng etdiyini bilməmişdir. Vüsal kəndə gələn zaman siqaret almağa getdiyi mağazanın yanında oturmuşlar. Əvvəllər evdə yemək bişirəndə Vüsal mağazanın yanına apararaq Mobilə vermiş, Mobildə yemişdir. Fəridgil Vüsalı vurandan sonra qanının axıb qurtarması üçün bilə-bilə saxlamışlar və sonra xəstəxanaya aparmışlar. Vüsalı vaxtında xəstəxanaya çatdıra bilsəydilər oğlu ölməzdi. Vüsal gün batmazdan əvvəl evdən çıxmışdır. Mağazanı işlədən hadisə vaxtı ona zəng edib məlumat verməmişdir. Əvvəllər dəfələrlə ona zəng vuraraq Vüsalı soruşmuşdur. Vüsal səhv etmişdisə özü gəlib oğluna bir-iki sillə vurardı. Axşam baldızı Bənövşə ona zəng vuraraq Vüsalın Mobil ilə mübahisə etdiyini Mobilin oğlunun Vüsalın boğazından bıçaqla vurduğunu və Vüsalın xəstəxanada olduğunu demişdir. Qaynı oğlu Turalın telefonu ilə Vüsalla danışmışlar. Daha sonra qaynı oğlu gəlmiş, bibi Vüsala qan lazımdır demişdir. Xəstəxanaya çatan zaman hər yanın qan olduğunu görmüşdür. Polis əməkdaşları onu içəri girməyə qoymamışlar. Polis əməkdaşları ona qışqırma həkimlər Vüsalın yarasını tikirlər demişlər. Xəstəxanada Vüsalı görməmiş, Vüsalın şokda olduğunu və yatdığını demişlər. Xəstəxanada Vüsal ilə danışmamışdır. Telefonda danışan zaman Vüsal ana narahat olma sağalıb gələcəm evə demişdir. Mobil Vüsalı tutmasa idi, Fərid Vüsalı vura bilməzdir. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü, evdən çıxıb mağazaya siqaret almağa getmişdir. Hadisə yerinə çatan zaman hadisə artıq olmuş, Vüsalı xəstəxanaya aparmışdılar. Fəridin atası Mobil qışqıraraq Fəridin əlində bıçaq var onu al demiş, o da Fəridin əlindən bıçağı alıb böyürlərindən keçən arxa atmışdır. Daha sonra Fəridi maşına mindirərək evlərinə aparmış, sonra isə hadisə yerinə qayıtmışdır. Hadisə baş verən zaman orada olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Fəriddən bıçağı alan zaman kimin kimi vurduğunu bilməmişdir. Fəridi evində maşından düşürüb hadisə yerinə gələndən sonra hadisə barədə bilmişdir. Bıçağı Fəridin əlindən almışdır. Fəridi evlərinə aparan zaman Fəridin atası Mobil də maşında olmuşdur. Maşında ona heç nə deməmişlər, o da heç bir sual verməmişdir. Sonradan bilmişdir ki, mübahisə zamanı Fərid bıçaqla Vüsalı vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid7 bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olan vaxt siqareti qurtardığı üçün ona məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C180” markalı avtomobilinə əyləşib küçələrinin qarşısında yerləşən “Barber” adlı mağazaya siqaret almaq üçün getmişdir. Şəhid plakatının yanında camaatın yığıldığını görmüş, həmin vaxt Təqsirləndirilən şəxs də əlində bıçaqla durduğunu görmüş, Mobil qışqıraraq Fəridin dalaşdığını, təcili Fəridi avtomobilə əyləşdirməyini və əlindəki bıçağı əlindən almağını bildirmişdir. O avtomobildən düşüb Fəridin əlindən bıçağı almış və öz oturacağının ayaqaltısına atmış, bundan sonra isə Fəridi avtomobilin arxa oturacağında otuzdurmuş, bu zaman Mobil də sağ tərəfdən arxa oturacağa əyləşmişdir. O, Fəridin yenidən ondan bıçağı götürə biləcəyini düşünüb bıçağı həmin vaxt kənarda olan torpaq arxa atmışdır və Fəridlə Mobili hadisə yerindən təxminən 200-300 metr məsafədə yerləşən yaşadıqları evə aparmışdır. O, Fəriddən nə üçün belə bir hərəkət etdiyini soruşduqda, Fərid Vüsalın atasını təhqir etdiyi üçün Vüsalı bıçaqla vurduğunu bildirmiş, hətta həmin vaxt Mobil ilk öncə özü Vüsalı vurduğunu desə də, Fərid atasına qarışmamasını, özü cəzasını çəkəcəyini bildirmişdir. O, Mobillə Fəridi aparıb yaşadıqları evə düşürdüb həmin mağazanın qarşısına qayıtmış, mağazanın qarşısına qayıtdıqda camaatın mağazanın qarşısına yığıldığının şahidi olmuş və orada camaat aralarında Mobilin oğlu Fəridin Vüsalı bıçaqla boğaz nahiyəsindən vurduğunu və Vüsalı xəstəxanaya apardıqlarını danışdıqlarını eşitmiş, təxminən 30 dəqiqə mağazanın qarşısında dayanmış və yenidən Mobilin yaşadığı evə tərəf getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Mobil Azərbaycan Respublikası DİN-nin “102-xidmətinə zəng edərək, Vüsalı bıçaqla vurduğunu boynuna almış, hətta o, Mobilin evinə çatanda, adlarını bilmədiyi polis işçiləri də Mobilin yaşadığı evə gəlmiş, polislər Mobilin Vüsalı vurduğunu bildiyi üçün Mobili polis şöbəsinə aparmışlar, Fəridi isə sonradan izahat vermək üçün polis şöbəsinə gətirməsini ona tapşırmışlar. Bundan sonra o xəstəxanaya getmiş, orada Vüsala qan lazım olduğunu demişlər, Vüsalın adını bilmədiyi yeznəsini Sarıxanlı kəndinə aparmış, Vüsalın yeznəsi oradan pul götürdükdən sonra yenidən Vüsalın yeznəsini xəstəxanaya qaytarmışdır. Sonra isə ona adını bilmədiyi polis əməkdaşı zəng edərək Fəridin harada olmasını soruşduqda, o, Fəridin babasıgildə olduğunu demişdir. Polislər Fəridi sonradan polis şöbəsinə aparmışlar. O siqaret almaq üçün hadisə yerinə gəldikdə Vüsalın artıq xəstəxanaya aparıldığı barədə məlumatlanmış, baş vermiş hadisəni görməmiş, lakin Fəridin deməsinə və kənd camaatının danışdığına görə Vüsal Fəridin atasını təhqir etdiyi üçün Fərid evdən götürdüyü mətbəx bıçağı ilə 17 yanvar 2025-ci il tarixdə axşam saat 21:30 radələrində Vüsalın boğaz nahiyəsinə bir dəfə vuraraq Vüsala qəsdən xəsarət yetirmiş, nəticədə Vüsal xəstəxanada 18 yanvar 2025-ci il tarixdə səhər saatlarında rəhmətə getmişdir. Bıçaq mətbəx təyinatlı bıçaq olmuşdur, tiyəsi enli, tutacaq yeri taxta materialdan və taxta rəngində sarımtıla bənzər rəngli bıçaq olmuşdur. O, bıçağı Fəridin əlindən aldıqdan sonra Fəridin yenidən hər hansı cinayət əməli törətməsindən ehtiyat edib bıçağı yolun üstündə kənddə arxa atmışdır, lakin polislər gəldikdən sonra isə bıçağı atdığı yerdən götürüb adını bilmədiyi polis işçilərinə təhvil vermişdir. O, əvvəllər Fəridlə Vüsalın arasında heç bir dava-dalaş və ya ədavət olmasının şahidi olmamışdır. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, polis əməkdaşları birinci Fəridin atası Mobili aparmışlar. Fəriddən Vüsalı niyə bıçaqla vurdun deyə soruşduqda Fərid Vüsalın atasını söydüyü üçün vurduğunu demişdir. Mobil maşında Vüsalı özünün vurduğunu bildirmişdir. Fərid qorxudan maşına oturmaq istəməmiş, həmin vaxtı Mobil Fəridə “qorxma mən vurmuşam deyərəm” demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü günorta vaxtı olardı, kəndlərinin mərkəzində olan idarənin qabağına çıxmış, axşam üstü evə qayıdan zaman məhlələrindən yumurta və çörək almışdır. Fərid tələbə idi, səhəri günü Lənkərana gələcəkdi, Fəridin Lənkərana ac gəlməməsini istəmişdir. Mağazadan çıxanda ad günü var idi, uşaqlar onu da dəvət etmişlər, yoldaşlara oturmadığını evə getiyini, sonra gələcəyini demişdir. Daha sonra evə gedib yumurta bişirib Fəridə vermişdir. Fəridə ad gününə getdiyini demişdir. Sonra qayıdıb ad günü olan yerə gəlmiş, yemək bişənədək ac qarına 1 litr spritli içki içmişlər, yemək bişdikdən sonra da 1 litr spirtli içki içmişlər. Mərhum Vüsal əmisi oğluna zəng edib telefonda demişdir ki, bu gün Raminin doğum günüdür, həmin vaxt deyib gülmüşlər, daha sonra Vüsal telefonu söndürmüşdür. Vüsalın danışdığı Şahid3 onun sinif yoldaşı olmuşdur. Daha sonra Rəşad ona zəng vurmuş, onunla danışan zaman Vüsal Rəşada “əmioğlu sən səhv etdin mənimlə danışarkən telefonu söndürdün və buna görə pul atmalısan” demişdir. Rəşad Vüsala 10 manat pul göndərmiş, həmin pulun çekin şəklini Rəşad ona göndərmişdir ki, Vüsal danarsa çek onda qalsın demişdir. Bu məsələlərə görə Vüsal ondan incimiş və Rəşada “mən buna hörmət etmirəm, bunu kişi kimi tanımıram” demişdir. Həmin vaxtı Ramin çıxıb getmiş, məhəllədə Vüsal ilə ikisi dayanmışlar. Vüsal həmin vaxtı onunla çox mübahisə etmişdir. Həmin vaxtı Rəşadla görüntülü danışmışlar. Vüsalla dalaşmaq fikri olmamış, ilk dəfə idi ki, Vüsalla bir stolda oturmuşdur. Vüsalın əmisi oğlu Rəşada söz verdiyi üçün evə getmək istəmiş, həmin vaxtı Vüsal ona yumruq atıb “sənin kimi cındıra görə mən içəridə yatmaq istəmirəm qanını məndən uzaq et” demişdir. Vüsal ona tez-tez “səni kişi kimi tanımıram, sən hansı kişilikdən danışırsan, sənə qaynına görə hörmət edirəm” demişdir. Daha sonra evə gəlmiş, Rəşada söz verdiyinə görə evdə Rəşadı görüntülü yığıb “əmioğlu arxayın ol, mən evdəyəm” demişdir. Rəşadla yolda olan mübahisə barədə danışarkən söhbətlərini oğlu eşitmiş, Rəşad ona “narahat olmayın, mən özüm onu sabah başa salaram” demişdir. Fərid çölə çıxaraq telefonla Vüsala zəng etmişdir. Evdən çölə çıxanda Fəridin olmadığını görmüş, yola baxan zaman Fəridin Vüsalı yeməkxanadan çıxarıb mağazanın qabağında söhbət etdiyini görmüşdür. Həmin vaxtı Vüsal onu görüb “peysər mənim üstümə uşaq gətirmisən, sənin anavı bacıvı belə-belə edim” demişdir. Fərid Vüsalı sinəsindən itələmişdir. Özü Fəridi vurmuş və Fəridin gözündə olan eynək yerə düşmüşdür. Vüsala Fəridin söhbəti əmioğlu Rəşaddan eşidib gəldiyini demişdir. Həmin vaxtı Vüsal söyüş söyməyə başlamış, Vüsala söyüş söymə lazım deyil demişdir. Vüsal Fəridi itələyib “ana-bacı söyüşü” söyməyə başlamışdır. Vüsal Fəridə anasının adını çəkib “sənin ananın gorunu belə-belə edəcəm” demişdir. Fəridin Vüsalı öldürmək fikri olsa idi ona bir neçə bıçaq zərbəsi vurardı. Həmin vaxtı Fəridin eynəyi gözündən düşmüşdür. Fəridin gözləri yaxşı görməmişdir. Fərid özünü müdafiə etmək üçün Vüsala bıçaq atmış və bıçaq Vüsalın boğazına dəymişdir. Fərid Vüsalı axşam saat 22 radələrində vurmuş, daha sonra Vüsalı “İmişli Rayon Mərkəzi Xəstəxanası”na aparmışlar, bir neçə saatdan sonra Vüsal orada ölmüşdür. Burda həkim səhlənkarlığı da vardır. Vüsal xəstəxanaya gedərkən yolda telefonda qaynına zəng edib onunla danışıb “mən şikayət etməyəcəm, sabah özümə gələndən sonra Fəridin quyruğuna bıçaq batıracam, bu zərbə nədir ki, bu zərbədən öləm” demişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Fəridin evdən çıxmağından xəbəri olmamışdır. Hadisə olan zaman içkili olmuşdur. Fəridi görən zaman Fərid mağazanın qabağında dayanıb, Vüsalı çağırırdı. Fərid ondan qabaq gedərək Vüsalı çölə çağırmışdır. Fərid evdən çıxanda elə bilmişdir ki, Fərid siqaret çəkmək üçün çıxır. Fəridə sillə vurmuşdur. Mağazanın qabağında adamlar olmuş, onlar olduqları yer qaranlıq olmuşdur. Çağırsa belə heç kim onların yanına gələrək köməklik etməmişdir. Vüsal yeməkxanadan tək çıxmışdır. O yeməkxanaya girən zaman Vüsal oturub çay içirdi, Fərid isə eynəyini silirdi. Vüsalın oturduğu stolda yanında kimin oturduğuna fikir verməmişdir. Yeməkxananın içində Fəridə çölə çıx demiş, Vüsala isə “əmioğlu Fərid mənim Rəşadla danışdığımı eşidib gəlib, Fəridi başa salaq getsin” demişdir. Həmin vaxtı Vüsalın üzündən də öpmüşdür. Yeməkxananın içində olan adamlardan heç kim qarışmamışdır. Şahid4 qoyma bunlar dalaşa demişdir. Namiq onun dediklərini eşitmişdir. Yeməkxanadan çıxanda Vüsalın əynində düyməli jaketi olmuş, Vüsal onu əynindən çıxarıb ona “peysər yığınağı mənim üstümə uşaq gətirmisən” demişdir. Çöldə Namiqdən başqa adam olmamış, Namiq işığın altında durmuş, həmin vaxtı onlar qaranlığa keçmişlər. Onların danışıqlarını Namiq eşitmişdir. Mağaza ilə yeməkxananın məsafəsi bir az aralı olmuşdur. Fəridin Vüsala bıçaq atdığını görməmiş, Fərid Vüsala söymə-söymə demişdir. Fərid Vüsala əl uzatmış, Vüsal arxa-arxaya gedib qayıdan zaman “tülkü balası sən mənə əl atırsan, sənin hər bir şeyini bel-belə edəcəm” demişdir. Həmin vaxt Fərid Vüsalı vurmamış, Fəridin eynəyi gözündən düşmüşdür. Fərid Vüsalı vurandan sonra onu kənara itələmiş, Vüsalı qucaqlamış və bəsdi başına dönüm demişdir. Elə bilmişdir Vüsalın dişi qırılıb, sonra yaranı görmüş və qışqırmışdır ki, ay camaat kömək edin, hamı mağazanın qarşısında durmuşdur, elə bil kinoya baxırdılar, heç kim yaxına gəlməmişdir. Sonra məhləyə çıxan xalası oğluna Fərid Vüsala bıçaq atıb, bıçaq Vüsalın boğazına dəyib, Fəridi ataq evə polisə təslim olum demişdir. Vüsalı kimin həkimə apardığını görməmişdir. Fərid Vüsalı vuduqdan sonra Vüsal əlini boğazına tutub “reşodkaya” söykənib ayaq üstə durmuşdur. Yeməkxananın içində Fərid Vüsalla söhbət edən zaman Fəridin üzərində bıçaq olduğunu bilsəydi, qışqırıb ay camaat Fəriddə bıçaq var kömək edin deyərdi. İzzətin telefonu ilə Vüsala zəng edib çölə çıxmağını deməmişdir. Vüsalı yeməkxanadan özü çıxarmamışdır. Yeməkxanaya Fəridin arxasınca girmişdir. Yeməkxanada Vüsal ilə söhbəti olmamış, oğlu Fərid eynəyini çıxarıb eynəyini silə-silə “Vüsal çıx çölə səninlə işim var” demişdir. Həmin vaxtı Vüsal çay içmişdir. Vüsala yeməkxanadan çölə çıx deməmişdir. Rəşadla danışan vaxtı Fəridin yanında olduğunu demişdir. Rəşad Fəridlə danışaraq Fəridə özünün Vüsalla danışaraq onu başa salacağını demişdir. Hadisə baş verən zaman Vüsalı tutmamışdır. Hadisə barədə polisə özü zəng etmiş və məlumat vermişdir. Fərid tələbə olduğu üçün hadisənin özü tərəfindən törətdiyini bildirmişdir. Daha sonra Fərid Vüsalı özünün vurduğunu etiraf etmişdir. Üzü əks tərəfə olduğu üçün Fəridin Vüsalı bıçaqla vurduğunu görməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixdə hadisə baş verən günü onun doğum günü olmuşdur. Yolda Vüsala ad günü olduğunu bildirmiş, üzərində ona 20 manat pulu Vüsala vermiş, qalan pulu Vüsalgil düzəltmişdir. Toyuq almışlar, toyuğun buzunun açılması üçün suyun altına qoymuşlar. Həmin vaxtı Mobil gələrək mağaza işlədənə “mənə çörək və yumurta ver, gedim Fəridə yemək bişirim” demişdir. Vüsal Mobilə köhnə kababçısan Ramilin doğum günüdür kömək elə kabab bişirək demişdir. Mobil çörək alıb getmiş, daha sonra Mobilə zəng edib gəlirsən gəl əti bişirək yeyək demişdir. Mobil gəldikdən sonra Vüsal ilə üz-üzə oturmuşlar, sonra əti doğramışlar, kabab bişirib oturub yeyib-içmişlər. Həmin vaxt onların arasında heç bir mübahisə olmamışdır. Daha sonra Mobil Vüsalın əmisi oğlu Rəşada zəng etmiş, Rəşad zəngə cavab verməmişdir. Bundan sonra Vüsal Rəşada zəng etmiş və Rəşad Vüsalın zənginə cavab vermişdir. Həmin vaxt Vüsal Rəşada “görürüsən mənim zəngimi açdı, sənin zəngini açmadı” demişdir. Rəşad ad gününə görə 10 manat pul göndərdi ki, pivə alıb içərsiniz. Vüsal həmin vaxt heç bir söyüş söyməmişdir. Evə getdikdən 2-3 saat sonra hadisə barədə eşidib xəstəxanaya getmişdir. Orada Vüsalı görüb hadisənin hansı səbəbdən baş verdiyini soruşmuş, Vüsal heç nədən Fəridin onu vurduğunu demişdir. Sonradan nə söz-söhbət olduğunu bilməmişdir. Mobil Vüsalı özünün vurduğunu demişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü mağazanın qabağına çıxmış, Ramil, Mobil və mərhum Vüsalın yeyib-içdiklərini görmüş, onlar onuda dəvət etmişlər. Onlarla oturub yemək yedikdən sonra evlərinə getmişdir. Evdə olan zaman səs-küy eşitmiş, küçəyə çıxan zaman hadisə artıq baş vermişdir. Hadisənin şahidi olmamışdır. Çölə çıxanda Fəridin əlində bıçaq olduğunu və Mobilində orada olduğunu görmüşdür. Mobil qışqıraraq kömək edin demişdir. Vüsalı orada görməmişdir. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, xəstəxanaya getmişdir. Vüsalın yanında olan zaman polislər gəlmişlər, Vüsal Fəriddən şikayətçi olmadığını bildirmişdir. Yeyib içən zaman Vüsal ilə Mobilin arasında heç bir mübahisə olmamışdır. Vüsal telefonda əmisi oğlu ilə danışmışdır. Dindirilmiş Şahid5 İmamququlu oğlu ifadəsində bildirmişdir ki, hadisə 17 yanvar 2025ci il tarixdə baş vermişdir. O, yeməkxana işlətmiş, hadisə baş verən günü yeməkxanada öz işiylə məşğul olmuşdur. Həmin günü mərhum Vüsal gəlib ondan bir çay istəmiş, o da Vüsala çay süzmüş, Vüsal da oturub çayını içmişdir. Vüsalın yeməkxanadan çağrılmasını görməmiş, yeməkxanada adam çox olduğu üçün başı qarışıq olmuşdur. Hadisənin necə baş verdiyini görməmiş, yeməkxanadan Mobilin səsinə çıxmış, çölə çıxan zaman hadisə artıq baş vermişdir. Daha sonra xəstəxanaya getmişdir. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Mobil və Fəridin yeməkxanaya girib Vüsalı çölə çıxarmaqlarını görməmişdir. Vüsalın yeməkxanadan çıxmağını görməmiş, Mobilin səsinə çölə çıxmışdır. Çölə çıxan zaman artıq hadisə baş vermişdir. Həmin vaxtı maşın çağırmış, ancaq maşın tapa bilməmişdir. Vüsaldan qan axmasının qarşısını almaq üçün əynində olan jaketi çıxarıb Vüsalın boynuna bağlamışdır. Həmin vaxtı tək olmuşdur. Sonra Vüsalı maşına mindirmişdir. Vüsalın vurulma məqamını görməmiş, Mobilin qışqırığına çölə çıxmışdır. Yeməkxanadan çıxan zaman Fərid yolun digər tərəfində durmuşdur. Mobil kömək üçün qışqırırdı, həmin vaxt heç kim yaxın durmurdu. Vüsal maşında danışmırdı, ancaq maşına oturana qədər danışırdı. Vüsal xəstəxanada bir az özünə gəlmişdi, həkim dedi heç bir qorxusu yoxdur. Vüsaldan nə olub deyə soruşmuş, Vüsal ona “sən narahat olma sağalıb özüm hər şeyi qaydasına qoyaram” demişdir. Dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman hadisə yerində olmamış, hadisə baş verdikdən sonra hadisə yerinə gəlmiş və mərhum Vüsalı xəstəxanaya aparmışdır. Vüsal maşında tam danışa bilməsə də səsi gəlirdi. Verilmiş suallara cavab olaraq Şahid9 bildirmişdir ki, xəstəxanada Vüsalın yanında olmuşdur. Vüsal Fəridin onu vurduğunu demişdir. Vüsal Mobilin onu vurduğunu deməmişdir. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, özünə siqaret almaq üçün mağazaya getmiş, siqaret aldıqdan sonra yeməkxanaya daxil olub peçin böyründə oturub bir siqaret yandırmışdır. Həmin vaxtı mərhum Vüsal özünə çay süzüb onun yanında oturmuşdur. Təxminən 10-15 dəqiqə söhbət etmişlər. Daha sonra Mobil yeməkxanaya daxil olmuşdur. Mobil yeməkxanaya daxil olduqdan sonra Vüsalı çağırmış, Vüsal ilə Mobil yeməkxananın mərkəzində durub söhbət etmişlər. Daha sonra Fərid yeməkxanaya girmişdir. Fərid yeməkxanaya girən zaman gözündə olan eynəyi çıxarıb təmizləmişdir. Mobilin Vüsalla nə söhbət etdiyini bilməmişdir. Vüsal telefonda musiqi qoyub qulaq asmışdır. Fərid gəldikdən sonra onlar yeməkxanadan çölə çıxmış, o isə yeməkxanada oturulu qalmışdır. Səs gəldikdən sonra çölə çıxmış və yeməkxananın qarışında dayanmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Çölə çıxanda Vüsal oturmuş, Mobil qışqırırdı, Fərid isə kənarda durmuşdu. X16 niyə vurdun deyirdi. Verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, yeməkxanaya birinci özü daxil olmuş, sonra isə Vüsal yeməkxanaya gəlmişdir. Vüsal kiminləsə mübahisə etməsi barədə ona heç nə deməmişdir. Yeməkxanada olan zaman Fəridin əlində bıçaq görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid8 bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixdə axşam saat 21:15 radələrində siqaret almaq üçün Cavidin işlətdiyi mağazaya getmiş, siqaretini alıb çıxdıqdan sonra, hava soyuq olduğundan mağazanın yanında olan çayxana kimi istifadə olunan Vüsalın işlətdiyi kafeyə daxil olmuşdur. Kafeyə daxil olub orada olan odun sobasının yanında olan skamyada əyləşib 2 ədəd siqaret çəkmiş, təxminən 3-5 dəqiqə keçmiş, X10 içəri daxil olmuş, əlində bir stəkan çay götürüb gəlib onunla salamlaşmış, oturub biraz onunla söhbət etmiş, kefini əhvalını soruşmuşdur. Bu zaman içəriyə əvvəlcədən tanıdığı Mobil adlı həmkəndlisi daxil olmuş, Mobilin arxasınca isə Lənkəran Dövlət Universitetində oxuyan oğlu Fərid daxil olmuş, Mobil Vüsala yaxınlaşmış, Fərid isə qapının ağzında durmuş, Fərid eynək taxdığından və eynəyi buxarlandığından gözündən çıxardıb eynəyini təmizləmiş və yenidən gözünə taxmışdır. Vüsal isə Mobil içəri daxil olan vaxt onun yanından ayağa qalxmış, əlində isə olan stəkanı masanın üzərinə qoymuş, bu zaman Mobillə Vüsal çayxananın ortasında görüşmüş, çayxana da çoxsaylı adamlar olduğundan və səs-küy olduğundan Vüsalla Mobilin bir-birinə nə deməsini eşitməmiş, Vüsalla Mobil sakit formada birlikdə çayxanadan bayıra çıxmış, həmin vaxt o içəridə olmuş, təxminən 5-6 dəqiqə sonra bayırdan Mobilin Fərid deyə qışqırıq səsini eşidib çayxanadan bayıra çıxmışdır. Çıxdıqda çayxananın qarşısında yadında qalmayan avtomobilin qarşı hissəsində yol tərəfdə Mobillə Vüsalın söhbət etdiyini, Mobillə Vüsaldan isə təxminən 3-5 metr məsafədə şəhid plakatına tərəf Fəridin dayandığını görmüş, Mobil əli ilə Vüsalı avtomobilə tərəf sıxmış, bu zaman Vüsal Mobildən aralanıb yol istiqamətində hərəkət etmək istəmiş və 2-3 metr hərəkət etdikdə, Mobil yenidən Vüsalın qarşısına keçib Vüsalın getməməsi üçün onun qolundan tutub saxlamış, Vüsalla Mobilin arasındaki mübahisəyə qarışmamaq üçün yenidən çayxanaya geri daxil olmaq istəmiş, lakin daxil olarkən səs eşidib dərhal geri döndükdə Vüsalın sol boyun nahiyəsindən tutaraq şəhid plakatına tərəf getdiyini və Vüsalın orada əyləşdiyini görmüşdür. Həmin vaxt Mobil qışqıraraq Fəridə Vüsalı öldürdün deməsini eşitmiş, Fəridin isə hadisə yerindən öz yaşadığı evləri tərəfə aralandığını, Mobilin isə Fəridin arxasınca getdiyinin şahidi olmuşdur. Həmin vaxt ətrafda təxminən 5-10 nəfər adam olmuş, həmin adamlarda səs-küyə çayxanadan bayıra çıxan adamlar olmuşdur. O dərhal bu hadisənin şahidi olsa da, həyəcanlanıb çıxıb öz yaşadığı evə getmişdir. Ətrafda olan insanları isə həyəcanlı olduğundan və qaranlıq olduğundan kimlər olduğunu bilməmiş, Fəridlə Vüsalın mübahisəsi zamanı Fəridin əlində o hər hansı bıçaq və ya digər deşici kəsici əşya görməmiş, lakin çayxanaya geri dönüb qayıtmaq istəyərkən Mobilin qışqırıq səsinə geri dönüb baxdıqda Vüsalın boyun nahiyəsini tutduğunu və şəhid plakatı tərəfə gedib çöməlib əyləşdiyinin şahidi olmuş, həmin vaxt Vüsalın boyun nahiyəsindən qan axdığın şahidi olmuşdur. Sonra isə o qorxduğundan və hadisənin davamını görməmək üçün çıxıb evə getmişdir. Səhəri gün isə Vüsalın İmişli rayon mərkəzi xəstəxanasında vəfat etdiyini eşitmişdir. O hər ikisini bir həmkəndlisi kimi tanımış, Vüsalla salam-sağolu olmuş, lakin Fəridlə heç bir münasibəti olmamış, ümumiyyətlə heç bir ilə aralarında heç bir dava-dalaş və ya ədavət olmamışdır. Fəridlə Vüsalın isə əvvəllər arasında hər hansı mübahisələrinin olmasına şahid olmamış, bu barədə heç kimdən heç nə eşitməmişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. O, Fəridlə Vüsalın bir-birinə nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. O, Fəridin Vüsalı bıçaqla vurduğu anı görə bilməmişdir. İlk mübahisə vaxtı Fəridin əlində bıçaq olmayıb, yəni o, Fəridin əlində bıçaq görməmişdir, lakin geri çevrilib Vüsalın əli ilə boynunu tutduğu vaxt o, Fəridin əlində bıçaq görmüş, Fərid ondan uzaq olsa da, əlindəki bıçağın tiyəsinin gümüşü rəngdə olmasını və bıçağın enli və uzun bıçaq olmasını görmüş, lakin Fərid bıçağın sapını əli ilə tutduğu üçün sapının hansı formada olduğunu görə bilməmişdir. Hadisə baş verən vaxt Mobilin səsinə çayxanadan bir neçə nəfər çıxsa da, o həmin şəxslərin kim olduğuna əhəmiyyət vermədən çıxıb evinə getmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, hadisədən sonra Fəridin əlində bıçağı görmüş, həmin vaxtı Fərid ikinci dəfə Vüsalı vurmağa cəhd etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Vüsal Allahverdiyevi qəsdən öldürülməsi faktı və bu faktla əlaqədar toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.1) -“meyitin baxışının aparılması haqqında” 18 yanvar 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Vüsal Allahverdiyevin meyitində boyunun sol yan səthinin yuxarı hissəsində köndələn-çəp istiqamətdə yerləşmiş 5x1,5sm kənarları hamar, ucları iti, yarıq şəkilli yara aşkar olmuşdur. Meyitə baxış zamanı bədəni üzərində başqa xəsarət və dəyişiklik aşkar edilməmişdir.(cild 1,i.v.4-8) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer İmişli rayonu, Sarıxanlı kəndinin mərkəzi küçəsində yerləşən, “X18” adlanan iaşə və ticarət obyektinin qarşısıdır. Obyekt birmərtəbəli olmaqla mişar daşlarından inşa olunmuş, üzəri şifer materialla örtülmüşdür. Obyektin qarşısında metal materialdan hazırlanmış barmaqlıqlarla çəpər çəkilmişdir. Obyektin qarşısından keçən yol çınqıl-torpaq qatı ilə örtülmüşdür. Yolun eni 6 metr təşkil edir. Yolun qarşı tərəfində yerləşən beton hasarın qarşısında, hasardan 1,3 metr, yaxınlıqda yerləşən şəhidin xatirə lövhəsinin metal materialdan hazırlanmış çəpərindən isə 2,2 metr məsafədə çınqıl-torpaq örtüyünün üzərində qanabənzər ləkələr aşkar edildi. Həmin ləkələr müvafiq olaraq 1, 2, 3, 4 və 5 rəqəmləri ilə nömrələndi. Bundan başqa, həmin ləkələrdən yolun mərkəzinə, kafeyə doğru daha iki qanabənzər ləkə aşkar olunaraq 6 və 7 rəqəmləri ilə işarələndi. Baxış davam etdirilərkən kafenin çəpərinin bilavasitə qarşısında, obyektin çəpərinin giriş qapısının yanında daha bir qanabənzər ləkə aşkar edilərək 8 rəqəmi ilə işarələndi. Daha sonra 8 nömrəli qanabənzər ləkədən 4,5 metr məsafədə cənuba doğru kafenin qarşısından keçən qaz borusunun yanında həmin borunun üzərində və bilavasitə qarşıda çınqıl-torpaq örtüyü üzərində qanabənzər ləkələr müşahidə edilməklə 9, 10 və 11 rəqəmləri ilə nömrələndi. Baxış zamanı tampon vasitəsilə borunun üzərində olan qanabənzər ləkədən nümunə, həmçinin, üzərində qanabənzər ləkələr olan çınqıl daşları maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada götürülməklə qablaşdırıldı. Hadisə yerinin baxışında iştirak edən Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs X5 xəsarət yetirdiyini bilavasitə görməsə də, o, kafedən çıxdıqda 1 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkənin aşkar olunduğu yerdə Vüsal Allahverdiyevin əlini boyun nahiyəsinə tutduğunu və onun boynundan qan axdığını görmüşdür. Hadisə yerinə baxış gündüz və quraqlıq hava şəraitində aparılmış, hadisə yerinin fotoşəkilləri “Redmi Note 9 Pro” markalı mobil telefonla çəkilərək protokola əlavə edilmişdir.(cild 1,i.v.9-18) -“şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan saat 11:35-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.38-39) -“könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş və könüllü olaraq istintaqa təqim etmiş qara rəngli boğazlı uzunqol köynək, 01 cüt qara rəngli corab, qara rəngli ayaqları manjetli olan idman şalvarı və qara rəngli olmaqla, alt hissəsində ağ zolaq olan idman ayaqqabısı tərəfimdən müvafiq qayda da götürülməklə baxış keçirilmiş, baxış zamanı Fərid Allahvediyevin geyim paltarları üzərində qarşılıqlı dalaşmaya xarakterik zədə izləri aşkar edilməmişdir.(cild 1,i.v.55-58) -“baxış keçirilməsi haqqında” 19 yanvar 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq qatlanmayan tipdədir. Dəstək və tiyədən ibarət olmaqla, tiyəsinin uzunluğu 147 mm, bıçağın ümumi uzunluğu isə 27,2 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır. Tiyənin üzərində “Stainless Stel. Kitchen knife. King Gary” sözləri yazılmışdır. Tiyənin bir tərəfi küt, digər tərəfi kəsicidir. Bıçağın dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla, 3 (üç) ədəd dairəvi formalı metal vintlərlə bərkidilmiş haldadır. Tiyənin üzərində qanabənzər ləkələr müşahidə edilir.(cild 1,i.v.72) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və İmişli Rayon Məhkəməsinin 20 yanvar 2025ci il tarixli, 4(036)-9/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.74-75, 136-140) -“mobil telefona baxış keçirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi “Redmi C-13” markalı mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid1 mobil telefonunda “Whatsapp” ani mesajlaşma proqramında “Rəşad Qardaş” adı ilə qeydiyyata alınmış şəxsin telefon nömrəsinə 17 yanvar 2025-ci il tarixdə saat 20:04-də görüntülü zəng edilmiş, lakin zəng cavablandırılmamış, yenidən həmin gün saat 20:07-də görüntülü zəng edilmiş və 11 dəqiqə 34 saniyə görüntülü danışıq baş vermiş, daha sonra həmin gün saat 20:27-də yenidən görüntülü şəkildə zəng edilərək 1 dəqiqə 11 saniyə danışıq aparılmış, 20:50-də yenidən görüntülü zəng edilsə də, zəng cavablandırılmamış, saat 20:51-də “Rəşad Qardaş” adlı şəxsdən görüntülü zəng gəlmiş və 28 dəqiqə 16 saniyə danışıq baş tutmuşdur. Saat 21:23də isə yenidən “Rəşad Qardaş” adlı şəxslə 7 dəqiqə 32 saniyə görüntülü danışıq baş tutmuşdur. Baxışda iştirak edən Şahid1 “Rəşad Qardaş” adı ilə qeydiyyata alınmış şəxs Şahid3 olmaqla, mərhum Vüsal Allahverdiyevin əmisi oğlu, onun isə sinif yoldaşı olduğunu bildirmiş, həmin şəxs Sumqayıt şəhərində yaşamaqla, hadisə baş verən gün telefonda göstərilmiş saatlarda “Whatsapp” ani mesajlaşma proqramı ilə onunla görüntülü danışılmış, sonuncu görüntülü danışıq isə saat 21:23-də baş vermiş, həmin vaxt evdə olmuş və Vüsal Allahverdiyevin onun haqqında dedikləri barədə Şahid3 bildirmiş, bu zaman isə oğlu Təqsirləndirilən şəxs bunu eşitmişdir.(cild 1,i.v.125-126) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, İmişli rayonu Sarıxanlı kəndində yerləşən yaşayış evindən bıçağı götürdüyü, Vüsal Allahverdiyevi kafenin içərisindən kafenin bayırına dəvət etdiyi, onunla kafenin qarşısında mübahisə etdiyi və Vüsal Allahverdiyevi bıçaqla vurduğu yerləri əyani şəkildə yerində göstərmişdir.(cild 1,i.v.230-237) -"xxxx"nın 10 fevral 2025-ci il tarixli, 21/MTKŞ-2025 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin, idman şalvarının, bir cü corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.(cild 1,i.v.251- 254) -“məhkəmə-bioloji ekspertizası” nın 12 fevral 2025-ci il tarixli 38/2025-TBŞ nömrəli rəyindən görünür ki, Vüsal Allahverdiyevin ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi A(İİ)-dir. Ekspertizaya təqdim edilmiş 20 ədəd daş parçaları, 02 ədəd taxta hissələri, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus uzun qol sviter(vodolaska) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antingenti alındı. Aqqlyutinninlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Vüsal Allahverdiyevə məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd pambıq tamponun üzərində qan, Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, 01 cüt corab, və bir cüt idman ayaqqabısı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Eksperizaya təqdim edillmiş Təqsirləndirilən şəxs məxsus uzunqol sviter (vodolazka) üzərindəki ləkələrdən hazırlanmış preparatlarda sitoloji tədqiqat üçün yararlı nüvəli hüceyrə elementləri aşkar olunmadığı üçün bu qan ləkələrinin cinsi mənsubiyyətini və reqional mənşəyi barədə fikir söyləmək mümkün olmadı.(cild 2,i.v.1-9) -“məhkəmə-tibbi ekspertizası”nın 17 fevral 2025-ci il tarixli, 05 nömrəli rəyindən görünür ki, mərhum Vüsal Allahverdiyev xx.xx.2025-ci il tarixdə saat 22:35-də “Boynun açıq yarası” diaqnozu ilə İmişli RMX PHŞ-in TTTY bölməsinə gətirilmiş və xx.xx.2025-ci il tarixdə saat 07:10-da TTTY bölməsində ölmüşdür. Müayinə zamanı aşkar edilmiş xəsarət-boynun sol yan səthinin yuxarı hissəsində 01 ədəd yara kəsici-deşici alətin təsirindən törənmişdir, həyatidir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə boyun nahiyəsinə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdir. Yara kanalının istiqaməti bayırdan içəriyə, soldan sağa, yuxarıdan aşağıya düz istiqamətdədir. Xəsarətin yerləşməsinə və xarakterinə əsasən həmin xəsarət zərərçəkmişin müxtəlif duruş vəziyyətlərində, o cümlədən ayaq üstə üzbə-üz və ya əks istiqamətli duruş vəziyyətində yetirilə bilərdi. X4 ölümünün müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və onun ölümünə səbəb almış olduğu xəsarət nəticəsində xarici yuxu arteriyasının zədələnməsi və baş vermiş qanitirmə olmuşdur. Vüsal Allahverdiyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilmədi. Vüsal Allahverdiyevin fiziki inkişaf səviyyəsini və xəsarətin xarakterini nəzərə alsaq o, almış olduğu xəsarətdən sonra qısa müddət ərzində müəyyən məqsədyönlü hərəkətlər edə bilərdi. Vüsal Allahverdiyevin meyitində aşkar edilmiş xəsarətin-boynun sol yan səthindəki yaranın ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna edilmir.(cild 2,i.v.16-23) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, X1 zərərçəkmiş şəxs Vüsal Allahverdiyevin hüquqi varisi qismində tanınmışdır.(cild 2,i.v.52) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 21 fevral 2025-ci il tarixli, 572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həsasslıq, emosional reaksiyalara meyillilik, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunmaqla, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən bilavasitə əvvəl və hadisəni törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həsasslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.(cild 2,i.v.92-96) -“komisyon məhkəmə-tibbi ekspertizası”nın 16 aprel 2025-ci il tarixli, 211/KEŞ nömrəli rəyindən görünür ki, Vüsal Allahverdiyev xx.xx.2025-ci il tarixdə, saat 22:35-də İmişli mərkəzi rayon xəstəxanası PHŞ-in Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə şok vəziyyətində daxil olmuşdur. Müayinə zamanı onda boynun sol yan səthinin yuxarı hissəsində ölçüsü təxminən 5 sm ölçüdə köndələn yerləşmiş kənarları hamar, ucları iti qanayan yara qeyd edilmişdir. Yara 1-li cərrahi işləndi, qanaxma qeyd edilmədi, xəstəyə müşahidə və konservativ müalicə başlanıldı. Saat 00:15-də xəstədə yaradan kəskin qanaxma qeyd edilmiş, cərrah çağırılmış, yara genişləndirilmiş və təkrar təftiş zamanı xarici yuxu arteriyasının zədələndiyi müəyyən edilmişdir. Arteriya hər iki tərəfdən tutularaq tikilib bağlanmışdır. Aparılan müdaxilələrə baxmayaraq xəstə kəskin qan itirdiyi üçün ona aparılan reanimasiya tədbirləri effektsiz olmuş və saat 07:05-də bioloji ölüm faktı qeydə alınmışdır. Vüsal Allahverdiyevin almış olduğu xəsarətlə əlaqədar ona ilkin tibbi yardım (yaranın birincili cərrahi işlənməsi) göstərilmiş və seçilmiş cərrahi taktika düzgün olmuşdur. Vüsal Allahverdiyevin almış olduğu xəsarətlə əlaqədar qanaxma mənbəyi olan yuxu arteriyası hər iki tərəfdən tutularaq tikilib bağlanmışdır. Lakin qanaxma fonunda hemodinamikanın bərpa edilməsi mümkün olmamış və sonda bioloji ölüm faktı qeydə alınmışdır. Vüsal Allahverdiyevə aparılmış ilkin tibbi yardımlar və cərrahi müdaxilə taktikası düzgün olmuşdur. Bununla da göstərilmiş tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Vüsal Allahverdiyevin almış olduğu xəsarətin xarakteri və vəziyyətinin ağırlığı ilə əlaqədar onun digər ixtisaslı tibb müəssisəsinə köçürülməsi məqsədə uyğun hesab edilməmişdir. Vüsal Allahverdiyevə göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.(cild 2,i.v.111-119) -“sübutların qiymətləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 20 (iyirmi) ədəd daş parçaları, 1 (bir) ədəd taxta parçası və qanabənzər ləkələrə hopdurulmuş 1 (bir) ədəd pambıq tampon, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmaqla, könüllü istintaqa təqdim etdiyi 1 (bir) ədəd qara rəngli, sol qarşı cibinin üzərində “SPORT” sözləri yazılmış idman şalvarı, 1 (bir) ədəd qara rəngli, boğazlı uzunqol sviter, 1 (bir) cüt corab, 1 (bir) cüt qara rəngli olmaqla, üzərində ağ rəngli zolaqları olan idman ayaqqabısı və 1 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli rayon prokurorluğunun “Maddi Sübutlar” otağına təhvil verilmişdir.(cild 2,i.v.135-163) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 21 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.164-165) Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı İmişli rayonunun Sarıxanlı kəndindəki evdə atası Şahid1 tanışı Şahid3 ilə mobil telefon vasitəsilə görüntülü danışığı zamanı həmkəndlisi X10 tərəfindən sonuncunun ona Ruslan kimi tanınan qaynı X11 görə hörmət etməsini bildirib digər təhqiramiz sözlərlə cəmiyyət içində aşağılaması barədə sözlərini eşidib qisas almaq niyyətilə Vüsal Allahverdiyevi qəsdən öldürmək qərarına gələrək, evin mətbəxindən bir ədəd soyuq silah hesab edilməyən bıçağı götürüb İmişli rayonu, Sarıxanlı kəndində yerləşən “Barber” adlı yeməkxananın qarşısına gəlmiş, Vüsal Allahverdiyevi yeməkxanadan çölə dəvət edərək, yeməkxananın qarşısında atası barədə işlətdiyi əxlaqsız sözlərə görə öz iradını bildirmiş, Vüsal Allahverdiyev onun iradını qəbul etməyərək həm də vəfat etmiş anasının ünvanına təhqiramiz sözlər dediyinə görə aralarında yaranan mübahisə zamanı qisas almaq niyyətilə bıçaq ilə qəsdən Vüsal Allahverdiyevin həyat üçün mühüm orqan sayılan boyun nahiyəsinin sol tərəfindən bir dəfə vuraraq, ona boynun sol yan səthinin yuxarı hissəsində xarici yuxu arteriyasının, boynun damar və sinir dəstəsinin, udlağın zədələnməsi və qanaxma ilə müşayiət olunan yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş və sonuncu “İmişli Rayon Mərkəzi Xəstəxanası” X15 çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılmasına baxmayaraq 18 yanvar 2025-ci il tarixdə saat 07:05-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüş, yəni Vüsal Allahverdiyevi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Vüsal Allahverdiyevi qətlə yetirməsi cinayət əməlini tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 4cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 120.1-ci maddəsidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Landvreugd Hollandiyaya qarşı” və “Brumaresku Rumıniyaya qarşı” işlər üzrə bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır. Cinayət işinin müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Vüsal Allahverdiyevi öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirmək məqsədilə özü ilə götürdüyü bıçaq ilə qəsdən Vüsal Allahverdiyevin həyat üçün mühüm orqan sayılan boyun nahiyəsinin sol tərəfindən bir dəfə vuraraq, ona boynun sol yan səthinin yuxarı hissəsində xarici yuxu arteriyasının, boynun damar və sinir dəstəsinin, udlağın zədələnməsi və qanaxma ilə müşayiət olunan yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətləri yetirib qəsdən öldürmüşdür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət-Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilən 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1,i.v.223) -İmişli rayon İcra Hakimiyyəti Başçısının Sarxanlı və Buludlu kəndləri üzrə nümayəndəliyindən verilmiş 18 yanvar 2025-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Sarıxanlı kəndində olan evdə atası ilə yaşamış, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1,i.v.106-108) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirici hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailə, maddi və sosial vəziyyətini məhkəmə tərkibi yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları Məhkəməsi “Delkourt Belçikaya qarşı”, “Piersack Belçikaya qarşı” və “X14rşı” işlər üzrə qərarlarında ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 18 yanvar 2025-cü il tarixdən hesablanmalı, İmişli Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(036)-9/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və İmişli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş 20 (iyirmi) ədəd daş parçaları, 1 (bir) ədəd taxta parçası və qanabənzər ləkələrə hopdurulmuş 1 (bir) ədəd pambıq tampon, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 1 (bir) ədəd idman şalvarı, 1 (bir) ədəd sviter, 1 (bir) cüt corab, 1 (bir) cüt idman ayaqqabısı və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 yanvar 2025-ci il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(036)-9/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və İmişli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş 20 (iyirmi) ədəd daş parçaları, 1 (bir) ədəd taxta parçası və qanabənzər ləkələrə hopdurulmuş 1 (bir) ədəd pambıq tampon, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 1 (bir) ədəd idman şalvarı, 1 (bir) ədəd sviter, 1 (bir) cüt corab, 1 (bir) cüt idman ayaqqabısı və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-321/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-321/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver