Məhkəmə qərarları › İş №1(099)-322/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-322/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-322/2025 13.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X5 və X1 iştirakları ilə xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42-də qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında fərdi evdə yaşamış, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-7/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və, xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(036)-8/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Həmin Məcəllənin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsində göstərilmişdir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Tale Səfərov vəsatət verərək bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilərək, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda onun üzərində olan qara rəngli gödəkçənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 01 ədəd sarı rəngli plastik qabın içərisində 01 ədəd bükümdə 1,013 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi göstərilsə də, təqsirləndirilən şəxslərə yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilərək cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş xeyli miqdarda-1,013 qram psixotrop maddə metamfetamin ilə bağlı araşdırma aparılmamış, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri müəyyən edilərək verilmiş ittihamda göstərilməmişdir. Eyni kobud pozuntulara təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda da yol verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. İbtiadi istintaq orqanının Təqsirləndirilən şəxs2 verdiyi ittiham və tərtib etdiyi ittiham aktı işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1,013 qram psixotrop maddə metamfetaminə münasibətdə hüquqi qiymət verilməmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ayrıca ittiham verilməli olduğu halda ittiham verilməmişdir. İbtidai istintaq orqanı tərəfindən bütün epizodlara hüquqi qiymət verilməməsi natamam ittiham hesab edilməlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş xeyli miqdarda-1,013 qram psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs1 aid olmadığını istintaq sənədləri ilə müəyyən etməsinə baxmayaraq sonuncuya verilmiş ittihamın həcminə həmin faktı da daxil etmişdir. Göstərilən hallar Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına aiddir. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Odur ki, dövət ittihamçısı cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını və məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş İmişli Rayon Poliş Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X7 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4 dövlət ittihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. X2 və təqsirləndirilən şəxslər vəsatətin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsi və məhkəmədə baxılmasını mümkünsüz edən Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan normaların kobud pozulması halları müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəllə əsasən cinayət mühakimə icraatının əsas prinsiplərindən biri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, o cümlədən hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətdə göstərilən faktların hər biri məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2ci maddəsinin tələblərinə uyğun olmaması hallarına yol verilmişdir. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə tərəflərin fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və məhkəməyədək icraatı aparan baş müstəntiq, polis kapitanı X7 barəsində xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). İş üzrə əlavə istintaq aparılması zərurətini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirlərinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri 1 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində işin baxılmasına xitam verməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna qaytarmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirlərinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.6 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: Dövlət ittihamçısı X3 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirlərinin müddəti 1 (bir) ay müddətinədək uzadılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar