Məhkəmə qərarları › İş №1(099)-323/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-323/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-323/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon hüquq məsləhətxanasının vəkili Müdafiəçi və zərər çəkmiş şəxs X4 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonunun Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 21 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə hadisədən təxminən bir ay əvvəl aralarında yaranmış mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onu qəsdən öldürmək qərarına gəlib, bu niyyətlə, 19 yanvar 2022-ci ildə saat 19 radələrində yaşadığı evdən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək şalvarının şağ cibində gizlədib Ülvi Baxşıyevin işlədiyi Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən çayxanaya gələrək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədi ilə heç bir söz demədən Ülvi Baxşıyevin üzərinə hücum edib cibində olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs bədəninə bir neçə bıçaq zərbəsi vurub ona döş qəfəsinin sol ön hissəsinin döş və qarın boşluğuna nüfuz edən, ürək kisəni və ürəyin sol mədəciyini, diafraqmanı və qaraciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərərvurmaya aid, ümumilikdə üç ədəd bıçaq xəsarətləri yetirmiş, həmin vaxt hadisə yerində olan İsmayıl və Şahid1 qardaşları araya girərək Zərərçəkmiş şəxs əlavə bıçaq zərbəsi vurmasının qarşısı almış, Zərərçəkmiş şəxs vaxtında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığından və ona göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Ülvi ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin hadisədən təxminən beş gün əvvəl Ülvi ona qarşı nalayiq ifadə (söyüş) işlətmiş, Ülvinin bu sözü ona pis təsir etdiyindən 19 yanvar 2022-ci ildə saat 19 radələrində yaşadığı evin mətbəxindən bir ədəd bıçaq götürərək əynində olan şalvarın cibinə qoyub Ülvinin işlədiyi çayxanaya getmiş, içəri girərkən sonuncunun qohumları Mahir və İsmayıl da orada olmuş, həmin vaxt heç kimə fikir vermədən cibində olan bıçağı çıxarıb Ülvinin üzərinə hücum edərək onun sinəsindən bıçaqla vurub xəsarət yetirmək istədikdə Ülvi ona müqavimət göstərməyə cəhd etmiş, lakin o Ülvinin müqavimət göstərməsinə imkan verməyib döş qəfəsinə bir dəfə bıçaqla vurmaqla xəsarət yetirib çayxanadan çıxaraq evlərinə getmiş, sonra hadisə barədə eşidib həyətlərinə gələn polis əməkdaşı onu polis şöbəsinə aparmış, şöbədə sorğu-sual zamanı hadisəni olduğu kimi danışmış və Ülvini vurduğu bıçağı polis əməkdaşına vermişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurmuş, onu öldürmək fikri olmamış, ona qarşı işldədilmiş nalayiq ifadəyə görə onu qorxuzmaq məqsədilə cəzalandırmaq istəmişdir. Hazırda ilk məhkumluğunu, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi cinayəti etiraf etməklə əməlindən peşimançılıq keçirməsini nəzərə alaraq əməlini CM-in 126.1-ci maddəsinə tövsif etməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla onunla münasibəti həmişə yaxşı olmuş, hadisəyə kimi aralarında hər hansı bir münaqişə olmamışdır. Ailəsini dolandırmaq üçün yaşadığı kənddə atasına məxsus çayxananı işlədir. 19 yanvar 2022-ci ildə saat 18 radələrində işdə olarkən Təqsirləndirilən şəxs çayxanaya gələrək çayxanada olan Fəraim adlı şəxsdən bir ədəd siqaret alıb getmiş, təxminən bir saat sonra, saat 19 radələrində Elçin yenidən çayxanaya gələrək ona yaxınlaşıb gözləmədiyi halda sağ yan cibindən bıçaq çırxardıb bıçaqla onun döş qəfəsinin sol tərəfinə bir dəfə bərk zərbə vurub çıxarmış, ikinci bıçaq zərbəsini onun döş qəfəsinin sol tərəfinə vurmaq istəyəndə əlləri ilə Elçinə müqavimət göstərməyə başlamış və həmin vaxt bıçaq sol əlinin üçüncü barmağına və döş qəfəsinin sağ tərəfinə dəyib barmağını kəsməklə döş qəfəsinin sağ tərəfini cızmış, həmin vaxt çayxanada olan qohumları Mahir və İsmayıl qardaşları araya girib Elçinin onu yenə bıçaqla vurmasına imkan verməyərək Elçini ondan uzaqlaşdırmış, İsmayıl onun sinəsindən qan gəldiyini və vəziyyətinin ağırlaşdığını görüb təcili-tibbi yardıma zəng etmiş, hadisə yerinə gələn həkimlər əvvəlcə onu Masallı RMX-ya, sonra vəziyyətinin ağırlaşdığını görüb oradan Lənkəran ŞRMX-na aparmış, orada cərrahi əməliyyat olunmuş, xəstəxanada olarkən onun müalicə xərclərinə Təqsirləndirilən şəxs atası tərəfindən maddi köməklik göstərilmiş, hazırda səhhətinin yaxşı olduğunu, təqsirləndirilən şəxslə barışmaqla onu bağışladağını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq rtməklə hazırkı ifadəsində göstərmişdir ki, 19 yanvar 2022-ci ildə saat 19 radələrində həmkəndlisi Ülvi Baxşıyevin işlətdiyi çayxanda olarkən digər həmkəndlisi Təqsirləndirilən şəxs çayxanaya gəlib heç kimə bir söz demədən əlindəki bıçaqla Ülvünü bir dəfə vurmuş, Elçin ikinci dəfə Ülvünü vurarkən sonuncu əli ilə bıçağı tutmuş, bu vaxt bıçaq onun əlini kəsməklə sinəsinə dəymiş, sonra araya girib Elçinin Ülviyə əlavə bıçaqla zərbələr vurmasına imkan verməmiş, bunu görən Elçin əlindəki bıçağı da götürüb çayxanadan qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da digər Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu uşaq vaxtından psixi qüsurlu olmuş, uzun müddət onu müalicə etdirmiş, həmişə onu nəzarətdə saxlamağa çalışmışdır. 19 yanvar 2022-ci ildə saat 19 radələrində qohumlarının evinə getmiş, oradan geri qayıdarkən yolda Masallı rayon polis şöbəsində işləyən həmkəndlisi Zamiq ona zəng edərək Elçinin bir nəfər şəxsi bıçaqladığını və hazırda axtarıldığını demiş, evinə gələrkən həyətdə Zamiqi və mülki formada olan bir nəfər şəxsi görmüş, həmin vaxt həyətdə olan oğlu Elçindən nə etdiyini soruşarkən Elçin çayxanada işləyən həmkəndlisi Ülvünü bıçaqla vurduğunu və bıçağı yuyaraq mətbəxə qoyduğunu bildirmiş, Zamiq və onunla birgə gələn şəxs Elçini Masallı Rayon Polis Şöbəsinə aparmış, hadisə zamanı istifadə olunan bıçaq polis əməkdaşına təhvil verilmişdir. Oğlu Elçinin psixi qüsurlu olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 19 yanvar 2022-ci ildə saat 18 radələrində Ülvinin işlətdiyi çayxanaya getmiş, içəri girərkən Ülvinin, İsmayılın və Mahirin televizora baxdıqlarını görüb onlarla birlikdə oturub televizora baxmış, az sonra Təqsirləndirilən şəxs çayxanaya gələrək ondan bir ədəd siqaret alıb getmiş, axşam saat 21 radələrində eşitmişdir ki, Elçinin yenidən çayxanaya gələrək Ülvini bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə saat 19 radələrində yaşadığı evdə olarkən qohumu Şahid1 ona zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs çayxanada Ülvini bıçaqladığını demiş, xəbəri eşidib avtomobili ilə çayxanaya gedərkən Ülvinin təcilitibbi yardım maşını ilə xəstəxanaya aparıldığını görüb İsmayılla xəstəxanaya getmiş, yolda İsmayıldan hadisə barədə soruşarkən İsmayıl ona Elçin çayxanaya girərək heç bir söz-söhbət olmadan əlindəki bıçaqla Ülvini ürək nahiyəsindən bıçaqla vurduğunu, qardaşı Mahirin köməkliyi ilə hadisənin qarşısını aldığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Ərkivan-Boradigah avtomobil yolunun sol yan tərəfində olan bir mərtəbəli Zərərçəkmiş şəxs işlədiyi çayxanada baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya ekspertizasının 03 fevral 2022-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsin sol ön hissəsinin döş və qarın boşluğuna nüfuz edən, ürək kisəni və ürəyin sol mədəciyini, diafraqmanı və qaraciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ ön hissəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin İİİ barmağının bir ədəd kəsilmiş yarası (cəmi üç ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir, törənmə müddəti 19 yanvar 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs aşkar olunan döş qəfəsinin sol ön hissəsinin döş və qarın boşluğuna nüfuz edən, ürək kisəni və ürəyin sol mədəciyini, diafraqmanı və qaraciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, döş qəfəsinin sağ ön hissəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin İİİ barmağının bir ədəd kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 49 nömrəli rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qupu: B-alfa/İİİ/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus jaket, alt köynəyi və salfet tampon üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri B-alfa/İİİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan kompleks məhkəmə-trasoloji və soyuq silah ekspertizasının 07 fevral 2022-ci il tarixli 35-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və sviterin ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd və ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 2 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və sviterin üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji 05 mart 2022ci il tarixli, 576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yüngül ifadə olunmuş üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Qeyd olunan pozuntunun nə zaman yarandığını cinayət işinin materiallarına əsasən müəyyən etmək mümkün deyil. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-ın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi mülicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, əhval-ruhiyyəsinin dəyişkən olması, inadkarlıq, kobudluq, kinlilik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkətlərinin mahiyyətini dərk etməklə öz hərəkətlərini idarə edə bilərdi. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Masallı rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə nəticəsində Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi gün, yəni 19 yanvar 2022-ci ildə saat 19 radələrində və ondan əvvəlki tarixlərdə heç kimlə görüşü olmamış, yaxın dostu və yaxın münasibətdə olduğu şəxslər olmamış, psixoloji qüsurlu şəxs kimi tanınmış, onunla münasibətdə və ünsiyyətdə olan şəxslər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə təhrik edən şəxs və ya şəxslər olmamış, Təqsirləndirilən şəxs spirtli içki, narkotik vasitələr və psixotrop maddələr istifadə etməmiş, hadisəni törətmək üçün Zərərçəkmiş şəxs işlədiyi Masallı rayon, Ərkivan qəsəbəsində yerləşən çayxanaya tək getmiş və hadisəni orada törətmişdir. Hazırki cinayət işi üzrə maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman istifadə etdiyi 1 (bir) ədəd bıçaq, eyni zamanda zərər çəkmiş şəxs X6 məxsus bir ədəd köynək və bir ədəd sviter, həmçinin qan nümunələrinin götürüldüyü bir ədəd salfet tampon Masallı rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 29, 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutlarıtam, hərtərəfli və obyektiv araşdırıb cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş xüsusuilə ağır cinayətlər kateqoriyasına aiddir. Mövcud cinayət qanunvericiliyinin tələblərinə (mad. 15.5) və ya cinayətlərin təsnifatına görə onlar “xüsusuilə ağır cinayət” hesab olunur. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin sanksiyasında 14 (on dörd) ildən 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə qeyd olunan maddədə nəzərdə tutulan cinayəti başa çatdırmamış, yəni həmin cinayəti törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-in “başa çatmayan cinayətə görə cəza təyin edilməsi”ndən bəhs edən 63-cü maddəsinin tələblərinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan təqdirdə Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti və ya həcmi 20 (iyirmi) ilin dörddə üçündən, yəni 15 (on beş) ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 19 yanvar 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Masallı rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 19 yanvar 2022ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Ərkivan kəndində qeydiyyatda olmaqla valideynləri ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci, zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilənisini CM-in 59.1.13-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, onda üzvi şəxsiyyət pozuntusu olmasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qanunun bu normasına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə təyin oluna bilən cəzanın dördə üçündən artıq, yəni 11 (on bir) il, 3 (üç) aydan artıq olmayan müddətə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilir ki, başa çatmamış cinayətlərə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə CM-in xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Həmin qərarın 5-ci maddəsində qeyd edilir ki, CM-in 59.1.10-cu maddəsinin tədbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddə ilə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Bu müddəalara əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti 15 (on beş) ilin dörddə üçündən yəni, 11 (on bir) il 3 (üç) aydan çox ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, həmçinin zərər çəkmiş şəxs X6 məxsus bir ədəd köynək və bir ədəd sviter, eləcə də qan nümunələrinin götürüldüyü bir ədəd salfet tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci, maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 19 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, həmçinin zərər çəkmiş şəxs X6 məxsus bir ədəd köynək və bir ədəd sviter, eləcə də qan nümunələrinin götürüldüyü bir ədəd salfet tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar