Məhkəmə qərarları › İş №1(099)-323/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-323/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-323/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,628 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda- 0,120 qram narkotik vasitə metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda-1,294 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib iki ədəd sellofan kəsiyi bükümündə və üç ədəd blister kəsiyində olmaqla üzərində daşıyaraq saxlamış, 24 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özün təqsirli bilərək göstərdi ki, özünə məxsus “Priora” markalı, ** KB *** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Uzun müddətdir ki, müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Əsasən narkotik vasitə heroindən, marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təxminən 3-4 ay əvvəl “instagram” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı Behsat kimi təqdim edən şəxslə tanış olmuşdur. Behsata narkotik vasitəyə ehtiyacının olduğunu demişdir. Həmin şəxs ona bank kartının hesab nömrəsini göndərmiş və həmin xatırlamadığı hesaba Bakı şəhərində “milliön” terminalı vasitəsilə 165 manat pul göndərmişdir. Bundan sonra Behsat ona Bakı şəhəri Xəzər rayonu ərazisində hava limanı yolunun üzərində ağacın dibində narkotik vasitələri yerləşdirməsini və gedib oradan götürməsini demişdir. O, 23 noyabr 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobil ilə həmin yerə getmiş və oradan sellofan bükümü götürmüşdür. Həmin sellofanın içərisində bir bükümdə narkotik vasitə heroin, bir bükümdə qurudulmuş marixuana, bir bükümdə psixotrop maddə metamfetamin və 3 ədəd metadon dərman preparatı olmuşdur. O narkotik vasitə olan heroinin üzərindən bir qədər götürüb istifadə etmiş, qalanını isə daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin axşam Ağcabədi rayonuna qayıtmış, 24 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri Ə.Talıbov küçəsində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ağcabədi rayon polis şöbəsinə gətirmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibində olan 3 ədəd sellofan kəsiyindəki bükümləri və üç ədəd metadon dərmanını çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birində narkotik vasitə heroinə oxşar kütlə, birində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, birində psixotrop maddə olan metamfetaminə oxşar kütlə, digərində isə 3 ədəd metadon dərmanının olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Ağcabədi şəhəri Ə.Talıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən üç ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümləri və üç ədəd dərman həblərini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılıb baxıldıqda birinci bükümün içərisində ağ rəngli, kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə, ikinci bükümdə toz halında qəhvəyi rəngdə, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə, üçüncü bükümdə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim edilmiş dərman həblərinin də üzərinə “Faran” sözü yazılmışdır. Həmin maddələr müdafiəçinin iştirakları ilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. 24 noyabr 2022-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı il şəxsi axtarış aparılarkən onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 01 ədəd sellofan kəsiyində 4,04 qram narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd sellofan kəsiyində 1,43 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd sellofan kəsiyində 1,79 qram psixotrop maddə olan metamfetamə bənzər kütlə və 03 ədəd üzərində “Faran” sözü yazılmış dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 18/1261-1262 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,628 qram olan, qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotk vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,294 qram olan, ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,69 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotk vasitə qurudulmuş marixuanadır. Məhkəmə ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/6962 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan 3 ədəd “F/M 40” göstərcili dərman həblərinin əsas təsiredici maddəsi metandondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edir. Məhkəmə-psixatrik ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 24 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, hazırkı cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 243 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən, kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji kabinetdə qeydiyyatda durmur, lakin narkomaniya xəstəliyi ilə əlaqədar narkoloji kabinetdə qeydiyyatda durur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnisitya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluq üzərindən götürülmüşdür. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2013 və 2015-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, ərazi üzrə icra nümayəndəliyinə Səxavt Sadıqovun barəsində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübüta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə səasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi subut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3,578 qram narkotik vasitə heroin, 1,244 qram psixotrop maddə metamfetamin və 02 ədəd narkotik vasitə metadon məhv edilməlidir. Ekspertiza xərci 144 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi subut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3,578 qram narkotik vasitə heroin, 1,244 qram psixotrop maddə metamfetamin və 02 ədəd narkotik vasitə metadon məhv edilsin. Ekspertiza xərci 144 (yüz qırx dörd) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar