Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-323/2024 29.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Qazı-Məmməd (indiki-Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, Hacıqabul şəhəri, M.P.Vaqif küçəsi 36 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, 16 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 4(071)-89/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, 24 mart 2023-cü il tarixdə saat 02:30-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 1,497 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan boz rəngli şalvarının sol yan cibindən «Sobranie» markalı siqaret qutusunda saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümünün içərsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, N.Dadaşov küçəsinə daşımış, 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Dadaşov küçəsində saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman külli miqdarda-5,121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd polietilen bükümünün içərsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. «İnstaqram» sosial şəbəkəsində anket məlumatlarını bilmədiyi və şəxsən tanımadığı, özünü İran İslam Respublikasının əməkdaşı kimi təqdim edən «Azad» adlı şəxslə tanış olmuş, Azad narkotik vasitələrin satışı ilə məşğul olmasını, istədiyi zaman ona narkotik vasitə verə biləcəyini demişdir. Azadla danışıb razılaşdıqdan sonra özü üçün ondan müxtəlif vaxtlarda, müxtəlif qiymətlərə narkotik vasitə almağa başlamışdır. Azaddan özünə narkotik vasitə istədikdə Azad özünə məxsus olan bank kartı hesabını göndərmiş, həmin karta müxtəlif məbləğlərdə ödənişlər edərək öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etmişdir. 24 mart 2023-cü il tarixdə də Azadla «İnstaqram» sosial şəbəkəsində əlaqə saxlamış, Azaddan özü üçün birdəfəlik şəkildə istifadə etməsi üçün 10 qram narkotik vasitə istəmişdir. Azad onunla razılaşdıqdan sonra onun dediyi karta 180 manat pul köçürmüş, təxminən 40 dəqiqə sonra Azad ona işarələnmiş yerin ünvanını ataraq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında yerləşən ara məhəllələrin birində olduğunu bildirmişdir. Azadın göndərmiş olduğu işarələnmiş yerin yaxınlığına yəni, ünvan 1 ünvanın yaxınlığına çatan zaman təyin olunmuş yerdən 10 qram əvəzinə kiçik bir şəffaf bükümdə olan narkotik vasitəni tapıb öz istifadəsi üçün «Sobranie» markalı siqaretin qutusuna qoyub sol yan cibinə qoymuşdur. 24 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, 6-cı mikrorayon, R.Behbudov küçəsi 11 ünvanının yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmış, əynində olan boz rəngli cins şalvarının sol yan cigindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu və qutunun içərsində olan narkotik vasitə heroini təqdim etmişdir. 16 sentyabr 2023-cü il tarixdə təxminən saat 11-12 radələrində yaşadığı evdən olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları gələrək onu RPŞ-yə aparmışlar. Ona verilmiş ittihamda yazılmış 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Dadaşov küçəsində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman külli miqdarda-5,121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd polietilen bükümünün içərsindən aşkar edilərək götürülməsi faktı həqiqət deyildir. Üzərindən aşkar olunması qeyd edilmiş narkotik vasitə heroin özünə məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona verilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməmiş, lakin ona qarşı təziqlər olunmuşdur ki, üzərinə qoyulmuş narkotik vasitə heroini qəbul etməsə yaşadığı evə daha çox narkotik vasitə qoyulacağını və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunacağını bildirmişlər. Buna görə də polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu demişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Hacıqabul RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman üzərində heroin olmamışdır. RPŞ-də ona təziq olunmuş, lakin döyülməmiş, Samid adlı polis əməkdaşı təziq edərək üzərinə qoyduğu narkotik vasitə heroini qəbul etməsə evindən kilo ilə narkotik vasitə heroin çıxaracaqlarını bildirmişdir. Buna görə də Samid ilə razılaşmış və üzərində Samid tərəfindən qoyulmuş narkotik vasitə heroini qəbul edərək, üzərinə şəxsi axtarış aparılan zaman təqdim edib, özünə məxsus olduğunu bildirmişdir. Buna görə də özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində üzərindən aşkar olunmuş 1,497 qram narkotik vasitə heroin özünə məxsusdur. Hacıqabul RPŞ-də aşkar olunmuş narkotik vasitə heroin isə özünə məxsus olmamışdır. Müstəntiq tərəfindən də ona təziq olunmuşdur. Barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman narkotik vasitə istifadə edən olduğunu demiş və polislər məhkəmə zalında olduğundan polis əməkdaşlarından qorxaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu demişdir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarının məhkəmədə şahid qismində dindirilməsini istəməmişdir, çünki həmin polis əməkdaşları onu qanuni şəkildə saxlamışlar və həqiqətən də üzərindən həmin vaxtı aşkar olunmuş narkotik vasitə heroin özünə məxsus olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, bir neçə ay əvvəl «İnstaqram» sosial şəbəkəsində anket məlumatlarını bilmədiyi və şəxsən tanımadığı, özünü İran İslam Respublikasının əməkdaşı kimi təqdim edən Azad adlı şəxslə tanış olmuş, Azad narkotik vasitələrin satışı ilə məşğul olmasını, istədiyi zaman ona narkotik vasitə verə biləcəyini demişdir. Onunla danışıb razılaşdıqdan sonra özü üçün ondan müxtəlif vaxtlarda, müxtəlif qiymətlərə narkotik vasitə almağa başlamışdır. Belə ki, Azaddan özünə narkotik vasitə istədikdə Azad özünə məxsus olan bank kartı hesabını göndərmiş, həmin karta müxtəlif məbləğlərdə ödənişlər edərək öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etmişdir. Sonuncu dəfə Azad adlı şəxslə 24 mart 2023-cü il tarixdə «İnstaqram» sosial şəbəkəsində əlaqə saxlamış, ondan özü üçün birdəfəlik şəkildə 10 qram narkotik vasitə istəmişdir. Azad onunla razılaşdıqdan sonra onun dediyi m10 hesab kartına 180 manat pul köçürmüşdür. Bundan təxminən 40 dəqiqə sonra Azad ona işarələnmiş yerin ünvanını ataraq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında yerləşən ara məhəllələrin birində olduğunu bildirmişdir. Azadın göndərmiş olduğu işarələnmiş yerin yaxınlığına yəni, ünvan 1 ünvanın yaxınlığına çatan zaman təyin olunmuş yerdən 10 qram əvəzinə kiçik bir şəffaf bükümdə olan narkotik vasitəni tapıb öz istifadəsi üçün «Sobranie» markalı siqaretin qutusuna qoyub sol yan cibinə qoymuşdur. Sonra həmin yerdən uzaqlaşmışdır. 24 mart 2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 4 ünvanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində hüquq və vəzifələri izah edilərək, üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Realme C2» markalı mobil telefon, əynində olan boz rəngli cins şalvarının sol yan cigindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu və qutunun içərsində olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmış və bu barədə tərtib edimliş protokola imza etmişdir. Bundan əlavə 16 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri, M.P.Vaqif küçəsi ilə piyada gedərkən yerdə asfalt örtüyünün üzərində 1 ədəd sellofana bükülmüş bükülünü görmüş, sellofan bükülünü götürüb içərsinə baxarkən, bükümün içərsində narkotik vasitə olan heroinin olduğunu bilib qəbul etmək üçün özündə saxlamışdır. Həmin günü saat 12 radələrində Hacıqabul şəhəri, N.Dadaşov küçəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən RPŞ-nə dəvət olunmuş, RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı narkotik vasitə heroinə oxşar maddəni polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə saat 02:30-da Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 1,497 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əynində olan boz rəngli şalvarının sol yan cibindən «Sobranie» markalf siqaret qutusunda saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümünün içərsindən aşkar edilərək götürülməsini mübahisələndirməmiş, həmin faktla bağlı istintaq sənədlərinin düzgün tərtib edildiyini, ifadələrinin dedyi kimi olduğunu, məhkəmə istintaqı zamanı da həmin ifadəni təsdiq etdiyini bildirmiş, lakin 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Dadaşov küçəsində saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman külli miqdarda-5,121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd polietilen bükümünün içərsindən aşkar edilərək götürülməsi faktının həqiqət olmadığını, üzərindən aşkar olunması qeyd edilmiş narkotik vasitə heroinin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təziqlər olunduğunu dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul Rayon Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2023-cü il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, saat 12 radələrində məlumatın göstərildiyi Hacıqabul şəhəri, N.Dadaşov küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs saxlanılaraq üzərində narkotik vasitə olunmasında şübhəli bilinrək Hacıqabul RPŞ-yə dəvət olunmuş, RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümün içərsində narkotik vasitə heroinə oxşar maddəni təqdim etmişdir. Götürülmüş qeyd olunan narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs nə onun nə də digər polis əməkdaşları tərəfindən təzyiqlər olunmamış, Asif yaşadığı evə daha çox narkotik vasitə heroin qoyulması ilə hədələnməmiş, Asifin üzərinə narkotik vasitə heroin qoyulmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin Asifin özünə məxsus olmuş, Asif bunu üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman da etiraf etmişdir. Asifi yaşadığı evdə deyil Hacıqabul şəhəri, N.Dadaşov küçəsində saxlamışlar, saxlanıldığı yerdə Asifin üzərində şəxsi axtarışin keçirilməsi üçün şərait olmadığından RPŞ-yə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Onun şəxsi istifadəsində avtomobil olmamışdır. Dindirilmiş şahid Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 16 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır. (cild 1, i.v.1-39) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:25-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.22-23) -«şəxsi axtarış və götürmə barədə» 16 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünün içərsində narkotk vasitə heroinə bənzər vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotk vasitə heroinə bənzər vasitəni 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul şəhəri, M.P.Vaqif küçəsində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər vasitə elektron tərəziyə qoyulub çəkildikdə 5,04 qram olduğu müəyyən olunmuşdur.(cild 1, i.v.26-28) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 16 sentyabr 2023-cü il tarixli, 18/921 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketdəki 01 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi-5,121 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir(İ siyahı).(cild 1, i.v.33-38) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. (cild 1, i.v.45-46) -Hacıqabul Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 4(071)-89/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Qeyd olunan narkotik vasitəni 16 sentyabr 2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul şəhəri, M.P.Vaqif küçəsi ilə piyada gedərkən yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Narkotik vasitədən asılı vəziyyətdədir. Narkotik vasitə istifadə etməkdə bədənində şiddətli ağrılar olur. Həmin narkotik vasitəni kiməsə satmaq və ya istifadə etmək niyyəti olmamışdır. Törətdiyi əməldən peşmandır. Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(cild 1, i.v.59-62) -«cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında» 07 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir.(cild 1, i.v.101-102) -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-də Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən «Sobranie» markalı siqaret qutusunda saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərsindən təmiz çəkisi 1,497 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(cild 1, i.v.105-149) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 24 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.122) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 24 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən «Sobranies» siqaret qutusunun içərisində olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə heroinə bənzər maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.(cild 1, i.v.133-138) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 24 mart 2023-cü il tarixli, 6/1708 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbacan Respublikası DİN Zərflər üçün №176» dairəvi möhür əksi, «Qulusoy (imza)»” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,497 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir.(cild 1, i.v.143-148) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v.161-162) -«qətimkan tədbirinin seçilməsi haqqında» 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.181-182) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 31 may 2023-cü il tarixli, 3335 nömrəli və 18 noyabr 2023-cü il tarixli, 7546 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v.207-208, cild 2, i.v.24-25) -«maddi sübut kimi tanınması haqqında» 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 24 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1,447 qram narkotik vasitə heroin, 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkilsi-5,071 qram narkotik vasitə heroin və 2 (iki) ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınmışlar, narkotik vasitələr Hacıqabul Rayon Polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılmış və 2 (iki) ədəd DVD disklər cinayət işinə əlavə edilmişdir. (cild 2, i.v.20-21) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 25 noyabr 2023-cü il tarixli, 3286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müaicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yarnmamışır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkə fizioloji affekt halında və ya güclü rui həyəcan vəziyyətində olmamışdır. (cild 2, i.v.26-29) -«Hacıqabul Rayon Mərkəzi xəstəxanası» X5 daxil olmuş 15 dekabr 2023-cü il tarixli, 18-1-41/2-653/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul RMX-nın poliklinika şöbəsinin narkoloji kabinetində 2023-cü ildən qeydiyyatdadır lakin, ruhi-əsəb kabinetində qeydiyyatda deyildir.(cild 2, i.v.39) -«cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi barədə» 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri üzrə tövsif edilmişdir.(cild 2, i.v.40-48) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir.(cild 2, i.v.50-51) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 16 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Dadaşov küçəsində saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman külli miqdarda-5,121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd polietilen bükümünün içərsindən aşkar edilərək götürülməsi faktının həqiqət olmadığını, üzərindən aşkar olunması qeyd edilmiş narkotik vasitə heroinin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təziqlər olunduğu məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən təziqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təziqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə barədə» protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, «məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 16 sentyabr 2023-cü il tarixli, 18/921 nömrəli, 24 mart 2023-cü il tarixli, 6/1708 nömrəli rəyləri, «ambulator məcburi-narkoloji tibbi yoxlama» nın 31 may 2023-cü il tarixli, 3335 nömrəli və 18 noyabr 2023-cü il tarixli, 7546 nömrəli rəyləri, «kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası» nın 25 noyabr 2023-cü il tarixli, 3286 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 28 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.78-79) -Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-ci il tarixli, 1793 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatdadır, yaşayış yeri üzrə nümayəndəliyə müsbət rəy daxil olmamışdır.(cild 1, i.v.87-88) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2023-cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 4(071)-89/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək olan 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 31 may 2023-cü il tarixli, 3335 nömrəli və 18 noyabr 2023-cü il tarixli, 7546 nömrəli rəylərini nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 163 (yüz altmış üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 163 (yüz altmış üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,447 qram və 5,071 qram təşkil edən narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək olan 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Hacıqabul Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 4(071)-89/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,447 qram və 5,071 qram təşkil edən narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-323/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-323/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver