Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-324/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X19 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1985-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmkəndlisi X7 onun mərhum bacısı X8 ilə intim münasibətlərinin olmasını və sonuncunun 05 sentyabr 2014-cü ildə bu səbəbdən intihar etməsini şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat arasında nüfuzdan salan hərəkət kimi qiymətləndirərək uzun müddət Mehtun Qarayevdən qisas almağı planlaşdırmış, niyyətini həyata keçirmək məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə onu qəsdən öldürmək qərarına gəlib bu niyyətlə əvvəlcədən cinayətin törədilməsindən xəbərsiz olan qonşusu Şahid2 azyaşlı övladının ayağını dişləmiş iti vuracağı adı ilə sonuncuya məxsus 16 kalibrli, “İJ-58” modelli, “X 8030” nömrəli hamar-qoşalüləli yivsiz odlu ov tüfəngini götürərək 08 dekabr 2022-ci il tarixdə saat 02 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Biləsuvar rayonu Xırmandalı kəndində Mehtun Qarayevin yaşadığı evin qarşısına gedib küçəyə çıxmasını israrla tələb etmiş, evindən çıxdıqdan sonra küçədə sonuncuya əlindəki tüfənglə iki dəfə atəş açaraq ölümünə səbəb olmuş sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən sol gicgah, təpə və alın sümüklərinin sınması və baş beynin dağılması ilə müşayiət olunan kor güllə yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Mehtun Qarayevi şəxsi münasibətlər zəminində qəsdən öldürmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə bacısı Aynurə Kazımova zəhər içərək intihar etmişdir. Həmin vaxt Aynurənin üzərində olan paltarlara baxış keçirilərkən onun cibindən çıxan kağız parçasında Aynurə özünü öldürməsinə səbəb kimi həmkəndlisi Mehtun Qarayevin olduğunu qeyd etmişdir. Bundan bir müddət sonra X13 namusuna sataşması ona məlum olmuşdur. Həmin gündən sonra o Mehtunu öldürmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayında o Mehtunla yeməkxanada rastlaşarkən o bacısı ilə əlaqədar söhbəti açmış, onlar mübahisə etmişlər və Meftun onu təhqir edərək üzünə sillə ilə də vurmuşdur. Ona görə də o Mehtunu öldürmək qərarını daha da tezləşdirmək istəmişdir. 07 dekabr 2022-ci il tarixdə Mehtunu öldürmək məqsədlə həmkəndlisi İlkinə zəng edərək uşağının ayağını dişləyən iti vurmaq adı ilə ondan tüfəngini istəmiş, lakin İlkin tüfəngi ona verməmişdir. Sonra da yaxın qonşusu Pərvizə zəng edərək uşağını tutan iti öldürmək adı ilə ondan tüfəngini istəmiş, Pərviz də patronu olmadığını bildirib tüfəngi ona verməmişdir. Ona görə də o Biləsuvar şəhərində yerləşən bazara gedib orada Misir adlı şəxsdən 10 ədəd patron alıb, Pərvizgilə getmiş, təkidlə xahiş edərək tüfəngi ondan almışdır. Tüfəngi Pərvizdən götürəndən sonra mobil telefonunu söndürmüş və cibində olan patronlardan ikisini tüfəngə qoyaraq Mehtunun yaşadığı evin yaxınlığına getmişdir. Mehtuna məxsus ət dükanının üzərində yazılmış mobil telefon nömrəsini götürmüş və həmin gün gecə saat 22 radələrində Mehtunun telefonuna 2-3 dəfə zəng etsə də onun telefonu bağlı olmuşdur. Gecə saat 02 radələrində Mehtunun yaşadığı evin yaxınlığında elektrik dirəyinin yanına gəlmiş və ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Mehtun telefonda ona qızdırması olduğunu, çölə çıxa bilmədiyini deyib telefonu söndürmüş, o isə təkrar zəng edərək ona çölə çıxmasını bildirsə də o, gəlməyəcəyini demişdir. Bundan sonra Mehtunun gəlmədiyini görüb çiynində olan tüfəngi elektrik dirəyinə söykəmiş və onun yaşadığı evin həyətinə girib, onu çağırmışdır. Səsinə bir qadın cavab verərərək ondan kim olduğunu soruşmuş, o da Cavaddır və ona Mehtun lazım olduğunu demişdir. Sonra da həmin qadın ona gözlə Mehtun gəlir deyə bildirmişdir. O isə tüfəngi qoyduğu yerə qayıtmış və həmin yerdə elektrik dirəyinin arxasında dayanaraq Mehtunu gözləməyə başlamışdır. Mehtun yaşadığı evin həyət darvazasından yola çıxmış və onun olduğu yerə çatmasına təxminən 2-3 metr qalmış o elektrik dirəyinin arxasından çıxaraq ona yaxınlaşmamasını bildirib bir dəfə Mehtuna atəş açmış və Mehtun üzü üstə yerə yıxılmışdır. O Mehtuna yaxınlaşmış və onun bel nahiyəsinə atəş açmışdır. Mehtunun öldüyündən əmin olandan sonra evinə qayıtmış və yolda olarkən tüfəngin içərisində olan işlətdiyi iki ədəd boş patronu həmin ərazidə yolun kənarında olan mağazanın yaxınlığında yerə atmış, lakin həmin vaxt həyəcanlı olduğundan dolu patronları hara atdığını xatırlamır. Mehtun onun bacısına sataşdığı üçün bacısı intihar etdiyinə görə onu öldürmüşdür. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadələrinə əlavə olaraq göstərmişdir ki, 2014-cü ildə intihar edən bacısı Aynurənin ölümünə səbəbkar olduğunu düşündüyü həmkəndlisi Mehtun Qarayevi 07 dekabr 2022-ci il tarixdə, qəti olaraq öldürmək qərarına gəlmiş, bunun üçün əvvəlcədən tüfəng əldə edərək, 08 dekabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində Mehtun Qarayevin yaşadığı ünvana getmiş və onun evindən təxminən 100-120 metr ara məsafədə olan elektrik dirəyinin yanında dayanaraq Mehtunun mobil telefonuna zəng etmişdir. Həmin vaxt Mehtuna 3-4 dəfə zəng etməsinə baxmayaraq o, xəstə olduğu üçün çölə çıxmayacağını bildirmiş, onun çölə çıxmayacağını gördükdən sonra tüfəngi həmin küçədə yerləşən elektrik dirəyinə söykəyərək Mehtunun yaşadığı evə gedərək onu çağırmış, bundan sonra səsinə cavab verən bir qadın Mehtunun gələcəyini bildirdikdən sonra yenidən tüfəngi qoyduğu yerə elektrik dirəyinin yanına qayıdaraq tüfəngi götürüb Mehtunun gəlməsini gözləmişdir. Mehtun yaşadığı evin darvazasından yola çıxıb onun olduğu yerə doğru gəlmiş və ona çatmasına 3-4 metr qalmış birinci onun baş nahiyəsinə atəş açmış, o, üzü üstə yerə yıxıldıqdan sonra ikinci dəfə onun bel nahiyəsinə atəş açmış və oradan kənarlaşan zaman tüfəngin içərisində olan işlətdiyi patronları tüfəngdən çıxardaraq hadisə yerindən təxminən 15-17 metr aralıda yerə atmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi, özünün ifadəsindən başqa məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, fermaları yaxın olduğundan onlar Cavadgilin ailəsi ilə çox yaxın münasibətləri olmuşdur. Lakin sonradan 2014-cü ildə həyat yoldaşı X17 həyat yoldaşı Mürvətə evinə gedib-gələn insanlar olduğunu və həmin şəxslərin xoş niyyətlə onlara gəlmədiklərini bildirmişdir. Sonra Aynurə özünü zəhərləyərək intihar etmişdir. Həmin vaxt onun cibindən çıxan kağızda ölümünə səbəb Mehtun Qarayev olduğu yazıldığı bilinmişdir. Lakin bu düzgün olmamışdır. Buna baxmayaraq Aynurənin ailəsi ilə onların aralarında heç bir narazılıq olmamışdır. 08 dekabr 2022-ci il tarixdə gecə Mehtunun mobil telefonuna zəng gəlmiş və Mehtun telefonda danışarkən xəstə olduğunu, çölə çıxa bilməyəcəyini bildirmişdir. Mehtun telefonu söndürəndən sonra ondan zəng edən şəxsin kim olduğunu və nə baş verdiyini soruşduqda o Eynullanın oğlu Cavad olduğunu bildirmişdir. Sonra da Cavad Mehtuna 3-4 dəfə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, lakin Mehtun hər dəfə ona xəstə olduğunu, çölə çıxa bilməyəcəyini, sonra görüşüb söhbət edəcəyini demişdir. Axrıncı zəngdən təxminən 5-10 dəqiqə sonra qayınanası Mirfatma Mehtunu çağıraraq Cavadın onu həyətdə gözlədiyini bildirəndən sonra Mehtun getmişdir. Sonra da o Mehtunun qayıtmadığını görüb, narahat olmuş və bu barədə qaynatası Ramizə və qaynı X22 çağırdığından evdən çıxdığını, lakin qayıtmadığını bildirmişdir. Bundan təxminən bir saat sonra Çingiz ona zəng edərək Mehtunun rəhmətə getdiyini demiş və o dərhal evdən küçəyə çıxmış, ətrafda çoxlu sayda polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt onların yaşadığı evdən bir qədər aralıda asfalt yolun üzərində Mehtunun qan içində üzü üstə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Cavad onun uşaqlarını atasız qoyduğundan ona ömürlük cəza verilməsini xahiş edir. Dindirilmiş Şahid1 zərəçəkmişin hüquqi varisi Aytəkin Süleymanova ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 dekabr 2022-ci il tarixdə gecə saat 22:30 radələrində qonşusu Cavad ona zəng edərək uşağının ayağını it dişlədiyini, bu səbəbdən iti vurmaq üçün ona tüfəng lazım olduğunu bildirmiş və tüfəngini ona verməsini xahiş etmişdir. Telefonda Cavada tüfəng sənədlə onun adına olduğunu, ona verə bilməyəcəyini, lakin birlikdə gedib iti vurmaqlarını və patonu olmadığını bildirmişdir. Cavad ondan tüfənginə neçə nömrəli patron getdiyini soruşmuş, o da tüfənginə 16 nömrəli patron getdiyini bildirmiş və Cavad da ona patron alıb gələcəyini demişdir. Bundan təxminən yarım saat sonra Cavad onun yaşadığı evə gələrək küçədən onu çağırmış və həmin vaxt o tüfəngini götürərək çölə çıxmışdır. Cavad ona patron aldığını demiş və o da Cavada gedək iti bir yerdə vuraq demiş, lakin Cavad yenidən israrla tüfəngi ona verməsini xahiş etmiş, həmin vaxt o Cavada birlikdə gedib iti vurmalarını bildirdikdə, o atasının evdə olduğunu o fermaya getdikdən sonra, iti vuracağını demiş, o da atan bilsə nə olar ki, deyə soruşmuş, Cavad isə atasının ürəyi xəstə olduğundan onun qorxmasını istəmədiyini bildirmişdir. Bundan sonra Cavadla sinif yoldaşı, yaxın qonşusu, həm də yaxın münasibətdə olduğundan onun sözündən keçə bilməmiş, tüfəngi müvəqqəti olaraq iti vurması üçün ona vermişdir. Bundan bir müddət sonra o Cavada zəng etmiş, lakin onun telefona zəng çatmamış, sonra da dəfələrlə zəng etmiş, Cavad cavab verərərək, tüfəngi gətirəcəyini demiş, sonra tüfəngi gətirib ona qaytarmışdır. Cavad tüfəngi ona verərkən tüfəngin palçıq olduğunu görmüş və ondan nə baş verdiyini soruşduqda Cavad ona heç bir söz deməmiş, sonra danışaraq deyib evinə getmişdir. Sonradan Cavadın tüfəngdən atəş açaraq Məftunu öldürdüyünü bilmişdir. Cinayət işinin materiallarında olan 08 dekabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Biləsuvar rayonu, Xırmandalı kəndinin əsas yolları olan Yunsur Hacıyev küçəsi ilə Sərvər Süleymanov küçəsini birləşdirən fərdi yaşayış evlərinin olduğu ara yoldur. Həmin yolun rəsmi adı yoxdur, yol asfalt örtüklüdür, düzdür, üzərində heç bir işərə yoxdur, eni 4 metrdir, hər iki kənarları torpaq və daşlıq sahədir, yol elektrik işığı ilə işıqlandırılmır, ətraf qaranlıqdır, hava yağışlı olduğundan yer sulu və palçıqdır. Hər iki tərəfdə fərdi yaşayış evləri yerləşir və evlərlə yolun arasında mişar daşından inşa edilmiş hasar vardır. Həmin yolun hər iki tərəfində taxta və beton materialdan olan elektrik dirəkləri vardır. Baxışda iştirak edən X6 hadisənin onların yaşadığı evdən təxminən 100-150 metr aralıda məhəllənin asfalt yolunda elektrik dirəyinin yaxınlığında baş verdiyini və orada asfalt üzərində üzü üstə uzanmış vəziyətdə olan kişi meytinin həyat yoldaşı X16 olduğunu, onu Cavad adlı şəxsin öldürdüyünü və bundan təxminən saat yarım əvvəl Cavadın Mehtunu evdən küçəyə çağırdığını bildirmişdir. Hadisə yeri konkret olaraq mərhum X7 yaşadığı evdən 108 metr ara məsafədə evin küçə darvazasından yola çıxaraq sola tərəfə doğru hərəkət etdikdə yolun sağ tərəfində beton materialdan olan elektrik dirəyinin yaxınlığıdır. Həmin elektrik dirəyinə çatmağa 4 metr qalmış asfalt yolun uzərində hər iki əlləri cibində üzü üstə yerə uzanmış vəziyyətdə olan kişi meytinin baş nahiyəsi və əynindəki paltarlarda qana bənzər ləkələr vardır, həmçinin meytin uzandığı yerdə baş və bədən ətrafında asfalt üzərində təxminən 1 metr sahədə qana bənzər ləkələr vardır, həmin qana bənzər ləkələr qatı maye şəklindədir. Hadisə yerində meytin xarici baxışı zamanı onun başının sol gicgah nahiyəsində sümüyün sınaraq deşildiyi, həmin hissədə beyinin iç orqanlarının müəyyən hissəsinin çölə çıxdığı və bel-oma nahiyəsində xəsarətlər olduğu müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan 08 dekabr 2022-ci il tarixdə meyitin xarici müayinəsi istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı meytin başının sol gicgah nahiyəsində 2.5x2.5 sm ölçüdə dairəvi formada kənarları nahamar və dərisi içəriyə istiqamətlənmiş yara və yaranın içərisində sümük qırıntıları vardır, yaradan qırmızımtıl rəngli qan gəlirdi, yaranın kənarlarında dəridə də 8-10 sm məsafədə dairəvi formada 0.3x0.4 sm ölçülərdə səthi yaralar vardır. Meytin arxasında oturaq büküşünün yuxarı hissəsində təxminən oma-büzdüm nahiyəsində hər iki tərəfdə 0.3x0.4 sm-ə qədər biribirinə yaxın məsafələrdə 48 ədəd dairəvi formada səthi yaralar-sıyrıqlar vardır. Meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində göstərilən xəsarətdən başqa digər xəsarət aşkar edilməmişdir. Meyitin əynində olan üzərində qana bənzər ləkələrin olduğu gödəkçənin, finkanın, maykanın və tumanın arxa hissəsində çoxlu sayda müxtəlif ölçülərdə dəliklərin olduğu müəyyən olunmuşdur. Baxış zamanı meytin əynində olan gödəkçənin sağ cibində aşkar edilmiş 1 ədəd “xiaomi redmi note 9” markalı mobil telefon və paltarlar iş üçün əhəmiyyətli olduğundan müvaffiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 08 dekabr 2022-ci il tarixdə hadisə yerinin təkrar baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, təkrar baxış zamanı hadisənin baş verdiyi asfalt üzərində qan izi aşkar olunan yerdən 17 metr ara məsafədə yolun sağ tərəfində yerləşən tikilinin mişar daşından olan divarına yaxın torpaqda qazılmış və su axması üçün nəzərdə tutulmuş çox az dərinliyi olan kanalda biri-birindən 2 metr ara məsafədə yerləşən ov tüfənginə aid 02 ədəd ağımtıl rəngli, piston və barıt hissəsi boş olan patron aşkar edilmiş və həmin patronlar müvafiq qaydada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eyni zamanda hadisənin baş verdiyi yerə yaxın məsafədə yerləşən fərdi yaşayış evinin mişar daşından olan divarının yuxarı hissəsində hadisə yerinə baxan kamera yerləşdiyi müşahidə edilmiş və həmin kameraların videoçəkilişlərinə DVR avadanlığında baxılarkən iki istiqamətdə hadisənin izlərini özündə əks etdirən videogörüntünün qeydə alındığı müəyyən edilmiş və həmin videogörüntülər xüsusi qaydada diskə köçürülərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş kamera görüntülərinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 08 dekabr 2022-ci il tarixdə saat 02:16:02 saniyədə bir şəxsin yolun kənarında olan elektrik dirəyinə doğru gəldiyi, dirəyə yaxınlaşarkən əlində nəsə olduğu, dirəyin yaxınlığında bir neçə saniyə dayanandan sonra həmin şəxsin saat 02:16:28 saniyədə elektrik dirəyinin arxasına keçdiyi, saat 02:17dəqiqədə digər bir şəxsin elektrik dirəyi istiqamətində gəldiyi, həmin şəxsin elektrik dirəyinə çatmasına az qalmış saat 02:17:17 saniyədə anidən yerə yıxıldığı, elektrik dirəyinin arxasından çıxan şəxsin ona yaxınlaşdığı, bir-neçə saniyədən sonra başında papaq olan həmin şəxsin əlində tüfənglə oradan kənarlaşdığı və həmin şəxsin yol gedə-gedə əlində olan tüfəngi açaraq içindəki patronları yolun sağ tərəf kənarına tulladığı müşahidə edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs diskdə görüntüləri qeydə alınmış şəxsin özü olduğunu, həmin vaxt əlində tüfəng olduğunu və həmkəndlisi X10 tüfənglə öldürmək məqsədi ilə yaşadığı evdən çağırandan sonra küçədə elektrik dirəyinin arxasında gizləndiyini və Mehtunun evindən çıxandan sonra asfalt yolla onun olduğu yerə doğru gəldiyini, Mehtunun elektrik dirəyinə çatmasına 2-3 metr qalmış elektrik dirəyinin arxasından ona doğru tutduğu tüfənglə çıxan kimi Mehtunun birinci dəfə baş nahiyəsinə və yerə yıxılandan sonra ikinci dəfə bel nahiyəsinə atəş açandan sonra oradan getdiyini, yol gedən zaman tüfəngi qatlandığı yerdən açaraq içərisində olan işlədiyi iki ədəd patronu hadisənin olduğu yerdən təxminən 10-15 metr irəlidə yolun sağ tərəf kənarına atdığını, həmin vaxt əynində açıq boz rəngli klassik şalvar, başında qara rəngli idman papağı, ortasında qəhvəyi rəngdə naxışı olan tünd göy rəngli boğazlı yun köynək, üzərində qəhvəyi və açıq yaşıl rəngə çalan hərbi forma naxışlı qısa gödəkçə olduğunu bildirmişdir. İşdə olan 10 dekabr 2022-ci il tarixdə cinayətin predmeti olan tüfəngə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, qeyd edilən tüfəngə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin silah “İJ 58” markalı 16 çaplı yivsiz 8030 nömrəli qoşalülə ov tüfəngidir. Tüfəng qundaq, top, para qundaq və lülə hissədən ibarətdir, lüləsi və top hissəsi qara rəngli dəmir materialdandır, top hissəsində naxışlar vardır, lülələri yanbayandır, qundağı və para qundağı tünd qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmışdır, qundağın arxasına əlavə olaraq taxtadan söykənəcək bərkidilmişdir, həmin hissəyə sarımtıl rəngli kağız materialı yapışqan lent bağlanmışdır, qundağın topa yəni tətiyinə yaxın hissəsinə qara rəngli yapışqan lent bağlanmışdır, lülədən qundağa bərkidilmiş yaşıl və bozumtul rəng qarışığı olan sıx toxmalı kəməri vardır. Kəmərin lüləyə və qundağa bağlanmış hissəsi dəri materialdandır. Tüfəngin qundağı və lüləsi üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İşdə olan hadisə yerindən götürülmüş 02 ədəd patrona 10 dekabr 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin patronlar şəffav ağ rəngli plastmas materialla qablaşdırılmışdır, barıt və piston hissəsi sarı rəngli dəmir materialdandır, plastmas hissənin üzərində “ZuBer, 28gr, 6, 2,75mm, 70 m” yazıları və piston hissəsində “NOBEL 16 SPORT” yazıları qeyd edilmişdir, barıt və qırma hissəsi boşdur. İşdə olan tüfəngin tanınmaya təqdim edilməsi haqqında istintaq hərkəti protokolundan görünür ki, hadisənin predmeti olmuş qundaq, top, para qundaq, qundağı həmçinin para qundağı tünd qəhvəyi rəngli taxta materialdan hazırlanmış, qundağın arxasına sarımtıl rəngli yapışqan lent bağlanmış, qundağın topa yəni tətiyinə yaxın hissəsinə qara rəngli yapışqan lent bağlanmış, lülədən qundağa bərkidilmiş yaşıl və bozumtul rəng qarışıqlı sıx toxmalı kəməri olan “İJ 58” markalı 16 çaplı yivsiz 8030 nömrəli qoşalülə ov tüfəngi 10 dekabr 2022-ci il tarixdə fotoşəkilləri çəkilməklə şərti olaraq “2” rəqəmi ilə, digər tüfənglər müvafiq olaraq “1”, “3”, “4” rəqəmləri ilə şərti nömrələnmiş vəziyyətdə Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirdikdən sonra ona təqdim olunmuş şərti olaraq “2” rəqəmi ilə nömrələnmiş tüfəngi əli ilə göstərərək bildirmişdir ki, həmin tüfəngi X10 öldürmək məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə həmkəndlisi Şahid2 götürdüyü “İJ 58” markalı 16 çaplı qoşalülə ov tüfəngidir. Həmin tüfəngin qundağının və dəstəyinin tünd qəhvəyi rəngli taxta materialdan olması, qundaq hissəsinin sonunda sarımtıl rəngli yapışqan lentin, qundağın tətiyə yaxın hisəsində qara rəngli yapışqan lentin olması və biri-birinə yanaşı olan lüləsindən qundağa bərkidilmiş sıx toxmalı kəmərinin olması kimi əlamətlərinə görə əminliklə tanıdığını, lakin digər tüfəngləri tanımadığını və ilk dəfə gördüyünü bildirmişdir. İşdə olan 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus olan “NOKİA” markalı mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, telefona baxış zamanı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən zərərçəkmiş şəxs X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 07 dekabr 2022-ci il tarixdə, saat 22:52-də, 23:34-də, 23:35-də, 23:42-də, 23:51də və ***-***-**-** mobil nömrəyə 08 dekabr 2022-ci il tarixdə, saat 02:07-də, 02:08-də, 02:09-da, 02:10-da zənglərin olunduğu qeydə alınmışdır. İşdə olan 23 dekabr 2022-ci il tarixdə zərərçəkmiş şəxs X7 istifadəsində olmuş “XİAOMİ REDMİ NOTE 10S” markalı mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, telefona baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Mehtun Qarayevin istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 07 dekabr 2022-ci il tarixdə, saat 23:35-də, 23:36-da, 23:43-də, 23:53-də, 23:54-də və ***-***-**-** mobil nömrəyə 08 dekabr 2022-ci il tarixdə, saat 00:16-da, 02:06-da, 02:07-da, 02:08-də, 02:09-da, 02:11-də zənglərin olunduğu qeydə alınmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 19 saylı rəyində göstərilmişdir ki, X7 ölümünə səbəb sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən sol gicgah, təpə və alın sümüklərini sınması və baş beynin dağılması ilə müşaiyət olunan kor güllə qırma yarası nəticəsində baş beynin dağılması olmuşdur. Meytin xarici və daxili müayinəsi zamanı Mehtun Qarayevin bədəni üzərində sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən sol gicgah, təpə və alın sümüklərini sınması, baş beynin dağılması ilə müşaiyət olunan kor güllə yarası, oturaq nahiyəsinin dərisinin zədələnməsi ilə müşayət olunan səthi güllə yarası-qırma izləri müəyyən edilmişdir. Həmin xəsarətlər ov tüfəngindən açılan 2 atəş nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti meytin məhkəmə-tibbi müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Meytin üzərində aşkar edilmiş xəsarətlər onun özü tərəfindən yetirilə bilməsi istisna edilir. Xəsarətlər yetirilən an zərərçəkmiş şəxslə xəsarəti yetirən şəxsin qarşılıqlı vəziyyəti yandan və arxadan olmuşdur. Mehtun Qarayevin bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş ov tüfəngindən açılmış atəş nəticəsində yaranmağa xarakterikdir və bu xəsarətlər mərhumum əynində olan paltarlar üzərindəki zədələrlə biri-birinə uyğun gəlir. Meytin bədəni üzərində əlbəyaxa vuruşmağa xarakterik əlamətlər aşkar edilməmişdir, meytin baş nahiyəsində olan yaranın xüsusiyyətləri onun soldan sağa olmasına dəlalət edir. Qeyd edilən xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “Ağır” zərərvurmaya aiddir. Meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qanda etil spirti və hər hansı narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 860/2022-MTBŞ saylı rəyindən göstərilmişdir ki, zərərçəkmiş şəxs X7 qan qrupu O/İ/. X24 məxsus alt mayka, tursik, alt şalvar, alt köynək, ayaqqabının sağ tayı, köynək, gödəkçə və 04 ədəd çubuqlu pambıq tampon üzərində insan qanı ləkələri aşkar edilmişdir. Həmim qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigen, alt mayka üzərindəki ləkələrdə həmçinin “alfa, betda” aqllyutininləri alınmışdır. Bu qan ləkələri alfabeta /İ/ qruplu şəxsə, o, cümlədən X11 məxsus ola bilər. X24 məxsus ayaqqabının sol tayı üzərində isə şübhəli qan ləkələri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 19 yanvar 2023-cü il tarixli 3/1781; 3/1982 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-58” modelli, “X 8030” №, patronluğun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngidir, sazdır, istifadəyə (atəşə) yararlıdır və tətiyini çəkmədən silahdan atəş açılmır. Silahın lülə qutusunda hər hansı predmet aşkar edilmir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz-hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronların atəşlə ayrılmış hissələridirgilizləridir. 2 (iki) ədəd gilizdən “1” rəqəmi ilə işarələnmiş giliz silahın sol, “2” rəqəmi ilə işarələnmiş giliz isə silahın sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd qolsuz mayka, bir ədəd isti alt şalvar və bir ədəd alt tumanının üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji qruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla hamarlüləli odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən, 50sm-dən 2 metrədək olan məsafə daxilində, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilən gilizin və onun hissəsi olan qırmaların təsirindən də yarana bilər. Lakin zədələrin konkret olaraq hansı kalibrli silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmasını müəyyən etmək mükün deyil. Geyim əşyaları üzərindəki zədələr yerləşmə sahələrinə görə biri-birinə uyğun gəlir. Geyim əşyalarının üzərindəki zədələrin ətrafından aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri silahın lülə kanallarından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş bir ədəd sviter, bir ədəd uzunqol alt köynəyi və bir cüt ayaqqabının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmir. Bir ədəd sviter və bir ədəd uzunqolu alt köynəyinin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Geyim əşyalarının səthindən aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri silahın lülə kanallarından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bir cüt ayaqqabının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli 206 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl dövründə onda hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Özünə və ailəsinə qarşı hörmət tələb etmək, kinlilik, inadkarlıq, özünəməxsus mövqeyə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, hadisə zamanı emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malikdir. Cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqresiya yaranmışdır, həmin halın yaranma səbəbi situasiya ilə (bacısının intiharında Mehtun Qarayevi günahkar bilməsi) ilə şərtləşmişdir. Cinayət əməlini törədərkən fizoloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan Biləsuvar RPŞ-dən daxil olmuş 18 yanvar 2022-ci il tarixli, 3-13-69/2-1420/23 saylı əməliyyat tapşırığına cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Biləsuvar rayon Xırmandalı kənd sakini Təqsirləndirilən şəxs hadisəni törətməsinə səbəb 2014-cü ildə zəhər içərək intihar etmiş bacısı Aynurə Kazımovanın üzərində olan paltarın cibindən çıxan kağız parçasında Aynurənin özünü öldürməsinə səbəb kimi həmkədlisi X7 olduğunun qeyd edildiyi və bundan bir müddət sonra X13 namusuna sataşdığının ona məlum olması olmuşdur. Həmin hadisə baş verən gündən sonra Təqsirləndirilən şəxs Mehtun Qarayevi öldürmək istəmiş, bu səbəbdən 07 dekabr 2022-ci il tarixdə Mehtunu qəti olaraq tüfənglə öldürmək qərarına gəlmiş və bunun üçün tüfəng əldə etmək məqsədi ilə həmin gün axşam saatlarında həmkəndlisi X9 və Şahid3 zəng edərək uşağın ayağını dişləyən iti vurmaq üçün onlardan tüfəng istəmiş, lakin onlar tüfənglərini vermədikləri üçün sonradan yaxın qonşusu Şahid2 zəng edərək həmin bəhanə ilə ondan tüfəng istəmiş, lakin ilkin olaraq Pərviz patronu olmadğını bildirərək tüfəngi ona verməkdən imtina etsədə sonradan tüfəngini müvəqqəti olaraq Cavada verməyə razılaşmışdır. Tüfəngin patronu olmadığı üçün həmin gün Cavad Biləsuvar rayon mərkəzi bazarının qarşısında yerləşən ovçular mağazasını işlədən həmkəndlisi X12 uşağının ayağını dişləyən iti vurmaq adı ilə 10 ədəd patron götürmüşür. Hadisəni ilkin olaraq konkret heç kəs görməmiş və həmin vaxt səsə heç kəs küçəyə çıxmamışdır. Hadisə qonşuluqda yaşayan X4 yaşayış evinin hasarının üzərində yerləşən və küçəyə baxan kameralar vasitəsi ilə qeydə alınmışdır. Hadisədən təxminən 1 saat sonra həmin ərazidən keçən və öz idarə etdiyi avtomobillə arvadını Biləsuvar rayon mərkəzi xəstəxanasına aparan Xırmandalı kənd sakini Şahid4 hadisənin baş verdiyi yerdə asfalt üzərində yolun kənarında bir şəxsin uzandığını görmüş və həmin vaxt xəstəxanaya tələsdiyi üçün avtomobilini saxlamadan, eləcədə həmin şəxsin spirtli içki qəbul etdiyini zənn edərək bu barədə qarşı tərəfdə olan Biləsuvar RPŞ-nin PPXB-nün əməkdaşları X14 və X5 məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin hadisəni özü öz istəyi ilə bacısının intiqamını almaq məqsədi ilə törətmiş, kiminsə onu həmin hadisəni törətməyə təhrik və sövq etməsi halları müəyyən edilməmişdir. Hadisə baş verən günə kimi Təqsirləndirilən şəxsla Mehtun Qarayev arasında hər hansı bir söz-söhbət, mübahisə, münaqişə və dava-dalaş baş verməmiş, onlar əvvəlcədən ədavət və düşmənçilik aparmamışlar, həmçinin belə bir halların olması müşahidə edilməmişdir. Hadisəni görən və hadisə barədə əvvəlcədən məlumatı olan şəxslərin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 dekabr 2014-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşamış 22 fevral 1989-cu il təvəllüdlü X8 05 sentyabr 2014-cü il tarixdə Xırmandalı kəndi ərazisində yerləşən “Mahmudçala” adlanan yerdə atası Eynulla Kazımova məxsus fermanın həyətində özünü zəhərləyərək intihar etmişdir. İşdə olan Biləsuvar RİHB-nın Biləsuvar rayon Xırmandalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 1ini birləşdirən aralıq asfalt yoldur və həmin küçənin rəsmi adı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Biləsuvar rayon polis şöbəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixdə 53/22 nömrəli şəhadətnamədən görünür ki, cinayətin aləti olan “İJ58” markalı, 16 çaplı, yivsiz, qoşalüləli 8030 nömrəli ov tüfəngi Şahid2 istifadəsindədir. İşdə olan Biləsuvar RPŞ-dən daxil olmuş 23 dekabr 2022-ci il tarixli, 139-36479-1222 saylı məktuba əlavə edilmiş hüquqi sənədlərdən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kənd sakini Şahid2 məxsus olan “İJ58” markalı, 16 çaplı, yivsiz, qoşalüləli 8030 nömrəli ov silahı RPŞ-də onun adına rəsmi qeydiyyatdadır. İşdə olan Biləsuvar RPŞ-dən daxil olmuş 20 dekabr 2022-ci il tarixli, 139-35947-1222 saylı məktuba əsasən Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və onun ailə üzvləri RPŞ-nin “münaqişəli ailələrin qeydiyyatı kitabında” profilaktiki qeydiyyata götürülməmişlər. İşdə olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 13 dekabr 2022-ci il tarixli, 305 saylı məktubundan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin 27 dekabr 2022-ci il tarixli, 12775 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. İşdə olan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 19 dekabr 2022-ci il tarixli, 712 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İşdə olan Biləsuvar RMX-dan daxil olmuş 05 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Biləsuvar rayonu, Xırmandalı kənd sakini Təqsirləndirilən şəxs son beş ildə Biləsuvar RMX-nı Publik hüquqi şəxsinə xəsarətlə bağlı müraciət etməmiş və ruhi-əsəb narkoloji kabinetlərində dispanser qeydiyyatına alınmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mehtun Qarayevi şəxsi münasibətlər zəmnində qisas almaq məqsədi ilə qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Resublikası Ali Məhkəmə Plenumunun “12 dekabr 2011-ci il tarixli 3 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrdə göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adamöldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan,mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəmnində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mehtun Qarayevi xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə öldürməsini əsas gətirib, cinayət işinin baxışına xitam verib, ona daha ağır ittiham verilməsi üçün cinayət işinin prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmədə vəsatət müzakirə edilmiş, dövlət ittihamçısının vəsatət əsassız olduğundan təmin edilməməsi barədə rəyinə əsasən təmin edilməmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1985-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuşdur, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2009-cu il təvəllüdlü Ağca adlı, 2016-cı il təvəllüdlü Nuray adlı qızları və 2016-cı il təvəllüdlü Amin adlı oğlu vardır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1-ci maddəsinə əsasən onun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsini cəzasını ağırlaşdılan hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun cinayət baş verdikdən sonrakı davranışını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi onun islah olunması və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edirki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsi də həll edilməlidir. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X11 məxsus 1 ədəd tünd qara rəngli gödəkçə, 1 ədəd narıncı rəngli uzunqol yun köynək, 1 ədəd tünd göy rənğli finka, 1 ədəd tünd göy rəngli uzunqollu alt paltar, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tünd göy rəngli tuman, 1 cüt qara rəngli corab və 1 cüt qara rəngli qış ayaqqabısı, 4 ədəd pambıq tampon və 2 ədəd gilizlər məhv edilməli, Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan cinayətin aləti olan bir ədəd 16 kalibrli, “İJ-58” modelli, “X 8030”nömrəli hamar-qoşalüləli yivsiz odlu ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təzhizat İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci 128 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X11 məxsus 1 ədəd tünd qara rəngli gödəkçə, 1 ədəd narıncı rəngli uzunqol yun köynək, 1 ədəd tünd göy rənğli finka, 1 ədəd tünd göy rəngli uzunqollu alt paltar, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tünd göy rəngli tuman, 1 cüt qara rəngli corab və 1 cüt qara rəngli qış ayaqqabısı, 4 ədəd pambıq tampon və 2 ədəd gilizlər məhv edilsin. Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan cinayətin aləti olan bir ədəd 16 kalibrli, “İJ-58” modelli, “X 8030”nömrəli hamar-qoşalüləli yivsiz odlu ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təzhizat İdarəsinə təhvil verilsin. İş üzrə məhkəmə xərci 128 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-324/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-324/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver