Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-324/2025 14.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X18, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – X14 iştirakları ilə, xx.xx.1993-cü ildə İmişli rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 oktyabr 2025-ci il tarixdə, saat 12:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan motosikleti idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə, saat 19:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan dövlət qeydiyyat nişanı olmayan “İJ PLANETA 5” markalı motosikleti İmişli-Saatlı avtomobil yolunun İmişli rayonunun Qaralar kəndindən keçən hissəsində, Saatlı rayonu istiqamətində 50 km/saat sürətlə idarə edərkən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, idarə etdiyi motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerdə adamların daşınmasının qadağan olunmasına baxmayaraq, X9 həmin motosikletin kustar üsulla hazırlanan yük yerində daşımaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsi, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi, 37ci maddəsinin İ hissəsinin 8-ci bəndi və 56-cı maddəsinin 9-cu hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan ehtiyatsızlıqdan motosikletin sağ təkərini hərəkət etdiyi asfalt örtüklü avtomobil yolunun sağ tərəfində aparılan qazıntı işləri ilə bağlı yolun hərəkət hissəsinin kənarına tökülmüş torpaq sahəsinə toxunduraraq idarəetməni itirib motosikleti 3,6 metr məsafədə yolun sol kənarına aşırmış və motosikletin kustar üsulla hazırlanan yük yerində oturmuş sərnişin X10 ehtiyatsızlıqdan yerə yıxılma zamanı sol gicgah sümüyünün yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qışasında, qışaaltında qansızma, baş beyinin toxumasına qansızma, alın nahiyəsində solda, sol gözün bayır bucaq nahiyəsində, burun belində sağ gözün bayır bucaq nahiyyəsində, sifətin sağ yarısında, alt çənə sümüyü proyeksiyasında, sol çiyin qurşağı nahiyyəsində, sağ əlin arxa səthində 3-cü daraq sümüyü proyeksiyasında, sağ əlin ikinci barmağının 3cü falanqası proyeksiyasında arxa səthdə, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqlar, sağ gözün üst qapağında yara, sol göz yuvası ətrafı nahiyədə qançır, alt və üst dodağın selikli qışalarında sağda qansızmalar, alt çənədə dişlərin travmatik sınığı, sol gicgah təpə nahiyəsində dərialtı hematomadan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğun olaraq, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, bunları etmədən zərərçəkən C.Xudiyevi idarə etdiyi motosikletin yük yerinə qoyub yaşadığı evə apararaq, sonuncunun qohumlarına onu yolun kənarında aşkar edib götürdüyünü bildirməklə törətdiyi hadisəni gizlədib yol-nəqliyyat hadisəsi yerindən qaçmış və qohumları tərəfindən “İmişli rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsə çatdırılaraq müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq C.Xudiyevin 21 yanvar 2025-ci il tarixdə, saat 10:10-da xəstəxanada başın bərk küt travması nəticəsində sol gicgah sümüyünün yerdəyişən sınığı və baş beyin toxumasına qansızmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə təqsirli bilib, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, mərhum Cahangirlə aralarında dostluq münasibətləri olmuşdur. Mərhum Cahangir xx.xx.2025-ci il tarixdə axşam ona zəng edib, birlikdə yeyib-içməyi təklif etmiş, lakin o, işdə olduğunu və gedə bilməyəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində o, Cahangirə zəng etmiş və harada olduğunu soruşmuşdur. Cahangir evdə olduğunu bildirmiş, Cahangirə restorana gedib yemək yeməyi təklif etmişdir. Canagirlə kəndin içərisində görüşmüşlər. Cahangir motosikletin yük yerində əyləşmişdir. Bundan sonra Cahangir həmkəndliləri olan Şahid4 zəng edib, onu da çağırmağı təklif etmişdir. Pəhlivana zəng edərək Cahangirlə birlikdə yeyib-içməyə getdiklərini və onun da gəlməsini istədiklərini demişdir. Pəhlivan evdə olduğunu bildirmiş, onu yaşadığı evdən götürmələrini xahiş etmişdir. Pəhlivan motosikletin arxa sərnişin oturacağında əyləşmişdir. “Şərab evi” mağazasından Pəhlivan bir ədəd bir litr həcmində araq almışdır. Pəhlivan və Cahangirlə birlikdə Vüqar adlı şəxsin kafesinə getmişlər, Pəhlivan və Cahangirlə kafedə əyləşib yemək yemişlər, Cahangir və Pəhlivan araq içmiş, o isə içməmişdir. Həmin kafedə təxminən iki saat olmuşlar, kafedən çıxdıqdan sonra motosikletlə əvvəlcə Pəhlivanı, sonra isə Cahangiri evinə aparmışdır. Sonra yenidən Cahangirlə görüşüb Araz çayı kənarına getmişlər, orada yemək yedikdən sonra evə qayıdarkən yolda quma çırpılmış və motosiklet aşmışdır. Cahangir yıxılmış, xəsarət almışdır. Sonra Cahangiri götürüb, evinə aparmış, qardaşı və ailə üzvlərinə vermişdir.
4. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qeyd emtişdir ki, 4-5-ildir ki, motosiklet sürür, həmin motosiklet onun özünə məxsus olsa da, sürücülük vəsiqəsi olmamışdır. Motosikleti sürmək üçün sürücülük vəsiqəsi lazım olduğunu bilmiş, lakin almamışdır. Cahangirlə yaxın münasibətləri olmuşdur, əvvəllər dəfələrlə birlikdə yeyib-içsələr də, həmin gün spirtli içki qəbul etməmişdir. Kafeyə gedərkən birinci Cahangiri, sonra isə Pəhlivanı götürmüşdür. Həmin gün günorta “Vüqarın kafesi”nə getmişlər, gedərkən Pəhlivan şərab evindən araq almış, Vüqarın kafesində oturmuşlar, Cahangir və Pəhlivan ikisi araq içmiş, o isə spirlit içki qəbul etməmişdir. Kafedə təxminən 2 saat oturmuşlar, Cahangir və Pəhlivan 1 litr arağın hamısını içməmişlər, təxminən yarısı qalmışdır, sonra aparıb Pəhlivanı və Cahangiri evə düşürtmüşdür. Bir müddət sonra Cahangir ona zəng edərək, yenə yeyib-içməyə getməyi təklif etmişdir. O da Cahangirlə razılaşmış və gedib onu evdən götürmüşdür. Bu dəfə arağı kənddə yerləşən mağazadan Cahangir almışdır. Əlavə olaraq, su, kolbasa, pendir, 2 ədəd pivə də almışlar. Birlikdə Araz çayının kənarına getmişlər. Orada Cahangir yenə araq içmiş, o isə spirtli içki qəbul etməmişdir. Oradan Cahangirlə birlikdə qayıdarkən motosikleti aşırmışdır. Hadisə olan yer ilə Cahangirin evinə olan məsafə təxminən 3 kilometr olmuşdur. Hadisədən sonra Cahangir özündə olmamış, üzündə qan izləri olmuşdur, o düşünmüşdür ki, Cahangir içkilidir, yəqin birazdan ayılar, motosikleti düzəldib, Cahangiri götürərək, evinə aparmışdır. Yolda Cahangirin qardaşı Şahlara zəng edib Cahangirin vəziyyətinin pis olduğunu bildirmişdir. Qardaşı ilə birlikdə Cahangiri evə qoymuşlar. Həmin vaxt özünü itirdiyindən qardaşına hadisə barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cahangir arağı özü içmək üçün almışdır. O, hadisə günü birinci və ikinci görüş zamanı spirtli içki içməkdən imtina etmişdir. İmtina etməsinin səbəbini həmin gün “20 Yanvar faciəsi” günü olması ilə əlaqələndirmişdir. Hadisə baş verdikdən və Cahangiri evlərinə düşürtdükdən sonra evə gedib, Cahangirin aldığı və motosikletdə qalan 2 ədəd pivəni içdiyini və içməkdə məqsədinin hadisənin şokundan çıxmaq olduğunu demişdir. Hadisə baş verən günü Cahangirin olduğu xəstəxanaya getməmiş, evdə olmuşdur. Səhəri gün Cahangirin vəfat etdiyini bildikdən sonra polisə getməyə hazırlaşmış, lakin polislər onun yaşadığı evə gəlib onu aparmışlar.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (şübhəli şəxs qismində cild İ, iş vərəqə 62-65 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 112-114) göstərmişdir ki, hadisənin törədildiyi zaman idarə etdiyi “İJ Planeta 5” markalı motosikleti özünə məxsusdur. Həmin motosikletin ona məxsusluğuna dair heç bir sənədi yoxdur, həmçinin motosikleti və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi də olmamışdır. X3 onun həmkəndlisi imiş, aralarında dostluq münasibəti var imiş. Hadisə baş verməzdən təxminən 3 gün əvvəl mərhum Cahangir onun istifadəsində olan mobil telefonuna zəng edərək birlikdə yeyibiçməyi təklif etmişdir. Lakin o, işdə olduğunu bildirərək gələ bilməyəcəyini demişdir. O, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Cahangirin mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. Cahangir telefonda ona evdə olduğunu bildirmişdir. O, Cahangirə restorana gedib yeyib–içməyi təklif etmişdir. Cahangir də onunla razılaşmışdır. Bundan sonra Canagirlə yaşadığı kəndin içərisində görüşmüşlər. Həmin zaman o, motosikletlə olmuşdur. Cahangir motosikletin yük yerində əyləşmişdir. Bundan sonra Cahangir ona həmkəndlisi Şahid4 zəng edərək onu da çağırmağı təklif etmişdir. O, Pəhlivana zəng edərək Cahangirlə birlikdə yeyib-içməyə getdiyini söyləmiş və onun da gəlməsini bildirmişdir. Pəhlivan da ona evdə olduğunu bildirmiş, onu yaşadığı evdən götürməyini xahiş etmişdir. O, Cahangirlə birlikdə Pəhlivanın yaşadığı evin qarşısına getmişdir. Pəhlivan çölə çıxmış və onun idarə etdiyi motosikletin arxa sərnişin oturacağında əyləşmişdir. Bundan sonra birlikdə onun idarə etdiyi motosikletlə İmişli rayonu istiqamətində hərəkət etmişlər. X33 şəhəri N.Nərimanov küçəsində yerləşən “şərab evi” mağazasından bir ədəd bir litr həcmində araq almışdır. Bundan sonra o Pəhləvan və Cahangirlə birlikdə İmişli şəhəri Muğan küçəsində yerləşən Vüqar adlı şəxsin kafesinə gəlmişdir. O, Pəhləvan və Cahangirlə birlikdə kafedə əyləşib yemək yemişlər və Pəhlivanın aldığı bir litr arağı içmişlər. Həmin kafedə təxminən iki saat olmuşlar, kafedən çıxdıqdan sonra İmişli rayon Qaralar kəndi istiqamətində idarə etdiyi motosikletlə hərəkət etmişdir. Pəhləvanı yaşadığı evin qarşısında düşürtmüş və Cahangirlə birlikdə yaşadığı kəndə gəlmişlər. Bundan sonra saat təxminən 16 radələrində İmişli rayon Qaralar kəndində, yolun kənarında Adəm adlı şəxsin mağazasından Cahangirlə birlikdə pul düzəldib sosiska, çörək və bir ədəd bir litr həcmində araq almış və yaşadığı İmişli rayon Qaralar kəndinin çöl ərazisinə, Araz çayı kənarına yaxın yerə getmişlər. Həmin yerdə aldıqları ərzaqları yemiş və bir litrlik araqdan 400 qram içmişlər. Daha sonra arağın yerdə qalan hissəsini içməmiş, arağı həmin yerə tullayıb yaşadığı Qaralar kənd istiqamətinə idarə etdiyi motosikletlə hərəkət etmişlər. İmişli rayon Qaralar dairəsi adlanan yerdən dönüb İmişli rayon Qaralar kəndi istiqamətində idarə etdiyi motisikletlə hərəkət etmişlər. Həmin zaman mərhum Cahangir də idarə etdiyi motosikletin yük yerində əyləşmişdir. Məqsədi Cahangiri evlərinə aparmaq olmuşdur. İmişli rayon Qaralar kəndində yolun kənarında kabelləşmə ilə əlaqədar qazıntı işləri aparılıbmış. Qazıntı ilə bağlı torpaq yolun sağ çiynində topalanıbmış. Hərəkətdə olan zaman anidən idarəetməni itirmiş və motosikletin yük yeri torpaq toplusuna dəyərək aşmışdır. Cahangir yük yerindən asfaltın ortasına düşmüşdür. Motosiklet onun üstünə aşmışdır. O, həmin an ayağa qalxmış və Cahangiri huşsuz vəziyyətdə asfaltın ortasında görmüşdür. Cahangirə yaxınlaşmış, həmin zaman Cahangiri çağırmış, lakin Cahangir cavab verməmişdir. Cahangirin baş nahiyəsinin qan olduğunu görmüş və o, Cahangiri qucağına alıb motosikletin yük yerinə qoymuşdur. Bundan sonra Cahangirin qardaşı Şahid1 zəng edərək Cahangirin yıxıldığını demişdir. Daha sonra Cahangiri yaşadığı evə Şahların yanına aparmışdır. Cahangiri qardaşı Şahlara təhvil verib yaşadığı evə gəlmişdir. Daha sonra Şahların Cahangiri təcili tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya apardığından xəbər tutmuşdur. Ertəsi gün xx.xx.2025-ci il tarixdə, səhər vaxtı Şahlara zəng edib Cahangirin vəziyyəti ilə bağlı məlumat almışdır. Şahlar ona Cahangirin öldüyünü bildirmişdir.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs əvvəlki, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O qeyd etmişdir ki, hadisə zamanı spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində, hadisənin sərxoş vəziyyətdə törədilmə hissəsində özünü təqsirli bilmir, sürücülük vəsiqəsi olmadan motosiklet idarə etməkdə özünü təqsirli bilir. Həmçinin, o, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə də özünü təqsirli bilmir, hadisə yerindən qaçmamışdır. Qohumları Cahangirin yas mərasimində iştirak edib və kömək ediblər. Təqsirlədnirilən şəxs son olaraq bildirmişdir ki, himayəsində 2 azyaşlı uşağı var, əməlindən peşmandır.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, X7 anasıdır, o, məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə mehriban qonşu olmuşlar və oğlu (Cahangir) Xanalı ilə iş yoldaşı (fəhlə) olmuşlar. Xanalı və oğlu Cahangir arasında mehriban münasibətlər olmuşdur. O, 20 yanvar 2025-ci il tarixdə, təxminən saat 12 radələrində evdə olarkən, oğlu Cahangirin Xanalı ilə birlikdə yeyib-içməyə getmək üçün ondan pul istədiyini bildirmişdir. X25 20 manat pul vermişdir. Bundan sonra Cahangir Xanalının idarə etdiyi motosikletə minib çıxıb getmişdir. Həmin gün təxminən 3-4 saat sonra Cahangir yenidən evə gəlmiş və Xanalı ilə birlikdə yeyib-içmək üçün ondan təkrar pul istəmişdir. Rahilə Xudiyeva ona yenidən 10 manat pul vermişdir. Rahilə Xudiyeva bu zaman onların (Xanalı və Cahangirin) içkili olub-olmadığını bilməmişdir. Həmin gün axşam saatlarında, evdə olarkən, gəlini Ülviyyə onun yanına gələrək Cahangirin yolda xəsarət almasını və Xanalının onu evə gətirməsini bildirmişdir. Rahilə Xudiyeva həyətə düşmüş və Cahangiri Xanalının motosikletinin yük yerində huşsuz vəziyyətdə görmüşdür. Oğlu Cahangir evə gətiriləndə hələ vəfat etməyibmiş. Xanalı Cahangiri axşam saat 20-21 radələrində evə gətirmişdir. Xanalı və oğlu Şahlar Cahangiri motosikletin yük yerindən götürüb evə gətirmişlər. O, gəlini Ülviyyə ilə birlikdə Cahangiri evdə uzandırıb üzündəki qan izlərini silmişdir. Xanalı onlara motosikletlə qəza etməsi barədə heç bir məlumat verməmişdir. Xanalı onlara Cahangirin yolun qırağında qalmış olduğunu və onu görüb evə gətirdiyini söyləmişdir. Müdafiəçinin sualına cavab olaraq X26 polisə və təcili tibbi yardıma zəng vurulmaması barədə xahiş etdiyini təsdiqləmişdir. Cahangir getdikdən sonra gəlini Ülviyyə təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili gələrək Cahangiri evdən götürüb xəstəxanaya aparmışdır. Rahilə Xudiyeva özünü itirdiyi üçün xəstəxanaya gedə bilməmişdir. Ertəsi gün, yəni 21 yanvar 2025-ci il tarixdə, oğlu Şahlar ona Cahangirin vəfat etdiyini və onun Xanalı ilə birlikdə motosikletlə İmişli rayon Qaralar kəndində yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Rahilə Xudiyeva məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Cahangir onun qardaşıdır, onlar əkiz olmuşlar. 20 yanvar 2025-ci il tarixdə axşam vaxtlarında evdə oturub televizora baxan zaman, Xanalı ona zəng etmiş, ondan qapının qarşısına çıxmasını istəmişdir, Xanalı motosikletlə evin qarşısına gəlmiş, motosikletin yük yerində Cahangiri görmüş, Cahangir motosikletin yük yerində huşsuz vəziyyətdə olmuşdur. Xanalıdan nə baş verdiyini soruşmuş, Xanalı da Cahangirin yolun qırağında yıxılıb qaldığını və Cahangiri görüb evə gətirdiyini bildirmişdir. Xanalı ilə birlikdə Cahangiri motosikletdən düşürdüb evə aparmışlar. Həmin zaman evdə anası Xudiyeva Rahilə və həyat yoldaşı Şahid2 olmuşdur. Xanalı ilə birlikdə Cahangiri evə gətirdikdən sonra Xanalı çıxıb getmiş, həyat yoldaşı Ülviyyə Cahangirin qulağından qan gəldiyini və başının arxa nahiyəsinin qanadığını görüb təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili Cahangiri İmişli rayon mərkəzi xəstəxanasına aparmış, ertəsi gün yəni xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində Cahangir xəstəxanada vəfat etmişdir. Həmin gün, səhər saat 10-11 radələrində Xanalı ona zəng etmiş və Cahangirin vəziyyətini soruşmuşdur. O, Xanalıya Cahangirin vəfat etdiyini bildirmişdir. Bundan sonra, Cahangir ona dünən axşam yol nəqliyyat hadisəsi törətdiyini və Cahangirin hadisə nəticəsində xəsarət aldığını bildirmişdir. Şahid ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Xanalı ilə qonşudurlar, evləri arasında təxminən 150 metr məsafə vardır. Xanalı ona axşam zəng edəndə, Cahangiri yolun qırağında tapdığını demişdir. Səhər ona zəng edəndə Xanalıya Cahangirin vəfat etdiyini bildirmiş, bundan sonra Xanalı ona axşam qəza törətdiyini etiraf etmişdir. 20 yanvar günü axşam Xanalı Cahangiri gətirəndə onun üzündə qan var imiş, həmin vaxt Cahangir nəfəs alırmış. Xanalı Cahangiri evə qoyub getmiş, hadisə barəsində, eləcə də içki içmələri barəsində heç nə deməmişdir, o da Xanalının içki içməsini hiss etməmişdir. Xanalının hadisə günü sərxoş olub-olmamasını bilməmiş, sonradan da Xanalının hadisə günü spirtli içki içməsini heç kimdən eşitməmişdir. İmişli RPŞ-də verdiyi ifadəsini oxumadan imza etmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Cahangir onun qayınıdır, Xanalı isə qonşularıdır. xx.xx.2025-ci il tarixdə axşam Xanalı onun həyat yoldaşı Şahlara zəng vurub çölə çağırmış, Cahangirin xəsarət almasını bildirmişdir. Şahlar Xanalı ilə birlikdə Cahangiri motosikletin yük yerindən götürüb evə gətirmişlər. Həmin vaxt Cahangirin qulağından qan gəlmişdir. Qulağından gələn qan dayanmadığından, o, təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəlib onu İmişli rayon mərkəzi xəstəxanasına aparmışdır. Ertəsi gün xx.xx.2025-ci il tarixdə Şahlar Cahangirin vəfat etdiyini demişdir. Məhkəmədə ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, mərhum Cahangirlə Xanalının birlikdə spirtli içki qəbul etmələrini bilmir. İmişli RPŞ-də verdiyi ifadəsini oxumadan imza etmişdir. Hadisə baş verən günü axşam Xanalı Cahangiri evə gətirəndə, təxminən 20 dəqiqə onların evində qalmışdır, o, Xanalının içkili olmasını hiss etməmişdir. Xanalı qəza törətməsi ilə bağlı onlara heç nə deməmiş, Cahangiri yolda bu vəziyyətdə görüb evə gətirdiyini bildirmişdir. Xanalı təcili tibbi yardıma zəng etməmələrini onlara demişdir. Xanalı getdikdən sonra Cahangirdən axan qan kəsmədiyi üçün, TTY-a zəng etmişdir.
13. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 20 yanvar 2025-ci il tarixdə, günorta saatlarında Xanalı ona zəng edərək, Cahangirlə birlikdə yeyib-içməyə getməyi təklif etmişdir. 30-40 dəqiqə sonra motosikletlə gəlib onu yaşadığı evdən götürmüşlər. Əvvəlcə evin yanında olan kafedə oturmağı təklif etmiş, Cahangir və Xanalı o kafe sahibi ilə dalaşdıqlarını demişlər. Bundan sonra “Vüqarın kafesi”nə getməyi qərarlaşdırmışlar. Yolda gedərkən “şərab evi”ndən araq almışlar, pulunu o vermişdir. “Vüqarın kafesi”nə getmişlər, yemək sifariş etmişlər, yeyib-içdikdən sonra, saat 15:30-da onu evə gətirmişlər. Səhəri gün 3 nəfər ona yaxınlaşmışdır, həmin 3 nəfərdən 1 nəfəri onun öz oğlu olmuşdur. O, əvvəlcə hadisə barədə bilməmişdir. Onu RPŞ-yə aparmışlar, ifadə verib evə qayıtmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, onlar Vüqarın kafesində oturanda Xanalı spirtli içki qəbul etməmişdir, Xanalı “20 Yanvar günü” olduğu üçün içmədiyini demişdir. O və Cahangir araq içmiş, Xanalı isə 1 stəkan limonlu su içmişdir. Kafedə hesabı Cahangir vermiş, verdiyi 20 manat puldan ona 2 manat qaytarmışlar. Restoranda əyləşərkən ofisiant olan cavan oğlan onlara xidmət etmişdir, adını bilmir.
14. Şahidin məhkəmə istintaqında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, şahidin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsində qeyd etmişdir ki, «...xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində Xanalı ona mobil telefon vasitəsi ilə zəng edərərək restoranda yemək yeməyi təklif etmiş, o, Xanalıya evdə olduğunu bildirmiş, bundan sonra Xanalı idarə etdiyi motosikletlə onu yaşadığı ünvana gəlib onu götürmüşdür, həmin zaman motosikletdə Cahangir də əyləşmişdir. Bundan sonra onlar birlikdə İmişli rayon Muğan küçəsində yerləşən Vüqar adlı şəxsin restoranına getmişlər, restoranda yemək yemiş və 1 litr spirtli içki olan araq içmişlər. Bundan sonra təxminən iki saat restoranda yeyib içdikdən sonra birlikdə Xanalı, mərhum Cahangir və o yaşadıqları İmişli rayon Qaralar kəndinə getmişlər. Xanalı onu yaşadığı evin qarşısına düşürtmüşdür. Daha sonra Xanalı Cahangirlə birlkidə çıxıb getmişlər. Daha sonra onların hara getdiyi ona məlum olmamışdır. Daha sonra o onların qəza etmələrini İmişli rayon polis şöbəsinə dəvət edildikdən sonra bilmişdir».
15. İfadəsi elan olunduqdan sonra Şahid4 qeyd etmişdir ki, latın əlifbası ilə yazıb oxuya bilmir, müstəntiq yazmış, o da imzalamışdır. Müstəntiq ondan tək ifadə almışdır. Məhkəmədə nə ifadə verirsə, ibtidai istintaqda da elə ifadə verdiyini demişdir.
16. Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs hadisəni törədərkən sərxoş olmadığını və hadisə yerindən qaçmadığını bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 21 yanvar 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonrakı mətndə-CM-in) 263.2-ci maddəsi ilə İmişli RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Allahverdi Xəlilzadə tərəfindən ********* nömrəli cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
19. İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Rüfət Bəhrəmlinin xx.xx.2025-ci il tarixli “Raport”undan görünür ki, 20 yanvar 2025-ci il tarixdə, saat 21:45 radələrində İmişli RMX-yə xx.xx.1979-cu il təvəllüdlü İmişli rayonu, Qaralar kəndində anadan olmuş X7 müxtəlif bədən xəsarətləri ilə daxil olması barədə Rüfət Bəhrəmlinin icraatına xəstəxana məlumatı daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X1 Xanalı Xanış oğlunun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində aldığı bədən xəsarətlərindən İmişli RMX-də vəfat etmişdir. Raporta aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 3)
20. İmişli RPŞ-nin məsul növbətçisi, polis mayoru Nəbi Babaşovun xx.xx.2025-ci il tarixli «Raport»undan görünür ki, 20 yanvar 2025-ci il tarixdə, saat 21:45 radələrində İmişli RMX-nın həkimi İ.Miriyev telefonla İmişli RPŞ-nin N/H-yə məlumat verərək 1979-cu il təvəllüdlü İmişli rayonu, Aşağı Qaralar kənd sakini X2 qaşın sıyrılmış yarası və çapılmış yarası xəsarətləri ilə İmişli RMX-yə daxil olduğunu bildirmişdir. Raporta aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 4)
21. «Meyitə baxışın aparılması haqqında» 21 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, İmişli rayon prokuroru, baş ədliyyə müşaviri X21, İmişli rayon prokurorunun köməkçisi, birinci dərəcəli hüquqşünas X24, İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X19, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X22" X39 İmişli rayon şöbəsinin rəisi X28 iştirakları ilə 21 yanvar 2025-ci ildə, saat 11:30-da İmişli rayon Qaralar kəndində, Təqsirləndirilən şəxs idarə etdiyi “İj Planeta 5” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin aşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “İj" markali motisikletdə sərnişin qismində əyləşən X7 meyitinin baxışı aparılmışdır. Meyitə baxış zamanı meyitin əynində aşağıdakı paltarlar olmuşdur: Qol və ətək hissələrində ağ rəngli naxışlar olan uzunqollu papaqlı köynək, köynəyin papaq və ön hissəsində qanabənzər maddə bulaşmış vəziyyətdə olmuşdur. Bundan başqa meyitin əynində bozumtul rəngdə uzunqol köynək olmuşdur. Köynəyin boyun hissəsində qanabənzər ləkələr olmuşdur. Bundan başqa əynində ağımtıl rəngdə döş və kürək hissəsinə “patron” sözləri yazılmış qısa qollu mayka olmuşdur. Maykanın boyun hissəsi qanabənzər ləkəli olmuşdur. Paltarlar meyitin əynindən çıxarılandan sonra aydin olmuşdur ki, meyit kişi cinsinə mənsubdur. Meyitin boyu 172 smdir. Meyitin qacımasi kafidir, meyit ləkələri bənövşəyidir, çürümə nəzərə çarpmamışdır. Meyit soyuq olmuşdur. Başı adi formada olmuşdur. Tükləri qismen ağarmış, 0.5-1 sm əllədikdə kəllə sümüklərinin tam olması müəyyən edilmişdir. Gözləri örtülü olmuşdur. Bəbəkləri bərabər genəlmiş, üz və burun sümükləri tam olmuşdur. Ağzı yarı açıq alt çənədə soldan 1,2 və 4-cü sağdan 1,2,4 və 6 cı dişləri üst çənədə solda 3-cü sağda 3 və 4-cü dişləri diş yuvasındadır. Qalan diş yuvaları boşdur. Boynu bədəninə mütənasib patoloji hərəkət yoxdur. Döş qəfəsindəki qabırğalar və körpücük tam, qarın qabırğa qövsündən bir qədər aşağı aralıq nahiyəsi nəcisə bulaşmış, ətrafları bədəninə mütənasib, sümükləri tamdır.Xəsarətləri: alnında solda 2.5x1 sm, sol gözün bayır bucaq nahiyəsində 4x2 sm, burnun üstündə 3.5x1.2 sm, sağ gözün üst qapağında bayırda 2x0.5 sm, sağ gözün bayır bucaq nahiyəsində 1x0.5, 1.8x0.5 sm, sifətin sağ yarisinda 2x1.5 sm, 3.5x1 sm, alt cənədə 7x1.8 sm, sol ciyin qursağında 3x2 sm, 1.5x0.6 sm, sağ əlin arxa səthində 3-cü daraq sethdə 0.8x0.6 sm, sağ baldırın orta 1/3-nin ön səthində 1.5x0.5 sm sıyrıqlar, sol göz 2.5x1.5 və 1.5x1.2 sm qansızmalar var. Sol gicgahın təpə nahiyəsində hemotomiya, sol gicgahın təpə nahiyəsində dəri altında və baş beyin toxumasında genişölçülü qansızma və sol gicgah sümüyündə yerdəyişən sınıq var. Baxış zamanı ekspert Şaiq Qasımov tərəfindən X7 meyitindən şüşə qabda qan nümunəsi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Meyitə baxış 21 yanvar 2025-ci il tarixdə saat 11:30-da başlanmış, saat 12:10-da başa çatmışdır. (c İ, i.v 8-16)
22. «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 21 yanvar 2025-ci il tarixlıi protokol, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, aşma yol-nəqliyyat hadisəsi İmişli-Saatlı avtomobil yolunun İmişli rayonu Qaralar kəndindən keçən hissəsində, üzü Saatlı rayonu istiqamətində baş vermişdir. Baxış günəşli havada keçirilmişdir. Yolun hərəkət hissəsi düz, örtüyün vəziyyəti qurudur. Yolda iki hərəkət hissəsi var, hər hərəkət hissəsinin eni 3 metr olmaqla yolun ümumi eni 6 metrdir. Yolda qarşıqarşıya nəqliyyat vasitələrini ayıran nişanlama xətləri yoxdur. Yolda qoyulmuş maksimum sürət həddi 50 km\saatdır. Yolun hərəkət hissəsinin sağ kənarına 3 metr, sol kənarına isə 2 metr enlikdə yol çiyni birləşir. Sürücü yerindən həm yaxın, həm də uzaq işıqlardan istifadə etməklə ətrafı görmə məsafəsi 100 metr olmaqla, yolun hərəkət hissəsi kənar obyektlərdən düşən işıq hesabına işıqlandırılır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “İJ PLANETA5” markalı motosiklet nəqliyyat vasitəsi ilə üzü Saatlı rayonu istiqamətində hərəkət etmişdir. Onun hərəkət etdiyi hərəkət zolağının sağ kənarında, digər hissədə aparılan qazıntı işləri ilə bağlı olaraq torpaq sahəsi tökülmüş, həmin torpaq sahəsi töküldüyü zolaqda hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmayan səviyyədə yolun hərəkət hissəsinə də tökülmüşdür. Yolun hərəkət hissəsində tormozlama yaxud şin izləri aşkar olunmamışdır. Motosiklet nəqliyyat vasitəsinin torpaq sahə ilə toqquşduğu yerdə motosikletə məxsus dönmə işıqlarının qırılmış hissələri tökülmüşdür. Motosikletin torpaq sahəsi ilə toqquşduğu nöqtədən 3,6 metr məsafədə, əks istiqamətli hərəkət zolağı üzərində iki ədəd asfalt örtüyü üzərində yayılmış və qurumuş formada qanabənzər ləkələr müəyyən edilmişdir. Yolun hərəkət hissəsinin sağ kənarından 3 metr məsafədə dəmir qaz boru xətti keçir. (c.İ. i.v. 17-29)
23. «Nəqliyyat vasitəsinə baxış keçirilməsi və geyim əşyalarının götürülməsi haqqında» 21 yanvar 2025-ci il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə istintaq edilen ********* nömreli cinayət işinin istintaq zərurəti ilə bağlı Təqsirləndirilən şəxs idarə etdiyi motosiklet markalı nəqliyyat vasitəsinə İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis bas leytenantı X19, İmişli RPŞ-nin DYP-nin YPX-nin inspektoru polis baş serjantı X11, İmişli RPŞ-nin DYP-nin YPX-nin inspektoru polis baş serjanti X6 iştirakları ilə İmişli RPŞ-nin inzibati ərazisinda baxış kecirilmişdir. Baxiş keçirilən nəqliyyat vasitəsi "İJ Planeta 5" markalı motosikletdir. Motosikletin üzərində dövlət qeydiyyat nisanı yoxdur. Rəngi qırmızı, sürücü oturacağı qara rəngli olmaqla dəri materiallıdır. Motosikletin arxa sol tormoz fənəri qırılmış haldadır. Oturacağın dəri sathi sıyrılmış vəziyyetdə cırılmışdır. Motosikletin rulunun əl tutacaq hissəsi rezin materiallıdır ve sıyrılmış vəziyyətdədir. Motosikletin yük yerində Təqsirləndirilən şəxs Xaniş oğluna məxsus geyim əsyaları vardır. Geyim əşyaları bir ədəd tünd göy rəngli şalvar, bozumtul rəngli köynək va hərbi geyim formasına bənzər gödəkcə vardır. Geyim əsyalarının üzerinda qanabənzər ləkələr vardır. Təqsirləndirilən şəxs məxsus həmin geyim əşyaları İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Allahverdi Xəlilzadə tərəfindən götürülmüşdür. Baxış zamanı iştirak edən YPX əməkdaşları tərəfindən bort kompüter vasitəsi ilə aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs sürücülük hüququnun ve adına heç br nəqliyyat vasitəsinin olmadığı müəyyən edilmişdir. Baxış zamanı «lphone 14» markalı mobil telefonla fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Baxış gündüz vaxtı, İmişli rayon, Qaralar kendində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, təbii işıqlandırma şəraitində keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış kecirilərkən iştirakçılar tərəfindən heç bir şikayət, narazılıq, irad, qeyd ve düzəliş daxil bildirilməmişdir. (c.İ. i.v. 30-34)
24. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X15 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c.İ.i.v. 35)
25. 21 yanvar 2025-ci il tarixli, saat 14:11:40-da götürülmüş alkoqol testindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs içkili olmadığı qeyd edilmişdir. (c.İ.i.v. 37)
26. «Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair» 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c.İ.i.v. 48)
27. «Şübhəli şəxsə müdafiəçi təqdim edilməsi barədə» xx.xx.2025-ci il tarixli protokol və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. (c.İ.i.v. 50-56)
28. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» 21 yanvar 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə, saat 18:00-da ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c.İ.i.v. 57-58)
29. «İfadələrin yerində yoxlanılması haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə İmişli RPŞ-nin inzibati binasının qarşısından xidməti patrul avtomobillərinin müşayiəti ilə İmişli–Saatlı yolunun İmişli rayon Qaralar kəndindən keçən hissəsi istiqamətində hərəkət edilmişdir. Həmin yola çatanda Təqsirləndirilən şəxs maşını saxlamağı təklif etmişdir. O, istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq hadisədən əvvəl gəldiyi istiqaməti, yolun kənarında olan torpaq toplusu ilə toqquşub aşdığı yeri və mərhum C.Xudiyevin düşdüyü yeri əyani olaraq göstərmişdir. (c.İ.i.v. 83-84)
30. «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan və əlavə edilmiş CD diskdən görünür ki, baxış keçirilən yer İmişli rayon Qaralar kəndində yerləşən X20 işlətdiyi mağazadır. Baxış keçirilən müşahidə kamerası “Alneo” markalı yaddaş qurğusudur. Müşahidə kamerasının yaddaş qurğusuna baxış keçirilərkən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Cahangir Xudiyev saat 15:50 radələrində mağazaya daxil olduqları və mağazaya Təqsirləndirilən şəxs idarə etdiyi “İJ PLANETA 5” markalı motosikletlə gəldikləri müəyyən edilmişdir. Mağazada təxminən bir saat olduqdan sonra Xanalının bir ədəd bir litrlik spirtli içki olan “Ağsu Brend” markalı araq və digər ərzaq məhsulları alması müşahidə olunur. Daha sonra isə Cahangir Xudiyevin iki ədəd pivə alması müşahidə olunur. (c.İ.i.v. 91-94)
31. «CD diskə baxış keçirilməsi barədə» 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şahid3 mağazasından götürülmüş videogörüntüləri 1 ədəd diskdə “LG” markalı kompüterə daxil edib iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 istiraklar ilə videogörüntülərə baxılmışdır. Videogörüntü iki hissəden ibarət olmuşdur. Birinci hissə 06 dəqiqə 50 saniyədir. Həmin görüntüdə Təqsirləndirilən şəxs ve mərhum Cahangir Xudiyevin mağazaya daxil olmaları ve Təqsirləndirilən şəxs mağazadan bir ədəd bir litr həcmində “Ağsu Brend" adında araq va digər ərzaq mahsullarını alması görünür. Bundan sonra Təqsirləndirilən şəxs "CD" diskdəki videogörüntüdə olan şəxslərin özü və yanındakı şəxsin X3nun oldugunu bildirib həmçinin həmin mağazadan bir ədəd bir litr həcmində "Ağsu Brend" adında arağı alan saxsin özü olduğunu bildirmişdir. Diskin yaddaşında olan videogörüntülərə baxdıqdan sonra həmin disk qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur. (c.İ.i.v. 95)
32. Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş 23 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, şöbənin kompüter məlumat bazasında İmişli rayon, Qaralar kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. (c.İ.i.v. 96)
33. «Cinayət işinin tövsif olunması haqqında» 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. (c.İ.i.v. 97-98)
34. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, i.v. 102-103)
35. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(036)-24/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: «Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında bildirdi ki, şəxsi öldürmək niyyətində olmamışdır. Hadisə zamanı “İJ Planeta 5” markalı motosikleti sərxoş halda və sürücülük hüququ olmadan idarə etmişdir». (c İ, i.v 128-133)
36. «Baxış keçirilməsi və götürülmə aparılması haqqında» 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, mağazada olan müşahidə kamerasının yaddaş qurğusundakı xx.xx.2025-ci il tarixdə olan görüntülərə baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə sərnişin oturacağında əyləşən Şahid4 və yük yerində əyləşən Cahangir Xudiyevlə birlikdə mağazanın qarşısında dayanmışdır. Daha sonra həmin şəxslər mağazaya daxil olmuş bir ədəd bir litr həcmində “Lüks organic” markalı spirtli içki araq almışdır. Şahid4 mağazanın pulunu verdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə C.Xudiyev və Şahid4la birlikdə çıxıb getmişdir. Həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. (c İ, i.v 141- 144)
37. X14 30 yanvar 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, oğlu Cahangir Xudiyevin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi səbəbindən həmin cinayət işi üzrə özünün zərərçəkmiş X7 hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (c İ, i.v 148)
38. «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında» 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X23 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (c İ, i.v 149-150)
39. İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2 uşağı var. İmişli rayonu, Qaralar kəndində yaşadığı müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş, qonşularla mehriban davranmış, kənd sakinləri arasında hörməti olmuş və nümayəndəlikdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. (Cild 1, i.v. 170)
40. İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 26 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı xx.xx.1995-ci il təvəllüdlü X12, oğlu xx.xx.2014-cü il təvəllüdlü X16 və digər oğlu xx.xx.2019-cu il təvəllüdlü X17 ibarətdir, İmişli rayonunun Qaralar kəndində yaşayırlar.(Cild 1, i.v. 171)
41. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. (c İ, i.v 172)
42. «İmişli Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 18-1-46/2-193/2025 nömrəli cavab məktubundan görünür ki, İmişli rayonu, Qaralar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” X39in ruhi-əsəb, nevroloji və narkoloji kabinetində qeydiyyatda dayanmır. (c İ, i.v 173)
43. «Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası»nın 19 mart 2025-ci il tarixli, 8/317 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən, “İJ PLANETA 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hisəssinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “İJ PLANETA 5” markalı motosikletin yük yerində sərnişin daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (c İ, i.v 176-178)
44. «Məhkəmə-tibbi ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X7 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol gicgah sümüyünün yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasında, qişa altında qansızma, baş beyinin toxumasına qansızma, alın nahiyəsində solda, sol gözünün bayır bucaq nahiyəsində, burun belində sağ gözün bayır bucaq nahiyəsində, sifətin sağ yarısında, alt çənə sümüyü proyeksiyasında, sol çiyin qurşağı nahiyəsində, sağ əlin arxa səthində 3-cü daraq sümüyü proyeksiyasında, sağ əlin ikinci barmağının 3-cü falanqası proyeksiyasında arxa səthdə, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqlar, sağ gözün üst qapağında yara, sol göz yuvası ətrafı nahiyədə qançır, alt və üst dodağın selikli qışalarında sağda qansızmalar, alt çənədə dişlərin travmatik sınığı, sol gicgah təpə nahiyyəsində dərialtı hematoma bərk küt əşyanın (əşyaların) təsirindən torənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilmişdir. Xəsarətlər qərarın təsvir hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. X7 ölümü xx.xx.2025-ci il tarixdə İmişli MRX-da baş vermiş və onun ölümünə səbəb başın küt travması nəticəsində sol gicgah sümüyünün yerdəyişən sınığı və baş beyin toxumasına qansızma olmuşdur. (c İ, i.v 179-185)
45. «Məhkəmə-kimyəvi ekspertizası»nın 31 yanvar 2025-ci il tarixli, 336/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. Sidikdə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Qan nümunəsinin miqdarı az olduğundan kimyəvi maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (Cild 1, i.v. 187-190)
46. «Tibbi ekspertiza və X22» X39in 06 fevral 2025-ci il tarixli, 28/2025-TBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu - A beta (H) (İİ). Ekspertizaya təqdim edilən üç ədəd çubuqlu tampon üzərində insan qanı aşkar olunmuşdur. Həmin qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər alınmamışdır. Bu qan ləkələri A beta (H) (İİ) qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilərdi. (Cild 1, i.v. 192-195)
47. Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş 28 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, şöbənin kompüter məlumat bazasında İmişli rayon, Qaralar kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində və müvəqqəti istifadəsində heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. (c.İ.i.v. 196)
48. «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 28 aprel 2025-ci il tarixli, 899 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməlin həmin Məcəllənin 263-1.3 və 264-cü maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v 199-212)
49. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 28 aprel 2025-ci il tarixli, 904 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, i.v 214-216)
50. X23 tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli ərizədən müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş zərərçəkmiş şəxs Cahangir Xudiyevin hüquqi varisi olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 1, i.v 231) Əməlin tövsifi və digər hüquqi məsələlər:
51. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
52. Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
53. Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istəniləncinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
55. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
57. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, CPM-nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur.
58. CM-in 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması.
59. Hazırki cinayət işi üzrə ibtidai istintaq, eləcə də məhkəmə baxışı zamanı toplanmış sübutlara əsasən şəxsin yol nəqliyyat hadisəsi törətməzdən öncə alkoqollu içki qəbul etməsi və ya hadisəni törədərkən sərxoş halda olması öz təsdiqini tapmamışdır.
60. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şahid qismində (İ cild, i.v. 38- 41), şübhəli şəxs qismində (İ cild, i.v. 62-64) və təqsirləndirilən şəxs qismində (İ cild, i.v. 112-114) verdiyi ifadələrində o, Pəhləvan və Cahangirlə birlikdə Vüqar adlı şəxsin restoranında əyləşib, yemək yeyib, Pəhlivanın aldığı 1 litr həcmində arağı birlikdə içdiklərini, daha sonra o və zərərçəkmiş Cahangir birlikdə Araz çayının kənarına gedib Cahangirin aldığı 1 litr həcmində arağın təxminən 400 qramını birlikdə içdiklərini bildirmişdir. Lakin ibtidai istintaq zamanı verdiyi sonrakı ifadələrində və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində o, spirtli içki qəbul etmədiyini qeyd etmişdir.
61. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarınının 33-cü bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hadisə günü spirtli içki qəbul etməməsi ilə bağlı ifadəsini iş üzrə digər şahidlərin ifadələri və iş materiallarında mövcud olan digər sübutlarla qarşılıqlı təhlil edilməsini zəruri hesab edir.
62. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilk ifadələrində spirtli içki qəbul etdiyini bildirsə də, sonrakı və məhkəmə iclasındakı ifadələrində bunu inkar etmiş, hadisədən sonra "şokdan çıxmaq üçün" pivə içdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil və digər spirtlər aşkar edilməmişdir. Həmçinin, 21 yanvar 2025-ci il tarixli alkoqol testi nəticəsində Təqsirləndirilən şəxs içkili olmadığı görünür. Şəxsin cinayət törədərkən sərxoş olub-olmaması ekspert rəyi və ya müayinə aktı ilə müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə ekspert rəyi və müayinə atına əsasən təqsirləndirilən şəxsin hadisə anında sərxoş olması göstərilmədiyindən, mövcud şübhələr onun xeyrinə həll edilməlidir
63. “İn dubio pro reo” prinsipi (Şübhə doğduğu halda, təqsirləndirilən şəxsin xeyrinə qərar verilməlidir) hüquqi dövlətin və ədalətli məhkəmə araşdırmasının əsas sütunlarındandır. O, günahsız şəxsin cəzalandırılmasının qarşısını almağa yönəlib və ədalət prinsipi ilə birbaşa bağlıdır. Məhkəmə qeyd edilən prinsip ilə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ - “Hər kəs onun günahı qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənədək təqsirsiz sayılmaq hüququna malikdir”), Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi (təqsirsizlik prezumpsiyası – İ. hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz), Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) və CPM-nin 23-cü maddəsində (Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməsi) qeyd edilən prinsiplərini əsas götürərək, hesab edir ki, ibtiadi istintaq orqanı tərəfindən şəxsin əməli düzgün tövsif edilməmişdir.
64. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
65. CM-in 263-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
66. Göründüyü kimi, CM 263-1.3 maddəsi alternativ dispozisiya quruluşuna malikdir. Belə ki, həmin maddədə ya sərxoş halda, ya da nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilmiş əməllərə görə məsuliyyət nəzərdə tutur.
67. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi törədərkən sərxoş olması sübuta yetirilmədiyindən ona qarşı verilmiş ittihamdan sərxoşluq əlaməti hissəsi çıxarılmalıdır. Lakin Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “İJ PLANETA 5” markalı motosikleti idarə etməsi təsdiq edildiyindən, onun əməlinin tövsifi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin tərkib əlaməti olan "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi" əsasında saxlanılmalıdır
68. Məhkəmə təqsirləndirilən şəxsin CM-in 264-cü maddəsi ilə ittiham edilməsinə münasibətdə isə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünü həmin maddə ilə təqsirli bilməmiş və hadisə yerindən yayınmadığını bildirmişdir.
69. İşin faktiki hallarından, istintaq materiallarından, məhkəmə araşdırması zamanı elan və tədqiq edilmiş sübutlardan və araşdırma nəticəsində müəyyən edilmiş hadisənin ümumi mənzərəsindən məlum olur ki, Təqsirləndirilən şəxs idarəetməni itirərək qəza törətmiş, sərnişin X10 ağır bədən xəsarətləri yetirmiş, daha sonra isə hadisə yerindən qaçmışdır. Çünki: - O, nəqliyyat vasitəsini yerindən tərpətmiş, huşsuz vəziyyətdə olan zərərçəkəni motosikletin yük yerinə qoyaraq aparmışdır (bununla da zərərçəkənin vəziyyətini ağırlaşdırmaq riski yaratmışdır). - O, hadisə yerini tərk edərkən və ya dərhal sonra nə hadisə barədə hüquqmühafizə orqanlarına məlumat vermiş, nə də öz şəxsiyyətini sürücü kimi bəlli etmişdir. - O, baş vermiş yol nəqliyyat hadisəsini gizlətmiş, zərərçəkmişin qohumlarına (Rahilə Xudiyeva, Şahid1və Şahid2) Cahangiri yolda belə vəziyyətdə aşkar etdiyini söyləmişdir. - Zərərçəkmişin qohumlarından təcili tibbi yardıma və polisə zəng etməmələrini xahiş etmişdir. - Xanalı hadisə barədə həqiqəti yalnız Cahangir vəfat etdikdən bir gün sonra qardaşı Şahlara bildirmişdir.
70. "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin İV hissəsi sürücünün üzərinə bir sıra vəzifələr qoyur: nəqliyyat vasitəsini yerindən tərpətməmək, zərərçəkənə ilk tibbi yardım göstərmək, təcili yardım çağırmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək və hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq. Bu tələblər beynəlxalq hüquqi aktlarla da (məsələn, "Yol hərəkəti haqqında" Vyana Konvensiyasının 31-ci maddəsi) üst-üstə düşür.
71. Konstitusiya Məhkəməsinin Plenumu (10 aprel 2012-ci il tarixli Qərar) CM-in 264cü maddəsinin məqsədini sürücüləri hadisə yerində qalmağa və şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmağa məcbur etməkdən ibarət olduğunu qeyd edir. Bu, zərərçəkmişin gələcəkdə mülki hüquqlarının bərpası üçün zəruridir.
72. Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli Plenum Qərarının 1-ci və 30-cu bəndlərinə görə, sürücünün yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması, əgər sürücü öz şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırarsa, hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.
73. Təqsirləndirilən şəxsin qəza baş verdikdən sonrakı hərəkətləri, Konstitusiya Məhkəməsi Plenumunun tələb etdiyi "şəxsiyyətini zərərçəkmişə (tərəfə) çatdırmaq" öhdəliyinin kobud şəkildə pozulmasıdır. Onun hadisəni gizlətməsi cinayət məsuliyyətindən yayınmaq məqsədinə xidmət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 264-cü maddəsinin dispozisiyasında göstərilən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlinə uyğundur.
74. Beləliklə, məhkəmə şərh edilən xüsusatlara, təqsirləndirilən şəxsin özünün verdiyi ifadəyə, eləcə də digər şahid ifadələrinə və məhkəmə istintaqı zamanı elan və tədqiq edilmiş iş materiallarına əsasən bu nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə əsaslı olmuş və toplanmış cinayət işi materialları ilə tam sübuta yetirilmişdir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsində göstərilən digər şəxs zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.
76. Hazırki hökmün 75-ci bəndində qeyd edilmiş qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.
77. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, «Yol hərəkəti haqqında» 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli və «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
78. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi – CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməli təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlər və əlavə şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilir.
79. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.3-cü və 264-cü maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti nəqliyyat vasitəsini idarə edən, cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş fiziki anlaqlı şəxs ola bilər.
80. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
81. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmə tərəfindən düzgün olaraq CM-in 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
82. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
83. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Məhkəmə hökmü haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
84. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
85. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
86. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
87. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
88. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının və həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədəmüvafiq hesab edir.
89. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
90. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
91. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
92. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3 və 264-cü maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, cəzalarını tam və qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir.
93. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
94. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
95. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(036)- 24/2025 nömrəli qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
96. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
97. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
98. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
99. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut olaraq tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “İJ PLANETA 5” markalı motosikletin təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işi materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə təhvil verilməsi nəzərə alınmalıdır.
100. «Baxış keçirilməsi haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
101. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
102. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X5 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
103. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
104. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
107. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 264-cü maddəsilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətinə şamil olunsun. Təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «İJ PLANETA 5» markalı motosikletin təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə videogörüntülərin əks olunduğu 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva