Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-325/2023 03.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək qanuni əsaslarla idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda və üzərində daşıyaraq saxlamış, 30 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad RPŞ əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,069 qram narkotik vasitə olan heroin, idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü və ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən bir ədəd bükümdə təmiz çəkisi 2,263 qram narkotik vasitə olan heroin, ümumilikdə - 3,332 qram çəkidə həmin narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan qapaqsız elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə axşam saat 17-18 radələrində arvadı Aytən və qızı Aysel ilə birlikdə babasının il dönümünə Kövüzbulaq kəndinə gedərkən Kamil maşını Cəlilabad şəhəri, Heydər Əliyev prospektində saxlayaraq siqaret almaq üçün marketə getmiş, marketdən maşına doğru qayıdarkən Rəhman, Bəhmən və Tərlan adında polis əməkdaşları ona yaxınlaşmış, Rəhman və Bəhmən onu döyərək zorla öz maşınlarına mindirib polis şöbəsinə aparmışlar. Həmin vaxt qızı Aysel maşından düşərək qışqırmışdır. Şöbədə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş və döyülmüşdür. Buna səbəb isə polis əməkdaşlarının az miqdarda narkotiki öz üzərinə götürməsini tələb etmələri olmuş, əgər narkotiki öz üzərinə götürməsə evindən də çoxlu narkotik çıxaracaqlarını, ailəsini uşağını da şöbəyə gətirəcəkləri ilə hədələmişlər. Bundan sonra, şöbədə polislər onun qarşısına kağız qoyaraq qol çəkməsini tələb etmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyündən və zorakılığa məruza qaldığına görə, məcbur olub kağızlara qol çəkmişdir. Saxlanılan zaman arvadının kömək üçün kiməsə zəng edib-etməməsindən xəbəri yoxdur. Saxlanılan zaman üzərində və avtomobilində narkotik vasitə və tərəzi olmamışdır. Barəsində həbs seçilən zaman hakim qarşısına çıxarılmamışdır. Bakı şəhərində, Kürdəxanıda yerləşən Təcridxanaya daxil olarkən bədənində çoxlu xəsarətlər olmuşdur. Axırıncı dəfə 2023-cü il mart ayında sənədlərlə tanış olmaq üçün Cəlilabad RPŞ-yə aparılmış, sənədə imza etmək istəmədikdə həmin vaxt müvəqqəti saxlama yerinin əməkdaşları Fuad və İxtiyar adında polis əməkdaşları tərəfindən də döyülmüşdür. X7n çıxan zaman polis əməkdaşları tərəfindən verilən kağıza qol çəkmişdir. Saxlanılmamışdan bir müddət əvvəl, 2022-ci ilin may ayında polislər tərəfindən incidilmiş, avtomobilinin qarşısı kəsilmişdir. Sonradan polislər yaxınlarına xəbər göndərərək “bizə pul versə onunla işimiz olmayacaq” demişlər. Saxlanılarkən nə üzərində, nə də ki avtomobilində narkotik və ya elektron tərəzi olmamışdır. Polis şöbəsində ona qarşı edilən hədə-qorxulardan, müxtəlif fiziki təzyiqlərdən - qabırğasının sındırılmasından, ağır formada döyülməyindən sonra məcburiyyət qarşısında qalıb polis əməkdaşları ilə razılaşaraq narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olmasını yalandan bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, polislər tərəfindən saxlanılarkən üzərində və avtomobilində nə narkotik vasitə, nə də ki, elektron tərəzi olmamışdır. İbtidai istintaq vaxtı polis əməkdaşları ona hədə-qorxu gəldikləri, döydükləri və müxtəlif fiziki təsirlər etdikləri üçün etirafedici ifadələr vermişdir. Videoçəkilişdən əvvəl polisin əməliyyatçıları onu döyərək, işgəncə verərək çəkiliş zamanı onların istədikləri kimi ifadə verməyini tapşırmışlar, ona görə də məcbur olub videoçəkiliş zamanı həmin etirafedici ifadəni vermişdir. Vəkil polislərin tanışı olduğu üçün qorxduğundan ona döyülməsi barədə heçnə deməmişdir. Videoçəkiliş zamanı narkotik vasitəni və elektron tərəzini Cəlilabad rayonu, Fərzili kəndindən tapdığını yalandan demişdir. Narkotiki və tərəzini heç yerdən tapmamışdır, polislər ona demişlər ki, “biz deyən kimi ifadəndə de”. Ekspert Rauf tərəfindən polis şöbəsinin X7 müayinə olunarkən soyunmuş, ekspert bədəninə baxmışdır. Ekspertə polislər tərəfindən döyüldüyünü və ağrıdığını demişdir. Saxlanılmamışdan əvvəl bədənində hər hansı bir xəsarət olmamışdır. Bədənindəki xəsarətlər şöbədə döyüldükdən sonra əmələ gəlmişdir. Arvadı Aytənlə rəsmi nigahları yoxdur, uşaqların dördü rəsmi nigahdan olan arvadı Cəmalədən, ikisi isə Aytəndəndir. Onu döyən Fuad və İxtiyar adında polis əməkdaşları olmuşlar. İstintaq vaxtı atası onun döyülməsi ilə bağlı müxtəlif orqanlara müraciət etmiş, bunun əsasında yoxlama aparılmışdır. Məhkəmədə elan olunmuş izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə bağlı onu qeyd edir ki, üzərində və avtomobilində heroin və elektron tərəzi olmamışdır. Döyülmə faktı ilə bağlı prokurorluğa atası müraciət etmiş və prokurorluq əməkdaşı tərəfindən izahatı alınmışdır. Döyülməsi ilə bağlı 3 aydan sonra da əlavə məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. İstintaq Təcridxanasında olanda qabırğasının sınması ilə əlaqədar tibb xidmətinə müraciət etmiş, qabırğasında olan ağrılardan 3-4 gün nəfəs ala bilməmiş, xəstəxanaya müayinəyə aparılmış, rentgendən keçirilmiş, sınıq aşkar olunmuş, xəstəxanada polis əməliyyatçıları tərəfindən döyüldüyünü bildirmişdir. İbtidai istintaq vaxtı narkoloji ekspertizadan keçərkən narkotikdən istifadə edibetməməyi soruşulmuş və narkotikdən istifadə etdiyini bildirmişdir. Məhkəməyə həbsə aparılmamışdan əvvəl rayon prokurorunun qəbulunda olmamışdır Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM-nin) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirimliş Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən polis əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 30 sentyabr 2022-cil tarixdə saat 19 radələrində o, Heydər Əliyev prospektində piyada hərəkətdə olan zaman idarə etdiyi “Lada Granta” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərkən saxlanılıb idarə etdiyi maşını ilə rayon polis şöbəsinə aparılmışdır. Şöbədə videoçəkilişlə vəkilin iştirakı ilə Kamilin üzərinə şəxsi axtarış keçirilən zaman o, şalvarının cində olan bir büküm heroini təqdim etmişdir. Bundan sonra Kamilin razılığı ilə maşınına da baxış keçirilmişdir. Baxış zamanı Kamil qabaq oturacaqların arasında olan saxlanc yerindən bir büküm heroini və elektron tərəzini çıxarıb təqdim etmişdir. Kamil şifahi sorğu zamanı heroini və elektron tərəzini Fərzili kəndinin ərazisində yolun kənarında tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Kamilə qarşı heç kim tərəfindən zor tətbiq olunmamış, onun üzərinə və avtomobilinə narkotik və elektron tərəzi qoyulmamışdır. Kamilin kiməsə narkotik satmasından məlumatı yoxdur. Kamil saxlanılarkən maşınında başqa şəxslər olmamışdır. Kamil saxlanılan zaman orada Rəhman və Bəhrəm adında polis əməkdaşları iştirak etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır. 29 sentyabr 2022-ci il tarixdə axşam saat 17-18 radələrində anası Aytənlə birlikdə atası Kamilin maşını ilə Kövüzbulaq kəndinə babasının ildönümünə gedərkən marketin qarşısında dayanmışlar. Atası maşından düşüb marketə getmişdir. Atası marketdən çıxıb maşına yaxınlaşan zaman tanımadığı polis əməkdaşları atası Kamili döyərək əl ayağını bağlayıb zorla öz maşınlarına mindirib harasa aparmışlar. Qorxduqları üçün anası qışqırmağa başlamış, polislərdən biri onların üstünə qışqıraraq maşından düşmələrini bildirmiş, sonra isə polislərdən biri arxa oturacağa tərəzi və qolundan nəsə çıxarıb atmışdır. Bundan sonra anası ilə maşından düşüb hansısa taksiyə minərək evə getmişlər. Atasını isə polislər aparmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, lakin nigahları rəsmiləşməmişdir. 29 sentyabr 2022-ci il tarixdə axşam saat 17-18 radələrində Kamilin babasının ildönümünə Kövüzbulaq kəndinə gedərkən mərasimə əliboş getməmək üçün Heydər Əliyev prospektində yerləşən adını xatırlamadığı marketin qarşısında dayanmışlar ki, əri nəsə alsın. Maşını Kamil idarə etmiş, maşında özü və qızı Aysel olmuşdur. Kamil maşından düşmüş, bu zaman onların maşınının arxasında qara rəngli “99-570” nömrəli maşın dayanmış, Bəhrəm adlı əməliyyatçı Kamilə yaxınlaşaraq onu yerə yıxmış və digər əməliyyatçılarla birlikdə Kamili döymüşlər. Bunu gördükdə qorxduqları üçün qışqırmağa başlamışlar, lakin polislər onlara əhəmiyyət verməmişlər. Rəhman adlı əməliyyatçı gələrək onlara maşından düşmələrini bildirmiş, onlar maşından düşdükdən sonra maşının arxa oturacağına tərəzi atmışlar. Polislər Kamili qara rəngli öz maşınlarına mindirib şöbəyə aparmışlar. Kamilin maşınını isə Bəhrəm adlı əməliyyatçı sürüb şöbəyə aparmış, Bundan sonra özü və qızı oradan tanımadığı bir taksi ilə evə qayıtmışlar. Evə getdiyi taksi sürücüsünün kim olduğunu xatırlamır. Kamilin üstündə, maşınında narkotikin olmasından, onun narkotikdən istifadə etməsindən xəbəri olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 Cəlilabad rayon şöbəsinin rəisi, məhkəmə-tibbi eksperti X12 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs polis şöbəsinin X7 müayinə edərkən Kamil döş qəfəsində olan kəskin ağrılardan şikayətlənmiş, o, şifahi sorğu zamanı saxlanılan zaman və Cəlilabad Rayon Polis Şöbəsinin binasında polis əməkdaşları tərəfindən döyüldüyünü, buna görə də bədənində güclü ağrıların olduğunu bildirmişdir. Kamilin üzərində olan xəsarətlərin döyülmə yaxud yıxılma nəticəsində əmələ gəlməsini bilmir. Əlində rəsmi tibbi sənəd olmadığından ekspert rəyinin əsaslanmasında gözü ilə vizual gördüyünü yazmışdır. Tibbi sənədə ehtiyacı olması ilə bağlı şifahi sorğu vermiş, lakin hər hansı bir sənəd əldə edə bilməmişdir. Canlı şəxsin ekspertizası zamanı xarici baxışa əsaslanmanın kifayət etdiyini bildirmişdir. Şahid Rauf Ağayev verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs döş qəfəsində və bədənində kəskin ağrıların olması ilə bağlı ixtisaslaşdırılmış rentgen müayinəsindən keçməsi üçün müvafiq göndəriş verməmişdir. Təqsirləndirilən şəxs müayinə olunması üçün polis əməkdaşları tərəfindən ekspertizanın inzibati binasına gətirilməmişdir. Onun tibbi müayinəsi Cəlilabad RPŞ-nın MSY-də icra edilmişdir. Düşünmüşdür ki, onun tərəfindən Təqsirləndirilən şəxs göndəriş verilərsə belə, təqsirləndirilən şəxsin xəstəxanaya aparılması polis əməkdaşları tərəfindən təmin edilməyəcək idi. Müvafiq tibbi sənəd olmadan canlı şəxslərin müayinəsinə dair rəyin verilməsini əsaslı hesab etmiş, lakin bunun hansı təlimatda əks olunduğunu bilməmişdir. Hesab etmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 933 N-li rəyi yekdildir, təqsirləndirilən şəxsi polis şöbəsində müayinə edən zaman onun bədəni üzərində aşkar olunmuş xəsarətlərin fotoşəkillərini çəkməmişdir. Bunun səbəbini izah edə bilmir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 3-də şöbənin X7 olarkən yoxlama zamanı narazılığını bildirmiş, onlardan onu niyə yuxudan oyatdıqlarını soruşmuş və rejim qaydalarına riayət etməmişdir. Bununla bağlı Kamillə aralarında mübahisə olmuş, ona qarşı zor tətbiq etməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın Müvəqqəti Saxlama yerinin əməkdaşı Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 3-də X7 olarkən rejim qaydalarına riayət etməmişdir. Bununla bağlı Kamillə aralarında mübahisə olmuş, mübahisə zamanı ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmələ təldqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 oktyabr 2022-ci il tarixli, 19/1048 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,069 qram maddə olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,263 qram maddə olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” və “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş kütlə və elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərflərdəki, ümumi sayı 2 büküm, ümumi təmiz çəkisi: -3,332 qram olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: - Heroinin təmiz çəkisi – 3,332 qram, cəmi tədqiqata sərf olundu-0,1 qram, qalıq -3,232 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1041 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13in xx.xx.2022-ci il tarixli, 2667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Avtomobilə baxış keçirilməsi və götürmə” haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroini kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa bu barədə RPŞ-yə rəsmi məlumat veriləcəkdir. İşdə olan 1 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ümumi təmiz çəkisi 3,232 qram narkotik vasitə heroin və idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş 01 ədəd üzərində heroin izləri olan 01 ədəd qapaqsız elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 19.10-da şübhəli şəxs qismində tutulmuş, 2 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin gün Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Kövüzbulaq kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 527 nömrəli xasiyyətnamədən və şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, himayəsində xx.xx.2004-cü il təvəllüdlü oğlu Mirnasir Niftullayev, xx.xx.2020-ci il təvəllüdlü qızı Aylin Ordiyeva, xx.xx.2023-cü il təvəllüdlü Aysun Ordiyeva, xx.xx.2012-ci il təvəllüdlü qızı Aysel Niftullayeva xx.xx.2009-cu il təvəllüdlü Arzu Niftullayeva, xx.xx.2006cı il təvəllüdlü oğlu Mirağa Niftullayev vardır. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yollazoraılıq,hədə-qorxu, aldatma, işgəncə və digər qəddar,qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiqi ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş olsa da, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamış, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərində və avtomobilində ümumiyyətlə narkotik vasitə və elektron tərəzi olmamış, polis əməkdaşları tərəfindən döyülərək və işgəncələrə məruz qalaraq “etirafedici” ifadələr alınmışıdr. Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verildikdən sonra işin məhkəmə baxışı zamanı onun hüquqlarını müdafiə edən müqavilə bağladığı Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 2345 N-li məktubunu təqdim edərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxayana daxil olarkən bədəninə baxış keçirilən zaman sağ diz nahiyəsində, sol baldırın ön səthində, sağ ayağın baş barmağında üzəri qərməkli yara, sağ dirsək büküşündə tünd bənövşəyi rəngli qançır, sağ 9-cu qabırğada yerdəyişməyən sınıq müşahidə edilmişdir. Həmin məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi sanitar hissədə müayinə olunmuş, müayinə zamanı sol göz ətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ yuxarı hissəsində yaşımtıl rəngli qançır, sol dirsək nahiyəsində üzəri qərtməkli yara müşahidə olunmuşdur. Xəsarəti Cəlilabad RPŞ-nin X7 aldığını bildirmişdir. Eyni zamanda, Müdafiəçi2 Cəlilabad rayon sakini X1 Niftullayevin Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalmasına dair Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinə və digər dövlət orqanlarına ünvanladığı xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müraciətlərini məhkəməyə təqdim etmişdir. Mirəşrəf Niftullayevin müraciəti əsasında Cəlilabad rayon prokurorluğunda aparılan ilkin araşdırma materialından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs israrla Rəhman və Bəhrəm adında polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncələrə məruz qaldığını, həmin vaxt qızı Ayselin də orada olduğunu, üzərində və avtomobilində heç bir narkotik vasitənin, elektron tərəzinin olmadığını, heroinin üzərinə və avtomobilinə şöbədə polis əməkdaşları tərəfindən qoyulduğunu, bundan sonra Rəhman və Bəhram tərəfindən döyülərək narkotiki üzərinə və boynuna götürməsini tələb etdiklərini, onların dediklərini etmədiyi halda atasının da maşınına narkotik qoyulacağını və onu da yolla tutturacaqları ilə hədələndiyini, bunu etməyəcəyini dedikdə Rəhman və Bəhman tərəfindən döyülərək işgəncələrə məruz qaldığını, nəticədə qabırğasının sındığını, bundan sonra məcburiyyət qarşısında qalıb onlarla razılaşdığını videoçəkiliş zamanı üzərində və avtomobilində aşkar olunan heroinin, tərəzinin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. İstintaq orqanı tərəfindən araşdırma aparılan zaman, Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasından keçirilmiş, ekspertin 30 dekabr 2022-ci il tarixli 933 N-li rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində qeyd olunan xəsarətlərin xx.xx.2022-ci il tarixdən sonrakı 7-8 günlərə uyğun gəldiyi (Cəlilabad RPŞ-də saxlanıldığı dövrə), dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olduğu, aşkar olunan xəsarətlərin müxtəlif şəraitdə, eləcə də yıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunmadığı göstərilmişdir. Məhkəməyə təqdim olunmuş qərardan görünür ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı obyektiv tam və hərtərəfli yoxlanılmadan, işgəncə döyülmə faktının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilmədən və heç bir qanuni əsas müəyyən etmədən yalnız qanunsuz və əsassız olaraq cinayət hadisəsi müəyyən edilmədiyi qənaətinə gələrək cinayət işinin başlanması CPM-nin 39.1.1ci maddəsinə əsasən 21 yanvar 2023-cü il tarixdə rədd edilmişdir. Cəlilabad rayon prokurorluğunun 21 yanvar 2023-cü il tarixli «cinayət işinin başlanması haqqında» qərarından görünür ki, istintaq orqanı yalnız polis əməkdaşlarının izahatlarının alınması ilə kifayətlənmiş, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalmasının müəyyən edilməsində əsaslı izahatlar verə bilən digər şəxslərin izahatların alınmasına belə təşəbbüs göstərilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxslə istintaq hərəkətləri aparmaq üçün sonuncu 3 mart 2023-cü ildə Bakı İstintaq Təcridxanasından Cəlilabad RPŞ-nın X9 keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına qaytarılarkən onun bədəni üzərində müayinə zamanı sol göz ətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ yuxarı hissəsində yaşımtıl rəngli qançır, sol dirsək nahiyəsində üzəri qərtməkli yara müşahidə olunmuşdur. O, xəsarətləri Cəlilabad RPŞ-də X7 aldığını bildirmişdir. Habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞnın əməkdaşları Şahid5 İsmayıl oğlu və Şahid4 ifadələrində 3 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs rejim qaydalarına görə narazılığını bildirdiyinə görə aralarında mübahisə olduğunu, ona qraşı zor tətbiq etmə hallarının olmadığını göstərmişlər. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə Cəlilabad RPŞ-nın MSY-də bədən xəsarəti alması faktı üzrə ibtidai istintaq orqanı tərəfindən hər hansı bir araşıdrma aparılmamışdır. Bu səbəbdən də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması faktı ilə bağlı aparılan araşdırma ilə razılaşmayaraq həmin hadisələrin baş verməsinə əsaslı şübhələr olduğundan iş üzrə öz təşəbbüsü ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsə həvalə olunmuşdur. Məhkəməyə təqdim olunmuş eskpertizaının xx.xx.2023-cü il tarixli T 303/2023 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağının, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası, sağ dirsək büküşündə qançır olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti istintaq təcridxanasına daxil olduğu vaxtdan 2-4 gün əvvələ uğyun gəlir, dərəcəsinə görə sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağı, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, sağ dirsək oynağındakı qançır isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. -Xəsarətlərin sayını, yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların şəxsin özü, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyildir və kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yaranmasını inkar etmək olmaz. Eyni zamanda məhkəmədə əlavə şahid qismində dindirilmiş ekspert Rauf Ağayev də ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin MSY-də müayinə edərkən o, döş qəfəsində olan kəskin ağrılardan şikayət etmiş, saxlanılarkən və Cəlilabad Rayon Polis Şöbəsinin binasında polis əməkdaşlarının onu döydüyünü, bədənində güclü ağrıların olduğunu bildirmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş Bakı İstintaq Təcridxanasının Cəlilabad rayon prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli 17/387130 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15.30-da Cəlilabad RPŞ-nın müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilərkən sağ diz nahiyyəsində sol baldırın ön tərəfində, sağ ayağının baş barmaq nahiyyəsində qərtməkli yara xəsarətləri, sağ dirsək büküşü nahiyəsində tünd bənövşəyi rəngli qançır izləri aşkar olunmuş, sonrakı rengen müayinəsi zamanı isə sağ 9-cu qabırğasında sınıq xəsarətləri aşkar olunmuşdur.Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından bədən xəsarətləri almasına dair xx.xx.2022-ci il tarixdə Cəlilabad Rayon Prokurorluğuna məlumat verilməsinə baxmayaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin fakt üzrə hər hansı bir araşdırma aparılmamışdır. Hansı ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror CPM-nin 207-ci maddəsinə əsasən təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalıdır. Məhkəmə tərkibi işgəncə faktı ilə bağlı prokuror nəzarəti qaydasında qəbul olunmuş 21 yanvar 2023 cü il tarixli qərara, o cümlədən ibtidai istintaq zamanı alınmış məhkəmətibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli 933 N-li rəyə olan əlavəsinə tənqidi yanaşır. Belə ki, prokurorluq tərəfindən qeyd olunan qərarda Təqsirləndirilən şəxs xəsarətləri “Cəlilabad RPŞ-nın MSY-də saxlanılarkən və ya təcridxanaya köçürüldükdən sonra alması müəyyən edilmədiyindən, habelə həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranması müəyyən edilmədiyi” ziddiyyətli əsaslar göstərilməklə toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasını rədd etmiş, eləcə də həmin qərarlarda döyülmə və işgəncə faktı üzrə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar tam, hərtərəfli yoxlanılmamış, digər şəxslərin izahatları müqayisəli şəkildə təhlil edilməklə qiymətləndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, araşdırma qanuni və əsaslı aparılmamış, istintaq orqanı özü belə araşdırma aparılmasına baxmayaraq həmin fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsində və həqiqətən də belə bir faktın baş verib-verməməsinin aşkar edilməsində israrlı olmamışdır. Hansı ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış, səhərisi günü-01 oktyabr 2022-ci il tarixdə MTE və PA Birliyin Cəlilabad rayon şöbəsinin rəisi, məhkəmə-tibbi eskperti Rauf Ağayev tərəfindən polis şöbəsinin inzibati binasında tibbi müayinədən keçirilmiş və bədəni üzərində hər hansı bir xəsarətin olmadığı göstərilmişdir. İstintaq orqanı araşdırma apararkən obyektiv həqiqəti müəyyən edilməsi istiqamətində mümkün olan istintaq hərəkətlərindən istifadə etməmiş, nəticədə qəbul olunmuş qərarda məhkəmə istintaqında müəyyən edilən döyülmə və işgəncə faktının mövcudluğunu düzgün qiymətləndirməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncə verilməsi ilə bağlı Cəlilabad rayon prokurorluğunda qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında 21 yanvar 2023 -cü il tarixli qərarlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılması olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmənin öz təşəbbüsü ilə təyin etmiş və alınmış təkrar məhkəmə-tibbi eskpertizasının 25 may 2023-cü il tarixli, T 303/2023 nömrəli rəyinə gəlincə isə görünür ki, Təqsirləndirilən şəxs sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağının, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası, sağ dirsək büküşündə qançır olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti istintaq təcridxanasına daxil olduğu vaxtdan 2-4 gün əvvələ (Cəlilabad RPŞ-də saxlanıldığı dövrə) uyğun gəlir, dərəcəsinə görə sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağı, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, sağ dirsək oynağındakı qançır isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Xəsarətlərin sayını, yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların şəxsin özü, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyildir və kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yaranmasını inkar etmək olmaz. Kamil Niftulayevin polis şöbəsində döyülməsini bildirməsi, onu polis şöbəsində müayinə edərkən döş qəfəsində və bədənində olan kəskin ağrılardan şikayətlənməsi, yəni bu faktın mövcudluğu məhkəmədə əlavə şahid qismində dindirilmiş ekspert Rauf Ağayevin ifadəsi ilə də təsdiq olunur. Məhkəmə istintaqı zamanı mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhz Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalması nəticəsində almış olduğu bədən xəsarətlərindən ağrımağa başlamış, ağrıları şiddətləndiyindən məcburiyyət qaydasında olaraq o, məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunmuş, lakin məlum olmayan səbəblərdən onun bədənində hər hansı bir xəsarətin olmadığı barədə ekspert tərəfindən qeyri-obyektiv rəy verilmişdir. MTE və PA Birliyi Cəlilabad rayon şöbəsinin eksperti tərəfindən Təqsirləndirilən şəxs döyülərək işgəncə verməsi faktının gizlədilməsi üçün rəydə onun bədənində xəsarətlərin olması yazılmamışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasına dair “etirafedici” izahat və ifadələrin verməsi, həmin sözləri “şəxsi axtarış və götürmə”, “baxış və götürmə ” aparılması haqqında istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalmasınəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı toplanmış sübutları tam hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə”, “baxış və götürmə” haqqında 30 sentyabr 2022-ci il tarixli protokollar, təqsirləndirilən şəxsin “etirafedici” izahat və ifadələri zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə nəticəsində tərtib olunduğundan onun təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul edilə bilməz, həmin prosessual sənədlərlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: -125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; -125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; -125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə tərkibi qeyd edir ki, qapalı məhkəmə iclasında qətimkan tədbiri məsələsinə baxılarkən təqsirləndirilən şəxsin izahatı da alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs saxlanıldığı günün səhərisi 1 oktyabr 2022-ci il tarixdə polis şöbəsində tibbi müayinədən keçirilərkən ekspert Rauf Ağayevə polis əməkdaşları tərəfindən döyülməsini (rəydə qeyd olunub i.v.82), habelə prokurorluğa izahat verən zaman - hər iki halda üzərində, avtomobilində narkotik vasitənin, elektron tərəzinin olmaması və polis əməkdaşları tərəfindən döyülməsini göstərdiyi halda, yalnız polisdə verdiyi izahat və ifadələrində üzərində və avtomobilində aşkar olunan heroinin, elektron tərəzinin olmasını etiraf etməsi həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin ifadəsinin sərbəst olmasına məhkəmədə əsaslı şübhələr yaradır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli rəyin təsviri əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi göstərilsə də, istintaq başlandığı gündən bu hal araşdırılmamış, yalnız təqsirləndirilən şəxsin atası müxtəlif orqanlara oğlunun polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə şikayət etməsindən sonra istintaq orqanı bu halı araşdırmağa başlamışdır. Bu bir daha onu göstərir ki, ibtidai istintaq orqanı işin tam, hərtərəfli və obyektiv araşdırmasının marağında olmamış, Təqsirləndirilən şəxs işgəncələrə məruz qalmasını gizlətmək istəmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000- ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini bu əsasa görə də mötəbər sübut kimi qəbul etmir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilinə baxış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 oktyabr 2022-ci il tarixli, 19/1048 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs və avtomobilində aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məhkəmə narkoloji yoxlamanın xx.xx.2022-ci il tarixli, 1041 N-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etmə və işgəncə verməklə əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə tərkibi hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından birdir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X3 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni in dubio pro reo prinsipi tətbiq edilməlidir. “Telfner Avstriyaya qarşı” qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. “Kapo Belçikaya qarşı” qərarında qeyd etmişdir ki, sübutetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. “Nestak Slovakiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirin seçilməsi barədə qərarlar məhkəmədə müəyyən edilməmişdən əvvəl şəxsin təqsiri ilə bağlı qəti rəyə əsaslanarsa, təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə də, məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Kamil Niftulayev ibtidai istintaq zamanı ona qarşı edilmiş zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi nəticəsində özünə qarşı etirafedici ifadələr vermişdir. Cinayət-Prossesual qanunvericiliyinin 125-ci maddəsinə əsasən isə bu yolla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyalarn cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Odur ki, məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Cəlilabad rayon polis şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 3,232 qram heroin və 1 ədəd elektron tərəzi materiala əlavə edilməlidir. DVD disklər cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcinin ödənilməsindən azad edilməli və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 3,232 qram heroin və 1 ədəd elektron tərəzi materiala əlavə edilsin. DVD disklər cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-325/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-325/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver