Məhkəmə qərarları › İş №1(099)-325/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-325/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-325/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X29, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafisəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi X7 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Cəlilabad rayonu Prişib kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Təklə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs arvadı xx.xx.1979-cu il təvəllüdlü X8 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 30 iyul 2023-cü il tarixdə saat 17 radələrində arvadı X13 ilə birgə yaşadıqları Masallı rayonun Təklə kəndində yerləşən fərdi yaşayış evində, sonuncunun onu əri kimi saymaması, sözlərinə əhəmiyyət verməməsi, mütəmadi olaraq aralarında ailə daxili mübahisələr olması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq, yəni anlaqsız vəziyyətdə arvadı İlkanə Məmmədovanı qəsdən öldürmək qərarına gəlib bu məqsədlə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən bıçaqla İlkanə Məmmədovanın bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona döş qəfəsinin döş boşluğuna nüfuz etməyən (iki ədəd), başın sol gicgah nahiyəsinin (bir ədəd), sol bazunun (iki ədəd) və sol diz oynağına müvafiq nahiyənin (bir ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, İlkanə Məmmədovanın öldürülməməsi üçün ona yalvarmasına, müqavimət göstərərək bıçağı ondan alaraq qaçmaq istəməsini görüb öz cinayətkar niyyətini davam etdirərək müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə arvadına xüsusi əzab verdiyini dərk edib bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə döşəmənin üzərindəki döşəklərin üzərində uzanıqlı vəziyyətdə olan İlkanə Məmmədovanın əynində olan donun boyun hissəsindən hər iki əliylə tutub öndən arxaya doğru sıxaraq, stranqulyasiya şırımı, boynun ön və sol yan hissəsinin qançırı, boynun yumşaq toxumalarına qansızma ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə İlkanə Məmmədovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ifadə verməmiş, susaraq danışmamış və ona verilən sualları cavablandırmayaraq susmuşdur. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında dindirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilirək göstərmişdir ki, təxminən 2008-2009-cu ildə X13 ilə ailə həyatı quraraq rayonun Təklə kəndində yerləşən ata evində yaşamağa başlamışdır. Anası Tahirə də başsız qadın olduğundan onlarla birlikdə yaşayırmış. O psixoloji olaraq xəstə olduğundan hər hansı işdə işləyə bilmirmiş. Xəstəliyi ilə əlaqədar aldığı pensiya ilə ailəsini dolandırmağa çalışsa da, bu normal yaşayış səviyyəsi üçün kifayət etmədiyindən ailəsinin dolanışığını anası təşkil edirmiş. İlkanə də o cümlədən işləmir, həyətyanı sahədə təsərrüfatla məşğul olub ailənin dolanışığına kömək edirmiş. Onun İlkanə ilə uzun müddət uşaqlar olmadığından anası ilə arvadı arasında tez-tez sözlü mübahisələr yaranırmış və çox vaxt gəlin və qaynana küsülü olurmuş. O İlkanə ilə uşaqları olması üçün uzun illər müalicə almış, nəticədə 12 oktyabr 2020-ci il tarixdə qız övladı dünyaya gəlmişdir. Övladı dünyaya gəlməsindən sonra uşağın xərclərini tam olaraq qarşılaya bilmədiyi və anasının pensiyası da buna kifayət etmədiyi üçün İlkanə ilə aralarında tez-tez sözlü mübahisə və münaqişələri yaranırmış. Anasının 2022-ci ildə vəfatından sonra onun İlkanə ilə münasibətləri nisbətən yaxşılaşmışdır. Çox nadirən mübahisə və münaqişə edirmişlər. Lakin son 6 ayda isə İlkanə ilə münasibətləri yenidən pisləşmişdir. Onlar tez-tez mübahisə edir, mübahisələri münaqişəyə çevrilirmiş. Münaqişələr əsnasında o əsəbi olduğu üçün bir neçə dəfə İlkanənin üzərinə çaynik, qənd qabı və s. xırda təsərrüfat əşyaları atmışdır. İlkanə ilə davalarının əsas səbəbi onun əsəbi olmağına baxmayaraq İlkanənin onu əsəbiləşdirməyi, kişi kimi evdə görməməyi, gördüyü işlərdə onunla məsləhətləşməməyi olmuşdur. O İlkanəyə bu barədə dəfələrlə xəbərdarlıq edərək evdə kişinin özü olduğunu, etdiyi və edəcəyi hərəkətlərdə onunla məsləhətləşməyini istəsə də, İlkanə onun dediklərinə məhəl qoymurmuş və məsləhətlərinə cavab olaraq onunla suni dava-dalaşlar yaradırmış. İlkanə onunla yola getməməyi barədə onun qardaşı Şahid7 tez-tez gileyləndiyindən qardaşı ona zəng edərək tənbehləyirmiş. Buna görə də o, İlkanəyə daha da əsəbiləşirmiş və ailə məsələləri barədə heç kimə bir söz deməməsini xahiş edirmiş. Bu kimi hallar və maddi problemlər onların münasibətlərini daha da pisləşməyinə səbəb olurmuş. O əvvəllər xəstəliyi ilə əlaqədar pensiya alsa da, 2021-ci il tarixdən artıq pensiya kəsilmişdir və yalnız anasının pensiyası ilə dolanırmış. Anasının ölümündən sonra evlərinə hər hansı pul vəsaiti daxil olmadığından qardaşı Elçin hər ay 100-150 manat pul göndərirmiş. Lakin bu da İlkanə və onun xərclərinə, uşaqları Zəhranın zəruri tələbatını qarşılamağa kifayət etmədiyindən o son 6 ayda özünə qapanmış, İlkanə də düşdükləri vəziyyətə görə onu günahlandırmışdır. O, 29 iyul 2023-cü il tarixdə qeydiyyatda olduğu Lənkəran rayonlararası psixiatriya xəstəxanasına gedib Emin adlı həkimin müayinəsindən keçib yazdığı dərman preparatlarını da resept əsasında Masallı Köhnə bazar adlanan ərazidə yerləşən Hacı Əhmədin aptekindən alıb evə gəlmiş, evə gələrkən arvadının çəpər qonşusu Nailəgilin həyətində olduğunu görüb ondan evə gələrək ona çay verməsini istəsə də, İlkanə ona çay verməkdən imtina etmişdir. Həmin vaxt o əsəbiləşib həyətdə olan bir neçə daşı onun üzərinə atmış və evə qalxmışdır. İlkanənin bu hərəkətləri ilə onu evdə kişi kimi görmədiyini başa düşüb bir çıxış yolu axtarırmış, lakin uşağına görə İlkanədən boşanmaq istəmirmiş. 29 iyul 2023-cü il tarixdə axşam saatlarında o, İlkanə ilə bu barədə söhbət edib, əgər onu evdə kişi kimi görmürsə, pencəyini götürüb gedə biləcəyini arvadına demişdir. İlkanə isə qarşılığında ona kobud ifadələrlə evdə qalıb ailəsini kişi kimi idarə etməyini tələb etmişdir. O, İlkanənin bu kimi hərəkətlərindən və sözlərindən əsəbiləşib əsəbi halda yatmışdır. Hadisənin baş verdiyi 30 iyul 2023-cü il tarixdə evdə olarkən yenidən İlkanə ilə mübahisəsi yaranmış, İlkanə qışqıraraq ona kişi olmadığını və digər kobud ifadələr işlətdiyi üçün, o qonşulardan utanaraq evin bütün pəncərələrini bağlamış və İlkanədən sakit olmasını xahiş etmişdir. İlkanə deyinə-deyinə mətbəxdə günorta yeməyi hazırlamağa başlamış, o isə stress altında arvadının dediyi sözləri beynində canlandırmış, günorta yeməyini də arvadı ilə yeməyib yataq otağında yemişdir. İlkanə və övladı Zəhra günorta yeməyi yedikdən bir qədər sonra İlkanə qızı Zəhranı yatırmaq üçün digər yataq otağına aparmış, həmin vaxt onun əynində olan tünd göy rəngli cins şalvar və açıq rəngli yarım-açıq vəziyyətdə olan qoluqısa saroçka ilə digər yataq otağında yerə sərilmiş döşəklərin üzərində uzanmış, o bir qədər sonra İlkanə və Zəhranın olduğu otağa keçib qızının yatdığını görüb İlkanə ilə söhbət etməyə, nəyə görə onunla mübahisə etməyə meyilli olduğunu soruşduqda arvadı səs tonunu bir qədər ucaltdığı üçün o İlkanədən qızının ayılmaması üçün digər yataq otağına keçməyi, orada söhbət etmələrini xahiş etmişdir. Onlar birlikdə digər yataq otağına keçib yerdə sərili olan iki döşəkdən birində o, digərində isə İlkanə uzanmışdır. Həmin vaxt onun əynində yuxarıda qeyd olunan paltarlar, İlkanənin üzərində isə açıq-göy rəngli don, altında isə qara rəngli tuman olmuşdur. İlkanə otağın pəncərə tərəfində, o isə qapı tərəfdə yan-yana yerə sərilmiş döşəyin üzərində uzanaraq söhbət edirmişlər. O sakit tərzdə İlkanədən nə üçün ona belə davrandığını, bir uşaqlarının olduğunu, Zəhranı böyüdüb, boya-başa çatdırmalı olduqlarını və bu kimi qayğılı söhbətlər etsə də, İlkanə aqressiv halda birinci öz dərdlərini çəkmələrini, bir tikə çörəyə möhtac olduqlarını və kişilik etmədiyini yüksək səs tonu ilə deməyə başlamışdır. O, İlkanənin dediyi sözləri diqqətlə dinləyərək beynində arvadını qətlə yetirmək fikrini dəqiqləşdirmişdir. Həmin vaxt saat təxminən 15-17 radələri olarmış. Bunun üçün İlkanəyə bəlli etmədən mətbəxə keçib oradan tutacağı göy və açıq sarı olan nazik bıcağı götürüb bel kəmərinin sol yan hissəsinə keçirib əynində olan köynəyi bıcağın üzərinə salmışdır ki, görünməsin. Bıcağı götürdükdən sonra yenidən yataq otağına keçib İlkanənin yanında uzanmışdır. Həmin vaxt İlkanə hələ də yüksək səslə danışmağa davam edərək onu təhqir etmişdir. O arvadını öldürmək qərarına gələrək sol yanında olan bıçağı sol əli ilə çıxarıb sağ əlinə alıb qəfildən İlkanəyə bir neçə bıçaq zərbəsi vurmuş, İlkanəyə bıçaq zərbələri vurarkən İlkanə ona əli ilə müqavimət göstərib özünü müdafiə etməyə çalışaraq qəfildən əlində olan bıçağı tutaraq almaq istədikdə, İlkanənin əlini kənar itələyib əlində olan bıçağı da kənara tullayıb iki əlli arvadını boğmağa başlamışdır. Həmin vaxt İlkanənin əynində olmuş, donun boyun hissəsi ilə də İlkanəni sıxırmış, O İlkanənin boynundan tutub boğaraq bir qədər gözləmiş, nəfəs aldığını görüb təkrar boğmağa başlamışdır. İlkanəni qətlə yetirmək üçün bıçaqla xəsarət yetirməyi, arvadını hər iki əli ilə boğmağı təqribən 15-20 dəqiqə çəkmişdir. O İlkanənin nəfəs almadığını görüb öldüyünə əmin olduqdan sonra özünü də öldürmək qərarına gəlmişdir. Bunun üçün ilk növbədə İlkanəni bıçaqladığı bıçağı yerdən götürüb əyildiyini görüb yerə tullamış və mətbəxdən tiyəsi və tutacağı metal rəngdə olan ikinci bıçağı götürüb təkrar İlkanəni öldürdüyü otağa keçmişdir. O, İlkanənin meyidinə baxaraq əlindəki bıçaqla sol qolunun bilək nahiyəsindəki damarları kəsməyə çalışsa da, bıçağın tam kəsmədiyini görüb həmin bıçağı bərk şəkildə sinə nahiyəsinə vurmuşdur. Lakin bıçaq küt olduğundan sinəsini yaralasa da, tam batmamışdır. Buna görə də o həmin bıçağı döşəyin yanına atıb mətbəxdən tutacağı göy və sarı rəngli 3-cü bıçağı götürmüşdür və İlkanəni öldürdüyü otağa keçmişdir. Orada həmin bıçaqla sol qoluna xəsarət yetirmiş, ardınca həmin bıçağı bərk şəkildə sinəsinə vurmuşdur. Bıçaq sinəsinə girdikdən sonra daha da dərinə girib öldürməsi üçün otağın divarına özünü bərkdən çırpmışdır və özündən getmişdir. Bir qədər sonra. o Zəhranın digər otaqdan gələn səsinə oyanmışdır. Oyandıqda ondan çoxlu qan axdığını görmüşdür. O divarlardan tutaraq Zəhranın olduğu digər otağa keçib orada geniş çarpayıda uzanmışdır. Həmin vaxt ondan çoxlu qan getdiyi üçün ətrafında olanları tam dərk edə bilmirmiş, lakin Zəhranın ondan su istəməsini xatırlamış və təkrar özündən getmişdir. Gözümü açdıqda isə o artıq Masallı RMX-nın reanimasiya şöbəsində olduğunu görmüşdür. Tibb müəssisəsində onu əməliyyat etmişdirlər. O, əlavə olaraq arvadı İlkanə Məmmədovanı mütamadi ailədaxili münaqişədən bezdiyi üçün qətlə yetirdiyini, əməlindən peşman olduğunu, həmin vaxt qızları Zəhra yan otaqda yatmış olduğunu, İlkanəni öldürərkən Zəhra olanları görməmiş, arvadını öldürməyə onu təhrik edən şəxs olmamışdır. Hadisə baş verən günü heç kim onların evinə gəlməmiş, evdə özü, İlkanə və qızları Zəhra olmuşdur. Habelə həmin gün evdə olduğunu, heç kimə görüşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə Yalçının qohumlarından biri ona zəng edərək qızı İlkanənin ayağının sındığını bildirib xəstəxanaya gəlməsini demiş. Arvadı Samirə ilə xəstəxanaya getmiş. Masallı rayon Mərkəzi Xəstəxanasında olarkən qızı İlkanənin əri Yalçın tərəfindən bıçaqlanıb öldürüldüyünü öyrənmişdir. Yalçının psixoloji xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə axşam saatlarında Yalçının qardaşı Elçin ona zəng vuraraq Yalçının evinə gedib baxmağını bildirmiş, Yalçına zəng edib onun evinə getmək istədiyini bildirdikdə Yalçın ona halsız vəziyyətdə gəl gəl demiş, Yalçının həyətinə getdikdən sonra onu çağırdıqda hə hə deyə cavab vermiş, evin qapısını açdıqda içəridə dağınıqlıq olduğunu və yerin qan olduğunu görmüş, bundan sonra dayısı oğlu Mübarizi çağırmış, şok vəziyyətdə evə getmişdir. Sonra nə olduğundan xəbəri yoxdur. Qorxduğu üçün evə girməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cun il tarixdə evdə olanda bibisi oğlu Rövşən onun evinə gələrək Yalçının evində qan gördüyünü və ora getməklərini demiş, Yalçının evinə getmiş və İlkanənin otaqda uzanıqlı vəziyətdə qan içində olduğunu, Yalçının digər otaqda halsız vəziyətdə olduğunu görmüş. Yalçını xəstəxanaya aparmışlar. Sonradan eşitmişdir ki, İlkanə xəstəxanada rəhmətə gedib. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə Stansiya təklə kəndində olan zaman tanıdığı bərbər olan Anar adlı şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə arvadı İlkanəni öldürdüyünü ona bildirmiş, bundan sonra Yalçının yaşadığı evə getmiş və İlkanənin yerdə uzanıqlı vəziyyətdə olduğunu, yerin qan olduğunu görmüşdür. Bundan sonra təcili tibbi yardım çağırmış, özü də Masallı rayon mərkəzi xəstəxanasına getmişdir. Yalçın psixi xəstə olmuş, buna görə ona iynə vurulurmuş. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə bacısı ona zəng edərək Yalçının qızı İlkanəni bıçaqladığını bildirmiş, bundan sonra əri Müseyiblə Masallı rayon Mərkəzi Xəstəxanasına getmişlər. Orada olarkən qızının öldüyünü öyrənmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Hadisə yerinə baxış keçirilməsi haqqında» 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu Təklə kəndində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Evin divarları çöldən betonlanmış, damı kirəmitlə örtülüdür. Evin uzunluğu 9 metr, eni 4,5 metr, hündürlüyü isə 5 metrdir. Evə giriş göy rəngli dəmir qapıdandır. Giriş qapısından içəri keçib pilləkənlərlə evin eyvanına çıxılır. Eyvanın sol tərəfində mətbəx və əl-üzyuyan yerləşir. Eyvanın sağ tərəfində olan ağ rəngli plastik qapı örtülü vəziyyətdədir. Qapını açıb içəri keçəndə evin dəhlizinə daxil olunur. Dəhlizin uzunluğu 5,5 metr, eni isə 2,5 metrdir. Dəhlizin sol tərəfindən örtülü vəziyyətdə olan pəncərələr, sağ tərəfində birinci, ikinci otaqlar, dəhlizin girişi ilə üzbəüz digər otaq yerləşir. Dəhlizin girişindən sağ tərəfdə yerləşən birinci otağın qapısı açıqdır, yəni qapı yerindən qoparılmaqla dəhlizdə olan kresloya söykədilmiş vəziyyətdədir. Birinci otağın giriş qapısından 60 sm aralıda, qapının yerdə olan hissəsinə bitişik 01 ədəd bıçaq vardır. Həmin bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 317 mm, çəkisi təqribən 90 qramdır. Bıçaq işçi vəziyyətdədir. Bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır. Tiyənin yuxarı kənarın konturu üzrə uzunluğu 200-202 mm, eni 25 mm, ortada 22 mm, ucunda 1 mm-dir. Tiyənin sol səthi üzərinə, əsasında 25 mm məsafədə “X22 rostfr....ox” və oxunması mümkün olmayan sair yazılar həkk olunmuşdur. Tiyə üzərində istismar izləri və tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Tiyə əyilmiş vəziyyətdədir, yəni deformasiyaya uğramışdır. Bıçağın dəstəyi bej və mavi rəngli sərt plastik materialdan hazırlanmışdır, uzunluğu 115 mm, eni əsasında 29 mm, ortada 26 mm, sərbəst kənarında 34 mm, qalınlığı 15 mm-dir. Evin birinci otağında daxil olduqda otaqdakı əşyaların dağınıq vəziyyətdə olması görünür. Həmin otağın uzunluğu 4 metr, eni 2,70 metr, hündürlüyü isə 2,20 metrdir. Otağın iki pəncərəsi vardır, açıq vəziyyətdədir, pərdələri üzərindədir. Otağın divarları şərti olaraq 1,2,3 və 4 işarələri ilə işarələndi. Otağa girişdən sol tərəfdə divarda 01 ədəd televizor asılmış, bir ədəd qırmızı rəngli yastıq isə həmin divara söykənmiş vəziyyətdədir. Otaqda bir ədəd stol (masa), bir ədəd adyal, sağ küncdə 01 ədəd yastıq, sol küncün dibində yerə sərilmiş vəziyyətdə olan iki ədəd yorğan, yorğanların üzərində 02 ədəd örtük, dörd ədəd yastıq, yorğanın altında 01 ədəd palaz, həmin palazın üzərində müxtəlif dərman preparatlarının olduğu 01 ədəd sellofan torba, içərisində su olan 01 ədəd stəkan, 01 ədəd siqaret qutusu, 01 ədəd bıçaq, 01 ədəd mavi rəngli qarışıq materialdan, qısaqol və boyunluqlu, 760 mm uzunluqda, üzərində istismar izləri və tünd qəhvəyi rəngli ləkələri olan köynək, 01 ədəd sərinkeş vardır. Yorğanın üzərindəki örtük və bir ədəd köynək qana bulaşmış vəziyyətdədir, palazın üzərində qanabənzər ləkələr vardır. Otaqdakı əşyalar dağınıq vəziyyətdədir. Palazın üzərində olan 01 ədəd bıçaq qatlanmayan çapacaq tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 307 mm-dir. Çapacaq işçi vəziyyətdədir. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdandır. Tiyənin aşağı xətti üzrə uzunluğu 171 mm, eni əsasında 46 mm, ortada 43 mm, sərbəst ucunda 5 mm-dir. Tiyənin üzərində istismar izləri, toxuma və tük qalıqlar, çirklənmələr və tünd qonur-qəhvəyi rəngli ləkələr vardır. Bıçağın dəstəyi tiyənin davamı olan gümüşü rəngli metal materialdan hazırlanmışdır, uzunluğu 136 mm, eni 25 mm, ortada 31 mm və qalınlığı 21 mm-dir. Dəstəyin yan səthləri yastı formalıdır, üzərində istismar izləri və tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Otaqda olan stolun (masanın) üzərində 01 ədəd bıçaq vardır. Həmin bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 316 mmdir. Bıçaq işçi vəziyyətdədir. Bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı(küpü) itilənməmişdir. Tiyənin üzərində istismar izləri və tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə edilir. Bıçağın dəstəyi bej və mavi rəngli sərt plastik materialdan hazırlanmışdır, uzunluğu 118 mm, eni 30 mm-dir. Dəstək üzərində istismar izləri və tünd qonur rəngli ləkələr müşahidə olunur. Otaqda yerdə olan yorğanların sağ tərəfində, ikinci və üçüncü divarların arasındakı küncdə bir ədəd üzəri örtülü vəziyyətdə olan bir ədəd meyit vardır. Örtük üzərindən götürüldükdə meyitin qadın cinsinə mənsub olduğu və sağ böyrü üstə uzanıqlı vəziyyətdə olması müəyyən edildi. Meyitin əynində göy rəngli qısaqol don və qara rəngli trusik vardır, əynindəki don qanabulaşmış vəziyyətdədir. Meyitin sol ayağı şaquli, sağ ayağı üfüqi istiqamətdə yerə bitişik haldadır, sol qolu sinəsinin üzərindən üfuqi istiqamətdə, sağ qolu isə şaquli istiqamətdə uzanıqlı vəziyyətdədir. Vizual baxış zamanı meyitin sifət, sağ qol və hər iki ayağında xəsarətlərin, meyitin arxasındakı divarda qanabənzər ləkələrin olması müşahidə olunur. Baxış zamanı həmin meyitin Masallı rayonu Təklə kənd sakini X9 məxsus olması müəyyən edildi. İlkanə Məmmədovanın meyiti xarici və daxili müayinə olunmasından ötrü MTE və PA Birliyin Masallı rayon şöbəsinə göndərildi. Meyitin olduğu otaqda aşkar edilmiş 02(sıfır iki) ədəd bıçaq, qanabulaşmış vəziyyətdə olan 01 ədəd örtük, 01 ədəd mavi rəngli köynək, dərman ləvazimatlarının olduğu 01 ədəd sellofan torba və otağa giriş qapısından çöldə olan 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürüldü. Evin birinci otağında iş üçün əhəmiyyət kəsb edən digər əşya və predmet aşkar olunmadı. Həmin otaqdan dəhliz boyunca evin ikinci otağına kimi yerdə çoxsaylı qanabənzər ləkələrin olması müşahidə olunur. Evin ikinci otağına giriş ağ rəngli taxta qapıdandır, həmin qapı açıq vəziyyətdədir. Qapıdan içəri daxil olanda girişdən yataq taxtına kimi yerdə çoxsaylı qanabənzər ləkələrin olması görünür. Otağın uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü isə 2,20 metrdir. Otağın səliqəsi pozulmamışdır. Otağa girişdən sağ tərəfdə iki ədəd kreslo, 01 ədəd paltarasan, 01 ədəd aynabənd, girişdən üzbəüz divarda 01 ədəd şifoner, 01 ədəd paltar dolabı, sağ tərəfdə uşaq parçayısı və yataq taxtı vardır. Taxtın üzərinə qırmızı rəngli yorğan sərilmişdir. Həmin yorğan və 01 ədəd yastıq qanabulaşmışdır. Həmin otaqda, eləcə də evin üçüncü otağında iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmadı. Evin birinci, ikinci otaqlarında və evin dəhlizində olan qanabənzər ləkələrdən tampon vasitəsi ilə nümunələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən X3 meyitinə baxış keçirilərkən onun əynində olmuş göy rəngli don, qırmızı rəngli büsqalter, qara rəngli turusik, ağ rəngli bez paltarlar və sol əlində olan bir ədəd üzük qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2023-cü il tarixli protokola əsasən hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd kəmər Masallı RMX-nın həkimi X18 götürülmüşdür. 07 avqust 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkətində Təqsirləndirilən şəxs ona təqdim edilmiş hadisə zamanı arvadı X8 öldürərkən istifadə etdiyi 01 ədəd bıçağı, arvadını öldürdükdən sonra özünə xəsarət yetirmək üçün istifadə etdiyi 02 ədəd bıçağı tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş lifli materialların məhkəmə-kriminalistik ekspertizasının 23 avqust 2023-cü il tarixli, 3-16- 16/2-6/4355 nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs şalvarının və köynəyinin üzərlərində aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə İlkanə Məmmədovanın donunun tərkib liflərinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 390-2023/MTKŞ nömrəli rəyinə görə, Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus xalatın ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, sol qolunun ön səthinin aşağı hissəsində 03 (üç) ədəd (cəmi 04 (dörd) ədəd) və büstqalterin sol bel hissəsinin qoltuqaltı nahiyəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus xalatin və büstqalterin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş çapacaq tipli, şərti 1 No-li bıçağın tiyəsinin təsirindən törənmələri istisna olunur. Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus geyim əşyaları üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmis şərti 2 No-li bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıcaqların tiyəsinin təsirindər emələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş şərti 3 No-li bıçaq deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi əyilmiş vəziyyətdə olduğu üçün həmin bıçaqla eksperimental zədələrin yetirilməsi və bu səbəbdən, mərhum X10 məxsus geyim əşyalari üzərində aşkar olunmuş zədələrin təqdim edilmiş şərti 3 No-li bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus tumanın və parça materialın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 03 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdırlar, deşicikəsii xassəyə malikdirlər və soyuq silah hesab olunmurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 547/2023-MTBŞ nömrəli rəyinə görə X2 ABO sistemi üzrə qan qrupu-|beta/H/(İİ),Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa, beta(İ)əqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan 08 ədəd pambıq tampon, 03 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, kəmər, X10 məxsus xalat, büstqalter, əski parçası və trusik üzərində insan qan aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda 1va 6 saylı pambıq tampon, tiyəsi əyilmiş bıçaq, Təqsirləndirilən şəxs məxsus köynəyin döş nahiyyəsindəki ləkələr, X10 məxsus xalat, büstqalter, əski parçası, trusik üzərindəki ləkələrdə «A» və «H»antigenləri,bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu səxsə, o cümlədən zərərçəkmiş X10 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar edilmir, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa2-5, 7-8 saylı pambıq tamponlar, tiyəsi düz olan bıçaq, metal dəstəkli bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, kəmər, köynəyin digər nahiyyəsindəki ləkələrdə isa yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfa,beta/l/ qruplu şəxsə,o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixdə 2529 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs barəsində istintaqın qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspert qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə şəxsin stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş stasionar məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 161 saylı rəyində göstərilmişdir ki, müayinədən keçmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və törədərkən «İsterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyyal) daxilolmalar və emosional-iradi pozuntularla» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da həmin patologiya müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən mübtəla olduğu isterik şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «İsterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyyal) daxilolmalar və emosional-iradi pozuntularla» diaqnozu müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən X1 intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edildiyindən onun əməli Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş təkrar stasionar məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 190 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən,yəni 30 iyul 2023-cü il tarixdə arvadı İlkanə Məmmədovanı qəsdən öldürərkən «İsterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyal) daxilolmalar və emosional-iradi pozuntularla» formasında psixi pozuntu qeyd olunmuşdur. Y.H.Mammədovda hal-hazırda da həmin psixi patologiya davam edir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən olunan həmin psixi patologiya onu görmüş olduğu hadisələri ümumən qavramaq, yadda saxlamaq,təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri ümumən dərk edərək və təsvirini vermək iqtidarından məhrum etməmişdir. Hər hansı cinayət əməlinə görə təqsirləndirilən şəxsin görmüş olduğu hadisələri ümumən qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə de ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarında olması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları ölçüb-biçərək idarə etmək qabiliyyətinə malik olmasını söyləməyə əsas vermir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətinə çatdığından və həmin pozuntunun strukturuna daxil olan paranoyal xarakterli fikirlər nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi isterik şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olmuşdur. Bu səbəbdən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərketmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da isterik tip şəxsiyyət pozuntusundan əziyyət çəkir. Halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında deyil. Lakin, əvvəlki sualın cavabında qeyd olunduğu kimi Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsindəşərh olunan və ittiham olunduğu cinayət əməlini törədərkən «İsterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyal) daxilolmalar və emosional-iradi pozuntularla》kimi psixi patologiyanın gedişində dekompensassiya vəziyyəti müşahidə olunmuşdur. Bu səbəbdən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmek və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Həmin psixi patologiya hal-hazirda da davam etdiyindən Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlanı idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 95.0.4-cü maddesinə əsasən X1 intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 05 avqust 2023-ci il tarixli 742 nömrəli rəyinə görə 2020-ci il təvəllüdlü vət. X14 hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 11 avqust 2023-cü il tarixli 762 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısının ön hissəsinin döş boşluğuna nüfuz edən və ağ ciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemopnevmotoraks, plevrapulmonal şok, sol saidin aşağı 1/3-nin ön hissəsinin dörd ədəd kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın(əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 30 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 28 avqust 2023-ci il tarixli 13 nömrəli rəyinə görə X3 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: a) Boyun nahiyəsinin ölümlə nəticələnən stranqulyasiya şırımı,boynun ön və sol yan hissəsinin qançırı,boynun yumşaq toxumalarına qansızma, b) döş qəfəsinin döş boşluğuna nüfüz etməyən deşilmiş kəsilmiş yaraları (iki ədəd),başın sol gicgah nahiyəsinin (bir ədəd),sol bazunun (iki ədəd) və sol diz oynağına müvafiq nahiyənin (bir ədəd) deşilmiş-kəsilmiş yarası. A) bəndində qeyd olunan xəsarətlər boynun öndən arxaya doğru əllə (boynun ön və sol yan hissəsinin qançırı,boynun yumşaq toxumalarina qansızma bunu sübut edir) və uzunsov formalı bərk küt əşya ilə (boynun ön hissəsində olan stranqulyasiya şırımı bunu sübut edir) sıxılması nəticəsində onun ölümündən az əvvəl törənmişdir,dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. B) bəndində qeyd olunan xəsarətlər deşiçi-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən onun ölümündən az əvvəl törənmişdir,dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb boyun üzvlərinin əllə və ilgəklə sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. X3 uşaqlıq yolundan və düz bağırsaqdan götürülmüş tomponların tibbi bioloji tədqiqati zamanı spermatozoidlər aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı Rayon Mərkəzi Xəstəxanasından alınmış 11 avqust 2023-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X5 RMX-nın narkoloji, nevroloji, onkoloji və vərəm şöbəsində dispanser qeydiyyatda durmurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Lənkəran rayonlararası Psixatriya Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 554 saylı məktubdan görünür ki, Masallı rayon Təklə kənd sakini xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2000-ci ildən həmin xəstəxanada “isterik nevroz nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, emosional-iradi pozuntular” diaqnozu ilə qeydiyyatda olduğu, Masallı rayonu, Təklə kənd sakini xx.xx.1979-cu il təvəllüdlü X11 həmin xəstəxanada qeydiyyatda olmadığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Lənkəran şəhər narkoloji dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 505 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X4 Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmurlar və bu günədək müraciət etməmişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinə əlavə edilmiş, rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-97/2-34485/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri münaqişəli ailə kimi qeydiyyatda olmaları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvləri yaşadıqları ərazidə müsbət xarakterizə olunmaqla barələrində Masallı RPŞ-ya hər hansı təqsirləndirici material daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Masallı rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə nəticəsində müəyyən olunmuşdur ki, 30 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evində azyaşlı qızı X19 olmuş, həmin gün onların evinə gedib-gələn başqa adam olmamışdır. Təqsirləndirilən şəxs ilə arvadı İlkanə Məmmədova arasında tez-tez ailədaxili münaqişələrin olduğu, Təqsirləndirilən şəxs teztez sonuncunu döyməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hadisə törədilən və hadisə başa çatanadək evdə olmuş, hər hansı yerə getməmiş və hər hansı şəxslə görüşməmişdir. Təqsirləndirilən şəxs İlkanə Məmmədovanı öldürməyə təhrik edən şəxslərin olmadığı, onun narkotik vasitələrdən, spirtli içkilərdən və psixotrop maddələrdən istifadə etmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və X13 müsbət xarakterizə olunmaqla barələrində Masallı rayon İB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi formada şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ilə X13 evli olmaqla onların bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 123/2023 saylı məktbundan görünür ki, xx.xx.1976-cı il təvəlldülü Təqsirləndirilən şəxs barəsində hər hansı təqsirləndirici material aşkar olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Masallı rayon icra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 1010 nömrəli arayışdan və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Masallı rayon icra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 1009 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs X5 rayonunun Təklə kəndində qeydiyyatda olmaqla faktiki yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 20 dekabr 2023-cü il tarixli qərardan görür ki, ekspertiza tədqiqatı üçün götürülmüş hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd tünd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qara rəngli bel kəməri, 1 ədəd açıq rəngli qısaqol köynək; hadisə vaxtı X6 üzərində olan 1 ədəd göy rəngli don, 1 ədəd qırmızı rəngli büskalter, 1 ədəd ağ rəngli dəsmal, 1 ədəd qara rəngli alt paltarı; hadisə yerindən götürülmüş pambığa batırılmış qanabənzər 08 ədəd nümunə, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı göy-sarı rəngli tiyəsi əyilmiş bıçaq, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı sarı-göy rəngli tiyəsi düz olan bıçaq və 1 ədəd üzərində qanabənzər ləkələri olan gümüşü rəngli bıçaq maddi sübut hesab edilmişdir və Masallı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar komisyon stasionar kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası ilə bağlı tərtib olunmuş 28 iyun 2024-cü il tarixli 108 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs hal-hazırda isterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyyal) daxilolmalar və emosional-iradi pozuntularla diaqnozlu psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs göstərilən diaqnozlu pisixi pozuntuya cinayət əməlini törətməzdən əvvəl düçar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda göstərilən cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda aşkar edilən psixi pozuntu hal-hazırda da davam etdiyi üçün o, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyildir. Onun əməli Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyi üçün Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu onun cəza çəkməsini istisna edir. Təqsirləndirilən şəxs barəsində Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən X1 intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır» İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Həmin maddənin müddəalarına əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli - şəxsi münasibət və ailə-məişət zəminində zərərçəkmiş şəxs arvadı X8 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmə əməlini anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində (bu maddəyə aid 93.1-1.1-ci maddəsində) nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi pozuntusunun özünə və başqa şəxslərə yeni zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində ixtisaslaşdırılmış psixiatiriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X34 tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək (ixtsaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd tünd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qara rəngli bel kəməri, 1 ədəd açıq rəngli qısaqol köynək; hadisə vaxtı X6 üzərində olan 1 ədəd göy rəngli don, 1 ədəd qırmızı rəngli büskalter, 1 ədəd ağ rəngli dəsmal, 1 ədəd qara rəngli alt paltarı; hadisə yerindən götürülmüş pambığa batırılmış qanabənzər 08 ədəd nümunə, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı göy-sarı rəngli tiyəsi əyilmiş bıçaq, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı sarı-göy rəngli tiyəsi düz olan bıçaq və 1 ədəd üzərində qanabənzər ləkələri olan gümüşü rəngli bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə və ekspertiza tədqiqatı xərclərini ödəməkdən Təqsirləndirilən şəxs azad edilməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.4-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona X1 məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X34 tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək (X1 intensiv müşahidə altında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd tünd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qara rəngli bel kəməri, 1 ədəd açıq rəngli qısaqol köynək; hadisə vaxtı X6 üzərində olan 1 ədəd göy rəngli don, 1 ədəd qırmızı rəngli büskalter, 1 ədəd ağ rəngli dəsmal, 1 ədəd qara rəngli alt paltarı; hadisə yerindən götürülmüş pambığa batırılmış qanabənzər 08 ədəd nümunə, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı göy-sarı rəngli tiyəsi əyilmiş bıçaq, 1 ədəd üzərində qanabənzər ləkələri olan tutacağı sarı-göy rəngli tiyəsi düz olan bıçaq və 1 ədəd üzərində qanabənzər ləkələri olan gümüşü rəngli bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə və ekspertiza tədqiqatı xərclərini ödəməkdən Təqsirləndirilən şəxs azad edilsin. Qərardan elan olunduğu (barəsində həbs qətimkan tədbiri seçilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. sədrlik edən: Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar