Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-325/2025 13.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, azyaşlı Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Babaşlı Asim Arif oğlu, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis-müəllim X2 iştirakları ilə, - xx xxxxxx 2008-ci ildə Kürdəmir rayonunun Şahbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şahbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə, saat 10:30 radələrində Kürdəmir rayonunun Şahbəyli kəndində yaşayan, qonşusu həmçinin, qohumu Qanuni nümayəndə1 məxsus evin qonaq otağında on dörd yaşına çatmayan azyaşlı xx xxxxx 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olduğundan köməksiz vəziyyətdə olmasından, yəni, ona müqavimət göstərə bilməyəcəyindən istifadə edib zor tətbiq etməklə cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun iradəsinə zidd olaraq əynində olan qırmızı rəngli “şortikini” aşağı çəkərək öz sərtləşmiş cinsiyyət orqanını qəsdən Zərərçəkmiş şəxs baldır hissəsinə sürtərək və cinsi orqanını onun arxa keçəcək dəliyinə qismən daxil edərək, sarğı nahiyəsini əlləri ilə sıxaraq köməksiz vəziyyətindən istifadə edib zor tətbiq etməklə on dörd yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirmişdir ki, ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Kürdəmir rayonunun Şahbəyli kəndində yaşayan Qanuni nümayəndə1 Ziyafət oğlu atası Asim Babaşlı ilə dayıoğlu bibioğludur, həmçinin onunla öz evi arasında iki ev var, yəni, qonşudular. Onlarla ədavəti və ya düşmənçiliyi yoxdur, demək olar ki, hər gün Ülvigilə gedib-gəlir, arada uşaqlarla, yəni, Ülvinin oğlu Fatehlə də oynayır. 30 avqust 2024-cü il tarixdə, saat 10 radələrində Ülvigilə getmişdir. Həmin vaxt Ülvi evdə olmamış, arvadı mətbəxtdə yemək bişirmiş, Fateh isə qardaşı Kamil ilə qonaq otağında oyuncaqları ilə oynamışlar. Fateh və Kamilə yaxınlaşıb onlarla bir az oynamış, Fatehə öz mobil telefonunu oynaması üçün vermişdir. Fateh arxası onun tərəfə mobil telefonla oynamışdır. Bu zaman ehtiraslanmış, onda erreksiya baş vermiş, buna görə də, Fatehin əynində olan çəhrayı rəngli şortikin ayağından bir az yuxarı qaldırıb, öz cinsiyyət orqanını çıxarıb Fatehin baldır hissəsinə sürtmüş, daha sonra isə əlləri ilə onun baldırını sıxmışdır. Bu zaman Fateh qışqıraraq “ana bu mənə neynir” demiş, həmin vaxt Fatehdən aralanmışdır. Fatehin anası Pərvanə gəlmiş, Fateh ona arxa nahiyyəsini göstərərək İqbalın oraya cinsiyyət orqanını soxduğunu demişdir. Bu zaman Pərvanə ona, “yeri cəhənnəm ol evdən” demiş, o da qaçıb evinə getmişdir. Sonradan Fatehin atası Ülvi gəlib onu döymək istəyəndə müqavimət göstərmiş, Ülvinin əli boğazında və kürəyində cırmaq izləri buraxmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Ülvinin dedikləri həqiqətdir, çünki, 30 avqust 2024-cü il tarixdə, saat 11 radələrində Ülvinin yaşadığı evin daxilində onun oğlu Fatehin əynində olan çəhrayı rəngli şortikini yuxarı qaldırıb öz cinsiyyət orqanını onun baldırına bir dəfə sürtmüşdür. Fatehin iki yaşlı qardaşı Kamil yanlarında olmuş, hadisəni o da görmüş, otaqda başqa heç kim olmamışdır. Hadisə zamanı Fatehin əynində çəhrayı rəngli şortik olmuş, lakin əynində olan koftanın rəngi dəqiq yadında olmamışdır. Hadisə zamanı əynində qara rəngli “Adidas” idman şalvarı, üzərində “B” hərfi olan ağ rəngli köynək və qara rəngli alt paltarı olmuşdur. Mobil telefonunu Fatehə oynamaq üçün versə də, onun anus dəliyinə öz cinsiyyət orqanını soxmamışdır. Birinci dəfə idi ki, Fatehə qarşı əxlaqsız hərəkətlər etmişdir (iş vərəqi 124- 125). Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, verilən ittiham üzrə özünü qismən təqsirli bilməsinə səbəb odur ki, öz cinsiyyət orqanını Fatehin anus dəliyinə salmamış, yalnız onun ayağının baldır nahiyyəsinə sürtmüş, əlləri ilə baldırını sıxmışdır. Əvvəllər ona qarşı kimsə ittiham olunduğu cinayət əməlində təsvir olunan hərəkətləri etməmiş, həmçinin, o da Fatehdən başqa kiməsə qarşı belə hərəkətlər etməmişdir. Fatehin anası cinayətin törədilməsini görməmişdir. İbtidai araşdırma zamanı ona qarşı hər-hansı təzyiq və ya təsir olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi həmin vaxt da, ona oxunmuş və həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs son sözündə əməlindən özünü təqsirli bildiyi hissədə peşman olmasını bildirmiş, bununla yanaşı yetkinlik yaşına çatmamasının nəzərə alınmasını və ona ən yüngül cəza verilməsini, onun qanuni nümayəndəsi Babaşlı Asim Arif oğlu isə oğlunun barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə cinayət prosesi tərəflərinin (yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs, azyaşlı zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin) məhkəmədə verdikləri ifadə və suallara cavablarını dinləyərək, onların ibtidai istintaq zamanı verdikləri ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Qanuni nümayəndə1 atası, Şahid isə anasıdır. Hal-hazırda yeddi yaşı var. Təqsirləndirilən şəxs hər gün onların evinə gələrək onlarla oynamışdır. 30 avqust 2024-cü il tarixdə də İqbal onlara gəlmiş, həmin vaxt anası mətbəxdə yemək bişirmiş, qardaşı Kamillə özü isə zalda oynamışlar. İqbal öz mobil telefonunu oynamaq üçün ona vermiş, telefonu götürüb divanda uzanmışdır. Bu vaxt İqbal onun əynində olan çəhrayı rəngli şortikini aşağı çəkib duduşunu arxasına soxmuşdur. İqbalın duduşu iki qıçının arasına, yəni arxa anus nahiyyəsinə dəymiş və onu incitmişdir. Anasına “İqbal məni incidir” deyə qışqırmış, anası yanlarına gələrək nə olduğunu soruşmuş, cavabında “İqbal duduşunu mənim arxama soxur” demişdir. Anası İqbalın yaxasından tutmuş, İqbal da anasını itələyərək qaçıb getmiş, şəpiyi onlarda qalmışdır. Sonra anası atasına zəng etmiş, atası gəlib İqbalın nə etdiyini soruşmuş, atasına da “İqbal duduşunu arxama soxurdu” deyə bildirmişdir. Həmin vaxt yanında qardaşı Kamil olmuşdur. İqbal bir dəfə duduşunu onun arxasına soxmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində bildirmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun oğlu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs isə bibisi nəvəsidir, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İqbal demək olar ki, hər gün onun evinə gəlib, uşaqları ilə oynayırmış. İqbalın atası Asim Babaşlı ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur, onunla və ailəsi ilə mehribandırlar. Milli Məclisə seçkilərlə bağlı Şahbəyli kənd seçki məntəqəsində komissiyanın üzvü olduğu üçün 30 avqust 2024-cü il tarixdə seçki məntəqəsində olmuş, saat 11:30 radələrində arvadı Pərvanə zəng edərək İqbalın Fatehə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Seçki məntəqəsindən çıxıb birbaşa İqbalgilə gedib, onu çağırmış, İqbal həyətlərinin aşağı tərəfindən ona səs vermişdir. İqbala “tez bura gəl” demiş, İqbal isə yanına gəlməyib, çəpərdən tullanıb qaçaraq atası Asimi çağırmışdır. Asimgilin həyətinə girib dayanmış, İqbal atası ilə gəlmişdir. İqbalın yaxasından tutub “gəl otur maşına polisə gedirik” demiş, Asim onu itələyib “nə lazımdırsa mən özüm edəcəm” bildirmiş və əlindəki ağacla bir neçə dəfə İqbalı vurmuşdur. İqbal qaçıb getdiyi üçün atası Asim də İqbalın dalınca qaçmışdır. Həyətdə oturub İqbalın babasını gözləmişdir. İqbalın babası Arif, nənəsi Ayşəgül, anası Əsmər, əmisi Vüsal gəlmişlər. İqbalın anası “ölmüşük yerdən götür heç kim bilməsin” demiş, ona “elə şey yoxdur, polisə məlumat verəcəm” deyə bildirmişdir. Evə gedib Fatehdən İqbalın ona qarşı nə etdiyini soruşmuş, Fateh “İqbal duduşunu mənim arxama soxurdu” cavabını vermişdir. 102 xidmətini yığaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Arvadı Pərvanənin dediyinə görə İqbal mobil telefonunu Fatehə vermişdir ki, telefonla oynayıb başı qarışsın və ona qarşı etdiyi hərəkətləri heç kimə deməsin. İqbalın nə səbəbə görə hadisə vaxtı beş yaşlı oğlu Fatehin arxa keçəcək dəliyinə cinsiyyət orqanını soxduğunu bilmir. İqbal ilk dəfə idi ki, Fatehə qarşı belə bir cinayət əməlini törətmişdir. Şahid Qanuni nümayəndə1 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bağışlamışdır, ondan şikayətçi deyil, ona qarşı tələbi, mülki iddiası yoxdur və onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs oğlu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ərinin bibisi nəvəsidir. İqbal demək olar ki, hər gün onun evinə gələrək uşaqları ilə oynamışdır. İqbalın atası Asim Babaşlı ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur, onunla və ailəsi ilə mehribandılar. Əri Qanuni nümayəndə1 Milli Məclisə seçkilərlə bağlı Şahbəyli kənd seçki məntəqəsində komissiyanın üzvü olduğu üçün 30 avqust 2024-cü il tarixdə, saat 10 radələrində seçki məntəqəsində olmuş, özü isə evində olmuşdur. İqbal onlarda uşaqlarla oynayırmış. Mətbəxdə yemək bişirən zaman qəfildən oğlu Fatehin qışqırdığını eşitmiş və ondan nə baş verdiyini soruşmuş, Fateh də “İqbal məni incitdi” deyə cavab vermişdir. Sonra İqbalın Fatehə “telefonu al telefonla oyna, heç kimə heç nə demə” dediyini eşitmişdir. Fatehgilin yanına gedib Fatehdən nə olduğunu soruşmuş, o da “İqbal duduşunu arxama soxur” demişdir. Fatehə inanmayıb, əynindəki çəhrayı rəngli şortikini aşağı çəkib arxasına baxdıqda islaq vəziyyətdə olduğunu görmüşdür. İqbalın yaxasından yapışıb Fatehə qarşı nə etdiyini soruşaraq qışqırmış, İqbal da onu itələyərək qaçıb getmişdir. Ülviyə zəng edib İqbalın Fatehə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə demişdir. Ülvi evə gəldikdən sonra Fatehdən İqbalın ona qarşı nə etdiyini soruşmuş, Fateh Ülviyə “İqbal duduşunu mənim arxama soxurdu” demiş, Ülvi də 102 xidmətini yığaraq hadisə barədə məlumat vermişdir. Daha sonra İqbalın evinə getmişlər və orada mübahisə yaranmışdır. İqbalın Fatehə nə etdiyini görməmiş, həmin vaxt mətbəx otağında olmuşdur. Hadisə vaxtı Fatehin əynində çəhrayı rəngli şortik, İqbalın əynində isə səhv etmirsə, cins şalvar və boz rəngli qısaqol köynək olmuşdur. Şahid məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evdən gedəndə balkondan deyil, pilləkandan tullanmışdır. İqbaldan şikayətçi deyildir. İbtidai istintaq zamanı verdiyi ifadəsinin ona elan olunduğunu və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş (azyaşlı zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid) və ifadəsi elan olunmuş (yetkinlik yaşına çatmayan təqsirləndiriliən şəxs) şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs mənəvi və fiziki zərər yetirildiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 01-02). Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 13:26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” mərkəzi zəng xidmətindən Kürdəmir rayonu, Şahbəyli kəndində yaşayan Qanuni nümayəndə1 (051) ***-**-** nömrəsindən zəng edərək beş yaşlı oğlu Zərərçəkmiş şəxs qarşı bibisinin nəvəsi on yeddi yaşlı İqbal tərəfindən cinsi zorakılıq etməsi barədə məlumat verməsi bildirilmişdir (iş vərəqi 04). Qanuni nümayəndə1 Kürdəmir Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 11:30 radələrində yaşadıqları evdə beş yaşlı oğlu Zərərçəkmiş şəxs qarşı bibisinin nəvəsi Təqsirləndirilən şəxs tərəfindən uşaqbazlıq hərəkətləri edildiyi üçün sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (iş vərəqi 05). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Asim Babaşlı tərəfindən təqdim edilmiş, hadisə vaxtı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısa ağ-qara rəngli köynək, qara rəngli idman şalvarı, kişi alt paltarına baxış keçirilmiş, həmin predmetlər qablaşdırılaraq götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 34-36). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Qanuni nümayəndə1 tərəfindən təqdim edilmiş, hadisə vaxtı azyaşlı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd çəhrayı rəngli şortikə baxış keçirilmiş (üzərində 19 rəqəmi yazılmış, arxa hissəsi nəm olmuşdur), həmin predmet qablaşdırılaraq götürülmüş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 39-40). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Asim Babaşlı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (iş vərəqi 42). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilmişdir (iş vərəqi 47-48; 50-51). Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Qanuni nümayəndə1 ilə barışmış, döyülməyi ilə bağlı sonuncudan şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (iş vərəqi 75). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 76-79). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Qanuni nümayəndə1 azyaşlı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (iş vərəqi 82). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 97-98). Kürdəmir Rayon Məhkəməsinin 4(041)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 132-134). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 145-146). Qanuni nümayəndə1 Kürdəmir Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, azyaşlı zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur (iş vərəqi 147). Kürdəmir Rayon Məhkəməsinin 4(041)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (iş vərəqi 157-160). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur (iş vərəqi 161). Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Cəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin dairənin Şahbəyli kəndində yaşamışdır və təhsil aldığı Kürdəmir rayon Bala Kəngərli kənd ümumi orta məktəbi üzə müsbət xarakterizə olunur (iş vərəqi 164-166). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs istintaq orqanından qəsdən gizləndiyi nəzərə alınaraq onun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (iş vərəqi 170-171). Kürdəmir Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək könüllü özünü təqdim etmiş, barəsində axtarış elan olunduğundan xəbərsiz olduğunu, son vaxtlar işləri ilə əlaqədar Bakı şəhərində olduğunu və yaşadığı ünvana gəldikdən sonra qohumlarının məlumatı əsasında barəsində axtarış aparıldığını öyrəndiyini bildirmişdir (iş vərəqi 175). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iş üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (iş vərəqi 176-177). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (iş vərəqi 179-180). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ 383 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər:- boyunun ön və sol yan hissəsində, döş qəfəsinin arxa səthində və bel nahiyyəsində sıyrıqlar küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğundurlar və xəsarətlər ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs cinsi qabiliyyəti müsbətdir (iş vərəqi 190-192). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ 380 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi yoxdur, anus ətrafına baxış zamanı qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri var, əmələ gəlmə müddəti iki həftəyə qədərdir. Qanuni nümayəndə1 anus ətrafında aşkar edilmiş xəsarət onun özü tərəfindən və ya qəbizlik nəticəsində əmələ gələ bilməz (iş vərəqi 194-196). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 198-200). Gəncə Şəhəri Narkoloji Dispanserin 1611 nömrəli, xx.xx.2025-ci il tarixli ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 210). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4445-3/1399 nömrəli məhkəmə-kompleks trasoloji və lifli materialların kriminalistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin üzərindən aşkar edilmiş tünd bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvar və köynəyin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlirlər. Üzərində “...Təqsirləndirilən şəxs əynində olmuş paltarlar...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd idman şalvarının arxa hissəsinin yuxarı tərəfində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr mexaniki təsir nəticəsində bərk predmetə sürtünərək yaranmağa xarakterik süzülmə zədələridir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd köynəyin və bir ədəd tumanın səthində zədə yoxdur. Üzərində “...Qanuni nümayəndə1 təqdim etdiyi qırmızı rəngli şort...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd şortun orta hissəsində yerləşən və rəyin tədqiqi hissəsində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir (iş vərəqi 212-218). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə vaxtı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əynində olan bir ədəd qısa ağ-qara rəngli köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd kişi alt paltarı və azyaşlı Zərərçəkmiş şəxs əynində olan çəhrayı rəngli şort iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq saxlanması üçün həmin şöbənin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (iş vərəqi 220-221). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 704 saylı və amubalator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 637 saylı rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuş, yəni, anlaqlı olmuşdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqi 224-226; 229-230). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 233-241). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-325/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. Azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayətçi deyil, ona qarşı tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 19 (on doqquz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, cinayət işinin materiallarında olan şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün qapalı məhkəmə iclasında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən, habelə qanuni nümayəndəsi və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi tərəfindən suallar verilmiş və ona qarşı irəli sürülmüş ittiham mübahisələndirilmişdir (Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə salmaması hissədə). Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqinin nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil, yəni, öz cinsiyyət orqanını qohumu olan azyaşlı Zərərçəkmiş şəxs anus dəliyinə salmaması, yalnız onun ayağının baldır nahiyyəsinə sürtməsi və əlləri ilə baldırını sıxması barədə bildirdikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən azyaşlı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs onun əynində olan çəhrayı rəngli şortikini aşağı çəkib duduşunu arxasına soxmuş, İqbalın duduşu iki qıçının arasına, yəni arxa anus nahiyyəsinə dəymiş və onu incitmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə1 və Şahid də hər biri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi halı görməsələr də, bu barədə hadisədən sonra Fatehdən eşitdiklərini, Pərvanə Fatehin qışqırıq səsini eşidən kimi onun olduğu otağa daxil olub Fatehin özünün bu barədə deməsindən sonra əynində olan çəhrayı rəngli şortikini aşağı çəkib arxasına baxanda islaq vəziyyətdə olduğunu görmüşdür. Bundan əlavə, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs anus ətrafına baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri var və əmələ gəlmə müddəti iki həftəyə qədərdir. Bu xəsarət onun özü tərəfindən və ya qəbizlik nəticəsində əmələ gələ bilməz. “Məhkəmə Eskpertiza Mərkəzi”nin xx.xx.2024-cü il tarixli, 6/4445-3/1399 nömrəli məhkəmə-kompleks trasoloji və lifli materialların kriminalistik ekspertizasının rəyində isə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin üzərindən aşkar edilmiş tünd bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvar və köynəyin üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlirlər. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan ekspertiza rəylərinə əsasən azyaşlı zərərçəkmiş şəxs və şahidlərin ifadələrində dediklərini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (zərərçəkmiş şəxslərə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zorun tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) on dörd yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasına görə seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Cinayət Məcəlləsinin 149-cu maddəsinin şərhinə görə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlama müxtəlif hallarla əlaqədar olaraq törədilir. 14 yaşına çatmamış zərərçəkmiş şəxs o halda köməksiz vəziyyətdə olan şəxs sayılır ki, təqsirkarın onun iradəsi əleyhinə onunla cinsi əlaqəyə girdiyinin mənasını dərk etməsin və bu fakt təqsirkar tərəfindən dərk edilmiş olsun. Uşaqbazlıq (homoseksualizmin bir növü, pedarastiya) zorakı yolla kişinin kişi ilə cinsi əlaqədə olmasıdır. Qanunverici yalnız zorakılıqla, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilən uşaqbazlığa görə cinayət məsuliyyəti müəyyən edir. Uşaqbazlıqda cinayətdən zərərçəkmiş həmişə kişi olur. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla, cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Bu hərəkətlərə həm də kişinin kişiyə (uşaqbazlıq istisna olmaqla) və ya qadına, habelə qadının kişiyə qarşı (onanizm və s.) zorakılıq hərəkətləri aiddir. Sözügedən cinayət formal tərkiblidir və dispozisiyada göstərilən hərəkətlər edildiyi andan başa çatmış sayılır. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Qeyd olunanlara əsasən demək olar ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını qohumu olan azyaşlı Zərərçəkmiş şəxs anus dəliyinə salmaması, yalnız onun ayağının baldır nahiyyəsinə sürtməsi və əlləri ilə baldırını sıxması barədə dedikləri əməlin Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməməsi anlamına gəlməməlidir. Çünki, sözügedən maddənin dispozisiyasında göstərilən əlamətlərin birinin mövcud olması və baş verməsi artıq həmin əməlin törədilməsini deməyə əsas verir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz sərtləşmiş cinsiyyət orqanını azyaşlı, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətində olmasından, yəni ona müqavimət göstərmək iqtidarında olmadığından istifadə edib zor tətbiq etməklə baldır hissəsinə qəsdən sürtməsini, arxa keçəcək dəliyinə qismən daxil edərək, sarğı nahiyyəsini əlləri ilə sıxaraq ona qarşı etdiyi hərəkətləri doğru olaraq uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici, azyaşlı zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin şahid qismində verdiyi ifadəsi, habelə iş üzrə digər şahidin ifadəsi, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Sözü gedən Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Barəsində bəhs olunan Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özü ilə həmcins olan qohumunun azyaşlı olduğundan köməksiz vəziyyətdə olmasından, yəni ona müqavimət göstərə bilməyəcəyindən istifadə edib, ona qarşı zor tətbiq edərək, uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi cinayətin ictimai təhlükəliliyinin həm kəmiyyət, həm də keyfiyyət baxımından hədsiz dərəcədə ağırıdır. Bundan başqa, sözügedən cinayət əməli həmçinin milli mənəvi dəyərlərin ən acınacaqlı formada aşağılanmasına səbəbdir. Uşaqlar dövlətin gələcəyidir və onları qorumaq, onlara qarşı bu və ya digər mənada neqativ hərəkətlərə yol verməmək hər kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində qeyd olunur ki, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. ... Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 499- İQ nömrəli Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Sözügedən Qanunun 4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Həmin Qanunun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində göstərilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş tərəflə barışıq əldə etməsini, başqa sözlə desək zərərçəkmiş tərəfin şikayətçi olmamasını, təqsirləndirilənin törətdiyi əməldən özünü təqsirli bildiyi hissədə peşmançılıq çəkdiyini, təhsil aldığı orta ümumtəhsil məktəbi tərəfindən müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərindən bəhs edən 85.5-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 84.1-ci və 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Qərarın 12-ci bəndində isə “məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 (on) il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır” qeyd olunmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimaitəhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulduğu 2024-cü ilin avqust ayının 30-dan istintaq orqanından qəsdən gizləndiyi üçün barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraatın dayandırıldığı 04 noyabradək olan 2 (iki) ay 4 (dörd) gün həbsdə və ev dustaqlığında, iş üzrə icraatın təzələndiyi 2024-cü ilin 26 dekabrından 2025-ci ilin 31 yanvarınadək ev dustaqlığında olduğu 1 (bir) ay 5 (beş) gün olmaqla, ümumilikdə, tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 9 (doqquz) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən, şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu yuxarıda göstərilən cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, hadisə vaxtı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısa ağ-qara rəngli köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd kişi alt paltarı və azyaşlı Zərərçəkmiş şəxs əynində olmuş çəhrayı rəngli şortik məhv edilməlidir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğdə pul yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan həbsdə saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 16 may 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının 30-dan noyabr ayının 04-dək 2 (iki) ay 4 (dörd) gün və həmin ilin 26 dekabrından 2025-ci ilin yanvar ayının 31-dək 1 (bir) ay 5 (beş) gün müddətində şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olmaqla, ümumilikdə, tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 9 (doqquz) gün müddət bir günə bir gün hesablanmaqla, ona təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) il 2 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 16 may 2025-ci il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, hadisə vaxtı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısa ağ-qara rəngli köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd kişi alt paltarı və azyaşlı Zərərçəkmiş şəxs əynində olmuş çəhrayı rəngli şortik məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-325/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-325/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver