Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-326/2024 18.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X12 (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxx 2002-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, X32 küçəsi, ev 49, mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci; - Təqsirləndirilən şəxs2 (xx xxxxxx 1998-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (ayrılmış), himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, o, dostu Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, qrupun digər üzvü- Əmi adlı şəxsin istintaqa məlum olmayan şəxs(lər) vasitəsi ilə və vaxtda Lənkəran şəhəri ərazisində qoydurduğu külli miqdarda narkotik vasitələri sonuncunun Təqsirləndirilən şəxs2 plastik kartına göndərəcəyi 2.000 (iki min) manat və həmin məbləğdən Təqsirləndirilən şəxs2 tərəfindən ona veriləcək 1.000 (bir min) manat pul müqabilində Lənkəran şəhərində gizlədilmiş yerdən götürüb Bakı şəhərinə apararaq Əmi adlı şəxsin deyəcəyi yerə qoymaq barədə 10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təklifini qəbul edib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə 10 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsi ərazisində yerləşən “McDonalds” restoranının qarşısında qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən “Uber” mobil tətbiq vasitəsi ilə taksi sifariş verərək, təyin olunmuş avtomobillə həmin tarixdə, saat 21 radələrində birlikdə Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola çıxıb, 11 sentyabr 2023-cü il tarixdə, saat 00 radələrində Lənkəran şəhəri ərazisinə çataraq, “Ləvəngi dairəsi” adlanan yerdə düşüb, Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan qrup üzvü digər şəxslərin istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdikləri narkotik vasitələrin köhnə Ələt-Astara avtomobil yolunun üzü “Velədi körpüsü” istiqamətində Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə kəsişən hissəsində, “köhnə ət kombinatı” ilə üzbəüz yerləşən köhnə ikimərtəbəli tikilinin pilləkənlərinin altında gizlədildiyi barədə məlumatı Əmi adlı şəxsdən “WhatsApp” ani mübadilə sistemi vasitəsi ilə alaraq, qeyd olunan əraziyə gedib, Əmi adlı şəxsin “WhatsApp”da qrup üzvü olan Təqsirləndirilən şəxs2 göndərdiyi fotoşəkildə təsvir olunan köhnə ikimərtəbəli binanı sonuncu ilə birlikdə axtarıb taparaq, həmin tikilinin həyətinə daxil olub, sözü gedən tikilinin pilləkənlərinin altından bir ədəd bağlamada külli miqdarda narkotik maddələr aşkar edərək, həmin bağlamanın içərisindən şəxsi istifadəsi üçün götürdüyü bir ədəd sellofan bükümdə narkotik maddəni cibinə qoyub üzərində, bağlamanı isə özü şəxsən götürüb əlində saxlayaraq, həmin narkotik maddələri birlikdə əldə edib, Bakı şəhərinə daşımaq məqsədi ilə sözü gedən tikilinin həyətyanı sahəsini tərk edib, gəldiyi istiqamətdə asfalt yolun kənarı ilə piyada hərəkət edərkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis əməkdaşlarının həmin tarixdə, saat 01 radələrində sözü gedən ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şöbənin əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 və polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmələrinə, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyi üçün şöbənin inzibati binasına dəvət edilməsinə baxmayaraq, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi hesab olunan polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmək qərarına gəlib, əynindəki cins şalvarın sağ yan cibindən çıxardığı və sağ əlində tutduğu kustar üsulla hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 190 mm olan xüsusi təyinatlı ov bıçağı ilə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 sol qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona həmin nahiyədə qarın boşluqlarına nüfuz edən, böyük piyliyi və yoğun bağırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan, kəsilmiş-deşilmiş yara ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə ondan aralanıb, üzü həmin küçədə yerləşən “kərpic zavodu” istiqamətində qaçarkən onu təqib edən polis nəfəri Zərərçəkmiş şəxs2 onun dayanması ilə bağlı tələblərinə məhəl qoymayaraq, hadisə yerindən uzaqlaşmaq istəsə də, ona yetişən Zərərçəkmiş şəxs2 tərəfindən yaxalandıqdan sonra sonuncunun onu tutub saxladığı zaman cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi hesab olunan polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşına zor tətbiq etməklə müqavimət göstərmək qərarına gəlib, sağ əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağ baldır və sol diz nahiyələrinə qəsdən bir neçə zərbə vurmaqla, ona həmin nahiyələrdə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, lakin, Zərərçəkmiş şəxs2 çevikliyi nəticəsində zərərsizləşdirildikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə əməliyyat tədbirinin davamı olaraq Regional Şöbənin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə 49,424 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan əlavə bir ədəd bağlamanın içərisindən bir ədəd sellofan bükülüdə 955,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin, dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2785,0 qr, 3310,0 qr, 3800,0 qr və 2845,0 qr, ümumi təmiz çəkisi 12740,0 qr olmaqla külli miqdar təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, dostu Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, qrupun digər üzvü Əmi adlı şəxsin istintaqa məlum olmayan şəxs(lər) vasitəsi ilə və vaxtda Lənkəran şəhəri ərazisində qoydurduğu külli miqdarda narkotik vasitələri Əmi adlı şəxsin onun plastik kartına göndərəcəyi 2.000 (iki min) manat pul müqabilində Lənkəran şəhəri ərazisində gizlədilmiş yerdən götürüb Bakı şəhərinə apararaq Əmi adlı şəxsin deyəcəyi yerə qoymaq barədə qabaqcadan vəd verib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə 10 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsinin ərazisində yerləşən “McDonalds” restoranının qarşısında qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən sonuncu tərəfindən “Uber” mobil tətbiq vasitəsi ilə taksi sifariş verilərək, təyin olunmuş avtomobillə həmin tarixdə, saat 21 radələrində Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola çıxıb, 11 sentyabr 2023-cü il tarixdə, saat 00 radələrində Lənkəran şəhəri ərazisinə çataraq, “Ləvəngi dairəsi” adlanan yerdə düşüb, qrup üzvü istintaqa məlum olmayan digər şəxslərin istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdikləri narkotik vasitələrin köhnə Ələt-Astara avtomobil yolunun üzü “Velədi körpüsü” istiqamətində, Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə kəsişən hissəsində, “köhnə ət kombinatı” ilə üzbəüz yerləşən köhnə ikimərtəbəli tikilinin pilləkənlərinin altında gizlədildiyi barədə məlumatı Əmi adlı şəxsdən “WhatsApp” ani mübadilə sistemi vasitəsi ilə alaraq, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan əraziyə gedib, Əmi adlı şəxsin “WhatsApp”da ona göndərdiyi fotoşəkildə təsvir olunan köhnə ikimərtəbəli binanı Təqsirləndirilən şəxs1la birlikdə axtarıb taparaq, həmin tikilinin həyətinə daxil olub, sözü gedən tikilinin pilləkənlərinin altından bir ədəd bağlamada külli miqdarda narkotik maddələr aşkar edərək, həmin bağlamanın içərisindən şəxsi istifadəsi üçün götürdüyü bir ədəd sellofan bükümdə narkotik maddəni cibinə qoyub üzərində, bağlamanı isə Təqsirləndirilən şəxs1 götürüb əlində saxlayaraq, həmin narkotik maddələri birlikdə əldə edib, Bakı şəhərinə daşımaq məqsədi ilə sözü gedən tikilinin həyətyanı sahəsini tərk edib, gəldiyi istiqamətdə asfalt yolun kənarı ilə piyada hərəkət edərkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis əməkdaşlarının həmin tarixdə, saat 01 radələrində sözü gedən ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şöbənin əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 və polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmələrinə və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyi üçün şöbənin inzibati binasına dəvət edilməsinə baxmayaraq, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə qaçmağa cəhd göstərmiş, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq qrup üzvü olan Təqsirləndirilən şəxs1la birlikdə əməliyyat tədbirinin davamı olaraq Regional Şöbənin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən, əynində olmuş idman gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 48,962 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan əlavə bir ədəd bağlamanın içərisindən bir ədəd sellofan bükülüdə 955,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin, dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2785,0 qr, 3310,0 qr, 3800,0 qr və 2845,0 qr, ümumi təmiz çəkisi 12740,0 qr olmaqla külli miqdar təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmir. X29 müharibəsi, qardaşı isə İkinci Qarabağ müharibəsi iştirakçıları olmuş, müvafiq medallarla təltif edilmişlər. Narkotik vasitələrlə heç bir əlaqəsi, yəni heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamış, həmişə kitab oxumağa və idmanla məşğul olamağa həvəsi olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətlə əsgər olmuş, həbs olunmamışdan bir neçə ay əvvəl Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə işə qəbul olmaq üçün müraciət etmiş və müraciətinə müsbət cavab gəlmişdir. Hətta ali təhsil almaq üçün Azərbaycan Respublikasında yerləşən universitetlərin birinə sənəd vermişdir. Zaqatala şəhərindən Bakı şəhərinə işləyib pul qazanmaq üçün köçmüşdür. Təqsirləndirilən şəxs2 çoxdan tanımış, yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin həmyerlisidir. Əhmədlə dostluq münasibətləri olduğundan mütəmmadi olaraq görüşmüş, arada telefon vasitəsi ilə söhbət etmişlər. Sonuncu dəfə 10 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Əhmədlə "WhatsApp” sosial şəbəkəsində qarşılıqlı söhbətləşib görüşmək qərarına gəlmişlər. Görüşməkdə hər hansı xüsusi məqsədləri olmamış, sadəcə olaraq, Əhməd ona maraqlı bir məsələ olduğunu söyləmiş, lakin məsələnin mahiyyəti barədə məlumat verməmişdir. Bundan sonra Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsində yerləşən kafelərin birində çay içmiş və qısa müddətdən sonra Əhmədlə “Malakan” bağında görüşüb, “McDonalds” restoranının qarşısında dayanıb söhbət etmişlər. Söhbət zamanı Əhməd Lənkəran şəhərində yaşayan bir şəxsin ona pul borcu olduğunu və həmin pulu geri almaq üçün Lənkərana gedəcəyini, axşam saatlarında rayona tək gedə bilmədiyini deyib, onunla birlikdə getməyi xahiş etmişdir. Dostluq münasibətləri olduğu üçün onunla razılaşmış və təxminən saat 22:00 radələrində onlayn qaydada taksi sifariş etmişlər. Bir neçə dəqiqədən sonra “McDonalds” restoranının arxa tərəfinə sifariş verdikləri taksi gəlib onları götürmüş, Bakı şəhərindən Lənkəran rayonuna doğru yola çıxmışlar. Taksidə o, Əhməd və sürücü olmuş, sonuncunu tanımamışdır. Sürücü Lənkəran rayonuna hansı məqsədlə gəldiklərini bilməmiş, yolboyu ancaq musiqi dinləmişlər. Arada birbaşa olaraq Əhməd tanımadığı şəxslə telefonla danışıb Lənkərana gələcəklərini bildirmişdir. Təxminən saat 00:00 radələrində Lənkəran rayonuna çatmışlar. “Ləvəngi dairəsi” adlanan yerdə düşüb taksi sürücüsünə ödəniş edib onu yola saldıqdan sonra Lənkəran rayonunu tanımadıqları üçün “Ləvəngi dairəsi”ndə yolun kənarında dayanıb Əhmədə pul borclu olan şəxsdən xəbər gözləmişlər. Bir qədər sonra Əhmədə zəng gəlmiş və onlar “Ləvəngi dairəsi”ndən aralaşaraq tanımadıqları ərazi tərəfə getmişlər. Həmin ərazidə köhnə bir tikili vardı. Zülmət qaranlıq bir gecə olduğundan ətrafda başqa nə olduğunu xatırlamamışdır. Yolla getdikləri vaxt arxalarından bir neçə mülki geyimdə olan şəxs onlara hücum etmiş, həmin şəxslərin kim olduqlarını bilməmiş, sonuncular heç bir xəbərdarlıq etmədən onları döyməyə başlamışlar. Ərazidən uzaqlaşmaq üçün qaçmağa başlamış, tanımadığı mülki geyimdə olan şəxslər dalınca qaçaraq ünvanına pis söyüş söymüşlər. Həmin vaxt tanımadığı şəxsin üzərinə geri qayıdaraq özünü müdafiə etmək üçün üzərində suvenir kimi saxladığı bıçaqla hücuma keçmiş, adını və kimliyini sonradan bildiyi Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdikdən sonra qaçmağa çalışmış, bu zaman digər tanımadığı, sonradan bildiyi Zərərçəkmiş şəxs2 üzərinə tulanaraq onu yerə yıxmışdır. Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirdiyini xatırlamamışdır. Sonra əraziyə avtomobillərlə bir neçə nəfər mülki geyimdə olan şəxs gəlmişlər. Mülki geyimdə olan şəxslərin heç biri polis əməkdaşları olduqlarını bildirməmiş, xidməti vəsiqələrini təqdim etməmişlər. Həmin şəxslər Əhmədlə onu döydükdən sonra maşına mindirib polis şöbəsinə aparmışlar. Sonradan başa düşmüşdür ki, onları tutub saxlayan şəxslər polis əməkdaşları olmuşlar. Xəsarət yetirdiyi şəxslərin polis əməkdaşları olduqlarını bilməmişdir, bilsəydi, onlara müqavimət göstərib bıçaqla xəsarət yetirməzdi. Qorxduğu üçün özünü bıçaqla müdafiə etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 söhbət əsnasında ona Lənkəran şəhərində “Əmi” adlı İranlı tanışının olduğu, iranlının ona narkotik vasitə və 2.000 (iki min) manat pul göndərəcəyini, ümumiyyətlə narkotik maddə götürməkdən ötrü Lənkəran şəhərinə gedəcəyini bildirməmiş, bir nəfər şəxsin ona pul borclu olduğunu və həmin pulu götürmək üçün Lənkərana tək gəlmək istəmədiyindən onunla birgə gedib, pulu borcludan götürərək Bakı şəhərinə qayıtmağı təklif etmişdir. Əhmədə pul borcu olan şəxsi görməmiş, onun kim olduğunu bilməmiş, lakin Əhməd həmin şəxsi tanımışdır. Lənkəran şəhərinin mərkəzində tanımadıqları əraziyə gələrək Əhmədə pul borcu olan şəxsi gözləyəndə, Əhməd ondan bir az uzaqlaşmış, həmin vaxt arxa tərəfdən tanımadığı şəxs hücuma keçmiş və onun əlindən çıxaraq ərazidən uzaqlaşanda dalınca pis söyüş söyüldüyünü eşidib, geri qayıdaraq həmin şəxsə üzərində suvenir kimi saxladığı bıçaqla xəsarət yetirmişdir. Hadisə günü sonradan tanıdığı və polis əməkdaşı olduğunu öyrəndiyi Zərərçəkmiş şəxs1 ilə heç bir dialoqu olmamışdır. Xəbəri olmadan Zərərçəkmiş şəxs1 arxa tərəfdən onun üzərinə atılmış, qaranlıq olduğu üçün ərazidə polislərin olduğunu bilməmişdir. Anidən fikirləşmişdir ki, üzərinə hücum edən şəxslər Əhmədə pul borcu olan adamlardır. Həmin şəxslər qaranlıq bir yerdən gözlənilmədən çıxaraq onlara hücum etmişlər. Əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, Şahid1la əlbəyaxa olmamışdır. Ərazidə polis maşını olmamış, sonradan üzərində polis fərqlənmə nişanı olmayan iki avtomobil yaxınlaşmışdır. Polis formasında olan əməkdaşları ərazidə görməmişdir. Heç kəs onlara polis vəsiqəsi göstərməmiş və onlarla söhbət etməmişdir. Əhmədlə ona həm hadisə yerində, həm də polis şöbəsində bir neçə polis əməkdaşı pis söyüşlər söyərək, onları yerə yıxıb döymüşlər. Onlara fiziki və psixoloji təzyiq, təsir göstərən şəxslərin adlarını bilməsə də, üzdən gördüyü halda tanıya biləcəyini demişdir. Həmin şəxslərdən biri digərlərinə nisbətən hündürboylu olmuşdur. Polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən çox pis döyüldüyü və psixoloji təsir altında olduğu üçün üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Halbuki, üzərində aşkar edilən 50 qram heroini polis əməkdaşları özləri onun cibinə qoymuşlar. Polis şöbəsində ona deyilənləri etmiş, içərsində heroin olan böyük bir bükümü əlinə götürüb təhqiqatçıya təqdim etmişdir. Polis şöbəsində olduğu müddətdə Şahid4 ona kofe və keks vermiş, sonradan bilmişdir ki, həmin keks və kofeyə narkotik vasitə qatmışlar. Polis şöbəsində otaqda onu növbə ilə döyən polis əməkdaşlarından biri Şahid4 olmuş, Şahid1 ona qarşı fiziki gücdən istifadə etməmişdir. Onun bıçaq kolleksiyası olmuş, bıçaqları yaşadığı evdə suvenir kimi saxlamış, kimisə həmin bıçaqla vurmaq barədə heç vaxt fikirləşməmişdir. Özünü təqsirli bildiyi hissədə əməlindən çox peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 çoxdan tanıyır. Təqsirləndirilən şəxs2 ilə yaxın dostluq münasibətləri vardır, yerlisidir, həm də, eyni məktəbdə oxumuşlar. Lakin, Əhməd ondan dörd yaş böyükdür. Əhmədlə dostluq münasibətləri olduğundan mütəmadi olaraq görüşür və yaxud telefon vasitəsi ilə söhbət edirmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Əhmədlə "WhatsApp” sosial şəbəkəsində qarşılıqlı söhbətləşib görüşməyə qərar vermişlər. Özü də, Əhmədlə görüşüb söhbət etmək istəmişdir. Görüşməkdə hər hansı xüsusi məqsədləri olmamış, Əhməd də, ona heç nə deməmiş, sadəcə olaraq, maraqlı bir məsələ olduğunu söyləmiş, lakin məsələnin mahiyyəti barədə məlumat verməmişdir. Həmin vaxt o, Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsində yerləşən “Old School” adlı kafedə təklikdə çay içirmiş. Yanında heç kim olmamışdır. Bundan sonra saat 20 radələrində Əhmədlə “Malakan” adı ilə tanınan Xaqani bağında görüşüb, söhbət edə-edə “Tarqovı” küçəsinin içərilərinə doğru hərəkət etmişlər. Sözü gedən küçədə yerləşən “McDonalds” restoranının qarşısında dayanıb söhbətlərinə davam etmişlər. Söhbət zamanı Əhməd ona “Əmi” adlı İranlı tanışının olduğunu söyləmişdir. Belə ki, həmin vaxt Əhməd ona “Əmi” adlı şəxsin Lənkəran şəhərində narkotik maddə qoydurduğunu demişdir. Hansı ki, o, Əhmədlə Lənkəran şəhərinə gəlib, həmin narkotik maddələri götürüb, daha sonra Bakı şəhərinə aparıb orada deyiləcək yerə qoyduqdan sonra “Əmi” adlı şəxs 2.000 (iki min) manat pul göndərəcəkdi. Bunları ona Əhməd söyləmişdir. Yəni, onun “Əmi” adlı şəxslə hər hansı görüşü və söhbəti olmamışdır. Həmin şəxslə birbaşa olaraq Əhməd telefonla danışmış və razılaşmışdır. Əhməd də, narkotik maddələri götürməkdən ötrü Lənkəran şəhərinə tək gəlmək istəmədiyindən ona birlikdə Lənkəran şəhərinə gəlməyi, narkotik maddələri götürməyi və Bakı şəhərinə qayıtmağı təklif etmişdir. Bir qədər aralarında söhbət etdikdən sonra “Əmi” adlı şəxsin tapşırığını yerinə yetirmək qərarına gəlmişlər. Məqsədləri “Əmi” adlı şəxsin tapşırığı üzrə Lənkəran rayonunda gizlədilmiş narkotik maddələri götürmək, həmin narkotik maddələri Bakı şəhərinə daşımaq, daha sonra “Əmi” adlı şəxsin deyəcəyi yerə qoymaq və bunun müqabilində 2.000 (iki min) manat məbləğində pul qazanmaq olmuşdur. Maddi imkansızlıqdan Əhmədin təklifini qəbul etmişdir. Çünki, Əhməd “Əmi” adlı şəxsin göndərəcəyi 2.000 (iki min) manat pulun yarısını yəni, 1.000 (bir min) manatını ona verəcəkdi. Əhmədlə planları barədə heç kimə deməmişlər. Ancaq ikisi bilirmiş. Odur ki, Əhmədlə birlikdə olarkən saat 21 radələrində “Uber” mobil tətbiqi vasitəsi ilə onlayn qaydada taksi sifariş vermişlər. “McDonalds” restoranının arxasında yolun kənarında taksinin gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra sifariş verdikləri taksi gəlib onları götürmüşdür. Bundan sonra Bakı şəhərindən Lənkəran rayonuna doğru yola çıxmışlar. Taksidə ondan başqa sürücü və Əhməd olmuşdur. Taksi sürücüsünü tanımır. Sürücünün onların Lənkəran rayonuna gəlmək məqsədləri barədə hər hansı məlumatı olmamışdır. Yolboyu ancaq musiqi dinləmişdir. Saat 00 radələrində Lənkəran rayonuna çatmışlar. “Ləvəngi dairəsi” adlanan yerdə düşüb taksi sürücüsünə 80 (səksən) manat ödəniş edib, sonuncunu yola salmışlar. Lənkəran rayonunu tanımadıqlarından “Ləvəngi dairəsi”ndə yolun kənarında dayanıb “Əmi” adlı şəxsdən xəbər gözləmişlər. Bir müddət sonra “Əmi” adlı şəxs “WhatsApp” sosial şəbəkəsində Əhmədə konum və fotoşəkil göndərmişdir. Əhməd həmin fotoşəkli ona göstərib narkotik maddələrin həmin yerdə gizlədildiyini söyləmişdir. Bundan sonra konumda göstərilən ünvana getməkdən ötrü "1635"-ə zəng edib taksi sifariş vermişlər. Təxminən on dəqiqə sonra "VAZ2106" markalı, dövlət qeydiyyat nişanını və rəngini xatırlamadığı avtomobil gəlib onları götürmüşdür. Taksi sürücüsünə konumda göstərilən yerə getmək istədiklərini bildirmişlər. Sürücü konumun Şiləvar qəbirstanlığını göstərdiyini və onları həmin yerə apara biləcəyini söyləmiş, razılaşıb yola düşmüşlər. Təxminən beş-on dəqiqə sonra sürücü avtomobili saxlayıb "Bura köhnə Ələt-Astara avtomobil yoludur. O tərəfdə Şiləvar qəbirstanlığı yerləşir" demişdir. Sürücüdən yaxınlıqdakı tanınmış məkanları soruşmuşlar. Sürücü onlara təxminən 200-250 metr qabaqda "köhnə ət kombinatı" və "pekarni" olduğunu söyləmişdir. Bundan sonra taksi sürücüsünə 2 (iki) manat ödəniş edib onu yola salmışlar. Həmin taksi sürücüsünü tanımır. Sürücünün onların məqsədləri barədə hər hansı məlumatı olmamışdır. Daha sonra konumda göstərilənlərə uyğun olaraq piyada hərəkətlərini davam etdirmişlər. Belə ki, o, "Əmi" adlı şəxsin Əhmədə "WhatsApp" sosial şəbəkəsindən göndərdiyi fotoşəkildə köhnə ikimərtəbəli bina və həmin binanın pilləkənlərinin altının yəni, narkotik maddələrin gizlədildiyi yerin işarələndiyini görmüşdür. Odur ki, Əhmədlə birlikdə konum üzrə asfalt yolun kənarı ilə piyada hərəkət edərkən sol istiqamətə doğru başqa bir yolun olduğunu görmüşlər. Həmin yolun ortası ilə davam etmişlər. Təxminən 20-30 metr irəliləyib həmin yolun sağ tərəfində köhnə ikimərtəbəli bina olduğunu görmüşlər. Həmin bina "Əmi" adlı şəxsin Əhmədə göndərdiyi fotoşəkildəki bina idi. Odur ki, həmin binanın həyətinə daxil olmuşlar. Bir qədər irəliləmişlər. Telefonlarının işıqlarını yandırmışlar. “Əmi” adlı şəxsin Əhmədə göndərdiyi fotoşəkildəki kimi binanın pilləkənlərinin altına baxmışlar. Həmin vaxt bir ədəd göy rəngli sintetik torba tapmışlar. Torbanın "Əmi" adlı şəxsin dediyi bağlama olduğunu bilib içərisinə baxmışlar. Bu zaman torbanın içərisində "nəşə" və heroin olduğunu görmüşlər. "Nəşə" daha çox idi. Pake-paket "nəşə" var idi. Bundan əlavə bir böyük və iki ədəd kiçik sellofan bükülüdə heroin var idi. Balaca bükümləri şəxsi istifadələri üçün özlərinə götürmüşlər. Bir bükümü özü, bir bükümü isə Əhməd götürmüşdür. Saat 01 radələri olardı. Pilləkənlərin altında tapdıqları sözü gedən torbanı özü götürmüşdür. Məqsədləri təcili olaraq oranı tərk edib gəldikləri yol ilə "Ləvəngi dairəsi" nə qayıtmaq və oradan Bakı şəhərinə getmək olmuşdur. Binanın həyətindən çıxıb yolun sol kənarı ilə piyada gedərkən dörd-beş mülki geyimli şəxsin onlara tərəf gəldiklərini görmüşdür. Belə ki, iki nəfər sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kimi tanıdığı şəxsin sürətlə yeriyib onlara doğru hərəkət etdiyini görmüşdür. Geri qayıtmaq istəyərkən həmin şəxslər onlara dayanmalarını söyləmiş, dayanıb onların gəlməsini gözləmişlər. Həmin şəxslər özlərini onlara polis əməkdaşları kimi təqdim etmişlər. Onların polis əməkdaşları olduğunu bilib qorxmuşdur. Bu zaman Əhməd qaçmağa çalışmış, özü isə donub qalmışdır. Cibindən bıçaq çıxarıb sonradan Zərərçəkmiş şəxs1 kimi tanıdığı şəxsə doğru yönəltmişdir. Məqsədi Zərərçəkmiş şəxs1 qorxudub, dərhal oradan qaçıb uzaqlaşmaq olmuşdur. Zərərçəkmiş şəxs1 qəfildən onun üzərinə gəlib onu qucaqlamış, sağ biləyindən tutmuş, lakin, o, əlini geriyə dartıb, daha sonra Aqşinin qarnına bir dəfə vurub əks istiqamətdə qaçmağa başlamışdır. Bu zaman yerə yıxılmış, lakin ayağa qalxıb qaçmışdır. Arxasınca biri onu qovalayırmış. Həmin şəxs onun uzunqol köynəyinin papaqlı hissəsindən tutub dartmaqla onu dayandırmışdır. Sonradan Zərərçəkmiş şəxs2 kimi tanıdığı şəxs onun başını ayaqlarının arasına aparıb, onu tutub saxlamağa başlamışdır. Zərərçəkmiş şəxs2 onu buraxmadığı üçün sağ əlindəki bıçaqla Kamilin ayaqlarına vurmağa başlamış, Kamil isə ayaqlarını geri çəkib onu tutub saxlamağa davam etmişdir. Kamilə buraxmasını söyləmiş, lakin Kamil onun dediklərinə əhəmiyyət verməmişdir. Bundan sonra Kamil bıçağı onun əlindən almağa çalışmışdır. Kamil hər iki əli ilə onun sağ əlinə yapışdığından özü sol əli ilə Kamilə mane olmağa çalışmışdır. Bu zaman sol əli və barmağı kəsilmişdir. Müqavimət göstərə bilməyəcəyini anlayıb hərəkətlərini dayandırıb təslim olmuşdur. Bundan sonra Əhmədlə onu avtomobilə mindirib Regional Şöbəyə aparmışlar. Regional Şöbədə otaqların birində bir neçə dəqiqə keçdikdən sonra onlara ayrı-ayrılıqda vəkillər təyin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri onlara izah edildikdən sonra üzərilərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə haqqında qərarla tanış olmuşlar. Şəxsi axtarış zamanı o, verilən suallara cavab olaraq əvvəllər məhkum olunmadığını, narkotik vasitə qəbul etdiyini, Əhməd isə məhkum olunduğunu və narkotik maddə qəbul etdiyini bildirmişdir. Bundan sonra onlara üzərilərində olan əşya və predmetləri könüllü təqdim etmələri təklif olunmuş, bu təklifdən sonra o, əynindəki cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm və arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə olduğunu, Əhmədlə birlikdə “Əmi” adlı İran vətəndaşı ilə əlaqə saxladıqlarını, Lənkəran şəhərində qoyulmuş sintetik torbada olan narkotik maddələri, özündə olan narkotik maddəni və Əhməddə olan narkotik maddəni götürdüklərini, sintetik torbadakı narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqlarını və bunun müqabilində “Əmi” adlı İran vətəndaşı tərəfindən 2.000 (iki min) manat pul göndəriləcəyini bildirmiş, bundan sonra Əhməd əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, içərisində bir ədəd “birbank” plastik kartı və bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan dəri materialdan hazırlanmış pul qabını çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə olduğunu, “Əmi” adlı İran vətəndaşının qəbul etməkdən ötrü onlar üçün göndərdiyini, sintetik torbada olan və götürdükləri narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerdə qoyduqdan sonra onlara 2.000 (iki min) manat pul göndəriləcəyini bildirmiş, daha sonra onun və Əhmədin təqdim etdiyi bükümlərə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, onun təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 51,04 qram, Əhmədin təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 50,06 qram olmuş, bundan sonra onların təqdim etdikləri sintetik torbanın içərisinə baxış keçirilmiş, baxış zamanı torbanın içərisində dörd ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 13 kq, 300 qram və heroinə bənzər kütlənin çəkisi isə 960 qram olmuşdur. Sonra aşkar olunanlar sintetik torbaya qoyulmuş, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Ona verilən suallara cavab olaraq onları saxlayan şəxslərin polis əməkdaşları olmasını bildikdə qorxduğu üçün özündə olan bıçaqla polislərə xəsarət yetirdiyini, özü yıxılarkən əllərindən xəsarət aldığını, bıçağı əvvəllər aldığını və özündə saxladığını, polislər tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əmələ görə peşiman olduğunu, təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və baxış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, izahatını Regional Şöbədə təzyiq altında verməmişdir. Əməlinə görə peşimandır (cild 03, i.v. 71-80). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı fiziki və psixoloji təsir, təzyiq altında olması ilə əlaqələndirmişdir. Məhkəmədə həqiqəti əks etdirən ifadə vermiş, xəsarət yetirdiyi şəxslərin polis əməkdaşı olduqlarını bilməmişdir və bu hissədə əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində hökm çıxarılarkən gənc olmasının, gələcəkdə ailə həyatı qurmaq niyyətində olduğunun, düzgün həyat tərzi sürəcəyinə söz verməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 uşaqlıq dostudur. Zaqatala şəhərindən Bakı şəhərinə köçəndə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlamış, Bakı şəhərində ayrı-ayrı ünvanlarda yaşamış, lakin mütəmmadi olaraq görüşmüşlər. 10 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında özünə məxsus mobil telefonla Vüqara zəng edib, "Malakan" adı ilə tanınan Xaqani bağında görüşmək istədiyini bildirmiş, az vaxtdan sonra görüşmüşlər. Həmin vaxt söhbət edə-edə "Tarqovı"nın içərilərinə doğru hərəkət etmişlər. Yanlarında başqa heç kim olmamışdır. "Tarqovı"da yerləşən "McDonalds" restoranının qarşısında dayandıqları vaxt Vüqara Lənkəran şəhərində yaşayan bir nəfər tanıdığı şəxsin ona pul borcu olduğunu deyib, sonuncu ilə görüşüb pulu geri almaq üçün onunla birgə Lənkəran şəhərinə getməyi təklif etmiş, Vüqar da razı olmuşdur. Əslində isə Vüqara "Əmi" adlı İranlı tanışının olduğunu və həmin şəxsin Lənkəran şəhərində narkotik maddə qoydurduğunu söyləməmişdir. Öz istifadəsi üçün iranlıdan az miqdarda narkotik vasitə hesab edilən marixuana sifariş etmiş, heroin sifariş etməmişdir. Həmçinin, həmin narkotik vasitəni Lənkəran şəhərindən götürüb Bakı şəhərinə daşıyacağı və özü üçün istifadə edəcəyindən Vüqarın xəbəri olmamışdır. Elə həmin gün saat 22:00 radələrində onlayn qaydada taksi sifariş vermiş, daha sonra "McDonalds" restoranının arxa tərəfinə keçib asfalt yolun kənarında dayanmışlar. Bir neçə dəqiqədən sonra sifariş verdikləri taksi gəlib onları götürmüş və Lənkəran şəhərinə doğru yola çıxmışlar. Bu barədə "Əmi" adlı İranlıya məlumat vermişdir. "Əmi" adlı İranlı ilə ancaq "WhatsApp" üzərindən danışıb yazışmışdır. Vüqarın həmin şəxslə hər hansı söhbəti və yazışması olmamışdır. Saat 00:00 radələrində Lənkəran şəhərinə çatmışlar. Bundan sonra "Əmi" adlı İranlı ilə "WhatsApp" vasitəsilə əlaqə saxlayıb, Lənkəranda olduqlarını söyləmiş, "Ləvəngi dairəsi" adlanan yerdə yolun kənarında dayanıb "Əmi" adlı İranlıdan xəbər gözləmişdir. Bir müddət gözlədikdən sonra "Əmi" adlı İranlı "WhatsApp" vasitəsilə ona konum və fotoşəkil göndərmişdir. Göndərilən konum üzrə hərəkət edib, gizlədilmiş narkotik maddələri tapmaq üçün tanımadığı bir əraziyə getmişlər. Vüqarın onun bu hərəkətlərindən xəbəri olmamışdır. İranlının dediyi əraziyə gəlib çatanda, orada heç kim olmamış, tamamilə sakitçilik olmuşdur. Bir neçə dəqiqədən sonra mülki geyimdə olan şəxslər hardansa çıxaraq üzərlərinə hücum etmişlər. Həmin şəxslərin polis əməkdaşları olduqlarını bilməmişdir. Mülki geyimdə olan şəxslər onları yerə yıxaraq döyəndən sonra polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən videoçəkiliş aparılmamış, polislər formada olmamış, özlərini təqdim etməmişlər. Təhqiqatçının otağında üzərinə qoyulmuş bir büküm heroin “kakos” aşkar edilərək götürülmüşdür. Müstəntiq onun dediklərini yazmamış, ifadələrini başqa formada yazaraq ona imzalatdırmışdır. Ümumiyyətlə, "Əmi" adlı İranlı tanışının Lənkəran şəhərinə qoydurduğu narkotik maddələri götürüb, Bakı şəhərinə qayıdıb, həmin narkotik maddələri iranlının deyəcəyi yerə qoymağı öhdəsinə götürməmiş, habelə ifadəsində tapşırığı yerinə yetirməyi müqabilində "Əmi"nin onun plastik kartına 2.000 (iki min) manat məbləğində pul göndərəcəyini deməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Lənkəran şəhərində olmamışdır, onu Lənkəranla heç nə birləşdirmir. Narkotik istifadəçisi olduğu üçün "Əmi" adlı İranlı tanışından az miqdarda narkotik vasitə hesab edilən marixuana sifariş etmiş, sonuncu da şəxsi istifadəsi üçün narkotik vasitəni hazırlayaraq Lənkəran şəhərində dediyi yerə qoyduracağını bildirmişdir. Marixuananın miqdarını bilməmişdir. İranlı onu aldadaraq heroin göndərmişdir. Gecə saat 00:30 radələrində Lənkəran şəhərində tanımadığı köhnə bir tikilinin yanında tutulmuşlar. Tutulandan iki-üç saat sonra polis şöbəsində müdafiəçilərinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Narkotik vasitə dalınca getdiklərini Təqsirləndirilən şəxs1 bilməmişdir. Onlar narkotik vasitənin qoyulduğu yeri görməmişlər. İranlı ona, gedib “filan” yerdən narkotik vasitə götürməsini bildirmişdir. Həmin yerdə neçə bağlama olduğunu bilməmiş, əlində bir bağlama narkotik vasitə olmamışdır. Tutulduqları yerdə heç nə görməmişdir. Saxlanılarkən bərk qorxmuşlar. Olduqları ərazidə polis maşını görməmişlər, orada başqa maşınlar olmuş və həmin maşınlarda “miqalka” olmamışdır. Mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını bildirməmişlər. Polisləri görməmişlər, çünki onlar əraziyə daxil olanda polislər binanın arxa tərəfində gizlənmişlər. Mülki geyimdə olan polis əməkdaşları üzərlərinə hücum çəkmiş, onları yerə yıxaraq döymüş, sonra isə maşına mindirib Regional Şöbəyə aparmışlar. Vüqar bıçaqla vurduğu şəxslərin polis əməkdaşı olduqlarını bilməmişdir. Şöbədə onun cibinə iki büküm heroin qoymuşlar, daha sonra bir neçə polis əməkdaşı onları yerə yıxaraq möhkəm döymüşlər. Onun əlində heç nə olmamışdır. Videoçəkiliş zamanı qorxusundan bildirmişdir ki, aşkar edilən narkotik vasitələr özünə məxsusdur. Üç gün polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, sonra isə Bakı İstintaq Təcridxanasına aparılmış və orada tibbi yoxlamadan keçirilmişlər. Həkim aldığı xəsarətlərə baxmamışdır. Polis əməkdaşları onu tutanda psixotrop maddə hesab edilən metafetaminin təsiri altında olmuşdur. Həmin psixotrop maddəni Bakı şəhərində qəbul etmişdir. Vüqar narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Öz şəxsi istifadəsi üçün İranlıdan marixuana sifariş etmiş, sonuncu isə onu aldadaraq, müxtəlif növ narkotik vasitə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları ibtidai istintaq zamanı ona qarşı fiziki və psixi zor tətbiq etməmişlər, onu şöbədə döyənlər başqaları olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir-iki il bundan əvvəl dayısı ilə aralarındakı mübahisələr səbəbindən yaşadığı Zaqatala şəhərindən Bakı şəhərinə köçmüş, həmin vaxtdan Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə tək yaşamışdır. Bundan əvvəl isə ünvan 6vanda anası X7 və dayısı ilə birlikdə yaşamışdır. Anası evdar xanım olmuş, 2022-ci ildə Türkiyə Respublikasına gedərək orada evlənmişdir və hazırda Ordu şəhərində ailəsi ilə birlikdə yaşayır, atası isə 2001-ci ildə avtoqəza nəticəsində vəfat etmişdir. Özü Bakı şəhərində yaşadığı müddət ərzində fəhləlik edib pul qazanmışdır. Həmçinin, bu müddət ərzində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Belə ki, səkkiz-doqquz aydır narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs1 Zaqatala şəhərindən tanıyır. Vüqar onun uşaqlıq dostudur. Bir məktəbdə oxumuşlar. Sadəcə olaraq Vüqardan dörd yaş böyükdür. Vüqar Zaqatala şəhərindən Bakı şəhərinə işləyib pul qazanmaq üçün köçmüş və onunla əlaqə saxlamışdır. Dost olduqlarından öz növbəsində iş tapmaqda Vüqara yaxından köməklik göstərmişdir. Bakı şəhərində ayrı-ayrı ünvanlarda yaşamışlar, lakin mütəmadi olaraq görüşmüşlər. Mahiyyəti üzrə bildirmişdir ki, "Əmi" adlı şəxslə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində "WhatsApp" sosial şəbəkəsində danışıb razılaşaraq sonuncunun Lənkəran şəhərində qoydurduğu narkotik maddələri Bakı şəhərindən Lənkəran şəhərinə gəlib götürməyi və daha sonra Bakı şəhərinə qayıdıb həmin narkotik maddələri “Əmi” adlı şəxsin deyəcəyi yerə qoymağı öhdəsinə götürmüşdür. Tapşırığı yerinə yetirməsi müqabilində "Əmi" adlı şəxs onun plastik kartına 2.000 (iki min) manat məbləğində pul göndərəcəkdi. Odur ki, “Əmi” adlı şəxslə razılaşdıqdan sonra Lənkəran şəhərinə tək getmək istəmədiyi üçün kiminlə gedəcəyi barədə düşündüyü ərəfələrdə Vüqarın "WhatsApp"dan ona ismarıc yazaraq, onun hal-əhvalını soruşduğunu görmüşdür. Həmin vaxt "WhatsApp"da söhbət edib görüşməyə qərar vermişlər. Görüşənədək Vüqara məsələnin mahiyyəti barədə heç nə deməmişdir. Sözü gedən məsələ barədə başqa hər hansı şəxs(lər)ə məlumat verməmişdir. Vüqarla "WhatsApp"da danışarkən "Malakan" adı ilə tanınan Xaqani bağında təklikdə gəzirmiş. Saat 20 radələrində Xaqani bağında görüşüb, söhbət edə-edə "Tarqovı"nın içərilərinə doğru hərəkət etmişlər. Yanlarında başqa heç kim olmamışdır. "Tarqovı"da yerləşən "McDonalds" restoranının qarşısında dayanmışlar. Həmin vaxt məsələnin mahiyyəti barədə Vüqara danışmağa başlamışdır. Belə ki, Vüqara "Əmi" adlı İranlı tanışının olduğunu və həmin şəxsin Lənkəran şəhərində narkotik maddə qoydurduğunu söyləmişdir. Həmçinin, həmin narkotik maddələri Lənkəran şəhərindən götürüb Bakı şəhərinə daşıyacaqları müqabilində "Əmi" İranlı tanışının ona 2.000 (iki min) manat pul göndərəcəyini demişdir. Vüqara bu işdə ona köməklik edəcəyi halda 2.000 (iki min) manat pulun yarısını yəni, 1.000 (bir min) manatını verəcəyini bildirmiş, Vüqar da maddi imkansızlıqdan əziyyət çəkdiyindən onun təklifini qəbul etmişdir. Vüqara bu barədə heç kimə deməməyi tapşırmışdır. Odur ki, razılaşdıqdan sonra saat 21 radələrində "Uber" mobil tətbiqi vasitəsi ilə onlayn qaydada taksi sifariş vermişlər. İfadəsində göstərdiyi kimi məqsədləri Lənkəran şəhərində qoyulmuş narkotik maddələri götürmək və Bakı şəhərinə daşımaq olmuşdur. Daha sonra "McDonalds" restoranının arxa tərəfinə keçib asfalt yolun kənarında dayanmışlar. Təxminən bir neçə dəqiqə sonra sifariş verdikləri taksi gəlib onları götürmüşdür. Həmin avtomobilin rəngini, markasını, dövlət qeydiyyat nişanını və sürücüsünü xatırlamır. Avtomobildə ondan başqa tanımadığı sürücü və Vüqar olmuşdur. Avtomobilə əyləşdikdən sonra Lənkəran şəhərinə doğru yola çıxmışlar. Bu barədə "Əmi" adlı İranlıya da məlumat vermişdir. "Əmi" adlı İranlı ilə ancaq "WhatsApp" üzərindən danışıb yazışırmış, çünki, “Əmi” adlı şəxs əcnəbi mobil operator nömrəsi istifadə edirmiş. Yolboyu həmin şəxslə mütəmadi olaraq əlaqəsi olsa da, bir müddət avtomobildə yatıb qalmışdır. Vüqarın həmin şəxslə hər hansı söhbəti və yazışması olmamışdır. Avtomobildə yuxudan oyandıqdan sonra "Əmi" adlı İranlının ona dəfələrlə mesaj yazdığını və zəng etdiyini görüb həmin şəxsə Lənkəran şəhərinə ən qısa zamanda çatacaqlarını söyləmişdir. Saat 00 radələrində Lənkəran şəhərinə çatmışlar. Sürücü avtomobili "Ləvəngi dairəsi" adlanan yerdə saxlayıb onları düşürmüşdür. Taksi sürücüsünə 80 (səksən) manat ödəniş edib sürücünü yola salmışlar. Bundan sonra "Əmi" adlı İranlı ilə "WhatsApp" vasitəsilə əlaqə saxlayıb, Lənkəranda olduqlarını söyləmişdir. "Ləvəngi dairəsi" adlanan yerdə yolun kənarında dayanıb "Əmi" adlı İranlıdan xəbər gözləmişlər. Buna kimi "Əmi" adlı İranlı əvvəlcədən onlara hər hansı məbləğdə pul göndərməmişdir. İşin sonunda 2.000 (iki min) manat pulu onun plastik kartına göndərəcəkdi. Bundan əlavə “Əmi” adlı şəxs ona qoydurduğu narkotik maddələrdən iki ədəd bükümü pay kimi verdiyini söyləmişdir. Həmin paya görə “Əmi” adlı şəxs ondan hər hansı məbləğdə pul istəməmişdir. Qalanını isə Bakı şəhərinə aparıb “Əmi” adlı şəxsin deyəcəyi yerə qoyacaqdılar. Bir müddət gözlədikdən sonra "Əmi" adlı İranlı "WhatsApp"dan ona konum və fotoşəkil göndərmişdir. Belə ki, “Əmi” adlı şəxsin göndərdiyi konum üzrə hərəkət edib gizlədilmiş narkotik maddələri tapacaqdılar. Həmin fotoşəkildə isə köhnə ikimərtəbəli bina təsvir edilmişdi. Həmin binanın pilləkənlərinin altı isə işarələnərək narkotik maddələrin həmin yerdə olduğu izah edilmişdi. Lənkəranın ərazisini tanımadıqlarından olduqları yerdə yolun kənarında dayanıb siqaret çəkən alçaqboylu, arıq və 50-60 yaşlarında dayıya yaxınlaşıb sonuncudan konumda göstərilən yeri soruşmuşlar. Həmin şəxs konumda Şiləvar qəbirstanlığının göstərildiyini və həmin yerin avtomobillə beş-on dəqiqəlik məsafədə olduğunu söyləyib "1635" taksi şirkətinə zəng edib sifariş vermələrini tövsiyə etmişdir. Bundan sonra "1635" taksi şirkətinə zəng edib "Ləvəngi dairəsi"ndən "Şiləvar qəbirstanlığı"na taksi sifariş vermişlər. Təxminən on-on beş dəqiqədən sonra sifariş verdikləri "VAZ2106" markalı, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlib onları götürmüşdür. Taksi sürücüsünə konumda təsvir olunan yeri göstərib həmin yerə getmək istədiklərini söyləmişdir. Sürücü apara biləcəyini demişdir. Bundan sonra yola düşmüşlər. Təxminən beş dəqiqədən sonra sürücü avtomobili yolun kənarında saxlayıb "Bura köhnə Ələt-Astara yoludur. O tərəfdə Şiləvar qəbirstanlığı yerləşir. Sizin konum buraları göstərir" demişdir. Sürücüdən yaxınlıqdakı tanınmış məkanlar barədə soruşduqda həmin şəxs təxminən 200-250 metr qabaqda "köhnə ət kombinatı" olduğunu, bir az da qabaqda Velədi körpüsünün olduğunu söyləmişdir. Bundan sonra taksi sürücüsünə 2 (iki) manat ödəniş edib sürücünü yola salmışlar. Konumda göstərildiyi istiqamət üzrə asfalt yolun kənarı ilə düz istiqamətdə piyada hərəkət etmişlər. Lakin, yolun qırağında biraz dayanıb siqaret çəkmişlər. Son qalan iki ədəd siqareti çəkib söhbət etdikdən sonra davam etmişlər. Təxminən 200-300 metr hərəkət etdikdə sol istiqamətə başqa bir yolun ayrıldığını görmüşlər. Bir qədər də, irəliləmişlər. Sola istiqamətlənən yolun tininə çatdıqda yolun sağ tərəfində yan-yana binalar olduğunu görmüşlər. Bundan sonra həmin yolun ortası ilə hərəkətlərini davam etdirmişlər. Yolun ortasında olarkən bu dəfə yolun solunda da tikililər olduğunu görmüşlər. Bir neçə metr hərəkət edib binaların qarşısında dayanmışlar. Dərhal "Əmi" adlı İranlının ona göndərdiyi fotoşəklə baxdıqda fotoşəkildə təsvir olunan köhnə ikimərtəbəli binanın yolun sağında yerləşən bina olduğunu görmüşlər. Həmin vaxt olduqları ərazidə heç kim olmamışdır. Tamamilə sakitçilik idi. Ancaq Vüqarla özü olmuşdur. Bundan sonra köhnə ikimərtəbəli binanın həyətinə daxil olmuşlar. Telefonlarının işıqlarını yandırmışlar. Pilləkənlərin olduğunu görüb Vüqara həmin pilləkənlərin altına baxmasını söyləmişdir. Vüqar mobil telefonunun işığı ilə pillkənlərin altında axtarış aparmışdır. Bu zaman o, Vüqardan bir qədər geridə gözləməklə ətrafı müşahidə etmişdir. Ona görə ki, hər hansı problem olmasın və onları heç kim görməsin. Bu əsnada Vüqar pıçıltılı səslə "Əhməd, bir şey tapdım, torba var burda, tez gəl" söyləyərək onu çağırmışdır. Bundan sonra Vüqara yaxınlaşıb pilləkənlərin altına baxmış və torba olduğunu görmüşdür. Dərhal torbanın ağzını açmışlar. İçərisində paket-paket marixuana və az miqdarda heroin olduğunu görmüşlər. Torbadakı iki ədəd kiçik bükümdə olanları özləri üçün götürmüşlər. Birini Vüqar, birini isə özü götürmüşdür. Ciblərinə qoymuşlar ki, sonra imkan tapanda istifadə etsinlər. Bundan sonra Vüqar bağlamanı götürmüşdür. Məqsədləri təcili olaraq oranı tərk edib "Ləvəngi dairəsi"nə qayıtmaq və Bakı şəhərinə getmək olmuşdur. Saat 01 radələrində bağlamanı götürdükdən sonra gəldikləri yol ilə hərəkət etmişlər. Asfalt yolun kənarı ilə piyada hərəkət edərkən qarşılarından təxminən onlara 20-30 metr məsafədən bir neçə şəxsin səpələnmiş şəkildə hərəkətdə olduqlarını görmüşdür. Hansı ki, həmin şəxslər əsas "ana yol"dan olduqları yola doğru hərəkət edirmişlər. Həmin şəxslərin polis əməkdaşları olduqlarını düşünməmiş, rayon sakinləri olduqlarını zənn etmişlər. Fikirləşmişlər ki, dayanıb yolun kənarına qısılıb həmin şəxslərin gəlib keçib getməsini gözləsinlər. Bu zaman mobil telefonunu qulağına apararaq guya telefonla danışırmış kimi etməklə arxasını həmin şəxslərə tərəf çevirmişdir. Bu zaman "Bir dəyqə sizi olar?" eşitmişdir. Dönəndə iki nəfər mülki geyimli, sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kimi tanıdığı şəxs onlara yaxınlaşıb "Salam Aleykum" demişdir. Cavabında "Salam" söyləmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını dediyi an dərhal üzü "ana yol"a doğru qaçmışdır. Qarşıda sol tərəfdən iki nəfər şəxsin qaçdığını görüb, önünü kəsəcəklərini düşünüb, qaça bilməyəcəyini başa düşüb, könüllü olaraq polislərə təslim olmuş, qollarını havaya qaldırıb "Qaçmıram, qaçmıram, yaxşı" demişdir. Bundan sonra iki nəfər polis yaxınlaşıb onu tutmuşlar. Qollarından tutub saxlamışlar. Bu əsnada Vüqarın özündəki bıçaqla Zərərçəkmiş şəxs1 vurub qaçdığını görmüşdür. Digər polis əməkdaşı isə Vüqarın arxasınca qaçmışdır. Sonradan Zərərçəkmiş şəxs2 Vüqarı tuta bilmiş və onun əlindən bıçağı almışdır. Digər polis əməkdaşları da, həmin tərəfə gedib Vüqarı götürüb onlara tərəf gətirmişlər. Bundan sonra onları Regional Şöbəyə aparmışlar. Şöbədə otaqların birində bir neçə dəqiqə keçdikdən sonra onlara ayrı-ayrılıqda vəkillər təyin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri onlara izah edildikdən sonra üzərilərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə haqqında qərarla tanış olmuşlar. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq əvvəllər məhkum olunduğunu, narkotik vasitə qəbul etdiyini, Vüqar isə məhkum olunmadığını və narkotik maddə qəbul etdiyini bildirmişdir. Bundan sonra onlara üzərilərində olan əşya və predmetləri könüllü təqdim etmələri təklif olunmuş, bu təklifdən sonra əynindəki idman gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, içərisində bir ədəd “birbank” plastik kartı və bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan dəri materialdan hazırlanmış pul qabını çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə olduğunu, “Əmi” adlı İran vətəndaşının qəbul etməkdən ötrü onlar üçün göndərdiyini, sintetik torbada olan və götürdükləri narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerdə qoyduqdan sonra onlara 2.000 (iki min) manat pul göndəriləcəyini bildirmiş, daha sonra onun və Vüqarın təqdim etdiyi bükümlərə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, onun təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 50,06 qram, Vüqarın təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 51,04 qram olmuş, bundan sonra onların təqdim etdikləri sintetik torbanın içərisinə baxış keçirilmiş, baxış zamanı torbanın içərisində dörd ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 13 kq,300 qram, heroinə bənzər kütlənin çəkisi isə 960 qram olmuşdur. Sonra aşkar olunanlar sintetik torbaya qoyulmuş, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa üzərindən digər bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi əmələ görə peşimandır. Təqdim etdiyi mobil telefon özünə məxsusdur, özü istifadə etmişdir. Polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, xəsarət yetirməmişdir (cild 03, iş vərəqi 95-104). Təqsirləndirilən şəxs2 ifadələri arasında yaranmış ziddiyyəti ibtidai istintaq zamanı təzyiq və təsir altında ifadə verməsi ilə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, hadisə vaxtı narkotik vasitənin təsiri altında olmasını, hadisə yerinə qoyulmuş narkotik vasitənin miqdarını bilmədiyini, narkotik vasitə istifadəçisi olduğu üçün peşman olduğunu bildirərək, məhkəmədən barəsində yekun qərar qəbul olunarkən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmişlər, habelə şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş Zaqatala şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cənub bölgəsində külli miqdarda narkotik vasitələri Lənkəran şəhəri ərazisində əldə etmək və Bakı şəhərinə daşımaq niyyətində olmaları barədə əməliyyat məlumatının yoxlanılması, adı hallanan şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən və yaxud törətdikdən sonra yaxalanmaları, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış, bununla əlaqədar qərar qəbul edilərək, əməliyyat məlumatının mahiyyəti raportla şöbə rəisinə məruzə olunmuş, bundan sonra şöbə rəisinin əmri əsasında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 bir neçə əməkdaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, o da əməliyyat qrupunun üzvü olmuşdur. Əməliyyat qrupunda altı nəfər olmuşlar və ayrıca olaraq üç qrupa bölünmüşlər. Zərərçəkmiş şəxs2 ilə bir qrupda olmaqla xidməti vəzifələrinin icrasına başlamışlar. Əməliyyat tədbiri zamanı 11 sentyabr 2023-cü il tarixdə, saat 00:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri ərazisində olmaları, köhnə Ələt-Astara avtomobil yolu ilə üzü Lənkəran şəhəri, Mirsalayev küçəsi istiqamətində hərəkət etmələri və “köhnə ət kombinatı”nın qarşısındakı köhnə ikimərtəbəli binanın həyətində olduqları barədə məlumat almışdır. Əməliyyat qrupunun digər üzvləri də həmin ərazidə olmuşlar. Əməliyyat tədbiri zamanı Vüqarın əlində bir ədəd sintetik torba saxladığını görmüş və həmin bağlamada külli miqdarda narkotik vasitənin olmasından şübhələnmiş, Əhmədi də gördükdən sonra əli ilə digər qrup üzvlərinə işarə edərək onları yanına çağırmışdır. Bu zaman Vüqar və Əhməd onların olduğu istiqamətə doğru hərəkət etdiklərindən Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin şəxslərə tərəf hərəkət etməyə başlamışdır. Vüqarla Əhməd arxalarını onlara tərəf çevirib bir neçə addım atmışlar. Onlara “zəhmət olmasa, gözləyin” demiş və sonuncular çağırışından sonra dayanmışlar. Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etməklə yəni, polis əməkdaşları olduqlarını bildirməklə və xidməti vəsiqələrini göstərməklə özü şəxsən həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiklərini söyləmişdir. Həmin vaxt digər qrup üzvlərinin onlara tam yaxınlaşmamalarının səbəbi Vüqarla Əhmədin qaçmasının qarşısını almaq olmuşdur. Vüqar və Əhməd onların təqdim etdikləri xidməti vəsiqələrlə tanış olduqdan sonra polis əməkdaşları olduqlarını bilib qaçmağa çalışmışlar. Həmin vaxt öncə Əhməd köhnə Ələt- Astara avtomobil yolu istiqamətində qaçmağa başlamış, Vüqar isə qaçmaq üçün özünə şərait yaratmaq məqsədi ilə əlindəki torbanı yerə atıb dərhal cibindən bir ədəd bıçaq çıxararaq onun üzərinə hücum etmişdir. Vüqarın bıçağı hansı cibindən çıxardığını xatırlamasa da, bıçaq Vüqarın sağ əlində olmuşdur. Bu zaman ani reflekslə Vüqarın əlindən tutmaq istəmiş, bir anda Vüqar onun sol qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Yaralandığını hiss edib yolun kənarına çəkilmişdir. Digər əməkdaşlar Vüqarı yerə yıxaraq zərərsizləşdirmiş, onu isə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la tanışlığı olmamış, onları məlum hadisə ilə əlaqədar tanımışdır. Hadisənin baş verdiyi gün Vüqarla Əhmədin olduğu yerə şəxsi avtomobili ilə getmişdir. Vüqarın əlində torba olduğunu görsə də, Əhmədin əlində heç nə görməmişdir. Şəxsən özü Vüqara yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirmişdir. Əhmədi tutub saxlaya bilməmiş və o, başqa istiqamətə qaçmışdır. Əhmədi qrupun digər üzvləri tutub saxlamışlar. Vüqara “qaçma, dur” demiş, o isə qaçmaq üçün özünə şərait yaratmaq məqsədi ilə əlindəki torbanı yerə atıb, dərhal cibindən bıçaq çıxardaraq onun üzərinə hücum etmişdir. Vüqar bıçaqla onun sol böyrək nahiyəsinə xəsarət yetirmiş, ağrını hiss edərək yolun kənarına çəkilmişdir. Vüqar onu bıçaqla vurduqdan sonra köməyə gələn Zərərçəkmiş şəxs2 da bir neçə dəfə bıçaqla vurmaq istəmiş, Kamil Vüqarı tutub yerə yıxmışdır. Həmin vaxt Vüqar bıçaqla Kamilin bud nahiyəsinə xəsarət yetirmişdir. Aşkar edilmiş narkotik vasitənin kimlər tərəfindən “köhnə ət kombinatı”nın qarşısındakı köhnə ikimərtəbəli binanın içərisinə qoyulduğunu bilməmişdir. Həmin ərazinin uzun müddət baxımsız vəziyyətdə olduğunu və ərazinin bir tərəfinin köhnə qəbiristanlıq olduğunu bildirmişdir. Vüqar və Əhməd saxlanılanda gecə saat 01:00 radələri olmuşdur. Onları saxlayanda ərazidə hansı xidməti maşınların olduğunu tam olaraq xatırlamamışdır. Bununla belə onlarda həmin vaxt qara rəngli “Prado” markalı avtomobil olmadığı dəqiqdir. Şəxsi və şöbəyə məxsus xidməti maşınlarda “miqalka”, habelə videokamera qurğusu olmamışdır. Əməliyyat tədbirləri zamanı baş vermiş bəzi situasiyalarda əllərində mobil telefonla videoçəkiliş apara bilmirlər və əksər hallarda videoçəkilişdən istifadə etməmişlər. Əməliyyat tədbirlərində videoçəkilişin aparılıb-aparılmaması barədə qərar vermək səlahiyyəti yoxdur. Videoçəkiliş aparılması üçün razılığı ancaq rəhbərlik verə bilər ki, o da rəhbərliyin işinə qarışa bilməz. Yalnız rəhbərliyin icazə verdiyi hallarda keçirilmiş bəzi əməliyyat tədbirlərini videoçəkilişlə aparmışlar. Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 qohumlarının hadisədən sonra onunla maraqlanmadıqlarını, ona zəng etmədiklərini, bu səbəbdən də nə onunla, nə də digər təqsirləndirilənlə barışdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmətdə olan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhərindən Lənkəran şəhərinə gələn Zaqatala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cənub bölgəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, Lənkəran şəhəri ərazisində narkotik vasitələri əldə etmək və Bakı şəhərinə daşımaq niyyətində olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat məlumatının mahiyyəti raportla şöbə rəisinə məruzə olunduqdan sonra şöbə rəisinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda altı nəfər olmuş və həmin vaxt üç qrupa bölünmüşlər. Bundan sonra 11 sentyabr 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Mirsalayev küçəsinin ərazisində yerləşən “köhnə ət kombinatı”nın qarşısındakı köhnə ikimərtəbəli binanın həyətində olduqlarını öyrənmişlər. Əməliyyat qrupunun tərkibində olan Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin ərazidə olduğu vaxt Vüqarın əlində torba saxladığını görmüş və həmin torbanın içərisində narkotik vasitələrin olduğunu fikirləşmişdir. Vüqarla Əhməd onların olduğu istiqamətə doğru hərəkət etdiklərindən Zərərçəkmiş şəxs1 ilə birlikdə onlara tərəf hərəkət etməyə başlamışlar. Vüqar və Əhməd onları görərək arxalarını çevirib bir neçə addım atdıqda, Zərərçəkmiş şəxs1 “dayanın” deyib, getmələrinə mane olmuş, bu çağırışdan sonra onlar dayanmışlar. Zərərçəkmiş şəxs1 ilə birlikdə onlara yaxınlaşaraq özlərini təqdim etmiş, yəni xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiklərini söyləmişlər. Həmin vaxt əməliyyat qrupunun digər üzvləri onlardan bir az aralıda, yolun kənarında olmaqla onları müşahidə etmişlər. Vüqarla Əhməd onların polis əməkdaşları olduqlarını bildikdən sonra məsuliyyətdən yayınmağa çalışmışlar. Belə ki, Əhməd üzü köhnə Ələt-Astara avtomobil yolu istiqamətində, gəldikləri tərəfə doğru qaçmağa başlamış, onun qaçdığı istiqamətdə polis əməkdaşlarından heç kim olmadığından, yalnız o, Şahid4 və Şahid3 yaxın olduqlarından Əhmədin arxasınca qaçmışlar. Əhməd bir az qaçdıqdan sonra dayanıb könüllü təslim olmuşdur. Şahid4 və Şahid3 Əhmədin qollarından tutaraq onu saxlamışlar. Geri qayıdarkən Vüqarın əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkdiyini və Aqşinə həmin bıçaqla vuraraq xəsarət yetirib qaçdığını görmüşdür. Vüqar qarşısını kəsən Şahid1 yaxasını qurtarıb onlara əks istiqamətdə qaçmağa başlamış, Tale və Şahid2 yaralanmış Aqşinə kömək etməyə çalışanda, xatırlamadığı məsafədən Vüqarın arxasınca qaçmışdır. Vüqar qaçarkən bir dəfə yerə yıxılmış, daha sonra ayağa qalxaraq hərəkətini davam etdirmişdir. Vüqar hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra qaçan vəziyyətdə arxadan onun uzunqol köynəyinin papaqlı hissəsindən tutub yerə yıxaraq, onu dayandırmağa çalışmış, sonuncu ona tərəf döndüyü zaman onun sağ əlində bıçaq olduğunu görmüşdür. Bu zaman özünü müdafiə etmək və Vüqarı zərərsizləşdirməkdən ötrü çevik davranıb hər iki əlini onun başının arxasına apararaq, tutub özünə tərəf aşağıya dartmış və sonuncunun bədənini bükdükdən sonra yuxarıda bel nahiyəsindən tutub saxlamışdır. Vüqara hər hansı zərbə vurmamış, sadəcə olaraq tutub saxlamışdır. Həmin vaxt Vüqar əlindəki bıçaqla onun ayaqlarına vurmağa başlamış, çətinliklə olsa da, onun əlindən bıçağı ala bilmişdir. Vüqarın zərbələri nəticəsində sağ baldırından və sol dizindən xəsarətlər almış, buna baxmayaraq onu zərərsizləşdirməyi bacarmışdır. Bundan sonra X27 Şöbəyə aparılmışlar. Şöbədə onlara ayrı-ayrılıqda vəkillər təyin olunmuş, hər ikisi şübhəli şəxs qismində tutulduqdan sonra onların və müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüqar əynindəki şalvarın, Əhməd isə əynində olan gödəkçənin cibindən bir büküm heroin və mobil telefonlarını çıxardaraq təhqiqatçıya təqdim etmişlər. Sonra torbanın içərisinə baxış keçirilmiş və dörd ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Əhməd torbada olan narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqları təqdirdə, “Əmi” adlı İran vətəndaşı tərəfindən 2.000 (iki min) manat məbləğində pul göndəriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 əməliyyat olunmuş və üç gün xəstəxanada qalmış, özünün xəsarətləri isə yüngül olmuşdur. Nə özü, nə də əməliyyat qrupunun digər üzvləri tərəfindən Vüqar və Əhmədə hər hansı bir fiziki və ya psixoloji təsir göstərilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərlə barışmadığını, onlara qanunla müəyyən edilmiş cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Zaqatala rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cənub bölgəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları daha doğrusu, külli miqdarda narkotik vasitələri Lənkəran rayonunda əldə etmək və Bakı şəhərinə daşımaq niyyətində olmaları barədə 10 sentyabr 2023-cü il tarixində icraatına məlum, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin ifşa olunması, cinayət törədərkən və yaxud törətdikdən sonra yaxalanmaları, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığı üçün “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul etdikdən sonra şöbə rəisinin əmri əsasında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü rəhbərliyi ilə şöbənin əməkdaşları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid2, Zərərçəkmiş şəxs2, Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və tərəflərindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat tədbirləri qruplar halında həyata keçirilmişdir. 11 sentyabr 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində X24 şəhəri ərazisində olmaları və köhnə Ələt-Astara avtomobil yolu ilə Lənkəran şəhəri, Mirsalayev küçəsi istiqamətində hərəkət etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun bütün üzvləri ilə birlikdə Vüqar və Əhmədin olduqları yerə gedərək müşahidə etməyə başlamış, qruplar halında həmin ərazidə xidməti vəzifələrini icra etməyə başlamışlar. Əhməd və Vüqar gecə saat 02:00 radələrində sözü gedən ərazidə piyada hərəkətdə olmuşlar. “Köhnə ət kombinatı” istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara tərəf gələn Əhmədlə Vüqara işarə edib yanlarına çağırmışlar. Həmin vaxt Vüqar köhnə ikimərtəbəli bina tərəfdən çıxanda əlində bir torbanın oluduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Onların polis əməkdaşları olduğunu bilib ilk öncə Əhməd köhnə Ələt-Astara avtomobil yolu istiqamətində qaçmağa başlamış, bu zaman yanında olan Şahid2, həmçinin Şahid4, Zərərçəkmiş şəxs2 və Şahid3 də həmin istiqamətə doğru qaçmışlar. Əhməd dayanıb könüllü təslim olmuş, Vüqar isə cibindən bıçaq çıxarıb Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir dəfə vurub olduğu tərəfə doğru qaçmağa başlamışdır. Bu zaman Vüqarın qarşısını kəsib onu tutmaq istəsə də, bunu edə bilməmiş, Vüqar ondan yayına bilmişdir. Yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 kömək etmək üçün ona doğru hərəkət etmiş, Zərərçəkmiş şəxs2 Vüqarı təqib edib tutmuş və onun əlindən bıçağı almağa çalışmışdır. Həmin vaxt Vüqar əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 ayaqlarına xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 Vüqarın əlindən bıçağı alıb onu zərərsizləşdirmişdir. Zərərçəkmiş şəxs1 Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, Vüqarla Əhmədi isə Regional Şöbəyə aparmışlar. Şöbədə təhqiqatçının otağında müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla Vüqarla Əhmədin üzərində şəxsi axtarış keçirilmişdir. İlk öncə Vüqarın üzərində şəxsi axtarış keçirilmişdir. Vüqar əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan heroini və arxa cibindən bir ədəd mobil telefon çıxardıb könüllü təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Əhmədə üzərində olan əşya və predmetləri könüllü təqdim etməsi təklif olunmuş, Əhməd də əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə olan heroini, bir ədəd mobil telefonu və pul qabını çıxardıb könüllü təqdim etmiş, digər torbada olan qurudulmuş marixuananı isə Bakı şəhərinə aparıb deyiləcəyi yerdə qoyduqdan sonra tanış olduğu “Əmi” adlı İran vətəndaşı tərəfindən onun kartına 2.000 (iki min) manat məbləğində pul göndəriləcəyini bildirmişdir. Aşkar edilən kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdikləri külli miqdarda narkotik vasitələrin çəkisi barədə məlumat olmamış, onların narkotik vasitələrin istifadəsi ilə və dövriyyəsi ilə məşğul olmalarını bilmişdir. Əməliyyat məlumatı hər iki şəxslə bağlı olmuşdur. Əməliyyat tədbirləri zamanı rəhbərliyin tapşırığı əsasında hərəkət etmişlər. Əhmədlə Vüqarın dəqiq olaraq hardan gəlib haraya gedəcəklərini daxil olan məlumat əsasında müəyyən edə bilmişlər. Onları Lənkəran şəhəri, Mirsalayev küçəsində yerləşən “köhnə ət kombinatı”nın ərazisində müşahidəyə götürmüşlər və həmin müşahidə təxminən yarım saat davam etmişdir. Əvvəlcə Əhmədi müşahidəyə götürmüşlər. Vüqar və Əhməd Bakı şəhərindən Lənkəran şəhərinin mərkəzinə gəlib, tanışları “Əmi” adlı iran vətəndaşla mobil telefonla əlaqə saxlayaraq növbəti atılacaq addımları ilə bağlı məlumat alaraq Lənkəran şəhəri, Mirsalayev küçəsi istiqamətində hərəkət etdikdən sonra “köhnə ət kombinatı”nın ərazisində yerləşən köhnə ikimərtəbəli binaya daxil olmuşlar və Vüqar əlində sellofan torba ilə binadan çıxaraq ərazidən uzaqlaşmaq istəmişdir. Lənkəran şəhəri, Mirsalayev küçəsində yerləşən “köhnə ət kombinatı”nın ərazisində yaşayış obyektləri yoxdur, ora əhalinin sıx yaşadığı ərazi deyil, əksinə unudulmuş bir yerdir. Təqsirləndirilən şəxslər əldə etdikləri narkotik vasitənin kimin tərəfindən göndərildiyini və kimin tərəfindən ora gətirildiyini çox yaxşı bilirlər, lakin tərəflərindən həmin şəxslərin olduğu yerləri və şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Vüqarın Kamilə bıçaqla xəsarət yetirməsini şəxsən görmüşdür. Vüqarla Əhmədi tutub saxladıqdan sonra şöbəyə gətirərək təhqiqatçıya təhvil vermişlər. Onları ayrıca bir otaqda heç kəs döyməmişdir. Onlara qarşı psixi zor tətbiq olunmamışdır. Onlar şöbədə on saat saxlanılmışlar. Müstəntiqə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə Regional Şöbənin baş əməliyyat müvəkkili Şahid1 Bakı şəhərindən Lənkəran şəhərinə gələn Zaqatala şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bununla əlaqədar “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş, şöbə rəisinin əmri əsasında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Şahid1 rəhbərliyi ilə şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri qruplar halında keçirilmiş, o Şahid3 ilə bir qrupda olmuşdur. Digər qrupların birində Şahid1 və Şahid2, digərində isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmuşlar. 11 sentyabr 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 artıq Lənkəran şəhərində olmaları və köhnə Ələt-Astara avtomobil yolu ilə üzü Lənkəran şəhəri, Mirsalayev küçəsi istiqamətində hərəkət etmələri barədə məlumat əldə edib, birlikdə həmin yerə gedib, ərazidə axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Əraziyə “NİVA” markalı maşınla gəlmişlər. X3 yerin müəyyən edilməsi olmuşdur. Bir qədər sonra Vüqarla Əhmədin köhnə ikimərtəbəli bina tərəfdən asfalt yolun kənarı ilə olduqları istiqamətə doğru hərəkət etdiklərini və sonradan Vüqarın əlində bir ədəd torba saxladığını görmüşdür. Vüqar və Əhmədin hər bir halda qaçmasının qarşısını almaqdan ötrü Şahid3lə birlikdə həmin yolun sağ tərəfinə istiqamətlənib, orada mövqe tutmuş, “köhnə ət kombinatı” istiqamətində hərəkətlərinə davam etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Vüqarla Əhmədə yaxınlaşaraq onunla söhbət etməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Vüqar və Əhməd onların polis əməkdaşları olduğunu anlayıb qaçmağa cəhd göstərmişlər. Şahid2lə birlikdə ilk öncə Əhmədin dalınca qaçmışlar. Əhməd qaça bilməyəcəyini başa düşüb dayanaraq könüllü təslim olmuş, Zərərçəkmiş şəxs2 isə Vüqarın arxasınca qaçaraq onu tutmağa çalışmışdır. Zərərçəkmiş şəxs1 Vüqar tərəfindən yaralandığını görməmişdir. Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs2 dəstəyə getmişlər. Həmin vaxt Vüqar Zərərçəkmiş şəxs2 ayaqlarına xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, Vüqarla Əhməd isə Regional Şöbəyə aparılmışlar. Şöbədə təhqiqatçının otağında videoçəkilişlə vəkillərin iştirakları ilə Vüqarla Əhmədin üzərində şəxsi axtarış aparılmış, onlar da könüllü olaraq hərəsi ayrı-ayrılıqda üzərlərində olan narkotik vasitəni ciblərindən çıxardaraq təhqiqatçıya təqdim etmişlər. Təqdim olunan bükümlərin içərisindən 50-55 qram çəkilərdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Sonra onların təqdim etdikləri sintetik torbanın içərisinə baxış keçirilmiş və içərisindən dörd ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Əhməd tanış olduğu “Əmi” adlı İran vətəndaşı ilə əlaqə saxladığını, götürdükləri torbanın içərsində olan narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqları təqdirdə “Əmi” tərəfindən 2.000 (iki min) manat məbləğində pul göndəriləcəyini bildirmişdir. Vüqar yalan danışır. Belə ki, ona qarşı fiziki zor tətbiq etməmiş, içdiyi kofe, yediyi keksin içərisinə narkotik vasitə qatmamışdır. Məhkəmədə ibtidai istintaqa verdiyi, cinayət işinin materiallarında olan və elan olunmaqla tədqiq edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis nəfəri, polis baş serjantı Şahid3 ifadəsindən məlum olmuşdur ki, o, Şahid4la eyni məzmunlu ifadə vermişdir (cild 02, i.v. 194-201). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər (qismən etirafedici), zərərçəkmişlər və şahidlərin, habelə elan olunmaqla tədqiq edilmiş şahidin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikasının Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci maddələri ilə cinayət işi başlanılmış və icraata verilmişdir (cild 01, i.v. 01-02). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 10 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cənub bölgəsində birlikdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 04). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 10 sentyabr 2023-cü il tarixli qərar və eyni tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmalarından ötrü şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (cild 01, i.v. 05- 07). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 11 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, cənub bölgəsində birlikdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:45-də Lənkəran şəhəri Mirsalayev küçəsində yerləşən “keçmiş ət kombinatı”nın yaxınlığında küçədə əlində sintetik torba olarkən Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs1 polis əməkdaşları olduqlarını bilib məsuliyyətdən yayınmaq məqsədi ilə özündə olan bıçaqla əməliyyat qrupunun tərkibində olan əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə, polis nəfəri Zərərçəkmiş şəxs2 ayaq və əl nahiyələrinə xəsarət yetirmiş, bunun ardınca istifadə olunan bıçaq tərəflərindən götürülmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq şöbəyə aparılmışlar (cild 01, i.v. 10). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 11 sentyabr 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 02:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə telefon vasitəsi ilə məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v 20-21). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 11 sentyabr 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 03:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna telefon vasitəsi ilə məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 38-39). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 11 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə olduğunu, Təqsirləndirilən şəxs2 ilə birlikdə “Əmi” adlı İran vətəndaşı ilə əlaqə saxladıqlarını, Lənkəran şəhərində qoyulmuş sintetik torbada olan narkotik maddələri, özündə olan narkotik maddəni və Əhməddə olan narkotik maddəni götürdüklərini, sintetik torbadakı narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqlarını və bunun müqabilində “Əmi” adlı İran vətəndaşı tərəfindən 2.000 (iki min) manat pul göndəriləcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, içərisində bir ədəd “birbank” plastik kartı və bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan dəri materialdan hazırlanmış pul qabını çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə olduğunu, “Əmi” adlı İran vətəndaşının qəbul etməkdən ötrü onlar üçün göndərdiyini, sintetik torbada olan və götürdükləri narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək yerdə qoyduqdan sonra onlara 2.000 (iki min) manat pul göndəriləcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 51,04 qram, Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 50,06 qram olmuş, bundan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 təqdim etdiyi sintetik torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisində dörd ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və bir ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 13 kq,300 qram, heroinə bənzər kütlənin çəkisi isə 960 qram olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq onları saxlayan şəxslərin polis əməkdaşları olmasını bildikdə qorxduğundan özündə olan bıçaqla polis əməkdaşlarına xəsarət yetirdiyini, yıxılarkən əllərindən xəsarət aldığını, bıçağı əvvəllər alıb özündə saxladığını, saxlanılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əmələ görə peşman olduğunu, təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq Vüqarın polis əməkdaşlarına bıçaqla xəsarət yetirdiyini, təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 48-52). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 19/854 nömrəli, 11 sentyabr 2023-cü il tarixli məhkəmə kimyəvi-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükülüdə təmiz çəkisi 48,962 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükülüdə təmiz çəkisi 49,424 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Onların birlikdə Lənkəran şəhəri ərazisində götürdükləri və şəxsi axtarış zamanı təqdim etdikləri sintetik torbadakı bir ədəd sellofan bükülüdə olan maddə 955,0 qram çəkidə olmaqla tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2785,0 qr, 3310,0 qr, 3800,0 qr, 2845,0 qram, ümumi təmiz çəkisi 12740,0 qram çəkidə olmaqla tərkibində narkotik maddə olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin və marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən olunmuşdur (cild 01, i.v. 70-74). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası"nın 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 11 sentyabr 2023-cü il tarixdə, saat 02:16-da xəstəxananın cərrahiyyə şöbəsinə “qarnın ön divarının qarın boşluğuna nüfuz edən, enən çənbər bağırsağı zədələyən, kəsilmiş deşilmiş yarası” diaqnozu ilə daxil olmuşdur (cild 01, i.v. 83). Lənkəran Rayon Prokurorluğunun 11 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd köynəyi, bir ədəd maykanı, bir ədəd tumanı və bir ədəd şalvarı könüllü təqdim etmişdir (cild 01, i.v. 137- 138). Lənkəran Rayon Prokurorluğunun 11 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qolsuz maykada qəhvəyi rəngində qanabənzər ləkələr və bir ədəd kəsilmişdeşilmiş zədə, bir ədəd qısaqol köynəkdə qəhvəyi rəngində qanabənzər ləkələr və bir ədəd kəsilmiş-deşilmiş zədə, bir ədəd cins şalvarın üzərində qanabənzər ləkələr aşkar edilmiş, cins şalvarda zədə, bir ədəd tumanda qanabənzər ləkə və zədə aşkar edilməmişdir (cild 01, i.v. 139-142). Lənkəran Rayon Prokurorluğunun 11 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olmuş və polis əməkdaşlarına xəsarət yetirərkən istifadə etdiyi bıçağın tiyəsinin səthində ağ rəngində “Süleymanov” yazısının və digər səthində “191315” rəqəmlərinin həkk olunduğu müəyyən edilmişdir (cild 01, i.v. 143-145). Lənkəran Rayon Prokurorluğunun 12 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran şəhəri, Mirsalayev küçəsi ərazisində yerləşir. Yol bir tərəfli olmaqla avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Yol örtüyü asfaltdandır. Avtomobil yolunun ümumi eni 7 metrdir. Yolun sol tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki yerləşir. Həmin səkinin ümumi en 1,50 metr təşkil edir. Sol tərəfində 1,85 metr hündürlüyündə solğun ağ-qırmızı rəngli beton sədd çəkilmişdir. Həmin səddin sol tərəfində “köhnə ət kombinatı” adı ilə tanınan bina müşahidə edilmişdir. Həmin binanın yerləşdiyi əraziyə giriş dəmir darvaza ilə məhdudlaşdırılmışdır. Darvazanın üzərinə ağ rəngli plakat vurulduğu və plakatın üzərində “obyekt satılır” yazısının həkk olunduğu müşahidə edilmişdir. Bundan sonra yolun sağ tərəfinə baxış keçirdikdə üçmərtəbəli və ikimərtəbəli olmaqla yan-yana iki ədəd bina aşkar edilmişdir. Üçmərtəbəli binanın tamamı mişar daşından (kubik) inşa edilməklə tikintisi başa çatdırılmamışdır. Digər tikili yəni, ikimərtəbəli binanın alt mərtəbəsi kərpic və üst mərtəbəsi mişar daşından inşa edilmişdir. Baxışın gedişatında hadisə yeri və ətrafında hər hansı videomüşahidə kamera(lar)ı aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları hadisə yerində əyani olaraq bildirərək hadisələri baş vermə ardıcıllığı ilə təsvir etmişlər (cild 01, i.v 146-155). Lənkəran Rayon Prokurorluğunun 12 sentyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci; Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 156-157; 171-172). Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 4(049)-248/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 199-202). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X30 “canlı şəxsin ekspertizasına dair” 933 nömrəli, 13 sentyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 sağ təpə nahiyəsində qançır, sol əlin ovuc səthində və sol əlin İİ barmağının ön səthində kəsilmiş yaralar aşkar edilmişdir. Təpə nahiyəsindəki xəsarət bərk küt əşyanın təsirindən, sol əl və İİ barmağı nahiyələrindəki xəsarətlər kəsici əşyanın təsirindən törənmişlər, müddəti müayinədən ikiüç gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 203-204). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X30 “canlı şəxsin ekspertizasına dair” 932 nömrəli, 13 sentyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (cild 01, i.v. 205-206). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 11 sentyabr 2023-cü il tarixli, 879 nömrəli və 13 sentyabr 2023-cü il tarixli, 880 nömrəli rəylərindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür (cild 01, i.v. 209- 210). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X30 “canlı şəxsin ekspertizasına dair” 943 nömrəli, 13 sentyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ baldır və sol diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qrarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən iki-üç gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 213-214). Lənkəran Rayon Prokurorluğunun 13 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı şahid Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərmiş olduqları xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər (cild 01, i.v. 217-221). Lənkəran Rayon Prokurorluğunun 14 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən ibtidai istintaq zamanı ifadələrində bildirmiş olduğu xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərmişdir (cild 01, i.v. 222-228). Lənkəran Rayon Prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən ibtidai istintaq zamanı ifadələrində bildirmiş olduğu xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərmişdir (cild 01, i.v. 233-245). Lənkəran Rayon Prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol papaqlı köynəyi və bir ədəd cins şalvarı könüllü təqdim etmiş və həmin predmetlər götürülmüş; uzunqol, papaqlı və zümrüd yaşılı rəngli köynəyin ön tərəfində qəhvəyi rəngində qanabənzər ləkələr, boz-qara rəngli cins şalvarın ön tərəfində tünd qəhvəyi rəngində qanabənzər ləkələr aşkar edilmiş; fotoşəkillər protokola əlavə olunmuşdur (cild 01, i.v. 253- 257). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 11 sentyabr 2023-cü il tarixli məlumatından görünür ki, Zərərçəkmiş şəxs1 sol böyrəküstü nahiyənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya müraciət etmişdir (cild 01, i.v. 264). Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 4(049)-247/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 03-08). Lənkəran Rayon Prokurorluğunun 11 oktyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 inzibati binasında 11 sentyabr 2023-cü il tarixində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən onun könüllü olaraq cibindən çıxardıb təqdim etdiyi "SamsungA5" markalı, smartfon tipli bir ədəd mobil telefona baxış keçirilmiş, mobil telefonda +**********81 saylı mobil operator nömrəsinin aktiv olduğu, +**********47 saylı mobil operator nömrəsinin "Əmi 2" adı ilə mobil telefonun yaddaşına əlavə olunduğu, +**********18 saylı mobil operator nömrəsinin "Bizim Əmi" adı ilə mobil telefonun yaddaşına əlavə olunduğu, +**********90 (Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil operator nömrəsi) saylı mobil operator nömrəsinin "Balaca Ayı" adı ilə mobil telefonun "kontaktlar" bölməsində yaddaşa əlavə olunduğu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı mobil operator nömrəsindən "Balaca Ayı" adı ilə mobil telefonun yaddaşına əlavə edilmiş və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı mobil operator nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 19:55-də zəng olunduğu, zəngə cavab verilmədiyi, mobil telefona yüklənmiş "WhatsApp" sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (baxış keçirilmiş mobil telefonun yaddaşına "Balaca Ayı" adı ilə əlavə edilmiş) +**********90 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrələri arasında xx.xx.2023-cü il tarixdə gün ərzində mütəmadi olaraq cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən yazışmaların (səsli və yazılı ismarıclar şəklində) aparıldığı, "WhatsApp" sosial şəbəkəsində "Balaca Ayı" adı ilə yaddaşa əlavə edilmiş və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı mobil operator nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 19:02-də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 19:56-da zəng olunduğu və 0:13 saniyə danışıq aparıldığı, bundan əlavə "WhatsApp" sosial şəbəkəsində mobil telefonun yaddaşına "Bizim Əmi" adı ilə əlavə edilmiş +**********18 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrələri arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gün ərzində mütəmadi olaraq cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən yazışmaların (səsli və yazılı ismarıclar şəklində) aparıldığı, "WhatsApp" sosial şəbəkəsində "Bizim Əmi" adı ilə mobil telefonun yaddaşına əlavə edilmiş +**********18 saylı "WhatsApp" nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrəsinə saat 17:19-da və 17:20-də zəng olunduğu və zənglərə cavab verilmədiyi, +**********81 saylı "WhatsApp" nömrəsindən +**********18 saylı "WhatsApp" nömrəsinə saat 17:21-də zəng edildiyi və 4:20 dəqiqə danışıq aparıldığı, +**********18 saylı "WhatsApp" nömrəsindən +**********81 saylı "WhatsApp" nömrəsinə saat 18:43-də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 19:07-də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 19:19-da zəng olunduğu və zəngə cavab verilmədiyi, +**********81 saylı "WhatsApp" nömrəsindən +**********18 saylı "WhatsApp" nömrəsinə saat 19:44-də zəng edildiyi və 0:20 saniyə danışıq aparıldığı, +**********18 saylı "WhatsApp" nömrəsindən +**********81 saylı "WhatsApp" nömrəsinə saat 19:59-da zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 20:00-da zəng olunduğu və 1:48 dəqiqə danışıq aparıldığı, saat 21:04-də zəng edildiyi və zəngə cavab verilmədiyi, saat 22:32-də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 23:10-da zəng olunduğu və zəngə cavab verilməddiyi, saat 23:13-də zəng olunduğu və zəngə cavab verilmədiyi, +**********81 saylı "WhatsApp" nömrəsindən +**********18 saylı "WhatsApp" nömrəsinə saat 23:40-da zəng edildiyi və 0:24 saniyə danışıq aparıldığı, +**********18 saylı "WhatsApp" nömrəsindən +**********81 saylı "WhatsApp" nömrəsinə saat 23:45-də videozəng olunduğu və zəngə cavab verilmədiyi, xx.xx.2023-cü il tarixdə, saat 00:16-da videozəng olunduğu və zəngə cavab verilmədiyi, saat 00:40-da zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 01:01-də zəng olunduğu və 0:09 saniyə danışıq aparıldığı, 01:24də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 01:38-dən 02:15-ə qədər on iki dəfə zəng olunduğu və zənglərə cavab verilmədiyi, “WhatsApp Business” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı (“WhatsApp Business”də qeydiyyatdan keçirilmiş) mobil operator nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 23:41-də “Bizim Əmi” adı ilə qeyd olunmuş +**********18 saylı mobil operator nömrəsindən zəng daxil olduğu, 0:56 saniyə danışıq aparıldığı və xx.xx.2023-cü il tarixdə, saat 02:18-də “Zibille cavab vet” məzmununda mesaj yazıldığı aşkar edilmişdir (cild 02, i.v. 51-68). Lənkəran Rayon Prokurorluğunun 18 oktyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 inzibati binasında 11 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən onun könüllü olaraq cibindən çıxardıb təqdim etdiyi "Samsung Galaxy Note10" markalı, smartfon tipli bir ədəd mobil telefona baxış keçirilmiş, mobil telefonda +**********90 saylı mobil operator nömrəsinin aktiv olduğu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı mobil operator nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı mobil operator nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 19:55-də zəng olunduğu və zəngə cavab verilmədiyi, eyni vaxtda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı mobil operator nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı mobil operator nömrəsinə zəng olunduğu və 0:08 saniyə danışıq aparıldığı, mobil telefona yüklənmiş "WhatsApp" sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrələri arasında xx.xx.2023-cü il tarixdə gün ərzində mütəmadi olaraq cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən yazışmaların (səsli və yazılı ismarıclar şəklində) aparıldığı, "WhatsApp" sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 saylı mobil operator nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********81 saylı "WhatsApp" nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 19:02-də zəng olunduğu və zəngə cavab verilmədiyi, saat 19:56-da zəng olunduğu və 0:13 saniyə danışıq aparıldığı aşkar edilmişdir (cild 02, i.v. 88-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid X9 məhkumluq barədə 23 oktyabr 2023-cü il tarixli ilkin əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, i.v. 103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid X9 məhkumluq barədə 23 oktyabr 2023-cü il tarixli ilkin əməliyyat məlumatları və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 1(095)-014/2019 nömrəli 05 mart 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona, cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 69.3-cü maddəyə əsasən, onun həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı gün) azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Zaqatala Rayon Məhkəməsinin 1(033)- 50/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 23 noyabr 2023-cü il tarixli, 272 nömrəli məktubundakı məlumata əsasən, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtarması ilə əlaqədar 23 dekabr 2020-ci ildə, Zaqatala Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtarması ilə əlaqədar isə 19 oktyabr 2022-ci il tarixdə şöbənin probasiya qeydiyyatından çıxarılmışdır (cild 02, i.v. 105-108; 128-134; 144-147; 149-167; 183-184). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.1, 83.3.2 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq- şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin 24 oktyabr 2023-cü il tarixli, 719 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatında yoxdurlar (cild 02, i.v. 109). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X30 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxananın psixiatrik, onkoloji, nevroloji, narkoloji, vərəm və dəri zöhrəvi kabinetlərində qeydiyyatda yoxdurlar (cild 02, i.v. 120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X30 24 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar (cild 02, i.v. 121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxananın dispanser müşahidəsində yoxdurlar (cild 02, i.v. 122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 30 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda deyillər (cild 02, i.v. 123). Lənkəran Rayon Prokurorluğunun 05 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-14929/23 nömrəli, 30 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (o cümlədən, hadisə baş verən gün “WhatsApp” nömrəsi kimi istifadə etdiyi) və “WhatsApp” ani mübadilə sistemindən qeydiyyatdan keçirilmiş 055 279-91-81 saylı mobil operator nömrəsinə dair məlumatlarda ( o cümlədən, daxil olan və çıxan zənglər, telefon danışıqları, anten dairələri və sms yazışmaları barədə məlumatlarda) cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır (cild 02, i.v. 124-126). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X30 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicədə olmayıblar (cild 02, i.v. 168). Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, həmçinin Təqsirləndirilən şəxs2 Zaqatala şəhərində daimi yaşamadığı üçün onun barəsində hər hansı bir xasiyyətnamə təqdim edilməmişdir (cild 02, iş vərəqi 185-186). Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2023-cü il tarixli arayışları və Zaqatala Rayon Mənzil İstismar İdarəsinin eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Zaqatala şəhəri, Vidadi küçəsi, ev 49, mənzil 7-də qeydiyyatdadır, ailə tərkibi valideynləri, qardaşı, bacısından ibarətdir, barəsində həmin idarəyə yazılı və ya şifahi şikayət daxil olmamışdır (cild 02, i.v. 187-188; 189). Lənkəran Rayon Prokurorluğunun 06 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin AZF/LGL-6815/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və “Teleqram” sosial şəbəkəsində qeydiyyatdan keçirilmiş 070 790-18- 08 saylı mobil operator nömrəsinə dair məlumatlarda (o cümlədən, daxil olan və çıxan zənglər, telefon danışıqları, anten dairələri və sms yazışmaları barədə məlumatlarda) cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır (cild 02, i.v. 190; 202-203). Lənkəran Rayon Prokurorluğunun 11 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin AZF/LGL-6814/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (o cümlədən, hadisə baş verən gün istifadə etdiyi) 077 747-99-90 saylı mobil operator nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 19:55:37-də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ərazisindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil telefon nömrəsinə zəng edildiyi müəyyən olunmuşdur (cild 02, i.v. 191; 204- 205). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X30 “canlı şəxsin ekspertizasına dair” 1042 nömrəli, 12 oktyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində qarın boşluqlarına nüfuz edən, böyük piyliyi və yoğun bağırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara aşkar edilmişdir. Həmin xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə iti kənarlı və uclu alətlə (ola bilsin ki, bıçağın təsirindən) qarın nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi. Sözü gedən xəsarətin yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə yəni, xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 02, i.v. 206-208). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə-lifli ekspertizası”na dair 3-16-16/2-6/5046 nömrəli, 20 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır; bir ədəd qara rəngli aypara şəkilli bıçağın üzərində kənar lif mikrohissəcikləri yoxdur; Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində aşkar edilmiş tünd yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs1 məxsus şalvarın üzərində aşkar edilmiş tünd boz rəngli təbii pampıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Mikroskopik və mikrokimyəvi tədqiqatın nəticələri rəyə əlavə edilmiş və aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən olunmuşdur (cild 02, i.v. 209-214). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ballistik-trasoloji ekspertizası”na dair 3-6-16/2-3/1473, 3/1476 nömrəli, 20 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, köməkçi əməliyyatları (dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş “Karambit” modelli xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir və tədqiqat zamanı üzərində təyinatını dəyişdirən hər hansı düzəliş edilməsi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək və maykanın səthində bir ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Aparılmış tədqiqatın dəyəri 180 (bir yüz səksən) manat müəyyən olunmuşdur (cild 02, i.v. 215-219). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 2896 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, əvvəllər də, hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, hadisə zamanı mövcud stiuasiyada hər hansı psixi xəstəlik qeyd olunmamış, özündən uydurmağa simulyativ və dissimulyativ davranış müəyyən olunmamış, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Psixoloji müayinə zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 inadkarlıq, emosionallıq, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisədən öncə, hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik qeydə alınmamış, özündən uydurmağa meyillilik aşkar olunmamışdır, əqli-intelektual imkanları normaya uyğundur (cild 02, i.v. 220-224). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 2897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, əvvəllər də, hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamış, hadisə zamanı mövcud stiuasiyada hər hansı psixi xəstəlik, özündən uydurmağa patoloji meyillilik simulyativ və dissimilyativ davranış müəyyən olunmamış, törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Psixoloji müayinə zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 emosionallıq, hövsələsizlik, çılğınlıq və kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əməli törətməmişdən öncə psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisəni törədərkən psixiemosional vəziyyətində emosional oyanıqlıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmiş, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək, onları iradi nəzarət etmək iqtidarında olmuş, hadisəni törədərkən ekstremal psixi vəziyyətdə olmamış, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik qeydə alınmamış, özündən uydurmağa meyillilik aşkar olunmamışdır, əqli-intelektual imkanları normaya uyğundur, cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, i.v. 225-228). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X30 “maddi sübutların ekspertizasına dair” 805/2023-MTBŞ nömrəli, 08 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus cins şalvar, qısaqol köynək və mayka üzərində aşkar olunmuş insan qanı ləkələri O-alfa, beta/İ/qruplu Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Həmin ləkələrdə Təqsirləndirilən şəxs1 qanının olması inkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus papaqlı kofta, cins tipli şalvar və bıçaq üzərində aşkar olunmuş insan qanı ləkələri A/H/İİ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 özünə məxsus ola bilər (cild 02, i.v. 230-236). Lənkəran Rayon Prokurorluğunun “sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X18 psixi və fiziki təzyiqlərə məruz qalmaları eləcə də, üzərilərinə narkotik vasitə qoyulması faktı təsdiq olunmadığından həmin hissədə cinayət işinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdikləri mənbəni, həmçinin qrupun digər üzvləri olan “Əmi” adlı şəxsi və qeyrilərini müəyyən etmək məqsədi ilə hazırkı cinayət işindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış və ibtidai istintaqın aparılmasından ötrü Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilmiş; hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd uzunqol papaqlı köynək, bir ədəd cins şalvar, habelə hadisə zamanı üzərində olmuş və polis əməkdaşlarına xəsarət yetirərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd mayka, bir ədəd köynək, bir ədəd cins şalvar və bir ədəd tuman, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung Galaxy Note10” və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “SamsungA5” markalı, smartfon tipli mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş içərisində bir ədəd “birbank” plastik kartı və bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan bir ədəd pul qabının iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla Lənkəran Rayon Prokurorluğundakı maddi sübutların saxlanma otağında saxlanması qərara alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri ərazisində birlikdə əldə etdikləri bir ədəd bağlamadan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 12740,0 qram olan marixuana, təmiz çəkisi 955,0 qram olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 49,424 qram çəkidə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 48,962 qram olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər- Rayon Polis Şöbəsində saxlanması nəzərə alınmışdır (cild 03, iş vərəqi 01-52). Lənkəran Rayon Prokurorluğunun 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa qrupun digər üzvlərini, aşkar olunmuş narkotik vasitələrin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işi ayrılmışdır (cild 03, iş vərəqi 53-56). Lənkəran Rayon Prokurorluğunun 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş və onların hər birinə ayrı-ayrılıqda qərarın surəti təqdim olunmuşdur (cild 03, iş vərəqi 57-59; 81-83). Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş 15 fevral 2024-cü il tarixli ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamışlar və onların barəsində ağır cəza təyin edilməsini xahiş edirlər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 007511, 009877 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X10 müharibə veteranı statusundadır. Həmçinin, İ-73296 nömrəli “Vətən müharibəsi iştirakçısı”, İ-13383 nömrəli “Suqovuşanın azad olunmasına görə” medalı, 010067 nömrəli vəsiqənin, ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X1 Qarabağ müharibəsinin iştirakçısı olmaqla müharibə veteranı statusundadır və müxtəlif medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 08, 12, 24 fevral 2024-cü il tarixli məktub və əlavə edilmiş təqsirləndirilən şəxslərin adlarına olan 8706/2023, 8707/2023 nömrəli tibbi kitabçalardan görünür ki, Təqsirləndirilən şəxs1 16 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı sol budun içəri və bayır, sol bazunun bayır tərəfində iri həcmli qarının sol tərəfində və alnında 2-3 sm ölçüdə sarımtıl rəngli qançırlar, hər iki əlin ön səthində, sağ İ və İİ barmağın arxa səthində kiçik həcmli, sol biləyin və sağ bazunun bayır səthində 3-4 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar müşahidə edilmiş; Təqsirləndirilən şəxs2 eyni tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkar edilməmiş, sol baldırın ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəməyə daxil olmuş Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 5(049)-202/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 10 sentyabr 2023-cü il tarixli qərarının 3-cü bəndinin “nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi”nə dair hissəsi qanunsuz hesab edilərək ləğv edilmiş, qərarın digər hissələrinin məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmamasının nəzərə alınması qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemində (EMİS) şəxsin fərdi məlumatlarına dair portal çıxarışında qohumluq məlumatları əks olunan hissədə Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il təvəllüdlü Alpaslan Ömərzadə adlı oğlunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 13 (on üç), Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X13 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni Təqsirləndirilən şəxs1 narkotik vasitələrlə heç bir əlaqəsi olmaması, dostu Təqsirləndirilən şəxs2 Lənkəran şəhərində yaşayan bir şəxsin ona pul borcu olduğunu və həmin pulu geri almaq üçün Lənkərana gedəcəyini, axşam saatlarında rayona tək gedə bilmədiyini deyib, onunla birlikdə getməyi xahiş etməsi, dostluq münasibətləri olduğu üçün onunla razılaşaraq rayona getməsi, Əhmədin ona Lənkəran şəhərində “Əmi” adlı İranlı tanışının olduğu, iranlının ona narkotik vasitə və 2.000 (iki min) manat pul göndərəcəyini, ümumiyyətlə narkotik maddə götürməkdən ötrü Lənkəran şəhərinə gedəcəyini bildirmədiyi, Lənkəran şəhərinin mərkəzində tanımadıqları əraziyə gələrək Əhmədə pul borcu olan şəxsi gözləyəndə arxa tərəfdən tanımadığı şəxsin ona hücuma keçməsi, həmin şəxsin əlindən çıxaraq ərazidən uzaqlaşanda dalınca pis söyüş söyüldüyünü eşidib, geri qayıdaraq özünü müdafiə etmək üçün həmin şəxsə üzərində suvenir kimi saxladığı bıçaqla xəsarət yetirməsi, xəsarət yetirdiyi şəxslərin polis əməkdaşları olduqlarını bilməməsi, əks halda onlara müqavimət göstərib, bıçaqla xəsarət yetirməyəcəyi, ərazidə polis maşınları, polis geyimində şəxslər olmadığı, hava zülmət qaranlıq olduğu üçün onlara hücüm edən şəxslərin polis deyil, Əhmədə pul borcu olan adamlar olduğunu düşünməsi, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslərin onlara pis söyüşlər söyərək, onları yerə yıxıb döymələri, bununla da, onlara fiziki və psixoloji təzyiq, təsir göstərmələri, polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən çox pis döyüldüyü və psixoloji təsir altında olduğu üçün üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi, halbuki, üzərində aşkar edilən 50 qram heroini polis əməkdaşlarının onun cibinə qoyması, şöbədə olduğu müddətdə ona verilən kofe və keksə narkotik vasitə qatılması; Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaması, dostu Təqsirləndirilən şəxs1 Lənkəran şəhərində yaşayan bir nəfər tanıdığı şəxsin ona pul borcu olduğunu deyib, sonuncu ilə görüşüb pulu geri almaq üçün onunla birgə Lənkəran şəhərinə getməyi təklif etməsi, əslində Vüqara "Əmi" adlı İranlı tanışının olduğunu və həmin şəxsin Lənkəran şəhərində narkotik maddə qoydurduğunu söyləməməsi, öz istifadəsi üçün iranlıdan az miqdarda narkotik vasitə hesab edilən marixuana sifariş etməsi, heroin sifariş etmədiyi, həmin narkotik vasitəni Lənkəran şəhərindən götürüb Bakı şəhərinə daşıyacağı və özü üçün istifadə edəcəyindən Vüqarın xəbəri olmaması, İranlının dediyi əraziyə gəlib çatandan bir neçə dəqiqə sonra mülki geyimdə olan şəxslərin onlara hücum etmələri, həmin şəxslər həm də özlərini təqdim etmədikləri üçün onların polis əməkdaşları olduqlarını bilməməsi, mülki geyimdə olan şəxslərin onları yerə yıxaraq döyəndən sonra polis şöbəsinə aparmaları, müstəntiqin onun dediklərini deyil, ifadələrini başqa formada yazaraq ona imzalatdırması, ümumiyyətlə, "Əmi" adlı İranlı tanışının Lənkəran şəhərinə qoydurduğu narkotik maddələri götürüb Bakı şəhərinə qayıdıb, həmin narkotik maddələri iranlının deyəcəyi yerə qoymağı öhdəsinə götürmədiyi, habelə ifadəsində tapşırığı yerinə yetirməyi müqabilində "Əmi"nin onun plastik kartına 2.000 (iki min) manat məbləğində pul göndərəcəyini deməməsi, Regional Şöbədə cibinə iki büküm heroin qoyulması, daha sonra bir neçə polis əməkdaşının onları yerə yıxaraq möhkəm döymələri, videoçəkiliş zamanı qorxusundan aşkar edilən narkotik vasitələrin özünə məxsus olmasını bildirməsi, Bakı İstintaq Təcridxanasında tibbi yoxlamadan keçirilərkən həkimin onun aldığı xəsarətlərə baxmaması barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil və onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 inzibati binasında müdafiəçilərinin iştirakı ilə üzərlərində videoçəkilişlə aparılmış şəxsi axtarış və baxış keçirilməsi zamanı (həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərdən görünür) aşkar olunmuş narkotik vasitələrlə bağlı hər hansı narazılıq bildirməmiş, izahatlarında, şübhəli şəxs və təqsirləndirilən kimi verdikləri ifadələrində özlərini onlara elan olunmuş ittihamla təqsirli bilərək, onlara qarşı kimsə tərəfindən zor tətbiq edilməsi, bu və ya digər formada hədə-qorxu gəlinməsi, təzyiq və ya təsir göstərilməsini bildirməmişlər. Bundan başqa onların hər biri ayrı-ayrılıqda ifadələri hadisə yerində yoxlanılarkən əvvəlki ifadələrini təsdiq edərək, hadisə yerində bir daha əyani olaraq etiraf etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözü gedən qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, təqsirləndirilən şəxslər mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən onlara göstərilmiş fiziki və psixoloji təsir, təzyiq, habelə müstəntiq tərəfindən ifadələrinin doğru yazılmaması ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özləri, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda təqsirləndirilən şəxslər bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Buna baxmayaraq, Lənkəran Rayon Prokurorluğunun “sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iddia etdikləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X18 psixi və fiziki təzyiqlərə məruz qalmaları eləcə də, üzərilərinə narkotik vasitə qoyulması faktı araşdırılmış, lakin təsdiq olunmadığından həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən və şöbədə olduqları vaxt döyülərək xəsarət aldıqları barədə verdikləri ifadələr əsasında onların təcridxanaya daxil olarkən adlarına açılmış tibbi kitabçaların surətləri tələb olunaraq məhkəməyə gətirilmiş və həmin tibbi kitabçalardakı xəsarətlərlə təqsirləndirilən şəxslərin saxlanılarkən tibbi ekspertizadan keçiriləndə üzərlərində aşkar olunmuş xəsarətlər üst-üstə düşmüşdür. Bu da onu deməyə əsas verir ki, həqiqətən də, təqsirləndirilən şəxslər saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərdikləri vaxt aralarında baş vermiş qarşılıqlı insident nəticəsində xəsarət almışlar və bundan başqa onlara digər halda hər hansı bir fiziki güc tətbiq olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ifadələrinin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçilərinin iştirakları ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı təsirə məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, onlardan aşkar olunmuş narkotik vasitələrin çəkisi və müxtəlif növdə olmaları narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Həmçinin, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlara baxış keçirilməsi haqqında protokollarda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsindəki mobil telefon nömrəsində olan sms mətnlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ismarıclar olmuş, bu ismarıclar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Əmi” adı ilə qeyd olunmuş İranlı şəxsin istifadəsində olmuş mobil operatorlara məxsus nömrələr arasında olmuş, hadisə baş verən ərəfədə günün müxtəlif saatlarında bir-birləri ilə əlaqə saxlamış, mesajlaşmışlar. Həmçinin, məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD disklərə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlar arasında hadisə baş verən gün telefon danışığı olmuşdur. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin narkotik vasitə olan heroin və marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları onların məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə heyəti Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi həmin maddənin 126.1-ci maddəsində (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) nəzərdə tutulan əməllər zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; həmin Məcəllənin 315-ci maddəsi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyəti müəyyən edir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsiyyətlərinə diqqət yetirsək görərik ki, onların hər ikisi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 baş əməliyyat müvəkkili və polis nəfəri vəzifəsində xidmət edirlər və 10 sentyabr 2023-cü il tarixdə daxil olmuş Zaqatala şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cənub bölgəsində külli miqdarda narkotik vasitələri Lənkəran şəhəri ərazisində əldə etmək və Bakı şəhərinə daşımaq niyyətində olmaları barədə əməliyyat məlumatının yoxlanılması, adı hallanan şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən və yaxud törətdikdən sonra yaxalanmaları, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 tərəfindən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran (Zərərçəkmiş şəxs1 münasibətdə) və sağlamlığa ağır zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən (Zərərçəkmiş şəxs2 münasibətdə) xəsarətlər almışlar. Bundan başqa, hər iki təqsirləndirilən şəxsin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin; 12-ci bəndinə əsasən, təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, yəni Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci və Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3, 315-ci və Təqsirləndirilən şəxs2 əməllərində həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 atası və qardaşının müharibə veteranı statusunda olmalarını, qardaşının müxtəlif medallarla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində azyaşlı uşağının olması, habelə, barəsində yaşayış yeri üzrə nümayəndəliyə hər hansı bir şikayətin daxil olmaması, narkotik istifadəçisi olduğu üçün peşmançılıq çəkməsidir. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə; 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə; 315-ci maddənin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 126.2.2, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə müvafiq olaraq həmin Məcəllənin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.5 və 132.1.7-ci maddələrinin tələbinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy Note10” markalı smartfon tipli mobil telefon, hadisə vaxtı əynində olmuş bir ədəd uzunqol papaqlı köynək, bir ədəd cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A5” markalı smartfon tipli mobil telefon, içərisində bir ədəd “birbank” plastik kartı, bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan bir ədəd pulqabı onların hər birinin ayrı-ayrılıqda yaxın qohumlarına, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd mayka, bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd tuman onun özünə qaytarılmalı; hadisə baş verən gün Təqsirləndirilən şəxs1 üzərində olmuş və hadisə zamanı polis əməkdaşlarına xəsarət yetirərkən istifadə etdiyi bir ədəd bıçaq, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə əldə etdikləri, üzərlərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında olan ümumi təmiz çəkisi 12740,0 qram olan marixuana, ayrı-ayrılıqda təmiz çəkisi 955,0 qram, 49,424 qram, 48,962 qram olmaqla ümumi çəkisi 1053,386 qram olan heroin məhv edilməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərlə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 399 (üç yüz doxsan doqquz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 199 (bir yüz doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 399 (üç yüz doxsan doqquz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 199 (bir yüz doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy Note10” markalı smartfon tipli mobil telefon, hadisə vaxtı əynində olmuş bir ədəd uzunqol papaqlı köynək, bir ədəd cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A5” markalı smartfon tipli mobil telefon, içərisində bir ədəd “birbank” plastik kartı, bir ədəd 5 (beş) ABŞ dolları pul əskinası olan bir ədəd pulqabı onların hər birinin ayrı-ayrılıqda yaxın qohumlarına, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd mayka, bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd tuman onun özünə qaytarılsın; hadisə baş verən gün Təqsirləndirilən şəxs1 üzərində olmuş və hadisə zamanı polis əməkdaşlarına xəsarət yetirərkən istifadə etdiyi bir ədəd bıçaq, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə əldə etdikləri, onlardan aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında olan ümumi təmiz çəkisi 12740,0 qram olan marixuana, ayrı-ayrılıqda təmiz çəkisi 955,0 qram, 49,424 qram, 48,962 qram olmaqla ümumi çəkisi 1053,386 qram olan heroin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-326/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-326/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver