Məhkəmə qərarları › İş №1(099)-327/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-327/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-327/2022 27.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Cəlilabad şəhəri, ünvan 1 ünvanda yaşayan, 21 fevral 2022-ci il tarixli qərarla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə və 03 avqust 1969-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmünə əsasən CM-in 32,5 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş , ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2.305 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq 13 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Cəlilabad şəhəri, Füzuli küçəsində həmin narkotik vasitənin 0.883 qram hissəsini tanışı Təqsirləndirilən şəxs1 10 manat müqabilində qanunsuz olaraq satmış, 13 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən üzərindən həmin 0.883 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, bununla yanaşı 14 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin 2.305 qram çəkidə narkotik vasitənin narkotik vasitənin 1.422 qram çəkidə qalan hissəsi 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 13 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, Füzuli küçəsində tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə ümumi təmiz çəkisi-0.883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manat alıb daşımaqla üzərində saxlamış, 13 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 yanvar 2022-ci il tarixdə Cəlilabad şəhərində Cəliabad rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada onun üzərində videoçəkilişlə vəkilinin iştirakı ilə axtarış keçirərkən, üzərindən bir bükümdə heroin götürmüşlər. Lakin həmin narkotik çəkilişdən əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır. O heç vaxt Cavidə narkotik vasitə satmamışdır. Həmin gün Cavidlə onun arasında telefon danışıqları olmuşdur. Lakin Cavidlə narkotik barədə deyil, topaz oyunu ilə əlaqədar olaraq danışıqları olmuşdur. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 14 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı Cəlilabad şəhəri, Füzuli küçəsində piyada hərəkətdə olduğu zaman yerdə sellofana bükülmüş bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, bükülüdə heroinə bənzər maddə olduğunu müəyyən etmişdir. O, özü narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni götürmək qərarına gəlmiş və həmin narkotik vasitəni üzərində saxlamışdır. Daha sonra 14 yanvar 2022-ci il tarixdə saxlanılaraq Cəliabad rayon Polis şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Yaşar Nağıyevin iştirakı ilə həmin narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, o, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. O, heç vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. O, ümumiyyətlə narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs2 tanıyır. 13 yanvar 2022-ci il tarixdə onu Cəliabad rayon Polis Şöbəsinin əməkdaşları saxlayararaq şöbəyə aparıb, orada videoçəkilşlə üzərində axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Üzərində götürülmüş narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. O Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır. Saxlanıldığı gün Əlövsətlə telefon əlaqəsi saxlamasının səbəbi isə topaz oyunu ilə bağlı olmuşdur. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 aya yaxındır ki, narkotik vasitə istifadə edir və əvvllərdə narkotik vasitə istifadə etmişdir. İndiyə kimi istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Lakin son zamanlar təxminən 4 dəfə əvvəllər tanıdığı Cəlilabad şəhər sakini Əlövsət adlı şəxsdən gündəlik istifadə üçün narkotik vasitə alaraq istifadə etmişdir. Sonuncu dəfə isə 13 yanvar 2022-ci il tarixdə təxminən saat 11 radələrində o, istifadəsində olan +994-***-***- **-** saylı mobil nömrə ilə Əlövsətin istifadə etdiyi +994-***-***-**-** saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlamış və Əlövsətin yaşadığı Füzuli küçəsinə gedərək küçədə Əlövsətlə görüşüb ondan şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir büküm narkotik vasitə olan heroin almış və həmin narkotik vasitə heroini cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Əlövsətdən aldığı narkotik vasitəni istifadə etmək məqsədilə 13 yanvar 2020-ci il tarixdə təxminən saat 13 radələrində Cəlilabad rayonu, M.Hüseyn küçəsində yerləşən Cəlilabad RMX-nın yaxınlığında olan köhnə tikiliyə getdyi zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, da polis əməkdaşlarına üzərində bir büküm narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul edib Cəlilabad RPŞ-yə gəlmişdir. Sonra ona müdafiəçi təqdim olunmuş və video çəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı predmet vardırsa könüllü olaraq təqdim etsin. O da üzərində narkotik vasitə olan heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 büküm narkotik vaitə olan heroini polis əməkdaşalarına təqdim etmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunan cinayət əməllərini törətmələri məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 etirafedici və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələrindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və cinayət işinin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə, təxminən saat 14 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Quliyev X4 şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və videoçəkilişlə müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarını cibində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni 13 yanvar 2022-ci il tarixdə Əlövsət adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra isə bükülü qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. 14 yanvar 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Məmmədov X3 şəhəri ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilmiş və onun da üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Əlövsət də əynindəki şalvarının cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, onun təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisinə baxış keçirilərkən həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəni 14 yanvar 2022-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə həmin bükülü qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə CPM-in 329.1-ci maddəsinə əsasən ifadəsi elan edilməklə tədqiq edilmiş gəlməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o həmin ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, satışı və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən uyğun olaraq o və Cəlilabad RPŞ-nin KQ-nin F və DH üzrə kiçik inspektor təlimatçısı, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 yanvar-ci il tarixdə, təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs1 müşahidə etdikdən sonra, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Caviq Quliyev isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Caviq Quliyevin üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Caviq Quliyev də onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Caviq Quliyev təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Caviq Quliyevə təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Caviq Quliyev əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin vardır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisinə baxış keçirilərkən həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni 13 yanvar 2022-ci il tarixdə Əlövsət adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Bundan başqa, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ona daxil olmuş əməliyyat məlumatlarına əsasən Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə uyğun olaraq o, və Cəlilabad RPŞ-nin KQ-nin F və DH üzrə kiçik inspektor təlimatçısı, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə onun icraatına daxil olan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Tural Şahbazov tərəfindən verilmiş əməliyyat tapşırığında qeyd edilən Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin satan Əlövsət adlı şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 olduğu yer müyyən edilərək 14 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, Füzuli küçəsində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs2 müşahidə etdikdən sonra, Cəlilabad şəhəri, Füzuli küçəsində ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisinə baxış keçirilərkən həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəni 14 yanvar 2022-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan 13 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülü çıxarıb təqdim edərək, bükülünün içərisində heroin olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Cəlilabad şəhər sakini Əlövsət adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş heroinə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 13 yanvar 2022-ci il tarixli 19/45 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir bükümdə kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0.883 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0.883 qram,cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,883 qramdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bükümdə qalıq çəkisi 0.783 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 13 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, Füzuli küçəsində Təqsirləndirilən şəxs2 ona 10 manat qarşılığında heroin satmasını bir daha onun üzünə qarşı təstiq etmişdir. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 14 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə heroini əldə etdiyi Əlövsət adlı şəxs Cəlilabad şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2dur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan və istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protkolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülü çıxarıb təqdim etmişdir. X7 həmin bükülünün içərisində narkotik vasitə olmasını və onu Cəlilabad şəhəri, Füzuli küçəsində yerdən tapdığını bildirmişdir. Bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 15 yanvar 2022-i il tarixli, 19/55 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,422 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,422 qram, cəmi tədqiqata sərf olundu 0,05, qalıq 1,372 qramdır. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qalıq çəkisi 1,322 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli, 19/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin Rəy № 19/55.....” və “Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin Rəy № 19/45.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, 2 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 10 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Cəlilabad şəhəri, Füzuli küçəsi, ev 78-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 almışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə mütəmadi olaraq Cəlilabad RPŞ-nə əməliyyat məlumatları daxil olmuşdur. İş materiallarına olan "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli məktubu ilə Cəlilabad RPŞ-nə gönədirilmiş Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə üzrə telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş zəng cədvəlindən görünür ki, ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda və 13 yanvar 2022-ci il tarixdə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zənglər edilərək danışıqlar olmuşdur. İş materiallarına olan "xxxx" MMC-nin 21 fevral 2022-ci il tarixli məktubu ilə Cəlilabad RPŞ-nə gönədirilmiş Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrə üzrə telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş zəng cədvəlindən görünür ki, ***-***-**-** saylı mobil nömrəyə ilə müxtəlif vaxtlarda və 13 yanvar 2022-ci il tarixdə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrədən zənglər edilərək danışıqlar olmuşdur. Cinayət işinin materiallarında olan Cəlilabad rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxz Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında izahatında istintaqa obyektiv və səmimi izahat verdiyini, peşman olduğunu və ilk dəfə az ağır cinayət törətdiyini göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 saxlanılarkən onun üzərindən aşkar edilərək götürülmüş heroinin ona məxsus olmadığını və Təqsirləndirilən şəxs1 heroin satmadığını, Təqsirləndirilən şəxs1 isə saxlarkən üzərindən aşkar edilərək götürülmüş narotik vasitənin ona aid olmadığını və Təqsirləndirilən şəxs2 ona narkotik vasitə satmadığını və əvvəllər və saxlanıdıqları gün aralarında olan telefon danışıqlarının topazla bağlı olduğunu bildirmişlər. Məhkəmə onların qeyd edilən ifadələrini özlərini və biri-digərini müdafiə məqsədi daşıyan ifadə olmaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadələr olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə vəkillərinin iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, onların hər birinin üzərinə şəxsi axtarış keçirilərkən, polis əməkdaşlarının təklifi ilə üzərlərində olan narkotik vasitə heroini təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroini tardığını və özü istifadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs1 isə üzərində saxladığı bir bükümdə heroini saxlanıldığı gün Təqsirləndirilən şəxs2 20 manat verməklə alaraq özü istifadə etmək üçün üzərində saxladığnı bildirmişlər. Məhkəmədə elan edilməklə tədqiq edilmiş vəkillərinin iştirakı ilə verdikləri ifadələrin də də tyəqsirləndirilən şəxslər göstərilən xüsusatları təstiq etmişlər. Cinayət işinin materiallarında olan üzləşdimədə istintaq hərəkəti protokolundan da görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə heroini həmin gün Əlövsət Quliyevə 20 manat verməklə aldığını onun üzünə qarşı bir daha təstiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizısının rəylərindən də görünür ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş heroinlər eyni tərkiblidirlər. Bundan başqa cinayət işinin materiallarında olan AZƏR FON və BAK SELL MMCdən daxill olmuş telefon zənglərinə baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ilə müxtəlif vaxtlarda və 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrədən zənglər edilərək danışıqlar olmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı dindirilərkən aralarında baş tutmuş telefon danışıqlarının topaz oyunu ilə əlaqədar olması barədə heç bir fikir bildirməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun gələn səmimi etirafedici ifadə olduğundan, o cümlədən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən narkotik vasitə aşkar olunub götürülməsi hissəsində sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.4.3-cü maddəsinin və Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs1 isə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 1981-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. Cəlilabad şəhəri, ünvan 1 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs1 03 avqust 1969-cu ildə Cəlilabad şəhərində doğulmuşdur. ünvan 2 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Cəlilabad rayon məhkəməsinin 12 yanvar 2011-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 9 aprel 2012-ci il tarixdə cəzadan azad olunmuşdur. CM-in 83-cü maddəsinə əsasən onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs Quliyev X5 rayon məhkəməsinin 26 fevral 2013-cü il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.1-ci maddələri təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarına əsasən o cəzadan azad edilmişdir. Daha sonra o Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmünə əsasən CM-in 32,5 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarına əsasən 9 ay 3 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 22 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən həbs müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan ibtidai istintaq orqanının 14 yanvar 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 16 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbs müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki,cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, eləcədə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidir. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyalı uşaqlarının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Quliyev X5 rayon məhkəməsinin 26 fevral 2013-cü il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.1-ci maddələri təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarına əsasən o cəzadan azad edilmişdir. Daha sonra o Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmünə əsasən CM-in 32.5,206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarına əsasən 9 ay 3 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 22 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi onun sonuncu məhkumluğu ödənilmədən o qəsdən yenidən ağır cinayət törətmişdir. Onun əməlində CM-in 18-ci maddəsinə əsasən cinayətlərin residivi halı mıvcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-in 65.2-maddəsinin tələbinə əsasən onun təqsirləndirildiyi maddədə müəyyən edilmiş cəzanın son həddinin yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 14 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə dəyişdirlməli və o məhkəmə iclas zalından dərhal həbs edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəsisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 1,372 və 0 ,883 qram olan heroinlər məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi 150 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 75 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2,132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o məhkəmə iclas zalından dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. 2.Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 1,372 və 0,883 qram olan heroinlər məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 150 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 75 manat alınmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar