Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-327/2025 03.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X13 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Viravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 oktyabr 2025-ci il tarixdə saat 11:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 02 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə saat 01:50 radələrində məlum olmayan şəxs tərəfindən naməlum tarixdə və şəraitdə Lənkəran-Lerik yolunun 33-cü kilometrində yolun hərəkət hissəsindən təxminən on metr kənarda yerləşən tikilinin içərisində gizlədilmiş bir ədəd ağ rəngli kisədə olmaqla 10 (on) ədəd bağlamada qablaşdırılmış külli miqdarda -9605,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə əldə edərək, üzərində saxlamaqla onun əsl cinayətkar niyyətindən xəbərsiz olan taksi sürücüsü Şahid4 idarə etdiyi “Kia Rio” markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 19 fevral 2025-ci il tarixdə saat 01:54 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran-Lerik rayonunun 33-cü kilometrində saxlanılmış, üzərinə şəxsi axtarış zamanı ona aid bir ədəd ağ rəngli kisədə qablaşdırılmış, on ədəd bağlamada ayrı-ayrılıqda 875,0 qram, 860,0 qram, 430,0 qram, 835,0 qram, 875,0 qram, 900,0 qram, 990,0 qram, 990,0 qram, 1000,0 qram, 990,0 qram olmaqla külli miqdarda- 8745,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Lerik rayonu Babaocağı kəndində (Bobogil kəndi) yaşayan bacısı və bacısının uşaqlarını Lerik rayonundan Bakı şəhərinə gətirmək üçün dostu Fuadın tanışı, taksi fəaliyyəti ilə məşğul olan Şahid4 “Kia Rio” markalı avtomobili ilə Bakı şəhərindən Lerik rayonuna yola düşmüşdür. 18 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixə keçən gecə saat təxminən 00:00 radələrində Lerik rayonu ərazisinə gəlib çatmış, bacısının yaşadığı kəndə gedərkən yolda təbii ehtiyacını ödəmək zərurəti yarandığından bu barədə avtomobilin sürücüsü Yahyaya bildirmiş, Yahya da avtomobili yolun kənarında saxlamışdır. O, avtomobildən düşdükdən sonra təbii ehtiyacını ödəmək üçün bir qədər yoldan kənara doğru hərəkət etmiş, həmin vaxt mülki geyimli polis əməkdaşları onun üzərinə qaçaraq saxlamışlar və ona narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişlər. Həmin vaxt yaranmış səs-küyü eşidən Yahya avtomobillə oradan uzaqlaşmışdır. O, polis əməkdaşlarına narkotik vasitə əldə etmək üçün gəlmədiyini, bacısıgilə gəldiyini bildirsə də, polis əməkdaşları onu döyərək yolun kənarında olan tikilinin içərisində olan bir ədəd ağ rəngli kisənin içərisindəki narkotik vasitənin ona məxsus olmasını etiraf etməyini tələb etmişlər. Polis əməkdaşlarının vurduğu zərbə nəticəsində sağ qabırğa nahiyyəsindən xəsarət almışdır. Polis əməkdaşlarının təzyiqi altında videoçəkiliş zamanı Lerik rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Videoçəkiliş zamanı Yahyanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını polis əməkdaşlarından eşitmişdir. Saxlanıldıqdan sonra Lerik RPŞ-nin inzibati binasına aparılmış, orada da polis əməkdaşları ona fiziki təzyiq göstərməyə davam etmişlər. Aldığı xəsarətlərdən halı pisləşdiyindən Lerik RPŞ-nin inzibati binasına təcili təxirəsalınmaz tibbi yardım briqadası çağırılmış, həkim tərəfindən ona tibbi yardım göstərilmişdir. Ona tibbi yardım göstərən adını hal-hazırda xatırlamadığı həkimə də polis əməkdaşlarının döyməsi nəticəsində xəsarət aldığını bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, 2021-ci ildən etibarən narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşları onu Lerik rayonu ərazisində təxminən saat 00:00-01:00 aralığında saxlamışlar, ona qarşı bir saata yaxın müddətdə fiziki təzyiq göstərmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir şəxslə sövdələşməsi olmamışdır. Mobil telefonuna quraşdırılmış “Whatsapp” mobil tətbiqində İran İslam Respublikasına məxsus mobil opertorlara aid nömrələr onun qohumlarına məxsusdur, onlarla 18-19 fevral 2025-ci il tarixlərdə çoxsaylı danışıqları haləhval tutmaq məqsədilə olmuşdur, həmin şəxslərlə narkotik vasitələrlə bağlı hər hansı bir danışığı olmamışdır. Şahid4 əvvəllər tanımamış, Lerik rayonuna getmək üçün taksi axtararkən dostu Fuad Yahyanı taksi sürücüsü kimi ona təqdim etmişdir. Yahya polis əməkdaşlarının onu döydüyünü görərək qorxub avtomobillə həmin yerdən uzaqlaşmışdır. O, istintaq təcridxanasına daxil olarkən sağ qabırğa nahiyyəsindən aldığı xəsarət barəsində tibb məntəqəsinin həkiminə məlumat vermişdir. Sağ qabırğa nahiyyəsində iki aya yaxın müddətdə şiddətli ağrılar olduğundan hesab edir ki, qabırğası ya sınmış, ya da çatlamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hal-hazırda Azərbaycan Respublikasında həbsdə olan İran İslam Respublikasının vətəndaşı Bəşir adlı şəxslə dostluq münasibətləri vardır. Arabir Bəşirlə əlaqə saxlayır. Bəşirin qardaşı X28 Respublikasında yaşayır. O təxminən iki ay olar ki, Fazil ilə onun istifadəsində olan +98 914 976 74 20 və +98 936 126 17 saylı mobil nömrələr ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə mütəmadi olaraq danışırlar. Özü narkotik vasitə olan marixuana istifadiçisidir. Fazil ilə əlaqə saxlayan zaman ona “rayona gedirəm, mənim üçün kiçik bir miqdarda narkotik vasitə təşkil et” demiş, Fazil ona razılıq vermişdir. xx.xx.2025-ci il tarixdə o Bakı şəhərindən Lənkəran rayonuna qayıtmaq istəmiş, tanışlarından onun üçün taksi tapmaqlarını xahiş etmiş, onun üçün “KİA RİO” markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil göndərilmişdir. Həmin gün saat 20 radələrində Bakı şəhərindən Lənkəran istiqamətinə yola düşmüşlər. Lənkəranda olan zaman Fazil ona “narkotik vasitə Lerik rayonundadır” demiş və “Whatsapp” sosial şəbəkəsində ona konum göndərmişdir. O, taksi sürücüsü Yəhyaya Lerik rayonuna getmək istədiyini bildirmişdir. Lerik rayonunda Fazilin göndərdiyi ünvana çatmışlar. Fazilin ona dediyi yerdən narkotik vasitəni götürmək istəyərkən orada bir ədəd ag rəngli kisənin olduğunu görmüşdür. Kisəni açıb içərisinə baxan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman taksi sürcüsü həyəcanlanaraq avtomobili sürərək oradan uzaqlaşmışdır. Polislər kisəyə baxış keçirtmişlər. Kisənin içərisində çoxlu sayda bağlamalar olmuşdur. Çəkilişlə bağlamaları qablaşdırılmış və o Lerik RPŞ-yə gətirilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Onun üzərinə daha əvvəl baxan olmayıb, o saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. İran İslam Respublikasının vətəndaşı Fazil onunla əlaqə yaradaraq narkotik vasitənin Lerik rayonunda olduğunu bildirmişdir. Həmin şəxs narkotik vasitəni kimin köməkliyi ilə hansı yollarla Lerik rayonuna daşınmasına nail olması və narkotik vasitənin hansı ölkənin ərazisindən Lerik rayonuna çatdırılması barədə ona hər hansı bir məlumat verməmişdir. Həmin şəxs Azərbaycan ləhcəsi ilə danışırmış, aldadıldığını başa düşmüşdür. Həmin şəxsin İran İslam Respublikasında olduğuna inanmır. X26 Respublikası vətəndaşı olduğunu demiş, həmin şəxsi görməmiş, onun harada olduğunu, hansı yollarla narkotik vasitəni Lerik rayonuna gətirməsini bilməmiş və bu barədə məlumatı olmamışdır. X29 Respublikası vətəndaşı kimi təqdim edən şəxslə heç bir zaman görüşməmişdir. Onun harada yaşadığını bilmir. Səbəb isə narkotik vasitəni əldə edib istifadə etmək istəməyi olmuşdur. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitə satışı ilə məşğul olmamışdır. Şahid4 Lerik rayonuna narkotik vasitə üçün gəlməyindən xəbəri olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. O, Lerik rayonuna narkotik vasitə əldə etmək üçün gəlməmişdir. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində istifadəsində olan “Kia Rio” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə tanışı Fuad əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ödəniş müqabilində Lerik rayonuna aparmaq lazım olduğunu bildirmişdir. O, Səbuhi ilə 130 manat pul qarşılığında Lerik rayonuna aparıb, geri Bakı şəhərinə gətirmək barədə razılaşmışdır. Səbuhi ona bildirmişdir ki, Lerik rayonuna ailə üzvlərini götürmək üçün gedir. Onlar xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Lerik rayonu ərazisinə çatmış, Səbuhi ona avtomobili yolun kənarında saxlamağı bildirmişdir. O, avtomobili yolun kənarında saxladıqdan sonra Səbuhi avtomobildən enərək kənara çəkilmiş, az sonra qışqırıq səsləri eşitmiş, qorxusundan avtomobili yüksək sürətlə idarə edərək həmin yerdən uzaqlaşmışdır. Avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində qarşısına daş çıxdığından manevr etməyə çalışmış, bu zaman idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Az sonra yol-patrul xidmətinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gəlmişlər. Təxminən qırx dəqiqə sonra təxirəsalımaz X25 briqadası hadisə yerinə gələrək onu Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyyə etmişdir. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə davam edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, Təqsirləndirilən şəxs Lerik rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsi barədə ona heç bir məlumat verməmiş, həmçinin o da, Səbuhinin hərəkətlərindən şübhələnməmişdir. Yolboyu Səbuhi istifadəsində olan mobil telefonla oynamışdır. Lerik rayonu ərazisində o Səbuhinin göstərişi ilə Lerik rayonu ərazisində Səbuhinin saxlanıldığı yerdən bir qədər irəli (Lerik şəhəri istiqamətində) hərəkət etmiş, daha sonra yenidən Səbuhinin göstərişi ilə geriyə hərəkət etmişlər. Səbuhi ona avtomobili yolun kənarında saxlamasını bildirmiş, bu zaman avtomobili hansı səbəbdən saxlamalı olduğunu ona bildirməmişdir. Səbuhinin polis əməkdaşları tərəfindən döyülməsinin, eləcə də, Səbuhinin əlində torba olmasının şahidi olmamışdır. Səbuhi polis əməkdaşları tərəfindən saxlanılarkən yaranmış səs-küydən qorxduğundan oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 02 radələrində yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Lerik rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, Polis şöbəsinin rəisinə məruzə olunduqdan sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatında qeyd edilmiş ərazini müşahidə altına almış, Təqsirləndirilən şəxs həmin yerə şəxsiyyəti sonradan məlum olan Şahid4 istifadəsində olan avtomobillə gəlmiş, avtomobildən enərək gizlədilmiş torbanı götürərək geri qayıdarkən ona yaxınlaşan polis əməkdaşlarını görərək torbanı ataraq qaçmağa başlamışdır. Lakin, onlar Səbuhini saxlamağa nail olmuş, həmin vaxt avtomobilin sürücüsü Şahid4 avtomobili idarə edərək oradan uzaqlaşmış, bir qədər irəli idarəetməni itirdiyindən yol-nəqliyyat hadisəsi törədərək saxlanılmışdır. Təqsirləndirilən şəxs aid torbaya baxış zamanı narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələr aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs barəsində olmuş, onun Lerik rayonuna kiminlə və hansı nəqliyyat vasitəsində gələcəyi barədə onlarda məlumat olmamışdır. Həmin ərazini təxminən iki saat ərzində müşahidə altında saxlamışlar. Səbuhi saxlanılarkən eləcə də, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Səbuhi saxlanılarkən ağrıdığını bildirmiş, həmin ağrını böyrək sancısı ilə əlaqələndirmişdir. Şahid4 yol-nəqliyyat hadisəsi törətməsini digər polis əməkdaşlarından eşitmiş, Təqsirləndirilən şəxs üzərindəki torbada narkotik vasitə aşkar edilməsi ilə bağlı videoçəkiliş aparıldıqdan sonra Şahid4 yol-nəqliyyat hadisəsi törətdiyi yerə getmişlər, orada Yahyanın idarə etdiyi avtomobilə baxış keçirilərkən Səbuhiyə məxsus mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid4 Lerik RMX-nin təxirəsalınmaz X25 briqadası tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyyə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Lerik rayonu mərkəzi xəstəxanasının X25 Şöbəsinin həkim terapevti vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində Lerik RPŞ-dən daxil olmuş çağırış əsasında Təqsirləndirilən şəxs müayinə etmiş, müayinə zamanı Səbuhi ona bədənində ağrılar olduğunu bildirmiş, bununla bağlı Səbuhiyə ağrıkəsici inyeksiya etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar etməmiş, eləcə də Səbuhi ona xəsarət alması barədə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 tibb məntəqəsinin rəisi vəzifəsində işləyən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X4 daxil olarkən onun tərəfindən tibbi müayinə olunmuş, müayinə zamanı Təqsirləndirilən şəxs kürək nahiyyəsində köhnə yanıq izləri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri qaynaqçı işləyərkən aldığını bildirmişdir. Qeyd olunandan başqa Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına tibbi karta açılaraq qeydiyyat alınmışdır. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə əlavə etmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, sağ qabırğa nahiyyəsindən xəsarət alması barədə ilkin tibbi müayinə zamanı ona heç bir məlumat verməmişdir. Yalnız, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona müraciət edərək polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını, sağ qabırğasının sındığını bildirmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs qabırğalarında sınıq və ya çat əlamətləri müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, “cinayət işinin başlanması haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Lerik RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx.xx.2025-ci il tarixli raportu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v. 2;) İşdə olan, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (Cild 1, i.v. 3-4;) İşdə olan, “əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, qrup rəhbəri polis mayoru X9 olmaqla, polis baş leytenantı Şahid1, polis kiçik leytenantı Şahid2, polis leytenantı Şahid3 və polis kapitanı X6 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v. 8;) İşdə olan, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması dair” protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:50 radələrində Lənkəran-Lerik avtomobil yolunun 33-cü kilometrində avtomobildən düşərək Lerik rayonu istiqamətində yolun sol tərəfində yerləşən tikiliyə yaxınlaşıb ağ rəngli torbanı götürüb avtomobilə doğru hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman avtomobil Təqsirləndirilən şəxs həmin əraziyə birlikdə gəldiyi avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə edərək ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən hər hansı qanunsuz predmet, əşya aşkar edilməmiş, ona aid bir ədəd ağ rəngli torbanın içərisində 10 ədəd bağlamada qablaşdırma ilə birlikdə çəkisi 10030 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, bir il əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşından onun üçün “nəşə” göndərməsini xahiş etdiyini, bununla əlaqədar iranlı tərəfindən onun üçün göndərilərək Lənkəran-Lerik yolunun kənarında köhnə təndirxanada gizlədilmiş narkotik vasitəni əldə etmək üçün Lerik rayonu ərazisinə gəldiyini, təndirxananın içərisində olan bir ədəd ağ rəngli torbanı götürüb təxminən üç-metr irəli apardığını, işıq gəldiyini görüb torbanı tulladığını, iranlının ona istifadəsi üçün daha az miqdarda narkotik vasitə göndərməli olduğunu, həmin əraziyə bir torba narkotik vasitə üçün gəlmədiyini göstərmişdir. Protokol tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs protokolu imza etməkdən imtina etmişdir. (Cild 1, i.v. 9-12;) İşdə olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş görüntülərdən görünür ki, Şahid4 istifadəsində olan Kia Rio markalı **-HU-*** dövlət qeydiyyat nömrəli avtomobillə Lerik rayonu Piran kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədərək xəsarət almış, avtomobilə isə maddi ziyan dəymişdir. Avtomobilə baxış zamanı avtomobilin salonunda Şahid4 və Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, i.v. 13-15;) İşdə olan, Lerik RPŞ-nin məsul növbətçisi polis baş leytenantı Coşqun Rəvvaqzadə tərəfindən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli məlumatdan görünür ki, həmin gün saat 02:00-da Lerik rayonu Piran kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Kia Rio markalı **-HU-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Şahid4 xəsarət almışdır. (Cild 1, i.v. 17;) İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kisənin içərisində olan on ədəd bağlamada qablaşdırma ilə birlikdə ümumi çəkisi 10030 qram narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələrə Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədov tərəfindən baxış keçirilərək həmin kütlələr müvafiq qaydada qablaşdırılmışdır. (Cild 1, i.v. 25-26;) İşdə olan, 19 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdən saat 06:00-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 19 fevral 2025-ci il saat 01:50-dən hesablanmışdır. (Cild 1, i.v. 43;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 19 fevral 2025-ci il tarixli, 19/71 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kisədə 10 ədəd ayrı-ayrı bükülüdə təmiz çəkisi 750,0 qram, -1030,0 qram, -1015,0 qram, -775,0 qram, -1025,0 qram, -995,0 qram, -1000,0 qram, -1000,0 qram, -1000,0 qram, -1015,0 qram olmaqla, ümumi təmiz çəkisi -9605,0 qram olan marixuana olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 9604,0 qramdır. (Cild 1, i.v. 57-60;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 100-101;) İşdə olan, “telefonlara baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı mobil telefona baxış zamanı telefona quraşdırılmış ”Whatsapp“ mobil tətbiqində X7 həmin tətbiqdə “İr2” adı ilə qeyd olunmuş +**********20 saylı nömrə ilə 18 fevral 2025-ci il tarixdə saat 20:20-də 28 saniyə, 20:23-də 18 saniyə, 20:32-də 01 dəqiqə 32 saniyə, saat 22:50də 40 saniyə, saat 23:35-də 13 saniyə, 19 fevral 2025-ci il tarixdə saat 00:21 01 dəqiqə 42 saniyə, 00:33-də 46 saniyə, 00:34-də 02 dəqiqə 8 saniyə, 00:53-də 13 saniyə, 01:03-də 01 dəqiqə 53 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir. (Cild 1, i.v. 109;) İşdə olan, Lerik rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(048)-6/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında özünü təqsirli bilməyərək, şəxsi istehlak miqdarında narkotik vasitə götürməyə getdiyini, ancaq orada daha çox narkotik vasitə olduğunu qeyd etmişdir. (Cild 1, i.v. 115- 119;) İşdə olan, “maddi sübut kimi tanımaq haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 9605,0 qram qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq çəkisi 9604,0 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, i.v. 129-130;) İşdə olan, Lənkəran ŞİH başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 aprel 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddət Bakı şəhərində yaşadığından onun ailə tərkibi və şəxsiyyətini xarakterizə edən hallar barədə nümayəndəlikdə məlumat yoxdur. (Cild 1, i.v. 145-146;) İşdə olan, Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, i.v. 148-149;) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v. 159-160;) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X18 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 20 fevral 2025-ci il tarixli 92 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 163-164;) İşdə olan, “sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işinin ayrılması haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 167-174;) İşdə olan, “Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış etmə haqqında” 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin protokolda Təqsirləndirilən şəxs əyazma ilə “həmin maddələrlə özümü təqsirli bilmirəm ona görə ki, Lerik rn. ərazisinə özüm istifadə etmək üçün 3-5 qram marixuana üçün gəlmişdim, həmin ünvana çatanda 1 kisədə narkotik vasitənin orada olduğunu gördüm. Əməlimin 234.1 maddəyə tövsif edilməsini xahiş edirəm” məzmununda qeyd yazmışdır. (Cild 1, i.v. 178;) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki ; Məhkəmənin sorğusuna cavab olaraq Lerik RPŞ-dən göndərilmiş müvafiq təsdiqedici sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00da Lerik RPŞ-yə gətirilmiş, xx.xx.2025-ci il tarixdə saat 11:20-də Lerik RMX-nin həkimi Şahid5 tərəfindən müayinə edilmiş, hər hansı xəsarət aşkar edilməmiş, ağrıları olduğu üçün ağrıkəsici inyeksiya edilmişdir. (Cild 2) Məhkəmənin sorğusuna cavab olaraq X3 xx.xx.2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş sənədlərdən (tibbi arayış və tibbi kitabçanın surəti) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə X4 daxil olmuş, həmin gün ilkin tibbi müayinə zamanı kürək nahiyyəsində çoxsaylı köhnə yanıq yaraları aşkar edilmiş, deməsinə görə həmin xəsarətləri həbsdən əvvəl qaynaqçı işlədiyi zaman almışdır. (Cild 2) Məhkəmənin müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı və Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mpbil nömrələrə dair məlumatlar "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə bir ədəd CD diskdə məhkəməyə göndərilmiş, həmin məlumatlara məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. (Cild 2) Məhkəmənin sorğusuna cavab olaraq Lənkəran RMX-nin 13 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Şahid4 xx.xx.2025-ci il tarixdə saat 04:23 radələrində “S30 Belin küt travması. S00 Alın nahiyyəsinin hematoması” diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdur. (Cild 2) Məhkəmənin sorğusuna cavab olaraq “Respublika Təcili və X11 Mərkəzi” PHŞ-nin 09 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, RTTTYM Lerik TTTY bölmsi üzrə Mərkəzi Çağrı Xidmətinə “103” xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Lerik rayonnu Piran kəndi ərazisində “avtoqəza” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış icra olunması üçün Lerik TTTY briqadasına saat 02:02-də ötürülmüş və briqada saat 02:05-də çıxaraq hadisə yerinə saat 02:50-də çatmışdır. Çağırışı icra edən briqada UAZ markalı **- JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20, həkim Şahid5 və tibb qardaşı X14 olmuşlar. Eləcə də, müvafiq təsdiqedici sənədin surəti məktuba əlavə edilmişdir. (Cild 2) Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 01/730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində o cümlədən, rentgen müayinəsi zamanı qabırğalarda hər hansı bir xəsarət və ya zədələnmə aşkar edilmədi. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının onun bədəninin müxtəlif nahiyyələrinə yumruq və təiklə vuraraq döydüklərini göstərmişdir. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki Təqsirləndirilən şəxs ona qarşı irəli sürülümüş ittiham üzrə özünü təqsirli bilməyərək üç ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə etmədiyini, Lerik rayonuna bacısını və onun uşaqlarını Bakı şəhərinə aparmaq üçün getdiyini, narkotik vasitə əldə etmək üçün hər hansı şəxslə heç bir sövdələşməsinin olmadığını, polis əməkdaşlarının onu xx.xx.2025-ci il tarixdə saat 00:00-01:00 aralığında saxladığını, polis əməkdaşlarının təxminən bir saat ərzində onu döydükdən sonra videoçəkiliş apardıqlarını, Lənkəran-Lerik yolunda təbii ehtiyacını ödəmək üçün avtomobildən yerə enib yoldan bir qədər kənara getdiyini, polis əməkdaşlarının onu həmin vaxt saxladıqlarını, məruz qaldığı işgəncələr nəticəsində qabırğasının sındığını bildirmişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs saxlanılma saatı ilə bağlı göstərdiklərin münasibətdə qeyd edir ki, məhkəmə istintaqı yenilənməmişdən öncə təqsirləndirilən şəxs ifadəsində xx.xx.2025-ci il tarixdə saxlanıldığını bildirmiş, onun istifadəsində olmuş mobil nömrənin anten məlumatları əldə edilib tədqiq edildikdən sonra onun 17-xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olduğu müəyyən edilmişdir. Bundan sonra isə təqsirləndirlən şəxs ifadəsini həmin hissədə dəyişərək xx.xx.2025-ci il tarixdə saat 00:00-01:00 aralığında saxlanıldığını bildirmişdir. Daha bir diqqət çəkən məqam isə təqsirləndirilən şəxsin əlavə məhkəmə tibbi eskpertizası zamanı xx.xx.2025-ci il tarixdə saat 22 radələrində saxlanılması ilə bağlı göstərdikləridir. Halbuki, Təqsirləndirilən şəxs istifadəsində olan “samsung galaxy a03s” markalı mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqinə baxış zamanı tətbiqdə “İr2” adı ilə qeyd olunmuş +**********20 saylı nömrə ilə 19 fevral 2025-ci il tarixdə saat 00:21 01 dəqiqə 42 saniyə, 00:33-də 46 saniyə, 00:34-də 02 dəqiqə 8 saniyə, 00:53-də 13 saniyə, 01:03-də 01 dəqiqə 53 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və Respublika Təcili və X11 Mərkəzi PHŞ-dən təqdim edilmiş sənədlərin qarşılıqlı təhlili bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt avtomobili yüksək sürətlə idarə edərək ərazidən uzaqlaşan Şahid4 isə idarəetməni itirməsi nəticəsində saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər bir dəlil – Lerik rayonuna narkotik vasitə əldə etmək üçün deyil bacısı və bacısının uşaqlarını Bakı şəhərinə aparmaq üçün gəlməsi barədə göstərdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirərkən onun həmin gün bacısı ilə hər hansı telefon danışığının olmaması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilərkən şifahi sorğu-sual zamanı, ilkin izahatında, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində İran İslam respublikasının vətəndaşı kimi tanıdığı şəxsin onun üçün narkotik vasitə göndərdiyini, Lerik rayonuna şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs Lerik rayonuna bacısı və bacısı uşaqlarını götürmək üçün gəlməsi barədə dediklərini təkzib edən digər bir dəlil isə onun Lerik rayonu ərazisində bacısının yaşadığı Bobogil (Babaocağı) kəndini Lerik şəhəri istiqamətində ötüb keçməsi, yenidən geri qayıdaraq həmin kəndi Lənkəran şəhəri istiqamətində keçməsidir (***-***-**-** saylı nömrəyə dair anten məlumatlarına əsasən). Belə ki, təqsirləndirilən şəxsin saxlanıldığı yer Lənkəran-Lerik yolunun 33-cü kilometri, Bobogil kəndinin isə həmin yolun 40-cı kilometrində yerləşməsi nəzərə alındıqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, onun istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə dair anten məlumatları və şahidlərin məhkəmə istintaqı zaman verdiyi ifadələrin qarşlıqlı təhlili nəticəsində belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi avtomobillə Bobogil kəndini Lerik şəhəri istiqamətində ötüb keçmiş, sonra geri qayıdaraq növbəti dəfə Lənkəran şəhəri istiqamətində ötüb keçmiş, yenidən Bobogil kəndi istiqamətində Lənkəran-Lerik yolu ilə hərəkət edib həmin yolun 33-cü kilometrində avtomobili geriyə manevr etdirərək Lənkəran şəhəri istiqamətində saxlatmışdır. Bu isə onu deməyə əsas verir ki, onun ümumiyyətlə həmin kəndə getmək niyyəti olmamışdır. Bundan başqa “Whatsapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs tətbiqdə “İr2” adı ilə qeyd olunmuş +**********20 saylı nömrə ilə 19 fevral 2025-ci il tarixdə saat 00:21-də 01 dəqiqə 42 saniyə, 00:33-də 46 saniyə, 00:34-də 02 dəqiqə 8 saniyə, 00:53-də 13 saniyə, 01:03-də 01 dəqiqə 53 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir ki, məhkəmə bununla bağlı Təqsirləndirilən şəxs “İranda yaşayan qohumumla hal-əhval tuturdum” məzmununda verdiyi ifadəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin özünün də məhkəmə iclas zalında qeyd etdiyi kimi, İranlı şəxslə danışmağın, ünsiyyət saxlamağın özü-özlüyündə “cinayət” olmamasını vurğulayan məhkəmə bildirir ki, həmin danışıqların Təqsirləndirilən şəxs Bakı şəhərindən Lerik rayonu hərəkətə başlayarkən və Lerik rayonu ərazisinə çatdıqdan sonra ardıcıl və çoxsaylı olması, həmin danışıqların aparıldığı saatlarda təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun anten məlumatlarının Lənkəran-Lerik yolu üzrə Lerik şəhəri istiqamətində həmçinin əksinə Lənkəran şəhəri istiqamətində tez-tez dəyişməsi həmin danışıqların “haləhval tutmaqla” bağlı olmamasını, əksinə gizlədilmiş narkotik vasitənin yerinin müəyyən edilməsi ilə bağlı olmasını göstərir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlil – 2021-ci ildən narkotik vasitələrdən istifadə etməməsi ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, ambulator X18 yoxlamanın 20 fevral 2025-ci il tarixli 92 saylı rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspres test üsulu ilə müyainə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+) və AMP (+) aşkar edilmiş, bununla əlaqədar rəyin nəticə hissəsində onun Polinarkomaniya xəsytəliyindən əziyyət çəkməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafəedici ifadələrini məhkəmədə tədqiq olunmuş sübutlarla, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Bu fikrin məntiqi davamı olaraq məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yuxarıda qeyd olunan hissələrdə sübut kimi qəbul etmir, hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin şəxsi mülahizələrinə əsaslanmaqla əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra polis əməkdaşlarının ona qarşı zor tətbiq edərək işgəncə vermələri ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhk əmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxs, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməsini yalnız videoçəkiliş zamanı əlini sağ qabırğa nahiyyəsini tutması və ona TTTY-yə edilmiş çağırış üzrə həkim tərəfindən tibbi yardım göstərilməsi ilə əsaslandırmışdır ki, məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələrində tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində döyülməyə xarakterik hər hansı xəsarət aşkar etmədiklərini, Təqsirləndirilən şəxs da onlara polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı məlumat vermədiyini göstərmişlər. Şahid6 isə əlavə olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması barədə məlumatı ona təcridxanaya daxil olduqdan bir neçə ay sonra məhkəmə istintaqı zamanı verdiyini göstərmişdir. Eləcə də, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 14 nömrəli və əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 01/730 nömrəli rəylərindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, özünün də fiziki təzyiqə məruz qalması ilə bağlı ifadələrinin ziddiyyətli olmasını nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Bundan başqa müdafiə tərəfi Təqsirləndirilən şəxs “polis təhriki” nəticəsində həmin yerə getməsi ilə bağlı iddia irəli sürsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində İran İslam Respublikasına məxsus mobil nömrələrin sahiblərinin onun qohumları olması və həmin şəxsləri tanıması ilə bağlı göstərdiklərinə istinad edərək hesab edir ki, həmin dəlil də tamamilə əsassızdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi ümumilikdə 9605,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 1921 dəfə, külli miqdarından isə təxminən 19 dəfədən artıq olması, şahid ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Bununla belə məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını yalnız Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göndərməsi ilə bağlı göstərdikləridir. Məhkəmə qeyd edir ki, hətta həmin ifadələrdə belə Təqsirləndirilən şəxs ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı arasında cinayət törədilməmişdən öncə razılaşmanın nədən ibarət olmasını, iş üçün əhəmiyyətli olan digər halları o cümlədən həmin şəxsin şəxsiyyətini müəyyən etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilməsi Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına zidd olduğundan ona verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə olan ittiham çıxarılmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünü ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahid ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə azad edilmişdir. (Cild 1, i.v 147-149;) Görünüdüyü kimi Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Qanunun qeyd olunan normalarının tələbləri baxımından Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qanunun qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs 6 (altı) ildən az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi (CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X18 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 20 fevral 2025-ci il tarixli, 92 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Lerik RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 9604 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, avtomobilə baxış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A03” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ğlundan 120 (bir yüz iyirmi) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan həmin məcəllənin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə üzrə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Lerik RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 9604,0 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A03” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-327/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-327/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver