Məhkəmə qərarları › İş №1(099)-328/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-328/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-328/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə xx xxxx 1968-ci ildə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarışılıqlı olaraq dövlət qurumlarına etdikləri müxtəlif şikayətlərlə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mütəmadi mübahisələr zamanı qonşuluğunda yaşayan qardaşı X4 onun və ailə üzvlərinin ünvanına dəfələrlə nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, 28 dekabr 2021-ci il tarixdə cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı Saatlı rayonu Qıraqlı kəndində yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində oğlu Şahid3 məxsus fərdi yaşayış evinin tövləsindən gizlincə götürərək üstündə gəzdirdiyi, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə həmin gün saat 15 radələrində Abdulrəhman Əliyevin yaşadığı Saatlı rayonunun Qıraqlı kəndində yerləşən fərdi yaşayış evi istiqamətində gedərək həmin evin giriş darvazasının qarşısında oturacaqda oturan Abdulrəhman Əliyevin üzərinə qətiyyətli addımlarla irəliləyib sonuncunun yaxını, qeyrirəsmi nikahda olduğu arvadı Şahid1 gözü qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib Şahid1 xüsusi əzab verdiyini dərk edərək əlində olan bıçaqla qəsdən öldürmək məqsədilə sonuncunun bədənin müxtəlif nahiyələrinə vurduğu çoxsaylı zərbələr nəticəsində Abdulrəhman Əliyevə sol yanaqda bir ədəd, döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd, sol saidin yuxarı 1/3-nin tış səthində bir ədəd səthi dəri kəsikləri kimi sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən, ümumilikdə üç ədəd xəsarətlər yetirdikdən sonra sonuncunun fəal müqaviməti ilə müşayiət olunan özünümüdafiəsinə baxmayaraq, cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə qəsdini davam etdirib həmin bıçaqla evin giriş darvazasının qarşısında Abdulrəhman Əliyevin bədən səthinə qəsdən bir dəfə zərbə endirərək, ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik sağ kürəkaltı nahiyədə boşluğa keçən, sağ ağciyərinin aşağı payının, diafraqmanın sağ günbəzinin deşilmiş-kəsilmiş bir ədəd yara xəsarəti yetirməklə Abdulrəhman Əliyevi qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin özünü CM-nin 126.3-cü maddəsi ilə təqsrli bilib ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Saatlı rayonunun Qıraqlı kəndində olan fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi təsərrüfatla məşğul olmuşdur.Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup əlildir. X16rdaşıdır, onunla qonşuluqda yaşamışdır.Əvvəllər Abdulrəhmanla münasibətləri yaxşı olsa da, son illər münasibətləri soyuq olmuş, hadisədən bir müddət əvvəl isə aralarında olan münasibətlər pisləşərək kəskin xarakterli olmuşdur.Abdulrəhman əvvəllər Rusiyada yaşamış, bir neçə il əvvəl kənddə qayıtdıqdan sonra münasibətləri pozulmuşdur. Abdulrəhman Rusiyada keçirdiyi açıq ürək əməliyyatı zamanı onunla maraqlanmamağını bəhanə edib ondan incik qalmış, münasibətləri soyumuşdur.Abdulrəhman xasiyyətcə söyüşkən, mübahisə etməyə və dalaşmağa meyilli, çılğın xarakterli, özündən razı şəxs olmuşdur. Abdulrəhman arvadı Arzu ilə də yola getməyib 2007-ci ildə boşanmışlar.Son illər qardaşı Abdulrəhmanla aralarında torpaq mübahisəsi olmuş, yaşadığı evin həyətyanı sahəsində oğlu Bayrama ev tikdirmək istəmiş, lakin Abdulrəhman buna imkan verməmişdir. 2021-ci ilin dekabr ayında qəssab işləyən oğlu Bayramdan Abdulrəhman X8 şikayət etmiş, bundan sonra agentliyin nümayəndələri qəssabxanada yoxlama aparmış və Bayramı 500 manat cərimələmişlər. Sonradan yenə də qəssabxana kimi istifadə etdiyi yerlə bağlı Abdulrəhmanla mübahisələri yarandığından həmin yeri söküb bağlamışlar. Bundan sonra Abdulrəhmanın arvadı Arzu ilə danışaraq qardaşının bu əməllərindən çəkinməsini, qardaşlar arasında bu söhbətlərin xoş olmadığını demiş, Arzu da ona Abdulrəhmanın onu eşitmədiyini, öz bildiyini etdiyini bildirmişdir. O, hər dəfə də qardaşı ilə aralarında olan mübahisəyə son qoyulmasını istəmiş və qardaşının davranışlarının qarşısında həmişə özünü sakit saxlamağa çalışmışdır. Sonradan oğlu Bayram da əmisi Abdulrəhmanın ondan şikayət etməsinə cavab olaraq Ekologiya Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına Abdulrəhmanın küçə yolunun kənarına heyvan ifrazatlarını və çirkab sularını axıtması barədə şikayət etmişdir. 28 dekabr 2021-ci il tarixdə, səhər saatlarında o, Saatlı şəhərində kafedə olmuş, saat 12 radələrində yaşadığı Qıraqlı kəndinə qayıtmış, bir az həmkəndliləri ilə söhbət etdikdən sonra dayısı Pənahın maşını ilə evlərinin yaxınlığındakı kollektorun yanında düşüb evinə tərəf gedərkən qonşusu Rafiqin qardaşı Abdulrəhmanla söhbətləşdiyini görmüşdür.Həmin vaxt o, onlara çatmağa az qalmış Abdulrəhman ondan nəyə görə şikayət etdiklərini bildirib onun və ailə üzvlərinin ünvanına cinsi orqanının adını çəkməklə nalayiq ifadələr və söyüşlər söyməyə başlamış, o, isə ondan şikayət etmədiyini bildirib, oğlu Bayramla arasında olan məsələni özlərinin həll etməsini desə də, Abdulrəhman onu söyməkdə davam etmiş, lakin o, ona fikir verməyib yolunu davam edib evin həyətinə keçmişdir. Sonra Abdulrəhman da onun ardınca həyətinə girib yenidən təkrar-təkrar nalayiq ifadələr və söyüşlər söyməyə davam etmiş, lakin o, ona fikir verməmişdir.Bir az sonra Abdulrəhmanı arvadı Arzu gəlib aparmış, həmin vaxtı da Abdulrəhman söyüş söyə-söyə həyətlərindən çıxmışdır. Abdulrəhmanın həyətinə gəlib belə nalayiq hərkətlər etməsini oğlu Bayram telefonu ilə çəkmişdir. Abdulrəhman getdikdən sonra o, arvadı Asudənin deməsindən sonra bilmişdir ki, oğlu Bayramın əmisi Abdulrəhmandan şikayətindən sonra Saatlı rayon epidemiologiya idarədən yoxlama gəlib araşdırma aparmışdır. Sonra o, həyətdəki heyvan tövləsinə keçib heyvanlara yemləyərkən qardaşı Abdulrəhman yenidən həyətə gəlib onun, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, o, tövlədən çıxmayaraq, Abdulrəhmanın sakitləşməsini gözləmiş, sonra Arzu gəlib Abdulrəhmana Bayramın baş verənləri telefonla çəkdiyini dedikdən sonra Abdulrəhman həyətdən çıxıb getmişdir.Bundan sonra o, əsəbilərini sakitləşdirmək üçün evində içki içmiş, lakin sərxoş olmamışdır.Saat 14 radələrində oğluna yeni aldıqları həyət sahəsində olan heyvanları yemləmək üçün küçə ilə həmin yerə gedərkən Abdulrəhmanın darvazalarının yanında dayandığını görmüş, həmin vaxt Abdulrəhman yenidən onun, gəlininin, arvadının və 3 yaşlı qız nəvəsinin ünvanına cinsi orqanının adını çəkməklə nalayiq ifadələr işlətməyə başlamış, o, yenə də ona yenə fikir verməyib yolunu davam edib həyətə getmişdir. Saat 15 radələrində o, yeni aldıqları həyətdən çıxıb evlərinə tərəf getmiş, bu zaman Abdulrəhmanın darvazalarının yanındakı skamyada oturduğunu görmüş, onun yanından keçərkən Abdulrəhman yenidən onu, arvadını, gəlinini, nəvəsini cinsi orqanın adını çəkməklə söyməyə başlamış, bu zaman bərk əsəbiləşdiyindən Abdulrəhman üzərinə getmişdir ki, soruşsun ki, nəyə görə belə hərəkət edir, bu zaman Abdulrəhman da onun üstünə gəlib söyüş söyərək ona yumruq atmış, lakin yumruq ona dəyməmiş, həmin o, təsərrüfat işləri görmək üçün götürüb üstündə saxladığı bıçağı çıxarıb bir dəfə Abdulrəhmanın bədəninə vurmuş və Abdulrəhman yerə yıxılmışdır. Bundan sonra səs-küyə hadisə yerinə əvvəl Abdulrəhmanın arvadı Arzu, onun arxasınca oğlu Bayram gəlmiş, sonra da başqa şəxslər ora toplaşmışlar.Hadisə yerinə gəlmiş Arzuya o, bıçaqla xəsarət yetirməmiş, onun hansı şəraitdə xəsarət almasını bilmir.Oğlu Bayram hadisə yerinə gələn kimi onu evə aparmış, bir az sonra polis əməkdaşları hadisə ilə bağlı evinə gəlib ona polis şöbəsinə getməli olmasını bildirmiş, o da könüllü polis şöbəsinə gedəcəyini bildirib, cinayət törədərkən istifadə etdiyi bıçağı polisə təqdim etmiş, sonra bacanağının oğlu Cəlalla birgə Saatlı RPŞnə gedib könüllü təslim olmuşdur. Polis şöbəsində olarkən qardaşı Abdulrəhmanın xəstəxanada vəfat etdiyini bilmişdir.Qardaşı Abdulrəhmanla əvvəllər münasibəti normal olmuş, sonradan aralarında olan mübahisələrə görə münasibətləri pisləşmiş, ailəvi gəlişgedişləri olmamışdır. Abdulrəhman onun və ailə üzvlərinin ünvanına mütəmadi cinsi orqanının adını çəkməklə söyüşlər söydüyünə görə, əsasən də arvadının, gəlininin, azyaşlı qız nəvəsinin ünvanına cinsi orqanının adını çəkməklə söyüş söyməsinə dözməyərək onu bir dəfə bıçaqla vurmuşdur. Abdulrəhmanı bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamış, sadəcə olaraq əsəbiləşib ona bir dəfə bıçaqla xəsarət yetirmişdir.Bıçağı əvvəlcədən Abdulrəhmanı vurmaq məqsədi ilə deyil, oğlu Bayram üçün alınan həyətdə təsərrüfat işləri görmək məqsədilə orada olan heyvan tövləsindən götürmüşdür.Qardaşı Abdulrəhmana xəsarət yetirərkən Şahid1 hadisə yerində olmamış, hadisə zamanı Arzunu görməmiş, hadisədən sonra Arzu onların yanına gəlmişdir.Qardaşı Abdulrəhmanı bir neçə bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla öldürməsinə dair verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin qardaşı Abdulrəhmanı bir dəfə bıçaqla vurması nəticəsində onun ölməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr versə də, baş vermiş cinayət hadisəsi ilə bağlı həmin ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 28 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində oğlu üçün aldıqları yeni həyətə gedərkən küçədə darvazalarının ağzında dayanmış qardaşı Abdulrəhmanın yanından keçərkən Abdulrəhman onun, gəlininin, arvadının və üç yaşlı qız nəvəsinin ünvanına cinsi orqanının adını çəkməklə nalayiq ifadələr işlətməyə başlamış, lakin o, ona fikir verməyib oğlunun həyət sahəsinə getmişdir. Orada heyvanları yemlədikdən sonra geri qayıdarkən Abdulrəhmanın yenidən əzizlərinin ünvanına söyüş söyəcəyi halda onu öldürmək üçün mal tövləsində olan, ip kəsmək üçün istifadə etdiyi bir ədəd iri ölçülü qəssab bıçağını götürüb əynindəki pencəyinin sağ qolunun iç hissəsində gizləmişdir. Abdulrəhman onun azyaşlı nəvəsini söydüyündən o, çox acıqlı və əsəbi olmuşdur. Saat 15 radələrində oradan çıxıb evləri istiqamətində gedərkən Abdulrəhmanın darvazalarının yanında olan skamyada oturduğunu görmüş və onun yanından keçərkən Abdulrəhman yenidən onu, arvadını, gəlinini, nəvəsini cinsi orqanın adını çəkməklə söyməyə başlamış, bu zaman küçədə heç kim olmamış, artıq səbr kasası dolmuş, onu öldürməyi qətiləşdirərək onun üzərinə getmiş, Abdulrəhman da onun istiqamətimdə gəlmişdir. Abdulrəhman ona çatmamış o, bıçağı pencəyin qolundan çıxarmış, sonra Abdulrəhmanın ona atdığı yumruq boşa keçmiş, o isə sağ əlində olan bıçaqla Abdulrəhmanı bıçaqlayaraq öldürmək istəmiş, lakin bıçaq Abdulrəhmanın əynindəki paltarlara ilişərək əyilmiş, bundan sonra üzbəüz olarkən ikinci cəhdində Abdulrəhmanın kürək nahiyəsinə bir dəfə bıçaq xəsarəti yetirmişdir.Səs-küyə hadisə yerinə gələn Arzu onları ayırmaq istəmiş, sonra Bayram və yaxınlıqda yaşayan xatırlamadığı qonşular yığışmışdır. Abdulrəhmana vurduğu bıçaq xəsarətindən sonra o, beliüstə yerə yıxılmış, yenidən Abdulrəhmana bıçaq xəsarəti yetirmək istəyərkən, oraya gəlmiş oğlu Bayram bıçağı əlindən almış və onu oradan aralayıb evə aparmışdır.Bir az sonra polis əməkdaşları yaşadığı ünvana gəlmiş və o, onlara könüllü polis şöbəsinə gedəcəyini bildirib, cinayətin aləti olan bıçağı polisə təqdim etmiş, sonra bacanağının oğlu Cəlalla birlikdə Saatlı RPŞyə gedib könüllü təslim olmuşdur. Polis şöbəsində olarkən Abdulrəhmanın vəfat etdiyini öyrənmişdir.Abdulrəhmana qarşı onun münasibəti normal olmuş, lakin Abdulrəhman ona qarşı əsassız, müxtəlif bəhanələrə əsaslanıb soyuq münasibət saxlamışdır. Abdulrəhman konflikt yönümlü şəxs olmuş, təxminən üç ilə yaxın münasibətləri çox soyuq olmaqla ailəvi gediş-gəlişləri olmamışdır. Abdulrəhman onun və ailə üzvlərinin ünvanına mütəmadi cinsi orqanının adını çəkməklə söyüşlər söymüş, sonuncu dəfə 28 dekabr 2021-ci il tarixdə də həmin söyüşlərə davam edərək onun, arvadının, gəlininin və 3 yaşlı nəvəsinin ünvanına cinsi orqanının adını çəkməklə söyüş söydüyündən dözməyərək onu qətlə yetirməyi qərarlaşdırıb, götürdüyü bıçaqla ona bıçaq xəsarətləri yetirmiş və niyyəti Abdulrəhmanı öldürmək olmuşdur.Hadisə 28 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində baş vermişdir.Qardaşı Abdulrəhmanı qətlə yetirən zaman istifadə etdiyi bıçağı oğlu Bayrama alınan həyətdəki heyvan tövləsindən götürmüş, bıçaq iri ölçülü qəssab bıçağı olmuş, həmin bıçağı hadisədən sonra polis əməkdaşlarına könüllü təqdim etmişdir.Abdulrəhmanı bıçaqlayarkən onu söyməmiş, onu qətlə yetirərkən küçədə heç kim olmamış, onların mübahisələri düşdükdən sonra hadisə yerinə birinci Arzu, bundan sonra oğlu Bayram gəlmiş, daha sonra səs-küyə yaxınlıqda yaşayan qonşular yığışmışdır. Cinayət törədən zaman içkili olmuş, hadisədən əvvəl evdə saxladığı 0,5 litrlik “Abşeron” markalı kanyakı təkbaşına içmişdir.Hadisə vaxtı o, Abdulrəhmana tərəf gedib onu bıçaqlamaq istəyərkən, Abdulrəhman onun istiqamətimdə gəlib ona yumruq atsa da, yumruğu boşa keçmiş, bu zaman o, Abdulrəhmana bıçaqla xəsarəti yetirmişdir. Hadisə zamanı Arzuya və ya başqa şəxsə xəsarət yetirmək və ya öldürmək niyyəti olmamış, güman edir ki, Arzu onları ayırmaq istəyərkən əlindən xəsarət almışdır.Ona və ailəsinə qarşı söydüyü söyüşlərə görə onun Abdulrəhmanı öldürmək niyyəti olmuşdur. Hadisə zamanı Abdulrəhman ona münasibətdə yarım fırlanmış vəziyyətdə olarkən onun kürəyinə xəsarət yetirdiyini xatırlayır, həmçinin qismən Abdulrəhmana münasibətdə o, arxa tərəfdə olmuş, tam olaraq onun arxasında olmamışdır. Qardaşı Abdulrəhmana xəsarət yetirərkən Şahid1 hadisə yerində olmamış, Abdulrəhmanı bıçaqladıqdan sonra Arzu hadisə yerinə gəlib onları ayırmaq istəmiş, həmçinin Abdulrəhmanı öldürərkən xüsusi amansızlıq göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə verdiyi ifadəsində bildirmişdir ki, ifadəsində onun qardaşı Abdulrəhman Əliyevi öldürmək, qətlə yetirmək niyyətinin olması və bu niyyətlə əvvəlcədən bıçaq götürüb üzərində gizlədib saxlaması ilə bağlı yazılan halları təsdiq etmir.Əslində onun qardaşı Abdulrəhmanı öldürmək niyyəti olmamış, hadisə zamanı əsəbiləşib qorxutmaq məqsədilə bıçaqla bir dəfə Abdulrəhmanı vurmuş, həmçinin qardaşı Abdulrəhmanı bıçaqla vurarkən Arzu orada olmamış, Arzu sonradan hadisə yerinə gəlmişdir.Mərhum qardaşı Abdulrəhmanın meyitinin üzərində dörd bıçaq xəsarətinin olması ilə bağlı verilmiş ekspert rəyi ilə razılaşmır, həmin rəy düzgün verilməmişdir. Hər bir halda qardaşı Abdulrəhman onun vurduğu bir bıçaq zərbəsindən sonra aldığı xəsarətdən ölməsini başa düşür və buna görə əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, X21 atası, Təqsirləndirilən şəxs əmisidir.Ailələri əvvəllər Rusiyada yaşamış, 2007-ci ilin sentyabr ayında anası və digər bacısı ilə birlikdə Qıraqlı kəndinə gəlmiş, atası bir müddət Rusiyada yaşamağa davam etmiş və 2018-ci ildə kəndə qayıtmışdır. 2007-ci ildə məhkəmənin qərarı ilə anası ilə atasınının nikahı pozulsa da, onlar faktiki olaraq həmişə bir yerdə yaşamış və münasibətləri də həmişə yaxşı olmuşdur. Anası ilə atasının nikahının pozulmasına səbəb atasının Rusiyada qalıb yaşaması ilə bağlı məsələ olmuşdur. Atası ilə əmisi Arifin arasında əvvəllər münasibətləri yaxşı olmuş, lakin 2019-cu ildən sonra münasibətləri pozulmuşdur. Atası və əmisinin arasında mübahisəyə səbəb Arifin oğlu Bayramın həyətlərində qəssabxana açmasına görə atasının buna narazılıq edib qəssabxananın yığışdırılmasını tələb etməklə onlardan şikayət etməsi olmuşdur.Həmçinin 2021-ci ildə əmioğlu Bayram babasından miras qalan həyətyanı sahədə ev tikmək istəməsi ilə bağlı əmisigillə atasının arasında mübahisələri olmuşdur.O, evli olduğu üçün İmişli rayonunda yaşadığından son vaxtlar atası ilə əmisinin arasında olan münasibətlərdən xəbəri olmamışdır.28 dekabr 2021-ci il tarixdə, axşam saatlarında dayısının arvadı ona zəng vurub atasının bıçaqlandığını desə də, kimin atasını bıçaqladığını deməmişdir. Həmin vaxt atasını əmisi Arifin bıçaqlaya biləcəyini düşünmüş, atasının hamı ilə münasibəti yaxşı olsa da, Ariflə münasibəti pis olmuşdur. Kənddə gəldikdən sonra ona məlum olmuşdur ki, atasını əmisi Artif bıçaqlayıb öldürmüşdür.Hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur, lakin anası Arzunun dediyinə görə əmisi Arif onun (Arzunun) yanında atası Abdulrəhmanı bıçaqla vurmuş, həmin vaxt anası onları aralamaq istəyərkən anası da əlindən xəsarət almışdır. Hazırda anasıgil və özü əmisi Ariflə barışmamış, ondan şikayətçidirlər. Atasını öldürdüyünə görə Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət Nəsirovanın məhkəməyə ünvanladığı 05 may 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmamış, həm də onun təqsirləndirilən şəxsə qarşı başqa tələbi və mülki iddiası yoxdur.Həmçinin o, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X21 əri olmuşdur. Abdulrəhmanla 1999-cu ildən evli olmuş və uzun müddət birlikdə Rusiyada yaşamışlar. 2007-ci ildə o, iki uşağı ilə kənddə qayıtmış, Abdulrəhman isə Rusiyada qalmışdır.Təxminən 3 il əvvəl əri Abdulrəhman Rusiyada açıq ürək əməliyyatı keçirdikdən sonra kəndə qayıtmışdır. 2007-ci ildə məhkəmənin qərarı ilə onun Abdulrəhmanla nikahı pozulsa da, onlar yenə də faktiki olaraq ər-arvad kimi birlikdə, bir evdə yaşamışlar. Abdulrəhmanla nikahlarının pozulmasına səbəb isə Abdulrəhmanın Rusiyada yaşamağa davam edə bilməsi üçün işi ilə əlaqədar olaraq orada bir başqa şəxslə nikaha düşməsi olmuşdur.Əri Abdulrəhman kənddə qayıtdıqdan bir müddət sonra qonşuluqda yaşayan qardaşı Ariflə münasibətləri pisləşmişdir.Arifin oğlu Bayramın həyətlərində qəssabxana açmasına Abdulrəhman narazılıq edib qəssabxananın yığışdırılmasını tələb etməklə onlardan şikayət etmiş və buna görə Ariflə Abdulrəhmanın arasında mübahisələri olmuşdur.Həmçinin 2021-ci ildə Bayram babasından qalmış həyətyanı sahədə ev tikmək istəməsi ilə bağlı Abdulrəhmanla Arifin arasında mübahisələri olmuşdur. Son vaxtlar isə Arifin oğlu Bayram onların kanalizasiya sularını küçəyə axıtmaqlarına görə əmisi Abdulrəhmandan şikayət etmiş və bu səbəbdən də Arifgillə onların arasında sözlə mübahisələri olmuşdur.Həmin vaxt o, əri Abdulrəhmanın Arifgillə gedib sözlü, söyüşlü mübahisə etdiyini görüb gedib Abdulrəhmanı evə gətirmişdir. Həmin vaxt Ariflə Abdulrəhman qarışılıqlı olaraq biri-birini söymüşlər.Həmin gün, yəni 28 dekabr 2021-ci il tarixdə olan bu mübahsədən sonra əri həyət qapısının yanındakı skamyada əyləşmiş, həmin o da həyət darvazasının yanında dayanmışdır ki, əri yenidən gedib Ariflə mübahisə etsə onu geri qaytarsın.Bir az sonra o, qayını Arifin onların həyət qapısının yanından keçib küçə ilə getdiyini və əlində balta olduğunu görmüş, həmin vaxt əri Arifə səslənərək “bəs məni öldürəcəkdin, nə oldu?” demiş, Arif də balta ilə ona tərəf gələndə o, qaçıb onların arasına girib Arifin dizindən tutub sakitləşməsini, qardaş arasında qan salmamasını demiş, bundan sonra Arif «bu gün onu öldürəcəm» deyib çıxıb getmişdir. Sonra o, yenə də həyət darvazasının yanında dayanıb əri Abdulrəhmanı izləməyə davam etmiş, təxminən 15 dəqiqə sonra Arifin evləri istiqamətində gəldiyini görüb küçəyə çıxmışdır ki, əri ilə Arifin arasında təkrar mübahisələri olmasın. Həmin vaxt Arif iti addımlarla Abdulrəhmana yaxınlaşmış, bu zaman o, qaçaraq onların arasına girmək istəmiş, elə həmin anda Arif əynindəki pencəyin qol hissəsindən bıçaq çıxarıb Abdulrəhmanın qarnına bir dəfə vursa da, bıçaq Abdulrəhmanın bədənin girməmiş və bu zərbədən sonra Abdulrəhman dəbərərək kürəyiüstə yerə yıxılmışdır. Sonra Abdulrəhman ayağa qalxmaq istəyərkən Arif əlindəki bıçaqla Abdulrəhmanın kürəyindən bıçaqla vurmuşdur.Arif ərini bıçaqlayarkən ona “ölmək istəmirdin, bax adamı belə öldürürlər” demişdir.Həmin vaxt ora gəlmiş Bayram atası Arifi arxadan tutub oradan kənara aparmışdır.Sonra o, əri Abdulrəhmanı qaldırmaq istəyəndə sağ əlindən xəsarət aldığını, qan axdığını, həm də ərinin də xəsarət almasını görüb kənarda olan adamları köməyə çağırmış və həmkəndlilərin köməyi ilə əri Abdulrəhman xəstəxanaya aparılmışdır. Xəstəxanada həkimlərin tibbi yardımına baxmayaraq Abdulrəhman aldığı xəsarətlərdən vəfat etmişdir.Arif onun gözləri qarşısında Abdulrəhmanı bıçaqlamışdır. Arif evlərinin darvazısının qarşısında küçədə ərinə bıçaqla xəsarət yetirərkən o, onları aralamaq istəmiş, həmin vaxt Arifin əlindəki bıçaq onun əlini də kəsmişdir. Həmin vaxt Arif bilərəkdən bıçaqla onun əlini kəsməmiş, hadisə zamanı təsadüfən o da xəsarət almışdır. Hadisədən sonra Ariflə və onun ailəsi ilə barışıq olmamışdır. Əri Abdulrəhmanı öldürdüyünə görə Arifə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, X21 əmisidir. Əmisi Abdulrəhmanla atası Arifin münasibətləri 2019-cu ildən başlayaraq pisləşmiş, həmçinin ailələri arasında olan münasibətlər də pozulmuşdur. Bu münasibətlərin pozulmasına səbəb atası Arifin yaşadıqları evin həyətindəki özlərinə məxsus pay torpaq sahəsində ona ev tikmək istəməsi olmuş, lakin əmisi Abdulrəhman buna imkan verməmiş və bu səbədən atası ilə əmisinin arasında mübahisələri olmuşdur. Sonradan həyətlərində olan qəssabxana ilə bağlı əmisi Abdulrəhman öz narazılığını bildirib, müxtəlif bəhanələrlə qəssabxananın iş fəaliyyətinə maneçilik etmiş və buna görə aralarında mübahisələri olmuşdur.2021-ci ildə yenə də əmisi Abdulrəhman onun həyətlərindəki qəssabxananın fəaliyyəti ilə bağlı X8 şikayət etmiş və agentliyin yoxlamasından sonra qəssabxanana ləğv edilmişdir. Sonradan o, əmisi Abdulrəhmandan Saatlı rayon ekologiya idarəsinə və digər dövlət qurumlarına onun kanalizasiya sularını küçəyə axıtdığına görə şikayət etmiş və buna görə də əmisi onlarla mübahisə etmişdir. 28 dekabr 2021-ci il tarixdə, günorta saatlarında etdiyi şikayətlə bağlı ekologiya idarəsinin işçiləri ona zəng edib şikayətiylə bağlı gəlib onun iştirakı ilə həmin yerə baxış keçirmək istədiklərini bildirmiş, o da İmişlidə bazarda olduğunu, onun iştirakı olmadan baxışın keçirilməsini demişdir. Saat 13 radələrində evə gəlmiş, həmin vaxt qonşuları Rafiqlə əmisi Abdulrəhmanın onun şikayəti ilə bağlı söhbət etdiklərini eşitmişdir.Sonra küçədə əmisi Abdulrəhmanın atası ilə mübahisə etdiyini, onun evindən küçəyə axıdılan kanalizasiya suları ilə bağlı ondan şikayət edildiyinə görə atasını acıladığını, söyüş söydüyünü və ailəsini təhqir etdiyini eşidib küçəyə çıxıb atası Arifi evə gətirmişdir. Həmin gün saat 14 radələrində əmisi Abdulrəhman yaşadıqları evin həyətinə gəlib atası Arifin və digər ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Abdülrəhmanın arvadı Arzu gəlib onu həyətdən aparmış, bir az sonra Abdulrəhman yenidən gələrək atası Arifin və onların ünvanlarına söyüşlər söyməyə başlamış, həmin vaxt atası Arifi sakitləşdirib əmisi ilə mübahisə etməsinə imkan verməmiş, əmisi ilə atasının mübahisələrini telefonla videoçəkiliş etmişdir. Saat 15 radələrində atası Arif evdən çıxıb qonşuluqda olan yeni aldıqları evin həyətindəki heyvanlara baxmaq üçün getmişdir.Təxminən 15-20 dəqiqə sonra küçədən qışqırtı səsləri və Arzunun “Bayram” deyə səsləndiyini eşidib dərhal küçəyə çıxdıqda əmisi Abdulrəhmanın və Arzunun əmisinin evinin darvazasının qarşısında olmaları, atasının əlində bıçaq olduğunu görmüş, lakin atasının əmisini bıçaqla vurmasını görməmişdir.Qonşusu Rafiq əmisini yerdən qaldırarkən Abdulrəhmanın bədənindən qan gəldiyini görüb atasının əmisini bıçaqla vurduğunu anlamışdır. Sonra o, atasının əlində olan bıçağı alıb, onu evə tərəf aparmışdır.Səs-küyə qonşuluqda yaşayan Rafiq, Tamerlan və digər xatırlamadığı şəxslər ora toplaşmış, polisə hadisə barədə məlumat verilmişdir. Bir az sonra polis əməkdaşları gəlmiş və atası bıçağı polis əməkdaşlarına təqdim edib özü polis şöbəsinə gəlib təslim olacağını demiş, bundan sonra atası xalasıoğlu Cəlalın maşını ilə Saatlı RPŞ-nə gedib təslim olmuşdur. Məhkəmə iclasında şahidlər Şahid5 və X18 Şahid3 ifadəsinə uyğün ifadələr vermişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X21 böyük qardaşı, Təqsirləndirilən şəxs kiçik qardaşıdır. Abdulrəhman əvvəllər ailəsi ilə birlikdə Rusiyada yaşamışdır. Bir neçə il əvvəl Abdulrəhmanın arvadı və uşaqlarını kəndə göndərmiş, Abdulrəhman isə Rusiyada qalıb yaşamağa davam etmişdir. Abdulrəhman 2015-ci ildə Rusiyada ürək əməliyyatı olmuş və 2018-ci ildə kəndə qayıtmışdır. Mərhum qardaşı Abdulrəhman xasiyyətcə qaraqabaq, əsəbi, çox söyüşgən adam olmuş, lakin Arif səbrli olmaqla, hamı ilə münasibəti yaxşı olmuşdur. X14 münasibətləri yaxşı olsa da, son illər münasibətləri pozulmuşdur. Buna da səbəb Abdulrəhmanla Arifgilin qarışılıqlı olaraq bir sıra məsələlərlə bağlı dövlət orqanlarına etdikləri müxtəlif şikayətlərlə bağlı aralarında yaranmış mütəmadi mübahisələri olmuşdur.O, dəfələrlə Ariflə Abdulrəhmanın münaqişə etmələrinin şahid olmuşdur. Hadisə olan günü, yəni 28 dekabr 2021-ci il tarixdə o, Bakı şəhərində olmuşdur. Həmin gün Abdulrəhman ona zəng vurub harada olduğunu soruşmuş, o da Bakı şəhərində olduğunu demiş, nə olduğunu soruşanda heç nə olmadığını demişdir.Abdulrəhmanın səsində narahatçılıq hiss etdiyindən Abdulrəhmanın arvadı Arzuya zəng vurub nə hadisə baş verdiyini soruşmuş, Arzu da ona Arifin oğlu Bayramın Abdulrəhmandan ekologiya idarəsininə şikayət etdiyini demiş, o da qayıdıb yoluna qoyacağını Arzuya demişdir.Saat 12 radələrində Abdulrəhman yenə zəng vurub “bax gör bu oğraş Bayrama məndən şikayət edib” demiş, o da məlumatlı olduğunu, gəlib yoluna qoyacağını və sakit olmasını bildirmişdir. Saat 14 radələrində Abdulrəhman yenə ona zəng vurub harada olduğunu soruşmuş, o da Ələt yolunda olduğumu kəndə qayıtdığını bildirmiş, Abdulrəhman da “gedirəm sizə gəl evdə səni gözləyirəm” demişdir. Saat 16 radələrində kəndə çatmış və kənd camaatından qardaşı Abdulrəhmanı digər qardaşı Arifin bıçaqladığını eşitmişdir. Sonra Şirvan şəhər xəstəxanasına getmiş və orada ona qardaşı Abdulrəhmanın artıq vəfat etdiyi bildirilmişdir. Arifdən belə bir hərəkət gözləməzmiş, Arif çox səbrli insan olmuşdur. Hadisənin hansı şəraitdə baş verməsi barədə dəqiq məlumatı yoxdur. Mərhum qardaşı Abdulrəhmanın meyitini həmin gün gətirilib kənddə dəfn etmişlər. Abdulrəhmanın meyiti yuyularkən o, Abdulrəhmanın bədəninin üzərində yalnız bir bıçaq yarası olmasını görmüş, başqa bir xəsarət olmamış, həmçinin Abdulrəhmanın kürək nahiyəsində olan xəsarət isə Rusiyada ürək əməliyyatı olunarkən aparılmış cərrahiyyə əməliyyatla bağlı xəsarət izləri olmuşdur. Hadisədən sonra qardaşı Abdulrəhmanın meyiti ekspert-həkim tərəfindən daxili müayinəsi keçirilməmiş və ekspertin verdiyi rəydə əsassız olaraq Abdulrəhmanın bədəni üzərində dörd ədəd xəsarətlərin izinin olması göstərilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, X21 və Təqsirləndirilən şəxs qonşularıdır. Abdulrəhman uzun müddət Rusiyada yaşamış, son bir neçə il olar ki o, ailəsi ilə birlikdə kənddə yaşamışdır. Arif ilə Abdulrəhmanın münasibətləri əvvəl yaxşı olmuş, lakin sonradan onların arasında müxtəlif səbəblərdən münasibətləri pisləşmişdir.28 dekabr 2021-ci il tarixdə, günorta saat 14 radələrində evdə olarkən Abdulrəhman onu küçəyə çağırıb söhbət etmişlər. Abdulrəhman qardaşı Arifgilin ondan cirkab sularını küçəyə axıtmasına görə şikayət etdiyini, ekologiya idarəsininin əməkdaşlarının gəlib bununla bağlı ona xəbərdarlıq etdiklərini bildirmiş, o da Abdulrəhmana Arifgilin qarşılıqlı olaraq onun etdiyi şikayətə cavab olmaqla şikayətçi olduqlarını demiş, habelə ona çirkab sularının küçəyə axıdılmasının da düzgün olmadığını bildirmişdir. Həmin vaxt Abdulrəhman əsəbi olmuş və Arifin arxasınca nalayiq ifadələr işlətmişdir.Bir az sonra Arif gəlib onların yanlarından keçərkən Abdulrəhman Arifi əli ilə göstərib onun arvadının və ailəsinin digər üzvlərinin ünvanına cinsi orqanının adını çəkməklə söyüş söymuş, Arif isə söyüş söyməməsini, ondan şikayətçi olmadığını, oğlu Bayramla aralarında olan məsələni özlərinin həll etmələrini bildirmişdir.Sonra Arif evinə getmiş, o da Abdulrəhmanı sakitləşdirib evinə getməsini bildirib özü də evinə getmişdir.Həmin gün saat 15 radələrində çöldən Abdulrəhmanın arvadı Arzunun qışqırıq səsini eşidib küçəyə çıxmış, küçədə Bayramın Abdulrəhmangil tərəfə qaçdığını görmüş, o da həmin yerə gedərkən Bayramın atası Arifi evə tərəf gətirdiyini və Arifin əlində bıçaq olduğunu görmüşdür.Həmçinin Abdulrəhmanın evinin giriş darvazasının qarşısında yerdə ağzıyuxarı uzanmış vəziyyətdə olduğunu, Arzunun da onun başının üstündə dayanıb qışqıraraq ağladığını, həmçinin Arzunun əlinin də kəsildiyini görmüşdür.Arzu ağlamaqdan danışa bilməmiş, Arifin Abdulrəhmanı bıçaqladığını başa düşmüşdür. Abdulrəhmanın yıxılıb qaldığı yerdə torpaq üzərində qan izləri olmuşdur.Sonra orada olan şəxslərin köməyi ilə maşınla Abdulrəhman xəstəxanaya aparılmışdır.Həmin gün axşam saatlarında xəstəxanada Abdulrəhmanın vəfat etdiyini, Arifin isə tutulduğunu eşitmişdir. Arifin Abdulrəhmana bıçaq xəsarəti yetirməsinin şahid olmamışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs bıçaqla qardaşı Abdulrəhman Əliyevi öldürməsi ilə bağlı baş vermiş hadisə ilə bağlı onun heç bir məlumatı yoxdur. Lakin həmin gün X21in meyiti onun tərəfindən yuyulub kəfənlənmişdir. Həmin vaxt o, Abdulrəhmanın bədəni üzərində yalnız bir bıçaq xəsarətinin olmasını görmüş, başqa bir xəsarət izlərini görməmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, hadisənin baş verdiyi yer mərhum X7 məxsus Saatlı rayonunun Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin giriş qapısının çöl hissəsidir. Baxış zamanı hadisə yerində torpaq üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Hadisə yerində olan qanabənzər ləkələr üç ədəd pambıq tampona hopdurulmaqla nümunələr qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “könüllü təqdim edilən əşyanın götürülməsi haqqında” 28 dekabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs qardaşı Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirdiyi bildirib cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçağı könüllü olaraq təqdim etmişdir. Həmin bıçaq qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edir ki, 1961-ci il təvəllüdlü X4 bədən səthində aşkar olunan xəsarətlər-sol yanaqda, döş qəfəsinin sağ yarısının ön səthində, sol saidin yuxarı 1/3-nin tış səthində səthi dəri kəsikləri, sağ kürəkaltı nahiyədə boşluğa keçən, sağ ağciyərinin aşağı payının, diafraqmanın sağ günbəzinin deşilmiş-kəsilmiş yarası-deşici-kəsici alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 28 dekabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə döş boşluğuna keçərək sağ ağ ciyəri və diafraqmanın sağ günbəzini zədələyən xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol yanaqda, sol saiddə, döş qəfəsinin ön səthində aşkar olunan səthi dəri kəsikləri isə sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. Qeyd olunan bütün xəsarətlər həyatidir. Döş boşluğuna keçərək ağ ciyəri və diafraqmanı zədələyən və ölümə səbəb olan xəsarət bir zərbənin təsirindən, sol yanaqda, sol saiddə və döş qəfəsinin ön səthində aşkar olunan səthi dəri kəsikləri isə qarşılıqlı mübarizə və özünümüdafiə zamanı əmələ gələ bilərdi (cəmi 4 xəsarət). Qeyd olunan bütün xəsarətlər ekspertizaya təqdim olunan və yuxarıda təsvir olunan bıçaqla yetirilə bilərdi. Abdülrəhman Əliyevə xəsarət yetirilərkən o, fəzada yarımoturaq vəziyyətdə olmuş, sağ kürək nahiyəsində olan xəsarət onun arxası zərbə yetirənə tərəf, digər xəsarətlər isə qarşı-qarşıya olan zaman yetirilməyə xarakterikdir. Abdulrəhman Əliyevin ölümünə səbəb yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yara nəticəsində baş vermiş daxilə və xaricə massiv qanitirmə olmuşdur. Meyitdə baş verən ilkin çürümə əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X21 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, buda məhkəmə-kimya tədqiqatının nəticələri ilə təsdiq olunur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edir ki,1975-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. Müayinə zamanı aşkar edilmiş xəsarət-sağ saidin aşağı 1/3-də bayır səthdə kəsilmiş yara-kəsici səthə malik alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 28 dekabr 2021ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Qeyd edilən xəsarət təqdim edilən bıçağın təsirindən əmələ gələ bilərdi, müxtəlif şəraitdə, o cümlədən müxtəlif duruş vəziyyətlərində yetirilə bilərdi. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edir ki,1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadı. İşdə olan, məhkəmə-tibbi-bioloji ekspertizasının 15 mart 2022-ci il tarixli rəyi ilə müəyyən ediir ki, X4 ABO sistemi üzrə qan qrupu-Oalfa,beta/İ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/. Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu -O/İ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 03 ədəd pambıq tampon, X7 məxsus 01 cüt ayaqqabı, köynək, beli rezinli şalvar, pulover, şalvar, Təqsirləndirilən şəxs Səddər oğluna məxsus pencək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı.Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən X7, Şahid1 qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər./əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa/. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana bənzər şübhəli ləkələr aşkar olunmadı. İşdə olan, məhkəmə-tibbi-kriminalistik və kriminalistik ekspertizasının 17 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mərhum X7 məxsus sviterin sol qolunun ön aşağı hissəsində bir ədəd, sviterin arxa səthinin sol nahiyəsində dörd ədəd, sviterin arxa səthinin orta hissəsində iki ədəd, köynəyin arxa səthinin sol yuxarı hissəsində üç ədəd, köynəyin sol qolun ön səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu.Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş X21ə məxsus köynəyinin qolunda tikilmiş üç ədəd düymələrdən bir ədəd düymə öz yerində yoxdur. Bu da, köynəyinin müvafiq hissəsinə küt güvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş mərhum Abdulrəhim Əliyevə məxsus şalvar, idman şalvarı və bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X21ə məxsus sviterin bütün səthi boyu, köynəyin bütün hissəsində, şalvarın bütün hissəsində və idman şalvarı üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ayaqqabının hər iki tayı üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir.Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında bir ədəd, köynəyin sağ qolunun arxa hisəsində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, pencəyin arxa səthinin sol nahiyəsində bir ədəd, pencəyin arxa səthinin sağ hissəsində bir ədəd, şalvarın sol ayağının aşağı hissəsində bir ədəd və şalvarın arxa səthinin sağ yuxarı hissəsində bir ədəd aşkar edilmiş cırılma zədələri, qeyd olunan paltarların müvafiq hissələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər.Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şalvarın arxa orta tikişi üzərində aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, şalvarın müvafiq hissəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus pencəyin sol nahiyəsində, hər iki qolunda, arxa səthinin yuxarı kürək hissəsində, şalvarın sol yan cibinə yaxın və sol ayağının orta hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Köynək üzərində qana bənzər şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan, “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyəti haqqında” 28 dekabr 2021ci il tarixli, 310 №-li tibbi müayinə aktı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə olunarkən yüngül dərəcəli (1,1 promil) sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir.Etil spirtinin qatdığı-0,5‰-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan, məhkəmə-lifli materiallar və məhkəmə-trasoloji ekspertlərinin 28 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, X7 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır.Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Abdulrəhman Əliyevə məxsus olduğu qeyd edilən jaketin səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən pencəyin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Abdulrəhman Əliyevə məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Abdulrəhman Əliyevə və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqdim edilmiş 01 ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat təşkil edir. İşdə olan, kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz həkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə:Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, söz götürməmək, tənqid və təhqirə qarşı həssaslıq, hirslilik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malik olması aşkar edilir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması qardaşı Abdulrəhman Əliyevin uzun müddət onunla və ailəsi ilə konfliktli münasibətdə olmaqla hadisə günü onun gəlini, həyat yoldaşı və azyaşlı nəvəsinin ünvanına nalayiq ifadələr işlətməsi, artıq qardaşının qeyd edilən davranışlarını qəbul edə bilməməsi kimi amillərlə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan,“Götürmə aparılması haqqında” 28 dekabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, X6 Şirvan ŞMX-na daxil olarkən üzərində olan və cərrahiyyə müdaxilə zamanı üzərindən çıxarılmış tünd göy rəngli şalvar, qara rəngli idman şalvarı, mavi rəngli uzunqol köynək, yeri ağ üzərində qara-boz zolaqları olan jaket, jaketin cibindən 141 manat məbləğində pul əskinasları, 057773 nömrəli əlillik vəsiqəsi və bir cüt ayaqqabı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” 28 dekabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları-bir ədəd uzunqol köynək, bir ədəd boz rəngli şalvar və bir ədəd pencək qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Şahid3 tərəfindən istintaqa təqdim edilən diskdə olan videogörüntülərdə X24 Əliyevin həyətinə gələrək Təqsirləndirilən şəxs, Çinarə Əliyevanı və Şahid5 ünvanına cinsi orqanının adını çəkməklə və digər məzmunlu nalayiq ifadələrlə söyməsi, Təqsirləndirilən şəxs də Abdulrəhman Əliyevi təhqir etməsi, habelə Şahid1 Abdulrəhman Əliyevin hərəkətlərinin qarşısına almağa çalışması, sonra onu həyətdən çıxarıb aparması müşahidə edilir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 30 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş bir ədəd bıçaq, qana bənzər ləkələr olan üç ədəd tampon, üç ədəd şalvar, iki ədəd köynək, bir ədəd jaket, bir cüt ayaqqabı və bir ədəd pencək iş üzrə maddə sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Saatlı rayon prokurorluğunda maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (qardaşı Abdulrəhman Əliyevi öldürmək niyyətinin olmaması, hadisə zamanı bıçaqla Abdulrəhmana bir dəfə vurması, qardaşı Abdulrəhman Əliyevi bıçaqla vurarkən Şahid1 orada olmaması, hadisə yerinə Şahid1 sonradan gəlməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni Abdulrəhman Əliyevi öldürmək niyyətinin olmaması, hadisə zamanı bıçaqla Abdulrəhmana bir dəfə vurması, Abdulrəhmanın meyiti üzərində dörd bıçaq xəsarətinin aşkar edilməsi ilə bağlı verilmiş ekspert rəyinin düzgün olmaması, qardaşı Abdulrəhmanı bıçaqla vurarkən Arzunun orada olmaması, hadisə baş verdikdən sonra Arzunun hadisə yerinə gəlməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1 ifadəsi (o, ifadəsində onun gözləri qarşısında əri Abdulrəhmanı Təqsirləndirilən şəxs bıçaqlayaraq öldürdüyünü və digər halları göstərmişdir), həmçinin zərərçəkmiş şəxsin huquqi varisi Nəzakət Nəsirovanın, eləcə də şahidlər Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələri, ekspert rəyləri (o cümlədən məhkəmə-tibbi ekspert rəyinə əsasən X21in meyitinin üzərində bıçaqla yetirilməyə xarakterik dörd ədəd xəsarətlər olmuş, onlardan üçü daxilə keçməyən səthi dəri kəsikli xarakterli xəsarətlər, biri isə daxilə keçən və zərərçəkmişin ölümünə səbəb olan xəsarət olmuşdur.Həmçinin məhkəmə-kriminalistik ekspertizasının rəyində X21ə məxsus paltarların üzərində müxtəlif sayda və yerlərdə olmaqla, o cümlədən sviterin arxa səthinin sol nahiyəsində dörd ədəd dəlib-keçən zədələr olması və bu zədələrin ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə xarakterik olması göstərmlmişdir), maddi sübutlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 dekabr 2021-ci il tarixli ifadəsi (həmin ifadəsində o, qardaşı Abdulrəhmanın ona və ailəsinə qarşı söyüşlər söyüb nalayiq ifadələr işlətdiyinə görə Abdulrəhmanı öldürmək qərarına gəlməsini və bu məqsədlə bıçaq götürüb əynindəki pencəyinin qol hissəsində gizlədib Abdulrəhmanın yanına getməsini və onu qətlə yetirməsini, həmçinin bununla bağlı digər halları göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yuxarıda qeyd olunan xüsusatları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin şahidlər Şahid3, Şahid2 və Rəzzaq Cəfərovun məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni X21in meyitinin üzərində yalnız bir bıçaq xəsarəti izinin olması, habelə Abdulrəhman Əliyevin meyitinin məhkəmə-tibbi ekspert tərəfindən daxili müayinəsinin aparılmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən məhkəmə-tibbi və məhkəmə-kriminalistik ekspertizasının rəyləri ilə, eləcə də Şahid1 ifadəsi və digər iş materialları ilə tam təkzib olunduğundan məhkəmə bu şahidlərin ifadələrində göstərilən xüsusatları sübut kimi qəbul etmir. Habelə zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət Nəsirovanın, şahidlər Şahid1 və Şahid4 ifadələri, həmçinin şahidlər Şahid3, Şahid2 və Şahid5 ifadələri (X21in meyitinin üzərində yalnız bir bıçaq xəsarəti izinin olması, Abdulrəhman Əliyevin meyitinin məhkəmətibbi ekspert tərəfindən daxili müayinəsinin aparılmamasına aid hallar istisna olunmaqla) yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Bundan başqa tədqiq olunmüş sübutlara əsasən 28 dekabr 2021-ci il tarixdə cinayət hadisəsi baş verdikdən sonra cinayət barədə Saatlı RPŞ-nə məlumat daxil olması və polis əməkdaşlarının cinayəti törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi üçün onun yaşadığı ünvana getmələri və bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, cinayəti törətdikdən sonra qeyd olunan şəraitdə Təqsirləndirilən şəxs polis şöbəsinə getməsi onun könüllü olaraq gəlib təqsirini boynuna alması kimi qiymətləndirilə bilməz. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi xüsusi amansızlıqla qəsdən adam öldürmədən ibarətdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 8ci bəndində bildirilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir.Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin bu Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən Şahid1 ifadəsi, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmə prosesində müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək zərərçəkmiş şəxsin yaxın adamı hesab olunan qeyri-rəsmi nikahda olduğu arvadı Şahid1 gözləri qarşısında ona xüsusi əzab verdiyini dərk edib zərərçəkmişə çoxsaylı xəsarətlər, o cümələdən insan həyatı üçün təhlükəli olan bir xəsarət yetirilməsi hallarını xüsusi amansızlıqla qəsdən adam öldürmənin əlamətləri kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən Abdulrəhman Əliyevi öldürmüşdür. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayonun Qıraqlı kənd İcra Nümayəndəliyin 29 dekabr 2021-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Qıraqlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri, o cümlədən oğlu Şahid3 ailəsi-arvadı və azyaşlı uşaqları ilə birlikdə eyni ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 16 mart 2022-ci il tarixli arayşı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 aprel 1992-ci ildən 28 aprel 1994-cü ilədək Azərbaycan Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Təltif (dövlət təltifi) olunmamışdır. İşdə olan, Saatlı RHK tərəfindən 11 dekabr 1998-ci ildə verilmiş (müddətsiz olaraq) 026522 №-li Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan, Tibbi-Ekspert Komissiyasının 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir. İşdə olan, Azərbaycan Respublikas ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin X13 Saatlı Rayon Qəbul Şöbəsinin 15 mart 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonuncu 2-ci qrup əlillik müddəti 09 iyun 2021-ci ildə bitmiş, halhazırda ona əlilliyə görə heç bir növ pensiya, müavinət və ya təqaüd təyin edilməmişdir. Məhkəmə hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin (təqsirləndirilən şəxsə və onun ailə üzvlərinin ünvanına dəfələrlə nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsinin) təsiri altında törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə və təqsirləndirilən şəxsin müharibə veteranı olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, Saatlı rayonun Qıraqlı kənd İcra Nümayəndəliyinin 29 dekabr 2021-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, mərhum, 26 noyabr 1961-ci il təvəllüdlü X1 rayonunun Qıraqlı kəndində qeydiyyatda olub həmin ünvanda ailəsi ilə birlikdə yaşamış və yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Habelə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, qana bənzər ləkələr olan üç ədəd tampon, üç ədəd şalvar, iki ədəd köynək, bir ədəd jaket, bir cüt ayaqqabı və bir ədəd pencək hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, qana bənzər ləkələr olan 3 (üç) ədəd tampon, 3 (üç) ədəd şalvar, 2 (iki) ədəd köynək, 1 (bir) ədəd jaket, 1 (bir) cüt ayaqqabı və 1 (bir) ədəd pencək hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-224 (iki yüz iyirmi dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar