Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-328/2023 27.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran şəhəri “Yaşıllaşdırma” idarəsində fəhlə işləyən, məhkum olunmamış, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Lənkəran rayonunun Girdəni kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşərkən bir neçə il əvvəl sonuncunun onun qardaşı Tural Babazadə ilə mübahisə etdiyini bildirməsi səbəbindən aralarında sözlü mübahisə yaranmış, 02 dekabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs ona zəng edib aralarında olan bu mübahisəyə aydınlıq gətirmək üçün görüşmək istədiyini bildirmiş və həmin gün saat 19 radələrində Lənkəran rayonunun Girdəni kəndində Zərərçəkmiş şəxs ilə görüşüb, sonuncunu idarə etdiyi “KHAZAR LX” minik markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirib birlikdə Lənkəran rayonunun İstisu qəsəbəsinin ərazisində yerləşən meşəlik əraziyə gedərkən yolda aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəmnində mübahisə yaranmış və o, avtomobili saxlayıb düşərkən qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə avtomobilində gəzdirdiyi istintaqla müəyyən edilməmiş ülgüclü və küpü yastı tiyə tipli deşici-kəsici aləti götürüb Zərərçəkmiş şəxs üzərinə hücum edib əlbəyaxa olduqdan sonra sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edib, qaraciyəri zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı olmaqla ailəsi ilə birlikdə Lənkəran rayonunun Girdəni kəndində yaşayır və Lənkəran şəhər “Yaşıllaşdırma” idarəsində fəhlə işləyir.2020-ci ilin sentyabr-oktyabr aylarında İİ Qarabağ müharibəsində iştirak etmiş, Füzuli rayonunda gedən döyüşlərdə yaralandığı üçün daha döyüşlərdə iştirak edə bilməmiş və bu səbəbdən ordudan təxris olunmuş, müharibə qazisidir. Aldığı travma ilə bağlı müharibədən sonra bir müddət müalicə olunmuş, hazırda İİİ dərəcə əlildir.O, müharibə veteranı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Füzlinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla həm də uzaq qohumdur və onunla münasibətləri normal olmuş, hazırda münasibətləri yaxşıdır. Müharibədən sonra xəstəliyi ilə bağlı onda tez-tez əsəbiləşmə halları olmuş, bəzən də özünü idarə edə bilməmişdir. Bu hadisədən bir az əvvəl yaşadıqları kənddə Muradı görüb əsəbiləşmiş, buna səbəb bir neçə il əvvəl qardaşı Tural Babazadə ilə Muradın mübahisə etmələrinin yadına düşməsi olmuşdur.Hazırda qardaşı Tural Rusiyada yaşayır. Dediyi səbəbdən də o, Muradı görəndə özündən asılı olmayan səbəblərdən əsəbiləşmişdir.01 dekabr 2022-ci il tarixdə Muradı kənddə görüb onu idarə etdiyi avtomobilinə götürüb birlikdə Lənkəran şəhər ərazisində gəzmişlər, həm də söhbət etmişlər. Həmin vaxt aralarında mübahisə olsa da, dalaşmamışlar, Murad işi olduğunu, sonra söhbət edərik deyib ondan ayrılıb getmişdir.02 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Murad ona zəng edib kənddə çayxananın qarşısında olduğunu, söhbət etmək istəyirsə gəlməsini bildirmiş, o da idarə etdiyi “KHAZAR LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə əmisi oğlu Hüseynəli ilə birlikdə çayxananın qarşısına getmiş və orada yol kənarında Muradı görüb avtomobilə əyləşməyini demiş, həmin vaxt Murad avtomobildə Hüseynəlini görüb ikisi söhbət etməsini bildirmiş, o da Hüseynəliyə avtomobildən düşüb evinə getməsini demiş və Hüseynəli də maşından düşüb getmiş, sonra Murad avtomobilə əyləşmişdir.Əmisi oğlu Hüseynəli onların arasında nə söhbət olduğunu bilməmişdir.Murad avtomobilə əyləşdikdən sonra ona hansı səbəbdən onun arxasınca danışdığını demiş, elə bu səbəbdən də aralarında sözlə mübahisə olmuş və o, Muradın danışığından əsəbiləşərək avtomobili Lənkəran rayonunun İstisu qəsəbəsi istiqamətində sürməyə başlamışdır. Yolda olarkən Murad ona avtomobili saxlamasını və yerdə söhbət etmələrini bildirmiş, o da İstisu qəsəbənin ərazisində meşəlik əraziyə gedən yolda avtomobili saxlamışdır.Orada Muradla onun arasında mübahisələri davam etmiş, əvvəlcə Murad maşından yerə düşmüş, sonra özü sürücü tərəfdən qapı dəstəyinin aşağısına qoyduğu bıçağı götürüb avtomobildən yerə düşmüşdür.Sonra onlar yerdə qarşılıqlı olaraq mübahisə edib əlbəyaxa olub dalaşmağa başlamışlar.Dalaşma zamanı o, bərk əsəbiləşdiyindən avtomobildən götürdüyü bıçaqla bir dəfə Muradın qarın nahiyəsinə vurmuş və bıçaq əlindən yerə düşmüşdür.Sonra Murad həmin bıçağı götürüb onun əlinə və ayağına xəsarət yetirmiş, daha sonra onlar əlbəyaxa olub yerə yıxılmışlar. Onlar biribirinə yumruq və təpiklə zərbələr endirməklə dalaşmışlar.O, bıçaqla Muradı bir dəfə vurmuş, sonra ona başqa xəsarətlər yetirməmişdir.Sonradan həmin vaxt bıçağın hara düşdüyünü bilməmişdir.Muradla əlbəyaxa olub, onu bıçaqla vurandan sonra o, Muraddan aralanıb avtomobilinə əyləşib avtomobili sürüb oradan uzaqlaşmış, həmin vaxt o, avtomobilin güzgüsündən arxaya baxarkən Muradın da arxadan yola tərəf gəldiyini görüb bıçaqla vurması nəticəsində Muradın yüngül xəsarət almasını və bu xəsarətə görə ona heç nə olmayacağını düşünmüşdür.O, avtomobillə kəndə qayıtdıqdan bir az sonra Muradın xəstəxanaya aparıldığını eşitmiş, sonra özü də xəstəxanaya gedib ilkin tibbi yardım almışdır.Murada bıçaqla xəsarət yetirən zaman yanında başqa heç kim olmamış, onlar tək olmuşlar.Baş vermiş hadisədən az müddət sonra o, Muradla barışmış, xəsarət yetirdiyinə görə ona üzrxahlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də Muradın müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir.Sonradan o, Muradla barışdığına görə Muradın da onu vurub xəsarət yetirməsi ilə bağlı ondan şikayət etməmiş, hazırda da ondan heç bir şikayəti yoxdur və onunla barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır.O, baş vermiş hadisəyə görə, həm də Murada xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir həm də uzaq qohumdurlar və onunla münasibətləri normal olmuş, hazırda da münasibətləri yaxşıdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi qazisidir. Təxminən 7-8 il əvvəl kəndə Ülvinin qardaşı Turalla birlikdə çayxanaya gedərkən zarafatlaşarkən aralarında anlaşılmazlıq olmuş, yəni Turalın onunla etdiyi zarafat xoşuna gəlmədiyindən aralarında mübahisələri olmuşdur.Sonradan Turalla yenə də münasibətləri normal olmuşdur.Onun Turalla mübahisəsi olan vaxt Ülvi orada olmamış, bildiyinə görə həmin vaxtlar Ülvi Bakı şəhərində olmuşdur. Bu məsələdən bir müddət sonra Tural işləmək üçün Rusiyaya getmiş, həmin vaxtdan onunla əlaqəsi olmamışdır.Turalla aralarında olan mübahisədən sonra Ülvi də onu görəndə salamlaşmamış, Ülvinin qardaşı Turala görə belə hərəkət etdiyini başa düşmüşdür. Buna baxmayaraq o, Ülvini görəndə salam vermiş və münasibətləri normal olmuşdur. 01 dekabr 2022-ci il tarixdə, gecə saat 23 radələrində Ülvini kənddə yerləşən çayxanada görüb salamlaşmışlar. Həmin vaxt Ülvi ona avtomobili ilə Lənkəran şəhərinə getməyi təklif edib onunla söhbəti olduğunu, həm də mağazadan siqaret alacağını demiş, o da Ülvinin idarə etdiyi avtomobilə əyləşmiş və onlar Lənkəran şəhər istiqamətində getmişlər.Yolda olarkən Ülvi avtomobili idarə edə-edə onunla mübahisə edib qardaşı Turalın söhbətini tam açmasa da, bilmədiyi bu mövzuda danışmaq istədiyini bildirmiş, o da Ülviyə nə danışdığını bilmədiyini demişdir.Ülvi isə ona güya onun arxasınca danışdığını, qazi olduğunu, nə istəsə edə biləcəyini və onu vuracağını demiş, həmin vaxt o, Ülvinin doğurdan da, özünü idarə edə bilmədiyini və dalaşmaq üçün bəhanə axtardığını başa düşüb “üç yol” adlanan yerdə avtomobili saxladıb avtomobildən düşüb getmiş və aralarında heç bir dava-dalaş olmamışdır.02 dekabr 2022-ci il tarixdə, axşam saat 18 radələrində kənddə yerləşən çayxanaya gedərkən yolda Ülviyə zəng edib bildirmişdir ki, istəyirsə gəlsin, aralarında olan söhbəti müzakirə etsinlər.Ülvi də razılaşıb bir azdan gələcəyini demiş, təxminən 20 dəqiqə sonra, o çayxayanaya çatmamış saat 19 radələrində Ülvi idarə etdiyi avtomobillə gəlib yolda onu görüb avtomobili saxlayıb avtomobilə əyləşməyi demiş, lakin o, Ülviyə avtomobildən yerə düşməsini və burada söhbət etmələrini bildirsə də, Ülvi razı olmamışdır.Həmin vaxt Ülvinin avtomobilində bir nəfər uşaq olmuş və o, Ülvidən həmin uşağın avtomobildən düşüb getməsini bildirmiş, sonra həmin uşaq da avtomobildən düşüb getmişdir.Sonra o, avtomobilə əyləşmiş və Ülvi avtomobili İstisu qəsəbəsi istiqamətində sürməyə başlamışdır.O, Ülvidən avtomobili saxlamasını və söhbətlərini etməsini xahiş etsə də, Ülvi avtomobili saxlamamış və aralarında mübahisə yaranmışdır.O, Ülviyə “onun arxasınca danışmadığını, həmçinin qardaşı Tural ilə aralarında olan mübahisədən sonra münasibətlərin normal olduğunu desə də, Ülvi onu başa düşməyib yenə də “yox sən mənim arxamca danışırsan” deyib onunla mübahisə etmişdir. Avtomobildə olarkən o da əsəbiləşib Ülvinin ünvanına nalayiq ifadə işlətmiş, Ülvi də onu söyərək təhqir etmişdir.Sonra o, Ülviyə avtomobili saxlamasını demiş, lakin Ülvi avtomobili İstisu qəsəbəsinə doğru, yoldan təxminən 100-150 metr içəri, meşə istiqamətinə sürmüş, orada o, qapını açıb düşmək istəməsini Ülvi görüb avtomobili saxlamışdır.Əvvəl o, sonra Ülvi avtomobildən düşmüşdür.Həmin vaxt hava qaranlıq olmuş, yanında və ətrafda heç kim olmamışdır. Ülvi maşından düşərkən əlində bıçaq olmasını bilsə də, bıçağı tam olaraq görməmişdir.Sonra Ülvi bıçaqla onun üstünə hücum etmiş, o da özünü müdafiə etməyə başlamış və onlar əlbəyaxa olub biri-birilərinə təpik və yumruq zərbələri vurmuşlar.Dalaşma zamanı üzbə-üz vəziyyətdə olarkən Ülvi bıçaqla qarın nahiyəsinə bir dəfə vurmuş, həmin vaxt o, Ülvi ilə əlbəyaxa olub bıçağı Ülvinin əlindən almaq istəmiş, lakin bıçağı Ülvidən ala bilməmişdir.Sonra yenidən Ülvinin əlindən bıçağı almaq istəyəndə bıçaq yerə düşmüş və o, bıçağı götürüb Ülviyə tərəf atmış, lakin bıçaq Ülviyə dəyməmişdir.O, Ülvi ilə əlıbəyaxa olub dalaşarkən yerə yıxılmışlar, sonra ayağa qalxıb yenə də dalaşmışlar.Onlar əlbəyaxa olub biri-birilərinə yumruq və təpik zərbələri vurmuşlar.Həmin vaxt onun qarın nahiyəsindən qan gəldiyi üçün o, artıq taqətdən düşmüş və Ülvi bunu görüb qaçıb avtomobilinə əyləşib avtomobili sürüb oradan uzaqlaşmışdır.O, Ülviyə yumruq və təpik zərbələri vursa da, ona bıçaqla xəsarət yetirmmişdir.Ülvi getdikdən sonra o, həmin yerdən uzaqlaşıb getmiş və evlərin yaxnlığında tanımadığı bir nəfər şəxsi görüb kömək istəmiş, həmin şəxs də onun telefonu ilə təcili tibbi yardıma zəng edib kömək çağırmışdır. Sonra o, bacısının əri Rakifə zəng edib bıçaqla vurulduğunu deyib onu olduğu yerə çağırmışdır. 15-20 dəqiqədən sonra Rakif taksi ilə həmin yerə gəlmiş, elə həmin vaxt təcili tibbi yardım avtomobili də ora gəlmiş, sonra onlar onu xəstəxanaya aparmış və xəstəxanada həkimlər onu əməliyyat etmişlər. Ülvi onu Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən meşəlik ərazisiyə gedən yolda bir dəfə bıçaqla vurmuşdur. Baş vermiş hadisədən az müddət sonra o, Ülvi ilə barışmış, Ülvi də ona xəsarət yetirdiyinə görə üzrxaqlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Ülvi ona maddi köməklik etmişdir.Hazırda o, Ülvi ilə barışmış, hadisənin anlaşılmazlıq nəticəsində baş verdiyini Ülvi başa düşüb onu bıçaqla vurduğuna görə üzr istəmiş, o da onu bağışlamış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur.Həmçinin Ülvinin həmkəndlisi, uzaq qohumu, həm də Qarabağ müharibəsinin iştirakçısı olmaqla qazi olması nəzərə alıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini, həmçinin istintaq orqanı tərəfindən iş üzrə götürülmüş özünə məxsus geyim əşyalarının qaytarılmasını məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 13 aprel 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisə Lənkəran rayonunun İstisu qəsəbəsində yaşayış evlərdən aralıda otlaq sahələrin yaxınlığında torpaq yolda baş vermişdir. Hadisə yerinə baxış zamanı baş vermiş hadisə ilə bağlı əhəmiyyət kəsb edən əşyalar, o cümlədən bıçaq və ya başqa predmetlər aşkar olunmamışdır. İşdə olan, “Təqdim olunmuş paltarların götürülməsi və baxış keçirilməsi barədə” 02 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, Lənkəran RMX-nın həkimi Rəşad Fərzəliyevin təqdim etdiyi, xəstəxanaya gətirilərkən Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə, bir ədəd sviter, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar və bir cüt ayaqqabı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-qarın boşluğuna nüfuz edən, qaraciəri zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan qarının 1 ədəd kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir.Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və uclu alətlə(ola bilsin ki, bıçağın təsirindən) qarın nahiyəsinə vurma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə 02 dekabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İşdə olan, məhkəmə tibbi-bioloji ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən).Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, qısaqol mayka, qara rəngli vodolazka və qolsuz mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu.Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan, məhkəmə tibbi-kriminalistik ekspertizasının 13 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sağ yaxalığında bir ədəd, gödəkcənin kapüşonunun daxili sol səthində bir ədəd, sviterin ön səthinin sağ hissəsində bir ədəd, köynəyin ön səthinin sağ hissəsində bir ədəd və maykanın ön səthinin sağ hissəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu.Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgüclü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, köynək və mayka üzərində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənin qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür.Gödəkcənin kapüşonunun daxili sol səthində aşkar edilmiş bir ədəd yalnız üst qatını zədələyən dəlib-keçməyən zədə onun bədəni üzərində öz əksini tapmamışdır.Bu da, yalnız paltarın üst qatının zədələnməsi ilə izah oluna bilər. İşdə olan, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 03 dekabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdən “Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində yaranan astenik pozuntu” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Üzvi şəxsiyyət pozuntusu”aşkar edilir. Cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respoublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Habelə Təqsirləndirilən şəxs hövsələsizlik, tez özündən çıxmaq, söz götürməmək, inadkarlıq, kinlilik, emosional qeyri-saabitlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmışdır, həmin halın yaranması situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edir ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində-qarın, sol bud, sol sol bazu nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, törənmə müddəti 02 dekabr 2022-ci il tarixə uyğun gəlir və hər bir xəsarətlər ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, Lənkəran ŞRPŞ-nin 28 fevral 2023-cü il tarixli məktubunda (istintaq orqanının əməliyyat tapşırığına cavabında) göstərilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 02 dekabr 2022-ci il tarixdə Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən meşəlik əraziyə gedən yolda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs özündə olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir.Cinayətin aləti olmuş bıçağın yerini müəyyən edilməsi üçün sorğular aparılmış və bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döyməsi faktı ilə bağlı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, habelə istintaq orqanı tərəfindən götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd sviter, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar və bir cüt ayaqqabı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 04 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanının Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbiri müddəti 03 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayonunun Girdəni kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 06 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla yaşayır və yaşıdığı yer üzrə müsbət (İİ Qarabağ müharibəsinin qazisi olmaqla yaşadığı kənddə özünü yaxşı cəhətdən göstərə bilmiş, qohumları və qonşuları ilə yaxşı münasibətləri vardır) xarakterizə olunur. İşdə olan, AZE 11124427 və AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X3 26 mart 2016-cı ildə və X5 11 may 2017-ci ildə anadan olmuşdur. İşdə olan, Azərbaycan Respublikası medalların №1-8571, №1-17825 və №1-12323 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası MN-i tərəfindən verilmiş 107873 №-li vəsiqənin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan, 03 mart 2021-ci il tarixli, 7423 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqində sol qulaqda 2 metrə, sağ qulaqda 4 metrə məsafədən eşidilmə ilə. Sağ baldırın və sol ayağın qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı yumşaq toxumların yad cismi (metal qəlpə)” diaqonozu ilə aşkar olunan travmalar hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır. İşdə olan, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə aid məlumatlar barədə 04 iyun 2021-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr nəticəsində travmalar aldığına görə ruhi-əsəb gərginliyi tələb edilməyən işlərdə işləyə bilməklə üçüncü dərəcə əlildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsi bu Məcəllənin 59.1.9cu maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması, İİİ dərəcə əlil olmaqla müharibə veteranı olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsini tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması, müharibə veteranı olmaqla İİİ dərəcə əlil olması, habelə təqsirkarın şəxsiyyəti (müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), bundan başqa təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin həmkəndli olmaqla uzaq qohum olmaları, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaları və münasibətlərin əvvəlki kimi yaxşı olması, eləcə də işin faktiki halları, o cümələdən təqsirləndirilən şəxsin cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd sviter, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şalvar və bir cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkcə, 1 (bir) ədəd sviter, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd şalvar və 1 (bir) cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-328/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-328/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver