Məhkəmə qərarları › İş №1(099)-328/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-328/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-328/2024 05.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi) Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 25 avqust 1978-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4(050)- 107/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda-1030,0 qram narkotik vasitə qurudulmuş marixuananı realizə edəcəyi barədə razılığa gəlmiş, İran İslam Respublikası vətəndaşı külli miqdarda narkotik vasitəni qurudulmuş marixuananı istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndinə dönən hissəsində Girdəni yazısı olan lövhənin yaxınlığında gizlədilməsini təmin edərək bu barədə ona məlumat verdikdən sonra, o, istintaqa və məhkəməyə məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol Patrul Xidməti Alayına bilavasitə tabe olan 11-ci tağımının 726 nömrəli stasionar postunun əməkdaşları tərəfindən 14 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri istiqamətində idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən Ələt-Astara magistral yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən 143-cü kilometrliyində yerləşən stasionar postda saxlanılmış, bundan sonra 726 saylı stasionar postun inzibati binasının həyətində idarə etdiyi avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa sərnişin oturacağından 01 ədəd bükülüdə külli miqdarda-1030,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində demişdir ki, iranlı ona «WhatsApp» vasitəsi ilə salam yazmış o, da cavab yazdıqdan sonra aralarında münasibət yaranmış və danışmağa başlamışlar. İranlı Azərbaycan dilində danışmış, adının Şirəli olduğunu və özündə narkotik vasitə olduğunu demişdir. O, da narkotik vasitədən istifadə etmişdir. Evləri təmir etməklə ustalıqla məşğul olmuş, az yaşlı uşaqları və xəstə anası olduğu üçün maddi vəziyyəti aşağı olmuşdur. İranlıya ona narkotik vasitə təşkil etməsini demişdir. İranlı ona babalarının Lənkəran rayonundan olduğunu, Lənkəran rayonundan İrana köçənlərdən olduğunu bildirmişdir. İranlıya 200 manat pulunun olduğunu demişdir. İranlı ona pulu kartına vurmağını, Lənkəran rayonuna narkotik vasitə qoyduracağını demişdir. Karta pul vurmaq istəməmiş fikirləşmişdir ki, pul vursa birdən iranlı telefonu söndürər. Aralıqda 200 manat pulu batar. Narkotiki götürəndən sonra pulu vurmağı təklif etmiş, lakin iranlı onunla razılaşmamışdır. Kartına pulu vurduqdan sonra Lənkəran rayonuna narkotik vasitə qoyduracağını demişdir. Bundan sonra Şəki rayonunda marketdə yerləşən terminaldan 200 manat pulu iranlının atdığı kart hesabına vurmuşdur. Həmin vaxtı Lənkəran rayonuna gəlmək üçün pulu və avtomobilində benzini olmamışdır. İranlıya pulu vurduqdan 3-4 gün sonra işləmiş, işlədiyinin pulunu aldıqdan sonra Lənkəran rayonuna gəlmişdir. İranlı ona Lənkəran rayonunun Bakı istiqamətindən gəldikdə Girdəni yazılan plakatın altına narkotik vasitə qoyduracağını demişdir. Masallı rayonu ərazisində yerləşən polis postunu keçdikdən sonra ona zəng gəlmiş, iranlı ona harda olduğunu demiş, iranlıya polis postunu keçdiyini, ancaq hələ plakat olan yerə çatmadığını demişdir. İranlı plakata çatanda ona xəbər etməyini demişdir. Plakatın yanına çatmış, düşüb baxmış, ancaq heç nə tapmamış, iranlıya zəng edərək baxdığını heç nə tapmadığını demiş, iranlı bir az qabağa getməyini və narkotik vasitənin orada olmasını bildirmişdir. Narkotik vasitəni iranlı dediyi yerdən tapdığını iranlıya demiş, narkotik vasitəni götürüb avtomobilinin arxa qapısını açaraq avtomobilə atmışdır. Həmin vaxtı təxminən saat 20:40 radələri olmuşdur. Avtomobilə oturaraq sürüb dönərək Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Polis postuna çatan zaman polis əməkdaşları onu saxlayaraq sənədlərini istəmiş, sənədlərini polis əməkdaşına vermişdir. Polis əməkdaşı ona avtomobilini yoxlamaq istədiyini demiş, o isə etiraz etməmişdir. Polis əməkdaşı avtomobilində nə olub-olmadığını soruşmuş, o isə avtomobildə heç nə olmadığını demişdir. Polis əməkdaşı onunla söhbət edə-edə avtomobilin arxa qapısını, qabaq qapısını açaraq avtomobilə baxmış, avtomobilin arxa qapısını açan zaman bükülünü orada görmüşdür. Polis əməkdaşı ondan bükülünün nə olduğunu soruşmuş, o da polis əməkdaşına narkotik vasitə marixuana olduğunu demişdir. Polis əməkdaşı bükülünü götürməmiş, açıb baxmamış və avtomobilin qapısını örtərək, onu apararaq polis postunda otağa salmışlar, onunla təxminən 20 dəqiqə söhbət etmişlər. Polis əməkdaşlarına mümkündürsə çıxıb getməsini bildirmiş, lakin polis əməkdaşları onunla razılaşmamış, danışıqlarını kameraların çəkdiyini demişlər. Təxminən saat 23 radələrində əməliyyatçılar polis postuna gəlib çıxmışlar. Əməliyyatçılar dörd nəfər olmuş, üstünə baxmışlar onun üstündən heç nə çıxmamışdır. Polis əməkdaşları mobil telefonunu və üstündə olan 80 manat pulu da götürmüşlər. Həmin vaxtı rus nömrəsindən ona zəng gəlmiş, rəis dedikləri şəxs, telefonunu açmış sonra isə söndürmüşdür. Ondan nömrənin kimin nömrəsi olduğunu soruşmuş o, isə kimin nömrəsi olduğunu bilmədiyini demişdir. Onu avtomobilinin yanına aparmışlar və çəkliş etmişlər, o, avtomobilindən narkotik vasitə marixuananı götürərək təqdim etmişdir. Narkotik vasitə marixuananı ilk dəfə çəkdikdə 1 kiloqram, ikinci dəfə çəkdikdə isə çəkisinin 1 kiloqram 3 qram olduğu müəyyən olundu. Baxış aparılan zaman dediyi bütün fikirləri polis əməkdaşları dediyi üçün bildirmişdir. İki dəfə çəkiliş olmuş, birinci dəfə polis əməkdaşları dediklərini olduğu kimi deyə bilmədiyi üçün ikinci dəfə çəkiliş etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla danışan şəxs birinci dəfə adının Şirəli olduğunu demişdir. Sonra həmin şəxsdən düzgün adının nə olduğunu soruşmuş, həmin şəxs düzgün adını sonra deyəcəyini bildirmişdir. Həmin şəxs Lənkərandan olduğunu bildirmişdir. Babasının əvvəllər İrana gəldiyini, bir tərəfinin də Cəlilabad rayonundan olduğunu bildirmişdir. Şirəlinin atdığı karta 200 manat pul vurmuş, həmin kart «Kapital bank»a aid kart olmuş, karta pul vuran zaman kartın adı Şirəli çıxmamış, xatırlamadığı qadın adı çıxmışdır. Kartdan qadın adının çıxmasını Şirəliyə deməmişdir. Karta pulu köçürməsini ona Şirəli demiş, Şirəli də karta pulun köçdüyünü təsdiq etmişdir. Pulu Şirəlinin kartına vurduqdan 4 gün sonra iş yerindən pul alaraq Lənkəran rayonuna gəlmişdir. Götürdüyü narkotik vasitənin pulunu Şirəlinin kartına köçürmüşdür. Şirəlinin kartına pulu vurduğu gün gəlib narkotik vasitəni götürməli idi, ancaq pulu olmadığı üçün çıxıb gələ bilməmişdir. Şirəlidən birinci dəfə 100 qram narkotik vasitə istəmiş, pulu olanda verəcəyini demiş, Şirəli onunla razılaşmamış, pulu verə bilirsə versin, sonra narkotik vasitə verəcəyini demişdir. Etibarını qazandıqdan sora ona nisyə narkotik vasitə verəcəyini demişdir. Şirəli ilə 200 manat pulun müqabilində 50 qram narkotik vasitəyə razılaşmışdır. Təxminən bir il yarımdır ki, narkotik vasitə marixuanadan istifadə edir. Götürəcəyi narkotik vasitə təxminən 50 qram olmalı imiş, götürən zaman narkotik vasitənin çox olmasını bilmişdir. Polis postunu keçdikdən sonra Şirəliyə zəng vurub narkotik vasitənin çox olmasını deyəcəkdi, Şirəli nə qədər desə həmin qədər götürəcəkdi. Tutulan zaman yalan ifadə vermiş, adamın iranlı olmasını da yalandan demiş, Şirəlinin iranlı olmasını dəqiq bilməmişdir. Fikirləşmişdir ki, polis əməkdaşları Şirəlini birdən taparlar, ona görə iranlı olduğunu demişdir. Şirəli onunla telefonla danışan zaman İrandan narkotik vasitə göndərəcəyini deməmiş, sadəcə olaraq Lənkəran rayonu ərazisinə narkotik vasitənin qoyulacağını demişdir. Şəkidən narkotik vasitə ala bilməmişdir. Bir nəfər şəxsdən narkotik vasitə almış, həmin şəxs də o, tutulmamışdan iki ay əvvəl Şəki rayonunda polis əməkdaşları tərəfindən tutulmuşdur. Şirəli ilə birinci dəfə danışaraq narkotik vasitə almışdır. Üzərindən aşkar olunmuş Kapital və Leo banklara aid kartlar özünə məxsus olmuş, həmin kartlarla alış-veriş etmiş və özü istifadə etmişdir. Şirəli onun kartına heç vaxt pul vurmamışdır. Şirəlinin 1000 manat pulun müqabilində onun üçün narkotik vasitəni aparıb qoymasını istintaq zamanı yalan demişdir. Başqa adamın adına olan və onun tərəfindən istifadə olunan bank kartı olmamışdır. Adına olan digər bir kart da Zakatala rayonunda kollecdə oxuyan 16 yaşlı oğlu tərəfindən istifadə olunur. Həftədə 10 manat oğluna yol pulu vurmuşdur. Avtomobilində aşkar olunan narkotik vasitə, onun tərəfindən götürülmüş narkotik vasitədir. Götürdüyü bükümlə çəkilən büküm eyni bükümdür. Narkotik vasitəni götürən kimi posta tərəf gəlmişdir. Götürdüyü narkotik vasitə təxminən 50-60 qram olmuş, narkotik vasitə marixuanadan əlavə bükümün içində digər heç bir şey olmamışdır. Yolda Lənkərana gələrkən Kürdəmir rayonundan keçəndə, narkotik vasitəni götürdükdən sonra avtomobildən iyi gəlməsin deyə, bir selofan torba nanə alib avtomobilinə qoymuşdur. Marixuana olan bükülü skoçlu olmuşdur. Nanə olan selofanı digər selofanın içərisinə qoymuşdur. Özünə məxsus «Kapital bank»a aid karta köçən pullar, işlədiyi evin sahibi tərəfindən gördüyü işin müqabilində göndərilmişdir. İranlıya 200 manat pulu Şəki rayonunda olan marketdən terminal vasitəsi ilə göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qəbzi tapa bilməmiş, ancaq telefonunda pulu göndərməsi ilə bağlı qəbzin şəkili olmuşdur. Cinayət işinin materiallarında bununla bağlı sənəd olmamışdır. Cinayət işinin materiallarında olan 15 sentyabr 2023-cü il tarixli smsləri də özü yazmışdır. Heç bir sms yazışmalarını silməmiş, ancaq Şirəli özü yazdığı smsləri silmişdir. Şirəlinin kartına pul vuraraq ondan tiryək götürmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, özü üçün narkotik vasitə almışdır. Ona qarşı oyun qurulmuşdur. Narkotik vasitə almaq üçün telefonla danışdığı şəxs Azərbaycan dilində danışmış, buna görə hesab etmişdir ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Danışdığı şəxsin kartına pul atdıqdan sonra, həmin şəxsə pul atması barədə sms yazmışdır. Bank kartlarında olan pullardan ayrı-ayrı oyunlar üçün pul vurmuşdur. Müstəntiq tərəfindən təqdim olunmuş səs yazıları, smslər özünə məxsus olmuşdur. Səs yazılarında danışılan təkərlər özünə məxsus olmuş, həmin təkərləri satmışdır. Məlumatlardakı «vozluq» söhbəti yadına düşməmiş, iranlıdan narkotik vasitə alaraq satmamışdır. Hər hansı başqa şəxsə narkotik vasitə pay verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında Şirəli adlı şəxsdən şəxsi istifadəsi üçün 200 manat pulun müqabilində marixuana almağa razılaşması, narkotik vasitələrin gizlədildiyi yerə gəlib 50-60 qram narkotik vasitə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmaması, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Şirəli adlı şəxsdən şəxsi istifadəsi üçün 200 manat müqabilində marixuana almağa razılaşması, narkotik vasitələrin gizlədildiyi yerə gəlib 50-60 qram narkotik vasitə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmaması, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və demişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. O, təxminən bir ay bundan əvvəl tanımadığı bir mobil nömrədən gələn zənglə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə danışmağa başlamışdır. Onlar əsasən «WhatsApp» tətbiqi vasitəsilə danışmışlar. İranlı şəxsin onunla danışmaqda məqsədi onun həmin iranlının sifarişi ilə hansısa əmlakı dediyi yerə aparıb qoymaq olmuşdur. Bir qədər danışdıqdan sonra iranlı ona adının Şirəli olduğunu, ona Lənkəran rayonunda Bakı yolunda yolun kənarına narkotik vasitə qoyacağını, onun da həmin narkotiki götürüb deyəcəyi yerə aparmağı qarşılığında pul qazanacağını demişdir. O, da razılaşmışdır. Bu məqsədlə o, 12 oktyabr 2023-cü il tarixdə həmin Şirəli adlı iranlı ilə yenidən danışmışdır. Şirəli ona Astara yolunda olan Girdəni yazısının altında narkotik vasitə olan qurudulmuş marixuana qoyacağını demişdir. Ona həmin bir ədəd bağlamada olan qurudulmuş marixuananı Yevlax rayonuna aparıb dediyi yerdə qoymağı tapşırmışdır. İranlı bunun qarşılığında da ona 1000 manat pul göndərəcəyini demiş, o, da razılaşmışdır. Şirəli əvvəlcə həmin gün onun bank kartına 200 manat pul göndərmiş və onun tapşırdığı 14 oktyabrda saat 21 radələrində gedib həmin bağlamanı götürməyini demişdir. Şirəli işi həyata keçirdikdən sonra qalan 800 manat pulu da onun bank kartına göndərəcəyini demişdir. O, da iranlıya inanmışdır və bu işi görmək üçün etibarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna doğru magistral yolla getməyə başlamışdır. O, həmin yolda Girdəni kəndinə dönən yolun kənarında Girdəni yazısı olan lövhənin altından həmin bir ədəd bağlamanı götürmüş və maşınının salonunda arxa ayaq altına qoymuşdur. O, sonra isə geri üzü Masallı rayonu istiqamətində qayıtmağa başlamışdır. Onun məqsədi həmin gün Yevlax rayonuna getmək olmuşdur. Lakin idarə etdiyi avtomobillə geri dönərkən 11-ci tağımın stasionar postunda onu saxlamışlar. Ona polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində və satışında şübhəli olmağını və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməli olduğunu demişlər, o, da razılaşmışdır. Həmin vaxt özünü təhqiqatçı kimi təqdim edən Bəhmən Əsgərli digər polis əməkdaşlarının iştirakı ilə və video çəkiliş aparılmaqla ona bütün hüquq və vəzifələrini elan etmişdir. Təhqiqatçı ona maşınında hər hansı bir narkotik vasitə varsa təqdim etməsini təklif etmişdir. O, da idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısını açaraq salonun arxasında sağ ayaqaltında bir ədəd yapışqan lentlə bağlanmış bağlama çıxardıb təqdim etmişdir. Ondan həmin bağlamada nə olduğu soruşulduqda o, həmin 1 ədəd bağlamada narkotik vasitə olmasını bildirmişdir. Bundan başqa o, Şirəli adında iranlı bir şəxslə tanış olmasını və iranlının tapşırığı ilə 1000 manat pul qarşılığında Lənkəran rayonuna gəldiyini və magistral yolda Girdəni yazısı olan lövhənin altından həmin bir ədəd bağlamanı götürməyini, Şirəlini ona söz verdiyi 1000 manat pulun 200 manatını əvvəlcədən onun bank kartına göndərməsini, qalan 800 manatını isə Şirəlinin tapşırığı ilə narkotik vasitəni Yevlax rayonuna girişdə Yevlax yazısı olan lövhənin altına qoyduqdan sonra əldə edəcəyini bildirmişdir. Onun təqdim etdiyi bir ədəd bağlama içindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1030 qram olmasını görmüşdür. Həmin narkotik vasitə yapışqan lentlə bükülmüş olduğu bir ədəd bağlama ilə birlikdə qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Həmin bağlama möhürlənmişdir. Bundan sonra onun idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna, yük yerinə və mührərrikxanasına baxış keçirilmiş və hər hansı bir narkotik vasitə və ya predmet aşkar edilməmişdir. Onlar həmin gün polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-in inzibati binasına gəlmiş və ona öz ərizəsi əsasında müdafiəçi təyin olunmuşdur. O, müdafiəçi qismində X2 təyin edilməsini xahiş etmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı bir narkotik vasitə və ya predmet aşkar edilməmişdir. Bundan başqa o, şəxsi axtarış zamanı əvvəllər də həmin Şirəli adında şəxsdən 80 manat pul qarşılığında narkotik vasitə olan tiryək aldığını və öz şəxsi ehtiyacları üçün istifadə edib qurtardığını demişdir. O, özü üçün aldığı narkotik vasitə olan tiryəki də Lənkəran yolunda yolun kənarında olan hazırda tanımadığı lövhənin altından götürmüşdür. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, bu barədə heç kimə bir söz deməmişdir. Buna görə də idarə etdiyi «Vaz- 21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə daşımağından və saxlamağından heç kimin məlumatı olmamışdır. O, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. O, idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Şirəli adıyla tanıdğı iranlı bir şəxsin tapşırığı ilə Astara yolunda Lənkəran rayonunun Girdəni kəndinə dönən yolda Girdəni yazısı olan lövhənin altından götürüb Yevlax rayonunun girişində Yevlax yazısı olan lövhənin altına qoyub qarşılığında 1000 manat pul almağa razılaşmışdır. Bu məqsədlə həmin Şirəli adında olan iranlı şəxs onun bank kartına 12 oktyabr 2023-cü il tarixdə 200 manat pul göndərmiş və qalan 800 manat pulu da Şirəlinin tapşırığını icra etdikdən sonra əldə etməli imiş. O, həmin şəxsin adının Şirəli olmasını İran İslam Respublikası vətəndaşı olmasını bilmişdir. Şirəli ona “WhatsApp” tətbiqi vasitəsilə +48 seriyası ilə başlayan nömrə ilə qeydiyyatdan keçən profil hesabı ilə zəng edərək danışmışdır. Bundan başqa Şirəli yazdığı mesajları da silmişdir. O, Şirəli ilə danışdığı zaman Şirəlinin üzünü və ünvanını dəqiq bilməmişdir. O, 14 oktyabr 2023-cü il tarixdə axşam saat 22 radələrində həmin narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bağlamanı Girdəni yazısı olan lövhənin altından götürmüş və geri qayıdarkən 11-ci tağımın stasionar postunda saxlanılmışdır. Həmin vaxta qədər o, daşıdığı qurudulmuş marixuanadan heç kimə pay verməmiş və satmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, ifadələrində narkotik vasitələri Şirəli dediyi yerə qoymağı öhdəsinə götürməsi və bunun müqabilində 1000 manat verəcəyini vəd etməsi barədə yazılanlar doğru deyildir. Həmin ifadəsini təsdiq etmir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri «Vaz- 21061» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisinin keçən hissəsində daşımasında şübhəli olması və Ələt- Astara magistral yolunda Astara rayonundan Bakı şəhəri istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətdə olması barədə məlumat daxil olmuş, həmin məlumat həmçinin BDYPİ-nin 11-ci tağımın YPX inspektoru, polis baş serjantı Şahid3 da daxil olmuşdur. Həmin məlumat aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra müvafiq qərarla əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin əməliyyat-təhqiqat qrupunun rəhbəri o, təyin edilmiş, üzvləri isə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X6, Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11-ci Tağımının inspektoru, polis baş serjantı Şahid3 və Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11-ci Tağımının inspektoru, polis baş serjantı Şahid4 təyin edilmişlər. Həmin gün, yəni 14 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində əməliyyat-təhqiqat qurupunun üzvləri ilə birlikdə 726 nömrəli stasionar postunda olarkən təxminən saat 22:30-da «Vaz-21061» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil stasionar postun yerləşdiyi əraziyə yaxınlaşarkən YPX Alayının 11-ci Tağımının inspektoru Şahid3 və Şahid4 həmin avtomobilin sürücüsünə saxla işarəsi verib həmin avtomobili saxlatdırmışlar. Şahid3 avtomobilə yaxınlaşıb özünü təqdim etmiş, sonra Şahid3 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili stasionar postun inzibati binasının həyətinə sürüb saxlamasını bildirmişdir. Həmin şəxs də idarə etdiyi avtomobili hərəkətə gətirib stasionar postun inzibati binasının həyətinə sürmüş və həmin vaxt digər polis əməkdaşları ilə birlikdə həmin avtomobilə yaxınlaşmışlar. Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Bəhmən Əsgərli həmin avtomobilin sürücüsünə yaxınlaşıb özünü təqdim etmişdir. X13 Məmmədova qanunsuz olaraq külli miqdarda narkotik vasitələri «Vaz-21061» markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımasında şübhəli olmasını və onun iştirakı ilə avtomobilə baxış keçiriləcəyini bildirmişdir. Baxış başlamazdan əvvəl bütün iştirakçılar özlərini təqdim etmişlər. Sonra baş X5 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra X5 Təqsirləndirilən şəxs baxış keçirilməzdən əvvəl etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsində istifadəsi, daşıması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya, predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilində arxada bağlı bükülüdə narkotik vasitə olduğunu demiş, təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükülünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb arxa sərnişin salonunda sağ ayaqaltından bir ədəd göy rəngli selofanın içərisində olan yapışqan lentlə bükülmüş bir ədəd bağlama çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bağlamada nə olması soruşulduqda o, bağlamada narkotik vasitə olduğunu, həmin bağlamada olan narkotik vasitəni Lənkəran rayonunda Girdəni yazısı olan lövhənin arxasından götürdüyünü bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamada olan maddənin narkotik vasitə olmasını haradan bildiyini soruşmuş o, həmin bağlamanı xarici nömrədən əlaqə saxladığı adının Şirəli olduğunu deyən İran vətəndaşının deməsinə görə götürdüyünü bildirmişdir. Adının Şirəli olduğunu deyən şəxsi 20 gün müddətə tanıdığını, həmin şəxsin ona zəng edərək özündə narkotik vasitə olmasını deməsini, Təqsirləndirilən şəxs əvvəlcə onunla razı olmadığını, lakin sonradan maddi vəziyyəti ilə əlaqədar həmin narkotik vasitəni götürərək Yevlax rayonunda bir yerə qoyması ilə bağlı razılaşdığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs əvvəllər həmin şəxsdən narkotik vasitə alıbalmadığını soruşduqda, o, bir dəfə həmin şəxsdən tiryək deyilən maddəni 80 manat pul qarşılığında aldığını, həmin tiryək adlı maddəni də eyni yerdən götürməsini və əvəzində də Şirəlinin dediyi kart nömrəsinə 80 manat pul vurmasını demişdir. Təqsirləndirilən şəxs iranlı şəxsin deməsi ilə, içərisində narkotik vasitə olan bağlamanı aparıb Yevlax şəhərində Yevlax yazısı olan lövhənin altına qoyub, oradan getməli olduğunu bunun qarşılığında əvvəlcə 200 manat pulun onun bank kartına yüklənməsini və qalan 800 manat pulun da işi gördükdən sonra alacağını, həmin 200 manat pulun iki gün əvvəl kartına yükləndiyini və iranlı şəxsin deməsi ilə 14 oktyabr 2023-cü il tarixdə içərisində narkotik vasitə olan bağlamanı götürməyə gəldiyini demişdir. Təqsirləndirilən şəxs həmin Şirəli adlı şəxslə «WhatsApp» tətbiqində zənglə danışmasını, üzünü görmədiyini, əvəllər ondan aldığı tiryək adlı maddədən özü istifadə etdiyini, lakin indi avtomobilindən çıxardaraq təqdim etdiyi bağlamada olan narkotik vasitənin istifadəçisi olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bağlamaya baxış keçirilmiş, baxış zamanı həmin bağlamada qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Narkotik maddə bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kiloqramdan artıq olması məlum olmuş, bağlama içərisində olan maddələrlə birlikdə kisəyə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna, baqajına və mühərrikxanasına baxış keçirilmiş, qanunsuz heç nə müəyyən olunmamışdır. Baxışın sonunda Təqsirləndirilən şəxs öz istifadəsi üçün əvvəllər tiryək almasını, əvvəllər məhkum olunmamasını və polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi təsir və ya zorakılıq olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-nin inzibati binasına gətirilib təhqiqatçı, polis kapitanı Bəhmən Əsgərli tərəfindən ona hüquq və vəzifələri izah edilib bu barədə Qabilə bildiriş verilmişdir. X5 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Təqsirləndirilən şəxs istəyi ilə müdafiəçi X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün Masallı RPŞ-yə dəvət olunmuşdur. Üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd pul kisəsi, pul əskinazları, bank kartları, özünə məxsus sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyəti təqsdiq edən sənəd çıxardaraq təqdim etmişdir. Həmin predmetlər götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Qabil həmin ərazidən əvvəllər də narkotik vasitə götürdüyünü bildirmişdir. Qabilin kartına iranlı tərəfindən 200 manat pul köçürülməsindən, 800 manatı isə sonra verməsindən, Qabil saxlanılmamışdan əvvəl məlumatı olmamışdır. Bu barədə Qabil özü də saxlanılan zaman bildirmişdir. Karta daxil olan və çıxan pul vəsaitlərinin müəyyən olunması istintaq hərəkətidir, bunun yoxlanılmasından isə məlumatı olmamışdır. Bu barədə raportunda da heç bir məlumat yazmamışdır. Qabili Masallı rayonu ərazisində yerləşən polis postunda gözləmişlər. Qabili yol-patrul xidmətinin əməkdaşları işarə verərək saxlamışlar, sonra isə onlar yaxınlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Baş Dövlət Yol Polis İdarəsinin YPX Alayının 11-ci Tağımının inspektorları Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda beş nəfər olmuşlar, Qabili təxminən saat 22:30 radələrində saxlamışlar. Qabili saxladıqdan təxminən 20-30 dəqiqə polis postunda qalmışlar, Qabilin avtomobilinə və təqdim etdiyi narkotik vasitə marixunaya bənzər kütləyə baxış keçirilmişdir. Həmin vaxtı istifadəsində ***-***-**-** saylı mobil nömərli telefon olmuşdur. Qabilin telefonuna baxış keçirməmişlər. Avtomobilə və narkotik vasitəyə baxış keçirildikdən sonra Qabili polis şöbəsinə aparmışlar, orada isə şəxsi axtarış aparılmışdır. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X10 bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon götürüldükdən sonra qablaşdırılmamışdır. Telefonun şifrəsi olmuş, hazırda texniki səbəbdən telefonun açılması mümkün deyildir. Qabildən götürülən kartlara mədaxil və məxaric olunan pulları çıxarmamışdır. Qabildən götürülmüş telefona özü baxış keçirmiş, şəkilləri çəkərək cinayət işinin materiallarına əlavə etmişdir. Qabilin telefonunda olan cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatları öz telefonuna köçürmüşdür. Həmin məlumatları cinayət işinin materiallarına əlavə etməmiş, lakin öz telefonunda saxlamışdır və məhkəməyə təqdim edir. İran İslam Respublikası vətəndaşının dövlət sərhədindən keçərək Lənkəran rayonu, Girdəni kəndi ərasində narkotik vasitəni gizlətməsini aydınlaşdıra bilməmiş, cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşından başqa digər şəxsin olması müəyyən edilməmişdir. Qabilin telefonunda narkotik vasitələrin satışı ilə bağlı yazışmalar olmuşdur. Həmin yazışmaları verilən ittihamda göstərilən narkotik vasitə ilə bağlı olmadığından iş materiallarına əlavə etməmişdir. Şəkillərin bəziləri isə texniki səhv olaraq cinayət işinin materiallarına əlavə olunmamışdır. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə Masallı RPŞ-nin və BDYPİ-in Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməkdə, satış məqsədi ilə idarə etdiyi avtomobildə daşımaqda və saxlamaqda şübhəli olduğundan Ələt-Astara yolunun 143-cü kilometrliyində yerləşən BDYPİ-in 11-ci tağımının 726 saylı stasionar postunda saxlanılmış və orada etiabrnamə əsasında idarə etdiyi «Vaz 21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin salonunda saxladığı bir ədəd yapışqan lentlə bükülmüş bağlamada təmiz çəkisi-1030,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v. 1-39) -«təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rayon ərazisində nəzarətə götürülməsi, cinayət törətməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda onun üzərinə təxirə salınmadan şəxsi axtarış və onun etirbarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır.(i.v. 5) -«baxış və götürmə haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində gəzdirilməsi, qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomaşının arxa sağ ayaq altında narkotik vasitə vardır və həmin narkotik vasitəni təqdim edə bilər. Təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açaraq, ayaq altından mavi rəngli sellofanı çıxararaq içərisindəki 1 ədəd yapışqan lentlə ətraflı bərkidilmiş bükülünü təqdim edərək, həmin bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin qurudulmuş marixuananı Bakı-Astara avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən hissəsində quraşdırılmış «Girdəni» sözləri yazılmış yol nişanının alt hissəsindən götürərək Yevlax rayonunun ərazisində olan BDYPB stasionar postunun yaxınlığında olan yol nişanının yanında qoyacağını və bunun müqabilində onun plastik kart hesabına 1000 manat pul göndərəcəyi ilə razılaşmış, ilkin olaraq onun plastik kart hesabına 13 oktyabr 2023-cü il tarixdə 200 manat göndərmiş, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı Şirəli kimi təqdim edən şəxsin dediyi ünvana çatdırdıqdan sonra 800 manat pulu onun plastik kart hesabına ödəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ay öncə «WhatsApp» ani mesajlaşma tətbiqində özünü İran İslam Respublikasının vətəndaşı Şirəli kimi təqdim edən şəxsin onunla tanışlıq münasibəti yaranmış, ona təklif etmişdir ki, onun üçün Azərbaycan Respublikası ərazisində narkotik vasitələri onun dediyi ünvana çatdıracağı təqdirdə müəyyən məbləğdə ona pul vəsaiti ödəyəcəkdir. İlkin olaraq təxminən tanış olduqdan bir neçə gün sonra özünü İran İslam Respublikasının vətəndaşı Şirəli kimi təqdim edən şəxsin plastik kart hesabına 80 manat ödəməsini, həmin pulun müqabilində ona 10 qram tiryək göndərmiş və həmin tiryəki, Lənkəran rayonu ərazisindən götürərək istifadə etmişdir. Həmin 1 ədəd yapışqan lentlə bərkidilmiş olan bükülü içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 1030 qram olması müəyyən olunmuş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür.(i.v. 10-12) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 18) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərinə «Samsung» sözləri yazılmış mobil telefon, 3 (üç) ədəd 20 (iyirmi) manatlıq əskinaz, 2 (iki) ədəd 5 (beş) manatlıq əskinaz, 10 (on) ədəd 1 (bir) manatlıq əskinaz, 1 (bir) ədəd üzərinə Kapital Bank **********279693 sözləri və rəqəmləri yazılmış plastik kart, 1 (bir) ədəd üzərinə Leo Bank **********048911 sözləri və rəqəmləri yazılmış plastik kart, 1 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsi və 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmiş və həmin predmetlər götürülmüşdür.(i.v. 28-29) -«məhkəmə-bioloji ekspertizası»nın 15 oktyabr 2023-cü il tarixli, 19/933 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21061 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülümüş 1 ədəd üzəri yapışqan lentlə örtülmüş bükülüdə olan qurudulmuş marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 əddə bükülüdə təmiz çəkisi -1030,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr» siyahısına daxildir (Siyahı 1). Qeyd:marixuananın təmiz çəkisi- 1030 qram, tədqiqata sərf olundu-0,1 qram, qalıq-1029,9 qram.(i.v. 34-36) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1029,0 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v. 40) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4(050)- 107/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 14 oktyabr 2023-cü il tarixdən hesab edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilindən aşkar edilmiş narkotik vasitəni Lənkəran rayonu, Girdəni kəndinin ərasizində avtomobil yolunun kənarından götürmüş və əvvəlcədən razılaşdırılmış müəyyən edilmiş yerə qoyacaqdır. Bunun müqabilində ona müəyyən qədər pul ödənilməli idi. İbtidai istintaq zamanı ona heç bir təzyiq olmamış, sərbəst şəkildə ifadə vermişdir. Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, istintaqın və məhkəmənin çağırışlarına vaxtında gələcəyini, himayəsində onkoloji xəstə olan anasının və üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını bildirib barəsində həbslə əlaqədar olmayan prosessual məcburiyyət tədbirinin seçilməsini xahiş etmişdir.(i.v. 47-48, 63-65) -Masallı Rayon Məhkəməsinin «qərarın qanuniliyinin yoxlanılması barədə» 18 oktyabr 2023-cü il tarixli, 5(050)-203/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onun rayon ərazisində nəzarətə götürülməsi, cinayət törətməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə təxirə salınmadan baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 14 oktyabr 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir.(i.v. 74) -«maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin qazanc pulu olan 3 (üç) ədəd 20 (iyirmi) manatlıq, 2 (iki) ədəd 5 (beş) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq kağız pul əskinazı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək saxlanılmasından ötrü Masallı RPŞ-nin depozit hesabına verilmişdir.(i.v. 80) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün Masallı RPŞ-nin avtomobillərin müvəqqəti duracağına təhvil verilmişdir. 26 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, «Vaz-21061» markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhvil verilmişdir.(i.v. 90, 98) -«baxış keçirilməsi barədə» 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd «Samsung» markalı mobil smartfon telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına +**********4 saylı hesabdan 15 sentyabr 2023-cü il tarixində olan gəlmiş olan mesajların göndərən tərəfdən silinməsi və Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 06:45 dəqiqədə «sabahin xeyir olsun. Ok» mesajı yazması, bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 06:45 dəqiqədə +**********4 saylı hesaba «günortaya kimi vururam, ha, xeyirli sag salamat başüstə, saqol» kimi mesajlar yazması qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, başqa zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 07:28 dəqiqədə +**********4 saylı hesabına «qaqaş onu vurdum, otursa xəbər verərsən də mənə, sənidə saqol» mesajlarını yazması, qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 14:43 dəqiqədə zəng gəlməsi və 2 hesab arasında 4 dəqiqə 59 saniyə müddətində danışıq olması, həmin tarixdə saat 21:59 dəqiqədə, 22:02 dəqiqədə və 22:09 dəqiqədə zənglər gəlməsi və müvafiq olaraq 19 saniyə, 40 saniyə və 45 saniyə müddətdə iki hesab arasında danışıq olması, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 02:21 dəqiqədə zəng gəlməsi və iki hesab arasında 6 dəqiqə 11 saniyə ərzində danışıq olması aşkar edilmişdir.(i.v. 110-113) -Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş 22 noyabr 2023-cü il tarixli, 746 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. (i.v. 194) -Masallı RPŞ-dən daxil olmuş 30 noyabr 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı avtomobilin salonunda aşkar edilmiş 1030,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşından sonuncunun sifarişi ilə hələlik məlum olmayan ünvana aparmaqla qazanc əldə edərək satış məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 1000 manat pul qazanacağı vədəsi ilə İran islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan qrup iştirakçısı olmuş və o, qrupun üzvü kimi Azərbaycan Respublikası gömrük sərhədindən kənar gizlin şəkildə külli miqdarda narkotik vasitəni İran islam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı göndərən Şirəli adlı şəxsin şəxsiyyəti və olduğu yer barədə, həmçinin əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır.(i.v. 135) -Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 06 dekabr 2023-cü il tarixli, 1671 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada dispanser müşahidəsində yoxdur.(i.v. 139) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 17 oktyabr 2023-cü il tarixli, 960 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v. 142) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.(i.v. 170) -«təsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən yenidən ittiham elan edilmişdir.(i.v. 174-175) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şirəli adlı şəxsdən şəxsi istifadəsi üçün 200 manat müqabilində marixuana almağa razılaşması, narkotik vasitələrin gizlədildiyi yerə gəlib 50-60 qram narkotik vasitə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmaması, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsi uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə deyil az ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, telefon yazışmaları, səsləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində narkotik vasitələri qoyulduğu yerdən götürməsi barədə digər şəxslə danışıq aparmağını, aralarında olan razılıq əsasında narkotik vasitənin qoyulduğu yerdən götürüldükdən sonra Şirəli adlı şəxsin deyəcəyi yerə qoyulacağını, bunun müqabilində Şirəli adlı şəxsin ona 1000 manat pul veriləcəyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Şirəli adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə danışdığını, narkotik vasitə marixuananın qoyulacağı yerin Şirəli adlı şəxs tərəfindən ona deyildiyini göstərmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri və Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11-ci Tağımının inspektoru ifadələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı götürüb polis postundan keçmək istəyən zaman onu saxladıqlarını, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş həmin torbanın içində narkotik vasitə marixuana aşkar edildiyini bir daha təsdiq etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Cinayət işinin materiallarında olan «baxış keçirilməsi barədə» protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Samsung» markalı mobil smartfon telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına +**********4 saylı hesabdan 15 sentyabr 2023-cü il tarixində olan gəlmiş olan mesajların göndərən tərəfdən silinməsi və Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 06:45 dəqiqədə «sabahin xeyir olsun. Ok» mesajı yazması, bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 06:45 dəqiqədə +**********4 saylı hesaba «günortaya kimi vururam, ha, xeyirli sag salamat başüstə, saqol» kimi mesajlar yazması qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, başqa zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 07:28 dəqiqədə +**********4 saylı hesabına «qaqaş onu vurdum, otursa xəbər verərsən də mənə, sənidə saqol» mesajlarını yazması, qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 14:43 dəqiqədə zəng gəlməsi və 2 hesab arasında 4 dəqiqə 59 saniyə müddətində danışıq olması, həmin tarixdə saat 21:59 dəqiqədə, 22:02 dəqiqədə və 22:09 dəqiqədə zənglər gəlməsi və müvafiq olaraq 19 saniyə, 40 saniyə və 45 saniyə müddətdə iki hesab arasında danışıq olması, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 02:21 dəqiqədə zəng gəlməsi və iki hesab arasında 6 dəqiqə 11 saniyə ərzində danışıq olması aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən təqdim olunmuş videodiskdən görünür ki, Təqsirləndirilən şəxs telefonunda quraşdırılmış «WhatsApp» yazışmalarında telefonunda «Fərid Abid» kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs «qaqaş salam, necəsən, sən gələsi oldun» məzmunlu sms yazması, Təqsirləndirilən şəxs isə «yo gələmmirəm» məzmunlu sms yazması, «Fərid Abid» kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs «bəs necə olacaq, mən burda sənə arxayın olub söz verdim, təxmini bir vaxt deyərsən, fırladaram» məzmunlu sms yazması, Təqsirləndirilən şəxs isə «o birsilərdən də dəqiq bir söz yoxdu, biri deyib 5 dənə, bir dənə Turaldı deyən birdənə bütöv deyən, iki dənədə beş-beşdir, birdənə də sən beş demisən, dəqiq söhbət deyil, 1 dənədən arxayın ol, sən bidənə beş deyirsən, lap birdənə də verən» məzmunlu səs atması, «Fərid Abid» kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs «qaqaş 1 list istəyən var, 1 dənə də əlavə gətirərsən, onu da özüm həll eliyəcəyəm» məzmunlu sms yazması, Təqsirləndirilən şəxs isə «ok» məzmunlu sms yazması müşahidə olunmuşdur. Bundan əlavə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs «salam əleykum, iki dənə təkər axşama alınar qaqaşım, kartı yaz mənə burda dəqiq, qaqaşım yəni pis başa düşmə sən məni tanıyırsan, problem yoxdu yəni, ödənişi yəni 11, maksimum zazor yerilə 12 də eləsəm olar xahiş bidənə, o qardaşlıq edə bilərsən bidənə maa, bidənə sabah 11-12 arası edib səhər, narahat olma sən məni tanıyırsan, dinə kartıvı sənə mənə düzgün at, sən mənə rahatçılıqla, səni narahat elemədən ödənişi edə bilim, cekidə səhər saat 12 tamamda səndədi qaqam, prosda and içir ki, Heşgurə borcumu alammadım deyir amma səhər 11, uzağı 12 də mən vuracam, birdənə sən mənə qardaşlıq elə fsyo, ma bir kəlmə söz denən qurban sa, sabah 12 kimi qardaşlıq eliyə bilərsən xahiş edirəm, yəni ürəyivi buz kimi saxla 11-12 də səndədi bəlkədə tez, Fərid bilir, bacımın balasının canına and olsun, yəni mən heç vaxt kiməsə görə, yalancılıq, ay nəbilim fırlatmaq zad yəni mənlik deyil, əzzilərimin canına and olsun, saba saat 11-12 də pul kartındadı, səhər sən birdənə qardaşıva dəqiq kartıvı atarsan incimə» məzmunu sms yazması, Təqsirləndirilən şəxs isə «olar məni kiminsə yanında başı aşağı eləmə, səhər vur, **********279693» məzmunlu sms yazması, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs «öpürəm narahat olma» məzmunlu sms yazması, 26 sentyabr 2023-cü il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs «gedirəm maqazinə, atıb çeki də atıram» məzmunlu sms yazılması, Təqsirləndirilən şəxs isə «qaqaş» məzmunlu sms yazması, həmin nömrədən Təqsirləndirilən şəxs «maqazindəyəm» məzmunlu sms yazılması, 26 sentyabr 2023-cü il tarixdə saat 12:23-də Şəki şəhəri, S.Rəhimov küçəsi Skaska marketdən 30 manat pul göndərilməsinə dair qəbzin fotoşəklinin atılması, «atdım qaqam, canın sağ olsun, üzürlü say tay 5-10 dəqiqə gec oldu, canın sağ olsun, var olasan» məzmunlu səs yazısının göndərilməsi, Təqsirləndirilən şəxs isə «sağ ol, canın sağ olsun, Allah razı olsun, Allah yetirsin» məzmunlu səs yazısının göndərilməsi, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs «qaqam biz hazır» məzmunlu sms yazılması, Təqsirləndirilən şəxs isə «ok» məzmunlu sms yazması, həmin nömrədən Təqsirləndirilən şəxs «hacan desən ödənişi edək» məzmunlu sms yazılması, Təqsirləndirilən şəxs isə «qaqaş ödənişi ödəki, gecikmə düşməsin, ödənişi vaxtında etmək lazımdır, Beylənxalq bankın kodun atsın ödənişi edin» məzmunlu səs yazısının göndərilməsi, 28 sentyabr 2023-cü il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs «Salam əyekum, təkər buraxıb qaqaşım, imkan olsa bidənə təkər düz qoş elə götürüm» məzmunlu sms yazılması, Təqsirləndirilən şəxs isə «salam, axam olacam evdə 8-dən sonra» məzmunlu sms yazılması, həmin nömrədən Təqsirləndirilən şəxs «inşanllah xəbər edərsən sənə zəhmət» məzmunlu sms yazılması müəyyən edilmişdir. Bundan əlavə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə «qaqaş sabahın xeyir, götürdüm ki, elə səni yığım gördüm konturum da yoxdu, gəlmisən?, elə məndə də vəziyytə dünən pulsuz qıraqdan bir iki nəfərə diyəm var idi ora zəng vurum xəbər eliyim ki, nəsə varsa» məzmunlu səsli sms yazılması, Təqsirləndirilən şəxs isə «ah elə ona zəng vururdum ki, qonaqlar gəlibdilər, bu kimə məsləhətdi denən gəlibdi burdadı ba» məzmunlu səsli sms yazması, həmin nömrədən «bayaqkı almadandı da hə, eyni sortdu da» məzmunlu səsli sms yazılması, Qabil Məmmədun isə «aha həmənkindən, eyni bir şeydi» mənzmunlu səsli sms yazması, həmin nömrədən «oldu» məzmunlu sms yazıldı, 28 sentyabr 2024-cü il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs «Salam aleykum. Qaqaş bu axırıncı vozdux. Boş şey. Vid fason eyni, gücü yoxdur, sıfır. Niyə elə oldu ki, görəsən?» məzmunlu sms yazması, həmin nömrədən Təqsirləndirilən şəxs «Heşnə allahın izni ilə başqa vaxt oturub dərtəşəruğ allahın köməyliyi ilə, allah işuvu avand eləsin, məndə də deyəsən qurtarıb gərək vurum» məzmunlu səsli sms göndərmiş, Təqsirləndirilən şəxs isə «inşallah» məzmunlu sms yazması, həmin nömrədən 01 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs «salam əlokum qaqaş, nağayrısan nətərisən, nə oldu baxa bildin, bir qərara gələ bildin, nəsə dəyişiklik var yoxsa yenə eyni temadı, axşam tərəfinə görüşərdik, 120 pul var idi, onun 75 odu, 5, yerdə qalanda elə bil, yerdə qalan 45 isə istəyirəm 3 dənədə təkərdən verəsən axşam gəlsəm olmaz» məzmunlu səs yazsını göndərməsi, Təqsirləndirilən şəxs isə «qaqa mən Bakıdayam, mən həftənin ikisi orda olacam, amma yaxın bir dənə adam var tanıyırsan səndə onu, mənim bibi oğlu Əfi, istəsən yəni problemsis adamdır, dəymək olar, təkərə yox, ancaq o birisindən vermişəm ona, bir dənə lap məsləhət olsa onla şeyləyək, həftənin ikici günü olacam Şəkidə, gəlib onda təkəridə şeyləmək olar» məzmunlu səs yazsının göndərildiyi, həmin nömrədən Təqsirləndirilən şəxs «problem yoxdu, onda sən onun nömrəsini atarsan ondan 5 götürə biləcəm, qapanzad götürüm yoxsa, qapan var» məzmunlu səs yazısının göndərilməsi, Təqsirləndirilən şəxs isə həmin nömrəyə «yox ehtiyac yoxdu, tam düzgün olacaq, özün evdə baxarsan, mən ona elə hazır vəziyyətdə vermişəm» məzmunlu səs yazısının göndərilməsi, həmin nömrədən Təqsirləndirilən şəxs «yaxşı oldu, inşallah sən onda nömrəsini göndər, saxlayıb onda axşam tərəfi ondan alaram, təkəridə sən gələndən sonra həll edirik» məzmunlu səs yazısı, Təqsirləndirilən şəxs həmin nömrəyə «ok» məzmunlu sms, «bir azdan atacam, bir azdan zəng edəcəm» məzmunlu səs yazısı göndərilmiş, həmin nömrədən Təqsirləndirilən şəxs «oldu» məzmunlu sms, «Bakıda boş vaxtın var, onda bir dənə qaqaş var, onu görə bilərdin, mənim onda, adabtorum var, Bakıda olanda onlarda qoyub gəlmişdim, adobtoru versin, mən ona məzələnməyə, elə bil sanballı adam tapa bilmədim, onlara deyib, görüşə bilərsən» məzmunlu səs yazsının göndərilməsi, Təqsirləndirilən şəxs həmin nömrəyə «mən bura xəstəxanaya gəlmişəm, Bakını yaxşı tanımıram, zəng vurar yenədə, gəlib görə bilərsə, lap o deyən mən tanıyan yerdirsə problem yoxdu, görək necə olur mən səhər xəstəxanaya gedəsiyəm» mənzmunlu səs yazısının göndərilməsi, Həmin nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə «Allah şəfa versin, kömək olsun, heç nə qaqaş, hə heç nə birdənə vzv at, Naxcıvanskı adına uculis var ey o tərəfdə görüşə bilərsən» məzmunlu səs yazsının göndərilməsi, həmin nömrədən 02 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs «Salam, zəng vurdum telefonun məşğul göstərir, Əfinin nömrəsini mənə göndərmədin, bi nəfərdə də o da zəng vurub, deyirəm bir dəfələrik gedib Əfidən götürərdim, birdə Bakıdakı qaqaşla bağlı görüşmək barədə boş vaxtının olması barədə demədin, vaxtın var qaqaşla görüşə bilərsən» məzmunlu səs yazsının göndərilməsi, «obedə çıxanda heç olmasa vaxt edib görüşüm» məzmunlu sms göndərilməsi, Təqsirləndirilən şəxs həmin nömrəyə «qaqaş mən axşam saat 18-də Şəkidə evdəyəm, ona kimi gözləmək olarsa mən indi Bakıdan çıxıram, saat 18-19 radələrinə kimi Şəkidəyəm» məzmunlu səs yazısının göndərilməsi, həmin nömrədən Təqsirləndirilən şəxs «oldu, inşallah, problem yoxdu, yaxşı», «nağayrısan ay qaqaş, gəldin çıxıdın, burdasan», «qaqaş deyim biləsən bu çığaralı birlikdə 9,80 gəldi, qaqaş bu azdı, düz yaxşı şeydi, böləndə də düz olar, yoxsa kiməsə qap qoşmaq» məzmunlu səs yazsının göndərilməsi, həmin nömrədən 04 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs «nətərisən qaqa, nə var nə yox, deyirəm indi təkəri sən mənə 120 ilə vermiyəcəksən ki, haralardasın bir dənə görüşə billik» məzmunlu səs yazısı, «təkcə o deyil başqa işdə var» məzmunlu sms göndərilmiş, Təqsirləndirilən şəxs həmin nömrəyə «Beyləqandayam, çıxıram indi burdan, niyə vermirəm ki, elə odu da qiyməti, gəlim zəng vuracam» məzmunlu səs yazısı göndərilmiş, həmin nömrədən Təqsirləndirilən şəxs «ordan bura düşürsən, Beyləqandan bura düşürsən, İmişli, Beyləqan, Kürdəmir» məzmunlu səs yazısı, «Xeyirli» məzmunlu sms göndərilməsi, Təqsirləndirilən şəxs həmin nömrəyə «2 saata ordayam» məzmunlu səs yazsının göndərilməsi, həmin nömrədən Təqsirləndirilən şəxs 416973......9693 hesabına 55 manat göndərilməsinə dair qəbz, «göndərdim qaqaş, xeyirli olsun», «axşam görüşə billik 19 dan sonra, bir iş var onu görək» məzmunlu səs yazsının göndərilməsi, Təqsirləndirilən şəxs həmin nömrəyə «inşallah, hə, canın şağ olsun» məzmunlu səs yazılarının göndərilməsi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs məxsus olan «Kapital Bank» da açılmış 416973******9693 hesab nömrəsinə 02 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək, «Unibank» da açılmış 4098********8911 hesab nömrəsinə 01 oktyabr 2023-cü il tarixdən 01 oktyabr 2023-cü il tarixədək çox saylı pul vəsaitlərinin mədaxil və məxaric olması müəyyən olunur. Tətqiq olunmuş telefon yazışmalarından və bank məlumatlarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində müxtəlif növ narkotik vasitələrin satışı ilə məşğul olmuş, əvvəllər də İran İslam Respublikası vətəndaşından da narkotik vasitə əldə etmişdir. Bu qeyd edilənlər Təqsirləndirilən şəxs 1030,0 qram narkotik vasitə qurudulmuş marixuananı da İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə tam əsəs verir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, «baxış və götürmə haqqında» protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Sinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla və məhkəmə ilə müəyyən edilməmiş, İran İslam Respublikası vətəndaşı ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlayıb daşınmış, istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndinə dönən hissəsində Girdəni yazısı olan lövhənin yaxınlığında gizlədilməsini təmin edərək bu barədə ona məlumat verdikdən sonra, o, istintaqa və məhkəməyə məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi, «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında saxlayaraq, daşımışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə razılığına və rol bölgüsünə əsasən cinayətkar hərəkətləri icra etmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda-narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-in: 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə, Brumaresku Rumıniyaya qarşı iş üzrə qərarlar). Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikasıdan Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Cinayət Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Cinayət Məcəlləsinin 206cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil narkotik vasitə qurudulmuş marixuananın xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş, ittiham tərəfindən də sübut kimi məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs həm şübhəli həm də təsirləndirilən şəxs qismində müxtəlif tarixlərdə verdiyi və cinayət işi materiallarına əlavə edilmiş ifadələrində «...İran İslam Respublikasının vətəndaşı Şirəli ona Lənkəran rayonunda Bakı yolunda yolun kənarına narkotik vasitə qoyacağını, onun da həmin narkotiki götürüb deyəcəyi yerə aparmağı qarşılığında pul qazanacağını demişdir. O da razılaşmışdır. Bu məqsədlə o, 12 oktyabr 2023-cü il tarixdə həmin Şirəli adlı iranlı ilə yenidən danışmışdır. Şirəli ona Astara yolunda olan Girdəni yazısının altında narkotik vasitə olan qurudulmuş marixuana qoyacağını demişdir...» fikirləri qeyd edilmişdir. Həmin ifadələrdən də görünür ki, Şirəli adlı şəxs narkotik vasitəni İran İslam Respublikasıdan Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyini deməmiş, Təqsirləndirilən şəxs bundan məlumatı olmamışdır. Bundan əlavə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, İran İslam Respublikasının vətəndaşı külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt- Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndinə dönən hissəsində Girdəni yazısı olan lövhənin yaxınlığında gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. İbtidai istintaq zamanı İran İslam Respublikasının vətəndaşının kim olması, həmin şəxsin narkotik vasitə qurudulmuş marixuananı necə İran İslam Respublikasıdan Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməsi sübuta yetirilməmiş, Azərbaycan Respublikasının sərhədinin pozulması halları aşkar olunmamışdır. İbtidai istintaq orqanı İran İslam Respublikasının vətəndaşına narkotik vasitə qurudulmuş marixuananın istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndinə dönən hissəsində Girdəni yazısı olan lövhənin yaxınlığında gizlətməsinə Azərbaycan Respublikasında hər hansı şəxs köməlik etməmişdir. Cinayət işinin materiallarının 170-ci maddəsində olan «cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Sözügedən qərardan göründüyü kimi ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinyət əməlinin törədilməsini qəbul edərək həmin maddə ilə ayrıca icraata cinayət işi ayırmamış, lakin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmişdir. Bu o anlama gəlir ki, ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini istisna etmiş, ancaq Cinayət Məcəlləsinin 206.3.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə, yəni faktiki olaraq törədilməsini qəbul etmədiyi cinayətə köməkçilik etməsinə görə Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür. Bu isə qəbul edilə bilməz və absurt ittihamdan başqa bir şey deyildir. Belə bir ittihamın irəli sürülməsinin səbəbini ittiham tərəfi əsaslandıra bilməmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Həmçinin məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra həmin əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirməsi onun əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaranmasına əsas ola bilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini İran İslam Respublikası vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Bu ibtidai istintaq orqanının ehtimalıdır, ehtimal isə Cinayət-Prosessual Məcəllədə sübut kimi qəbul edilməmişdir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə: -Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrində «...təxminən bir ay bundan əvvəl tanımadığı bir mobil nömrədən gələn zənglə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə danışmağa başlamışdır. Onlar əsasən «WhatsApp» tətbiqi vasitəsilə danışmışlar. İranlı şəxsin onunla danışmaqda məqsədi onun həmin iranlının sifarişi ilə hansısa əmlakı dediyi yerə aparıb qoymaq olmuşdur. Bir qədər danışdıqdan sonra İranlı ona adının Şirəli olduğunu, ona Lənkəran rayonunda Bakı yolunda yolun kənarına narkotik vasitə qoyacağını, onun da həmin narkotiki götürüb deyəcəyi yerə aparmağı qarşılığında pul qazanacağını demişdir. O, da razılaşmışdır. Bu məqsədlə o, 12 oktyabr 2023-cü il tarixdə həmin Şirəli adlı iranlı ilə yenidən danışmışdır. Şirəli ona Astara yolunda olan Girdəni yazısının altında narkotik vasitə olan qurudulmuş marixuana qoyacağını demişdir. Ona həmin bir ədəd bağlamada olan qurudulmuş marixuananı Yevlax rayonuna aparıb dediyi yerdə qoymağı tapşırmışdır. İranlı bunun qarşılığında da ona 1000 manat pul göndərəcəyini demişdir. O, da razılaşmışdır. Şirəli əvvəlcə həmin gün onun bank kartına 200 manat pul göndərmiş və onun tapşırdığı 14 oktyabrda saat 21 radələrində gedib həmin bağlamanı götürməyini demişdir. Şirəli işi həyata keçirdikdən sonra qalan 800 manat pulu da onun bank kartına göndərəcəyini demişdir. O, da iranlıya inanmışdır və bu işi görmək üçün...» deyə bildirmiş, məhkəmə istintaqı zamanı isə verdiyi ifadəsində bu halı təsdiq etməyərək iranlı kimi tanıdığı şəxsin istifadəsində olan plastik bank kartına 200 manat pul göndərməklə öz istifadəsi üçün narkotik vasitə marixuana aldığını bildirmişdir. -Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılq cinayətini törətməsinin sübutlarından biri də mobil telefonunda aşkar edilənlər (səs yazıları, smslər, fotoşəkillər) ola bilər. Cinayət işinin materiallarının 110-113-cü səhifələrində olan «baxış keçirilməsi barədə» 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd «Samsung» markalı mobil smartfon telefona aşkar olunmuş, Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına +**********4 saylı hesabdan 15 sentyabr 2023-cü il tarixində olan gəlmiş olan mesajların göndərən tərəfdən silinməsi və Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 06:45 dəqiqədə «sabahin xeyir olsun. Ok» mesajı yazması, bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 06:45 dəqiqədə +**********4 saylı hesaba «günortaya kimi vururam, ha, xeyirli sag salamat başüstə, saqol» kimi mesajlar yazması qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, başqa zamanı Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 07:28 dəqiqədə +**********4 saylı hesabına «qaqaş onu vurdum, otursa xəbər verərsən də mənə, sənidə saqol» mesajlarını yazması, qarşı hesabın isə həmin vaxt göndərdiyi mesajların silinməsi, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 14:43 dəqiqədə zəng gəlməsi və 2 hesab arasında 4 dəqiqə 59 saniyə müddətində danışıq olması, həmin tarixdə saat 21:59 dəqiqədə, 22:02 dəqiqədə və 22:09 dəqiqədə zənglər gəlməsi və müvafiq olaraq 19 saniyə, 40 saniyə və 45 saniyə müddətdə iki hesab arasında danışıq olması, bundan başqa baxış zamanı 12 oktyabr 2023-cü il tarixdə +**********4 saylı hesabdan Təqsirləndirilən şəxs ***-***-**-** saylı «WhatsApp» hesabına saat 02:21 dəqiqədə zəng gəlməsi və iki hesab arasında 6 dəqiqə 11 saniyə ərzində danışıq olması aşkar edilmişdir. Göründüyü kimi həmin smslərdə qaçaqmalçılıq cinayət əməlinin törədilməsinə dair hər hansı yazılı smslər olmamışdır. -BDYPİ-nin 11-ci tağımının YDX inspektoru, polis baş serjantı Şahid3 tərəfindən Masallı RPŞ-nin rəisinə ünvanlanmış 11 oktyabr 2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, «Vaz-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitələrin gəzdirilməsində, daşınmasında və satışında şübhəli olması barədə daxil olmuşdur. (i.v.4). Göründüyü kimi Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə qurudulmuş marixuananı Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi, həmin narkotik vasitəni realizə edəcəyi barədə razılığa gəlməsi barədə hər hansı məlumat olmamışdır. Cinayət işinin materiallarının 135-ci səhifəsində olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Vaz-21061» markalı avtomobilin salonunda aşkar edilmiş 1030,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşından sonuncunun sifarişi ilə hələlik məlum olmayan ünvana aparmaqla qazanc əldə edərək satış məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 1000 manat pul qazanacağı vədəsi ilə İran islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan qrup iştirakçısı olmuş və o, qrupun üzvü kimi Azərbaycan Respublikası gömrük sərhədindən kənar gizlin şəkildə külli miqdarda narkotik vasitəni İran islam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı göndərən Şirəli adlı şəxsin şəxsiyyəti və olduğu yer barədə, həmçinin əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 1000 manat pul qazanacağı vədəsi ilə İran islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan qrup iştirakçısı olmuş və o, qrupun üzvü kimi Azərbaycan Respublikası gömrük sərhədindən kənar gizlin şəkildə külli miqdarda narkotik vasitəni İran islam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda isə (...İran İslam Respublikası vətəndaşı külli miqdarda narkotik vasitəni qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndinə dönən hissəsində Girdəni yazısı olan lövhənin yaxınlığında gizlədərək...) yazılmışdır. Göründüyü kimi əməliyyat tapşırığına verilmiş cavabla Təqsirləndirilən şəxs verilmiş ittiham arasında ziddiyyət olmuş, ibtidai istintaq orqanı həmin ziddiyyəti aradan qaldırmamışdır. Məhkəmə tərkibi əməliyyat-axtarış tədbiri ilə bağlı verdiyi cavabla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və cinayət işinin 135-ci səhifəsində olan raportla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Bu hal özü isə Təqsirləndirilən şəxs həmin kütlələri əldə etdiyi şəxsin xarici vətəndaş olması və narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə istintaq orqanında dəqiq məlumatın olmadığını göstərir. Əgər belə olmasaydı Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması haqqında qərar qəbul edilmiş olardı. Məhkəmə tərkibi hesab edir ki, yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələri əldə etdiyi şəxsin özünü ona Şirəli adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim etməsinə görə onun İran İslam Respublikası vətəndaşı olmasını ehtimal etdiyini göstərməsi əsasında Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələri əldə etdiyi şəxsin konkret olaraq İran İslam Respublikası vətəndaşı olması qənaətinə gəlinməsi və bu halın sadəcə ehtimallar əsasında müəyyən edilməsi yolverilməzdir. Qaçaqmalçılıq cinayəti ilə bağlı yuxarıda şərh olunan hüquqi mövqelərə görə Təqsirləndirilən şəxs göstərilən kütlələri əldə etdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olmasının müəyyən edilməsi belə özü-özlüyündə, Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilməsinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. Ümumiyyətlə isə ittihamda göstərilən narkotik vasitənin xaricdə və ya ölkə ərazisində olması, narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında cavab tapılmır. Belə olan halda təqsirləndirilən şəxsin qeyd olunan hərəkəti yalnız qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Şərh olunan hallara əsasən Təqsirləndirilən şəxs göstərilən kütləni əldə etməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan hər hansı sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etməsi və ya həmin cinayətin törədilməsinə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə bağlı ibtidai istintaq orqanı və ittiham tərəfinin məhkəmə praktikasında fərqli mövqelərdən çıxış etmələrinin müşahidə edildiyini qeyd edir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ilə eyni xarakterli olmaqla Cinayət Məcəlləsinin 206-cı maddəsinə münasibətdə fərqli cinayət işləri üzrə çıxış edən dövlət ittihamçısı ittihamdan imtina etmiş və məhkəmədən Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə cinayət təqbinin istisna edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşması sabit və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyi praqnozlaşdırıla bilən olmalıdır. Təqsirləndirilən şəxs işi üzrə çıxış edən dövlət ittihamçısının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə cəza təklif etməsi qeyd edilən hallara, o cümlədən vahid məhkəmə təcrübəsinin yaradılmasına mane olan hal kimi qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməllərini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(i.v.86) -Şəki Rayon İcra Hakimiyyəti Başçısının «Bağbanlar» məhəllə nümayəndiliyindən verilmiş 22 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 05 may 2008-ci il təvəllüdlü Qalib Məmmədli, 14 noyabr 2009-cü il təvəllüdlü Habil Məmmədli və 29 sentyabr 2012-ci il təvəllüdlü Elvin Məmmədli adlı oğlu olmaqla üç azyaşlı uşağı vardır.(i.v.102-106). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticəsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 14 oktyabr 2023cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4(050)-107/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nın maddi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1029,0 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 (üç) ədəd 20 (iyirmi) manatlıq, 2 (iki) ədəd 5 (beş) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq nağd pul vəsaiti, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd üzərində «Samsung» sözləri yazılmış mobil telefon, 1 (bir) ədəd üzərində «Kapital Bank» **********279693 sözləri və rəqəmləri yazılmış plastik kart, 1 (bir) ədəd üzərinə «Leo Bank» **********048911 sözləri və rəqəmləri yazılmış plastik kart və 1 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsi ailə üzvülərinə qaytarılmalı, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi isə cəza çəkdiyi müəssisəyə göndərilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessul Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4(050)-107/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1029,0 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 (üç) ədəd 20 (iyirmi) manatlıq, 2 (iki) ədəd 5 (beş) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq nağd pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvülərinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, ibtidai istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, 1 (bir) ədəd üzərində «Kapital Bank» **********279693 sözləri və rəqəmləri yazılmış plastik kart, 1 (bir) ədəd üzərinə «Leo Bank» **********048911 sözləri və rəqəmləri yazılmış plastik kart və 1 (bir) ədəd sürücülük vəsiqəsi ailə üzvülərinə qaytarılsın, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi isə cəza çəkdiyi müəssisəyə göndərilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar