Məhkəmə qərarları › İş №1(099)-328/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-328/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-328/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X25 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2 ilə, tərcüməçi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərak şəhəri, Şəriəti məhəlləsi, Novruzi küçəsi, pilak 16 ünvanında qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(004)- 68/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İran İslam Respublikasının vətəndaşı X15 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həbləri və 8 ədəd həb qırıntısını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 01 ədəd sellofan paketdə əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsi ilə bərkitməklə gizlədərək saxlayıb İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana metanol yükü apararkən 18 yanvar 2025-ci il tarixdə saat 13:30 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X16 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı həmin həblər aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yük avtomobili sürücüsüdür, İran İslam Respublikasından Azərbaycan Respublikasına oradan da Gürcüstan Respublikasına səfər etmişdir. Səfər zamanı üzərində 15 ədəd həb olmuşdur. Azərbaycan Respublikasının Biləsuvar Gömrük İdarəsinin X16 gömrük əməkdaşı onu saxlayıb üzərində həbləri götürmüş və onu həbs edib işini məhkəməyə göndərmişlər. 24 ildir yük avtomobili sürücüsü işləyir və heç vaxt narkotik maddə danışmamışdır. Üzərindən aşkar olunan həblər İran İslam Respublikasında qanuni şəkildə həkim respti ilə ona yazılan həblərdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs X15 bildirmişdir ki, əsəb xəstəliyindən əziyyət çəkmişdir. 11 ildir əsəb xəstəsidir və 11 ildir ki, həmin həbləri qəbul etmişdir. Atası da üzərindən aşkarlanan həblərdən istifadə etmişdir. Üzərində aşkarlanan həblər apteklərdə açıq şəkildə satılmışdır. Gün ərzində bir ədəd və birdə bir həbinin yarısını qəbul etmişdir. Müalicəsi ilə bağlı hər ay həkimə getmişdir. Türkiyə və Pakistana gedən zaman həblərlə bağlı problem olmamışdır. Azərbaycan Respublikasına 1-ci dəfə idi gəlmişdir. Başqa ölkələrə gedən zaman həblərlə bağlı problem olmamışdır. X16n birinci dəfə idi keçmişdir. Dostları ona bildirmişlər ki, adi bir ağrı kəsici dərmanı Azərbaycan sərhəddindən keçirmək problem olur ona görə də qorxusundan həbləri gizlətmişdir. İran İslam Respublikası sərhəd keçid məntəqəsində ona bildirmişlər ki, bir həb belə keçirmək olmur. Hazırda “B2” həblərini istifadə etmir. Azərbaycanda hər hansı bir tanışı olmamışdır. Ərak şəhərində Xürrəm kilinikasında xanım həkim tərəfindən müalicə olunmuş, hazırda həkimin adını xatırlamamışdır. 11 ildir ki, eyni klinikada müalicə olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, sürücü işləmiş və yük nəqliyyat vasitələri ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla dolanışığını təmin etmişdir. O, əsasən idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə, Gürcüstan, Ermənistan, İraq, Pakistan Respublikalarına və Rusiya Federasiyasına yüklər daşımışdır. O, təxminən bir həftə qabaq İran İslam Respublikasının Bəndər-İmam şəhərindən Gürcüstana “metanol” yükü aparılması ilə bağlı sifariş almış və həmin gün də sifariş üzrə İran İslam Respublikasının Bəndər-İmam şəhərindən sifarişi yükləmiş və təyinat üzrə hərəkət edərək İran İslam Respublikasının yaşadığı Ərak şəhərinə çatmışdır. Təxminən 2 gün orada evdə qaldıqdan sonra təyinat üzrə hərəkət etmişdir. O, idarə etdiyi “X30” markalı, 95AL419/95AL420 dövlət qeydyyat nişanlı yük avtomobilində texniki nasazlıq olduğu üçün təmir işlərinin aparılması ilə əlaqədar 1 gün də İran İslam Respublikasının Ərdəbil şəhərində qalmalı olmuşdur. Daha sonra təyinat üzrə hərəkət edərək İran İslam Respublikasının Biləsuvar gömrüyünə çatmışdır. 18 yanvar 2025-ci il tarixdə X23 Biləsuvar gömrüyündə gömrük nəzarəti zamanı gömrük əməkdaşları üzərində olan ağ rəngli, dairəvi formalı 13 ədəd üzərində “B2” nişanəsi olan həblərin və 8 ədəd ağ rəngli həb qırıntılarının Azərbaycan Respublikasında qadağan olduğunu və həmin dərman preparatlarını aparmamağı məsləhət görmüşlər. Bundan sonra o, Azərbaycan Respublikasında gömrük nəzarəti zamanı saxlanılmamaq üçün həmin dərman preparatları olan sellofan paketi kağız tikən (stepler) vasitəsilə əynindəki şalvarın altından geyindiyi alt paltarına bərkidərək gizlətmiş və həmin gün günorta saatlarında idarə etdiyi “X30” markalı, 95AL419/95AL420 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasının ərazisinə-Biləsuvar gömrüyünə daxil olmuş və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə xüsusi hərəkətlərlə soruşmuşlar və əgər varsa həmin predmetləri təqdim etməyini xüsusi hərəkətlərlə təklif etmişlər. O həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də, üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını xüsusi hərəkətlərlə bildirmişdir. Daha sonra gömrük inspektoru idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyi barədə ona məlumat vermişdir. Bu məqsədlə 2 nəfər hal şahidi dəvət edib onların iştirakı ilə nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı idarə etdiyi avtomobilin qoşqusunda və kabinində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunmayan heç bir predmet aşkar edilməmişdir. Lakin, kabində olan zaman əynindəki qara rəngli şalvarın sağ tərəfində yerləşən cibinə yaxın hissənin qabarıq olması gömrük əməkdaşının diqqətini cəlb etdiyi üçün inspektor yenidən üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmamasını soruşmuşdur. O bu zaman məcbur olaraq əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsilə bərkidərək gömrük nəzarətindən gizlətdiyi içərisində ağ rəngli həblər olan 1 ədəd sellofan paketi çıxararaq gömrük əməkdaşına təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd sellofan paketə gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı paketin içərisində 13 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və 8 ədəd ağ rəngli həb qırıntılarının olduğu müəyyən olunmuşdur. Daha sonra gömrük əməkdaşı ona üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verərək hal şahidlərinin iştirakı ilə üzərini yoxlamışdır. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı tərəfindən üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Gömrük əməkdaşı tərəfindən götürülmüş həblər onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokollar tərtib edilmiş, həmin protokollar tərcüməçi tərəfindən ona oxunmuş və protokollar doğru tərtib edildiyi üçün imzalamışdır. İbtidai istintaq zamanı X15 oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməllərini etiraf etmiş,polis əməkdaşları tərəfindən ona hər hansı kobudluq və fiziki təsir olunmadığını bildirmişdir. Məhkəmə tərkibi X6 məhkəmə istintaqında müalicə alması ilə bağlı dərmanları üzərində saxladığını və daşıdığını, müalicə aldığı xəstəxanadan almasına dair bildirməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, X6 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, X6 Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan möhtəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru İlkin İlqaroğlu ifadəsində bildirmişdir ki, 18 yanvar 2025-ci il tarixdə iş bölgüsünə əsasən X16 İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmiş, təxminən saat 13:00 radələrində İran İslam Respublikasından Gürcüstana yükü müşayiət edən invoysa əsasən metanol yükü aparan İran İslam Respublikası vətəndaşı X15 idarə etdiyi “X30” markalı dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X17 yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı X15 ilə şifahi formada sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Sürücü X15 də ona üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük nəzarəti məqsədi ilə tərəfindən sürücü X6 iştirakı ilə sonuncunun idarə etdiyi “X30” markalı yük nəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış zamanı X6 idarə etdiyi yük nəqliyyat vasitəsindən hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yük nəqliyyat vasitəsinin kabinasını yoxlayan zaman sürücü X15 özünü çox həyacanlı aparmışdır. Kabinada olan zaman sürücünün əynində olan qara rəngli şalvarın sağ tərəfində yerləşən cibinə yaxın hissəsinin qabarıq olması onun diqqətini cəlb etmişdir. Sürücüyə yenidən üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olubolmaması barədə sual vermiş və müsbət halda çıxararaq təqdim etməyini təklif etmişdir. X15 əynindəki şalvarının altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsilə bərkidərək gömrük nəzarətindən gizlətdiyi içərisində ağ rəngli həblər olan 1 ədəd sellofan paketi çıxararaq ona təqdim etmişdir. Bundan sonra 2 nəfər hal şahidi dəvət edərək onlara hüquq və vəzifələri izah edib, məsuliyyət barədə xəbərdarlıq etdikdən sonra 18 yanvar 2025-ci il tarixdə, saat 13:30 radələrində X6 təqdim etdiyi 1 ədəd sellofan paketə baxış keçirmiş, baxış zamanı paketin içərisində 13 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və 8 ədəd ağ rəngli həb qırıntılarının olduğu məlum olmuşdur. X6 üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparmış, üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra X7 aşkar edilmiş 13 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və 8 ədəd ağ rəngli həb qırıntıları X6 və hal şahidlərinin iştirakı ilə tərəfindən götürülərək 1 ədəd xüsusi qablaşdırma vasitəsində qablaşdırılmış və həmin qablaşdırma möhürlənmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirilmişdir ki, 18 yanvar 2025-ci il tarixdə o və həmyerlisi Şahid3 ilə Biləsuvar Gömrük İdarəsinin X13rşısında olarkən bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına idarə etdiyi “X30” markalı yük nəqliyyat vasitəsi ilə gedən İran İslam Respublikası vətəndaşı X7 aşkar olunan 1 ədəd sellofan paketə baxış keçirilməsində hal şahidi kimi iştirak etməklərini onlardan xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə birlikdə yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə getmişlər. Onlar idxal xəttinə çatdıqdan sonra gömrük əməkdaşı X9 təqdim etdiyi 1 ədəd sellofan paketə baxış keçirilməsində onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verərək ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. 18 yanvar 2025-ci il tarixdə, saat 13:30 radələrində gömrük əməkdaşı tərəfindən X6 təqdim etdiyi 1 ədəd sellofan paketə keçirilmiş baxış zamanı paketin içərisində 13 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və 8 ədəd ağ rəngli həb qırıntılarının olduğu məlum olmuşdur. X6 üzərində onların iştirakı ilə şəxsi yoxlama aparılmış və gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra X7 aşkar edilmiş 13 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və 8 ədəd ağ rəngli həb qırıntıları onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülərək 1 ədəd xüsusi qablaşdırma vasitəsində qablaşdırılmışdır. Dindirilmiş Şahid3 ifadəsində Şahid2 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -19 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, 18 yanvar 2025-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X16 Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana metanol yükü aparan İran İslam Respublikasının vətəndaşı X6 idarə etdiyi “X30” markalı, “95AL419/95AL420” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gömrük nəzarətindən keçərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsi ilə bərkidərək bir selofan paketdə gömrük nəzarətindən gizlətdiyi külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həblər və 8 ədəd həb qırıntısının aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-90) -18 yanvar 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, 18 yanvar 2025-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X16 Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana metanol yükü aparan İran İslam Respublikasının vətəndaşı X6 idarə etdiyi “X30” markalı, “95AL419/95AL420” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gömrük nəzarətindən keçərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsi ilə bərkidərək bir selofan paketdə gömrük nəzarətindən gizlətdiyi külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həblər və 8 ədəd həb qırıntısı aşkar edilərək protokol əsasında götürülmüşdür.(i.v.10-11) -18 yanvar 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, X14 həmin tarixdə saat 16:30-da Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.51) -19 yanvar 2025-ci il tarixli “məhkəmə-kimyəvi ekspertizası” nın 6/264 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3-33-1500/021/000136 N-li iş üzrə“ yazısı və imzalar olan paketdəki, üzərlərində “B2” yazısı həkk olunmuş 13 (on üç) ədəd bütöv ağ rəngli dairəvi formalı həblər və 8 ədəd ümumi təmiz çəkisi 0,440 qram ağ rəngli həb qırıntıları buprenorfin tərkibli həblərdir. 13 ədəd bütöv həbdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,026 qram, 8 ədəd ümumi təmiz çəkisi 0,440 qram ağ rəngli həb qırıntılarında isə buprenorfin təsiredici maddəsini ümumi miqdarı 0,008 qram təşkil edir. (1 həbdə 0,002 qram buprenorfin olmaqla). Tədqiqata təqdim edilmiş buprenorfinin ümumi təmiz çəkisi 0,034 qramdır.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr” in İİİ siyahısına daxildir. Aparılmış tədqiqatlardan sonra buprenorfin tərkibli 13 həbdən 10 ədədi qalıq olaraq qalmışdır. Həmçinin, aparılmış tədqiqatlardan sonra ümumi təmiz çəkisi 0,440 qram 8 ədəd həb qırıntılarından 0,345 qram qalıq olaraq qalmışdır.(i.v.85-88) -19 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, X14 Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli, 4(004)- 68/2025 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmışdır.(i.v.131-132, 161-166) -18 fevral 2025-ci il tarixli “ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinə həvalə edilmişdir.(i.v.188-189) -03 mart 2025-ci il tarixli “ambulator məcburi-narkoloji tibbi yoxlama” nın 1228 nömrəli rəyindən görünür ki, X10 psixotrop maddə buprenorfinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.211-212) -21 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X15 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, 8 may 2022-ci il tarixdə İran İslam Respublikasına geri qayıtmış, 9 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək bir neçə dəfə Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına getmiş və İran İslam Respublikasına geri qayıtmış, sonuncu dəfə 18 yanvar 2025-ci il tarixdə, saat 13:00-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir.(i.v.214-215) -21 aprel 2025-ci il tarixli “psixotrop maddənin maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10 ədəd həb və ümumi təmiz çəkisi 0,345 qram olan həb qırıntısı maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir.(i.v.217-218) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, X6 əməllərində cinayət tərkibinin əlamətləri vardır və onun cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində məhkəmə istintaqında müalicə alması ilə bağlı dərmanları üzərində saxladığını və daşıdığını, müalicə aldığı xəstəxanadan almasına dair bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. “X21 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs X1 əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onunn müdafiəçi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 əməllərinin tövsüfü ilə bağlı aşağıdakıları qeyd etməyi zərurui hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Verilmiş ittihamdan görünür ki, X6 18 yanvar 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həbləri və 8 ədəd həb qırıntısını əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə tərkibi bildirir ki, X15 külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həbləri və 8 ədəd həb qırıntısını Azərbaycan Respublikasının ərazisində deyil, İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyindən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “əldə etmə” cinayət əməli Azərbaycan Respublikası ərazisində törədilməli olduğundan onun əməlində satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə cinayət tərkibi yoxdur. Odur ki, X3rşı irəli sürülmüş ittihamın həcmindən “18 yanvar 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həbləri və 8 ədəd həb qırıntısını əldə etmişdir” ittihamı çıxarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanununun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir. Cinayət qanunvericiliyində uzanan və davam edən cinayətlərin anlayışı nəzərdə tutulmasa da, Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində bu cinayətlərin adı çəkilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Müəyyən edilmişdir ki, X15 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,034 qram təşkil edən 13 ədəd üzərində “B2” yazısı olan həbləri və 8 ədəd həb qırıntısını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 01 ədəd sellofan paketdə əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsi ilə bərkitməklə gizlədərək saxlayıb İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana metanol yükü apararkən 18 yanvar 2025-ci il tarixdə saat 13:30 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X16 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı həmin həblər aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də Cinayət Məcəlləsinin 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə Cinayət Məcəlləsinin 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və Cinayət-Prosessual Məcəlləsinin 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və sair zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin dispozisiyasında bu normada göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən “gömrük nəzarətindən kənar”, “gömrük nəzarətindən gizli”, “sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə”, “bəyan etməməklə” keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Məsələn, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittihamın faktiki məzmununu narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük nəzarətinin həyata keçirildiyi xüsusi yerlərdən kənarda (sərhədgömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi hərəkətlər təşkil etdiyi halda, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırılmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) qaçaqmalçılığı cinayətini törətməsi barədə ittihamın və bu ittiham üzrə şəxsin təqsirli bilinməsinə dair məhkəmə hökmünün Cinayət-Prosessual Məcəlləsinin 7.0.20, 223.3.2 və 353.2.1 ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün ittihamın (ittiham üzrə məhkəmə qənaətinin) konkret olması, cinayətin hansı üsulla törədilməsini, məkan və zaman barədə məlumatlar da daxil olmaqla müvafiq üsulu təşkil edən hərəkətləri və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə ilə uzlaşan sübutları əks etdirməsi tələb olunur. Narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), Cinayət Məcəlləsinin 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində Cinayət Məcəlləsimnin 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər Cinayət Məcəlləsinin 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli, 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi” ilə (bundan sonra-“Qayda”) Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstələrə münasibətdə müalicə məqsədi ilə həmin normativ hüquqi aktda göstərilən növdə və həddə, eyni zamanda bu normativ hüquqi aktın digər müddəalarına əməl etməklə narkotik vasitə və ya psixotrop maddə aparmalarına (gömrük sərhədindən keçirmələrinə, daşımalarına və saxlamalarına) yol verilir. Qaydanın nəzərdə tutduğu tələblər isə həm də ondan ibarətdir ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir” (Qaydanın 3-cü bəndi). Odur ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə belə bu normaya əməl etmədikdə, yəni gömrük sərhədindən keçərkən narkotik vasitəni və ya psixotrop maddəni bəyan etmədikdə, eləcə də Azərbaycan Respublikasının ərizəsində müvafiq hərəkətləri yerinə yetirdiyi (narkotik vasitəni və ya psixotrop maddəni saxladığı, daşıdığı) anda Qaydanın 3-cü bəndində göstərilən tibbi sənədləri olmadıqda (gömrük orqanına təqdim etmədikdə), cinayət tərkibinin digər zəruri əlamətləri də müəyyən edildikdə onun Cinayət Məcəlləsinin 206 və 234-cü maddələri ilə cinayət məsuliyyəti daşıması üçün əsas yaranır. Cinayət işinin materiallarının 77-ci səhifəsində olan 18 yanvar 2025-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti X11 məxsus 1 (bir) ədəd “Samsung Galaxy A23” markalı mobil telefondur. Telefonun bateriya hissəsi zavod üsulu ilə bağlanmışdır, əllə açılması mümkün deyildir. Telefonun “Qalereya” bölməsinə baxış zamanı X33 tərəfindən verilmiş xəstə kartına aid fotoşəklin olduğu müəyyən edildi. Həmin fotoşəkilə baxış zamanı müəyyən edilmişdir ki, X33 tərəfindən verilmiş xəstə kartında X6 həmin mərkəzdə həkim nəzarəti altında müəlicə alması və “B2” adlı dərman vasitəsindən istifadə etməsi məsləhət görülür. Cinayət işinin materiallarının 80-cı səhifəsində olan İran İslam Respublikası X27 verilmiş “Xətəlik Kartı” dan görünür ki, X6 X28 həkim nəzarəti aldında müalicə alması və “B2” adlı dərman vasitəsindən istifadə etməsi məsləhət görülür. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində X5 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və demişdir ki, X22 Azərbaycan Respublikasına oradan da Gürcüstan Respublikasına səfər etmiş, səfər zamanı üzərində 15 ədəd həb olmuşdur. Azərbaycan Respublikasının Biləsuvar Gömrük İdarəsinin X16 gömrük əməkdaşı onu saxlayıb üzərində həbləri götürmüşdür. Həmin həblər İran İslam Respublikasında qanuni şəkildə həkim respti ilə ona yazılan həblərdir. Əsəb xəstəliyindən əziyyət çəkmişdir. 11 ildir əsəb xəstəsidir və 11 ildir ki, həmin həblərdən qəbul etmişdir. Azərbaycan Respublikasına birinci dəfə idi gəlmişdir. X16n birinci dəfə idi keçmişdir. Azərbaycan Respublikasının sərhəddindən həbləri keçirməyin problem olduğunu bilmiş, ona görə də qorxusundan həbləri gizlətmişdir. Hazırda “B2” dərmanından istifadə etmir. Ərak şəhərində Xürrəm kilinikasında xanım həkim tərəfindən müalicə olunmuşdur. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, X15 narkotik vasitələrdən asılılığı olduğu üçün 04 iyul 2015-ci il tarixdən etibarən “Buprenorfin 2mq” tabletlərlə müalicə olunmuşdur. Arayışdan aydın olur ki, X15 əsəb xəstəliyindən deyil narkomaniya xəstəliyindən müalicə olunmuşdur. Cinayət işinin materiallarının 214-215-ci səhifələrində olan “baxış keçirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli, protokoldan görünür ki, X15 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, 8 may 2022-ci il tarixdə İran İslam Respublikasına geri qayıtmış, 9 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək bir neçə dəfə Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına getmiş və İran İslam Respublikasına geri qayıtmış, sonuncu dəfə 18 yanvar 2025-ci il tarixdə, saat 13:00-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. Göründüyü kimi X15 birinci dəfə deyil, əvvəllər dəfələrlə Azərbaycan Respublikasına gəlmiş və ya tranzit keçmiş, heç bir halda üzərindən tərkibində buprenorfin psixotrop maddəsi olan “B2” həbləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Müəyyən edilmişdir ki, X15 Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi” Qaydanın 3-cü bəndində nəzərdə tutulmuş, yəni Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə kimi Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi psixotrop maddəni yazılı qaydada bəyan etməli olduğu halda ümumiyyətlə psixotrop maddəni bəyan etməyərək həbləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 01 ədəd sellofan paketdə əynindəki şalvarın altından geyindiyi alt paltarına kağız tikən (stepler) vasitəsi ilə bərkitməklə gizlədərək saxlayıb İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana metanol yükü apararkən 18 yanvar 2025-ci il tarixdə saat 13:30 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən X16 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı həmin həblər aşkar edilərək götürülmüşdür. X6 telefondan aşkar olunan arayışa da məhkəmə tərkibi tənqidi yanaşaraq həmin arayışın Qaydaların 3-cü bəndinə uyğun olmadığı qənaətinə gəlir. Belə ki, arayışın onun yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənəd olması müəyyən edilməmiş, arayışda psixotrop maddənin qəbul qaydası və istifadə müddəti göstərilməmişdir. Qaydanın 5-ci bəndində göstərilmişdir ki, tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Həmin Qaydanın 6-cı bəndində göstərilmişdir ki, tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisini tərk edərkən gömrük sərhədində müvafiq sənədləri və dərman preparatlarının qalıqlarını gömrük orqanlarına baxış üçün təqdim etməyə borcludur. Həmin Qaydanın İİ hissəsinə əlavə olunmuş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə miqdarı həddi” dən görünür ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddələnin 2-ci sıra nömrəsində buprenorfinin bir sutkada istifadə miqdarı həddi (milliqramla) 0,05 göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyriqanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ). Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Cinayət işinin materiallarının 85-88-ci səhifələrində olan “məhkəmə-kimyəvi ekspertizası” nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3-33-1500/021/000136 Nli iş üzrə” yazısı və imzalar olan paketdəki, üzərlərində “B2” yazısı həkk olunmuş 13 (on üç) ədəd bütöv ağ rəngli dairəvi formalı həblər və 8 ədəd ümumi təmiz çəkisi 0,440 qram ağ rəngli həb qırıntıları buprenorfin tərkibli həblərdir. 13 ədəd bütöv həbdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,026 qram, 8 ədəd ümumi təmiz çəkisi 0,440 qram ağ rəngli həb qırıntılarında isə buprenorfin əsiredici maddəsini ümumi miqdarı 0,008 qram təşkil edir. (1 həbdə 0,002 qram buprenorfin olmaqla). Tədqiqata təqdim edilmiş buprenorfinin ümumi təmiz çəkisi 0,034 qramdır.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr” in İİİ siyahısına daxildir. Aparılmış tədqiqatlardan sonra buprenorfin tərkibli 13 həbdən 10 ədədi qalıq olaraq qalmışdır. Həmçinin, aparılmış tədqiqatlardan sonra ümumi təmiz çəkisi 0,440 qram 8 ədəd həb qırıntılarından 0,345 qram qalıq olaraq qalmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs X6 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna, iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X6 Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş İlkin İlqaroğlu, Şahid2 və Şahid3 ifadələri, “nəqliyyat vasitəsinin yoxlanılması haqqında”, “baxış keçirilməsi haqqında” protokollar,“məhkəmə-kimyəvi ekspertizası”, “ambulator məcburi-narkoloji tibbi yoxlama” nın rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən X6 Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərədə tutulmuş əməllərini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan o həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətlərə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də X15 Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən X15 təyin olunacaq azadlıqdan məhrum etmə cəzanı çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, X6 məhkumluğu yoxdur.(i.v.191) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən X6 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X6 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə tərkibi göstərilənlərə əsasən X6 barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcələri, törədilməsi halları, ağırlıqları və nəticələrini nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, X9 azadlıqdan məhrumetmə cəzası törətdiyi cinayət əməllərinin tövsüf olunduğu maddələrin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınmalıdır, cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilməlidir, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsi təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X15 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınmaqla X6 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (bir yüz on dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxs X4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10 ədəd həb və ümumi təmiz çəkisi 0,345 qram olan həb qırıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-1, 344-349, 350-353, 356, 357, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X12 cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2025-ci il tarixdən hesablansın. X6 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən X15 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə X4 114 (bir yüz on dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10 ədəd həb və ümumi təmiz çəkisi 0,345 qram olan həb qırıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan X12 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar