Məhkəmə qərarları › İş №1(099)-329/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-329/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-329/2022 06.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kürdəmir şəhəri, N.Nərimanov küçəsi, ev 12də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 6,153 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda-1.805 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1.472 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibində olan 01 ədəd sellofan torbacığın içərisindən 01 ədəd polietilen kəsiyi bükümündə 1,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə 0,120 qram, 01 ədəd polietilen kəsiyi bükümündə 1,352 qram-ümumi çəkisi 1,472 qram olan, xaşxaş bitkisindən kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryək, 01 ədəd polietilen kəsiyi bükümündə 4,980 qram, hər biri ayrı kağıza bükülmüş 02 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda 0,366 qram və 0,807 qram - ümumi çəkiləri 6,153 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və həmin gödəkçəsinin sağ ön cibində olan 01 ədəd salfet kağızının arasından 01 ədəd 2 ml-lik şprisin içərisində maye halında həcmi 0,5ml, quru halda təmiz çəkisi 0,063 qram narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izi olan 01 ədəd 2 ml-lik, 02 ədəd 1,0 ml-lik şpirslər və 01 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampula aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 26 yanvar 2022-ci il tarixdə saat 12 radələrində evində olduğu zaman polis işçiləri evə gələrək onu tutmuş və rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üstündə şpris və şüşə ampula olmuş, lakin narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Üzərinə heroin, tiryək və psixotrop maddə metamfetamin polis işçiləri tərəfindən qoyulmuşdur. Onun polis şöbəsinə aparılmasından təxminən 20 dəqiqə sonra vəkil gəlmişdir. Vəkil gələnə kimi olan müddətdə artıq üzərinə narkotik vasitələr və psixotrop maddə qoyulmuşdur. Polis işçiləri ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini demişlər. Ona görə də videoçəkiliş zamanı üzərində aşkar olunan narkotik vasitələrin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, narkotik vasitədən və psixotrop maddələrdən uzun illərdir istifadə edir. Narkotik vasitəni “Whatsapp” programı vasitəsilə əlaqə saxladığı, tanımadığı İran vətəndaşından Bakı şəhərində almışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə polis şöbəsinə aparmışlar. Üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ ön cibindən içərisində bükümlər qablaşdırılmış bir ədəd polietilen sellofan bükümü, sol ön cibindən bir ədəd salfet kağızı bükülünü çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər açıldıqda bir ədəd kağız bükümdə çəkisi 0.21 qram tiryəkə bənzər kütlə, bir ədəd polietilen bükümdə 2.00 qram qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0.75 və 1.23 qram olan, ağ rəngli kristal hissəciklərdən ibarət metamfetaminə bənzər kütlələr, bir ədəd kağız bükümdə 1.45 qram içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə, bir ədəd polietilen bükümdə 5.34 qram psixotrop maddə metamfetaminə bənzər kütlə, salfet bükümün içərisində 03 üç ədəd heroin izləri olan, istifadə olunmuş şpris, bir ədəd içərisində maye olan tibbi şpris, bir ədəd içərisində heroin izləri olan sınıq şüşə ampula, bir ədəd üzərində ”belamur 12” sözləri yazılmış kazbek, bir ədəd polietilen bükümdə 1.30 qram çəkidə limon duzuna bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Üzərində aşkar edilmiş kütlələr və şprislərin hamısı ona məxsus olmuşdur. Həmin narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələri tanımadığı İran İslam Respublikasının vətəndaşından 200 manat pul müqabilində Bakı şəhərindən almışdır. Polis işçiləri tərəfindən ona qarşı heç bir təzyiq, təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolu, videoçəkiliş, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2022-ci il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2022-ci il tarixdə saat 12.00 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində narkotik vasitələri daşımaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müvafiq qaydada şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı il və videoçəkiliş aparılmaqla şəxs axtarış aparlması zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən içərisində bükümlər qablaşdırılmış bir ədəd polietilen sellofan bükümünü, həmin gödəkçənin sol ön cibindən bir ədəd salfet kağızı bükülüsünü və sağ ön cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış keçirilən zaman başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bükümlər açılmaqla içərisində olan maddələr elektron tərəzidə çəkilməklə götürülmüşdür. Bir ədəd polietilen sellofana qablaşdırılmış içərisində bir ədəd kağız bükümdə çəkisi 0.21 qram olan tiryəkəbənzər kütlə, bir ədəd polietilen bükümdə 2.00 qram qəhvəyi rəngli, narkotik vasitə heroinəbənzər kütlə, iki ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0.75 və 1.23 qram olan, ağ rəngli kristal hissəciklərdən ibarət, metamfetaminə bənzər kütlələr, bir ədəd kağız bükümdə 1.45 qram içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə, bir ədəd polietilen bükümdə 5.34 qram psixotrop maddə metamfetaminə bənzər kütlə, salfet bükümün içərisində üç ədəd heroin izləri olan istifadə olunmuş şpris, bir ədəd içərisində maye olan tibbi şpris, bir ədəd içərisində heroin izləri olan sınıq şüşə ampula, bir ədəd üzərində ”belamur 12” sözləri yazılmış kazbek, bir ədəd polietilen bükümdə 1.30 qram çəkidə limon duzuna bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə aşkar olunmuş maddələrin heroin, tiryək və metamfetamin olduğunu, həmin maddələri Bakı şəhərində tanımadığı iranlıdan öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilən Kürədmir Rayon Polis Şöbəsinin sahə polis nəfərləri Şahid2 və polis zabiti Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Bundan əlavə, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12.00 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən içərisində bükümlər qablaşdırılmış bir ədəd polietilen sellofan bükümünü, həmin gödəkçənin sol ön cibindən bir ədəd salfet kağızı bükülüsünü və sağ ön cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Bükümlərə baxış zamanı bir ədəd kağız bükümdə 0.21 qram tiryəkə bənzər kütlə, bir ədəd polietilen bükümdə 2.00 qram qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd kağız bükümdə 0.75 və 1.23 qram çəkilərdə, ağ rəngli kristal hissəciklərdən ibarət, metamfetaminə bənzər kütlələr, bir ədəd kağız bükümdə 1.45 qram içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə, bir ədəd polietilen bükümdə 5.34 qram psixotrop maddə metamfetaminə bənzər kütlə, salfet bükümün içərisində üç ədəd heroin izləri olan, istifadə olunmuş şpris, bir ədəd içərisində maye olan tibbi şpris, bir ədəd içərisində heroin izləri olan sınıq şüşə ampula, bir ədəd üzərində ”belamur 12” sözləri yazılmış kazbek, bir ədəd polietilen bükümdə 1.30 qram çəkidə limon duzuna bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Kompleks materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/102-18/103 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd polietilen kəsiyi bükümündə 1,742 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,120 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,352 qram-ümumi çəkisi - 1,472 qram maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə tiryəkdir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-4,980 qram, hər biri ayrı kağıza bükülmüş 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,366 qram, 0,807 qramümumi çəkisi-6,153 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 ədəd salfet kağızında 1 ədəd 2 ml-lik şprisin içərisində həcmi 0,5 ml olan maye narkotik vasitə heroin məhluludur, həmin məhluldakı heroinin quru maddəsinin təmiz çəkisi-0,063 qramdır. 1 ədəd 2 ml-lik, 2 ədəd 1,0 ml-lik şpirslərdə və 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli, 99 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, lakin həkim narkoloqun qeydiyyatında durur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 299 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən, tiryəkdən və metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. İşdə olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri-heroini və tiryəki əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv qiymət verərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması zamanı üzərində yalnız istifadə olunmuş şpris və ampulanın olması, metamfetamin, heroin və tiryəkin olmaması, həmin maddələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması zamanı o, həmin maddələrin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 26 yanvar 2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 6.003 qram psixotrop maddə metamfetamin, 1.692 qram heroin, 1.372 qram tiryək, 3 ədəd şprislər və 01 ədəd şüşə ampula məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 99,48 manat təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 6,003 qram psixotrop maddə metamfetamin, 1,692 qram heroin,1,372 qram tiryək, 3 ədəd şipris və bir ədəd şüşə ampula məhv edilsin. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 99,48 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar