Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-329/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X31, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, müdafiəçilər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi8, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi6, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi5 iştirakları ilə, - xx xxx 1996-cı ildə Astara rayonunun Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonunun Şümrüd kəndində qeydiyyatda olmaqla, Şahağac kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 - xx xxxxxxx 1992-ci ildə Astara rayonu, Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Tüləgüvan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 - 30 avqust 1989-cu ildə Astara rayonu, Ojəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Ojəkəran kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 - xx xxxxxx 1999-cu ildə Astara rayonunun Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü; - xx xxxxxx 1993-cü ildə Astara rayonunun Tüləgüvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Tüləgüvan kəndində qeydiyyatda olmaqla, Təngərüd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 32.5,144.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 uzaq qohumu, yetkinlik yaşına çatmayan xx xxxxxxx 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlib, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs2, onun arvadı Təqsirləndirilən şəxs5, tanışı Təqsirləndirilən şəxs4 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşib, Təqsirləndirilən şəxs5 ilə birlikdə Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsi ilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 10 sentyabr 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrəndikdən sonra 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən qrup üzvü Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə digər qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayıb, saat 13 radələrində mikroavtobusla evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb, yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs4 avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb, ona boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə, sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə əvvəlcə Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə, daha sonra Şahid1 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs5 anası Şahid3 yaşadığı Astara rayonunun Şümrüd kəndində yerləşən evinə aparmışdır. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 uzaq qohumu, yetkinlik yaşına çatmayan xx xxxxxxx 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs1, arvadı Təqsirləndirilən şəxs5, tanışı Təqsirləndirilən şəxs4 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 digər qrup üzvü Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 10 sentyabr 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrənib, 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən qrup üzvü Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə digər qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayaraq, saat 13 radələrində mikroavtobusla evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək, Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb, yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs4 avtomobili dayandırmış, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə əvvəlcə Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə, daha sonra Şahid1 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs5 anası Şahid3 yaşadığı Astara rayonu, Şümrüd kəndində yerləşən evinə aparmışdır. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx xxxxxxx 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2, Ruhin Balaxanzazadənin arvadı Təqsirləndirilən şəxs5 və Təngərüd kənd sakini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 digər qrup üzvü Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 10 sentyabr 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrənib, 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayaraq, saat 13 radələrində evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə avtomobili dayandırmış, aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə aparmış, daha sonra qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs Şahid1 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs5 anası Şahid3 yaşadığı Astara rayonunun Şümrüd kəndində yerləşən evinə aparmışdır. Təqsirləndirilən şəxs5 qaynı Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx xxxxxxx 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə qaynı Təqsirləndirilən şəxs1, əri Təqsirləndirilən şəxs2, Ojəkəran kənd sakini Təqsirləndirilən şəxs4 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 10 sentyabr 2023cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrənib, 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən qrup üzvü Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə digər qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayaraq, saat 13 radələrində mikroavtobusla evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək, Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb, yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Təqsirləndirilən şəxs4 avtomobili dayandırmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşdükdən sonra onunla eyni niyyətlə hərəkət edən qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək digər qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə əvvəlcə Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə, daha sonra Şahid1 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə anası Şahid3 yaşadığı Astara rayonu, Şümrüd kəndində yerləşən evinə aparmışdır. Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx xxxxxxx 2005-ci təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Ojəkəran kənd sakini Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs 10 sentyabr 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları vermiş, qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 digər qrup üzvü Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlamış, saat 13 radələrində Zərərçəkmiş şəxs mikroavtobusla evə getdiyini görüb, Astara şəhərində onunla eyni mikroavtobusa oturub Təngərüd kəndinə yola düşərək sonuncunun harada mikroavtobusdan düşəcəyi və sair məlumatları qrup üzvlərinə vermiş, aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri həmin tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs mikroavtobusdan düşüb, yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la birlikdə, köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamış, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə, daha sonra digər qrup üzvləri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs Şahid1 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs5 anası Şahid3 yaşadığı Astara rayonunun Şümrüd kəndində yerləşən evinə aparmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuş, hadisə baş verən gün avtomobili təmirdə olmuşdur. Dayısı qızı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxsgilə yun didməyə köməyə gedirmiş. Kubranın anası Aygülə 11 sentyabr 2023-cü il tarixdə Kubraya elçi gələcəyini, Kubranı Elvinə vermək istədiyini, lakin əri tərəfin qızı başqasına vermək istədiklərini demişdir. Kubra özü də Aygülə 10 sentyabrda imtahanı olacağını, yalnız həmin gün vaxtı olduğunu, ayın 11-də isə ona elçi gələcəyini demişdir. 10 sentyabrda Kubranı evlərinə təxminən yüz metr qalmış götürmüş, həmin vaxt ətrafda insanlar olmuş, bunu kamera da çəkmişdir. Əgər Kubranı zorla qaçırsaydı, ona mobil telefonu verib, valideynləri ilə danışdırmazdı. Kubranın zorla qaçırılmasına dair hər hansı sübut varsa, maksimum cəza çəkməyə razı olduğunu bildirmişdir. Onlar qızı götürüb dağa, yəni Şümrüd kəndinə getmişlər. Orada Kubra ilə bir otaqda olmuşdur. Həmin vaxt Kubra atasının qızına sahib çıxa bilmədiyi üçün anasını öldürəcəyindən narahat olmuş, o da Kubraya təskinlik vermişdir. Kənddə onlara yemək bişirmişlər, lakin Kubra həmin yeməkdən iyrəndiyini, yeyə bilməyəcəyini demiş, ondan kolbasa, şirniyyat almasını istəmiş, o da qardaşı Ruhinə demişdir ki, Kubra üçün ərzaq alsın. Həmin vaxt leysan yağış yağırmış. Qardaşı qonşu kənddəki dükana gedib qayıtmış və avtomobildən düşmədən onu çağırıb demişdir ki, barışıq üçün polis şöbəsinə getsinlər. Birlikdə Kubranı da götürüb polis şöbəsinə getmişlər. Astara Rayon Polis Şöbəsində İstintaq İdarəsinin rəisi onu döyməyə başlamış, əgər izahat verməsə, qardaşı Ruhini stula bağlayıb “pres” verəcəyini, yəni bədəninə elektrik cərəyanı yeridəcəyini demişdir. Rəis Rövşən adlı şəxs ondan gözünün qarşısında qardaşına qarşı belə hərəkət olunmasına vicdanının yol verib-verməyəcəyini soruşmuş, o da öz növbəsində nə etməli olduğunu soruşmuşdur. Həmin şəxs ondan ifadəsində Kubranı zorla qaçırdıqlarını, qardaşının ona kömək etdiyini yazmasını istəmişdir. Onu polis şöbəsində döymüşlər, başında şiş vardır. Polkovnik-leytenant Rövşən onun döyülməsinə görə şikayət edəcəyi təqdirdə “kola”ya narkotik vasitə qataraq ona içirdəcəyini, ağzının açıq qalması üçün xüsusi aləti olduğunu, nəticədə onun bədbəxt olacağını deyərək hədə-qorxu gəlmişdir. Onu iki saata yaxın döymüşlər. Ondan qardaşına qarşı ifadə verməsini istəsələr də, bunu etməmişdir. Saxlanıldıqdan üç gün sonra barəsində qətimkan tədbiri seçilmişdir. Müstəntiqin yanına gedərək ifadə vermədiyi halda barəsində həbs qətimkan tədbirinin seçilə bilməyəcəyini demiş, müstəntiq də ona narahat olmamasını, tərəflər arasında razılaşma olacağını demişdir. Polis şöbəsində sentyabr ayının 13-dən 19-dək dəfələrlə etab olsa da, onu təcridxanaya göndərməmiş, başında şiş olduğuna və üzü göyərdiyinə görə ayın 19-na kimi müvəqqəti saxlama yerində saxlamışlar. Ruhinin bu işdə günahı yoxdur. Ruhinin mobil telefonunda Kubranın anası Şahid5 ilə “WhatsApp” proqramında yazışmalar olduğunu, həmin yazışmalardan Baharın qızı Kubranı ona vermək istədiyinin açıq-aydın göründüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Kubranın ona olan münasibəti yaxşı olmuş, o, öz razılığı ilə avtomobilə oturmuşdur. Kubranı evlilik məqsədi ilə qaçırmışdır. Onu zorla qaçırsaydı, gətirib polisə təhvil verməzdi. Kubranın qaçırılmasına görə polisə şikayəti atası Şahid2 etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzr istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, bir neçə aydır ki, qohumu, Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs sevmiş, ilk dəfə Kubranı təxminən altı-yeddi ay əvvəl babasının evində görmüş, heç vaxt Kubraya qarşı olan hisslərini ona deməmişdir. Kubranı gördükdən təxminən on gün keçdikdən sonra qardaşı Ruhinlə birlikdə Kubranın atası Sərxanla görüşmüş, Ruhin Sərxana onun Kubranı sevməsi barədə məlumat vermiş, bir müddət keçdikdən sonra Ruhin ona, Kubranın valideynlərinin müxtəlif bəhanələr- qızın azyaşlı olduğunu, yetkinlik yaşına çatmadığını, hələ oxuyacağını əsas gətirib, Kubranı ona vermədiklərini bildirmişdir. Kubraya elçi düşsə də, Kubranı ona verməmişlər. Sonradan Kubranın atası Sərxan qardaşı Ruhinə zəng edib, Kubranı başqa birinə verdiyini demişdir. Kubra ilə bağlı tez-tez Kubra ilə qonşuluqda yaşayan, dayısı qızı Təqsirləndirilən şəxs3 maraqlanmış, Aygül ona Kubra barədə müxtəlif məlumatlar vermişdir. 2023-cü ilin sentyabr ayının ilk günlərində Kubranı qaçırmaq qərarına gəlmiş, 08 sentyabr 2023-cü il tarixdə konkret olaraq Kubranı qaçırmaq qərarına gəlmişdir. Həmin gün qardaşı Ruhinin Astara şəhərində yerləşən evinə getmiş, ona və arvadı Gilanəyə Kubranı qaçırmaq istəməsi barədə məlumat vermiş, Ruhinlə Gilanə onunla razılaşmışlar. Növbəti gün, yəni 09 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında tanışı, taksi fəaliyyəti ilə məşğul olan Astara rayonu, Ojəkəran kənd sakini Təqsirləndirilən şəxs4 zəng edib, avtomobil lazım olduğunu, qız qaçırmaq istədiyini demiş, Sarvanı tam olaraq inandırmışdır ki, qız qaçırsa da, onun üçün hər hansı problem yaranmayacaqdır. Həmin gün Sarvanın idarə etdiyi avtomobillə Təngərüd kəndinə getmiş, orada yolun kənarından qardaşı Ruhinlə onun arvadı Gilanəni avtomobilə götürüb, Ruhinin Astara şəhərində yerləşən evinə qayıtmışdır. Avtomobildə olan zaman bilmişdir ki, X17 görməkdən ötrü Təngərüd kəndinə aparmış, daha doğrusu X28 ilə eyni mikroavtobusda Təngərüd kəndinə getmişlər. Kubranın son kurs gününün 10 sentyabr 2023-cü il tarixdə olduğunu bilmiş, bu barədə dayısı qızı Aygül məlumat vermişdir. Fikirləşmişdir ki, Kubra bir də çölə çıxmaz və Kubranı qaçıra bilməz, buna görə də Kubranı 10 sentyabr 2023-cü il tarixdə qaçırmaq istəmiş və artıq bu barədə qəti qərara gəlmişdir. Buna görə də, avtomobildə olan zaman Sarvandan səhər saatlarında qardaşı Ruhinin evinə gəlib, onları oradan götürüb, Kubranın dalınca getməsini istəmiş, Sarvan da onunla razılaşmışdır. Sonra Gilanə və Ruhinlə birlikdə avtomobildən düşərək Ruhinin evinə getmişdir. Evdə olan zaman Ruhinə və Gilanəyə sabah Kubranı qaçıracağını deyib, onlardan köməklik istəmiş, Ruhin və Gilanə ilə razılaşmışlar ki, 10 sentyabr 2023-cü il tarixdə Kubranı Təngərüd kəndində yerləşən evindən çıxarkən qaçırsınlar. Bundan sonra köməklik üçün Aygülə zəng etmək qərarına gəlmiş, Kubranın konkret olaraq evdən nə vaxt çıxması barədə Aygülün ona məlumat verməsini istəmişdir. Təxminən saat 21-də Aygülə zəng edib danışmış, Aygüldən Kubra ilə bağlı maraqlanmış, Aygül yenə də ona 10 sentyabr 2023-cü il tarixdə Kubranın son kurs günü olduğunu, səhər saat 09 radələrində evi tərk edib, kursa gedəcəyini və günorta saatlarında evə qayıdacağını demişdir. Aygüldən Kubranın qaçırılmasında köməklik etməsini xahiş etmiş, Aygül ona nə kimi köməklik lazım olduğunu soruşmuş, Aygülə səhər tezdən yola baxmasını xahiş edib, Kubranın konkret olaraq hansı vaxtda mərkəzi yola çıxacağı ilə bağlı məlumat verməsini istəmişdir. Aygüllə telefonda danışan zaman telefonu mikrofona qoymuş, qardaşı Ruhin və gəlini Gilanə də Aygüllə danışığını eşitmişlər. Gilanə telefonu alıb özü də Aygüllə danışmış, Aygül Gilanəyə də Kubranın nə vaxt evdən çıxacağı, nə vaxt evə qayıdacağı barədə məlumat vermişdir. Aygülə Kubranı səhər evindən çıxdıqdan sonra yaşadığı məhəllədə qaçırmaq istədiyini demiş, Aygül razılaşmış ki, sabah, yəni 10 sentyabr 2023-cü il tarixdə Kubranın qaçırılmasında ona köməklik edəcəkdir. 10 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində yuxudan oyandıqdan sonra ilk olaraq Sarvana zəng edib, qabağına gəlməsini istəmiş, bir neçə dəqiqə keçdikdən sonra Ruhingil də yuxudan oyanmış, təxminən yarım saat keçdikdən sonra Sarvan idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Ruhinin evinin qabağına gəlmiş, Ruhin və Gilanə ilə birlikdə Sarvanın avtomobilinə oturub, Təngərüd kəndinə yola düşmüşlər. Yolda olan zaman Aygülə zəng edib, Təngərüd kəndinə gəldiklərini demiş və hazırlaşmasını istəmişdir. Mütəmadi olaraq Aygüllə əlaqə saxlamışdır ki, Kubra evdən çıxan kimi ona məlumat versin və onlar Kubranı qaçırsınlar. Təngərüd məktəbini bir qədər keçib, Aygüldən xəbər gözləməyə başlamış, Aygül ona telefonla zəng edərək Kubranın evdən çıxdığını demişdir. Bir müddət keçdikdən sonra Kubra mərkəzi yola, yəni köhnə “Ələt-Astara” yoluna çıxmış, həmin vaxt yol kənarında bir neçə nəfər olduğundan Kubranı qaçıra bilməmişlər. Kubra mikroavtobusa oturub Astara şəhəri istiqamətində getmiş, onlar da Kubranın içərisində olduğu mikroavtobusun dalınca hərəkəti davam etdirmişlər. Aygülə zəng edib, Kubranı qaçıra bilməmədiklərini, Kubranı evinə gedən zaman, yaşadığı məhəllədə qaçıracaqlarını demişdir. Sarvandan Kubranın içərisində olduğu mikroavtobusu ötməsini istəmiş, Sarvan mikroavtobusu ötüb, Kijəbə qəsəbəsində “üç yol” adlanan yerdə dayanmış, Gilanə avtomobildən düşərək Kubra ilə eyni mikroavtobusa oturub, Astara şəhərinə getmişdir. Bir neçə dəqiqədən sonra onlar Astara şəhərinə çatmış, Sarvan Astara şəhəri 1 saylı məktəbin qarşısında avtomobili dayandırmış və Kubranı gözləməyə başlamışlar. Təxminən iyirmi dəqiqə keçdikdən sonra Kubranın içərisində olduğu mikroavtobus Astara şəhərinə çatmış, Kubra avtomobildən düşərək “Heydər parkı”na, sonra isə kursa getmiş, kursa gedənədək Gilanə Kubranı izləmişdir. Kubra saat 13 radələrində kursdan çıxacağından, Ruhin, Gilanə və Sarvanla birlikdə Ruhinin evinə getmiş, saat 13 olmamış evi tərk edərək kursun qarşısına gəlmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Kubra kurs yoldaşları ilə birlikdə kursu tərk etmiş, ilk öncə kursun qarşısında, “Heydər parkı”nın girişində kurs yoldaşları ilə birlikdə şəkil çəkdirmiş, sonra isə piyada bulvar istiqamətinə getmiş, Gilanə də müəyyən məsafə saxlayaraq Kubranı izləmişdir. Kubra Astara şəhər bulvarına getmiş, Gilanə Kubranın dalınca hərəkət edərək Ruhinə Kubranın hərəkət istiqamətləri barədə məlumat vermişdir. Ruhinlə Sarvan da bulvara getmiş, lakin o, avtomobildə gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Ruhin Sarvanla birlikdə avtomobilə gəlmiş və Kubranın bulvarın əsas girişindən bulvar ərazisini tərk etdiyini demişlər. Aygüllə danışmış və Aygüldən Kubra ilə eyni mikroavtobusa oturub, Kubranın hərəkətləri barədə dəqiq məlumat verməsini xahiş etmiş, Aygül də onunla razılaşmışmışdır. Kubra Astara şəhəri, İstiqlaliyyət küçəsində mikroavtobusların dayandığı yerdə mikroavtobusa oturmuş, Kubranın içərisində olduğu mikroavtobus Astara rayonu, Təngərüd kəndi istiqamətində hərəkət etməyə başlamış, “Ləvəngi” adlanan yerdə Aygül də mikroavtobusa oturmuş və Kubra ilə eyni mikroavtobusda hərəkətini davam etdirmişdir. Təxminən yarım saat keçdikdən sonra mikroavtobus Təngərüd kənd məktəbinə çatmış, ilk öncə Aygül, bir qədər irəlidə isə Kubra mikroavtobusdan yerə düşmüşdür. Kubra evinin istiqamətində piyada hərəkət etmiş, Gilanədən avtomobildən yerə düşüb, Kubranı hansısa bəhanə ilə avtomobilə çağırmasını istəmişdir. Sarvan avtomobili dayandırmış, Gilanə avtomobildən yerə düşüb, Kubradan Aygülün evinin harada olduğunu soruşmuş, Kubra da Gilanəyə əli ilə Aygülün evinin istiqamətini göstərmişdir. Gilanə Kubradan yaxına gəlib, avtomobilə oturaraq birlikdə Aygülün evinə tərəf getməsini istəsə də, Kubra razılaşmamış və yoluna davam etmişdir. Kubranın evinə gedən alternativ yolu bilmiş, bu barədə Aygül ona məlumat vermiş, alternativ yolla hərəkət edəcəyi təqdirdə Kubranın qarşısına çıxacağını bilmişdir. Buna görə də, Sarvandan dediyi istiqamətdə avtomobili hərəkət etdirməsini istəmiş, Sarvan da onun dediyi istiqamətdə, yəni Təngərüd məktəbinin qarşısından sağa dönmüş, avtomobildə olanlara həmin yolun Kubranın qarşısına çıxdığını demişdir. Kubranın çıxacağı ara yola çatdıqda Kubra yola çıxmış, həmin vaxt Aygül də yolda olmuşdur. Sarvan dərhal avtomobili dayandırmış, o avtomobildən yerə düşüb Kubra ilə qarşı-qarşıya gəlmişdir. Gilanə də ondan sonra avtomobildən yerə düşmüşdür. Cəld şəkildə Kubraya yaxınlaşmış, arxadan Kubranı tutmuş, qışqırmaması üçün sağ əli ilə Kubranın ağzını tutub sıxmış, sol əlini Kubranın belinə dolayıb, əlindən tutmuş, sonra isə Kubranı avtomobilə tərəf itələmişdir. Kubranı yaxalayan zaman Kubranın telefonu əlindən yerə düşmüş, bu zaman Gilanə yerdən Kubranın telefonunu götürmüşdür. Kubra ona müqavimət göstərdiyindən Kubranı avtomobilin içərisinə otuzdura bilməmiş, qardaşı Ruhin avtomobildən yerə düşərək Kubranın ayaqlarından tutmuş və avtomobilin içərisinə daxil olub Kubranı da avtomobilin içərisinə salmışdır. Kubranı tam olaraq avtomobilin içərisinə salmış və avtomobilin sağ arxa qapısını bağlamışdır. Sonra isə gəlini Gilanə avtomobilin qabaq oturacağında oturmuş və Sarvan avtomobili hərəkət etdirmişdir. Onlar planlaşdırmışlar ki, Kubranı qaçırdıqdan sonra Gilanənin anasının Astara rayonu, Şümrüd kəndində yerləşən evinə aparsınlar. Buna görə də, Sarvan avtomobili həmin istiqamətdə hərəkət etdirmişdir. Kubranı tam olaraq avtomobilin içərisinə saldıqdan sonra Kubra bir neçə dəfə ona sillə ilə zərbə vurmuş, lakin xəsarət almamışdır. Ruhin Kubranın ayaqlarının üzərində oturmuşdur ki, Kubra harasa qaçmasın. Kubra qışqıraraq Ruhindən ayaqlarının üzərindən durmasını istəmiş, Ruhin də Kubranın ayaqlarının üstündən durmuşdur. Kubra artıq nə baş verdiyini bilmiş, Ruhini üzdən tanımış və bilmişdir ki, onun üçün qaçırılmışdır. Kubra ilk öncə buraxılmasını, yəni azad edilməsini istəmiş, Kubranın dediklərinə gülərək qarşılıq vermişdir. Kubra buraxılmadığını görüb, onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, telefonunun harada olduğunu soruşub, anası ilə danışmaq istədiyini demiş, Gilanədən telefonunu istəsə də, Gilanə telefonu verməmişdir. Kubra yenə də onların ünvanına nalayiq ifadələr işlədib, buraxılmasını istəmiş, Kubranı qaçırdıqlarını və buraxmayacaqlarını bildirmişlər. Kubra nə qədər yalvarsa da, onu avtomobildən düşürməmişlər. Kubra azad edilmədiyini görüb, daha müqavimət göstərməmişdir. Deqədi kəndini keçdikdə Sarvan avtomobilini dağa sürməyəcəyini demiş, buna görə qardaşı Ruhin tanışları Ramazan Büzürova zəng edib, dağa gəldiklərini bildirib Ramazandan qabağına avtomobil göndərməsini istəmişdir. Danışığa əsasən Ramazan “Vıli körpüsü” deyilən yerə gəlib, onları oradan götürəcəkmiş. Təxminən yarım saat keçdikdən sonra onlar həmin yerə çatmışlar, Sarvan avtomobili dayandırmış və Ramazanı gözləməyə başlamışlar. Təxminən on dəqiqə keçdikdən sonra Ramazanın oğlu Şahid1 idarə etdiyi “Niva” markalı avtomobillə yanlarına gəlmiş, Sarvanın avtomobilindən yerə düşüb həmin avtomobilə oturmuşlar. Kubra da könüllü olaraq həmin avtomobilə oturmuş, təxminən yarım saat keçdikdən sonra Gilanənin anası Xədicənin Astara rayonu, Şümrüd kəndində yerləşən evinə çatmışlar. Xədicə onların evinə gəlməsindən xəbərsiz olmuşdur. Evdə olan zaman Kubra ilə ayrı otağa keçərək söhbət etmiş, Kubra ona barəsində məlumatlı olmasını, onun avara biri olduğunu demiş və azad edilməsini xahiş etmişdir. Kubraya artıq onu qaçırdığını, bu işdə geri dönüşün olmadığını, azad etməyəcəyini demişdir. Kubra ona anası ilə danışmaq istədiyini demiş, Kubranın anası ilə danışmasına razı olmuş, Kubradan anasına harada olmaları barədə məlumat verməməsini istəmişdir. Özünə məxsus mobil telefonla Kubranın anasına zəng etmiş, Kubra anası Bahara dağlıq yerdə olduqlarını dediyindən əsəbləşib telefonu söndürmüşdür. Bir müddət keçdikdən sonra qardaşı Ruhinə zəng gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Ruhin vəziyyətin pis olduğunu görüb, Kubradan şikayət etməməsi ilə bağlı xahiş etmiş, Kubra onların barəsində şikayət etməyəcəyi ilə bağlı söz vermiş və polis şöbəsinə aparılmasını istəmişdir. Kubraya inanıb onunla razılaşmış, sonra Turalın avtomobili ilə Kubranı rayon polis şöbəsinə aparmışlar. Astara Rayon Polis Şöbəsinə çatanda Kubra onlardan şikayətçi olduğunu demiş, həmin vaxt bilmişdir ki, Kubra onları aldatmışdır. Kubra şikayətçi olduğunu deyəcəyi halda, Kubranı valideynlərinə təhvil verməyəcəkmiş. Kubranı evlənmək məqsədi ilə 10 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Astara rayonu, Təngərüd kəndində yerləşən yaşayış evinin yaxınlığında, küçədən qaçırmış, Kubranı qaçırmaqla bağlı Sarvan, Ruhin, Gilanə və Aygüllə qabaqcadan razılığa gəlmişdir. Kubranı qaçıran zaman ona xəsarət yetirmək kimi niyyəti olmamış, Kubranın ağzından tutub sıxmış və əli Kubranın boynuna dəymiş, həmçinin Kubranın sağ əlindən də tutmuş, qəsdən olmasa da Kubraya xəsarət yetirmişdir. Kubranın on səkkiz yaşının oktyabr ayında tamam olacağını bilmiş, yəni ki, qaçırmazdan az müddət sonra Kubranın on səkkiz yaşının tamam olacağını bilmişdir. Tural, Gilanənin anası Xədicə, Xədicənin qızı Nuranə Kubranın zorla qaçırıldığını, yəni oğurlandığını bilməmiş, Sarvan, Ruhin, Gilanə və Aygüldən başqa kimsə onun Kubranı qaçıracağını bilməmişdir. Kubra üçün elçi göndərsə də, heç vaxt şəxsən Kubra ilə danışmamışdır. Xədicənin evində olan zaman qardaşına zəng gəlmiş və polislərin onları axtardıqlarını bilmiş, buna baxmayaraq Kubranı valideynlərinə təhvil vermək istəməmiş, Kubra barələrində şikayət etməyəcəyini demiş, Kubranın şikayət etməyəcəyindən əmin olduqdan sonra Kubranı polis şöbəsinə gətirmiş, polis şöbəsində Kubranın onları aldatdığını bilmişdir (cild 02, i.v. 107-114). Təqsirləndirilən şəxs1 məhkəmədə elan olunan ifadəsini təsdiq etməmiş, ibtidai istintaq zamanı fiziki təzyiqə məruz qaldığı, döyüldüyü üçün təqdim olunan sənədləri imza etdiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin doğru olduğunu, müstəntiqə verdiyi ifadənin həqiqəti əks etdirmədiyini bildirmişdir. Son sözündə əməlindən peşman olduğunu, əməlinin cinayət olduğunu bilmədiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə iki qardaşdırlar, evin böyük oğludur. Təqsirləndirilən şəxs1 kiçik qardaşı, Zərərçəkmiş şəxs isə onun qohumudur. Belə ki, onun anası ilə Kubranın anası əmiqızıdırlar. Elvin Kubranı bəyənmiş, anası ilə Elvin Kubragilə getmiş, qızı görmüş və qızın anası ilə danışmışlar. X2 təhsil aldığından anasıgilə Naxçıvana getməli olduğunu, nə qədər ki evdədir, nə edirlərsə tez etmələrini demiş, oktyabr ayında icazə alıb rayona qayıdacağını bildirmişdir. Kubranın valideynləri qızın oxuduğunu, oxuyub bitirdikdən və bir işə düzəltdikdən sonra qızı verəcəklərini demişlər. Anası onlara məhkəmədə Kubraya iş tapa biləcəklərini demişdir. Onun Kubranın atası Şahid2lə mütəmadi münasibəti olmuş, sonuncunun işlətdiyi mağazaya Bakıdan meyvə-tərəvəz gətirmişlər. O, bir nəfər qohumu və Sərxan oturub söhbət etmişlər. Söhbət zamanı Sərxana Allahın onların qohum olması üçün şans verdiyini, Sərxanın maddi imkanı nisbətən zəif olduğundan heç nə lazım olmadığını, sadəcə Elvinlə Kubranı evləndirib gəlin gətirməyi demişdir. Sərxan ona özünün içkili olduğunu, başqa vaxt söhbət etmələrini bildirmişdir. Səhəri gün Sərxan ona ata-anasının Kubranı Elvinə verməyə razı olmadıqlarını demiş, o da ata-anasını ailənin böyükləri ilə danışmağa göndərəcəyini demişdir. Sonradan qızın anası hələlik valideynlərinin danışığa gəlməməsini, nə vaxt gəlməli olduqlarını deyəcəyini bildirmişdir. Kubranın anası Şahid5 ilə “WhatsApp” proqramı vasitəsilə danışmış, Baharın onunla danışmasından ərinin xəbəri olmamışdır. Bahar ona Kubranı Elvinə verməyə razı olduğunu, amma qayınanasının razı olmadığını, Kubra məktəbi qurtardıqdan sonra bu işi həll etməyi demişdir. Sonra yenə Sərxanla görüşmüş və bu dəfə Elvinlə getmişdir ki, Sərxan qardaşını da görsün. Restoranda oturub yemək yemişlər. Həmin vaxtlar artıq Baharın atası dünyasını dəyişmiş, Kubra orta məktəbi bitirmiş, kursu bitirməyinə isə bir ay qalmışdır. Sonradan eşitmişdir ki, Sərxangil fikirlərini dəyişib, qızı başqasına vermək istəyirlər. 09 sentyabr 2023-cü il tarixdə Elvin onun evinə gəlib, ayın 10-da qızı qaçıracağını, qızla razılaşdığını, qızın anası ilə danışdığını demişdir. Elvinin avtomobili nasaz olmuş, ondan avtomobili ustadan çıxarmasını istəmiş, bunun üçün pulu olmadığını demiş, Elvin də özünün avtomobil tapacağını bildirmişdir. X15 Qənbərovla danışdığını bilmişdir. Sarvan onun həmkəndlisi olmuşdur. Sonra atası anasına zəng vuraraq, onun da bir böyük kimi getməsini istəmiş, tək getməyəcəyini, Kubranın yanında bir qadın olsun deyə arvadı ilə gedəcəyini demişdir. Onlarda adətə görə qız qaçırmağa təkbaşına gedilmir. Elvin qızı qaçıranda kimsə onun qarşısına çıxa, dava edə bilər deyə qardaşı ilə getmişdir. 10 sentyabr 2023-cü il tarixdə birlikdə getmiş və qızı götürmüşlər. Qızı zorla avtomobilə mindirməmişlər. Qızı götürdükləri yerdə müşahidə kamerası, ətrafda insanlar olmuşlar. Yola çıxandan sonra Elvinin mobil telefonu ilə atasına zəng etmiş, bu zaman atası tövlədə heyvanlara baxdığını demişdir. Atasından əlindəki işini qoyub polis şöbəsinə getməsini istəmiş, atası səbəbini soruşanda demişdir ki, Kubra onlarla birlikdədir, Kubranın ailəsi şikayətçi olarsa, qabaqcadan polis bilsin ki, qız onlarladır, valideynləri narahat olmasın. Atası Ağakişi təhqiqatçının yanına getmiş, onlar isə qaynanasıgilə, yəni Astara rayonunun Şümrüd kəndinə getmişlər. Adətə görə qızı qaçıranda əvvəl başqa evə aparıb, sonra öz evlərinə gətirirlər. Sarvanın avtomobilinin dayandığı yerdən o tərəfə ancaq “Niva” markalı avtomobillər gedə bilir. Həm də həmin vaxt yağış yağmağa başlamışdır. Qohumu Turala zəng etmiş, o da avtomobillə gəlib onları qaynanasıgilə aparmışdır. Qohum-əqrəba onları qarşılayıb təbrik etmişlər. Axşam Kubra kənd yeməyi yeyə bilmədiyini, yeməkdən qoxu gəldiyini, çörəkarası istədiyini demiş, o da maşınla ərzaq almağa getmişdir. Daha sonra atasına zəng vurmuşdur. Atası ona polis şöbəsində olduğunu demiş, telefonda danışarkən fonda söyüş eşitmişdir. Kubranın qohumları atasının evinin qapı-pəncərəsini sındırmış, onun evinə girmişlər. Atası ona Kubranın valideynlərinin qızı görmək istədiklərini demişdir. O, Elvin, Gilanə, Kubra və Şahid1 avtomobilə əyləşərək polis şöbəsinə getmişlər. Avtomobili o idarə etmişdir. X24 da avtomobilə əyləşmişdir. Polis şöbəsinin qapısının qarşısına çatmışlar. Atasına demişdir ki, iki nəfər polis şahid kimi gəlsin, lakin dörd nəfər polis əməkdaşı gəlmişdir. Avtomobildəkiləri düşürdükdən sonra avtomobili evinin qarşısına sürmüşdür. Evi ilə polis şöbəsi arasında məsafə yaxındır. Evdə paltarını dəyişmiş, uşağını götürüb şöbəyə gəlmişdir. Polis şöbəsində ikinci mərtəbəyə qalxmış, uşağı arvadı Gilanənin qucağına vermiş, bu zaman onun pis olduğunu görmüş, səbəbini soruşduqda, Gilanə Elvinin döyüldüyünü demişdir. Qapını açıb içəri girmiş və istintaq idarəsinin rəisi Rövşən adlı şəxsi görmüşdür. Həmin şəxsi keçirdiyi yol qəzası ilə bağlı açılmış cinayət işi ilə əlaqədar tanımışdır. Elvini kimin vurduğunu soruşmuş, Rövşən də əmi kimi bir-iki yumruq vurduğunu demişdir. Ona, “insanı belə vurmazlar, heç heyvanı belə vurmurlar” deyə irad bildirmişdir. Rövşən ondan Sarvan, Gilanə və Aygül barədə soruşmuş, o da cavab vermiş və özünün də qızın qaçırılmasında iştirak etdiyini demişdir. Müstəntiqin otağında onunla arvadından ifadə alıb, evə buraxmışlar. Elvinə yemək alıb gətirmiş, daha sonra isə evə qayıtmışdır. Qohum-əqrəbası gəlib nə baş verdiyini soruşmuşlar. Səhəri gün yenə Elvinin yanına yemək aparmağa getmişdir. Üçüncü gün gedəndə müstəntiq Ərəstun Mahmudzadə ona axşam yenidən gəlməsini və gələrkən Elvinə paltar gətirməsini demişdir. Axşam atasına zəng edib şöbəyə gedəcəyini demiş, birlikdə şöbəyə getmişlər. Müstəntiq atasına demişdir ki, yoxlama gəlib, onu bir günlük onlara versin. Atası da razı olmuşdur. Müstəntiq polisə demişdir ki, onu qardaşı ilə üzbəüz kameraya salsın. Qardaşı ilə bir kameraya salınmaq istəmiş, müstəntiq razı olmamışdır. Bir-iki gün kamerada saxlanmağa razı olmuş, beş gün kamerada qalmış, bu müddət ərzində yanına müstəntiq gəlməmişdir. Beşinci gün onu məhkəməyə aparmışlar. Vəkil Novruz Hacıyev məhkəmədə onun müdafiəçisi olmuş, hakimdən barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Prokuror məhkəmədə bildirmişdir ki, Kubranın əmisi Mahir çöldə Ruhini görərsə, tüfənglə onu vuracağını deyib, ona görə onun barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş edir. Bir neçə aydan sonra onu Astara rayon prokurorunun yanına aparacaqlarını demişlər. Müstəntiq ondan prokurorun qəbulunda olanda səhv etdiyini deməsini, özünün başının ağrımaması üçün ifadəsinə və başqa sənədlərə imza atmasını istəmiş, Kubranın valideynləri ilə razılaşdıqlarını, müdafiəçiyə ehtiyac olmadığını bildirmişdir. Ona sənədlərə imzalatdıqdan sonra X11 saxlama yerinə salmış, səhəri gün isə Bakı İstintaq Təcridxanasına etap etmişlər. Yolda Astara Rayon X11 Saxlama Yerinin rəisi Amid adlı şəxs onun 20 dekabr 2023-cü il tarixdə azadlığa buraxılacağını, Elvinin də növbəti məhkəmədə buraxılacağını demiş, lakin bu baş verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Astara şəhərində yaşamış, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığını bilməmişdir. Elvin Kubranın qaçırılmağa razı olduğunu demişdir. Kubranın qaçırılması üçün valideynlərindən razılıq alınıb-alınmadığını bilməmişdir. 09 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Kubranı qaçırmağı qətiləşdirmişlər. Onların Kubranı qaçırmaq niyyətlərindən Təqsirləndirilən şəxs4 xəbəri olmamışdır. Sarvan sadəcə taksi sürücüsü kimi iştirak etmiş, ona hara sürməsini deyiblərsə, o da sürmüşdür. Hadisə günü Təqsirləndirilən şəxs3 görməmişdir. Gilanəni Kubranın yanında bir qadın olması üçün aparmış, özü isə atası ondan birdən dava olarsa, bir böyük kimi iştirak etməsi üçün Elvinlə getməsini istədiyindən getmişdir. 10 sentyabr 2023-cü il tarixinədək Kubra ilə heç bir münasibəti olmamış, onu ilk dəfə avtomobilə əyləşəndə görmüşdür. Kubra avtomobilə öz razılığı ilə əyləşmşdir. Kubra qaçırılarkən heç bir etiraz etməmiş, onlara müqavimət göstərməmişdir. Belə bir şey olsaydı, o qaçıb gizlənər, polisə hadisədə iştirak etdiyini deməzdi. Əgər Kubranı zorla qaçırsaydılar, sürücü Sarvan bunu görüb avtomobilini sürüb gedərdi. Kubranı götürdükdən sonra bu barədə polisə bildirməyi atasına demiş, axşam da qızı polisə təhvil vermişdir. Belə ki, Elvinin telefonundan atasının telefonuna zəng edərək Kubranın onlarla olduğunu demiş və atasından polisə getməsini istəmişdir. Bundan sonra atası polis şöbəsinə getmişdir. Kubranın atasının işlədiyi yer onun evinə yaxındır. Evinin qapı-pəncərəsi sındırılmışdır. Əgər Kubranı yaşadığı evə aparsaydı, bu işin aqibəti daha pis ola bilərdi. Həm də adətə görə qızı başqa qohum evinə aparır, daha sonra ata evinə gətirirlər. Kubranın atası Sərxan ona qızının yetkinlik yaşına çatmadığını deməmişdir. Kubranın atası Sərxanın ifadəsində yazılmışdır ki, güya Etibar adlı polis əməkdaşı onunla telefonla danışaraq şöbəyə dəvət etmiş, polis əməkdaşı Rauf Aslanov zəng edərək qızı gətirməsini istəmiş, Sərxanın toy edərək qızı verəcəyini demişdir. Halbuki belə bir hal olmamışdır, əgər ifadəsində yalan tutularsa, on deyil, on beş il də cəza çəkməyə razıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzr istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 uzaq qohumu, Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs sevmiş, Kubranın valideynlərinə Kubranı Elvin üçün istəmələri ilə bağlı xəbər göndərsələr də, Kubranın atası Sərxan Kubranın hələ yetkinlik yaşına çatmadığını, təhsil aldığını, Elvinin yaşının Kubradan çox olduğunu əsas gətirib Kubranı Elvinə verməmiş, sonradan Kubranı Elvindən yaşca böyük bir oğlana vermişdir. Qardaşı Elvin bu barədə məlumat aldıqdan sonra ona bir-iki dəfə Kubranı qaçırmaq fikrinin olduğunu demiş, 08 sentyabr 2023-cü il tarixdə Elvin onun Astara şəhərində yerləşən evinə gəlmiş, Elvinin Kubranı qaçırmaq istədiyini bilmişdir. 09 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Astara şəhərində olan zaman bir neçə qızın mikroavtobusların dayanacağı istiqamətində hərəkətdə olduqlarını görmüş, həmin qızlardan birinin Kubra olduğunu bilmiş, arvadı Gilanəyə Kubranı göstərmək istədiyindən Gilanəyə zəng edib, Elvinin qaçırmaq istədiyi qızı gördüyünü, qızın hazırda Astara şəhərində mikroavtobus gözlədiyini, Kubranı ona göstərmək istədiyini, həm də Pensər kəndindən məktəbli paltarı alacaqlarını deyib, Gilanədən tez yola çıxmasını istəmişdir. Bir müddət keçdikdən sonra Kubra mikroavtobusa oturmuş, bundan sonra o da Kubra ilə eyni mikroavtobusa oturmuş, Gilanə də yola çıxmış və onunla eyni mikroavtobusa oturmuşdur. Mikroavtobus Astara rayonu, Təngərüd kəndinə çatandan sonra Kubra kənd məktəbini keçib bir qədər irəlidə mikroavtobusdan düşmüş, sonra isə Gilanə ilə o düşmüşlər. Şəxsi işlərini həll etdikdən sonra qardaşı Elvinə zəng edib, Təngərüd kəndinə gələrək onu oradan götürməsini istəmiş, təxminən bir saata yaxın vaxt keçdikdən sonra Elvin Ojakəran kənd sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə onu götürməyə gəlmiş, arvadı Gilanə ilə birlikdə Sarvanın avtomobilinə oturmuş və onlar Astara şəhərinə yola düşmüşlər. Avtomobildə olan zaman Elvinə Kubra ilə eyni mikroavtobusda hərəkət etməsi barədə məlumat vermiş, həmin vaxt bilmişdir ki, Elvin Sarvana da qız qaçırmaq istəməsi barədə məlumat vermişdir. Avtomobildə olan zaman Elvin sabah Kubranı qaçıracağını demiş və Sarvandan sabah səhər onları evdən götürüb, Təngərüd kəndinə aparmasını xahiş etmiş, Sarvan da Elvinlə razılaşmışdır. Sarvan onları evinə aparmış, Elvin və Gilanə ilə birlikdə avtomobildən düşərək evinə getmişdir. Həmin gün saat 21 radələrində Kubranı qaçırmaqla bağlı evdə fikir mübadiləsi aparmış, Elvin ona və Gilanəyə növbəti gün, yəni 10 sentyabr 2023-cü il tarixdə Kubranın kursunun son günü olduğunu, bu barədə dayısı qızı Aygülün ona məlumat verdiyini, həmin gün Kubranın Astara şəhərində kursda olacağını, konkret olaraq 10 sentyabr 2023-cü il tarixdə Kubranı qaçırmaq istədiyini demiş, bununla bağlı ondan və Gilanədən köməklik istəmişdir. Qərara gəlmişlər ki, Aygüllə danışıb, ondan Kubra ilə bağlı daha dəqiq məlumatlar alsınlar. Elvin öz mobil telefonu ilə Aygülə zəng edib, Kubra ilə bağlı maraqlanmış, Aygül Elvinə 10 sentyabr 2023-cü il tarixdə Kubranın kursda məzun gününün keçiriləcəyini, Kubranın saat 09 radələrində yaşadığı evi tərk edəcəyini, günorta saatlarında evə qayıdacağını demiş və Kubranın barəsində başqa məlumatlar da vermişdir. Arvadı Gilanə də Aygüllə telefonda danışmış, həmin vaxt Elvin telefonunu mikrofona qoymuş, o da Aygülün danışdıqlarını eşitmişdir. Onlar razılaşmışlar ki, Kubranı 10 sentyabr 2023-cü il tarixdə, səhər evini tərk edən zaman, kursa getməmiş, yaşadığı məhəllədə qaçırsınlar. X16 səhər evdən nə vaxt çıxacağı barədə məlumat verməsini istəmiş, Aygül də razılaşmışdır. X32 da zəng edib, səhər tezdən onları onun evindən götürməsini istəmiş və Sarvana Kubranı qaçıracağını demişdir. Həmin gün Elvin onun evində gecələmiş, 10 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində yuxudan oyanmış, yuxudan oyandıqdan sonra Elvinin tanışı Sarvana zəng etdiyini, Sarvanı evinin qarşısına çağırdığını görmüş, təxminən yarım saat keçdikdən sonra Sarvan binanın qarşısına gəlmiş, arvadı Gilanə və qardaşı Elvinlə birlikdə yaşadığı evi tərk edib Sarvanın avtomobilinə oturmuş və Sarvan avtomobili birbaşa Təngərüd kəndi istiqamətində hərəkət etdirmişdir. Yolda olan zaman Elvin mütəmadi olaraq Aygüllə danışmışdır ki, Kubra evi tərk etdikdə Aygül məlumat versin. Təngərüd kənd məktəbini keçdikdən sonra Elvin Sarvandan avtomobili yol kənarında dayandırmasını xahiş etmiş, Sarvan yol kənarında avtomobili dayandırmış, Aygüldən xəbər gözləməyə başlamışlar. Elvin Aygülə zəng etdikdə, Aygül Kubranın indicə evi tərk etdiyini və ara yolla mərkəzi yola tərəf piyada hərəkətdə olduğunu demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Kubranın mərkəzi yola tərəf piyada irəlilədiyini görmüş, lakin həmin vaxt Kubranın yanında başqa şəxslər də olduğundan Kubranı qaçıra bilməmişlər. Kubra mikroavtobusa oturub Astara şəhərinə yola düşmüşdür. Bundan sonra fikirləşmişlər ki, Kubranı kursdan çıxdıqdan sonra, evinə gələn vaxt qaçırsınlar. Aygül də Elvinə zəng edib, Kubranı qaçıra bilib-bilmədiklərini soruşmuş, Elvin də Aygülə yolda adam olduğundan Kubranı qaçıra bilmədiklərini, Kubra kursdan çıxıb evinə gələn zaman onu qaçıracaqlarını demişdir. Onlar Sarvanın idarə etdiyi avtomobillə Kubranın içərisində olduğu mikroavtobusun dalınca yola düşmüş, Sarvan mikroavtobusu ötüb, avtomobili Kijəbə qəsəbəsində “üç yol” adlanan ərazidə dayandırmış və Gilanə orada avtomobildən yerə düşüb, Kubranın içərisində olduğu mikroavtobusa minib, Astara şəhəri istiqamətində hərəkət etmişdir. Onlar Astara şəhərinin mərkəzində mikroavtobusun çatmasını gözləməyə başlamış, Astara şəhərinə çatandan təxminən iyirmi dəqiqə keçdikdən sonra mikroavtobus Astara şəhərinin mərkəzinə çatmış, əvvəlcə Kubra, sonra isə Gilanə mikroavtobusdan yerə düşmüşdür. Kubra “Heydər parkı”na daxil olmuş, sonra kursa getmiş, Gilanə də Kubranı izləmişdir. Kubranın saat 13 radlərində kursu tərk edəcəyini bilmiş, Elvin, Gilanə və Sarvanla birlikdə evinə getmiş, saat 13 olmamış Sarvanın idarə etdiyi avtomobillə Elvin və Gilanə ilə birlikdə kursa tərəf getmişdir. Gilanə avtomobildən düşüb, Kubranın kursu tərk etməsini gözləməyə başlamış, həmin vaxt Elvin ona Aygülün də Astara şəhərində olduğunu, Kubra ilə eyni mikroavtobusda Təngərüd kəndinə gedib, Kubra ilə bağlı məlumat verməsini istədiyini bildirmişdir. Saat 13 radələrində Kubra kursdan çıxıb kurs yoldaşları ilə birlikdə kursun qarşısındakı parka daxil olub, orada şəkil çəkdirmiş, sonra isə kurs yoldaşları ilə birlikdə Astara şəhər bulvarına getmiş, arvadı Gilanə piyada Kubranın dalınca düşərək barəsində məlumatlar vermişdir. Sarvan avtomobilini bulvar istiqamətində hərəkət etdirmiş, Sarvanla birlikdə bulvara daxil olmuş, Elvin avtomobildə qalmışdır. Təxminən iyirmi dəqiqə keçdikdən sonra Gilanə ona zəng edib, Kubranın bulvarı tərk etdiyini, mikroavtobusların dayandığı yerə tərəf hərəkət etdiyini demiş, Gilanəni Sarvanın avtomobilinə götürmüş, sonra isə Kubranın mikroavtobusa oturub yola düşməsini gözləmişlər. Həmin ərəfələrdə Aygül qardaşı Elvinə zəng etmiş, X29 ilə eyni mikroavtobusla kəndə getməsini xahiş etmiş, bir neçə dəqiqə keçdikdən sonra, saat 13 radələində Kubra mikroavtobusa oturub Təngərüd kəndinə tərəf hərəkət etməyə başlamış, “Ləvəngi” adlanan yerdə Aygül də Kubra ilə eyni mikroavtobusa oturub, Təngərüd kəndi istiqamətində getmişdir. Təxminən saat 14-də mikroavtobus Təngərüd kənd məktəbinin qarşısına çatdıqda Aygül mikroavtobusdan düşmüş, Kubra isə təxminən 70 metr sonra mikroavtobusdan düşərək ara yolla yaşadığı evə piyada hərəkət etmişdir. Onlar avtomobillə Kubranın dalınca düşmüşlər, artıq bu onların son şansı olmuş, yəni ki, bir neçə dəqiqə keçdikdən sonra Kubra evinə daxil olacaq və onların Kubranı qaçırmaq şansı tükənəcəkmiş. Avtomobildə olan zaman Elvin Gilanədən avtomobildən düşüb Kubradan Aygülün evinin yerini soruşmasını, həmin bəhanə ilə Kubranı avtomobilə tərəf çağırmasını xahiş etmiş və Kubranı avtomobilə salıb, qaçıracağını demişdir. Bundan sonra Sarvan avtomobili dayandırmış, Gilanə avtomobildən düşüb, Kubraya Aygülə uşaq üçün paltar tapşırdığını deyib, Aygülün evinin harada olduğunu soruşmuş, Kubra da Gilanəyə əli ilə Aygülün evininin istiqamətini göstərmiş, Gilanə Kubradan avtomobilə oturub, birlikdə gedərək Aygülün evini onlara göstərməsini istəsə də, Kubra avtomobilə tərəf gəlməmişdir. Yolda başqa adamlar da olduğundan Kubranı qaçıra bilməmişlər. Bu zaman Elvin Kubranın evinə alternativ yolun da olduğunu, bu barədə Aygülün məlumat verdiyini bildirib, Sarvandan həmin yolla irəliləməsini istəmiş, Sarvan da Elvinin dediyi yola tərəf avtomobili hərəkət etdirmiş, Elvin getdikləri yolun Kubranın hərəkətdə olduğu yolla kəsişdiyini demişdir. Yolda avtomobillə hərəkətdə olan zaman Kubranın ara yoldan hərəkətdə olduqları yola çıxdığını görmüş, həmin vaxt Kubra küçədə Aygüllə söhbət etmiş, Sarvan Kubranın yola çıxdığını gördükdə avtomobili dayandırmış, Elvin dərhal avtomobildən yerə düşmüş, Elvindən sonra arvadı Gilanə də avtomobildən yerə düşmüşdür. Elvin dərhal Kubraya tərəf irəliləməyə başlamış, Elvinin sağ əli ilə Kubranın ağzından tutub, sol əlini onun qarın hissəsinə sarıb, Kubranın sağ əlindən tutaraq avtomobilə tərəf gətirdiyini görmüş, bu zaman küçədə olan arvadı Gilanə ona, Elvinin Kubranı avtomobilin içərisinə sala bilmədiyini deyib, köməklik etməsini xahiş etmişdir. Dərhal avtomobildən yerə düşüb, avtomobilin sağ arxa qapısını açmış, Elvin Kubranı arxa tərəfdən tutub, qarşı istiqamətdə avtomobilə tərəf gətirdiyinə görə Kubra üzü avtomobilə olmuşdur. Avtomobildən düşdükdə avtomobilin qapısını açıq saxlamış, Kubranın ayaqlarından tutub, qaldıraraq avtomobilin sağ arxa qapısından avtomobilin içərisinə salmış, özü də Kubranın ayaqlarının üzərində oturmuşdur ki, Kubra harasa qaçmasın. Elvin də Kubranı tam olaraq avtomobilə salıb, avtomobilin qapısını bağlamışdır. Bu zaman arvadı Gilanə də çöldə olmuş və Gilanə Kubranın yerə düşən telefonunu götürüb, avtomobilə oturduqdan sonra Sarvan avtomobili hərəkət etdirmişdir. Avtomobil hərəkətə başlayanda Kubra qışqıraraq ayaqlarının üzərindən durmağını istəmiş, o, Kubranın ayaqlarını üzərindən durub oturacağın üzərində oturmuşdur. Kubra anidən ona təpiklə zərbələr vurmuş, lakin xəsarət yetirməmişdir. Həmçinin Kubra avtomobilin içərisində yüksək səslə söyüş söyərək buraxılmasını, yəni azad edilməsini tələb etmiş, həmçinin Elvinə də bir neçə dəfə sillə ilə zərbə vurmuş, Kubra qışqıraraq azad edilməsini, evinə aparılmasını istəmiş, lakin Kubranın dediklərinə əhəmiyyət verməmişlər. Kubra onu gördükdə tanımış və artıq Elvinçün qaçırıldığını bilmişdir. Kubra Elvindən ona yaxın gəlməməsini istəmiş, uca səslə qışqıraraq azad edilməsini tələb etmişdir. Kubraya azad edilməsinin artıq gec olduğunu, heç yerə buraxılmayacağını, artıq qaçırıldığını, geriyə dönüşün olmadığını demişdir. Kubra atası ilə danışmaq istəsə də, buna icazə verməmişlər. Plana əsasən Kubranı qayınanası Xədicənin Astara rayonu, Şümrüd kəndində yerləşən evinə aparacaqmışlar. Sarvan da avtomobili həmin istiqamətdə hərəkət etdirmiş, sonra avtomobilinin Şümrüd kəndinə gedə bilməyəcəyini demiş, buna görə yolda olan zaman tanışı, Astara rayonu Ovala kənd sakini Ramazan Büzürova zəng edib, avtomobil lazım olduğunu, qayınanasının evinə gəzməyə getmək istədiyini deyib, Şümrüd yoluna gəlməsini xahiş etmişdir. Ramazan da evdə tək olduğunu, özünün gələ bilməyəcəyini, oğlu Turalı qabağına göndərəcəyini demişdir. Tural gecikmiş, “Vıli körpüsü” adlanan yerdə Turalı gözləmiş, təxminən on dəqiqə keçdikdən sonra Tural avtomobillə həmin yerə gəlmiş, Elvin, Gilanə və Kubra ilə birlikdə avtomobildən düşüb, Turalın avtomobilinə oturaraq Şümrüd kəndinə yola düşmüşlər. Təxminən yarım saat keçdikdən sonra Gilanənin anasının evinə çatmışlar, orada Kubra sərbəst hərəkət etmişdir. Qayınanası Xədicə həmin vaxt həyətdə olmuş, onları qarşılamış, onların evinə gələcəklərini qabaqcadan bilməmişdir. X34 ilə ayrı otağa keçib söhbət etməyə başlamış, Xədicə və evdə olan baldızı Nuranə onların Kubranı zorla qaçırdıqlarını bilməmişlər. Evdə olan zaman Kubra anasına zəng etmək istəmiş, Elvin Kubraya icazə vermiş, lakin Kubradan anasına dağda olduqlarını demişdir. Bir müddət keçdikdən sonra atası Ağakişi Zülfüqarov ona zəng edib, Kubranın valideynlərinin barələrində polis şöbəsinə zəng etdiyini, onların şöbəyə çağırdıqlarını demiş, atasına Kubranı artıq qaçırdıqlarını, belə bir şeyin mümkün olmadığını demişdir. Bu əsnada Kubra onun danışdıqlarını eşitmiş, artıq Kubra valideynlərinin polis şöbəsində olduğunu bilmiş, ona barələrində şikayət etməyəcəyini deyib, valideynlərinə təhvil verilməsini istəmişdir. Kubraya inanmadığından bununla razı olmamış, Kubra söz vermişdir ki, hər yerdə qardaşı Elvinlə könüllü qaçdığını deyəcəkdir və bir neçə dəfə bu sözləri təkrarlamış, onlar da Kubranın hər hansı problem yaratmayacağına inanmışlar. Yəni ki, Kubra onları inandırmışdır ki, onlardan şikayət etməyəcəkdir. Buna görə də, razı olmuşlar ki, Kubranı polis şöbəsinə aparıb, valideynlərinə təhvil versinlər. Bundan sonra Turalın avtomobilinə oturub, Astara şəhərində yola düşmüş, yolda Turalın atası Ramazanı da avtomobilə götürmüş, sonra isə birbaşa Kubranı valideynlərinə təhvil verməkdən ötrü polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə daxil olan zaman Kubra qışqıraraq onlar tərəfindən qaçırıldığını, onları aldadıb, buraya gətirdiyini demiş və bilmişlər ki, Kubra onları aldatmış və onlarla oyun oynamışdır. Kubranı qaçırmazdan öncə onun on səkkiz yaşının tamam olmadığını bilmişdir (cild 02, i.v. 123-130). Təqsirləndirilən şəxs2 məhkəmədə elan olunmuş ifadəsini təsdiq etməmiş, ifadələri arasındakı ziddiyyəti onunla əsaslandırmışdır ki, müstəntiq ondan ifadəyə imza atmasını istəmiş, valideynlərin artıq razılaşdığını demiş, o da müstəntiqin sözünə inanaraq ifadəni imzalamışdır. Son sözündə əməlindən peşman olduğunu, cinayətə meyilli insan olmadığını bildirmişdir. Bu əməlin cinayət olduğunu bilsəydi, evindən çıxmaz, qızın qaçırılması barədə ağzını açmazdı. Etdiyi əmələ görə məhkəmədən üzr istəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 sentyabr 2023cü il tarixdə, günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək, maşın lazım olduğunu, özü, qardaşı və qardaşının arvadını aparacağını bildirmişdir. Onları haradan götürməli olduğunu soruşmuş və gedib götürmüşdür. Avtomobili ona deyilən yerə sürmüş, başqa heç bir şeydən xəbəri olmamışdır. Yolda narazılıq olduğunu görmüş, avtomobilin ön oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 nə baş verdiyini soruşmuş, o da cavabında qız məsələsi olduğunu demişdir. Ruhin telefonda kiminləsə danışırmış. Bu zaman aralarında polis barəsində söhbət getdiyini eşitmişdir. Onlardan problem yaratmamalarını istəmiş, gördükləri işin ona aidiyyatı olmadığını, sadəcə taksi sürücüsü olduğunu demiş, yarı yolda onları düşürüb, qayıdıb gəlmiş, bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs4 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər ondan taksi sürücüsü kimi istifadə etməmişdir. Elvin ona sifariş verdikdən sonra ilk olaraq Elvini, sonra da Təqsirləndirilən şəxs2 və sonuncunun arvadını götürmüşdür. Onun qabaqcadan qız qaçırılacağından xəbəri olmamışdır. Ondan adam götürmələri üçün avtomobili saxlamasını istəmişlər, o da avtomobili saxlamış və bir nəfər avtomobilə əyləşmişdir. Avtomobilə əyləşən adamın kim olduğunu bilməmiş, maşında hansı vəziyyətdə, necə oturduğunu görməmişdir. Yolda maşına oturan şəxsin qaçırılan qız Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Kubranı avtomobilə mindirməmişdən əvvəl Elvin, Ruhin və Təqsirləndirilən şəxs5 maşından düşmüş və iki-üç dəqiqə keçdikdən sonra avtomobilə əyləşmişlər. Ruhin ondan avtomobili sürməsini istəmişdir. Bu zaman Gilanə avtomobilin ön oturacağında oturmuşdur. Arxada qadın oturduğundan arxaya baxmamışdır. Ailəli adamdır, buna görə də çevrilib başqasının ailəsinə baxası deyildir. Ruhin qız məsələsi olduğunu dedikdən sonra onların qız qaçırdıqlarını bilmiş, bu barədə yola düşdükdən bir-iki dəqiqə sonra öyrənmişdir. Avtomobildə heç bir qışqırıq eşitməmişdir və eşitmə qabiliyyətində problem yoxdur. Avtomobildə narazılıq edən qadın olmuş, konkret hansı qadının narazılıq etdiyini bilməmişdir. Buna görə də, maşını saxlayıb, onlara onu zibilə salmamalarını bildirmişdir. Kubra avtomobilə oturandan sonra nə qədər müddət yol getdiklərini bilmir. Astara rayonunun Təngərüd kəndindən yola çıxmış, hara getdiklərini bilməmişdir. Elvingilin dediyi yerə getməmiş, avtomobili öz düşüncəsinə görə idarə etmişdir. Avtomobili Təngərük kəndindən Astara şəhəri istiqamətində sürmüşdür. Yaşadığı Kijəbə qəsəbəsinə çatmış, evinə tərəf getmişdir. Astara yolundan Kijəbəyə tərəf dönərək 1 kilometr getdikdən sonra avtomobili saxlamışdır. Nə baş verdiyini bildikdən sonra palçıq yola çıxmamış, avtomobili asfalt yolda saxlamışdır. Astara rayonunun Şümrüd kəndinə gedən yolun örtüyü sonadək asfalt deyil, bir hissəsi torpaq yoldur. Amma onun avtomobili həmin yolla gedə, habelə onları dağa apara bilərmiş, lakin o, bunu etməmişdir. Elvingil zəng edib başqa avtomobil çağırmışlar. Avtomobili saxladığı yerdə çox sayda “Vilis”, “Niva” markalı maşınlar görmüş, lakin Elvingilin hansı avtomobilə əyləşdiklərini bilməmişdir. Həmin yerdə başqa adamlar olmamışdır. Kubranı əvvəllər tanımamış və yaşını bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzr istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs4 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, 09 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək, ona avtomobil lazım olduğunu, avtomobilinin təmirdə olduğunu deyib, avtomobili ilə qız qaçırmaq istədiyini demişdir. Elvini tanımış, Elvin taksi fəaliyyəti ilə məşğul olmuş, Elvini tanıdığından yox deyə bilməmiş və Elvinlə razılaşmışdır. Bir müddət keçdikdən sonra Elvin yenə də zəng edib, avtomobil ilə onun qabağına getməsini istəmiş, Elvindən yerini öyrəndikdən sonra avtomobili ilə onun qardaşı Ruhinin Astara şəhərində yerləşən evinə tərəf getmişdir. Yolda Elvinlə danışarkən Elvin ona Astara şəhərində, “Simsim” adlanan yerin qarşısında olduğunu demişdir. Elvinin dediyi yerə getmiş və Elvini oradan avtomobilinə götürmüşdür. Elvin ondan avtomobili Təngərüd kəndinə tərəf idarə etməsini istəmiş, Elvinin dediyi kimi etmiş, Elvinlə avtomobildə olan zaman qaçırmaq istədiyi qızın Zərərçəkmiş şəxs olduğunu, Kubranın Astara rayonu, Təngərüd kənd sakini və uzaq qohumu olduğunu demişdir. Yolda olan zaman Elvin ona qardaşı Ruhinlə arvadı Gilanənin Təngərüd kəndində onları gözlədiyini demiş, Təngərüd kənd məktəbini təxminən 60-70 metr keçəndən sonra Ruhinlə Gilanəni avtomobilə götürmüşdür. Bundan sonra Astara şəhərinə, Ruhinin evinə yola düşmüş, avtomobildə olan zaman Ruhin Elvinə, arvadı Gilanə ilə birlikdə Kubra ilə eyni mikroavtobusda Təngərüd kəndinə getdiyini demişdir. Avtomobillə Elvingili qardaşı Ruhinin evinə aparmış, onlar avtomobildən düşməmiş Elvin ona sabah səhər tezdən onları Təngərüd kəndinə aparmağını istəyərək Kubranı sabah səhər qaçıracağını demiş, Elvinlə razılaşmış və evinə getmişdir. Növbəti gün, yəni 10 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində Elvin ona zəng edərək, Ruhinin evində onu gözlədiklərini deyib, Ruhinin evindən onları götürməsini istəmiş, bir neçə dəqiqəyə idarə etdiyi “Mercedes Benz” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin həyətini tərk edərək Astara şəhəri istiqamətində hərəkət etmişdir. Təxminən yarım saat keçdikdən sonra Ruhinin yaşadığı binanın qarşısına çatmış, Elvin, Ruhin və Gilanə avtomobilinə mindikdən sonra Təngərüd kəndi istiqamətində hərəkət etmişdir. Təngərüd kənd məktəbini keçdikdən sonra Elvin avtomobili dayandırmasını istədiyindən yol kənarında avtomobili dayandırmış, bu əsnada Elvin avtomobildə mütəmadi dayısı qızı, Kubra ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 ilə danışmışdır. Təxminən yarım saat gözlədikdən sonra Elvin Aygülə zəng etdikdə Aygül Kubranın evi tərk etdiyini, ara yolla hərəkət etdiyini, bir neçə dəqiqəyə mərkəzi yolda olacağını demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Kubra ara yoldan əsas yola çıxmış, həmin vaxt Kubranın yanında adam olmuş və onlar Kubranı qaçırmağa cəhd etməmişlər. Kubranın yola çıxması ilə mikroavtobusun gəlməsi bir olmuş, Kubra mikroavtobusa oturub, Astara şəhəri istiqamətində hərəkət etmiş, avtomobilini mikroavtobusun dalınca hərəkət etdirmişdir. Kubranı səhər qaçırmaq alınmamış, Elvin onlara Kubranı kursdan qayıdandan sonra yaşadığı məhəllədə qaçıracağını demiş və Elvinlə razılaşmışlar. Elvin dayısı qızı Aygüllə də danışmış, Aygülə də Kubranı səhər qaçırmağın alınmadığını, Kubranı evinə gedəndə məhəllədə qaçıracağını demişdir. Yolda olan zaman X18, Kubranın Gilanəni tanımadığını deyib, Gilanənin Kubranın içərisində olduğunu mikroavtobusa oturub birlikdə Astara şəhərinə getməsini və Kubra barədə daha dəqiq məlumatlar verməsini istəmiş, mikroavtobusu ötüb, Kijəbə qəsəbəsində Gilanəni avtomobildən düşürməsini xahiş etmişdir. Mikroavtobusu ötüb, Kijəbə qəsəbəsində avtomobilini dayandırmış və Gilanə avtomobildən yerə düşüb, Kubra ilə eyni mikroavtobusa oturub, Astara şəhəri istiqamətində hərəkət etmişdir. Astara şəhərinə çatıb, avtomobili 1 saylı orta məktəbinin qarşısında dayandırmış, təxminən iyirmi dəqiqə keçdikdən sonra Kubra ilə Gilanənin içərisində olduğu mikroavtobus Astara şəhərinə çatmışdır. Mikroavtobus dayandıqdan sonra əvvəlcə Kubra, sonra Gilanə mikroavtobusdan düşmüş, Kubra “Heydər parkı”na daxil olmuş, Gilanə də parka daxil olmuşdur. Avtomobilini kursun qarşısına hərəkət etdirib, gözləməyə başlamış, bir neçə dəqiqəyə Kubra kursa daxil olmuş, sonra isə Gilanə avtomobilə oturmuşdur. Kubra kursa daxil olduqdan sonra avtomobillə Ruhin, Elvin və Gilanəni onların evinə aparmış, özü də Ruhinin evinə getmişdir. Evdə bir saat gözlədikdən sonra yenidən Ruhingillə birikdə kursun qarşısına getmişdir. Kursun qarşısına çatdıqda Gilanə avtomobildən yerə düşərək parka daxil olmuş, Elvin və Ruhinlə birlikdə avtomobildə Kubranın kursdan çıxmasını gözləməyə başlamışlar. Təxminən yarım saat keçdikdən sonra Kubra kurs yoldaşları ilə birlikdə kursu tərk edib parka daxil olaraq orada şəkil çəkdirmiş, sonra isə kurs yoldaşları ilə birlikdə ara yolla Astara şəhər bulvarına getmiş, Gilanə uzaqdan Kubranı izləyərək mütəmadi Elvinlə telefonda danışırmışdır. Avtomobillə hərəkət edib, bulvarın qarşısında avtomobilini dayandırmış, Ruhinlə birlikdə avtomobildən düşmüş, Elvin isə avtomobilin arxa oturacağda oturub, orada gözləmişdir. Kubra bulvarda gözdən itmiş, Gilanə məsafəli şəkildə onu izləmiş, X19 kurs yoldaşları ilə birlikdə bulvarın əsas girişindən bulvar ərazisini tərk etdiyini demişdir. Bundan sonra Ruhinlə birlikdə avtomobilə tərəf gedib, avtomobilə oturaraq Gilanəni avtomobilə götürmüş, avtomobildə bilmişdir ki, Aygül də mikroavtobusların dayandığı yerdədir və X29 ilə eyni mikroavtobusda Təngərüd kəndinə gedib, barəsində daha dəqiq məlumatlar verməsini istəmişdir. Avtomobilini Astara şəhərinin mərkəzinə, mikroavtobusların dayandığı yerə tərəf hərəkət etdirmiş, Kubranın hələ mikroavtobusa oturmadığını və kənarda gözlədiyini görmüşdür. Ruhin ondan avtomobili bir qədər qabaqda dayandırmağını istəmiş, buna görə rayon prokurorluğunun inzibati binasını keçdikdən sonra avtomobili dayandırmışdır. Elvin mütəmadi olaraq Aygüllə danışmış və danışıqlardan başa düşmüşdür ki, Aygül bir qədər irəlidə mikroavtobusa oturub, Kubra ilə Təngərüd kəndinə gedəcəkmiş. Bir neçə dəqiqə keçdikdən sonra Kubra mikroavtobusa oturmuş və mikroavtobus hərəkət etməyə başlamışdır. Məsafəli şəkildə mikroavtobusun ardınca hərəkətini davam etdirmiş, “Ləvəngi” adlanan yerdə Aygül də həmin mikroavtobusa oturmuş və Kubra ilə eyni mikroavtobusda hərəkət etməyə başlamışdır. Yolda mikroavtobusu ötmüş və hərəkətini davam etdirmişdir. Onların fikri Kubranı mikroavtobusdan düşdükdən dərhal sonra qaçırmaq olmuş, mikroavtobus Təngərüd kənd məktəbinin qarşısına çatdıqda Aygül mikroavtobusdan yerə düşmüş, həmin ərəfələrdə Aygül Gilanə ilə telefonda danışmış, Aygül mikroavtobusdan düşdükdən təxminən 70 metr sonra Kubra mikroavtobusdan yerə düşmüş və ara yolla evinə tərəf hərəkət etmişdir. Ruhinlə Elvin ondan avtomobilini ara yola, yəni ki, Kubranın getdiyi yola hərəkət etdirməyini istəmiş, onların dediyi kimi avtomobilini hərəkət etdirmiş, Gilanə avtomobildə Aygüllə danışmış və Aygül Kubranın gedəcəyi yolu Gilanəyə izah etmişdir. Avtomobildə olan zaman Elvin Gilanədən avtomobildən düşüb, Kubradan yalandan Aygülün evini soruşub, Kubranı yaxına çağırmasını istəmiş, avtomobilini dayandırmış və Gilanə avtomobildən düşərək Kubradan Aygülün evinin harada olduğunu soruşmuşdur. Kubra əli ilə Gilanəyə Aygülün evini göstərmiş, X20 evinə getdiklərini deyib, onların avtomobili ilə gedə biləcəyini desə də, Kubra yoluna davam etmişdir. Sonra Gilanə gəlib avtomobildə oturmuş, Aygül Gilanəyə yolu izah etmiş, bu zaman Elvin Aygülün dediyi yolun birbaşa Kubranın hərəkətdə olduğu yolla kəsişdiyini demiş və ondan avtomobili dediyi istiqamətdə hərəkət etdirməsini istəmişdir. Bundan sonra Elvinin dediyi istiqamətdə hərəkət edərək Təngərüd kənd məktəbinin qarşısından sağa dönmüş, yoxuşa çatdıqda avtomobili daha hərəkət etməmiş, bu əsnada Kubra yola çıxmış və Aygüllə söhbət etdiyini görmüşdür. Elvin avtomobildən yerə düşmüş, Elvindən sonra Gilanə avtomobildən yerə düşmüşdür. Dərhal avtomobilini döndərmiş və hazır vəziyyətə gətirmişdir. Avtomobildə olduğundan və hadisə avtomobilin arxasında baş verdiyindən nə baş verdiyini görməmiş, təxminən bir dəqiqə keçdikdən sonra avtomobilin güzgüsündən Elvinin Kubranı arxa tərəfindən tutduğunu, avtomobilə tərəf itələyə-itələyə gətirdiyini görmüşdür. Elvin bir əlini Kubranın boğazından keçirib Kubranın ağzını tutmuş, bir əli ilə isə Kubranın əlini tutmuş, Elvin Kubranı avtomobilə gətirən zaman çətinlik çəkmiş, buna görə də Gilanə avtomobilə yaxınlaşıb, Ruhindən Kubranı avtomobilə otuzdurmaqla bağlı köməklik istəmişdir. Ruhin avtomobildən düşüb, sağ arxa qapını açmış və Kubraya yaxınlaşıb Kubranın ayaqlarından tutaraq avtomobilə salmışdır. Elvin isə Kubranın gövdəsini tam olaraq avtomobilin içərisinə salmış və avtomobilin qapısını bağlamışdır. Sonra isə Gilanə Kubranın yerə düşən telefonunu götürüb qabaq oturacaqda oturmuş və o, avtomobili hərəkət etdirmişdir. Kubra ilk öncə Ruhinlə Elvinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və Ruhingildən onu azad etmələrini istəmiş, bu zaman Ruhin Kubraya onu azad etməyəcəklərini, onu Elvin üçün qaçırdıqlarını demişdir. Kubra nə qədər səs-küy salsa da, heç kim əhəmiyyət verməmiş, Ruhin Kubranı avtomobilə saldıqda Kubranın ayaqlarının üzərində oturmuş, Kubra sonradan qışqıraraq Ruhindən ayaqlarının üzərindən durmasını istəmiş, Ruhin də Kubranın ayaqlarının üzərindən durmuşdur. Sonra isə Kubra təpiklə bir neçə dəfə Ruhinə zərbə vurmuş, həmçinin sillə ilə Elvinə bir neçə dəfə zərbə vurmuş, lakin xəsarət yetirməmişdir. Kubra nə qədər səs-küy salsa da, X25 buraxmamış, sonra Kubra tədricən sakitləşmiş və Ruhingillə normal söhbət etməyə başlamışdır. Kubra Ruhinə atasına zəng edib, atası ilə danışmaq istədiyini desə də, heç kim ona telefon verməmişdir. Razılaşmaya əsasən Ruhingili “Ağkörpü” adlanan yerə aparmalı olduğundan həmin istiqamətdə avtomobilini hərəkət etdirmiş, yarı yolda Ruhin kiməsə zəng edib, dağa gəldiklərini deyib, həmin şəxsdən qarşısına avtomobil göndərməsini xahiş etmiş, “Vıli körpüsü” deyilən əraziyə çatdıqda Ruhin ondan həmin yerdə dayanıb, gözləməyini istəmiş, orada təxminən on beş dəqiqə gözlədikdən sonra adını sonradan bildiyi Şahid1 avtomobillə Ruhingilin qabağına gəlmiş, Ruhin, Gilanə, Elvin və Kubra avtomobildən düşüb, “Niva” markalı avtomobilə oturmuşlar. Bundan sonra evinə getmişdir. Taksi kimi Elvinə köməklik etmiş, Elvinə konkret olaraq hansısa rəqəm deməmiş, Elvingili “Ağkörpü” yoluna apardıqdan sonra evinə qayıdarkən Elvin yoldan keçən obyeklərin birində onun üçün 100 (bir yüz) manat pul qoydurmuş və o, həmin pulu oradan götürmüşdür. Elvin 09 sentyabr 2023-cü il tarixdə ona, qız qaçıracağını demiş, həmin vaxt Ruhinlə Gilanə də avtomobildə olmuşlar. Zərərçəkmiş şəxs oğurlanmasında sadəcə olaraq avtomobili idarə etmiş, Kubraya ümumiyyətlə toxunmamışdır (cild 02, i.v 144-151). Təqsirləndirilən şəxs4 məhkəmədə elan olunmuş ifadəsini təsdiq etməmiş, ifadələri arasındakı ziddiyyəti onunla əsaslandırmışdır ki, ifadəsini oxumamış, habelə ifadəsi ona oxunmamış, dindirildiyi vaxt müdafiəçisi iştirak etməmiş, ona göstərilən yerə imza atmışdır. 2023-cü ilin dekabr ayına qədər cinayət işi ilə bağlı dindirilməmişdir. Son sözündə etdiyi əməldən peşman olduğunu, əməlinin cinayət olduğunu bilmədiyini, bilmədiyi üçün belə bir hərəkət törətdiyini, əks halda belə bir əməl törətməyəcəyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il Ramazan ayına təsadüf edən dönəmdə Zərərçəkmiş şəxs babası vəfat etmiş, Təqsirləndirilən şəxs1 də yas mərasimində iştirak etməyə getmiş, orada Kubranı görüb bəyənmişdir. Bundan sonra onun qayınanası, yəni Elvinin anası Kubranın anası ilə telefonla danışmış və sonuncuya Elvinin Kubranı istədiyini bildirmişdir. Kubranın anası bu məsələni müsbət qarşılamış, özü üçün problem olmadığını bildirmiş, qızın fikri soruşulduqda, qızdan da problem olmayacağını, qızın atasının fikrini öyrənmək lazım olduğunu demişdir. Bundan sonra Elvinin anası ilə əri Təqsirləndirilən şəxs2 Kubragilə getmişlər. Kubranın atası da özü üçün problem olmadığını, qızın məktəbi yenicə bitirdiyini, onu kursa yazdırdıqlarını, qız kursu qurtardıqdan sonra işləmək istədiyini, Kubra üçün aptekdə iş danışdığını və işə düzələndən sonra danışmağı bildirmişdir. Bu söhbətdən sonra qaynatasıgil daha Kubragilə getməmiş, qızın kursu qurtarmağını gözləmişlər. Bundan xeyli müddət sonra Elvinə qızın başqasına veriləcəyi barədə xəbər çatmışdır. Halbuki, qızın valideynləri Elvingilə razılıq vermişlər. Elvin qızı çox istəyirmiş. Səkkiz il Elvinlə bir evdə yaşamış və bu vaxta kimi Elvinin hansısa qızı istədiyini görməmişdir. Elvin ona müraciət edib Kubranı istədiyini, Kubranın da onu istədiyini demişdir. Kubranın valideynlərinin qızı zorla başqasına verib-vermədiklərini bilməmiş, bu barədə Elvinin məlumatı olmuşdur. Elvin qızı qaçırmaq qərarına gəldiyini demiş, o da əri Ruhinə Elvini tək qoymamalarını bildirmişdir. Ruhin Naxçıvanda universitetə daxil olmuşdur və həmin ərəfədə Naxçıvan Muxtar Respublikasına getməyə hazırlaşırmış. Ərinə Elvin və Kubranın bir-birilərini istədiklərini deyib, kömək etməsini xahiş etmiş, Elvinlə birlikdə qızı qaçırmağa getmişlər. Kubranı zorla qaçırmamışlar. Elvin avtomobildən düşüb qıza yaxınlaşmış və nəsə danışmışlar. Bir də onların avtomobilə yaxınlaşdıqlarını görmüşdür. Ruhinlə birlikdə avtomobildən düşmüş, Elvin və Kubra avtomobilə oturduqdan sonra təkrar avtomobilə əyləşmişlər. Avtomobilin ön oturcağında əyləşmişdir. Əvvəl dağa getmək fikirləri olmamış, bu barədə yolda olarkən qərara gəlmişlər. Anası Xədicəgilə, yəni Astara rayonunun Şümrüd kəndinə getmişlər. Anasıgilin Kubranın qaçırılması barədə məlumatları olmamışdır. Anasıgilə getməmişdən qabaq yolda Kubra su istədiyini, bulaq suyu içə bilmədiyini, dükandan su almalarını bildirmişdir. Balaca bir dükanın qarşısında avtomobili saxlamış, avtomobildən düşüb təmiz hava almışlar. Həmin yoldan çox sayda avtomobil keçir. Əgər zorla qaçırılan adam olsaydı, həmin vaxt qışqırıb kömək istəyə bilərmiş. Qıza su aldıqdan sonra yola düşmüşlər. Bir müddət getdikdən sonra avtomobili saxlamışlar. Buna səbəb həmin avtomobilin dağa çıxa bilməməsi olmuşdur. Buna görə Ruhin zəng edib maşın çağırmışdır. Bir müddətdən sonra Tural adlı oğlan “Niva” markalı avtomobillə gəlmişdir. Həmin avtomobilə əyləşmişlər, avtomobili Ruhin sürmüşdür. Anasıgildə çay içib yemək yemişlər. Sonra Ruhin telefonda atası ilə danışmış, onların nə danışdıqlarını bilməmişdir. Ruhin Kubranı götürüb qayıdacaqlarını bildirmişdir. Onlar öz istəkləri ilə Kubra ilə birlikdə polis şöbəsinə getmişlər. Əvvəl Ruhin polis şöbəsinə daxil olmamış, o, Elvin və Kubra daxil olmuşlar. Kubra ilə onları ayrı otaqlara salmışlar. Kubra onlara valideynlərindən qorxduğunu, onlar nə desə, onu edəcəyini demiş, Elvin də ona narahat olmamağı bildirmişdir. Bir müddət sonra şöbədə Kubranı valideynləri ilə birlikdə görmüşlər. Bundan sonra qız tamamilə dəyişib, başqa cür davranmağa başlamışdır. Elvinlə onu bir otağa salmışlar. Bir nəfər şəxs polis şöbəsində Elvini döymüşdür. Elvinin qolları arxadan bağlı olmuşdur. Şoka düşmüş, huşunu itirmiş, daha sonra ona su vermişlər. Şöbədə ona hədə-qorxu gəlmişlər. Heç vaxt polis şöbəsində olmadığı üçün çox qorxmuşdur. Həmin gecə onlardan ifadə almışlar. Ruhinlə şöbədən çıxmış, Elvini isə orada saxlamışlar. İki-üç gündən sonra Ruhinə zəng edib, Elvinə siqaret aparmasını demişlər. Ruhin Elvinə siqaret aparmaq üçün şöbəyə getmiş və geri qayıtmamış, axşam Ruhinin tutulması xəbəri gəlmişdir. On-on beş gündən sonra Ruhinlə danışanda sonuncu ona demişdir ki, polis şöbəsinin qarşısında maşından düşəndə Kubranın əmisi Malik adlı şəxs onun üzərinə hücum çəkmiş, onu təhqir etmişdir. Bu vaxt Ruhini polislər tutmuşlar. Bu işdə Ruhinin günahı yoxdur. Ruhini bu işə qarışmağa o məcbur etmişdir. Təqsirləndirilən şəxs5 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Elvin Kubranın əmisi ilə işləmiş, taksi sürücüsü olmuş, Bakıdan meyvə-tərəvəz gətirib verir, Kubranın əmisi də satırmış. Kubragili tanımamışdır. Kubragilə elçi getməmiş, sadəcə təklif bildirmişlər. Kubranın valideynləri qız kursu qurtardıqdan sonra fikir bildirəcəklərini demişlər. Qız məktəbi bitirmiş, kursu da bitirməsini gözləmişlər. Kubranın yaşının az olmasını bilməmiş, ümumiyyətlə, qızın valideynləri, habelə Təqsirləndirilən şəxs1 ilə yaş söhbəti olmamışdır. Elvinə ayın 10-da qızın nişanı olacağı barədə xəbər çatmışdır. Ondan dörd gün qabaq Ruhin qızın atası Sərxana atasının onlara elçi gedəcəyini demiş, Sərxan da gülüb heç nə deməmişdir. Bundan sonra qızın başqasına verilməsi barədə xəbər çıxmışdır. Təqsirləndirilən şəxs3 ilə arabir yazışmışlar. Kubranın hara gedəcəyi barədə Aygüllə danışığı olmuşdur. Kubranı qaçırdıqları gün Aygülü görməmişdir. Elvin Aygüllə danışanda, sonuncu Kubranın kursdan gələcəyini demişdir. Əvvəllər Təqsirləndirilən şəxs4 tanımamış, birinci dəfə hadisə baş verən gün avtomobildə görmüşdür. Elvinin avtomobili ustada olduğu üçün qızı qaçırmağa başqa avtomobillə getmişlər. Kubranı qaçırılmazdan əvvəl görməmiş, ilk dəfə onu qaçırdıqları gün avtomobilə minəndə görmüşdür. Kubra piyada evinə gedəndə evə çatmamış maşını saxlamışlar. Elvin düşüb, qızla danışmağa getmiş və danışa-danışa gəlmişlər. Kubra sərbəst şəkildə avtomobilə əyləşmiş, onu zorla oturtmamışlar. Ruhin Kubranın ayağının üzərində oturmamışdır. Kubra yol boyu maşında gülə-gülə getmiş, Elvinlə zarafatlaşmışdır. Onların oturduqları avtomobil bir dəfə dükana gedəndə, bir dəfə də avtomobili dəyişəndə dayanmışdır. Avtomobili dəyişib başqasına mindikləri vaxt Kubra ilə aralarında narazılıq olmamışdır. Kubranı onun anasıgilə aparmışlar. Çünki, adətə görə onlarda qız qaçıranda başqa evə aparırlar. Ruhinin atası zəng edib qızı qaytarmalarını istəmişdir. Qızın atası, dayısı, əmisi onların evini dağıtmış, qapısını sındırmışlar. Evlərindən pul itmişdir. Polis şöbəsində onların sözünə fikir verilməmişdir. Şöbəyə gedib valideynlərini gördükdən sonra Kubra tamam dəyişmiş, Kubranın davranışının dəyişdiyini görüb şoka düşmüş, Samir adlı şəxs də buna şahid olmuşdur. Həmin vaxta kimi Kubra özünü sakit aparmışdır. Polis şöbəsində ifadəsini oxuya bilməmiş, ona sənəd verib imzalamasını istəmişlər, qorxudan verilən sənədləri imzalamış, müdafiəçisini tanımamışdır. Müstəntiq ona vəkilinin gələcəyini demiş, o da gecə atası ilə şöbəyə gedib vəkili görüb qayıtmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzr istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs5 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, qaynı Təqsirləndirilən şəxs1 uzaq qohumları, Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs görüb bəyənmiş, əri Təqsirləndirilən şəxs2 Kubranın atası Şahid2lə görüşərək Kubranı Elvin üçün istəmiş, sonradan Kubranın ailə üzvləri Kubranın hələ təhsil aldığını, yetkinlik yaşına çatmadığını bildirib, Kubranı Elvinə verməmiş, sonradan isə Kubranı başqa birinə vermiş, lakin yenə də qaynı Elvin Kubranı sevmişdir. 08 sentyabr 2023-cü il tarixdə qaynı Elvin onların evinə gəlmiş, Elvinin Kubranı qaçırmaq istədiyini bilirmiş, Elvin Kubranı konkret olaraq nə vaxt qaçıracağını deməsə də, Elvinin elə bir fikrinin olduğunu bilmişdir. 09 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında əri Ruhin ona zəng edərək Elvinin qaçırmaq istədiyi qızın hazırda Astara şəhərində mikroavtobusda olduğunu deyib, ondan yola çıxmasını, həmin mikroavtobusa oturmasını istədiyindən dərhal evini tərk edib Ruhinin dediyi yerə gəlmiş, yola çıxdıqda tez-tez telefonla Ruhinlə danışmış, bir neçə dəqiqə keçdikdən sonra mikroavtobus çatmış və mikroavtobusa oturmuşdur. Mikroavtobusun içərisinə daxil olduqda Ruhin ona mikroavtobusun pəncərəsinin kənarında oturan qızı göstərib, həmin qızın Kubra olduğunu, Elvinin sevdiyi qızın həmin qız olduğunu demişdir. Bundan sonra onlar Kubranın harada düşəcəyini öyrənmək məqsədi ilə yollarına davam etmiş, mikroavtobus Təngərüd kənd məktəbini keçdikdən sonra Kubra mikroavtobusdan düşmüş, bir neçə metr irəlidə Ruhinlə birlikdə mikroavtobusdan düşmüşdür. Mikroavtobusa oturarkən Elvinə Kubra ilə eyni mikroavtobusda olmaları barədə məlumat vermiş, Ruhin Elvindən avtomobillə onların dalınca gəlməsini xahiş etmiş, mikroavtobusdan düşmələrindən bir neçə dəqiqə keçdikdən sonra Elvin “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə onların qarşısına gəlmişdir. Həmin vaxt bilmişdir ki, avtomobili idarə edən Astara rayonu, Ojəkəran kənd sakini, Elvinin tanışı Təqsirləndirilən şəxs4dur. Həmçinin avtomobildə olanda bilmişdir ki, Elvin Sarvana qız qaçırmaq istəməsi barədə məlumat vermişdir. Avtomobildə olan zaman onlar qız qaçırmaqla bağlı danışıq aparmış, daha doğrusu Elvin Sarvana 10 sentyabr 2023-cü il tarixdə Kubranın son kurs gününün olduğunu deyib, onu mütləq qaçırmalı olduğunu bildirmişdir. Sarvan avtomobili ilə onları evlərinə gətirmiş, avtomobildən düşməmiş Elvin Sarvandan sabah səhər evin qarşısına gəlib, onları Təngərüd kəndinə aparmasını xahiş etmişdir. Həmin gün, yəni 09 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Elvin onunla Ruhinə Kubranı qaçırmaqla bağlı fikirlərini, Kubranı sabah səhər evdən çıxarkən yaşadığı məhəllədə qaçıracağını demişdir. Elvinin dayısı qızı Təqsirləndirilən şəxs3 Kubra ilə qonşuluqda yaşayır və Elvin Kubra ilə bağlı bütün məlumatları Aygüldən almışdır. Elvin Ruhindən qız qaçırmaqla bağlı razılıq əldə etdikdən sonra, yenə də Aygülə zəng edib, Kubra ilə bağlı maraqlanmış, X26 səhər saatlarında Astara şəhərində yerləşən “Altay” kursuna gedəcəyi, hansı yola hərəkət edəcəyi və başqa məlumatları vermişdir. Elvin telefonu mikrofona qoyub Aygüllə danışmış, həmin vaxt əri Ruhin onlarla birlikdə olmuş və Aygülün dediklərini eşitmişdir. Özü də Elvinin telefonu ilə Aygüllə danışmış, Aygül Kubranın saat neçədə evdən çıxacağı, hansı yolla gələcəyi, evə nə vaxt qayıdacağı barədə məlumat vermişdir. Aygül Elvinlə danışarkən Elvinə bir daha 10 sentyabr 2023-cü il tarixdə Kubranın son kurs gününün olması barədə məlumat vermiş və sabah özünün də Astara şəhərində olacağını bildirmişdir. Aygüllə telefon danışıqları yekunlaşmamış Elvin Aygüldən səhər Kubranı qaçırmaqda köməklik etməsini istəmiş, 10 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Təngərüd kəndinə gələcəklərini, Kubranı qaçıracaqlarını deyib, Kubranın səhər konkret olaraq nə vaxt evi tərk etməsi, hansı yolla hərəkət etməsi barədə ona məlumat verməsini xahiş etmişdir. Aygül də Elvinlə razılaşmış və sağollaşıb telefonu söndürmüşlər. Həmin gün onlar razılaşmışlar ki, növbəti gün, yəni 10 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında evi tərk edib, Kubranı Astara şəhərinə gəlməmiş, yaşadığı evin yaxınlığından qaçırsınlar. Həmin gün Elvin onun yaşadığı evdə gecələmiş, 10 sentyabr 2023-cü il tarixdə, təxminən saat 07 radələrində yuxudan oyanmışlar. Elvin taksi kimi fəaliyyət göstərən Sarvana zəng edib, onları evlərinin qarşısından götürməsini istəmiş, təxminən yarım saat keçdikdən sonra Sarvan evlərinin qarşısına gəlmiş, Ruhin və Elvinlə birlikdə evini tərk edərək, Sarvanın avtomobilinə oturub, Astara rayonu, Təngərüd kəndinə yola düşmüşlər. Təngərüd kənd məktəbini bir qədər keçib, Aygüldən xəbər gözləməyə başlamış, Elvin mütəmadi olaraq Aygüllə telefonla danışıb, əlaqə saxlamış, özü isə bir-iki dəfə Aygülə zəng etmişdir. Aygül evinin pəncərəsindən yola baxıb, Kubranın yola çıxmasını gözləmiş, Elvin Aygülə zəng etdikdə Aygül ona Kubranın evdən çıxdığını, ara yolla mərkəzi yola tərəf piyada gəldiyini demişdir. Bundan sonra onlar hazırlaşmışlar ki, Kubra mərkəzi yola çıxan kimi onu qaçırsınlar. Bir neçə dəqiqə keçdikdən sonra Kubranın mərkəzi yola tərəf piyada gəldiyini görmüş, lakin yol kənarında başqa şəxslər olduğundan Kubranı qaçıra bilməmişlər. Kubranın yola çıxması ilə mikroavtobusun gəlməsi bir olmuş və Kubra mikroavtobusa oturaraq Astara şəhərinə tərəf irəliləməyə başlamışdır. Onlar razılaşmışlar ki, Kubranı kursdan qayıtıqdan sonra, yaşadığı məhəllədə qaçırsınlar. Bu ərəfələrdə Aygül də Elvinə zəng etmiş və Elvin Kubranı qaçıra bilmədiklərini, evə qayıdan zaman qaçıracaqlarını Aygülə demişdir. Avtomobildə olan zaman Elvin ondan Kijəbə qəsəbəsində avtomobildən düşüb, Kubra ilə eyni mikroavtobusa oturaraq barəsində daha dəqiq məlumatlar verməsini istəmiş, Elvinlə razılaşmış, Kijəbə qəsəbəsində avtomobildən yerə düşüb Kubranın içərisində olduğu mikroavtobusu gözləməyə başlamış, mikroavtobus Kijəbə qəsəbəsinə çatdıqda mikroavtobusa oturaraq Kubra ilə eyni mikroavtobusda Astara şəhərinə yola düşmüşdür. Əri Ruhin tez-tez zəng edərək mikroavtobusun harada olması ilə bağlı məlumat almış, təxminən saat 10 radələrində mikroavtobus Astara şəhərinə çatmış, ilk öncə Kubra mikroavtobusdan yerə düşmüş, Kubranın dalıyca mikroavtobusdan düşmüşdür. Kubra “Heydər parkı”na daxil olmuş, o da Kubranın arxasınca hərəkət edib, parka daxil olmuşdur. Kubra oradan kursa getmiş, Kubranın kursa getdiyini görüb, Sarvanın avtomobilinə tərəf gedib, avtomobilə oturmuşdur. Sarvanın idarə etdiyi avtomobillə evlərinə getmiş, Kubranın saat 13 olmamış kursdan çıxacağını bildiyindən, saat 13 olmamış evi tərk edib, Sarvanın idarə etdiyi avtomobillə Kubranın kursunun qarşısına gəlmişlər. Avtomobildən düşüb, çöldə Kubranı gözləməyə başlamış, Elvin, Ruhin və Sarvan avtomobildə qalmışlar. Təxminən saat 13 radələrində Kubra kursdan çıxmış və kursla üzbəüz yerləşən parka gedib, orada kurs yoldaşları ilə birlikdə şəkil çəkdirmiş, sonra isə birlikdə bulvara tərəf hərəkət etmişdir. Piyada Kubranın dalınca düşmüş, Kubra bulvar ərazisinə daxil olduğundan o da bulvar ərazisinə daxil olmuşdur. Bu zaman Kubranın hansı istiqamətdə hərəkət etməsi ilə bağlı əri Ruhinə məlumat vermiş, Kubra ilə məsafə saxlamışdır ki, sonuncu ondan şübhələnməsin. Bir müddət keçdikdən sonra Kubra kurs yoldaşları ilə birlikdə bulvar ərazisini tərk edib, Astara şəhəri, İstiqlaliyyət küçəsinə, mikroavtobusların dayandığı yerə getmiş, onlar da avtomobillə Kubradan bir qədər aralıda Kubranı izləmişlər. Elvin Aygülün də Astara şəhərində olduğunu bilmiş, buna görə də Aygüllə danışıb, Kubra ilə eyni mikroavtobusda Təngərüd kəndinə getməsini xahiş etmiş, Aygül də Kubranın şübhələnməməsi üçün bir qədər irəlidə mikroavtobusa oturacağını Elvinə demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Kubra mikroavtobusa oturmuş, sonra mikroavtobus yola düşmüş. Aygül Ləvəngi adlanan yerdə Kubra ilə eyni mikroavtobusa oturmuş və mikroavtobus Təngərüd kəndinə tərəf hərəkətini davam etdirmişdir. X33 mütəmadi olaraq əlaqə saxlayıb, mikroavtobusun harada olması barədə məlumat almış, mikroavtobus Təngərüd kənd məktəbinin qarşısına çatdıqda Aygül mikroavtobusdan yerə düşmüş, həmin ərəfələrdə X14rşıda mikroavtobusdan düşüb, ara yolla evinə gedəcəyi barədə məlumat vermişdir. Kubra Aygüldən təxminən 100 metr sonra mikroavtobusdan yerə düşüb, ara yolla piyada evinə tərəf hərəkət etməyə başlamışdır. Sarvan da avtomobili Kubranın dalınca idarə etmiş, həmin vaxt yolda adam olmuş və onlar Kubranı qaçıra bilməmişlər. Avtomobildən yerə düşüb, Kubraya, Aygülə paltar sifariş verdiyini deyib, Aygülün evinin harada olduğunu soruşmuş, Kubra da əli ilə Aygülün evinin istiqamətini göstərmiş, Kubradan yaxına gəlib evi ona göstərməsini istəsə də, Kubra yaxına gəlməmiş və yoluna davam etmişdir. Aygül ona Kubranın evinə gedən alternativ yolu başa salmış, bu əsnada Elvin onlara həmin yolu bildiyini, bu barədə Aygülün məlumat verdiyini, alternativ yolun Kubranın hazırda hərəkətdə olduğu yolla kəsişdiyini deyib, Sarvandan avtomobili həmin yolla hərəkət etdirməsini istəmişdir. Bundan sonra Sarvan avtomobili Elvinin dediyi istiqamətdə hərəkət etdirmiş, ara yolun həmin yolla kəsişdiyi yerə çatdıqda Kubranın yenicə yola çıxdığını, Aygüllə söhbət etdiyini görmüşlər. Elvinlə birlikdə dərhal avtomobildən yerə düşmüş, Elvin cəld şəkildə Kubraya yaxınlaşıb, arxadan onu tutmuş, ilk öncə sağ əli ilə Kubranın ağzını tutub sıxmışdır ki, qışqıra bilməsin, digər əli ilə isə Kubranın sağ əlini tutmuşdur ki, Kubra rahat hərəkət edə bilməsin, sonra isə Kubranı avtomobilə tərəf gətirmişdir. Kubra Elvinə müqavimət göstərdiyindən Elvinlə əlbəyaxa olmuş, Elvin Kubranı avtomobilin içərəsinə sala bilməmiş, bu əsnada Kubranın telefonu yerə düşmüş, Elvinin Kubranı avtomobilə sala bilmədiyini görüb, Ruhindən elvinə köməklik etməsini xahiş etmişdir. Bu zaman Ruhin avtomobilin qapısını açıb yerə düşmüş, Ruhin Kubranın ayaqlarından yapışıb Kubranı avtomobilə salmış, Elvin isə Kubranın gövdəsini tam olaraq avtomobilin içərisinə salıb avtomobilin qapısını bağlamışdır. Kubranın telefonunu yerdən götürüb, qabaq oturacaqda oturmuş və yola düşmüşlər. Kubra avtomobildə olan zaman Ruhinlə Elvinin ünvanına nalayiq ifadələr işlətmiş, Ruhindən ayaqlarının üzərindən durmasını istəmiş, Kubra onlardan buraxılmasını, yəni azad edilməsini istəmiş, lakin Kubranı azad etməmişlər. Plana görə anasının Astara rayonu, Şümrüd kəndində yerləşən evinə gedəcəklərindən Sarvan həmin istiqamətdə avtomobili idarə etmiş, Kubra atası ilə danışmaq istədiyini desə də, telefonunu ona verməmişdir. Kubra onun da ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onlardan azad edilməsini istəsə də, Kubraya qulaq asmamışlar. Kubra azad edilməyəcəyini görüb, daha müqavimət göstərməmişdir. Ruhin Sarvanın avtomobilinin Şümrüd kəndinə gedə bilməyəcəyini bildiyindən yolda olan zaman Ovala kənd sakini Ramazan Buzurova zəng edib, Şümrüd kəndinə qonaq getdiklərini bildirmiş və qarşısına avtomobil göndərməsini xahiş etmiş, “Vıli pard” adlanan yerə çatıb, Ramazanı gözləməyə başlamışlar. Təxminən beş-altı dəqiqə gözlədikdən sonra Ramazanın oğlu Şahid1 “Niva” markalı avtomobillə onların gözlədikləri yerə gəlmiş, Ruhin, Elvin və Kubra ilə birlikdə Sarvanın avtomobilindən düşüb, Turalın avtomobilinə oturmuşlar. Kubra könüllü şəkildə Turalın avtomobilinə oturmuş, Tural onların qız qaçırdıqlarını bilsə də, zorla qaçırdıqlarını bilməmişdir. Təxminən yarım saat keçdikdən sonra anasının evinə çatmış, hamı, həmçinin Kubra da avtomobidən könüllü olaraq düşüb, onun anasının evinə daxil olmuşdur. Həmin vaxt evdə anası Xədicə və bacısı Nuranə olmuş, Elvin Kubra ilə danışmaq istədiyini deyib, Kubra ilə birlikdə kənara çəkilmiş, Elvin Kubra ilə danışdıqdan sonra Kubra bir qədər rahatlaşmış, Kubra sadəcə olaraq anası ilə danışmaq istədiyini demişdir. Elvingil Kubranın anası ilə danışmasına icazə vermiş, Kubra anası ilə danışan zaman dağlıq yerdə olduğunu demiş və bunu görən Elvin telefonu söndürmüşdür. Anasının evində olan zaman kimsə əri Ruhinə zəng edib, polislərin onları axtardıqlarını demiş, polislərin onları axtardıqlarını eşidib, narahat olmağa başlamış, Kubra onlara yaxınlaşıb, şikayət etməyəcəyini, polislərə könüllü olaraq Elvinlə qaçdığını deyəcəyini, heç bir problem yaratmayacağını, sadəcə olaraq anasını görmək istədiyini demiş və valideynlərinə təhvil verilməsini xahiş etmişdir. Kubraya inanmış və Astara şəhərinə yola düşmüşlər. Kubranın valideynləri polis şöbəsində olduqlarından Kubranı oraya gətirmişlər. Şöbəyə daxil olduqda bilmişlər ki, Kubra onları aldatmış və azad olunması üçün onlara yalandan barələrində şikayət etməyəcəyini demiş, Kubranı qaçırmazdan əvvəl on səkkiz yaşının tamam olmadığını bilmiş, Kubranı Ruhin, Elvin və Sarvanla birlikdə qaçırmış, Aygül də onlara köməklik etmiş, başqa hər hansı bir şəxsin bu hadisədə iştirakı və məlumatı olmamışdır (cild 02, i.v. 77-83). Təqsirləndirilən şəxs5 ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, onun ifadəsi Zərərçəkmiş şəxs dediklərinə əsasən yazılmış, polis şöbəsində onu sənədləri imzalaması üçün tələsdirmişlər, oxumadan ifadəsini imzalamışdır. Məhkəmədə ifadəsi elan olunarkən eşitdiklərindən şoka düşmüşdür. Son sözündə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığını bilmədiyini, onu pis niyyətlə deyil, sadəcə Elvin ailə qurmaq istədiyinə görə qaçırdıqlarını bildirmişdir. İşin bu nöqtəyə gələcəyini bilsəymiş, belə hərəkət etməzmiş. Əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə gəlin getdiyi evdə qonşu olmuşlar. Kubra onun anasının dayısı nəvəsi, atasının isə əmisi nəvəsidir. Kubranın valideynləri razılıq verərək demişlər ki, məhərrəmlik ayı çıxandan sonra Təqsirləndirilən şəxs1gil elçiliyə gəlsinlər, lakin məhərrəmlik çıxmamış qızın başqasına verilməsi xəbəri çıxmışdır. Elvin Kubranı çox istəmiş, Kubranın da Elvinə qarşı istəyi olmuşdur. Kubranın anası onlara valideynlərin razılığının əsas olduğunu bildirmişdir. Hadisə baş verən gün öz işi ilə bağlı Astara şəhərinə getmiş, qayıdıb evə gedəndə yolda Elvinlə Kubranın avtomobilə əyləşərək getdiklərini görmüşdür. Təqsirləndirilən şəxs3 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Kubra babasının yas mərasimində Elvini görmüşdür. Kubra məktəbi qurtarmış, kursu da bitirmək üzrə imiş. Kubranın anası qızı verməyə razı olduğunu, onlar nə desə, onun olacağını, qızın da onların sözünə əməl edəcəyini demişdir. Kubranın özünü görməmiş, onunla söhbəti olmamış, Elvini istəyib-istəməməsi barədə danışmamışdır. Kubranın anasından qızın yaşını soruşmamış, ümumiyyətlə, yaşını bilməmişdir. Kubranın necə qız olduğu barədə anasından soruşmamışdır. Belə ki, Kubranı uşaqlıqdan tanıyır, necə biri olduğunu bilir. Kubranın valideynlərinin qızı verməyə razı olduqlarını qohum-əqrəba da bilmişdir. Elvinin qohumları elçiliyə getməmişlər. Elvinlə Kubra barədə danışmış, lakin onun haqqında Elvinə məlumat verməmişdir. Ümumiyyətlə, sadəcə Kubra barədə yaxşı qız olduğunu demişdir. Hadisə baş verdiyi gün Astara şəhərindən çıxanda Elvinlə danışığı olmuşdur. Elvin ona hərdənbir zəng edirmiş, hadisə günü beş-altı dəfə zəng etməmişdir. Kubranın qaçırıldığı gün Elvinlə bir dəfə əlaqə saxlamışdır. Ruhin və Gilanə ilə Kubra barədə danışığı olmamışdır. Hadisə günü Kubra ilə eyni mikroavtobusa oturmuş, kənddə mağazanın qabağında düşmüşdür. Mikroavtobusa Kubradan sonra minmiş, sonuncunun orada olduğunu bilməmişdir. Mikroavtobusda olduğu vaxt Kubranın da orada olduğunu kiməsə deməmişdir. Kənddə mikroavtobusdan düşməyə iki yer olmuşdur. O, birinci yerdə, yəni məktəb tərəfdə düşürmüş. Kubradan harada düşəcəyini ona görə soruşmuşdur ki, eyni yerdə düşürlərsə, birlikdə getsinlər. Mağazadan çıxıb evə gedəndə yolda Elvinlə Kubranın avtomobilə əyləşdiklərini görmüşdür. Kubranın qaçırılması barədə atası ilə danışmışdır. Hadisədən bir aydan çox keçdikdən sonra onu polis şöbəsinə çağırmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzr istəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs1, bibisi oğludur, təxminən altı ay əvvəl Elvin onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs görmüş və bəyənmişdir. Elvin Kubranı sevdiyindən onunla teztez Kubranın barəsində maraqlanmış, ondan Kubranın harada oxuması, necə insan olması, kimlərlə yaxın olması və Kubranın barəsində başqa məlumatları almış, Kubra barəsində bildiklərini Elvinə demişdir. Elvinin ailə üzvləri Kubra üçün elçi getsə də, Kubranın valideynləri qızın azyaşlı olduğunu, hələ onu oxutdurduqlarını bəhanə gətirib, Kubranı Elvinə verməmiş, Elvin Kubranın başqa bir şəxsə verildiyini eşidib, aqressivləşmiş, onunla mobil telefonla tez-tez əlaqə saxlayaraq Kubra barədə maraqlanmış və Kubranı qaçırmaq istədiyini demişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə nahar yeməyini yedikdən sonra Kubranın evinə getmiş, evdə Bahardan Kubranı hansı səbəbdən Elvinə deyil, başqa birinə verdiyini soruşmuş, Bahar da Elvingilin maddi imkanının yaxşı olmadığını, bir qızının olduğunu və qızının yaxşı yaşamasını istədiyindən Kubranı Elvinə deyil, başqa birinə verdiyini demişdir. Kubranın evində olan zaman öyrənmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə Kubranın oxuduğu kursda məzun günü keçiriləcək və Kubra həmin gün məzun olacaqdır. Elvinə Kubra ilə bağlı telefonda danışarkən bu barədə məlumat vermişdir. Həmin hadisədən biriki gün keçdikdən sonra, daha dəqiq 09 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində evində olan zaman Elvin ona zəng etmiş, Kubranı qaçırmaq istədiyini deyərək Kubra ilə maraqlanmışdır. Elvin Kubranın nə vaxt evdən çıxması, nə vaxt evə gəlməsi barədə məlumat istəmiş, Elvinə Kubranın səhər saat 9-10 radələrində evini tərk edərək, yola çıxması, oradan kursa getməsi, həmçinin günorta saatlarında evə qayıtması barədə məlumat vermiş, sonra Gilanə telefonu Elvindən alıb, onunla danışmış, Gilanə də Kubranın barəsində maraqlanmış, Kubra barədə Elvinə dediklərini Gilanəyə də demişdir. Telefonu mikrofona qoyub, onunla danışdıqlarını bilmiş, dediklərinə Elvinlə Ruhin də münasibət bildirirmişlər. Gilanə məsələnin sabah həll olunacağını, inşallah ki, qızı sabah qaçıracaqlarını demiş, danışıq zamanı Elvin səhər vaxtı, Kubra evdən çıxmamış Kubranı qaçırmaq istədiklərini deyib, Kubranın 10 sentyabr 2023-cü il tarixdə nə vaxt evdən çıxacağı barədə məlumatlandırmasını istəmişdir. 10 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində evində olan zaman Elvin zəng edərək yolda olduğunu, Ruhin və Gilanə ilə birlikdə tanışı Sarvan adlı şəxsin avtomobili ilə Təngərüd kəndinə gəldiklərini demiş və Kubranın nə vaxt evdən çıxması barədə ona məlumat verməyini xahiş etmişdir. Həmçinin Gilanə də öz nömrəsi ilə ona zəng etmiş və Gilanəyə bəzi məlumatları vermişdir. Kubranın yaşadığı ev onun evinə yaxın olmaqla Kubra yola çıxmaq üçün mütləq şəkildə evinin qarşısından keçməli olduğundan pəncərə qarşısına keçib, Kubranın evini tərk etməsini gözləmiş, təxminən saat 09 radələrində Kubranın yolda piyada hərəkət etdiyini görmüş, Elvin ona zəng etdikdə Kubranın hazırda ara yolla piyada hərəkətdə olduğunu, bir neçə dəqiqə keçdikdən sonra mərkəzi yola çıxacağını demişdir. Sonra isə Elvin telefonunu söndürmüş, bir müddət keçdikdən sonra Elvin zəng edib, Kubranı qaçıra bilmədiklərini, Kubranın mikroavtobusla Astara şəhərinə getdiyini demiş və yenə də köməklik etməsini istəmişdir. Elvindən necə kömək edə biləcəyini soruşduqda, Elvin ona aid bir şey olacağı zaman deyəcəyini bildirmişdir. Həmin gün, təxminən saat 10 radələrində ailə münaqişəsi ilə bağlı Astara Rayon Polis Şöbəsinə gəlmiş, saat 13 radələrində polis şöbəsini tərk etmiş, mobil telefonunu yandırdıqda Elvinin ona bir neçə dəfə zəng etdiyini görmüşdür. Elvin onun Astara şəhərində, polis şöbəsində olacağını bilmiş, səhər evini tərk etməmiş Elvinə bu barədə məlumat vermişdir. Elvinin ona zəng etdiyini görüb, ona zəng etmiş, Elvin konkret olaraq harada olduğunu soruşmuş, polis şöbəsini tərk etdiyini demişdir. Elvin Kubranın mikroavtobusa oturub, yaşadığı evə gedəcəyini demiş və Kubra ilə eyni mikroavtobusa oturub, barəsində məlumat verməsini xahiş etmişdir. Elvinə köməklik etmək istədiyindən razılaşmış, Kubra ilə eyni yerdən mikroavtobusa oturmaq istəmədiyindən “Ləvəngi” adlanan yerə getmiş və orada Elvindən xəbər gözləməyə başlamışdır. Bir müddət keçdikdən sonra Elvin zəng edib Kubranın hansı mikroavtobusda olduğunu demiş, bundan sonra həmin mikroavtobusun gəlməsini gözləməyə başlamışdır. Həmin mikroavtobus “Ləvəngi” adlanan yerə çatdıqda mikroavtobusa oturmuş və Kubra ilə eyni mikroavtobusla hərəkətini davam etdirmişdir. Mikroavtobusda olanda Kubra ilə salamlaşıb, hal-əhvalını soruşmuş, lakin Kubraya başqa nəsə deməmişdir ki, şübhələnməsin. Yolda olan zaman Elvin tez-tez ona zəng edərək Kubra ilə bağlı sual vermiş, bununla da Elvingilin mikroavtobusun qarşısında hərəkət etmələrini bilmişdir. Elvin ondan Kubranın haradasa mikroavtobusdan düşəcəyi təqdirdə, bu barədə məlumat verməsini xahiş etmiş, Kubranı evinə gedəcəyi zaman qaçıracaqlarını demişdir. Gilanə də bir neçə dəfə Elvinin telefonu ilə onunla danışmış, mikroavtobus Təngərüd kəndində hərəkətdə olan zaman Təngərüd kənd məktəbinin qarşısında mikroavtobusdan düşmüş, sonra Elvingilin içərisində olduğu “Mercedes” markalı avtomobil onu ötmüşdür. Elvingil onun mikroavtobusdan düşdüyünü görmüş, 09 sentyabr 2023-cü il tarixdə Elvinlə telefonla danışan zaman Kubranın evinə gedən hər iki yolu izah etmişdir. Kubranın evinə iki yerdən yol olmuş, bir yol məktəbin qarşısından, bir yol da məktəbdən təxminən 70 metr keçdikdən sonra keçirmiş. Qaçırılan zaman Kübranın onu görməsini istəməmiş, buna görə də, onun mikroavtobusdan düşəcəyi yerdən təxminən 100 metr qabaq mikroavtobusdan düşüb mağazaya daxil olmuş, özünü bir qədər ləngitmişdir ki, Kubra onu Elvingilin yanında görməsin. Sonra evinə yola düşmüş, bu vaxt Gilanə Elvinin telefonu ilə ona zəng edib, Kubranı qaçıra bilmədiklərini demiş və ondan Kubranın evinə gedən alternativ yolu soruşmuşdur. Həmin yolu Gilanəyə izah etmiş, daha sonra Elvinə də izah etmişdir. Evinə çatmasına az qalmış Kubranın piyada ara yoldan onun hərəkətdə olduğu yola çıxdığını görmüş, Kubranı gördükdə təəccüblənmişdi, çünki Elvingilin artıq Kubranı qaçırdıqlarını düşünmüşdür. Kubra onu gördükdə, bir neçə dəqiqə öncə avtomobildən bir nəfər qadının düşdüyünü, həmin qadının onun evini soruşduğunu, qadına onun evinə gedən avtomobil yolunu göstərdiyini deyib, qadının kim olduğunu soruşmuş, Kubranın dediyi qadının Gilanə olduğunu bildiyindən Kubraya hansısa qadını qonaq gözləmədiyini demişdir. Kubra ilə söhbət edən zaman arxadan Elvingilin içərisində olduğu “Mercedes” markalı avtomobil onlara yaxınlaşmış, Elvingilin Kubranı həmin vaxt qaçıracaqlarını bilmişdir. Avtomobil dayandıqdan sonra Elvin dərhal avtomobildən düşüb, Kubraya yaxınlaşmış və Kubranı tutmuşdur. Hər şey anidən baş vermiş və bitmişdir. Elvin ilk öncə Kubranın ağzından tutaraq sıxmışdır ki, Kubra qışqırmasın, sonra isə Kubranı dartaraq avtomobilə tərəf aparmış, bu zaman Kubranın mobil telefonu yerə düşmüş, Gilanə avtomobildən yerə düşərək Kubranın mobil telefonunu götürmüş, Kubra Elvinə müqavimət göstərdiyindən Elvin Kubranı avtomobilə otuzdura bilməmiş, bu zaman Ruhin avtomobildən düşərək Kubranın ayaqlarından yapışmış, Ruhin avtomobilin sağ arxa qapısından avtomobilə oturmuş və Kubranın ayaqlarından dartaraq Kubranı avtomobilin içərisinə salmışdır. Bundan sonra Elvin Kubranı tam olaraq avtomobilin içərisinə salmış, sonra isə Gilanə cəld şəkildə avtomobilə oturmuş və yola düşmüşlər. Elvingilin Kubranı onun qabağında qaçırmasını istəməmiş, atası Asifə zəng edib, baş vermiş hadisə barədə məlumat vermişdir. Kubra 10 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Elvin və Ruhin qardaşları tərəfindən yaşadığı evin yaxınlığından keçən ara yoldan qaçırılmış, Elvingil Kubranı qaçıran zaman hadisə yerində ondan başqa kimsə olmamışdır. Kubranın oğurlandığı gün 18 yaşının tamam olmasına təxminən bir ay qaldığını bilmiş, bu barədə Elvin, Ruhin və Gilanə də məlumatlı olmuşlar (cild 02, i.v. 167-171). Təqsirləndirilən şəxs3 ifadələri arasındakı ziddiyyəti müstəntiqin dediyi sənədləri imzalaması, ifadəsində yazılanları oxumaması ilə əlaqələndirmiş, son sözündə isə etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini (təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmiş şəxs və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü, Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 32.5,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər onu on yeddi yaşı olarkən evlilik məqsədilə qaçırmışlar. Yetkinlik yaşına çatmadığı halda onu qaçırmaqla həyatını məhv etmişlər. Belə ki, xx xxxxxxx 2005ci ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. 2023-cü il tarixdə Astara şəhər 5 nömrəli tam orta məktəbdən məzun olmuş, Astara şəhərində yerləşən “Altay” kursları hazırlıq mərkəzində kompüter kursunda təhsil almış, hər həftə kursa getmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 qonşusu olmuş, Təqsirləndirilən şəxs4 tanımamış, digərlərinin anasının uzaq qohumları olduqlarını bilmişdir. Aygül həmçinin, onun uzaq, Elvingilin isə yaxın qohumu olmuşdur. Deyilənə görə, babasının yas mərasimində Təqsirləndirilən şəxs1 onu görüb bəyənmiş, amma o, Elvini görməmiş və tanımamışdır. Sadəcə, Elvinin qardaşı Təqsirləndirilən şəxs2 tanımış, sonuncunun əvvəllər onun atası ilə dostluq etdiyini bilmişdir. Sonradan Elvin onlara elçi göndərmiş, o və ailəsi Elvinin ona uyğun olmadığını bildirmiş və yetkinlik yaşına çatmadığı üçün razı olmamışlar. Sonradan onu öz istədiyi oğlana vermişlər. Həmin oğlanla nişanlanmış, yetkinlik yaşına çatdıqdan sonra isə evlənmişdir. Elvingil onun nişanlandığını eşidəndən sonra onu qaçırmaq qərarına gəlmişlər. Onu qaçırmaq üçün Aygül onların evinə gəlib barəsində lazımi məlumatlar toplamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 anasıgillə qonşudur. Aygül onun haqqında məlumat toplayıb qohumları Elvin və Ruhinə çatdırmışdır. Sonunculara onun kompüter kurslarından məzun olacağını, məzun gününün son gün olduğunu, qaçırmaq üçün fürsət olduğunu bildirmişdir. Hətta bundan əvvəl Elvingilə onun şəkillərini göndərmiş, nişanlısı ilə gəzməyə getdiyini demişdir. Elvin bunu bilib arxalarınca gəlmişdir. 10 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində mikroavtobusla Astara şəhərinə getmişdir. Yolda Təqsirləndirilən şəxs5 də həmin mikroavtobusa minib onun oxuduğu kursun qabağında düşmüşdür. Mikroavtobusdan düşdükdən sonra, əvvəlcə “Heydər parkı”na, sonra isə kursa getmişdir. Dərsə girəndə Elvin onu görmüş, lakin o, Elvini görməmişdir. Dərsi başa çatdıqdan sonra kollektiv ilə birlikdə kursun qarşısında yerləşən “Heydər parkı”na gedərək, kursun son günü olduğu üçün xatirə şəkilləri çəkdirmişlər. Şəkil çəkdirdikdən sonra Astara şəhəri, İstiqlaliyyət küçəsində yerləşən mikroavtobusların dayanacağına getmiş və mikroavtobusa əyləşmişdir. Bir neçə dəqiqə keçdikdən sonra mikroavtobus hərəkət etməyə başlamış, bir qədər irəlidə, Aygül də Astara şəhərində mikroavtobusa əyləşmişdir. Aygüllə salamlaşmış, sonuncuya yer vermək istəmiş, amma Aygül orada deyil, arxa oturacaqda oturmuşdur. Mikroavtobus yaşadığı kəndə çatdıqdan sonra Aygül ondan harada mikroavtobusdan düşəcəyini soruşmuş, cavabında bir qədər qarşıda düşəcəyini demişdir. Aygül onun harada mikroavtobusdan düşəcəyini öyrəndikdən sonra özü mağazanın qabağında mikroavtobusdan düşərək mağazaya gedəcəyini demişdir. Aygülün mağazaya girib-girmədiyini bilməmiş, amma onu görənlər sonradan demişlər ki, onun Aygülü yolda görməməsi üçün Aygül mağazadan çıxıb evə qaçmaq istəmişdir. Yəni Aygül onun qaçırılmasında əlaqəsi olduğunu başa düşməsin deyə belə etmişdir. Mikroavtobusdan düşdükdən sonra evə tərəf piyada getmişdir. Yolla gedərkən Gilanə avtomobildən düşüb ondan Aygülün evini göstərməsini xahiş etmiş, əli ilə Aygülün evinin yerləşdiyi istiqaməti Gilanəyə göstərmişdir. Gilanə ondan avtomobilə oturub Aygülün evini göstərməsini istəmiş, onun hərəkətlərindən şübhələnmiş, belə bir şeyin lazım olmadığını, avtomobilə gələ bilməyəcəyini deyib yoluna davam etmişdir. Ara yolda olan zaman göy rəngli avtomobil onun qarşısından keçmiş, amma o, həmin vaxt avtomobili görməmiş, ara yoldan çıxandan sonra qarşıda həmin avtomobilin dayandığını görmüş, bundan şübhələnməyə başlamışdır. Daha sonra yolda Aygülü görüb çağırmış, sonuncuya bir nəfər qadın tərəfindən axtarıldığını demişdir. Aygül Gilanə ilə qohum olmasına baxmayaraq, onun barəsində bildirdiyi qadını tanımadığını demişdir. Aygüllə söhbət edən zaman Elvinin avtomobildən düşüb onlara tərəf gəldiyini görmüşdür. Həmin şəxsin Elvin olduğunu bilməmişdir, çünki həmin vaxt onu tanımamışdır. Gələnin oğlan olduğunu görüb, üzünü çevirib getmiş, sonra Elvinlə Ruhinin söhbət etdiklərini görmüşdür. Nə danışdıqları anlaşılmamışdır. Yeriyərkən arxadan ayaq səsləri eşitmiş, çevrilib arxaya baxanda Elvin bir əli ilə ağzını, digər əli ilə də əlini tutaraq, onu avtomobilə tərəf dartmağa başlamışdır. Bu vaxt Aygül onun gözlərinin içinə baxıb susmuşdur. Ruhin Elvinin onu avtomobilə sala bilmədiyini görmüş, buna görə də avtomobildən düşərək ona yaxınlaşıb ayaqlarından tutmuşdur. İki qardaş onu zorla avtomobilə salmışlar. Əvvəl Ruhin avtomobilə oturub ayaqlarından dartaraq onu avtomobilin arxa oturacağının üzərində uzatmış, sonra isə qaça bilməməsi üçün ayaqlarının üzərində oturmuşdur. Həmin vaxt çiyinləri Elvinin əlində olmuş və Elvin onu itələyib avtomobilin içinə salaraq qapını örtmüşdür. Sonradan onu kimlərin və hansı məqsədlə qaçırdıqlarını öyrənmişdir. Ruhinlə Elvinə müqavimət göstərməyə çalışmış, Ruhindən atasına zəng etməsini istəyəndə, sonuncu gülərək qarşılıq vermişdir. Sonra Ruhin öz atasına zəng vurub hər şeyin hazır olduğunu demişdir. Onlar yola düşmüşlər. Tanımadığı üçün hansı yollarla getdiklərini bilməmişdir. Yarı yolda avtomobili dəyişmək qərarına gəlmişlər. Çünki, onların avtomobili dağlıq əraziyə çıxa bilmirmiş. Qarşılarına “Niva” markalı avtomobil çıxmışdır. Həmin avtomobilin sürücüsü Elvingilin qohumudur, amma heç nədən xəbəri olmamışdır. Öz xoşu ilə həmin avtomobiilə əyləşmişdir. Buna səbəb hava şəraitinin pis olması və ərazini tanımaması olmuşdur. Orada qışqırıb kömək istəsəydi belə meşəlik ərazi olduğu üçün heç kim köməyə gəlməyəcəkdi. Gilanədən haraya gedəcəklərini soruşduqda Gilanə anasının Şümrüd kəndində yerləşən evinə gedəcəklərini, narahat olmamasını bildirmişdir. Gilanənin anasıgilə çatmışlar və sonuncular onları qarşılayıb, təbrik etmişlər. Halbuki, ittiham aktında güya həmin şəxslərin onun qaçırılmasından məlumatsız olduqları yazılmışdır. Evdə Elvin onu ayrı otağa aparıb, orada evi, avtomobili, maddi vəziyyətinin yaxşı olduğunu, onunla evlənmək istədiyini, evlənəcəyi təqdirdə onu yaxşı yaşadacağını, atasının onu başqasına verdiyi barədə bildiyini, başqasıyla evlənməsinə icazə verməyəcəyini demişdir. Bir müddət keçdikdən sonra Gilanəyə qaçırılması barədə anasına məlumat vermək istədiyini demişdir. Gilanə ona telefonunu verməmiş, ondan Ruhinə şikayət etmişdir. Ruhingilə inanmadığını, anası ilə danışmaq istədiyini deyərək Elvini dilə tutmuş, anasına zəng etməsini xahiş etmişdir. Elvin razılaşıb özünə məxsus nömrə ilə anasına zəng etmişdir. Zəng etməzdən qabaq Elvin ondan olduqları yeri anasına deməməsini istəmiş, artıq nəyisə deyəcəyi təqdirdə telefonu söndürəcəyini bildirmişdir. Telefonla danışan zaman anasına dağa qaçırıldığını dedikdə, Elvin telefonu söndürüb, anasına bu barədə məlumat verməməli olduğunu demişdir. Elvin qardaşı Ruhinə onun haqqında şikayət edib, anasına məlumat verdiyini demişdir. Bir-iki saat keçdikdən sonra onların narahat olduqlarını görmüşdür. Çünki, polis şöbəsindən onlara zəng gəlmiş və yetkinlik yaşına çatmayan qızı buraxmaları bildirilmişdir. Atasıgilin polis şöbəsində olduqlarını anlamışdır. Elvingil onu aparmaq istəməmişlər. Ruhin məsələni həll etmək üçün polis şöbəsinə özü getmək istəmişdir. Razılaşmayaraq tək qalmaq istəmədiyini demiş, onları aldadıb dilə tutmuşdur ki, onlara qarşı ifadə verməyəcəkdir. Elvinlə evlənməyə razı olduğunu demişdir. Bir qədər yalvardıqdan sonra ona inanmışlar. Axşamçağı gəldikləri “Niva” markalı avtomobili Ruhin idarə edərək onları polis şöbəsinə aparmaq istəmişdir. Yolda Elvin qorxmuş, onun yalan danışdığını anlamış və İrana qaçmaq istədiyini demişdir. Yarı yolda avtomobilin sahibini də mindirmişlər. Sonuncu da ona psixoloji təsir etməyə başlamış, evlənməli olduqlarını demişdir. Deyilənlərlə razılaşmasa da, sakit qalmışdır. Bir müddətdən sonra isə polis şöbəsinə çatmışlar. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, qaçırılacağını əvvəldən bilməmiş, zorla qaçırılmışdır. Belə ki, qaçırılarkən ona zor tətbiq etmişlər, boyun hissəsindən və sağ əlindən xəsarətlər almışdır. Həmçinin ona psixoloji zərər dəymişdir. Hadisəyə qədər Ruhini görmüş və tanıyırmış, amma Elvini görməmişdir. Kompüter kursuna gedəndə artıq orta məktəbi bitirmişdir. Elvin onun yetkinlik yaşına çatmadığını bilirmiş. Onlara elçiliyə Aygül gəlmişdir. Elvinin valideynləri isə babasıgilə getmişlər. Elvin onun anasının uzaq qohumudur. Qaçırılanda hazırda evli olduğu şəxslə nişanlı olmamış, sadəcə ailələr arasında söz olmuş, razılıq verilmişdr. Qaçırılana qədər Aygüllə münasibəti yaxşı olmuşdur. Aygülün Elvin barəsində onunla söhbəti olmamış, anası ilə söhbət etmişdir. Anası ona elçi gəldiyini, valideynlərinin də yaşı çatmadığı üçün “yox” dediklərini bildirmişdir. Elvini istəmədiyini, sonuncunun ona layiq biri olmadığını bildirmişdir. Qaçırılandan sonra Elvin Aygülün onu izləyib, barəsində məlumatlar verdiyini bildirmişdir. Həmin vaxta qədər bunu bilməmişdir. Təqsirləndirilən şəxs1 onu taksi sürücüsü kimi heç vaxt Lənkərana aparmamışdır. Yağışlı günlərin birində Lənkərana kursa getməli imiş. Dayısı Elvinin onların yaşadığı küçədə avtomobilini saxladığını görmüş, Elvindən soruşduqda sonuncu avtomobilinin nasaz olduğunu, düzəldib gedəcəyini demişdir. Bundan sonra “marşrutla” Lənkərana gedərkən, gümanına görə, Elvin də avtomobillə arxasınca gəlmişdir. Səhər evdən çıxandan sonra Gilanə onu Astara rayonunun Təngərüd kəndindən Astara şəhərinə qədər izləmişdir. Gilanə tərəfindən izlənildiyini sonradan bilmişdir. Gilanə Sarvanın avtomobilində olmuşdur. Yolda gedərkən Gilanə avtomobildən düşüb ondan Aygülün evini soruşmuşdur. Avtomobilə oturdulanda Gilanə ona fiziki təzyiq göstərməmiş, sadəcə mobil telefonunu götürmüşdür. Elvinin ona gücü çatmadığı üçün Ruhin gələrək ayağından tutub avtomobilə salmışdır. Qaçırılan vaxt Aygülün qayınanası onları görmüş, bunu Elvinin ağzından eşitmişdir. Avtomobilə oturan vaxtdan qışqırmağa başlamışdır. Hansı avtomobillə qaçırıldığını xatırlayır, həmin avtomobilin markasını bilməsə də, geniş, mavi rəngli olduğunu bildirmişdir. Həmin avtomobili ilk dəfə əyləşəndə görmüş, avtomobili Təqsirləndirilən şəxs4 idarə etmişdir. Əvvəllər Sarvanı tanımamış, birinci dəfə orada görmüşdür. Qaçırılarkən Sarvan sakit dayanmış, onun qışqırdığını, müqavimət göstərdiyini görmüş, avtomobilə oturdularkən zorla qaçırıldığını bilmişdir. Avtomobilə mindiriləndə Sarvan reaksiya verməmiş, habelə ona hər hansı təzyiq göstərməmişdir. Kişilik edərək avtomobili saxlaya bilərmiş, amma etməmişdir. İkinci avtomobilə nə vaxt mindirildiyini xatırlamır, təxminən qaçırıldıqdan bir saat sonra olarmış. Bu müddət ərzində avtomobildə müqavimət göstərmişdir. Sarvan qorxmuş, Ruhin də hər dəfə ona narahat olmamasını bildirmişdir. Sarvan özü üçün narahat olmuş, onun razı olmadığını görüb bu işin yaxşı qurtarmayacağını bilmişdir. Sarvanın idarə etdiyi avtomobil dağa çıxa bilmədiyi üçün avtomobili dəyişmişlər. Sarvanın maşınına oturandan düşənə qədər bir saatdan çox vaxt keçmişdir. Sarvan avtomobili saxladığı yerdə başqa avtomobillər olmamışdır. Sarvan “Niva” markalı avtomobilin sürücüsü ilə söhbət etmiş, bu vaxt o, avtomobilin içərisində olmuşdur. Sarvan avtomobili öz istəyi ilə deyil, hava şəraiti ilə əlaqədar yolu gedə bilmədiyi üçün saxlamışdır. Həmin vaxt hava yağışlı olmuşdur. Avtomobilə oturandan xeyli müddət sonra Sarvan etiraz etməyə başlamışdır. Gilanənin anasıgil onun zorla qaçırıldığını bilmiş, Elvinlə mübahisə etdiyini görmüşlər. Orada olarkən Elvingilə kimin zəng etdiyini bilməmiş, çünki ayrı otaqda danışmışlar. Ruhin onun atasına zəng edib güya Elvinin onu götürüb Bakıya apardığını, özünün isə Naxçıvanda dərsdə olduğunu demişdir. Hər dəfə polis şöbəsindən zəng gələndə Ruhin onları aldadıb, Bakıdan yola düşüb gəldiklərini demişdir. Halbuki, onlar dağlıq ərazidə olmuşlar. Polis əməkdaşları onların olduqları yeri bilməmişlər. Elvingil onu polis şöbəsinə aparmağa razı deyilmişlər, yalan danışaraq buna onları razı salmışdır. Onlara qanqaraçılıq olmaması üçün ailəsinə təhvil verilməsini istəmişdir. X27 işini qurtarmaq üçün polis şöbəsinə getmək istəmişdir. Elvin onu öz xoşu ilə qaytarmamış, belə olsaydı, yeddi saatdan sonra qaytarmazdı. Polis şöbəsinə onunla birlikdə Ruhin, Elvin, Gilanə və “Niva” markalı avtomobilin sürücüsünün atası gəlmişlər. “Niva” markalı avtomobilin sahibi ona, “biz qohumuq, səni qaçırmışıq, artıq olan olub, keçən keçib” demişdir. Polis şöbəsinə aparılarkən Gilanə ona təzyiq göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Qaçırılmasına razılıq verməmiş, əks halda məhkəmədə nə işi var. Ailə həyatı qurmuşdur, lakin təqsirləndirilən şəxslərə görə normal ailə həyatı yaşaya bilmir. Zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxslərlə barışması barədə ərizə təqdim edərək bildirmişdir ki, qayınatası təqsirləndirilən şəxslərin onun həyatını məhv etdiklərini, lakin sonuncuların uşaqlarının olduğunu demiş, həmin uşaqların həyatının məhv olmaması üçün təqsirləndirilən şəxslərlə barışmasını istəmişdir. Böyüklərinin sözünü yerə salmayaraq, barışmaq qərarına gəlmişdir. Məhkəməyə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbi olmadığını, mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Elvin, Ruhin və Təqsirləndirilən şəxs5ləri tanıyır, onlarla qohumdur, digər təqsirləndirilən şəxsləri tanımır, Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanımışdır. Hadisə baş verən gün Elvin, Ruhin, Gilanə və bir nəfər tanımadığı qız onun idarə etdiyi avtomobillə dağa, yəni Şümrüd kəndinə qalxmışlar. Sonradan həmin qızın qaçırıldığını bilmişdir. Belə ki, dağda olanda həmin qızın kim olduğunu soruşmuş və Elvinlə Ruhinin qızı qaçırdıqlarını öyrənmişdir. Dağda olarkən atası Ramazan Büzürov zəng vurmuş, atası ondan telefonu Ruhinə verməsini istəmişdir. Atası Ruhinə telefonda qızı nahaq qaçırdıqlarını demiş və qaytarmalarını istəmiş, sonra Ruhingil qızı qaytarmışlar. Şahid1 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ona Elvin və Ruhindən biri zəng etmiş, konkret kimin zəng etdiyini xatırlamır. Astara rayonunun Ovala kəndində yaşayır. Zəng gəldikdən sonra evdən çıxmışdır. Onda “Niva” markalı avtomobil olmuşdur. Elvingil ona qonaq gəldiklərini demiş, yola düşdükdən sonra zəng edərək yuxarı qalxdıqlarını demişlər. Avtomobili sürərək onların olduğu yerə getmişdir. Elvingil ona qohumugilə gedəcəklərini demişlər. Həmin yerə yalnız dağ maşınları gedə bilir. Onlarla Dürriyə kəndinə gedən yolayrıcında görüşmüşdür. Elvingili götürməyə gedəndə onların gəldiyi avtomobildən başqa ətrafda avtomobil olmamış, həmin ərazi meşəlik olmuşdur. Onu çağırmaqlarında məqsəd gəldikləri avtomobil dağa çıxa bilmədiyindən onun avtomobili ilə çıxmaq olmuşdur. Kubra maşına oturanda onun qaçırıldığını bilməmiş, bu barədə Şümrüd kəndindəki evə çatdıqdan sonra bilmişdir. Avtomobildə Elvin, Ruhin, Gilanə və Kubra əyləşmiş, cəmi beş nəfər olmuşlar. Avtomobili Ruhinin qayınanasıgilə sürmüşdür. Kubra maşında səs-küy salmamış, avtomobilə könüllü oturmuş, ona zor tətbiq olunmamışdır. Dağdakı evdə olduqları müddətdə Kubra acdığını demiş, ona dükandan yemək gətirmələrini istəmişdir. Elvinlə Kubra arasında ziddiyyət olduğunu görməmiş, səs-küy eşitməmiş, sadəcə aralarında narazılıq olduğunu hiss etmişdir. Bu narazılığı evə daxil olduqdan bir müddət sonra hiss etmişdir. Kubra qışqırmamış, sadəcə dağdan düşmək istədiyini, orada sıxıldığını demişdir. Atası ona Kubranı qaytarmalarını tapşırmış, özünün də yola düşdüyünü, birlikdə polisə təhvil verməyi demişdir. Atası düzgün iş görmədikləri üçün qızı qaytarmalarını istəmişdir. Elvin və Ruhinlə qızı qaytarmaq barədə söhbət etmiş, bir müddətdən sonra da qızı qaytarmışlar. Qızı dağa aparıb qaytarana qədər Ruhinin qayınanasının evində olmuş, bir dəfə avtomobilə yanacaq doldurmaq üçün qonşu kəndə getmiş və həmin vaxt ərzaq da almışlar. Ona və digər təqsirləndirilən şəxslərə polis zəng etməmişdir. Kubranı onun avtomobili ilə qaytarmışlar, lakin kəndə çatdıqdan neçə saat sonra qaytardıqlarını dəqiq xatırlamır, təqribən kənddə üç saat saxladıqdan sonra qaytarmışlar və polisə təhvil verəndə artıq hava qaralmışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Masallıda olarkən evdən ona zəng gəlmiş, arvadı qızı Zərərçəkmiş şəxs dərsdən gəlməli olduğu halda gəlib çıxmadığını, qızın yoxa çıxdığını demiş, o da “102” xidməti-zəng mərkəzinə zəng vurmuş, daha sonra isə Astara Rayon Polis Şöbəsinə getmişdir. İkinci dəfə arvadı zəng vurub Elvinlə Təqsirləndirilən şəxs2lərin Kubranı qaçırdıqlarını demişdir. Kubranın qaçırılmasında Elvin, Ruhin, iki qadın və bir sürücü iştirak etmişlər. Aygülün anası zəng vurub qızın qaçırılması xəbərini vermişdir. Kubranın qaçırıldığını saat 14-15 radələrində öyrənmişdir. Gecə saat 01-02-yə kimi polis şöbəsində olmuşlar. Polis şöbəsinə gedəndə Elvingilin atasını və qarşı tərəfdən başqa şəxsi görməmişdir. Qızını bir də axşam şöbəyə gətiriləndə görmüşdür. Şöbəyə getdikdən altı-yeddi saat sonra qızı oraya gətirilmişdir. Kubranın qaçırılması barədə müstəntiqə dediklərini eşitmiş, onunla təklikdə söhbət etməmişdir. Kubra Elvingilin zorla onu qaçırdıqlarını demişdir. Elvinin qızı Kubranı istədiyini bilməmişdir. Elvinin qohumlarından kimsə ona Elvinin Kubranı istəməsi barədə müraciət etməmiş, evlərinə gəlməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Elvin və Təqsirləndirilən şəxs2lər ilə qohumdur, Təqsirləndirilən şəxs3 isə həm qohumu, həm də qonşusudur, digər iki təqsirləndiriləni tanımır və təqsirləndirilən şəxslərin heç biri ilə aralarında ədavət və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun qızıdır. Hadisədən bir gün qabaq Aygül onlara gəlmişdir. Onlar Kubraya cehiz hazırlayırmışlar. Kubranın toyu haqqında Aygüllə danışmış, ona qızının nişanlı olduğunu bildirmişdir. Aygül ondan Kubranın kursu nə vaxt bitirəcəyini soruşmuş, o da cavabında sabah bitirəcəyini demişdir. Növbəti gün, yəni 10 sentyabr 2023-cü il tarixdə Kubra kursa getmiş və saat 14 radələrində evə çatmalı imiş. Lakin Kubra evə gəlməmişdir. Sonuncu dəfə Kubra ona “marşruta” mindiyini demişdir. Buna görə əri Şahid2 zəng edib qızın evə gəlmədiyini bildirmiş və ondan polis şöbəsinə getməsini istəmişdir. Şahid2 şikayət üçün polis şöbəsinə getmişdir. Ərindən məlumat almaq üçün zəng etmək istəmiş, mobil nömrəsinin balansında pul olmadığı üçün balansı artırmaq niyyətilə evi tərk etmişdir. Yolda Aygülün anası ona zəng etmiş, Elvin və Ruhinin Kubranı zorla avtomobilə salaraq qaçırdıqlarını demişdir. Bundan sonra özündən getmiş, sonradan Kubra tapılmış və onu evə gətirmişlər. Şahid5 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Aygül onlara tez-tez gəlib-getmiş və əvvəlcədən Kubranın nişanlı olduğunu bilmişdir. Aygülü Kubraya cehiz hazırlamaq məqsədilə yun didməyə kömək etməsi üçün çağırmışdır. Elvinə Kubranın nişanlanması barədə deməmişdir. Elvingil onlara xəbər göndərmiş, onlar da qızın valideynləri olaraq Kubranı Elvinə verməyə razı olmamışlar. Bu barədə Kubra ilə söhbət etməmiş, onun fikrini soruşmamışdır. Birinci dəfə elçi kimi Aygül gəlmişdir. Elvinin anası, Aygülün anası və Elvin onun atasıgilə elçi getmişlər. Dəfələrlə onlara “yox” cavabı vermişlər. Razılıq verməmələrinin konkret səbəbi olmamış, sadəcə istəməmişlər. Onun Elvingilə qarşı nifrəti var, ona görə də, razılıq verməmişdir. Elvingil onlara elçi gələndə Kubranın yaşının az olduğunu demişlər. Kubra on birinci sinfi bitirmiş, amma on səkkiz yaşı tamam olmamışdır. Məhərrəmlik ayından sonra Kubranı Elvinə verəcəkləri barədə deməmişdir. Elvinlə Kubra barədə söhbəti olmamışdır. Elvin onun atasıgilə getmiş, orada Elvini görsə də, görüşməmiş, Aygülün anası ilə görüşmüş və ona qəti fikrini bildirmişdir. Qızının sevdiyi oğlan olduğunu bilmiş, həmin oğlanla evlənməyə razılıq vermişdir. Elvingil hadisədən bir ay öncədən qızı başqasına verdiklərini bilmişlər. Belə ki, 2023-cü ilin avqust ayında Kubranın “hərisi” verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş proses tərəfləri olan təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxsin, habelə şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə yanaşı digər sənədləri də mötəbər sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Astara Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1168 nömrəli məlumatından görünür ki, Astara rayonu Təngərüd kənd sakini Şahid2 zəng edərək 17 yaşlı qızı Kübra Həmzəyevanın qaçırılması barədə şöbəyə məlumat vermişdir (cild 01, i.v. 04). Şahid2 Astara Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin tarixdə, saat 14 radələrində azyaşlı qızı Kübra Həmzəyeva yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 tərəfindən zorla oğurlanmışdır (cild 01, i.v. 05). X5 Astara Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə, saat 14 radələrində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 tərəfindən oğurlanmış və bu hərəkət saat 22 radələrindək davam etmişdir. Qonşusu Təqsirləndirilən şəxs3 onun oğurlanmağında köməkçi qismində iştirak etmişdir (cild 01, i.v. 08). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 26). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 03:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, prokurorluğa və onun yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 44-47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası”na dair xx.xx.2023-cü il tarixli, 292 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- boyun, sağ said nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 68-69). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsindən həmin Məcəllənin 144.2.3-cü maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 73). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 76-77). Astara Rayon Məhkəməsinin 4(018)-89/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 98-101). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, prokurorluğa və onun yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 106-109). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 130-131). Astara Rayon Məhkəməsinin 4(018)-91/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 152-154). “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası”na dair xx.xx.2023-cü il tarixli, 297 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 161-162). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli protokolları və onlara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində bildirdikləri xüsusatları hadisə yerində əyani olaraq göstərmişlər (cild 01, i.v. 167-176). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefon “Huawei” markalı olmaqla göy rənglidir, telefonun içərisindən mobil nömrə yoxdur, telefonda müxtəlif proqramlar, o cümlədən “İnstagram”, “TikTok” sosial şəbəkələri, iki ədəd “WhatsApp” ani mesajlaşma tətbiqi vardır. Mobil telefonun mesajlar, qalareya hissələrinə, o cümlədən “İnstagram”, “TikTok” sosial şəbəkələrinə baxış keçirilsə də, həmin yerlərdən iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı hal aşkar edilməmişdir. Mobil telefonda olan hər iki “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olmağa cəhd ediləsə də, onlardan birinə ümumiyyətlə daxil olmaq olmamış, digər “WhatsApp” ani mesajlaşma tətbiqi açılsa da, həmin tətbiqə daxil olmaq olmamışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 “WhatsApp” ani mesajlaşma tətbiqlərindən birinin türk nömrəsinə aid olduğunu, lakin nömrə telefonda olmadığından tətbiqin açılmadığını demişdir. Digər “WhatsApp” ani mesajlaşma tətbiqinin isə özünə məxsus 050 ***-**-** saylı mobil nömrəyə aid olduğunu, Zərərçəkmiş şəxs qaçırdıqdan sonra polislərin onu izləməməsi üçün mobil nömrəni telefondan çıxarıb, yol kənarına atdığını, nömrənin telefonda olmaması səbəbindən tətbiqin açılsa da, tətbiqə daxil olmağın mümkün olmadığını demişdir. Açılan “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olmaq mümkün olmasa da, səhifədə “X36” adlanan kontakda xx.xx.2023-cü il tarixdə “Sen” məzmunlu mesajın yazılması müəyyən edilmişdir. Bundan sonra telefonun “Zənglər” hissəsinə baxış keçirilmiş, ilk öncə mobil telefonun kontaktında “X36” kimi qeyd olunan şəxslə Təqsirləndirilən şəxs1 arasında olan danışıqlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 telefonunda “X36” kimi qeyd etdiyi şəxsin dayısı qızı Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 14:37-də zəng edərək 26 saniyə danışmış; saat 14:29-da zəng etsə də, qarşı tərəf cavab verməmiş; saat 14:21-də zəng edərək 4 dəqiqə 38 saniyə danışmış; saat 13:53-də zəng edərək 1 dəqiqə 54 saniyə danışmış; saat 13:52-də zəng etsə də, qarşı tərəf cavab verməmiş; saat 13:51-də zəng edərək 19 saniyə, saat 13:48-də zəng edərək 21 saniyə, saat 13:43-də zəng edərək 47 saniyə, saat 13:39-da zəng edərək 42 saniyə, saat 13:36-da zəng edərək 1 dəqiqə 5 saniyə, saat 13:32-də zəng edərək 1 dəqiqə 36 saniyə, saat 13:31-də zəng edərək 43 saniyə, saat 13:26-da zəng edərək 28 saniyə, saat 13:10-da zəng edərək 7 dəqiqə 52 saniyə, saat 13:04-də zəng edərək 1 dəqiqə 23 saniyə müddət ərzində danışmışdır. Həmin tarixdə, saat 12:56, saat 12:44, saat 12:23, saat 12:22, saat 12:21-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zənglər etsə də, sonuncu cavab verməmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 saat 10:27-də zəng edərək 26 saniyə, həmin dəqiqədə bir daha zəng edərək 5 saniyə, saat 09:56-da zəng edərək 36 saniyə, saat 09:51-də zəng edərək 4 dəqiqə 56 saniyə müddət ərzində danışmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 09:50-də iki dəfə, saat 09:28-də, saat 09:26-da, saat 09:25-də Təqsirləndirilən şəxs3 zəng etsə də, sonuncu cavab verməmişdir. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 08:58-də Təqsirləndirilən şəxs3 zəng edərək 6 dəqiqə 7 saniyə, 08:35-də zəng edərək 2 dəqiqə 40 saniyə müddət ərzində danışmışdır. Təqsirləndirilən şəxs1 09 sentyabr 2023-cü il tarixdə, saat 20:21-də Təqsirləndirilən şəxs3 zəng edərək 19 saniyə, saat 14:28-də zəng edərək 2 dəqiqə 4 saniyə müddət ərzində danışmış, həmçinin əvvəlki günlərdə də mütəmadi olaraq Təqsirləndirilən şəxs3 ilə danışmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs qaçırmaq məqsədi ilə mütəmadi olaraq xx.xx.2023-cü il tarixdə danışdığını, Təqsirləndirilən şəxs3 ona Kubranın nə vaxt evdən çıxması, hansı yolla hərəkət etməsi, xx.xx.2023-cü il tarixdə kursunun son günü olması və başqa məlumatlar verdiyini, “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə də Təqsirləndirilən şəxs3 ilə danışdığını demişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonda “Sarvan Taksi” kimi adı qeyd olunan konkakt 050 ***-**-** saylı mobil nömrəni istifadə etmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin kontaktın taksi sürücüsü, Astara rayonunun Ojəkəran kənd sakini Təqsirləndirilən şəxs4 olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 10:34-də Təqsirləndirilən şəxs4 zəng edərək 16 saniyə, saat 07:30-da zəng edərək 9 saniyə, saat 07:22-də zəng edərək 31 saniyə, saat 07:05-də zəng edərək 6 saniyə, saat 07:04-də zəng edərək 29 saniyə, saat 06:42-də zəng edərək 35 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 20:50-də zəng edərək 2 dəqiqə 6 saniyə, saat 16:02-də zəng edərək 1 dəqiqə 10 saniyə, saat 13:45-də zəng edərək 21 saniyə, saat 13:43-də zəng edərək 14 saniyə, saat 13:42də zəng edərək 15 saniyə müddət ərzində danışmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Sarvana zəng edib, Kubranı qaçırmaq istədiyini dediyini, Sarvanın da onunla razılaşdığını, həmin gün, günorta saatlarında Sarvanın idarə etdiyi avtomobillə qardaşı Ruhin və gəlini Gilanənin dalınca Təngərüd kəndinə getdiyini, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Sarvana zəng edib, onu yuxudan oyatdığını və qardaşı Ruhinin evinin qarşısına çağırdığını, sonra isə Sarvanın onun qardaşı Ruhinin evinin qarşısına gəlib, onu, Ruhini və Gilanəni avtomobili ilə Təngərüd kəndinə apardığını bildirmişdir. Təqsirləndirilən şəxs1 telefonunda 050 ***-**-** saylı mobil nömrənin olduğunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaçırdıqdan sonra izlənməməsi üçün həmin nömrəni yol kənarına atdığını bildirmişdir. Mobil telefonun foto qalereyasına, mesajlarına baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir (cild 01, i.v. 177-187). “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 301 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır (cild 01, i.v. 188-189). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 oktyabr və 30 noyabr 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər (cild 01, 201-204). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, hadisə köhnə Ələt-Astara yolu ilə Lənkəran rayonu istiqamətində getdikdə yolun Təngərüd kəndində keçən hissəsində, Təngərüd kənd orta məktəninin qarşısında sola tərəf döndükdə, təxminən 200-250 metr sonra küçədə baş vermişdir. Hadisə baş verdiyi yer dağlıq ərazi olmaqla, ara yoldur və həmin yol bir avtomobilin hərəkət etməsi üçün nəzərdə tutulmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yolla bitişən ara yolu göstərib, həmin ara yoldan piyada gəlib hazırda olduğu yola çıxdığını, orada olan Təqsirləndirilən şəxs3 ilə danışan zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb, ağzından tutaraq sıxdığını, sağ əlindən tutaraq avtomobilə tərəf apardığını, Təqsirləndirilən şəxs2 avtomobildən düşüb onun ayaqlarından tutaraq avtomobilə saldığını, sonra Gilanə Balxanzadənin də avtomobilə oturub, sürücü Sarvan Qənvərovun avtomobili hərəkət etdirdiyini, avtomobildə olan zaman dəfələrlə onu oğurlayan şəxslərdən azad olunmasını istəsə də, həmin şəxslərin onu azad etmədiklərini bildirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 224-228). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 04-05). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli, 07-18 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 33-34). Astara Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 2542 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 Astara rayonunun Ojakəran kəndində yaşayır, ailə tərkibi arvadı, xx.xx.2016, xx.xx.2017, xx.xx.2021-ci il təvəllüdlü azyaşlı övladlarından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, i.v. 43-44) . Astara Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 2543 nömrəli arayışı, eyni tarixli xasiyyətnaməsi və şəxsiyyət vəsiqəsi surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Astara rayonunun Tüləküvan kəndində yaşayır, ailə tərkibi atası, anası, qardaşı, arvadı, xx.xx.2017, xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşaqlarından ibarətdir və barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild 02, i.v. 45-46, 48A) . Astara Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 noyabr 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild 02, i.v. 47). Astara Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild 02, i.v. 48). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsindən həmin Məcəllənin 144.3-cü, Təqsirləndirilən şəxs3 əməli isə 144.2.3-cü maddəsindən həmin Məcəllənin 32.5,144.3-cü maddəsinə tövsif edilmişdir (cild 02, i.v. 58-59). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 61-62). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli, 07-22 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 90-91). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və ona qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 99-100). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və ona qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 115-116). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Astara Rayon Mərkəzi X12 Şəxsin xx.xx.2023-cü il tarixli, 5986, 8987, 8989 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 xəstəxananın poliklinika şöbəsinin ruhiəsəb və nevroloji kabinetdə dispanser qeydiyyatda durmurlar (cild 02, i.v. 132-135). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və ona qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 136-137). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 152-153). Astara Rayon Polis X8 xx.xx.2023-cü il tarixli, 07-28 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 178-179). Astara Rayon İcra Hakimiyyəti başçısının X23 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Astara rayonunun Təngərüd kəndində yaşayır, ailə tərkibi əri və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlundan ibarətdir, barəsində nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır (cild 02, i.v. 187-189). Astara Rayon Polis X8 “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü, Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 32.5,144.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir (cild 02, i.v. 190-232). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3951/2024 nömrəli məktubu və ona əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına olan 8742/2023 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, o, özü də xəsarət almadığını bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12645 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 463-19-43 və atası X1 istifadəsində olmuş 051 370-29-73 mobil telefon nömrələrinə 2023-cü ilin 09 sentyabrından 11 sentyabr tarixinədək giriş-çıxış zəngləri, habelə anten dairələri barədə məlumatlardan müəyyən olunmuşdur ki, Elvinin istifadəsində olan mobil telefon nömrəsindən hadisənin baş verdiyi gün, yəni 10 sentyabr 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs saat 13 radələrində qaçırandan sonra saat 14:39:22də atasının istifadəsində olan mobil telefon nömrəsinə cəmi bir dəfə zəng olunmuş və 14 saniyə müddətində danışıq qeydə alınmış, bundan sonra Ağakişi Zülfüqarovun istifadəsində olan 051 370-29-73 mobil telefon nömrəsinin anten dairəsi Astara rayonunun müxtəlif kəndləri və rayonun özünün ərazisini göstərmiş, lakin Astara Rayon Polis Şöbəsinin yerləşdiyi Astara rayonu, H.Əliyev prospekti 35 ünvanda müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs Kübra Həmzəyevanın xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş **********628 nömrəli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-329/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal saxlanıldığı istintaq təcridxanasında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi5 hər biri ayrıayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) saat 30 (otuz) dəqiqə, Müdafiəçi3 Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) saat 30 (otuz) dəqiqə, Müdafiəçi2 Təqsirləndirilən şəxs4 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 13 (on üç) saat 15 (on beş) dəqiqə, Müdafiəçi4 Təqsirləndirilən şəxs5 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 28 (iyirmi səkkiz) saat və Müdafiəçi5 Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 28 (iyirmi səkkiz) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və müdafiəçiləri) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara və müdafiəçilərinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən zərərçəkmişə və şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə məhkəməyə vəsatətlərlə müraciət etmiş və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 32.5,144.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda özlərini müdafiə etmək üçün irəli sürdükləri ümumi dəlillər, yəni Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamasını bilmədikləri, onu polisin onları axtarması səbəbindən deyil, özünün onlardan şikayətçi olmayacağını dediyi üçün polis şöbəsinə gətirmələri və sair bu kimi hallarla bağlı məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri əsassız olaraq törətdikləri əməldə cinayət məsuliyyətindən kənarda qalmalarına, cəzalarının yüngülləşdirilməsinə hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin inzibati binasında hüquq müdafiəçilərinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində verdikləri ifadələrində özlərini onlara verilmiş ittihamla tam təqsirli bildiklərini göstərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlardan Təqsirləndirilən şəxs1 mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsirlə, döyülməsi, digər təqsirləndirilən şəxslər isə ibtidai istintaq ifadələrində yazılan məzmunda ifadə verməmələrini, həmin ifadələri oxumadan, həmçinin onlara oxunmadan müstəntiq tərəfindən sərbəst buraxılacaqları barədə vədlər verilməklə tez-tələsik imzalatdırılması, müdafiəçinin dindirmələrdə iştirak etməməsi ilə əlaqələndirmişlər. Təqsirləndirilən şəxslərin bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, onlar bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxs1 fiziki, psixoloji təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi o, peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişdir. Bundan başqa, “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası”na dair xx.xx.2023-cü il tarixli, 297 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar olunmadığı qeyd olunmuş və Elvin ibtidai istintaq zamanı həmin ekspert rəyi ilə tanış olarkən heç bir şikayət, etiraz və vəsatətinin olmadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında Astara Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməsi barədə məlumat verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olubolmamasını müəyyənləşdirmək üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasına verilmiş sorğuya alınmış cavabda ilkin tibbi müayinə zamanı Elvinin üzərində hər hansı xəsarətin aşkar olunmaması göstərilmişdir. Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı həmin ifadələrində yazılan məzmunda ifadə verməmələrini, ifadələri oxumadan, həmçinin onlara oxunmadan müstəntiq tərəfindən sərbəst buraxılacaqlarına dair vədlər verilməklə teztələsik imzalatdırılması, dindirmələrdə müdafiəçinin iştirak etməməsi ilə bağlı hissədə dediklərinə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri, onlara verilən ittihamın mahiyyəti elan olunmuş, onlar da həmin ifadələrinin sonunda “ifadəmə heç bir əlavəm yoxdur, ifadəmi oxudum, mənim sözlərimlə düzgün yazılmışdır, doğruluğunu öz imzamla təsdiq edirəm” qeydini imzalamışlar. Həmçinin, sözügedən sənədlərdə müdafiəçilərin imzasının olması, aparılan həmin istintaq hərəkətləri zamanı təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakına sübutdur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa, hüquqlarının pozulmasına məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq və ya hüquqlarının pozulması nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin göstərdikləri həmin xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs qaçırandan, yəni 10 sentyabr 2023-cü il tarixdə, saat 13-14 radələrindən sonra Ruhinin Elvinin mobil telefonu ilə atası Ağakişi Zülfüqarova zəng edib, Kubranın onların yanında olması, sonuncunu qaçırmaları və bu barədə polis şöbəsinə gedib məlumat verməsini deməsi, bununla da, zərərçəkmişi qaçırmaları barədə polisə məlumat vermələri və onu könüllü olaraq polis şöbəsinə gətirmələri barədə iddialarını qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin adam oğurluğundan bəhs edən 144cü maddəsinin “Qeyd” hissəsində deyilir ki, “əməllərində başqa cinayətin tərkibi olmayan oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur”. Cinayət işi üzrə müdafiə tərəfinin verdiyi vəsatət üzrə məhkəmənin “texniki vasitələr (mobil nömrələr) barədə anten məlumatlarının ələ keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən məktubla daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 463-19-43 mobil telefon nömrəsindən atası Ağakişi Zülfüqarovun istifadəsində olan 051 370-29-73 mobil telefon nömrəsinə 10 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaçırılandan sonra cəmi bir dəfə zəng daxil olması və 14 saniyə müddətində danışıq aparılması, bundan sonra Ağakişi Zülfüqarovun istifadəsində olan 051 370-29-73 mobil telefon nömrəsinin anten dairəsinin Astara Rayon Polis Şöbəsinin yerləşdiyi ünvanda (Astara rayonu, H.Əliyev prospekti 35) olmadığı müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslər tərəfindən qaçırılıb dağ evində olarkən Elvingilə telefonla atası Şahid2 artıq polisə şikayət etməsi və polisin onları axtarması barədə məlumat veriləndən sonra onların narahat olmağa başlamaları, yaranmış vəziyyətdən istifadə edərək geri qaytarılmasına nail olmaq üçün onları şikayətçi olmayacağı barədə aldatması nəticəsində onlar tərəfindən polis şöbəsinə gətirilməsini bildirmişdir. Göstərilən səbəblərdən məhkəmə, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə birlikdə polis şöbəsinə gəlmələrinin, onların zərərçəkmişi könüllü geri qaytarmaları kimi qiymətləndirilməməli olduğu qənaətinə gəlir. Müdafiəçilərin təqsirləndirilən şəxslər zərərçəkmişin yetkinlik yaşına çatmaması barədə məlumatlı olmadıqlarından əməllərinin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsindən (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) 144.1-ci maddəsinə (adam oğurluğu) tövsif edilməsi barədə fikirlərini qanuni və əsaslı hesab etmir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, cinayət hüquq nəzəriyyəsinə görə yetkinlik yaşına çatmayan şəxsi oğurlama zərərçəkmiş şəxsin cinayət törədilənədək 18 yaşına çatmamasını nəzərdə tutur. Təqsirkar 18 yaşına çatmayan şəxsi oğurladığını dərk etməklə yanaşı, bunu həm də arzu edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxsdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi oğurlamağa görə cinayət məsuliyyəti nəzərdə tutan 144.3-cü maddəsində zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan olması xüsusilə vurğulanmış, həmçinin həmin şəxsin “aşkar” surətdə yetkinlik yaşına çatmayan olması qeyd edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmış olubolmadığını bilməməsi əməlin tövsifi üçün xüsusi əhəmiyyət kəsb etmir. Oğurlanmış şəxsin yetkinlik yaşına çatmayan olması həmin əməlin Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas götürülməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 hər birinin ayrı-ayrılıqda ibtidai istintaq zamanı verdikləri ifadələrindən məlum olur ki, onlar Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamasını bilmişdirlər. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla, hadisə törədilən vaxt, yəni 10 sentyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdikləri yuxarıda qeyd edilən dəlili əsaslı qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinin tövsifində ibtidai istintaq orqanı düzgün qənaətə gəlmişdir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi həmin maddənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllərin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edir. Cinayət hüquq nəzəriyyəsinə görə adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir. Əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyətindən, irqindən və sairədən asılı olmayarq istənilən şəxs bu cinayətdən zərərçəkmiş ola bilər. Bu cinayətinin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd və iradəsindən kənar surətdə onu daimi və müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Təqsirkarın əməlinin Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə tövsif edilməsi üçün fiziki zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi həyat və sağlamlıq üçün təhlükəli olmamıldır. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu CMnin 144.2.4-cü maddəsi ilə tövsif edilir. Həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayəti formal tərkiblidir, yəni şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanılması, yaxud bu hərəkətlərdən yalnız biri daxildir. Zərərçəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsifü üçün heç bir əhəmiyyəti yoxdur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 sözügedən cinayətin törədilməsində əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə tövsif etmişdir və məhkəmə bu yanaşmanı qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Bu mənada, məhkəmə Təqsirləndirilən şəxs3 sözügedən cinayətin törədilməsində köməkçi qismində, yəni məsləhətləri və məlumatları ilə iştirakını cinayət qanunvericiliyinin müddəaları, habelə özünün qismən etirafedici, iş üzrə dindirilmiş zərərçəkmiş və şahidlərin, habelə iş materiallarında olan istintaq hərəkəti protokollarına istinadən əsaslı hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü, Təqsirləndirilən şəxs3 əməli isə həmin Məcəllənin 32.5,144.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 32.5,144.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri tam, məhkəmədə isə qismən etirafedici, zərərçəkmiş və şahid ifadələri, təqsirləndirilən şəxslər (Elvin və Ruhin) və zərərçəkmişin ifadələrinin hadisə yerində yoxlanılması protokolları, "xxxx" MMC-dən daxil olmuş CD diskdəki mobil telefon nömrələrinə dair məlumatlar, digər istintaq hərəkəti protokolları və sənədləri, yəni toplanmış və biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü və Təqsirləndirilən şəxs3 əməlində həmin Məcəllənin 32.5,144.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə (mülki cavabdehə) cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Bu hüquq hər kəsin respublika ərazisində sərbəst hərəkət edə bilməsini, özünə yaşayış yeri seçə bilməsini və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsini nəzərdə tutur. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə olunur. Gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şəraitdə törədilən oğurluq başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağı olmaqla ailənin yeganə gəlir gətirən fərdi olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq çəkməsi, gənc olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış üzrə müsbət xasiyyətləndirilməsidir. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində üç azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirən fərdi olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış üzrə müsbət xasiyyətləndirilməsidir. Təqsirləndirilən şəxs5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq çəkməsi, gənc olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq çəkməsi, gənc olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış üzrə müsbət xarakterizə olunmasıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı əməllərindən özlərini təqsirli bildikləri hissədə peşman olduqlarını bildirmələri yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, onlar törətdikləri əməlin cinayət olduğunu bilmədiklərini, niyyətlərinin yalnız iki gəncin ailə qurması ilə bağlı olduğunu bildirmiş, hər biri ayrı-ayrılıqda məhkəmə iclası zalında zərərçəkmişdən üzr istəmişlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların, yəni təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmişin onlara qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilənlərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə onların hər birinə cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə ittiham verilməsini nəzərə alaraq, məhkəmə həmin Məcəllənin iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsindən bəhs edən 64-cü maddəsinə istinad etməyi qanunamüvafiq hesab edir. Sözügedən maddədə qeyd olunur ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini, işin ictimai-təhlükəlilik dərəcəsini və digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 barələrində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ittiham olunduqları həmin Məcəllənin 144.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az, Təqsirləndirilən şəxs5 ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 64-cü maddəsi nəzərə alınmaqla, ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini, bununla da onların azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmalarını ədalətli və mümkün sayır. Məhkəmə heyəti eyni zamanda təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərlərinə düşən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirmələrini, habelə məhkəmə iclasındakı davranışlarını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən ilk növbədə hər ikisinin ailəli olmaqla himayələrində Ruhinin iki, Sarvanın üç azyaşlı uşağının olması, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsinin həmin uşaqların mənafelərinə ciddi təsir etməsi, ailənin yeganə qazanc gətirən fərdi olmaları, həyat tərzləri, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələri, Ruhinin gənc olması, eləcə də cəzalarını ağırlaşdıran halların mövcud olmadığı, cinayət törətdikdən sonrakı davranışları, yəni zərərçəkmiş şəxslə barışıq əldə etmələri, məhkəmə iclasında zərərçəkmiş şəxsdən üzr istəmələri, zərərçəkmiş şəxsin onlarla barışması, onlara qarşı şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxsi qaçırıb öz qohumlarının (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qaynanasının evinə aparılmışdır) evinə aparmaları və orada yalnız bir neçə saat saxlamaları, ona qarşı qeyri-etik hərəkətlərə yol verilmədiyi, onun oğurlanması barədə şikayət edildikdən dərhal sonra onu polisə gətirməklə ailəsinə təhvil vermələri, Kubranın artıq başqa bir şəxslə ailə həyatı qurduğu, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətin motivinin qısqancılıq, qisas, xuliqanlıq, tamah və sair niyyətlər deyil, evlənmək niyyətinin olması kimi hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar da törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də, bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, “cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qərarda həmçinin göstərilmişdir ki, maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyasında cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmənin müəyyən edilmiş üç formasından biri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsidir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmə onda ifadə olunur ki, məhkəmə törədilmiş cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında göstərilən cəzanı seçərək həmin cəzanın aşağı həddindən də az cəza təyin edir. Digər tərəfdən qanunun mənasına görə daha yüngül cəza təyin etmənin bu qaydası yalnız o halda tətbiq oluna bilər ki, müvafiq maddənin sanksiyasında cəzanın aşağı həddi göstərilmiş olsun. Lakin, məhkəmənin qanunda müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmə hüququ məhdudiyyətsiz deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilən daha yüngül cəza təyin etmənin bu növünü seçdikdə, hər bir müddətli cəza növünün aşağı və yuxarı həddi barədə Cinayət Məcəlləsinin Ümumi hissəsinin göstərişlərini nəzərə almalıdır. Yəni, məhkəmə qanunda müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmək qərarına gəldikdə seçdiyi müddətli cəza növü üçün Cinayət Məcəlləsinin Ümumi hissəsinin normalarında göstərilən aşağı həddən də az cəza təyin edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəzanın təyin edilməsi ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan məhkəmə hesab edir ki, onlar azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş ev dustaqlığı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və onlar məhkəmə iclas zalında dərhal həbs edilməli, barələrindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Onlar Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılmaları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon X11 Saxlama Yerinə göndərilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2023-cü il tarixdən 04 iyul 2024-cü il tarixinədək həbsdə, 04 iyul 2024-cü ildən 24 oktyabr 2024-cü il tarixinədək ev dustaqlığında saxlanıldığı müddətlər cəza müddətinə daxil edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən; Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 sentyabr 2023-cü il tarixdən; Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli onun həbs edildiyi, yəni 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü və Təqsirləndirilən şəxs3 ittiham olunduğu həmin Məcəllənin 32.5,144.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin onların cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların şəxsiyyətini xarakterizə edən halların məcmusunu (hər ikisinin ailəli olmaqla himayələrində Gilanənin iki, Aygülün bir azyaşlı uşağının olması, bundan başqa Gilanənin əri Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, belə olan halda Gilanənin də azadlıqdan məhrum edilməsinin, habelə Aygülün azadlıqdan məhrum edilməsinin onların uşaqlarının mənafelərinə ciddi təsir etməsi, həyat tərzləri, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələri, gənc olmaları, zərərçəkmiş şəxsi ailə qurmaq niyyətilə qaçırmaları, cinayət törətdikdən sonrakı davranışları, yəni məhkəmə iclas zalında zərərçəkmiş şəxsdən üzr istəmələri, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, zərərçəkmiş şəxsin onlarla barışması, onlara qarşı şikayət və tələbinin olmaması, habelə artıq başqa bir şəxslə ailə həyatı qurması), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, hər ikisinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini, bununla da azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmalarını mümkün sayır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Qeyd olunan səbəblərdən məhkəmə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmələri onlara mənfi təsir göstərməklə yanaşı, onları ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumların islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə, məhkumun üzərinə cinayət qanunvericiliyində nəzərdə tutulan, habelə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə əsas cəza şərti hesab olunmaqla, sınaq müddəti müəyyən edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cinayət-prosessual qanunvericiliyin göstərilən müddəasına əsasən, məhkəmə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələrinin qoyulmasını, sınaq müddəti ərzində üzərlərində nəzarətin yaşayış yerləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini, bu cəzanın icrasının məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilməsini zəruri hesab edir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza şərti hesab edildiyindən onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs Kübra Həmzəyevanın məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxslərə qarşı təqdim etdiyi mülki iddiadan imtinası qəbul edilmiş və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinin tələbi (məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir) izah olunmuşdur. Cinayət işi üzrə maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; məhkəmə istintaqı zamanı əldə edilmiş mobil telefon nömrələrinə dair məlumatların əks olunduğu CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı dövlət hesabına təyin olunmuş müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon X11 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu müddətlər cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon X11 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəzası şərti hesab olunsun və ona 4 (dörd) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 sınaq müddəti ərzində üzərində nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və bu cəzanın icrası məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində üzərində nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və bu cəzanın icrası məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə tətbiq edilməsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı dövlət hesabına təyin olunmuş müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; məhkəmə istintaqı zamanı əldə edilmiş mobil telefon nömrələrinə dair məlumatların əks olunduğu CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-329/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-329/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver