Məhkəmə qərarları › İş №1(099)-329/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-329/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-329/2025 21.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 6,486 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımış, 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yerləşən evində həmin psixotrop maddədən 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə xeyli miqdarda 0,512 qram çəkidə 20 manat pulun müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, qalan 1 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 5,974 qram çəkidə metamfetamini 21 noyabr 2024-cü il tarixdə saat 02 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yerləşən yaşadığı evin qarşısındakı küçədə üstündə qanunsuz olaraq daşıyarkən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, 21 noyabr 2024-cü il tarixdə saat 02:05-də onun üstünə baxış keçirilərkən həmin 1 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 5,974 qram çəkidə metamfetamin əynindəki gödəkçənin sağ cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Saatlı rayonu Mustafabəyli kəndində arvadı Şahid5 ilə birlikdə yaşayır. Müharibə iştirakçısı olduğuna görə dərman qəb etmişdir. Dərman olmadığı üçün narkotikdən isdifadə etmişdir. Lakin heç vaxt narkotik vasitə satmamışdır. 20 noyabr 2024-cü il tarixdə başında ağrılar olduğundan rayon sakini kimi tanıdığı Şahid1 zəng edərək ona tabletka lazım olduğunu bildirmişdir. Eyni zamanda həmin gün saat 22-24 radələrində Saatlı rayonunda yerləşən «Görüş» marketdə quraşdırılmış "xxxx" terminalı vasitəsi ilə Şahid1 arvadı X3 adına olan, "xxxx"a məxsus plastik bank kartına 40 manat pul atmışdır ki, ona heroin gətirsin. Həmin gün Şahid1la Sabirabad rayonu Qalağayın kəndində görüşmüşlər, Şahid1 ona 20 manatlıq heroin vermişdir. Şahid1 ona 20 manatlıq heroini borclu qalmışdır. Həmin gün saat 23 radələrində Şahid1 onun Mustafabəyli kəndində yerləşən yaşadığı evə gəlmiş və ona 20 manatlıq heroinin əvəzinə metamfetamin gətirmişdir. Lakin o, metamfetamin istəmədiyini bildirmiş və Mehdidən metamfetamini qəbul etməmişdir. Sonra Mehdi onun evindən çıxıb gedərkən polis işçiləri onu tutmuşlar. Şahid1 üzərində aşkar olunmuş 0,5 qram metemfetamini guya ondan aldığını demişdir. 21 noyabr 2024-cü il tarixdə gecə 02 radələrində polis işçiləri onun evinin qapısını döymüşlər. Evin qapısını açdıqda polis əməkdaşları evinə daxil olmuşlar. Polis işçiləri ona narkotik vasitə satmasını deyərək evində narkotik vasitə axtarmağa başlamışlar. Lakin evindən heç bir narkotik vasitə tapılmamışdır. Bundan sonra polis işçiləri Mercedes markalı avtomaşından torbada narkotik vasitə götürüb gətirmiş və ona təzyiq edərək həmin narkotik vasitəni «boynuna götürməsini» tələb etmişlər. Əgər narkotik vasitəni «boynuna götürməsə», ailəsini də həmin məsələyə qarışdırmaqla hədələmişlər. Onu sonra polis şöbəsinə aparmışlar. Təzyiq altında üzərinə polislər tərəfindən qoyulmuş metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs ifadəsinə düzəliş olaraq 20 noyabr 2024-cü il tarixdə Şahid1 arvadı Vəfa Muxtarovanın adına olan bank kartına 40 manat pulu "xxxx" terminalı vasitəsi ilə deyil, «Görüş» marketdə quraşdırılmış «Milliön» terminalı vasitəsi ilə göndərdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Saatlı rayonu Mustafabəyli kəndində ailəsi ilə yaşayır, təxminən bir ildir narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən istifadə edir. Sabirabad rayonu Kürkənd kənd sakini Şahid1 təxminən iki-üç ildir tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təxminən 2024-cü ilin noyabr ayının ortalarında Bakı şəhərində olarkən tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 150 manata psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamini yaşadığı evdə gizlədərək hərdən az miqdarda götürüb istifadə etmişdir. 20 noyabr 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən Şahid1 ona yadında qalmayan mobil telefon nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng edərək onlara gəlmək istədiyini demişdir. O isə etiraz etməmişdir. Bir müddət sonra, saat 22:30 radələrində Şahid1 onun yaşadığı evə gəlmişdir. Mehdi onda narkotik olub-olmadığını, əgər narkotik olarsa, istifadə etmək istədiyini demişdir. O, Mehdiyə yaşadığı evdə metamfetamin olduğunu, əgər istəyərsə, istifadə edə biləcəyini demişdir. Mehdi onunla razılaşdıqdan sonra yaşadığı evdə gizlətdiyi sellofan kəsiyi bükümündə olan metamfetamindən bir qədər götürüb Mehdi ilə birlikdə qəbul etməyə başlamışdır. Metamfetamini qəbul etdikdən sonra Mehdi onlardan gedərkən ondan sonra istifadə etmək üçün metamfetamin istəmişdir. O da 150 manata aldığı metamfetamindən 1 ədəd bükümünə qoyaraq Mehdiyə vermiş və qalan hissəsini əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. O metamfetaminə görə Mehdidən pul almamışdır. Mehdi 1 ədəd falqa kəsiyi bükümündə metamfetamini götürdükdən sonra çıxıb getmişdir. Mehdini yaşadığı evə yola saldıqdan sonra yataq otağına gedərək yatmışdır. 21 noyabr 2024-cü il tarixdə siqaret çəkmək üçün yaşadığı evdən küçəyə çıxmışdır. Saat 02:05 radələrində küçədə siqaret çəkərkən polis işçiləri ona yaxınlaşmış, onu saxlayaraq Şahid1 metamfetamin satmaqda şübhəli olduğunu bildirmimş, üzərində narkotik vasitə vardırsa, təqdim etməsini təklif etmişlər. O, əynindəki şalvarın sol yan cibindən 1 ədəd bükümdəki metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi sellofan bükümü onun yanında açarkən içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu görmüşlər. O da səmimi olaraq üstündən aşkar edilən kütlənin metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən 150 manata aldığını və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid1la üzləşdirmədə dindirmə zamanı 20 noyabr 2024-cü il tarixdə Şahid1 onun evinə gəlməsini, birlikdə «patı» istifadə etmələrini, sonra Medi Muxtarov gedərkən patıdan bir az götürüb apardığını, lakin ona pul vermədiyini göstərmişdir. Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Mehti Muxtarovun onun evinə gəlməsindən əvvəlki saatlarda (ifadəsinə sasən saat 18:00-dan 24:00-dək olan müddətdə) heroin almaq üçün Şahid1 və ya arvadı Vəfa Muxtarovanın adlarına olan plastik bank kartlarına Saatlı rayonu «Görüş» marketdə quraşdırılmış "xxxx" ödəniş terminalı vasitəsi ilə 40 manat məbləğində pulun köçürəlməsi və həmin gün Şahid1la Sabirabad rayonu Qalağayın kəndində görüşüb ondan 20 manat dəyərində heroin qəbul etməs, Şahid1 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində onun evinə heroinin qalan hissəsini gətirmək üçün gəlməsi barədə ifadəsinin yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən Saatlı rayonunda yerləşən «Görüş» marketdə quraşdırılmış "xxxx" terpimanalı vasitəsi ilə 20 noyabr 2024-cü il tarixdə saat 18:00-dan saat 24:00-dək olan müddətdə 40 manat məbləğində pul köçürmələrə dair məlumatların əldə edilməsi barədə 18 iyun 2025-ci il tarixli qərar qəbul olunmaqla icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Saatlı rayonunda yerləşən «Görüş» marketdə "xxxx" MMC-yə məxsus ödəmə terminalı quraşdırılmamışdır. Təqsirləndirilən şəxs «Görüş» marketin Saatlı rayonu ərazisində yox, Sabirabad rayonu Qalağayın kəndində yerləşməsini (şahid ifadələrinə əsasən həmin market birbirlərinə bitişik olan Saatlı və Sabirabad rayonlarının sərhədlərində yerləşir), həm də 20 noyabr 2024-cü il tarixdə Şahid1 arvadı Vəfa Muxtarovanın plastik bank kartına 40 manat pulu "xxxx" terminalından yox, «MilliÖN» terminalından göndərdiyini göstərmişdir. «Görüş» market sahibinin 15 sentyabr 2025-ci il tarixli ərizəsində göstərilmişdir ki, həmin market Sabirabad rayonu Qalağayın kəndində yerləşir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsinin tam yoxlanılması məqsədi ilə məhkəmə Sabirabad rayonu Qalağayın kəndində yerləşən «Görüş» marketdə quraşdırılmış «Milliön» və "xxxx" terminalları vasitəsi ilə 20 noyabr 2024-cü il tarixdə saat 18:00-dan 24:00-dək olan müddətdə 40 manat məbləğində pul köçürmələrə dair məlumatların əldə edilməsi üçün 25 avqust 2025-ci il tarixdə qərar qəbul etməklə həmin təşkilatlara göndərmişdir. Məhkəmənin qərarına cavab olaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu Qalağayın kəndində yerləşən «Görüş» marketdə "xxxx" MMC-yə məxsus terminal («eManat) quraşdırılmamışdır. "xxxx" MMC-dən 01 ədəd CD diskdə daxil olmuş məlumatlardan görünür ki, 20 noyabr 2024-cü ildə saat 18:00-dan 24:00-dək olan müddətdə Sabirabad rayonu Qalağayın kəndindəki «Görüş» marketdə quraşdırılmış «Milliön» ödəniş terminalı vasitəsi ilə iki halda 40 manat köçürülməsi ölmuşdur. Bunlardan biri saat 21:18-də Nu*** AB***Cə qızına məxsus 5522**1375 nömrəli karta, 23:29-da isə S**M**V qızına məxsus 5239**4849 nömrəli karta köçürülmüşdür. Yəni həmin tarixdə «Görüş» marketdə quraşdırılmış «Milliön» terminalı vasitəsi ilə Şahid1 və ya onun arvadı Vəfa Muxtarovanın adlarına olan plastik bank kartlarına 40 manat və ya başqa məbləğdə pul köçürülməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə Şahid1 dediyi hər hansı plastik bank kartına 40 manat məbləğində pul köçürməsinin aydınlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs, onun arvadı Şahid5, Şahid1 və onun arvadı X4 adlırına olan plastik bank kartarına 01 avqust 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək olan müddətdə pul köçürmələri və pul köçürmüş şəxslər baprədə məlumatların əldə edilməsi barədə 03 iyul 2024-cü il tarixdə məhkəmə tərəfindən qərar qəbul edilməklə Azərbaycan Respublikaksında fəaliyyət göstərən ayrı-ayrı banklara göndərilmişdir. "xxxx" ASC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid1 adına həmin bankda 41697388****7563 nömrəli, Təqsirləndirilən şəxs adına isə 523915******3631 nömrəli plastik kartlar qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə həmin bank kartları apasında heç bir əməliyyat aparılmamışdır. Şahid1 arvadı X3 adına 523915******9097 nömrəli kart qeydiyyata alınmışdır. Həmin kart hesabına xx.xx.2024-cü il tarixdə saat 10:17-də 30 manat məbləğində pul Bakı şəhəri ərazisindən Kapitalnbankdan mədaxil olunmuş, başqa mədaxil yoxdur. Şahid5 adına 523915******3946 plastik kart qeydiyyata alınmışdır. Həmin karta xx.xx.2024-cü il tarixdə 600 manat pul mədaxil olunmuş, başqa mədaxil yoxdur. Göründüyü kimi, Vəfa Muxtarovanın adına olan "xxxx" MMC-yə aid karta 20 noyabr 2024-cü il tarixdə bir dəfə 30 manat pul mədaxil olunmuş, 40 manat mədaxil yoxdur. Həm də həmin pul Sabirabad rayonu Qalağayın kəndindəki «Görüş» marketdə quraşdırılmış «Milliön» terminalı vasitəsi ilə deyil, Bakı şəhəri ərazisindən Kapitalbank vasitəsi ilə, yəni başqa mənbədən mədaxil olunmuşdur. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2025-ci il tarixli, «Bank Respublika» ACS-nin xx.xx.2025-ci il tarixli məktublarında göstərilmişdir ki, göstərilən şəxslərin adlarına həmin banklarda plastik kart olmamışdır. Telefon danışıqları barədə məlumatlardan görünür ki, 20 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələri arasında saat 09:59:38-də 39 saniyə, saat 10:05:06-da 65 saniyə, saat 10:17:31-də 54 saniyə, saat 10:24:20-də 32 saniyə, saat 13:40:52-də 1060 saniyə, saat 16:20:35-də 43 saniyə, saat 22:00:25-də 58 saniyə, saat 22:01:37-də 54 saniyə, saat 22:23:11-də 2 saniyə, saat 22:23:51-də 9 saniyə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs və Mehti Muxtarovun 20 noyabr 2024-cü il tarixdə gündüz saatlarında görüşmələrinin aydınlaşdırılması üçün onlarn istifadələrində olan telefon nömrələrinin anten dairələri araşdırılarkən müəyyən edilmişdir ki, 20 noyabr 2024-cü il tarixdə saat 22:16-dək olan müddətdə ayrı-ayrı stansiyalarda olmuşlar, yalnız 22:16-dan başlayaraq bir müddət hər ikisinin telefonlarının anteni «Musbev 2» stansiyasında olmuşdur. Bu isə Mehti Muxtarovun 20 noyabr 2024-cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində Təqsirləndirilən şəxs evində olduğu vaxta təsadüf edir. Yəni Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində Şahid1la görüşmələri, həmin vaxt Şahid1 ona 20 manat müqabilində heroin verməsi, 20 manatlıq heroini isə borclu qalması barədə ifadəsi telefonların antenn dairələri ilə təsdiq olunmur. Belə ki, gün əozində mobil telefonlarının antenn dairələri eyni bir stansiyada olmamışdır. Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Sabirabad rayonu Kürkəndi kəndində yaşayır, psixotop maddə metamfetamindən istifədə edir. Saatlı rayonu Mustafabəyli kənd sakini Əfraili iki-üç ildir tanıyır. Təqsirləndirilən şəxs 2024-cü il 20 noyabrda və ya ondan əvvlki gündə ondan narkotik almaq üçün kartına pul atmasını dəqiq xatırlamır. Həm də ona elə gəlir ki, Əfrayil narkotik alması üçün arvadı Vəfanın adına olan kartına pul atmışdır. Pulun miqdarını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs yalan ifadə verir 20 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs evinə getməsindən əvvəlki saatlarda Təqsirləndirilən şəxslə görüşməmiş və ona 20 manatlıq narkotik vasitə heroin verməmişdir. 20 noyabr 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən narkotik çəkmək istəmişdir. Əfrafilə zəng edib bu barədə demişdir. Əfrayil onunla razılaşmışdır. Gecə saatlarında taksı ilə Əfrailgilin evinə getmişdir. Əfrailin evinə gedəndə onun üzərində metamfetamin və ya hər hansı başqa bir narkotik vasitə olmamışdır. Əfrayilin evində birlikdə sonuncuda olan heroindən istifadə etmişlər. Sonra isə öz evinə getmək üçün Əfrayılın evindən küçəyə çıxmışdır. Əfrayılın evindən çıxanda onun cibində metamfetamin olmamışdır. O, küçəyə çıxdıqdan sonra polis işçiləri onu tutmuşlar. Onu polis şöbəsinə aparmışlar. Üzərini yoxlamışlar, heç bir narkotik olmamışdır. Lakin polis işçiləri onun cibinə metamfetamin qoymuş və ona təzyiq göstərmişlər. Ondan metamfetamini Əfrayıldən almasını deməsini tələb etmişlər. O məcburiyyət qarşısında qalaraq üzərinə polis tərəfindən qoyulmuş metamfetamini Əfrayıldən alması barədə ifadə vermişdir. Onun barəsində cinayət işi Saatlı rayon məhkəməsinə göndərilmiş, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hazırda cəzaçkmə müəssisəsində cəza çəkir. Məhkəmədə verdiyi ifadəsində üzərində aşkar olunan metamfetamini pul müqabilində Əfrafıl Əliyevdən almasına dair ifadə verməmişdir. Şahid1 məhkəmə istintaqında ziddiyyətli ifadə verməklə ifadəsində həmçinin Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən bir gün əvvəl ona 40 manat pul atmasını, həmin pula iranlıdan 0,5 qram heroin almasını, günorta saatlarında «Savbirabad» dairəsində Əfrail ilə görüşməsini, heroini ona verməsini, 20 noyabr 2024-cü il tarixdə gecə saatlarında Əfrailin evinə getməsini və birlikdə «kokos» dan, yəni heroindən istifadə etmələrini, sonra isə saat 22 radələrində evinə gedərkən polis tərəfindən saxlanılmasını, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə almamasını, nə də Təqsirləndirilən şəxs narkotik vasitə satmamasını, üzərində aşkar olunan metamfetaminin polis işçisi Fuad tərəfindən qoyulmasını, Əfrailgilə «patı» çəkməyə görə getməsini, Əfrail ilə 20 noyabr 2024-cü il tarixdə evində birinci dəfə görüşməsini, Əfrailin narkotik almaq üçün arvadı Vəfa Muxtarovanın adına olan bank kartına pul atmasını, lakin nə qədər göndərməsini xatırlamadığını, Əfrailin ona hadisə günü pul göndərmədiyini, Əfrail üçün iranlıdan 40 manatlıq heroin almasını, Əfrailin ona, eləcə də onun Əfrailə narkotik vasitə satmamasını, 20 noyabr 2024-cü ildə Əfrailin evinə metamfetamin aparmamasını, həmin gün Əfrailin evinə onun üçün heroin aparmaq məqsədi ilə getməməsini, birlikdə narkotik istifadə etmək üçün getməsini göstərmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 20 noyabr 2024-cü il tarixdə metamfetamin çəkmək istəmişdir. Əfrailin metamfetamindən istifadə etdiyini, ona psixotrop maddə sata biləcəyini düşünərək istifadəsində olan ***-***-**-** mobil nömrədən Əfrailin ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onlara getmək istədiyini demişdir. Əfrail də ona etiraz etməmişdir. Sabirabad rayonunda yaşayan tanışı Firdovsinin idarə etdiyi avtomaşınla Mustafabəyli kəndinə, Əfrailin yaşadığı evə getmişdir. Saat 22:30 radələrində Əfraillə yaşadığı evdə olarkən ona istifadə etmək üçün narkotik verməsini xahiş etmişdir. Əfrail evdə metamfetamin olduğunu bildirmiş və metamfetamindən birlikdə istifadə etmişlər. Sonra o yaşadığı evə gedərkən Əfrail bir ədəd falqa kəsiyi bükümündə ona metamfetamin vermişdir. O da əvəzində Əfrailə 20 manat pul vermişdir. O, Əfrailin evindən küçyə çıxmış və tanışı Firdovsiyə zəng edərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. Firdovsi idarə etdiyi avtombili onun olduğu yerə sürmüş, o, saat 23 radələrində avtomaşına minmiş və bu anda polis işçiləri onlara yaxınlaşmışlar. Polis işçiləri rayon ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmət apardıqlarını bildirmiş və onu Saatlı rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ona üstündə narkotik və başqa qanunsuz əşya vardırsa, təqdim etməsini təklif etmişlər. O, əynindəki şalvarın sol yan cibində 1 ədəd falqa bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin metamfetamini Saatlı rayon sakini Əfrail adlı şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Şahid1 ibtidai istintaqda Təqsirləndirilən şəxslə üzləşdirmədə dindirmə zamanı 20 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs evinə getməsini, birlikdə «patı» istifadə etmələrini, sonra gedərkən 20 manat pul verərək ondan patı almasını təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Rayon ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Mustafabəyli kəndində xidmət apardıqları zaman kənd ərazisində «VAZ 2107» markalı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşdıqda avtomobildə sərnişin qismində olan Şahid1 özünü şübhəli apardığına görə onu saxlamış, üzərinin videoçəkiliş aparılmaqla yoxlanılması zamanı üzərlərində narkotik vasitə və ya qanunsuz əşya vardırsa, təqdim etmələri təklif olunduqda Şahid1 yənindəki şalvarın sol cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, bükümün içərisində “patı” adlanan metamfetamin olduğunu və həmin metamfetamini öz istifadəsi üçün Mustafabəyli kəndində yaşayan Əfrail adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Qeyd edilən büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Meşdi Muxtarova heç bir təsir göstərməmiş və onun cibinə metamfetamin qoymamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid4 da Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında müdafiəçinin vəsatəti əsasında şahid kimi dindirilən Şahid6 göstərdi ki, usta işləyir. Təqsirləndirilən şəxs evinə bir-iki dəfə kombi düzəltməyə getmişdir. 2024-cü ilin oktyabr-noyabr aylarında (vaxtı tam xatırlamır) Təqsirləndirilən şəxs ona zəng edərək evdəki kombinin işləmədiyi bildirmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, sonra isə Təqsirləndirilən şəxslə birlikdə Sabirabad rayonunuda yerləşən «Görüş» marketə getmişlər. Orada o avtomaşından düşməmiş, Təqsirləndirilən şəxs isə avtomaşından düşərək marketə daxil olmuş, ona və özü üçün siqaret almışdır. Təqsirləndirilən şəxs “Görüş” marketdən çıxdıqdan sonra "xxxx" terminalından kiməsə 30 manat pul göndərdiyini demişdir. Oradan isə Qalağayın kəndində yerələşn «Əmininşaat» mağazasına gedərək eyhtiyyat hissələri almışlar. Qalağayın kəndində Təqsirləndirilən şəxs həm də Şahid1la görüşmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi bir evdə yaşamışlar. Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır və xəstəliyi ilə əlaqədar olaraq narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid1 onların evinə gəldiyi hallarda özü ilə «mal» gətirmişdir. Şahid1 20 noyabr 2024-cü il tarixdə gecə saatlarında onlara gəlmişdir. Mehdi Muxtrovun onlardan getməsindən xeyli sonra 3-4 nəfər polis əməkdaşları onların evlərinə gəlmişlər. Həmin vaxt Əfrail evdə olmuşdur. Polis işçiləri evi axtarmışlar, lakin qanunsuz hər hansı əşya tapılmamışdır. Sonra polis işçiləri Əfraili özləri ilə aparmışlar. Üç il əvvəl polis işçiləri onlardan 7000 manat pul almışlar. Lakin şikayət etdiklərinə görə pulu qaytarmışlar. Bu səbəbdən də polislər Əfrpailin cibinə narkotik qoyub onu tutmuşlar. 20 noyabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Şahid1 üstü yoxlanılarkən əynindəki şalvarın cibindən büküm aşkar edilmiş, büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən olunmuş və Şahid1 həmin kütləni Əfrail adlı şəxsdən aldığını bildirmişdir. 21 noyabr 2024-cü il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mustafabəyli kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminəoxşar kütlə aşkar edilərək götürülmüş, sonuncu həmin psixotrop maddəni 150 manata Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 18/930 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 üzərindən götürülmüş 1 ədəd gümüşü rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi 0,512 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,974 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar olunmuş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında hadisənin baş vermə günü, yəni 20 noyabr 2024-cü il tarixdə Mehti Muxtarovla hər hansı polis işçisi tərəfindən dınışıq aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədi ilə Şahid1 məxsus ***-***-**-** telefon nömrəsi ilə həmin gün ərzində danışıq aparmış abunəçilər barədə məlumatlar məhkəmənin qərarı əsasında əldə edilərək cinayət işinə əlavə olunmuşdur. Həmin məlumatlardan görünür ki, 20 noyabr 2024-cü il tarixdə Şahid1la hər hansı polis işçisi arasında telefon əlaqəsi olmamışdır. Müdafiəçinin vəsatəti əsasında keçirilmiş «Kompüter-texniki obyektlərin tədqiqi» ekspertizasının 02 oktyabr 2025-ci il tarixli, 5/867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy A04s» markalı telefon cihazının yaddaşında «WhatsApp» proqramm təminatında iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə olunması barədə tibbi kartadan görünür ki, onun heç bir şikayəti olmamış və bədən səthi üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edimlmiş cəza dəyişdirilərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkmiş olduğu azadlıqdan məhrum etmə cəzası cəzaçəkmə müddətinə hesablanmaqla üzərində 01 il 08 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. stop Saatlı Rayon İcra və Probasiya Şöbəsinin 07 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin cəzanın 03 ay 6 gününü çəkmiş, 01 il 05 ay 08 gününü çəkməmişdir. Saatlı rayon Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 16 mart 2025-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs öz deməsinə görə Rusiya Fedarasiyasında olduğu qeyri-rəsmi nikahdan iki övladı vardır, lakin bu barədə hər hansı sənəd təqdim olunmamışdır. Onun barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İş üzrə 10 mart 2025-ci il tarixli qərarla Şahid1 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Şahid1 Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il hökmü ilə 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 0,512 qram psixotrop maddə metamfetamini əldə etmə, saxlama və üstündə daşımağa görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Mehti Muxtarov barəsində olan cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılarkən özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs metamfetamin almaq üçün Saatlı rayonuna gəlməsini və metamfetamini alıb geri qayıdarkən polis işçiləri tərəfindən saxlanılmasını göstərmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirilməsi və digər istintaq hərəkətlərinin aparılmasında müdafiəçi qismində iştirak etmiş vəkil X2 istintaq hərəkətlərinin keçirilməsində faktiki olaraq iştirak edib-etməməsinin araşdırılması məqsədi ilə onun istifadəsində olan ***-***-**-** telefon nəmrəsinin antenn məlumatları yoxlanılmışdır. Təqsirləndirilən şəxs ilkin izahatı 21 noyabr 2024-cü il tarixdə alınmış, izahatın hansı saatda alınması göstərilməmişdir. 21 noyabr 2024-cü il tarixli şübhəli şəxsin dindirməsi barədə protokolda dindirmənin saatının 18:00-da başlanıb 19:30-da başa çatması, dindirmənin Saatlı şəhərində aparılması göstərilmişdir. xx.xx.2024-cü il tarixli Şahid1la üzləşdirmə protokolunda üzləşdirmənin Saatlı şəhərində saat 09:35-də başlanıb 10:00-da başa çatması göstərilmişdir. Təqsirləndirilən şəxs kimi cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərarda qərarın həmin gün saat 11:30-da Saatlı şəhərində Təqsirləndirilən şəxs elan olunması göstərilmişdir. 22 noyabr 2024-cü il tarixli protokoldan göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:00-dan 13:00-dək Saatlı şəhərində dindirilmişdir. Vəkil Səxavət Məmmədlinin istifadəsində olan ***-***-**-** telefon nəmrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 18:00-dan 19:30-dək olan müddətdə qeydə alınmamışdır. Səxavət Məmmədlinin istifadəsində olan ***-***-**-** telefon nəmrəsinin anteni xx.xx.2024-cü il tarixdə saat 09:35-dən 10:00-dək, 11:30-da və 21:00-dan 13:00-dək olan müddətlərdə qeydə alınmamışdır. 01 may 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Səxavət Məmmədliyə iş üzrə ibtidai istintaqın qurtarması həmin gün saat 9:00da Saatlı şəhərində elan olunmuşdur. Vəkil Səxavət Məmmədlinin istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin antenn dairəsi xx.xx.2025-ci il tarixdə saat 09:00-da qeydə alınmamışdır. 02 may 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Səxavət Məmmədli cinayət işinin materialları ilə həmin gün saat 09:10-dan 12:30-dək davam etmişdir. Vəkil Səxavət Məmmədlinin istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anteni xx.xx.2025-ci il tarixdə saat 10:00-dan 10:12-dək Saatlı şəhərində, 12:30-da Sabirabad və 14:00-da Sabirabad şəhərində olmuşdur. 10:12-dən 12:30-dək qeydə alınmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində tanışı Şahid1 ona zəng edərək evinə gəlməsini, birlikdə psixotrop maddə metamfetamindən istifadə etmələrini, sonra Mehti Muxtarov gedərkən Şahid1 az miqdarda metamfetamin verməsini, lakin pul almamasını göstərdiyi halda, məhkəmə istintaqında verdiyi ilk ifadəsində 20 noyabr 2024-cü il tarixdə heroin almaq üçün Şahid1 arvadı Vəfa Muxtrovanın adına olan plastik bank kartına 40 manat pul köçürməsini, Şahid1 həmin gün saat 22 radələrində onun evinə gələrkən özü ilə heroin əvəzinə metamfetamin gətirməsini, lakin ona heroin lazım olduğuna görə metamfetamini qəbul etməməsini, sonra Şahid1 onun evindən çıxıb gedərkən polis işçiləri tərəfindən tutulmasını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ifadəsini dəyişərək göstərmişdir ki, 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində heroin almaq üçün Mehti Muxtarovun arvadı Vəfa Muxtarovanın adına olan plastik bank kartına Sabirabad rayonu ərazisində yerləşən «Görüş» marketdə quraşdırılmış "xxxx" və ya «Milliön» terminalları vasitəsi ilə 40 manat pul köçürmüşdür. Həmin gün Şahid1la Sabirabad rayonu Qalağayın kəndində görüşmüşlər. Şahid1 ona 20 manatlıq heroin vermiş və 20 manat borclu qalmışdır. Şahid1 qalan 20 manat pula da heroin alıb gətirməli olmuşdur. Şahid1 həmin gün saat 22 radələrində zəng edərək onun yaşadığı evə gəlmiş və özü ilə gətirdiyi metamfetamini ona təqdim etmişdir. Lakin o heroin lazım olduğunu deyərək metamfetamini Mehtd Muxtarovdan qəbul etməmişdir. Sonra Şahid1 onun evindən gedərkən polis işçiləri tərəfindən saxlanılmışdır. Şahid1 isə ibtidai istintaqda və özünün barəsində olan cinayət işi üzrə məhkəmə istintaqında 20 noyabr 2024-cü il tarixdə saat 22 radələrində metamfetamindən istifadə etmək üçün Təqsirləndirilən şəxs evinə getməsini, birlikdə metamfetamindən istifadə etmələrini, sonra isə Təqsirləndirilən şəxs 20 manat pul verərək ondan öz istifadəsi üçün az miqdarda metamfetamin almasını göstərsə də, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə istintaqında 20 noyabrda və ya ondan əvvlki gündə Əfrafil Əliyevin narkotik almaq üçün onun arvadı Vəfa Muxtarovanın adına olan plastik karta pul köçürməsini, lakin pulun miqdarını dəqiq xatırlamadığını, 20 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə görüşmədiyini ona 20 manatlıq narkotik vasitə heroin verməməsini, 20 noyabr 2024-cü il tarixdə saat 22 radələrində narkotik çəkmək üçün Əfrayılin evinə getməsini, Əfrayılin evinə gedəndə onun üzərində metamfetamin və ya hər hansı başqa bir narkotik vasitə olmamasını, Əfrayilin evində birlikdə heroindən istifadə etmələrini, sonra isə öz evinə getmək üçün Əfrailın evindən küçəyə çıxmasını və polis işçiləri tərəfindən saxlanılmasını, üzərinə metamfetaminin qoyulmasını göstərmişdir. Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində həmçinin Əfrailin bir gün əvvəl ona 40 manat pul atmasını, həmin pula iranlıdan 0,5 qram heroin almasını, günorta saatlarında «Sabirabad» dairəsində Əfrail ilə görüşməsini, heroini ona verməsini, 20 noyabr 2024-cü il tarixdə gecə saatlarında Əfrailin evinə getməsini, həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamasını, Təqsirləndirilən şəxs evində birlikdə heroindən istifadə etmələrini, sonra isə evinə gedərkən polis tərəfindən saxlanılmasını göstərmişdir. Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs narkotik almaq üçün Saatlı rayonu ərazisində yerləşən «Görüş» marketdə quraşdırılmış "xxxx" terminalı vasitəsi ilə 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Mehti Muxtarovun təqdim etdiyi, arvadı Vəfa Muxtarovanın adına olan plastik bank kartına 40 manat pul köçürdüyünü göstərsə də, müəyyən edilir ki, Saatlı rayonunda «Görüş» marketdə ümumiyyətlə "xxxx" ödəniş terminalı quraşdırılmamışdır. Eyni zamanda bank əməliyyatları barədə məlumatlarla müəyyən edilir ki, 20 noyabr 2024-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində yerləşən «Görüş» marketdə quraşdırılmış «Milliön» terminalı vasitəsi ilə də Mehti Muxtarovun və ya onun arvadı Vəfa Muxtarovanın adlarına olan plastik bank kartlarında hər hansı məbləğdə pul köçürülməmişdir. 20 noyabr 2024-cü il tarixdə Mehti Muxtarovun arvadı Vəfa Muxtarovanın adın olan, "xxxx" MMC-yə məxsus plastik bank kartına hansısa mənbədən 30 manat pul köçürülsə də, həmin pul Sabirabad rayonu ərazisindəki «Görüş» marketdə yerləşən «Milliön» terminalından yox, başqa yerdən göndərilmişdir. Odur ki, Vəfa Muxtarovanın palstik bank kartına 30 manat pulun Təqsirləndirilən şəxs tərəfindən köçürülməsi inkar olunur. Təqsirləndirilən şəxs və Mehti Muxtarov 20 noyabr 2024-cü il tarixdə gündüz saatlarında Sabirabad rayonu Qalağayın kəndində və ya «Sabirabad» dairəsində görüşdüklərini və həmin vaxt X7 Əliyevə müəyyən miqdarda heroin verməsini göstərsələr də, onların istifadələrində olan mobil telefonların antenn dairələri barədə məlumatlardan görünür ki, onlar gün ərzində eyni məkanda olmamışlar. Yalnız həmin gün saat 22-dən sonrakı müddətdə eyni bir məkanda, yəni Təqsirləndirilən şəxs evində olmuşlar. Göstərilənlərlə yanaşı Şahid1 məhkəmədə verdiyi ifadəsində, Təqsirləndirilən şəxs ifadəsinin ziddinə olaraq, 20 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs evinə gedərkən üzərində metamfetamin və ya başqa bir narkotik vasitə olmaldığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 məhkəmə istintaqında verdikləri ifadələrini Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla işin faktiki halları ilə təkzib olunduğundan qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onların hər ikisinin ibtidai istintaqda verdikləri ifadələrini məhkəmə işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə baxışı zamanı müdafiəçinin vəsatəti əsasında şahid kimi dindirilən Şahid6 ifadəsində 2024-cü ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxslə birlikdə Sabirabad rayonunuda yerləşən «Görüş» marketə getmələrini, Təqsirləndirilən şəxs “Görüş” marketdən çıxdıqdan sonra "xxxx" terminalından kiməsə 30 manat pul göndərdiyini eşitməsini, həmin gün Qalağayın kəndində Təqsirləndirilən şəxs Şahid1la görüşməsini göstərsə də, məhkəmə onun həmin ifadəsini tanışı Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Sabirabad rayonu ərazisində yerləşən «Görüş» marketdə "xxxx" terminalı quraşdırılmamışdır. Həm də müdafiə tərəfi 20 noyabr 2024-cü ildə Şahid1 arvadı Vəfa Muxtarovanın adına olan plastik bank kartına hansısa məbləğdən 30 manat pul köçürülməsini Təqsirləndirilən şəxs tərəfindən həmin gün Sabirabad rayonu ərazisində yerləşən «Görüş» marketdə quraşdırılmış pul ödənişi termrnalı vasitəsi ilə köçürülmüş pul kimi qiymətləndirməyə çalışır. Göründüyü kimi, qeyd olunan «Görüş» marketdə "xxxx" terminalının quraşdırılmaması ilə yanaşı «MilliÖN» terminalı vasitəsi ilə də Vəfa Muxtarovanın adına olan plastik bank kartına heç bir pul ödəniş aparılmamışdır. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxslə aparılan istintaq hərəkətlərində iştirak etmiş müdafiəçi S.Məmmədovun istifadəsində olan telefon nömrəsinin antenn dairəsi ilə istintaq hərəkətlərinin aparılma yeri arasında ciddi uyğunsuzluq aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesb edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 6,486 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımış, 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yerləşən evində həmin psixotrop maddədən 0,512 qramını 20 manat pul müqabilində tanışı Mehti Muxtarova satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifaəyət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətinldən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bundan əlavə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edimlmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 6,386 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və həmin cəzanı CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 6,386 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar